Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1127/2021 08.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəzrçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1nin və Zərərçəkmiş şəxs2 Müdafiəçi: müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Sabirabad rayonu, Çiçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sabirabad rayonu, Çiçəkli kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamış, 09 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində gecələmək məqsədi ilə ünvan 1 ünvanında yerləşib istifadəyə verilməyən 4 mərtəbəli yarımçıq tikilinin 3-cü mərtəbəsində olarkən narkotik vasitələrin aludəçisi olmaları barədə məlumata malik olsa da, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin mərtəbədə oturduqları yerdə narkotik vasitə qəbul etməyə hazırlaşdıqlarını ehtimal etdiyindən özünün istifadəsi üçün də, narkotik vasitə vermələrini xahiş etmiş, lakin sonuncular oradan uzaqlaşaraq getdiklərindən həmin yerdə gecələmiş, növbəti gün saat 06 radələrində yuxudan oyandıqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin tikilinin 3-cü mərtəbəsində beton döşəməyə sərilmiş taxta parçaların üzərində yatmalarını gördükdə onlara məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağını cibindən çıxardıb sol əlində tutaraq onların yatdıqları yerə yaxınlaşaraq yerdə döşəmə üzərində olan taxta parçasını sağ əli götürüb onlara basqın etməklə bir dəfə yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 taxta parçası ilə sifət nahiyəsinə vurub ona sağlamlığı və həyatı üçün təhlükəli olan zor tətbiq etməklə sol göz yuvası nahiyəsinin qançırı, sağ göz yuvasının qançırı və konyuktiva qişası altında qansızma, sol yanağın, üst dodağın içəri səthinin və burun belinin səthi əzilmiş yaraları, üst çənədə 2 ədəd dişin travmatik sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra səs küyə yuxudan oyanmış Zərərçəkmiş şəxs1m da, əlindəki bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək sonuncudan üzərlərində olan pul, telefon və sair qiymətli əşyaları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 məxsus üzərində 2 (iki) manat dəyərində qoruyucu üzlük və 4 (dörd) manat dəyərində GSM nömrə olan bir ədəd 180 manat dəyərində “Samsung A10” markalı mobil telefon və həmin telefonun qoruyucu üzlüyün altında olan 20 manat nağd pulu ələ keçirməklə silah qismində istifadə edilən əşya hesab olunan bıçaq və taxta parçası tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, eləcə də Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs2 məxsus cəmi 206 (iki yüz altı) manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etmiş, daha sonra hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs1 iradəsi əleyhinə onunla cinsi əlaqədə olmaq məqsədi ilə sonuncunun saçlarından tutaraq qeyd edilən tikilinin 1-ci mərtəbəsinə aparmış, orada Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olmaq istəməməsi barədə yalvarışlarına məhəl qoymayaraq sonuncunun əynində olan boz rəngli idman şalvarını və qara rəngli trusikini zorla çıxarmış, Zərərçəkmiş şəxs1mn müqavimətini qırmaq və öz cinayətkar niyyətinə nail olmaq üçün əlində tutduğu zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun sağ bud nahiyəsindən bir dəfə vuraraq ona sağ budun yuxarı 1/3-nin arxa səthində səthi yara xəsarətləri yetirməklə zor tətbiq edərək Öz gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs1 cinsi orqanına daxil etməklə onunla iradəsi ziddinə təbii yolla cinsi əlaqədə olmaqla onu zorlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hadisənin olduğu bina onun yaşadığı məhəllədə yerləşir. Həmin binada adətən narkotik vasitə istiifadəçiləri olurdu, o özü də orada dəfələrlə narkotik vasitə istifadə etmişdir. 2020-ci il 09 oktyabr tarixində o həmin binaya narkotik vasitə istifadə etməyə getmişdi. Orada Fatimə və Naib adlı şəxslər də var idi. Onların da narkotik vasitə istifadə etdiyini güman edib onlardan ona narkotik vasitə vermələrini xahiş etdi. Lakin onlar narkotik vasitə verməyərək oradan uzaqlaşdılar. O da yuxarı mərtəbəyə qalxdı və orada bir oğlan ona narkotik vasitə verdi və o də istifadə etdi. Bütün gecə narkotik vasitənin təsirində olmuşdur. Səhər saatlarında oyandı və aşağı mərtəbəyə enəndə Fatimə və Naibi gördü, onlar yatmışdılar. Onların yanında küləyin qarşısını almaq üçün taxta parçası var idi, o həmin taxta parçasını vurdu və o, onların üzərinə düşdü. Naibin üzü yaralandı. Fatimə həmin vaxt oyandı və ondan narkotik vasitələrinin olub-olmamasını soruşdu. O isə narkotik vasitələrinin istifadə edib bitirdiklərinə görə olmadığını dedi. Həmin vaxt Fatimə telefonu çıxardıb ona verdi və nə istəsə edəcəyini, təki ona heç bir şey etməməyini xahiş etdi. O isə ona onunla cinsi əlaqədə olmağını təklif etdi və o da razılıq verdi. Bununla da onun razılığı ilə onunla cinsi əlaqədə oldu. Fatimənin ona verdiyi telefonu satmamışdır, hadisədən sonra 4 gün həmin telefon onda olub, onu sata biləcəyi halda satmadı. Polislər tərəfindən saxlanıldıqda həmin telefonu onlara təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o 2020-ci il 09 oktyabr tarixində qeyri-rəsmi ailə qurduğu Naiblə işlərini həll etdikdən sonra evə gedirdilər, kommendant saatını ötürdüklərinə görə polis əməkdaşı tərəfindən saxlanıldılar, onlar isə yaxınlıqda dayısının evi olduğunu və dərhal ora gedəcəklərini ona bildirdilər. Lakin Naiblə dayısıgilə getməyib həmin ərazidə olan yarımtikililərdən birində gecə qalıb səhər evə getmək qərarına gəldilər. Bir yarımtikili binanın 3-cü mərtəbəsinə yerləşdilər. Bu vaxt qaranlıqda üzündə tibbi maska olan və adı sonradan məlum olan Eldəniz onlara yaxınlaşdı. O, telefonunun fənərini yandırmışdı. Əvvəlcə, o həmin şəxsin polis əməkdaşı olduğunu güman etdi, lakin sonradan onun hərəkətlərinə görə polis əməkdaşı olmadığını başa düşdü. O həmin şəxsdən qorxdu və Naibdən oranı tərk etmələrini xahiş etdi. Həmin vaxt onlar oranı tərk edərkən həmin şəxs onun barəsində nalayiq ifadələr işlətməyə başladı, ondan bir az uzaqlaşmışdılar ki, Eldəniz onlardan siqaret istədi. Lakin yenə o Naibdən oranı tərk etmələrini israrla xahiş etdi. Onlar binanı tərk etdilər və üç saatdan çox çöldə zibil qutusunun yanında gözlədilər. Sonra isə Eldənizin getməsini ehtimal edib yenidən binaya daxil oldular, oraya daxil olarkən heç kəs yox idi. Bundan sonra onlar yatdı. Səhər saatlarında Eldəniz əlində dəmir parçasıyla onlara yaxınlaşdı və Naibə xəsarət yetirdi. Naibin qanlı üzünü görüb qorxdu. Sonra Eldəniz onun saçından tutdu və əlindəki bıçaqla onu hədələyərək telefonu verməyini tələb etdi. Bundan əlavə o, tanımadığı bir qadının adını çəkərək onun harada olmasını soruşdu, o isə həmin şəxsi tanımadığını bildirdi və telefonu ona verdi. Bundan sonra saçından tutaraq onu aşağı mərtəbəyə qədər sürüdü. Orada əlindəki bıçaqla onu hədələyərək, onunla 2-3 dəfə zorla cinsi əlaqədə oldu. Bu vaxt ondan onu buraxması üçün yalvararkən, Eldəniz ona üç saniyə sayacağını və həmin an oranı tərk etməli olduğunu və əgər qaçıb gedə bilməsə onu bıçaqlayacağını dedi. O da ayaqyalın qaça-qaça oranı tərk etdi və bu zaman Naibi gördü, o da onu səsləyirdi. Onun üzü bütünlüklə qan idi. Bu vaxt Eldəniz də qaçıb oradan uzaqlaşdı. Naib ondan nə baş verdiyini soruşdu və o da onu yaralayanın dünən onlara yaxınlaşmış şəxs olduğunu dedi. Sonra isə taksiylə yaşadıqları evə gəldilər və atasıgil də orada idi. Naibi Sabunçu rayonunda xəstəxanaya apardılar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1996-cı ildə X2 ilə qeyri-rəsmi ər-arvad münasibətlərindən Fatimə adlı qızları doğulmuşdur. Uşaq doğulduqdan sonra onlar ayrıldılar, Fatimə ilə heç vaxt birlikdə yaşamasalar da, ona hər zaman maddi və mənəvi dəstək olmuşdur. Fatimə 2019-cu ildən Zərərçəkmiş şəxs2 ilə qeyri-rəsmi ər-arvad münasibətində olmaqla Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayırdı. 2020-ci il 10 oktyabr tarixdə saat 08 radələrində qızı Fatimə tanımadığı nömrədən zəng edərək, Naibin tanımadığı şəxs tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində vurulduğunu bildirdi. Həmin vaxt Fatiməyə taksi ilə yaşadıqları Maştağa qəsəbəsinə getmələrini tapşırdı, bundan sonra özü də taksi ilə həmin ünvana getdi. Naibin anası Dünya xanımın yaşadığı evə çatdıqdan təxminən 20 dəqiqə sonra Fatimə və Naib də həmin ünvana çatdı, həmin vaxt Naibin sifət nahiyəsinin pis vəziyyətdə olduğunu gördüyü üçün dərhal 103 və 102 xidmətlərinə zəng edərək, məlumat verdi və Naib də təcili tibbi yardım briqadası tərəfindən Sabunçu xəstəxanasına aparıldı. Sonra Fatimənin anası ona qızlarının Eldəniz tərəfindən zorlandığını dedi. Fatimə ona Eldənizin onlar yatarkən gəlib Naibi vurduğunu, özünü isə saçından tutub sürüyərək binanın aşağı mərtəbəsinə apardığını dedi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkəmə prosesində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 12 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X6 Yasamal rayon şöbəsi tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 853 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sol göz yuvası nahiyəsinin qançırı, sağ göz yuvasının qançırı və konyuktiva qişası altında qansızma, sol yanağın, üst dodağın içəri səthinin və burun belinin səthi əzilmiş yaraları, üst çənədə soldan 2 ədəd dişin travmatik sınığı, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraidə, yəni 10.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X6 Yasamal rayon şöbəsi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli 14/853 nömrəli əlavə rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - burun sümüklərinin bir qədər yerdəyişmə ilə smığı, sol göz yuvası nahiyəsinin qançırı, sağ göz yuvasının qançırı və konyuktiva qişası altında qansızma, sol yanağın, üst dodağın içəri səthinin və burun belinin səthi əzilmiş yaraları, üst çənədə soldan 2 ədəd dişin travmatik sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 10.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X6 tərəfindən verilmiş 20.10.2020-ci il tarixli 511 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 sağ budun yuxarı 1/3-nin arxa səthində səthi yara müəyyən edildi. Bu xəsarət iti uclu və kəsici kənarh əşyanın təsirindən törənə bilərdi, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X6 tərəfindən verilmiş 28.10.2020-ci il tarixli 524 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X6 tərəfindən verilmiş 10.11.2020-ci il tarixli 802/2020-MTBŞ nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyətini təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən - İİ. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 idman şalvarında sperma ləkələri aşkar olunmuşdur. Bu sperma ləkələrində qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız A(İİ) qrupunun əsasım təşkil edən A antigeni alındı. Beləliklə idman şalvarında aşkar olunmuş sperma A(İİ) qruplu şəxs, o cümlədən Təqsirləndirilən şəxs məxsus olması inkar olunmur. Cinayət işində olan məhkəmə ballistik ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli 3/1285 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və düzəlişlər edilməmişdir. Cinayət işində olan məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli 9/4318 nömrəli rəydə göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-A107F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarm olmamasını və istifadədə olduğunu nəzərə alaraq, orta bazar qiyməti təxminən 180,00 manat, üzərində Samsung sözləri olan istifadədə olmuş qoruyucu üzlük 2,0 manat, GSM nömrə 4,0 manat müəyyən olunur. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş 27.10.2020-ci il tarixli 2151 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik maüyinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsindən daxil olmuş məktublardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Respublika Narkoloji Mərkəzində qeydiyyatdadırlar və 09.10.2020-ci il tarixdə qeyd edilən mərkəzdə metadon hidroxlorid məhlulunu qəbul etmişlər. Cinayət işində olan materiallardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19.06.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1; 29, 120.2.5; 29,120.2.11; 181.3.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən təqsirli bilindiyi quldurluq cinayət əməli Qaradağ rayon Məhkəməsinin 28.08.2018-ci il tarixli 7(002)-1391/2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələrinə tövsif edilmiş və həmin hökmlə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 11 il 10 ay müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 8 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 12 oktyabr 2020-ci il tarixdən hesablanmaqla, cəzalasını xüsusi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən qismən peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi cinayətlərin xüsusi təhlükəli residivini isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədə bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus idman şalvarı Zərərçəkmiş şəxs1, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefon və GSM nömrə Zərərçəkmiş şəxs2 qaytarılmalı, ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs qaydada alınaraq dövlət büdcəsinə keçirillməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 181.2.5ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını xüsusu rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus idman şalvarı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefon və GSM nömrə Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1127/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1127/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver