Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1126/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1974-cü il tarixdə, İrəvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2023-cü il tarixdə azad edilmiş, 21 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satıb qazanc əldə etmək məqsədilə tanışı şəxsiyyəti naməlum «Sərhəd» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Sərhəd” adlı şəxslə birlikdə ünvan 2 ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığına gələrək orada “Sərhəd” adlı şəxs kənarda dayanmış, o isə sonuncunun tapşırığı ilə Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ağacın dibindən cinayət qrupunun digər üzvü tərəfindən gizlədilmiş satış məqsədilə qanunsuz olaraq 4085,8 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə saat 23:05-də Bakı şəhəri, Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B saylı ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığında saxlanılıb oradan ünvan 3 ünvanda yerləşən RPİ-nə gətirilərək saat 23:40-da üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 4085,8 qram olmaqla külli miqdar təşkil edən qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 18 avqust 2023-cü il tarixdə Bakıxanovda marixuana almaq istədiyi üçün Sərhəd adlı tanışı ilə əlaqə saxlamışdır. Belə ki, uşaqlıqdan – 13 yaşından bəri həftədə 1-2 dəfə ancaq nəşə istifadə etmişdir. Sərhəddən əvvəllər də marixuana almışdır. Sərhəd özü də marixuana istifadəçisi olmuş, həmin vaxt da ona hazırda marixuana dalınca getdiyini bildirmiş və birlikdə getməyi təklif etmişdir. Sərhədlə razılaşaraq Azadlıq deyilən əraziyə getmişdir. Belə ki, Sərhəd özü üçün 10 qram marixuana, o isə 20 AZN-lik marixuana almağı nəzərdə tutmuşlar. Daha sonra Sərhəd ona İnqilab tərəfə getməyi təklif etmişdir. Həmin vaxt onlar taksi ilə hərəkətdə olmuşlar. O, təbii ehtiyacını ödəmək üçün maşından düşmüş, geri qayıdanda isə bilmədiyi səbəblərdən polislər onun üstünə tökülüşmüşlər. Narkotik almaq üçün onunla bərabər gedən Sərhəd isə taksi ilə qaçıb getmişdir. Polislər ona bayaqdan onu axtardıqlarını demiş və telefonuna baxmışlar. Lakin sonra axtardıqları şəxsin o olmadığını demiş və onu vurmayıb idarəyə aparılmasını bildirmişlər. Onu baş idarəyə aparmış, sonra otağa salmışlar. Rəis deyilən Eyvaz adlı şəxs içəri girmiş və “biz tədbir keçirmişik, sən 15 qram götür üstünə, səni general buraxacaq, o bilir” demişdir. O, Eyvaza elə şey eləmədiyini dedikdə onu dilə tutmağa başlamışlar. Lakin o, yenə də razılaşmamışdır. 2-3 saat sonra vəkil gəlmiş, o, vəkilə ona qarşı ssenari yazıldığını, guya Sərhəd adlı şəxslə danışdığını, narkotik vasitə aparıb gətirməli olduğunu boynuna qoymaq istədiklərini demişdir. Vəkili X2 olmuş, vəkilə hər şeyi danışmış, bundan sonra ona “səni sanksiyadan buraxacağıq” demişlər. Vəkilin yanında izahatı alınmış, vəkil təklikdə ona “Səni döyəcəklər. Dözə bilsən, döz, dözə bilməsən, məni şahid çağırarsan” demiş, sonra getmişdir. Onu döymüş, 10 kilo ilə yükləyəcəkləri ilə təhdid etmişlər. Saatın əqrəbini geri çəkmiş və çəkiliş etmişlər. Ona məcburi olaraq sənədlərə qol çəkdirmişlər. O, əslində 1 çet üçün getmişdir. Verilən zülmə dözə bilməmiş, ən çox Eyvaz adlı şəxs onu vurmuşdur. Döyə-döyə onu vəkildən imtina etdirmişlər. Həmin vaxt təzyiqlərə məruz qalmamaq üçün istənilən sənədə imza etməyə hazır olmuşdur. Onu sanksiyaya qədər döymüş, sonra isə döydüklərini məhkəmədə deməməsi üçün hədələmişlər. Bədənində xəsarət izlər qalmışdır. Telefonu polislərin əlində olmuş, telefonunda bir dənə də olsa narkotiklə bağlı söhbət olmamışdır. Onun narkotik alqı satqısı ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ilkin izahatı vəkilin yanında yazmış, sonra polislər onu döyərək həmin vəkildən imtina etdirmişlər. Bundan sonra idarədə təhqiqatçının otağında çəkiliş olmuş, çəkiliş zamanı vəkil iştirak etməmiş, onların dediyi ssenari həyata keçirilmişdir. Döyməkdən əlavə onu ailəsi ilə də hədələmişlər. İbtidai istintaq zamanı sçərbəst ifadə verməmiş, sadəcə onların dediklərini imzalamışdır. Əlyazmada heç nəyin olmadığını yazmış, işi bağlayarkən də imzalamaqdan imtina etmişdir. İlkin izahatı iş materiallarında qalmamış, bütün sənədlərə işgəncə altında imza etmişdir. İşgəncə faktının araşdırılması ilə bağlı Binəqədi prokurorluğundan gəlib, onun izahatını almışlar. Onu ekspertizaya aparan şəxslər elə onu döyən şəxslər özləri olmuşlar. O, ekspertin verdiyi rəyə də şübhə ilə yanaşmışdır. Belə ki, onu ekspertə aparan polislər ekspertlə mehriban danışırmışlar. Onun ayağının altında və bud nahiyyəsində xəsarətləri olmuşdur. Xəsarətləri ilə bağlı özü və anası prokurorluğa şikayət etmiş, prokurorluqdan gələn müstəntiqə də həqiqəti danışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Sərhədin telefon nömrəsi onun telefonunda olmuş, telefonu isə polislərin əlində olmuşdur. Tutulduğu yerdə heç bir çəkiliş aparılmamış, ifadəsinin yerində yoxlanması üçün onu ağaclığın dibində çəkmişlər. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 18 avqust 2023-cü il, saat 22 radələrində tanışı Sərhədlə yaşadığı evin yaxınlığında görüşmüş və görüş zamanı tanışı Sərhəd sosial şəbəkələrin birində İran vətəndaşı ilə tanış olduğunu və sonuncunun dediyi yerlərdə gizlədilmiş narkotik maddələri götürüb müştərilərə çatdırmaqla qazanc əldə etdiyini ona bildirmişdir. Sərhəd ona da bu işi görməyi təklif etdikdə o, sonuncunun bu təklifi ilə razılaşmışdır. Bu məqsədlə Sərhəd ona ünvan 4 ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığında gizlədilmiş yerlərin birində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni vaxt itirmədən götürməli olduğunu bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Sərhədlə birlikdə markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yol maşınlarının birinə əyləşib ünvan 4 ünvanda yerləşən “Göyəzən” kafesi istiqamətində yollanmışdır. Qeyd olunan ünvanda olan zaman onlar birlikdə maşından düşmüşlər. Sərhəd ətrafa göz gəzdirərək pusqu qurmağa başlamış, o isə həmin ünvanda ağacların birinin dibində gizlədilmiş halda qara rəngli sellofan görmüş və həmin sellofanda narkotik maddənin olduğuna əmin olub, narkotik maddəni götürüb Sərhədə tərəf getdikdə tanımadığı şəxslərin ona tərəf yaxınlaşdığını görüb bu an özünü itirməmişdir. Həmin şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra onların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-yə aparılmış və müdafiəçi dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Daha sonra orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əlində olan qara rəngli sellofana bükülmüş bükülünü və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun göy rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan aşkar olunmuş 01 ədəd qara rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülüdən birinin içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddəni xx.xx.2023-cü il tarixdə, axşam saat 23 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B saylı ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığındakı ağacın dibində gizlədilmiş yerdən narkotik vasitəni götürüb Sərhəd adlı tanışına çatdırmaqla qarşılığında isə ona 10 qram çəkidə marixuana verməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən qara rəngli sellofana bükülmüş bükülü qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, ona elan edilmiş ittihamla özün qismən təqsirli bilmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (iş vərəqə: səh. 172-174). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu sərbəst ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə də göstərmişdir (iş vərəqə: səh. 69-70). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, barəsində cnayət işinə baxılan Ermənistanda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, , Bakıxanov qəsəbəsi, 4 saylı Asan xidmətin yaxınlığında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxsin ifşa edilməsi üçün «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, və Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 daxil edilmişdir. Birlikdə xx.xx.2023-cü il tarixdə, saat 23:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs onun zahiri əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demiş, sonuncuya onun narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu bildirmiş və onu Binəqədi RPİ-yə aparmışlar. Təqsirləndirilən şəxs saxlanılması barədə Binəqədi RPİ-nin rəhbərliyinə raportla məlumat vermişlər. Göstəriş əsasında Təqsirləndirilən şəxs təhqiqatçısı Ruhid Yaqubluya təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra isə xidməti otaqda Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan onun üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının təklifi əsasında əlində olan qara rəngli sellofana bükülmüş bükülünü və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində faktiki şəxsi axtarış aparılmış, lakin onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan bükülü açılmış, içərisində qəhvəyi rəngli “heroin” narkotik vasitəsinə oxşar maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli maddənin “heroin” narkotik vasitəsi olduğunu təsdiq etmiş, həmin maddəni 18 avqust 2023-cü il tarixdə, axşam saat 23 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B saylı ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığındakı ağacın dibində gizlədilmiş yerdən götürüb Sərhəd adlı tanışına çatdırmalı olduğunu və qarşılığında sonuncunun ona 10 qram çəkidə marixuana verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükülü zərfdə qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya Binəqədi RPİ-yə aparılarkən, həmçinin üzərində şəxsi axtarış aparılanadək ona qarşı hər hansı formada psixoloji və ya fiziki təzyiq göstərilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qeyri-qanuni əşyalar və ya maddələr olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofana bükülmüş bükülünü və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra aparılan faktiki axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar olunmamışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan bükülü açılmış, bükülünün içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni 18 avqust 2023-cü il tarixdə, axşam saat 23 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B saylı ünvanda yerləşən “Göyəzən” kafesinin yaxınlığındakı ağacın dibində gizlədilmiş yerdən götürüb Sərhəd adlı tanışına çatdırmalı olduğunu və qarşılığında Sərhədin ona 10 qram çəkidə marixuana verməli olduğunu bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş büküm ekspertiza tədqiqatı üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tədqiq olunan həmin protokol tərtib edilmiş, ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi videolentə alınmış və görüntülər bir ədəd DVD formatlı diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (iş vərəqə: səh. 32- 34). Cinayət işinə əlavə olunan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə videofaylda olan fideogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2023-cü il tarixli protokolun məzmununu tam əhatə edir və hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir(iş vərəqə: səh. 126). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2023-cü il tarixli, 6/4453 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 172” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi – 4085,8 qram (4 kq 85,8 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (iş vərəqə: səh. 54-58). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli, 5549 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 134-135). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 3145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 141-142). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 4085,8 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 4085,6 qram heroin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh. 146-154). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 156-157). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 4085,8 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən iki min qırx iki dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, ilkin məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı fiziki və psixoloji təsirlər nəticəsində əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi barədə müraciətləri məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş rəsmi cavablarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki kürək nahiyəsində 3 sm, belin sol tərəfində 3 sm, döş qəfəsinin sol tərəfində 1 sm ölçüdə üç ədəd, sağ budun bayır tərəfində 5 sm ölçüdə, sağ çiyin nahiyəsində 1 sm ölçüdə sarımtıl rəngli, hər iki ayaq altı nahiyədə 3 sm ölçüdə tünd bənövşəyi rəngli qançır müşahidə edilmişdir. Binəqədi rayon prokurorluğunun iş materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli qərarından görünür ki, prokurorluqda Təqsirləndirilən şəxs saxlanılarkən Binəqədi RPİ-nin əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi barədə müraciətinə baxılmış və fakt təsdiqini tapmadığından toplanmış araşdırma materialları üzrə Binəqədi rayon prokurorluğunun 14 noyabr 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Binəqədi rayon prokurorluğunun araşdırması mərhələsində Təqsirləndirilən şəxs barəsində onda müəyyən edilmiş bədən xəsarətləri ilə bağlı iş üzrə məhkəmə-tibb ekspertizası keçirilmişdir. Aparılan ekspertizanın 25 sentyabr 2023-cü il tarixli, 1852 saylı rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərinin onun 18 avqust 2023-cü il tarixdə saxlanıldıqdan sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi nəticəsində yetirilməsi təkzib olunur. Belə ki, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər onun tibbi müayinəsindən (tibbi müayinə 22 avqust 2023-cü il tarixdə aparılmışdır) 7-9 gün əvvələ təsadüf edir. Yəni Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətləri, sonuncunun ən azı 15 avqust 2023-cü il tarixdə, yəni saxlanılmazdan ən azı üç gün əvvəl aldığı müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələblərinə əsasən həmin cinayət əməlinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır və qeyd olunan bu hal Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli, 5549 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb etmək mümkün olmadığından həbsdən azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində müvafiq məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablanmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunan bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu vaxtdan 20 avqust 2023-cü il tarixdə həbsdən azad edilənədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, cəza çəkməsi üçün qəti cəza təyin olunmalı, 21 avqust 2023-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4085,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 20 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4085,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1126/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1126/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver