Məhkəmə qərarları › İş №1(101)-1128/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1128/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1128/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxxxxx 1963-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi 81 ədəd çətənə bitkisinin toxumlarından 6 ədədini yaşadığı ünvan 1 ünvanında həyətyanı sahədə dibçək qablarda, 75 ədədini isə həmin həyətyanı sahədə cərgələr halında qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərərək kultivasiya edib yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və yaşadığı ünvan 2 ünvanının həyətyanı sahəsinə keçirilmiş baxış zamanı külli miqdarda dibçəklərdə 6 ədəd, torpaqda isə 75 ədəd nəm vəziyyətdə, ümumi çəkiləri 57 kq 530 qr olan, tərkiblərində narkotik maddələr olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin aprel ayının əvvəllərində tərkibində narkotik maddələr olan çətənə kollarını əkib-becərmək qərarına gəlmişdir. Əvvəlki illərdə də bir neçə dəfə çətənə kollarını əkib-becərmişdir. Həmin kolları əkməkdə məqsədi asta-asta istifadə etmək olmuşdur. Əvvəlki illərdə əkib-becərdiyi çətənə kollarını özündə saxlamışdır. Bu ilin aprel ayının əvvəllərində saxladığı çətənə bitkisinin toxumlarını evinin həyətyanı sahəsində yerləşən bağa səpmiş, həmin toxumlardan cücərən çətənə bitkiləri artıq aprel ayının axırlarında təxminən 20-30 sm-ə qədər böyümüşdür. Çətənə kollarının sayını dəqiq bilməmiş və ümumiyyətlə saymamışdır. Həmin kollara nəzarət etdiyi zaman 6 ədəd kolların yaxşı inkişaf etmədiyini görüb onları torpaqdan çıxarmış və bağın içərisində dibçəklərdə əkmişdir. Qalan kollar isə bağda hər biri fərqli tərəflərdə bitmişdir. Həmçinin çətənə bitkilərini sulamaq və yaxşı inkişaf etməsi üçün bağda arx düzəltmiş və kolları torpaqdan çıxarıb yenidən cərgə ilə basdırıb dibinə peyin vermişdir. Həmin toxumların yetişməsi üçün çətənə bitkilərinə mütəmadi olaraq qulluq etmişdir. Bundan başqa həmin toxumlardan yetişmiş çətənə kollarının külək əsdiyində sınmaması üçün onları əkdiyi cərgələr boyunca yerə dəmir borular ataraq həmin bitkiləri iplə borulara bağlamışdır. Həmin çətənə toxumlarından xeyli çətənə bitkiləri yetişmiş və o, yetişmiş kollardan 1-2 dəfə qurudub istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qapısı döyülmüşdür. O, qapını açdıqda bir neçə nəfər polis əməkdaşlarının küçədə qapının qarşısında dayandığını görmüşdür. Polis əməkdaşlarının əlində videokamera olmuşdur. Polis əməkdaşları ona narkotik vasitə əkibbecərməkdə şübhəli olduğunu bildirərək evinin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirəcəklərini demişlər. O da etiraz etməmiş və bununla bağlı ərizə yazaraq baxış keçirilməsinə razılıq vermişdir. Ona hüquq və vəzifələri izah olunduqdan sonra evinin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə müdafiəçi X9 təqdim edildikdə o, keçiriləcək baxışda həmin müdafiəçinin iştirak etməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif etmişdir. O da könüllü olaraq polis əməkdaşlarına əkdiyi çətənə bitkilərinin yerini göstərmişdir. Evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı 11 ədəd bağlamada ümumilikdə 81 ədəd çətənə bitkisinin kolları aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Sonra da bununla əlaqədar baxış protokolu yazılmış və ucadan oxunmuşdur. Protokol doğru olduğu üçün o da həmin protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, çətənə toxumlarını yalnız özü istifadə etmək üçün əkmişdir. Narkotik vasitədən əvvəllər də istifadə etmiş, törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi barədə Siyəzən RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə həmin məlumatın yoxlanılmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, İTB-nin sahə rəisi Şahid3, PPXT-nin polis nəfərləri Şahid4 və Şahid5 qrupun tərkibinə daxil edilərək keçiriləcək tədbirlə bağlı təlimatlandırıldılar. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Bundan sonra keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak üçün Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin Bitki Sağlamlığı və Fitosanitar sektorunun böyük məsləhətçisi, aqronom-mütəxəssis Şahid7 və fərdi qaydada fəaliyyət göstərən vəkil X9 şöbəyə dəvət olunmuş və keçiriləcək tədbir barədə məlumatlandırıldılar. Aqronom Şahid7 mütəxəssis kimi hüquq və vəzifələri izah olunduqdan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evə getmişlər və orada onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi barədə məlumat olduğunu və buna görə də həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin müdafiə hüququ izah olunaraq baxış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiəçi X6 iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra keçirilən baxış zamanı X4 Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya saxlaması barədə soruşduqda o, əvvəlcə qanunsuz heç bir şey olmadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulduqda sonuncu yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. X4 yenə də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını sorusaraq narkotik vasitə və ya narkotik tərkibli bitkiləri nəzərdə tutduğunu dedikdə o, evinin həyətyanı sahəsində çətənə kollarının olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin yerinin göstərilməsi təklif olunduqda sonuncu onları evinin həyətinə dəvət etmişdir. Giriş qapısından həyətə daxil olduqda təxminən 10 metr irəlidə birmərtəbəli ev və sağ tərəfdə bağ sahəsi olmuş, bağa giriş laylı dəmir qapı vasitəsilə olmuşdur. Təqsirləndirilən şəxs həmin bağ sahəsinə daxil olub düz irəliləyərək bağın ortasına çatdıqdan sonra 6 ədədi dibçəklərdə, qalanları isə yerdə olan bitkiləri göstərərək həmin bitkilərin tərkibində narkotik maddə olan çətənə kolları olduğunu bildirmişdir.Onlar tərəfdən bağ sahəsinə baxış davam etdirilərkən bağın mərkəz hissəsində, sağ və sol divarlarının cərgə ilə yerdən çətənə bitkisinə bənzər bitkilərin əkildiyi və həmin bitkilərin yanları ilə yerdən dəmir boru qoyularaq bitkilərin ip vasitəsilə dəmir borulara bağlandığı müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əkdiyi həmin çətənə bitkilərini küləyin sındırmaması, həmçinin onların çox hündürə qalxmamaları üçün qeyd olunan formada iplə bağladığını demişdir. Sonra aqronom-mütəxəssis Şahid7 tərəfindənhəmin çətənə bitkilərinə bənzər bitkilər ölçülərək yerdən əkilmiş çətənə bitkisinə bənzər bitkilərdən ən kiçiyinin hündürlüyünün 30 sm, ən böyüyünün hündürlüyünün 175 sm olduğu müəyyən olunmuşdur. Aqronom-mütəxəssis bitikilərin narkotik xassəli olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, belə ki, bitkilərə mütəmadi olaraq su və üzvi gübrələr verildiyini və s. digər aqrotexniki qulluq göstərildiyini bildirmişdir.İlk əvvəl bağın sağ tərəfindəki hasarının yanında, yerdə cərgə ilə əkilmiş 19 ədəd çətənə bitkisinə bənzər kollar çıxarılaraq dibləri təmizlənməklə ümumilikdə baş-başa keçirilmiş kisələrə yığılmaqla 3 ədəd bağlamada qablaşdırılmış, qablaşdırmaların üzəri yapışqanlı lentlə bağlandıqdan sonra 96 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar bağlamaların üzərinə imza etmişlər. Sonra bağın mərkəzi hissəsində yerdə olan 25 ədəd çətənə bitkisinə bənzər bitkilər çıxarılaraq dibləri təmizlənməklə ümumilikdə baş-başa keçirilmiş kisələrə yığılmaqla 3 ədəd bağlamada qablaşdırılmış, həmin qablaşdırmaların üzəri yapışqanlı lentlə bağlandıqdan sonra 96 nömrəli möhürlə möhürlənmişdir. Videoçəkiliş aparıldığı “Nikon” markalı fotoaparatın birdəfəlik videoçəkiliş üçün yaddaş tutumu 29 dəqiqəlik olduğundan videoçəkilişi aparan şəxs Siyəzən RPŞ-nin KTQ-nin baş inspektoru Şahid6 tərəfindən edilən xəbərdarlığa əsasən fotoaparatın çəkiliş müddəti bitdiyi üçün baxış xx xxxx 2020-ci il tarixdə 19:39 dəqiqədə məcburi olaraq dayandırılmış və daha sonra videoçəkiliş prosesi təzələnərək baxış keçirilməsi davam etdirilmişdir. Bundan sonra bağ sahəsinin tam mərkəzi hissəsində və sağ tərəfindəki hasara perpendikulyar olan hasarın qarşısında yerdən cərgə ilə əkilmiş 31 ədəd çətənə bitkisinə bənzər bitkilər çıxarılaraq dibləri təmizlənməklə ümumilikdə baş-başa keçirilmiş kisələrə yığılaraq 4 ədəd bağlamada qablaşdırılmış, qablaşdırmaların üzəri yapışqanlı lentlə bağlandıqdan sonra 96 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra bağ sahəsinə ilkin daxil olarkən bağın mərkəzi hissəsində 6 ədəd dibçəkdə olan 6 ədəd çətənə bitkisinə bənzər bitkilər dibçəklərdən çıxarılaraq dibləri təmizlənməklə ümumilikdə baş-başa keçirilmiş kisələrə yığılaraq 1 ədəd bağlamada qablaşdırılmış, bu qablaşdırmaların da üzəri yapışqanlı lentlə bağlandıqdan sonra 96 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar bütün bağlamaların üzərinə imza etmişlər. Daha sonra 6 ədəd dibçək də maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı oradan 75 ədədi yerdə, 6 ədədi isə dibçəklərdə olmaqla ümumilikdə 81 ədəd qablaşdırılmış çətənə bitkisi X4 tərəfindən yerdə sıralanmış şəkildə olan 11 ədəd bağlamada sayılaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə və ya evin həyətyanı sahəsində qanunla qadağan olunmuş əlavə əşya və predmet, həmçinin qurudulmuş marixuana kütləsi saxlayıb-saxlamadığı soruşulduqda o, əkdiyi həmin bitkilərin hələ yetişmədiyi üçün onlardan qurudulmuş marixuana kütləsi əldə edə bilmədiyini, buna görə də evində və evinin həyətyanı sahəsində qanunla qadağan olunmuş əlavə əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra X4 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxışla əlaqədar etirazının olub-olmadığını soruşduqda o, etirazının olmadığını bildirmişdir. Daha sonra digər iştirakçılardan etirazlarının olub-olmadığı soruşulmuş və iştirakçılar etirazlarının olmadığını demişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin videogörüntüsü əvvəldən axıra kimi “Nikon” markalı fotoaparat vasitəsi ilə Siyəzən RPŞ-nin KTQ-nin baş inpsektoru Şahid6 tərəfindən qeydə alınmışdır. Faktla bağlı X4 tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, protokol doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zaman videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs çətənə bitkilərini özünün istifadəsi üçün əkib-becərdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid6 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid4 və Şahid5 ibtidai araşdırma orqanına verdikləri ifadələrdən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 130-134; 136-140). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak edərək həmin bitkiləri ayrı-ayrılıqda nəzərdən keçirdiyini, həmin bitkilərin narkotik xassəli olduğunu, mütəmadi olaraq su və gübrə verilməklə aqrotexniki qaydada becərildiyini bildirmişdir (cild 1, iş vərəqə 125-128). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 7/379 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan 11 ədəd sintetik torbalardakı sayı 81 ədəd yaş vəziyyətdə ümumi çəkisi 57.530 qram (57 kq 530 qr) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (Qeyd: Çətənə bitkilərinin ümumi təmiz çəkisi 57.530 qram, tədqiqata sərf edildi 1.62 qram, qalıq 57.528,38 qram (cild 1, iş vərəqə 40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 x xxxxxx 2020-ci il tarixli 2156 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisinin preperatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 159-160). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli 1855 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntunun əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 162-163). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 57.530 qram çəkidə narkotik təbiətli çətənə bitkiləri iş üzrə maddi sübut hesab edilərək 1,62 qramı (hər obyektdən 0,02 qram) tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmış, qalan 57.528,38 qram çəkidə narkotik təbiətli çətənə bitkiləri 11 ədəd sintetik torbaya qablaşdırılmış və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 № 71” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 49-50; 53). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı narkotik təbiətli çətənə bitkilərinin aşkarlanaraq götürülməsini özündə əks etdirən CD diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətyanı sahəsində xx xxxx 2020-ci il tarixdə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 31: 56-58: 166-181). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 108). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir (cild 1, iş vərəqə 135). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 78-79). Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 69,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Siyəzən rayon Polis İdarəsində saxlanılan 11 ədəd sintetik torbaya qablaşdırılmış 57.528,38 qram çəkidə narkotik təbiətli çətənə bitkiləri, 81 ədəd çətənə bitkisindən 6 ədədini əkib-becərməkdə istifadə etdiyi 6 ədəd dibçək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinin həyətyanı sahəsində xx xxxx 2020-ci il tarixdə keçirilmiş baxışın videogörüntülərini əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 69,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən rayon Polis İdarəsində saxlanılan 11 ədəd sintetik torbaya qablaşdırılmış 57.528,38 qram çəkidə narkotik təbiətli çətənə bitkiləri, 81 ədəd çətənə bitkisindən 6 ədədini əkib-becərməkdə istifadə etdiyi 6 ədəd dibçək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinin həyətyanı sahəsində xx xxxx 2020-ci il tarixdə keçirilmiş baxışın videogörüntülərini əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar