Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-113/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 14 : 40 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs5, Salyamova (Həsənli) Elvira Faridovnanın, onların nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X13 iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 186.1 və 221.3-cü maddələri ilə, xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, B. Məmmədov küçəsi, dalan 1, ev 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 48-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2la səmimi dostluq münasibətləri yaratdıqdan sonra dostu X26 və “Vivien” adlı Çin Xalq Respublikasının vətəndaşı ilə əvvəllər birgə qurduğu uğursuz iş birliyi ilə əlaqədar yaranan borcuna görə sonuncunun X7 Dubay şəhərində hüquq-mühafizə orqanlarına şikayət etməsi, həmin şikayətlə bağlı onun barəsində cinayət təqibinin başlanılaraq İnterpol xətti ilə beynəlxalq axtarışa elan edilməsi, guya axtarışın ləğvi üçün 50000 (əlli min) manat pul verməyəcəyi halda həbs olunacağı ilə hədələnməsi barədə Zərərçəkmiş şəxs2 yalandan danışıb gileylənməklə zərərçəkmiş şəxsdə özünə qarşı mərhəmət duyğusu yaradaraq tezliklə pulunu geri qaytaracağını yalan vəd edib aldatmaqla problemlərini həll etmək adı ilə 2018ci ilin aprel ayında ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 33000 (otuz üç min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 ilə səmimi dostluq münasibətləri yaratdıqdan sonra X7 Dubay şəhərində olan bank hesabında ******* (bir milyon beş yüz min) ABŞ dolları məbləğində pulunun olmasını, həmin vəsaiti nağdlaşdıraraq bankdan götürə biləcəyi halda Dubay şəhərinin mərkəzində, dəbdəbəli həyat tərzi sürən sakinlərin məskunlaşdığı ərazidə böyük mağaza icarəyə götürməklə orada qızıl-zinət əşyalarının topdan satışı ilə məşğul olaraq külli miqdarda qazanc əldə etməsinin mümkün olmasını, lakin barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətlə əlaqədar həmin ölkəyə sərbəst girişinə məhdudiyyət tətbiq edilməsini əsas gətirməklə onu çətin maddi durumdan çıxaracağı təqdirdə nəzərdə tutduğu biznes planını həyata keçirdikdən sonra Zərərçəkmiş şəxs1 ******* (bir milyon) ABŞ dolları məbləğində pul verəcəyini yalandan deyib aldadaraq sərhədkeçməsinə qoyulmuş məhdudiyyətin götürülməsi, aviabilet alıb Dubay şəhərinə gedərək orada bir neçə ay ərzində müvəqqəti məskunlaşması üçün kirayəyə mənzil tutması, bankda saxlanılan pulunun çıxarılması üçün digər zəruri xərclərin qarşılanması bəhanəsi ilə 2018-ci ilin iyun ayında ayrı-ayrı tarixlərdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Mirage” çay evində 30000 (otuz min) ABŞ dolları, ünvan 3 ünvanın qarşısında 1200 (min iki yüz) ABŞ dolları və Bakı şəhəri, Xəzər rayonu, X22 Aeroportu, 1 nömrəli terminalın qarşısında 1800 (min səkkiz yüz) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 56100 (əlli altı min yüz) manat təşkil edən 33000 (otuz üç min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş maliyyə dövriyyəsinə malik fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib X7 Dubay şəhərində yaşayan “Vivien” adlı Çin Xalq Respublikası vətəndaşı ilə iri miqyaslı biznes əlaqələrinin olması barədə danışmaqla bu əlaqələr zəminində Vivienə yaranmış pul borcu ilə əlaqədar verilən şikayət əsasında onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməsini, bu səbəbdən müvəqqəti olaraq həmin ölkəyə girişinə məhdudiyyət tətbiq edilməsini bəhanə edib qeyd edilən problemin həll ediləcəyi təqdirdə Zərərçəkmiş şəxs5 özü ilə birlikdə X7 Dubay şəhərinə aparacağını, orada fəaliyyət göstərən şirkətində köməkçisi kimi işə düzəldərək hər ay 3000 (üç min) ABŞ dolları məbləğində daimi maaş verəcəyini, habelə iki ay ərzində Bakı şəhəri ərazisində yeni və təmirli mənzillə təmin edəcəyini Zərərçəkmiş şəxs5 yalandan vəd edib aldatmaqla 2019-cu ilin avqust ayında faktiki olaraq sonuncuya məxsus olan ünvan 5 ünvanında yeni inşa edilmiş hündürmərtəbəli yaşayış binasında 69,1 kvadrat metr sahəyə malik 121 nömrəli təmirsiz mənzilin satılmasına nail olduqdan sonra ünvan 6 ünvanında fəaliyyət göstərən “Metropark” ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsində Zərərçəkmiş şəxs5 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 61200 (altmış bir min iki yüz) manat təşkil edən 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 09 iyul 2019-cu il tarixdə birgə nikaha daxil olduğu arvadı Zərərçəkmiş şəxs7 qarşısında özünü fərdi sahibkar, işgüzar və etibarlı həyat yoldaşı kimi qələmə verib X7 Dubay şəhərində qızılzinət əşyalarının tədarükü və satışı ilə məşğul olan yeni şirkət yaratmaq niyyətində olduğunu deyərək bu məqsədlə həmin dövlətdən satış çekləri almaq, şirkətin bank hesabına depozit yatırımı etmək üçün pul vəsaitinin lazım olmasını bəhanə etməklə qeyd edilən “biznes lahiyəsi”ni realizə edəcəyi halda külli miqdarda qazanc əldə ediləcəyi və bu yolla Zərərçəkmiş şəxs5 və qeyrilərinə olan pul borclarını qaytaracağını, habelə əldə olunacaq qazanc hesabına iki ay ərzində Bakı şəhəri ərazisində daha böyük sahəyə malik yeni təmirli mənzil alacağını Zərərçəkmiş şəxs7 yalandan vəd edib aldadaraq 2019-cu ilin oktyabr ayının əvvəllərində sonuncunun birgə nikahdan əvvəl əldə etməklə faktiki özünə məxsus olan ünvan 7 ünvanında yerləşən 251 nömrəli mənzilin satılmasına nail olub Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinin ofisində mənzilin satışından əldə olunmuş pul vəsaitindən 55000 (əlli beş) manat məbləğində pulu Zərərçəkmiş şəxs7 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının vətəndaşı olan tanışı Zərərçəkmiş şəxs2 özünə məxsus “BMW X5” markalı, 10GR484 dövlət qeydiyyat nişanlı minik avtomobili üçün yeni mühərrik almaq istəməsi barədə məlumat əldə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində fəaliyyət göstərən “Ştutqart” mağazalar şəbəkəsinə aid ticarət obyektinin yaxınlığında yerləşən Şahid17 işlətdiyi avtomobil ehtiyat hissələrinin satışı mağazasında “BMW X5” markalı avtomobillər üçün nəzərdə tutulan yeni mühərrikin olmasını Zərərçəkmiş şəxs2 bildirib 5000 (beş min) manat ödəyəcəyi halda həmin mühərrikin sonuncuya satılmasını təmin edəcəyi barədə guya “sərfəli təklif” etməklə əsl həqiqətdə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq bu adla 2020-ci ilin mart ayı ərzində ünvan 1 ünvanının qarşısında 3000 (üç min) manat pulu şəxsən Zərərçəkmiş şəxs2, 2000 (iki min) manat pul vəsaitini isə özünün həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə Lənkəran rayonu, Digah kəndində almış və cinayətkar niyyətini pərdələmək üçün həmin ərəfədə mühərriki Zərərçəkmiş şəxs2 təhvil verərək bir neçə gün sonra aldığı pulu Şahid17 vermədiyini Zərərçəkmiş şəxs2 etiraf edib mühərrik sahibinin onun barəsində polisə şikayət etdiyini yalandan bildirməklə avtomobil mühərrikini geri götürmüş və nəticədə Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə guya müştərək biznes fəaliyyəti qurmaq adı ilə yaxınlaşdığı tanışı Zərərçəkmiş şəxs1 X6 Azərbaycan Respublikasına konteynerlə “BMW” markalı avtomobillərin işlənmiş ehtiyat hissələrini gətirməklə onların satılması nəticəsində bir konteynerə görə ümumilikdə 10000 (on min) ABŞ dolları məbləğində mənfəət əldə olunacağı və qazancın 5000 (beş min) ABŞ dollarından ibarət hissəsini, yəni yarısını sonuncuya verəcəyini yalandan vəd edib aldadaraq 17 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanın qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 51000 (əlli bir min) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 özünü işgüzar şəxs kimi təqdim edib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsində sonuncunun və qeyrilərinin barəsində qaçaqmalçılıq faktı ilə bağlı ibtidai istintaqı aparılan cinayət işi üzrə Rusiya Federasiyasından gətirilərək Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qəsdən keçirilən külli miqdarda dəyərə malik “İphone” və “Samsung” markalı mobil telefonların müvafiq saxlanc yerindən, həmin əşyaları gömrük nəzarətindən keçirməyə cəhd edən yük nəqliyyat vasitəsinin isə müvəqqəti duracaqdan çıxarılaraq qaytarılacağı, habelə törətdikləri cinayətə görə barələrində cinayət təqibi aparılan şəxslərin cinayət məsuliyyətindən azad ediləcəyi barədə yalan vəd verib aldatmaqla bu adla 2020-ci ilin avqust ayında ünvan 8 ünvanında yerləşən kafedə 15000 (on beş min) ABŞ dolları və bir neçə gün sonra Lənkəran rayonu, Şiləvar kəndində 15000 (on beş min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 51000 (əlli bir min) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs8 vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 İran İslam Respublikasında istehsal edilən qaz sobalarının münasib qiymətə topdan və pərakəndə satışını həyata keçirən tanışının olmasını bildirib həmin şəxsdən cəmi 13000 (on üç min) ABŞ dolları dəyərində qaz sobalarını almaqla onları Lənkəran şəhəri ərazisində tanıdığı şəxslərə qısa müddət ərzində sataraq nəticədə hər birinə 1000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəkləri barədə “sərfəli biznes” təklifi edib özünə inandıraraq bu məqsədlə 5000 (beş min) ABŞ dolları pul veriləcəyi halda çatışmayan 8000 (səkkiz min) ABŞ dolları pulu guya şəxsi büdcəsindən əlavə edərək alqı-satqını həyata keçirəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldatmaqla 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində, “2” nömrəli sırada yerləşən mağazanın qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 İran İslam Respublikasında istehsal edilən qaz sobalarının münasib qiymətə topdan və pərakəndə satışını həyata keçirən tanışının olmasını bildirib həmin şəxsdən 10000 (on min) ABŞ dolları dəyərində qaz sobası almaqla qısa müddət ərzində tanıdığı şəxslərə sataraq nəticədə 6000 (altı min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyinə və bu yolla sonuncuya olan borcunu qismən ödəyəcəyinə dair yalan vəd verib aldatmaqla 2020ci ilin oktyabr ayında ünvan 10 ünvanda yerləşən “Zəfəran” aptekinin qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb həmin vəsaitlər hesabına İran İslam Respublikasının vətəndaşı X54 Doustalının işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Karvan” ticarət mərkəzindəki A4 sırası, 468 nömrəli saxlanc anbarından qaz sobalarını alıb Lənkəran rayonu, Şürük kəndində yerləşən “Sevgil” cehizlik mağazasının sahibinə satıb qazanc əldə etsə də, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 məxsus 17000 (on yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs4 ilə səmimi dostluq münasibətləri yaratmış, 2020-ci ilin aprel ayı ərzində avtomobil ehtiyat hissələrinin satılması və müştərək qazanc əldə edilməsi ilə bağlı qarşılıqlı biznes əlaqəsinə daxil olaraq həmin ərəfədə iş birliyi ilə əlaqəli vəd etdiyi bütün işləri görüb bu yolla “sözündə bütövlüyünü” nümayiş etdirdikdən və nəticədə Zərərçəkmiş şəxs4 inamını qazandıqdan sonra 2020-ci ilin yay ayının sonlarında X6 Azərbaycan Respublikasına pulunun hissəhissə ödənilməsi şərti ilə böyük həcmdə “BMW” markalı avtomobillər üçün nəzərdə tutulan işlənmiş ehtiyat hissələrinin gətirilməsi üçün əlverişli fürsətin yaranmasını bəhanə edib, qeyd edilən alqı-satqının baş tutacağı halda yüksək gəlir əldə olunacağı barədə yalan vəd verərək aldadıb bu adla 2020-ci ilin avqust ayından noyabr ayına kimi olan müddət ərzində ünvan 11 ünvanında yerləşən “Qədir-Xum” adlı “BMW” avtomobil ehtiyat hissələrinin satışı məntəqəsində Zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 166600 (yüz altmış altı min altı yüz) manat təşkil edən 98000 (doxsan səkkiz min) ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 01 fevral 2021-ci il tarixdə saat 19 radələrində tanışı Zərərçəkmiş şəxs1 mobil telefonla zəng edərək görüşməyi və söhbət etməyi təklif edib Bakı-Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində fəaliyyət göstərən “Mandarin” kafesinin 1 nömrəli kabinetində görüşərək sonuncu ilə birlikdə qida və spirtli içki qəbul etmiş, saat 23 radələrində həmin görüş yerinə digər tanışları Zərərçəkmiş şəxs4 və Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 gəldikdən sonra davam edən söhbət zamanı o, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan masanın üzərindən götürdüyü silah qismində istifadə olunan süfrə bıçağı ilə Zərərçəkmiş şəxs1 zərbə endirib sağlamlığına zərər vurmağa cəhd etsə də, buna nail olmadıqda hüquqazidd hərəkətlərini davam etdirərək ictimai yer hesab edilən kafenin iş fəaliyyətini, habelə orada istirahət edən müştərilərin rahatlığını pozaraq səbəbsiz yerə ucadan qışqırmağa başlayıb səs-küy salmaqla, eyni zamanda öz bədənini gah kabinetin divarlarına, gah əşyalarına, həyətə çıxdığı zaman isə yer örtüyünə qəsdən çırpmaqla özünə fiziki ağrılar yetirib yerə sərilmiş, bu yolla görüş iştirakçıları tərəfindən guya qəsdən döyülməsini səhnələşdirərək ətrafına çoxlu sayda adamların yığılmasını təşkil etdikdən sonra qəfildən ayağa qalxaraq ictimai təhlükəli əməllərini davam etdirməklə həmin gün görüş yerinə gələrkən özünün idarə etdiyi, dostu Zərərçəkmiş şəxs3 məxsus “BMW 760İ” markalı, 99UF303 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sükanı arxasına əyləşib özünün idarə etmə hüququ olmadan idarə etdiyi həmin mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək avtomobili hərəkətə gətirmiş, hamının gözü qarşısında özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı digər şəxslərdən üstün tutub ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaq məqsədi ilə həmin anda qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “BMW 540” markalı, 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilə, bundan dərhal sonra isə geriyə doğru hərəkət etdirib arxa tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “AUDİ-Q7” markalı, 10CT050 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmaqla hər üç nəqliyyat vasitəsini qəsdən zədələyib “BMW 760İ” markalı, 99UF303 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 xeyli miqdarda 15572 (on beş min beş yüz yetmiş iki) manat məbləğində, “AUDİ-Q7” markalı, 10CT050 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9419 (doqquz min dörd yüz on doqquz) manat məbləğində, “BMW 540” markalı, 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 1630 (min altı yüz otuz) manat məbləğində maddi ziyan vurduqdan sonra idarə etdiyi avtomobili dayandırıb nəqliyyat vasitəsini tərk edərək hadisə yerindən piyada qaçmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq etmiş və özgənin əmlakını qəsdən zədələməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dostluq və işgüzar münasibətlərdə olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında X7 Dubay şəhərində yaşayan “Vivien” adlı Çin Xalq Respublikası vətəndaşına təxminən 600000 (altı yüz min) ABŞ dolları məbləğində pul borcunun 80000 (səksən min) ABŞ dollarından ibarət hissəsi qismən ödənildikdən və nəticədə bu yolla həmin ölkəyə girişinə tətbiq edilmiş məhdudiyyət götürüldükdən sonra Zərərçəkmiş şəxs6 həmin şəhərdə qızıl-zinət əşyalarının satışı sahəsində fəaliyyət göstərən şirkətinin satışdan əldə olunan gəlirinə pay sahibi edəcəyinə, Dubayda işləyən əslən hindistanlı tanışlarına ilkin olaraq 10%, yəni 120000 (yüz iyirmi min) ABŞ dolları ödəməklə onlardan ******* (bir milyon iki yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alıb satışını həyata keçirərək borclu qalacağı hissəni xüsusi zəmanət-möhlət qəbzlərinin hesabına hissə-hissə dörd ay ərzində ödəyəcəyi, yüksək mənfəətli, habelə səmimi və dürüst münasibətlərə söykənən iş birliyi quracaqlarına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib iş birliyinin həqiqiliyinə inandırmaq məqsədi ilə öncədən cinayətkar sövdələşmədə olduğu Təqsirləndirilən şəxs2 verdiyi tapşırıq əsasında sonuncu Zərərçəkmiş şəxs6 Dubay şəhərində şəxsən qarşılayaraq zərgərlik məmulatlarının satışı ofisinə, həmçinin, “Vivien” adlı Çin Xalq Respublikası vətəndaşına olan borcla bağlı görüşlərə apardığı üçün Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin etibarını qazanmağa nail olmuş, daha sonra Təqsirləndirilən şəxs1 bu adla 22 aprel 2021-ci il tarixdə ünvan 12 ünvanında yerləşən “Magnit” mağazasının qarşısında 90000 (doxsan min) ABŞ dolları və 23 aprel 2021-ci il tarixdə eyni ünvanda 70000 (yetmiş min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 272000 (iki yüz yetmiş iki min) manat təşkil edən 160000 (yüz altmış min) ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini sonuncunun qardaşı Şahid10 alıb ələ keçirməklə cinayəti pərdələmək və həqiqi niyyətini ört-basdır etmək məqsədi ilə həmin vəsaiti yalandan borcunu qaytarmaq adı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə Dubay şəhərinə göndərərək Təqsirləndirilən şəxs2 çatdırılmasını təşkil etmiş, bir gün əvvəl “Vivien” adlı Çin Xalq Respublikasının vətəndaşı pulu qəbul etməkdən və bu məqsədlə birlikdə polis şöbəsinə getməkdən imtina etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək niyyətində olduğu üçün bu barədə Zərərçəkmiş şəxs6 xəbərdar etməyib guya həmin gün maddi ziyanın həqiqətən də “Vivien” adlı şəxsə ödəniləcəyini Təqsirləndirilən şəxs2la əlbir olub səhnələşdirərək bu məqsədlə Zərərçəkmiş şəxs6 özünə məxsus olan və həmin ərəfədə Zərərçəkmiş şəxs5 əl çantasında saxlanılan 160000 (yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaiti ilə birlikdə Dubay şəhərində istintaqa dəqiq məlum olmayan ünvanda yerləşən polis şöbəsinə aparılmasını, polis şöbəsindəki xidməti otaqların birində pulun Zərərçəkmiş şəxs5 aid əl çantasından çıxarılaraq başqa çantaya yerləşdirilməsini, şöbədən çıxarkən isə içərisi boş olan çantanı geri qaytarılıb guya pulun tam şəkildə “Vivien” adlı Çin Xalq Respublikası vətəndaşı tərəfindən qəbul edilməsi barədə zərərçəkmiş şəxsə yalan məlumat verilməsini Təqsirləndirilən şəxs2 vasitəsi ilə təşkil etməklə vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 272000 (iki yüz yetmiş iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dostluq və işgüzar münasibətlərdə olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək X7 Dubay şəhərində sonuncunun köməkliyi ilə icarəyə götürdüyü yeni buraxılışlı “Mercedes-Benz S class 500 AMG” markalı, “w 95904” dövlət qeydiyyat nişanlı minik avtomobilinin, habelə şəhərin məşhur “Marin” rayonundakı göl mənzərəli mənzilin guya ona məxsus olması barədə Zərərçəkmiş şəxs6 yalan məlumat verib maddi cəhətdən geniş imkanlara malik olması və dəbdəbəli həyat tərzi sürməsi barədə təəssürat yaratdıqdan sonra tanışı olan hindistanlı sahibkara 100000 (yüz min) ABŞ dolları pul ödəmək şərti ilə 400000 (dörd yüz min) ABŞ dolları dəyərində brilyant qaşlar alınacağı və onların satılmasından yüksək gəlir əldə olunacağı barədə Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatmaqla, vahid cinayətkar niyyətdən çıxış edərək bu adla Təqsirləndirilən şəxs1 24 may 2021-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Aura” şadlıq sarayının qarşısında şəxsən Zərərçəkmiş şəxs6 dayısı Şahid8 80000 (səksən min) ABŞ dolları və eyni vaxtda cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 X7 Dubay şəhərində istintaqa dəqiq məlum olmayan ünvanda şəxsən Zərərçəkmiş şəxs6 özündən 20000 (iyirmi min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini alıb ələ keçirdikdən sonra “işgüzar razılaşma”nın həqiqiliyini Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında səhnələşdirərək şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər şəxsi ofisə dəvət edib həmin şəxsi, haqqında danışdığı hindistanlı sahibkar kimi təqdim etməklə brilyant kimi bildirilən qaşların təhvil alınaraq əvəzində 100000 (yüz min) ABŞ dolları məbləğində pulun həmin şəxsə verilməsini Təqsirləndirilən şəxs2 vasitəsi ilə təşkil etmiş, bunun ardınca guya brilyant qaşları Bakı şəhərinə göndərmək məqsədi ilə onun tapşırığı əsasında ofisə gələn beynəlxalq yükdaşıma şirkətinin şəxsiyyəti istintaqa məlum olmayan “Mahir” adlı əməkdaşı qaşları ofisdə təhvil alıb getdikdən, habelə gözünün qarşısında baş verən bu prosesləri görüb iş birliyinin həqiqiliyinə inanmış Zərərçəkmiş şəxs6 arxayın şəkildə Dubay şəhərini tərk etdikdən sonra “Mahir” adlı həmin şəxs Təqsirləndirilən şəxs1 tapşırığı ilə yenidən ofisə qayıdaraq qaşları Təqsirləndirilən şəxs2 geri təhvil vermiş, eyni zamanda həmin hindistanlı sahibkar ofisə gəlib qaşları geri alaraq 100000 (yüz min) ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs2 geri qaytarmış, beləliklə də, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 170000 (yüz yetmiş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dostluq və işgüzar münasibətlərdə olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun X7 Dubay şəhərində yaşayan “Vivien” adlı Çin Xalq Respublikası vətəndaşına olan pul borcu qismən ödənildikdən və nəticədə ölkəyə girişinə tətbiq edilmiş məhdudiyyət götürüldükdən sonra yüksək mənfəətli, habelə səmimi və dürüst münasibətlərə söykənən iş birliyi quracaqlarına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib sözlərinin həqiqiliyinə inandırmaq məqsədi ilə öncədən cinayətkar sövdələşmədə olduğu Təqsirləndirilən şəxs1 tapşırığı əsasında Zərərçəkmiş şəxs6 Dubay şəhərində şəxsən qarşılayaraq zərgərlik məmulatlarının satışı ofisinə, həmçinin Vivienə olan borcla bağlı görüşlərə apardığı üçün zərərçəkmiş şəxsin etibarını qazanmağa nail olmuş, daha sonra Təqsirləndirilən şəxs1 bu adla 22 aprel 2021-ci il tarixdə ünvan 12 ünvanında yerləşən “Magnit” mağazasının qarşısında 90000 (doxsan min) ABŞ dolları və 23 aprel 2021-ci il tarixdə eyni ünvanda 70000 (yetmiş min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 272000 (iki yüz yetmiş iki min) manat təşkil edən 160000 (yüz altmış min) ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini sonuncunun qardaşı Şahid10 alıb ələ keçirməklə cinayəti pərdələmək və həqiqi niyyətini ört-basdır etmək məqsədi ilə həmin vəsaiti yalandan borcunu qaytarmaq adı ilə Dubay şəhərində təhvil almış, bir gün əvvəl “Vivien” adlı Çin Xalq Respublikasının vətəndaşı pulu qəbul etməkdən və bu məqsədlə birlikdə polis şöbəsinə getməkdən imtina etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək niyyətində olduğu üçün bu barədə Zərərçəkmiş şəxs6 xəbərdar etməyib guya həmin gün maddi ziyanın həqiqətən də “Vivien” adlı şəxsə ödəniləcəyini Təqsirləndirilən şəxs1 ilə əlbir olub səhnələşdirərək bu məqsədlə Zərərçəkmiş şəxs6 özünə məxsus olan və həmin ərəfədə Zərərçəkmiş şəxs5 əl çantasında saxlanılan pul vəsaitləri ilə birgə Dubay şəhərində istintaqa dəqiq məlum olmayan ünvanda yerləşən polis şöbəsinə aparılmasını təşkil edib polis şöbəsindəki xidməti otaqların birində olarkən pulu Zərərçəkmiş şəxs5 aid əl çantasından çıxararaq öz əl çantasına yerləşdirməklə şöbədən çıxdıqda içərisi boş olan çantanı geri qaytarıb guya pulun tam şəkildə “Vivien” adlı Çin Xalq Respublikası vətəndaşı tərəfindən qəbul edilməsi barədə zərərçəkmiş şəxsə yalan məlumat verib vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 272000 (iki yüz yetmiş iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dostu və işgüzar münasibətlərdə olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək X7 Dubay şəhərində icarəyə götürdüyü yeni buraxılışlı “Mercedes-Benz S class 500 AMG” markalı, “w 95904” dövlət qeydiyyat nişanlı minik avtomobilinin, habelə şəhərin məşhur “Marin” rayonundakı göl mənzərəli mənzilin Təqsirləndirilən şəxs1 məxsus olması barədə Zərərçəkmiş şəxs6 yalan məlumat verib maddi cəhətdən geniş imkanlara malik olması və dəbdəbəli həyat tərzi sürməsi barədə təəssürat yaratmış, Təqsirləndirilən şəxs1 tanışı olan hindistanlı sahibkara 100000 (yüz min) ABŞ dolları pul ödəmək şərti ilə 400000 (dörd yüz min) ABŞ dolları dəyərində brilyant qaşlar alınacağı və onların satılmasından yüksək gəlir əldə olunacağı barədə Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatmaqla vahid cinayətkar niyyətdən çıxış edərək bu adla 24 may 2021-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Aura” şadlıq sarayının qarşısında şəxsən Zərərçəkmiş şəxs6 dayısı Şahid8 80000 (səksən min) ABŞ dolları və eyni vaxtda cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 X7 Dubay şəhərində istintaqa dəqiq məlum olmayan ünvanda şəxsən Zərərçəkmiş şəxs6 özündən 20000 (iyirmi min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini alıb ələ keçirdikdən sonra “işgüzar razılaşma”nın həqiqiliyini Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında səhnələşdirərək şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər şəxsi ofisə dəvət edib həmin şəxsi, haqqında danışılan hindistanlı sahibkar kimi təqdim etməklə brilyant kimi bildirilən qaşları təhvil alaraq əvəzində 100000 (yüz min) ABŞ dolları məbləğində pulu həmin şəxsə vermiş, bunun ardınca guya brilyant qaşları Bakı şəhərinə göndərmək məqsədi ilə ofisə gələn beynəlxalq yükdaşıma şirkətinin şəxsiyyəti istintaqa məlum olmayan “Mahir” adlı əməkdaşı qaşları təhvil alaraq ofisdən çıxıb getdikdən, habelə gözünün qarşısında baş verən bu prosesləri görüb iş birliyinin həqiqiliyinə inanmış Zərərçəkmiş şəxs6 arxayın şəkildə Dubay şəhərini tərk etdikdən sonra Mahir adlı həmin şəxs Təqsirləndirilən şəxs1 tapşırığı ilə yenidən ofisə qayıdaraq qaşları ona geri vermiş, eyni zamanda hindistanlı sahibkar ofisə qayıdıb qaşları geri alaraq 100000 (yüz min) ABŞ dolları məbləğində pulu ona qaytarmışdır ki, nəticədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 170000 (yüz yetmiş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə ana xəttindən uzaq qohumluq əlaqələri olmuşdur. Nə Zərərçəkmiş şəxs1, nə Zərərçəkmiş şəxs2la heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2016-cı ildən o, X14 Dubay şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Həmin zamandan BƏƏ-də müvəqqəti yaşamaq üçün icazəsi, biznes fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə sənədləri olmuşdur. Zərərçəkmiş şəxs2 2015-ci ildən, Zərərçəkmiş şəxs1 isə 2017-ci ildən həmyerlisi kimi tanımışdır. Bakı şəhəri, Binəqədi rayonu, Digah qəsəbəsində 5 sot torpaq sahəsində tikilmiş 3 mərtəbəli ev faktiki olaraq həmin zaman ona məxsus olmuş, lakin anası Şahid15 mülkiyyətində olan həyət evini Raidə həmin zamanlar aylıq 5000 manat sələm pulu vermək şərti ilə 80000 manat borca verdiyi pulun qarşılığında girov qoymuşdur. Qeyd edilən borcu 5-6 aylıq götürmüş və həmin müddət ərzində ödəməyi planlaşdırmışdır. Evi ortaq tanışları olan sinif yoldaşı Şahid16 adına formal olaraq alqı-satqı edərək keçirmişdir ki, əgər pul qaytarılmazsa ev satılsın. Lakin faktiki olaraq həmin ev Raidə girov qoyulmuş, ortada etibarlı adam kimi Taleyin adına evi sənədləşdirmişlər ki, daha sonralar narazılıq olmasın, həmçinin Raidin ona pul verə biləcəyini Taley demişdir. O, şəxsi ehtiyacları üçün pul lazım olduğundan bu şərtlə qeyd etdiyi kimi həmin zaman Raiddən faizə 80000 manat pul almışdır. Həmçinin həmin zamanlar İlkin adlı tanışının ona ******* ABŞ dolları borcu olmuş və Raidin də, bundan xəbəri olmuşdur. Raid onun külli miqdarda alacağının olduğunu, evin Taleyin adına sənədləşdirdiyini gördüyündən hətta demişdir ki, ana borcu nə zaman ödəyərsə yığılmış faiz borcunu da, həmin zaman ödəyə bilər. Həmin zaman bununla bağlı aralarında kağız üzərində öhdəlik sənədi tərtib etmişlər. 80000 manat Raiddən borc almağına baxmayaraq orada aralarında olan razılaşmaya əsasən 100000 manat Raiddən borc almağını təsdiq edən öhdəlik sənədi yazılmışdır. Həmin yazılmış əl-yazma sənədinə o, anası Zivər, Taley, Raid və Elşad adlı dostu imza edərək təsdiq etmişlər. 80000 manat almağına baxmayaraq sənəddə 100000 manat göstərilməsinin səbəbi isə o olmuşdur ki, ödəyəcəyi faizləri də təxmini hesablayaraq cəmdə həmin rəqəm alınmışdır. Həmin sənəddə baş vermiş hadisə qısa formada göstərilmiş, hətta aldığı pulun qarşılığında evin girov qoyulması belə qeyd edilmişdir. Bu hadisədən bir az sonra o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan İlkinin ona olan borcu barədə müraciət etmiş, orada araşdırma aparılmış, lakin İlkin barəsində şikayət olunduğu üçün ona heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Şikayətindən 2-3 həftə sonra İlkin Bakı şəhərinə gələn zaman hava limanında saxlanılaraq DİN-in BMCMİ-nə gətirilmişdir. Orada İlkin tərəfindən ona dəymiş ümumi ziyandan 70000 ABŞ dolları ödənilmişdir. İlkin qalan məbləği ödəmək üçün əlavə vaxt istəmiş, onun da İlkinə yazığı gəldiyindən buna razı olaraq etiraz etməyərək gözləməyə qərar vermişdir. Lakin sonrakı müddət ərzində İlkin tərəfindən ona hər-hansı məbləğdə pul ödənilməmişdir. Raiddən borc aldıqdan təxminən bir il sonra Raid və onun yanında olan Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gələrək bildirmişlər ki, İlkin pulu verən deyil, evi birbaşa keçirirlər öz adlarına. Nizamini həmin zaman birinci dəfə Raidin yanında görmüş və tanış olmuşdur. Raid Nizamini ona öz ağsaqqalı kimi təqdim edərək borc məsələsini Nizami ilə danışıb həll etməli olduğunu ona bildirmişdir. Həmin zaman Nizami ona 15 gün vaxt vermiş, həmin müddət ərzində borcunu vermədiyi halda yaşadığı Binəqədi rayonu, Digah qəsəbəsində olan evi öz adına keçirəcəyini, satışdan sonra borcun pulunun çıxılacağını, qalan pulun isə ona qaytarılacağını bildirmişdir. 15 gün keçdikdən sonra Nizami və Raid Taleyə müraciət edərək evi onlara satmasını demiş, Taleyi arxayın etmişlər ki, ev satıldıqdan sonra borc pulu çıxılacaq və qalan pul İqbala veriləcəkdir. Bu barədə Taley də ona demiş və o, məcbur olub razılıq vermişdir. Evin qiyməti təxminən ən azı 650000 (altı yüz əlli min) manat olmuşdur. Onun iştirakı olmadan Raid və Nizami onun tanımadığı bir adama evi Raidin deməsinə görə 200000 (iki yüz min) manatdan bir az artıq olan, dəqiq bilmədiyi məbləğə satmışlar. Həmin zaman o Raidin və Nizaminin təzyiqi ilə evdən çıxmış, evin içərisində olan bütün əşyaları da, evdə qalmışdır. Raid və Nizaminin deməsinə görə faiz borcu ilə birlikdə onun cəmi 135000 (yüz otuz beş min) manat borcu olmuşdur. Lakin evinin dəyəri qeyd etdiyi kimi baha olmasına, evin satışından sonra ona borcu çıxılıb qalan pul qaytarılması vədi verilməsinə baxmayaraq ona nə Raid nə də, Nizami bir manat pul verməmişlər. Uzun müddət Nizami və Raid ona evin satışından əldə etdikləri qalan pulu verəcəklərini desələr də, bunu etməmişlər. Bu hadisədən sonra Raid və Nizami onunla daima əlaqə saxlamış, yaxından münasibət qurmuşlar. Birlikdə çoxlu sayda görüşləri olmuş, birlikdə dəfələrlə çörək kəsmişlər. 2019-cu ilin sonlarında yadında qaldığı qədər oktyabr ayında Raid və Nizami ona bildirmişlər ki, “BMW” markalı avtomobillərin ehtiyat hissələrini Azərbaycanda alan tanışları olduğu üçün, onun Dubayda olan əlaqələri vasitəsi ilə həmin avtomobilə dair ehtiyat hissələrini Azərbaycana gətirib satsınlar. Belə razılaşma olmuşdur ki, pul məbləği Raid və Nizami tərəfindən ödəniləcək, bu işi o, təşkil etdiyinə görə isə ona hər ehtiyat hissələri olan konteyner Azərbaycana çatdığı zaman 10000 ABŞ dolları pul veriləcəkdir. Bundan sonra onlar öz tanışları olan avtomobil ehtiyat hissələrini alıb-satan Anar adlı şəxslə onu görüşdürmüş və həmin şəxs də, ona ehtiyat hissələrinin siyahısını vermişdir ki, əgər həmin malları ölkəyə gətirsə yerində pulu veriləcəkdir. Raid və Nizami demişlər ki, pul problemi olmayacaqdır. Raidlə Nizami onu Anarla əlaqələndirmiş, Anarın ona verdiyi siyahıya uyğun olaraq o, Dubayda olan ikinci əl avtomobillərin detallarının foto və videolarını göndərmiş və Anar təsdiq edirmiş ki, artıq həmin avtomobili hissələrə parçalamaq olar bundan sonra o, Dubayda olan hər ikisinin adı Elşad olan tanışlarından xahiş etmişdir ki, Anarın dediyi avtomobilləri alıb hissələrə bölsünlər. Bu iş üçün ümumilikdə Nizami, Raid və Anar onun vasitəsi ilə Dubaya orada qeyd etdiyi işi görən şəxslərə ümumilikdə hissə-hissə olmaqla cəmi 175000 ABŞ dolları pul göndərmişdir. Bu işdə onun gəliri olacağından və bu işi Dubayda olan tanışları təşkil etdiyindən və Anar, Nizami, Raid pulu vaxtında vermədiyi halda məcbur olub özü Dubaya öz cibindən pul göndərmişdir. Bildiyi qədər Anarın özünün Raidə faiz borcu olmuş, Raid özü Anarı bu işə salmışdır. Həmin borc məbləği bildiyi qədər 300000 (üç yüz min) ABŞ dolları təşkil etmişdir. Ümumilikdə nəticədə o, 2 konteyner avtomobil ehtiyat hissələrinin Azərbaycana gətirilməsini təşkil etmiş və konteyneri Anar ondan təhvil almışdır. Lakin Nizami, Anar və Raidin verdiyi pulları ümumilikdə 175000 ABŞ dolları olmuş, 20000 ABŞ dolları pulu isə o, əlavə olaraq həmin işə qoymuşdur. Çünki o, konteynerlərin Bakıya gətirilməsini təşkil etdikdən sonra borcları qalmış və onlardan bütün pulları hissə-hissə alaraq Dubayda borc sahiblərinə vermişdir. Bu işdən də ona heç bir gəlir verilməmiş, əksinə arada 20000 ABŞ dolları özü ziyan etmişdir. Raid, Anar və Nizami 175000 ABŞ dolları pulu iki konteyner Azərbaycana çatana kimi tam ödəməmiş, o belə bir razılaşma əldə etmişdir ki, malın pulun yarısı ödənilir, qalan pul isə sonradan mallar Azərbaycan gəlib təhvil verildikdən sonra ödənilməlidi. Mallar Anar tərəfindən təhvil alındıqdan sonra o, Dubayda olan hər ikisinin adları Elşad olan şəxslərə pulu verə bilməmiş, çünki Raid, Nizami və Anar pul borcunun qalanını verməmişlər. Elşad adlı hər iki şəxslər onun sözü ilə Dubaydan göndərdikləri ehtiyat hissələrinin yarısını nisyə aldıqlarına və orada pulları ödənilmədiyinə görə problemləri yaranmış və arada o pis vəziyyətdə qalmışdır. Çünki ehtiyyat hissələrini aldıqları Dubay vətəndaşlarının pulunu vaxtında ödəməsəymişlər cinayət məsuliyyətinə cəlb oluna bilərmişlər. Birinci konteyner Bakıya çatdıqdan sonra Raid Nizamini bu işdən uzaqlaşdırmış, Raid ilə Anar özləri işi görməyə başlamışlar. O, Raid, Nizami və Anara görə qeyd etdiyi kimi bu işdə çətin vəziyyətdə qalmış, Raid isə ikinci konteyner gəldikdən sonra pulunu natamam verməsinə baxmayaraq onu məcbur etmişdir ki, bu işi bir də görsün. O da Raidə izah etmişdir ki, Dubayda olan şəxslərin borcları yaranıb, çətin vəziyyətdə qalmışlar. Bir az keçdikdən sonra o, anlamışdır ki, Raid, Nizami və Anarın hər iki konteynerin çatdırılmasına baxmayaraq pul vermək fikirləri olmamışdır. Bundan başqa Nizami və Raid ilə münasibətlərinin normal olduğu zamanda o, son olaraq tanışı İran İslam Respublikasının vətəndaşı X48 Raidlə tanış etmiş, onun vasitəsi ilə Raid Jafara 5000 ABŞ dolları, Nizami isə 8000 ABŞ dolları pul vermişdir ki, İrandan gətiriləcək fərdi evlər üçün nəzərdə tutulmuş İran sobalarını Azərbaycanda satışı təşkil olunsun. Jafar vədinə əməl etmiş, sobaları “Sədərək” ticarət mərkəzində olan anbarına gətirmiş, orada isə Nizaminin tanışı olan Rauf adlı şəxs sobaları təhvil almışdır. Yəni bu hadisədə, o heç kimi aldatmamış, əksinə Jafara qarant dayanmış, Raid və Nizaminin Jafara 7000-8000 ABŞ dolları borcu qalmış, o, ortada olan şəxs olduğundan həmin borc onun üzərində qalmışdır. O, dəfələrlə Raidin yaşadığı ünvanın qarşısına gedib evinin satılmasından əldə olunan pulun ona çatan hissəsini tələb etmiş, Raid isə hər dəfəsində pulu hələ ki, almadığını ona demişdir. Onunla Raidin arasında beynəlxalq axtarışda olmağı, hansısa prokurorluq əməkdaşının zəng edərək hədələməsi mövzusunda söhbətlər olmamış, evinin qarşısında sonuncudan hər-hansı məbləğdə pul almamışdır. Raid hər dəfəsində pulu ödəyəcəyinə söz verdiyi üçün sonuncudan heç bir orqana şikayət etməmişdir. Dubay şəhərində yaşayan Çin Xalq Respublikasının Vivien adlı vətəndaşından 605000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alıb dostu İlkinə vermiş, həmin pulu qaytara bilmədiyindən Viven onun barəsində şikayət etmiş və cinayət işi başlanaraq barəsində beynəlxalq axtarış elan edilmişdir. O, vaxtı ilə işçisi Təqsirləndirilən şəxs2 adına Dubay şəhərində şirkət açmış, həmin şirkət "xxxx" adlandırılmışdır. Şirkətin adına qeydiyyata alınmış möhlət-zəmanət qəbzləri olmuşdur. Lakin o, həmin qəbzlərin 6 ədədini dostu Elşadın vasitəsi ilə “BMW” ehtiyat hissələrinin satışı ilə məşğul olan adamlara vermişdir ki, onlardan nisyə mal ala bilsin. Şirkətin açılması 175000 dirhəm pula başa gəlmişdir. Bundan başqa onun Vüsal adlı tanışı olmuş, sonuncunun satış emalatxanası Babək prospektində “Ştutqart” mağazalar şəbəkəsinin yaxınlığında yerləşmişdir. Vüsal ondan avtomobil ehtiyat hissələri sifariş etmiş, o da həmin malları Dubaydan Azərbaycana gətizdirdikdən sonra Vüsal onları almaqdan imtina etdiyi üçün bununla bağlı aralarında narazılıq olmuşdur. O da məcbur qalıb həmin malları nisyə olaraq digər tanışı Raidlə Anara satmış, araların başqa narazılıq olmamışdır. Bundan savayı Raidin idarə etdiyi “BMW X5” markalı avtomobilinin mühərriki yaxşı vəziyyətdə olmadığı üçün o, köməklik edib Vüsaldan mühərrik götürərək Raidə vermiş, həmin mühərrikin qiyməti təxminən 10-11 min manat olmuşdur. Raid pulu 1 ay ərzində ödəyəcəyini bildirsə də pulu ödəməmiş, ona görə də Vüsal narazılıq etməyə başlamışdır. O da məcbur qalıb Raidə demiş, Vüsalın ondan şikayət edəcəyini bildirərək mühərriki qaytarmasını Raiddən xahiş etmişdir. Raid də belə olan halda mühərriki geri qaytardığı üçün o, həmin mühərriki Vüsala geri vermişdir. İran İslam Respublikasının vətəndaşı X54 Doustalı ilə Sabunçu rayonu ərazisində yerləşən avtosalonda təsadüfən tanış olmuş, tanış olan zaman sonuncunun İran istehsalı olan qaz sobalarının satışı ilə məşğul olmasını bilib qaz sobalarını sata biləcəyini Jafara demişdir. O satmaq üçün Jafardan iki dəfəyə müxtəlif sayda İran istehsalı qaz sobaları almış, həmin qaz sobalarına görə hissə-hissə pul ödəsə də, qalan pulu Jafara verməmişdir. Çünki o, həmin malları Lənkəranda yerləşən “Sevgil” mağazasına satdıqdan sonra pul ona deyil, Zərərçəkmiş şəxs1 verilmişdir. 01 fevral 2021ci il tarixdə Lənkəran şəhərində yerləşən “Mandarin” kafesində Zərərçəkmiş şəxs1lə görüşüb təxminən 40 dəqiqə ərzində ümumi mövzularda, Dubaydakı işlərinin necə getməsi, Nizamiyə olan 2.000 (iki min) ABŞ dolları borcunu nə vaxt ödəyəcəyi barədə söhbət etmişdir. İçki içib sərxoş olduqdan sonra qəfildən qapı açılaraq Zərərçəkmiş şəxs2la Anar adlı tanışları içəri daxil olmuşlar. Raid qəfildən onu yumruqla vurmuş və həmin zərbənin təsirindən o, yerə yıxılaraq dişləri qırılmışdır. Bu anda Nizami də ona təpiklə zərbə endirdiyindən qabırğasında ağrılar hiss etməyə başlamışdır. Ardınca ayağa qalxaraq görüşə gəldiyi dostu Rafiqə məxsus “BMW” markalı avtomobilə əyləşərək işə salmaqla hərəkətə gətirmişdir. Bu anda avtomobilin qarşısında tanışı Anara məxsus avtomobilin olmasını gec gördüyündən ehtiyatsızlıqdan avtomobili həmin avtomobilə sürtmüşdür. Avtomobillərin təmasını aradan qaldırmaq üçün idarə etdiyi avtomobili geriyə baxmadan arxaya doğru hərəkət etdirdikdə isə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 avtomobili ilə toqquşmuşdur. Avtomobildən düşdükdən sonra da Raidlə Nizami onu vurmağa davam etmiş, bundan sonra isə o, avtomobildən enərək hadisə yerindən bir təhər uzaqlaşa bilmişdir. Yolun kənarında, kolluqda uzanıb özünə gələn zaman polis əməkdaşları onu görmüş və oradan götürərək sərxoşluq müayinəsindən keçirmiş, bundan sonra isə o, polisə gedib orada hadisə barədə ərizə və izahat vermişdir. Raid və Nizami ilə çörək kəsib, qardaşlıq etdiyi üçün döyülməsi ilə bağlı tibbi müayinədən keçməmiş, onlarla dostluğunu pozduğu üçün Raidlə Nizami ondan şikayət etmişlər. O, Abbasın özündən, habelə sonuncunun tapşırığı və ya təşkilatçılığı ilə hər-hansı digər şəxsdən heç vaxt hərhansı məbləğdə pul almamışdır. Təxminən 1 il öncə Abbas “Mercedes-Benz S Class” markalı, 99AD090 dövlət qeydiyyat nişanlı avtomobilinin bankda borcunun və axtarışda olduğunu bildirmiş, habelə texpasportunun olmamasını bildirmiş, avtomobil 2015-ci ilin olmuşdur. Bundan sonra o, adı yadından çıxan İran vətəndaşına həmin avtomobilin fotolarını göstərərək almasını təklif etmişdir. Həmin iranlı bankdan avtomobil barədə maraqlanmış və məlum olmuşdur ki, avtomobilin banka 21 min manatdan bir qədər artıq məbləğdə borcu olmuşdur. Abbas isə avtomobilin cəmi 12.000 manat borcunun olmasını bildirmişdir. Abbas avtomobilin satılmasına 10.000 ABŞ dolları pul istəmiş, İranlı isə bank borcunu özü bağlamaq şərti ilə cəmi 3.000 ABŞ dolları təklif etmişdir. Abbas da buna razılaşdığı üçün o, iranlıdan 3.000 dolları götürmüş və gətirib Abbasa vermişdir. Bunun ardınca iranlı banka gedib avtomobilin borcunu bağlamışdır. Bundan sonra isə məlum olmuşdur ki, avtomobil 2014-cü ilindir. 2016-cı ildə onun Dubaydakı şirkəti 5-10 min ABŞ dolları pul qazanmış, hər gün ofisinə 200-300 min ABŞ dolları dəyərində brilyant qaşlar gəlmişdir. O da həmin qaşları sataraq qazanc əldə etmişdir. Nizami, Raid və bu iş üzrə digər şikayətçilər onun pul qazandığını görüb dostluq və yaxınlıq etmək istəmişlər. O, X33 göndərilməsini heç vaxt təşkil etməmiş, bu barədə aralarına heç vaxt danışıq və razılaşma olmamışdır. O, Abbasa Dubaydakı iş-gücü barədə danışmış, lakin Adəmlə Abbası heç yana göndərməmişdir. Abbas Allahvediyev bir dəfə öz ailəsi ilə Dubaya gəzməyə getmiş, Adəm özü isə şəxsi biznesini qurmaq üçün Dubaya getmişdir. Həmin səfərini Abbas özü həyata keçirmiş, onun təşkilatçılığı olmamış, o, Adəmlə Abbasın heç birindən hər-hansı məbləğdə pul almamışdır. Bundan başqa o, arvadı Zərərçəkmiş şəxs7 heç vaxt pul almamış, o, təxminən bir il bundan öncə Elviranın “Turan Bank”a olan 7600 (yedd min altı yüz) manat pul borcunu ödəmişdir. Yadında qalmayan tarixdə 2500 (iki min beş yüz) ABŞ dolları pulu Elviranın bacısı Liliyaya Rusiya Federasiyasının Moskva şəhərinə göndərmişdir. O, həbs edildikdən sonra ona məxsus 6000 (altı min) ABŞ dolları pulu Elvira ilə birlikdə yaşadığı evdə qalmışdır. Yadında qalmayan tarixlərdə “28 may” küçəsində, Baş Polis İdarəsinin inzibati binasının arxa tərəfindən yerləşən “wash tech” adlı moykanı icarəyə götürərək işlətmişdir. Onun tapşırığı ilə Adəm 1900 (min doqquz yüz) manat pulu orada işləyən, adı yadında qalmayan işçidən götürərək Elviraya vermişdir. Bundan başqa Elviranın Xətai rayonu, Telnov küçəsindəki evinin təmirinə 2500 (iki min beş yüz) manat pul xərcləmişdir. Elviranın qızı Milana ilə Adəmin “Xalça” restoranında keçirilən nişanlanma mərasiminə 1000 (min) manat pul xərcləmişdir. Milananın təhsil haqqına iki dəfə hərəsində 2000 (iki min) manat olmaqla cəmi 4000 (dörd min) manat pul xərcləmişdir. Elviranın digər qızı Alsunun bank kartına 600 (altı yüz) manat pul ödəmişdir. Zərərçəkmiş şəxs7 sürücülük vəsiqəsi almaq üçün 1600 (min altı yüz) manat pul vermişdir ki, avtomobil idarəetmə kursunu keçsin. Elviranın “Access bank” kartına 5000 (beş min) manat, “albalı” kartına isə 2500 (iki min beş yüz) manat pul ödəmişdir. Alsunun Rusiyaya olan iki tərəfli təyyarə biletinə 800 (səkkiz yüz) manat pul ödəmişdir. Elvira bir il yarım öncə Moskvaya gedəndə sonuncuya 1500 (min beş yüz) ABŞ dolları xərclik pul vermişdir. Onlar evli olduqları üçün pullar evdə saxlanılmış, Elvira da həmin ərəfələrdə işlədiyi üçün onların pulu birgə saxlanılmışdır. O, heç bir səbəb olmadan arvadı Elviraya yadında qalmayan tarixdə 12000 (on iki min) ABŞ dolları pul vermiş, bundan başqa ona məxsus 5000 (beş min) dirhəm pul, 4500 (dörd min beş yüz) manat dəyərində 61 qramlıq qızıl kişi boyunbağısı, 3000 (üç min) manat dəyərində qızıldan saatı, 1000 (min) manat dəyərində üzüyü həbs edilməzdən öncə yaşadığı evdə qalmışdır. Zərərçəkmiş şəxs7 ünvan 7 ünvanında yerləşən 251 nömrəli mənzilini 2019-cu ilin oktyabr ayının əvvəllərində həqiqətən də satmış, lakin əldə olunmuş puldan ona hər-hansı məbləğdə pul verməmişdir. Elvira, mənzilini sataraq pulunu evə qoymuş və hissə-hissə öz xərclərinə sərf etmiş, Abbas və əmisi Elviranı qorxutduqları üçün sonuncu ondan şikayət yazmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs5 hər-hansı məbləğdə pul almamış, onda olan məlumata görə Adəmin mənzili olmamışdır. O, yadında qalmayan şəxsdən, ya nişanlısından, ya da Elviradan eşitmişdir ki, Adəm mənzilini satmış, Abbasın əmisi Adəmi də qorxutduğu üçün sonuncu ondan şikayət etmişdir. O, Adəmə Dubayda olan işləri barədə danışmış, lakin heç vaxt iş təklif etməmiş, Mehdiabad (Digah) qəsəbəsində yerləşən evinin satılmasından ona 1 (bir) manat da belə olsun pul verilməmişdir. Nizami və Raid onun yanına gələrək bildirmişlər ki, evi satırlar və Raidə olan borc ödənildikdən sonra qalan pul ona veriləcəkdir. O da buna razılıq vermiş, bundan sonra Raidlə Nizami onun bilmədiyi qiymətə evini satmış, ona isə hər-hansı məbləğdə pul verməmişlər. Özü Dubaya gedib-gələn ərəfələrdə Elşada tapşırmışdır ki, sonuncu orada avtomobil və ya ev kirayələsin. Çünki Dubaya tez-tez onun qonaqları gəlmiş, bunu onlar üçün etmiş, özü Dubaya gedə bilmədikdən sonra isə Elşada belə bir tapşırıq verməmişdir. Zərərçəkmiş şəxs6 ilə Zərərçəkmiş şəxs5 birlikdə Dubayda olmuş, hər ikisi öz işlərinin dalınca oraya getmiş, Abbas onun dostu, Adəm isə Elviranın qızının nişanlısı olmuşdur. Adəmlə Abbası bir-biri ilə o tanış etmiş, onların öz aralarında hansı münasibətlərin olmasından isə onun xəbəri olmamışdır. Adəmlə Abbas birlikdə istirahət etmiş, restoranlarda olmuş, təxminən 2-3 il öncə Adəm Dubaya gedəndə sonuncunu Elşadla tanış etmişdir. X55 işləmək istədiyini demiş, Elşad isə Dubayı yaxşı tanıdığı üçün o, onları tanış etmişdir. Daha sonra yəqin ki, Adəm Abbası da Elşadla tanış etmiş, ona görə də Adəm, Abbas və Elşad bir-biri ilə tanışdırlar. Onların Dubayda hansı işlərlə məşğul olmalarını isə o, bilməmişdir. O, Zərərçəkmiş şəxs6 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün X7 “Marina” qəsəbəsində mənzil tutmağı, habelə şəhər ərazisində hərəkət etmələri üçün avtomobil kirayələməyi Təqsirləndirilən şəxs2 həvalə etmişdir. Zərərçəkmiş şəxs4 ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuş, aralarında səmimi münasibətlər olmuşdur. Anar işlənmiş “BMW” markalı avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Təxminən 2 il öncə Anar ona demişdir ki, Dubaydan konteynerlərlə zapçast gətirsin. O da razılıq verəndən sonra Elşada demişdir ki, köməklik etsin, Elşad da buna razılıq vermişdir. Anar gətiriləsi zapçastların siyahısını ona vermiş, o da həmin siyahını Elşada göndərmişdir. Elşad Dubayda əfqan ticarətçilərlə danışıb qiymətləri ona demiş, o da bu barədə Anara bildirmişdir. Anar qiymətlərlə razılaşaraq bir konteyner zapçast sifariş vermişdir. Bu söhbətlərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da xəbəri olmuş, Raid isə Anarın şəriki olmuşdur. O, Elşada tapşırmışdır ki, zapçastları video il çəkib ona göndərsin ki, Anargilə göstərə bilsin. Bundan sonra bəyənilən mallar sifariş veriləcəkdir. Elşad da bunu etmiş, o, Anara bildirmişdir ki, bir konteynerin qiyməti 100000 (yüz min) ABŞ dollarından artıq pul edir və malları sifariş etmək üçün pulun 50%-i əvvəlcədən verilməli, mal Azərbaycana gələndən sonra qalan hissəsi verilməlidir. Bu şərt barədə ona Elşad məlumat vermiş, belə ki, onlar 50% ilkin ödənişi verib, qalan 50% məbləğin hissə-hissə ödənilməsi üçün əfqan tacirlərə zəmanət çeki verəcəymişlər. Raid ona beh kimi 6.000 (altı min) ABŞ dolları pul verib işə başlamağını demiş, o isə bildirmişdir ki, pulun 50% lazımdır, 6000 (altı min) dollar heç nəyə bəs etmir. Raid cavab olaraq söyləmişdir ki, işə başlasın, mallar Dubaydan çıxan ərəfədə pulu tam verəcəklər. Bundan sonra o Zərərçəkmiş şəxs1 zəng edərək demişdir ki, Raidgil tərəfindən cəmi 6000 (altı min) dollar verilib. Elşad isə onunla danışanda demişdir ki, hələlik heç olmasa 25000 (iyirmi beş min) ABŞ dolları verilsin ki, qalan 25000 ABŞ dolları mallar çıxanda verilər. O, bu barədə Nizamiyə deyəndə sonuncu bildirmişdir ki, özü pul tapıb verəcəkdir ki, mallar Dubayda qalmasın, işlər gecikməsin. Bundan sonra onun yadında qalmayan tarixdə Nizami ona 10000 (on min) ABŞ dollarına yaxın məbləğdə pul vermişdir. Bundan sonra o, bir nəfər pul göndərmə işi ilə məşğul olan adama həmin pulu və aldığı 6000 (altı min) ABŞ dollarını vermişdir ki, Elşad Dubayda təhvil alsın. Elşad da həmin pulu alaraq bir konteynerlik avtomobil zapçastı sifariş vermişdir. Həmin konteynerin ümumi dəyəri isə 100000 (yüz min) ABŞ dollarından artıq məbləği təşkil etmişdir. O, malları Elşadın vasitəsi ilə videoya çəkdirərək Anargilə göstərmişdir. Mallar bəyənildikdən sonra zapçastları konteynerlərə yüklətdirmi, malların oradan çıxdığı ərəfədə məlum olmuşdur ki, Anarla Raidin o qədər pulu yoxdur ki, verib zapçastı gətizdirsinlər. Ona görə də Anarla Raid bildirmişlər ki, bir deyil, yarım konteynerlik zapçast gətizdirilsin. Həmin konteynerin qiyməti isə təxminən 50000 (əlli min) ABŞ dollarından bir qədər artıq məbləği təşkil etmişdir. O, yarım konteynerə zapçast yerləşdirilməsini tapşırmış və əfqan ticarətçilərə Elşadın vasitəsi ilə yadında qalmayan məbləğdə pul verdirib malları Bakıya gətizidirərək Anarla Raidə təhvil vermişdir. Onlar mala baxdıqdan sonra bəyənmiş və əlavə zapçastlar sifariş verməyini xahiş etmiş, zapçastların pulunun təxminən yarısını verdikləri üçün qalan yarısını borclu qalmışlar. Bundan başqa əvvəlcədən aralarında belə razılaşma olmuşdur ki, İqbalın göstərdiyi xidmətə görə zəhmət haqqı qismində hər konteynerə görə Anargil ona 10000 (on min) ABŞ dolları pul verəcəkdir. Ona olan borcların bir neçə ay ərzində hissə-hissə Anardan almış, Anar həmin pulu Elşada göndərmişdir. Elşad da pulu zapçastları aldığı dükanda işləyən əfqanlara vermişdir. Həmin ərəfələrdə Anarla Raid yenidən zapçast gətirməyini ondan xahiş etmişlər. Raid ona xatırlmadığı məbləğdə pul verdikdən sonra o, yenidən zapçast sifariş vermiş və pulu Elşada göndərdikdən sonra eyni qaydada Elşad bir konteyner zapçast sifariş edərək Bakıya göndərmişdir. Həmin konteyner Bakıya gələndən sonra Raidlə Anarın borclu qaldıqları təxminən 70000 (yetmiş min) ABŞ dollarından bir qədər artıq məbləğdə pul ona verilməmişdir. Onların özlərinin zapçastlara görə ona borcları qalmış, bu günədək də pulu verməmişlər. O, Anarı aldatmamış, pulunu ələ keçirtməmişdir. Raidlə Anarın zəhmət haqqı kimi ona verməli olduqları 20000 ABŞ dollarını verməmələri ilə bağlı şikayət etməməsinin səbəbi isə onlarla iş birliyində olduğu üçün şikayət verməmiş, pulu alacağına ümid etmişdir. Təqsirləndirilən şəxs2 onun rəsmi işçisi olmuş, Dubayda olan şirkətinin işlərində ona köməklik etmiş, Elşad kart vasitəsi ilə xatırlamadığı məbləğdə aylıq maaş almışdır. Elşad onun üçün həm sürücülük etmiş, mühasibatlıq işlərini görmüş, zərgərlik məmulatlarının alınması zamanı yanında olmuş, bu proseslərdə iştirak etmişdir. 2016-cı ilin oktyabr ayından sonra onun ofisi bağlanmış və oraya heç kim gedib-gəlməmişdir. Şirkət fəaliyyət göstərmədiyi üçün onun adına cərimə yazılmışdır. Xatırladığı qədər X30 yanına getməli olduğu ərəfədə o, Abbasla Adəmə demişdir ki, Elşadla birlikdə Vivienin yanına getsinlər. Onlar da bundan sonra birlikdə Vivienin yanına getmişlər. Elşad həqiqətən də oraya getmişdir ki, Vivienlə danışıb şikayətini geri götüzdürsün. Həmin görüş zamanı onun adından Vivienə 600000 (altı yüz min) dirhəm pul təklif edilmişdir ki, şikayətini geri götürsün. Həmin ərəfədə onun pulu olmuş və qeyd edilən məbləği vermək iqtidarında olmuşdur. Lakin kommersiya sirri olduğu üçün pulunun mənbəyini göstərməmişdir. Vivien ilk əvvəl edilən təkliflə razılaşmış, lakin sonradan fikrini dəyişərək ******* (bir milyon) dirhəm pul tələb edərək bildirmişdir ki, qalan borc üçün vaxt almağa görə çek verilsin. O, hətta bununla bağlı çek də yazıb göndərmiş, onun ******* dirhəm pulu olmadığı üçün o, Elşada demişdir ki, hələlik bu məsələnin üstünə qayıtmasın. O, həmin ərəfələrdə özünə məxsus kommersiya sirri olduğu üçün mənbəyini deməyəcəyi təxminən 215000 ABŞ dollarını tanımadığı adamın vasitəsi ilə köçürmə yolu ilə Elşada göndərmişdir ki, o, Vivienə pul ödəsin. Elşad Abbas və Adəmlə birlikdə pulu da götürüb birlikdə Dubay şəhərində yerləşən polis idarəsinə getmiş, göndərilən pul Vivienə verilmiş, lakin Vivien öz vəkili ilə danışdıqdan sonra aldığı pulu Elşada geri qaytarmışdır. Həmin pul Elşadda qalmış, təxminən 1 həftə, ya da 10 gün ərzində Elşad 215000 ABŞ dollar pulu hissə-hissə tam şəkildə köçürmə yolu ilə ona Bakıya göndərmişdir. Bundan sonra Elşad təklif eləmişdir ki, o bu işə vəkil qoşsun. O da Elşadın təklifi ilə razılaşıb sonuncunun vasitəsi ilə Dubayda vəkil tapmış, adı onun yadında qalmayan əslən suriyalı olan vəkil bir müddət sonra Dubaydan Bakıya gəlmiş və onlar rus dilində danışıb söhbət etmişlər. Vəkil söz vermişdir ki, Vivienlə olan məsələdə köməklik edəcəkdir. Dubayda onun adından çıxış etmək üçün o həmin vəkilə etibarnamə vermiş, Abbasla Adəm həmin ərəfələrdə Elşadın yanında olduqları üçün Vivienlə olan söz-söhbətlərdən xəbərdar olmuşlar. Mahir adı ilə tanıdığı beynəlxalq yükdaşıma şirkəti əməkdaşının təxminən 55-60 yaşı olmuş, soyadını və ata adını bilməmişdir. O, Mahir adlı həmin şəxsi cəmi 1-2 dəfə görmüş, üz cizgiləri yadında qalmamış, bir neçə dəfə Mahirin xidmətlərindən istifadə etmiş, sonuncu dəfə nə vaxt gördüyünü xatırlamamışdır. Mahirin mobil telefon nömrəsi onda olsa da əzbərdən bilməmiş, sonuncu dəfə o, 2021-ci il tarixdə Mahir adlı şəxslə danışmışdır. Belə ki, Dubayda olanda Elşad Hindusdan özü üçün dəyərini bilmədiyi sayda brilyant qaşlar almış, sonra Elşad ondan xahiş etmişdir ki, o, Mahirlə danışsın. O da Mahirlə danışdıqdan sonra həmin adam gəlib brilyant qaşları götürmüşdür. Xatırladığı qədər həmin qaşlar Türkiyəyə göndərilməli olmuş, Mahir qeyd edilən qaşları götürsə də bir müddət sonra gətirib Elşada geri qaytarmışdır. Çünki onun bilmədiyi səbəblərdən çatdırılma baş tutmamış, həmin hadisələr Dubayda baş verdiyi üçün məsələnin təfərrüatlarını yaxşı bilməmişdir. Sonradan nə baş verməsini, həmin brilyantların aqibətini bilməmiş, Elşad pulla birlikdə Dubay şəhərində polis idarəsinə getmişdir ki, Vivienə ziyan ödənilsin. Onun tərəfindən Elşada göndərilən və mənbəyini bildirməyəcəyi həmin pul isə şəxsən onun pulu olmuş və Abbasa aidiyyəti olmamışdır. Elşad da ona demişdir ki, polis idarəsində Vivien də olmuş və sonuncu pulu qəbul etmiş, sonra isə Vivien pulu geri qaytarmışdır. O Elşada deməmişdir ki, yalandan Abbasa nəyisə desin və ya nəyisə gizlədərək deməsin. Həmin gün polis idarəsinə Elşad Abbas və Adəmlə birlikdə getmiş, lakin onların nə səbəbdən oraya birlikdə getmələrini bilməmişdir. 01 fevral 2021-ci il tarixdə o, istirahət etmək məqsədi ilə Naftalan rayonuna getmiş, öz istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs1 zəng edərək hal-əhval tutmuşdur. Zərərçəkmiş şəxs1 bir dost kimi onun üçün darıxdığını, görmək istədiyini deyərək görüşməyi təklif etmiş və o da bununla razılaşmış, etiraz etməyərək olduğu yerdən Lənkəran şəhərinə getmişdir. Həmin gün saat 17-18 radələrində o, dostu Rafiqə məxsus “BMW” markalı avtomobillə Lənkəran şəhərində yerləşən “Mandarin” kafesinə gəlmiş, həmin vaxt Nizami artıq kafedə olmuşdur. O, özü ilə gətirdiyi viski içkisini də götürərək kabinetə daxil olmuş, Nizami ilə təxminən bir saat ərzində həyətdə gəzişərək söhbətləşmiş, aralarındakı narazılıqları müzakirə etmiş və qərara gəlmişlər ki, bir-birilərinə qarşı kin saxlamasınlar və dostluğa davam etsinlər. Sonra kabinetdə oturub yemək sifariş etmiş və içki içmişlər. Nizami onu tələsdirərək viskini tez-tez içizdirmiş, özü də onunla birlikdə içmiş, viskinin axırıncı badəsini içdikləri vaxt tanıdığı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ad soyadlı şəxslər kabinetə daxil olmuşlar. O, dərhal ayağa qalxmış, Zərərçəkmiş şəxs2 yaxınlaşaraq qəfildən onun sifətinə yumruğu ilə vurmuşdur. Həmin zərbədən onun dişləri qırılmış, Raid demişdir ki, o, bir daha öz evinin adını çəksə onu öldürəcəkdir. Bundan sonra o, Raidə cavab olaraq “sən kimsən məni öldürəsən” sözlərini demiş, bunun ardınca Raid ardıcıl olaraq yenidən onun sifətinə bir neçə zərbə vurmuşdur. Eyni anda sağ tərəfində olan Nizami əli ilə onun başının sağ tərəfindən vurmuş, o huşunu itirərək yerə yıxılmışdır. Daha sonra bir təhər özünə gəlib ayağa qalxmışdır. Artıq həmin vaxt yanında nə Nizami, nə Anar, nə də ki, Raid olmamış, o, küçəyə çıxıb yenidən küçədə yerə yıxılmışdır. Daha sonra görüşə gəldiyi avtomobilə minmişdir ki, hadisə yerindən getsin. Avtomobili saxlayanda sükanını burulmuş vəziyyətdə qoyduğu üçün avtomobili hərəkətə gətirəndə özü də istəmədən qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus avtomobillə toqquşmuşdur. Sonra toqquşduğu avtomobildən aralanmaq üçün geri doğru hərəkət edəndə isə yenidən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 məxsus avtomobilə çırpılmışdır. Bundan dərhal sonra isə içərisində olduğu avtomobilin sağ yan qapısı Nizami tərəfindən açılmış və Nizami ayağı ilə onun sağ yan hissəsindən zərbə vurmuş, qeyd edilən zərbədən sağ tərəfdən qabırğası sınmışdır. Bunun ardınca isə Raid də onun əyləşdiyi hissədən avtomobilin qapısını açıb döyməyə başlamışdır. O, dərhal canını qurtarmaq üçün oradan qaçıb getmiş, Raid də onun dalınca qaçaraq çatmış və təpik zərbəsi vurmuşdur ki, nəticədə o, su kanalına yıxılmışdır. Bundan sonra o, sürünərək kanaldan yola çıxmış, yolda yol-patrul xidməti əməkdaşları tərəfindən o, sərxoşluq müayinəsindən keçirilmişdir. Onu oradan xəstəxanaya aparmışlar. Daha sonra isə o, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində izahat vermiş, həmin görüş zamanı əlinə bıçaq almamış, həmin bıçaqla Zərərçəkmiş şəxs1 vurmağa cəhd etməmişdir. Habelə səbəbsiz yerə qışqırıb söyüşlər söyərək özünü divara və yerə çırpmamış, onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2015-ci ildə o, X7 Dubay şəhərində Elxan adlı tanışının yanında kuryer kimi işləmiş, sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. X23 bankla bağlı hansısa problemləri yarandığı üçün İqbal ona işləməyi təklif etmiş, o da buna etiraz etməmişdir. İqbal ona kuryer kimi iş təklifini etmiş, özü isə orada “Gold and Billionaire Jewellery” adlı qızıl-zinət əşyalarının ticarəti ilə məşğul olan şirkətini işlətmişdir. 2016-cı ilin ortalarında Dubayda iş olmadığından o, Bakıya köçüb qayıtmış, bir müddət işsiz qalmışdır. 2017-2018-ci illərdə Bakıda sanitariya və epidemiologiya sahəsində sürücü kimi işə düzəlmişdir. 2020-ci ilin ortalarında İqbal ona zəng edərək bildirmişdir ki, avtomobil üçün işlənmiş ehtiyat hissələri vardır ki, onları Dubaydan konteynerlərlə Bakıya göndərmək lazımdır. O da bu işlərdən başı çıxmadığını bildirmiş, İqbal ona demişdir ki, əslən Lənkərandan, yəni onun yerlisi olan Elşad adlı dostu vardır. Həmin adam da Dubayda yaşadığı üçün görüşüb bu barədə söhbət edərək birlikdə ehtiyat hissələrini axtarsınlar. O da Elşadla görüşüb Şarje əmirliyinə gedərək orada “BMW” markalı avtomobillər üçün nəzərdə tutulan ehtiyat hissələri ilə maraqlanmağa başlamışdır. Həmin əmirlikdə ehtiyat hissələri satan əfqanistanlı adamla tanış olub bildirmişdir ki, ehtiyat hissələri alıb ilkin ödəniş kimi pul verəcək, qalan borcun əvəzinə isə çek verib hissə-hissə ödəniş edəcəkdir. Həmin satıcı da buna etiraz etməmişdir. Bakıda İqbaldan ehtiyat hissələri istəyən adamın adı Anar olmuş, o, hər dəfəsində videozəng vasitəsi ilə İqbala zəng edib avtomobilləri göstərmişdir. İqbal bəyəndiyi malları seçdikdən sonra o, həmin malları sifarişi etmiş, o, əfqanıstanlıdan ayrıayrı vaxtlarda cəmi iki dəfə konteynerlə ehtiyat hissələrini sifariş edib Bakıya göndərmişdir. İqbal da hər dəfəsində hazırda xatırlamadığı məbləğdə pulu ilkin ödəniş kimi ona göndərmiş, o da həmin vəsaiti Əli adlı həmin əfqanlıya vermişdir. İkinci konteynerə görə qalan borcun ödənişinin möhləti bitdiyi ərəfədə İqbal onun dəqiq xatırlamadığı məbləğdə pul göndərmişdir ki, o, həmin pula 3-cü konteyneri də sifariş etsin. Həmin pulu ondan alan əfqanıstanlı Əli isə aldığı pulu 2-ci konteynerə görə olan borcun silinməsinə aid edib 3-cü konteynerə görə əlavə ilkin ödəniş istəmişdir. Hətta aralarında bununla bağlı söz mübahisəsi də olmuşdur. Lakin bu heç nəyi dəyişməmişdir. Ona görə də artıq 3-cü konteynerin Bakıya göndərilməsi mümkün olmamışdır. İqbal üçün bu işləri görən zaman sonuncu ona hər-hansı məbləğdə maaş verməmişdir. Sadəcə Dubaya göndərdiyi puldan gündəlik xərcləri üçün o özü pul götürmüşdür. İqbal demişdir ki, bu müvəqqəti çətinlikdir və pulunu yığıb Dubaya gələcəkdir ki, problemlərini yoluna qoyub daimi işinə davam etsin və ona aylıq maaş versin. O da yoldaşlıq və dostluq naminə İqbala kömək etmişdir. Avtomobil ehtiyat hissələri ilə bağlı olan iş bu vəziyyətdə də sonlandığında, habelə o, artıq Dubayda qala bilmədiyindən İqbaldan xahiş etmişdir ki, ya Dubayda qala bilməsi, ya da Bakıya qayıtması üçün ona pul göndərsin. İqbal da hər dəfə bir bəhanə gətirmişdir. O da orada olduğu ərəfədə məcbur qalıb qeyri-rəsmi olaraq bir turizm şirkətində kuryer kimi işləyib çörək pulu qazanmışdır. 2020-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində o, cəmi iki konteyner avtomobil ehtiyat hissələrini Bakıya göndərmişdir. Onlardan birinin dəyəri təxminən 70000 ABŞ dolları, digəri isə təxminən 100000 ABŞ dolları təşkil etmişdir. Bunun əvəzində İqbal ona hər ay üçün 500 ABŞ dolları məbləğində zəhmət haqqı qismində pul vermiş, bununla da yekun olaraq ona 1500 ABŞ dolları pul verilmişdir. 2020-ci ilin sentyabr ayında Qarabağ uğrunda gedən döyüşlər başladığı üçün ehtiyat hissələri ilə bağlı işlər dayandırılası olmuşdur. İqbal ona bildirmişdir ki, müharibə şəraitidir, işlər getmir, alver yoxdur, ona görə də hələki heç nə göndərməsin. 2021-ci ilin aprel ayında İqbal ona zəng edərək Adəmlə bir nəfər Abbas adlı şərikinin Dubaya gələcəyini bildirmişdir. Həmin adamları qarşılayıb otelə yerləşdirmək və gəzdirmək lazım olduğunu bildirmişdir. Bunun üçün İqbal ona pul da göndərəcəyini bildirmiş, o da buna etiraz etmədiyi üçün 2021-ci ilin aprel ayında qonaqlar Dubaya gəlmiş, həmin adamlar Abbas və Adəm olmuşdur. Daha sonra İqbal ona yadında qalmayan məbləğdə pul göndərməyə başlamış və göndərilən vəsaitlərin Abbasla Adəmə verilməsini, pulun onlarda qalmasını tapşırmışdır. Təqsirləndirilən şəxs1 ona göndərdiyi 163000 ABŞ dolları məbləğində pulu Vivien ilk əvvəl götürməyə razı olsa da təxminən iki saata sonra Vivien ona zəng edərək təklif olunan məbləğlə razı olmadığını və daha artıq məbləğdə nağd pul istədiyini bildirmişdir. O da zəng edərək bu barədə İqbala dedikdə sonuncu bildirmişdir ki, o, Adəmlə Abbası da götürərək birlikdə polis idarəsinə getsin və pulla birlikdə içəri girərək pulu polisə göstərsin. İqbal əlavə etmişdir ki, polisdə kiminləsə danışıb, problem olmayacaqdır. O da İqbalın dediklərinə əməl edərək səhəri gün Adəmi və Abbası da götürüb birlikdə polis idarəsinə getmişdir. Oraya çatdıqdan sonra Adəmdən çantaqarışıq 163000 ABŞ dollarını da götürüb idarədəki otaqların birinə daxil olmuşdur. İqbal ona zəng etmiş və polislərlə danışmaq istədiyini dediyi üçün o, mobil telefonu oradakı ərəb polisə vermişdir. Onlar İqballa telefonda danışmış və o, pulu oradakı əməkdaşa göstərmişdir. Bundan sonra ona bir kağız yazılaraq verilmiş, İqbal demişdir ki, pulu özündə saxlasın və vəsaitin kimə verilməli olduğunu ona deyəcəkdir. O da buna etiraz etməmiş, o, həmin kağız parçasını da götürüb pulla birlikdə otaqdan çıxmışdır. O, sevincini Abbas və Adəmlə bölüşüb demişdir ki, məsələ həll olunur, İqbal tezliklə Dubaya gəlib çıxacaqdır. Lakin onda olan çantadakı pulun üzərində qalmasını və heç kimə verilməməsini nə Abbasa, nə də ki, Adəmə deməmişdir. Çünki o, İqbalın dediyinə əməl etmişdir. Belə fikirləşmişdir ki, İqbal özü Abbas və Adəmlə bu barədə danışmışdır. Adəmlə Abbas özü də ondan pulun kiməsə verilib-verilməməsini soruşmamış, oradan çıxdıqdan sonra o, Adəmlə Abbasdan ayrılmış və pulla birlikdə evə getmişdir. İqbal ona bildirmişdir ki, pulu evə qoysun və Abbası axşam Bakıya yola salsın. O da onun dediklərinə əməl etmiş, 2021-ci ilin may ayında Abbas öz ailə üzvləri ilə növbəti dəfə Dubaya gəldiyi zaman o, İqbalın göstərişi ilə onlara demişdir ki, əslində kirayəyə götürdüyü mənzillə avtomobil guya şəxsən İqbala məxsusdur. İqbal özü ona demişdi ki, Abbasgilə avtomobil və mənzil barədə belə desin. Çünki gələcəkdə İqbal Dubaya gələ biləndə həmin avtomobillə mənzili özü almaqla mülkiyyətinə keçirmək niyyətində olmuşdur. Həmin ərəfədə İqbalın tapşırığı əsasında Abbasa aldığı brilyant qaşlardan bir neçə ədədini nümunə kimi sonuncuya vermişdir. Bir neçə gün sonra isə İqbal ona zəng edərək demişdir ki, Mahir adlı kuryer tərəfindən götürülmüş brilyantlar ona qaytarılacaq, çünki Bakıdakı alıcı brilyantları almaq istəməmişdir. Bundan təxminən 1 (bir) ay sonra Adəm Dubaydan Bakı şəhərinə qayıtmış və sonuncudan eşitmişdir ki, İqbal polis tərəfindən həbs edilmişdir. 15-20 gün sonra Abbas ona zəng edərək demişdir ki, İqbalı tutublar, pulların harada olmasını soruşmuşdur. Abbas bütün bu işlərdən onun xəbərinin olmasını iddia edərək əgər Bakıya gəlməsə Dubayda onu tutduracağını, valideynlərinin üstünə polis gətizdirəcəyini bildirmişdir. Bu hədə-qorxulardan sonra o, özü də qərara gəlmiş və Bakı şəhərinə qaytmışdır. Bakıda Abbasla görüşmüş, sonuncu ondan polisə şikayət etdiyini deyərək İqbalın barəsində araşdırmanın Bakı Şəhər Baş Polis İdarəsində aparıldığını bildirib müstəntiqin yanına getməyini tövsiyə etmişdir. Daha sonra ona idarədən zəng gəlmiş və o, ifadə verməyi üçün polis idarəsinə getmişdir. İqbal ona göndərdiyi pul vəsaitlərinin özünə məxsus olmasını demişdir. Həmin pulun digər kiməsə məxsus olması barədə ona başqa söz deyilməmişdir. 2021-ci ilin aprel ayında o, Abbas və Adəmlə birlikdə Dubay şəhərində polis şöbəsinə gedən zaman oraya Vivienin gəlməyəcəyi və faktiki olaraq da gəlməməsi barədə Abbasa heç nə deməmişdir. Çünki İqbal özü ona demişdir ki, Adəm və Abbasla artıq bu barədə danışmışdır. Ona görə də onlara nəsə deməyi lazım bilməmişdir. İqbalın göndərdiyi bütün pullar sonuncunun tapşırığı əsasında həmişə Adəmdə saxlanılmış, Adəm və Abbasla birlikdə Dubay şəhərindəki polis şöbəsinə getməyi də İqbal ona tapşırmışdır. Bundan başqa brilyant qaşların nümunəsini də İqbalın tapşırığı Abbasa vermişdir. Abbas və əmisi kimi ona təqdim olunan şəxs ona, özünü və ailəsini tutduracağı ilə bağlı təzyiq göstərmiş, İqballa əlbir olduğunu deməyəcəyi halda ailəsini də tutduracaqlarını demişlər. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2018-ci ildən etibarən Rusiya Federasiyasının vətəndaşı olsa da, milliyyətcə azərbaycalı olan dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış və yaxın yoldaşılıq münasibətləri olmuşdur. 2018-ci ilin iyun ayında dostu Raid və İqballa birlikdə oturub söhbətləşən zaman İqbal, X7 Dubay şəhərində olan adını göstərmədiyi bankda ******* (bir milyon beş yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin olmasını, həmin pul vəsaitini bankdan çıxara bilmədiyini bildirmişdir. Belə ki, orada başına gələn hansısa problemlə bağlı Dubaya girişi qadağan edilmiş, buna görə də adlarını bildirmədiyi iki nəfər tanışına pulu bankdan çıxara bilməsi, yəni nağdlaşdırmaları üçün etibarnamə versə də bank tərəfindən qeyd edilən vəsait həmin şəxslərə verilməyərək İqbalın şəxsən iştirakı tələb edilmişdir. İqbal bildirmişdir ki, 30.000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaiti lazımdır ki, həmin pul vəsaitinin hesabına sərhədkeçməsinə qoyulmuş məhdudiyyəti götürsün, aviabilet alaraq Dubaya getsin və orada bir neçə ay ərzində müvəqqəti məskunlaşması üçün kirayəyə mənzil alaraq, bankda yerləşən pulunun çıxarılması üçün digər zəruri xərcləri qarşılasın. İqbal bildirmişdir ki, özünə məxsus pulu bankdan çıxara bilsə şəhərin mərkəzində, dəbdəbəli həyat tərzi sürən sakinlərin məskunlaşdığı ərazidə böyük mağaza icarəyə götürüb orada qızıl-zinət əşyalarının topdan satışı ilə məşğul olaraq külli miqdarda pul əldə edəcəkdir. İqbal həmçinin bildirmişdir ki, Dubay şəhərində yerləşən göydələnlərin birində ofisi olmuş, həmin ofisdə “Elşad” adlı köməkçisi işləmişdir. “Elşad” adlı şəxs də qızıl-zinət əşyalarının sifarişini həyata keçirmişdir. İqbal təklif etmişdir ki, 30000 ABŞ dolları məbləğində pul verilsə, əvəzində bir neçə ay ərzində qeyd etdiyi işləri görərək külli miqdarda qazanc əldə edəcək və edilən yaxşılığa görə, vəziyyətdən çıxarıldığına görə ona, ******* ABŞ dolları məbləğində pul verəcəkdir. İqbal çox inandırıcı danışdığı üçün, habelə tanışlıqları müddətində özünü işgüzar adam kimi təqdim etdiyindən dediklərinə qarşı qəti şübhə qalmamışdır. Həmin ərəfədə dostu Raidin pulu olmadığı üçün o, özü İqbala pul vermək qərarına gəlmişdir. Ona görə də həmin söhbətdən bir neçə gün sonra, 2018-ci ilin iyunda “Mirage” çay evinin içərisində dostu Raidin yanında üzərində olan 30000 (otuz min) ABŞ dollarını İqabala vermişdir. Pulu İqbala verən zaman yanında İqbalın dostu, onun isə yaxından tanıdığı şəxs, soyadını və ata adını bilmədiyi, əslən Lənkəran şəhərindən olan Əhməd də olmuşdur. Pulu verdikdən sonra birlikdə oradan çıxıb “Ayna Sultanova” heykəlinin yaxınlığında, körpünün alt hissəsində fəaliyyət göstərən “Qızıl gül” kafesinə getmiş, orada oturub yemək yemişlər. Bir neçə dəqiqə sonra həmin kafeyə onun tanımadığı, təxminən 38-40 yaşında, orta bədən quruluşlu, digər əlamətlərinə fikir vermədiyi bir şəxs gəlmişdir. Həmin şəxs İqballa birlikdə kənara çəkilmiş və söhbət etmişlər. Bir neçə dəqiqə söhbət etdikdən sonra həmin şəxs çıxıb getmiş, İqbal isə masaya qayıtmışdır. İqbal bildirmişdir ki, gələn şəxs pul köçürməsi ilə məşğul olan adamdır və ondan alınan 30000 ABŞ dolları həmin şəxsin vasitəsi ilə indidən Dubaya göndərilmişdir. O da Raidlə birlikdə İqbalı təbrik edərək işlərinin tezliklə qaydasına düşməsini arzulamışlar. Kafedə bir neçə dəqiqə oturduqdan sonra sağollaşaraq hərəsi öz işlərinin dalınca getmişlər. Təxminən bir həftə sonra İqbal demişdir ki, göndərilən 30000 ABŞ dolları məbləğində pul vəsaitinin 3000 dolları qanunsuz pul köçürmə işi məşğul olan şəxslərin köçürmə faizi kimi tutulmuşdur və hazırda Dubayda cəmi 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pul vardır. İqbal barəsində nəql etdiyi işləri görmək üçün hesablamalarına görə ən azı 30000 ABŞ dolları pulun lazım olmasını bildirmiş və ondan, əgər mümkünsə əlavə 3000 (üç min) ABŞ dollarını da verməsini xahiş etmişdir ki, 30000 (otuz min) ABŞ dolları tamamlansın. İqbal özü ilə ortaq dostları Raidı da Dubaya aparmaq niyyətində olduğu üçün sonuncunun adına da İqbal tərəfindən aviabilet alınmışdır. O da buna etiraz etməyərək özünə məxsus 3000 (üç min) ABŞ dollarının 1200 (min iki yüz) dollardan ibarət hissəsini 2018-ci ilin iyun ayında yaşadığı ünvan 3 ünvanın qarşısında, 1800 (min səkkiz yüz) dollardan ibarət hissəsini isə bir neçə gün sonra, 2018-ci ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Heydər Əliyev adına X31”nda Terminal 1-in qarşısında X37 yola salarkən sonuncuya vermişdir. O qeydiyyat duracaqlarının qarşısında dayanan vaxt görmüşdür ki, Raid pasport nəzarətindən rahatlıqla keçsə də, İqbal gömrük əməkdaşları tərəfindən saxlanılmış və pasport qeydiyyatından keçə bilməmişdir. Raid isə qeydiyyatdan keçə bildiyi üçün İqbalın əvəzinə işlərlə maraqlanmaq üçün Dubay şəhərinə getmişdir. Raid, Dubayda “Elşad” adlı şəxslə görüşmüş və soncuya məxsus mənzildə bir həftə ərzində qalmışdır. “Elşad” adlı şəxs də İqbalın iş adamı olmasını, qızıl ticarəti ilə məşğul olmasını, Dubayda “Vivien” adlı Çin Xalaq Respublikasının vətəndaşı ilə aralarında olan pul mübahisəsi ilə bağlı ölkəyə girişinin qadağan olunmasını, həmin qadına olan borcunu ödədiyi halda ölkəyə buraxıla biləcəyini demişdir. İqbal isə pasport qeydiyyatı məntəqəsində saxlanıldıqdan sonra hava limandakı polis şöbəsinə aparılmış və 2-3 saatdan sonra azad edilmişdir. İqbal oradan çıxdıqdan sonra ona bildirmişdir ki, adı səhvən məhdudiyyət siyahısında qalmış və həmin işlə məşğul olub adının siyahıdan çıxarılmasını həll edərək Dubaya qayıdacaqdır. O da İqbala inanıb buna etiraz etməmişdir. Həmin söhbətdən bir neçə gün sonra İqballa mütəmadi danışıb işlərinin nə yerdə olmasını soruşsa da İqbal, məsələni hələ ki həll edə bilmədiyini demişdir. Ona görə də o, Raidə zəng edərək artıq Dubayda qalmasının mənasız olmasını, İqbalın işinin ləngiməsini bildirib Bakıya qayıtmasını tövsiyə etmişdir. Ona görə də Raid oradan çıxıb Bakıya qayıtmışdır. Həmin ərəfədən sonra da İqballa aralarında baş tutan danışıqlar zamanı sonuncu, problemlərinin həll edilməməsini, bu istiqamətdə çalışdığını deyərək vaxt möhləti almışdır. O, İqballa dostluq münasibətlərində olduğu üçün pulu geri tələb etməyə utanmış və problemlərini yoluna qoyacağına inanmışdır. “Vivien” adlı şəxs barədə İqbala sual verdikdə sonuncu, həmin qadını həqiqətən də tanıdığını, sevgi münasibətlərində olduğunu, həmin qadının da qızıl-brilyant ticarəti ilə məşğul olduğunu demişdir. İqbal “Vivien” adlı qadından aldığı 200000 (iki yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını Rusiya Federasiyasının Moskva şəhərində yaşayan “İlkin” adlı tanışına satdığını, sonuncu isə qızılları almış olsa da pulunu verməyərək ələ keçirdiyini bildirmişdir. Ona görə də “Vivien” adlı qadın İqbalın barəsində şikayət etmişdir. O isə İqbalın bu vəziyyətini də nəzərə alıb təxminən 2 (iki) il ərzində gözləmişdir. 2020-ci ilin iyun aylarında İqbal, X7 Dubay şəhərindən Bakı şəhərinə konteynerlə “BMW” markalı avtomobillərinin işlənmiş ehtiyat hissələrini gətirməklə qazanc əldə etməyin mümkün olmasını bildirmiş, əgər bu işlə məşğul olacaqları halda öz payına düşən qazancı toplayaraq “Vivien” adlı qadına olan pul borcunu ödəmək məqsədi ilə Dubaya göndərəcəyini demişdir. İqbal, avtomobil ehtiyat hissələrinin bir konteynerinin gətirilməsi və satılması nəticəsində 10000 (on min) ABŞ dolları məbləğində mənfəət əldə olunacağını bildirmişdir. Əgər həmin işlə məşğul olması üçün 30000 (otuz min) ABŞ dolları məbləğində pul verilmiş olsa əldə olunan qazancın 5000 (beş min) ABŞ dollarından ibarət hissəsi onun, digər 5000 dolları isə İqbalın payına düşəcəkdi. O, həmin təklifi müsbət qarşılayıb razı olmuş, belə ki, əsas məqsədi ondan ibarət olmuşdur ki, İqbal əldə etdiyi qazancla Dubay şəhərindəki problemlərini həll edə bilsin və ilkin sövdələşəmədə ona vəd verilən pulu versin. Həmin ərəfədə onun pulu olmadığı üçün o, dostu Şahid11 borca 30000 (otuz min) ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin borcla bağlı 8-ci mikrorayon ərazisində yerləşən notariat kontorunda Fuadla aralarında borc müqaviləsi də bağlanmışdır. O, oradan çıxıb elə həmin günü qeyd edilən pul vəsaitini yaşadığı ünvan 3 ünvanın qarşısında İqbala vermişdir. Bundan sonra təxminən iki ay ərzində iki dəfə Dubay şəhərindən Bakıya içərisində ehtiyat hissələri olan konteynerlər gəlmiş, bu barədə İqbal özü ona xəbər vermişdir. O, İqbaldan vəd verilən 5000 (beş min) ABŞ dollarını istəsə də İqbal gözləməyini ondan xahiş etmiş, belə ki, verdiyi pulun daimi dövriyyədə olmasını, davamlı olaraq yeni konteynerlər gətizdirəcəyini demişdir. İqbal qazancları topladığını və yekunda ona bütöv halda Bakıya gətirilmiş hər konteynerə görə 5000 ABŞ dolları pul verəcəyini bildirmişdir. O da buna etiraz etməmişdir. 2020-ci ilin oktyabr ayında İqballa növbəti görüş zamanı İqbal, bir nəfər Jafar adında İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin İran istehsalı olan qaz sobalarının münasib qiytmətə topdan və pərakəndə satışı ilə məşğul olduğunu bildirmişdir. İqbal, həmin şəxsdən 10000 ABŞ dolları dəyərində qaz sobası alıb tanıdığı şəxslərə qısa zaman kəsiyində sataraq nəticədə 6000 (altı min) ABŞ dolları məbləğində qazanc əldə etməyin mümkün olmasını bildirmişdir. O da İqbalın bu təklifini müsbət qarşılayaraq pul verməyə razı olmuşdur. Həmin vaxt o, özündə pul olmadığı üçün bir neçə gün sonra Lənkəran rayonunda yaşayan və işləyən oğlu Şahid4 zəng etmiş və oradakı evində saxladığı puldan 10000 ABŞ dollarını ona, Bakı şəhərinə göndərməsini xahiş etmişdir. Kərim də buna etiraz etməyərək həmin pul vəsaitini evdən götürüb markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinə verərək Bakı şəhərinə yola salmışdır. O, qeyd edilən gün İqballa görüşmüş və parkda söhbətləşərək öncəki vədləri yerinə yetirməməsi ilə bağlı qınamışdır. İqbal isə öz yaxın ailə üzvlərinin canına and içərək çox qısa zaman kəsiyində onunla olan pul haqq-hesabını artıqlaması ilə həll edəcəyini demişdir. Həmin görüş zamanı o, ara-sıra Lənkəran şəhərindən çıxıb Bakıya yola düşən, pulu gətirən taksi sürücüsü ilə telefonda danışıb harada olmasını soruşmuşdur. İqballa bir neçə saat “X58 adına heykəlin qarşısındakı parkda söhbətləşdikdən sonra taksi sürücüsü ona zəng edərək artıq yaxınlıqda olmasını ona bildirmişdir. O da İqballa sonuncunun idarə etdiyi qara rəngli “X38” markalı ** PH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmiş və İqbaldan, onu “X8”nın yan tərəfindən yerləşən “Zəfəran” aptekinin qarşısında düşürüb orada gözləməsini xahiş etmişdir. O, isə yeraltı piyada keçidi ilə yolun əks tərəfinə keçərək göndərilmiş pul vəsaitini taksi sürücüsündən götürmüşdür ki, sürücü əziyyət çəkib bir də yolun digər tərəfinə keçməli olmasın. İqbal onu həmin yerdə düşürtdükdən sonra o yeraltı piyada keçidi ilə yolun əks hissəsinə keçərək göndərilmiş 10000 (on min) ABŞ dollarını taksi sürücüsündən götürmüşdür. Pulu aldıqdan sonra o, yenidən yeraltı piyada keçidi ilə İqbalın avtomobilinin yanına qayıtmışdır. Həmin vaxt İqbal avtomobilin içərisində deyil, qarşısında olmuşdur. O, üzərində olan 10000 ABŞ dollarını Xətai rayonu, M.Mehdizadə küçəsi 112 saylı ünvanda yerləşən “Zəfəran” aptekinin qarşısında İqbala vermişdir. İqbal, çox qısa zaman kəsiyindən borcunu tam həcmdə geri qaytaracağını bildirmişdir. Təxminən bir həftə sonra İqbal ona zəng edərək artıq qaz sobaları İrandan götürülərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinə, Jafar adlı iranlı tanışının anbarına yerləşdirildiyini, həmin malların yük avtomobillərinə yüklənərək Lənkəran şəhərinə gətiriləcəyini bildirmişdir. O, İqbalı tələsdirdiyi üçün İqbal inandırmaq məqsədi ilə ona dostu “İlham” adlı şəxsin mobil telefon nömrəsini verərək sonuncu ilə danışmağını bildirmiş, o da həmin şəxsə zəng edib harada olmasını soruşduqda İlham, sobaları gətirdiyini, Salyan şəhərindən keçdiyini, yolda olduğunu bildirmişdir. Təxminən 1-2 saat sonra o yenidən İlhama zəng edərək harada olmasını soruşduqda İlham, qaz sobalarını gətirən iki ədəd yük avtomobili ilə birlikdə Lənkəran rayonunun, Şürük kəndində yerləşən “Sevgil” cehizlik mağazasının qarşısında olduğunu demişdir. O, dərhal evdən çıxıb oraya yollanmış, belə ki, həmin mağazanı işlədən Rauf adlı şəxsi şəxsən tanımışdır. Oraya getdikdə İqbalın da orada olduğunu görmüş, o, qaz sobalarının hələ ki, avtomobillərdən çıxarılaraq mağazaya yerləşdirilməməsini və qiymətlə bağlı aralarında narazılığın olmasını görmüşdür. Rauf ona yaxınlaşaraq İqballa hansı əlaqəsinin olmasını soruşmuş, o da qaz soblarına aid pulunun olmasını Raufa demişdir. Rauf qaz sobalarının qiymətində endirim olsun deyə ona bildirmişdir ki, sobalar baha qiymətə satılır. O isə Raufa, bu məsələlərə müdaxilə etmədiyini, sadəcə İqbaldan öz pulunu götürüb gedəcəyini bildirmişdir. O, orada bir qədər də dayanıb gözləmiş, lakin Raufla İqbal qiymətlə bağlı ortaq məxrəcə gələ bilmədiklərindən buna əsəbləşmiş və evə gedib nahar etdikdən sonra geri qayıtmağa qərar vermişdir. Getməzdən öncə İqbala və Raufa yaxınlaşaraq sobalarla bağlı razılığa gəlib alqı-satqı etdikdən sonra ona xəbər etmələrini xahiş edib evinə yollanmışdır. Bir neçə saat ərzində İqbaldan xəbər çıxmadığı üçün o, Raufa zəng etmiş və məsələnin nə yerdə olmasını, sobaların alınıb-alınmamasını soruşmuşdur. Rauf onun verdiyi suala təəccüblənmiş və qaz sobalarının hamısını aldığını və pulunu da İqbala verdiyini bildirmişdir. Rauf, İqbala pulu verən zaman sonuncudan Zərərçəkmiş şəxs1 zəng edib bu barədə xəbər verməsini xahiş etmiş, İqbal isə bu məsələnin Raufa hər-hansı bir aidiyyətinin olmamasını, pul verməyəcəyini Raufa bildirmişdir. O, dərhal Raufla əlaqəni kəsib İqbala zəng etsə də, İqbal, zənglərə cavab verməmiş, mobil telefon nömrəsini qara siyahıya salmışdır. Həmin vaxtdan etibarən İqbal, onun zənglərinə cavab verməyərək gizlənmişdir. Bundan sonra 01 fevral 2021-ci il tarixdə saat 19 radələrində İqbal ona zəng edərək yaltaqlanmağa başlamış, Lənkəran şəhərində olduğunu, görüşüb bəzi məsələlərə aydınlıq gətirmək istədiyini bildirmişdir. O ilk əvvəl İqballa görüşmək istəmədiyini desə də sonuncu, buna təkid etmiş və nəticədə o razılaşmışdır. O, İqballa Lənkəran şəhərində yerləşən “Mandarin” restoranının qarşısında görüşmüş, İqbal görüşə viski içkisini alıb gəlmiş, restoranda yerləşən 1 nömrəli kabinetdə oturub viski içmişlər. O, İqbaldan nəyə görə pulu qaytarmadığını, onu aldatdığını, dostluğa xəyanət etdiyini soruşmuşdur. İqbal isə onu aldatmadığını, onu qardaş kimi çox istədiyini, tez bir zamanda pulu qaytaracağını demiş və vaxt verilməsini ondan xahiş etmişdir. Bu mövzuda söhbətlər edə-edə İqballa birlikdə içki içmiş, həmin gün dostu Zərərçəkmiş şəxs2 da Lənkəran şəhərinə gələsi olmuşdur. Ona görə gün ərzində bir neçə dəfə Raidlə telefonla əlaqə saxlamışdır ki, görüşsünlər. O, İqballa görüşdə olan vaxt Raidə zəng edərək harada olduğunu, Lənkərana nə vaxta çatacağını soruşmuşdur. Raid isə yolda olduğunu, dostu Anarla birlikdə gəldiyini demiş, Raid ondan harada olduğunu, nə işlə məşğul olduğunu soruşmuşdur. O isə İqballa görüşdüyünü, “Mandarin” restoranında olduğunu bir müddətdən sonra bekar olacağını demiş, Raid isə İqbalı görmək istədiyini demiş və əgər mümkün vaxtda çatarsa onlara qoşulacağını bildirmişdir. O da buna etiraz etməmiş, saat təxminən 23 radələrində o İqballa birlikdə artıq restoranı tərk etməyə hazırlaşdıqları ərəfədə Raidlə Anar da restorana gəlmişlər. Onlar da eyni kabinetdə, bir masa arxasında oturmuş, İqbal çox mehribancasına Zərərçəkmiş şəxs2la görüşmüş, daha sonra İqbal onlar üçün də yemək sifariş vermişdir. Elə yenicə birgə oturub söhbət etməyə hazırlaşdıqları vaxt onun şalvarının üzərinə şor dağıldığı üçün bir qədər əyilib şalvarını təmizləməyə başlamışdır. Bir neçə saniyə sonra isə görmüşdür ki, Raidlə Anar “müəllim! müəllim!” deyə qışqırırlar. O, qəfildən başını qaldıranda görmüşdür ki, başının üstündə İqbal əlində saxladığı süfrə bıçağı ilə dayanmış və həmin bıçaqla onu vurmaq istəmişdir. O, dərhal əli ilə İqbalın biləyindən tutub saxlamış, İqbal güc versə də bıçağı ona vura bilməmiş, o isə İqbalı özündən kənara itələmişdir. İqbal məkrli planının baş tutmamasını, hamının qarşısında pis vəziyyətdə qalmasını başa düşüb çox eybəcər tərzdə qışqırmağa, ictimai yerdə olan digər şəxslərin diqqətini özünə cəlb etmək üçün guya vurulduğunu deyib çığırmağa başlamışdır. İqbal onların üstünə cumub düşünülmüş şəkildə vurulmağını istəmişdir. Onlar isə İqbalı özlərindən kənara itələmiş, heç biri İqbalı vurmadıqları üçün İqbal gah bədənini divara çırpmağa, sifətini masaya vurmağa davam edib qaçaraq kabinetdən həyətə çıxmışdır. İqbal görüşə özünün deyil, tanışı Rafiqə məxsus “BMW” markalı 99UF303 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gəlmişdir. İqbal həmin avtomobilə minib qəfildən yüksək sürətlə hərəkətə gətirərək qarşısında dayanmış Anara məxsus “BMW” markalı 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilə bir neçə yerdən vurmuş və təxminən 50 metr məsafə qət etdikdən sonra avtomobili saxlayıb yenidən arxaya doğru qəsdən hərəkət etdirib bu dəfə ona məxsus “AUDİ” markalı 10CT050 dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurmuşdur. Həmin zərbədən sonra İqbalın avtomobilinin mühərriki sönmüş və nədənsə işə düşməmişdir. Bunu görən İqbal dərhal avtomobildən düşüb hadisə yerindən qaçmış, yolda olarkən İqbal bir neçə dəfə yıxılmış, böyürtkən kollarına ilişmiş, daha sonra hasara qalxıb gözdən itmişdir. Etdiyi bütün bu qanunsuzluqlardan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılan İqbal bu azmış kimi ondan şikayət də etmişdir. İqbal bütün bunları məsuliyyətdən yaxa qurtarmaq, ona qara yaxmaq yolu ilə pulun dalına keçmək məqsədi ilə etmişdir. Kabinetdəki mübahisə təxminən 4-5 dəqiqə ərzində, İqbalın həyətdə yaratdığı mübahisə isə 15-20 dəqiqə ərzində davam etmiş, İqbalın düşünülmüş şəkildə yaratdığı səs-küyə restoranın sahibi “Nizami” və ofisiant “Tural” adlı şəxslər də gəlmişlər. Nə o, nə də ki X56 ümumiyyətlə xəsarət yetirməmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2014-cü ildə Lənkəran şəhərində olarkən ortaq dostlarının vasitəsi ilə tanış olmuşdur. İqbal X7 Dubay şəhərində qızıl və brilyant satışı ilə bağlı fərdi biznesinin olmasını ona demişdir. Görüşlərin birində İqbal söhbət əsnasında, 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu olsaydı yaxşı bir iş görə biləcəyini bildirmişdir. O, həmin işin təfərrüatı barədə sual verdikdə İqbal, həmin pulun hesabına Rusiya Federasiyasının Dağıstan Respublikasından İran İslam Respublikasına tikintidə istifadə olunan emal edilmiş taxta məmulatlarını sataraq yatırım nəticəsində hər ay 5000 (beş min) ABŞ dolları qazanc əldə edəcəyini demişdir. Həmin ərəfədə o, Rusiya Federasiyasından Azərbaycana yenicə gəldiyi üçün özünə məxsus pul vəsaitləri nağd deyil, “Zberbank” bank hesabında olmuşdur. O, İqbalın həmin işlə məşğul olub ona da aylıq qazanc verməsinə razı olduğundan hesabından nəzərdə tutulan pul vəsaitini çıxarıb vermək istəmişdir. Lakin nə Lənkəran şəhərində, nə də ki, Bakıda olan banklar vasitəsi ilə hesabındakı pulu tam nağdlaşdıra bilməmişdir. Bu barədə İqbala bildirdikdə sonuncu, ona təklif etmişdir ki, işi ilə əlaqədar Gürcüstan Respublikasının Tbilisi şəhərinə yollandığı üçün birlikdə oraya gedərək həmin şəhərdə nağdlaşdırsın. Orada həm birgə istirahət edər, həm də nağdlaşdırma problemi olmadığı üçün, bank hesabındakı pulu asanlıqla çıxara bilər. O da buna etiraz etməyərək 16 may 2014-cü il tarixdə İqbalın idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobillə dostu Xəyal Ağamirovu da götürüb Gürcüstana yollanmışlar. Tbilisi şəhərinə çatdıqda orada “Reddison” adlı mehmanxanada Xəyalla birgə yerləşmiş, İqballa sabahı günü yenidən görüşüb birgə Azərbaycana qayıdacaqlarına dair sövdələşdikdən sonra İqbal, mehmanxanada qalmayaraq öz işlərinin dalınca getmişdir. Səhəri gün o, dostu Xəyalla birgə Tbilisi şəhərində yerləşən “Dostluq” körpüsünün yaxınlığındakı bankların birinə getmiş və orada özünə məxsus bank kartından 19600 (on doqquz min altı yüz) ABŞ dolları məbləğində pulu çəkərək nağdlaşdırmışdır. Bir neçə saatdan sonra İqbal öz işlərini qurtarıb gələrək onları götürmüş və 17 may 2020-ci il tarixdə onlar birlikdə Bakı şəhərinə qayıtmışlar. Uzun yoldan yorğun qayıtdıqları üçün şəhərə çatan kimi hərəsi öz evinə getmiş, səhəri günü 18 may 2020-ci il tarixdə saat 14 radələrində o, İqballa zəngləşib ünvan 14 ünvanda yerləşən “Zeytunluq” adlı restoranda görüşmüşlər. Elə oradaca o, üzərində olan 19600 (on doqquz min altı yüz) ABŞ dolları məbləğində pul vəsaitini dostu Xəyalın iştirakı ilə İqbala vermişdir. 20000 ABŞ dolları üçün çatışmayan 400 (dörd yüz) ABŞ dollarının Gürcüstandakı bank tərəfindən əməliyyat rüsumu kimi çıxılmasını bildiyi üçün İqbal buna etiraz etməmiş və həmin cüzi kəsrin sövdələşməyə hər-hansı təsirinin olmaması nəzərə alınmışdır. İqbal pulu aldıqdan sonra, növbəti ay görüşüb vəd verilən mənfəəti, yəni 5000 (beş min) ABŞ dollarını ona verəcəyini bildirmişdir. Həmin gün İqbal çıxıb getdikdən sonra sonuncudan xəbər-ətər olmamış, mobil telefonlarına zəng çatmamışdır. O, İqballa əlaqə saxlaya bilmədiyi üçün ortaq tanışlardan İqbalın yeri barədə soraqlaşmış və ona, İqbalın hansısa işlərlə məşğul olması, gah Afrikada qızıl mədənlərində işləməsi, gah orada ebola xəstəliyinə yoluxması deyilmişdir. 2017-ci ildə Lənkəran şəhərində olan dostları, İqbalın Abşeron rayonunun, Digah qəsəbəsində özünə üç mərtəbəli fərdi yaşayış evi tikdirməsi barədə məlumat vermişdir. O, oraya getdikdə görmüşdür ki, həmin ev Mehdiabad-Novxanı şossesindən Digaha doğru dönən yolda, yəni orada yerləşən işıqfordan sağa döndükdə həmin küçədə olan adını bilmədiyi iri supermarketdən bir qədər irəlidə, həmin küçəyə sağdan birləşən küçədə yerləşmişdir. O, orada, həmin dəbdəbəli fərdi yaşayış evinin həyətində İqballa görüşə bilmiş və vəd etdiyi qazancı artıq istəmədiyini deyib, verdiyi 19600 (on doqquz min altı yüz) ABŞ dollarını geri istəmişdir. İqbal təklif etmişdir ki, problemlərini həll etmək üçün 100000 (yüz min) ABŞ dolları məbləğində pul lazım olduğundan o, həmin pul vəsaitini versin. Əvəzində altı ay ərzində həmin pulu, ilk dəfə ondan aldığı 19600 (on doqquz min altı yüz) ABŞ dolları məbləğində pulla birlikdə geri qaytaracaqdır. Bunun müqabilində isə yaşadığı evi notarial qaydada onun adına keçirsin. Əgər pulu qaytara bilməsə həmin ev satılar və ona olan borc oradan çıxılar. O da çarəsiz qaldığı üçün bu təkliflə qismən razılaşmış və 100000 (yüz min) dollar deyil, manat verə biləcəyini demişdir. İqbal buna etiraz etmədiyindən onun Rusiya Federasiyasında yaşayan “Sergey” adlı dostu onun xahişi ilə bank hesabına 100000 (yüz min) manat pul göndərmiş və dörd gün ərzində o, həmin pulu Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Park Bulvar” ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsində yerləşən “YapıKredi” bankına aid bankomatlar vasitəsi ilə nağdlaşdıra bilmişdir. 2017-ci ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə o, pulu nağdlaşdırdıqdan sonra İqbal və sonuncunun anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə getmişlər. Orada müvafiq sənədləşmə tərtib olunmuş və o, 100000 (yüz min) manat pulun İqbala və ya anasına verilməsi üçün bank hesabına yatırım etmiş, əvəzində İqbalın yaşadığı ev onun adına keçirilmişdir. Həmin ev İqbalın anasının adına olduğuna görə anasının razılığı tələb olunduğu üçün sənədləşmədə iştirak etmişdir. Bundan başqa İqballa aralarında əlyazma sənədi də tərtib olunmuşdur ki, əgər verilən ümumilikdə 100000 (yüz min) manat və 19600 (on doqquz min altı yüz) ABŞ dolları qaytarılmazsa ev satılaraq pul mübahisəsi evin satılması nəticəsində əldə olunacaq pulun hesabına həll olunacaqdır. Qeyd edilən sənədi İqbalın anası iki nüsxədə yazmış və bir nüsxəsi İqbalda, digəri isə onda qalmışdır. Lakin pulu aldıqdan sonra altı ay keçsə də İqbal ona hər-hansı məbləğdə pul verə bilməyərək, əlavə üç ay da vaxt istəmişdir. O, İqbala anlayışla yanaşaraq buna da etiraz etməmiş, həmin müddət ərzində də İqbal ödəniş etmədiyindən evi sataraq halallaşmağa qərar vermişlər. İqbal da buna etiraz etmədiyindən hər ikisi evə müştəri axtarmağa başlamış, o, bu barədə uzaq qohumu Məhərrəm Əbdürrəhmanova məlumat verərək evi almasını təklif etmişdir. Evə baxdıqdan sonra sonuncu 230000 (iki yüz otuz min) manat verə biləcəyini demişdir. İqbal da buna razı olduğu üçün ev həmin qiymətə, Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” mərkəzində sənədləşdirilərək satılmışdır. Sənədləşmə zamanı vergi və əməliyyat xərcləri çox olmasın deyə satılan evin dəyəri ucuz göstərilmiş və banka, hazırda dəqiq xatırlamadığı həmin məbləğ yatırılmışdır. Ona görə də qalan pulu Məhərrəmdən əlbəəl özü almış, İqballa o, öz payına düşən pulu tamamilə aldığından həmin ərəfədə aralarında hər-hansı narazılıq qalmamış və onlar dostcasına sağollaşmışlar. Təxminən 2-3 gün sonra 2018-ci ilin aprel ayında, yadında qalmayan tarixdə İqbal onunla əlaqə saxlayaraq yaşadığı binanın həyətində olduğunu və təcili olaraq onunla görüşmək istədiyini bildirmişdir. O da buna etiraz etməyib görüşmüşdür. İqbal guya əzgin, halsız, əhval-ruhiyyəsiz halda binanın girişinin qarşısında sallağı oturmuşdu. O, İqbala yaxınlaşaraq nə baş verdiyini soruşmuş, İqbal, X7 Dubay şəhərində yaşayan “Vivien” adlı Çin Xalq Respublikasının vətəndaşından ******* (bir milyon beş yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alaraq həmin əşyaları satıb gəlir əldə etmək üçün “İlkin” adlı biznesmen tanışına verdiyini, lakin İlkinin, ələ keçirdiyi qızıl-zinət əşyaları ilə birgə yoxa çıxdığını bildirmişdir. Buna görə də Viven adlı həmin qadın barəsində Dubay şəhərində şikayət etmiş və həmin məsələ ilə bağlı cinayət işi başlanaraq barəsində interpol xətti ilə beynəlxalq axtarış elan edilmişdir. İqbal əlavə etmişdir ki, hansısa prokurorluq əməkdaşı sonuncu ilə əlaqə saxlayaraq beynəlxalq axtarışda olmasını elan etmiş və 50000 (əlli min) manat pul verməyəcəyi halda həbs edilib cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişdir. İqbal, İlkinin barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə şikayət etdiyini, lakin hər-hansı bir nəticə olmadığını bildirirək, bu çətin vəziyyətdə əl tutmasını ondan xahiş etmişdir. O, ilk əvvəl İqbala pul verməyə razı olmasa da, sonuncu çox yalvar-yaxar etdiyindən yazığı gəlmişdir. Ona görə də evə qalxaraq 33000 (otuz üç min) manat pul götürmüş və ikilikdə həmin pulu yaşadığı binanın həyətində, yəni ünvan 15 ünvanının qarşısında İqbala vermişdir. İqbal ona öz minnətdarlığını bildirib, onun əsl dost olduğunu, tezliklə problemini həll edib pulu geri qaytaracağını bildirərək getmişdir. Həmin ərəfələrdə o, İqbalı, dostu və həmyerlisi olan Zərərçəkmiş şəxs1la da tanış etmişdir. Onlar ara-sıra vaxt edib görüşür və vaxtını birgə keçirmişlər. 2018-ci ilin iyun ayında dostu Nizami və İqballa birlikdə oturub söhbətləşən zaman İqbal, X7 Dubay şəhərində olan adını göstərmədiyi bankda özünə məxsus ******* (bir milyon beş yüz min) ABŞ dollarına yaxın məbləğdə olan pul vəsaiti olsa da bankdan çıxara bilmədiyini bildirmişdir. Belə ki, orada başına gələn problemlə bağlı Dubaya girişi qadağan edilmişdir. Buna görə də İqbal, adlarını bildirmədiyi iki nəfər tanışına pulu bankdan çıxara bilməsi, yəni nağdlaşdırmaları üçün etibarnamə versə də bank tərəfindən qeyd edilən vəsaitin həmin şəxslərə verilməyərək İqbalın şəxsən iştirakının tələb edildiyini bildirmişdir. İqbal, 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitinin hesabına sərhədkeçməsinə qoyulmuş məhdudiyyəti götürəcəyini, aviabilet alaraq Dubaya gedəcəyini və orada bir neçə ay ərzində müvəqqəti məskunlaşması üçün kirayəyə mənzil alaraq, bankda yerləşən pulunun çıxarılması üçün digər zəruri xərcləri qarşılayacağını bildirmişdir. İqbal, özünə məxsus pulu bankdan çıxara biləcəyi halda şəhərin mərkəzində, dəbdəbəli həyat tərzi sürən sakinlərin məskunlaşdığı ərazidə böyük mağaza icarəyə götürüb orada qızıl-zinət əşyalarının topdan satışı ilə məşğul olaraq külli miqdarda pul əldə edəcəyini bildirmişdir. İqbal həmçinin, Dubay şəhərində yerləşən göydələnlərin birində ofisinin olmasını, həmin ofisdə hazırda “Elşad” adlı köməkçisi işlədiyini, “Elşad” adlı şəxsin də qızıl-zinət əşyalarının sifarişini həyata keçirməsini bildirmiş və təklif etmişdir ki, əgər Nizami 30000 ABŞ dolları məbləğində pul versə, əvəzində bir neçə ay ərzində qeyd etdiyi işləri görərək külli miqdarda qazanc əldə edəcək və edilən yaxşılığa görə, vəziyyətdən çıxdığına görə Nizamiyə, ******* ABŞ dolları məbləğində pul verəcəkdir. İqbal ona, Dubay şəhərinə birlikdə getməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Nizami onun iştirakı ilə 30000 ABŞ dollarını İqbala verdikdən bir neçə gün sonra, 15 dekabr 2018-ci il tarixdə o, Nizami və İqballa birlikdə H.Əliyev adına X24 getmişlər. İqbal hava limanında Nizamidən onun bilmədiyi səbəbə görə 3000 (üç min) ABŞ dolları məbləğində pul da almışdır. Bundan sonra o, İqballa birlikdə hava limanında yerləşən pasport nəzarəti məntəqəsini yaxınlaşmışdır. O rahatlıqla nəzarət yoxlanışını keçsə də İqbal oradan keçə bilməmiş və gömrük nəzarəti əməkdaşları tərəfindən saxlanılmışdır. O, İqbaldan nə baş verməsini soruşmuş, sonuncu isə ondan gözləməyərək getməsini xahiş edərək, özü bir neçə gün sonra problemi həll edib arxasıyca Dubaya gələcəyini bildirmişdir. O da buna etiraz etməyib həmin gün Dubaya yola düşmüş, orada onu, İqbalın dostu Elşad qarşılamışdır. Elşad özü də İqbalın işçisi olmasını təsdiq etmişdir. Elşad, qızıl-brilyant satışı ilə bağlı İqbalın adına firma olduğunu və sonuncunun “Viven” adlı qadına olan borcu ilə bağlı müvəqqəti fəaliyyət göstərmədiyini bildirmişdir. Bir neçə gün ərzində İqbaldan xəbər çıxmadığından yeni il ərəfəsində o, Bakı şəhərinə qayıtmış və Nizami ilə birlikdə İqbalı axtarsalar da üç ay ərzində tapa bilməmişlər. Təxminən 3 (üç) ay sonra İqbal əlaqəyə çıxmış və problemləri ilə əlaqədar görsənə bilmədiyini deyib verilən pulu Dubaya göndərdiyini, tezliklə bütün məsələləri yoluna qoyacağını, artıq Nizami ilə onu Dubay şəhərindəki biznesinə şərik hesab etdiyini bildirmişdir. 2020-ci ilin yanvar ayında İqballa, özü oraya gedə bilmədiyi üçün 189000 (yüz səksən doqquz min) ABŞ dolları məbləğində sərmayə qoyaraq dostu Elşad üçün Dubay şəhərində bir şirkət açdığını, həmin şirkətə dövlət tərəfindən təhkim edilən xüsusi möhlət-zəmanət qəbzlərinin vasitəsi ilə həmin şəhərdə alınan hər-hansı malın pulunun bir qismini verib digər qismini qəbz yazıb satıcıya verməklə 90 (doxsan) gün ərzində hissə-hissə ödəmək mümkün olduğunu bildirmişdir. Ona görə də həmin ərəfədə İqbal Dubay şəhərindən Bakı şəhərinə avtomobil ehtiyat hissələrinin gətirilməsi və satışı ilə məşğul olmaq niyyətində olduğunu demişdir. 2020-ci ilin mart ayında həmin ərəfədə idarə etdiyi “BMW X5” markalı 10GR484 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərriki yaxşı işləmədiyi üçün onu dəyişmək fikrinə gəlmişdir. Bu barədə dostu İqbal xəbər tutub onda Dubay şəhərindən gəlmiş, demək olar ki, istifadə olunmamış mühərrikin olmasını, həmin mühərrikin avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan “Vüsal” adlı şəxsin Babək prospektində yerləşən emalatxanasında saxlanıldığını bildirmişdir. Həmin mühərrikə görə 5000 (beş min) manat pul versə mühərrikin qalan dəyərini İqbal özü Vüsalla birlikdə razılaşdırıb ödəyəcək və ödədiyi pulu da ona olan əsas borcundan siləcəkdir. İqbalın bu təklifi ona inandırıcı və sərfəli gəldiyi üçün razılaşmışdır. O İqballa birlikdə Babək prospektində, “Ştutqart” mağazalar şəbəkəsinin yanında yerləşən emalatxanaya gedərək mühərrikə özü də baxıb əla vəziyyətdə olmasına əmin olduqdan sonra həmin mühərriki evokuator (təxliyyə) avtomobilinə yüklətdirib götürmüşdür. Bundan sonra elə həmin günü mühərrikə görə 3000 (üç min) manat pulu yaşadığı evin həyətində İqbala vermişdir. Qalan 2000 (iki min) manat pulu isə bir neçə gün sonra ona olan borcuna görə dostu Zərərçəkmiş şəxs1 İqbala Lənkəran şəhərində vermişdir. Yeni mühərrikin naqil keçəcəkləri və digər xırda qoşqu avadanlıqları avtomobillə uyğun gəlmədiyi üçün onları sifariş verdiyindən mühərriki müvəqqəti olaraq avtomobilə qoymayıb gözləyəsi olmuşdur. Təxminən 10 (on) gün sonra İqbal ona bildirmişdir ki, yeni alınan mühərrikə görə Vüsala pul vermədiyi üçün sonuncu İqbalın barəsində polisə şikayət etmişdir. O, İqbala pul verdiyini xatırladıb nəyə görə həmin pulu Vüsala verməməsini soruşmuş, İqbal, ondan aldığı pulu, məşğul olduğu - avtomobil ehtiyat hissələrinin Dubay şəhərindən Bakıya gətirilib satılması ilə bağlı olan digər biznesinə yatırdığını və bir neçə günə ona qaytaracağını bildirmişdir. Ona görə də o, məcbur qalıb yeni götürdüyü mühərriki geri qaytarmışdır. Ona məxsus pul isə İqbal tərəfindən geri qaytarılmamışdır. 2020-ci ilin avqust ayında o, İqballa birlikdə olan zaman dostu, Rusiya Federasiyasının Moskva şəhərindən “Tehran” adlı dostu zəng edərək, avtomobilində qaçaqmalçılıq yolu ilə Rusiyadan Azərbaycana 243000 (iki yüz qırx üç min) ABŞ dolları dəyərində mobil telefon keçirmək istəyən bir neçə nəfər həmyerliləri, əslən Lənkəran rayonundan olan şəxslər Qusar rayonunun Samur sərhədkeçmə məntəqəsindəki gömrük postunda saxlanıldıqlarını bildirmişdir. Həmin mobil telefonlar müsadirə edilmiş, avtomobil cərimə duracağına yerləşdirilmiş, tutulan şəxslərin izahatları alınaraq sərbəst buraxılmışlar. Tehran, mümkündürsə həmin şəxslərə bacardığı köməkliyi göstərməsini ondan xahiş etmişdir. Həmin vaxt onun yanında olan İqbala bu barədə danışdıqda sonuncu, əgər həmin şəxslərin pul verməyə razı olacaqları halda çox asanlıqla bu məsələni yüksək vəzifəli dostlarının köməkliyi ilə yoluna qoya biləcəyini bildirmişdir. O, Tehrana gömrükdə saxlanılan şəxslərdən hər-hansı birinin ona zəng etməsini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra ona “Ramin” adlı şəxs zəng edərək sərhəd məntəqəsində saxlanılan mobil telefonların sahibi, yəni mülkiyyətçisi olduğunu demiş və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt artıq evdə olduğu üçün, o “Ramin” adlı həmin şəxsi, ardınca isə İqbalı yaşadığı evin yanına çağırmışdır. Onlar orada tanış olduqdan sonra İqbal, bu məsələnin həlli üçün 70-75 min ABŞ dolları lazım olduğunu bildirmiş, bu pulun müqabilində müsadirə edilmiş mobil telefonların geri qaytarılacağını, cərimə duracağına yerləşdirilmiş avtomobilin sərbəst buraxılacağını və tutulan şəxslərin heç birinin cinayət məsuliyyətinə cəlb edilməyəcəyini qeyd etmişdir. İqbal işə başlamaq üçün ilkin olaraq 15000 (on beş min) ABŞ dolları məbləğində pul verilməli olduğunu bildirmişdir. “Ramin” adlı şəxs isə danışıb nəticəsi barədə xəbər edəcəyini bildirib getmişdir. Daha sonra ona həmin işlə bağlı hər-hansı zəng gəlmədiyindən yəqin deyilən məbləğ münasib olmadığını və razılıq əldə edilmədiyini zənn etmişdir. Təxminən 15 (on beş) gün sonra, 2020-ci ilin avqust ayında Lənkəran şəhərində yaşayan qohumları onunla əlaqə saxlayaraq, Ramin adlı şəxsin və digər adamların İqbalı axtarmasını bildirmişlər. O, həmin şəxslərdən nə baş verməsini, nəyə görə İqbalı axtarmalarını soruşduqda ona, İqbalın həmin şəxslərdən 25000 (iyirmi beş min) ABŞ dolları pul alıb “yoxa çıxmasını” demişlər. Bundan sora o, dərhal İqbala zəng edib bu barədə sual vermiş, İqbal özü də Ramindən 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul almasını təsdiq edərək həmin pulu hansısa general rütbəli şəxsin sürücüsünə verdiyini, habelə həmin işin düzələcəyini bildirmişdir. O, İqbala pul sahiblərinin pulu geri istədiyini demiş, belə olan halda İqbal, 10 (on gün) ərzində pulu geri alıb sahiblərinə qaytaracağını bildirmişdir. O da buna inanıb qohumlarına eyni sözü demiş, bir neçə gün sonra İqbal ona, 25000 (iyirmi beş min) ABŞ dollarını sürücüdən alaraq avtomobil ehtiyat hissələrinin satışı ilə bağlı olan biznesinə yatırdığını deyərək, yalvar-yaxar edib pul sahibləri ilə problemin yoluna qoyulmasını ondan xahiş etməyə başlamış və gətirilən ehtiyat hissələrinin satışından əldə olunacaq pulun hesabına ona olan borcunu dərhal bağlayacağını bildirmişdir. İqbalın bir neçə dəfə konteynerlərlə Bakıya ehtiyat hissələrini sifariş edib gətirtməsini və satmasını əyani olaraq gördüyü üçün buna inanmışdır. O da 2020-ci ilin avqust ayında özünə məxsus idarə etdiyi, lakin dostu Zərərçəkmiş şəxs1 adına olan “BMW X5” markalı 10GR484 dövlət qeydiyyat nişanlı minik avtomobilini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X59 İdarəsinin qarşısında Ramin adlı şəxsə təhvil vermiş, 8000 (səkkiz min) ABŞ dollarını isə hissə-hissə olmaqla Raminin 8-ci mikrorayon ərazisində yerləşən “1001 xırdavat” adlı mağazasına yollamışdır. “Ramin” adlı şəxs avtomobili “Seymur” adlı tanımadığı şəxsin adına qeydiyyata saldıraraq ondan almışdır. Avtomobil ehtiyat hissələrinin satışı biznesində İqbal, digər dostu Zərərçəkmiş şəxs4 Adəm oğlu ilə şərik olmuşlar. Həmin ərəfədə İqbalın sifariş etdiyi və pulu ödənilmiş üç ədəd konteyner artıq Azərbaycana gəlib çıxmışdır. İqbal həmin vaxt daha bir ədəd içərisi avtomobil ehtiyat hissələri ilə doldurulmuş konteynerin olmasını deyib gətizdirilməsi üçün 50000 (əlli min) ABŞ dolları pul lazım olmasını bildirmişdir. Həmin vaxt Anarın pulu olmadığından borc pul verməsini ondan xahiş etmişdir. Onda pul olmadığından 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Rusiya Federasiyasının İnquşetiya vilayətində yaşayan X5 müraciət etmiş və sonuncudan borca pul göndərməsini xahiş etmişdir. Maqomed onun xahişini yerə salmayaraq özündə olan cəmi 39000 (otuz doqquz min) ABŞ dollarını köçürmə vasitəsi ilə birbaşa Elşada, yəni Dubay şəhərinə göndərmişdir. İqbal qeyd edilən vəsaitin kifayət etməsini bildirmiş və Dubayda olan Elşad da pulun çatmasını təsdiq etmişdir. Lakin həmin konteyner Azərbaycana gəlib çıxmamış, İqbal bunu Dubay şəhərində ehtiyat hissələrini satan, milliyyətcə əfqan olan şəxslərin konteyneri malla doldurmaq üçün əlavə olaraq 10000 (on min) ABŞ dolları məbləğində pul da istəmələri ilə əsaslandırmışdır. Bundan sonra İqballa onun və Anarın arasında narazılıqlar başlanmış, Anar da onun kimi İqbaldan pulunu geri tələb etməyə başlamışdır. İqbal qısa zaman kəsiyində konteynerin Azərbaycana gətirilməsini şəxsən özü təmin edəcəyini və aldığı pulu geri qaytaracağını vəd vermiş, Anarla o da buna etiraz etməmişdir. Bir neçə gün sonra 2020-ci ilin sentyabr ayında İqballa o, Lənkəran şəhərində olarkən İqbal, bir nəfər Jafar adında İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin İran istehsalı olan qaz sobalarının münasib qiymətə topdan və pərakəndə satışı ilə məşğul olduğunu bildirmiş, həmin şəxsdən 13000 (on üç min) ABŞ dolları dəyərində qaz sobası alıb elə Lənkəran şəhərində, tanıdığı şəxslərə qısa zaman kəsiyində sataraq nəticədə adama 1000 (min) ABŞ dolları məbləğində qazanc əldə etməyin mümkün olmasını qeyd etmişdir. İqbal ona demişdir ki, 5000 (beş min) ABŞ dolları versin, qalan 8000 (səkkiz min) ABŞ dollarını isə özü əlavə edəcəkdir. O da bu təklifi müsbət qarşılayaraq pul verməyə razı olmuşdur. İqbal elə həmin vaxt oradaca onu Lənkəran rayonunun, Şürük kəndində yerləşən “Sevgil” cehizlik mağazasının qarşısına aparmış və orada satıcı olan “Rauf” adlı şəxslə görüşərək qaz sobalarını gətirəcəyini bildirmişdir. Rauf da gözlədiyini, sobaları alacağını demişdir. Bu söhbətlər onun yanında baş verdiyi üçün məsələnin həqiqliyinə şübhəsi qalmamışdır. Onlar Lənkəran şəhərində çıxıb birbaşa Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinə gələrək orada Jafar adlı şəxslə görüşmüşlər. İqballa Jafar səhəri gün görüşməyə qərar verdikdən sonra onlar ayrılmışlar. Səhəri gün o özü ilə 5000 (beş min) ABŞ dolları pul götürüb İqballa birlikdə sonuncunun idarə etdiyi qara rəngli “Mercedes-Benz Mybach” markalı 99PH094 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yenidən “Sədərək” ticarət mərkəzinə getmişlər. Cəfərin işlətdiyi ikinci sıradakı mağazasının qarşısında 5000 (beş min) ABŞ dollarını İqbala vermişdir. İqbal da onun yanında həmin pulu şəxsən Cəfərə vermişdir. Cəfər pulu aldıqdan sonra İqbala, sobaların gömrük məntəqəsində olduğunu və sabah gəlib malları yükləyib apara biləcəyini bildirmişdir. Sabahısı gün İqbal öz dostu İlhama zəng edərək yanına çağırmış və onlar birlikdə iki ədəd yük avtomobilinə yüklətdirilmiş qaz sobaları ilə birlikdə Lənkəran şəhərinə yola düşmüşlər. Onlar Lənkəran şəhərində getdiyi gün 01 noyabr 2020-ci il olmuşdur. Onlar artıq axşam saatlarında Lənkəran rayonuna çatdıqda o öz ata evində düşmüşdür ki, ailə üzvlərinə baş çəksin. İqbal isə ona, sobaların qiymətində dəqiq razılaşma əldə etmək üçün həmin mağazaya getdiyini bildirmişdir. Bir neçə saat sonra İqballa mobil telefonda danışmış və sonuncu, qiymətlə bağlı Rauf adlı alıcıyla ortaq məxrəcə gələ bilmədiyi üçün sürücülər rahat çıxıb gedə bilsin deyə sobaları avtomobillərdən çıxararaq başqa yerə yerləşdirdiyini bildirmiş, sobaları isə səhər dəqiq satacağını vəd etmişdir. O da buna etiraz etməmişdir. Səhəri günü o, dostu Zərərçəkmiş şəxs1la da görüşmüş və birlikdə “Mandarin” çay evində oturub istirahət etmişlər. İqballa bir neçə dəfə mobil telefonda əlaqə saxlamış və İqbal gah Astara, gah Masallı, gah da Lerikdə olduğunu, sobaların qiyməti ilə bağlı danışıqlar apardığını demişdir. Lakin həmin gün ümumiyyətlə İqbaldan xəbər çıxmamışdır. Daha sonra İqbalın mobil telefonuna isə ümumiyyətlə zəng çatmamışdır. O bundan narahat olub Rauf adlı şəxsin mağazasına gedib İqbalın harada olması, sobaları satıb-satmaması barədə soruşmuşdur. Rauf, bütün sobaları İqbaldan elə gəldiyi gün gecə aldığını və pulu da tam ödədiyini bildirmişdir. Bundan sonra o, nə qədər İqbalı axtarsa da tapa bilməmiş, İqbal ondan gizlənmiş, telefon zənglərinə cavab verməmiş, pulunu qaytarmaqdan imtina etmişdir. 2021-ci ilin yanvar ayının sonlarında o, dostu Zərərçəkmiş şəxs1la mobil telefonda danışaraq bir neçə gün sonra öz işləri ilə əlaqədar Lənkəran şəhərinə gedəcəyini demiş, əgər vaxtı olarsa orada görüşməyi təklif etmişdir. Zərərçəkmiş şəxs1 da onun təklifini müsbət qarşılaşmışdır. 01 fevral 2021-ci il tarixdə Lənkərana gedəsi olduğu üçün həmin gün səhər saatlarında da Nizamiyə zəng edərək dostu Zərərçəkmiş şəxs4la birlikdə gələcəyini öncədən demişdir. Belə ki, Anar da əslən Lənkəran şəhərindən olmuş və orada çoxlu sayda qohum-əqrəbası olduğu üçün onlara da baş çəkmək niyyətində olmuşdur. 01 fevral 2021-ci il tarixdə axşam radələrində, o, dostu Anarla birlikdə sonuncuya məxsus “BMW” markalı 90RG640 dövlət qeydiyyat nişanlı avtomobillə yolda olan zaman dəqiq yadında qalmayan saatda Nizami ona zəng edərək yola düşüb-düşmədiyini, harada olduğunu soruşmuşdur. O isə artıq Bakıdan çıxdığını, yolda olduğunu demiş, sonra o özü Nizamidən harada olduğunu, nə işlə məşğul olduğunu soruşmuş, Nizami isə onlara pul borclu olan İqballa görüşdüyünü, birlikdə Lənkəran şəhərindəki “Mandarin” restoranında olduğunu, tezliklə işini qurtarıb bekar olacağını və onunla görüşəcəyini demişdir. O, Nizamiyə demişdir ki, əgər tez çatası olsa görüşə qoşulacağını demiş, çünki İqbalın ona da verəcəyi olmuşdur. Həmin pulu nə vaxt qaytarmaq niyyətində olduğunu İqbaldan soruşmaq istəmişdir. Bir neçə saat sonra o, Anarla Lənkərana çatmış və ilk əvvəl Anarın işləri ilə məşğul olduqları üçün Nizami ilə görüşə getməyi təxirə salmışdır. Əsas işlərini gördükdən sonra isə yadına düşmüşdür ki, Nizami “Mandarin” restoranındadır. O, düşünmüşdür ki, artıq bir neçə saat keçdiyi üçün İqbal artıq Nizamidən ayrılaraq çıxıb getmişdir. Nizami isə əgər restorandan çıxıb başqa yerə getsəydi bu barədə ona deyərdi. Nizami ona bu barədə hər-hansı xəbər demədiyi üçün restoranda olmasını güman edib Anarla birlikdə oraya getmişlər. Restoranın qarşısına çatanda görmüşdür ki, Nizaminin avtomobili dayanacaqdadır. Ona görə də avtomobili saxlayaraq Anarla birlikdə restoranın kabinetinə daxil olmuşlar. Həmin anda isə görmüşlər ki, kabinetdə İqbal da Nizaminin yanındadır və birlikdə spirtli içki içirlər. İqbal onları görüb çox mehribancasına öpüşüb görüşmüş və eyni masa arxasında əyləşmişlər. İqbal həmçinin onların gəlişi ilə əlaqədar masaya yemək sifariş vermişdir. Onlar elə yenicə birgə oturub söhbət etməyə hazırlaşırmışlar ki, Nizami bir qədər əyilib şalvarını təmizləməyə başlamış, bir neçə saniyə sonra isə İqbal ayağa qalxaraq sanki oturmaqdan yorulmuş kimi, yəni beli keyidiyi üçün durub asta yerişlərlə Nizamiyə yaxınlaşmış və əlinin arxasından gizlətdiyi süfrə bıçağını çıxartmışdır. O, Anarla birlikdə dərhal bunu görüb “müəllim! müəllim!” deyə qışqırmışlar ki, Nizami İqbala baxsın. Nizami buna dərhal reaksiya verib qamətini dikəltmiş, həmin anda İqbal əlini yuxarı qaldırıb artıq həmin bıçaqla Nizamini vurmaq istəmişdir. Nizami əli ilə İqbalın biləyindən tutub özündən kənara itələmişdir. Bundan sonra isə İqbal çox uca səslə qışqırmağa, ictimai yerdə olan digər şəxslərin diqqətini özünə cəlb etmək üçün guya vurulduğunu deməyə, camaatı köməyə çığırmağa başlamışdır. İqbal onların üstünə cumub vurmaq istəmiş, lakin onlar İqbalı özlərindən kənara çəkmişlər. İqbalı vurmadıqları üçün sonuncu gah bədənini divara çırpmağa, gah da sifətini masaya vurmağa davam edib qaçaraq kabinetdən həyətə çıxmışdır. Daha sonra özünü yerə yıxıb restoran işçilərindən su istəməyə başlamış, bunun ardınca isə İqbal əslən Lənkəran şəhərindən olan tanışı Rafiqə məxsus “BMW” markalı 99UF303 dövlət qeydiyyat nişanlı minik avtomobilinə minmiş və qəfildən yüksək sürətlə hərəkətə gətirərək qarşısında dayanmış Anara məxsus “BMW” markalı 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilə bir neçə yerdən vurmuşdur. Təxminən 50 metr məsafə qət etdikdən sonra avtomobili saxlayıb yenidən arxaya doğru qəsdən hərəkət etdirərək bu dəfə Nizamiyə məxsus “AUDİ” markalı 10CT050 dövlət qeydiyyat nişanlı minik avtomobilini vurmuşdur. Həmin zərbədən sonra İqbalın avtomobilinin mühərriki sönmüş və nədənsə işə düşməmişdir. Bunu görən İqbal dərhal avtomobildən düşüb hadisə yerindən qaçmışdır. Yolda olarkən İqbal bir neçə dəfə yıxılmış, böyürtkən kollarına ilişmiş, daha sonra hasara qalxıb gözdən itmişdir. Etdiyi bütün bu qanunsuzluqlardan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılan İqbal bu azmış kimi onlardan şikayət də etmişdir. Guya vurulduğunü və döyüldüyünü demiş, İqbal bütün bunları məsuliyyətdən yaxa qurtarmaq, onlara qara yaxmaq yolu ilə pulun dalına keçmək məqsədi ilə etmişdir. Kabinetdəki mübahisə təxminən 4-5 dəqiqə ərzində, İqbalın həyətdə yaratdığı mübahisə isə 15-20 dəqiqə ərzində davam etmiş, İqbalın düşünülmüş şəkildə yaratdığı səs-küyə restoranın sahibi “Nizami” və ofisiant “Tural” adlı şəxslər də gəlmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, təxminən 11 ildir ki, yeni və işlənmiş müxtəlif modelli olmaqla “BMW” markalı avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Bu fəaliyyəti ilə bağlı xüsusi təmir-satış məntəqəsi də olmuş, orada həm avtomobillərin təmiri, həm də ehtiyat hissələrinin satışı həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin aprel ayında dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 də əslən Lənkəran şəhərindən olmuş, sonuncunu işgüzar bir şəxs kimi, Dubayda qızıl ticarəti ilə məşğul olan imkanlı bir adam kimi tanımışdır. İqbal onun hansı sahədə fəaliyyət göstərdiyi barədə məlumatlı olmuş, buna görə söhbətləri zamanı Dubayda əlaqələrinin geniş olmasını, istənilən vaxt bir sözünə Dubaydan Azərbaycana satmaq üçün ehtiyat hissələri gətizdirə biləcəyini ona demişdir. Bununla bağlı hətta bir neçə dəfə İqbal öz mobil telefonunda avtomobil ehtiyat hissələrinin yüklənməsi və qablaşdırılmasından bəhs edən fotoşəkillər və videoçarxları da göstərmişdir. İqbal X7 Dubay şəhərində həmin işlə Əfqanıstandan olan adamların məşğul olduğunu və həmin şəxslərlə tanışlığının olmasını bildirmişdir. O, İqbala inanaraq 2020-ci ilin aprel ayından başlayaraq bir neçə dəfə müxtəlif məbləğlərdə pul vermişdir ki, “BMW” markalı avtomobillərin işlənmiş ehtiyat hissələrini oradan gəmi vasitəsi ilə İranın Bəndirabbas şəhərinə, oradan da iri tonajlı tır avtomobilləri ilə Bakı şəhərinə gətizdirilməsini təşkil etsin. İqbal bunun əvəzində həqiqətən də Dubaydan 2 (iki) ədəd konteynerlə onun üçün Bakıya ehtiyat hissələri gətizdirmişdir. İqbal həmin işləri Dubayda yaşayan Elşad adlı dostunun vasitəsi ilə icra etmişdir. İqbal Elşadla danışıb ehtiyat hissələrini videogörüntüyə almasını tələb etmiş, Elşad da deyilənlərə əməl edib hər şeyi addımbaaddım telefonla videodanışıq zamanı nümayiş elətdirmişdir. İqbal dediyi sözün üstündə duraraq ona xeyir verdiyi üçün İqbala qarşı böyük inamı yaranmışdır. Ümumiyyətlə İqbal həmişə bahalı avtomobillərin sükanı arxasında, bahalı geyim-keçimdə olmuş, həmişə onu bahalı restoranlara dəvət etmiş, İqbal əsas işinin qızıl-brilyantın ticarəti olduğunu demişdir. Sadəcə həm dostluq, həm də həmyerlilik xatirinə ehtiyat hissələrinin ticarəti ilə bağlı olan işdə ona kömək edərək özü də əlavə qazanc əldə edər deyə düşünmüşdür. Bu minvalla onların arasındakı dostluq münasibətləri daha da inkişaf etmiş, onlar demək olar ki, hər gün görüşüb vaxtını birgə keçirmiş, 2020-ci ilin yay ayının sonlarında İqbal böyük partiya halında ehtiyat hissələrinin gətizdirilməsinə imkan olduğunu bildirərək tövsiyə etmişdir ki, bu fürsəti əldən vermək olmaz və nəyin bahasına olursa olsun əfqanlardan həmin malları almaq lazımdır. İqbal bildirmişdir ki, əgər birbaşa nağd verməyə əldə pul yoxdursa əfqanlarla danışıb pulun hissə-hissə oraya göndərilməsini təşkil edə bilər. O da buna etiraz etməmiş, bu məqsədlə 2020-ci ilin avqust ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində dəqiq yadında qalmayan tarixlərdə iş yerində, yəni ünvan 16 ünvanda yerləşən “Qədir-Xum” adlı “BMW” ehtiyat hissələrinin satışı məntəqəsində o, Təqsirləndirilən şəxs1 hissə-hissə olmaqla ümumilikdə 98000 (doxsan səkkiz min) ABŞ dolları məbləğində pul vermişdir. İqbal verilən pulu Dubaya göndərdiyini bildirmiş, həmin ərəfədə təxminən 2020-ci ilin sentyabr ayında onun şəriki Zərərçəkmiş şəxs2 da İqbalın vəd verdiyi hissələrin Bakıya gətizdirilərək təhvil verilməsi üçün İqbala 39000 (otuz doqquz min) ABŞ dolları pul vermişdi. Həmin pulu İqbal özü verməmiş, xatırladığı qədər Rusiyada yaşayan dostunun vasitəsi ilə Dubaya göndərtdirmişdir. İqbal qeyd edilən vəsaitləri aldıqdan sonra İqbal tezliklə ehtiyat hissələrinin Bakıya gətiriləcəyini, qısa müddət ərzində məsələnin öz həllini tapacağını, malların artıq Dubayda konteynerlərə yığıldığını bildirmişdir. Lakin buna baxmayaraq bir müddət sonra İqbal ondan əlavə 10000 ABŞ dolları pul istəmiş, o da İqbala, axı tələb olunan pulun artıq verildiyini deyərək, 10000 ABŞ dollarının nəyə lazım olduğunu soruşmuşdur. İqbal bunun səbəbini izah edə bilmədiyi üçün arada narazılıq başlamış, məhz bundan sonra İqbal həmin pulla birlikdə yoxa çıxaraq gizlənməyə başlamışdır. O, dəfələrlə İqbaldan pulunu geri almaq istəsə də buna nail ola bilməmişdir. 01 fevral 2021-ci il tarixdə o, dostu Zərərçəkmiş şəxs2la birlikdə Lənkəran şəhərinə getmiş, orada ortaq tanışları Zərərçəkmiş şəxs1la görüşüb rayonda istirahət etməyi nəzərdə tutmuşlar. Həmin gün axşam radələrində, faktiki ona məxsus olan sadəcə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində isə dostu Qiyasov Ruslanın adına olan “BMW” markalı 90RG640 dövlət qeydiyyat nişanlı avtomobillə yolda olan zaman dəqiq yadında qalmayan saatda Nizami özü də Raidə zəng edib harada olduğunu soruşmuşdur. Həmin söhbət zamanı Nizami İqballa görüşdüyünü, birlikdə Lənkəran şəhərindəki “Mandarin” restoranında olduğunu, tezliklə işini qurtarıb bekar olacağını demişdir. Raid əgər tez çatası olsa həmin görüşə qoşulacağını Nizamiyə demişdir. Bir neçə saat sonra o, Raidlə Lənkərana çatmış və bir müddət öz işləri ilə əlaqədar rayonda olmuş, əsas işlərini gördükdən sonra isə Raid onun yadına salmışdır ki, Nizami “Mandarin” restoranındadır və onun yanına getsinlər. Onlar düşünmüşlər ki, artıq bir neçə saat keçdiyi üçün İqbal artıq Nizamidən ayrılaraq çıxıb getmiş, Nizami isə əgər restorandan çıxıb başqa yerə getsəydi bu barədə xəbər edərdi. Ona görə də Nizaminin hələ də restoranda olmasını güman edib Raidlə birlikdə oraya getmiş və birlikdə restoranın kabinetinə daxil olmuşlar. Həmin anda isə görmüşlər ki, kabinetdə İqbal da Nizaminin yanındadır və onlar birlikdə spirtli içki içirlər. İqbal onları görüb çox mehribancasına öpüşüb görüşmüş və eyni masa arxasında əyləşmişlər. İqbal həmçinin masaya yemək sifariş vermiş, onlar elə yenicə birgə oturub söhbət etməyə hazırlaşmışlar ki, Nizami bir qədər əyilib şalvarının balağını təmizləməyə başlamışdır. Bir neçə saniyə sonra isə İqbal ayağa durub sanki oturmaqdan yorulmuş kimi, yəni beli keyidiyi üçün asta yerişlərlə Nizamiyə yaxınlaşmış və əlinin arxasından gizlətdiyi süfrə bıçağını çıxartmışdır. O, Raidlə birlikdə dərhal bunu görüb qışqırmışlar ki, Nizami İqbala baxsın. Nizami buna dərhal reaksiya verib qamətini düzəltmiş, həmin anda İqbal əlini yuxarı qaldırıb artıq həmin bıçaqla Nizamini vurmaq istəmişdir. Nizami əli ilə İqbalın biləyindən tutub özündən kənara itələmiş, həmin vaxt İqbalın əlində olan adi süfrə bıçağı yerə düşmüş və elə orada qalmışdır. Bundan sonra isə İqbal çox uca səslə qışqırmağa, ictimai yerdə olan digər şəxslərin diqqətini özünə cəlb etmək üçün guya vurulduğunu deməyə, camaatı köməyə çığırmağa başlamışdır. İqbal onların üstünə cumub vurulmağını istəmiş, onlar isə İqbalı özlərindən kənara çəkmiş, sonuncunu vurmamışlar. İqbal isə gah bədənini divara çırpmağa, gah da sifətini masaya vurmağa davam edib qaçaraq kabinetdən həyətə çıxmışdır. Daha sonra özünü yerə yıxıb restoran işçilərindən su istəməyə başlamış, bunun ardınca isə İqbal əslən Lənkəran şəhərindən olan tanışı Rafiqə məxsus “BMW” markalı 99UF303 dövlət qeydiyyat nişanlı minik avtomobilinə minərək qəfildən yüksək sürətlə hərəkətə gətirməklə qarşısında dayanmış ona məxsus “BMW” markalı 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilə bir neçə yerdən vurmuş və təxminən 50 metr məsafə qət etdikdən sonra avtomobili saxlayıb yenidən arxaya doğru qəsdən hərəkət etdirib bu dəfə Nizamiyə məxsus “AUDİ” markalı 10CT050 dövlət qeydiyyat nişanlı minik avtomobili vurmuşdur. Həmin zərbədən sonra İqbalın avtomobilinin mühərriki sönmüş və işə düşməmiş, bunu görən İqbal dərhal avtomobildən düşüb hadisə yerindən qaçmışdır. Yolda olarkən İqbal bir neçə dəfə yıxılmış, böyürtkən kollarına ilişmiş, daha sonra hasara qalxıb gözdən itmişdir. Etdiyi bütün bu qanunsuzluqlardan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılan İqbal bu azmış kimi guya döyülməsi barədə onlardan şikayət də etmişdir. Kabinetdəki mübahisə təxminən 5 dəqiqə ərzində, İqbalın həyətdə yaratdığı mübahisə isə 15-20 dəqiqə ərzində davam etmiş, İqbalın düşünülmüş şəkildə yaratdığı səs-küyə restoranın sahibi “Nizami” və ofisiant “Tural” adlı şəxslər də gəlmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayında Rusiya Federasiyasının Moskva şəhərindən “İphone” və “Samsung” markalı mobil telefonlar alaraq Bakı şəhərinə gətirmək niyyətində olmuşdur ki, onları şəhərdə sataraq pul əldə etsin. Gətizdirəcəyi telefonların arasında ondan başqa digər dost və tanışlarının hesabına alınması nəzərdə tutulan telefonlar da olmuşdur. Elə həmin ərəfədə qeyd edilən mobil telefonları Moskva şəhərində yaşayan dostlarının köməkliyi ilə sifariş etdikdən sonra həmin mallar yola düşmüşdür. Lakin Rusiya- Azərbaycan sərhəddində, daha dəqiq desə Xaçmaz şəhəri ərazisində qeyd edilən telefonlar gömrük məntəqəsində bəyan edilməyərək ölkəyə gətirildiyi üçün hüquqmühafizə orqanları tərəfindən saxlanılmış, onları gətirən avtomobil isə cərimə meydançasına yerləşdirilmişdir. Bu hal baş verdikdən sonra o, öz tanışları, dostları və yaxınlarına müraciət edərək gömrük məntəqəsində saxlanılan malların buraxılmasında köməklik edilməsi üçün adam axtarmağa başlamışdır. Bu məqsədlə apardığı axtarışlar zamanı həmyerlisi, Moskva şəhərində yaşayan dostu Tehrana da müraciət etmiş və sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Raidlə mobil telefonda danışdıqdan sonra Bakı şəhərinin Xətai rayonu ərazisində görüşmüş və Raid həmin ərəfədə onu Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Özünü işgüzar biznesmen kimi təqdim edən İqbal onun danışdıqlarına qulaq asdıqdan sonra bildirmişdir ki, problemin həlli üçün ümumilikdə 70-75 min manata yaxın pul lazım olacaqdır. Hazırda isə işə başlamaq üçün 15000 (on beş min) manat pul verilməli, həmin pulun müqabilində gömrük məntəqəsində saxlanılan mallar və cərimə meydançasında saxlanılan avtomobil sərbəst buraxılacaq, tutulan şəxslər isə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. O da bu barədə fikirləşib bir söz deyə biləcəyini bildirmiş, həmin təklif ona sərf etmədiyi üçün sonradan razı olmamışdır. Bir neçə gün sonra İqbal ondan xəbərsiz Lənkəran şəhərinə gələrək, hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan dostu Maislə görüşmüş və söhbət zamanı problemi həll etmək iqtidarında olduğunu, lakin onun razılıq vermədiyini Maisə bildirmişdir. Mais ona bu barədə danışıb bir daha düşünməyi təklif etmiş, o da bir qədər götür-qoy etdikdən sonra, İqbalın əlaqəli, işgüzar şəxs olmasını nəzərə alıb pul verməyə razı olmuşdur. 2020-ci ilin avqust ayında o, İqballa Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən adı olmayan çayxanada görüşmüş və ikilikdə 15000 (on beş min) ABŞ dolları məbləğində pulu İqbala vermişdir. İqbal onu tam əmin edərək yaxın müddət ərzində vəd etdiyi bütün məsələləri yoluna qoyacağını bildirmiş, o da buna etiraz etməmişdir. Təxminən bir neçə gün sonra İqbal onunla əlaqə saxlayaraq əlavə 15000 (on beş min) ABŞ dolları məbləğində pul verilməli olduğunu bildirmiş, o da buna etiraz etməyərək İqbalı Lənkəran şəhərinə çağırmış, belə ki, həmin ərəfədə Bakı şəhərində olmamışdır. İqballa Lənkəran rayonu, Şilavar kəndi ərazisində, hava limanına gedən yolun üstündə görüşərək sonuncuya 15000 ABŞ dolları məbləğində əlavə pul vermiş, İqbal bir daha ona çox inandırıcı danışıb yaxın və sıx münasibətlərdə olduğu yüksək vəzifəli dostlarının köməkliyi ilə problemi yoluna qoyacağını qeyd etmişdir. Lakin buna baxmayaraq həmin faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanmış və o da digər təqsirli şəxslərlə birlikdə cinayət məsuliyyətə cəlb edilmişdir. Həmin işdə İqbalın ona verdiyi heç bir vəd yerinə yetirilməmiş və buna görə də o, İqbala verdiyi pulu geri istəməyə başlamışdır. İqbal isə onu aldadaraq gizlənmiş və pulu geri qaytarmamışdır. O, İqbalı Raidin vasitəsi ilə tanıdığı üçün pulunu Raiddən tələb etmiş və həmin tələbə əsasən Raid özünə məxsus “BMW X5” markalı 10GR484 dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün ona vermişdir. O da həmin avtomobili sataraq borclarının bir qismini ödəmiş, bundan başqa Raid ona əlavə nağd pul da verərək İqbalın vurduğu ziyanı tamamilə ödəmişdir. İqbal onu aldadaraq pulunu ələ keçirmiş, ona görə də barəsində qanuni ölçü götürülməli, Təqsirləndirilən şəxs1 etdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək cəzasını çəkməlidir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 uşaqlıq illərindən, Zərərçəkmiş şəxs2 isə təxminən 15 ildir ki, tanımışdır. Onların hər biri ilə aralarında səmimi yoldaşlıq münasibətləri olmuşdur. Bildiyi qədər İqbal əsasən Dubayda yaşamış və orada bir firması olmuş, həmin firmada qızıl ticarəti ilə məşğul olmuşdur. Nizami ilə İqbal həm də yaxın dost olmuş, tez-tez görüşüb bir yerdə yeyib-içmişlər. Onun özünə məxsus Lənkəran rayonu, Kənarmeşə kəndində əsasən mətbəx mebelinin mebel təmiri və istehsalı ilə məşğul olan sexi olmuşdur. Təqsirləndirilən şəxs1 onun sexinə heç vaxt qaz sobası gətirməmişdir. Onda olan məlumata görə İqbal Nizami ilə birlikdə qaz sobalarının satışı ilə məşğul olmuşlar. Həmin qaz sobaları da Lənkəran şəhərində yerləşən Rauf və İlkinə məxsus “Sevgil” cehizlik malları mağazasına satılmışdır. Təqsirləndirilən şəxs1 ilə aralarında bir neçə dəfə avtomobil ticarəti olmuşdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında pulla bağlı hansısa narazılıqlar olmuşdur. Həmin narazılıqların mahiyyəti barədə dəqiq məlumatı olmamışdır. 2021-ci ilin yanvar ayının sonlarında o, Lənkəran şəhərində olan zaman İqbal onun iş yerinə gələrək öz avtomobilinin mühərrikinin sıradan çıxdığını deyib bir neçə günlük idarə etmək üçün ondan avtomobilini istəmişdir. O da İqballa səmimi yoldaşlıq münasibətlərində olduğu üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində yeznəsi X3 adına olsa da faktiki ona məxsus olan “BMW 760İ” markalı 99UF303 dövlət qeydiyyat nişanlı avtomobili hər-hansı bir etibarnamə olmadan, yəni qeyri-rəsmi formada İqbala təhvil vermişdir. Həmin gündən etibarən avtomobili İqbal idarə etmişdir. 01 fevral 2021-ci il tarixdə gecə radələrində ona Raid zəng edərək Lənkəran şəhərində yerləşən “Mandarin” restoranının həyətinə gəlməyini xahiş etmişdir. O da evdən çıxıb oraya getmişdir. Restoranın həyətində Zərərçəkmiş şəxs1, Anar və Raidlə görüşdükdən sonra görmüşdür ki, ona məxsus idarə etmək üçün İqbala verdiyi avtomobil, həmçinin Nizami ilə Anarın da avtomobilləri əzilmiş vəziyyətdədirlər. İqbal özü isə hadisə yerində olmamışdır. Söhbət zamanı məlum olmuşdur ki, İqballa Nizaminin, Raidin və Anarın arasında söz mübahisəsi olmuş, bundan sonra İqbal onun avtomobilinə oturub idarə edərək onların avtomobillərini əzmiş və qaçıb getmişdir. O da həmin vaxt əsəbləşərək oradan çıxıb evə getmişdir. Həmin ərəfədə sağlamlıq durumu yaxşı olmadığı üçün avtomobilə etibarnaməsi olan oğlu Şahid7 polis şöbəsinə göndərmişdir ki, gedib ərizə yazsın. İqbal ondan avtomobili şəxsən icazə alaraq razılığı əsasında götürmüş və idarə etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasında doğulsa da təxminən 9-10 yaşında Bakı şəhərinə gələrək 17 nömrəli tam orta məktəbdə orta təhsil aldıqdan sonra ali təhsil almaq üçün Rusiya Federasiyasının Tomsk şəhərində yerləşən universitetə daxil olmuşdur. Ona görə də uzun illər Rusiya Federasiyasının Neryunqri, Krasnoyarsk və Tomsk şəhərlərində ailəsi ilə birlikdə yaşamışdır. Bakı şəhərində yaşayarkən orta məktəbdə bir sinifdə təhsil aldığı X16 ilə tanış olmuş və aralarında münasibətlər yarandığından orta təhsilini başa vurduqdan sonra ailə həyatı qurmaq fikrində olmuşdur. Bu səbəbdən tez-tez Milana ilə danışmış və əlaqəni kəsməmişdir. Təxminən 2018-ci ilin sentyabr ayında Milana ilə mobil telefonda danışarkən sonuncu, anası Elviranın bir nəfər İqbal adında kişi ilə tanış olduğu barədə ona bildirmişdir. Təxminən 2019-cu ilin aprel-may aylarında o, Rusiya Federasiyasından Bakı şəhərinə gəldikdən sonra Milana və anası ilə görüşmək üçün onların yaşadığı ünvana getmiş və evlərində ilk dəfə həmin İqbalı görmüşdür. İqbal onu qucaqlayaraq öpmüş və süfrə arxasına dəvət etmiş, söhbət zamanı İqbal ondan Rusiyada nə işlə məşğul olduğunu soruşmuşdur. O, isə mağazalar icarəyə götürərək işlətdiyini İqbala demiş İqbala bu barədə sual verilməsə də İqbal Dubayda şirkətinin olduğunu, orada qızıl və brilyant ticarəti ilə məşğul olduğunu ona danışmışdır. İqbal təxminən 1 ay sonra işləri ilə əlaqədər Dubaya qayıtmalı olduğunu bildirmişdir. Söhbət zamanı İqbalın Bakı şəhərində evinin olmaması, ona görə də Elvira və Milana ilə bir evdə yaşaması məlum olmuşdur. Ona görə də o, İqballa eyvana çıxıb siqaret çəkən zaman İqbal səmimi olaraq ona sual vermişdir ki, bu boyda gəlirli biznesi ola-ola niyə özünə Bakıda bir ev, ya da obyekt almamışdır. İqbal isə mövzunu dəyişərək ev və ya obyektin boş şey olmasını demiş və əldə olunan qazancı əsas işə yatırmağın daha əlverişli olmasını bildirmişdir. O da bu barədə başqa bir söz deməmiş, hətta sonrakı ərəfələrdə İqbal artıq rəsmi qaydada ailə həyatı qurduğu Elvira, habelə Elviranın qızları ilə Lənkəran şəhərinə gedərkən təkidlə onu da rayona getməyə dəvət etmişdir. O da buna etiraz etməmiş və Lənkəran şəhərinə gedib orada İqbalın anasına məxsus bina evində qalaraq Lənkəranı gəzmişlər. Lənkəranda olarkən yeyib-içmək xərclərinin hamısını İqbal özü qarşılamış, ona qarşı çox səmimi münasibət bəsləmişdir. Hətta İqbal bir neçə dəfə özünə məxsus yeni “BMW” markalı avtomobili də götürüb sürməyi ona təklif etmiş, lakin o, buna etiraz edərək razı olmamış, avtomobili vurub əzməkdən ehtiyat etmişdir. X25 vasitəsi ilə ondan ayrı-ayrı vaxtlarda 500, 600 və 400 ABŞ dolları məbləğində borc pul istəmiş, o da buna etiraz etməyərək həmin pulu İqbalın özünə vermişdir. İqbal da həmin borcu vaxtında ona qaytarmışdır. Bundan sonrakı ərəfədə isə İqbal söhbətlərin birində Dubay şəhərinə birlikdə getməyi, orada olan işlərində köməklik etməyini ona təklif etmiş və maaş kimi ayda ona 3000 (üç min) ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. O da bu barədə düşünəcəyini İqbala demiş və bir neçə gün düşündükdən sonra İqbalın təklifini qəbul edərək buna etiraz etmədiyini bildirmişdir. Müddət keçdikcə İqbal gah bir həftəyə, gah iki həftəyə işinin alınacağını, başqa adamların da yığıldığını, həmin adamların da Dubaya gedəcəyini, qeyd edilən şəxslərə onun nəzarət edəcəyini demişdir. Lakin İqbalın ona vəd etdiyi müddət artıq 1 ayıda ötmüş, o, İqbala yaxınlaşaraq vəd etdiyi işin alınmayacağı halda ona deməsini, belə olan halda Rusiyaya qayıdaraq öz işləri ilə məşğul olmaq istədiyini demişdir. Lakin İqbal qəti olaraq onu əmin etmişdir ki, iş məsələsi alınacaqdır. Bir neçə gün sonra 2019-cu ilin avqust ayında İqballa görüşən zaman İqbal ona bildirmişdir ki, Dubayda yaşayan “Vivien” adlı qadınla tanışlığı olmuş və birlikdə Moskva şəhərinə gedərək orada “İlkin” adlı dostu ilə görüşmüşdür. İqbal, Viviendən ******* (bir milyon) ABŞ dolları borc pul alaraq İlkinə verdiyini, İlkinin “pampers” uşaq bezlərinin tədarükü və satışı ilə məşğul olaraq həftəlik ******* (bir milyon) ABŞ dolları məbləğində, yəni 100%-lik qazanc söz verdiyini ona bildirmiş, İlkin tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini demişdir. Buna görə də “Vivien” adlı borc yiyəsi Dubayda İqbaldan şikayət etdiyi üçün İqbal interpol axtarışına düşmüş və Dubaya girişi qadağan edilmişdir. İqbal bildirmişdir ki, ona görə də əlavə vaxt lazımdır ki, Bakıda adam tapıb bir qədər pulla birlikdə Vivienin yanına göndərsin və həmin adam Vivienlə söhbət edib pula razı salsın. Yalnız bundan sonra Vivien öz şikayətini geri götürər və İqbal rahatçılıqla Dubaya gedib öz işini qısa zaman kəsiyində yoluna qoya bilər. Daha sonrakı görüşdə isə İqbal bu mövzuda yenə söhbəti açıb pulunun olmamasını deyərək pul tapmağını ondan xahiş etmişdir. O, isə özündə belə bir məbləğdə pulun olmamasını, ala biləcəyi adamın da olmamasını İqbala izah etmişdir. Həmin ərəfədə İqbal onun atasının adına olsa da faktiki ona məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən yeni hündürmərtəbəli 2947 saylı yaşayış binasında 69,1 kvadrat metr sahəyə malik 121 nömrəli təmirsiz mənzilinin olmasını bilmişdir. Ona görə də İqbal ondan xahiş etmişdir ki, həmin evi sataraq qeyd edilən vəsaitin hesabına problemi həll etsinlər. İqbal əlavə etmişdir ki, əgər xahişini yerinə yetirsə daimi işdən savayı iki ay ərzində onun üçün eyni ərazidə, eyni sahəyə malik tam təmirli mənzil alacaqdır. Tanışlıqlarının ilk günündən etibarən İqbalın davranışı, səmimi ünsiyyəti, yoldaşlığı, bundan başqa sevdiyi qızın anası ilə rəsmi nikahda olması, ondan bir neçə dəfə aldığı pul borcunu vaxtında geri qaytarması halları İqbala qarşı böyük etibar yaratmışdı. Ona görə də o, özünə məxsus mənzili şəxsən tanımadığı adama İqbalın iştirakı ilə satmışdır. Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı olmadığından və yalnız MTK tərəfindən verilmiş müqaviləsi olduğundan alqı-satqı elə “Bakı İnşaat MTK” tərəfindən aparılmışdır. Alqı-satqıdan sonra evin yeni sahibi tərəfindən verilən 64000 (altmış dörd min) manat pulu onun təklifi ilə İqbal götürərək saymış, daha sonra özündə saxlamışdır. O, İqballa birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Metropark” istirahət və əyləncə mərkəzinin birinci mərtəbəsində adını xatırlamadığı banka getmiş və orada İqbal Azərbaycan manatı ilə aldığı pulu ABŞ dollarına çevirərək 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları pul əldə etmişdir. İqbal həmin puldan 36000 (otuz altı min) ABŞ dollarını özünə götürüb qalan 1500 dollarını ona vermişdir. Bundan sonra o, İqballa sağollaşaraq ayrılmışdır. Təxminən 2019-cu ilin sentyabr ayında İqbal ona tanışları “Elşad” və “Asim” adlı şəxslərlə birlikdə Dubaya yola düşməli olduğunu bildirmişdir. O da buna sevinərək əvvəllər tanımadığı ilk dəfə gördüyü “Elşad” və “Asim” adlı şəxslərlə birlikdə hava limanına getmişdir. İqbal 5000 (beş min) ABŞ dolları ona və 5000 (beş min) ABŞ dolları isə Elşada vermiş və həmin 10000 (on min) ABŞ dollar pulu ilkin ödəniş kimi Dubayda Vivienə verməyi tapşırmışdır. İqbal əlavə etmişdir ki, qalan pulu özü köçürmə yolu ilə Vivienə göndərəcək və bütün borcunu qapayacaqdır. O, həmin şəxslərlə birlikdə Dubaya gedərək “Gold Souk” adlı biznes mərkəzində yerləşən Vivienə məxsus ofisə yollanmışdır. Vivien onları qəbul edərək İqbal tərəfindən göndərildiklərini xəbər tutduqdan sonra 10000 ABŞ dollarını qəbul etməkdən qəti şəkildə imtina etmiş və səs-küy salaraq ingilis dilində İqbalı dələduz, fırıldaqçı, yalançı adlandırmağa, müxtəlif söyüşlər söyməyə başlamışdır. Vivien onlara da tövsiyə etmişdir ki, İqbala inanmasınlar, belə ki, İqbal onları da aldadacaqdır. İqbalın barəsində belə sözləri ilk dəfə eşitdiyinə görə bu hal onun üçün gözlənilməz olmuş və yenə də Vivienin sözlərinin həqiqiliyinə inanmayaraq təbiətcə səsküylü bir qadın olmasını zənn etmişdir. Oradan çıxdıqdan sonra İqballa əlaqə saxlayaraq baş verənlər barədə danışmış, İqbal isə bunu normal qarşılayıb Elşada tapşırmışdır ki, həmin pula Dubayda yeni şirkət açsın. Belə ki, İqbal öz tanışlarını həmin şirkətə yönləndirəcəkdir ki, qeyd edilən adamlar şirkətə alqı-satqı etmək üçün mal, yəni qızıl-zinət əşyalarını nisyə versinlər. Elşad da buna etiraz etməmiş, o, Dubayda təxminən 10-15 gün qaldıqdan sonra İqbal ona zəng edərək bildirmişdir ki, Elşad yeni şirkəti tamamilə qurub qurtarana qədər boş-boşuna Dubayda qalmaq artıq xərc olduğu üçün Bakıya qayıtsın. O da buna etiraz etməyərək həmin ərəfədə Bakıya qayıtmış, Bakıda olarkən bir müddət keçsə də İqbalın işindən xəbər çıxmadığı üçün o, mütəmadi olaraq işin nə yerdə olmasını İqbaldan soruşmağa başlamışdır. İqbal isə sonuncu dəfə bildirmişdir ki, Dubayda şirkətin qurulmasına pul çatmamış, işi başa çatdırmaq üçün dövlətdən “çekbuk”, yəni qəbz kitabçası götürülməli olmuşdur. Bunun üçün isə banka müəyyən məbləğdə depozit pulu yatırılmalıdır. Bu söhbəti İqbal arvadı Elviranın da yanında danışaraq sonuncudan da evini satmasını və pulun verilməsini xahiş etmiş, Elvira da İqbala inanaraq mənzilini sataraq İqbala pul vermişdir. Lakin İqbal verdiyi vədə əməl etməmiş, hətta o, ikinci dəfə Dubaya gedib Elşadla görüşmüş və yeni şirkətin açılmasına nə qədər xərcin çıxmasını soruşmuşdur. Elşad səmimi bir insan olduğu üçün ona həqiqəti demiş və cəmi 20-25 min ABŞ dolları məbləğində xərcin çıxmasını bildirmiş, o, isə Elşada demişdir ki, Bakıda iki ev satılaraq pulu İqbala verilmişdir. Həmin məbləğ isə 20-25 min dollardan qat-qat artıq məbləğ olmuş, deməli İqbal onları aldadaraq pulu vəd etdiyi işə sərf etməmişdir. Elşad isə buna heç bir cavab verə bilməmiş, ikinci mənzilin satılmasından ümumiyyətlə xəbərsiz olduğunu demişdir. İqbal nə onu, nə də Elviranı yeni mənzillə təmin etməmiş, verilən pulları da geri qaytarmamışdır. O, Zərərçəkmiş şəxs6 İqbalın vasitəsi ilə tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Abbasla birlikdə X7 Dubay şəhərinə getmişdir. Orada onları İqbalın işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs2 qarşılamışdır. Onlar orada olduqları ərəfədə dəqiq yadında qalmayan tarixdə bir neçə dəfə İqbal Bakıdan Dubaya köçürmə yolu ilə (həvalə) müxtəlif məbləğlərdə pul göndərmiş həmin pulun dəqiq məbləğini xatırlamamışdır. Göndərilən vəsaitlərin Abbasa məxsus olmasını hamı bilmiş, sadəcə sərhəddən o qədər məbləğdə pulu keçirmək üçün əlavə rüsum ödənməli olduğundan Abbas İqballa razılaşmışdı ki, pul həvalə yolu ilə Dubaya göndərilsin. Bunu ondan başqa Elşadın özü də bilmiş, çünki dəfələrlə İqballa olan iş birliyi barədə söhbət düşəndə Abbas özü Elşadın yanında bu barədə danışmışdır. Göndərilən pullar Dubayda “Vivien”ə verilməli olmuşdur ki, sonuncu İqbal barədə polisə etdiyi şikayəti geri götürsün. Onlar bir neçə dəfə pul təklifi ilə Vivienin yanına getsələr də Vivien razılaşmamış, sonuncu dəfə Dubayda Vivienin yanına gedəndə Vivien təklif olunan son məbləğlə razılaşmış və qərara gəlinmişdir ki, səhəri gün birlikdə polis idarəsində görüşüb pulu Vivienə versinlər ki, İqbalın barəsində etdiyi şikayətdən imtina etsin və bu yolla İqbalın barəsində verilmiş axtarış götürülsün. Abbasa məxsus pullar isə həmişə onun üzərində olmuş, o da Abbasla bir mənzildə yaşamışdır. Onlar həqiqətən də həmin görüşün səhəri, birlikdə, yəni o, Abbas və Elşad Dubay şəhərində yerləşən polis məntəqəsinə getmişlər. Səhəri gün Abbas çantadan pulları götürüb saymış və məbləği bir daha dəqiqləşdirdikdən sonra yerinə qoymuş, bir qədər sonra isə otelə Təqsirləndirilən şəxs2 gəlmiş və onlar polis məntəqəsinə yola düşmüşlər. Polis İdarəsinə çatanda da Abbasa məxsus pullar onun üzərində olan əl çantasının içərisində olmuşdur. Elşad onlardan aralanaraq otaqlardan birinə daxil olmuş və bir neçə dəqiqə sonra qayıdaraq Vivienin içəridə olmasını, gözlədiyini bildirmişdir. Elşad şəxsən onun və Abbasın yanında İqbala zəng etmiş və hər şeyin hazır olduğunu, Vivienin gözlədiyini ona demişdir. Daha sonra İqbal Abbasa zəng etmiş və mobil telefonla danışdıqdan sonra Abbas ona demişdir ki, pulu versin. O da içərisində pul olan əl çantasını Abbasa vermiş, Abbas da Elşadın gözünün qarşısında əl çantasının zamokunu bir daha açaraq içərisində pulun olub-olmamasına əmin olduqdan sonra pulu çanta ilə birlikdə Elşada vermişdir. Elşad həmin çanta ilə birlikdə polis məntəqəsindəki otaqların birinə daxil olmuş, o da Abbasla dəhlizdə gözləmişdir. Çünki həmin vaxt pandemiya şəraiti olduğu üçün yalnız bir nəfər adamın içəri daxil ola bilməsinə icazə verilmişdir. Təxminən 30-40 dəqiqə sonra Elşad üzündə gülüşlə, çox sevincli halda otaqdan çıxaraq Vivienin pulu qəbul etdiyini deyib Abbasla onu təbrik etmişdir. Daha sonra Elşad İqbala da zəng edərək danışıb təbrikləşmiş, ona məxsus əl çantasını isə tamamilə boş vəziyyətdə ona qaytarmışdır. Həmin vaxtı Elşadın əlində şirkətə məxsus sənədləri saxladığı özünə aid iri əl çantası olmuş, onlar birlikdə polis məntəqəsindən çıxıb restorana çörək yeməyə getmişlər. Həmin vaxt o və Abbas Elşadın dediklərinə tamamilə inanmış, sonradan isə məlum olmuşdur ki, Elşad polis məntəqəsində olarkən heç kimə pul verməmişdir. Həmin gün Vivien heç oraya gəlməmiş, o bu barədə əvvəlcədən bilməmiş, Bakıya qayıtdıqdan sonra Elşadla Abbasın arasında söz-söhbət yaranandan sonra xəbər tutmuşdur. Son vaxtlaradək o, inanmışdır ki, İqballa Elşadın danışdıqları həqiqətdir. İqbal hamıya onu öz yeznəsi kimi təqdim etdiyi üçün Abbas elə düşünmüşdür ki, o, İqballa əlbir olmuş və etdiyi fırıldaqçılıqlardan xəbəri olmuşdur. Əslində isə elə olmamış, hətta vəziyyəti aydınlaşdırmaq üçün o, özü könüllü olaraq Abbasın təklifini qəbul edərək qayınanası Elvira ilə birlikdə Bakıda Abbasla görüşmüşdür. Həmin görüşə Abbas əmisi ilə gəlmiş, görüşdə Abbasın əmisi Elşada zəng edib Dubayda baş verən hadisələr barədə sorğu-sual etmişdir. Qeyd edilən ərəfədə İqbal həbs edilmişd, Elşad özü də həmin danışıq zamanı könüllü olaraq hər şeyi səmimi etiraf etmiş və Abbasın aldadılması prosesində İqbala köməklik göstərdiyini demişdir. Abbasgil özləri də əmin olmuşlar ki, onun bu işdə əli olmamış, bundan başqa 2021-ci ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə o, Abbasla birlikdə Dubay şəhərində olmuş, həmin vaxt Abbasın adını xatırlamadığı qardaşı və azyaşlı oğlu da orada olmuşlar. Elşad onları Dubay şəhərinin Marin qəsəbəsində dəbdəbəli mənzilə apararaq orada yerləşdirmiş, şəhər ərazisində isə onları ağ rəngli bahalı “Mercedes-Benz S class” markalı avtomobillə gəzdirmişdir. Elşad avtomobillə və mənzilin İqbala məxsus olmasını onlara demiş, həmin ərəfədə Abbasın oraya gəlməkdə məqsədi hansısa hindusdan brilyant qaşlar almaq olmuşdur. İqbal eyni qaydada həvalə yolu ilə Bakıdan Dubaya onun xatırlamadığı məbləğdə pul göndərmiş, həmin pul Abbasın pulu olmuşdur. Bir neçə gün sonra onlar birlikdə Elşadın əyləşdiyi ofisdə olan zaman həqiqətən də oraya tanımadığı bir nəfər hindus milliyyətli şəxs gələrək Elşada bir bağlamada sayını dəqiq bilmədiyi brilyant qaşları vermiş, Elşad da onları sayıb təhvil almışdır. Bir qədər sonra Elşadla hindus ofisdən çıxıb pulun bankda təhvil-təslim edilməsi üçün banka getmişlər. O, isə Abbasgillə ofisdə qalmış, bir qədər sonra Elşad qayıtmış, ardınca ofisə beynəlxalq yükdaşıma şirkətinin əməkdaşı kimi özünü təqdim edən, üzündə tibbi maska olduğu üçün xarici görünüşünə əhəmiyyət verib yadında saxlamadığı Mahir adlı azərbaycanlı gəlmişdir. Elşad seyfindən brilyant qaşları götürərək həmin Mahir adlı adama vermiş, Mahir isə qaşları Azərbaycana göndərəcəyini deyərək çıxıb getmiş, sonradan baş verənlərdən isə onun xəbəri olmamışdır. Bir müddət sonra onun yadında qalmayan tarixdə Dubayda eyni mənzildə olan vaxt Abbas ona sözlə demişdir ki, Elşad nümunə üçün brilyant qaşlar gətirib vermişdir. Həmin qaşları Abbas ona göstərmədiyi üçün onları görməmiş, artıq Bakıda olan zaman o, eşitmişdir ki, həmin epizodda da X40 aldatmış və sonuncunun pullarını ələ keçirmişlər. Zərərçəkmiş şəxs6 və onun əmisi ilə Bakı şəhərində baş tutmuş görüş zamanı Elşada qarşı hər-hansı təhdid və ya hədə-qorxu olunmamış, sadəcə Abbasgil baş vermiş hadisələrdən əsəbləşdikləri üçün Elşaddan tələb etmişlər ki, düzünü danışsın. Çünki onlar artıq bilmişlər ki, Elşad bütün bu işlərdə İqbala yaxından köməklik göstərmişdir. Abbasın əmisi Elşada barəsində polisə şikayət edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 həmişə pulunun olmamasından gileylənmiş, əgər pulu olarsa böyük işlər görəcəyini hamıya demişdir. Elə bu adla da hamıdan pul ala bilmiş, Elşad özü elə həmişə İqbaldan şikayətlənmiş, sonuncuya baxmadığını, dolanması üçün pul göndərmədiyini demişdir. O, İqballa Elşadın dost olmasını nəzərə alıb səmimi gileygüzar etdiyini düşünmüş, Elşad özü də bilirdi ki, İqbal iş görəcəyi halda kiminsə hesabına görə bilər. İqbalın öz vəsaiti olmamış, İqbalın özünə məxsus o qədər pulu olsaydı Abbası və ya onu Dubaya göndərməzdi, özünə şərik kimi qələmə verməzdi. Elə Elşadla ikilikdə öz işlərini həll edib yoluna qoyar, şəxs biznesini qurardı. Bu hamı üçün açıq-aşkar olmuş, həmin pullar Abbasa məxsus olmuş, bu barədə Elşadın özü də məlumatlı olmuş, Abbas özü də Dubayda olarkən dəfələrlə bu barədə Elşadla ona danışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Salyamova (Həsənli) Elvira Faridovna ifadəsində göstərdi ki, 2005-ci ildə İlyas adlı şəxslə ailə həyatı qurmuş, 2010-cu ildə rəsmi qaydada boşanmış, həmin nikahdan Milana və Alsu adlı iki qız övladı dünyaya gəlmişdir. O, yüngül atletika üzrə idman ustası, peşəkar idmançı olmaqla, müxtəlif yerli və beynəlxalq yarışların mükafatçısı olmuş, 1996-cı ildə X9 Atlanta ştatında keçirilən növbəti “Olimpiya Oyunları”nda Azərbaycanı təmsil etmişdir. X34 Əliyevin 23 dekabr 2016-cı il tarixli sərəncamı ilə o və bir sıra digər idmançılar mənzillərlə təmin edilmişdir. Ona verilən 104 kvadrat metr sahəli mənzil Bakı şəhərinin Xətai rayonu ərazisində, “Medical Plaza” xəstəxanasının arxa tərəfində yerləşmişdir. Maddi imkanı yaxşı olmadığı üçün mənzili təmir etdirə bilməmiş, ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Sonradan artıq ona hədiyyə kimi verilmiş evi təmir etdirməyə imkan edə bilməyəcəyini başa düşüb mənzili satmağa və həmin pulla daha az sahəyə malik hazır təmirli ev alıb ora köçməyə və rahat yaşamağa qərar vermişdir. Ona görə də ölkə başçısı tərəfindən verilmiş mənzili 2017-ci ilin noyabr ayında vasitəçinin köməkliyi ilə tapdığı və şəxsən tanımadığı ailəyə 80000 (səksən min) manata satmışdır. Təxminən bir həftə ərzində o, ünvan 7 ünvanında yerləşən 251 nömrəli mənzili 66500 (altmış altı min beş yüz) manat pula almış və dərhal ora köçərək yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs1 ilə təsadüf nəticəsində 26 may 2018-ci il tarixdə tanış olmuş, belə ki, tanışı olan legioner idmançı qadına məxsus olan mənzili Təqsirləndirilən şəxs1 kirayəyə götürmüş və həmin vaxt o da orada, tanışının yanında olmuşdur. Tanışı olan qız ondan xahiş etmişdir ki, növbəti dəfə mənzilin kirayə haqqını kirayəşindən götürərək göndərsin. O da buna etiraz etməmiş, İqballa belə bir şəraitdə tanış olduqdan sonra daimi ünsiyyəti yaranmış, müddət ötdükcə daha da yaxın olmuşlar. İqballa sıx münasibətlərə daxil olduqdan sonra İqbal dəfələrlə onun yaşadığı evə gəlib-getmiş, ailə üzvləri, qızları ilə yaxından tanış olmuşdur. İqbal Dubayda böyük biznesinin, şirkətinin olduğunu, orada qızıl və brilyant əşyaların satışı ilə məşğul olduğunu ona bildirmişdir. O, İqbalı ailəsinin içi kimi qəbul etmiş və rəsmi qaydada ailə həyatı qurmağı planlaşdırmışdır. Hətta 2019-cu ilin may ayında qızı Milananın nişanlısı Zərərçəkmiş şəxs5 Rusiya Federasiyasından Bakıya qonaq gələn zaman o, Adəmi evində qonaq kimi qəbul etmiş və İqballa tanış etmişdir. İqbal Adəmi də səmimi qəbul etmiş və söhbətləşmiş, sonradan, yəni 2019-cu ilin iyul ayında o, İqballa rəsmi qaydada nikaha daxil olmuş və bu dövrdən başlayaraq Təqsirləndirilən şəxs1 onun yaşadığı evə köçərək yaşamağa başlamışdır. İqbal dəfələrlə onun yanında Adəmə təklif etmişdir ki, sonuncunun biznesinə nəzarət etmək üçün Dubaya yollasın. Adəm isə sonuncu dəfə buna etiraz etməyərək razılıq vermiş, İqbal öz işləri ilə əlaqədar Adəmdən bir neçə dəfə onun vasitəsi ilə borca pul istəmiş, Adəm isə hər dəfəsində müxtəlif məbləğlərdə borca pul vermişdir. İqbal Adəmdən aldığı borcları dediyi vaxtlarda geri qaytarmış, bundan başqa İqbal onu ailə üzvləri və Adəmlə birlikdə bir neçə dəfə Lənkəran şəhərinə aparmış və orada birlikdə istirahət etmişlər. Təqsirləndirilən şəxs1 Adəmə etdiyi iş təklifi ilə bağlı aparılan danışıqlar uzandığı zaman məlum olmuşdur ki, İqbal Dubayda yaşayan vaxtlarda orada əslən Çindən olan Vivien adlı qadınla tanış olmuş, həmin qadın da qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Həmin Vivien adlı qadından aldığı külli miqdarda pulu İqbal iş qurmaq üçün digər dostu İlkinə vermiş, İlkin isə İqbalı aldadaraq pulu ələ keçirmişdir. Bundan sonra isə Vivien İqbalın barəsində Dubayda şikayət etmiş və bu səbəbdən İqbala Dubayda stop qoyulmuşdur. İqbal bunu əsas gətirib Dubaya gedə bilmədiyini və Vivienlə olan pul mübahisəsini qismən həll etmək üçün pul lazım olduğunu demişdir. Bu mövzuda olan söhbətlərin birində İqbal Adəmə müraciət edərək evini satıb pulunu verməyini xahiş etmiş, bunun əvəzində isə 2 ay ərzində Adəmə eyni ərazidə tam təmirli mənzil verəcəyini söz vermişdir. Belə ki, Adəmin öz mənzili təmirsiz olmuş, Adəm İqbalın səmimiyyətinə və dediklərinə inanaraq mənzilini satmış və İqbala xatırladığı qədər 36000 (otuz altı min) ABŞ dolları məbləğində pul vermişdir. Bundan bir müddət sonra isə X57 göndərmişdir ki, Adəm orada Vivenlə görüşüb sonuncunu etdiyi şikayətdən imtina etdirsin və bir qədər pul versin. Lakin Adəm orada Vivienlə görüşmüş, sonuncu çox aqressiv tərzdə Adəmi qarşılayaraq İqballa barışmaqdan qəti imtina edərək bütün pulunun geri qaytarılmasını tələb etmişdir. Bunun ardınca İqbal Adəmə söz vermişdir ki, verdiyi pul guya Dubayda qızıl-zinət əşyalarının tədarükü və satışı ilə məşğul olan yeni şirkətin açılmasına sərf ediləcəkdir. Adəm isə buna etiraz etməyərək razı olmuş, bir neçə gün Dubayda yaşadıqdan sonra İqbalın təkidi ilə Adəm Bakıya qayıtmışdır. Adəm Bakıya qayıtdıqdan sonra dəfələrlə İqballa görüşüb Dubayda işlərin nə yerdə olmasını, şirkətin qurulub-qurulmamasını soruşmuş, İqbal isə işlərin hələ də getdiyini deyib vaxtı uzatmışdır. Bu söhbətlərin əksəriyyəti onun yanında baş verdiyi üçün bundan xəbərdar olmuş, İqbal tanışlığın ilk günlərindən özünü işgüzar, əlaqəli, vədinə sadiq bir iş adamı kimi təəssürat yaratdığından dediklərinə qəti şübhəsi olmamışdır. Söhbətlərin birində isə İqbal Adəmə bildirmişdir ki, Dubayda qurmaq istədiyi yeni şirkətin açılmasına pul çatmır. İqbal onunla ikilikdə olanda yeni şirkəti qurub başa çatdırmaq, dövlətdən satış çekləri almaq, şirkətin bank hesabına depozit yatırımı etmək üçün əlavə pul lazım olduğunu bildirmişdir. Əgər həmin məsələləri həll edə bilsə külli miqdarda qazanc əldə edəcək və bu yolla bütün borclarını bağalayacaqdır. İqbal Adəmin qarşısında da pis vəziyyətdə qaldığını deyib təklif etmişdir ki, o da yaşadığı evi satıb pulunu İqbala versin və onlar müvəqqəti olaraq kirayəyə köçsünlər. İqbal qısa zaman kəsiyində bütün məsələləri həll edib cəmi 2 aya onun üçün daha böyük sahəyə malik təmirli mənzil alacağına söz vermişdir. İqbal çox inandırıcı danışdığı üçün, habelə o, bu yolla Adəmin də problemini həll etmək fikrində olduğundan İqbalın təklifi ilə razılaşmışdır. Ona görə 2019-cu ilin oktyabr ayının əvvəllərində mənzilini vasitəçinin köməkliyi ilə tapdığı, şəxsən tanımadığı adama 60000 (altmış min) manata satmışdır. Alqı-satqı xərcləri çıxıldıqdan sonra 57000 (əlli yeddi min) manat pul qalmışdır. Həmin vaxt İqbal da alqı-satqıda iştirak etmiş və pulu şəxsən təhvil almışdır. Həmin puldan o, qızı Milananın təhsil haqqını ödəmək üçün 2000 (iki min) manat götürmüş, qalan 55000 (əlli beş min) manat pul isə İqbalda qalmışdır. İqbal həmin vəsaitlər hesabına Dubaydakı yeni şirkətlə bağlı problemlərini həll edəcəyini demişdir. Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı olmadığından və yalnız MTK tərəfindən verilmiş müqaviləsi olduğundan alqı-satqı elə “Şaiq MTK” tərəfindən şirkətin ofisində aparılmışdır. Bundan sonra o, yaşadığı evdən kirayəyə köçmüş və orada yaşamağa davam etmişlər. İqbalın vəd etdiyi iki ay müddət keçdikdən sonra isə o, İqbaldan məsələnin nə yerdə olmasını soruşmuş, İqbal isə səbirli olmağı, çox az qaldığını demişdir. Bu minvalla da İqbal hər dəfə müxtəlif bəhanələr gətirib həm onu, həm də Adəmi evsiz-eşiksiz qoymuşdur. İqbal onların mənzillərini sataraq pulları ələ keçirmişdir. Zərərçəkmiş şəxs6 və Şahid14 tanısa da şəxsi münasibətləri olmamış, Abbasla Kamal bir neçə dəfə İqballa onun birlikdə yaşadığı Bakı şəhəri Nəsimi rayonu “28 May” küçəsində yerləşən evlərinə gəlib-getmiş, birlikdə oturub onun bilmədiyi mövzularda söhbətlər etmişlər. Həmin söhbətlər zamanı o, yanlarında olmadığı üçün dəqiq nə barəsində söhbət etmələrindən xəbəri olmamışdır. İqbal da şəxsi tanışlıqları, gördüyü işlər barədə ona heç vaxt, heç nə danışmadığı üçün Abbas və Kamalla hansı münasibətlərdə olması barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 isə İqbalın dostu olmuş və onda olan məlumata görə Elşad əksər hallarda Dubayda yaşamış, iqbal Bakı şəhərində olduğu vaxtlarda Elşad İqbalın yanına gəlib-getmiş, o da Elşadla İqbala çay verib qulluqlarında durmuş, aralarında hansı münasibətlərin olmasını isə bilməmişdir. Təqsirləndirilən şəxs1 polis tərəfindən həbs ediləndən sonra başqa-başqa adamlardan, habelə İqbalın aldatdığı şəxslərdən eşidib xəbər almışdır ki, İqbal hamını aldatmışdır. O, İqbalın arvadı olduğu üçün bununla bağlı aldadılmış adamların bir qismi onun vasitəsi ilə İqbala təsir göstərmək istəmişlər. Lakin o özü də bu vəziyyətdə aldadılmış adam olmuş, İqbalın gördüyü işlər, pul aldığı adamlar barədə onda ümumiyyətlə heç vaxt hər-hansı məlumat olmamışdır. O İqbalı iş adamı kimi tanımış, birgə yaşadıqları evdə İqbalın əl çantası olmuş, həmin əl çantasının içərisində müxtəlif sənədlər olmuşdur. Həmin sənədlər İqbalın deməsinə görə Dubayda olan şirkəti ilə bağlı olan sənədlər olmuşdur. Qeyd edilən sənədləri İqbal ara-sıra evə gələn adamlara göstərmiş, o da elə fikirləşmişdir ki, həmin adamlar İqbalın biznes tərəfdaşlarıdır. İqbal həbs ediləndən sonra aldatdığı adamlar pulunu geri almaq istəmiş, həmin adamlardan biri də Abbas olmuşdur. Abbas pulunu geri almaq üçün Zərərçəkmiş şəxs5 və onu görüşə də çağırmışdır ki, bu mövzuda söhbət etsinlər. Nərimanov rayonu Montin qəsəbəsində yerləşən adını bilmədiyi kafedə baş tutan görüşdə o, Adəm, Abbas, sonuncunun əmisi və bir nəfər tanımadığı kişi iştirak etmişdir. O, İqbalın arvadı olduğu üçün Abbas pulunu ondan istəmiş, o da özünün İqbal tərəfindən aldadıldığını Abbasa izah etmişdir. Daha sonra Abbasın əmisi Dubayda olan Elşada zəng edib danışmış, Abbasgil Elşadın bu işdə İqballa əlbir olmağını əsas gətirib aqressiv tərzdə Elşadla danışsalar da Elşada və ya ailəsinə hansısa formada hədə-qorxu gəlməmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, tanışı Şahid14 artıq 4-5 ildir ki, qardaşı Şahid10 vasitəsi ilə tanımışdır. Kamalla Vüqar birlikdə işləmiş və Rusiya Federasiyasında meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar. Şahid14la həmişə səmimi yoldaşlıq münasibətləri olmuş, Kamal bir neçə dəfə meyvə-tərəvəz ticarəti ilə məşğul olub bu işə pul buraxmağı ona təklif etmişdir. O isə bu sahəni özünə uyğun hesab etmədiyi üçün razılaşmamışdır. 03 aprel 2021-ci il tarixdə Kamal ona zəng edərək görüşmək istədiyini və onu bir nəfər adamla, dayısının dostu ilə tanış edəcəyini bildirmişdir. Telefon danışığı zamanı onlar 04 aprel 2021-ci il tarixdə görüşəcəyinə razılaşmışlar. Ona görə də 04 aprel 2021-ci il tarixdə saat 19 radələrində o, Bakı şəhəri Nəsimi rayonu “28 May” küçəsində köhnə “aerokassa” adlanan ərazidə adını bilmədiyi çayxanada Kamalla görüşmüşdür. Həmin vaxt Kamalın yanında ilk dəfə gördüyü və adını həmin vaxtdan sonra bildiyi Təqsirləndirilən şəxs1 da olmuşdur. Kamal onları adları ilə tanış etdikdən sonra ümumi mövzuda 10-15 dəqiqə ərzində söhbət etmişlər. Daha sonra isə İqbal X7 Dubay şəhərində 2016-cı ilə qədər biznes fəaliyyəti ilə məşğul olmuşdur. İqbal biznesinin qızıl-brilyant əşyalarının satışı, həmçinin oradan Azərbaycana avtomobil ehtiyat hissələrinin gətizdirilərək satılması ilə bağlı olduğunu ona bildirmişdir. İqbal ona demişdir ki, İlkin və Rövşən adlı dostları 1 milyon 500 min ABŞ dolları məbləğində pulunu almış, bu səbəbdən İqbal biznesini buraxıb pullarını geri almaq üçün Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtmazdan əvvəl Dubayda qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu və eyni ilə qızıl ticarəti ilə məşğul olan “Vivien” adlı qadından zərgərlik məmulatları alaraq 700000 (yeddi yüz min) ABŞ dollarından artıq məbləğinə borc qəbzi yazıb vermişdir. İqbal isə aldığı malları dostu İlkinə vermiş, İlkin isə həmin malların dalına keçib pulu qaytarmamışdır. Daha sonra isə İqbal əlavə etmişdir ki, Azərbaycanda nəzərdə tutduğundan daha artıq müddətə ilişib qaldığından, həmçinin Bakıda ailə həyatı qurmağa hazırlaşdığından Vivien bu barədə xəbər almış və borca görə şikayət etmişdir ki, nəticədə İqbal interpol axtarışına vermişdir. Bunun ardınca İqbal bildirmişdir ki, 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul olsa həmin pulun 80000 (səksən min) ABŞ dollarını Vivienə ilkin ödəniş kimi verər ki, Vivien şikayətini geri götürsün və bununla da sərhədkeçməsinə qoyulmuş qadağa aradan qaldırılsın ki, İqbal Dubaya sərbəst şəkildə girib-çıxa bilsin. Bundan sonra isə qalan 120000 (yüz iyirmi min) ABŞ dollarına Dubayda Hindistanlı tacirlərdən ******* (bir milyon iki yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alacaqdır. Bunun nə cür mümkün olması barədə İqbala sual verəndə İqbal Dubay şəhərində iri kommersiya şirkətlərinin zəmanət-möhlət qəbzlərinin olmasını demişdir. Belə ki, alınacaq malın 10%-ni ödədikdən sonra qalan məbləği hissə-hissə ödəmək şərti ilə istənilən məhsulu topdan və ya pərakəndə şəkildə almaq mümkündür. Ona görə də rahatçılıqla həmin 120000 (yüz iyirmi min) ABŞ dollarını hindistanlı tacirlərə verib ******* (bir milyon iki yüz min) ABŞ dollar dəyərində qızıl-brilyant zərgərlik məmulatlarını alacaqdır. Borclu qaldığı ******* (bir milyon səksən min) ABŞ dollarını isə qızıl ticarəti edib hər ay 270000 (iki yüz yetmiş min) ABŞ dolları olmaqla 4 ay ərzində ödəyib qurtaracaqdır. Bir müddət sonra isə ticarətini genişləndirib onun yatırdığı pulu tam ödəyəcəkdir. İqbalın bu danışdıqları ona elə də inandırıcı gəlmədiyi üçün bir qədər də söhbət etdikdən sonra işlərinin olmasını deyib sağollaşaraq görüş yerini tərk etmiş və Kamalla birlikdə öz işlərinin dalınca getmişdir. O, yolda olarkən İqbala inanmadığını Kamala bildirmiş, Kamal isə demişdir ki, İqbal dayısı Namiqin 20-25 illik tanışdır və ailəvi gediş-gəlişləri vardır, Namiq özü də elə bu işlə məşğul olmaq fikrində olmuşdur. Həmin ərəfədən sonra mütəmadi olaraq həm Kamal, həm də İqbal ona zəng edərək görüşməyi, söhbət etməyi təklif etmişlər. O da buna etiraz etməyib təklifini yerə salmamış və 12 aprel 2021-ci il tarixdə Kamalla görüşüb birlikdə İqbalın “28 May” küçəsində, “Magnit” mağazasının yaxınlığında yerləşən mənzilinə getmişlər. Həmin vaxt mənzildə İqbalın Elvira adlı arvadı da olmuşdur. Mənzildə olarkən İqbal başqa otaqdan özü ilə iki ədəd iri əl çantalarını gətirərək içərisindən çoxlu sayda sənədlər çıxarmışdır. İqbal ona Dubayda rəhbəri olduğu şirkətin sənədlərini, həmçinin Azərbaycana gətizdirdiyi avtomobil ehtiyat hissələri ilə bağlı tərtib olunan sənədləri, birinci görüşdə barəsində bəhs etdiyi zəmanət-möhlət qəbzlərini, həmçinin digər sənədləri, bundan başqa mobil telefonunda qızıl-zinət əşyalarının, şirkətinin, ticarət köşkünün, habelə Afrikada olarkən yer qatından çıxardığı brilyant daşların fotoşəkillərini göstərərək dediklərinin həqiqliyinə onu inandırmışdır. İqbal sənədəri fotoşəkilləri göstərə-göstərə artıq 15 ildir ki, bu işlə məşğul olduğunu və qızıl-zinət əşyalarını alan hazır müştərilərinin olmasını bildirmişdir. Yəni əgər zərgərlik məmulatlarını ala bilsə çox qısa zaman kəsiyində müştəri gözləməyə ehtiyac olmadan onların satılmasını təmin edə bilər. Arada əminlik olsun deyə İqbal hər addımın bir yerdə atılacağını və ilk əvvəl Dubaya Kamal və İqbalın yeznəsi (qızının nişanlısı) Adəm adlı şəxs birlikdə gedəcəyini ona bildirmişdir. İqbal stopa görə özü ölkəni tərk edə bilmədiyi üçün nümayəndəsi kimi oraya Adəmi göndərəcəyini bildirmişdir. O isə Adəmi ümumiyyətlə tanımamış və görməmiş, İqbal işlərin alınacağı halda Dubayda mütəmadi olaraq yaşayacağını demişdir. Kamalla o, razılaşmışlar ki, övladlarından uzun müddət ərzində uzaq düşməsinlər deyə 15 gün o, 15 gün isə Kamal orada qalsın və bu yolla növbəli şəkildə işləsinlər. İqbal son olaraq əlavə etmişdir ki, birgə quracaqları iş birliyi nəticəsində əldə olunan qazancdan işçilərin, yəni onun tanımadığı Elşad adlı şəxsin və Adəmin maaşları və digər xərclər çıxıldıqdan sonra qalan xalis mənfəət İqbalın, onun və Kamalın arasında, yəni 3 yerə bərabər səviyyədə bölünəcəkdir. Bu minvalla onlar İqballa yenidən görüşəcəkləri ilə razılaşıb ayrılmışlar. O, Kamala bildirmişdir ki, növbəti dəfə görüşə dayısı Namiqi də gətirsin, çünki hər bir halda İqbala pul verməkdə tərəddüd etmişdir. Namiq isə İqbalı çox uzun müddət ərzində tanıdığı üçün arada zamin ola bilərdi. Kamal isə buna etiraz etməmiş, bundan sonrakı ərəfələrdə onlar bir neçə dəfə Namiqin iştirakı ilə İqballa görüşmüş, Namiq İqbalın barəsində yaxşı fikirlər demiş, ailəvi dost olmasını, biznesmen kimi də müsbət xarakterizə olunmasını bildirmişdir. Qeyd edilən ərəfədə bir neçə dəfə görüşə İqbalın qızının nişanlısı kimi bildiyi Adəm də gəlmiş və onlar tanış olmuşlar. Bütün bunlara baxmayaraq o, İqbala əlbəəl pul verməyəcəyini, Dubaya gedib vəziyyətə baxacağını, bundan sonra qərar qəbul edib lazım gələrsə yerində pul verəcəyimi bildirmişdir. İqbal da buna etiraz etməmiş, təxminən 2021-ci ilin aprel ayının ortalarında məlum olmuşdur ki, Kamalın vergi borcu olduğu üçün ölkədən çıxa bilməyəcək. Kamalın yerinə Dubaya Kamalın dayısı Namiq getməyə qərar vermiş, 20 aprel 2021-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin yaxınlığında yerləşən “Referans” klinikasında “COVİD- 19” virusu ilə bağlı o, Namiq və Adəm birlikdə test vermişdir. Bir neçə gün sonra isə Namiq testinin nəticəsini pozitiv olduğu üçün ölkədən çıxa bilməyəcəyini demiş, ona görə də 21 aprel 2021-ci il tarixdə İqbal, Kamal və Adəm gəlib onu Binə qəsəbəsində yerləşən atasına məxsus evdən götürmüş və onlar birlikdə “Heydər Əliyev adına X31”na getmişlər. O, özü ilə 20000 (iyirmi min) ABŞ dolları xərclik pul götürmüş, həmin pulun 10000 (on min) dolları öz üzərində, qalan 10000 (on min) dolları isə Adəmin üzərində olmuşdur. O, özü ilə başqa pul götürməmiş, birinci dəfə idi ki, o, Dubaya getdiyini və vəziyyəti öyrənib sonra yekun qərar verəcəyini düşünmüşdür. Həm də İqbal özü də ona demişdir ki, Dubayda olan gedişat onu qane etsə Bakıda olan pul İqbala göndərilər, sonuncu özü dostlarının vasitəsi ilə pulu Dubaya göndərər. O da buna etiraz etməmiş, beləliklə o, Adəmlə birlikdə hava limanından Dubaya yola düşmüş, Dubayda onları Elşad qarşılamışdır. Elşad isə İqbalın deməsinə görə sonuncunun Dubayda yerləşən şirkətinin icraçı direktoru olmuşdur. Elşad onları qarşıladıqdan sonra birlikdə oturub yemək yemiş, daha sonra mehmanxanaya yerləşərək səhəri gün Vivienlə görüşüb söhbət etməyə qərarlaşmışlar. Səhəri gün 22 aprel 2021-ci il tarixdə saat 11 radələrində Adəmlə o, Elşadla görüşmüş və Vivienin işlədiyi qızıl bazarı adlanan binanın ikinci mərtəbəsinə qalxıb Vivienin ofisinə daxil olmuşlar. Vivien ingilis dilində Elşadla söhbət etmiş, Elşad isə qarşılıqlı deyilənləri tərcümə etmişdir. Vivien çox aqressiv və əsəbi tərzdə danışmış, Elşad Vivienə 80000 (səksən min) ABŞ dolları, yəni təxminən 300000 (üç yüz min) dirhəm pul verməyi qalan borca isə müvafiq zəmanətmöhlət qəbzininin yazılmasını təklif etmişdir. Uzun söhbətdən sonra görüş bitmiş, Elşad çıxanda Vivienin təkliflə razılaşmadığını, lakin sabaha razılıq verəcəyini, bunu Vivienin danışıq tərzindən tutduğunu bildirmişdir. Elşad təxminən 100000 (yüz min) ABŞ dolları məbləğində pul lazım olduğunu demiş, həmin pulun 80000 (səksən min) ABŞ dolları Vivienə verilməli, qalan pul isə İqbalın şirkəti uzun müddət fəaliyyətsiz qaldığı üçün yığılıb qalan vergi və sair borclara ödənilməli olmuşdur. O da İqbalın probleminin həqiqiliyini, adına şirkətin və işçisinin olmasını görüb pul verməyə etiraz etməmiş və qardaşı Şahid10 zəng edib demişdir ki, İqballa Bakıda görüşüb ona 90000 (doxsan min) ABŞ dolları məbləğində pul versin. Onun qardaşı Vüqar İqballa görüşüb həmin məbləğdə pulu sonuncuya vermişdir. Təxminən 2 saat sonra o, Adəm və Elşadla birlikdə mehmanxana ilə üzbə-üzdə yerləşən binada tanımadığı bir adamdan pulu təhvil almışlar. Həmin pul Adəmin üzərində olan asılma çiyin çantasında qalmış, bundan sonra onlar növbəti gün də Vivienlə görüşüb söhbət etməyə qərar vermişlər. 23 aprel 2021-ci il tarixdə saat 12 radələrində o, Adəmlə birlikdə Elşadla görüşüb yenidən qızıl bazarı adlanan binanın ikinci mərtəbəsinə qalxıb Vivienin ofisinə daxil olmuşlar. Həmin vaxt artıq Vivienin yanında anası da olmuş, görüş zamanı məlum olmuşdur ki, Vivien 300000 (üç yüz min) dirhəm deyil, 600000 (altı yüz min) dirhəm pul istəyir. Bu isə məzənnə nisbəti ilə təxminən 164000 (yüz altmış dörd min) ABŞ dolları etmişdir. Onlar da fikirləşəcəklərini deyib ofisdən çıxmış, həmin ərəfədə o, qardaşı Vüqarın evində 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulu ehtiyat xərci kimi saxlamış, o, qardaşından xahiş etmişdir ki, həmin pulu da İqbala versin. Vüqar buna etiraz etməyib həmin pulu da İqballa görüşüb ona vermişdir. Qeyd edilən pul vəsaitini də İqbal Dubaya göndərmiş və bir neçə saat sonra Elşad onunla Adəmin iştirakı olmadan həmin vəsaiti təhvil almışdır. Vəsaitlərin İqbal tərəfindən konkret olaraq hansı yolla və kimin vasitəsi ilə Dubaya göndərilməsi barədə onda dəqiq məlumat olmamışdır. 24 aprel 2021-ci il tarixdə o, Adəm və Elşad Vivienlə qızıl bazarı ilə üzbə-üzdə yerləşən adını bilmədiyi bankda görüşmüşlər. Onlar bank işçisi ilə söhbət edib pulun verilmə və saxlanma qaydaları barədə soraqlaşmış, bank işçisi onlara bildirmişdir ki, ödəyəcəkləri 600000 (altı yüz min) dirhəm pul Vivienin depozit hesabına yatırılır, pulu isə Vivien onların razılığı olmadan çəkə, yəni nağdılaşdıra bilməyəcəkdir. Onlar isə həmin vəsaiti Vivienin razılığı olmadan da istədiyi vaxt geri götürə bilərlər. Vivien qorxduğunu, tək qadın olduğunu, pulu götürdükdən sonra özünə qarşı sui-qəsd olunacağından ehtiyat etdiyini deyib pulun bank hesabına yatırılmasına etiraz etmiş və ən yaxşısı pulun polis şöbəsində ödənilməsini təklif etmişdir. 25 aprel 2021-ci il tarixdə o, Adəm və Elşad birlikdə şəhərin mərkəzində yerləşən polis idarəsinə (police station) yollanmışlar. Həmin vaxt Vivien artıq idarədə olmuş, Elşad özü ilə bir çek (zəmanət möhlət qəbiz) gətirmiş və həmin qəbzdə İqbalın imzası olmuşdur. Vivien isə qəbzi qəbul etməkdən imtina etdiyini və həmin çekin həqiqətən də İqbal tərəfindən imzalandığına şübhə etdiyini bildirmiş və təklif etmişdir ki, qəbz çekin seriya nömrəsi görsənmək şərti videoçəkilişlə İqbal tərəfindən şəxsən imzalansın və qeyd edilən çek Dubaya gətirilsin. Yalnız bundan sonra həmin çekin həqiqliyinə inanıb qəbul etməyə razı olacağını bildirmişdir. Bundan sonra Vivien çıxıb getmiş və onlar polis idarəsindən çıxıb otelə qayıtmışlar. Onlar Vivienin bu təklifi barədə İqbala zəng edib məlumat vermiş, İqbal isə özü şəxsən Vivienlə danışacağını, müzakirə edəcəyini, çekin seriya nömrəsi düşmək şərti ilə öz imzalanma videosunu çəkib Vivienə göndərəcəyini bildirmişdir. 27 aprel 2021-ci il tarixdə İqbal ona zəng edib artıq Vivienlə danışdığını, videonu çəkib göndərdiyini, çekin özünü isə hava limanından bir nəfər sərnişinlə Dubaya göndərdiyini bildirmişdir. Ona görə də həmin gün o, Adəm və Elşadla birlikdə Dubay şəhərində yerləşən hava limanına getmiş, orada Elşad Bakıdan gələn həmin sərnişinlə görüşərək qəbzi almışdır. Çekin əlbəəl verilməsində iştirak etməyərək kənarda gəzdiyi üçün çeki Dubaya gətirən şəxsi görməmişdir. Lakin sonrada oteldə olan zaman Elşad həmin çeki ona göstərmiş, qeyd edilən günə Adəmlə onun Bakıya geri dönüş bileti olsa da Vivien tərəfindən məsələnin uzanması səbəbindən qalası olmuş və biletlər batmışdır. 28 aprel 2021-ci il tarixdə o, Adəm və Elşadla birlikdə yenidən polis idarəsinə getmişlər. Elşad bildirmişdir ki, Vivien artıq idarədə otaqların birində gözləyir. Polis əməkdaşları hamının otağa daxil olmağına imkan verməmiş və İqbalın adından iştirak etməyə kimdə etibarnamə vardırsa yalnız həmin adamın otağa girə biləcəyini demişlər. O, göndərilən pulu 600000 (altı yüz min) dirhəm valyutasına çevirmiş və həmin nominallarla olan pulu Adəmdə saxlamışdır. İqbalın adından etibarnamə yalnız Elşadda olduğu üçün polis idarəsindəki otağa yalnız Elşad daxil ola bilmişdir. Adəm pulun Elşada veribverməməsini ondan soruşmuş və razılıq verdikdən sonra Adəm çantasında saxladığı həmin pul vəsaitini polis idarəsinin içərisində, girişdə Elşada vermişdir. Bunun ardınca isə Elşad polis əməkdaşları ilə birlikdə otağa daxil olmuş, təxminən 20-40 dəqiqə sonra Elşad otaqdan çıxıb qayıtmış və onunla Adəmi qucaqlayaraq təbrik etmiş, işlərin yoluna düşməsini, Vivienin pulu və çeki qəbul etdiyini bildirmişdir. Yolda olan zaman Elşad polis əməkdaşlarının sözünə görə 40-45 gün ərzində İqbalın axtarışının və stopunun götürüləcəyini və İqbalın rahatçılıqla Dubaya gəlib çıxa biləcəyini bildirmişdir. O, həmin gün axşam özü və Adəm üçün Bakıya geri dönüş bileti almış, lakin restoranda oturub yemək yeyən zaman Adəm hələlik Dubayda qalmasını istəyib birlikdə qayıda bilməyəcəyini ona bildirmişdir. Ona görə də o, özü İstanbul tranziti ilə 29 aprel 2021-ci il tarixdə Dubaydan Bakıya qayıtmışdır. Onu hava limanında Kamalla İqbal qarşılamış, həmin ərəfədən sonra o, tez-tez İqballa görüşmüş, vaxtını birgə keçirmişlər. İqbal özü də dəfələrlə onun daimi yaşadığı Xaçmaz rayonuna gəlib-getmişdir. 2021-ci ilin may ayında İqballa görüşü zamanı sonuncu ona bildirmişdir ki, 17 və 18 may 2021-ci il tarixlərdə Dubaydakı ofisə hinduslar gəlməli və ******* (iki milyon üç yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları gətirməlidirlər. İqbal hələlik Dubaya gedə bilmədiyi üçün həmin malların 10% ilkin ödənişlə deyil, 20-25% ilkin ödənişlə almağın mümkün olmasını bildirmişdir. Belə ki, firması 15 il ərzində fəaliyyət göstərsə də Elşadın firması 2-3 illik firma olduğu üçün ancaq bu şərtlərlə mal almaq mümkündür. O da olan-qalan pulunu xərclədiyi üçün başqa vəsaitinin olmadığını İqbala demişdir. Bir neçə gün sonra 2021-ci ilin may ayında İqbal onun yanına gələrək hindusla danışıb öncədən vəd verildiyindən yalançı çıxmamaq və etibardan düşməmək üçün razılaşmaya əsasən həmin hindusların gətirdiyi əşyalardan heç olmasa ******* (bir milyon dörd yüz min) ABŞ dollarlıq qızıl-zinət əşyalarını 350000 (üç yüz əlli min) ABŞ dolları ilkin ödəniş etmək şərti ilə almalı olduğunu bildirmişdir. O yenə də pulunun olmamasını İqbala bildirmiş, bir neçə gün sonra 2021-ci ilin may ayında İqbal yenidən onunla görüşüb ******* ABŞ dollarlıq qızıl-zinət əşyalarını başqa bir adamla biznes əlaqəsinə daxil olaraq hinduslardan almış və 900000 (doqquz yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları qalmışdır. İqbal həmin mallardan nə qədərini pul verib almağa gücünün çatdığını ondan soruşmuş, o isə dayısı ilə danışıb maksimum 100-200 min ABŞ dolları pul tapmağa çalışacağını demişdir. Daha sonra o, dayısı ilə görüşüb 200000 (iki yüz min) ABŞ dolları borca pul istəmiş, dayısı isə 22 may 2021-ci il tarixdə cəmi 100000 (yüz min) ABŞ dolları verə biləcəyini demişdir. Həmin tarixdə dayısı Şahid8 zəng edərək 95000 (doxsan beş min) ABŞ dolları pulun hazır olduğunu, qalan 5000 (beş min) ABŞ dollarını isə sabah verə biləcəyini demişdir. 23 may 2021-ci il tarixdə o, qardaşı Vüqar və kiçik oğlu, xx.xx.2013-cü il təvəllüdlü Mehracla birlikdə Dubaya uçmuşlar. İqbal ona, üzərində o qədər pulu keçirməyə onsuz da imkanın olmayacağını deyib hələlik dayısından 20000 (iyirmi min) ABŞ dolları pul götürməklə gömrükdən rahat keçə bilməsini təklif etmişdir. Qalan pulu isə dayısından götürüb Dubaya özü göndərəcəyini İqbal ona söz vermişdir. Bu təklif ağıla batan olduğu üçün o, etiraz etməyərək razılaşmışdır. 23 may 2021-ci il tarixdə o, qardaşı və oğlu ilə birlikdə Dubaya getmiş və orada Adəmlə Elşad onu qarşılamışlar. Dubaya getməkdə məqsədi İqbalın razılaşdığı hinduslardan zərgərlik məmulatlarının alınmasında iştirak etmək olmuşdur. Eyni zamanda 24 may 2021-ci il tarixdə İqbal onun dayısı ilə Bakı şəhərində görüşərək 80000 (səksən min) ABŞ dollarını götürmüşdür. Ona görə də 24 may 2021-ci il tarixdə səhər saatlarında Elşad onun yanına gələrək 80000 (səksən min) ABŞ dolları pul göstərmiş və İqbalın göndərdiyi pul olduğunu bildirmişdir. Həmin pulun üzərinə qardaşı ilə o özü cəmi 20000 (iyirmi min) ABŞ dollarını da əlavə edib 100000 (yüz min) ABŞ dolları etdikdən sonra bütün pulu saxlamaq üçün Adəmə vermişlər. Bundan sonra o, oğlu, qardaşı, Adəm və Elşad birlikdə İqbalın ofisinə getmişlər. Bir qədər sonra ofisə bir nəfər hindistanlı şəxs gəlmiş, onun iştirakı ilə həmin hindus Elşadla alqı-satqı otağına keçmiş, orada hindus çantasından 400000 (dörd yüz min) ABŞ dolları dəyərində olması iddia olunan brilyant qaşları çıxarmış və bir-bir hesablama aparılaraq Elşad tərəfindən həmin mallar götürülərək qablaşdırılıb seyfə yerləşdirilmişdir. Daha sonra hindus pulun həqiqiliyinin müəyyən edilməsi üçün vəsaiti bankda təhvil alacağını demişdir. Ona görə də Elşad pulu Adəmdən götürüb hindusla ikilikdə ofisdən çıxıb banka getmişlər. Bir qədər sonra Elşad qayıtmış və hindusla məsələni həll etdiyini bildirmişdir. Həmin hindusa qalan məbləğə dair zəmanət-möhlət qəbzi də verilmişdir. Elşad İqballa danışdığını və sonuncunun deməsinə görə alınan malların karqo vasitəsi ilə Azərbaycana göndərilməli və orada satılmalı olduğunu ona demişdir. O, bununla bağlı İqballa razılaşmadığı üçün İqballa danışacağını Elşada bildirmişdir. O, İqbala zəng edib bu barədə soruşanda İqbal Elşadın topdan və pərakəndə alış mərkəzlərini yaxşı tanımadığı üçün ən yaxşısı malların Bakıda satılmasını demişdir. İqbal Bakıda öz tanış müştərilərinin olmasını, hamısını həmin adama topdan şəkildə satacağını əlavə edərək malların Azərbaycana karqo vasitəsi ilə gətirilməsi və gömrük nəzarətindən keçirilməsinin isə alıcılar tərəfindən həll ediləcəyini ona bildirmişdir. İqbal Azərbaycana gətirilən əşyaların satılaraq 10 iyun 2021-ci il tarixdə 200000 (iki yüz min) ABŞ dolları əldə olunacağını, yerdə qalan mənfəətlə birlikdə 200000 (iki yüz min) dollardan artıq olan məbləğin isə 15-17 iyun 2021-ci il tarixdə təhvil veriləcəyini ona demişdir. O da buna etiraz etməmişdir. Həmin gün bir neçə saat sonra ofisə karqo, yəni beynəlxalq yükdaşıma işi ilə məşğul olmasını bildirən Mahir adlı şəxs gəlmiş və Elşadla görüşüdükdən sonra hansısa sənədlər yazılaraq imzalanmışdır. Bundan sonra isə həmin Mahir brilyant qaşları götürərək getmiş, sonrakı günlər ərzində Dubayda bir müddət də istirahət etdikdən sonra 26 may 2021-ci il tarixdə o, oğlu və qardaşı ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş oradan isə Bakı şəhərinə geri dönmüşdür. 10 iyun 2021-ci il tarixdə o, İqballa zəngləşib qızıllara görə onlara verilməli olan 200000 (iki yüz min) ABŞ dollarının verilibverilməməsini soruşmuşdur. İqbal isə beynəlxalq yükdaşımaların rüsumunda artım olduğu üçün karqo şirkəti tərəfindən malların hələ ki, Azərbaycana gətirilməməsini bildirmişdir. Ona görə də bir qədər gözləməyini xahiş edərək mallar Bakıya gələn kimi 2 gün sonra pulun veriləcəyini bildirmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixi aralığında o, ailə üzvləri ilə birlikdə istirahət etmək məqsədi ilə Türkiyə Respublikasının İzmir şəhərinə getmişdir. Oradan olduğu ərəfədə də İqballa mobil telefonda danışmış, 27 iyun 2021-ci il tarixdə İqbal onunla əlaqə saxlayıb malların artıq Azərbaycana, Bakı şəhərinə gəlib çıxdığını bildirmişdir. 29 iyun 2021-ci il tarixdə, yəni İqbalın vəd verdiyi iki gün sonra o, zəng edib ilkin pul vəsaitinin, yəni 200000 (iki yüz min) ABŞ dollarının alıcılar tərəfindən verilibverilmədiyini İqbaldan soruşanda isə İqbal yükdaşıma rüsumlarının artımı ilə bağlı daşınmada problem yarandığı üçün pulların xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə olmaqla hissə-hissə onlara ödəniləcəyini demişdir. Lakin sonradan o, xəbər tutmuşdur ki, 2021-ci ilin iyul ayının ortalarında İqbal Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Bundan sonra təxminən 20-21 iyul 2021-ci il tarixdə Adəmin dəvəti ilə sonuncunun Elvira xanımla birlikdə yaşadığı “28 May” küçəsində yerləşən evinə getmiş və orada görüş baş tutmuşdur. Görüş zamanı Adəm bir məsələni etiraf etmək istədiyini ona bildirmiş və 2021-ci ilin aprel ayında Dubayda olarkən polis idarəsində Vivienə verildiyi iddia edilən 600000 (altı yüz min) dirhəm pul əslində Vivienə verilməmişdir. Əslində Vivien həmin gün heç polis idarəsinə ümumiyyətlə gəlməmiş, birinci dəfə polis idarəsində birlikdə olan zaman Vivien şikayətini geri götürmək üçün ******* (bir milyon) dirhəm pul istəmişdir. İqbal isə buna cavab olaraq demişdir ki, əgər həmin məbləği desələr o, buna qəti etiraz edib olan-qalan pulu da götürüb Azərbaycana qayıdacaqdır. Ona görə də İqbalın təklifi ilə 600000 dirhəm pulun Vivenə təhvil verilməsi yalandan ona deyilmişdir. Həqiqətdə isə 2021-ci ilin aprel ayında İqbalın vasitəsi ilə Dubaya köçürülən pulun 150000 ABŞ dolları, həmin ilin may ayında köçürdüyü pulun isə 60000 dolları yenidən Azərbaycana İqbalın özünə qaytarılmışdır. Bundan başqa Dubaya olan ikinci səfəri zamanı ofisə gələn və guya qızıl satışı edən hindus, habelə Mahir adlı beynəlxalq yükdaşıma əməkdaşı əslində iddia olunan fəaliyyət növü ilə məşğul olan adamlar olmamışdır. Həmin adamların hamısı İqbal tərəfindən öyrədilərək pulla ələ alınan adamlar olmuş və İqbalın qurduğu ssenari üzrə onu aldadaraq pulu ələ keçirmək üçün qurulmuş oyunda iştirak etmişlər. O, bütün bunları sonradan bildiyini, Elşadın danışdığını o bütün bunları eşidib pis vəziyyətə düşmüş və oradan çıxıb yaşadığı Xaçmaz rayonuna getmişdir. Bir neçə gün sonra o, Adəmlə zəngləşib əmisinin iştirakı ilə yenidən görüşmək istədiyini bildirmiş, həmin günü onlar Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Yaşıl bağ” kafesində görüşmüşlər. Həmin görüşə o, öz əmisi X4 ilə, Adəm isə qayınanası Elvira xanımla birlikdə gəlmişdir. Firudin öncədən xəbərdarlıq etməklə danışılanların mobil telefonda səs yazısı proqramı ilə yazılacağını bildirmiş, Adəm də buna etiraz etməmişdir. Adəm bir neçə gün öncə etdiyi etirafları yenidən həmin görüşdə təkrar etmişdir. Daha sonra gedişatda görüş iştirakçılarından kimsə, mobil telefonun “whatsapp” mobil tətbiqi vasitəsi ilə həmin vaxt Dubayda olan Elşada zəng etmişdir. Elşaddan da bu barədə soruşan zaman Elşad Adəmin dediklərini təkrar edərək İqbalın onu aldatdığını və oyuna qatdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhərində verilmiş və sonuncunun vasitəsi ilə müxtəlif tarixlərdə X7 Dubay şəhərinə göndərilmiş pul vəsaitlərinin hamısı ona məxsus olmuşdur. Pulun ona aid olmasını təbii ki, Təqsirləndirilən şəxs2 da bilmiş, dəfələrlə Dubayda olan zaman pulun ona məxsus olması barədə aralarında söhbətlər olmuşdur. Həmin söhbətlərdə Adəm də şahid olmuş, restoranlarda yeyib-içən zaman gələn hesablardan tutmuş, Dubayda olan bütün birgə xərclərə qədər hamısını o, özü qarşılamışdır. Pullar Dubaya göndəriləndə də heç vaxt Elşadda qalmamış, Adəmlə onda olmuş, Adəm də onunla bir mənzildə qalmışdır. Əgər pul İqbalın özünün olsaydı elə ən yaxın şəriki kimi pul Elşadda qalardı və sonuncuya etibar olunardı. İqballa iş birliyi müzakirə edilən ərəfədə İqbal pulun Bakıda özünə veriləcəyini, o isə Dubayda olanda Bakıda verilmiş pulun məbləğində pulu təhvil ala biləcəyini ona bildirmişdir. İqbal uzun illər Dubayda yaşayaraq işlədiyini, pulun oraya qısa zamanda çatdırılmasını 2% köçürmə faizi ilə özü təşkil edəcəyini ona demişdir. Elşadla İqbal bu prosesə pulun həvalə yolu ilə göndərilməsi adını qoymuşlar. O, Azərbaycandan rəsmi qaydada bank vasitəsi ilə onun adına külli miqdarda pulun göndərilməsinin sistemdə görsənməsini istəmədiyi üçün İqbalın özü pulun köçürülməsi işi ilə məşğul olmuşdur. Ona görə də o, Dubayda olanda İqbal Dubayda kiməsə zəng etmiş və həmin adam sənədə imza etdirərək Elşada pulu təhvil vermişdir. Eyni vaxtda o da Bakıda öz adamı ilə danışdıqdan sonra eyni məbləğdə vəsait Bakıda İqbala verilmişdir. İqbal da həmin pulu Bakıdan köçürməni həyata keçirən adama vermişdir. O, heç vaxt Təqsirləndirilən şəxs2 qarşı hədə-qorxu gəlməmiş, ona qarşı cinayət törətdiyi üçün barəsində polisə şikayət edəcəyini demişdir. Elşad Dubayda olarkən sonununcunun ailə üzvlərindən heç biri ilə onun əlaqəsi olmamış, əmisi onun yanında Elşadla mobil telefonda danışıb və danışılanları o, özü də şəxsən eşitmişdir. Elşada və ya ailə üzvlərinə qarşı hər-hansı bir formada təhdidlər etməmiş, Dubayda hindus ticarətçidən qaşlar alınan anda deyil, təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs2 onunla görüşərək hindusun təqdim etdiyi daşlardan olması adı ilə dəqiq bilmədiyi sayda ona qaşlar vermişdir. Elşad tərəfindən götürülərək Mahir adlı şəxsə təhvil verilən bağlamada olan brilyant qaşlar Mahirdə qalmışdır. O, həmin brilyant qaşlardan narahat olmuş, İqballa danışanda Mahirin aldığı brilyantları dəyişib başqa brilyantları Bakıya gətizdirəcəyindən narahatçılıq çəkdiyini İqbala demişdir. İqbal da həmin qaşların nümunəsinin olduğunu və Elşadın həmin qaşlardan ona verə biləcəyini bildirmiş, ona görə də 1-2 gün sonra Elşad həmin qaşları ona vermişdir. Ona verilən qaşlar Mahirin vasitəsi ilə yola salınmış bağlamadakı brilyantların içindən olmamışdır. O, Bakı şəhərində olmadığı üçün Şahid14 məxsus ev onun adına deyil, qardaşı Şahid10 adına girova qoyulmuş, Vüqar borc kimi Kamala 150000 ABŞ dolları borc vermiş, ev isə pulun zəmanəti kimi qeydə alınmışdır. Əslində isə pul Vüqara deyil, ona məxsus olmuş, o, 120000 ABŞ dollarını Bakı şəhərində yaşayan Firqət adlı dostundan, 100000 ABŞ dolları məbləğində pul vəsaitini isə əmisinin qaynı oğlu Bəhrəmdən borc kimi almışdır. Həmin pulları o, özü şəxsən deyil, qardaşı Vüqarın vasitəsi ilə borca almış, Sonradan Firqətdən aldığı 120000 ABŞ dolları borcu tamamilə qaytarmışdır. Bəhrəm adlı qohumuna olan borcundan isə 50000 ABŞ dolları ödəmiş, 50000 dollar isə borcu qalmışdır. Kamala verilən 150000 ABŞ dolları həmin iki şəxsdən borca götürdüyü pulların içərisindən verilmişdir. O, özü 17 aprel 2021-ci il tarixdə notariusda olmamış, lakin orada həmin gün sənədləşmə aparılıb kredit müqaviləsi bağlandıqdan sonra Kamal özü ona zəng edərək sənədləşdirilmənin yekunlaşdığını demişdir. Kamal həqiqətən də 150000 ABŞ dolları pulu aldıqdan sonra qardaşı Vüqara vermiş, lakin həmin pulu Vüqara notariusun içərisində və ya çölündə, ya da hansısa başqa yerdə verilməsini bilməmişdir. O, bu barədə nə Kamaldan, nə də ki, Vüqardan heç nə soruşmamış, əvvəlcədən Kamal da onunla birlikdə Dubaya getməli olduğundan aralarında razılaşma belə olmuşdur ki, lazım olan anda Vüqar Bakıda pulu İqbala verəcəkdir ki, sonuncu pulu Dubaya göndərsin. Onun qardaşı Şahid10lə Şahid14 arasında ilk dəfə 50000 manatla bağlı borc müqaviləsi bağlanmış, Kamal öz meyvə-tərəvəz biznesi ilə əlaqədar həmin pulu borc kimi ondan istəmişdir. O, özü şəhərdə olmadığı üçün Bakı şəhərində olan qardaşı Vüqara demişdir ki, Kamala pul verib müqavilə bağlansın. Həmin pulun İqballa olan iş birliyinə heç bir aidiyyəti olmamış, Kamal həmin pulu şəxsən özünə istəmişdir. Bundan bir müddət sonra isə 150000 (yüz əlli min) ABŞ dollarının ekvalentində 255000 (iki yüz əlli beş min) manat pulla bağlı ikinci müqavilə bağlanmış, həmin pul da Vüqarın vasitəsi ilə İqbala verilmişdir. Hazırda Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 264.000 (iki yüz altmış dörd min) manat maddi ziyan tam olaraq ödənildiyindən, onun Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayəti, tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, dostları Əhməd və Rafiqin vasitəsi ilə ortaq xeyir-şər işlərində, məclislərdə tanımışdır. İqbalın deməsinə görə X7 Dubay şəhərində zərgərlik mağazası olmuş, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. İqballa dostluq münasibətləri yaranmış, bundan başqa onun Lənkəran şəhərində çoxlu sayda qohumları və tanışları yaşadığı üçün tez-tez həmin şəhərə gedib onlara baş çəkmişdir. 2020-ci ilin oktyabr ayında İqbal ona zəng edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindən İran istehsallı olan qaz sobaları aldığını, həmin sobaları satmaq üçün Lənkəran şəhərinə aparmalı olduğunu bildirmişdir. Sobaları Lənkərana çatdırmalı olan sürücülərə tam etibar etmədiyi üçün, İqbal ondan xahiş etmişdir ki, sürücülərlə birgə Lənkərana yola düşsün və malların təhlükəsiz şəkildə oraya çatmasına nəzarət etsin. O da dostluq münasibətlərinə xatir İqbalın bu xahişini nəzərə alaraq, həmçinin həmin ərəfədə özü də qohumları ilə görüşmək üçün Lənkərana getməli olduğu üçün İqbalın xahişinə razılıq vermişdir. O, taksi avtomobili ilə “Sədərək” ticarət mərkəzinə gedərək İqballa görüşmüş və orada olan mağazalardan birində Jafar adlı İran vətəndaşı tərəfindən satılan, sayını dəqiq bilmədiyi qaz sobaları iki ədəd ağ rəngli “X49” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobillərinə yerləşdirilmişdir. O, həmin yük avtomobillərindən birinə əyləşərək Lənkərana yola düşmüş, İqbal isə sonra onların arxasınca Lənkərana gələcəyini deyərək harasa çıxıb getmişdir. Yolda olan zaman ona Zərərçəkmiş şəxs1 bir neçə dəfə zəng edərək harada olduğunu, hansı vaxt ərzində Lənkəran şəhərinə çatacağını soruşmuş, o da Nizamiyə bu barədə məlumat vermişdir. Təxminən 3-4 saata o, sürücülərlə birlikdə Lənkəran şəhərinin Şürük kəndinə çatmışlar. Belə ki, orada “Rauf” adlı şəxsə məxsus “Sevgil” adlı mağazası olmuş və İqbal ondan məhz oraya getməsini xahiş etmişdir. Oraya çatanda artıq saat 23 radələri olmuşdur. Çatdıqdan sonra zəng edib İqballa danışmış və sonuncu, yolda olduğunu, Lənkəran şəhərinə gəldiyini bildirmişdir. O da İqbalı gözləməyə başlamış, bir neçə saat sonra İqbal özü də oraya gəlib çıxmışdır. Daha bir neçə dəqiqə sonra isə mağazanın yanına Zərərçəkmiş şəxs1 da gəlmiş, Nizami ilə İqbal mağazanın içərisində Raufla söhbət etməyə başlamışlar. O, isə ümumiyyətlə onlara yaxınlaşmayaraq bütün müddət ərzində küçədə oturub siqaret çəkmişdir. Onda olan məlumata görə Raufla İqbal qaz sobalarının alış qiyməti ilə bağlı həmin ərəfədə razılığa gələ bilməmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs1 qayıdacağını deyərək çıxıb getmişdir. Bundan sonra İqbal ona yaxınlaşaraq 100 manat pul verib göstərdiyi köməyə göyə zəhmət haqqı olduğunu bildirmişdir. O da buna etiraz etməyib pulu götürmüş və öz işlərinin dalınca getmişdir. Daha sonra isə taksi avtomobili ilə Bakı şəhərinə qayıtmış, sonradan bilmişdir ki, Lənkəran şəhərində satılan qaz sobaları Zərərçəkmiş şəxs1 puluna alınmış və Təqsirləndirilən şəxs1 tərəfindən həmin sobalar satılaraq əldə edilən pul Nizamiyə verməmişdir. O, izahat vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığı vaxt da İqballa mobil telefonda əlaqə saxlamış və nəyə görə ona problem yaratmasını soruşaraq irad tutmuşdur. İqbal isə probleminin ona aid olmamasını, özü hər şeyi həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 İqbal tərəfindən aldadılması və pulunun ələ keçirilməsi barədə sonradan bilmiş, hətta bu mövzuda İqballa da telefonda danışaraq nəyə görə belə hərəkət etməsini soruşmuşdur. İqbal isə etdiyi əməldən peşman olduğunu və qısa zaman kəsiyində Nizamiyə olan pul borcu ilə bağlı məsələni yoluna qoyacağını ona demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, həmyerlisi Zərərçəkmiş şəxs1 ilə dostluq münasibətlərində olmuşdur. Nizaminin vasitəsi ilə bir neçə il öncə əslən Lənkəran şəhərindən olan Təqsirləndirilən şəxs1 da tanımış, bir neçə dəfə birlikdə görüşüb vaxt keçirmişlər. İqbalın özünün verdiyi məlumata görə sonuncu, X7 Dubay şəhərində qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuş və bununla bağlı orada xüsusi ofisi də olmuşdur. İqbal hər söhbətlərində geniş maddi imkanlardan, böyük məbləğlərdən danışmış, yüksək gəlirlər əldə etməyin çox asan yolla mümkün olmasını demişdir. O, dostu Zərərçəkmiş şəxs1 hansısa işlə bağlı İqbala pul verməsi barədə məlumat alsa da, onların şəxsi əlaqələri və pul haqq-hesabları ona maraqlı olmadığı üçün bu barədə heç vaxt heç nə soruşmamışdır. 2020-ci ilin təxminən yay aylarında Nizami ondan 30000 (otuz min) ABŞ dolları məbləğində borca pul istəmişdir. Belə ki, avtomobil ehtiyat hissələrinin xaricdən Azərbaycana gətizdirilməsi işi ilə məşğuldur və bu məqsədlə İqbala pul vermək istəsə də pulu yoxdur. O da sırf borc kimi dostu Nizamiyə həmin vəsaiti vermişdir. Dost olsalar da Nizami təkid etmişdir ki, məbləğ az olmadığı üçün alınan pulla bağlı borc müqaviləsi bağlansınlar. Nizami bildirmişdir ki, dostluq öz yerində, pul borcu isə öz yerində olmalı və bir-birinə qatılmamalıdır. O da Nizaminin xahişini yerə salmayaraq verdiyi pula dair Nizami ilə aralarında kredit müqaviləsinin bağlanmasına razı olmuşdur. Bundan sonra onda olan məlumata görə Nizami aldığı pulu həqiqətən də İqbala vermişdir. Lakin bir müddət sonra isə o, xəbər tutmuşdur ki, İqbal Nizamini aldatmış, yəni nə verdiyi sözü tutmamış, nə də ki, aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən Nizami ilə İqbalın arasında münasibətlər soyumuş, İqbal gizlənməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 7-8 il öncə tanış olmuş, qeyri rəsmi ər-arvad münasibətlərində olmuşdur. Sonradan İqbal onun ailəsini tərk edərək çıxıb getmiş və bundan sonra münasibətləri soyumuşdur. İqballa hər-hansı ədavəti və düşmənçiliyi olmamışdır. İqballa münasibətdə olduğu üçün dəqiq bilmişdir ki, X7 Dubay şəhərində İqbala məxsus qızıl və brilyant ticarəti ilə bağlı biznesi olmuşdur. İqbal dəfələrlə bununla bağlı mağaza fotoşəkillərini ona göstərmiş və özünə məxsus olmasını demişdir. O da Dubay şəhərində olmuş və İqbalın ofisinə getmişdir. Onda olan məlumata görə İqbal Dubay şəhərində yaşayan adını bilmədiyi Çin vətəndaşı olan qadından dəyərini dəqiq bilmədiyi sayda müxtəlif çeşidli qızıl-zinət əşyaları alaraq İlkin adlı dostuna göndərmişdir. Sonradan həmin məsələ ilə bağlı İqballa İlkinin arasında münaqişə yaranmış, bundan sonra İqbal yoxa çıxmış, sonra Cəmilə və Məhəmməd adlı şəxslər ona zəng edərək İqbalın pul atmasını, İqbalı axtardıqlarını ona demişlər. Bundan əlavə ona məlum olmuşdur ki, İqbal Qazaxıstan Respublikasına gedərək Tahir adlı tanışından 150000 (yüz əlli min) ABŞ dolları dəyərində pivəni nisyə götürərək Rusiya Federasiyasında yaşayan İlkin adlı dostuna yollamış, sonradan isə İqbal Tahirin pulunu vermədiyi üçün aralarında münaqişə baş vermişdir. Həmin münaqişənin isə necə yekunlaşmasından xəbərim olmamışdır. Bundan başqa İqbal ona demişdir ki, Raid adlı talış dostuna olan borcuna görə Digah qəsəbəsində yerləşən evini satmış və Raid adlı şəxsə olan borcunu ödəmişdir. Qalan pulu isə İqbal götürüb özünə yeni “AUDİ” markalı bahalı avtomobil almış, Dubaydan gələn ərəb dostuna qonaqlıqlar vermişdir. Hətta İqbal borcuna görə məcbur qalıb evi ucuz satdığını, əslində isə evinə 600000 manatdan çox pul qoyduğunu ona bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 24 avqust 2021-ci il tarixdə çapla tərtib olunmuş və Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış ərizədəki imza ona məxsus olsa da həmin ərizədə göstərilən halların hamısını təsdiq etməmişdir. Çünki ərizəni şəxsən özü yazmamış, o, həmin ərizəni sonradan oxumuş və nöqsanları aşkar etmişdir. Təqsirləndirilən şəxs1 barəsində 2014-cü ildən atasının dostu Şahid9 danışan vaxt eşitmişdir. Lakin İqbalı həmin ərəfədə şəxsən tanımamışdır. 2020-ci ilin əvvəllərində Namiq ona İqbal adında dostunun X7 Dubay şəhərində brilyant ticarəti ilə bağlı biznesinə sərmayə yatırıb yaxşı pul qazanmağın mümkün olmasını demişdir. Qeyd edilən ərəfədə o, meyvə-tərəvəz məhsullarının Rusiyaya tədarükü ilə məşğul olduğu üçün özündə nağd pul olmamışdır ki, başqa işə yatırsın. Lakin həmin işə dostu Zərərçəkmiş şəxs6 pul yatıra biləcəyini düşünmüşdür. Ona görə də bu iş təklifi barədə Abbasa danışmış, əgər sərf edirsə pul yatıra biləcəyini təklif etmişdir. Abbas bu barədə eşidib görüşərək təklif olunan mövzunu müzakirə edə biləcəyini demişdir. 04 aprel 2021-ci il tarixdə o, Abbasla Xaçmaz şəhərində görüşüb oradan birlikdə Bakıya gəlmişlər ki, Təqsirləndirilən şəxs1 ilə görüşüb iş barədə söhbət etsinlər. İqballa Bakı şəhərinin Nəsimi rayonu ərazisində, “28 May” küçəsində kafedə görüşmüş, görüş zamanı İqbal özü ilə çoxlu sayda sənədlər gətirmişdir. İqbal həmin sənədləri Abbasa göstərərək şirkətinin, işçilərinin və çeklərinin olmasını demiş, əgər pul yatırımı edilərsə yaxşı qazanc əldə olunacağını bildirmişdir. İqbal Vivi adlı bir qadına pul borclu olduğu üçün müvəqqəti olaraq Dubaya gedə bilmədiyini bildirmişdir. İqbal Vividən aldığı pulu iş görmək üçün İlkin adlı dostuna verdiyini, İlkinin isə həmin pulun arxasına keçərək qaytarmadığını demişdir. İqbal əlavə etmişdir ki, Viviyə olan borc məsələsini həll etmək üçün 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul lazımdır. Bundan sonra isə işləyib qazanc əldə etmək üçün əlavə 100000 (yüz min) ABŞ dolları pul lazım olacaqdır. Zərərçəkmiş şəxs6 İqbalın dediklərinə qulaq asdıqdan sonra edilən təklif barədə fikirləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o, Abbasla birgə kafedən çıxıb birlikdə rayona qayıtmışlar. Səhəri gün o, öz işlərinin dalınca Bakıya gəlmişdir. Ona İqbal barədə ilk dəfə Namiq danışmış və onu Namiq tanış etdiyi üçün qərara gəlmişdir ki, İqbalın barəsində Namiqdən soruşsun. O, Bakıda olarkən Namiqlə görüşmüş və İqbalın etibarlı bir adam olub-olmamasını soruşmuşdur. Çünki o, arada vasitəçi kimi çıxış etmiş, nəticə etibarı ilə İqballa Abbası o, tanış etdiyi üçün gələcəkdə aralarında nəyisə narazılıq olsaydı o da pis vəziyyətdə qala bilərdi. Namiq İqbalı uzun müddətdir ki, tanıdığını, hansısa yalanını və fırıldağını görmədiyini bildirmişdir. O, Namiqlə baş tutan görüşü barədə Abbasa da danışmış, Abbas işə başlamaq üçün yenidən birlikdə görüşüb söhbət etməyi təklif etmişdir. Təxminən 10 gün sonra 2021-ci ilin aprel ayında o, Abbasla birlikdə İqbalın “28 May” küçəsində yerləşən mənzilinə getmiş və İqballa görüşmüşlər. Abbasla İqbal ilkin olaraq öncədən razılaşdırdıqları kimi işə 300000 ABŞ dolları yatırım etməyə razılaşmışlar. İqbal ümumiyyətlə pulunun olmamasını bildirmiş, İqbal kimi iş adamının şəxsən öz pulu olsaydı Abbasa ehtiyacının olmamasını nəzərə alaraq pulunun olmaması barədə dedikləri ağılabatan olmuşdur. Abbas Kamala şərt qoymuşdur ki, sonuncu da pul yatıracağı halda biznesə girişməyə razıdır. Yəni Abbas təklif eləmişdir ki, onunla şərikinə pul yatırımı etsin. O, isə Abbasa nağd pulu olsaydı sonuncuya heç nə demədən özü İqballa işə başlayacağını demişdir. Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyyət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq verərək özünə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən iki mərtəbəli evini zəmanət kimi girova verə biləcəyini bildirmişdir. Mənzildə olan vaxt İqbal yenidən çoxlu sayda sənədləri Abbasa göstərərək biznesi ilə bağlı olan mövzuda müxtəlif söhbətlər etmişdir. O, həmin söhbətləri dəqiqliyi ilə xatırlamamış, həmin görüş zamanı nəticə olaraq iş birliyinin qurulması və əldə olunacaq qazancın 3 bərabər yerə bölünməsi qənaətinə gəlmişlər. Bundan sonra görüş bitmiş və o, Abbasla birgə İqbalın evindən çıxıb rayona getmiş, yolda olan vaxt Abbas təklif etmişdir ki, bir neçə gün sonra Bakıya gəlib notariusda onun evinin girov qismində qoyulub guya borca 150000 (yüz əlli min) ABŞ dolları pul verilməsi ilə bağlı sənədləşməni aparsınlar. 12 aprel 2021-ci il tarixdə o, Abbas, Namiq və İqbal birlikdə Bakı şəhərinin Nərimanov rayonu, “Montin” qəsəbəsi adlanan ərazidə yerləşən kafedə yenidən görüşmüşlər. Görüş zamanı ilkin olaraq Dubaya kimlərin getməsi müəyyən edilmiş, qərara alınmışdır ki, Dubaya Namiq, Abbas və İqbalın qızının nişanlısı Adəm adlı oğlan getsinlər. Həmin görüşdən bir neçə gün sonra o, rayonda olarkən Abbasla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, öz işləri olduğu üçün Bakıya gələ bilmir, qardaşı Şahid10lə görüşüb notariusla bağlı məsələni həll etsin. Belə ki, İqbalın Dubaydakı biznesi ilə əlaqədar həmin pul Dubaya göndərilməli olmuşdur. O da buna etiraz etməyib 17 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gələrək saat 11-12 radələrində Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat ofisinə getmişdir. O, orada Vüqarla görüşmüş həmin vaxt Abbasın əmisi Firudin də orada olmuş, o özü ilə gətirdiyi Qubadakı evinin çıxarışını notariusa təqdim etmişdir. Bundan sonra orada onunla Vüqarın arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı kimi isə onun Qubadakı evi göstərilmişdir. Sənədləşmə aparıldıqdan sonra bank tərəfindən aparatla sayılaraq 150000 (yüz əlli min) ABŞ dollarının ekvivalentində 255000 (iki yüz əlli beş min) manat pul bank xidmətinin əməkdaşı tərəfindən ona verilmiş, eyni anda da o, həmin pulu yanında dayanan Abbasın qardaşı Vüqara vermişdir. Pul Vüqar və ya Firudin tərəfindən banka verilməmiş, bankın kimdən pulu alaraq hansı qaydada pulu qeydiyyata almaqla ona verməsindən xəbəri olmamışdır. Həmin müqaviləni Abbas sadəcə görüntü üçün tərtib etmiş, yəni öz yatırımını sığortalasın deyə bu addımı atmışdır. Yekunda isə o, şəxsən özünə məxsus hər-hansı məbləğdə pul yatırımı etməmişdir. Bundan sonra o, evinin sənədini də götürüb Bakıdan rayona qayıtmış, notarius məsələsinin həll edilməsi barədə Abbasa məlumat vermişdir. Bundan bir neçə gün sonra 2021-ci ilin aprel ayının sonlarında Namiqin “koronavirus”la bağlı verdiyi test pozitiv çıxdığı üçün Dubaya gedəsi olmamış, o isə biznesi ilə əlaqədar vergi orqanında problemləri olduğu üçün Dubaya gedə bilməmişdir. Ona görə də yekun olaraq X50 gedəsi olmuş, sonrakı proseslərdən, yəni şəxsən Abbasa məxsus olan və ona heç bir aidiyyəti olmayan pulun hansı qaydada İqbal tərəfindən ələ keçirilməsindən xəbəri olmamışdır. O, tez-tez İqbal və Abbasla görüşmüş, görüşlər zamanı İqbal Dubayda işlərin qaydasında getdiyini, şirkətin artıq intensiv fəaliyyətə başladığını, tezliklə yaxşı gəlir əldə edəcəyini demişdir. Ərizəsində guya meyvə-tərəvəz biznesi ilə əlaqədar Vüqardan borca 305000 (üç yüz beş min) manat pul almağı və həmin pulu brilyant biznesi ilə əlaqədar şəxsən İqbala verməyi barədə göstərilənlər özündə həqiqət əks etdirməmiş, o, Vüqardan heç vaxt həmin məbləğdə pul almamış və İqbala verməmişdir. O, sadəcə şərik kimi həmin biznesə qoşulmağa razılıq vermiş və öz pulu olmadığı üçün onun yerinə pulu Abbas vermişdir. Bunun əvəzində o da bir şərik kimi öz evini pulun təminatı kimi qeyd etmişdir. İqbal tərəfindən vurulmuş zərərə görə Abbas əlində olan notarial sənəd əsasında qardaşı Vüqarın vasitəsi ilə İcra Şöbəsinə müraciət etmişdir ki, ev qanunla müəyyən edilmiş formada hərraca çıxarılaraq satılsın və pul ödənilsin. Bununla bağlı onun ünvanına notarius tərəfindən bildiriş də gəlmişdir. Onun vəkili artıq bununla bağlı elektron qaydada aidiyyəti məhkəməyə də müraciət etmişdir ki, 17 aprel 2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin. O, yekun olaraq bildirmişdir ki, İqbala heç vaxt hər-hansı məbləğdə pul verməmiş, İqballa Abbası tanış edən zaman İqbalın bu formada Abbası aldadacağını və pulunu ələ keçirəcəyini düşünməmişdir. Əgər belə olduğunu bilsəydi onları ümumiyyətlə tanış etməzdi. İlkin ərizəsində İqbala 65000 (altmış beş min) ABŞ dolları dəyərində qızılzinət əşyaları verməyi ilə bağlı göstərilənlər həqiqət olmuşdur. O, həmin qızıl-zinət əşyalarını lombarda qoyaraq oradan 7000 (yeddi min) manat pul götürüb xərcləmişdir. İqbala bu barədə danışdıqdan sonra İqbal onun əvəzinə lombardın pulunu qaytararaq qızılları oradan götürmüşdür. İqbal lombarda ödədiyi pulu geri qaytarılacağından sonra qızılları ona geri verəcəyini bildirmişdir. Pulu olmadığı üçün sonradan qızıllarını geri ala bilməmiş, qeyd edilən hadisə İqballa onun arasında olan məsələ hesab edildiyi üçün bu barədə İqbaldan şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən aprel ayında o, qardaşı Zərərçəkmiş şəxs6 eşitmişdir ki, sonuncu İqbal adlı bir iş adamı ilə tanış olmuş və Dubay şəhərində qızıl-brilyant satışı ilə bağlı böyük biznes qurmaq fikrinə gəlmişlər. Qardaşının görmək istədiyi həmin iş maraqlı gəlmədiyi üçün təfərrüatları barədə sual verməmişdir. Qeyd edilən ərəfədə həmin işlə bağlı bir neçə nəfər şəxslə birlikdə qardaşı Abbas X7 Dubay şəhərinə getməli olmuş, həmin şəxslərin şəxsiyyəti barədə onda hər-hansı məlumat olmamışdır. Abbas səfərə getməzdən öncə ona demişdir ki, gedib işlə yaxından maraqlanacaq və əgər razı qalarsa xəbər edəcək ki, o, Bakıda şəriki İqballa görüşüb sonuncuya pul versin. O da buna etiraz etməmiş, Abbas Dubaya getdikdən sonra təxminən 2021-ci ilin aprel ayının sonlarında sonuncu ona zəng edərək atası Mehrac Abdullayevin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evindən 90000 (doxsan min) ABŞ dolları məbləğində pulu götürərək həmin vəsaiti İqbala verməsini tapşırmışdır. Belə ki, Abbas pulunu orada saxlamış, həmin gün İqbal ona zəng edərək görüşməyi təklif etmişdir. O, idarə etdiyi “Toyota Corolla” markalı 10XM101 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 20 ünvanında yerləşən “Magnit” mağazasının qarşısına gedərək İqballa görüşmüşdür. İqbal onun avtomobilinə əyləşib 90000 ABŞ dolları məbləğində pulu ondan götürmüş, həmin vaxt avtomobildə ikisi. olmuşlar. Bundan sonra o, öz mobil telefonu ilə qardaşı Abbasa zəng edərək pulu İqbala verdiyini demiş, ardınca telefonu İqbala uzadaraq Abbasla danışdırdmış, İqbal pulu almasını təsdiq etmişdir. Bundan sonra isə İqbal düşüb getmiş, bir neçə gün sonra Abbas yenidən ona zəng edərək İqbala əlavə 70000 (yetmiş min) ABŞ dolları məbləğində pul verilməli olduğunu bildirmişdir. O da elə həmin günü İqballa əlaqə saxlayıb yenidən öz avtomobili ilə ünvan 12 ünvanında yerləşən “Magnit” mağazasının qarşısına getmiş və orada İqballa görüşmüş, avtomobilin içərisində İqbala 70000 (yetmiş min) ABŞ dolları məbləğində pul vermişdir. Sonra baş verənlərdən isə xəbəri olmamışdır. Qardaşı Abbas bir neçə gün Dubayda qaldıqdan sonra Bakı şəhərinə qayıtmış, bir müddət sonra Abbasla etdiyi söhbət zamanı sonuncu, brilyant qaşların alınması üçün Dubaya növbəti işgüzar səfərinin nəzərdə tutulduğunu ona deyərək birlikdə Dubaya gedib proseslərdə onun da iştirak etməsini təklif etmişdir. O da buna etiraz etməmiş, 2021-ci ilin may ayının sonlarında o, qardaşı və qardaşının azyaşlı oğlu Mehracla birlikdə Dubaya getmiş orada onları Adəm və Elşad adlı şəxslər qarşılmışlar. İlk dəfə orada gördüyü həmin şəxslərdən biri, yəni Adəm İqbalın yeznəsi, Elşad isə İqbalın dostu kimi ona təqdim edilmişdir. Elşad yeni buraxılışlı “Mercedes-Benz” markalı avtomobillə onları qarşılayaraq çox gözəl mənzərəli bir binada yerləşən mənzilə apararaq orada yerləşdirmişdir. Elşad avtomobilin və mənzilin İqbala məxsus olmasını bildirmiş. O, İqbalın həqiqətən də Dubayda dəbdəbəli həyat tərzi sürməsinə əmin olmuşdur. Dubayda olan zaman onun dayısı Nağı Bakıdan Dubaya 80000 (səksən min) ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin pulun üzərinə qardaşı ilə özü, hərəsi 10000 dollar olmaqla cəmi 20000 (iyirmi min) ABŞ dollarını da əlavə edib 100000 (yüz min) ABŞ dolları etdikdən sonra bütün pul, saxlanması üçün Adəmə verilmişdir. Bundan sonra onlar birlikdə, yəni qardaşı Abbas, Adəm və Elşadla birlikdə İqbalın ofisinə getmişlər. Bir qədər sonra ofisə bir nəfər hindistanlı şəxs gəlmiş, həmin hindus Elşadla alqı-satqı otağına keçmişlər. Orada hindus çantasından brilyant qaşlı qızılzinət əşyalarını çıxarmış və bir-bir hesablama aparılaraq Elşad tərəfindən həmin mallar götürülmüş və qablaşdırılmaqla seyfə yerləşdirilmişdir. Daha sonra Elşad pulu Adəmdən götürüb hindusla ikilikdə ofisdən çıxıb getmiş, bir qədər sonra Elşad qayıtmış və hindusla məsələni həll etdiyini bildirmişdir. Elşad İqballa danışdığını və sonuncunun deməsinə görə alınan malların karqo vasitəsi ilə Azərbaycana göndərilərək orada satılmalı olduğunu bildirmişdir. Həmin gün bir neçə saat sonra ofisə karqo, yəni beynəlxalq yükdaşıma işi ilə məşğul olmasını bildirən Mahir adlı şəxs gəlmiş və Elşadla görüşdükdən sonra hansısa sənədlər yazılaraq imzalanmışdır. Bundan sonra isə həmin Mahir brilyant qaşları götürərək getmiş, sonrakı günlər ərzində Dubayda bir müddət də istirahət etdikdən sonra o, 26 may 2021-ci il tarixdə Abbasla birlikdə oradan Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Bir neçə gün orada qaldıqdan sonra onlar Bakı şəhərinə geri dönmüşlər. Bir müddət sonra isə məlum olmuşdur ki, İqbal onun qardaşına məxsus pulu ələ keçirsə də vəd etdiyi işi görməyərək aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, bacısı X1 Abbas Mehrac oğlu ilə səmimi qohumluq münasibətləri vardır. Təqsirləndirilən şəxs1 isə hadisədən əvvəl tanımamış və yalnız Abbasın vasitəsi ilə tanıyaraq bir neçə dəfə İqballa görüşmüş, lakin yaxın münasibətləri olmamışdır. Abbasın öz danışdıqlarından ona məlum olmuşdur ki, İqbal imkanlı və işgüzar bir adam olmaqla, Dubay şəhərində qızıl-brilyant satışı ilə bağlı şirkəti, mağazası, bir sözlə böyük biznesi olmuşdur. Abbas həmçinin ona İqballa birgə şərikinə işlədiyini və bu məqsədlə Dubaya da gedib-gəldiyini, iş birliyinin qurulması üçün sonuncuya xeyli pul verdiyini ona demişdir. Abbas İqballa birlikdə qurduğu iş birliyi haqqında ağız dolusu, böyük həvəslə və gözlənti ilə danışdığı üçün bu ona xoş gəlmiş və bir qohum kimi Abbasın halına sevinmişdir. O, bir dayı kimi işlərinin qaydasında getməsi üçün nə vaxt, nəyisə bir köməkliyi lazım gələrsə canla-başla yardım etməyə hazır olduğunu Abbasa demişdir. 2021-ci ilin may ayının sonlarında Abbas Alahverdiyev onun yanına gələrək Təqsirləndirilən şəxs1 ilə qurduğu iş birliyinə görə əlavə pul lazım olduğunu, lakin tələb olunan məbləğdə pulunun olmadığını deyərək ondan xahiş etmişdir ki, borca 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul versin. O isə Abbasa cəmi 100000 (yüz min) ABŞ dolları pul verə biləcəyini demişdir. Belə ki, həmin ərəfədə daha artıq məbləğdə pul düzəldə bilməmişdir. Bir neçə gün sonra isə Abbas onunla görüşərək 20000 (iyirmi min) ABŞ dolları ondan götürmüş, qalan 80000 (səksən min) ABŞ dolları pulu isə eyni işlə bağlı Dubaya gedəcəyi, yəni Bakıda olmayacağına görə İqbala verməsini ondan xahiş etmişdir. Ona görə də 2021-ci ilin may ayının sonlarında o, Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında görüşmüş və üzərində olan 80000 ABŞ dolları pulu ikilikdə İqbala vermişdir. İqbal görüşə yeni buraxılışlı, bahalı, qara rəngli “Mercedes-Benz Maybach” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə gəlmişdir. İqbal öz avtomobilindən düşərək onun idarə etdiyi “Toyota Prado” markalı 10CR767 dövlət qeydiyyat nişanlı avtomobilinə minmiş və pulu avtomobilin içərisində İqbala vermişdir. Bundan sonra İqbal onun yanında mobil telefonu ilə Abbasa zəng edərək pulu təhvil aldığını bildirmişdir. İqbal çox səmimi tərzdə danışaraq Abbasla yaxın dost olduğunu və aldığı pulu öz tanışlarının vasitəsi ilə Dubaya göndərəcəyini demiş, bundan sonra o, öz işlərinin dalınca getmişdir. Abbas Dubaydan qayıtdıqdan sonra o, Abbasla birlikdə iki dəfə İqballa görüşüb çay içmiş, başqa vaxt görüşməmişdir. Pulu verdikdən bir müddət sonra isə Abbasdan xəbər almışdır ki, İqbal tərəfindən açıq-aşkar şəkildə aldadılmış və verilən pulları ələ keçirilmişdir. O, bacısı oğlu Abbasa pulu borc kimi vermiş və sonuncudan şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olmuşdur. İqballa birlikdə Lənkəran şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə bir sinifdə oxumuş, münasibətləri çox yaxşı, yəni dost olmuşlar. İqbal son ərəfələrədək fərdi qaydada işləmiş, Çindən geyim əşyaları gətirərək Azərbaycanda satmış, Dubayda qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. İqbal ara-sıra Lənkəran şəhərinə gəlib-getmiş, ümumiyyətlə isə Azərbaycanda az-az olmuşdur. Onda olan məlumata görə İqbal əksər hallarda xarici ölkələrdə olmuş, Zərərçəkmiş şəxs2 də o, Lənkəran şəhərindən tanımış, dost olmasa da salam-sağolları olmuşdur. Raidin vasitəsi ilə əslən Lənkərandan olan Zərərçəkmiş şəxs1 da tanımış, heç biri ilə yaxın münasibəti olmamışdır. İqballa Raid və Nizami çox yaxın dost olmuş, tez-tez görüşmüş, birgə vaxtını keçirmişlər. O, İqbaldan eşidib bilmişdir ki, Nizami peç (soba) alveri etmək üçün İqbala pul vermişdir. Həmin peçlər isə iranlı bir nəfərdən alınmış, sonradan bu alver mövzusunda Nizami ilə İqbalın arasında narazılıqları yaranması barədə o da eşitmiş, lakin həmin məsələnin dərinliyindən xəbəri olmamışdır. Çünki İqbalın işlərinə heç vaxt qarışmamış, bir neçə il öncə İqballa Raidin hər ikisindən eşitmişdir ki, İqbal Raiddən külli miqdarda pul almışdır. Pulun alınma səbəbini isə o bilməmiş, sonradan İqbal ona inandığını deyərək xahiş etmişdir ki, Raidə pul borcu olduğu üçün Mehdiabad qəsəbəsində yerləşən evi sonuncunun adına keçirtsin. Əgər borcunu qaytara bilməsə o, evi Raidin adına keçirdər. İqbal onun dostu olduğu üçün buna etiraz etməmiş və həmin ərəfədə yaşadığı Lənkəran şəhərindən Sumqayıta gələrək “Asan Xidmət” mərkəzində qeyd edilən ev İqbalın anası Zivərin iştirakı ilə onun adıma keçirilmişdir. İqbal demişdir ki, Raid evi satıb borcunu geri alacaq, qalan pulu isə İqbal özü götürəcəkdir. Bir müddət sonra İqbal ondan xahiş etmişdir ki, evi Raidlə Nizaminin adına keçirtsin. O da İqbalın sözünə əsasən Bakı şəhəri Xətai rayonu ərazisində, metronun “X58” stansiyasının yaxınlığında, binanın altına yerləşən notariat ofisinə gedərək evi Raidlə Nizaminin adına keçirtmişdir. Sonra baş verənlərdən isə onun məlumatı olmamış, bu hadisədən xeyli müddət sonra o, İqballa danışanda Mehdiabaddakı evin aqibəti barədə soruşmuşdur. İqbal da demişdir ki, Raidgil evi satmış, lakin İqbal nəzərdə tutduğu pulu ala bilməmiş, daha az məbləğdə pul çatmışdır. O da İqbala başqa sual verib məbləği dəqiqləşdirməyi vacib hesab etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 atası Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımış, bir həmyerli kimi münasibəti olmuşdur. İqballa hər-hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. “BMW 760İ” markalı 99UF303 dövlət qeydiyyat nişanlı avtomobil atası Rafiqə məxsus olmaqla daimi istifadəsində olmuşdur. Müvafiq etibarnaməsi olduğu üçün o da ara-sıra həmin avtomobili idarə etmişdir. Qeydiyyat şəhadətnaməsi əsasında isə avtomobil həm dostu, həm də bacısının nişanlısı olan X3 adına olmuşdur. Avtomobil elə Abbasdan alınmış, sadəcə rəsmi alqısatqı olmadığı üçün avtomobil sonuncunun adında qalmışdır. 2021-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 Lənkəran şəhərində olanda atasından icazə alaraq “BMW 760İ” markalı 99UF303 dövlət qeydiyyat nişanlı avtomobili götürmüş və idarə etmişdir. 02 fevral 2021-ci il tarixdə səhər saatlarında o, eşitmişdir ki, gecə radələrində İqbal “Mandarin” restoranında olarkən avtomobili əzərək nasaz vəziyyətə gətirmişdir. O, bununla bağlı avtomobilin saxlandığı cərimə duracağına getmiş və orada avtomobilin vəziyyətini görmüşdür. Hadisə barədə məlumat almaq üçün İqbalın istifadəsində olan mobil telefon nömrəsinə zəng etsə də zəng çatmamışdır. Bundan sonra atası Rafiq xəstə olduğu üçün o özü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gedərək orada İqbalın barəsində ərizə yazmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs3 vasitəsi ilə bir həmyerli kimi tanımış, heç bir əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2017-ci ildə Bakı şəhəri Xətai rayonu, Babək prospekti 2345 ünvanında ərzaq mağazası işlətmiş, buna görə də günün əksər vaxtlarında mağazada olmuşdur. Həmin ərəfədə təxminən oktyabrnoyabr aylarında əslən Astara rayonundan olan hazırda adını xatırlamadığı idmançı bir müştərisi orta yaşlı Elvira adında bir qadınla birlikdə ona yaxınlaşaraq sonuncunun yaxınlıqdakı binada mənzilinin olduğunu və həmin mənzilin satışa çıxardığını bildirmişdir. Həmin adam qadınla birlikdə mənzilin satılmasında köməklik göstərilməsini ondan xahiş etmişlər. O da buna etiraz etməyərək tanışı makler Çingiz Hacıyevi yanına çağırmış və bu barədə xəbər etmişdir. Çingiz Hacıyev bir müddət sonra onun yanına bir müştəri ilə gəldikdən sonra o, Elviranı yanına çağırmış və müştəri ilə tanış etmişdir ki, özləri danışıb razılaşsınlar. Elvira həmin müştəri ilə onun iştirakı olmadan danışaraq razılığa gəlmiş və alqı-satqı etmişlər. Bununla bağlı beh sənədi hazırlanarkən o da orada iştirak etmiş və makler tərəfindən tərtib olunan müqaviləyə şahid kimi imza etmişdir. Həmin ərəfədən sonra Elvira özü də onun mağazasına ara-sıra gəlib-getmiş, səmimi münasibətləri yaranmışdır. Elvira satdığı mənzilin yerinə özü üçün Xətai rayonu, Telnov küçəsində başqa mənzil almışdır. Ona görə də uzun müddət sonra təxminən 2019-cu ildə Elvira ona, Telnov küçəsində yerləşən mənzilini də satışa çıxardığını deyərək həmin mənzilə müştəri tapılmasında köməklik göstərməsini ondan xahiş etmişdir. Qeyd edilən mənzilin satılması üçün müştərinin tapılmasında da o, Elviraya köməklik göstərmişdir. Həmin vaxt Elvira İqbal adlı bir kişi ilə ailə həyatı qurmuş və onları birlikdə görmüşdür. Qeyd edilən mənzil MTK müqaviləsi əsasında alqı-satqı edildiyi üçün pul verilməsi zamanı o, orada şəxsən iştirak etməmişdir. İqballa heç vaxt şəxsi münasibəti olmamış, əvvəllər onu tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin sonları 2020-ci ilin əvvəllərində tanımışdır. İqbal onun işlətdiyi Babək prospektində, “Ştutqart” mağazalar şəbəkəsinin yaxınlığında fəaliyyət göstərən “BMW” adlı avtomobil təmiri və ehtiyat hissələrinin satışı məntəqəsinə müştəri qismində gəlmiş və aralarında səmimi münasibət yaranmışdır. İqbal Dubayda qızıl işi ilə məşğul olduğunu ona demiş, hətta qara rəngli, üstündə qızılı rəngdə hərflərlə yazılar olan vizit kartını da verib Dubaylıq nə işi olarsa müraciət etməsini bildirmişdir. O, İqbalı işgüzar və imkanlı bir iş adamı kimi tanımışdır. 2020-ci ilin mart ayının ortalarında İqbal onun yanına ilk dəfə gördüyü Raid adlı dostu ilə bir yerdə gələrək “BMW X5” markalı avtomobil üçün mühərrik lazım olduğunu bildirmişdir. Belə ki, dostu Raidin avtomobilində mühərrik nasaz olduğu üçün dəyişilməli olmuşdur. O, həmin avtomobil üçün mühərrik tapmış və qiymətinin 12000 (on iki min) manat olmasını bildirmişdir. İqbal pulun bir hissəsini bir neçə gün ərzində əvvəlcədən, qalan hissəsini isə sonra Raiddən alıb ona verəcəyini bildirmişdir. O da İqbalın səmimiyyətinə inanıb buna etiraz etməmişdir. Ona görə də İqbal həmin avtomobil mühərrikini ondan təhvil alaraq bir neçə günə gətirib ilkin ödənişi verəcəyini bildirmişdir. Lakin İqbal mühərriki götürüb aparandan sonra sonuncudan ümumiyyətlə xəbər çıxmamışdır. O, İqbala bir neçə dəfə zəng etsə də, İqbalın telefonuna zəng çatmamış, İqbalı tapa bilmədiyi üçün o, Raidə zəng edib danışmışdır. Raid təəccüblənərək mühərrikə görə İqbala pul verdiyini ona bidirmiş, Raid ondan xəbər alıb bilmişdir ki, İqbal aldığı pulu ona verməmişdir. Raidin İqbala nə qədər pul verməsini bilməmiş, o, İqballa ortaq dostlarına zəng edib İqbalın etdiyi hərəkətləri danışaraq barəsində polisə şikayət edəcəyini demişdir. Bir neçə gündən sonra isə İqbal özü ona zəng edərək mühərrikə görə Raiddən pul aldığını boynuna almasa da, mühərriki geri qaytaracağına söz vermişdir. Ona görə də bir neçə gün sonra İqbal mühərriki gətirib ona qaytarmışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, uzun müddət ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə il ərzində Bakı-Ələt-Astara magistralının Lənkəran şəhəri, Göyşaban kəndi ərazisindən keçən hissəsində yolun sol kənarında fəaliyyət göstərən “Mandarin” restoranını işlətmişdir. Həmin restoran ailəvi istirahət mərkəzi olmaqla hər gün saat 08:00-dan gecə radələrinədək işləmişdir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 əslən Lənkəran şəhərindən olan müştərilər kimi tanımış, heç biri ilə yaxın və sıx münasibətləri olmasa da düşmənçiliyi və ədavəti olmamışdır. O, ifadəsində 04 fevral 2021-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsində verdiyi izahatı bir daha təsdiq edərək həmin izahatı oxuduğunu və imzaladığını bildirmişdir. Belə ki, həqiqətən də 01 fevral 2021-ci il tarixdə o, həmişəki kimi həmin vaxt işlətdiyi “Mandarin” restoranında olarkən oraya axşam saat 20 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi qara rəngli, sedan tipli “BMW” markalı avtomobillə əlində bir ədəd sellofan torba ilə birlikdə gəlmişdir. İqbal boş otaqdan birində əyləşmək istədiyini bildirmiş və o, 1 nömrəli kabineti İqbala təhvil vermişdir. Kabinetə daxil olanda görmüşdür ki, sellofana bükdüyü əşya bir şüşədə viski içkisidir. Təxminən 10-15 dəqiqə sonra isə restorana digər müştəri Zərərçəkmiş şəxs1 da idarə etdiyi ağ rəngli, hündür “AUDİ-Q7” markalı avtomobillə gəlmişdir. Qeyd edilən şəxslər kabinetdə oturub təxminən 2 saat ərzində yeyib-içmişlər. Bunun ardınca isə restorana Raid və Anar kimi tanıdığı digər müştərilər də “BMW” markalı avtomobillə gəlmiş, və Nizami ilə İqbalın əyləşdiyi kabinetə daxil olmuşlar. Təxminən 5-10 dəqiqə sonra isə o, öz otağında olarkən qonşuluqda yerləşən kabinetlər tərəfdən səs-küy gəlməyə başlamışdır. O dərhal otağından həmin səs-küyə çıxaraq işçisi, yəni ofisiant Şahid13 ilə birlikdə bir neçə saniyə ərzində kabinetin qarşısında olmuşlar. Oraya çatanda görmüşlər ki, Raid, Nizami və Anar adlı şəxslər sakitcə kənarda dayandıqları halda İqbal tam sərxoş vəziyyətdə özündən çıxaraq başa düşülməyən sözlər işlədərək qışqırmış, özünü gah kabinetin divarına, gah da yerə yıxaraq asfalta çırpmış, başına yığdığı şəxslərdən su istəməyə başlamışdır. O, İqbalı sakitçiliyə riayət etməyə çağırsa da sonuncu, öz əməllərindən ələ çəkməmişdir. Daha sonra isə qəfildən heç nə olmamış kimi İqbal ayağa qalxmış və görüşə gəldiyi “BMW” markalı avtomobilə minərək işə salmışdır. Dərhal avtomobili hərəkətə gətirərək irəliyə və geriyə sürüb Nizamiyə məxsus həyətdə dayanıqlı vəziyyətdə olan “AUDİ-Q7” markalı və Anarın görüşə gəldiyi “BMW” markalı avtomobilləri müxtəlif hissələrdən əzməyə başlamışdır. Bir neçə dəfə bu hərəkətləri etdikdən sonra ona məlum olmayan səbəblərdən İqbal avtomobili dayandırmış və düşərək kafenin həyətindən qaçıb getmişdir. O, Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə səs-küy salmasını aşkar edərkən sonuncunun bədən səthində və paltarlarında hər-hansı bir şübhəli ləkə və ya xəsarət izi olmamışdır. Sonradan İqbal özünü ora-bura çırpan vaxt nəyisə bir zədə almışdır. Çünki həqiqətən də çox möhkəm çırpılmışdır. Raid, Nizami və Anar özləri də İqbalın bu hərəkətlərinin şokunda danışmaz-dinməz kənarda dayanmışlar. Hətta İqbal qaçandan sonra o, Nizamigilə yaxınlaşaraq nə baş verməsini soruşmuş, Nizami və yanındakı adamlar eyni vaxtda cavab vermişlər ki, İqbal səbəbsiz yerə Nizamiyə hücum etmiş, vurmaq istəmişdir. Nizami isə İqbalı özündən kənara çəkmiş, İqbala barmaqları belə dəyməmişdir. İqbal istəyinə nail ola bilmədiyini görüb yalandan qışqır-bağır salmağa başlamışdır. O, özü də kabinetdən səsküy gələndən bir neçə saniyə sonra kabinetin qarşısında olmuşdur. Orada İqbala qarşı nəyisə zor tətbiq edilsəydi bunu dərhal görər və ya hiss edərdi. O, orda dava-dalaşın şahidi olmamışdır. İqbalın səbəbsiz səs-küyləri, qışqırtıları və avtomobilləri əzərək hadisə yerindən qaçması təxminən 20 dəqiqə ərzində davam etmişdir. Həmin hərəkətləri nəticəsində İqbal restoranda olan müştərilərin demək olar ki, hamısını başına yığaraq rahatlıqlarını pozmuş, restoranın iş fəaliyyətini müvəqqəti dayandırmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 uşaqlıq illərindən, Zərərçəkmiş şəxs2 isə təxminən 15 ildir ki, tanıyır. Onların hər biri əslən Lənkəran şəhərindədirlər və aralarındada səmimi yoldaşlıq münasibətləri olmuşdur. Bildiyi qədər İqbal əsasən Dubayda yaşayırmış və orada bir firması var olmuşdur. Həmin firmada qızıl ticarəti ilə məşğul olurmuş. Nizami ilə İqbal həm də yaxın dost olmuşlar. Tez-tez görüşüb bir yerdə yeyib-içirmişlər. Onun özünə məxsus Lənkəran rayonu, Kənarmeşə kəndində mebel təmiri və istehsalı ilə məşğul olan sexi vardır. Orada əsasən mətbəx mebelinin istehsalı ilə məşğul olur, Təqsirləndirilən şəxs1 onun sexinə heç vaxt qaz sobası gətirməmişdir. Onda olan məlumata görə İqbal Nizami ilə birlikdə qaz sobalarının satışı ilə məşğul olmuşdurlar. Həmin qaz sobaları da Lənkəran şəhərində yerləşən tanışı Rauf və İlkinə məxsus «Sevgil» cehizlik malları mağazasına satılmışdır. Təqsirləndirilən şəxs1 ilə aralarında bir neçə dəfə avtomobil tcarəti olmuşdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında pulla bağlı hansısa narazılıqlar olmuşdur. Onların mahiyyəti barədə dəqiq məlumatı yoxdur. 2021-ci ilin yanvar ayının sonlarında o, Lənkəran şəhərində olan zaman İqbal onun iş yerinə gələrək öz avtomobilinin mühərrikinin sıradan çıxdığını deyib bir neçə günlük idarə etmək üçün ondan avtomobilini istəmişdir. O da İqballa səmimi yoldaşlıq münasibətlərində olduğu üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində yeznəsi X3 adına olsa da faktiki ona məxsus olan «BMW 760İ» markalı 99UF303 dövlət qeydiyyat nişanlı avtomobili hər-hansı bir etibarnamə olmadan, yəni qeyri-rəsmi formada İqbala təhvil vermişdir. Həmin gündən etibarən avtomobili İqbal idarə etmişdir. 01 fevral 2021-ci il tarixdə gecə radələrində ona Raid zəng edərək Lənkəran şəhərində yerləşən «Mandarin» restoranının həyətinə gəlməyini xahiş etmişdir. O da evdən çıxıb oraya getmişdir. Restoranın həyətində Zərərçəkmiş şəxs1, Anar adlı həmyerlisi və Raidlə görüşdükdən sonra görmüşdür ki, ona məxsus idarə etmək üçün İqbala verdiyi avtomobil, həmçinin Nizami ilə Anarın da avtomobilləri əzilmiş vəziyyətdədirlər. İqbal özü isə hadisə yerində olmamışdır. Söhbət zamanı məlum olmuşdur ki, İqballa Nizami, Raid və Anarın arasında söz mübahisəsi olmuş, bundan sonra İqbal onun avtomobilinə oturub idarə edərək onların avtomobillərini əzmiş və qaçıb getmişdir. O da həmin vaxt əsəbləşərək oradan çıxıb evə getmişdir. Həmin ərəfədə sağlamlıq durumu yaxşı olmadığı üçün avtomobilinə etibarnaməsi olan oğlu Şahid7 polis şöbəsinə göndərmişdir ki, gedib ərizə yazsın. İqbal ondan avtomobili şəxsən icazə alaraq, razılığı əsasında götürmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu olmaqla ailədə ikinci övladıdır. İqbal oğlu olsa da Lənkəran rayonunda, onun yanında yaşamamışdır. İqbal Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, ara-sıra, çox nadir hallarda onun yanına gəlib baş çəkmişdir. İqbal Dubaya tez-tez gedir, orda nəyinsə alverini etmişdir. Bundan başqa polis tərəfindən həbs edilməzdən öncə İqbal öz deməsinə görə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. İqbal yaşayışı, getdiyi yerlər, məşğul olduğu işlər barədə ona heç vaxt məlumat verməmişdir. Oğlu İqbalın dostları olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə Lənkəran şəhərindən tanımışdır. Həmişə aralarında səmimi münasibətlər olmuşdur. O, özünə məxsus uzun illər ərzində yığdığı pul hesabına 2013-2014-cü illərdə dəqiq xatırlamadığı tarixdə Mehdiabad- Novxanı yolunda 2 (iki) mərtəbəli həyət evini 46000 (qırx altı min) manat pula almışdır. Həmin evi alaraq saxlamış və orada yaşamamışdır. Fikirləşmişdir ki, nə vaxtsa ya özü, ya da övladlarından biri həmin evdə öz ailəsi ilə birlikdə yaşayar. Ona görə də günlərin bir günü onun yanına Lənkəran rayonuna İqbal gələrək Mehdiabaddakı evin sonuncuya bağışlanması xahiş etmişdir. O da buna etiraz etməyərək şifahi olaraq evi İqbala bağışlamışdır. Lakin bununla bağlı sənədləşdirilmə aparılmayaraq ev rəsmiyyətdə onun adında qalmışdır. İqballa ana-bala olduğu üçün hansısa sənədləşməyə ehtiyac olmamışdır. İqbal sonradan həmin evi bir qədər təmir etdirmiş və orada yaşamağa başlamışdır. İqbal evə böyük xərc qoyduğunu, satışa çıxarılsa 400-500 min manat qiymətinin olacağını ona demişdir. İqbal müxtəlif adamlardan borca pul almış, İqbal onun yanında olanda sonuncunun mobil telefonuna dayanmadan zənglər gəlmiş, pul istənilmişdir. O da İqbala, nəyə görə camaatdan pul almasını, niyə problem yaratmasını irad tutaraq əgər pul alırsa qaytarmasını tövsiyə etmişdir. İqbal isə cavab olaraq bir adama olan borcunu ödəyə bilməsi üçün başqa adamdan borc almalı olduğunu, başqa yolunun olmadığını ona demişdir. Sonradan təxminən 2016-2017-ci illərdə eşitmişdir ki, İqbal həmyerlisi Raiddən də borca pul almışdır. Ona görə də həmin ərəfədə İqbalın təkidi ilə o, Lənkəran rayonundan Sumqayıta gəlmişdir. İqbal Raiddən borca əlavə 100000 (yüz min) manat pul aldığını, bunun əvəzində Mehdiabaddakı evin Raidgilin adına keçirilməli olduğunu ona demişdir. İqbal onun oğlu olduğu üçün buna etiraz etməmiş və özünə məxsus Mehdiabad qəsəbəsində yerləşən evin Raidlə İqbalın ortaq dostu Taleyin adına keçirilməsinə razılıq vermişdir. Belə ki, öz aralarında elə razılaşmışlar ki, ev Taleyin adına keçirilsin, əgər İqbal borcu qaytarmazsa ev satılsın və borc həmin evin pulundan götürülsün. Bununla bağlı Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzində sənədləşmə aparılmışdır. İqbal Raiddən 100000 (yüz min) manat borca pul aldıqdan sonra o, İqbala demişdir ki, həmin evə görə bir neçə ilə öncə ödədiyi 46000 (qırx altı min) manat pulu qaytarsın ki, o, Lənkəranda özünə ev ala bilsin. Çünki həmin vaxt o, rayonda kirayədə qalmışdır. İqbal da ona tapşırmışdı ki, rayonda münasib ev tapıb desin ki, daha sonra pul versin. O da qısa müddət ərzində 38000 (otuz səkkiz min) manata Lənkəran şəhərində ev tapmış və İqbaldan 38000 (otuz səkkiz min) manat pulu alaraq tapdığı evi almışdır. Bir neçə ay sonra İqbal Raidə və onun tanımadığı başqa adamlara olan borcu ilə əlaqədar evi satası olmuşdur. Bir neçə müddət sonra isə İqbal ona demişdir ki, borcları ilə əlaqədar evi tez-tələsik öz qiymətinin yarısına satmışdır. O da İqbalın bir müddət öncə ona dediyi 400- 500 min manat qiyməti nəzərə alıb evin təxmini neçəyə satılmasını başa düşmüşdür. O, İqbaldan evin dəqiq satış qiymətini soruşsa da, İqbal acıqlanaraq söhbəti dəyişmiş və sualına cavab vermişdir. Bir neçə müddət sonra isə o, İqballa danışanda sonuncu, evi sataraq Raidin borcunu tam ödədiyini, qalan pula isə başqa adamlara olan borclarını da bağladığını demişdir. Evin satılmasından İqbalın özünə dəqiq hansı məbləğdə pulun qalmasını isə bilməmiş, İqbal həmin puldan ona heç nə verməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 1992-ci ildən tanımışdır. Təqsirləndirilən şəxs1 ilə tanış olduğu ərəfədə o, “H.Əliyev adına X31”nda qeyri-rəsmi olaraq bilet satışı ilə məşğul olmuşdur. İqbal da tez-tez təyyarə ilə xarici ölkələrə gedib-gəlmiş və bu minvalla səmimi ünsiyyəti yaranmışdır. Daha sonra isə İqbal qəfildən yoxa çıxmış və əlaqə saxlaya bilməmişdir. Təxminən 25 il ərzində o, ümumiyyətlə İqbalı görməmiş, 2018-ci ildə o, hava limanında adam gözləyən zaman arxadan onu kimsə qucaqlamışdır. Çevriləndə görmüşdür ki, onu qucaqlayan şəxs Təqsirləndirilən şəxs1dir. İqbal anası ilə birlikdə kimisə qarşılamağa gəlmiş, onlar səmimi olaraq görüşmüş və bir-birinə məxsus mobil telefon nömrələrini götürmüşlər ki, gələcəkdə əlaqə saxlaya bilsinlər. Həmin ərəfədən sonra o, İqballa tez-tez görüşmüş və birgə vaxt keçirmişlər. İqbal Dubaya gedib-gəldiyini, qızıl-brilyant məmulatlarının satışı sahəsində biznesinin, şirkətinin olmasını ona demiş, İqbalı hər dəfə müxtəlif bahalı avtomobillərin sükanı arxasında görmüşdür. Bundan başqa o, Həsənov Ənvəri 10 ildən artıq müddət ərzində tanımış və sonuncu ilə dostluq münasibətlərində olmuş, Ənvərin oğlu Kamal isə Rusiya Federasiyasına meyvə göndərib satışı ilə məşğul olmuşdur. Kamalı Ənvərin hesabına tanımış, hər-biri ilə səmimi münasibətləri olmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs1 Dubayda olarkən “Vivi” adlı qadınla pul mübahisəsində olmuş və sonuncu İqbalın barəsində polisə şikayət etmişdir. Ona görə də Dubayda İqbalın barəsində interpol xətti ilə axtarış elan edilmişdir. İqbal özü danışmışdır ki, Vividən pul alaraq öz dostuna vermiş, həmin dostu da İqbalı aldadaraq pulun arxasına keçmişdir. İqbal tezliklə interpolla olan problemini həll edərək Dubaya qayıdacağını və biznesini daha da genişləndirəcəyini ona bildirmişdir. Bundan başqa İqbalın vasitəsi ilə o, əslən Lənkəran rayonundan olan Raid və Nizami adlı şəxslərlə də tanış olmuşdur. Bir neçə dəfə birlikdə oturub çörək yemiş, məclislərdə iştirak etmişlər. Sonradan eşitmişdir ki, İqbal öz dostları Raid və Nizamidən də müxtəlif bəhanələrlə pul alıb geri qaytarmamışdır. 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 ilə görüş zamanı sonuncu, qızıl-brilyant məmulatlarının satışı ilə bağlı biznesini genişləndirməyə imkan olduğunu və bu biznesi maliyyələşdirən bir adam olarsa birgə işləyib yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. O da bu barədə dostu Ənvərin oğlu Kamala demişdir ki, əgər maraqlıdırsa bu işlə məşğul olsun. O, fikirləşmişdir ki, kənar adam pul qazanana qədər qoy yaxın dostunun ailəsi qazansın. Hətta bu məqsədlə İqballa Kamalı görüşdürmüşdür. İqballa Kamal ona bildirmişlər ki, əgər işləri uğurlu alınsa hər biri ayrı-ayrılıqda ona da şirinlik kimi pul verəcəklər. Lakin dəqiq hansı məbləğdə pul veriləcəyi ona deyilməmişdir. Bir müddət sonra isə İqballa Kamal daha yaxın ünsiyyətə keçmiş və onu ümumiyyətlə unudaraq əlaqəni demək olar ki, kəsmişlər. O da belə zənn etmişdir ki, yəqin işləri alınıb, artıq pul qazanırlar və xoş gün görürlər deyə onu yaddan çıxarmışlar. Sonradan isə xəbər tutmuşdur ki, İqbal Kamaldan da dəqiq bilmədiyi məbləğdə pul almış və verdiyi vədə əməl etməyib pulunu ələ keçirmişdir. Eyni ərəfədə Təqsirləndirilən şəxs1, Kamalın dostu Abbası da biznesinə şərik etməyi barədə sonuncu ilə razılıq əldə etmişdi. X51 iş birliyinə daxil olma ərəfəsində qeyd edilən şəriklərin və İqbalın yeznəsi Adəmin Dubaya səfəri nəzərdə tutulmuşdur. İqbal interpol axtarışında olduğu üçün, Kamal isə başqa işlə bağlı vergi problemi olduğuna görə Dubaya uça bilməyəcəklərini demişlər. Ona görə də Kamal xahiş etmişdir ki, əvəzinə o, Dubaya getsin. Lakin uçuşdan bir neçə gün əvvəl o, “Koronavirus” (COVİD-19) xəstəliyi ilə əlaqədar test vermiş və testin nəticəsi pozitiv olduğu üçün Dubaya gedə bilməyərək karantinə alınmışdır. Daha sonra baş verənlərdən isə onun xəbəri olmamışdır. O, həqiqətən də İqbalı imkanlı, işgüzar, etibarlı bir adam kimi tanımış və İqbalı Kamalla tanış etməkdə məqsədi sadəcə tərəflərin qazanc əldə etməsi olmuşdur. Dostunun xoş gününü o özünün xoş gün hesab etmişdir. İqbalın bu cür alçaq hərəkətlərə yol verib kəsdiyi duzçörəyə, verdiyi haqq-salama xəyanət edərək camaatın pulunu ələ keçirəcəyini düşünməmişdir. O, İqbalın müxtəlif adamlara məxsus pulu ələ keçirməsi barədə xəbər aldıqdan sonra ortaq tanışlardan eşitmişdir ki, İqbalın barəsində cinayət işi başlanıb və axtarış elan edilmişdir. Daha sonra isə İqbal həbs edilmişdir. Bunun ardınca isə o, eşitmişdir ki, İqbal adlarını sadaladığı şəxslərdən savayı arvadı Elvira və yeznəsi Adəmə məxsus mənzilləri də satdıraraq pullarını ələ keçirmişdir. İqbalın pul aldığı adamları əvvəlcədən aldatmaq niyyətində olduğunu bilməmişdir. İqbal müxtəlif şəxslərdən aldığı puldan ona hər-hansı məbləğdə pul verməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Şürük kəndində yerləşən “Sevgil” cehizlik malları mağazasını qardaşı X20 ilə birlikdə işlətmişdir. Zərərçəkmiş şəxs1 uzun müddət ərzində tanımış, çox yaxın əlaqələri olmasa da Lənkəran şəhərindən münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanımışdır. İqbaldan bir neçə dəfə qaz sobaları alaraq özünə məxsus mağazada satışını həyata keçirmişdir. İqballa yalnız bu kimi iş birliyi olmuşdur. 2020-ci ilin oktyabr ayında İqbal onunla əlaqə saxlayaraq Bakı şəhərindən Lənkəran şəhərində işlətdiyi mağazaya yük avtomobilləri ilə sayını və markasını xatırlamadığı miqdarda İran istehsallı olan qaz sobaları gətirmiş, o da pul müqabilində sobaları almışdır. Qaz sobalarını gətirən zaman İqbalın yanında İlham adlı dostu da olmuş, lakin sonuncu kənarda dayanaraq söhbətə müdaxilə etməmişdir. Həmin qaz sobalarına görə nəzərdə tutulan məbləği elə mağazasının qarşısında İqbala vermişdir. Onda olan məlumata görə İqbal ona satdığı qaz sobaları ilə bağlı Zərərçəkmiş şəxs1la iş birliyində olmuşdur. Lakin 2020-ci ilin oktyabr ayında o, aldığı qaz sobalarına görə nəzərdə tutulan pulu şəxsən Təqsirləndirilən şəxs1 vermişdir. İqbalın həmin puldan Zərərçəkmiş şəxs1 hər-hansı məbləğdə pul verməsi barədə məlumatı olmamışdır. Hadisədən sonra o, Zərərçəkmiş şəxs1 özündən xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmış və pulu ələ keçirilmişdir. Həmin ərəfədən sonra Təqsirləndirilən şəxs1 ilə hər-hansı bir biznes əlaqəsinə daxil olmamış və İqbaldan qaz sobaları almamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıq illərindən tanımış, səmimi dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs1 vasitəsi ilə son 4-5 il ərzində tanımışdır. Adlarını sadaladığı şəxslərin heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2-3 il öncə yadında qalmayan tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Həmin görüşün gedişatı zamanı İqbal ona digər dostu Nizami ilə görüşməli olduğunu bildirmiş, İqballa birlikdə həmin görüşə getmişdir. Görüş zamanı yerini xatırlamadığı kafedə oturmuş, Nizami Raidlə birlikdə oraya gəlmişdir. İqbal dostu Nizami və Raidlə bir qədər söhbətləşdikləri zaman aparılan söhbətə müstəsna diqqət ayırmadığı üçün mövzunun dəqiq nədən ibarət olmasını anlamamışdır. Lakin başa düşmüşdür ki, İqbal Zərərçəkmiş şəxs1 hansısa iş birliyi təklif etmiş və harasa pul göndərəcəyini bildirmişdir. Aralarındakı münasibətlərə qarışmaq istəmədiyi üçün o, həmin danışığın dərinliyinə varmamışdır. Görüşün gedişində Zərərçəkmiş şəxs1 onun xatırladığı qədər 30000 (otuz min) ABŞ dolları məbləğindən ibarət olmasını iddia etdiyi pul vəsaitini İqbala vermişdir. Bir qədər sonra isə o, şəxsi işləri ilə əlaqədar həmin görüşü tərk edərək getmişdir. Sonra baş verənlərdən isə onun xəbəri olmamışdır. Xeyli müddət sonra ifadəsinin alınması üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığı vaxt ona məlum olmuşdur ki, İqbal Nizamiyə verdiyi vədi yerinə yetirməmiş və buna görə də İqbala verilmiş həmin pul vəsaiti ilə bağlı aralarında narazılıq yaranmışdır ki, nəticədə Zərərçəkmiş şəxs1 polisə şikayət etmişdir. Belə ki, o, dərhal İqballa əlaqə saxlayıb öz iradını tutmuş, İqbal da Nizamidən aldığı pul vəsaitlərini tezliklə geri qaytaracağını, Nizami ilə görüşüb razılıq əldə edəcəyini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon X32 X35 Yol Patrul Xidmətində baş inspektor vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs1 onun atasıdır. 2020-ci ilin oktyabr ayında, dəqiq yadında qalmayan tarixdə daimi yaşadığı və işlədiyi Lənkəran şəhərində olan zaman səhər saatlarında atası Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə ona zəng edərək bildirmişdir ki, təcili 10000 (on min) ABŞ dolları məbləğində pul lazım olduğu üçün həmin vəsaiti Lənkəran şəhərindəki evdən götürüb taksi avtomobili ilə Bakı şəhərinə göndərsin. O da buna etiraz etməyərək qeyd edilən məbləği evdən götürüb markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Bakı şəhərinə yola salmışdır. Taksi sürücüsünün mobil telefon nömrəsini isə atası Nizamiyə vermişdir ki, onlar əlaqə saxlayıb görüşə bilsinlər. Həmin gün ərzində göndərdiyi pul həqiqətən də atası Nizamiyə çatmış və apardığı telefon danışığı zamanı atası bunu təsdiq etmişdir. Sonradan isə bilmişdir ki, atası Nizamiyə göndərdiyi pulu dostu Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə atasını aldadaraq pulunu ələ keçirmişdir. Hadisənin digər təfərrüatları barədə isə onda məlumat olmamışdır. İş materiallarında olan 15 iyul 2021-ci il tarixdə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 8/1916, 9/5762 nömrəli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “AUDİ-Q7” markalı 10CT050 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9419 (doqquz min dörd yüz on doqquz) manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6754 (altı min yeddi yüz əlli dörd) manat təşkil etmişdir. 2006-cı il buraxılışlı “BMW 740” markalı 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1630 (min altı yüz otuz) manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1172 (min yüz yetmiş iki) manat təşkil etmişdir. 2010-cu il buraxılışlı “BMW 760İ” markalı 99UF303 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 15572 (on beş min beş yüz yetmiş iki) manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10543 (on min beş yüz qırx üç) manat təşkil etmişdir. (cild 04, iş vərəqə 146-153) İş materiallarında olan 13 yanvar 2022-ci il tarixdə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 10 mart 2022-ci il tarixli 93 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Lakin “Lənkəran rayon Mərkəzi Xəstəxanası” tərəfindən onun adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 888 saylı arayışdan görünür ki, “Təqsirləndirilən şəxs1 ağız boşluğunda dişlərinin tökülməsi, sağ dirsəyində sıyrıntı, sol baldırın ön nahiyəsində cırılmış yara, sağ dizində cırılmış yara diaqnozu ilə daxil olmuşdur”. Göstərilən xəsarətlər küt əşyanın təsirindən müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur, müddəti xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Xəsarətlərin xarakter və xüsusiyyətləri ətraflı qeyd edilmədiyindən onların dərəcəsi haqqında fikir söyləmək mümkün olmadı. (cild 05, iş vərəqə 253-258) İş materiallarında olan 14 fevral 2022-ci il tarixdə təyin edilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli 6/953 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 64 ədəd ağ şəffaf qaşlar brilyantdır, ümumi kütləsi 0,38 qramdır, ölçüsü 0,023-0,030 karat intervalındadır, ümumi çəkisi 1,90 karatdır. (cild 05, iş vərəqə 176-181) İş materiallarında olan 04 fevral 2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yerinə baxış keçirilərkən hadisə yerinin Lənkəran rayonunda fəaliyyət göstərən “Mandarin” restoranında yerləşməsi məlum olmuşdur. Baxış zamanı kafellərin səthində avtomobil təkərlərinə aid protektor izlərinin, divar səthində isə qara rəngli avtomobilə aid düzxətli ləkə izinin olması aşkar edilmişdir. (cild 02, iş vərəqə 143-149) İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdiyi 30000 ABŞ dolları məbləğində pul vəsatinin ələ keçirilmə yerinin Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Mirage” çay evində yerləşməsi müəyyən edilmişdir. (cild 04, iş vərəqə 7-10) İş materiallarında olan 14 iyul 2021-ci il tarixli dindirmədə üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 əvvəl istintaqa verdiyi ifadəsini bütün hissələrdə bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 isə üzləşmə zamanı əvvəlki ifadəsini qismən təsdiq edərək törətdiyi cinayəti etiraf edib göstərmişdir ki, o, həqiqətən də Zərərçəkmiş şəxs1 sonuncunun dediyi pul vəsaitlərini almışdır. Zərərçəkmiş şəxs1 aldığı 33000 (otuz üç min) ABŞ dollarını X7 Dubay şəhərinə göndərmişdir ki, qızıl-brilyant işi ilə bağlı birgə iş qursunlar. İkinci 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini isə Zərərçəkmiş şəxs1 onun tanımadığı adamdan faizə alaraq ona vermişdir. Aldığım həmin pulu da Dubaydan konteynerlə avtomobil ehtiyat hissələrini Azərbaycana gətirib satmaq və bu yolla birgə pul qazanmaq üçün Nizamidən almışdır. İlk üç aydan sonra işləri qaydasında getmədiyindən növbəti ayın faizlərini verə bilməmişdir. Nizamidən aldığı 10000 (on min) ABŞ dollarına isə İran istehsallı qaz sobaları alaraq Lənkəran şəhərində Şürük kəndində satmış və əldə etdiyi pulu hara xərclədiyini xatırlamadığını bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 həmçinin 01 fevral 2021-ci il tarixdə Lənkəran şəhərində fəaliyyət göstərən “Mandarin” kafesində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən döyüldüyünü, özü-özünə xəsarət yetirmədiyini bildirmişdir. (cild 03, iş vərəqə 3-5) İş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan 19 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəl istintaqa verdiyi ifadəsini qismən təsdiq edərək, ziddiyyətli və yeni xüsusatlarla çıxış edib həqiqətən də 2020-ci ilin may-iyun aylarında Nizami, Raid və Anar adlı şəxslərə məxsus müxtəlif məbləğlərdə pulların İqbal tərəfindən ona göndərildiyini, həmin pulun müqabilində bir müddət avtomobil ehtiyat hissələrinin alveri ilə məşğul olduğunu, lakin sifariş verilən konteynerin pulu sonradan Anargil tərəfindən gecikdirilib verilmədiyi üçün əfqan ticarətçilərin ona yalnız çek əsasında mal verməkdən imtina etməsini bildirmiş, İqbal isə Anargil tərəfindən pul veriləcəyi halda işin davam edəcəyini ona deyərək bununla da həmin işi dayandırmışlar. Təqsirləndirilən şəxs2 üzləşdirmə zamanı həmçinin göstərmişdir ki, Adəm və Abbasla birgə Dubay şəhərində yerləşən polis şöbəsinə gedərkən Viven həqiqətən də orada olmamış, şöbədə heç kimə pul verilməmiş, Adəmin əl çantasının zəncirbəndi xarab olduğu üçün o, pulu öz üzərində olan başqa çantaya yığaraq pulla birlikdə otaqdan çıxmış, şöbədə ona verilmiş kağız parçasını (sənədi) Adəmlə Abbasa göstərib İqbalın sözünə əsasən sonuncunun interpol məsələsinin tezliklə həll olunacağını deyərək pulu özündə saxlamışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 İqbalın tapşırığı əsasında Dubay şəhərində “Mercedes-Benz S Class” markalı avtomobil və mənzil kirayələdiyini, qeyd edilən əmlakların guya sonuncuya məxsus olması barədə Adəmlə Abbasa yalan məlumat verdiyini təkrarən etiraf edib göstərsə də vəkil tərəfindən bununla bağlı verilmiş təkrar suala cavab olaraq Elşad həmin ifadəsini qismən təsdiq edib yalnız avtomobilin İqbala məxsusluğuna dair yalan danışdığını bildirmişdir. Bundan başqa üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 hindus satıcıdan aldığı brilyant qaşlardan Təqsirləndirilən şəxs1 tələbi ilə Abbasa bir neçə ədəd nümunə verməsini, həmin ərəfədə sonuncu, Dubay şəhərini tərk etdikdən iki gün sonra isə İqbalın ona zəng edərək alıcının brilyantları istəməməsini əsas gətirib malların hindus satıcıya qaytarılmasını tapşırdığını bildirmiş, ona görə də o, deyilənlərə əməl edib qaşları qaytarmaqla 100000 ABŞ dollarını geri aldığını göstərmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 tərəfindən Dubay şəhərinə göndərilmiş pul vəsaitlərininin həqiqətdə Zərərçəkmiş şəxs6 məxsus olmasını bilmədiyini bildirmişdir. Bundan başqa üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 özünə məxsus pulu öz işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 göndərdiyini, Abbasın özünün brilyant qaşlara müştərisinin olduğunu, sadəcə alış qiyməti sərf etmədiyi üçün alqı-satqı baş tutmadığını bildirmiş, hindistanlı brilyant ticarətçisi və Mahir adlı yükdaşıma xidmətinin əməkdaşı ilə Təqsirləndirilən şəxs2 əlaqələndirdiyini, habelə qaşların geri qaytarılaraq pulun hindus ticarətçi geri verilməsini özünün təşkil etdiyini, Dubay şəhərinin “Marin” rayonunda mənzil, habelə avtomobil kirayələməyi Elşada tapşırdığını etiraf etsə də qeyd edilən əmlakların guya ona məxsus olması barədə Abbas və Adəmə yalan məlumat verməsini Elşaddan xahiş etmədiyini bildirmişdir. (cild 05, iş vərəqə 169-175) İş materiallarında olan Zərərçəkmiş şəxs1 02 dekabr 2020-ci il tarixdə təqdim etdiyi sənədlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, birinci vərəqə Zərərçəkmiş şəxs1 ilə Şahid11 arasında 17 iyun 2020-ci il tarixdə Bakı şəhəri, 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsidir. Müqavilənin mətnindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Şahid11 borca 51000 (əlli bir min) manat məbləğində pul götürərək həmin borcu 17 iyun 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə tərəflərin imzaları və notariat ofisinin möhürü ilə təsdiq edilmişdir. Təqdim edilmiş sənədlərin ikinci və üçüncü vərəqəsi isə "xxxx" ASC-nin “Azadlıq” filialı tərəfindən verilən müvafiq imzalar və möhürlə təsdiqlənən xəzinə mədaxil orderləridir. Həmin orderlər Zərərçəkmiş şəxs1la Şahid11 arasında 17 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən tərtib edilmişdir. Birinci orderdə bank hesabına yatırılan məbləğ 102 (yüz iki) manat, ikinci orderdə isə 51000 (əlli bir min) manatdır. Götürmə və baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, dostu Şahid11 ona borca 30000 (otuz min) ABŞ dolları pul vermiş, sadəcə müqavilə bağlanarkən məbləğin manatla göstərilməsi tələb edildiyi üçün və borca alınan pul manat halında bank hesabına yatırılıb daha sonra xəzinədən alınmalı olduğu üçün həmin 30000 ABŞ dolları məzənnəyə uyğun olaraq manata çevrilmişdir. Notarius və bank əməliyyatları həyata keçirildikdən sonra isə bankdan pulu yenidən 30000 ABŞ dolları ilə halında alaraq Təqsirləndirilən şəxs1 vermişdir. (cild 01, iş vərəqə 37-41) İş materiallarında olan Zərərçəkmiş şəxs7 19 avqust 2021-ci il tarixdə təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunan sənədin birincisi A4 formatlı kağızda olmaqla əslinin kserosurətidir və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs7 09 iyul 2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmasını təsdiq edən nikah haqqında şəhadətnamədir. İkinci sənəd A4 formatlı kağızda olmaqla əslinin kserosurətidir və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 547 saylı sərəncamına istinadən Salyamova (Həsənli) Elvira Faridovnaya Bakı şəhəri Xətai rayonu Babək prospekti, 2345-ci məhəllə, bina 4-də yerləşən 280 saylı mənzilin verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının məktubudur. Üçüncü sənəd A4 formatlı kağızda, əslinin kserosurətidir və ünvan 23 küçəsi 4, inzibati bina ünvanındakı mənzilin Salyamova (Həsənli) Elvira Faridovna tərəfindən 80000 (səksən min) manat pul müqabilində X21 adında müştəriyə satılması barədə olan müqavilə sənədidir. Təqdim olunan dördüncü sənəd A4 formatlı kağızda, əslinin kserosurətidir. Həmin sənəd ünvan 24 ünvanında inşa edən 2 nömrəli binanın 282 saylı mənzilinə görə nəzərdə tutulan dəyərin Salyamova (Həsənli) Elvira Faridovna tərəfindən tam ödənilməsi və borcunun olmamasına dair maliyyə arayışıdır. Təqdim olunmuş hər bir sənəd surətinin üzərində müvafiq möhür əksləri mövcud olmuşdur. Götürmə və baxışda iştirak etmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, təqdim etdiyi ikinci sənəddə göstərilən Bakı şəhəri, Xətai rayonu, ünvan 25 ünvanı, üçüncü sənəddə göstərilən ünvan 23 küçəsi 4 inzibati bina ünvanı ilə eynidir. Belə ki, üçüncü sənəd, yəni müqavilə makler (vasitəçi) tərəfindən formal olaraq yazılmış və ona görə də orada ünvan düzgün göstərilməmişdir. (cild 03, iş vərəqə 105-111) İş materiallarında olan Zərərçəkmiş şəxs6 23 sentyabr 2021-ci il tarixdə istintaq orqanına təqdim etdiyi bir ədəd CD-R diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, “WhatsApp Audio 2021-09-06 at 11.01.03” adlı, 15 (on beş) dəqiqə 09 (doqquz) saniyəlik; 1,77 MB yaddaş həcmli səs parçasının olması məlum olmuşdur. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak edən Zərərçəkmiş şəxs6 göstərmişdir ki, təqdim olunan diskdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Yaşıl bağ” kafesində baş tutmuş görüş zamanı görüş iştirakçılarının, habelə həmin görüşə telefon zəngi ilə qoşulmuş Təqsirləndirilən şəxs2 danışıq səslərinin əmisi X4 tərəfindən qeydə alınması barədə məlumatlar yerləşmişdir. Baxış zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 apardığı danışıq zamanı sərbəst və aydın başa düşülən tərzdə Təqsirləndirilən şəxs1 əvvəlcədən qurduğu plan əsasında Zərərçəkmiş şəxs6 məxsus pulu ələ keçirməsini, həmin cinayətin törədilməsi zamanı Təqsirləndirilən şəxs1 köməklik göstərməsini təsdiq etmişdir. Bundan başqa Dubayda olarkən Təqsirləndirilən şəxs1 tapşırığı əsasında milliyyətcə hindus olan şəxsdən brilliant qaşları deyil, adi şüşə parçalarını almasını, Zərərçəkmiş şəxs6 aldatmaq məqsədi ilə qeyd edilən qaşları brilyant qaşlar kimi qələmə verməsi və daha sonra guya aldığı həmin qaşlara görə hindusa pul verməsinin səhnələşdirilməsini, əslində isə Zərərçəkmiş şəxs6 aldığı pul vəsaitini İqbalın özünə Bakıya qaytardığını etiraf etmişdir. Səsli danışıqlar zamanı Təqsirləndirilən şəxs2 istintaq orqanına verdiyi ifadəsinə uyğun olaraq bir daha təsdiq etmişdir ki, İqbalın əvvəlcədən qurduğu cinayətkar ssenari əsasında Dubay şəhərində yerləşən polis şöbəsində Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5la birlikdə olarkən guya “Vivien” adlı qadına ödəyəcəyi təəssürati yaratmaq məqsədi ilə sonuncudan pul alıb otaqların birinə daxil olmuş, oradan çıxdıqdan sonra isə guya işin alınmasını və problemin həll olunmasını demişdir. Əslində isə həmin pul üzərində qalmaqla bir müddət sonra qeyd edilən vəsaiti Təqsirləndirilən şəxs1 Bakı şəhərinə göndərmişdir. Bundan başqa diskdə olan “WhatsApp Video 2021-09-06 at 10.54.38” və “WhatsApp Audio 2021-09-06 at 10.54.41” adlı videogörüntü fayllarına baxış keçirilən zaman məlum olur ki, xarici görkəm əlamətlərinə əsasən Təqsirləndirilən şəxs2 bənzəyən şəxs ofis tipli otaqda bir nəfər tünd dəri rəngli, seyrək saçlı, əynində ağ rəngli, qol hissədən çırmalanmış uzunqol köynək, ağız-çənə nahiyəsində ağ rəngli qoruyucu tibbi maska, gözlərində şəffaf şüşəli eynək olan orta yaşlı bir şəxsdən əlamətləri dəqiq bilinməyən kiçik ölçülü əşyaları təhvil alaraq bu barədə elektron hesablayıcı (kalkulyator) vasitəsilə hesablama aparır və bu barədə ağ rəngli kağızda qələmlə qeydiyyatlar aparır. Daha sonra isə təhvil aldığı əşyaları qara rəngli əl çantasına yerləşdirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 əlavə etmişdir ki, həmin videogörüntülər hindus milliyyətli şəxsin Təqsirləndirilən şəxs2 guya brilyant qaşları, əsl həqiqətdə isə adi şüşə parçalarını təhvil verməsi və bu yolla aldanması barədədir. Bundan başqa diskdə olan “WhatsApp Video 2021-09-06 at 11.01.02” adlı videogörüntü faylına baxış keçirilən zaman məlum olur ki, avtomobil dayanacağına bənzəyən sahədə, 141 nömərli xüsusi dayanacaqda dayanmış ağ rəngli, “Mercedes Benz S class 500 AMG” markalı, “w 95904” dövlət qeydiyyat nişanlı avtomobil vardır. “WhatsApp Video 2021-09-06 at 11.00.52” adlı videogörüntü faylına baxış keçirilən zaman məlum olur ki, bir nəfər əynində qara rəngli mayka, qara rəngli şalvar olan şəxs mobil telefonla hündürmərtəbəli binada yerləşən mənzilin eyvanının pəncərəsini açaraq oradan ətrafdakı yaşayış massivinə və su hövzəsinə olan mənzərəni, daha sonra mənzilin digər otaqlarını video vasitəsi ilə qeydə alır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 əlavə etmişdir ki, videogörüntülərdə olan avtomobili və mənzili video ilə qeydə alan şəxs Təqsirləndirilən şəxs2dur. O, avtomobillə mənzilin Təqsirləndirilən şəxs1 məxsus olmasını zənn etmiş, belə ki, bu barədə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalan məlumat vermişlər. Ona görə də sonuncu dəfə ailə üzvləri ilə birlikdə Dubayda olan zaman həmin avtomobillə hərəkət etmiş və qeyd edilən mənzildə müvəqqəti olaraq yaşamışdır. Bundan başqa “WhatsApp Video 2021-09-06 at 10.56.20”, “WhatsApp Video 2021-09-06 at 10.56.31”, “WhatsApp Video 2021-09-06 at 10.56.35”, “WhatsApp Video 2021-09-06 at 10.56.49”, “WhatsApp Video 2021-09-06 at 10.56.53”, “WhatsApp Video 2021-09-06 at 10.58.07” və “WhatsApp Video 2021-09-06 at 10.58.21” adlı videogörüntü fayllarına keçirilmiş baxış zamanı müxtəlif markalı avtomobillərin hissələrinin, habelə ehtiyat hissələrinin yerləşdiyi emalatxananın qeydə alınması məlum olur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 əlavə etmişdir ki, videoçarxda görsənən emalatxanalar X7 Dubay şəhərində yerləşir və “avtomobil ölüxanası”dır. Təqsirləndirilən şəxs1 avtomobil ehtiyat hissələrinin Dubaydan Bakı şəhərinə gətizdirilərək satılması sahəsində də böyük biznesinin olmasını ona deyərək sözlərinin təsdiqi kimi həmin videogörüntüləri yollamışdır. (cild 03, iş vərəqə 226-229) İş materiallarında olan Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdə təqdim etdiyi bir ədəd CD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə “WhatsApp İmage 2021-10-12 at 09.00.39” və “WhatsApp İmage 2021-10-12 at 09.00.40” adlı fotogörüntülərdən ibarət, habelə “WhatsApp Video 2021-10-12 at 09.00.39”, “WhatsApp Video 2021-10-12 at 09.00.40 (1)” və “WhatsApp Video 2021-10-12 at 09.00.40” adlı videogörüntülərdən ibarət fayllar mövcuddur. “WhatsApp İmage 2021-10-12 at 09.00.39” adlı fotogörüntü faylına keçirilmiş baxış zamanı məlum oldu ki, həmin foto üzərində ərəb hərfləri ilə yazılmış, üst hissəsində çapla 500048 rəqəmləri (şifrəsi), nisbətən alt hissədə 2.100.000.00 rəqəmləri, daha altda isə Təqsirləndirilən şəxs1 imzasına bənzəyən göy rəngli rəqəmlə icra edilmiş imza mövcud olan çekin (qəbzin) görüntüsüdür. “WhatsApp İmage 2021-10-12 at 09.00.39” adlı fotogörüntü faylına keçirilmiş baxış zamanı məlum oldu ki, həmin foto üzərində ərəb hərfləri ilə yazılmış, üst hissəsində çapla 500049 rəqəmləri (şifrəsi), nisbətən alt hissədə 2.100.000.00 rəqəmləri, daha altda isə Təqsirləndirilən şəxs1 imzasına bənzəyən göy rəngli rəqəmlə icra edilmiş imza mövcud olan çekin (qəbzin) görüntüsüdür. “WhatsApp Video 2021-10-12 at 09.00.39”, “WhatsApp Video 2021-10-12 at 09.00.40 (1)” və “WhatsApp Video 2021-10-12 at 09.00.40” adlı videogörüntü fayllarına keçirilmiş baxış zamanı məlum oldu ki, mənzildə otaq şəraitində masa arxasında əyləşən Təqsirləndirilən şəxs1 qarşısında qəbz (çek) toplusu vardır. O, əlində saxladığı göy rəngli qələmlə həmin çeklərdən ikisinin üzərində 2.100.000.00 məbləğini qeyd edir və bundan sonra isə həmin qəbzlərə öz imzasını atır. Videogörüntü çəkilən zaman iki ədəd çekin üst hissəsindəki şifrələr də qeydə alınır. Sonuncu videogörüntüdə isə həmin iki ədəd qəbz kənar hissələrdən əllə cırılıb çıxarılaraq topludan ayrılır. İstintaq hərəkətinin keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs2 göstərmişdir ki, təqdim etdiyi foto və videogörüntülərdəki çeklər Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış və Vivien adlı tanışına vermək üçün X7 Dubay şəhərinə göndərilmişdir. Həmin foto və videogörüntüləri İqbal ona göndərmiş, o isə həmin faylları Vivienə göstərmişdir. Bütün bu məsələlər Vivieni inandırmaq, borcun geri qaytarılması üçün vaxt möhləti almaq, habelə polis idarəsində Vivienin şikayətinin geri götürülməsini təmin etmək məqsədi ilə olmuşdur. (cild 04, iş vərəqə 32-35) İş materiallarında olan Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD-R diskə 30 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, məlumat daşıyıcısında “VİD-20220125-WA0016”, “VİD-20220125-WA0017”, “VİD-20220125- WA0018”, “VİD-20220125-WA0019” və “VİD-20220125-WA0020” adlı videogörüntü fayllarının olması müəyyən edilmişdir. “VİD-20220125-WA0016” adlı videogörüntü faylı 13,9 MB yaddaş həcmli olmaqla 01 (bir) dəqiqə 37 (otuz yeddi) saniyə ərzində, “VİD- 20220125-WA0017” adlı videogörüntü faylı 14,8 MB yaddaş həcmli olmaqla 01 (bir) dəqiqə 36 (otuz altı) saniyə, “VİD-20220125-WA0018” adlı videogörüntü faylı 3,28 MB yaddaş həcmli olmaqla 17 (on yeddi) saniyə, “VİD-20220125-WA0019” adlı videogörüntü faylı 3,04 MB yaddaş həcmli olmaqla 16 (on altı) saniyə, “VİD-20220125-WA0020” adlı videogörüntü faylı 1,19 MB yaddaş həcmli olmaqla 05 (beş) saniyə davam etmişdir. Qeyd edilən videogörüntülərdən məlum olur ki, videoqeydiyyatı aparan şəxs ətrafda olan çoxlu sayda avtomobil və müxtəlif çeşidli avtomobil ehtiyat hissələrini (bufer, kapot, təkər, fara və s.) qeydə alır. Videoçəkilişin aparıldığı yerdən məlum olmuşdur ki, sahə işlənmiş avtomobil ehtiyat hissələrinin topdan yerləşdiyi ərazidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 göstərmişdir ki, qeyd edilən videogörüntülər Təqsirləndirilən şəxs1 tərəfindən ona göndərilmiş, videogörüntülər mütəmadi olaraq ona nümayiş etdirildiyi üçün İqbala qarşı olan etibarı artmışdır. Zərərçəkmiş şəxs4 əlavə etmişdir ki, “VİD-20220125-WA0016” adlı videogörüntü faylında avtomobil ehtiyat hissələrinin hazır olması barədə nitqi qeydə alınan şəxs İqbalın dostu Təqsirləndirilən şəxs2 olmuşdur. (cild 05, iş vərəqə 108, 120-121) İş materiallarında olan Zərərçəkmiş şəxs6 07 fevral 2022-ci il tarixdə təqdim etdiyi bir ədəd bağlamaya baxış keçirilməsi barədə protokoldan görünür ki, 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlama (və ya torba) 9,7 (doqquz tam onda yeddi) sm uzunluğunda və 5,2 (beş tam onda iki) sm enində olmaqla zərgərlik məmulatlarının və ya digər kiçik ölçülü əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulan standart tipli bağlamadır. Bağlamanın orta səthi boyunca üç ədəd ağ rəngli 1 (bir) sm ölçüsündə zolaqlar vardır. Zolaqlardan ən üstdə olanının üzərində göy rəngli qələmlə “1.99” rəqəm kombinasiyası yazılmışdır. Torbanın bağlanması üçün bu tipli bağlamalara xarakterik olan qırmızı rəngli, üfüqi xətt formalı ağızlığı vardır. Qeyd edilən bağlama açıldıqdan sonra onun içərisində şəffaf-parlaq rəngli qaşların olması məlum oldu. Həmin qaşlar bağlamadan çıxarılaraq masanın üzərinə qoyulmuş və hesablama nəticəsində 64 (altmış dörd) ədəd xırda ölçülü qaşların olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 göstərmişdir ki, həmin qaşlar 2021-ci ilin may ayında X7 Dubay şəhərində olarkən ona Təqsirləndirilən şəxs2 tərəfindən verilmişdir. Təqsirləndirilən şəxs2 həmin qaşların brilyant olmasını ona demiş və bir neçə gün öncə onun vəsaitləri hesabına hindus milliyyətli şəxsdən alınan və “Mahir” adlı şəxsin vasitəsi ilə Bakı şəhərinə göndərilən brilyantlarla eyni olmasını bildirmişdir. Zərərçəkmiş şəxs6 əlavə olaraq göstərmişdir ki, bağlamanın üzərində göy qələmlə yazılmış “1.99” rəqəm kombinasiyasının mənasını və yazılma səbəbini bilməmiş, həmin yazının mahiyyəti barədə Təqsirləndirilən şəxs2 da heç vaxt sual verməmişdir. (cild 05, iş vərəqə 144-146) İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara 10 avqust 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, təqdim olunmuş diskdə Təqsirləndirilən şəxs1 daimi istifadəsində olması ehtimal edilən +**********87, +**********42, +**********00 və +**********00 mobil telefon nömrələrinə aid zənglər, sms mesajları və anten məlumatları göstərilmişdir. Baxış nəticəsində qovluqlarda aşağıda qeyd edilən istintaq əhəmiyyətli sms ismarıcları aşkar edilmişdir: xx.xx.2020, 02:30:36, +**********18, +**********87: Bunun yaninda hecne daniwma sennen nese soruwsa de ozum bilen ozumde qalsin xx.xx.2020, 10:09:43, +**********18, +**********87 Qardawim imkan olsa eger biraz tez goruwe bileyde belke lenkarana getdim ona gore xx.xx.2020, 20:29:14, +**********18, +**********87: İqbal cavab verde qardaw dunen kelme soz dedin sabah pul vererem veziyetden cixarsan hemde sabah kankret soz deyecem iwnen bagli olmadi ki qardaw yigda meni xx.xx.2020, 22:06:38, +**********18, +**********87: İqbal saat nece olur olsun meni yig yatmiram xx.xx.2020, 11:21:24, +**********18, +**********87: Salam İqbal nedi fikrin qardaw sen dunennen mene cavab vermirsen deyirsen yigiram indi gel goruwey uz uze gozluyurem zengivi xx.xx.2020, 00:36:52, +**********18, +**********87: İqbah gel sen meni yig vallah. iwin lazim deyil pulu getir mesele baglansin onsuzda senliy nede adamlarivin iwi deyil bu iwi gormey men herweyi maraglanmiwan. Allaha and olsun cox oglan eziyet cekecey bu iwden her kes xeberdaedu uje bu meseleye. Senki mene dunen o eziyeti ki yawadin Allah gordu men gordum ve yawadim xx.xx.2020, 11:20:01, +**********18, +**********87: İqbal telefon goturmemey acizliydi kiwiliye yarawmiyan iwdi sen haqqimiza girdin bizim. Allahda wahiddi haqqimi halal elemirem sene sende bunun xeyrinni rahidi cemili elweni bir zenge bandattele getizdirmiyen ograw olar istiyirsen eliyim? mennen xeber gozluyurler bugun getirdin getirdin getirmedin mennen inciyen bi qeyret olar seni bagiwliyanda bi qeyret olar vessalam xx.xx.2020, 16:19:27, +**********18, +**********87: İnwaAllah axirki ya yolda ya hardasa yada lenkaranda sennen uz uze geleriy iqbal sen meni heyif ki ciddiye almadin. xx.xx.2020, 16:35:41, +**********18, +**********87: Ele yawinnan bawinnan utan ele sen nece orda burda kiwiliyden daniwirsane cavab ver ele mene mennen uz uze gelmeyi fikirlew iqbal sene burdan hele hecnedemirem vaxtiva az qalib cunki sene verilen vaxt bu gun sona catir onnan sora seni nele gozluyur sende sene yaxin olanlarda bunun wahidi olacaylar sen mennen qutara bilmiyeceysen canivi senin proqonuvu butun Azerbaycana gondereciyem xx.xx.2020, 18:49:39, +**********18, +**********87: Senki bizi dunennen camaatnan uz uze qoymusana bizi camaatnan bir birimize duwmen elemisenaaa sen kiwiliyden kenar olacaysan eger bu gun menim 42500 manatimi vermesen vermiyenin qiryetin sikim menliyin kiwiliyin sikim xx.xx.2020, 12:42:18, +**********18, +**********87: Seni onsuzda tapacicam yerin dewiyinede girsen ordan seni ne veziyetde cixardaciyam bir Allah bir men bilirem senin adivi lekelemiwem onsuzda sen oglan kimi hec yerde geze bilmiyeceysen onsuzda ozun oz adivi qehbe qoymusan cunki dedin vermiyen qehbe olar wukurki oldun sen gizlenmeynen ele bilirsen nese qazanacaysan sende 10 fayiz kiwiliy olsaydi sen bu qeder kiwinin sencun sowyuwlerin yimezdin eslinde halalindi qazandigivi yedizdirdiy sene. Sene laylig bagliyaciyam sorada yaxwi klip cekeciyem sencun qac gorum hara qeder qacirsan xx.xx.2020, 13:29:04, +**********50, +**********87: Daniwanda kiwilikden daniwirdin indi mawini aparib atmisan ustaya nomremi vermisenki gedim goturum gor indi bu etdiyin deleduzduga gore ne olacaq xx.xx.2020, 21:57:05, +**********50, +**********87: İqbal o pulu senen alacam o mawini ora atib getmeknen deyil telefonu ac yoxsa bunun axri cox pis olacaq xx.xx.2020, 10:55:20, +**********14, +**********87: salam aga İqbal bir aydi 28min borcundan qalir .! Mali alib apardn dedin bir iki gune pulunu verecem Amma indi zeng edirem cavab vermirsen Men negdisine o qiymete verirem Olmaz axi bele xx.xx.2020, 12:29:53, +**********56, +**********87: Adamda insaf olmaq yaxwi weydir .telfonlarima niye cavab vermirsen bu demeydir ki saymamazliq edirsen bize qarwi senden hec gozlemezdim xx.xx.2020, 15:02:01, +**********56, +**********87: Ay allahin belasi bir te ac cavab ver gorey senin axir sozun bedir havaxda qeder uwaqimi dolayib firladacaqsan insafin olsun İqbal. xx.xx.2019, 20:15:16, +**********88, +**********42: İltifatdi yeke X44 X45 X19 Geturub QLmiwam Kucalarda xx.xx.2020, 15:43:14, +**********03, +**********42: Necesen ? Pula gore yiqmirix birimize cavab ver gardaw fikir bizi sikir ele eleme hec olmasa tel galdir haiw idirem xx.xx.2020, 17:27:46, +**********65, +**********42: Sən cavab vermirsən faxri cavab vermir 3 4 gündür bəlkə çıxıb getmisiz xəbərimiz yoxdur bizim belə shey olmaz axı Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********87 saylı mobil telefon nömrəsi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus +**********85 saylı ((68 (altmış səkkiz) zəng)), Zərərçəkmiş şəxs2 məxsus +**********42 saylı ((191 (yüz doxsan bir) zəng)) və X52 məxsus +**********14 saylı ((16 (on altı) zəng)) mobil telefon nömrələri arasında istintaq əhəmiyyəti kəsb edən dövr ərzində zəngli danışıqların baş tutması müəyyən edilmişdir. (cild 03, iş vərəqə 71-72) İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara 10 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, təqdim olunmuş diskdə bütün məlumatlar 18561 adlı həmin qovluğun içərisinə yerləşdirilmişdir. Müəyyən edilmişdir ki, +**********54 saylı, +**********77 saylı və +**********77 saylı mobil telefon nömrələrinə aid olan qovluqlarda hər-hansı istintaq əhəmiyyəti kəsb edən sms mesajları, zənglər və ya anten dairəsinə aid məlumatlar aşkar edilməmişdir. Bundan başqa baxış zamanı +**********46 və +**********77 saylı mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs1 deyil, digər şəxsiyyəti istintaq əhəmiyyəti kəsb etməyən şəxslərin daimi istifadəsində olmaları müəyyən edilmiş, bu baxımdan həmin nömrələrə münasibətdə də icra edilən mobil əməliyyatlara baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsi ilə bağlı olan qovluğa baxış keçirilmiş və orada cəmi bir ədəd istintaq əhəmiyyəti kəsb edən sms ismarıcı aşkar edilmişdir. xx.xx.2020, 20:20:02, +**********14, +**********77: Aqa kahew eliram javab ver (X54 Doustalının mobil telefon nömrəsindən daxil olmuş mesaj) Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********28 saylı mobil telefon nömrəsi ilə bağlı olan qovluğa baxış keçirilmiş və aşağıda qeyd edilən istintaq əhəmiyyətli sms ismarıcları aşkar edilmişdir: xx.xx.2019, 07:55:25, +**********61, +**********28: İRAN DA DUBAYDA İNDİDE BURDA BİR *** (***-işarəsi mətnlərdəki söyüşlərin əvəzinə istifadə edilmişdir) TAPAN KİMİ MENE BELA REFTAR ELAMİSAN EVA BURAXMAMİSAN MENİ KİWİ GİZİYAM SENSİZ NECA İL GALDİM TAPMADİM BİRKİWİYE xx.xx.2019, 08:29:34, +**********61, +**********28: İNDİ BİLDİM KİMLESEN MARXALDA O ERİNİN BASİNİ YEYİB SENİNKİNİ YEMAYA GELİB O GEH*** UGURSUZ MENİM PAXİLLİGİMİ CEKİRDİ GEH*** İNDİ SENİ YOLDAN CİXARİB xx.xx.2019, 10:58:20, +**********61, +**********28: ROVWEN GEH*** TAPDİ SENE GETDİ TURKKYE EL CEKMİR SENDEN O GEH*** PUL GORUB xx.xx.2019, 08:56:59, +**********61, +**********28: UREYİM KİTAYLİ GELİB HE ONA GORE TELEFONLARİ BAGLAMİSAN xx.xx.2019, 21:45:00, +**********61, +**********28: MENDEN İSTİFADE ETMİSEN GUL NOKER ETMİSEN MENİ HEYATİMİ ALT UST ETMİSEN O VAXT MENİ DUBAYDAN BASİMİ ALDADİB GONDERDİNKİ O KİTAYLİNİN PULUN ALİB GETİRİB VERASAN PETUXLARA GEHBELERE MENE HECNE VERMEDİN ALLAH CEZANİ VERACAK MENİ ALDATDİN HECNE ELAMADİN OYUNCAGA DONDERDİN GOHUMLARN GABAVİNDA SENİN BELİN GİRİLSİN TALEH PETUX ANANLA CADU ELADİ SENİ PİS GUNE GOYDULAR İKİSİDE YANACAG SEN ELE SEBR ELA xx.xx.2019, 21:46:26, +**********61, +**********28: İNDİ BEW MAN PULUN MASİNİN HAMSİ GEH*** PULUYLA ALMİSAN KİTAYLİNİN TUKLU ****** İYLEYE İYLEYE ÖL xx.xx.2019, 00:36:57, +**********61, +**********28: SEN NOVXANİDA OLMUSAN MU BİCDE GEHBELERE YEYİB İCMEY VERMİSEN OZUNDE PİVE İCİRDİN xx.xx.2019, 00:37:15, +**********61, +**********28: AC BAX WAPSAPDA WEKİLLERE xx.xx.2019, 12:00:00, +**********61, +**********28: HAMSİ GUNAH SENDEDİ ON GUN İTENDE GİZLENİRDİN NEYNİRDİN MENE DEYARDİNKİ MEN OLMAYACAM BU GEDER VAXT O NAMİGİN EZİZİ ÖLSUN O SENİ OYRETDİ GAC GİZLEN WAPSAPİ BAGLA EL GULU ELİYİB SENİ ONU CİRARDİM İNWALLAH ODA CEZASİN ALAR xx.xx.2019, 12:02:34, +**********61, +**********28: Ac WAPSAPDA MENİ SOZUM VAR VAXT GELER BU SOZLERİMİN DE HESRETİN CEKERSEN PEWİMAN OLARSAN O GEH*** O GEH** COX PUL XERCLEME YENDE VEFASİZ CİXARLAR ETİBAR KİMİ xx.xx.2019, 03:19:25, +**********61, +**********28: SABAHİN XEYİR UREYİM GUYRUGUN GAPİ ARASİNDA GALANDA MENİM YANİMDA İDİN İNDİ İSLERİN YAXSİDİ MENİ GOYMUSAN BLOKA HEC BASA DUWMURSEN Kİ BUNUN AXİRİ NE OLACAG HELE OZUVU GOSTER O GEH** RESTORANLARA APAR AXİRİ GOR NE OLACAG MEN SENE YAS TUTMUWAM xx.xx.2019, 03:19:50, +**********61, +**********28: XOLODELNİKİM BOM BOSDU PULUM DA YOXDU GEDİM İRANDAN MAL GETİRİM SEN O GEH*** YEDİZDİR HER WEY AL YİG GABAGİNA ETİBAR KİMİ SİC*** AGZİVA xx.xx.2019, 06:12:39, +**********61, +**********28: PULLARİVİ BOS BOS DAGİDİRSAN GEH*** NENA DEYİR GİCDİLLAGDİ BU PULU HAVAYA SORUR SENİN AGLİN BASİNDAN CİXMASİN YADİNDAN CİXARTMA O AC GALİB RAZİNDEN GEDİB BORC ALİRDİM YEMAY BİWİRDİM BESDİ SEN MENE BELA ETMAYİVE PEWİMAN OLACAGSAN xx.xx.2019, 07:09:44, +**********61, +**********28: İGBAL GAYİT MENE VALLAH O RUS GEH*** SENE HECNE OLMAYACAG MENİ TEK GOYUB GETME PEWİMAN OLARİG İKİMİZDE OZDW İYRENMİSEN ONDAN ONUN SEVDİYİ GORUSDUYU VAR ÖZ TAY TUWUDU ONDAN SENE YAR OLMAZ xx.xx.2019, 19:20:59, +**********61, +**********28: MEN SENE ACİ CEKDİRMEDİM Aİ CEKDİRDİ İLKİN ELSAD ANAN TALEH RAFİG ETİBAR ÖZ ***** EREB MENE ELİYENE ALLAH ELİYİR MİLLET MENE HORMET EDİBKİ ALLAH RUZU VERİR BİZE xx.xx.2019, 19:26:04, +**********61, +**********28: YADİNDADİ MEN SENİN EVİVE GELENDE SEN Bİ GADİNDAN GİZLENİRDİN ZENG GELİRDİ CAVAB VERMİRDİN İNDİİ MENDEN GİZLENİRSEN BASGASİN TAPMİSAN SEN KİWİSEN SENİN AXİRİN NECA OLACAG BİLİRSEN MENSE BİLİREM O GEH*** ELA BİLİR POXUN İCİNDEN MUNCUG TAPİB DAY DEMİR GEH***YE ATİB MASİN SURURSEN YEDİYİVUZDE KİTAYLİNİN PULLARİDİ NEYİN VAR SENİN BİR AZDAN GO*** TUTUB GACACAG GEH*** HELE TEZE HEVESDİ xx.xx.2019, 22:41:05, +**********61, +**********28: WEKERSEN ÖLSEN HAMİ RAHATDİYAR GEDİB DEYACAM REİSE SEN NE GEDER ADAMA ATMİSAN HAMSİDA MENİM HEYETİMİ TANİYİR SEN GACİB GİRMİSEN HARASA MENDEN HESAB SORACAGLAR MEN GORXA GORXA NİYE YASAMALİYAM GOY ANAN GARDASİN NARAHAT YASASİN xx.xx.2019, 23:42:35, +**********61, +**********28: MENİM HAGGİMİ HALAL ETMEREM İT KİMİ GEBERECEYSEN MİW KİMİ GİZLENİRSEN ***** DALİNDA ELA BİLİRSEN BİLMİREM FASE BOKA BAXARSAN SENİN WEKİLLERİ BUTUN METROLARA VURMUSAM MOWENNİK MENE GELİB SİGARET ALDİRİR ADİVİ KİWİ GOYMA xx.xx.2019, 12:08:28, +**********61, +**********28: YAXSİ KİSİLER HAMSİ GOZ GABAGİNDADİ SENİ TANOYANDAN HAMİYA ATİRSAN ANANİ BİR İL DANİSDİRMADİN ANAN TALEH SENİ GESENG SALDİLAR Tora xx.xx.2019, 21:00:21, +**********61, +**********28: MEN SENİN BORCLULARİN GABAGİNA CİXAN HALM VAR? xx.xx.2019, 21:00:30, +**********61, +**********28: NE VAXT KİSİ OLACAGSAN ? BİRAZDAN TAHİRDA GELER KAZAKSTANDAN 150MİN DOLLARA GORE MENİM EVİMİ SOXMUSDUN ONUDA OZUN GACİB GİZLENİRSEN MEN BİLİREM NEYNEMEK LAZİMDİ GORXA GORXA YASAMAYACAM Kİ xx.xx.2019, 15:50:57, +**********61, +**********28: HAMİ SİZE GULUR KİTAYLİNİN TUKLU ***** GECA GUNDUZ YALADİN PULUN ATDİN İNDİ ZİVERE TOY EDİRSEN xx.xx.2019, 14:14:01, +**********39, +**********28: bura bax men senin nazinla cox oynadim, ne vermiwem pulumu qetir catdir. sen mawenik olmaqini bildim,tak cto qetirib vermesen qedib erize yazacam verecem bantitizmaya.senin kimi werefsizler niye menim evime qirib meni aldatmalidi. Pulumu qonder yoxsa yaxwi qurtarmaz . qinder taksiyle.o qeder cvidetelde var qirib cixmisan bize meni aldadib pulumu yemisen . cox alcaq mindar adamsan. sen ancaq turmede curumelisen xx.xx.2019, 02:42:20, +**********39, +**********28: erizenide Nesimiye verecem. senı butun bakı tanıyır mawenık. men ersız arvad ıkı yetım boyudurem . kopukde qoymaram sende. pulumu qaytar. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus +**********85 saylı ((68 (altmış səkkiz) zəng)), Zərərçəkmiş şəxs2 məxsus +**********42 saylı ((47 (qırx yeddi) zəng)) və X52 məxsus +**********14 saylı ((127 (yüz iyirmi yeddi) zəng)) mobil telefon nömrələri arasında istintaq əhəmiyyəti kəsb edən dövr ərzində zəngli danışıqların baş tutması müəyyən edilmişdir. Təqdim olunmuş məlumatlara əsasən +**********61 saylı mobil telefon nömrəsinin ünvan 27 ünvanında yaşayan Şahid5 məxsus olması müəyyən edilmişdir. (cild 03, iş vərəqə 62-65) İş materiallarında olan “Elektron notariat” X2 çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 14 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisinə müraciət edərək arvadı Həsənli (Salyamova) Elvira Faridovnanın adına olan "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347-48-ci məhəllə, giriş 2, mərtəbə 187-də yerləşən 282 saylı mənzilin müqaviləsinin istənilən şəxsin adına dəyişidirilməsinə və sənədləşməsinə etiraz etmədiyini göstərmişdir. (cild 02, iş vərəqə 21) İş materiallarında olan “Elektron notariat” X2 çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2019-cu il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisinə müraciət edərək dostu Təqsirləndirilən şəxs2 X10 yerləşən bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, əqdlər bağlamağı, Daxili İşlər Nazirliyində və digər dövlət qurumlarında, bank orqanlarında əmlakı, pulu, əmanəti almağı, bank orqanında hesablar üzrə sərəncam verməyi, BƏƏ-nin bütün dövlət və qeyri-dövlət orqanlarında istənilən məzmunda ərizə verməyi, işləri aparmağı və digər hərəkətlər etməyi etibar etmişdir. (cild 02, iş vərəqə 26) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosundan daxil olmuş 17 mart 2021-ci il tarixli 021-3430-1221 nömrəli məktubdan məlum olmuşdur ki, İNTERPOL-in Baş Katibliyinin “e-ASF” avtomatlaşdırılmış axtarış sistemindən alınan məlumata əsasən, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 etibarsız çekdən istifadəyə görə X7 hüquq-mühafizə orqanları tərəfindən xx.xx.2017-ci il tarixdən Federal Cinayət Məcəlləsinin 401/1-ci maddəsilə İNTERPOL kanalları ilə beynəlxalq axtarışa elan olunmuşdur. (cild 02, iş vərəqə 37) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 27 sentyabr 2021-ci il tarixli 007-12327- 1221 nömrəli məktubdan və ona qoşma edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 BMCMİ-nə müraciət edərək 980000 ABŞ dolları məbləğində pulunun X26 tərəfindən birgə iş qurmaq adı ilə alınıb ələ keçirildiyini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 X7 Dubay şəhərindən qızıl-zinət əşyalarının Azərbaycan Respublikasına gətirilməsi və satışını təşkil etmələri barədə 2016-cı ildə tanışı İlkin Əliyevlə razılaşaraq hissə-hissə sonuncuya 550000 ABŞ dolları dəyərində həmin əşyaları göndərmişdir. İlkin Əliyev qızıl-zinət əşyalarının müəyyən hissəsini sataraq 230000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs1 ödəmiş, lakin həmin əşyaları satdığı digər şəxslərdən pulunu tam toplaya bilmədiyindən borca görə tərəflər arasında mübahisə yaranmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs1 tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirmişdir. (cild 03, iş vərəqə 233-234) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olmuş 31 avqust 2021-ci il tarixli 1000-154/***-*******57 nömrəli məktubdan və ona qoşma edilmiş 03 oktyabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həqiqətən də qeyd edilən dövlət qurumu tərəfindən ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 külli miqdarda dəyərə malik mobil telefon aparatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 03, iş vərəqə 151-153) İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 01 fevral 2021-ci il tarixli 362 nömrəli aktdan görünür ki, həkim müayinəsinin rəyinə əsasən Təqsirləndirilən şəxs1 qeyd edilən tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması məlum olmuşdur. (cild 02, iş vərəqə 124) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs5 61200 (altmış bir min iki yüz) manat maddi ziyan və 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumunun məbləğinin Təqsirləndirilən şəxs1 tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Salyamova (Həsənli) Elvira Faridovna 55000 (əlli beş min) manat maddi ziyan və 256 (iki yüz əlli altı) manat dövlət rüsumunun məbləğinin Təqsirləndirilən şəxs1 tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 133519 (yüz otuz üç min beş yüz on doqquz) manat maddi ziyan və 424 (dörd yüz iyirmi dörd) manat dövlət rüsumunun məbləğinin Təqsirləndirilən şəxs1 tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların ifadələri özlərini müdafiə xarakteri daşıyaraq, həqiqəti əks etdirməməklə, 15 iyul 2021-ci il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2021ci il tarixli 8/1916, 9/5762 nömrəli rəyi, 13 yanvar 2022-ci il tarixdə təyin edilmiş məhkəmətibbi ekspertizasının 10 mart 2022-ci il tarixli 93 nömrəli rəyi14 fevral 2022-ci il tarixdə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli 6/953 nömrəli rəyi, 04 fevral 2021-ci il tarixli baxış protokolu, 08 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolu, 14 iyul 2021-ci il tarixli dindirmədə üzləşdirmə protokolu, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan 19 fevral 2022-ci il tarixli üzləşdirmə protokolu, Zərərçəkmiş şəxs1 02 dekabr 2020-ci il tarixdə təqdim etdiyi sənədlərə baxış keçirilməsi barədə protokol, Zərərçəkmiş şəxs7 19 avqust 2021-ci il tarixdə təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında protokol, Zərərçəkmiş şəxs6 23 sentyabr 2021-ci il tarixdə istintaq orqanına təqdim etdiyi bir ədəd CD-R diskə baxış keçirilməsi barədə protokol, Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdə təqdim etdiyi bir ədəd CD-R diskə baxış keçirilməsi haqqında protokol, Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD-R diskə 30 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokol, Zərərçəkmiş şəxs6 07 fevral 2022-ci il tarixdə təqdim etdiyi bir ədəd bağlamaya baxış keçirilməsi barədə protokol, “Elektron notariat” X2 çıxarışı, telefon danışıqlarına baxış keçirilməsi barədə protokollar və digər mötəbər sübutlarla tam təkzib edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən məhkəməyə təqdim edilmiş yaddaş qurğusunda olan səs yazılarına və sənədlərə iş üzrə digər sübutlarla birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin materiallarda Təqsirləndirilən şəxs2 təqsirsizliyinə dəlalət edən hər hansı sübuta rast gəlinmir. Məhkəmə tərkibi, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri AR CM-in 178.3.2, 186.1, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Qeyd edilən Plenum Qərarına əsasən, əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüquqi tövsifi xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq şərti maliyyə vahidinin bir min mislindən az olduqda təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-cimaddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs1 AR CM-in 178.3.2, 186.1, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 olduğu yer məlum olmadığından 18 fevral 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 31 mart 2021-ci il tarixdə icraat təzələnmiş, 01 aprel 2021-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 22 may 2021-ci il tarixdə icraat təzələnməklə istintaq davam etdirilərək, həmin tarixdə icraat eyni əsasla dayandırılmışdır. 13 iyul 2021-ci il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmiş, 13 iyul 2021-ci il tarixdə cinayət işinin icraatı təzələnməklə istintaq davam etdirilmişdir. (cild 01, iş vərəqə 221-22; cild 02, iş vərəqə 74-75, 94-95, 180-181, 201-202, 221) Belə olan halda, AR CM-in 75-ci maddəsinin müddəalarına əsasən, Təqsirləndirilən şəxs1 01 fevral 2021-ci il tarixdə törətməklə təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan AR CM-in 186.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə:88) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 04, iş vərəqə:99) Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə şikayət, tələbinin olmamasını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş elektron sorğudan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X27 və xx.xx.2020-ci il təvəllüdlü X17 olmaqla iki azyaşlı uşağı vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinə Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı hər hansı şikayəti, tələbi, iddiası yoxdur, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə AR CM-in 59.1.14-cü maddəsinə əsasən, ziyanın qismən ödənilməsini (Zərərçəkmiş şəxs3 dair hissədə) Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-in 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, AR CM-in 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın özünə aid hissədə tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və AR CM-in 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. AR CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunarkən, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası AR Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, 61200 (altmış bir min iki yüz) manat maddi ziyan, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 276 (iki yüz yetmiş altı) manat məbləğində pul, ümumilikdə 61476 (altmış bir min dörd yüz yetmiş altı) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, Zərərçəkmiş şəxs5 ödənilməlidir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Salyamova (Həsənli) Elvira Faridovna tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Salyamova (Həsənli) Elvira Faridovna tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, 55000 (əlli beş min) manat maddi ziyan, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 256 (iki yüz əlli altı) manat məbləğində pul, ümumilikdə 55256 (əlli beş min iki yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, zərərçəkmiş şəxs X12 ödənilməlidir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, 133519 (yüz otuz üç min beş yüz on doqquz) manat maddi ziyan, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 424 (dörd yüz iyirmi dörd) manat məbləğində pul, ümumilikdə 133943 (yüz otuz üç min doqquz yüz qırx üç) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pul vəsaitindən 75 manat pul Təqsirləndirilən şəxs1, 75 manat pul isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 02 dekabr 2020-ci il tarixdə, Salyamova (Həsənli) Elvira Faridovnanın isə 19 avqust 2021-ci il tarixdə istintaq orqanına könüllü təqdim etdiyi sənədlər; Zərərçəkmiş şəxs6 23 sentyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs4 30 yanvar 2022-ci il tarixdə istintaq orqanına könüllü təqdim etdikləri ümumilikdə 03 (üç) ədəd disk, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun 30 aprel 2021-ci il tarixli qərarı əsasında "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən götürülmüş ümumilikdə 02 (iki) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalı, Bakı Şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Zərərçəkmiş şəxs6 07 fevral 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi 64 (altmış dörd) ədəd brilyant qaşlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs6 geri qaytarılmalı, Zərərçəkmiş şəxs1 məxsus “AUDİ-Q7” markalı 10CT050 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs3 məxsus “BMW 760İ” markalı 99UF303 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs4 məxsus “BMW 540” markalı 90RG640 dövlət qeydiyyat nişanlı minik avtomobillərinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(011)- 298/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 219; cild 03, iş vərəqə 38-41) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(011)-443/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 04, iş vərəqə 45; 80-86) Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs2 barəsində AR CM-in 70-ci maddəsi tətbiq edildiyindən, onun 12 oktyabr 2021-ci il tarixdən hökmün elan edildiyi vaxtadək həbsdə saxlanıldığı müddət nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona AR CM-in 178.3.2-ci maddəsi ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 186.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 221.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, ümumilikdə 61476 (altmış bir min dörd yüz yetmiş altı) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Salyamova (Həsənli) Elvira Faridovna tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia tam təmin edilsin, ümumilikdə 55256 (əlli beş min iki yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, zərərçəkmiş şəxs Salyamova (Həsənli) Elvira Faridovnaya ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia tam təmin edilsin, ümumilikdə 133943 (yüz otuz üç min doqquz yüz qırx üç) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 02 dekabr 2020-ci il tarixdə, Salyamova (Həsənli) Elvira Faridovnanın isə 19 avqust 2021-ci il tarixdə istintaq orqanına könüllü təqdim etdiyi sənədlər; Zərərçəkmiş şəxs6 23 sentyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs4 30 yanvar 2022-ci il tarixdə istintaq orqanına könüllü təqdim etdikləri ümumilikdə 03 (üç) ədəd disk, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən götürülmüş ümumilikdə 02 (iki) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın, Bakı Şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Zərərçəkmiş şəxs6 07 fevral 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi 64 (altmış dörd) ədəd brilyant qaşlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs6 geri qaytarılsın, Zərərçəkmiş şəxs1 məxsus “AUDİ-Q7” markalı 10CT050 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs3 məxsus “BMW 760İ” markalı 99UF303 dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs4 məxsus “BMW 540” markalı 90RG640 dövlət qeydiyyat nişanlı minik avtomobillərinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-113/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-113/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver