Məhkəmə qərarları › İş №1(101)-1129/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1129/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1129/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X6 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından külli miqdarda ümumi təmiz çəkisi 1106,19 qram qəhvəyi rəngli, tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 2,074 qram metamfetamin alaraq əldə edib, üzərində və evində saxlayıb, daşımış və daxil olmuş məlumat əsasında 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Nuriyeva küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gətirilmiş və üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən sarı rəngli plastik qabda siqaretin gümüşü kağızma bükülmüş 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,026 qr, 0,014 qr, 0,005 qr, 0,045 qr, 0,027 qr, 0,032 qr, 0,039 qr, 0,026 qr, 0,012 qr, 0,018 qr ümumi təmiz çəkisi 0, 244 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəffaf rəngli qabın içərisində olan şəffaf rəngli sellofanda metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan 2 ədəd üzərində “ddp/40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli və 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı, sol yan cibindən 1 ədəd tərəzini, yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Nuriyeva küçəsi, ev 19 ünvanına baxış zamanı kül qabından 17 (on yeddi) ədəd siqaretin gümüşü və qızıh rəngli kağızma bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,468 qr, 0,411 qr, 0,309 qr, 0,464 qr, 0,223 qr, 0,373 qr, 0,390 qr, 0,410 qr, 0,185 qr, 0,478 qr, 0,317 qr, 0,220 qr, 0,037 qr, 0,205 qr, 0,241 qr, 0,522 qr, 0,537 qr təmiz çəkisi 5,790 qram, 1 ədəd polietilen torbada təmiz çəkisi 1100,4 qram qəhvəyimtil rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd plastik qabdaki təmiz çəkisi 1,830 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 yanvar 2021-ci il tarixdə saat 19 radələrində, Əmircan qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. O da öz növbəsində razılaşmış və Suraxanı RPİnin 31-ci PB-nə getmişdir. Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələrim izah edildikdən sonra dövlət tərəfindən ona təyin olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qeyri-qanuni əşyaların olubolmaması soruşulmuş və olduğu təqdirdə könüllü təqdim etməyi bildirilmişdir. O da əynindəki qara rəngli gödəkçənin sağ yan cibimdən 1 qutu vest siqareti, sarı rəngli plastik qabda 10 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümləri, şəffaf rəngli plastik qabda 2 ədəd kağız parçasında kristal şəkilli narkotik maddə olan metamfetamini və şəffaf rəngli sellofanda 3 ədəd metadon həbi, şəffaf sellofanda 14 ədəd çətənə kolunun toxumunu, qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd tərəzini, göy rəngli cins şalvarının sol yan cibindən 30 manat pulu, Samsung markalı mobil telefonu təqdim etmişdir. Üzərində aşkar edilən narkotik vasitələri İran İslam Respublikası vətəndaşından onlayn şəkildə 300 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa yaşadığı evdə də narkotik maddələrin olduğunu bildirmiş və yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra yaşadığı evə gedərək baxış keçirilmişdir. Evində aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və saxlaması barədə məlumat daxil Suraxanı RPİ-nə məlumat daxil olmuşdur. Həmin məlumat raportla PB-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupunun yaradılması barədə əmr tərtib edilmişdir. 28 yanvar 2021-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs, yaşadığı Əmircan qəsəbəsi, Nuriyev küçəsində saxlanılmış, sonra onun narkotik vasitənin əldə etməsi, saxlaması və qanunsuz dövriyyəsində şübhələnildiyi üçün Suraxanı RPİ-nin 31-ci PB-nə getmişlər. Polis bölməsində xidməti otaqların birində dövlət vəsaiti hesabına təyin olunmuş vəkilinin iştitrakı və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 qutu vest siqareti, sarı rəngli plastik qabda 10 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümləri, şəffaf rəngli plastik qabda 2 ədəd kağız parçasında kristal şəkilli narkotik maddə olan metamfetamini və şəffaf rəngli sellofanda 3 ədəd metadon həbi, şəffaf sellofanda 14 ədəd çətənə kolunun toxumunu, qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd tərəzini, göy rəngli cins şalvarının sağ yan cibindən 30 manat pulu, 2 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik, Samsung markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələri İran İslam Respublikası vətəndaşından onlayn şəkildə 300 manata aldığını və satmaq üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa yaşadığı evdə də narkotik maddələrin olduğunu bildirmişdir. Yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Bundan sonra yaşadığı evə gedilərək baxış keçirilmişdir. Baxış zamanı otaqda olan şkafın üstündən kül qabının içərisində narkotik maddə heroinə bənzər 17 ədəd büküm, digər şkafın içərisindən sellofan torbada olan heroinə bənzər və divanın alt hissəsində olan metamfetaminə bənzər narkotik maddə aşkar edilərək götürülmüşdür. Həmin narkotik maddələr qablaşdırılıb, möhürlə möhürlənmişdir. Sonda isə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imza ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Mhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Rafiq onlarla qonşuluqda yaşamışdır. Ara-sıra evlərinə gəlib qalmışdır. Əvvəllərdə Rafiq məhkumluq həyatı yaşamışdır. 2018-ci ildə azadlığa çıxdıqdan sonra ata həyətlərində olan evində yaşamışdır. Azadlığa çıxdıqdan təxminən 1 il sonra eşitmişlər ki, Rafiq narkotik vasitə istifadə edir. Bundan sonra ona dəfələrlə narkotik vasitə istifadə etməməsini desələrdə o narkotik vasitədən qurtula bilməmişdir. 28 yanvar 2021-ci il tarixdə sonradan eşitmişdir ki, Rafiq polis əməkdaşları tərəfindən narkotik vasitənin istifadəsində və satışında şübhəli olduğu üçün tutulmuş, üzərindən və yaşadığı evdən narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Ənvərəli qızı Şahid5 ifadəsinə uyğun ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, Rafiqin evindən bir kiloqramdan artıq narkotik vasitə olmasına inanmır. 28 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən sarı rəngli plastik qabda olan 10 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümləri, şəffaf rəngli plastik qabda olan 2 ədəd kağız parçasında kristal şəkilli maddə və şəffaf rəngli sellofan da 3 ədəd metadon həbi, şəffaf rəngli sellofanda 14 ədəd çətənə kolunun toxumunu, qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd tərəzini, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “West” siqareti, sağ yan cibindən 30 manat, 2 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik, Samsunq markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş və həmin sarı plastik qabda olan bükümlərin şüşə kimi tanıdığı, şəffaf rəngli plastik qabda olan bükümlərin kakos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitələri onlayn yolla İran İslam Respublikası vətəndaşından 300 manata öz istifadəsi üçün alıb üzərində saxladığını və bəzəndə satdığını bildirmiş, aşkar olunmuş 10 ədəd siqaretin gümüşü kağızından olan büküm, 2 ədəd kağız parçasından olan büküm, 3 ədəd metadon həb, 14 ədəd çətənə kollarının toxumlarına bənzər toxumları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, eləcə də mənzilə baxış istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş iki ədəd videogörüntüyə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. 28 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanına baxış keçirilmiş, otaqda olan dolabın üstündə olan kül qabının içərisindən 17 ədəd büküm və digər dolabın içərisindən 2 qat sellofanda olan tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə və sellofan da narkotik vasitələr olduğunu bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/413 saylı 29 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş ” yazısı olan 3 (üç) ədəd zərfdəki, -17 (on yeddi) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 5,790 qram və 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1100,4 qram qəhvəyimtil rəngli tozşəkilli maddələr kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -1 (bir) ədəd plastik qabdakı təmiz çəkisi 1,830 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Plastik qabdaki metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10 bükümdəki metamfetaminlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. - Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 1106,19 qram(l kq 106,19 qr) təşkil edir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/414 saylı 29 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Təqsirləndirilən şəxs” yazısı olan 2 (iki) ədəd zərfdəki, -10 (on) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,244 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -2 (iki) ədəd üzərində “ddp/40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli və l(bir) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 3 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (bir həbdə 0,04 qr metadon olmaqla). Həblər tərkiblərindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər; -bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı; Cinayət işi üzrə təyin edilmiş amblator məhkəmə-psixiatriya ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 428 saylı 26 fevral 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X8 Şəxsin 01 aprel 2021-ci il tarixli 936 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, küstar üsulla hazırlanmış ümumi çəkisi 1106,19 qram, tədqiqata - 0,37 qram sərf edildikdən sonra qalıq - 1105.82 qram olan narkotik vasitə heroin; -Təmiz çəkisi 2,074 qram təşkil edən tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq 1,874 qram olan kustar üsulla hazırlanmış metamfetamin; -2 (iki) ədəd üzərində “ddp/40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli və 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formah həblər metadon tərkibli dərman preparatı və 3 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla). 3 həbdən 2 həb tədqiqata sərf edildikdən sonra qalıq 1 həb və eyni zamanda 1 ədəd tərəzi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Eləcə də, Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, eləcə də mənzilinə keçirilmiş baxış istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün qismən təsdiqedici ifadələri ilə yanaşı şahid ifadələri, diskə baxış protokolu, ekspertiza rəyləri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 may 2003-cü il tarixli A-0614 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.5, 150.3.3, 29,149.2.3, 29, 149.2.5, 186.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, 26 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 08 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində cəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmiş və onun əməlində əvvəllər xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən cinayətin xüsusi təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin dörddə üçündən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən təyin edilmiş cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1105.82 qram narkotik vasitə heroin, qalıq çəkisi 1,874 qram olan kustar üsulla hazırlanmış metamfetamin, 2 (iki) ədəd üzərində “ddp/40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli və 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formah həblər, metadon tərkibli dərman preparatı və 3 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla). 3 həbdən 2 həb tədqiqata sərf edildikdən sonra qalıq 1 həb və eyni zamanda 1 ədəd tərəzi məhv edilməlidir. İş üzrə evkspertiza xərcləri 316,70 ( üç yüz on altı manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 360 (üç yüz altmış) məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Həsənov Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1105.82 qram narkotik vasitə heroin, qalıq çəkisi 1,874 qram olan kustar üsulla hazırlanmış metamfetamin, 2 (iki) ədəd üzərində “ddp/40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli və 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formah həblər, metadon tərkibli dərman preparatı və 3 ədəd həbdə metadon təsiredici maddəsinin qalıq 1 həb, 1 ədəd tərəzi məhv edilsin. İş üzrə evkspertiza xərcləri 316,70 ( üç yüz on altı manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar