Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1126/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçiX25 qızının iştiraklarıilə xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakışəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıyev küçəsi, ev 16-da qeydiyyatda olmaqla həminünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylıİstintaq Təcridxanasında həbsdə saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: MəmmədovSamirƏmiroğlu 2020-ci ilin yanvar ayının axırlarında Balakən rayonunda olarkən, orada istintaqa məlum olmayan mənbədən külli miqdar hesab edilən, bir ədəd bükümdə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 2005 qram ( 2kq 5 qram) olan narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin içərisindən bir ədəd qara rəngli sellofan torbaya bükülü vəziyyətdə olan həmin külli miqdar hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 2005 qram ( 2 kq 5 qram) olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X20 məhkəməiclasındaifadə verərək göstərdi ki,o, narkotik vasitələrdən, əsasən də qurudulmuş marixuanadan istifadə etmişdir, 2020-ci ilin yanvar ayında icarəyə götürdüyü «Şevrolet» markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olmuşdur. 2020-ci ilin yanvar ayının 26-27-i tanımadığı bir oğlan onu Balakən rayonuna aparmağı xahiş etmişdir. Qiymətlə razılığa gəldikdən sonra, həmin oğlanı Balakən rayonuna aparmış, yolda aralarında yaranmış söhbət əsnasında hər ikisi narkotik istifadəçisi olduqlarını bir-birinə bildirmişlər. Bundan sonra həmin oğlandan onun üçün qurudulmuş manixuana təşkil etməsini xahiş etmişdir. Oğlan da ona narkotik vasitə qurudulmuş marixuana tapa biləcəyini bildirmişdir. O, həmin oğlandan bir qədər marixuana almış, Bakı şəhərinə qayıtdıqdan sonra, öz istifadəsi üçün həmin qurudulmuş marixuananı yaşadığı evdə yataq otağındakı şkafın içərisində gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində, həmin qurudulmuş marixuananı qara rəngli sellofan torbanın içərisinə qablaşdıraraq, özü ilə götürüb küçəyə çıxmışdır ki, aparıb bir yerdə gizlətsin ki, sonradan yavaş-yavaş istifadə edər. Bu məqsədlə Həsənov küçəsi ilə gedərkən, bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim edərək, üzərində narkotik vasitə olması şübhəsi ilə onu saxladıqlarını bildirərək, onu Suraxanı RPİ-nə gətirmişlər. Polis əməkdaşlarının təklifinə əsasən üzərimdə olan qurudulmuş marixuananı çıxardaraq polislərə təqdim etmişdir. Lakin, onun üzərində cəmi 15 qram qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs MəmmədovSamirƏmiroğlunun yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, X8 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşqul olması barədə xx xxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və Samir Məmmədovun cinayət əməlinin ifşa olunması məqsədi ilə, həmin tarixdə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili X14 və CAŞ-nin əməliyyat müvəkkili X5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixdə əməliyyat tədbirlərin həyata keçirilməsi zamanı saat 11:30-da ünvan 3 ünvanın qarşısında X2 Suraxanı RPİ-nə gətirilmişdir. X8 üzərində narkotik vasitələrin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, Suraxanı RPİ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı təklifə əsasən Samir Məmmədov əynindəki qara rəngli gödəkcəsinin içərisində saxladığı bir ədəd qara rəngli sellofana bükülmüş yaşıl rəngli narkotik vasitəyə bənzər bitki çıxarıb təqdim edərək həmin qara rəngli sellofanın içərisində narkotik vasitə marixuana olduğunu, marixuananı təxminən bir ay əvvəl Balakən rayonu ərazisində olarkən orada bir nəfər tanımadığı şəxsdən 300 manata alaraq əldə etməsini, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəməiclasında şahid qismində dindirilmiş X1 Rövşən Kamran oğlu və X10 şahid X11 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/113 nömrəli rəyində göstərilmişdir ki, X8 üzərindən aşkar edilərək götürülmüş kağız bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2005 qram (2 kq 5 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə- narkoloji ekspertizasının xx.xx.2020ci il tarixli 1278 nömrəli rəyində göstərilmişdir ki, X12 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2263 nömrəli rəyin əsaslandırıcı hissəsində göstərilmişdir ki, X12 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Xasiyyətcə əsəbi, hövsələsiz, affektivreaksiyalara meyilli olması əsəbi gərginlik zamam özünə xəsarətlər yetirməsi, 2 saylı X4 müalicə olunması barədə məlumat verməsi, həmçinin hazırki müayinə zamanı əhvaləruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Yoxlanılan şəxs kəllə-beyin travması alması barədə məlumat versə də, həmin məlumatı təsdiqləyən tibbi sənəd aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, X12 aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. X19 cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X19 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X12 emosional davamsız şəxsiyyə pozuntusu aşkar olunur. Qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu S.Ə.Məmmədovu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X19 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. X8 psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. X8 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X3 RPİ-nə gətirildikdə üzərində şəxsi axtarış aparılarkən «Xiaomi Mİ 9 T» markalı mobil telefonla videoçəkiliş aparılmış, çəkilişin köçürüldüyü 01 ədəd «CD» disk iş materiallarına əlavə edilmişdir. İş üzrə təqsirləndirilən şəxs X7 xx xxxx 2020-ci il tarixdə aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2005 qram (2 kq 5 qram) olan ( tədqiqata 0,2 qram sərf edildikdən sonra, qalığı - 2004,8 qram təşkil edən) narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Suraxanı Rayon Polis İdarəsində saxlanılır. X8 ifadəsinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Odur ki, məhkəmə onun üzərində yalnız 15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana olması barədə ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs X8 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasıni, əməlindən peşiman olub səmimi etirafedici ifadə verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 61-ci maddəsinə əsasənəməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesabedirki, X15 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İşmateriallarındangörünürki, X1930mart 2020ciiltarixdəşübhəlişəxsqismindəsaxlanılaraqtutulmuşdur.Odurki, X15 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə 69 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxs X7 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı RPİ-də saxlanılan X7 aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2005 qram (2 kq 5 qram) olan ( tədqiqata 0,2 qram sərf edildikdən sonra, qalığı -2004,8 qram təşkil edən) narkotik vasitə -qurudulmuş marixuana maddi məhv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərə əsasən X15 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05saylı vəkil bürosunun vəkili X13, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 120 (yüziyirmi) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X19Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X19 cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli 30mart 2020-ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, X19 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin vəəraziözrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 69 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxs X7 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2004,8 qram narkotik vasitə -qurudulmuş marixuana məhv edilsin. Bakışəhəri 05saylıvəkilbürosununvəkiliX13 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 120 (yüziyirmi) manatpulödənilsin. Hökmdən elanolunduğu, X19 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiyaqaydasındaşikayətvəyaprotestverilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakıgünqüvvəyəminir.
Məhkəmə qərarları › İş №1(101)-1126/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1126/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver