Məhkəmə qərarları › İş №1(101)-1127/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1127/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1127/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 5,312 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış, həmin narkotik vasitədən 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram narkotik vasitə heroini tanışı Şahid1 pay vermiş və 01 avqust 2023-cü il tarixdə saat 12:35-də Suraxanı RPl-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli şalvarının arxa sol cibindən 09 (doqquz) ədəd sellofan bükümlərdə, öz aralarında və Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,858 qram, 0,271 qram, 0,910 qram, 1,041 qram, 0,402 qram, 0,380 qram, 0,425 qram, 0,348 qram və 0,285 qram, ümumi təmiz çəkisi 4,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və əynində olan boz rəngli şalvarının arxa sağ cibindən 01 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da,o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən səhər saat 10 radələrində 4-5 nəfər polis əməkdaşı gəlib onları evdən şöbəyə aparmışlar. Evdə həmin vaxt 1,5 qram heroin olmuş, şəxsi istifadəsi üçün almış, Təranənin üzərində isə heç nə olmamışdır. Polis əməkdaşları onu evdən götürəndə telefonu işlək vəziyyətdə evdə olmuşdur. ***-***-**-** nömrəli telefondan istifadə etmişdir. Onları evdən bölməyə aparmış, axşama kimi saxlamışlar, axşam da videoçəkilişlə 9 bükümü boynuna qoymuşlar. Onda cəmi bir büküm olmuşdur. Üzərində və ya evdə tərəzi olmamışdır. Çəkliş zamanı onu hədələmişlər ki, ikinci dəfə çəkiliş olsa onu döyəcəklər. Çəkiliş axşam vaxtı olmuş, videoçəkilişdə vəkil olmamışdır. Narkotik vasitələrdən istifadə edir. Şahid1 tanıyır, onun evində qalmış, ona narkotik vasitə pay verməmiş, sadəcə bir yerdə istifadə etmişlər. Evində qaldığına görə deyil, ağrıdığına görə aldığı narkotik vasitədən Təranəyə də vermişdir. Təranəni də bölməyə aparıb, buraxmışlar. 2 qram heroin almış, bir qədərini istifadə etmiş, təxminən 1,5 qram qalmışdır. Heroini 50 manata axşam almış, səhər tutulmuşdur. Polis əməkdaşları onu döyməmişlər, ona qarşı hər hansı fiziki təsir olmamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:35-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onu şübhəli şəxs qismində 31-ci PŞ-nə gətirmişlər. Ona Suraxanı RPİ-nin 31-cİ PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki boz rəngli şalvarın arxa sol cibindən 09 (doqquz) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükülmüş büküm, əynindəki boz rəngli şalvarın arxa sağ cibindən elektron tərəzi və mobil telefonunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 09 (doqquz) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükülmüş bükümün içərisində narkotik vasitə olduğunu, narkotik vasitəni iran vətəndaşından 150 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Həmin narkotik vasitənin ekspertizaya göndərilicəyi ona izah olunmuşdur. Qeyd olunan hərəkətlər sənədləşdirilmiş və onun tərəfindən imza edilmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı İran vətəndaşından 150 manata alaraq istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəni bükümlərə bölünmüş vəziyyətdə almışdır. O, narkotik vasitəni alan zaman həmin narkotik vasitənin çəkisində aldanılmasın deyə tərəzi əldə edərək üzərində gəzdirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid1 evində kirayə yaşamışdır. Şahid1 ona kirayə ev vermişdir. Təranənin də narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün özünə aldığı narkotik vasitələrdən Təranəyə də istifadə etməsi üçün vermişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır. İstintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs əlavə ifadə verərək bildirmişdir ki, bundan əvvəl verdiyi ifadələrini təzyiq altında verdiyi üçün təsdiq etmir. Buna görə də, əlavə ifadə vermək istəmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən 1 ədəd bükümdə 2 qram çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün almış və həmin narkotik maddədən bir qədər istifadə etmiş, qalan 1,5 qram çəkidə bir ədəd bükümdə olan narkotik vasitə heroini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən evdə olan zaman polis əməkdaşları evinə daxil olub narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 31-ci PŞ-nə gətirmişlər. 31-ci PŞ-də polis əməkdaşları ona psixoloji təsir etmişlər və ona əlavə 8 ədəd bükümdə vermişlər və üzərinə baxış keçirilən zaman çıxarıb təqdim etməyini istəmişlər. O da qorxduğu üçün razılaşmışdır. Bundan sonra üzərinə baxış keçirmişlər və baxış zamanı o, üzərindən 09 (doqquz) ədəd büküm, 01 ədəd elektron tərəzi və mobil telefonunu təqdim etmişdir. Təqdim etdiyi 09 (doqquz) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükülmüş bükümün içərisində narkotik vasitə olduğunu, narkotik vasitəni İran vətəndaşından 150 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Lakin bir daha bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində 01 ədəd bükümdə 1,5 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Digər narkotik maddələri və elektron tərəzini polis əməkdaşları onun üzərinə qoymuşlar. Əvvəlki ifadələrini təzyiq altında verdiyi üçün elə bildirmişdir. O, Şahid1 narkotik vasitə satmamış və ya pay verməmişdir. O, polis əməkdaşlarından qorxduğu üçün bu barədə indiyə kimi heç kimə məlumat verməmişdir. Lakin hazırda verdiyi ifadəsi doğrudur. Hazırda verdiyi ifadəsini əsas götürməyi xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur ki, Kainat adlı şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olur. Alınmış məlumat şöbənin rəhbərliyinə məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə həmin şəxs müəyyən edilərək bölməyə dəvət edilmiş, şöbəyə gətirildikdən sonra təhqiqatçının otağında onun üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmiş və bildirmişdir ki, narkotik vasitəni tanımadığı şəxsdən 150 manata alıb. Bundan əlavə, onun üzərindən, bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Əlavə olaraq bidirmişdir ki, şəxsə qarşı hər hansı fiziki və psixoloji təsir olmamışdır. Şəxs saxlanılarkən yanında heç kim olmamışdır. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:35 radəsində ünvan 5 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin qadın da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİnin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra onun, 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və 31-ci PŞ-nin operatoru Minəxanım Quliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol cibindən 09 ədəd sellofan bükümü, boz rəngli şalvarın arxa sağ cibindən isə qara rəngli 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 09 ədəd bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri İİR-nın vətəndaşı olan şəxsdən 150 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 09 ədəd büküm, 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Axırda keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında Kainat adlı şəxs Suraxanı rayonu,Əmircan qəsəbəsində saxlanılaraq bölməyə dəvət edilmişdir. Şöbəyə gətirildikdən sonra təhqiqatçının otağında onun üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı isə üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Əlavə olaraq bidirmişdir ki, şəxsə qarşı hər hansı fiziki və psixoloji təsir olmamışdır. Şəxs saxlanılarkən yanında heç kim olmamışdır və onu küçədə saxlamışlar. Şahid3 ibtidai araşdırma zamanı Şahid2 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Kainat xanım bölməyə gətiriləndə qadın olduğu üçün onu dəvət etmişlər ki, Kainatın üzərinə baxsın. Baxış zamanı da Kainatın üzərindən 09 ədəd bükülü maddə, bir ədəd telefon və bir ədəd tərəzi çıxmışdır. Əlavə olaraq bidirmişdir ki, onun yanında təqsirləndirilən şəxsi hədələyən olmayıb. Həmçinin təqsirləndirilən şəxsin cibinə hər hansı bir əşya qoyulmasının şahidi olmamışdır. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-də operator vəzifəsində işləyir. 01 avqust 2023-cü il tarixdə işdə olan zaman onun, 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və 31-ci PŞ-nin əməliyyat müvəkkili, leytenant Şahid3 İştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol cibindən 09 ədəd sellofan bükümü, boz rəngli şalvarın arxa sağ cibindən isə qara rəngli 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 09 ədəd bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri İİR-nın vətəndaşı olan şəxsdən 150 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 09 ədəd büküm, 01 ədəd elektron tərəzi və 01 ədəd mobl telefon götürülərək qablaşdırılmışdır. Axırda keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Yunusova X6 RPİnin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, narkotik vasitələrdən və maddələrdən istifadə edir. 01 avqust 2023-cü il tarixdə təxminən səhər saat 12.30 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi dalan-1, ev 3 saylı evin qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində RPİ-nin 31-ci PŞ-nə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin 31-ci PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynində olan göy rəngli cins şalvarın sol yan iç cibindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş içərsində tünd qəhvəyi rəngli narkotik vasitəni çıxardıb polislərə təqdim etmişdir. Bundan sonra üzərinə Şahid4 tərfindən şəxsi axtarış aparılarkən şalvarın arxa cibindən “Prima “ siqaret qutusu və qutunun içində 6 dənə siqaret aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş 1 (ədəd) şəffaf selofana bükülmüş, içində narkotik vasitənin heroin (kakos) olduğunu, saxlanılmamışdan bir neçə saat əvvəl evində kirayədə yaşayan Kainat adlı qadından öz istfadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. O, saxlanılmamışdan bir neçə saat əvvəl həmin narkotik vasitəni əvvəl onun evində kirayədə yaşayan bundan əvvəl də dəfələrlə narkotik vasitə aldığı Kainat adlı qadından öz istfadəsi üçün əldə edib üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı RPİ-nin 31-ci PBnin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa sol cibindən 9 (doqquz) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlər, boz rəngli şalvarın arxa sağ cibindən qara rəngli elektron tərəzi və mobil telefon təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 9 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofona bükülmüş bükümün içərisində narkotik vasitə olduğunu, narkotik vasitəni İran vətəndaşından 150 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərflə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı "xxxx" MMC-dən təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı 12 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “ucdana yari lazım” məzmununda, 13 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “iki yarı gola” məzmununda, 14 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “galim suraxanıya Pulu vururam 7.dana yari” məzmununda, 24 fevral 2023-cü il tarixdə ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yarinin qiymətini senden sorussa denenki 35dir men sene deyirem xala bele denen uzbeuz gorusende basa salacam niye bele deyirem” məzmununda, 24 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “birde ki axırı 17 24 olan nomreyle yigir bu yazığın nomreden yığsa ya goturme yadaki goturende deki qıymetler qalxib uari 35dir.” məzmununda, 05 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “əlavə 6torpağ 1 dənə daş lazımdı ölürəm biraz götürən. Kimi tez de də mənə gözləyirəm.” məzmununda, 05 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “6. Dənə torpaq 1..dənə daş lazımdı əlavə pul verəcəm düzəldi hara gələcəm..,,..?” məzmununda, 09 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamn xeyir kainat gor nə drem sene uşağlardan pulu almsam vurum sene gelm 1dene verde mene” məzmununda, 13 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axşamın xeyir kainat lomkadayam səhərdən pulu karta vurum gəlim mənə birdene yarı verde birdene mene he yox denende Kainat umudum senden birdene komeyliy elede mene qadan alım axsama kimi olem pis veziyetdeyem seherden qalmısam lokmada axsama kimi mene köməklik elede qadan alım telefonlarimin 2sinde qoyram yanva axsama kimi pulu verib goturecem senen xeber gozduyuremde” məzmununda, 15 aprel 2023-cü il tarixdə 070-596-12- 92 saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Kainat pulum düzeldi kartva vurun gelim mene birdene yarı verde lomkadayam pis gundeyem” məzmununda, 20 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “l.qiram ayri 05q ayri hamsi bir qram yarim olsun, oxu da mesaji” məzmununda mesajlar yazılması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 01 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 3-16-16/2-6/4112 saylı 2 avqust 2023-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №195” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,858 qram, 0,271 qram, 0,910 qram, 1,041 qram, 0,402 qram, 0,380 qram, 0,425 qram, 0,348 qram və 0,285 qram olmaqla, ümumi təmiz çəkisi 4,92 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,65 qram narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Suraxanı RPİ-nin saxlanc anbarına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 3-16-16/2-6/5800 saylı 14 noyabr 2023-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə olan üzərində “...vətəndaş Şahid1...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan heroin ilə “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imza qeyd edilmiş zərfdə 9 ədəd bükümdə ümumi təmiz çəkisi 4,65 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,62 qram narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Suraxanı RPİ-nin saxlanc anbarına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 6366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş. Həmçinin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bunundan başqa, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə etməsini və daşımasını (saxlamasını) ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan başqa, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 3-16- 16/2-6/5800 saylı 14 noyabr 2023-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə olan üzərində “...vətəndaş Şahid1...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan heroin ilə “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imza qeyd edilmiş zərfdə 9 ədəd bükümdə ümumi təmiz çəkisi 4,65 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 6366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələrini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, bükümlər halında olmasını, təqsirləndirilən şəxsdən elektron tərəzinin aşkar olunmasını, həmçinin təqsirləndirilən şəxsə məxsus mobil telefondan - nömrədən aşkar olunmuş məlumatların (sms yazışmaların) məzmununu da, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 4,62 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 4,62 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 130 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar