Məhkəmə qərarları › İş №1(101)-1127/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1127/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1127/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X8 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 95,601 qram çəkidə psixotrop maddə metamfetamin, kimyəvi komponent tərkiblərinə görə ayrı olan külli miqdarda 28,646 qram çəkidə narkotik vasitə heroin və 36,60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 04 yanvar 2025-ci il tarixdə əldə etdiyi 28,646 qram narkotik vasitə heroinin 0,896 qram hissəsini ünvan 2 ünvanının yaxınlığında 20 manat müqabilində tanışı Şahid2 satmış, həmin gün saat 23:25də Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibindən 01 ədəd ağ rəngli sellofan paketin içərisində 01 bükümdə təmiz çəkisi 36,60 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, 02 bükümdə təmiz çəkiləri 22,040 qram və 5,710 qram olmaqla ümumi təmiz çəkisi 27,750 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 02 bükümdə təmiz çəkiləri 93,421 qram və 2,180 qram olmaqla ümumi təmiz çəkisi 95,601 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində heroin və metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham əsassızdır. Çünki 21-ci Polis bölməsinin əməkdaşları və əməliyyatçıları tərəfindən döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qalması, qarşısına ailə üzvlərinin şərt olaraq qoyulması nəticəsində onların dediklərini etmişdir. Öz doğma bacısı Şahid3 onunla bərabər 21-ci Polis bölməsinə aparılmış, orada ona ya stolun üzərinə qoyulan narkotik vasitəni sənədləşdirməyə razılıq verməli olduğunu, ya da bacısı ilə bərabər istintaq şöbəsinə təhvil veriləcəyini demişlər. Azərbaycanlı olaraq onların mentalitetinə uyğun olmayan hər bir şərti qarşısına qoyub həmin sənədləri imzalatdırmışlar. O da bir azərbaycanlı kişisi olaraq, azərbaycanlı qadınını, bacısını sata bilməmişdir. Bütün şərtləri qəbul edərək bacısını qorumağa çalışmışdır. Atdığı addımdan peşman deyil, bacısını qorumaq üçün yenə eyni hərəkəti edər, lakin hüquq müstəvisində bir insan olaraq azadlığının, bundan sonrakı ömrünün hər hansı dövlət qurumunun səhv və yalan apardığı qanunsuz hərəkətləri səbəbindən məhv olmasını istəmir. Onun barəsində aparılan istintaqda, guya ki, şahid qismində iştirak edən Namiq adlı şəxsin ona 20 manat verərək narkotik aldığı müəyyən edilmişdir. Halbuki, Namiq onunla bir evdə yaşamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Cibindən çıxan pul 30 manat olmuşdur, həmin pulla bir ailə başçısı kimi evdə olan çatışmazlıqları tamamlayacaqmış. Onun dəfələrlə məhkumluğu olmuşdur, analizlərində hər zaman şəxsi istifadəsi üçün narkotik vasitə aşkar olunmuşdur. O, yalnız özünə ziyan vurmuşdur, başqa şəxslərin həyatını məhv etməmişdir. Azərbaycan Respublikasının qanunlarına zidd olan hərəkəti heç vaxt etməmişdir. Ona qarşı aparılan qanunsuz hərəkətlər qarşısında aciz qalmışdır, ömrünün sonuna gedən yolda kimlərinsə qurbanı olmaq istəmir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis bölməsində olan zaman əməliyyatçılar tərəfindən ona psixi təzyiq göstərilmiş, polis əməkdaşları onu döymüşlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əvvəllər 4-5 dəfə narkotik vasitə istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə 2024-cü ilin mart ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da heroin və metamfetamindən istifadə etmişdir. Son 1 ayda birlikdə yaşadığı 2 xəstə bacısına baxmalı olduğundan pul əldə etmək üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağa başlamışdır. Bu məqsədlə sosial şəbəkələrdə tanış olduğu müxtəlif İran Respublikası vətəndaşlarından narkotik vasitə və psixotrop maddələr alıb, hissə-hissə sataraq həm özü istifadə etdiyi heroin və metamfetaminin pulunu çıxarmış, həm də qazandığı pulla ailəsinə baxmışdır. Sonuncu dəfə 04 yanvar 2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu “Məhəmməd” adlı İran vətəndaşı ilə “Whatsapp” proqramı vasitəsilə mesajlaşaraq satmaq üçün 1360 manat dəyərində heroin, metamfetamin və marixuana istəmiş, “Məhəmməd” adlı şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsində narkotik vasitə və psixotrop maddələri qoyduğu yerin ünvanını ona göndərmiş, o da “Məhəmməd” adlı şəxsin göndərdiyi, yadında qalmayan kart hesabına 1360 manat pulu ödəmə terminalı vasitəsilə köçürmüşdür. Daha sonra şübhədən yayınmaq üçün onunla birlikdə yaşayan bacısı Şahid3 işinin olduğunu deyib onunla Biləcəri qəsəbəsinə getməsini xahiş etmişdir. Gülnarə razılaşdıqdan sonra taksi çağırıb taksi sürücüsündən “Məhəmməd”in ona göndərdiyi ünvana sürməsini istəmişdir. Həmin yerləri yaxşı tanımadığı üçün Biləcəri qəsəbəsinin hansı hissəsində dayandığını dəqiq bilməmişdir. Ünvana çatdıqda Gülnarəyə maşında gözləməsini, siqaret alıb gələcəyini demişdir. Maşından düşüb “Məhəmməd”in göndərdiyi yerə yaxınlaşmış və ağ rəngli sellofan paketdə olan marixuana, heroin və metamfetamini götürüb əynindəki paltonun cibinə qoyaraq maşına qayıtmış və taksi sürücüsünə onları yaşadığı Nəsimi rayonu, İlqar İsmayılov 30 ünvanına aparmasını bildirmişdir. Həmin ünvana çatdıqda taksi sürücüsünün pulunu verib düşmüşlər. Yaşadıqları məhəllədə əvvəldən tanıdığı Şahid2 ilə görüşmüş, Namiq 20 manatı olduğunu və istifadə etmək üçün narkotik vasitə heroin istədiyini bildirmiş, o da Namiqə bir qədər kənara çəkilmələrini demiş, kənara çəkildikdən sonra aldığı heroindən bir qədər ayırıb şəffaf sellofan bükümə tökmüş və həmin bükümü 20 manat müqabilində Namiqə satmışdır. Namiqi tanıdığı üçün sonuncuya satdığı heroini çəkməmişdir. Bundan sonra cibində olan narkotik vasitələrin və psixotrop maddələrin satışı zamanı istifadə etdiyi elektron tərəzini də ağ sellofan paketə qoyub paketi paltosunun sağ yan cibinə qoymuşdur. Namiqlə birlikdə yaşadığı evin qarşısına qayıtdıqda Gülnarə hələ də orda olmuş, həmin vaxt üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyib onu, Namiqi və Gülnarəni 21-ci Polis bölməsinə dəvət etmişlər. Polis İdarəsində ona və Namiqə dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara üzərlərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmış, ilk öncə Şahid2 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Şahid2 masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü və göy rəngli “Nokia” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Namiqin üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Namiqin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, təqdim olunan 01 ədəd bükümə baxış keçirilən zaman şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Namiq təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl ondan 20 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 aşkar edilmiş “Nokia” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketi, 30 manat pulu və “Redmi” markalı mobil telefonu masanın üzərində qoymuşdur. Daha sonra şəxai axtarış zamanı əynindəki paltonun sol cibindən 01 ədəd “Prima” markalı siqaret və 01 ədəd eynək aşkar edilmişdir. Siqaret və eynək baxış keçirildikdən sonra onun özünə qaytarılmışdır. Bundan sonra onun təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, təqdim olunan 01 ədəd ağ rəngli sellofan paketin içərisində 01 ədəd paketdə narkotik vasitə marixuanaya bənzər ot kütləsi, 01 ədəd böyük və 01 ədəd balaca sellofan paketin hər birinin içərisində 01 ədəd metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzinin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik və psixotrop maddələri 1360 manat müqabilində iran vətəndaşından aldığını, aldığı heroindən bir hissəsini 20 manat müqabilində Namiqə satdığını, üzərindən aşkar edilmiş 30 manat puldan 20 manatının Namiqin ona verdiyi pul olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə və marixuanaya, psixotrop maddə metamfetaminə bənzər maddələr və elektron tərəzi müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Onun üzərindən aşkar edilmiş 30 manat pul və “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra bacısı Şahid3 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Gülnarə isə üzərində heç bir əşya və maddə olmadığını bildirmişdir. Onun və Şahid2, üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış, videoçəkiliş dayandırılmış və protokol tərtib olunmuşdur. Həmçinin çəkiliş zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilən zaman və Polis bölməsində olduqları zaman hər hansı bir zorakılığın olubolmaması soruşulmuş, onlar isə heç bir zor tətbiq edilmədiyini bildirmişlər. +**********6 saylı mobil nömrənin sahibi X12 ilə yazışmalarında “Rowen gəlirəm indi sizə bəsdi mən boyda adamı ələ saldın gəlib indi evdəkilərə də deyəcəm ki mənə pul borcu var fırladır məni” sözlərini Rövşən Əliyevə o, yazmışdır. Tutulmamışdan təxminən 1 ay əvvəl o, Rövşənə borca pul vermişdir. Rövşən söz verdiyi vaxta borcunu qaytarmadığı üçün ailə üzvlərinə deyəcəyini bildirmişdir. Rövşənə heç vaxt narkotik satmamışdır. Namiqə heroini 20 manat o, satmışdır. Narkotikin tərkibindən o qədər də başı çıxmır. Ola bilsin ki Namiqə satdığı heroin aldığı heroindən yox, əvvəldən üstündə qalan heroin olmuşdur. Bu barədə başqa heçnə deyə bilməz (cild 1, iş vərəqi 142-146; cild 2, iş vərəqi 41-43). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, saxlanması, gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılaraq tədbir keçirilmişdir. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs və yanındakı şəxs onların yaşadığı ünvanın önündə saxlanılmışdır. Səhv xatırlamırsa, Təqsirləndirilən şəxs İlqar İsmayılov küçəsində yaşamışdır. Əməliyyat tədbiri nəticəsində də şəxsləri həmin küçənin önündə saxlamışlar. Mirzənin yanında olan digər şəxsin adını tam xatırlamır. Saxlanılan zaman onların yanında xanım olub-olmadığı da dəqiq yadında deyil. Şəxsləri saxladıqdan sonra bölməyə gətirmişlər. Bölmədə müdafiəçi və təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxslərin üzərinə baxış keçirilmişdir. Hər iki şəxs üzərlərində olan narkotik vasitələri könüllü şəkildə təqdim etmişdir. Səhv xatırlamırsa, şəxslərin üzərindən ya heroin, ya da metamfetamin aşkar olunmuşdur. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün bəzi məqamları dəqiq xatırlamır. Aşkar olunan narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat tədbiri nəticəsində şəxslər İlqar İsmayılov küçəsi 30 ünvanında saxlanılmışlar. Səhv etmirsə, Mirzə videoçəkiliş zamanı üzərində aşkar olunan narkotik vasitəni Xırdalan şəhərindən “zakladka” vasitəsi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra bölməyə bacısı gəlmişdir. Həmin xanımın adını xatırlamır. Şəxslərə qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Şəxsləri saxlayan zaman əməliyyat qrupunda 3-4 nəfər olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şəxsləri yanvar ayında saxladıqları hava şəraiti ilə əlaqədar həyətdə üzərlərinə baxış keçirə bilməmişlər, bu səbəbdən bölmədə videoçəkiliş vasitəsi ilə baxış keçirmişlər. Şəxslərin üzərinə bölmədə olan zaman narkotik vasitə yüklənməsi kimi hal baş verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasını onların yaşadığı ünvandakı şəxslərin, demək olar ki, hamısı bilmişdir. Bölmədə heç bir polis əməkdaşı, eləcə də o, Təqsirləndirilən şəxs döyməmişlər. Təqsirləndirilən şəxs üzərində tərəzi aşkar edilmişdir. Onlar şəxslərin üzərində aşkar olunan narkotik vasitələri tərəzidə çəkməmişlər, sadəcə qablaşdıraraq ekspertizaya göndərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, evdə olan zaman qapısı döyülmüş, qapını açan zaman polis əməkdaşları qanunsuz şəkildə evə daxil olmuşlar. Onu saxlamışlar, hətta gözünün önündə Mirzənin üzərinə də narkotik vasitə yerləşdirilmişlər. Ona fiziki və psixi təzyiq göstərərək Mirzənin əleyhinə danışmasını, videoçəkiliş zamanı Mirzədən narkotik vasitə aldığını bildirməsini tələb etmişlər. Nə qədər bununla razılaşmayıb etiraz etsə də, polis əməkdaşları təzyiq göstərərək onu buna məcbur etmişlər. Onları Nəsimi rayonu 21-ci Polis bölməsinə aparmışlar. Bölmədə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları 0,9 qram çəkidə narkotik vasitə gətirərək cibinə qoymuşlar. Daha sonra videoçəkiliş zamanı həmin narkotik vasitəni masanın üzərinə qoymuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, idarədə ona fiziki və psixi təzyiq göstərilmişdir. O, ifadəsində narkotik vasitənin ona aid olmadığını, Mirzənin üzünə niyə durmalı olduğunu başa düşmədiyini bildirmişdir. Mirzənin həyətində kirayə evdə qalmışdır. Mirzə maşın alveri ilə məşğul olmuşdur. Mirzə narkotik vasitə istifadə etmişdir. Mirzə ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Ona narkotik vasitə lazım olan zaman Mirzədən istəməmişdir. Mirzə ona narkotik vasitə satmamışdır. Nə o, nə də Mirzə narkotik vasitə satmışdır. Narkotik vasitəni dəqiq olaraq kimdən aldığını xatırlamır. İdarədə onlara müdafiəçi təyin olunmuşdur, lakin həmin müdafiəçilər onları müdafiə etməmişlər, bütün haqsızlıqlara göz yummuşlar. Saxlanılan zaman onun üzərində heç bir qanunsuz vasitə olmamışdır. İdarədə qanunsuz şəkildə videoçəkiliş aparılmışdır, onlara qarşı çox haqsızlıq edilmişdir. Onun cibinə narkotik vasitə yerləşdirilmişdir. Polis əməkdaşları onu məcbur etdikləri üçün Mirzənin əleyhinə ifadə vermişdir. Gülnarənin Mirzənin bacısı olduğunu bilmişdir. Polis əməkdaşları evə gələn zaman Gülnarə də yanlarında imiş. Gülnarə polis əməkdaşları tərəfindən masanın üzərinə narkotik vasitə qoyulduğunu görmüşdür. Polis əməkdaşları onu ayrı otağa aparmış, Gülnarə həmin otaqda olmamışdır. Mirzə bacısına görə polis əməkdaşlarının bütün dediklərinə razılıq vermişdir. Polis əməkdaşları onu Mirzənin əleyhinə ifadə verməyə məcbur etmişlər. İdarədən çıxdıqdan sonra polis əməkdaşlarının ona göstərdiyi təzyiqlə bağlı heç bir orqana şikayət etməmişdir. Bununla yanaşı, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, psixi xəstəlikdən əziyyət çəkmir, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilir, mütəxəssis və ya tərcüməçinin köməyinə ehtiyacı yoxdur. İfadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə yazılmasına etiraz etmir. Təxminən 15 ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə 3 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə 2024-cü ilin iyul ayında Yasamal Rayon Məhkəməsi tərəfindən 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası alsa da, həmin vaxtdan bu günə qədər elektron cihaz bağlanmamışdır. Hazırda fərdi olaraq maşınların parlanması fəaliyyəti ilə məşğul olaraq oradan qazandığı pulla özünü dolandırır, həmçinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb istifadə edir. 04 yanvar 2025-ci il tarixdə axşam saatlarında kirayədə yaşadığı Nəsimi rayonu, İlqar İsmayılov 30 ünvanının qarşısında olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs görmüş, Mirzənin narkotik vasitələrdən istifadə etdiyini, həm də satdığını bildiyi üçün sonuncuya yaxınlaşıb 20 manat pulu olduğunu və ona həmin məbləğdə heroin satmasını bildirmiş, Mirzə də bir qədər kənara çəkilmələrini dedikdə birlikdə məhlənin tininə getmişlər, orada Mirzə cibindən ağ klokda bir neçə büküm narkotik vasitə və psixotrop maddə çıxarmış, bükümlərdə olan heroinin bir hissəsini sellofan bükümə gözəyarı tökərək ona 20 manata satmış, qalan bükümləri isə yenidən ağ kloka qoyub paltosunun cibinə qoymuşdur. Onlar yaşadıqları ünvanın qarşısına gəldikdə Mirzənin bacısı Gülnarə də orada olmuş, həmin vaxt üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyərək onu, Mirzəni və Gülnarəni 21-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona və Mirzəyə dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olarkən ilk öncə ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü və göy rəngli “Nokia” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa onun üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilən zaman şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bilidirmişdir. Təqdim olunmuş kütlə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və hamı həmin qablaşdırmanın üzərinə imza etmişdir. Üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Mirzə əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketi, 30 manat pulu və “Redmi” markalı mobil telefonu masanın üzərində qoymuşdur. Daha sonra əynindəki paltonun sol cibindən 01 ədəd “Prima” markalı siqaret və 01 ədəd eynək aşkar edilmiş, siqaret və eynək baxış keçirildikdən sonra Mirzəyə qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim olunan 01 ədəd ağ rəngli sellofan paketin içərisində 01 ədəd paketdə narkotik vasitə marixuanaya bənzər ot kütləsi, 01 ədəd böyük və 01 ədəd balaca sellofan paketin hər birini içərisində 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd bükümdə ağ kristalşəkilli iysiz psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzinin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Mirzə təqdim etdiyi narkotik və psixotrop maddələri 1360 manat müqabilində İran vətəndaşından aldığını, aldığı heroindən bir hissəsini 20 manat müqabilində ona satdığını, üzərindən aşkar edilmiş 30 manat puldan 20 manatının onun verdiyi pul olduğunu bilidirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə və marixuanaya, psixotrop maddə metamfetaminə bənzər maddələr və elektron tərəzi müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 30 manat pul və “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra Şahid3 təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Gülnarə isə üzərində heç bir əşya və maddə olmadığını bildirmişdir. Onun və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış, videoçəkiliş dayandırılmış və protokol tərtib olunmuşdur. Həmçinin çəkiliş zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən, 21-ci Polis bölməsinə gətirilən zaman və Polis bölməsində olduqları zaman hər hansı bir zorakılığın olubolmaması soruşulmuş, onlar heç bir zor tətbiq edilmədiyini bildirmişlər (cild 1, iş vərəqi 156-159, cild 2, 49-50). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid2 bildirdi ki, elan olunmuş ifadələrini təsdiq etmir, çünki hamısı təhqiqatçı tərəfindən yazılmışdır. O, heç hərfləri tanıyıb yaza bilməmişdir. Sadəcə yazılan ifadələrin altından imza çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə günü qardaşı Mirzə ilə qohumlarının evindən gəlmişlər. Evin önünə çatıb qapını döyəndə polis əməkdaşları maşınla yaxınlaşmış, onları saxlayıb maşına əyləşdirmişlər, daha sonra da 21-ci Polis bölməsinə gətirmişlər. Onlar qapını döyəndə həyətlərində kirayə evdə yaşayan Namiq adlı şəxs qarşılamış, polis əməkdaşları Namiqi də onlarla bərabər saxlayıb maşına mindirmişlər. Bölmədə qardaşı ilə onu ayrı-ayrı otaqlarda saxlamışlar. Bir müddət sonra onu buraxmışlar, lakin qardaşını hələ də saxlamağa davam etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, qardaşı narkotik vasitə istifadəçisi olmuşdur. Mirzənin narkotik vasitəni haradan aldığını bilməmişdir. Saxlanılan zaman qardaşının üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları bölmədə olan zaman qardaşının üzərinə narkotik vasitə yerləşdirmişlər. Bölmədə ikisi də ayrı-ayrı otaqlarda saxlanılmışdır. Onlar hadisə günü qohumlarının evinə qonaq getmişlər, həmin vaxt qardaşının üzərində narkotik vasitə olmadığına əmin olmuşdur, bu səbəbdən həmin narkotik vasitənin bölmədə olan zaman polis əməkdaşları tərəfindən qoyulduğuna əmin imiş. Qardaşının üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə yerləşdirilməsinə şəxsən şahid olmamışdır. Lakin bölmədə otaqdan çıxan zaman Mirzə axsamışdır, həmin vaxt polislər tərəfindən döyüldüyünü anlamışdır. Qardaşı 5 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Mirzə narkotik vasitəni iynə vasitəsilə istifadə etmişdir. Qardaşının narkotik vasitə istifadə etdiyini bilmişdir. Mirzənin iynə vasitəsilə narkotik vasitə istifadə etdiyinə şəxsən şahid olmamışdır. Lakin onun otağında çoxlu iynələrin olduğunu görmüşdür. Narkotik vasitə ilə bağlı evlərinə heç kim gəlməmişdir. Mirzə məhəlləyə çıxıb gəzmişdir. Həmin müddətdə hansı işlərlə məşğul olduğunu bilməmişdir, çünki o, evdə olmuşdur, Mirzə də çöldə gəzmişdir. İbtidai istintaqda niyə ifadə verdiyini bilmir. Qardaşının otağında narkotik vasitə olduğunu görməmişdir. İbtidai istintaqda ona qarşı fiziki və psixi təzyiq olmamışdır. Bölmədə qardaşının cibindən sellofan torba çıxdığını görmüşdür. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda bacısı Elnurə Muradova və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Qardaşı Mirzə uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən isdifadə edir. 04 yanvar 2025cü il tarixdə axşam saatlarında yaşadıqları evdə olan zaman qardaşı Mirzə şəxsi işləri ilə bağlı Binəqədi rayonu Biləcəri qəsəbəsinə getməli olduğunu demiş və birlikdə gedibqayıtmağı ona təklif etmişdir. O, razılaşdıqdan sonra Mirzə taksi sifariş vermiş və taksi avtomobili gəldikdən sonra Mirzə ilə birlikdə taksiyə minib Biləcəri qəsəbəsi ərazisində getmişlər. Biləcəri qəsəbəsinə çatanda Mirzə siqaret alacağını deyib avtomobili saxlatmış və mağazaya getmək adı ilə avtomobildən düşüb getmişdir. O da sürücü ilə birlikdə avtomobildə gözləmiş, lakin o, Bakı şəhərini yaxşı tanımadığı üçün avtomobilin konkret harada dayandığını bilməmişdir. Mirzə bir neçə dəqiqədən sonra geri qayıdıb avtomobilə əyləşmiş və oradan yaşadıqları evə tərəf yollanmışlar. Onlar yaşadıqları ünvanının qarşısına çatanda onlarla qonşuluqda yaşayan Şahid2 onun qardaşı Mirzəyə yaxınlaşmış və sonuncular kənara çəkilib nəsə danışmağa başlamışlar. Həmin vaxt mülki geyimli polis əməkdaşları yaxınlaşıb qardaşı Mirzəni, qonşusu Namiqi və onu Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə 21-ci Polis bölməsinə getmişlər. Polis bölməsində şəxsi axtarış aparılan zaman qardaşı Mirzənin və Namiqin üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bilmiş, lakin Mirzənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu gözü ilə görməmişdir. Buna baxmayaraq o, Mirzənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından şübhələnmişdir. Çünki mütəmadi olaraq onların yaşadıqları ünvana müxtəlif şəxslər gəlib Mirzə ilə qısa müddət ərzində görüşüb gedirmişlər. Bu son hadisədən sonra, yəni o, Mirzə ilə Biləcəri qəsəbəsindən geri qayıdanda Namiqin gəlib Mirzə ilə görüşməsindən, eləcə də Polis bölməsində qardaşı Mirzənin üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar olunmasından sonra Mirzənin konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ona məlum olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisinə hansı məqsədlə getməsi barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. O, sadəcə olaraq qardaşı Mirzəni gecə saatlarında tək qoymamaq üçün sonuncu ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisinə getmişdir. Lakin, Mirzə həmin vaxt Biləcəri qəsəbəsi ərazisinə hansı məqsədlə getməsi barədə ona əvvəlcədən heç bir söz deməmişdir. Sonradan, yəni Polis bölməsində ona məlum olmuşdur ki, qardaşı Mirzə İran islam Respublikasının vətəndaşından aldığı narkotik vasitə və psixotrop maddəni əldə etmək məqsədi ilə Biləcəri qəsəbəsinə getmişdir. Biləcəri qəsəbəsindən geri qayıdan zaman və polis əməkdaşları tərəfindən dəvət edilib Polis bölməsinə aparılan zaman qardaşı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması barədə onun heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqi 193- 195). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid3 bildirdi ki, elan olunmuş ifadəsini təsdiq etmir, lakin imzalar ona məxsusdur. O, ibtidai istintaqda ifadə verməmişdir, sadəcə təqdim olunan sənədlərə imza çəkmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən "Namiq" və "Mirzə" adlı şəxslərin Bakı şəhəri Nəsimi rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində "Namiq" və "Mirzə" adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək Şahid2 və Təqsirləndirilən şəxs olması bilinmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “Namiq" və "Mirzə" adlı şəxslərin külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə daxil olmuş məlumat əsasında onların şəxsiyyəti müəyyən edilərək xx.xx.1967ci ildə Bakı şəhərində anadan olan, subay, əvvələr məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla Nəsimi rayonu, İ.İsmayılov küçəsi 30 ünvanında kirayə yaşayan Şahid2 və xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olan, subay, əvvələr məhkum olunmuş, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması bilinmişdir. Şahid2 və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar xx.xx.2025-ci il tarixdə saat 23:25-də Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 30 ünvanında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilmişdir. Həmin şəxslər qeyd olunan ünvanda saxlanılan zaman onların yanında Təqsirləndirilən şəxs bacısı Şahid3 olduğundan o da PB-yə dəvət edilmişdir (cild 1, iş vərəqi 9). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə edilməjklə saxlanılan şübhəli şəxslər Şahid2 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Şahid2 əynində olan tünd rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və sol cibindən 01 ədəd göy rəngli "Nokia" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Şahid2 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Sonra isə Şahid2 üzərində axtarış aparılmağa başlanıldı: əynində olan tünd rəngli cins şalvarın ciblərinə, jaketinin boynuna, şalvarının ətəyinə baxıldı, hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra Şahid2 tərlikə baxıldı, lakin heç bir əşya aşkar edilmədi. Sonra isə şübhəli Şahid2 cibindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olundu. O, 01 ədəd bükülmüş, içərisində tünd rəngdə maddənin heroin olduğunu bildirdi, ona həmin narkotik maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə həmin şəxs uzun müddətdir ki, narkotik maddənin istifadəçisi olduğunu, bu gün yəni xx.xx.2025-ci il tarixdə öz istifadəsi üçün tanıdığı Təqsirləndirilən şəxs 20 manata aldığını bildirdi. Bundan sonra iştirakçılara həmin 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd rəngli, narkotik maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Bundan sonra 01 ədəd şəffaf sellofanda olan narkotik maddəyə bənzər kütlə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş "189" nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzərini imzalandı, həmçinin "Nokia" markalı mobil telefon iş üçün əhəmyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sağ yan cibindən ağ sellofanı, 01 bir ədəd "Redmi" markallı mobil telefonu, qara rəngli şalvarının cibindən 30 manat pulu çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: əynində olan qara rəngli şalvarın ciblərinə, paltonun ciblərinə, sonra palto əynindən çıxarılaraq göy rəngli idman gödəkçəsinin ciblərinə baxış keçirildi, əynində olan paltonun sağ cibindən 01 ədəd "Prima" markalı siqaret qutusu və 01 ədəd eynək aşkar edildi və özünə qaytarıldı. Başqa hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs ayaqqablarına, daha sonra corabları çıxarılaraq baxıldı, lakin heç bir əşya aşkar edilmədi. Sonra isə şübhəli Təqsirləndirilən şəxs masanın üzərinə qoymuş olduğu sellofana baxış keçirildi. Sellofanın içərisində nə olduğunu soruşduqda içərisindəkinin nə olduğunu təqdim etməsi təklif olundu. O, sellofanda 01 ədəd paketdə nəşə olduğunu, 01 ədəd paketdə metamfetamin və heroin olduğunu, digər balaca paketdə metamfetamin və heroin olduğunu və tərəzi oluğunu bildirdi. Həmin maddələri nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs xx.xx.2025-ci il tarixdə telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi Biləcəri qəsəbəsindən götürdüyünü, özü də istifadə etdiyini, həmçinin satışı ilə də məşğul olduğunu, xx.xx.2025-ci il tarixdə 20 manata tanıdığı Şahid2 da satdığını bildirdi. Bundan sonra həmin narkotik maddəyə bənzər kütlələr və elektron tərəzi ağ sellofan kloka qoyularaq ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq üzəri Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş "189" nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin həmin qablaşdırmanın üzəri imzalandı. Həmçinin narkotik maddələrin satışından əldə edilmiş 30 manat pul da zərfə qoyularaq qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra "Redmi" markalı telefonla birlikdə iş üçün əhəmiyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Bundan sonra Şahid2 və Təqsirləndirilən şəxsla birgə dəvət olunmuş Şahid3 təklif olundu ki, üzərində qanunla qadağan olunmuş əşya, maddə, perdmet varsa masanın üzərinə qoysun. O, üzərində heç nə olmadığını bildirdi (cild 1, iş vərəqi 64-68). - materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci tarixli, 6/07 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi “...X3 üzərindən aşkar olunmuş maddə; Şahid2-imza, səkkizimza, Tərtib etdi: E.Hüseynov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,896 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 94-98). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci tarixli, 7/07 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər” yazılar və imzalar olan 1 ədəd üzəri skoçla bağlanmış ağ rəngli kağız bağlamada 1 (bir) ədəd ağız hissəsi bağlanan polietilen paketdə təmiz çəkisi 36,60 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız bağlamada olan 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 99-103). - materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci tarixli, 6/08 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №189" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə; Təqsirləndirilən şəxs-imza, altı-imza, Tərtib etdi: E.Hüseynov-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 02 ədəd bükümlərdə təmiz çəkiləri 22,040 qram, 5,710 qram, ümumi təmiz çəkisi 27,750 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 ədəd bükümlərdə təmiz çəkiləri 93,421 qram, 2,180 qram, ümumi təmiz çəkisi 95,601 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ), metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 104-109). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (cild 1, iş vərəqi 133). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun bütün qovluqları onun və müdafiəçisi X7 iştirakları ilə incələnmiş, həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilməmişdir (cild 1, iş vərəqi 188). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 məxsus 01 ədəd "Nokia" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun bütün qovluqları onun və müdafiəçisi X5 iştirakları ilə incələnmiş, həmin mobil telefonda GSM nömrənin olmadığı müəyyən edilmiş, həmçinin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilməmişdir (cild 1, iş vərəqi 189). - diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 üzərlərinə keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edildi ki, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis polkovnik-leyteriantı Elmir Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid2 üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elmir Hüseynov tərəfindən Şahid2 üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Şahid2 əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd bükümü, eləcə də şalvarının sol yan cibindən 01 ədəd "Nokia" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid2 üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Şahid2 təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı Şahid2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü 04 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd "Nokia" markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı Elmir Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketi və 30 manat pulu, paltonun sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid2 üzərində şəxsi axtarış aparılmış, əynindəki paltonun sol yan cibindən 01 qutu "Prima" markalı siqaret və eynək aşkar edilmiş və özünə qaytarılmışdır. Bundan başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan paketə keçirildikdə içərisində 01 ədəd şəffaf sellofan paketdə narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli ot kütləsi, 01 ədəd şəffaf sellofan paketdə isə içərisində 01 ədəd paketdə psixotrop maddə metamfetaminə və 01 ədəd narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükümdə isə içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar edilmiş və sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin ağ rəngli sellofan paketin içərisindəki bükümlərdə olan maddələrin narkotik vasitə mariuxana, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 04 yanvar 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşından telefon vasitəsilə 1360 manat ödəməklə satış məqsədilə əldə etdiyini, həmin narkotik vasitə heroindən bir hissəsini Şahid2 20 manata satdığını, elekton tərəzidən isə psixotrop maddə və narkotik vasitələrin satışında istifadə etdiyini, təqdim etdiyi 30 manatı narkotik satışından əldə etdiyini, həmin pulun 20 manatını Şahid2 aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroinə, narkotik vasitə marixuanaya və psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin elektron tərəzi ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli sellofan paketə qoyulub qablaşdırılmış, paketin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd "Redmi” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı Elmir Hüseynov tərəfindən Şahid2 və Təqsirləndirilən şəxsla birgə PB-yə dəvət edilmiş Şahid3 üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid3 üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir (cild 1, iş vərəqi 213-214). - Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına əsasən bölmənin əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi "Məhəmməd" adlı İran İslam Respublikasının vətəndaşının anket məlumatlarını və olduğu yeri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 248). - 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 02 nömrəli X2 stasionar müalicə üçün müraciət etməyib (cild 1, iş vərəqi 249). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 3-28-29/2-980/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 251). - diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair "Bakcell” MMCdən əldə edilmiş məlumatlar olan 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə "Rowen gəlirəm indi sizə bəsdi mən boyda adamı ələ saldın gəlib indi evdəkilərə də deyəcəm ki mənə pul borcu var fırladır məni” mesaji yazılmışdır. Nömrə sahibin anket məlumatlarından görünür ki, ***-***-**-** saylı mobil nömrə ünvan 12 ünvanında qeydiyyatda olan X6 adına sənədləşdirilmişdir. Bundan başqa iş üçün hər hansı əhəmiyyət kəsb edən zəng və ya mesaj aşkar edilməmişdir (cild 2, iş vərəqi 7-9). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 14-15). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 2, iş vərəqi 16-18). - materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin "Tədqiqat Obyekti № 68" ştamp əksi olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: "Ekspert rəyi N6/07... HK-1-12. Nəsimi RPİ-nin 21-ci PB.. Şahid2..yazısı və imza yazısı əlavə olan 01 ədəd kağız paketdə olan heroinlə (01 buküm) ilə "Tədqiqat Obyekti N№ 68 ştamp əksi "Ekspert rəyi N6/08 HK-12 Nostmi RPİ-nin 21-ci PB... Təqsirləndirilən şəxs...yazısı və imza" yazı olan əlavələn olan parça paketdə olan heroinlər (02 büküm) xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə müxtəlifdirlər. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 2, iş vərəqi 23-25). - maddi sübut qismində tanıma haqqında xx.xx.2025-ci il qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürmə zamanı Şahid2 aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,896 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bağlamada təmiz çəkisi 36,60 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümlərdə ümumi təmiz çəkiləri 27,750 qram olan narkotik vasitə heroin, 02 ədəd bükümlərdə ümumi təmiz çəkiləri 95,601 qram olan psixotrop maddə metamfetamin, eləcə də üzərində metamfetamin və heroin izləri olan 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi və üzərindən aşkar edilmiş 30 manat pul iş üzrə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 0,826 qram olan heroin, qalıq təmiz çəkisi 36,55 qram olan marixuana, qalıq təmiz çəkisi 27,510 qram olan heroin, qalıq təmiz çəkisi 95,401 qram olan metamfetamin, həmçinin üzərində metamfetmin və heroin izləri olan 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi və üzərindən aşkar edilmiş 30 manat pul saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 26-28). - Şahid3 verdiyi xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefonu müstəntiqdən təhvil almışdır (cild 2, iş vərəqi 35). - cinayət işinin ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 75-77). - cinayət işinin ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi İran İslam Respublikası vətəndaşı "Məhəmməd" adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddesi ile ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 80-82). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan yeni məzmunda ittiham edilmişdir (cild 2, iş vərəqi 85). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və psixoloji təzyiqə məruz qalması, ailəsi ilə hədələnməsi və bunun nəticəsi olaraq narkotikləri boynuna götürməsi və sənədlərə imza etməsi, narkotiklərin satışı ilə məşğul olmaması, Şahid2 narkotik satmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan paltosunun sağ yan cibindən ağ sellofanı və şalvarının cibindən 30 manat pulu çıxarıb masanın üzərinə qoymuş, o, sellofanın içərisində 01 ədəd paketdə “nəşə”, 01 ədəd paketdə metamfetamin və heroin olduğunu, digər balaca paketdə metamfetamin, heroin və tərəzi oluğunu bildirmiş, həmin maddələri 04 yanvar 2025-ci il tarixdə telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi Biləcəri qəsəbəsindən götürdüyünü, narkotikdən özünün də istifadə etdiyini, həmçinin satışı ilə də məşğul olduğunu, 04 yanvar 2025-ci il tarixdə 20 manata tanıdığı Şahid2 da satdığını, ondan aşkar olunan pulun narkotikin satışından əldə edilmiş pul olduğunu bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddələri “Məhəmməd” adlı İran vətəndaşından 1360 manat pul müqabilində aldığını etiraf etmişdir. Lakin, məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyini və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs saxlanılandan sonra məhkəmə-tibbi ekspertizadan keçirilmiş, onun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun xəsarət almadığını bildirdiyi və bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən o, törətdiyi əməli səmimi etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, habelə saxlandığı zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki və mənəvi təzyiq göstərilmədiyini bildirmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı Şahid3 və tanışı Şahid2 təqsirləndirilən şəxsin lehinə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq və tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Əksinə, həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, həmin ifadələr işin faktiki halları ilə tam uzlaşdığından sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotiklərin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması, habelə satması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 30 aprel 2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 223-232). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs xəstə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 04 yanvar 2025-ci il tarixdən məhdudlaşdırılmış, o, 05 yanvar 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 06 yanvar 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 yanvar 2025-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 9, 27-28, 178-182). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,826 qram çəkidə heroin, 36,55 qram çəkidə marixuana, 27,510 qram çəkidə heroin, 95,401 qram çəkidə metamfetamin, həmçinin üzərində metamfetmin və heroin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi və üzərindən aşkar edilmiş 30 manat pul vəsaiti xüsusi müsadirə olunsun və dövlət nəfinə keçirilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,826 qram çəkidə heroin, 36,55 qram çəkidə marixuana, 27,510 qram çəkidə heroin, 95,401 qram çəkidə metamfetamin, həmçinin üzərində metamfetmin və heroin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi və üzərindən aşkar edilmiş 30 manat pul vəsaiti xüsusi müsadirə olunsun və dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar