Məhkəmə qərarları › İş №1(101)-1128/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1128/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1128/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 16 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “İrac” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Cəlilabad şəhərindən Biləsuvar şəhərinə doğru gedən M3 avtomobil yolunun 117-ci kilometrliyində yolun kənarında quraşdırılmış kilometraj nişanının altında yerləşdirdiyi bir ədəd qara rəngli selofan torbada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1593,823 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 1427,681 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki və qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “F/M40” yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 311 (üç yüz on bir) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 12,44 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab olunan metadonu 2021-ci il oktyabr ayının ortalarında həmin yerdən götürüb sonradan «İrac» adlı şəxsin tapşırığına əsasən satılacaq həmin psixotrop maddənin və narkotik vasitələrin hər kiloqramına görə 1000 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün qanunsuz olaraq satış məqsədi ilə daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirib orada olan saxlanc yerində saxlamış, 14 yanvar 2022-ci il tarixdə saat 23 radələrində «İrac» adlı şəxsin deyəcəyi məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə heroindən təmiz çəkisi 33,823 qram olan hissəsini bir bükümdə və psixotrop maddə metamfetamindən təmiz çəkisi 17,681 qram olan hissəsini bir bükümdə ayırıb əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 23:50 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 33,823 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və bir ədəd bükümdə təmiz çəkisi 17,681 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 15 yanvar 2022-ci il tarixdə saat 03:45 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin ikinci mərtəbəsində olan otaqdakı saxlanc yerində saxladığı bir ədəd bağlamada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1560 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, bir ədəd bükümdə təmiz çəkisi 1410 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək və qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “F/M40” yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 311 (üç yüz on bir) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 12,44 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab olunan metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci il yanvar ayının 14-də saat təxminən 11-12 radələrində qaynanası xəstə olduğuna görə həyat yoldaşı ilə birlikdə ona dərman almaq üçün getmişlər. Həmin vaxt o, şəxsi maşınında deyil, sürdüyü başqa maşında olmuşdur. Həyat yoldaşı ilə evə qalxmış, onu evdə qoyaraq özü dərmanları almaq üçün resepti götürüb aşağı düşmüşdür. Maşını arxaya verən zaman sinif yoldaşı Malik adlı şəxsin yaxınlaşdığını görmüşdür. Lakin ittiham aktında onun adı yazılmamışdır. O, maşından düşüb Maliklə salamlaşmış, bu zaman sonuncunun maşının zamokuna əl atdığını görmüşdür. O, Malikdən nə etdiyini soruşmuş, sinif yoldaşı isə «gəl bura, başa salacağam» demişdir. Həmin vaxt maşının sağ qapısını bir nəfərin açdığını görmüşdür. Bu vaxt tanımadığı, sonradan adının Anar olduğunu bildiyi başqa bir polis əməkdaşı yaxınlaşmış, onun saxlanılıb maşına oturdulmasını tapşırmışdır. Həmin maşın «Şevrolet» markalı olmuşdur. Hətta orada o, polis işçiləri ilə bir az dartışmışdır. Onlar dörd nəfər olmuşlar. Bir nəfər onun maşınını sürmüş, üç nəfər isə onunla birlikdə, iki nəfər arxa oturacaqda, bir nəfər isə qabaq oturacaqda idarəyə yollanmışlar. «Tərlan» şadlıq sarayı yaxınlığında maşını saxlayaraq onun üstbaşını axtarmışlar. Ona üstündə narkotik vasitə olduğunu bildirərək axtarmışlar, lakin heç nə aşkar olunmamışdır. Sonra onu yaşadığı evin qabağına gətirib evə baxış keçirəcəklərini, evdə heç nə aşkar olunmasa, onu buraxacaqlarını bildirmişlər. Həmin vaxt onu saxlayan şəxslər Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını demişlər. Onlar onun yaşadığı evə girmiş, bu vaxt saat hələ gecə 12 olmamışdır. Birlikdə ikinci mərtəbəyə qalxmışlar. İçəri girəndə sinif yoldaşı, Anar və Asif adlı polis əməkdaşları olmuşlar. Başqa bir nəfər də onlarla birlikdə içəri girmiş, lakin həmin şəxs aşağıda qalaraq yuxarı qalxmamışdır. Yuxarı mərtəbəyə baxıb aşağı düşəndən sonra bir nəfərin aşağı mərtəbədə fırlandığını görmüş, həmin şəxsin də aşağıda axtarış apardığını fikirləşmişdir. Sonra birlikdə maşına gəlmişlər və onu Baş idarəyə gətirmişlər. Orada ona təzyiqlər göstərərək iki büküm narkotik verib onları qəbul etməli olduğunu bildirmişlər. O da, məcbur olub həmin iki büküm narkotikin özünə məxsus olduğunu etiraf etmişdir. Sonra yenidən polis işçiləri ilə yaşadığı evə gəlmişlər. Bu zaman gecə saat 2-3 radələri olmuşdur. Polis işçiləri ona içəri girib birinci mərtəbəyə keçməyi, orada bir qutu olduğunu, həmin qutunu götürüb içərisində olanları təqdim etməyi ona təklif etmişlər. O da, polis işçilərinin dediyi kimi hərəkət etmiş, birinci mərtəbədə olan bir qutunu götürüb onlara vermiş, həmin qutunun içərisində narkotik vasitələr aşkar edilmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər məhkum olunmamış, tutulmamışdan təxminən bir ilə qabaq narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni falqadan istifadə etməklə çəkmişdir. İstintaq vaxtı ona müəyyyən qədər zor tətbiq etmişlər, polis işçiləri ona özlərinin dediklərini qəbul etməli olduğunu bildirmişlər. Üstünə baxış keçirilərkən polislərin əvvəlcədən ona verdikləri narkotik vasitə aşkar olunmuşdur. Polis işçiləri onu saxlayanda üstünə, maşına və evə baxış keçirmiş, lakin heç nə aşkar olunmamışdır. Birinci dəfə evə gedəndə, evdə anası, atası, bir də körpə uşağı olmuşdur. Onun istifadəsində ******* saylı mobil nömrə olmuşdur. O, özünə lazım olanda narkotik vasitəni İran vətəndaşı kimi təqdim edən adını unutduğu şəxsdən almışdır. Belə ki, bunun üçün o, həmin şəxsin kart hesabına pulu köçürmüş, sonuncu ona narkotikin yerini demiş, o da, gedib həmin yerdən narkotiki götürmüşdür. İlk dəfə idarədə onun üstünə baxış keçiriləndə videoçəkiliş aparan polis işçisi və qadın vəkil iştirak etmişdir. Narkotik vasitəni polis işçiləri ona vəkil gəlməmişdən əvvəl vermişlər, lakin bunu hansı polis əməkdaşının etməsini xatırlamır. Polis əməkdaşları birinci dəfə evə gələndə, evdə heç nə olmazsa, onu buraxacaqlarını bildirmişlər. Birinci dəfə evə gələndə bir nəfər polis əməkdaşı aşağı mərtəbədə fırlanmış, buna görə də fikirləşir ki, evinə narkotik vasitəni həmin şəxs qoymuşdur, lakin o, həmin polis əməkdaşının kim olduğunu bilmir. Polis işçiləri tərəfindən saxlanılan vaxt həyat yoldaşı onun yanında olmamışdır. İstintaqda o, iki dəfə ifadə vermişdir, həmin ifadə ilə tanışdır. Lakin ifadə doğru deyildir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamaq istəmiş və həmin vaxt qonşuluqda yaşamış narkotik vasitə istifadəçisi olan İsrafil adlı şəxsdən heroini kimdən əldə edə biləcəyi ilə maraqlanmışdır. Sonuncu ona +**********66 saylı mobil nömrəni verərək, həmin nömrənin sahibi İran vətəndaşı İrac adlı şəxs olduğunu, onun sonuncu ilə “vatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə yaratmaqla narkotik vasitələr əldə edə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin İrac adlı şəxslə əlaqə yaratmış və mütəmadi olaraq sonuncudan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etməyə başlamışdır. Bundan 1 il sonra o, heroin qəbul etməkdən imtina etmiş, ailə həyatı qurmuş və bununla da övladı dünyaya gəlmişdir. Təxminən 3 ay bundan əvvəl, yəni 2021-ci ilin oktyabr ayının ortalarında İrac onunla əlaqə yaradaraq bildirmişdir ki, sonuncuya narkotik vasitə və psixotrop maddələrin daşınması üçün kuryer lazımdır və ona təklif etmişdir ki, o, bu məsələdə İraca köməklik göstərsin. O isə, əvvəlcə İracın təklifini rədd etmiş, sonradan İrac ona bu işin görülməsinə görə yaxşı gəlir əldə edəcəyini bildirəndə, o, İrac ilə razılaşmışdır. Bundan sonra İrac ona demişdir ki, M3 avtomaqistral yolunun 117-ci kilometrliyində, Cəlilabaddan üzü Biləsuvara doğru gedən yolun kənarında quraşdırılmış kilometraj nişanının altında içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, tiryək və metadon tərkibli həblər olan 1 ədəd qara rəngli selofan torba yerləşdirilmiş, həmin torbanı oradan götürüb Bakı şəhərinə gətirməsini və gizlətməsini bildirmişdir. O da, razılaşmış və həmin yerə getmiş, həmin torbanı oradan götürüb Bakı şəhərinə gətirmişdir. Bundan sonra o, həmin torbanı yaşadığı evin saxlanc yerində gizlətmişdir. Sonra isə o, İracın tapşırığına görə, həmin torbadan müxtəlif növ narkotik vasitə və psixotrop maddə metafetamini götürüb elektron tərəzidə çəkərək selofan bükümlərə yerləşdirməli və həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlətməli imiş. Lakin o, qərara gəlmişdir ki, İracı aldatsın və həmin narkotik vasitə və psixotrop maddələri özü istifadə etsin. Bunun üçün o, telefonunun fotokamerası ilə guya narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yerlərin şəkillərini çəkərək İraca göndərmişdir. Sonuncu, ona inanaraq həmin şəkilləri öz müştərilərinə göndərmişdir ki, sonuncular həmin yerə gedib həmin narkotik vasitə və psixotrop maddələri oradan götürsünlər. Onlar İracla razılaşmışlar ki, qara torbada olan bütün narkotik vasitələr və psixotrop maddələr satıldıqdan sonra İrac satılmış hər bir kiloqrama görə ona 1000 manat pul verəcəkdir. Lakin həmin vaxtadək İrac ona ancaq avtomobil kirayəsinə və taksi ödənişinə görə kartına pul köçürmüşdür. 14 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində o, həyat yoldaşı ilə birlikdə yaşadıqları evdən çıxmışlar ki, qaynanası Zemfiraya dərman aparsınlar və bunun üçün onlar sonuncunun yaşadığı Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən evinə getmişlər. Qaynanasımn yaşadığı mənzilə qalxdıqdan sonra o, dərmanların reseptini götürmüş, binadan çıxıb avtomobilə oturmuşdur. Bu zaman görmüşdür ki, avtomobilə tərəf orta məktəbdə 11 il bir sinifdə oxuduğu Malik adlı şəxs yaxınlaşmış və əli ilə işarə edərək onunla salamlaşmış, eyni zamanda o da, avtomobilin qapısını açıb Malik ilə görüşmək istəyərkən, sonuncu avtomobilin qapısının dəstəyini əli ilə tutmuş və o biri əlini açara uzadıb avtomobilin mühərrikini söndürmək istəmişdir. O, nə baş verdiyini əvvəlcə başa düşməmiş, Malikə “neynirsən?” demişdir. Həmin vaxt mülki geyimdə olan digər onun tanımadığı bir şəxs avtomobilin qabaq sərnişin qapısını açmış və əlini salona ataraq açarı çıxarmış və mühərriki söndürmüşdür. Bu zaman adını sonradan bildiyi Anar adlı şəxs onlara yaxınlaşmış, Malikə və o biri şəxsə “tutun bunu, gətirin maşına” demişdir. Bundan sonra həmin şəxslər onu “Chevrolet Cruze” markalı **-SP-*** dövlət qediyyat nişanlı avtomobilə əyləşdirmişlər, ona heç bir məlumat vermədən bilmədiyi istiqamətdə aparmışlar. Bir qədər sonra həmin şəxslər onu yaşadığı evin qarşısına gətirmişlər, bildirmişlər ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur, evinə baxış keçirəcəklərini bildirərək, narkotik vasitələr aşkar olunmadığı halda onu sərbəst buraxacaqlarını demişlər. Həmin vaxt təxminən saat 23:30 radələri olmuşdur. Bundan sonra o, həmin şəxslərdən birinin mobil telefonu ilə anasına zəng etmiş, demişdir ki, qapını açsın, yalandan demişdir ki, guya dostları ilə yuxarı mərtəbəyə saxlanc yerinə qalxıb açarları götürəcəkdir. Bundan sonra onun anası qapını açmış və onlar evə daxil olmuşlar. Həmin şəxslər evin yuxarı mərtəbəsində olan otaqlara baxmışlar, heç nə aşkar etməmişlər. Evdə olduqları zaman o, görmüşdür ki, həmin əməkdaşlardan biri otağın küncünə yaxınlaşmış və ora iri selofan bağlamalar qoymuşdur. Lakin o, həmin vaxt həmin şəxsin nə etdiyini soruşmamışdır. Bundan sonra onlar evdən çıxmışlar və həmin şəxslər onu avtomobil ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onu xidməti otaqların birinə aparmışlar və ona iki ədəd büküm göstərərək demişlər ki, guya həmin bükümlər onun üzərindən aşkar olunub. O, həmin vaxt etiraz etmiş, demişdir ki, onun üzərində heç nə olmayıb, hətta avtomobilində də heç nə tapılmamışdır. Həmin əməkdaşlar isə demişlər ki, “buradan salamat çıxmaq istəyirsənsə, həmin bükümlərin sənin üzərindən aşkar olunduğunu deməlisən”. O isə, qorxduğundan etiraz edə bilməmiş, təzyiq altında həmin şəxslərin dedikləri ilə razılaşmışdır. Bundan sonra dəvət olunmuş vəkil Lalə Mənsurovamn iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, həmin zaman o, iki ədəd bükümləri təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra o, həmin əməkdaşlar və vəkil ilə birlikdə təzədən yaşadığı evə getmişlər, orada onun iştirakı ilə saxlanc yerinə baxış keçirilmişdir. Baxışdan əvvəl ona demişlər ki, saxlanc yerində küncdə bir qutu olacaq, həmin qutudan selofan bağlamaları çəkiliş zamanı götürüb təqdim etməlidir. O, yenə qorxduğundan heç nə deməmiş və sonuncuların dediyi kimi etmişdir. Həmin maddələr orada elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edildikdən sonra elə həmin yerdə 1 ədəd selofan torbaya qablaşdırılmış və möhürlənmiş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin polis əməkdaşları tərəfindən saxlanc yerinə əlavə baxış keçirilmiş, lakin digər hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Baxışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərindən və evindən aşkar edilmiş həmin narkotik vasitələr və psixotrop maddələr ekspertizaya göndərilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həyəcanlı olduğundan və qorxduğundan əvvəlki ifadəsində üzərindən və evindən aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri İrac adlı şəxsdən əldə edib saxladığını, onların satışını həyata keçirmək üçün İraca köməklik etdiyini, xx.xx.2022-ci il tarixdə saat 23:50-də evinin qarşısında saxlanıldığını, saxlanıldığı zaman ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. İstintaqda əlavə dindirmələr zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, ona məxsus “Xiaomi” markalı mobil telefona baxış keçirilərkən mobil telefon aparatında olan “WhatsappBusiness” mobil tətbiqi vasitəsi ilə mütəmadi yazışmalar apardığı “Aqasi”, “Azad Beyti”, “Samir Məhlə”, “Şahin”, “Rəfail”, “Kamil Qaqi”, “Kamil Sim”, “Rasim Məhlə” adlı abunəçiləri o, yaşadığı ərazidən tanıyır, sonuncuların sadəcə adlarını bilir, şəxsiyyətləri ilə bağlı tam məlumatı yoxdur. Həmin şəxslər narkotik vasitə və psixotrop maddələrin istifadəçiləridir, lakin o, həmin şəxslərə narkotik vasitə və psixotrop maddələri pul müqabilində satmamış, sadəcə tanışlığa görə həmin şəxslərə həmin maddələrdən arabir az miqdarda vermişdir. xx.xx.2021-ci il tarixdə “Aqasi” adlı şəxsə səs mesajı göndərərək sonuncu üçün metamfetamin olan “tema” hazırladığını, pula ehtiyacı olduğundan "xxxx" tərəfindən açılmış anası Rahilə Aslanovanın adına olan **********095243 nömrəli plastik kartın şəkilini göndərərək, həmin “tema” adlandırdığı metamfetaminə görə ödənişi həmin kartın hesabına mədaxil etməsini bildirmişdir. Onun adına olan 5490-2741- 0657-5522 saylı plastik kartın hesabına "xxxx" ASC-nin “birbank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 17 manat, xx.xx.2021-ci il tarixdə 97 manat, xx.xx.2022-ci il tarixdə 13 manat, xx.xx.2022-ci il tarixdə 140 manat və xx.xx.2022-ci il tarixdə 58 manat məbləğində pul vəsaitlərinin, "xxxx" KBQSC- yə məxsus mobil tətbiq vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 240 manat, xx.xx.2021-ci il tarixdə 53 manat və xx.xx.2021-ci il tarixdə 394 manat məbləğində pul vəsaitlərinin kim tərəfindən mədaxil edildiyini xatırlamır, həmin plastik kartın hesabına pul vəsaitlərini əsasən müştəriləri tərəfindən xidmət haqqı göndərilmişdir. Həbsdən əvvəl yaşadığı ünvanda yerləşən yuxarı mərtəbədəki otaqları emalatxana kimi istifadə etmiş, orada cürbəcür təmir işləri görmüş, əsasən də saat mexanizmlərinin təmiri ilə məşğul olmuşdur. Bu onun xobbisi olsa da, o, həmçinin sifariş ilə də saat təmir etmiş və buna görə də, müəyyən məbləğdə xidmət haqqı almışdır. **********18 saylı mobil nömrənin sahibi onun yaşadığı evin yaxınlığında yaşayan üzdən tanıdığı Ağasi adlı şəxsdir, sonuncu, ondan mütəmadi olaraq psixotrop maddə metamfetamin istəmişdir. “20 dənə olsun” mətnli mesaj ilə Ağasi adlı şəxs ondan 20 qram metamfetamin istəmişdir. **********99 saylı mobil nömrənin istifadəçisini isə o, xatırlamır. Ola bilsin ki, həmin şəxs də onun tanıdıqlarından biridir, lakin o, nömrəni yada sala bilmir. Həmin nömrənin sahibi olan “Xatirə Əliyeva” adlı şəxs ona tanış gəlmir. Onu deyə bilər ki, həmin şəxs “Qerdes 10 dene olsun” mətnli mesaj ilə ondan ya 10 qram heroin, ya da ki 10 qram metamfetamin istəmişdir (cild 1, iş vərəqi 220-222, 90-91, 171-173). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri təsdiq etmədiyini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini, polis işçiləri tərəfindən döyülmədiyini və ona hər hansı xəsarətlər yetirilmədiyini, istintaqın sonunda və hazırda məhkəmədə verdiyi ifadələri təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, idarəyə Təqsirləndirilən şəxs mütəmadi olaraq Yasamal rayonu ərazisində qanunsuz külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə onlar 14 yanvar 2022ci il tarixdə saat 23:50-də ünvan 1 ünvanın qarşısına gəlmişlər. Orada olduqları zaman xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb onu saxlamışlar. Həmin şəxs özünü təqdim edərək qeyd olunan ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş və Baş İdarəyə dəvət etmişlər. Birlikdə Baş idarənin inzibati binasına gəlmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən iki ədəd selofan bükümü, pul kisəsini, bir ədəd mobil telefonu və ev açarını təqdim etmişdir. Daha sonra saxlanılan şəxsin üzərində şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinə baxış keçirilmiş və oradan 903 manat pul, şəxsiyyət vəsiqəsi və bir ədəd sonuncuya məxsus üzərində 5490-2741-0657-5522 nömrəsi olan "xxxx" ASC-nin plastik kartı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ev açarı və aşkar edilmiş 903 manat pul özünə qaytarılmış, lakin sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, mobil telefon və plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra iki ədəd selofan bükümə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin bükümlərin birinin içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr, digər bükümün içərisində isə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlələr var. Heroin bənzər kütlələrin olduğu büküm elektron tərəzidə çəkildikdə çəkisinin 35,1 qram olduğu, psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu büküm çəkildikdə isə çəkisinin 18,3 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi həmin iki ədəd selofan bükümlərin birində olan kütlələr narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə metamfetamindir, həmin narkotik vasitə və psixotrop maddələri pul əldə etmək məqsədi ilə deyilən yerlərə qoymaq üçün üzərində daşımışdır. Həmin narkotik vasitə və psixotrop maddələri iki il bundan əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı İrac adlı şəxsin vasitəsi ilə 2021-ci ilin dekabr ayının əvvəlində Cəlilabad rayonu ərazisində yolun kənarında gizləşdilmiş yerdən götürdüyünü, götürdüyü narkotik vasitə və psixotrop maddələrin bir hissəsini sonuncuya deyilən yerlərə qoysa da, qalan hissəsini yaşadığı ünvan 3 ünvanında saxladığını, bu əməli törətməkdə məqsədi pul əldə etmək olduğunu və buna görə artıq 500 manat pul əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, sonuncu isə, etirazının olmadığını bildirmişdir. Sonra təqdim edilmiş bükümlər zərfə qoyulmuş və möhürlənmiş, zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmişdir. Şahid2 ifadəsinə görə, bundan sonra onlar, təhqiqatçı, müdafiəçi və Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 58 ünvanına gəlmişlər. Burada Bəxtiyar bildirmişdir ki, İrac adlı şəxsdən əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini evin saxlanc yeri kimi istifadə edilən otağında saxlayır. Bundan sonra onlar evin saxlanc yerinə daxil olmuşlar, Bəxtiyar orada sol tərəfdə yerdən 1 ədəd göy rəngli karton qutunu təqdim edərək narkotik vasitə və psixotrop maddələrin qalan hissəsinin orada olduğunu bildirmişdir. Bundan sonra həmin qutuya baxış keçirilmiş və oradan bir ədəd selofan bağlamada heroinə bənzər kütlə, bir ədəd selofan bağlamada metamfetaminə bənzər kütlə, bir ədəd selofan bağlamada tiryəkə bənzər kütlə və bir ədəd selofan torbada üzərində “M-40” yazıları olan 311 ədəd olan həblər aşkar edilmişdir. Tiryəkə bənzər kütlələrin olduğu bağlamanın çəkisi 67 qram, heroinə bənzər kütlələrin olduğu bağlamanın çəkisi 1 kq 626 qram, metamfetaminə bənzər kütlələrin olduğu bağlamanın çəkisi 1 kq 431 qram olmuşdur. Aşkar edilmiş həmin maddələr və 311 ədəd həblər içərisi boş olan selofan torbaya qoyularaq qablaşdırılmışdır. Yuxarıda qeyd olunan hərəkətlər zamanı onun tərəfindən videoçəkiliş aparılmış, həmin videoçəkiliş 1 ədəd DVD-diskə yazılaraq təhqiqatçı tərəfindən tərtib edilmiş baxış protokoluna əlavə edilmişldir. Şahid2 ifadəsinə görə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin Yasamal rayonu ərazisində qanunsuz olaraq satışı ilə məşğul olması barədə dəfələrlə onlara əməliyyat məlumatları daxil olmuş, lakin həmin məlumatlar gec daxil olduğundan əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən edib cinayətin başında ifşa etmək, həmçinin ondan narkotik vasitə və psixotrop maddələri əldə edən şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İrac adlı şəxs barədə hal-hazırda məlumatlar toplanılır, lakin indiki vaxtadək sonuncunun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndrilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə bağlı sualları cavablandıran Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır və heç nəyə əsaslanmır, sonuncu, özünü müdafiə etmək üçün yalan ifadə verir. Onlar Təqsirləndirilən şəxs 14 yanvar 2022ci il tarixdə saat 23:50-də yaşadığı evin qarşısında saxlamışlar. Oradan Bəxtiyar Baş idarəyə gətirilmiş və sonuncunun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Bəxtiyarın üzərindən iki bükümdə heroin və metamfetamin aşkar edilmiş, sonra isə sonuncunun evindəki saxlanc yerinə baxış zamanı oradan külli miqdarda heroin, tiryək, metadon həbləri və metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə onlar cəmi bir dəfə baxış keçirilərkən getmiş, əvvəlcədən həmin ünvanda olmamışlar və onun evinə qabaqcadan heç kim heç nə qoymamış, üzərində olmuş bükümləri isə Təqsirləndirilən şəxs heç kim təqdim etməmişdir. Onun işlədiyi Baş Narkotiklərlə Mübarizə idarəsində “Malik” adlı şəxs ümumiyyətlə yoxdur, belə bir şəxsi tanımır. Onların idarəsində Anar adlı bir neçə əməkdaş olsa da, qeyd edilən əməliyyat tədbiri zamanı “Anar” adlı əməkdaşlardan heç kim iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin anası Şahid3 məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, 14 yanvar 2022-ci il tarixdə evdə olarkən Bəxtiyar ona zəng edib qapını açmağı, özünün də içəri keçməsini təklif etmiş, o da, oğlunun dediyi kimi etmişdir. Təxminən saat 23:56 dəqiqədə Bəxtiyar və onun yanında olan şəxslər evə gəlmiş, onlar bir müddət evdə olduqdan sonra çıxıb getmişlər. İkinci dəfə isə Bəxtiyarla digər şəxslər gecə saat 3-ə işləmiş evə gəlmişlər. O, Bəxtiyarla birinci dəfə gələn şəxslərin kim olduqlarını bilməmiş, həmin şəxslər mülki geyimdə olmuşlar. Oğlu Bəxtiyar elektrik avadanlıqlarının təmiri ilə məşuldur, qonşu uşaqlar da mütəmadi onun yanına gəlib-getdiyi üçün həmin vaxt yenə də qonşu uşaqların Bəxtiyarın yanına gəldiklərini fikirləşmişdir. Birinci dəfə evə gələndə evi axtarsalar da, heç bir şey tapmayıb getmişlər. Həmin şəxslər birinci dəfə gələndə evə girməmişlər. Saat 23-56-da Bəxtiyar öz telefonu ilə ona zəng etmiş, lakin həmin vaxt evə heç kim girməmişdir. Həmin vaxt gələn şəxslərin evdə çəkiliş aparıb-aparmadıqlarını o, bilməmişdir. Sonradan o, monitora baxanda görmüşdür ki, gələn şəxslər 10-15 dəqiqədən sonra çıxıb getmişlər. O, bir ana kimi Bəxtiyarın narkotik vasitələrdən istifadə etdyini bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokollarına əsasən, şahidlər Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı polis əməkdaşları istintaqa verdikləri sərbəst ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 239-243, 244-248). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportlardan, əməliyyat qrupunun yaradılması haqqında qərardan və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək onların qanunsuz dövriyyəsi ilə məşğuldur (cild 1, iş vərəqi 3-10). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, sonuncu, əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibindən iki ədəd selofan bükümü, əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli pul kisəsini, arxa sol cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu və sağ yan cibindən yaşadığı evin açarını təqdim edərək masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və başqa heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsinə baxış keçirilən zaman içərisində 903 manat məbləğində pul vəsaiti, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd üzərində 5490-2741-0657-5522 rəqəmləri əks olunmuş plastik bank kartı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin açarı, 903 manat pul vəsaiti özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, plastik bank kartı və bir ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd selofan bükümə baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamİnə bənzər kütlə, digər bükümün içərisində isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bükümün çəkisinin 35,1 qram, digər bükümdəki psixotrop maddə metamfetamİnə bənzər kütlənin təxmini çəkisinin 18,3 qram olması müəyyən edilmişdir. Həmin selofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-in Zərflər üçün 7 sayh” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədi ilə üzərində saxladıgını, təxminən 2 (iki) il əvvəl sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikası vətəndaşı İrac adlı şəxsin vasitəsi İlə 2021-ci ilin dekabr ayının əvvəlində Cəlilabad rayonu ərazisində yolun kənarında gizləşdilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini ona deyilən yerlərə qoysa da, qalan hissəsini özünün Yasamal rayonunda yaşadığı mənzilində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, əvvəllər də bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, buna görə 500 manat pul əldə etdiyini və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 30-32). İş materiallarına əlavə edilmiş baxış və götürmə aparılması haqqında 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onda olan narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini yaşadığı evin saxlanc yerində saxlamasını bildirməsinə əsasən əməliyyat qrupunun üzvləri həmin ünvana gəlmiş, Təqsirləndirilən şəxs evə daxil olduqdan və bir qədər irəlilədikdən sonra sol tərəfdə yerdən 1 ədəd göy rəngli kağız karton qutunu təqdim edərək, əldə etdiyi narkotik tərkibli maddənin onun içərisində saxladığını bildirmişdir. Həmin karton qutuya baxış keçirilən zaman içərisində 1 ədəd selofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd selofan bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə, 1 ədəd selofan bağlamada psixotrop maddə metamfetamİnə bənzər kütlə və 1 ədəd selofan torbada üzərində “M-40” yazısı olan ümumi sayı 311 ədəd həblər olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olan bağlamanın çəkisinin 67 qram, heroinə bənzər kütlə olan bağlamanın təxmini çəkisinin 1 kq 626 qram, digər bağlamadakı, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin isə 1 kq 431 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr və 311 ədəd həblər içərisi boş olan selofan torbaya qoyularaq qablaşdırılmışdır (cild, iş vərəqi 35-36). İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokollarına əsasən, şəxsi axtarış və götürmə, eləcə də evə baxış keçirilən zaman həmin hərəkətlərin BNMİ-nin əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alındığı 2 ədəd diskə baxış keçirilmişdir. Həmin videogörüntülərdən görünür ki, şəxsi axtarış və götürmə, eləcə də baxışla bağlı tərtib edilmiş protokollarda qeyd edilən xüsusatlar həmin görüntülərdə öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 58-61). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/260 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) bükümdə təmiz çəkisi 33,823 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 17,681 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş...” yazısı və imzalar olan polietilen bağlamadakı, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1560 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1410 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 65,556 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - bir ədəd polietilen torbada üzərlərində “F/M40” yazısı həkk olunmuş 311 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 311 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12,44 qramdır (həblərin üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 33,823 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı zamanı 0,1 qram heroin sərf edilməklə 33,723 qram heroin qalıq qalmış, bir ədəd bükümdə təmiz çəkisi 17,681 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı zamanı 0,1 qram metamfetamin sərf edilməklə 17,581 qram metamfetamin qalıq qalmış, bir ədəd bağlamada təmiz çəkisi 1560 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı zamanı 0,2 qram heroin sərf edilməklə 1559,8 qram heroin qalıq qalmış, bir ədəd bağlamada təmiz çəkisi 1410 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı zamanı 0,2 qram metamfetamin sərf edilməklə 1409,8 qram metamfetamin qalıq qalmış, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram olan narkotik vasitə tiryəkdən ekspert tədqiqatı zamanı 0,3 qram tiryək sərf edilməklə 65,256 qram tiryək qalıq qalmış və bir ədəd polietilen torbada təmiz çəkisi 12,44 qram olan 311 ədəd narkotik vasitə metadon tərkibli həblərdən ekspert tədqiqatı zamanı 6 ədəd həb sərf edilməklə 305 ədəd həb qalıq qalmışdır (cild 1, iş vərəqi 42-47). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham oluna əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 192-193). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 571 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 189-190). Məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/252 saylı rəyindən görünür ki:

1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android İ” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli “**********30623, **********30631” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.

2. Təqdim edilmiş “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyən olundu (bax: rəyə əlavə olunmuş üzərində “Verbatim” yazısı olan dörd ədəd “DVD- R” tipli optik diskə).

3. Təqdim edilmiş “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli mobil smartfonun “Menyu” hissəsinə baxış zamanı “N” istifadəçi adı və “+994 55 712 08 07” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” proqram təminatında 49 (qırx doqquz) ədəd kontaktla aparılmış götürülməsi mümkün ola bilən məlumat mübadiləsi “Bluetooth” texnologiyası vasitəsi ilə “Ekspertiza 5-252” adlı iş çantasına köçürülərək, bir ədəd üzərində “Verbatim” yazısı olan “DVD-R” tipli optik diskdə ekspert rəyinə əlavə olundu.

4. Təqdim edilmiş “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli mobil smartfonun “Menyu” hissəsinə baxış zamanı “İnstaqram” sosial şəbəkəsinə aid “bextiyar_aslanov” və “aslanov_aslan” adlı istifadəçi profillərinin “Direct” bölməsində aparılmış məlumat mübadiləsi müəyyən olunsa da, rəyi “Tədiqiq hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (cild 1, iş vərəqi 196-198). Cinayət işində olan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları altında istifadə olunan mobil telefonun yaddaşındakı məlumatların məhkəmə-kompüter texniki ekspertizası zamanı köçürüldüyü 5 ədəd DVD-R diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ekspertiza tərəfindən təqdim edilmiş DVD disklərin hər biri üzərində 1-dən 5-dək rəqəmlərlə işarələnmişlər. Hər bir diskdə “2022-03-10, 10-28-24” və “Whatsapp Business” adlanan iki ədəd qovluğun olduğu, “2022-03-10, 10-28-24” adlanan qovluğun daxilində isə “Detected Model_Mi 9T” adlanan qovluğun olduğu görünür. “Detected Model_Mi 9T” adlanan qovluğun daxilində isə mobil telefonun yaddaşında olan audio, video və digər faylların olduğu ayrıayrı qovluqların olduğu görünür. Disklərdə olan “Detected Model_Mi 9T” adlanan qovluqlardakı fayllara baxış keçirilərkən orada olan “Audio” adlanan qovluqdakı səsyazmalarının arasında Təqsirləndirilən şəxs ünvanlanmış, narkotik vasitə və psixotrop maddələrin müxtəlif şəxslər tərəfindən sonuncudan əldə edilməsi ilə bağlı səs mesajlarının olması görünür. Həmin səs fayllarının sayı çox olduğundan və faylın adı mürəkkəb olduğundan texniki cəhətdən protokola qeyd etmək mümkün olmamışdır. Qovluqda olan “İmages” qovluğundakı foto fayllardan narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür. Disklərdə olan “Whatsapp Business” adlanan qovluqlardan görünür ki, orada “İrac G”, “Səccad”, “Azad Beyti”, “Məhəmməd Qaqaş”, “Aqasi”, “+**********94”, “+**********63”, “+**********62”, “Abr”, “+**********27”, “Samir Məhlə”, “Sahin”, “Ağadar”, “Ağasadıq”, “İbiş”, “Kamil Qaqi” və “Kamil sim” adlanan qovluqlar var. Həmin qovluqlara baxış keçirilərkən görünür ki, qovluqlarda müxtəlif videofayllar mövcuddur. Həmin videofayllarda narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür (cild 1, iş vərəq 199-200). İş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları altında istifadə olunan mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatında “Whatsapp Business” adlanan mobil tətbiq yüklənmiş və həmin mobil tətbiq ***-***-**-** saylı mobil nömrə altında istifadə edilir. Həmin mobil tətbiqə baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirdi ki, tətbiqdə olan “Sohbetler” adlanan bölümdə “İrac G” adlı mobil abunəçi ona 2021-ci ilin oktyabr ayında narkotik vasitələr olan heroini, tiryəki və metodonu, eləcə də psixotrop maddə olan metamfetamini satmış şəxsdir. Həmin “İrac G” adlı mobil abunəçinin +98 938 *** **** saylı mobil nömrədən istifadə etdiyi görünür. Həmin abunəçi ilə Təqsirləndirilən şəxs arasında olmuş yazışmalara baxış keçirilərkən müəyyən edildi ki, onların arasında yazışmalar 17 oktyabr 2021-ci il tarixdən başlayır. Onların arasındakı yazışmaların mətnlərindən, səs mesajlarından və eləcə də göndərilmiş videoyazılardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “İrac” adlı şəxsin sözlərinə əsasən, Bakı şəhərinin müxtəlif yerlərində gizlədilmiş narkotik vasitə və psixotrop maddələr götürür, həmçinin evində saxladığı külli miqdarda narkotik vasitə və psixotrop maddələri bükümlərə bölərək elektron tərəzidə çəkir və sonradan həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlədərək həmin yerlərin şəkillərini, xəritəsini və dislokasiyalanm “İrac” adlı şəxsə göndərir. Təqsirləndirilən şəxs sözlərinə görə, həmin şəkilləri, xəritələri və dislokasiyaları “İrac” adlı şəxs sonuncudan narkotik vasitə və psixotrop maddələri əldə edən digər şəxslərə ötürmüşdür. Bundan başqa, baxış zamanı müəyyən edildi ki, 27 sentyabr 2021-cİ il tarixdən Təqsirləndirilən şəxs ilə “Aqasi” adlı ***- ***-**-** saylı abunəçi arasında yazışmalar başlanmışdır, həmin yazışmalar zamanı sonuncu, mütəmadi olaraq Təqsirləndirilən şəxs ona “kola” və “tema” verməsini istəyir. Təqsirləndirilən şəxs bildirdi ki, “Aqasi” adlı şəxs, eləcə də yazışmalar apardığı digər şəxslər “kola” sözünü istifadə etməklə narkotik vasitə olan heroini, “tema” sözünü istifadə etməklə psixotrop maddə olan metamfetamini nəzərdə tuturlar. Həmçinin Təqsirləndirilən şəxs “Aqasi” adlı şəxsə xx.xx.2021-ci il tarixdə səs mesajı göndərərək, sonuncuya “tema” hazırladığını deyir, bundan sonra isə üzərinə bir ədəd büküm qoyulmuş elektron tərəzinin şəkilini göndərir. Şəkildən görünür ki, bükümün 0,18 qram çəkisi var. Bundan sonra Təqsirləndirilən şəxs “Aqasi” adlı şəxsə "xxxx" tərəfindən açılmış “Rahila Aslanova” adlı şəxsin adına olan **********095243 nömrəli plastik kartının şəkilini göndərərək, həmin “tema” adlandırdığı metamfetaminə görə ödənişi həmin kartın hesabına mədaxil etməsini bildirir. Təqsirləndirilən şəxs bununla bağlı bildirdi ki, həmin plastik kart onun anası Rahilə Aslanovanın adına olsa da, həmin plastik kartdan ancaq onun özü istifadə edir. Bundan başqa, həmin tətbiqdə olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdən istifadəsində +98 905 *** **** saylı mobil nömrə olan Səccad adlı abunəçi ilə yazışmağa başlamışdır. Təqsirləndirilən şəxs həmçinin orada olan +98 905 *** **** saylı nömrənin də Səccada aid olduğunu bildirdi. Onların arasındakı yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs Səccad adlı şəxsdən narkotik vasitə və psixotrop maddələri kimlərə satmaq lazım olduğunu soruşur, ondan narkotik vasitə və psixotrop maddələri gizlətməli olduğu yerləri öyrənir. İrac adlı şəxs ilə yazışmalarda olduğu kimi, Səccad ilə yazışma zamanı Təqsirləndirilən şəxs evində saxladığı külli miqdarda narkotik vasitə və psixotrop maddələri bükümlərə bölərək elektron tərəzidə çəkir və sonradan həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlədərək həmin yerlərin şəkillərini, xəritəsini və dislokasiyalarını Səccad adlı şəxsə göndərir. Bundan başqa, yazışmalar arasında olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin istifadəçisi olan “Azad Beyti” adlı şəxs ilə yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs həmin şəxsə narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yerlərin şəkillərini göndərmişdir. Bundan başqa, həmin tətbiqdə olan digər yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq “Samir Məhlə” adlanan ***-***-**-** saylı nömrənin istifadəçisi, eləcə də ***-***-**-** saylı nömrənin istifadəçisi, yazışmalarda özünü “Şahin” kimi təqdim edən ***-***-**-** saylı nömrənin istifadəçisi, ***-***-**-**8 saylı nömrənin istifadəçisi, “Refail” adlanan ***-***-**-** saylı nömrənin istifadəçisi, “Kamil Qaqi” adlanan ***-***-**-** saylı nömrənin istifadəçisi, “Rasim Məhlə” adlanan ***-***-**-** saylı nömrənin istifadəçisi, 070/***-***-**- ** saylı nömrənin istifadəçisi, “Kamil Sim” adlanan ***-***-**-** saylı nömrənin istifadəçisi, “Ağasi” adlanan ***-***-**-** saylı nömrənin istifadəçisi ilə yazışaraq, sonuncularla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirdiyi görünür (cild 1, iş vərəqi 88-89). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “557120807” saylı mobil nömrəyə dair 1 ədəd CD diskin yaddaşında əks edilmiş anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin CD diskdə “**********” saylı mobil nömrəyə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan zəng və sms məlumatları əks edilmişdir. Həmin mobil nömrəyə dair sms tarixçəsinə əsasən, xx.xx.2021-ci il tarixdə **********18 saylı mobil nömrədən həmin mobil nömrəyə “20 dənə lazım” mətnli mesaj daxil olmuşdur. Bundan başqa, xx.xx.2021-ci il tarixdə **********99 saylı mobil nömrədən həmin mobil nömrəyə “Qerdes 10 dene olsun” mətnli mesaj daxil olmuşdur. Bundan başqa, qeyd olunan müddət ərzində həmin mobil nömrəyə və ya həmin mobil nömrədən başqa nömrəyə göndərilmiş şübhəli sms mətnləri aşkar olunmadı. Qeyd edilən mobil nömrələrin məxsusluğuna dair məlumatdan görünür ki, “**********” saylı mobil nömrə ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs, **********99 saylı mobil nömrə isə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 1, ev 4-də qeydiyyatda olan Xatirə Əliyevanın adına qeydiyyatdadır. Mobil telefonun baxışı Təqsirləndirilən şəxs və müdafiəçsinin iştirakı ilə aparılmışdır (cild 1, iş vərəqi 166-170). Təqsirləndirilən şəxs adına olan 5490-2741-0657- 5522 saylı plastik kart üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli 41-2302/2022 nömrəli məktub ilə daxil olmuş bank hesabından çıxarışlara baxış keçirirlərkən müəyyən olunmuşdur ki, həmin bank hesabından çıxarışlar ümumilikdə 12 vərəqdən ibarətdir. Çıxarışlara əsasən, qeyd edilən plastik kartın hesabına "xxxx" ASC-nin “birbank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 17 manat, xx.xx.2021-ci il tarixdə 97 manat, xx.xx.2022-ci il tarixdə 13 manat, xx.xx.2022-ci il tarixdə 140 manat və xx.xx.2022-ci il tarixdə 58 manat məbləğində pul vəsaitləri mədaxil edilmişdir. Bundan başqa, həmin plastik kartın hesabına "xxxx" KB QSC-yə məxsus mobil tətbiq vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 240 manat, xx.xx.2021-ci il tarixdə 53 manat və xx.xx.2021-ci il tarixdə 394 manat pul vəsaiti mədaxil edilmişdir. Qeyd edilən plastik kartın hesabına pul mədaxil etmiş plastik kartların nömrələrinə dair hər hansı bir məlumat qeyd edilməmişdir (cild 1, iş vərəqi 150-163). İbtidai istintaq orqanının 17 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 33,823 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 33,723 qram heroin, bir ədəd bükümdə təmiz çəkisi 17,681 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 17,581 qram metamfetamin, bir ədəd bağlamada təmiz çəkisi 1560 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1559,8 qram heroin, bir ədəd bağlamada təmiz çəkisi 1410 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1409,8 qram metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram olan narkotik vasitə tiryəkdən ekspert tədqiqatı nəticəsində qahq qalmış 65,256 qram tiryək və bir ədəd polietilen torbada təmiz çəkisi 12,44 qram olan 311 ədəd narkotik vasitə metodon tərkibli həblərdən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 305 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınaraq məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlanc kamerasına təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeydə alınmış videogörüntülər köçürülmüş 2 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatlar olan CD disk, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları olan mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 5 ədəd DVD-R disk və Təqsirləndirilən şəxs adına olan 1 ədəd "xxxx" ASC-nin 5490- 2741-0657-5522 saylı plastik kartı 06 may 2022-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları olan mobil telefon həmin qərarla maddi sübut qismində tanınaraq, məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün maddi sübutları saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 102-104, 249- 268). Cinayət işində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2000-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 57). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin statistik məlumat bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 136-137). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, istintaq vaxtı ona müəyyyən qədər zor tətbiq edildiyini, polis işçilərinin ona özlərinin dediklərini qəbul etməli olduğunu bildirdiyini, Baş idarədə üstünə baxış keçirilərkən polislərin əvvəlcədən ona verdikləri narkotik vasitələrin aşkar olunduğunu, polis işçiləri onu saxlayanda üstünə, maşına və evə baxış keçirdiklərini, lakin heç nə aşkar edilmədiyini, polis işçilərinin onun yaşadığı evə iki dəfə getdiklərini, birinci dəfə gedərkən tanımadığı və adını bilmədiyi bir nəfərin onun evinə narkotik vasitə olan torbanı yerləşdirdiyini, sonra Baş idarəyə gedib üzərində şəxsi axtarış aparılandan sonra təkrar evə qayıtdıqlarını və artıq ikinci dəfə polis işçilərinin sözlərinə görə, tanımadığı şəxsin əvvəlcədən onun evinə yerləşdirdiyi narkotik vasitələr olan torbanı götürüb özünə məxsus olduğunu deməklə təqdim etdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi yuxarıda göstərilən dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı evə keçirilərkən özü heç bir kənar təsir olmadan könüllü olaraq ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları altında istifadə olunan 055 712-08-07 saylı mobil telefonu üzrə məhkəmə-kompüter texniki ekspertizası keçirilərək xx.xx.2022-ci il tarixli 5/252 saylı rəy alınmış, bu zaman mobil telefonun yaddaşındakı müxtəlif fayllar 5 ədəd diskə köçürülərək istintaq orqanına təqdim edilmişdir. Həmin fayllara baxış keçirilərkən orada olan “Audio” adlanan qovluqdakı səsyazmalarının arasında Təqsirləndirilən şəxs ünvanlanmış, narkotik vasitə və psixotrop maddələrin müxtəlif şəxslər tərəfindən sonuncudan əldə edilməsi ilə bağlı səs mesajlarının olması, qovluqda olan “İmages” qovluğundakı foto fayllardan narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması müəyyən edilmişdir. Disklərdə olan “Whatsapp Business” adlanan qovluqlardan görünür ki, orada “İrac G”, “Səccad”, “Azad Beyti”, “Məhəmməd Qaqaş”, “Aqasi”, “+**********94”, “+**********63”, “+**********62”, “Abr”, “+**********27”, “Samir Məhlə”, “Sahin”, “Ağadar”, “Ağasadıq”, “İbiş”, “Kamil Qaqi” və “Kamil sim” adlanan qovluqlar mövcuddur. Həmin qovluqlara baxış keçirilərkən görünür ki, qovluqlarda müxtəlif videofayllar mövcuddur. Həmin videofayllarda narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulmasını əks etdirən videogörüntülərin mövcud olması müəyyən edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı mobil telefon aparatında “Whatsapp Business” adlanan mobil tətbiq yüklənməsi və həmin mobil tətbiqin ***-***-**-** saylı mobil nömrə altında istifadə edildiyi müəyyən olunmuşdur. Həmin mobil tətbiqə Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirilərkən, sonuncu bildirmişdir ki, tətbiqdə olan “Sohbetler” adlanan bölümdə “İrac G” adlı mobil abunəçi ona 2021-ci ilin oktyabr ayında narkotik vasitələr olan heroini, tiryəki və metodonu, eləcə də psixotrop maddə olan metamfetamini satmış şəxsdir. Həmin “İrac G” adlı mobil abunəçinin +98 938 *** **** saylı mobil nömrədən istifadə etdiyi görünür. Həmin abunəçi ilə Təqsirləndirilən şəxs arasında olmuş yazışmalara baxış keçirilərkən müəyyən edilmişdir ki, onların arasında yazışmalar 17 oktyabr 2021-ci il tarixdən başlayır. Onların arasındakı yazışmaların mətnlərindən, səs mesajlarından və eləcə də göndərilmiş videoyazılardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “İrac” adlı şəxsin sözlərinə əsasən, Bakı şəhərinin müxtəlif yerlərində gizlədilmiş narkotik vasitə və psixotrop maddələr götürür, həmçinin evində saxladığı külli miqdarda narkotik vasitə və psixotrop maddələri bükümlərə bölərək elektron tərəzidə çəkir və sonradan həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlədərək həmin yerlərin şəkillərini, xəritəsini və dislokasiyalarını “İrac” adlı şəxsə göndərir. Təqsirləndirilən şəxs sözlərinə görə, həmin şəkilləri, xəritələri və dislokasiyaları “İrac” adlı şəxs sonuncudan narkotik vasitə və psixotrop maddələri əldə edən digər şəxslərə ötürmüşdür. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, 27 sentyabr 2021-cİ il tarixdən Təqsirləndirilən şəxsla “Aqasi” adlı ***-***-**-** saylı abunəçi arasında yazışmalar başlanmış, həmin yazışmalar zamanı sonuncu, mütəmadi olaraq Təqsirləndirilən şəxs ona “kola” və “tema” verməsini istəmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Aqasi” adlı şəxs, eləcə də yazışmalar apardığı digər şəxslər “kola” sözünü istifadə etməklə narkotik vasitə olan heroini, “tema” sözünü istifadə etməklə psixotrop maddə olan metamfetamini nəzərdə tutmuşlar. Mobil telefonun yaddaşında Təqsirləndirilən şəxs həmin mövzuda digər şəxslərlə də yazışmalar aparması, narkotik vasitə və psixotrop maddələrin satışından əldə olunmuş müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünün və anasının adına olan plastik kartlara köçürüləməsini təsdiq edən çoxsaylı sübutlar mövcuddur. Eyni zamanda, cinayət işinə əlavə edilmiş təhqiqat materiallarında, yəni xx.xx.2022-ci il tarixdə tərtib olunmuş raportlarda, əməliyyat qrupunun yaradılması haqqında qərarda və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda, həmin tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda və protokolda, həmçinin yaşadığı ünvana baxış keçirilməsi haqqında qərarda və protokolda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və onların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğu göstərilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi vəsatət qaldıraraq, hadisə baş verən gün polis əməkdaşlarının şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana iki dəfə gəldiklərini, birinci dəfə gələrkən hansısa polis əməkdaşının evin birinci mərtəbəsinə içərisində narkotik vasitə və psixotrop madədələr olan bağlamanı yerləşdirdiyini, ikinci dəfə gəldikdə isə, həmin bağlamanı qoyulan yerdən götürüb təqdim etməyi şübhəli şəxsə təklif etdiklərini bildirib, bu halın, yəni polis işçilərinin ünvana iki dəfə gəldiklərini təsdiq etmək üçün evin girişində quraşdırılmış domofondakı videogörüntülər olduğunu iddia etdikləri görüntülərin əks olunduğu fleşkartı məhkəməyə təqdim edərək, məhkəmə iclasında baxış keçirilməsini xahiş etdi. Proses iştirakçılarının fikirlərini dinləməklə qeyd olunan fleşkart məhkəmə tərəfindən qəbul edilmiş və ona baxış keçirilmişdir. Baxış zamanı fleşkartda 14.01 (2-ci dəfə gələndə), 14.01 (1-ci dəfə gələndə) və 15.01 (2-ci dəfə gələndə, saat 02-24) başlıqlı faylların olması müəyyən edilmiş, həmin fayllar açıldıqda, 1-ci faylda 8 saniyəlik səssiz videogörüntülərin olduğu, görüntüdə bir nəfər kişi və bir nəfər qadın cinsindən olan şəxslərin siluetlərinin hərəkəti görünür. 2-ci faylda isə 004/0064 2021/12/18 – 23:25:38 rəqəmləri qeyd olunmuş və cəmi 31 saniyə təşkil edən videogörüntünün olması, həmin görüntüdə bir nəfər kişi cinsinə aid şəxsin siluetinin görünməsi, həmin şəxsin maşına əyləşməsi müəyyən edilir. Fleşkartdakı digər iki faylda isə videogörüntülər mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin məhkəməyə sübut kimi təqdim etdiyi fleşkartdakı videogörüntülərlə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə baxışı zamanı həmin görüntülərin nə vaxt, harada və hansı kamera tərəfindən qeydə alınmasını, videogörüntülərə düşən şəxslərin kim olmasını, nə vaxt və hansı məqsədlə hansı ünvana getmələrini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin təqdim etdiyi həmin fleşkart və orada olan videogörüntülər mənsubiyyəti bəlli olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz, qeyd olunan fleşkart cinayət işinə əlavə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları cinayət işinin bütün materialları ilə müqayisəli şəkildə tədqiq edib qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsi onun öz məsuliyyətini yüngülləşdirmək və ya məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi dəyərləndirilməli, işdə toplanmış digər çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 571 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 33,723 qram heroin və 17,581 qram metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1559,8 qram heroin, 1409,8 qram metamfetamin, 65,256 qram tiryək və 305 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan narkotik vasitələr və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD- R disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatları olan CD disk, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları olan mobil telefonun yaddaşından məhkəməkompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 5 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs adına olan 1 ədəd "xxxx" ASC-nin 5490-2741-0657-5522 saylı plastik kartı və 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları olan mobil telefon aparatı ona qaytarılmaq üçün ailə üzvlərinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən, hesabatlardan və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmənin hazırlıq iclasında isə Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmiş, bununla bağlı Lalə Mənsurova 50 saat, Müdafiəçi1 isə 3 saat vaxt sərf etmişlər. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkillərə - vəkil Lalə Mənsurovaya ödənilməli olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti və vəkil Müdafiəçi1 ödənilməli olan 18 (on səkkiz) manat pul vəsaiti qeyd olunan vəkil bürolarının hesabına köçürülməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatları 214 (iki yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 214 (iki yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 33,723 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 17,581 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1559,8 qram heroin, 1409,8 qram metamfetamin, 65,256 qram tiryək və 305 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan narkotik vasitələr və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatları olan CD disk, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları olan mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 5 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs adına olan 1 ədəd "xxxx" ASC-nin 5490-2741-0657-5522 saylı plastik kartı və 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları olan mobil telefon aparatı ona qaytarılması üçün ailə üzvlərinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli olan 300 (üç yüz) manat pul vəsaiti Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə hazırlıq iclasında dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 18 (on səkkiz) manat pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar