Məhkəmə qərarları › İş №1(101)-113/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-113/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-113/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamin əldə edib saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,102 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini sol tərəfindən asdığı kiçik ölçülü, qara rəngli dəri çantanın içində, külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini isə idarə etdiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerində gizlədərək saxlamaqla daşımış, 23 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb idarə eldiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet" markalı avtomobili ilə birlikdə həmin idarəyə gətirilmiş, orada 23 iyul 2022-ci il tarixdə saat 01:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sol tərəfindən asdığı kiçik ölçülü, qara rəngli dəri çantanın içindən külli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,102 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həmin tarixdə saat 02:40 dəqiqədən etibarən idarə etdiyi “Chevrolet” markalı avtomobilində baxış keçirilərkən həmin avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerindən külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıdığı və avtomobilində saxladığı ümumilikdə təmiz çəkisi 815 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 245,102 qram olmaqla külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, axşam saat 11-də Badamdar şossesi, ev 148 ünvanında yerləşən evinə gəldikdə həmin vaxt polislər evə daxil olmuşdur. Bu zaman evdə həyat yoldaşı və 16 yaşlı oğlu olmuşdur. Evdə polislərlə söz-söhbət olmamış, ancaq oğlu qışqırmışdır. O da polislərə “çıxın evdən mən sizlə razılaşaram” demişdir. Onu maşına əyləşdirib idarəyə aparmışlar. Polis əməkdaşları evində olan 4 ədəd kameranı götürmüşlər, sonra açıq vəziyyətdə qaytarmışlar, amma görüntülər qalmamışdır. Qara çanta üzərində olmamış, mətbəxdə olmuşdur. O, narkotik vasitə istifadəçisidir, saxlanılan zaman üzərində 1 qram kokos, 5 qram metamfetamin olmuşdur. Narkotiklərin hamısını bir yerdən Kubinka ərazisindən həmin gün almışdır. 5 qramı 10-15 gün ərzində istifadə edir, 25 manata almışdır. Yoldaşına məxsus qırmızı rəngli “Chevrolet” markalı maşını həyat yoldaşı özü idarə edir, o həmin maşını sadəcə həftədə 1-2 dəfə “moykaya” aparmış, sonuncu dəfə hadisədən bir həftə əvvəl yuduzdurmuşdur. Öz maşını vardır, həmin gün avtomobili xalasıgilin qapısına qoymuşdur. Ona hər hansı bir fiziki təzyiq olmamış, amma təhdid olunmuşdur. O, sənədlərə qol çəkmək istəməmiş, onu eviylə, yoldaşıyla təhdid etmişlər. Nəcəf adlı polis əməkdaşı “yoldaşını gətirəcəyik” demiş, bu səbəbdən narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metafetamin istifadəçisidir. Təxminən 4 ay öncə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə psixotrop maddə olan metafetamin almaq istədiyi tanımadığı şəxslərin vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olduğunu ona deyən “Baba” adlı şəxs ilə tanış olmuşdur. O, həmin şəxslə daima “Watsap” sosial mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Onun işi “Baban”ın tapşırığı ilə və şəklinin vatsap vasitəsi ilə göndərdiyi yerlərdən narkotik və psixotrop maddələri götürüb onun dediyi ünvanalara çatdırmaq bir növ kuryerlik fəaliyyətindən ibarət olmuşdur. O, gördüyü işin müqabilində “Baba”dan ona məxsus olan “4169 7385 4125 0852” seriyalı kartına göndərdiyi müxtəlif məbləğləri almışdır. Onun göstərdiyi xidmətdə qazancı ona məxsus həmin karta vurulan pullar olmuşdur. O “Baba” üçün işlədiyi yəni, narkotik və psixotrop maddələrin dövriyyəsini təşkil etdiyi 4 ay ərzində cəmi 4000 manat pul qazanmışdır. Həmin məbləği yalnızca şəxsi məsrəflərinə sərf etmiş və bu fəaliyyəti barədə ailə üzvlərinə və ya bir başqa şəxsə ümumiyyətlə məlumat verməmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 22 iyul 2022-ci il tarixdə saat 22 radələrində “Baba” ona vatsapla zəng edib əvvəl də narotik vasitə götürdüyü “Köhnə Avtovağzal”ın yaxınlığındakı körpünün altında əkilmiş şam ağacının altında üzəri 2 rəqəmi yazılmış qara sellofan torbada iki ədəd büküm olduğunu və həmin bükümləri götürüb özünün deyəcəyi Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ünvanlara çatdırmağını tapşırmışdır. O da onun dediyi yerdən həmin bükümlər olan qara sellofan torbanı götürmüş və torbanın üzərinə 2 rəqəmi yazıldığını görmüş, həmin torbanın içini açıb baxan zaman içindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd psixotrop maddə metafetamin bükümü olduğunu görmüşdür. Həmin metafetamin bükümdən bir hissəsini götürüb 01 ədəd sellofan bükümə tökərək şəxsi istifadəsi üçün çiynindən asdığı qara rəngli dəri çantanın içinə qoymuşdur. Digər bükümləri isə üzərinə 2 rəqəmi yazılmış qara sellofan torbaya büküb idarə etdiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilinin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerində gizlədərək saxlamışdır. Sonra həmin bükümlərlə birlikdə hərəkət edərək yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu 48 saylı evin yaxınlığına gəlib avtomobildən enərək “Baba”nın hansı ünvanlara gedəcəyini deməsini gözləməyə başlamışdır. 23 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində yaşadığı evin yaxınlğında piyada gəzən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirib onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarə etdiyi “Chevrolet” markalı avtomobili ilə birlikdə həmin idarənin inzibati binasına gətirmişdirlər, avtomobilini isə duracağa yerləşdirmişdirlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona X3 müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişdirlər. Baxış keçirilən zaman o, özü sol tərəfindən asdığı, kiçik ölüçülü, qara rəngli dəri çantasının içindən 01 ədəd sellofan bükümdəki ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetamini çıxarıb təqdim etmişdir. Sonra isə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli qısa şalvarının sol yan cibində 01 ədəd “Samsung” markalı telefon, həmin qara rəngli dəri çantanın içindən “5261 6333 3572 5447” və “4169 7385 4125 0852” seriyalı plastik bank kartları, sürücülük vəsiqəsi, 179(yüz yetmiş doqquz) manat pul, 01 cüt ağ rəngli telefon qulaqcığı və 01 ədəd avtomobil açarı aşkar olunmuşdur. Həmin psixotrop maddənin qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkisi ölçülmüş və çəkisi 6 qram olmuşdur. Təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış, zərfin üzərinə o da imza etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon, bank kartları, sürücülük vəsiqəsi götürülmüş, digər əşyalar və 179 manat nəğd pul ona geri qaytarılmışdır. Sorğu zamanı o idarə etdiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilində narkotik vasitə və psixotrop maddə saxladığını həmin maddələri təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını qeyd edib bu barədə ərizə yazmışdır. Sonra isə avtomobilin olduğu yerə gedib onun, vəkilin və digərlərinin iştirakı ilə idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bu zaman o, idarə etdiyi “Chevrolet” markalı avtomobilinin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerindən üzərinə 2 rəqəmi yazılmış qara sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin kütləsi və 01 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetamin kütləsi aşkar edilmişdir. Həmin kütlələrdən metafetamin eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 244 qram olmuşdur. Sonra isə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 815 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılmış, sonra isə avtomobilə əlavə baxış keçirilmiş və iş üzrə əhəmiyyək kəsb edəcək başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı üzərindən və avtomobilindən aşakar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikası vətəndaşı olduğunu ona deyən “Baba” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ünvanlara çatdırıb pul qazanmaq üçün əldə etdiyini, ümumilikdə 4 aydır ki, narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini və ümumilikdə bu fəaliyyətindən 4000 manat qazanc əldə etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında maşının yaxınlığında saxlanılaraq baş idarəyə gətirilmişdir. Üzərində olan çantadan bir büküm narkotik vasitə metamfetamin aşkar olunmuş, özü iranlıdan əldə etdiyini, qalan hissəsinin maşınında olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilmiş və oturacağının arxa hissəsindən 1 kiloqrama yaxın narkotik vasitə heroin və metamfetamin götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmış, özü tam səmimi etiraf etmiş, heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşüb evinə tərəf hərəkət edərkən saxlanılmış və avtomobil özü ilə bir yerdə idarəyə aparılmışdır. Avtomobilin kimə məxsus olması yadında qalmamış və avtomobildə kamera olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. Etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında 23 iyul 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1la birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 00:10-da ünvan 2 ünvanının yaxınlığında qırmızı rəngli, “Chevrolet” markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilinin qarşısında saxlanılaraq avtomobili ilə birlikdə BNMİ-nin inzibati binasına həyətinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən inzibati binaya aparılmış və ora vəkil X5 dəvət olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman videoçəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, digərlərinin və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sol tərəfindən asdığı, kiçik ölüçülü, qara rəngli dəri çantasının içindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içindən ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Sonra isə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli qısa şalvarının sol yan cibində 01 ədəd "Samsung” markalı telefon, həmin qara rəngli dəri çantanın içindən “5261 6333 3572 5447” və “4169 7385 4125 0852” seriyalı plastik bank kartları, sürücülük vəsiqəsi, 179 (yüz yetmiş doqquz) manat pul, 01 cüt ağ rəngli telefon qulaqcığı və 01 ədəd avtomobil açarı aşkar olunmuşdur. Həmin psixotrop maddənin qabşaldırma ilə birlikdə elektron tərəzidə çəkisi ölçülmüş və çəkisi 6 qram olmuşdur. Təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış zərfin üzərinə o da imza etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon, bank kartları, sürücülük vəsiqəsi götürülmüş, digər əşyalara və 179 manat nəğd pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilində narkotik vasitə və psixotrop maddə saxladığını həmin maddələri təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını qeyd edib bu barədə ərizə yazmışdır. Sonra isə avtomobili olduğu yerə gedib onun, Təqsirləndirilən şəxs, vəkilin və digərlərinin iştirakı ilə idarə etdiyi qırmızı rəngli, “Chevrolet” markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerindən üzərinə 2 rəqəmi yazılmış qara sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələrdən metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 244 qram olmuşdur. Sonra isə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 815 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılmışdır. Sonra isə avtomobilə əlavə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metafetaminə bənzər kütləni İran İslam Respublikası vətəndaşı olduğunu ona demiş “Baba” adlı şəxsin vatsapla zəng edib verdiyi tapşırıq ilə 22 iyul 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Köhnə Avtovağzal”ın yaxınlığındakı körpünün altından götürüb və “Baba” adlı şəxsin deyəcəyi müxtəlif ünvanlara çatdırıb pul qazanmağı üçün əldə etdiyini, ümumilikdə 4 aydır ki, narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini və ümumilkdə bu fəaliyyətindən 4000 manat qazanc əldə etdiyini bildirmişdir (İ cild, səh. 123- 125). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsin Səbail rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında şəxs tərəflərindən saxlanılmışdır. Səbail rayonu ərazisində avtomobilinin yaxınlığında təxminən gecə vaxtı saat 12-dən sonra saxlanılaraq avtomaşınla birlikdə baş idarəyə aparılmışdır. Daha sonra üzərinə şəxsi axtarış BNMİ-nin xidməti otağında keçirilmiş, üzərinə baxış zamanı üzərində olan bir büküm metamfetamini təqdim etmişdir. Özü avtomobildə də narkotik vasitə saxladığını bildirmiş, daha sonra videoçəkiliş keçirilərək avtomobilə baxış keçirilmiş, oradan psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı fiziki zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 88- 90). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibb bacısı vəzifəsində işləyir, Təqsirləndirilən şəxs arvadıdır. İyulun 22-si gecə saat 1-ə işləmiş 5-6 nəfər yaşadıqları evə daxil olmuş və evi axtarmağa başlamışlar. Yoldaşına qışqırmışlar, o da onlara qışqırmış, həmin vaxt ona sakit durmasını demişlər. Sonra Zaurun əllərini bağlayıb, əllərinin üzərinə dəsmal atıb aparmışlar. Evdən kameraları çıxartmışlar, onun maşınının açarını və telefonunu götürmüşlər, 1 saatdan sonra gəlib maşını da aparmışlar. Kamera küçəni müşahidə etmiş, onun maşını olan yeri çəkmişdir. Zaurun avtomobili evin qabağında olmuşdur. Ona məxsus telefonu və avtomobili 2 gün sonra vermişlər. Avtomobili o özü idarə etmiş, Zaurun isə öz maşını olmuş, onun maşınına ehtiyacı olmamışdır. Yoldaşının narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamış, evə girəndə bükülü kağız görmüş və o zaman bilmişdir. Polis əməkdaşı yoldaşının narkotik vasitədən istifadə etdiyini bildirmiş, ona görə də axtarmışlar, amma heç nə tapmamışlar. Polis əməkdaşlarının evlərinə daxil olmaları ilə bağlı şikayət etməmişdir. Onu polisə aparmamışlar. 10.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Yaşadıqları evdə oturarkən birdən 5-6 nəfərin içəri daxil olduqlarını görmüşlər, atasını tutub 145 nömrəli avtomobillə aparmışlar. Atasının çantasını axtarmışlar. İki gündən sonra zəng etmişlər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə yaxınlaşsınlar. Atasının qolunu qandallayıb aparmışlar, hətta görsənməsin deyə əlinin üstünə dəsmal atmışlar. Evlərində axtarış aparmışlar, kamera və maşının içindəki qeydiyyat kamerasını götürmüşlər. Həmin şəxslər iki maşınla olmuşlar, atasını da öz maşınları ilə aparmışlar. Bir saatdan sonra gələrək həyətdən anasına məxsus maşını da aparmışlar. Onun atasının narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2022-ci il tarixli, 6/3998 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə:-üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd selofan bükümdə təmiz çəkisi 5,102 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd selofan bağlamada təmiz çəkisi 815 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, l(bir) ədəd selofan bağlamada təmiz çəkisi 240 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Təqdim olunmuş l(bir) ədəd selofan bükümdə və l(bir) ədəd selofan bağlamada olan metafetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı 1) siyahısına daxildirlər. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in (Siyahı 1) siyahısına daxildirlər. (İ cild, səh. 47-52). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 26 sentyabr 2022-ci il tarixli, 5499 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbul edilməsi nəticəsində yaranan asıılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 137-138). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs sol çiynindən asdığı, kiçik ölüçülü, qara rəngli dəri çantasının içindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin 01 ədəd sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi görünüşlü və quruluşlu ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 6 qram olmuşdur (İ cild, səh. 29-33). 14.«Avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 23 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilinə axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerində gizlətdiyi üzərinə 1 ədəd qara rəngli, üzərində 2 rəqəmi yazılmış qara sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələrdən metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 244 qram olmuşdur. Sonra isə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 815 qram olmuşdur (İ cild, səh. 36-37). 15."xxxx" ASC və "xxxx" ASC-dən daxil olan sənədlərə baxış keçirilməsi haqqında» 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC və "xxxx" ASC-dən daxil olan məktuba əlavə edilmiş kart hesabından çıxarışa baxış keçirilmişdir. "xxxx" ASC daxil olan məktuba əlavə edilmiş kart hesabından çıxarışa baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: “4169 7385 4125 0852” seriya nömrəli "xxxx" “Umico” adlı plastik kartın çıxarışından görünür ki, həmin plastik kartın hesabına 01 yanvar 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixdək olan müddət ərzindən müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul mədaxil və məxaric olmuşdur. "xxxx" ASC daxil olan məktuba əlavə edilmiş kart hesabından çıxarışa baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: “5261 6333 3572 5447” seriya nömrəli "xxxx" adlı plastik kartın çıxarışından görünür ki, həmin plastik kartın hesabına 01 yanvar 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixdək olan müddət ərzində cəmi bir bank əməliyyatı aşkar edilmişdir (İ cild, səh. 136). 16.«Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında» 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 814,950 qram olan narkotik vasitə heroin və ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 245,002 qram metafetamin maddi sübut hesab edilərək saxlanması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 154). 17.«Sübutların qiymətləndirilməsi haqqında» 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş 01 ədəd “4169 7385 4125 0852” seriya nömrəli "xxxx" “Umico” adlı və 01 ədəd “5261 6333 3572 5447” seriya nömrəli "xxxx" adlı plastik kartlar maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 143-152). 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). 19.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2022-ci il tarixli, 4(009)-271/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 78-81). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Səbail Rayon Xalq Məhkəməsinin 01 may 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1 hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Xalq Məhkəməsinin 31 dekabr 1997-ci il tarixli qərarı ilə 08 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 2.Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2 hissəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur (İ cild, səh. 83-84). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Həmin Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 31.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 32.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metafetaminin, avtomobildən aşkar edilmiş psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin çəkiləri «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 33.Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla ekpert rəyi və istintaq hərəkətinin protokolları, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. 34.Məhkəmə iclasında təqsirləndirilən şəxs psixoloji təzyiqin tətbiqi altında-arvadının da polis tərəfindən narkotik istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb ediləcəyi, həyat yoldaşının polis bölməsinə gətiriləcəyi hədəsi nəticəsində etirafedici ifadə verdiyini bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 35.Təqsirləndirilən şəxs onun üzərinə keçirilmiş şəxsi axtarış və götürülmə aparılmasını, avtomobilə baxış keçirilməsi və götürmə aparılmasını əks etdirən video görüntüdən əlavə ibtidai istintaq zamanı ifadəsində psixotrop maddə metamfetaminin və heroinin ona aid olduğunu bildirmişdir. 36.Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəməyədək icraatda təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə etirazını bildirməmiş, iş materiallarında etiraz etməsi və bu sübutun psixi zorakılıq nəticəsində əldə edilməsi barədə vəsatət qaldırmamış, yalnız məhkəmə baxışında bu hal irəli sürülsə də müdafiə tərəfinin zorakılığın mövcud olması, bu sübutun psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiası təsdiq olunmamışdır. 37.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis idarəsində psixoloji təzyiqə, hədəyə məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda (cild 1, səhifə 159) təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. 38.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 39.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 41.Məhkəmə qeyd edir ki, psixoloji təzyiqə, hədəyə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 42.Belə ki, məhkəmənin suallarına cavabında şahid təqsirləndirilən şəxsin arvadı polis bölməsinə çağırılmadığını, polis bölməsində olmadığını və ora ümumiyyətlə gətirilmədiyini bildirmişdir. Göründüyü kimi sadalanan halların olmaması məhkəmədə təqsirləndirilən şəxsin iddia etdiyi təzyiqin, hədənin mövcud olması şübhəsi yaratmağa əsas vermir. 43.Məhkəmə üzərində hər hansı miqdarda psixotrop maddənin polis əməkdaşlarının hədəsi - psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan metamfetamini təqdim etməsi, avtomobilində heroinin və psixotrop maddənin olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun, «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» protokolun və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan və avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 44.Məhkəmə həmçinin təqsirləndirilən şəxsin arvadı və oğlunun ifadəsinə münasibətdə qeyd edir ki, onlar təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla onun xeyrinə ifadə vermələri istisna olunmur. 45.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 46.Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda - narkotik vasitə heroini və psixotrop maddə metafetamini əldə edib, saxlaması və daşıması onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. 47.Beləliklə, məhkəmə ibtidai istintaq dövründə toplanmış, məhkəmə tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 48.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 49.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 52.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsində əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 56.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Xalq Məhkəməsinin 01 may 1997-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2000-ci il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 57.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 58.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 59.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 60.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 61.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 62.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 63.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 64.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 23 iyul 2022-ci il tarixdən hesablanmalıdır. 65.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. 66.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 68.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 814,950 qram çəkidə narkotik vasitə heroin və 245,002 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, avtomobilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 01 ədəd “4169 7385 4125 0852” seriya nömrəli "xxxx" “Umico” adlı və 01 ədəd “5261 6333 3572 5447” seriya nömrəli "xxxx" adlı plastik kartlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. 69.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 70.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 71.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 72.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 73.Müdafiəçi Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 74.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 75.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 814,950 qram çəkidə narkotik vasitə heroin və 245,002 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd “4169 7385 4125 0852” seriya nömrəli "xxxx" “Umico” adlı və 01 ədəd “5261 6333 3572 5447” seriya nömrəli "xxxx" adlı plastik kartlar Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar