Məhkəmə qərarları › İş №1(101)-1128/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1128/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1128/2023 09.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Fövqəladə Hallar Nazirliyinin X4 mülki sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Rza” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq 500 manat pul əldə etmək müqabilində “Rza” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 09 yanvar 2023-ci il tarixdə sonuncunun tapşırığı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 510,179 qram psixotrop maddə metamfetamin, külli miqdarda, ümumi təmiz çəkisi 1513,344 qram (1 kq 513,344 qram) narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, ümumi təmiz çəkisi 1200,0 qram olan narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilinə daşımaqla həmin narkotik vasitə və psixotrop maddəni hissələrə ayırıb bir hissəsini üzərində, qalan hissəsini isə mənzilində saxlamış,onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 yanvar 2023-cü il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 45 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,001 qram və 5,178 qram olmaqla ümumi təmiz çəkisi 10,179 qram, külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofanda təmiz çəkisi 8,344 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 22:50 radələrində onun iştirakı ilə yaşadığı ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzilinə baxış keçirilin zaman mənzilinin yataq otağından qəhvəyi rəngli oturacağın içərisindən bir ədəd sellofan torbada, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eyni olan külli miqdarda, təmiz çəkisi 1505 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana,01 ədəd ağ rəngli sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 1200,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada üzərindən aşkar edilmiş psixotrop maddə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 500,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroinin və metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2009-cu ildən bəri Fövqəladə Hallar Nazirliyinin X4 işləyirdi, işdən çıxan vaxt saat 6 radələrində, öz avtomobili ilə işdən çıxmışdı, hava şəraiti pis olduğu üçün təkərlərin havasını buraxmışdı. Avtomobili saxlayıb, hava vurmaq istəyərkən 4 nəfər şəxs ona yaxınlaşdı, özlərini təqdim etmədən onu öz avtomobilinə saldılar, nəşə tapdıqlarını dedilər. Üzərində 8 qram nəşə olmasına görə özünü təqsirli bilir. Avtomobilə əyləşib Badamdar qəsəbəsindəki idarəyə getdilər, çoxlu təzyiq göstərdilər. Ona 8 qram və yaxud 10 kiloqram görə məsuliyyətə cəlb olunmaq arasında heç bir fərq olmadığını, eyni maddə ilə məsuliyyətə cəlb olunacağını dedilər. Ona “İstəyirsənsə, burada boynuna götür, istəmirsənsə, evinə basqın edərik” dedilər. İttiham aktında göstərilmiş maddələri boynuma götürməyini istəyirdilər. Keşlə qəsəbəsində evləri var, evə mütləq baxış keçirməli olduqlarını dedilər. Avtomobilini götürüb idarəyə saldılar, oradan isə Keşlə qəsəbəsində yaşadığı ev adlandırdıqları evə aparıblar. Keşlə qəsəbəsində olan evinin qabağında avtomobili saxladılar. Yenidən idarəyə gətirdilər. İdarədə kiminləsə danışdılar və yenidən Keşlə qəsəbəsinə getdilər. Orada yarım saat kiminsə torba gətirməsini gözlədilər. Rasim adlı vəkili də orada olub, oturub gözləmişlər, mənzildə videoçəkiliş oldu O belə işlərlə məşğul olmamış, qardaşı Musayev Anar dəfələrlə tutulub. Bəlkə də onun ucbatından bunlar baş verdi. Ona dəfələrlə zəng gəlirdi ki, qardaşının borcunu ödəməlidir. Onda 8 qram nəşə olub. 1 il 2 ay müddətində işimlə əlaqədar Qarabağ Müharibəsində həmin əraziyə ezam olundu, orada çox hadisə gördü. Tutulan günə qədər marixuanadan istifadə etmişdir. Tutulandan sonra ittiham aktında adı yazılmış Anar adlı vəzifəli şəxs nə dedisə, onları dedi, razılaşmağıma səbəb o oldu ki, ailəsinin olduğu evinə gedəcəklərini dedilər. “Whatsapp” mobil tətbiqində narkotik vasitələrin alışı-satışı barədə danışığı olmayıb. Narkotik vasitəni videoda özüm təqdim etdi, necə deyiblərsə, ifadədə onu da deyib, imzalamışdır. Onu ailəsi ilə rüsvay edəcəkləri ilə hədələdilər, qorxduğuma görə razılaşdı. Narkotiki iranlı şəxsdən alırdı. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onların rəsmi nikahları var. 2009-cu ildən nikaha daxil olmuşlar. 1 övladları var. Onun haqqında yalnız müsbət şeylər deyə bilər. Ailəsinə sadiq biridir. Elnur FHNdə sürücü kimi işləyir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Elnuru təxminən ayın 11-12-i aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Onu saxlayan zaman tanımışdır. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saxlanılmışdır. Onu baş idarəyə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə tapılmışdır. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlamışlar. Sonra onu tutub baş idarəyə gətirmişlər. Orada üzərində narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Onu hansı nəqliyyat vasitəsi ilə apardıqlarını xatırlamır. İstintaqdakı ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etdiyini xatırlamır, o narkotik vasitəni üzərində gəzdirirmiş. Təqsirləndirilən şəxsə qarşı heç bir söymə, döymə, müqavimət olmamışdır. Müqavimət olsa belə döyülməsi qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və eyni zamanada ittiham aktında qeyd olunan narkotik miqdarının çox olmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan «şəxsi axtarış və götürmə haqqında» 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, bu təklifən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 2(iki) ədəd sellofan bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, 1 (bir) ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyması daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılması şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 5(beş) ədəd açar, 1(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür.Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilir marixuanaya bənzər kütlənin çəkisi 9,3(doqquz tam onda üç) qram, metamfetaminə bənzər kütlələrin çəkisi 11,9(on bir tam onda doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanılır.İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şübhəli şəxsə aid şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür.5(beş) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılır,Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 2 (iki) aydır ki tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə 3(üç) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanacağı, heç kimə narkotik vasitə satmadığı və bağışlamadığı qeyd etməsi aşkar olundu. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan«Mənzilə baxış keçirilməsi və götürmə haqqında» 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxsünvan 6 ünvanında yaşadığı mənzilin yataq otağındakı qəhvəyi rəngli oturacağın içərisindən 1 (bir) ədəd ağ rəngli torbanın içərisindən, 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, 1 (bir) ədəd sellofanda ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlələri,1 (bir) ədəd 4098 5844 6041 1877 nömrəli plastik bank kartı və 1 (bir) ədəd elektron tərəzini təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir.Marixuanaya bənzər kütlənin çəkisi 1 kq 510 qram(bir kilo beş yüz on) qram, metanfetaminə bənzər kütlənin çəkisi 506 qram( beş yüz altı) qram, heroinə bənzər kütlənin çəkisi 1 kq 221 qram(bir kilo iki yüz iyirmi bir) qram aşkar olundu. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan 13 mart 2023-cü il tarixli "xxxx"-dan daxil olmuş diskə baxış keşirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılan zaman təqdim etdiyi "xxxx" ASC-yə məxsus 409858**-****1877 saylı plastik kartının Təqsirləndirilən şəxs yəni özünə məxsus olduğu müəyyən edilmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən disk “DVD” formatlıdır.Diskdə bir ədəd mp4 formatlı fayıl vardır, həmin fayıl açıldıqda içərisində xx.xx.2022-ci il tarixdə saat 17:06:06 dəqiqədə X5 istifadəsində olan 409858******6277 nömrəli plastik kartdan 9, 11 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASCyə məxsus 409858******1877 nömrəli plastik kart hesabına göndərmişdir, xx.xx.2022-ci il tarixdə saat 10:26:11 dəqiqədə X2 istifadəsində olan 409858******6277 nömrəli plastik kartdan 300 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASCyə məxsus 409858******1877 nömrəli plastik kart hesabına göndərmişdir, xx.xx.2023-cü il tarixdə 21:37:12 dəqiqədə X7 istifadəsində olan 524375******2196 nömrəli plastik kartdan 25 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASCyə məxsus 409858******1877 nömrəli plastik kart hesabına göndərməsi aşkarlanmışdır. "xxxx"ASC tərəfindən 20 fevral 2023-cü il tarixli HTİD\1455 nömrəli məktubla göndərilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir Cinayət işində olan 13 mart 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş **********30158\**********30156 “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “WA Business” tətbiqi proqramına daxil olduqda +**********50 nömrəsi ilə “Maxamat” adı ilə qeyd edilmiş şəxslə “2 cola alava elə”,“60 cola 10 pati’7‘5 cola 2 pati’7‘5 cola 10 pati”,“Heydər Əliyev sarayından yuxarı qalxanda 46 nömrəli yanında “Karat” hotel otelin yanından Reşid Behbudov tərəfə ikinci ağacı dibində əzilmiş sabraniya paçkası”, “30 kola 8 pati”,“10 kola,7 cola 3 pati” və s. sms və səs yazıları aşkar edİlmişdir.Bu barədə protokol tərtib edilmişdir. Baxış keçirilən zaman **********30158\**********30156 imeil kodlu “Samsung” markalı mobil telefon aparatından iş üçün əhəmiyyət kəsb etdiyindən səs və sms yazıları foto və audio formatında DVD diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Baxış videoçəkiliş aparılmaqla hayata keçirilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 6/182 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd ağ rəngli sellofan bağlamada olan;-üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən... ” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,001 qram, 5,178 qram ümumi təmiz çəkisi 10,179 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.-üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən... ” sözləri, soyad və imzalar qeyd edilmiş ağ rəngli sellofan bağlamada olan bir ədəd bağlamada təmiz çəkisi 1200,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 500,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin və metamfetaminin izləri vardır.heroin və metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heorin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1200,0 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1199,95 qr, metamfetaminin ümumi təmiz çəkisi 510,179 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 510,029 qram. Ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli 7/32 saylı rəyindən məlum olur ki,tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 8,344 qram və ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş’’ sözləri yazılmış sellofan bağlamada bir ədəd sellofan torbada təmiz çəkisi 1505 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-1513,344 qramdır,(1 kq 513,344 qram) Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur.Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Marixuananın ümumi çəkisi 1513,344 qr, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1513,244 qram. Ekspertiza tədqiqatın dəyəri 89 (səksən doqquz) manat Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin məhkəmənarkoloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli 445 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə hallan istisna olunmur.Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində prosfilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinin əldəolunma mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. “AZEMİS” elektron məhkəmə sistemində sorğu edilərək əldə olunan və cinayət işi materiallarına əlavə olunan, qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü, X8 adlı yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 11 yanvar 2023-cü tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 11 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 1199,95 qram çəkidə heroin, 510,029 qram çəkidə metamfetamin, qalıq 1513,244 qram marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi və mənzilə axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD diskin və telefon nomrələrini, bank məlumatlarını, telefon məlumatlarını, səs yazısını əks etdirən 03 ədəd CD diskin və 1 ədəd bank kartının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən ümumi 154 (yüz əlli dörd) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 154 (yüz əlli dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 1199,95 qram çəkidə heroin, 510,029 qram çəkidə metamfetamin, qalıq 1513,244 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi və mənzilə axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD diskin və telefon nomrələrini, bank məlumatlarını, telefon məlumatlarını, səs yazısını əks etdirən 03 ədəd CD diskin və 1 ədəd bank kartının cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar