Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1126/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsində yerləşən “№1 Köşk” adlı ticarət nöqtəsinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı sonuncunun bir müddət əvvəl ondan aldığı 40 manat borcunu istədikdə Zərərçəkmiş şəxs onun ona: “ya çatar, ya batar” deyib borcu verməkdən yayınmasını şəxsiyyətinin ələ salınması kimi qəbul edib, zərər çəkmiş Zərərçəkmiş şəxs bu hərəkətlərindən hiddətlənərək onunla mübahisə etmiş, yaşadığı evə gedib oradan bıçaq götürərək ünvan 2 ünvanında yerləşən “Ə.Əmirov adına Mədəniyyət Sarayı”nın həyətinə gəlib Zərərçəkmiş şəxs zəng edib, onu qeyd olunan mədəniyyət sarayının inzibati binasının arxasına çağırmış, orada Zərərçəkmiş şəxs ona verdiyi 40 manat borc pulu bir daha istəmiş, lakin sonuncu ona yenə eyni cavabı verib borcu qaytarmamış, bu səbəbdən aralarındakı mübahisə daha da intensivləşmiş və onlar biri-birlərini ağır söyüşlərlə təhqir etmişlər. Münaqişə nəticəsində Təqsirləndirilən şəxs özü ilə gətirdiyi, istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qarın və aşağı ətraf nahiyələrinə qəsdən zərbə vuraraq sonuncuya sol bud nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, habelə daxili qanaxma, qarının ön divarının düz əzələsinin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, Zərərçəkmiş şəxs özünü müdafiə edərək bıçaqla onu vurub sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirib hadisə yerindən uzaqlaşmasına baxmayaraq qanunsuz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs arxasınca qaçaraq Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində fəaliyyət göstərən “Savalan şadlıq evi”nin yan tərəfində, ictimai yerdə yaxalayıb insanlar arasında bərqərar olmuş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə silah qismində istifadə etdiyi həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol qol nahiyəsindən qəsdən vuraraq sonuncuya sol bazu nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmiş, qanunvericiliyin tələbinə görə cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq dövrü verdiyi ifadəsi elan edilmiş, sonuncu həmin ifadədə göstərmişdir ki, Lökbatan qəsəbəsində fərdi əməklə məşğul olmuşdur. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə uzaqdan qohumluq əlaqələri var. Ramonu uzun müddətdir ki, tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. Ramo da Cəlilabad rayonundadır, Lökbatan qəsəbəsində yaşayır. Ramo axırıncı dəfə təxminən 2024-cü ilin sentyabr ayında təxminən 1 ay müddətinə Rusiya Federasiyasına işləmək üçün getmiş, təxminən 10 gün olar ki, oradan qayıdıb gəlmişdir. Demək olar ki, həmişə Lökbatan qəsəbəsi, Mədəniyyət evinin qarşısında fəaliyyət göstərən “X12” qarşısında dayanmışdır. 28 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində o, X10rşısında tanışı Ceyhun ilə dayanıb söhbət etmiş, həmin vaxt Ramo da təsadüfən onların yanlarına gəlmişdir. Onlar bir az deyib gülmüş, bir-birləri ilə zarafatlaşmışlar. Təxminən 10-15 dəqiqə sonra Ceyhun onlardan kənarlaşıb getmiş, o da orada Ramo ilə dayanıb söhbət etmişdir. Söhbət zamanı Ramonun ona borcu olmağından danışmışlar. O, təxminən 2 ay əvvəl, 2024-cü ilin avqust ayında, Ramo Rusiya Federasiyasına getməmişdən əvvəl Ramoya 40 manat borc vermiş, Ramo həmin pulu ona maksimum qısa zaman ərzində qaytaracağına dair söz vermişdir. Söhbət Ramonun ona olan borcunu niyə qaytarmamasından düşəndə, Ramo ona demiş ki, “sənə borcum var, amma vermirəm, batdı, qaytarmayacam”. Onların aralarında bu barədə mübahisə yaranmışdır. Bir qədər mübahisə edəndən sonra o Ramodan aralaşıb kirayə yaşadığı evə getmiş, evdə saxladığı, özünə məxsus açılıbqatlanan bıçağı götürüb geri qayıtmışdır. Saat 19.30 radələrində Ramoya zəng edərək harada olduğunu soruşmuş, Ramo ona “dvorets adlanan Mədəniyyət evi tərəfdəyəm” deyə cavab vermişdir. O da Ramonu Mədəniyyət evinin qarşısına dəvət etmişdir. Onlar Mədəniyyət evinin qarşısında görüşüb, binanın arxa hissəsinə, heç kimin olmadığı yerə getmişlər. Onlar orada olan zaman o Ramodan bir daha soruşmuş ki, ona olan borcunu qaytaracaqmı?. Ramo da ona “yox, qaytarmayacam” demişdir. O, Ramo ilə danışdığı zaman çox əsəbi olmuş, əlində olan bıçaqla bir neçə dəfə Ramoya bıçaq zərbələri atmışdır. Lakin hadisə zamanı onun atdığı bıçaq zərbələrin Ramonun hansı nahiyyələrinə dəyməsindən heç bir məlumatı olmamışdır. Həmin vaxt Ramo da üzərində olan bıçaqla ona zərbələr atmış, Ramonun atdığı zərbələrdən biri onun sol ayağının bud nahiyyəsinə dəymişdir. Hadisə zamanı Ramonun atdığı zərbələrdən biri onun sol qolunun yuxarı hissəsinə dəymişdir. Hadisədən sonra Ramo Mədəniyyət sarayının qarşı tərəfinə qaçmış, o da Ramonun arxasınca qaçmışdır. Onlar yolu X10rşısına tərəf keçmişlər, o Ramonu səsləyib saxlatdırmışdır. Ramoya çatan kimi yenə bıçaqla ona tərəf zərbə atmış, lakin bıçağın Ramoya dəyib dəymədiyini hiss etməmiş, Ramo dizi ilə ona zərbə atmışdır. Bir-birindən aralaşmışlar, Ramo qaçıb getmiş, o da oradan uzaqlaşmışdır. Hadisənin təsirindən əlindəki bıçağı evə gedənə qədər harada atdığını xatırlamır. Evə getməmişdən əvvəl o Mədəniyyət evinin yaxınlığındakı aptekdən sarğı alıb ayağını sarımışdır. Ayağından qan axmış, həmin vaxt sol qoluna ağrı gəlmiş, qoluna baxdığı zaman bıçağın sol qolunun yuxarı hissəsini kəsdiyini görmüşdür. Evə gedib paltarlarını dəyişmiş, geri qayıdıb 10-cu Polis şöbəsinə gələrək, hadisə törətməsi barədə məlumat vermişdir. Polis şöbəsində olan zaman sol qolundan qan axdığı üçün X19 çağırmışlar, TTY briqadasından gələn həkim qoluna sarğı bağlayıb qanın axmasının qarşısını almışdır. TTY avtomobili ilə onu X13 aparmışlar. Orada ayağında olan yara dərin olduğundan tikiş vurmuşlar. Ramo ilə Mədəniyyət evinin dava etmiş, orada onlardan başqa heç kim olmamışdır. O, Ramonu bıçaqla vuran zaman çox əsəbi halda olmuşdur, çünki Ramo borcunu qaytarmamaqla yanaşı onu “ələ salmaq” formasında alçaldaraq qaytarmayacağını demiş, onun bu hərəkətinə görə ona xəsarətlər yetirməklə cəzalandırmaq istəmişdir, Ramonu öldürmək niyyəti olmamış, həm də, o. Mədəniyyət sarayının və X10rşısında Ramoya bir neçə bıçaq zərbəsi atmış, lakin heç birini hiss etməmişdir ki, bıçaq zərbələri Ramoya dəyib ya yox. Çünki istəyirmiş ki, bıçağın biri Ramoya dəysin, əsəbi sakitləşsin. Yoxsa Ramo ilə onlar çox yaxındırlar, Ramonu onun öldürmək kimi heç vaxt məqsədi və ya niyyəti olmamış, hadisə zamanı istifadə etdiyi bıçağı münaqişə baş verən yerə bir tərəfə atıb çıxıb getmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla ailəvi yaxınlığı, qohumluqları var, bir yerdə böyümüşlər. O, hadisədən bir ay yarım əvvəl Arzumandan 40 manat borc almış, həmin ərəfədə Rusiyaya gedəcəyini, Arzumana da qayıtdığı zaman borcunu ödəyəcəyinə dair söz vermişdir. Lakin Rusiyada işləri alınmadığına görə bir neçə gün sonra Azərbaycana qayıtmış, qayıtdıqdan 5-6 gün sonra Arzumanla görüşmüşlər. Söhbət əsnasında Arzuman ondan pulu nə vaxt qaytaracağını soruşmuş, o isə Arzumana, hələ ki, pulununun olmadığını, lakin yaxın zaman ərzində qaytaracağını bildirmişdir. Eyni zamanda zarafatla Arzumana demişdir ki, ya çatar, ya batar, pulu olanda borcu qaytaracaq. Arzumanla ilk dəfə danışdığı zaman aralarında mübahisə olmamış, birbirilərini təhqir etməmiş, nə o, nə də ki, Arzuman bıçaq çıxarmamışdır. Arzuman pula ehtiyacı olduğunu deyib təkidlə pulu istəmiş, o da yenidən pulunun olmadığını demişdir. Aralarında yüngül narazılıq olsa da, heç kim heç kimə xəsarət yetirməmişdir. Sonra hər ikisi ayrılıb getmişlər. 15-20 dəqiqə sonra o Arzumanla yenidən görüşmüş, Arzuman yenidən borcunu tələb etməyə başlamışdır. Onlar, yaxında olan mədəniyyət evinin arxa tərəfinə keçib söhbəti davam etdirmişlər, Arzuman yenə də təkidlə pulunu geri istəmiş, aldığı borc pulu qaytarmasını tələb etmişdir. O da Rusiyadan yeni qayıtdığını, işləyib pulu yaxın vaxtda qaytaracağını demişdir. Daha sonra aralarındakı narazılıq böyümüş, onlar biri-birlərini təhqir etmişlər. Bu səbəbdən mübahisə daha da alovlanmış , həmin vaxt aralarında münaqişə yaranmış və onlar dava etmişlər. Dava zamanı Arzuman bıçaq çıxarıb onu vurmuşdur. Bu səbəbdən o da üzərində olan bıçağı çıxarıb Arzumanı vurmuşdur. Arzmanın atdığı zərbələr nəticəsində onun ayağına və əlinə xəsarət yetirilmişdir. Xəsarət aldığı üçün hadisə yerindən qaçıb getmişdir. Arzuman onun dalınca qaçdığı üçün onlar Mədəniyyət Evinin qarşısında yerləşən köşkün yanında bir daha dava etməyə başlamışlar. Həmin yer ictimai yer olmuş, ətrafda coxlu sayda insanlar və avtomobillər hərəkətdə olmuşdur. Həmin yerdə Arzuman ona yenə bıçaq atmış, bıçaq onun qoluna dəymişdir. O, həmin vaxt Arzumanı tutub dizi ilə onun başından vurmuşdur. Köşkün yanında davaları təqribən 10 dəqiqəyədək davam etmişdir. Həmin vaxt ətrafdakı şəxslər onların səsinə çölə çıxmış, amma həmin vaxt onların davası artıq qurtarmış olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Arzumana olan borcu dost-tanışlarından alıb Arzumana qaytarmaq imkanı olsa da həmin vaxt bunu etmək istəməmiş, fikirləşmişdir ki, sonra qaytarar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Savalan şadlıq evində yerləşən elektron qəlyan mağazasını icarə əsasında işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsı təxminən 2 ildir ki, tanıyır. 28 oktyabr 2024-cü il tarixdə axşam saatlarında işdə olduğu zaman çöldən səs-küy gəldiyini eşidib işlədiyi obyektdən çölə çıxmış, Ramonun X12 arxa tərəfinə qaçdığını görmüş, Arzuman isə kənarda dayanmışdır. Çölə çıxanda başa düşmüşdür ki, Arzumanla Ramo dalaşıblar. Ramonun yanına getmiş, Ramo X12 içərisində oturmuş vəziyyətdə olmuşdur. O aptekə gedib Ramonun yaralarını sarımaqdan ötrü sarğı alıb gətirmiş, sonra qana baxa bilmədiyi üçün iş yerinə qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, fərdi qaydada Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən “kişi salonunda” bərbərlik fəaliyyəti ilə məşğul olur. Şəxsiyyət vəsiqəsində adı Əliyardır, lakin onu Əli kimi çağırırlar. X9 eyni kənddəndir, uzaq qohumdurlar. 28 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında işdə müştərinin saçını kəsən zaman çöldən səs-küy gəldiyini eşidib obyektdən çölə çıxmış və Ramonun Arzumanla dalaşdığını görmüşdür. Daha sonra Ramo oradan uzaqlaşıb X12 arxasına keçmiş, bir qədər sonra orada olan yoldaşlardan bir neçəsinin aptekə getdiyini görmüşdür. Həmin vaxt məsələnin ciddi olduğunu başa düşüb dərhal bərbərxanaya qayıtmış, pambıq götürüb Ramonun yanına qaçmışdır. Ramonun ayağından, qolundan, qarın nahiyəsindən qan axdığını görmüş və onun yaralarını bağlayıb TTY-yə yola salmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən “Savalan” şadlıq evində ofisiant işləyir. Şəxsiyyət vəsiqəsində adı Ərşaddır, lakin hamı onun adını Ceyhun kimi bilir və Ceyhun kimi çağırırlar. Ramo onun əmisi oğludur, Arzuman da dostudur, 28 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən kioskun yanında o, Ramo, Arzuman və Qismət dayanıb söhbət edən zaman Arzuman Ramodan ona verdiyi borc pulu istəmiş, söhbət zamanı bilmişdir ki, Ramo Arzumandan aldığı borc pulu həmin vaxt verməkdən imtina etmişdir. Bu söhbətdən sonra o, Qismətlə kafeyə getmiş, Arzuman isə yaşadığı evə tərəf, Ramo da öz işinin arxasınca getmişdir. O, Qismətlə Lökbatan qəsəbəsində yerləşən kafelərin birində oturub yemək yeyən zaman o, tanışı Cavid adlı şəxsə zəng edib harada olduğunu soruşmuş, həmin vaxt Cavid demişdir ki, “Arzuman ilə Ramo dalaşıblar, Arzuman Ramonu bıçaqla vurub xəsarət yetirib”. O tez masadan qalxmış, “Savalan” şadlıq evinin yanına getmiş, orada tanışlarından birinin avtomobili ilə Cavidlə köməkləşib Ramonu Lökbatan qəsəbəsində yerləşən TTYS-yə aparmışdır. Oradan sonra TTY xəstəxanasına getmiş, Qismət də öz idarə etdiyi avtomobil ilə TTY avtomobilinin arxasınca xəstəxanaya gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid4 işin halları ilə bağlı ifadəsində göstərilənləri təsdiq etmiş, onunla oxşar məzmunlu ifadə verməklə göstərilən xüsusatları təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, fərdi qaydada Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən “Savalan” şadlıq evində kafe işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə eyni rayondan tanışdırlar. Hər ikisi ilə münasibətləri çox yaxşıdır. 28 oktyabr 2024-cü il tarixdə axşam saatlarında işdə olduğu zaman yoldaşlardan kimsə kafeyə gəlib “Ramonu bıçaqla vurdular” demiş, o da kafedən çölə çıxmış və X12 yan tərəfdən içərisinə daxil olan zaman Ramonun yerdə uzandığını və ayağından qan axdığını görmüşdür. O da, qanın qarşısını kəsməkdən ötrü Ramonun ayağını sarğı ilə bağlamış, daha sonra yoldaşlardan birinin avtomobili ilə Ramonu Lökbatan qəsəbəsində yerləşən TTYS-na aparıb həkimlərə təhvil vermişdir. Daha sonra o, kafeyə geri qayıtmış, Ramonun Arzumanı vuraraq xəsarət yetirməsi ona məlum olmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə təsqiq edilmiş ifadəsindən görünür ki, münasibətləri çox yaxın olmuşdur. 28 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində olan «Savalan» şadlıq evi tərəfə gəlirmiş, «Savalan» şadlıq evinə çatanda Ramonun bıçaqlanmasmı görmüş, o, Ramonun bıçaqlandığını görəndə artıq ətrafda olan yoldaşlar Ramoya ilkin tibbi yardım etmiş və onu xəstəxanaya aparırmışlar. Qardaşı Ərşad, hamı onu Ceyhun deyə çağırır, Ərşad Ramo ilə xəstəxanaya gedib, o isə evə getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qaradağ RPİ-nin 10-cu PŞ-nin məsul növbətçisi, polis baş leytenantı Ceyhun Məmmədovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində 15 saylı TTYS-dən həkim Mityaşova bildirmişdir ki, Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan 25 yaşlı Təqsirləndirilən şəxs sağ budun kəsilmişdeşilmiş yarası diaqnozu ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qaradağ RPİ-nin 10-cu PŞ-nin məsul növbətçisi, polis baş leytenantı Ceyhun Məmmədovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində X11 həkim Məmmədov bildirmişdir ki, Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan Zərərçəkmiş şəxs qarının aşağı divarının kəsilmiş-deşilmiş, budun, bazunun kəsilmiş yarası diaqnozu ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə, saat 18:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X18” X17 xx.xx.2024-cü il tarixli, 18-1-2/2-5730/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində saat 22:09-da 15 saylı X19 Stansiya Briqadasının müşayəti ilə X13 gətirilmişdir. Xəstənin dediyinə görə Lökbatan qəsəbəsində şəxsi münaqişə zəmnində bir-birinə bıçaq xəsarətləri yetirməsi zamanı xəsarət almışdır. Xəstəyə laparotomiya eventrasiya olunmuşdur, böyük piyliyin rezeksiyası QBSDE, sol bazunun və sol budun deşilmiş-kəsilmiş yaralarının birincili cərrahı işlənməsi icra olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)-274/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, o Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 23 ünvanında yerləşən Ə.Əmirov adma NQÇİ-nin Mədəniyyət sarayının inzibati binasının arxasını göstərib Zərərçəkmiş şəxslə davanın orada başlanmasını, Zərərçəkmiş şəxs oradan qaçaraq S.Orucov küçəsində olan avtomobil yolunu keçərək «Savalan» şadlıq evinin yan hissəsində olan səkidə davam etdirərək orada da Zərərçəkmiş şəxs vurmasını və sonra ayrıldıqlarını əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanmasının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “DVD formatlı diskə köçürülmüş videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntülər açıldıqda ekranda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən Ə.Əmirov adma Neft və Qazçıxarma idarəsinin Mədəniyyət sarayının girişinin sol tərəfində quraşdırılmış TŞ 11 - 011 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerası vasitəsilə aparılmış videoyazıda Lökbatan qəsəbəsi Musəvi küçəsindən S.Orucov küçəsinə gələn və S.Orucov küçəsində sağa və ya sola dönüb hərəkətlərini davam etdirən avtomaşınlar, S.Orucov küçəsinin sağ və sol kənarında olan səkilərdə sakinlərin piyada hərəkət etmələri görüntüləri görünür. Görüntülər saat 20:08:38-də başlayır. Görüntünün 20:08:56-cı dəqiqəsində 2 nəfər şəxsin ard-arda Mədəniyyət sarayının girişi tərəfdən çəpinə qaçaraq Musəvi və S.Orucov küçələrinin kəsişməsində yerləşən «Savalan» şadlıq evinin S.Orucov küçəsi hissəsinin «funno» adlı elektron qəlyan dükanına qalxan pilləkənin sağ tərəfində arxadan gələn şəxs qovduğu şəxsə çatır. Həmin yerdə səki ilə əllərində zənbil bir nəfər qadın piyada hərəkət edir. Qaçan şəxs həmin qadının sağ yan tərəfinə keçir və onu qovan şəxsə tərəf çevriləndə qovan şəxslə üzbə-üz vəziyyətdə olarkən sol əli ilə qovduğu şəxsin sinəsinə dayamaqla sağ əlində olan predmetlə qovduğu şəxsin arxa yan hissəsinə sol tərəfdən zərbə vurur, qaçan şəxs isə hər iki əlini onu qovan şəxsin sinəsinə dayaq kimi tutaraq yan hissəsindən vurulan zərbədən sonra sağ dizi ilə onu qovan şəxsin qarın hissəsinə zərbə vurur, sonra qovan şəxs sağ əlində olan predmetlə qovduğu şəxsin sol qol nahiyəsinə iki zərbə vurur və qaçan şəxs onu qovan şəxsdən əllərini çəkib oradan uzaqlaşıb «BARBERİSHEN» adlı bərbərxananı keçib tindən sağa dönərək görünüş bucağından itir, qovan şəxs isə həmin yerdə bir müddət qalıb o tərəf, bu tərəfə gəzir sonra oradan çıxıb gedir. Görüntülərdə qaçan şəxsin hündürboy, onu qovan şəxsin isə nisbətən alçaq boyda olması görünür. Səkidə dava saat 20:09:00-da başlayır və 20:09:05-də qurtarır. Videogörüntülərə baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, görüntüdə olan hündür boylu qaçan şəxs odur, onu arxadan qovan şəxs isə Təqsirləndirilən şəxsdur, görüntüdəkilərdən əvvəl Təqsirləndirilən şəxs onu Mədəniyyət sarayının arxa hissəsində bıçaqla vuraraq ona xəsarət yetirmiş və onun əlindən çıxıb qaçarkən Təqsirləndirilən şəxs da onun arxasınca qovub həmin yerdə ona çataraq əlində tutduğu bıçaqla ona xəsarətlər yetirmişdir. Diskə köçürülmüş videogörüntülərlə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdikləri arasında hər hansı ziddiyyət aşkar edilmədi, Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində dedikləri ilə videogörüntülərdə görüntülər eynilik təşkil edir. Videogörüntülər 02:21 dəqiqə davam edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X17 xx.xx.2024-cü il tarixli 708 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdaukı nəticəyə gəlinir: l.Vət.Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazu və sol bud nahiyələrinin kəsilmiş-deşilmiş yaraları. Göstərilən xəsarətlər kəsici-deşici əşya (alət) təsirindən törnmişlər. 2.Bədən səthində digər xəsarətlərin olub-olmamasının, xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi, əmələ gəlmə müddəti və mexanizmi onun adma olan tibbi sənəd təqdim edildikdən sonra əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X17 xx.xx.2025-ci il tarixli 07/708 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş 708 saylı məhkəmə-tibbi ekspertiza rəyinə və tibbi sənədin məlumatlarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlinir: Vət.Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazu və sol bud nahiyələrinin kəsilmiş-deşilmiş yaraları deşici-kəsici əşya (alət) ola bilsin bıçağın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrıayrıldıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X17 xx.xx.2025-ci il tarixli 47 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X6 məhkəmə-tibbi ekspertizası məlumatlarına əsasən, qərarın təsviri hissəsindjə göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlinir: Vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər daxili qanaxma, qarının ön divarının düz əzələsinin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol yarısından qarm qarm boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin bir ədəd, sol bud nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən törənmişlər, qərarın təsviri hssəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə daxili qanaxma, qarının ön divarının düz əzələsinin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz etmiş bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sol bazu nahiyəsinin bir ədəd və sol bud nahiyəsinin üç ədəd deşilmiş- kəsilmiş yaraları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2025-ci il tarixli 131 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb- biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X3 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədən zaman X4 psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fızoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Naxirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmiş, cinayət hadisəsi baş verdiyi yerdə quraşdırılmış «TŞ 11-011» nömrəli videomüşahidə kamera qurğusunun 3-cü kamerasından götürülmüş, xx.xx.2024-cü il, saat 20:08:40-dan 20:11-dək olan müddətdəki görüntülərinin köçürüldüyü və Ahzərbaycan Respublikası DİN Növbətçi hissələri idarəetmə xidmətindən xx.xx.2024- cü il tarixdə 3/13-3/2-27951/2024 qeydiyyat nömrəli məktubla daxil olmuş 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut və həmin diskdəki məlumatlara baxış protokolu iş üzrə sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxin və şahid ifadələri, ifadələrin yerində yoxlanılması protokolu, məhkəmə- tibbi ekspertizası, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizalarının rəyləri və iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri cinayət hüquqi mənada hüquqa ziddir, onun tərəfindən törədilmiş hərəkətlərdə cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Bununla belə məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən səhv qənaətə gəlmişdir. İbtidai İstintaq orqanının irəli sürdüyü ittihama görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndiriimişdir ona görə ki, o, xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, həmçinin silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 28 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsində yerləşən “№1 Köşk”ün yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə söhbət zamanı əsəbi halda ona olan 40 manat borcunu təkidlə tələb edib nalayiq ifadələr işlətdikdə Zərərçəkmiş şəxs onu sakitləşdirib söyüş söyməməsini tövsiyə etməsindən daha da hiddətlənərək yaşadığı evə gedib oradan bıçaq götürərək ünvan 2 ünvanında yerləşən “Ə.Əmirov adma Mədəniyyət sarayı”nın həyətinə gəlib Zərərçəkmiş şəxs zəne edərək Mədənivvət saravmın inzibati binasının arxasına çağırmış, cüzi səbəbdən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəni heç bir əsaslı səbəb olmadan münaqişəyə çevirərək özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoyub Zərərçəkmiş şəxs laqeydlik nümayiş etdirməklə ictimai qaydalara, əxlaq normalarına hörmətsizlik edib özü ilə gətirdiyi, istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qarın və aşağı ətraf nahiyələrinə qəsdən zərbə vuraraq sonuncuya sol bud nahiyəsinin üç ədəd deşilmiş- kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, habelə daxili qanaxma, qarının ön divarının düz əzələsinin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək xuliqanh niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, Zərərçəkmiş şəxs özünü müdafiə edərək bıçaqla onu vurub sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirib hadisə yerindən uzaqlaşmasına baxmayaraq qanunsuz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs arxasınca qaçaraq Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində fəaliyyət göstərən “Savalan şadlıq evi”nin yan tərəfində, ictimai yerdə yaxalayıb insanlar arasında bərqərar olmuş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə silah qismində istifadə etdiyi həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol qol nahiyəsindən qəsdən vuraraq sonuncuya sol bazu nahiyəsinin bir ədəd deşilmişkəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərə CM-in 126.2.4-cü maddə ilə ittiham irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə bu qənaəti ilə bağlı aşağıda qeyd olunanları diqqətə çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, sübutlar əsasında müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş verməzdən əvvəl təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs hadisədən bir neçə müddət əvvəl ona verdiyi 40 manat borcu istəmiş, Zərərçəkmiş şəxs isə “ya çatar, ya batar” deməklə, həmin borcu verməkdən yayınmışdır. Zərərçəkmiş şəxs bu davranışını Təqsirləndirilən şəxs şəxsiyyətinin ələ salınması kimi qəbul etmiş, bunun nəticəsində tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranmış, sonradan isə, Təqsirləndirilən şəxs kirayə yaşadığı evə gedərək evdə saxladığı özünə məxsus açılıb qatlanan bıçağı götürmüş, yenidən Zərərçəkmiş şəxs zəng edərək harda olmasını soruşmuş, və onlar yenidən görüşmüşlər. Mübahisə nəticəsində Təqsirləndirilən şəxs yaranmış əsəbi, emosianal vəziyyət onunla zərərçəkmiş Zərərçəkmiş şəxs arasındakı gərginliyi pik həddə çatdırmış, nəticədə Arzuman özü ilə yaşadığı evdən gətirdiyi bıçaqla Ramoya bıçaq zərbələri atmışdır. Həmin vaxt Ramo da üzərində olan bıçaqla Arzumana zərbələr atmış, Ramonun atdığı zərbələrdən biri Arzumanın sol ayağının bud nahiyyəsinə dəymişdir. Hadisə zamanı Ramonun atdığı zərbələrdən biri də Arzumaın sol qolunun yuxarı hissəsinə dəymişdir. Təqsirləndirilən şəxs vurduqdan sonra Zərərçəkmiş şəxs mədəniyyət sarayının qarşı tərəfinə qaçmış, Arzuman da Ramonun arxasınca qaçmışdır. Həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs qeyd olunan yerdə mübahisəni davam etdirmişlər. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin törədilməsindən ibarət hüquqazidd cinayət əməli törətməsi öz təsdiqini tapsa da, bu əməlin xuliqanlıq niyyəti ilə törədilməsi heç bir sübutla öz təsdiqini tapmadı. Əksinə məhkəmə istintaqında müəyyən edildi ki, 28 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə şəxsi münasibətlərin kəskinləşməsi zəminində başlamış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hadisədən bir müddət əvvəl verdiyi cəmi 40 (qırx) manat borcu istəməklə hər hansı hüquqa zidd hərəkətə yol verməmiş, zərərçəkmiş şəxs isə bu kiçik məbləği verməməklə yanaşı, “ya çatar, ya batar” deməklə Arzumanla aralarındakı dialoqun mübahisəyə çevirilməsinə zəmin yaratmışdır. Məhkəmədə ona verilən suallara cavabında Zərərçəkmiş şəxs alınan borc məbləğini diğər dost-tanışlarından alaraq Arzumana qaytarmaq imkanı olduğu halda bunu etmədiyini bildirmiş, Arzumandan aldığı pulu nə vaxt imkanı olardısa onda qaytarmağı düşündüyünü məhkəmə heyətinin diqqətinə çatdırmışdır. Məhkəmə vurğulayır ki, zərərçəkmiş aldığı borc pulu müddəti başa çatsa da qaytarmamaqda haqlı olmamışdır. Hələ bu azmış kimi, ya çatar, ya batar deməklə formalaşmış davranış qaydalarına zidd hərəkətə yol vermişdir. Bu hərəkət təqsirləndirilən şəxs tərəfindən özünün şəxsiyyətinin ələ salınması kimi qəbul olunmuş, bu da yuxarıda qeyd olunan nəticələrə səbəb olmuşdur. Bütün bunlar təsdiq edir ki, zərərçəkmiş şəxsin ağır xəsarət almasından ibarət cinayət əməli xuliqanlıq niyyəti ilə deyil, məhz şəxsi münasibətlərin kəskinləşməsi, bu fonda yaranmış mübahisə nəticəsində baş vermişdir. Məhkəmə gəldiyi qənaəti "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 03 nömrəli qərarında sərgilənmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Belə ki, sözügedən qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində qohumu, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bıçaqla zərbə endirərək sonuncuya ağır bədən xəsarəti yetirməsi ilə bağlı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti ilə bağlı əməlinə gəldikdə isə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə onun ictimai yerdə, yəni Mədəniyyət sarayının inzibati binasının axrasında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi, yaxınlıqda yerləşən kafedə olan şəxslərin hadisə yerinə gəlmələri ona dəlalət edir ki, həqidətən də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirməklə yanaşı, həmçinin silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hissədə qeyd edilməlidir ki, məhkəmənin gəldiyi nəticə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 03 nömrəli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, həqidətən də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirməklə yanaşı, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmiş, eləcə də o, bu cinayətlərin törədilməsində təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətmiş, onun hər bir əməli başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var. Ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətlərin zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi iyirmi dörd (iyirmi dörd) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 264 (iki yüz altmış dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 2 (iki) 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 264 (iki yüz altmış dörd) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1126/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1126/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver