Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1128/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Masallı rayonu Qodman kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 02 fevral 2021-ci il tarixdə tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarına əsasən həbsdən azad edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdə saat 21 radalərində Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Zərərçəkmiş şəxs tərəfindən ünvanına nalayiq ifadə işlədilməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol böyür nahiyəsinə vuraraq ona böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarnın ön divarının sol hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirib, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xeyli müddət əvvəl tanımış, münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri olmamışdır. Sonuncu dəfə 25 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Sumqayıt şəhəri, 16 mikrorayon ərazisində gəzişərkən təsadüfən Teymurla qarşılaşmış, bir qədər söhbət etmiş, sonradan Teymur ünvansız nalayiq ifadə işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt Teymur ona əl-qol atmağa başlamışdır. Bu zaman o, yerdən tapdığı "rezak" adlanan kəsici alətlə Teymura sol qol nahiyəsindən bir zərbə vurmuş, daha sonra oraya gəlmiş tanımadığı şəxs araya girib onları ayırmışdır. Həmin vaxt Teymurun sol qolunun qanadığını görsə də, Teymurun hər hansı ciddi bir xəsarət almadığını fikirləşdiyindən oradan çıxıb getmişdir. Həmin günün səhəri şəxsi işləri ilə əlaqədar Masallı rayonunun Qodman kəndinə getmiş və bir müddət orada qalmışdır. Sumqayıt şəhərinə 31 yanvar 2021-ci il tarixdə qayıtmışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, 02 fevral 2021-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları gəlmiş və onu Sumqayıt şəhər Polis idarəsinə dəvət etmişlər. Maraqlandıqda ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədən xəsarəti yetirilməsi ilə əlaqədar cinayət işi başlanmış və onun barəsində axtarış verilmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs cinayət hadisəsinin Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində baş verdiyini, Teymurla aralarındakı mübahisə və dava-dalaşın təxminən 2-3 dəqiqə davam etdiyini, hadisədən əvvəl onların yanında kənar şəxs olmadığını, Teymuru «rezak»la vurduqdan sonra oraya tanımadığı bir nəfərin gələrək onları ayırdığını, bundan sonra həmin ərazidən çıxıb getdiyini və daha sonra baş verənlər barədə məlumatsız olduğunu, hadisə vaxtı Teymur tərəfindən ona hər hansı xəsarət yetirilmədiyini, sonradan Teymura xəsarət yetirdiyi "rezak"ı hadisə yerindən bir qədər aralıda boş əraziyə tulladığını, həmin kəsici alətin bir tərəfi kəsici olmaqla dəmir parçası olduğunu, Teymurun söyüş söyməsi və ona əl-qol atmasından əsəbləşərək bədən xəsarəti yetirdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 dekabr 2020-ci il tarixdə saat 21 radələrində hava qəbul etmək üçün yaşadığı evdən küçəyə çıxmış, küçədə bir qədər tək gəzişdikdən sonra təsadüfən onunla eyni ərazidə yaşayan və həmin vaxt ancaq adının Nazim olduğunu bildiyi şəxslə qarşılaşmışdır. Nazimlə söhbət edərkən özü də istəmədən nalayiq ifadələr işlətmiş, bundan sonra Nazimlə aralarında mübahisə yaranmışdır. Onlar mübahisə vaxtı bir-birinə əl-qol atmış, birdən gözləmədiyi halda Nazim əli ilə onun söl böyür nahiyəsinə bir zərbə vurmuşdur. Nazim ona zərbə vuranda əlində bıçaq olduğunu görməsə də, əlini geri çəkəndə onun əlində bıçaq olduğunu görmüşdür. Nazim ona zərbə vurduqdan sonra qaçıb uzaqlaşmışdır. Bundan sonra əlini Nazimin vurduğu nahiyəsinə apardıqda, həmin nahiyənin qanadığını görmüşdür. Bir müddət keçdikdən sonra səhhətinin pisləşdiyini görmüş və yolla gedən yük avtomobilinə əl edib saxlatmışdır. Sürücü maşını saxlayıb nə olması ilə maraqlanmış, o, yaralandığını bildirdikdən sonra sürücü onu idarə etdiyi avtomobilə mindirib Sumqayıt şəhər X3 Xəstəxanasına aparmışdır. Daha sonra xəstəxanada ona tibbi yardım göstərilmiş və cərrahiyə əməliyyatı olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsinə görə, Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdikdən sonra aralarında mübahisə yaranmış və onlar bir-biri ilə dartışmağa başlamışlar. Bu zaman Nazim ona bıçaqla xəsarət yetirmişdir. Nazim ona ilk zərbə vurduğu anda əlində bıçaq olduğunu görməmiş, lakin zərbəni vurub əlini geri çəkdikdə onun əlində bıçaq olduğunu görə bilmişdir. Lakin həmin vaxt hava qaranlıq olduğundan Nazimin əlində olan bıçağın dəqiq əlamətlərini görə bilməmişdir. Hadisə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində baş vermiş, həmin vaxt orda kənar şəxslər olmamışdır. Ona bədən xəsarəti yetirməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şahid məhkəmə iclasına dəvət edilib dindirilməsi üçün görülmüş bütün tədbirlərə baxmayaraq, onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamış, Elektron Məhkəmə portalından 06.07.2021-ci il tarixlə əldə edilmiş məlumatdan aydın olmuşdur ki, adı çəkilən şəxs 03.06.2021-ci il tarixdə Bakı aeropotundan keçməklə Kiyev şəhərinə getmiş və geri qayıtmamışdır. Buna görə də, proses iştirakçılarının razılığına əsasən məhkəməd iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 20.12.2020-ci il tarixdən tanımışdır. Teymur onu “Ford" markalı avtomobili ilə birlikdə Dəvəçi rayonundan Yaşma bağlarında yerləşən Quşçuluq fabrikinə yem daşıyıcısı kimi işə düzəldəcəyinə söz vermişdir. Sonuncu dəfə 25.12.2020-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı «Ford Transit» yük avtomobili ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Şahanə” şadlıq sarayı ilə üzbəüz Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisi ilə həmin ərazidə olan avtomobil ustasının yanına gedərkən, yol kənarında bir nəfərin əli ilə sol böyür nahiyəsini tutub dayandığını görmüşdür. Bundan sonra idarə etdiyi avtomobili saxlayıb həmin şəxsdən ona kömək lazım olub-olmadığını soruşduqda, həmin şəxs, yəni Zərərçəkmiş şəxs əlini idarə etdiyi avtomobilin işığında qaldırıb öz əlinə baxdıqda, onun əlinin qana bulaşdığını görüb dərhal həmin şəxsə yaxınlaşmış və nə baş verməsi ilə maraqlanmış, ona kim tərəfindən xəsarət yetirildiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ilk əvvəl ona heç nə olmadığını bildirsə də, sonradan böyür nahiyəsinə dəmir batdığından xəsarət aldığını bildirmişdir. Bundan sonra ilk əvvəl həmin şəxsə bacardığı qədər ilkin tibbi yardım göstərmiş, daha sonra isə onu idarə etdiyi avtomobilə əyləşdirib Sumqayıt şəhər TTY Xəstəxanasına gətirib təhvıl vermişdir (cild 1, iş vərəqi 123-125). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 may 2021-ci il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs 25 dekabr 2020-ci il tarixdə saat 21 radalərində Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun bıçaqla bir dəfə sol böyür nahiyəsinə vuraraq ona bədən xəsarəti yetirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs isə həmin üzləşdirmə zamanı qeyd olunan tarixdə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Zərərçəkmiş şəxs nalayiq ifadə işlədib ona əl-qol atması səbəbindən aralarında yaranmış mübahisə zəminində yerdən tapdığı "rezak” adlanan kəsici alətlə vuraraq ona qol nahiyəsindən xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs qarın nahiyəsindən xəsarət yetirmədiyini bildirmişdir (cild 1, iş vərəqi 158-161). Cinayət işinə əlavə edilmiş 03 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərərək təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 154-157). Məhkəmə-tibb ekspertizasının 08.02.2021-ci il tarixli 51 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: ‘'Böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarnın ön divarının sol hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası”;
2. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 25.12.2020-cu il tarixdə qərarda göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 141-144). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 12.03.2021-ci il tarixli 547 saylı rəyinə əsasən, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 151-153). Məhkəmə bioloji ekspertizasının 22.02.2021 -ci il tarixli 91/MTBŞ-2021 nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu: A(İİ)
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində insan qanı aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 145-150). İbtidai istintaq orqanının 03 may 2021-ci il tarixli qərarına əsasən, üzərində qan ləkələri olan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka cinayət iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 162-168). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 24.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09.03.2007-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04.10.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqi 104-106). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra bir müddət istintaqdan yayınmış, onun barəsində axtarış elan olunmuş və 02 fevral 2021-ci il tarixdə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdən 04 fevral 2021-ci il tarixədək o, həbsdə saxlanılmış, lakin Sumqayıt şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarına əsasən həbsdən azad edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun protesti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin tarixdən təqsirləndirilən şəxs həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdən şübhəli şəxsi kimi tutulub 04 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin, onun cəza çəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka öz dəyərini itirdiyindən məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 02 fevral 2021-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş üzərində qan ləkələri olan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov