Məhkəmə qərarları › İş №1(101)-1126/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1126/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1126/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Siyavuş Hacıyev oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri İbayeva- X44 Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları: Dövlət ittihamçısı və X36 Zərərçəkmiş şəxs, mülki iddiaçı: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs: X31 Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə xx xxxxxxx 1972-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli olmuş, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2012-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək Allahın ona Bakı şəhərində mənzil almasını buyurduğunu və onun üçün mənzil alacağı təqdirdə Allahın onu bütün xətadan və bəlalardan qoruyacağına yalan vəd verərək aldadıb yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla özünə inandırdıqdan sonra 2012-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən 95 kvadrat metr sahəsi olan 2 otaqlı təmirli mənzili 95000 (doxsan beş min) manata satın aldırıb öz adına müqavilə ilə rəsmiləşdirib mənzili ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, 2013-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 onun üçün Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında cinayətə heç bir aidiyyəti olmayan bacısı qızı X21 vasitəsilə ucuz qiymətə mənzil alacağına dair yalan vəd verərək, özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2013-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 60000 (altımış min) manat pulu Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilində ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək sonuncunun övladları üçün bəla gözlənildiyini və bəlaların qarşısını almaq üçün bahalı material üzərində duaların yazılması üçün pul lazım olacağını bildirərək, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında ümumi dəyəri 13000 manat olan üç ədəd qızıl boyunbağı, sünbül formasında qızıl qolbağ, qızıl saat, qızıl kole və bir ədəd qızıl qolbağı alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2014-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində ucuz qiymətə birmərtəbəli həyət evinin satıldığını, Allahın ona onun üçün həmin evi almasını və əvəzində isə kommersiya fəaliyyətində böyük qazanc götürəcəyi barədə buyurduğunu yalandan bildirərək yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2014-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 cinayətə aidiyyəti olmayan kürəkəni X19 vasitəsilə 55000 (əlli beş min) manat pulu yaşadığı Hövsan qəsəbəsi Fizuli Bayramov küçəsi bina 21, mənzil 54 ünvanında ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2015-ci ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya Allahın ona Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “X69” ziyarətgahının yaxınlığında həyət evi almağını, həmin evdə Həzrəti Əli və Həzrəti Fatimənin yaşacaqlarını və onun üçün dua edəcəklərini yalandan bildirərək yəni özgənin əmlakım əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 70000 (yetmiş min) manat pulu hissə-hissə vahid niyyətlə ünvan 4 ünvanında və yaşadığı ünvan 5vanda alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya Allahın onun üzərinə Bakı şəhərində məscid tikdirmək vəzifəsi qoyduğunu, məscid tikilməsinə pul xərcləyəcəyi halda, Allahın ona bol ruzi verəcəyini yalandan bildirməklə, yəni özgənin əmlakım əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində məscid tikilməsinin təşkil edilməsini öz öhdəsinə götürüb yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan 2014-cü ildən 2016-ci ilədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda və tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Zərərçəkmiş şəxs1 birbaşa və taksi fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 450000 (dörd yüz əlli min) manat pul və 10220 (on min iki yüz iyirmi) manat qiymətində tikinti materiallarını alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə külli miqdarda 460220 (dörd yüz altımış min iki yüz iyirmi) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, 2019-cü ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X25 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək onun qara ciyər xərçəng xəstəliyinə tutulacağını və xəstəliyə tutulmaması üçün duaların yazılması və dini ritualların keçirilməsi üçün pul lazım olacağı barədə müqəddəs imamların ona bildirdiyini yalandan bildirərək, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Yaqut Nəsirovadan 2019-cü ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə 400 manat pul, bir ədədinin qiyməti 100 manat olmaqla beş ədəd qadın paltarı, 600 manat qiymətində bir ədəd qadın plaşı, 100 manat qiymətində Almaniya istehsalı olan kişi gödəkçəsi, 150 manat qiymətində bir komplekt yataq dəsti, 500 manat qiymətində bir ədəd qızıl kişi üzüyü, 50 manat qiymətində bir ədəd qadın şalvarı, 170 manat qiymətində bir ədəd qızıl sırğa və 40 manat qiymətində bir ədəd qadın ayaqqabısını taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə kirayədə yaşadığı ünvan 6 ünvanındakı mənzildə alıb ələ keçirməklə zərərçəkmiş şəxs Yaqut Nəsirovaya ümumilikdə 2510 (iki min beş yüz on) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2019-cu ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya ailə üzvlərinin ağır xəstəliyə tutulacaqlarını və onların sağalmasından ötrü dini ritualların həyata keçirilməsi üçün pul lazım olacağı barədə Həzrəti Əlinin onu buyurduğunu yalandan bildirərək, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 2019-cü ilin aprel ayından 2020-ci ilin aprel aymadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə 45000 (qırx beş min) manat pul, 500 manat qiymətində “Grundig” markalı televizor, 450 manat qiymətində “Veko” markalı kondisioner, 800 manat qiymətində “Sony” markalı səs gücləndirici qurğular (kinoteatr), 200 manat qiymətində “Sony” markalı videokamera və 600 manat qiymətində “Samsung” markalı mobil telefonu tanışı taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə ünvan 6 ünvanda və Səbail rayonu, Badamdar qəsəbəsində kirayə yaşadığı mənzildə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab edilən 47550 (qırx yeddi min beş yüz əlli) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs1 uşaqlıq yaşlarından tanıyır və onlar Sabtiradab şəhərində onun atası ilə qonşu olmuşlar. Onun özü seyid nəslindən olmaqla atası Miriş uzun müddət Sabirabad rayonun axundu işləyib. Keçmiş əri Muradxan Cəbrayılovla 1989-cu ildə ailə həyatı qurmuş və sonuncu onun xalası oğlu olmaqla birgə nikahlarından iki qızı və bir oğlu vardır. Qızları Vüsalə 1990-ci il, Türkanə 1992-ci il və oğlu İsrail isə 1993-cü il təvəllüdlüdür. Oğlu İsrail doğulandan sonra əri Muradxanla yola getmədikləri üçün onlar ayrılmışlar və o, uşaqlan ilə atasının evinə getmişdir. Bundan sonraı onu və uşaqlarını öz atası dolandırırmışdır. Lakin, 2003-cü ildə atası vəfat etmişdir. Onu da bildirmək istəyir ki, atası vəfat edəndən sonra onun Zərərçəkmiş şəxs1lə münasibəti yaranmışdır. Onlar ailəsi seyid olduğuna görə qonşuları və tanışları onlara yardım göstərirmişlər. Əhədağa həmin ərəfələrdə Sabirabad İcra Hakimiyyətində işləmişdir. Əhədağa da ona daim yardım etmişdir. Belə ki, o zaman hər ay Əhədağa ona keçmiş məzənnə ilə qırx manat ödəməklə ona köməklik etmişdir. Bundan sonrakı dövrdə onunla Əhədağanın arasında çox yaxın münasibətlər yaranmış və onlar arada görüşərək qeyri-rəsmi qaydada ər-arvad münasibətləri saxlamışlar. Həmçinin qızı Türkanə ailə həyatı quran zaman da toyun edilməsində və lazım olan cehizlərin alınmasında Əhədağa ona maddi baxımdan köməklik etmişdir. Təxminən 2012-ci ildə o, öz ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçərək Hovsan qəsəbəsində yaşayan qaynı Tərxanın evində qalmışlar. Həmin ərəfədə onu özü bir qədər pul yığmış və Əhədağaya özü üçün mənzil almaq istədiyini demişdir. Əhədağa ona yardım edərək ona 10000 manat pul göndərmişdir. Bundan sonra o, Hövsan qəsəbəsində Fizuli Bayramov küçəsi bina 21, mənzil 54 ünvanda yerləşən üç otaqlı mənzili 30000 manata alaraq ailə üvüləri ilə birlikdə həmin mənzilə köçmüşlər. Əhədağa həmçinin onun üçün mütamadi ərzaq məhsulları və müxtəlif məbləğlərdə pul da göndərmişdir. Onu da bildirmək istəyir ki, onun özü seyid nəslindən olduğuna görə gələcəkdə ola biləcək hadisələri görə bilir. Hətta atası vəfat edikdən üç gün sonra atasının yas çadırının yanında atasını görmüşdür. 2012-ci ildə o, yuxuda atasını görmüş, atası ona demişdir ki, o, Əhədağa ilə Hövsan qəsəbəsindəki evində görüşsə, narkoman olan oğlu İsrail qan tökəcək, ona görə də, başqa yerdə Əhədağa ev alsın. Belə hesab edir ki, o, bunu olduğu kimi Əhədağaya desəydi, sonuncu ona inanmayacaqdı. Buna görə də, yalandan ona demişdir ki, Allah ona belə buyurub ki, o, Bakı şəhərində onun üçün mənzil alsa, onun işləri yaxşı gedər və ruzisi bol olar. Əhədağa da, razılaşmışdır. Bundan sonra o, Bakı şəhəri Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyatzadə küçəsində «Bəyaz market»in yerləşdiyi yeni tikili binanın 14-cü mərtəbəsində 2 otaqlı, sahəsi 95 m iki olan mənzili Əhədağa ilə bəyənmiş və Əhədağa mənzili 90000 manat almışdır. Əhədağa həmçinin 10000 manata yaxın vəsaiti həmin mənzilin mebellərinə və məişət texnikasına xərcləmişdir. Əhədağa həmin mənzili müqavilə əsasında onun öz adına almış və bundan sonrakı dövrdə onlar həmin mənzildə görüşürərək qeyri-rəsmi ər-arvad kimi münasibət saxlamışlar. Təxminən 2013-cü ildə bacısı Fatma ona “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında qızı Aynurənin tanışının ucuz qiymətə mənzili təcili satdığını ona demişdir. Lakin, Aynurənin özü ona bu barədə heç nə deməmişdir. O, isə bu adla Əhədağadan pul almaq istədiyinə görə, Əhədağaya ucuz qiymətə, yəni 60000 ABŞ dollar qiymətində mənzil satılıdığını və mənzili satan adamın öz bacısı qızı Aynurənin tanışı olmasını demişdir. Sonra isə bacısı qızı Aynurənin adından Əhədağa ilə telefonda başqa mobil nömrəsindən bu barədə danışmışdır. Əhədağa Aynurəni tanımadığına görə, onunla Aynurənin deyil, özü danışdığını başa düşməmişdir. Onu da bildirmək istəyir ki, əvvəllər də o, dəfələrlə başqa qadın adları ilə Əhədağa ilə danışsa da, Əhədağa bundan şübhələnməmişdir. Öz bacısı qızı Aynurənin adı ilə Əhədağa ilə telefonda danışan zaman o, Bakı şəhəri «Elmlər Akademiyası» metrostansiyasınm yaxınlığında ucuz qiymətə, yəni 60000 ABŞ dollar qiymətində tanışının mənzil satdığını yalandan ona demişdir. Həmçinin Aynurənin adından Əhədağaya demişdir ki, bunun üçün pulu ona yox, xalası Hüsniyəyə yəni, onun özünə göndərsin və ondan özü götürəcəyini demişdir. Əhədağa buna inanaraq, mərhum taksi sürücüsü Maarif adlı şəxslə iki dəfəyə həmin məbləğdə pulu ona göndərmişdir. O isə həmin pulu öz şəxsi ehtiyaclarına və həmçinin öz oğlu İsrailin müalicəsinə xərcləyərək, heç bir mənzil almamışdır. Sonradan isə yalandan Əhədağaya həmin pulu bacısı qızı Aynurənin mənzili satan maklerə verdiyini, maklerin isə qaçıb getdiyini demişdir. Həmçinin Əhədağaya bildirmişdir ki, Allah ona buyurub ki, mənzil almağa görə Aynurəyə verdiyi pulu geri tələb etməsin. Əhədağa da dindar adam olduğuna görə ona inanmışdır. Onu da bildirmək istəyir ki, öz oğlu İsrail narkoman olduğu üçün mütamadi olaraq ondan pul istəmiş və o, oğlunu həmin yoldan çəkindirməyə çalışsa da, buna nail ola bilməmişdir. Maddi çətinlikləri olduğuna görə o, məcbur qalıb təxminən 2014-cü ildə yalandan Əhədağaya onun övladlarının ağır xəstə olacağını gördüyünü, Allahın bu barədə ona bildirdiyini və belə müsibətin qarşısını almaq üçün ceyran dərisinin üzərində dualar yazdırmaq lazım olduğunu demişdir. O, Əhədağanı inandırmışdır ki, o, guya Həzrəti Əli və Həzrəti Fatimə ilə danışır. Bunu o, məcbur olaraq etmişdir. Çünki, öz oğlu narkoman olduğu üçün oğlu gündə ondan pul alaraq xərcləmiş və o, Əhədağadan bunun üçün pul istəmişdir. Lakin, o zaman Əhədağadan hansı məbləğdə pul istədiyini xatırlamır. Əhədağa isə hələlik pulu olmadığını ona demişdir. O isə Əhədağaya pul əvəzində qızıl verə biləcəyini demişdir. Əhədağa onun dediklərinə inanaraq, o zaman təxminən 8000-9000 manatlıq qızıl əşyaları ona göndərdiyi ərzaq məhsullarının içərisinə qoyub ona göndərmişdir. O, isə hal-hazırda xatırlamadığı yerlərdə həmin qızılları satıb pulu öz oğluna xərcləmişdir. 2014-cü ildə o, Hövsan qəsəbəsində Anar adlı şəxsin ev tikib satmaqla məşğul olduğunu öyrənmişdir. Belə ki, o zaman o, Sabirabad şəhərində öz ailəsi ilə yaşayan qızı Türkan üçün ev almaq niyyətində olmuşdur. Qızı Türkanla qayınatası yola getməmiş və qızının ailəsi dağılmaq üzrə olmuşdur. O zaman Əhədağaya qızı Türkanın əri Sənanla ayrılmaq üzrə olmasını və onlar üçün Bakı şəhərində ev almaq lazım olduğunu demişdir. Həmçinin Əhədağaya yalandan demişdir ki, Allah ona belə buyurub ki, Əhədağa onlar üçün ev alsın, əvəzində isə Allah ona bol ruzi verər. Əhədağa bildirmişdir ki, Allahın razılığını almaq üçün hər şey edər, əgər Allah belə buyurubsa ev alar. Bundan sonra o, Hövsan qəsəbəsində yaşayan taksi sürücüsü Amillə birlikdə Anarın ev tikdiyi torpaq sahəsinə getmişlər. Orada Anarın evi yenicə tikməyə başladığını görmüş və ona tikməkdə olan həmin evi almaq istədiyini bildirmişdir. Belə ki, həmin ev bir mərtəbəli və dörd otaqlı olmalı olmuşdur. Anarla belə razılaşmışlar ki, sonuncu evi tikib təmir edib ona 40000 manata satar. Bundan sonra o, Əhədağaya zəng edərək Hövsan qəsəbəsində ucuz qiymətə ev satıldığını və həmin evi almaq istədiyini demiş, lakin Əhədağaya həmin evin hələ tikilməkdə olduğunu deməmişdir. O zaman pula ehtiyacı olduğuna görə o, Əhədağaya yalandan demişdir ki, ev 55000 manata satılır. Əhədağa bu işdə də ona köməklik eədərək 55000 manat pulu mərhum bibisi oğlu Maariflə ona göndərmişdir. O, isə ev tikilib hazır olduqdan sonra 40000 manat pulu Anara vermişdir. Onu da bildirmək istəyir həmin ev tikildiyi torpaq sahəsini kürəkəni Sənanın anasının təkidi ilə Sənanın adına sənədləşdirmişlər. Qalan 15000 manat pulu isə o, öz oğlu üçün xərcləmişdir. Onu da bildirmək istəyir ki, özünün dediklərinə Əhədağanı inandırmaq üçün o, sonuncuya X61 evində olmasını, Həzrəti Əlinin onun işlərinin yaxşı getməsi üçün onun dediyini etməli olmasını demişdir. Hətta Əhədağanı inandırmaq üçün özünü X68 kimi təqdim edib onunla kişi səsinə oxşar səslə də danışmışdır. Həmçinin Əhədağanı inandırmağa çalışmışdır ki, onun özü və qızı üçün aldığı evləri ondan istəməsin. Belə ki, ona bildirmişdir ki, Allah ona belə əmr edib ki, onun üçün aldığı evlərin adını tutmasın və evlər ona qalsın. Təxminən 2014-2015-ci illərdə öz oğlu narkomanlara qoşularaq pis-pis işlərə pul xərclədiyi üçün ondan gündə təxminən 3000-4000 manat civarında pul almış və o, Əhədağadan aldığı pulları məcbur olub öz oğluna vermişdir. Ona yenə pul lazım olduğuna görə o, yalandan Əhədağaya demişdir ki, Allah ona belə buyurub ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən X70 ziyarətgahın yaxınlığında X66 və X45 yaşaması üçün ev alsın və bu vəzifəni Allah onun üzərinə qoyub. Həmçinin ona yalandan demişdir ki, həmin ziyarətgahın yaxınlığında 70000 manat qiymətində ikimərtəbəli həyət evi satılır. Əhədağa onun sözlərinə inanaraq həmin 70000 manat pulun bir hissəsini Hövsan qəsəbəsində yaşadığı evdə, bir hissəsini isə Yeni Yasamalda aldığı evdə şəxsən onun özünə vermişdir. Bir müddət sonra Əhədağa ona həmin evi ona göstərməsini demiş, o isə Əhədağaya demişdir ki, o, evi X66 və X56 üçün aldığı üçün həmin evə getmək olmaz, çünki, müqəddəslər orada yaşayacaqlar. Əhədağa da onun dediklərinə inanmışdır. Bu yolla Əhədağadan aldığı pulları o, hissə-hissə öz oğluna xərcləmişdir. Həmin dövrdə onun özü Əhədağa ilə telefonda Xatun, Fatimə və başqa adlarla da danışmışdır. Əslində isə onun Xatun adlı qadın tanışı yoxdur. Sadəcə olaraq Xatun adlı qadını yuxuda üzübağlı müqəddəs qadın kimi görmüşdür. Fatimə xanım isə peyğəmbərin qızıdır. O, həmçinin özünü Peyğəmbərin qızı kimi təqdim edib Əhədağa ilə danışmışdır. Hətta öz qızı Vüsalənin adı ilə Əhədağa ilə danışmışdır. Onu da bildirmək istəyir ki, Əhədağa iki dəfə Hövsan qəsəbəsindəki həyət evinə «Qazel» markalı yük avtomobili ilə tikinti materialları göndərmiş və həmin materialların pulunu, həmçinin yol pulunu da Əhədağa özü ödəmişdir. Əslində isə ev tam təmirli oldğuna görə o, həmin materialları satıb pulunu xərcləmişdir. Əhədağa isə həmin evin təmirli olmasını bilməmişdir. O isə Əhədağaya zəng edərək Hövsan qəsəbəsində aldığı həyət evini təmir etmək üçün tikinti materialları lazım olmasını demiş və tikinti materiallarının siyahısını Əhədağaya göndərmişdir. Əhədağa da, həmin materialları göndərmişdir. Həmin ərəfələrdə o, Əhədağaya yalandan demişdir ki, Allah ona belə buyurub ki, məscid tiksə onun komersiya işləri yaxşı gedəcəkdir və Bakı şəhərində 30-40 mənzili olacaqdır. Həmçinin Əhədağanı inandırmaq üçün Həzrəti Əli, Həzrəti Fatimə və Xatun adı ilə özünü təqdim edib telefonda onunla dəfələrlə danışmış və beləcə onu öz dediklərinə inandırmışdır. Əhədağa o zaman məscid tikəcəyi torpaq sahəsini ona göstərməsini xahiş etmiş, o isə Əhədağaya məscidi tam tikdirib qurtarandan sonra ona məscidi göstərəcəkyini demişdir. Bu yolla Əhədağadan hissə-hissə iki il ərzində, yəni 2014-2015-ci illərdə 300000 manata yaxın məbləğdə pul alaraq öz eytiyaclarına xərcləmişdir. Əhədağa həmin pulu ona taksi sürücüsü Amilin vasitəsilə çatdırmışdır. Belə ki, Əhədağa ona pul göndərəndə pulu Sabirabad şəhərində Sabirabad- Bakı istiqamətində işləyən taksi sürücüsünə vermiş, Amil isə Bakı şəhərində həmin şəxsdən pulu qəbul edərək ona çatdırmışdır. Əhədağanın onun üçün göndərdiyi tikinti materiallarını da Amil Hövsan qəsəbəsində qarşılamışdır. Belə ki, o zaman o, Əhədağaya məscid tikintisi adı ilə tikinti materialları göndərməsini demiş, Əhədağa da, bir neçə “Kamaz” markalı yük avtomobili ilə mişar daşı və sementi ona göndərmişdir. O isə Amilə həmin yük avtomobillərindəki yükü Türkan qəsəbəsində yolun kənarında boşaltdırmasını demişdir. Amil də onun göstərdiyi yerdə həmin yük avtomobillərindən mişar daşlarını və sementi boşaltdırmışdır. Həmin yük avtomobillərindən mişar daşlarını və sementləri boşaltdırdıqdan sonra isə o, elə həmin gün həmin materialları ucuz qiymətə Əhədağanın xəbəri olmadan müxtəlif şəxslərə satmışdır. Həmçinin Əhədağanı inandırmaq üçün ona demişdir ki, məscidin künbəzini mələklər qızıldan düzəldəcəklər. Əhədağa hər dəfə məscidi ona göstərməsini deyəndə o, Əhədağaya məscid hazır olandan və Allah icazə verdikdən sonra məscidi ona göstərəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin iş üzrə həbs olunmazdan təxminən dörd il əvvəl kürəkəni Sənan qızı Türkanə ilə yola getmədikləri üçün onlar ayrılmışlar və həmin dövrdə o, Bakı şəhəri Yeni Yasamal qəsəbəsində Əhədağanın onun adına aldığı mənzili Əhədağanı xəbərsiz 85000 manata satmış və həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Məscid tikintisi adı ilə Əhədağadan aldığı pulla isə Hövsan qəsəbəsində öz qızı Türkanə Əhədağanın aldığı evin yaxınlığında üç otaqlı həyət evini 27000 manata almışdır. Yeni Yasamal qəsəbəsində satdığı evdən gətirdiyi mebelləri isə həmin evə aparmış və bir il sonra isə həmin evi də satmışdır. Onu da bildtirmək istəyir ki, Əhədağa ilə telefonla mütamadi olaraq telefon əlaqəsi saxlasa da, onunla 2015-ci ildən etibarən görüşməmişdir. Belə ki, 2015-ci ildə o, Hövsan qəsəbəsində əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Mail Mustafayevlə tanış olmuşdur. Mail Mustafayev ailəli olsa da, onunla hərdənbir Mailin kirayəyə götürdüyü bağ evində görüşürmüşlər. Onun Maillə olan münasibətləri barədə Əhədağanın məlumatı olmamışdır. Maillə bir neçə il ərzində görüşmüşdür. Onu da bildirmək istəyir ki, Mail heç bir yerdə işləməmiş və birlikdə restorana gedəndə də yemək pulunu da həmişə onun özü ödəmişdir. Münasibət saxladıqları bir neçə il ərzində o, Mailə Əhədağadan aldığı puldan təminən 20000 manat pul xərcləmişdir. Onu da bildirmək istəyir ki, həmin ərəfədə digər qızı Vüsalə qayınanası ilə yola getmədiyi üçün Bakı şəhərində kirayədə qalmağa başlamışdır. 2016-ci ilin yay aylarında o, Əhədağadan aldığı pullardan təxminən 80000 manat məbləğində pulu hissə-hissə öz kürəkəni Valehə vermişdir ki, sonuncu özü üçün torpaq sahəsi alıb ev tiksin. Həmin pulu o, taksi sürücüsü Amilin vasitəsilə Valehə göndərmişdir. Kürəkəni Valeh ondan aldığı pula Buzovna qəsəbəsində “Kolbasa” zavodunun yaxınlığında “Vişniyovka” deyilən ərazidə Səbuhi adlı şəxsdən dörd sot torpaq sahəsi almış və orada birmərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Həmin evin təmirinə, hətta pərdələrin alınmasına da pulu onun özü vermişdir. Kürəkəni Valeh həmin evi tikməyə başlayanda o, Əhədağaya güya ki, məscidin tikintisi üçün material lazım olmasını demişdir. Yuxarıda qeyd etdiyi kimi, Əhədağanın Sabirabad rayonundan bir neçə yük avtomobili ilə göndərdiyi tikinti materiallarının bir qismini o, başqa şəxslərə satmış, bir hissəsini isə Türkan qəsəbəsində yolun kənarında boşatdırdıqdan sonra onları başqa yük avtomobillərinə yüklədib Buzovna qəsəbəsinə qızı Vüsalə üçün ev tikdirdiyi torpaq sahəsinə Amilin vasitəsi ilə göndərmişdir. Əhədağanın məsçidin tikintisi üçn ona göndərdiyi tikinti materiallarının bir hissəsini satdığı, qalan hissəsini isə qızı Vüsalə üçün tikdirdiyi evin tikintisinə sərf etdiyi barədə Əhədağanın məlumatı olmamışdır. Həmin ərəfədə o, Hövsan qəsəbəsində yaşamış, lakin münasibət saxladığı Mail onu bezdirdiyi üçün o, orada qalıb yaşmaq istəməmişdtir. Buna görə də o, Hövsan qəsəbəsində olan mənzili 2018-ci ildə təxminən 55000 manata satmışdır. Onu da bildirmək istəyir ki, həmin ərəfələrdə Əhədağa Sabirabad rayonu, Bulaqlı kəndində yolun kənarında özünə məxsus olan torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikmək istəmişdir. O, Əhədağa ilə yaxın münasibətdə olduğu üçün ona təklif etmişdir ki, satdığı evin pulundan ona göndərsin. Əhədağa buna razılıq vermiş və o, Əhədağaya hissə-hissə olmaqla təxminən iyirmi-otuz min manat civarında pul göndərmişdir. Hövsan qəsəbəsində evi satdıqdan sonra o, Yasamal rayonu, Şərifzadə küçəsində yeni tikili binada kirayədə yaşamağa başlamış və qızı Türkanə də onunla birlikdə orada yaşamışdır. Bundan bir müddət sonra, yəni 2019-cu illin əvvəllərində onun pula ehtiyacı olduğu üçün o, yalandan Əhədağaya demişdir ki, Həzrəti Əli ona deyib ki, onun ailəsində və yaxınlarında ağır xəstələr olacaq və bunun qarşısını alan duaların oxunması üçün pul lazımdır. Buna görə bir neçə ay ərzində Əhədağa ona taksi sürücüsü Əli adı ilə müraciət etdikləri Əlibabanın vasitəsilə hissə-hissə 25000-30000 manat civarında ona pul göndərmiş, pulu olmayanda isə ona həmin taksi sürücüsü Əli adlı şəxsin vasitəsi ilə muxtəlif məişət əşyaları göndərmişdir. O isə Əhədağanın ona göndərdiyi müxtəlif kondisioner, televizor, mobil telefon, videokamera və xatırlamadığı digər məişət əşyalarını satıb pulu öz ehtiyaclarına xərcləmişdir. Onu da bildirmək istəyir ki, o zaman Əhədağa ona pul göndərən zaman ona öz qohumu Yaqut Nəsirovanın da xəstə olmasını demişdir. O isə Yaqutla əlaqə saxlayaraq ona dualar edəcəyini demişdir. Yaqut da taksi sürücüsü Əlibabanın vasitəsi ilə təxminən 400 manata yaxın pul, qadın plaşı, yataq dəsti, qadın ayaqqabısı, bir neçə paltar, bir ədəd qızıl sırğa, bir ədəd kişi üzüyü və bir ədəd qadın gödəkçəsi ona göndərmişdir. O isə suya dua oxuyub taksi sürücüsü Əlibabanın vasitəsi ilə Yaquta göndərmiş və sonuncu ilə telefon əlaqəsi saxlayaraq göndərdiyi su ilə çimməsini və şəfa tapacağını demişdir. Onu da bildirmək istəyir ki, onun Yaqutu aldatmaq fikri olmamışdır və sonra Yaqut sağaldığını ona bildirmişdir. O, 2012- 2019-ci illlər ərzində Əhədağadan hissə-hissə olmaqla təxminən altı yüz min mant civarında pul almışdır. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş və o, hər şeyi olduğu kimi bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edir. Zərərçəkmiş şəxs1 onun özünə və ailə üzvülərinə daim yardım etmiş və onlara qayğı göstərmişdir. Ona qarşı etdiyi hərəkətlərə görə çox peşmandır və bununla bağlı ona dəfələrlə üzürxaqlıq etmişdir. Yuxarıda qeyd etdiyi kimi Zərərçəkmiş şəxs1 aldığı pulların bir hissəsini Əhədağa ona köməklik üçün göndərmişdir. Lakin, həmin pulların çox hissəsini o, Əhədağanı aldadaraq ələ keçirmişdir. Bunu o, maddi çətinlikləri ucbatından etmişdir.X51 aldatmaq niyyəti olmamışdır və ondan muxtəli geyim əşyaları, pul və bir ədəd qızıl kişi üzüyü, bir ədəd qızıl sırğa götürdüyünü təsdiq edir. Onu da bildirmək istəyir ki, öz qızları üçün Əhədağadan aldığı pullarla aldığı və tikdirdiyi Hövsan qəsəbəsində, həmçinin Buzovna qəsəbəsindəki evləri hal-hazırki vaxta qədər onlar könüllü olaraq Əhədağaya qaytarmışlar. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs1 məsçid tikdirəmək və sairə barədə yalan deyərək ondan külli məbləğlərdə pul aldığı ilə bağlı peşmançılıq çəkir və bununla bağlı ondan dəfələrlə uzr istəmişdir. Hal-hazırda o, Zərərçəkmiş şəxs1lə barışmışlar. Ailə vəziyyətini və qadın olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, öz ailə üzvüləri ilə birlikdə Sabirabad şəhərində yaşayır. Təqsirləndirilən şəxs yaşca ondan kiçik olmaqla onu uşaqlıq vaxtlarından tanıyır. Belə ki, Hüsniyə öz valideynləri ilə onlarla qonşuluqda yaşamışdır. Hüsniyənin özü, həmçinin onun qohumları ilə həmişə mehriban münasibətlərdə olmuş və hal-hazırda münasibətləri yaxşıdır. Onu da bildirmək istəyir ki, Hüsniyənin valideynləri seyid olduğuna görə rayonda hamı onların ailəsinə böyük hörmətlə yanaşmış və onların evinə nəzir vermişlər. Hüsniyyənin mərhum atası Miriş hörmətli, dindar adam olmaqla Sabirabad rayonunun axundu olmuşdur. Onun özü əvvəllər on ilə yaxın Sabirabad rayon İcra hakimiyyətində məsləhətçi işləmiş, 2005-ci ildən 2019-cu ilədək isə Sabirabad şəhər İcra nümayəndəsi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə o, kommersiya fəaliyyəti ilə də məşğul olmuş və Sabirabad şəhərində öz atasına məxsus avtomobillərin təmir sexini və avtoyuma məntəqəsini işlətmişdir. Bununla yanaşı, tikinti materialları mağazası icarəyə götürüb işlətmiş və həmçinin Moskva şəhərinə kənd təssərüfat məhsulları göndərməklə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunda ailə həyatı qurmuş və sonuncunun iki qızı və bir oğlu vardır. Hüsniyənin böyük qızının adı Vüsalə, kiçik qızının adı Türkanə və oğlunun adı isə İsraildir. Onun Hüsniyə ilə yaxın münasibətləri 2003-cü ildən yaranmışdır. Belə ki, 2003-cü ildə Hüsniyənin atası ölmüşdür. O, zaman onun özü Sabirabad rayon İcra hakimiyyətində işlədiyinə görə Hüsniyə ona zəng vurub xeyriyyə fondlarından ona yardım olunmasını xahiş etmişdir. Hüsniyə həyat yoldaşından ayrıldıqları və maddi çətinlikləri olduğuna gör o, bununla bağlı ona köməklik etmişdir. Bundan sonra, yəni 2005-ci ildən etibarən Hüsniyyə ilə onun yaxın münasibəti yaranmış və arada görüşürmüşlər. 2012-ci ildə Hüsniyə Bakı şəhərinə köçmüş və Bakı şəhərində mənzili olmadığı üçün qaynının evində bir müddət yaşamışdır. Həmin ərəfələrdə o, tez-tez Hüsniyəyə ərzaq məhsulları və pul göndərmişdir. 2012-ci ildə Hüsniyə özü üçün Hövsan qəsəbəsində mənzil almaq üçün ondan 10000 manat pul istəmiş və o, həmin məbləğdə pulu Hüsniyəyə borc kimi deyil, kömək məqsədilə vermişdir. Sonra Hüsniyə ünvan 8 ünvandakı mənzili həmin ərəfələrdə satın almış və həmin mənzildə yaşamağa başlamışdır. O, da, hərdənbir Bakı şəhərinə gələrək Hüsniyyə ilə oteldə görüşmüşdür. Həmin ərəfələrdə Hüsniyə ona demişdir ki, guya ona Allah tərəfindən öncədən görmə vergisi verilib və müqəddəs imamlarla, əsasən X46 birbaşa ünsiyyətdədir və Həzrəti Əlii ona gələcəkdə baş verə biləcək hadisələri əvvəlcədən deyir. Söhbət zamanı Hüsniyə ona demişdir ki, Allah ona əmr edir ki, o, Bakıda mənzil alsın və mənzili onun adına keçirtsin. Mənzil alsa Allah vəd verib ki, xətadan və bəladan uzaq olar. O, Hüsniyyənin dediklərinə inanaraq, 2012-ci ilin yay aylarında Bakı şəhəri Yeni Yasamal qəsəbəsində yeni tikili binada təmirli iki otaqlı mənzili 95000 manata almışdır. Mənzili onun üçün Hüsniyə tapmış və demişdir ki, ucuz qiymətə təcili satılır. Lakin, həmin mənzilin qeydiyyat şəhadətnaməsi olmamış və mənzil müqavilə əsasında satılmışdır. Buna görə də o, mənzili müqavilə ilə Hüsniyənin adına keçirmişdir. Həmin mənzilin bir açarı Hüsniyədə, bir açarı isə onda olmuşdur. Lakin, mənzildə heç kim qalmırmışdır. O həmin mənzili iki-üç ay ərzində 15000 manat qiymətində mebellərlə və məişət texnikası ilə təchiz etmişdir. Həmin mənzil ünvan 3 ünvanda yerləşir. 2012-ci ildə Hüsniyə ona zəng vuraraq demişdir ki, Bakı şəhəri «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında bacısının qızı Aynurənin tanışı öz mənzilini ucuz qiymətə təcili satır. Hüsniyə ona məsləhət görmüşdür ki, həmin mənzili alsın. Həmin mənzil onun öz adına sənədləşdirməli olması barədə razılaşmışlar. Hüsniyə ona mənzilin 60000 manata satıldığını və pulu ona göndərməsinii demişdir ki, mənzili alsın. O zaman Hüsniyə onu özü tanımadığı Aynurə ilə telefonda danışdırmışdır. Özünün Aynurə olmasını deyən qadın ona demişdir ki, düşmə mənzildir və mənzili almağı ona məsləhət etmişdir. Buna görə də o, 60000 manat pulu iki dəfəyə bir həftə ərzində Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olan Sabirabad şəhər sakini mərhum Maarifin vasitəsi ilə Hüsniyəyə göndərmiş və sonuncunun deməsinə görə o da pulu Aynurəyə vermişdir. Son nəticədə Aynurə onun üçün həmin mənzili almamışdır. Sonradan Hüsniyə yalandan ona demişdir ki, güya ki, Aynurə pulu maklerə verib, makler isə qaçıb getmişdir. O, mənzilin pulunu geri tələb edəndə isə Hüsniyə başqa bəhanə gətirərək, demişdir ki, güya ki, həmin makler suda boğulub. Həmçinin onun dindar adam olduğunu bildiyinə görə ona demişdir ki, Rəbbi ona deyir ki, o, həmin mənzilin arxasınca getməsin və Aynurədən pulu tələb etməsin. O, Hüsniyəyə inanaraq ondan və ya Aynurədən pulu tələb etməmişdir. Onu da bildirmək istəyir ki, onun özü o zaman Aynurəni şəxsən tanımamış və onu görməmişdir. Ola bilsin ki, Hüsniyə Aynurənin adı ilə özü onunla telefonda danışıb bu yolla ona aldatmışdır. Növbəti dəfə, yəni 2014-cü ildə Hüsniyə yenə ona zəng vurub demişdir ki, onun övladları üçün bəla gözlənilir və bəlanın qarşısını almaq üçün 10000 manat pul lazımdır. Həmçinin ona həmin pulla duaların bahalı material üzərində, yəni ceyranın göbəy dərisi üstündə yazılmalı olmasını demişdir. O zaman əlində pul olmadığına görə o, Hüsniyəyə demişdir ki, pul əvəzinə qızıl verə bilər və Hüsniyə razılıq vermişdir. Buna görə də o, özünə və oğlu Kamran üçün aldığı 13000 manat qiymətində üç ədəd qızıl boyunbağını, sünbül formasında qızıl qolbağı, bir ədəd qızıl saatı, qızıl kole və bir ədəd qızıl qolbağı Hüsniyəyə Bakı şəhəri, Yeni Yasamal qəsəbəsindəki aldığı mənzildə şəxsən vermişdir. Daha sonra 2014-cü ilin yay aylarında Hüsniyə ona zəng vuraraq demişdir ki, Suraxanı rayonu Hovsan qəsəbəsi, Zeytunluq adlanan yerdə ucuz qiymətə birmərtəbəli həyət evi satılır. Həmçinin bildirmişdir ki, Rəbbi ona deyir ki, o, bu evi onun üçün almalıdır və əgər həmin evi onun üçün alsa, Allan ona buyurub ki, ruzisi artıracaq, komersiya fəaliyyətimdə böyük qazanc götürəcəkdir. Hüsniyə həmin evin 55000 manata satıldığını demiş və o, həmin məbləğdə pulu özünün uzaq qohumu və eyni zamanda Hüsniyənin qızı Türkanənin əri Sənana vermişdir ki, pulu Hüsniyəyə versin. Həmçinin o zaman Hüsniyəyə demişdir ki, həmin evi Sənanın adına sənədləşdirsin. Bundan sonra Hüsniyə sonradan Anar adlı şəxsdən həmin evi almış və evin tikildiyi torpağı Sənanın adına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Notariat ofisində sənədləşdirmişdir. Ev alındıqdan sonra o, Hüsniyə ilə birlikdə həmin evə baxmışlar. Həmin ev dörd otaqlı olmaqla, torpaq sahəsi isə üç sot olmuşdur. Daha sonra 2014-cü ildə Hüsniyə ona demişdir ki, Allah ona deyib o, Bakı şəhərinin kəndlərinin birində məscid tikməlidir və onun boynuna məscid tikdirmək vəzifəsi qoyulub. Həmçinin ona demişdir ki, bu xeyir əməli etsə, bütün işləri yaxşı gedəcək, ruzisi bol olacaq, övladları xoşbəxt olacaq və özünün Bakı şəhərində 30-40 mənzili olacaqdır. Hüsniyə məscidi Bakı kəndlərinin birində özü tikdirəcəyini bildirmişdir. O zaman Hüsniyəyə elə bil onu hipnoz etmişdir və buna görə onun dediyi hər sözə inanmışdır. Bundan sonra məscid tikintisi adı ilə Hüsniyə 2014-cü ildən 2016-ci ilədək olan müddət ərzində hissəhissə ondan 450000 manat pul almışdır. Hüsniyə hər dəfə ondan məscid tikintisi adı ilə pul alanda o, bu barədə özündə qeydlər etmişdir. Həmin pulların bir hissəsini o, Hüsniyəyə Hovsan qəsəbəsində sonuncunun o zaman yaşadığı mənzildə vermişdir. Pulun bir hissəsini isə tanış taksi sürücüsü ilə, yəni əsasən Hövsanda taksi fəaliyyəti ilə məşğul olan Amilin vasitəsilə Hüsniyəyə göndərmişdir. Onu da bildirmək istəyir ki, Hüsniyə o zaman ona məscidi Türkan qəsəbəsində tikdirəcəyini bildirmişdir. Hüsniyə ona demişdir ki, məscidin tikildiyi yerə üç yük avtomobili mişar daşı, həmçinin sement və 300 kvadrat metrlik metlax göndərsin. O, da Hüsniyənin dediklərinə inanaraq həmin ünvana iki dəfə “Şhacman” markalı yük avtomobili ilə mişar daşı, taxta, sement, dəmir boru və şifer göndərmiş, üç dəfə də “Qazel” markalı yük avtomobili ilə metlax, “MətanətA” yapışdıncısı, kafel, ağ lay tumbaları göndərmişdir. Onu da bildirmək istəyir ki, həmin tikinti materiallarının alınmasına xərclədiyi pul məsçidin tikintisi üçün əvvəllər Hüsniyəyə verdiyi 450000 manata daxil deyildir. Qeyd etdiyi həmin tikinti materiallarına əlavə olaraq o, 10220 manat pul xərcləmişdir. Lakin, onun özü həmin ünvanda heç vaxt olmamışdır. Belə ki, o, Hüsniyədən onu məscid tikilən yerə aparmasını xahiş etmiş, lakin Hüsniyə məscid tikilib hazır olandan sonra onu ora aparacağını demişdir. Həmçinin demişdir ki, Allah hələlik icazə vermir ki, o, məscidə gedib baxsın. Daha sonra 2015-ci ilin payız aylarında Hüsniyə ona zəng vurub demişdir ki, Allah ona belə buyurub ki, İmam Əli və Həzrəti Fatimə üçün X71 Ziyarətgahının yaxınlığında ev alsın. İmam Əli və Həzrəti Fatimə gözə görənməz olduqları üçün aldığı həmin evdə qalacaqlar. Hüsniyyə demişdir ki, guya İmam Əli və Həzrəti Fatiməni görür. O isə Hüsniyəyə demişdir ki, onu həmin müqəddəslərlə görüşdürsün. Hüsniyə isə o, məscidi tikib başa çatdırmasa və evi almasa, onu onlarla görüşdürə bilməz və bu vəzifəni yerinə yetirdikdən sonra onu onlarla görüşdürəcəkdir. O zaman Hüsniyə demişdir ki, Şüvəlan qəsəbəsində X71 ziyarətgahının yaxınlığında iki mərtəbəli ev tapıb və həmin ev 70000 manata satılır. O, növbəti dəfə onun dediklərinə inanaraq 70000 manat pulun bir hissəsini həmin ərəfələrdə Hövsan qəsəbəsində Hüsniyənin yaşadığı mənzildə, bir hissəsini Yeni Yasamalda aldığı mənzildə şəxsən Hüsniyəyə vermişdir. Sonradan Hüsniyə ona demişdir ki, həmin evi alıb, İmam Əli və Həzrəti Fatimə orada yaşayırlar və onun üçün dua edirlər. Lakin, Hüsniyə ona həmin evi və guya tikdirdiyi məscidi göstərməmiş və ona bildirmişdir ki, vaxtı çatanda, yəni Allah icazə versə, həmin evi və məsçidi ona göstərəcəkdir. Hüsniyə onu inandırmaq üçün Fatimə, Həvva, Xatun, Əli, Hüseyn və başqa adlı şəxslərlə onu telefonla danışdırmışdır. Həmin şəxslərin adı ilə danışanlar ona demişlər ki, o, gördüyü xeyir işlərlə Allahın təqdirini qazanmışdır və o, Allahın sevimli bəndəsidir. Yalnız sonradan bilmişdir ki, Hüsniyə özü həmin şəxslərin adları ilə onunla danışaraq onun dindar adam olmasından istifadə edərək onu aldatmışdır. Bundan bir müddət sonra, yəni 2019-cu ilin aprel ayında Hüsniyyə ona demişdir ki, guya Həzrəti Əli ona deyib ki, onun xəstələri vardır və onların müalicəsi üçün dini ritualların keçirilməsindən ötrü pul lazımdır. Həqiqətən də, o zaman onun arvadı Bahar, qızı Günay, xalası Şəfayət və əmisi qızı Yaqut xəstə olmuşlar. Belə ki, xalası Şəfayət xərçəng xəstəsi, əmisi qızı Yaqut isə qara ciyər serrozu xəstəsidir. Hüsniyə ona demişdir ki, qızı Günayın boğazında xərçəng şişi yaranacaqdır. Bu sözləri telefonda İmam Əli kimi təqdim etdiyi şəxs də ona demişdir. O, həmin vaxt onunla danışanın həqiqətən də İmam Əli olduğuna inanmışdır. Hüsniyənin ona telefonda Həzrəti Əli kimi təqdim etdiyi şəxs demişdir ki, duallar üçün 10000 manat verməlidir. Bununla bağlı hissə-hissə olmaqla Hüsniyyə ondan 2019-cu ilin aprel ayından 2020-ci ilin aprel ayınadək olan müddət ərzində cəmi 45000 manat pul almışdır. Həmin pulun bir hissəsini o, məzənnə üzrə 17000 ABŞ dolları olmaqla vermişdir. Onu da bildirmək istəyir ki, həmin 17000 ABŞ dolları pulu o, öz atasının əmisi qızı Yaqut Nəsirovadan o zaman borc olaraq almışdır. Həmin puldan 11000 ABŞ dollar pulu onun özü Yaqutdan alıb Hüsniyəyə ilə ümumi tanışları olan taksi sürücüsü Əlibalanın vastitəsi ilə Hüsniyəyə göndərmişdir. Qalan 6000 ABŞ dollar pulu götürmək üçün isə Hüsniyə taksi sürücüsü Əlibalanı Yaqutun yaşadığı Yasamal rayonu, Tblisi prospekti 41 ünvanın qarşısına göndərmiş və sonuncu həmin pulu Yaqutdan götürüb Hüsniyəyə çatdırmışdır. Onu da bildirmək istəyir ki, Hüsniyə onun qohumu Yaqut Nəsirovanı sağaltmaq adı ilə də sonuncudan taksi sürücüsü Əlibalanın vasitəsi ilə muxtəlif qızıl-zinət əşyaları, pul və geyim əşyaları almışdır. Bundan başqa Hüsniyə onun qızının ağır xəstəliyə yaxalanmaması üçün duaların yazılması adı ilə yuxarıda göstərdiyi pullardan başqa yenə də ondan pul istəmişdir. Onda pul olmayanda isə Hüsniyə evdəki məişət əşyalarını ona göndərməsini, həmin əşyaları satıb duaların yazılmasına xərcləyəcəyini ona demişdir. Buna görə də o, öz evindəki təzə aldığı 500 manat dəyərində “Grundig” markalı televizoru, 450 manat dəyərində olan “Veko” markalı kondisioneri, 800 manat qiymətində “Sony” markalı səs gücləndirici qurğular (kinoteatr), 200 manat qiymətində “Sony” markalı videokamera, 600 manat qiymətində “Samsung” markalı mobil telefonu Hüsniyəyə taksi ilə göndərmişdir. Həmin əşyaları o, 2020-ci illərin fevral-mart aylarında Hüsniyəyə göndərmişdir. Lakin, bir müddət sonra öz qohumları və qızının sağalmadığını görərək o, Hüsniyədən pulu geri istəmişdir. O zaman Hüsniyə onu Həzrəti Əli kimi təqdim etdiyi şəxslə onu telefonda danışdırmış. Həmin şəxs ona demişdir ki, narahat olmasın, Allah ona icazə versə, gözə görünmədən bankdan nə qədər lazımdırsa pul götürə bilər, lakin Allah ona icazə vermir, çünki, imamlara oğurluq etmək olmaz. Həmçinin ona demişdir ki, səbrli olsun, işi də düzələcək və pulu da qayıdacaqdır. O, bu kimi deyilənlərə o zaman inanmış və Hüsniyənin pulu qaytaracağını zənn etmişdir. Həmin ərəfədə borcları çox olduğuna görə o, Bakı şəhəri Yeni Yasamal qəsəbəsində Hüsniyənin adına aldığı mənzil satmaq istəmişdir. Lakin, Hüsniyə ona demişdir ki, Allah icazə vermir ki, o, həmin mənzili satsın. Belə ki, həmin mənzili o, 2017-ci ildə satmaq istəmişdir. Lakin, Hüsniyə ona həmin mənzili satmağına Allahın razılığı olmadığını demişdir. Nəhayət, 2019-cu ilin sonlarında o, həmin mənzili satmaq barədə qəti qərara gəldiyi vaxt, Hüsniyə ona demişdir ki, həmin evi ondan xəbərsiz satmışdır. Bundan sonra o, başa düşmüşdür ki, Hüsniyə onu bir neçə il ərzində aldadaraq onun 800000 manatdan artıq məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Onu da bildirmək istəyir ki, həmin vaxtdan etibarən o, öz pullarını Hüsniyədən geri tələb etməyə başlamışdır. Hüsniyə ondan külli miqdarda pul almasını etiraf edərək, həmin pulları özünün və oğlunun ehtiyaclarına xərclədiyini bildirmişdir. Onu da bildirmək istəyir ki, Hüsniyə ilə bu barədə olan danışıqların səs yazılarını o zaman yazmışdır. Həmçinin Hüsniyənin onu başqa qadınlarla və kişilərlə danışdırdığı şəxslərin və o cümlədən özünü Həzrəti Fatimə, Gülsüm kimi təqdim edən qadınlarla, eləcə də özünü Həzrəti Əli kimi təqdim edən şəxslə olan danışıqlarını yazmış və həmin danışıqların səs yazıları olan diskləri o istintaq zamanı müstəntiqə təqdim etmişdir. İstintaq zamanı Hüsniyə onu aldadaraq onunla başqa şəxlərin adından danışdığını etiraf etmişdir. Həmçinin Hüsniyənin kürəkəni Sənan Yaqubovla da olan telefon danışıqlarını o, diktofona yazmışdır. Sənan özü də etiraf etmişdir ki, Hovsan qəsəbəsindəki evin alınması üçün pulu onun özü vermişdir. Sonradan ona məlum olmuşdur ki, Hüsniyə ondan dələduzluq yolu ilə ələ keçirdiyi pullarla öz qızı Şahid3 üçün Buzovna qəsəbəsində həyət evi tikdirmiş və hətta məscid tikintisi üçün ona göndərdiyi tikinti materiallarını da həmin evin tikilməsi üçün istifadə etmişdir. Bundan başqa Hüsniyə ondan aldığı pulla Hövsan qəsəbəsində bir müddət əvvəl həyət evi almış, sonra isə həmin evi satıb pulunu xərcləmişdir. Hüsniyə özü də ona sonradan etiraf etmişdir ki, onu aldadaraq ələ keçirdiyi pulları öz şəxsi ehtiyacları və oğlu İsrail üçün xərcləmişdir. Onu da bildirmək tistəyir ki, onun Hüsniyə ilə dini nikahı olmamışdır. Çünki, o, Hüsniyə ilə faktiki olaraq ər-arvad kimi yaşamamışdır. Hüsniyə Bakıya köçməmişdən əvvəl də onlar üç-dörd aydan bir görüşürmüşlər. Bakı şəhərinə köçdükdən sonra da onunla ildə bir-iki dəfə Yeni Yasamaldakı mənzildə görüşmüşlər. Lakin, 2015-ci ildən etibarən o, Hüsniyə bir yatağa girməmiş və onunla görüşməmişdir. Lakin, bundan sonrakı dövrdə o, taksi srücüləri vasitəsilə Hüsniyəyə pul və ərzaq məhsulları göndərmişdir. Yuxarıda qeyd etdiyi kimi o, Hüsniyəyə daim maddi yardım etmiş və həmçinin onun qızlarının toyunun edilməsinə və cehizlərinin alınmasına da xeyli məbləğdə pul xərcləmişdir. Lakin o, bu pulları Hüsniyənin ona vurduğu maddi ziyana daxil etmir. Hüsniyənin qızı Türkanənin keçmiş əri, lakin rəsmi nikahda olduğu Sənan Yaqubovun vaxtilə idarə etdiyi «VAZ-2107» markalı avtomobili də Hüsniyə onun pulu ilə almışdır. Sonradan ona məlum olmuşdur ki, Hüsniyə əxlaqsız həyat tərzi keçirməklə ondan xəbərsiz cinayətkar həyat tərzi keçirən əvvəllər bir neçə dəfə məhkum olunmuş özündən yaşca xeyli kiçik olan Hövsan qəsəbəsində yaşayan əslən Naxçıvandan olan Mail adlı şəxslə yaşayıb və ondan dələduzluq yolu ilə ələ keçirdiyi pulun bir hissəsini də həmin şəxsə xərcləmişdir. Onu da bildirmək istəyir ki, həmin bir neçə il ərzində Hüsniyəyə verdiyi pulları o, öz atasına məxsus Sabirabad şəhərindəki iki avtomobil təmiri sexini, oğlu Kamrana məxsus çayxananı, ünvan 11 ünvanda yerləşən həyət evini, Moskva şəhəri, Medved rayonunda bazarda yerləşən ticarət obyektini, Sabirabad rayonu, Bulaqlı kəndində yerləşən X32 üçün ayrılmış 12 sot torpaq sahəsini satıb əldə etmişdir. Bundan başqa bankdan kredit götürmüş və həmçinin tanışlarından borc götürərək həmin pulları da Hüsniyəyə vermişdir. Beləliklə, Hüsniyə seyid nəslindən olduğu və onun özü isə dindar adam olmaqla ona inandğına görə Hüsniyə bir neçə il ərzində onu aldadaraq onun pullarını ələ keçirərək ona külli məğbləğdə ziyan vurmuşdur. İş üzrə ibtidai istintaq və həmçinin məhkəmədə Hüsniyə onu aldadaraq ondan yuxarıda qeyd etdiyi məbləğlərdə pulları aldığını etiraf etmiş və bununla bağlı ona dəfələrlə üzürxaqlıq etmişdir. Onu da bildirmək istəyir ki, Hüsniyə öz qızları üçün ondan aldığı pullarla aldıqları evləri, yəni Hövsan qəsəbəsində, həmçinin Buzovna qəsəbəsindəki evləri hal-hazırda ona qaytarmışlar. Bundan başqa ona dəymiş maddi ziyanın aradan qaldırılması üçün Hüsniyənin qohumları ona müvafiq ödənişlər etmişlər və ona dəymiş maddi ziyan tam ödənilmişdir. Buna görə də hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. İş üzrə Təqsirləndirilən şəxs qarşı verdiyi iddia tələbindən imtina edir və gələcəkdə də Hüsniyyə Cəbrayılova qarşı heç bir iddiası və tələbləri olmayacaqdır. Odur ki, verdiyi iddia tələbi ilə bağlı icraata xitam verilməsini xahiş edir. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ərsiz bir qadın olmasını nəzərə alaraq onu bağışlayır və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X31 öz ifadəsində göstərmişdir ki, yaşlı qadın olmaqla ünvan 12 ünvanda yerləşən binadakı özünə məxsus mənzildə tək yaşayır. İş üzrə Zərərçəkmiş şəxs1 atası onun əmisi oğludur və münasibətləri çox yaxşıdır. İş üzrə Təqsirləndirilən şəxs cavanlığından tanıyır, lakin onunla yaxın münasibətləri olmamışdır. Belə ki, Hüsniyənin valideynləri seyid nəslindən olduqlarına görə onları tanımış və özü yeniyetmə yaşlarında olarkən Sabirabad rayonunda onların evində olmuşdur. Hüsniyənin mərhum atası uzun müddət Sabirabad rayonun axundu işləyib və bir çox adamlar onların evinə ziyarət etmək üçün gedib-gəliblər. Qohumu Əhədağa ilə onun özü mütəmadi olaraq əlaqə saxlamış və Bakı şəhərinə gəlib-gedəndə onun qardaşı ilə onun evində qalmışdır. Onu da bildirmək istəyir ki, onun özü xırda alverlə məşğul olmaqla muxtəlif paltarları Türkiyədən və Almaniyadan gətizdirərək onların satışını həyata keçirmişdir. Son illər onun özü qaraciyər xəstəliyindən əziyyət çəkir. 2019-ci ilin yaz aylarında Əhədağa ondan bir ay müddətinə əvvəlcə 11000 ABŞ dollar borca pul almışdır. O, Əhədağadan həmin pulla nə etmək istədiyini soruşduqda, Əhədağa Hüsniyənin seyid nəslindən olduğuna görə Allah ona qabaqcadan görmə vergisi verdiyini, Hüsniyənin ona ailə üzvlərindən ağır xəstə və ölən olacağını bildirdiyini demişdir. Həmçinin həmin hadisələrin qarşısını almaq üçün dualarla onları müalicə edəcəyini dediyini və buna görə də Hüsniyəyə xeyli pul verməli olduğunu ona demişdir. Onu da bildirmək istəyir ki, aralarında olan söhbətlər zamanı o, Əhədağanın deməsindən sonuncunun Hüsniyə üçün Bakı şəhəri, Yasamal rayonunda və Suraxanı rayonu, Hövsan qəsəbəsində ev aldığını eşidib bilmiş və Əhədağa bunu Allah yolunda etdiyini ona demişdir. Həmçinin Əhədağa ona demişdir ki, Hüsniyə ona bildirmişdir ki, guya o, Həzrəti Əli və xanım Fatiməyi Zəhra ilə danışır və onları görür və onların vasitəsi ilə ona köməklik edir. Əhədağa ondan borca 11000 ABŞ dollar pul götürdükdən bir neçə gün sonra Əhədağa ona zəng vuraraq ondan əlavə olaraq 1500 ABŞ dolları borca pul istəmiş və həmin pulu da Hüsniyəyə vermək üçün istədiyini demişdir. Əhədağa Hüsniyənin onun yaşadığı binanın qarşısına taksi sürücüsü göndərəcəyini və pulu həmin taksi sürücüsünə verməsini demişdir. Həmin söhbətdən sonra əvvəllər tanımadığı, sonradan adının Əli olmasını bildiyi bir nəfər şəxs “Tofaş” markalı avtomobildə onun yaşadığı binanın qarşısına gələrək ona zəng vurmuş və o, həmin 1500 ABŞ dollar pulu kağıza büküb iplə yaşadığı beşinci mərtəbədən həyətə sallamış və taksi sürücüsü Əli pulu götürüb Hüsniyəyə çatdırmışdır. Aradan bir neçə gün keçdikdən sonra Əhədağa yenə ona zəng vuraraq ondan 3000-4000 ABŞ dolları pulu borca istəmişdir. O, isə Əhədağaya cəmi 2000 ABŞ dollar verə biləcəyini demişdir. Əhədağadan pulu hara xərcləmək istədiyini soruşduqda, sonuncu həmin pulu da Hüsniyənin onun ailə üzvülərinin xəstəliklərin qarşısını almaq üçün istədiyini ona demişdir. Bundan sonra Hüsniyə yenə də həmin Əli adlı taksi sürücüsünü ondan pul götürməyə göndərmiş və o, həmin məbləğdə pulu eyni qaydada Əliyə vermişdir. Bundan bir müddət sonra dördüncü dəfə Əhədağa ona zəng vuraraq Hüsniyəyə vermək üçün ondan borc olaraq 2500 ABŞ dollar pul istəmiş və həmin məbləğdə pulu da o, Hüsniyənin onun yaşadığı ünvana göndərdiyi həmin Əli adlı taksi sürücüsünə vermişdir. Onu da bildirmək istəyir ki, həmin dövrdə onun özü ağır xəstə olduğuna görə həyətə düşməkdə və hərəkət etməkdə çətinlik çəkmiş və buna görə də pulları büküb iplə aşağı salıb Əliyə vermişdir. Həmin ərəfələrdə Əhədağa ona demişdir ki, guya X38 deyib ki, onda xərçəng xəstəliyi olacaq və o, qan qusub öləcəkdir. O, xəstə olduğuna görə bu barədə Hüsniyənin onun barəsində Əhədağaya dediyi sözlərinə inanmışdır. Əhədağa demişdir ki, onda bu xəstəliyin olmaması üçün Hüsniyə ondan da pul istəyir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Hüsniyənin istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng vuraraq onunla bir neçə dəfə danışmış və Hüsniyə onun xəstəliyi ilə bağlı Əhədağaya dediklərini ona da demişdir. Həmin telefon söhbətlərindən sonra Hüsniyə onu inandırmaq üçün iki dəfə onun evinə gələrək onunla söhbətlər aparmışdır. Aralarında olan söhbətlər zamanı Hüsniyə ona demişdir ki, ona imamlar deyib ki, onda qara ciyər xəstəliyi xərçəng xəstəliyinə çevriləcək və o, öləcəkdir. Bunun qarşısını almaq üçün dualar və digər dini rituallar etmək pul lazım olacağını ona bildirmişdir. O isə Hüsniyəyə əlində nağd pulu olmadığını, lakin satlıq paltar və qızılları olmasını demişdir. Hüsniyə isə demişdir ki, fərqi yoxdur, pulun yerinə əşyalardan verə bilər. Hüsniyənin dediyinə görə sonuncu həmin pulla civə almalı və onun xəstəliyin qarşısını almaq üçün küpəni civə ilə doldurmalı və bu yolla imamlarla əlaqə quraraq onun müalicəsinə köməklik edəcəçyini demişdir. Hüsniyə bunun üçün 10000 manat pul lazım olacağını, lakin onun üçün bu işi 2000 manata edəcəyini bildirmişdir. O isə Hüsniyəyə 2000 manatın əvəzində ona satlıq paltar və qızıl verə biləcəyini demişdir. Bundan sonra o, Hüsniyənin onun yaşadığı ünvana göndərdiyi taksi sürücüsü həmin Əli deyilən şəxsin vasitəsilə bir ədədi 100 manat olmaqla beş ədəd qadın paltarı, 600 manat qiymətində bir ədəd qadın plaşı, 100 manat qiymətində Almaniya istehsalı olan kişi gödəkçəsi, 150 manat qiymətində bir komplekt yataq dəsti, 500 manat qiymətində bir ədəd qızıl kişi üzüyü, 50 manat qiymətində bir ədəd qadın şalvarı, 170 manat qiymətində bir ədəd qızıl sırğa, 40 manat qiymətində bir ədəd qadın ayaqqabısı və 400 manat pulu hissə-hissə iki-üç dəfəyə təxminən on gün ərzində Hüsniyəyə göndərmişdir. Onu da bildirmək istəyir ki, o zaman Hüsniyəyə göndərdiyi həmin əşyalar və onların qiymətləri barədə o, özündə qeydlər aparmışdır. Həmin əşyaları və pulu 2019-cu ilin yaz aylarında Hüsniyəyə taksi sürücüsü Əli adlı şəxsin vasitəsi ilə vermişdir. Həmçinin o zaman Hüsniyə ondan onun üçün dualar oxuması üçün dırnağını, saçını və maykasını da istəmişdir. O, Hüsniyənin dediklərinə inanaraq öz dırnaq kəsiyini, saçının bir neçə telini və öz maykasını taksi sürücüçü Əlinin vasitəsilə Hüsniyəyə göndərmişdir. Hüsniyə də ona dua oxunmuş su göndərmiş və həmin sü ilə çimməsini demişdir. O, həmin ərəflərdə Hüsniyəyə zəng vuranda, sonuncu telefonlara çox vaxt cavab verməmişdir. Sonra telefona cavab verəndə isə Hüsniyə güya ki, Həzrəti Əli və Həzrəti Fatimə ilə birlikdə söhbət etdiyi üçün onun zənginə cavab verə bilmədiyini ona demişdir. Artıq o, zaman səhhətində heç nə dəyişmədiyini görərək o, Hüsniyənin ona yalan danışmasını başa düşmüş və 2019-cu ilin sonlarından etibarən ona verdiyi pulları və əşyaları ondan geri istəmişdir. Hüsniyə isə demişdir ki, verdiyi əşyaları satıb civə alıb küpə töküb onu sağaltmaq üçün dualar etmişdir və ondan aldığı geyim əşyalarınə, həmçinin pulunu və qızıllarını qaytarmaqdan imtina etmişdir. Daha sonra Əhədağa ona bildirmişdir ki, Hüsniyə onun ailə üzvlərindən xəstəlikləri dəf etmək adı ilə onu da aldaraq ondan külli miqdarda pul və qızıl əşyalar almışdır. Əhədağa ona bildirmişdir ki, Hüsniyə bir neçə il ərzində muxtəlif adlarla onu aldadaraq ondan 70000-800000 manat civarında pul almışdır. Əhədağa ona demişdir ki, Hüsniyə ondan aldığı pullara Bakı şəhərində üç ev almış, məscid tikmək adı ilə isə ondan dörd yüz əlli min manata yaxın pul almışdır. Əhədağa xasiyyətcə mülayim və dindar adam oldğuna görə Hüsniyəyə inanaraq Sabirabad rayonundakı evini və obyektlərini satıb Hüsniyəyə vermişdir. Beləliklə, Hüsniyə onun və qohumu Əhədaganı aldadaraq onların xeyli məbləğdə pllarını və əşyalarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Halhazırda da onun özü muxtəlif xəstəliklərdən əziyyət çəkir. Yəni Hüsniyə söz verdiyi kimi onu dualarla sağalda bilməmişdir. Onu da bildirmək istəyir ki, qohumu Əhədağa ondan borc kimi aldığı pulları ona tam olaraq qaytarmışdır. Həmçinin Hüsniyənin qohumları da ona dəymiş maddi ziyanın aradan qaldırılması üçün lazım olan ödənişləri etmişlər. Ona dəymiş maddi ziyan tam ödənildiyinə görə hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs himayəsində qızları və nəvələri olduğuna görə onu bağışlayır və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun doğma anasıdır və münasibətləri yaxşıdır. İş üzrə Zərərçəkmiş şəxs1 uşaqlıq yaşlarından tanıyır və münasibətləri yaxşıdır. Əhədağa onuların ailəsinə həmişə maddi baxımdan dayaq durmuşdur və anasının Zərərçəkmiş şəxs1 qarşı qanunsuz hərəkətlər etdiyi barədə o zaman onun özünün məlumatı olmamışdar. Onu da bildirmək istəyir ki, 2014-cü ilin yay aylarında anası Hüsniyə Zərərçəkmiş şəxs1 aldığı pulla onun üçün Suraxanı rayonu Hovsan qəsəbəsində birmərtəbəli həyət evi almışdır və o, həmin evdə öz həyat yoldaşı Sənan Yaqubovla birlikdə yaşamışlar. Həmin evin alınmasında onun özü və yaxud həyat yoldaşı Sənan pul xərcləməmişlər. Onu özü Bakı şəhərinə köçdükdən sonra xırda alverlə, yəni paltar ticarəti ilə məşğul olmuşdur. Sənanla bir-iki il birgə yaşadıqdan sonra Sənandan ayrılmışdır. Anasının Əhədağaya qarşı dələduzluq etdiyi və yaşadığı evin alınmasına xərclənən pulu anasının Əhədağanı aldadaraq aldığı barədə onun məlumatı olmamışdır. Həmin evi anası Hüsniyə Hovsan qəsəbəsində yaşayan Anar adlı maklerdən almışdır və evin alınmasında Əhədağanın köməklik etdiyini onlara bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin evin yerləşdiyi torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışı vardır və çıxarış əri Sənanın adına olmaqla, 02 apvqust 2014-cü ildə verilmişdir. Əhədağa onun anası üçün Yasamal rayonunda mənzil almışdır. Həmin mənzili təxminən altı il əvvəl qardaşı İsrail idarə etdiyi “Niva” markalı avtomobillə ağır yol nəqliyyat hadisəsi törətdiyi üçün anası Hüsniyə məcbur qalıb 95000 manata satmışdır. Anasının həmin mənzili Əhədağanın xəbəri və razılığı olmadan satdığı barədə ona yalnız Əhəbağa anasından şikayət edəndən sonra məlum olmuşdur. Həmin pulun bir hissəsini anası qardaşının müalicəsinə xərcləmişdir. Yerdə qalan pulla Hövsan qəsəbəsində hazırda yaşadığı evin yaxınlığında 32000 manata həyət evi almışdır. Həmin evi də anası 8-9 ay sonra satıb pulu qardaşı İsrailə xərcləmişdir. Əhədağanın anası üçün başqa haradasa ev alması barədə onun məlumatı yoxdur. Əhədağanın sonradan onun anası ilə münasibətləri nə səbəbə pozulduğunu bilmir. Çünki, o, öz azyaşlı qızı ilə birlikdə öz evində yaşamış və anası ilə az hallarda görüşmüşdür. Onu da bildirmək istəyir ki, anası Hüsniyə o zaman Hövsan qəsəbəsində yaşayan Mail adlı şəxslə yaxın münasibət qurmuşdur və buna görə o, öz anası ilə dəfələrlə münaqişə etmişdir ki, Maildən ayrılsın. Çünki, anaı Hüsniyənin Maillə olan münasibətini Əhədağa o zaman bilmirmiş. Bacısı Vüsalə üçün də anası Əhədağadan aldığı pulla Buzovna qəsəbəsində həyət evi almışdır. Onu da bildtirmək istəyir ki, onun özü və bacısı Vüsalə onlara aldıqları evləri Əhədağaya qaytarmağa razıdırlar və onu çox yaxşı bir insan kimi tanıyırlar. Anası Əhədağadan aldığı pulların bir hisəsini xalası qızları Aytən və Bəyimə də vermişdir. Lakin, onlar aldıqları pulları anasına indiyədək qaytarmamışlar. O, öz anası Hüsniyənin Əhədağadan cəmi nə qədər pul aldığı barədə məlumatı yoxdur. Anası Hüsniyənin başqa adlarla Əhədağadan pul aldığı barədə də onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “X52 Kompani S.A” şirkətində fəhlə işləməklə yanaşı idarə etdiyi “Mersedes benz” markalı, **-NA-*** dövlət nömrə nişanlı avtomobillə asudə vaxtlarımda taksi fəaliyyəti ilə məşğul olur. Sabirabad şəhər sakini Təqsirləndirilən şəxsm on ildən çoxdur ki, tanıyır və onunla münasibəti yaxşıdır. Belə ki, Hüsniyə qızı Türkan və sonuncunun əri Sənanla birlikdə Hövsan qəsəbəsində kirayədə yaşamışlar. Taksi sürücüsü kimi əksər vaxtı o, Hüsniyəni və qızını müxtəlif yerlərə aparmışdır. O zaman Sənanın ağ rəngli «VAZ-2107» markalı avtomobili olmuşdur. Onun özü Hüsniyəni dəfələrlə idarə etdiyi avtomobillə Sabirabad şəhərinə aparmışdır. Sabirabad şəhərində olan zaman Hüsniyənin tanışı Əhədağa ilə tanış olmuşdur. Hüsniyənin Əhədağa ilə yaxın münasibətdə olduğunu eşidib bilmişdir. O, adətən Hüsniyəni Sabirabad şəhərindəki qohumlarının evində düşürmüş və sonra elə həmin gün də Hüsniyəni Bakı şəhərinə gətirmişdir. Sabirabad şəhərində olan zaman Hüsniyə tanışı Əhədağanın ona pul və ərzaq verəcəyini və onunla görüşüb pulu və ərzaqı götürməsini demişdir. Buna görə də o, Əhədağa ilə görüşəndə sonuncu ona kağıza bükülmüş formada məbləğini dəqiq bilmədiyi pul və ərzaq məhsulları ona vermişdir ki, Hüsniyəyə versin. O, da həmin pulu və ərzaqı Hüsniyəyə vermişdir. Sabirabad şəhərində bir neçə dəfə olmuşlar və Əhədağa ona eyni qaydada kağıza bükülmüş formada ona pul və ərzaq vermiş və o da onları Hüsniyəyə vermişdir. Bundan başqa Əhədağa Sabirabad- Bakı marşrutu üzrə işləyən taksi sürücüləri vasitəsilə ilə də pul və ərzaq məhsulları göndərmişdir. Hüsniyə ona zəng vurub bu bardə dedikdən sonra o, həmin taksi sürücülərini «20 Yanvar» metrosunun qarşısındakı sürücüsülərdən pulu və digər əşyaları qəbul edib, onları Hövsan qəsəbəsində Hüsniyənin kirayədə qaldığı evdə Hüsniyəyə vermişdir. Təxminən 2013-2014-cü illərdə Hüsniyə ona demişdir ki, Hövsan qəsəbəsində həyət evi almaq istəyir, onu almaq istədiyi torpaq sahəsinə aparsın. O, da, Hüsniyəni ev tikib satmaqla məşğul olan Anar adlı şəxsə məxsus Hövsan qəsəbəsindəki torpaq sahəsinə aparmışdır. O, Hüsniyəni tək oraya aparmışdır. Hüsniyə o zaman öz qızı Türkan üçün ev almaq istədiyini ona demişdir. Həmin Anar adlı şəxs həmin torpaq sahəsində birmərtəbəli dördotaqlı evi tikib təmirli halda Hüsniyəyə vermişdir. Hüsniyənin deməsindən ona məlum olmuşdur ki, Hüsniyə həmin evə görə Anara 45000 manat pul vermişdir. Lakin, pul verilməsində şəxsən özü iştirak etməmiş və öz maşınında olmuşdur. Həmin ev tikilib hazır olduqdan sonra Hüsniyə ona zəng vuraraq Əhədağanın Bakı şəhərinə gəldiyini demiş və o, Hüsniyənin xahişi ilə Əhədağanı Bakı şəhəri “Sovetski” deyilən yerdən götürüb Hüsniyəni Hövsan qəsəbəsindəki aldığı həyət evinə aparmışdır. Sonra isə Hüsniyəni kirayədə qaldığı evdən götürüb həmin evə aparmışdır. Bir gün Əhədağa həmin evdə qaldıqdan sonra onu Bakı şəhərinə aparıb düşürmüşdür. O, zaman Əhədağanı qarşılayıb onu Hüsniyənin evinə apardığı üçün sonuncu ona yüz manat pul vermişdir. Bir müddət sonra Hüsniyəni qızı Türkan öz əri Sənan ilə həmin evə köçmüş və həmin evdə təxminən bir il birlikdə yaşamışlar. Bir müddət sonra Sənanla Türkan yola getmədikləri üçün Sənan çıxıb Ukraynaya getmişdir. Həmin ərəfələrdə Əhədağa Zəki adlı şəxsin idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Sabirabad şəhərindən Hüsniyənin Hövsan qəsəbəsindəki evi üçün kafel-metlax göndərmişdir. Hüsniyənin tapşırığı ilə o, həmin “Qazel” markalı yük avtomobilini Hövsan qəsəbəsindəki “ABU” petrolun yanında qarşılayıb həmin evə aparmışdır. Bundan başqa ikinci dəfə də, Əhədağa “Qazel” markalı yük avtomobili ilə şifer, lambir və taxta materialları göndərmişdir. Hər iki dəfə “Qazel” markalı yük avtomobilin sürücüsünün yol pulusunu və materialların pulunu Əhədağa özü ödəmişdir. Bundan başqa Hüsniyə qızı Vüsalə üçün Buzovna qəsəbəsində torpaq sahəsi almışdır və orada ev tikdirirmişdir. Onun özü Vüsalənin əri Valehi də tanımış, lakin onunla yaxın münasibəti olmamışdır. Onu da bildirmək istəyir ki, Vüsalə və sonuncunun əri Valehi Hüsniyə özü dolandırmışdır. Belə ki, mütamadi olaraq Hüsniyə ona pul və ərzaq məhsulları vermiş və o da həmin pul və ərzaq məhsullarını aparıb Vüsaləyə vermişdir. Hüsniyə ona verdiyi pulları bağlı halda verdiyinə görə o, həmin pulları heç vaxt saymamışdır. Lakin, dəqiq xatırlayır ki, Hüsniyə bir dəfə ona 10000 manat pul vermişdir ki, Buzovna qəsəbəsində Valehin tikilməkdə olan evi üçün ona versin. O da həmin məbləğdə pulu aparıb şəxsən Valehə vermişdir. Bir dəfə o, Hüsniyəni idarə etdiyi avtomobillə “Koroğlu” metrosunun qarşısına aparmış və orada Hüsniyə onun yanında evin tikilməsi üçün 10000 manat pulu Valehə vermişdir. Onu da bildirmək istəyir ki, bir neçə dəfə Əhədağa Buzovna qəsəbəsinə “Shacman” markalı yük avtomobili ilə tikinti materialları göndərmişdir. Valeh özü həmin yük avtomobilini Hüsniyənin tapşırığı ilə qarşılayıb həmin evin həyətinə aparmışdır. Ev tikildikdən sonra da Hüsniyəni və Vüsaləni bir neçə dəfə Buzovna qəsəbəsindəki həmin evə aparmışdır. Əhədağa bəzən pulları və ərzağı tanışı Mübariz adlı şəxsin vasitəsilə göndərmişdir. Belə ki, Mübariz Bakıda olanda zaman ona zəng vurmuş və o, da, ondan pulu və ərzaqları təhvil alıb Hüsniyəyə çatdırmışdır. 2017- 2018-ci illərdə dəfələrlə Əhədağa ona Bakı şəhəri “Sovetski” deyilən yerdə qohumlarının məhəlləsində ona 1500-2000 manat pul vermişdir ki, Hüsniyəyə versin. O, da həmin pulları aparıb Hüsniyəyə vermişdir. Xatırlayır ki, bir dəfə Əhədağa təzə “İphone” markalı mobil telefonu ona vermişdir ki, Hüsniyəyə versin və o, həmin telefonu da Hüsniyəyə vermişdir. X47 qəsəbəsindən Bakı şəhəri Yasamal rayonu ərazisinə köçdükdən sonra onunla əlaqəsi kəsilmişdir. Lakin, təxminən 2000-ci ilin əvvəllərində Əhədağa ona zəng vurub demişdir ki, Hüsniyənin Hövsan qəsəbəsindəki aldığı birmərtəbəli dörd otaqlı evin pulunun hamısını təxminən 55000 manat pulu onun özü Hüsniyəyə vermişdir. Həmçinin Hüsniyənin qızının isə həmin evi ona qatarmaq istəmədiklərini bildirmişdir. Onun özü Hüsniyənin Əhədağa ilə yaxın münasibətlərdə olduğunu bilmiş, lakin Hüsniyyənin Əhədağanı nə adla aldadıb pul aldığı barədə onun özünün heç bir məlumatı yoxdur. Onu da bildirmək istəyir ki, Hüsniyənin Hövsan qəsəbəsindəki qızı Türkan üçün aldığı evdən savayı başqa həyət evi aldığı barədə də onun məlumatı olmuşdur. Həmin evi Hüsniyyə öz qızı Türkan üçün aldığı evdən əvvəl 32000 manata almışdır. Daha sonra Hüsniyə həmin evi onun öz tanımadığı bir şəxsə satmışdır. Onu da bildirmək istəyir ki, Əhədağa Hüsniyə üçün göndərdiyi pulları ona kağıza bükülmüş formada vermiş və əksər hallarda Hüsniyəyə hansı məbləğdə pul göndərdiyini ona deməmiş və buna görə də Əhədağanın onun vasitəsi ilə Hüsniyəyə cəmi hansı məbləğdə pul göndərdiyi barədə onun özünün məlumatı yoxdur. Yuxarıda qeyd etdiyi kimi, Əhədağanın Hüsniyəyə sonuncunun tikdirdiyi evlərin tikintisi ilə bağlı, həmçinin köməklik üçün onun vasitəsi ilə göndərdiyi pullardan başqa, başqa nə kimi məqsədlərə pul və digər əşyalar göndərdiyi barədə onun özünün heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayır. İdarə etdiyi “Tofaş” markalı, ** TB *** dövlət nömrə nişanlı avtomobillə taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Təqsirləndirilən şəxs 2018-ci ildə Yasamal rayonu, Şərifzadə küçəsi, bina 196 ünvana köçərək, orada qızı və nəvələri ilə birlikdə kirayədə yaşamışlar. Bir taksi sürücüsü kimi o, adətən həmin binanın qarşısında dayanıb müştəri gözlədiyinə görə, Hüsniyənin ailəsini tanımış, Hüsniyə və sonuncunun qızı harasa getmək lazım olanda yol pulunu ödəməklə onun maşınında gedib gəlmişlər. Hüsniyənin tanışı olan Sabirabad rayon sakini Əhədağa ilə o. təxminən 2018-ci ilin sonlarında tanış olmuşdur. Belə ki, o zaman Hüsniyə onun mobil telefon nömrəsinə zəng vurub Əhədağanın mobil nömrəsini ona verərək Əhədağa ilə zəngləşib görüşməsini, sonuncunun ona pul verəcəyini və həmin pulu ona çatdırmasını xahiş etmişdir. Buna igörə də o, əvvəllər tanımadığı Əhədağa ilə zəngləşərək onunla Yasamal rayonu, Tblisi prospektində qohumunun yaşadığı binanın qarşısında görüşmüşlər. O zaman Əhədağa ona təxminən 2000-3000 manat civarında pul, ərzaq və bir neçə əşya verərək onları Hüsniyəyə verməsini xahiş etmiş və yol pulu kimi ona on manat pul vermişdir. O isə Əhədağanın göndərdiyi pulu və əşyaları aparıb Hüsniyəyə vermişdir. Bu minvalla o, və sonrakı dövrdə də bir neçə dəfə ayrı-ayrı vaxtlarda Əhədağanın ona Bakı şəhəri, Tblisi prospektindəki öz qohumunun yaşadığı binanın qarşısında verdiyi pulları və ərzaq məhsullarını Hüsniyəyə çatdırmışdır. Hər dəfə pulun məbləği təxminən 2000-3000 manat, ya da 1500-2000 ABŞ dolları civarında olmuşdur. Onu da bildirmək istəyir ki, Hüsniyyə və yaxud Əhədağa ona zəng vurub çağıranda pulun məbləği barədə onlar öz aralarında söhbət etmişlər. Buna görə də Əhəbağanın Hüsniyəyə göndərdiyi pulu onun özü heç vaxt saymamış və pulu olan bükülüdə olduğu vəziyyətdə Hüsniyəyə çatdırmışdır. Buna görə də Əhədağanın Hüsniyəyə onun vasitəsi ilə cəmi hansı məbləğdə pul verdiyini və həmin pulu Hüsniyəyə nə məqsədlə verdiyi barədə onun məlumatı yoxdur. Onu da bildirmək istəyir ki, o zaman Hüsniyə ona Əhədağanın onu saxladığını və ər-arvad münasibətləri saxladığını demişdir. Onun özü isə onların münasibətlərinə heç vaxt qarışmamışdır. Onu da bildirmək istəyir ki, həmin ərəfələrdə o, bir neçə dəfə Hüsniyənin xahişi ilə Əhədağanın Tblisi prospektində yaşayan Yaqut adlı qohumundan bir neçə dəfə pul və muxtəlif geyim əşyaları götürərək Hüsniyəyə çatdırmışdır. Yaqut adlı yaşlı qadın oradakı binanın beşinci mərtəbəsində yaşadğı və xəstəliyi ilə bağlı həyətə düşə bilmədiyinə görə, pulu və digər əşyaları ipə bağlanmış səbətlə aşağı saldıqdan sonra o, səbətdən pulu və digər əşyaları götürərək Hüsniyəyə çatdırmışdır. Həmin pullar kağıza bükülü formada və həmçinin əşyalar adətən bağlamalarda olduğu üçün onun özü pulu heç vaxt saymamış və həmçinin bağlamalarda nə kimi əşyaların olmasını yoxlamamışdır. Buna görə də Yaqutun ona Hüsniyəyə çatdırmaq üçün verdiyi pulun məbləğini və nə kimi əşyalar göndərdiyi barədə dəqiq məlumatı yoxdur. Təxminən 2020-ci ilin əvvəllərində Hüsniyə Yasamal rayonu, Şərifzadə küçəsində kirayədə qaldığı mənzildən Səbail rayonu, Badamdar qəsəbəsində həyət evinə köçmüşdür. Hüsniyə həmin evdə kirayədə yaşayanda da Əhədağa Hüsniyə üçün qoyun əti və digər ərzaq məhsullarını, həmçinin televizor, kondisioner, mobil telefon, videokamera və başqa əşyaları onunla Hüsniyəyə göndərmişdir. Belə ki, Əhədağa onunla telefon əlaqəsi saxlayaraq qoyun ətini və həmçinin muxtəlif əşyaları Sabirabad-Bakı marşrutu üzrə işləyən adını xatırlamadığı taksi sürücüsü vasitəsilə ona göndərmişdir. Onun özü isə Bakı şəhəri «20 Yanvar» metrosunun yaxınlığında həmin taksi sürücüsündən əşyaları alıb Hüsniyəyə çatdırmışdır. Onun özü cəmi iki-üç dəfə Hüsniyənin yaşadığı Badamdar qəsəbəsindəki evə ərzaq məhsullarını və əşyaları bu qaydada ona çatdırdıqdan sonra, təxminən 2020-ci ilin yaz aylarında onunla əlaqəsi kəsilmişdir. Hüsniyənin ümumilikdə Əhədağadan cəmi hansı məbləğdə pul aldığı və həmin pulları nə məqsədlə aldığı barədə onun məlumatı yoxdur.(cild 1, iş vər. 154-155). Məhkəmə icalsında ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq zamanı qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Sabiraöad şəhərində yaşayır. Onun özü 2002-ci ildən Sabirabad şəhər inzibati ərazi üzrə nümayəndəliyində sürücü işləmişdir, bir neçə ildir ki, mühasib işləyir. Zərərçəkmiş şəxs1 çoxdandır ki, tanıyır. Belə ki, Əhədağa uzun müddət Sabirabad Şəhər İnzibati ərazi üzrə nümayəndəsi işləmişdir. Onun üçün sürücülük etmişdir. 2019-cu ildən işdən çıxmışdır. Təqsirləndirilən şəxsm tanıyır. Hüsniyənin atası ölənə qədər Sabiradad rayonun axundu işləmişdir. Hüsniyənin Əhədağa ilə münasibəti olduğunu bilirmiş. Əhədağa mütamadi olaraq Hüsniyəyə pul və ərzaq məhsulları göndərirmiş. O, sürücü işlədiyi üçün təxminən 2012-2019-ci ilədək müddət ərzində Əhədağa ona kağız paketə bükülmüş pul və digər əşyalar verirmiş ki, Sabirabad şəhəri, H. Əliyev prospektində yerləşən Sabirabad-Bakı marşutu üzrə işləyən taksi sürücülərinə versin ki, Bakı şəhərində Hüsniyənin taksi sürücüsü olan Amilə çatdırsınlar, Amil də, Hüsniyəyə çatdırırmış. O, istifadəsində olan ***- ***-**-** və ***-***-**-** mobil nömrələri ilə Amilin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayırmış. O, Sabirabad şəhərində Əhədağanm ona verdiyi pulu və digər əşyaları taksi sürücüsünə verəndə Amilin mobil nömrəsini taksi sürücüsünə verirmiş və Amilə zəng vurub deyirmiş ki, pulu və digər əşyaları, yəni ət, toyuq, hinduşka və digər ərzaq məhsullarını taksi sürücüsünə vermişdir. Amil də, pulu və ərzaq məhsullarını taksi sürücüsündən götürəndə ona zəng vurub bu barədə deyirmiş. Əhədağa ona paketə bükülmüş pul verəndə pulun məbləğinin nə qədər olduğunu bilmirmiş. Onun işi yalnız göndərmək imiş. Dəfələrlə olub ki, Amil Sabirabad şəhərinə gəlib. O, Amillə görüşüb Əhədağanm ona verdiyi pulu və ərzaq məhsullarını ona verirmiş. Əhədağanm tapşırığı ilə Sabirabad şəhərində yerləşən məişət texnikası mağazasından təzə “Samsung” markalı televizor və kondisioner alıb Amilə taksi ilə göndərmişdir. Əhədağa əvvəlcədən həmin əşyaların pulunu ödəmişdir. Təxminən həmin əşyaları 2017-2018-ci illərdə göndərmişdir. Sonradan eşitmişdir ki, Əhədağa Hövsan qəsəbəsində ev tikdirib, bundan başqa bir neçə mənzil almışdır. Lakin Hüsniyə həmin mənzilləri satıb. Hüsniyənin Əhədağadan nə qədər pul aldığını bilmir. Ancaq onu bilir ki, Əhədağanm Sabirabad şəhərində iki avtomobil təmiri sexi var imiş. Hər ikisini satmışdır. Bundan başqa Sabirabad şəhərində evi, X32 tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsini və çayxanasını satmışdır. Hüsniyənin Bakı şəhərində məscid tikintisi adı ilə külli miqdarda pul aldığım Sabirabad şəhərində çox adam bilir. Lakin, Hüsniyə məscid tikdirməmiş və məscidi Hüsniyə Əhədağaya göstərməmişdir. Əhədağa Moskva şəhərində yerləşən obyektini da satıb pulunu Hüsniyə vermişdir. Əhədağanın Hüsniyə ilə yaxın münasibətləri olsa da, ər-arvad kimi bir yerdə yaşamavmışlar. Hüsniyə Bakı şəhərində yaşamış, Əhədağa isə Sabirabad şəhərində işləmiş və Bakı şəhərinə gedib gəlmişdir. (cild 1, iş vər. 156-157). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olmaqla “Cinayət işinin başlanması və icraata qəbul eidlməsi haqqında” 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqaiat İdarəsinin ACİŞ-nin baş müstəntiqi Toğrul Hüseynov tərəfindən Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs1 07 dekabr 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2012-ci ildən 2020-ci ilin əvvələrinədək olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs ona özünü öngörücü və xəstələri dualarla sağaldan şəxs kimi təqdim edərək yaxın qohumlarının ağır xəstəliyə tutulacağını bidlirərərək, yaxın qohumlarının ölümə səbəb olacaq xəstəliklərə tutulmaması üçün və sahibkarlıq fəaliyyətində külli miqdarda qazanc əldə edəcəyimə dualalr vasitəsilə nail olacağına yalan vəd verərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi və Yasaml rayonu ərazisində ondan hissə-hissə 800000 (səkkiz yüz min) manat pulu ələ keçirməklə külli miqdarda dələduzluq etdiyi barədə, həmçinin X22 Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək X9 2019-cu ilin iyun ayında ona qara ciyər xərçəngi xəstəliyinə tutulacağı və öləcəyini bildirib onu aldararaq ondan xeyli məbləğdə pul və muxtəlif əşyalar aldığı barədə daxil olmuş mraciətələri ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bağşlanıbı icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1-2). İş materillarında olan Bakı şəhər BPİ-nin İstintaq və Təhqaiat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Nazim Quliyev tərəfindən həmin rəisinə 16 dekabr 2020-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən xüsusilə külli miqdarda pul və əmlakının ələ keçriilməsi ilə bağlı müraciətinə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqaiat şöbəsində baxılmışdır. Zərərçəkmiş şəxs1 müraciətində göstərdiyi xüsusatlar üzrə tam və hərtərəfli araşdırma aparılması üçün istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Gösətrilənlərər əsasən Zərərçəkmiş şəxs1 müraciəti üzrə istintaq araşdırması aparılmsı göstəriş verilməsini xahiş etmişdir. (cild 1, iş vər. 4). İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, sonuncu öz şikayət ərizəsində bildirmişdir ki, Sabirabad şəhəri, Heydər Həmidov küçəsi 96 nömrəli evdə qeydiyyatda olan, hal-hazırda Bakı şəhərində yaşayn 1972-ci il təvəllüdlü X15 onun etibarından istifadə edərək və onu ovsunlayaraq müxtəlif yollarla, yalnalarla ona məxsus 800 min manatdan artıq vəsaitvə əmlakı dələduzluq yolu ilə qızları və ətrafı ilə birlikdə mənimsəmişdir. Eyni zamanda xəstələrini falçılıq yolu ilə mülaicə adı altında 45 min manat və 200 qram qızıl-zinət əşyalarını, övladlarının qəzaya düşüb öləcəkləri adı altında, guya qarşısını almaq məqsədilə külli miqdarda nəğd pul vəsaitini mənimsəmiş, ondan 4 evin pulunu almışdır.Bütn qeyd olunan vəsaitləri Hüsniyəyə Bakı şəhərində Hövsan qəsəbəsində yaşayarkən şəxsən özü, Yaqut, Amil, Əli adlı və digər şxəslərin vasitəsilə vermişdir. Həmçinin, 2019-cu ilin iyun ayından bu günə kimi telefonla onunla və ətrafı ilə əlaqə saxlamışdır. Həmin çxəslər ona 3 günə, 5 günə və ya ayın sonu pullarını qaytaracaqlarını və polisə şikayət etməməsi barədə yalvarmışlar. Hal-hazırda həmin çxəslərin onda olan telefon danışıqlaırnın sə yazısı varıdr. Ona dələduz və fərəldaqşı dəstənin ifşa olunmasında və qanun qarşısında cavab verməsində köməklik edilməsini xahiş etmişdir. (cidl 1, iş vər. 5). İşdə olmaqla «Səs yazılarına dair bir ədəd CD diskə baxış keçirilməsi haqqında» 20 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, araşdırma materialı üzrə ərizəçi Zərərçəkmiş şəxs1 ərizəsinə əlavə etdiyi səs yazılarına dair bir ədəd CD diskə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqaiat İdarəsinin ACİŞ-nin baş müstəntiqi Toğrul Hüseynov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı diskdə “Gülsüm-Xatun-Fatimə-Əli- Mehemmed”, “Husniye”, “Şahidlər” və “Yeznəsi Sənan” faylların olduğu, “Husniye” adlı faylında 19 ədəd səs yazısı olması müəyyən edilmişdir. Həmin səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə mobil telefonla danışarkən sonuncu tərəfindən mobil telefona yüklənmiş səs yazma proqramı vasitəsilə qeydə alındığı, səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sonuncudan aldığı pulları müqəddəs şəxslərə verdiyi, yəni Allah yolunda xərclədiyi, xərclədiyi pulların əvəzində Allah onun işlərini qaydasına qoyacağı, maddi imkanı çox olacağını bildirdiyi müəyyən olunmuşdur. Həmçinin Zərərçəkmiş şəxs1 Hüsniyənin ona Xəzər rayonu, Şüvəlan qəsəbəsində “X69” ziyarətgahının yaxınlığında Həzrəti Əli və Həzrəti Fatimənin yaşaması üçün ev aldırdığını və həmin evin ünvanını soruşduğu, Hüsniyənin isə ona «o, həmin evi Allah yolunda alıb, Allah yolunda aldığı üçün evin adını tutmasın» dediyi müəyyən olunmuşdur. “Gülsüm-Xatun- Fatimə-Əli-Mehemmed” faylında 5 səs yazısı olmaqla, həmin səs yazılarında Hüsniyənin özünü “Gülsüm”, “Fatimə”, “Səkinə”, “Xatun” və “Əli” adı ilə Əhədağaya təqdim etdiyi, Hüsniyənin ondan aldığı pulu sonuncunun Allah yolunda xərclədiyini, Allahın onlarla birbaşa ünsiyyətdə olduğunu, Allahın onlara Əhədağanın böyük qəlbə malik olması və onun diqqətində olmasını buyurmasını bildirdiyi, Allahın Əhədağanın səbrli olmasını, Allah səbredənləri sevdiyini, tezliklə Əhədağaya vəd edilmiş işləri yerinə yetirəcəyini, ya da pullarım tam qaytaracağını, Allahın qanunlarında səbrli olmağın zəruri olduğunu “Gülsüm”, “Fatimə”, “Səkinə”, “Xatun” və “Əli” adı ilə Hüsniyə Əhədağaya bildirdiyi müəyyən edilmişdir. “Qızı Türkanə” faylında 9 səs yazısı olmaqla, həmin səs yazılarından birinin Hüsniyəyə, səkktiz səs yazısının isə Türkanəyə məxsus olması, həmin səs yazılarında Türkanə Yaqublunun anası Hüsniyənin ondan aldığı pulların çox hissəsini oğlu, yəni qardaşı İsrailə xərclədiyi, İsrail narkoman olduğu üçün anası məcburən pulu xərclədiyini Əhədağaya bildirdiyi, X4 aldığı pulla Suraxanı rayonu, Hövsan qəsəbəsində satın aldığı evi çoxdan satdığını bildirdiyi, Hüsniyə isə Əhədağa ilə danışarkən ondan aldığı pulları İsraildən çox Türkanəyə xərclədiyini bildirdiyi müəyyən olunmuşdur. “Şahidlər” faylında iki səs yazısı olmaqla, hər iki səs yazısı taksi sürücüsü və Təqsirləndirilən şəxs ailə sürücüsü olan Şahid1 məxsus olması, Zərərçəkmiş şəxs1 Şahid1la danışdığı, Şahid1 Əhədağadan kağız paketdə pulları alıb Hüsniyəyə verdiyini etiraf etdiyi, Əhədağanın Sabirabad rayonundan yük avtomobili ilə göndərdiyi tikinti materiallarını Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Hüsniyənin aldığı evə apardığını Əhədağaya bildirdiyi, Əhədağanın bundan başqa da yük avtomobili ilə Hüsniyənin tapşırığı ilə Bakı şəhərinə tikinti materiallarını göndərdiyini dediyi, Amilin isə həmin tikinti materiallarını gətirən yük avtomobilini Hüsniyənin qızı Vüsalənin əri Valehin qarşılayıb Xəzər rayonu Buzovna qəsəbəsində tikdirdiyi evə apardığını dediyi müəyyən edilmişdir. “Yeznəsi Sənan” faylında doqquz ədəd səs yazısı olmaqla, danışıqların Təqsirləndirilən şəxs kürəkəni, yəni qızı Şahid2 ilə rəsmi nikahda olan Sənan Yaqubov ilə Zərərçəkmiş şəxs1 arasında olması, X48 Əliyevə Suraxanı rayonu, Hövsan qəsəbəsində fərdi yaşayış evini Təqsirləndirilən şəxs ilə birlikdə Anar adlı maklerdən hazır tikilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 verdiyi pulla aldığını, həmin evin alınmasına Təqsirləndirilən şəxs və qızı Şahid2 pul xərcləmədiyini bildirdiyi, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 verdiyi pulla Hövsan qəsəbəsində özü üçün mənzil və Xəzər rayonu, Buzovna qəsəbəsində qızı Vüsalə Fərzəliyev üçün ev tikdirdiyini etiraf etdiyi müəyyən olunduğu göstərilmişdir. (cild 1, iş vər. 18-19). İş materiallarında olan X35 08 fevral 2021-ci il tarixi ərizəsindən görünür ki, sonuncu öz şikayət ərizəsində bildirmişdir ki, 2019-cu ilin iyun ayında əmisi oğlu Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs onu aldadaraq ölümcül xəstəliyini mülaicə edib, onu müalicə edərək hissə-hissə 600 dollar pul almış, yaşadığı evə şofer Əli adında adam göndərmişdir. 1500, 2000, 25000 dollar pul almışdır. Həmçinin göstərmişdir ki, Hüsniyə iki dəfə onun evində olmuş, sonra ona bir butulka su göndərmişdir. Anlamışdır ki, həmin qadın onu xəstəliyə görə aldadır. Xəstəliyə görə ondan pul alan Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cidl 1, iş vər. 55). Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 1(101)-553/2019 saylı hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 29,120.1-ci maddəsi ilə təqsirli bilinəərrk 7 (yeddi) il 10 (on) ay, 15(on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müddətinin əvəli 2018-ci ilin dekabr ayının 18-indən hesablanmışdır. (cidl 1, iş vər. 86-94). “Təqdim olunmuş sənədin götürülməsi barədə” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqaiat İdarəsinin ACİŞ-nin baş müstəntiqi Toğrul Hüseynov tərəfindən Həmdulla Fərzəliyev tərəfindən istintaqa təqdim edilmiş AN-1No0555556 nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin kserosurti götürülmüş və həmin müqavilənin “10 iyun 2016-cı il tarixli olması, müqavilədə Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-716 ünvanında yerləşən üç sot torpaq sahəsinin X37 adından X10 X1 göstərildiyi, müqavilənin Bakı şəhəri 25 saylı dövlət notariat kontoru tərəfindən təsdqiləndiyi müəyyən edilmişdir. Həmin müqavilənin kserosurəti qeyd pedilən protokola əlavə edilmişdir. (cidl 1, iş vər 126, 127-128). “Şübhəli şəxsin tutulması haqqında” 10 efvral 2021-ci il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə saat 11-05 radələrində Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərədə tutulan cinayət əməllərini törətməkdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 167). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və müdafiəçinin iştirakı ilə ona qeyd edilən taprixdə həmin maddə ilə ittiham elan edilmişdir. (cidl 1, iş vər. 178- 181). Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-48/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarından görünür ki, Cm 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2021-ci il tarixdən hesbalanması qərar alınmışdır. (cild 1, iş vər. 196-202). Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 14 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Şahid2 Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evin ona qaytarılmasına razılıq verdiyi üçün eləcə də, bacısı X3 qəsəbəsində ki, fərdi yaşayış evinin ona qaytarılmasına razılıq verdiyi üçün onlardan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. (cild 1, iş vər. 214). “Baxış keçirilməsi haqqında” 25 fevral 2021-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotocədvəllərdən görünür ki, həmin tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin stintaqı şöbəsinin baş müstəntiqi polis mayoru X23 tərəfindən həmin ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 və “Şahid1, həmçinin dəvət edilmiş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş pul hesabına qızı Şahid2 üçün tikdirdiyi və sonuncu tərəfindən könüllü olaraq Zərərçəkmiş şəxs1 qaytarılan, ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin 2.5 sot torpaq sahəsində yerləşdiyi, evin həyətyanı torpaq sahəsinin daş hasarla əhatələndiyi, ev birmərtəbəli olmaqla, bir mətbəx, üç otaq, bir dəhliz və bir hamam-tualetdən ibarət oldğu, həmçinin evin təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə məhz həmin həyətə gətirdiyini, Hüsniyənin həmin torpaq sahəsində Anar adlı şəxs tərəfindən tikildiyi və Hüsniyənin Anardan həmin evi 45000 manata aldığını, sonra isə Hüsniyənin qızı Türkanə əri Sənanla həmin evdə yaşadıqlarını, Zərərçəkmiş şəxs1 Sabirabad rayonundan “Qazel” markalı yük avtomobili ilə göndərdiyi kafel-metlaxı Hüsniyənin tapşırığı ilə məhz həmin evə gətirdiyini bildirmişdir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 baxış zamanı Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi pulla həmin evi aldığını bildirmişdir. (cild 1, iş vər. 215-216, 217-219). İşdə olmaqla “Baxış keçirilməsi haqqında 25 fevral 2021-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotocədvəllərdən görünür ki, həmin tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis mayoru X23 tərəfindən həmin ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1, şahid X28 və həmçinin dəvət edilmiş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş pul hesabına qızı Şahid3 üçün tikdirdiyi və sonuncu tərəfindən könüllü olaraq Zərərçəkmiş şəxs1 qaytarılan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin üç sot torpaq sahəsində yerləşməklə evin həyətyanı torpaq sahəsi daş hasarla əhatələndiyi, ev birmərtəbəli olmaqla, evin bir mətbəx, üç otaq, bir dəhliz və bir hamam-tualetdən ibarət olaqla evin təmirli vəziyyətdə olmaqla, mebellərlə, su, qaz və elektrik enerjisi ilə tam təchiz edildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Səbuhi Hümbətov bildirmişdir ki, evin tikildiyi torpaq sahəsini Hüsniyə Cərbrayılovanm kürəkəni Valeh Fərzəliyevə o satmış və sonuncu isə orada həmin evi tikdirmişdir. (cild 1, iş vər. 220, 221-224). Bakı şəhər Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 5(011)-77/2021 saylı qərarından görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömərəsi ilə 01.01.2017-ci ildən 07.07.2020-ci ilədək, ***- ***-**-** mobil telefon nömrəsi ilə 01.08.2020-ci ildən 09.02.2021-ci ilədək müddət ərzində hansı mobil nömrələr arasında danışıqlar aparılması, anten məlumatları, SMS məlumatları, daxil olan və çıxan zənglərə dair məlumatların "xxxx" MMC-dən götürülmə istintaq hərəkəinin aparılmasına icazə verilməsi qərara alınmışıdr. (cild 1, iş vər. 234-235). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 10 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 247). “Telefon danışıqlarna baxış keçirilməsi haqqında” 14 aprel 2021-ci il tarixli protokodlan görünür ki, həmin tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis mayoru X23 tərəfindən həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-nin 051-960- 60-60 mobil nömrəsinə 01.01.2017-ci ildən 07.07.2020-ci ilədək, ***-***-**-** mobil nömrəsinə ilə 01.08.2020-ci ildən 09.02.202 l-ci ilədək daxil olan və çıxan zənglər, sms və anten məlumatlarına Xətai Rayon Məhkəməsinin 03 mart 202l-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən 09.03.2021-ci il tarixli ***-**** saylı məktubla istintaqa təqdim edilməklə bir ədəd CD diskdə olan bu kimi məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və 050- ***-**-** və X20 istifadəsində olan ***-***-**-** mobil nörməsi ilə sorğulanan tarixlərdə mütamadi olaraq danışıqlar aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında sms yazışa mətnləri olması aşkar olunmuşdur. Həmin SMS yazışmaları üzrə həmçinin aşağıda qeyd edilən sms mətnlərinin olduğu müəyyən edilmişdir: 14/12/2019, 11:28:50, **********28, **********60, Yalanci tez zeng et and sene qenim olsun; 14/12/2019, 14:39:33, **********28, **********60 Onlarla meni tez danisdir tez ele; 16/12/2019,15:39:53, **********28, **********60, Allah sene qenim olsun. mene zeng et tez ol; 17/12/2019, 13:16:52, **********28, **********60, Ekan deyir onun borcunu verirem...mene telefon acmir. Men gelirem badamdara seni harda olsan tapacug..afrist; 22/12/2019, 11:10:18, **********28, **********60, Demeli yalanmis ona gore de qacirsan. cavab ver. telefona cavab ver. meni deli etme. bu gun seni nece olsa tapacam; 24/12/2019, 11:46:57, **********28, **********60, Men yalandan bezdim. Allah belanizi versin. pul lazim olanda telefonum dayanmirdi. o afrist de xeste deyil. Sizı tapacuq gun; 24/12/2019, 16:29:27, **********28, **********60, Axwam hami bize gelecek. deyirler ac derdini de. men ne deyim. nece deyim Husniyye mene atib. mecburem gelek Bakiya; 31/12/2019, 13:20:36, **********28, **********60, Nefesin gedib gelir yalandi. allah size qenim olsun. ayin axrin gozle. afristler. husniyyenin destesi. Allah size lenet etsin. men puldan orki yox, allah bilir abrima gore KQB ye gedecem. bu iwin axrina cixacam; 03/01/2020, 14:21:13, **********28, **********60, Meni rebbimle danişdinn. Sen xala xetrin qalmasın zeng edirsen. İndi deyirsiniz çalışıb yanvarda edecik. demeli yanvarda da olmayacaq. Men bilirem dekabrin axrin gözle deyirdiz mene ayan etseniz; 25/03/2020, 18:43:25, **********28, **********60, Axşamlar restoranlar islemir, husniyye hara getirsin bes? Bu dünyada atanşikler, falcilar ..gördüm, Sizin kimisin görmedim; 11/04/2020, 23:59:49, **********28, **********60, Vüsale Salam, anan niye bele edir, men size ne pislik etmisem, xeberin var o ne yoldadır, mene de izah ele;- mətndə sms yazışmaların olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsmn istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Yaqut Nəsirovanın istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında da çoxsaylı sms yaşımaları oldğu və o cümlədən aşağıda qeyd edilən sms mətnlərinin olduğu müəyyən edilmişdir: 08/11/2019, 21:31:54, **********96, **********60, Siz ikinizde mosenniksiz eybi yox mene 4 ay qan qusdurdunuz seni Ehedle cive ve Heyderle kuple tutduracam inşallah; 10/11/2019, 14:42:02, **********96, **********60, Fikirlesirsen … menimle heckim bacara bilmez ay sen olesen 3 baloda basdasi sen isteyisen men olum cadularinla sox menim ..cadularini tesir edir mene yox …butun neslimi yemisen burnundan tokerem inşallah bugun sabah dincel..; 10/12/2019, 18:53:58, **********96, **********60, Gor…meni ne gune qoymusan yol pulu 100 manati 2 gundur tapa bimirem tapacam bes deyirdin sen xanim Fatimeyi zehrasan Allah sene qenim olsun; 12/12/2019, 17:36:58, **********96, **********60, Heci xanim bilmirem ..xanimsan ne poxsan afirist olmaqiniz 100 faizdir o alcaq menniyi sexsiyueti olmayan lotuna de kisi olsun tel gotursun ay..» məzunda mətnlərin olduğu müəyyən edilmiş və həmin bir ədəd SD disk iş materiallarına əlavə edilmişdir (cidl 1, iş vər. 249-251). İşdə olmaqla “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, X21 barəsində Azərbaycan Respublikası CM-in 178-ci- maddəsi ilə, X24 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 178 və 194-cü madddələri ilə, X6 barəsində Azərbaycan Respublikası CM-in 178 və 307.1-ci maddələri ilə cinayət təqibi rədd olunması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq pul almasını etiraf etməsinə dair səs yazıları olan bir ədəd CD disk və həmçinin "xxxx" MMC-dən təqdim edilməklə telefon əlaqələri, sms yaşımaları mətnləri məlumatları əks etdirilmiş bir ədəd CD disk həmin iş üzrə sübut hesab edilməsi qərara alınmışdır. (cild 2, iş vər. 18-48). İş materiallarına əlavə edilməklə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş, notariat qaydada təsdiqlənmiş 09 sentyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Yaqut Nəsirovaya onlara dəymiş ziyan tam ödənildiyini, X2 qarşı heç bir iddiaları və tələbləri olmayacağını və məhkəmə iddia tələblərindən imtina etdiklərini bildirmişlər. İş materiallarına əlavə edilməklə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş, notariusda təsdiqlənmiş 09 sentyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Yaqut Nəsirovaya dəymiş ziyan tam ödənilmişdir. X2 qarşı heç bir iddiaları və tələbləri olmayacaq, məhkəmə iddia tələblərindən imtina edirlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun qarşılıqlı ziddiyyətli qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli 07 saylı qərarının birinci bəndinin müddəalarına əsasən CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirlədirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olur. Məhkəmə götərilənləri nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların yuxarıda qeyd edilən şəraitdə zərərçəkmiş şəxsin etibarından suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə həmin şəxsə külli miqdarda ziyan vurmaqla törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Həmin iş üzrə məhkəmə baxışının ilkin mərhələsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində ona cəmi 800000 (səkkiz yüz min) manat məbləğində maddi ziyan vurulduğu, ona vurulmuş maddi ziyandan 110000 (bir yüz on min) manat maddi ziyanın ödənildiyini və ödənilməmiş qalan 610000 (altı yüz on min) manat məbləğində maddi ziyanın, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. Həmin iş üzrə aparılmış ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlləri nəticəsində iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 yuxarıda qeyd edilən məbləğdə maddi ziyan vurulduğu, həmiçinin iş üzrə digər zərərçəkmiş şəxs X16 cəmi 2510 (iki min beş yüz on) manat ziyan vurulduğu müəyyən edilmiş, lakin zərərçəkmiş şəxs Yaqut Nəsirova iş üzrə iddia tələbi irəli sürməmişdir. Bununla yanaşı, iş üzrə məhkəmə baxışı zamanı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 iş üzrə Təqsirləndirilən şəxs və sonuncunun qohumları tərəfindən ona vrulmuş maddi ziyannın tam olaraq ödənildiyini, gələcəkdə də X8 qarşı heç bir iddiası və tələbləri olmayacağını və məhkəmə baxışı zamanı verdiyi iddia tələbindən imtina etdiyini bildirmişdir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs X26 ona vrulmuş maddi ziyannın tam olaraq ödənildiyini, gələcəkdə də X8 qarşı heç bir iddiası və tələbləri olmayacağını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 89.1 və 89.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Azərbaycan Respublikası CPM-nin 179.2 və 179.3-cü maddələrinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 186.1 və 186.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddai vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın imstənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müçtəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası CPM-nin 354.1, 354.1.1, 354.1.2 və 354.1.3-cü maddələrinin müddəalarına əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin iş üzrə zərərçəkmiş şəxs X13 iş üzrə ona vurulmuş maddi ziyannın tam olaraq ödənildiyini bildirməsi və iş üzrə iddia tələbi irəli sürmədiyi nəzərə alınmalı, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 iş üzrə ona vrulmuş maddi ziyanın tam olaraq ödənildiyini bildirməsi və məhkəmə baxışı zamanı verdiyi iddia tələbindən imtina etməsi qəbul olunmalı, onun iş üzrə mülki iddiaçı qismində iştirakı və həmin iş üzrə mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Miirş qızına cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini qismən etiraf edib peşman olmasını, iş üzrə zərərçəkmiş şəxslərlə dəymiş maddi ziyanı aradan qaldıraraq onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mirş qızının əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömərəsi üzrə 01.01.2017-ci il tarixdən 07.07.2020-ci il tarixədək, ***-***-**-** mobil telefon nömrəsi üzrə 01.08.2020-ci il tarixdən 09.02.2021-ci il tarixədək müddət ərzində qarşılıqlı telefon əlaqələri, anten məlumatları, SMS yazışmaları məlumatları olmaqla "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəflərinin və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömərəsi üzrə 01.01.2017-ci il tarixdən 07.07.2020-ci il tarixədək, ***-***-**-** mobil telefon nömrəsi üzrə 01.08.2020-ci il tarixdən 09.02.2021-ci il tarixədək müddət ərzində qarşılıqlı telefon əlaqələri, anten məlumatları, SMS yazışmaları məlumatları olmaqla "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəflərinin və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar