Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1126/2023 08.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 may 1970-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, işləməyən, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 101,320 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-in 14-cü PB-nin əməkdaşları tərəfindən 1 avqust 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində özünü şübhəli apardığı üçün saxlanılıb 14-cü PB-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş ağ rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 101,320 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək fəhlə işləmişdir. Təxminən 2-3 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Gün ərzində təxminən 1 qrama yaxın heroin qəbul etmişdir. 1 avqust 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin mətbəxində falqada qəbul etməkdən ötrü heroin hazırlayarkən polis əməkdaşları evin elektrik sayğacından elektrik cərəyanını söndürmüşlər. Səbəbini öyrənmək üçün çölə çıxdıqda polislər onu saxlayıb 14-cü PB-yə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə heroin olmamışdır. Bölmədə şəxsi axtarış keçirilməzdən təhqiqatçı tərəfindən fiziki təzyiqə məruz qalmış, lakin, xəsarət almamışdır. Sonuncu ona təxminən 100 qram çəkidə narkotik vasitə heroini verib, videoçəkiliş zamanı həmin narkotik vasitəni şalvarının sağ cibindən çıxardıb təqdim etməli olduğunu bildirmişdir. Yenidən döyüləcəyindən qorxub onun dediyi kimi də etmişdir. Döyülməsi və üzərinə narkotik vasitə qoyulması ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. İbtidai istintaq zamanı ona diktə edildiyi kimi ifadə vermişdir. Sonradan onun iştirakı ilə yaşadığı evə baxış keçirilmiş və bu zaman mətbəxdə masanın üzərindən şəxsi istifadəsi üçün hazırladığı 1 «çet» heroin aşkar edib götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında səhvən özünü CM-nin 234.1-1-ci maddə ilə təqsirli bildiyini demişdir. Həmin ifadələrini təsdiq etmir. İttiham aktında qeyd edilən 101,320 qram çəkidə narkotik vasitə heroin ona məxsus deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla belə bəzən tanıdığı narkotik vasitə istifadəçilərinə təmənnasız narkotik vasitə vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1 avqust 2022-ci il tarixdə saat 18:00-da Sabunçu RPİ-nin 14-cü PB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Sonuncunun həyacanlandığını və tez bir zamanda onlardan aralanmaq istədiyini görüb, özlərini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmişdir. Odur ki, şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ona birlikdə 14-cü PB-yə getməyi təklif etmiş və sonuncu razılaşmışdır. Birlikdə polis bölməsinə getmişlər. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncu əynindəki ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masa üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 1.600 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqdim edilən maddə ekspertizaya göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi, Xanlar küçəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evə baxış keçirilmiş və oradan iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış və evə baxış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokollar tərtib olunmuş, protokolun doğruluğunu tədbir iştirakçıları imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən və bölmədə olarkən ona hər hansı bir şəxs tərəfindən fiziki və psixi təsir-təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İşin 25-26-cı vərəqlərindəki 1 avqust 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masa üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Əhmədli qəsəbəsində olarkən tanımadığı şəxsdən 1.600 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdınlaraq götürülmüşdür. İşin 67-68-ci vərəqlərindəki «DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında» 2 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra, ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masa üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Əhmədli qəsəbəsində olarkən tanımadığı şəxsdən 1.600 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdınlaraq götürülmüşdür. DVD yaddaş daşıyıcısına baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin onun özü olduğunu, üzərində olmuş narkotik vasitə heroini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirmişdir. İşdəki "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə 1 iyun 2021-ci il tarixdə 1 iyun 2022-ci il tarixədək olan dövr üzrə daxil olan və çıxan zənglərin, sms mətnlərinin, abonent siyahılarının, anten məlumatların əks etdirildiyi bir ədəd diskə keçirilmiş baxış zamanı aşağıdakı məzmunda, tarixdə, saatda və mobil nömrələr arasında sms mesajlaşmanın aparıldığı müəyyən edilmişdir: 1. 06 mart 2022-ci il saat 19:09-da ********** saylı mobil nömrədən «Ay qaqa mana bir cavab ver deyasan kecan safar 3 manata gora elyisan»; 2. 07 mart 2022-ci il saat 14:14-də ********** saylı mobil nömrədən «Ay qaqa 40 man daş lazimdi mana bir xəbər denən»; 3. 30 mart 2022-ci il saat 01:15-də ********** saylı mobil nömrədən «Brat meti em 40da olar var?»; 4. 06 aprel 2022-ci il saat 01:48-də ********** saylı mobil nömrədən «Fikrət vəziyyət pisdi ayar məsələ pula dayanır yarım ver yarım səhər aqrıyıram»; 5. 06 aprel 2022-ci il saat 01:52-də ********** saylı mobil nömrədən «İstirsən öz tel. verim qalsın sabah pulu verim götürüm mən axşam ağrıyıram» 6. 06 aprel 2022-ci il saat 02:39-da ********** saylı mobil nömrədən «qoydun məni ağrıda bəs»; 7. 14 aprel 2022-ci il saat 22:10-da ********** saylı mobil nömrədən «Sən öl birdənə bu əməlin mənə çatmırda, bu zibili aç bir söz dedə çətindi»; 8. 15 aprel 2022-ci il saat 02:25-də ********** saylı mobil nömrədən «Məndə 19 manat var bir çeta var 10 manat ondan alım? 29 olsun bir cavab?»; 9. 17 aprel 2022-ci il saat 01:16-da ********** saylı mobil nömrədən «Sənin bu səy xarakterin olmaya danışdıq gəlirəm tel aç da qapıdan qayıdıram»; 10. 17 aprel 2022-ci il saat 02:39-da ********** saylı mobil nömrədən «Ay kişi mən gəlim qapıdan məni yola sal gedim yatımda». Materialların məhkəmə ekspertizasının 02 avqust 2022-cı il tarixli 6/4132 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 100» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 101,320 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 İyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 101,320 qr, sərf edildi: 0,1 qr, qalıq: 101,220 qr. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 5 oktyabr 2022-ci il tarixli 2643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 oktyabr 2022-ci il tarixli 5791 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 105-107-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü, 187-ci maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 mart 1990-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Xalq məhkəməsinin qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 1 (bir) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. İşin 251-259-cu vərəqlərindəki 15 mart 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 101,320 (tədqiqatdan sonra qalıq 101,220) qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD, "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD-lər maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 14-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 avqust 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 126-cı vərəqindəki şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 fevral 2012-ci il təvəllüdlü İbrahimov Ruslan adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi (i.v. 64-66, 78-80), məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 1 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 101,320 (tədqiqatdan sonra qalıq 101,220) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərindən şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD, "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD-lər isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 120 (yüz iyirmi) manat onun işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 101,320 (tədqiqatdan sonra qalıq 101,220) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərindən şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD, "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD-lər isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 120 (yüz iyirmi) manat onun işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1126/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1126/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver