Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1129/2022 27.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi-Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, Dədə Qorqud küçəsi, ev 44-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 28 nömrəli tam orta məktəbin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə birlikdə gördükləri təmir işinə görə sonuncunun mənzil sahibindən aldığı puldan onun payına düşən 71 manat pulu gecikdirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs hər iki qol və qarın nahiyələrindən vuraraq hər iki bazunun 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül, mədə və böyük piyliyin zədələnməsinə səbəb olan qarnın ön divarının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ev təmiri işləri ilə məşğul olur. Ev təmiri ilə əlaqədar iş axtaran zaman 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Alatava 1-də “Qrand” yaşayış kompleksinin qarşısında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Allahverdini birinci dəfə orada görərkən onun əlində ev təmiri alətləri-dekor və şpagel görüb, ev təmiri ustası olduğunu başa düşüb, ona yaxınlaşmış, ona ev təmiri ustası olduğunu və iş axtardığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin yaşayış kompleksində 4 otaqlı mənzili təmir etdiyini bildirmiş və birikdə işləmələrini təklif etmişdir. O da təkliflə razılaşmış və birlikdə həmin mənzili təmir etməyə başlamışlar. Həmin evin təmirindən Allahverdi ona 300 manat pul vermiş, 40 manat borclu qalmışdır. Bundan sonra o, Bərdə rayonunda məcburi köçkün kimi yaşayan valideynlərinin yanına getmiş, təxminən 1 ay orada qalmış, Allahverdi bir neçə dəfə zəng edib Bakıya çağırmış və birlikdə işləməyi təklif etmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Bərdədən Bakıya gəlmişdir. Allahverdinin tapdığı Bakı şəhəri, 28 May metrosunun yaxınlığında yerləşən mənzili birlikdə təmir etmişlər. Ümumiyyətlə, bütün təmir işlərinin qiymətini Allahverdi danışmışdır. Alahverdi ilə sonuncu işi Bakı-Sumqayıt avtomobil yolunun üzərində yerləşən “Ər-Riyad” şəhərciyində olmuşdur. Hadisədən bir ay qabaq “Ər-Riyad” şəhərciyində Allahverdi ilə birlikdə həmin mənzili təmir etmişlər. Allahverdi demişdir ki, həmin mənzilin təmirini 980 manata danışıb. O, onunla həmin mənzildə bir ay müddətində təmir işləri görmüş, ikisi işləyə-işləyə Allahverdi “Rövşən” adlı ustanı da özü ilə gətirmiş və evin təmirində o da onlara kömək etmişdir. İşləyə-işləyə Allahverdi ona 2 dəfə cəmi 50 manat pul vermiş, 225 manat da borclu qalmışdır. O, dəfələrlə Allahverdidən ona düşən 225 manat pulu tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. O, 13 yanvar 2022-ci il tarixdə Allahverdi ilə Maştağa qəsəbəsi Savalan yaşayış massivində görüşmüş və ondan pulunu tələb etdikdə Allahverdi pulu olmadığını, həftənin 1-ci günü verəcəyini bildirmişdir. Allahverdi ona nə qədər pul verməli olduğunu soruşduqda o, 225 manat verməli olduğunu bildirmişdir. Bu zaman Alahverdi ona hesabı düz aparmadığını, 3 nəfər şərikli işlədiklərini bildirmişdir. O isə Allahverdiyə “Bəs dünən deyirdin ki, sizə şərik deyiləm, indi özünü şərik qoşursan?” deyə cavab vermiş və bu səbəblə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı özünə söyüş qoymuşdur ki, sabah pulunu verməsə, onu bıçaqla vuracaq, ondan ayrılıb evə getmişdir. 14 yanvar 2022-ci il tarixdə saat 19 radələrində o, Rövşənlə Savalan yaşayış massivində bir yerdə olarkən Allahverdi Rövşənə zəng edib onu 28 nömrəli məktəbin yanına çağırmış, o da Rövşənlə birlikdə həmin yerə gəlmiş və orada Allahverdi ilə görüşmüşdür. Allahverdi Rövşənə 50 manat pul vermiş, ona dünən özünə söyüş qoyduğunu, pulunu çatdırmazsa, onu bıçaqla vuracağını dedikdə Allahverdi bildirmişdir ki, “Sənin söyüş söyməyinin mənə dəxli yoxdur.” Bundan sonra cibində gəzdirdiyi bıçağı çıxarıb əvvəlcə onun sağ qolundan, sonra isə sol qolundan vurmuşdur. Allahverdi ona tərəf çevriləndə isə bıçaqla bir dəfə onun qarın nahiyyəsindən vurmuşdur. Bıçaq zərbəsindən Allahverdi yerə yıxılmış, sonra ayağa qalxıb qarnını tutatuta yaxınlıqdakı dükana tərəf qaçarkən Rövşən Allahverdiyə çatıb onu həmin dükana aparmışdır. O da hadisə yerindən gəzə-gəzə yola çıxıb tanımadığı yol maşınına minib Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə getmiş və törətdiyi cinayət əməlini etiraf edərək həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 8 ildir ev təmiri işi ilə məşğuldur. 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Alatava 1-də “Qrand ’’Yaşayış Kompleksində ev təmir edərkən, günorta nahara düşəndə binanın qarşısında bir nəfər oğlan əlində dekor və şpagel adlanan alətlər görüb ona yaxınlaşaraq, bir neçə gündür ki, Bakı şəhərinə gəldiyini, ev təmiri ustası olduğunu, iş axtardığını, lakin iş tapa bilmədiyini bildirmişdir. Vahid ilə tanış olduqdan sonra ona təmir etdiyi evdə tavana 200 kv.m üzlük çəkilməli olduğunu, istəyirsə onunla birlikdə işləməsini təklif etmişdir. Vahid onunla razılaşmış və səhəri günü gəlib işə başlamışdır. Vahid təxminən 10 günə 200 kvm tavana üzlük çəkmiş, ev sahibindən 200 manat alıb Nərimanov metrosunun çıxışında pulu Vahidə vermişdir. Bundan təxminən 1 ay sonra Cəmilə adlı qadınla Bakı-Sumqayıt yolunda "Ər-Riyad” Ticarət mərkəzinin yaxınlığında yerləşən 4 otaqdan ibarət evinin divarlarını hər kv. metrini 3 manatdan suvamaq, tavanı isə hər kv.metrini 4 manatdan ağatrmaq işini danışmışdır. Vahidə zəng edib iş tapdığını demiş, o isə Bərdə rayonunda olduğunu bildirmişdir. Həmin gün axşam saat 19 radələrində Vahid rayondan Bakıya gəlmiş, onunla «Koroğlu» metrostansiyasının yanında görüşmüş, danışdığı işi ona demiş və birlikdə işləmələrini təklif etmişdir. Vahid qalmağa yeri olmadığını bildirmiş, həmin gün Savalan yaşayış massvində yaşayan “ İlqar” adlı tanışına zəng edib kirayə ev tapana kimi Vahidin onun evində qalmasını xahiş etmişdir. İlqar onun xahişini nəzərə alıb razılıq vermiş, həmin gün Vahidi özü ilə Savalan yaşayış massivinə aparıb İlqarla görüşdürmüş və həmin gecə o İlqarın evində qalmışdır. Səhəri gün Vahidlə birlikdə “Ər-Riyad” ticarər mərkəzinin yanında yerləşən təmir üçün danışdığı evə getmişlər, onunla birdə 20 günə yaxın həmin evdə işləyərək 250 kv.m suvaq vurmuşlar. Ev sahibi Cəmilə xanımdan 750 manat alıb Vahidlə yarı bölmüşlər, evin tavanını vurmaq üçün “Rövşən” adlı tanış ustanı çağırmışdır ki, onlara kömək etsin. O, Vahid və Rövşən 1 həftəyə tavanı ağartmışlar, lakin xırda-para işlər qalmışdır. Tavanı qurtarmamış Vahid ona pul lazım olduğunu bildirmişdir. Evin sahibi Cəmilə ona 200 manat pul verərək qalan 160 manatı da evi təhvil verəndən sonra verəcəyini bildirmişdir. Həmin 200 manat puldan 60 manatı Rövşənə, 70 manatı isə Vahidə vermiş, 70 manatı özü götürmüşdür. Vahidə və Rövşənə xırda işləri görmələrini tapşırıb, 28 Mayda ev tapdığını, gedib ev sahibi ilə danışmasını bildirmişdir. 2022-ci ilin yanvar ayının təxminən 11-da gedib evə baxmış, evdə hər kv.m 4 manatdan olmaqla 150 kv.m alçipan vurmaq işini danışmışdır. 13 yanvar 2022-ci ildə “Babaş” adlı fəhlə ilə həmin evdə işləmiş, səhəri gün Babaş anasını xəstəxanaya apardığı üçün işə gəlməmiş, həmin günü özü tək işləmişdir. Rövşən ona zəng edərək onlara pul lazım olduğunu dedikdə cəmi 50 manat pul olduğunu, həmin pulu Vahidlə aralarında bölmələrini, həftənin 1-ci günü ev sahibindən pulu alıb qalanını verəcəyini bildirmişdir. 14 yanvar 2022-ci il tarixdə saat təxminən 18 radələrində Vahid ona mesaj yazıb ev sahibindən pulu alıb-almadığını soruşarkən pulu hələ almadığını bildirmişdir. Sonra Rövşənin istifadəsində olan mobil telefona zəng edib pulu almadığını, özündə olan 50 manat pulu verib Vahidlə aralarında bölmələrini, qalan pulu həftənin 1-ci günü alanda verəcəyini bildirmişdir. Rövşən bildirmişdir ki, hava soyuqdur, onların evinin yanında görüşməyi təklif etmişdir. 28 nömrəli məktəbin yanında marşrutdan düşərkən Rövşənin Vahidlə birlikdə gəldiyini görmüşdür. Birinci Rövşən ona yaxınlaşıb “Pul nə oldu?” deyə soruşarkən, ona 50 manat pulu verib aralarında bölmələrini, danışdıqları kimi həftənin 1-ci günü Cəmilədən pulu alanda qalanını da verəcəyini bildirmişdir. Rövşənlə danışanda Vahid 2-3 metr arxada dayanmış, ona “Niyə yaxın gəlmirsən?” deyə soruşduqda, “Heç nə" deyə cavab vermişdir. Rövşən təxminən 10 metr aralaşandan sonra dönüb evə tərəf getmək istəyərkən qəfildən sağ qoluna nəsə dəymiş, elə bilmişdir ki, kimsə zarafatla qolundan yumruqla vurmuşdur. Çevrilib qolunu tutanda Vahid ikinci dəfə sol qolundan vurmuşdur. Yenə də Vahidin onu bıçaqla vurmasını bilməmişdir. Sonra Vahid üçüncü dəfə qarın nahiyyəsindən vuranda onu bıçaqla vurduğunu bilmişdir. Ağrıdan qışqıranda Rövşən yaxınlaşıb, Vahiddən “Sən nə etdin ki, Allahverdi qışqırır” deyə soruşarkən Vahid onu bıçaqladığını bildirmişdir. Sonra Vahid qaçıb getmiş, Rövşən onu 30- 40 metr kənarda yerləşən mağazaya aparmışdır. Mağazanın sahibi Amil telefonla atasına zəng edib çağırmış, atası gələndən sonra Amil öz maşını ilə onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, onun Vahidə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Həmin şəxsin Vahid kimi adını 2022-ci ilin yanvar ayının 14-də qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs eşitmişdir. 14 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşadığı evin yaxınlığında yolun kənarında durarkən Rövşənin Allahverdinin qolundan tutub gətirdiyini görmüşdür. Allahverdi də böyrünü tutmuşdur. Yaxınlaşanda Allahverdinin qarın nahiyəsindən qan axdığını görüb, ondan nə baş verdiyini soruşmuşdur. Allahverdi, onu tanışı Vahid bıçaqla vurduğunu demişdir. Bundan sonra Rövşənlə birlikdə Allahverdini maşına mindirmişlər. Zərərçəkmiş şəxs öz mobil telefonu ilə atası Şahid2 zəng etmişdir. O, Allahverdinin atası ilə telefonla danışmışdır. Bu zaman ona oğlunun bıçaqla vurulduğunu və özünü tez çatdırmasını bildirmişdir. Bundan sonra atası gələrək Allahverdini xəstəxanaya çatdırmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Hilal oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində oğlu Zərərçəkmiş şəxs yanında evlərində görmüşdür. Bildiyinə görə Bərdə rayon sakinidir. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində kirayədə yaşamaqla bir neçə aydır ki, oğlu Zərərçəkmiş şəxs yanında köməkçi usta işləmişdir. Oğlu Allahverdi ilə Vahidlə aralarında heç bir narazılıq və ziddiyət olmasını eşitməmişdir. 14 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində evdə oturub televizora baxarkən oğlu Allahverdinin mobil telefonundan ona zəng gəlmiş, Allahverdinin onunla telefonda güclə danışdığını eşidib, nə baş verdiyini soruşmuş, lakin oğlu Allahverdi telefonda onun suallarına cavab verə bilməmiş, telefonu Amil adlı şəxsə vermişdir. Amil adlı həmin şəxs telefonda bildirmişdir ki, Allahverdi uşaqlarla dalaşıb, tez özünü 28 nömrəli tam orta məktəbin yanına çatdır. Dərhal evdən çıxıb, məktəbin yanına getmiş, ora çatanda Allaverdinin avtomobilin arxa oturacağında əyləşdirdiklərini görmüşdür. Amil adlı həmin şəxsdən Allahverdini xəstəxanaya çatdırmasını xahiş etmiş, Amilin idarə etdiyi avtomobillə Allahverdini 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, Allahverdi dərhal cərrahiyyə əməliyyatına götürülmüşdür. Oğlu Allahverdi özünə gəldikdən sonra ondan nə baş verdiyini soruşduqda xəstəxanada ona danışmışdır ki, Vahidlə birlikdə usta kimi işləmişlər, Vahid iddia etmişdir ki, guya ona 71 (yetmiş bir) manat pul borcludur. Halbuki, Vahid oğlu Allahverdidən görmədiyi işə görə həmin pulu istəmişdir. Buna görə onların aralarında söz-söhbət olub və Vahid Allahverdini 28 nömrəli məktəbin yaxınlığında gözləmədiyi anda üzərindən bıçaq çıxararaq, üç bıçaq zərbəsi ilə hər iki qol və qarın nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Allahverdi bıçaq zərbəsinin ağırısına qışqırarkən səsinə Rövşən adlı iş yoldaşları geri qayıdıb onlara yaxınlaşmış, Vahidin özü Rövşənə Allahverdini bıçaqladığını deyib oradan qaçıb uzaqlaşmışdır. X10 adlı şəxsin mağazasına aparmışdır. Hadisə baş verərkən orada özlərindən başqa heç kəs olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Vahid oğlu Allahverdini bıçaqlayandan sonra özü Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə getmiş, Allahverdini bıçaqla vurduğunu etiraf edərək həmin bıçağı təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022ci il tarixli, 219 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs mədə və böyük piyliyinin zədələnməsinə səbəb olan qarnın ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, hər iki bazunun 2 (iki) ədəd (cəmi 3 ədəd) deşilmiş- kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, blçaqla yetirilə bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il trixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən mədə və böyük piyliyin zədələnməsinə səbəb olan qarnın ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükləli olan sağlamlığa ağir zərərvurmaya; hər iki bazunun 2(iki) ədəd deşilmiş-kəsilmiş yaralari isə ümumilikdə və hər biri ayri-ayriliqda sağlamliğin qisa müddətə pozulmasina səbəb olan sağlamliğa yüngül zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş ’’Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 72/2022- MTBŞ saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs Mıtləb oğlunun ABO sistemi üzrə qan qrupu 0/1/-dür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Mıtləb oğluna məxsus sviter və 01 ədəd bçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigendi alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0/1/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi”Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 56 /MTKŞ/ 2022 saylı rəydə göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində solda bir ədəd, sol qolun ön səthində bir ədəd, sağ qolun arxa səthndə bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdirlər. Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində solda, bir ədəd, sol qolun ön səthində, sağ qolun arxa səthndə olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş üzrə təyin edilmiş X1 xx.xx.2022-ci il tarixli 449 saylı rəyilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, onları idarə etmək barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cinayət əməlinin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan ödənilmişdir barışmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən peşiman olub səmimi etirafedici ifadə verməsi, babası X4 və əmisi Təqsirləndirilən şəxs Qara oğlunun birinci Qarabağ müharibəsində Şuşanın işğalı zamanı şəhid olmaları, özünün 2016-cı il aprel döyüşlərinin iştirakçısı olması, qardaşı X5 44 günlük vətən müharibəsində yaralnaraq qazi olması və “Fizulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, babası və əmisinin birinci Qarabağ müharibəsində Şuşanın işğalı zamanı şəhid olmaları, özünün 2016-cı il aprel döyüşlərinin iştirakçısı olması, qardaşının 44 günlük vətən müharibəsində yaralnaraq qazi olması və “Fizulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan mərumetmə cəzasının əvvəli onun faktiki tutulduğu gündən yəni 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar; - Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd poluver və 02 qram şpris vasitəsilə çəkilmiş qan nümunəsi məhv edilməlidir. - 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar; - Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd poluver və 02 qram şpris vasitəsilə çəkilmiş qan nümunəsi məhv edilin. -01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1129/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1129/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver