Məhkəmə qərarları › İş №1(101)-1127/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1127/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1127/2023 25.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1971-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, H.Əliyev küçəsi, ev 78/12, mənzil 36-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış sahəsi, ev 2A, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 9,473 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib ayrı-ayrılıqda 4,915 qram və 4,558 qram çəkidə olan hissələrə bölüb iki ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 07:45-də Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış sahəsi ərazisində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 9,473 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 4,915 qram və 4,558 qram olmaqla iki ədəd bükümdə əynindəki cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ona CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamla razı deyildir. xx.xx.2022-ci il tarixdə saat 07.45-də kirayə yaşadığı Xırdalan şəhəri, psixotrop maddəni əvvəllər tanımadığı şəxslərdən əldə etmişdir. O, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “AAAF park” yaşayış kompleksindən inzibatçı işlədiyi fitnes zalına gedən zaman onun üzərində ittihamda göstərilən iki bükümdə olan 9,473 qram psixotrop maddə metamfetamin olmamışdır. Onu yaşadığı kompleksin yanında 3 nəfər saxlamış, əl-qolunu burub maşina otuzdurmuş, oradan isə BMCMİ-nin inzibati binasına gətirmişlər. Yolda maşında onu təhqiq edərək hansı dini qruplaşmanın üzvü olmasını soruşmuşlar. O, demişdir ki, heç bir dini qrupun üzvü deyildir, 2 oğlu Naxçıvan MR-da hərbi xidmətdədirlər. Soruşmuşlar ki, çoxdanmı namaz qılır və Hacı talehi tanıyırmı, o isə polislərə bildirmişdir ki, uzun müddətdir namaz qılır, lakin Hacı Talehlə heç bir əlaqəsi yoxdur, onu tanımır. Buna baxmayaraq ona bir balaca büküm vermişlər ki, cibinə qoyub baxış zamanı təqdim etsin. Həmin bükümü qəbul etməmiş və polislər onu döydülər. Bədənində qarın nahiyyəsində göy ləkələr, qabırğa nahiyyəsində isə şiş əmələ gəlmişdir. Bundan sonra üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərinə qoyulan 2 büküm metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Onu 2-3 gün BMCMİ-nin binasında saxlayıb narkoloji müayinəyə aparmışlar, orada çay adı ilə bir içki ona içizdirmişlər. Həmin içkini içdikdən sonra qanında opiodlərin və psixostimulyatorların izi aşkar edilmişdir. Buna görə onu narkomaniyadan aslı şəxs kimi qeyd etmişlər. O, dindardır, narkotik qəbul etmir, ətrafı da idmançılardır. Məhkəmədən dediklərini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 10 dekabr 2022-ci il tarixdə həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, Şahid1, ondan və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yerini müəyyən etmək məqsədilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış sahəsi əraziyə 10 dekabr 2022-ci il tarixdə səhər saatlarında çıxaraq onu saat 07:45-də həmin ərazidə saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs idarədə təhqiqatçı Murad Azayevə təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edərək ona vəkil dəvət etmiş, bundan sonra həmin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu baxış videoçəkilişlə keçirilmişdir. Təhqiqatçı baxışı keçirmədən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa o, ciblərində olan bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini və xatırladığı qədər açarları da masanın üzərnə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlər təhqiqatçı tərəfindən açılmış, hər kii bükümün içərisndə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri xx.xx.2022-ci il tarixdə, yəni bir gün əvvəl Xırdalan şəhəri ərazisində yol kənarından tapdığını bildirmiş, əvvəllər psixotrop maddə istifadə etdiyi üçün tapdığı psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılmış və zərf baxışın bütün iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən heç bir təzyiq olmadan imzalanmışdır. Həmçinin şəxsi axtarış və götürmə keçirilməsi barədə tərtib olunmuş protokol da eyni qaydada bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı və idarəyə gətirildiyi zaman ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, onun üzərinə baxış keçirməmişdən əvvəl heç bir qanunsuz əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 10 dekabr 2022-ci il tarixdə həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, Şahid1, ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yerini müəyyən etmək məqsədilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış sahəsi əraziyə 10 dekabr 2022-ci il tarixdə səhər saatlarında çıxaraq onu saat 07:45-də həmin ərazidə saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs idarədə təhqiqatçı Murad Azayevə təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edərək ona vəkil dəvət etmiş, bundan sonra həmin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu baxış videoçəkilişlə keçirilmişdir. Təhqiqatçı baxışı keçirmədən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa o, ciblərində olan bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini və xatırladığı qədər açarları da masanın üzərnə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlər təhqiqatçı tərəfindən açılmış, hər kii bükümün içərisndə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri xx.xx.2022-ci il tarixdə, yəni bir gün əvvəl Xırdalan şəhəri ərazisində yol kənarından tapdığını bildirmiş, əvvəllər psixotrop maddə istifadə etdiyi üçün tapdığı psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılmış və zərf baxışın bütün iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən heç bir təzyiq olmadan imzalanmışdır. Həmçinin şəxsi axtarış və götürmə keçirilməsi barədə tərtib olunmuş protokol da eyni qaydada bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı və idarəyə gətirildiyi zaman ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, onun üzərinə baxış keçirməmişdən əvvəl heç bir qanunsuz əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona 10 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 ilə birlikdə o Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə, 07:45-də Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi qarşısında saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişdir. Təqsirləndirilən şəxs idarədə təhqiqatçı Murad Azayevə təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edərək ona vəkil dəvət etmiş, bundan sonra həmin vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu etiraf edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, qara rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini, göy rəngli şalvarının sol yan cibindən 20 manat pulu, qara rəngli gödəkçəsinin sol yan cibindən açarları və barmağındakı üzüyü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisində spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə bənzər olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tapdığını, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılmış və zərf və tərtib olunmuş protokol baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı fiziki zor və təzyiq edilməmiş, digər polis əməkdaşları tərəfindən də edilməsinin şahidi olmamışdır.Təqsirləndirilən şəxs narkoloji ekspertizaya yalnız bir dəfə aparılmış və sonuncunun çayına narkotik qatılması ilə bağlı verdiyi ifadələri yalandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə nəzərdə tutulan əməli ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahid ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanan 09.xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, X5 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr ilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, 10 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 07:45-də Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış sahəsi ərazisində saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı sonuncu könüllü və sərbəst olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd bükümü və qara rəngli gödəkcənin sol iç cibindən “Redmi” markalı mobil telefonu, şalvarının sol yan cibindən 20 manat pulu, açarları və barmağındakı üzüyü təqdim etmişdir. 20 manat pul, üzük və açarlar Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarından tapdığını, əvvəllər narkotik vasitədən, psixotrop maddədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuş və müdafiəçinin iştirakı ilə 10 dekabr 2022-ci il tarixdə verdiyi izahat və şübhəli şəxsin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarından 2 bükümdə psixotrop maddə metamfetamin tapıb şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirməyə başlamışdır. 10 dekabr 2022-ci il tarixdə, saat 07:45-də Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış sahəsi ərazisində olduğu zaman ona 3 nəfər mülki geyimdə şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib BMCMİ-nə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və o cibində olan içərisində “şüşə” olan 2 bükümü təqdim etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor və psixi təzyiq olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixoloji təzyiq olması ilə bağlı heç bir şikayət etməmiş, təqsirləndiriləş şəxs qismində müdafiəçinin iştirkı ilə verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edərək ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və psioloji təzyiqin olmamasını bir daha göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli, 6/6978 saylı rəyindən müəyyən olnur ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə psixotrop maddələr...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,915 qram və 4,558 qram olmaqla ümumi təmiz çəkisi 9,473 qram ağ rəngli, kristalşəkilli maddələr öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 7554 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı deməsinə görə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “REDMİ” markalı mobil telefon aparatına baxış keçirilmiş, mobil telefonun «WhatsApp» proqramında, “SMS”lər bölümündə həmçinin telefonun yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ***- ***-**-** və ***-***-**-** saylı telefon nömrələrini istifadə etmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin satışı və qanunsuz dövriyyəsini həyata keçirilməsinə dair yazışmalar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefon qohumlarına qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatrik Xəstəxanası” X11 1025 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Narkoloji Mərkəzi” X11 xx/xx-1025 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə müalicə olunmamış, qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 007-2566-1222 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən material ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 10 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 9,273 qram psixotrop maddə metamfetamin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, əvvələr məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, yaşayış və iş yeri üzrə müsbət xarakteriz olunur, iki oğlu isə Naxçıvan MR-da cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olmuşlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs psixotrop maddələri ardıcıl olaraq özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış psixotrop maddənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu, ona qarşı heç bir fiziki zor və ya psixoloji təzyiqin olmamasını bildirmişdir. Məhkəmə tapşırığı əsasında Təqsirləndirilən şəxs qarşı fiziki zor və ya psixoloji təzyiq olunması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma ilə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin törədilməsi təsdiqini tapmamış və prokurorluğun 06 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı əməlini inkar etməsi ilə bağlı ifadəsini həqiqətə uyğun olmayan, digər mötəbər sübutlarla təkzib edilən ifadə kimi qiymətləndirir, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ardıcıl ifadələrini isə həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşayış və iş yer i üzrə müsbət xarakterizə olnmasını, iki oğlunun Naxçıvan MR-da cəbhə xəttində hərbi xidmətdə olduqlarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 10 dekabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 9,273 qram psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disklər cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 15 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 270 AZN (yüz yüz yetmiş manat) pul Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 9,273 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 270 AZN (iki yüz yetmiş manat) pul Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar