Məhkəmə qərarları › İş №1(101)-113/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-113/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-113/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11,181.3.2 və 181.3.3-cü maddələrində, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyarda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra təsviri əsaslandırıcı hissədə– CM) 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, quldurluqla əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, 2023-cü ilin yanvar ayından etibarən Bakı şəhərində, üç il əvvəl tanış olub münasibət saxladığı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olmaqla istənilən şəxsi yüksək vəzifələrə təyin etdirə bilən şəxs kimi təqdim edib, sonuncunun tanıdığı, istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsi 300 000 (üç yüz min) manat müqabilində tanışları vasitəsi ilə vəzifəyə düzəldib qazanc əldə edəcəklərini yalan vəd verərək həmin pulu gətirməsini tapşırıb bu barədə onunla razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs1 öldürmək, gətirəcəyi pulu quldurluq yolu ilə ələ keçirmək və meyitini quyuya atıb suda batırmaqla cinayətin izini itirmək barədə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, cinayətin törədilməsi və onun gizli qalmasını təmin etmək üçün plan hazırlayaraq əlverişli yer kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivində, içərisində su quyusu olan, yoldan kənarda, ətrafında yaşayış evlərinin olmadığı yerdə yerləşən bağ sahəsi tapmağını, habelə Zərərçəkmiş şəxs1 başına vurub xəsarət yetirərək öldürməkdən ötrü şampan butulkası almasını, öldürdükdən sonra meyitini quyuya atıb suda batırması üçün dəmir tor, dəmir kəsən qayçı, ülgüc və ip almağı tapşırmış, 2023-cü ilin yanvar ayından aprel ayınadək olan müddətdə qrup üzvü Təqsirləndirilən şəxs2 bu məqsədlə qeyd olunan ərazidə bağ sahəsi axtararaq cinayətin törədilməsinə əlverişli məkan kimi Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən 3657 saylı bağ sahəsini tapıb bu barədə ona məlumat verdikdən, eləcə də dəmir tor, dəmir kəsən qayçı, ülgüc və ip alaraq əvvəlcədən həmin bağ sahəsində yerləşdirməsi üçün ona verməsindən sonra, 6 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nərimanov rayonu ərazisində, sonuncunun evinin yaxınlığında görüşərək əvvəlcədən razılaşdıqları kimi işə adam düzəltməklə bağlı verəcəyi pulu gətirib guya işi həll edən, əslində isə mövcud olmayan şəxslərə göstərməli olduğunu bildirib onu aldadaraq, həmin gün saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində görüşəcəkləri barədə razılaşmış, qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə onun istifadəsində olan “X46” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanın qarşısına gedib orada Təqsirləndirilən şəxs2 arxa oturacağa keçməyi tapşıraraq avtomobili özü idarə etmək üçün sükan arxasına keçmiş, Zərərçəkmiş şəxs1la görüşüb onu avtomobildə sürücünün yanında olan qabaq oturacaqda əyləşdirmiş və sonuncunun əlində qara çantada pul gətirdiyini gördükdən sonra avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən 3657 saylı bağ sahəsinin qarşısına sürüb saat 20 radələrində orada, idarə etdiyi avtomobilin içərisində, həyata keçirmək niyyətində olduqları külli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə quldurluq cinayətinin törədilməsini gizlətmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib qəsdən öldürmək məqsədi ilə əvvəlcədən Təqsirləndirilən şəxs2 aldırıb avtomobildə saxladığı, silah qismində istifadə etdiyi şüşə materialdan hazırlanmış şampan butulkası ilə qəsdən onun baş-alın nahiyəsinə iki zərbə, daha sonra isə avtomobildən dartıb yerə salıb sürüyərək əlavə bir neçə zərbə vurub xüsusi əzab verməsini dərk edərək, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, xüsusi əzabverici üsulla, qrup tərkibində xüsusi fəallıq göstərərək ona canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olan - sağ göz yuvasının bayır kənarının qançırı, çənə və hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın arxa səthinin sıyrıqları, həmçinin sonuncuya onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan - baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, baş beyinin alın, sol təpə və ənsə paylarının subdural hematomasına (beyinin sərt qişası altına qanın yığılmasına) səbəb olan alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan, alın nahiyəsinin 2 (iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd olmaqla cəmi 5 (beş) ədəd əzilmiş-cırılmış yaraları kimi ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmək məqsədi ilə və quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra cinayətkar niyyətini davam edib törətdikləri cinayətin izini itirmək üçün Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun meyitini yerlə sürüyüb bağ sahəsinin içəri hissəsinə apararaq sinəsinə dəmir tora keçirilmiş daş bağlayıb bağ sahəsinin həyətindəki su quyusuna atdıqdan sonra Zərərçəkmiş şəxs1 özünə məxsus 15 000 (on beş min) manat, sonuncunun dostu Zərərçəkmiş şəxs2 məxsus 285 000 (iki yüz səksən beş min) manat olmaqla, ümumilikdə çantasında gətirdiyi 300 000 (üç yüz min) manat məbləğdə pulu talayıb həmin pulun 51300 (əlli bir min üç yüz) manat məbləğində hissəsini aralarındakı razılığa əsasən onunla birlikdə cinayətlərin törədilməsində birgə icraçı qismində iştirak edən Təqsirləndirilən şəxs2 verərək, qalan hissəni özünə götürməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 285 000 (iki yüz səksən beş min) manat, Zərərçəkmiş şəxs1 15 000 (on beş min) manat məbləğdə maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmək məqsədi ilə və quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxsi və ya şəxsləri vəzifəyə təyin etdirməkdən ötrü qohumu Təqsirləndirilən şəxs1 ilə görüşə gələrkən 300 000 (üç yüz min) manat pul gətirəcəyi barədə sonuncudan məlumat aldıqdan sonra Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda həmin pulu quldurluq etməklə ələ keçirmək, törədəcəkləri cinayəti gizlətmək məqsədi ilə və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs1 qəsdən öldürmək barədə plan qurub razılaşaraq aralarında rolları bölüşdürüb sonuncunun meyitini quyuya ataraq suda batırmaqla cinayət törətmələri və cinayətin izini itirməkdən ötrü əlverişli yer kimi 2023-cü ilin yanvar ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivində içərisində su quyusu olan, yoldan kənarda, ətrafında yaşayış evlərinin olmadığı yerdə yerləşən, satışda olan bağ sahəsi axtarıb taparaq həmin yeri satın almaq barədə bağ sahibi ilə razılaşmış, habelə sonuncunu öldürdükdən sonra meyitini quyuya atıb suda batırmaları üçün 2023-cü ilin mart ayında dəmir tor, dəmir kəsən qayçı, ülgüc və ip alaraq cinayətin icra edilməsində birgə icraçı qismində iştirak edib hadisəni törədəcəyi yerdə yerləşdirməsindən ötrü Təqsirləndirilən şəxs1 verdikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 19:30-da istifadəsində olan “X46” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə ünvan 4 ünvanın qarşısına gedib Zərərçəkmiş şəxs1la görüşüb onlarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivində yerləşən 3657 saylı bağ sahəsinin qarşısına gedərək ora çatdıqan sonra saat 20 radələrində avtomobilin içərisində olarkən, həyata keçirmək niyyətində olduqları külli miqdarda əmlakı ələ keçirməklə quldurluq etmə, həmin cinayəti gizlətmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluqla əlaqədar qəsdən öldürmək məqsədi ilə Təqsirləndirilən şəxs1 avtomobildə saxlayıb silah qismində istifadə etdiyi, şüşə materialdan hazırlanmış şampan butulkası ilə onun baş-alın nahiyəsinə qəsdən iki zərbə, daha sonra isə sonuncunu avtomobildən dartıb yerə salıb sürüyərək daha bir neçə zərbə vurub xüsusi əzab verməsini dərk edərək, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, xüsusi əzabverici üsulla ona canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olan - sağ göz yuvasının bayır kənarının qançırı, çənə və hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın arxa səthinin sıyrıqları, həmçinin sonuncuya onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan - baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, baş beyinin alın, sol təpə və ənsə paylarının subdural hematomasına (beyinin sərt qişası altına qanın yığılmasına) səbəb olan alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan, alın nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2(iki) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd olmaqla cəmi 5 (beş) ədəd əzilmiş-cırılmış yaraları kimi ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra cinayətkar niyyətini davam edib törətdikləri cinayətin izini itirməkdən ötrü əvvəlcədən planlaşdırdıqları kimi sonuncunun meyitini bağ sahəsinin həyətindəki su quyusuna atmaq üçün Təqsirləndirilən şəxs1la birlikdə onu yerlə sürüyüb bağ sahəsinin içəri hissəsinə aparmaqla cinayətin icra edilməsində birgə icraçı qismində iştirak edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmək məqsədi ilə və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, Təqsirləndirilən şəxs1 tərəfindən meyitin sinəsinə dəmir tora keçirilmiş daş bağlanılıb bağ sahəsinin həyətindəki su quyusuna atılmasından sonra Zərərçəkmiş şəxs1 özünə məxsus 15 000(on beş min) manat, sonuncunun dostu Zərərçəkmiş şəxs2 məxsus 285000(iki yüz səksən beş min) manat olmaqla, ümumilikdə çantasında gətirdiyi 300 000 (üç yüz min) manat məbləğdə pulu talayıb həmin pulun 51 300 (əlli bir min üç yüz) manat məbləğində olan hissəsini aralarındakı razılığa əsasən Təqsirləndirilən şəxs1 alıb ələ keçirməklə cinayətin icra edilməsində birgə icraçı qismində iştirak edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 285 000 (iki yüz səksən beş min) manat, Zərərçəkmiş şəxs1 15 000 (on beş min) manat məbləğdə maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 2019-cu ildən artıq 4 ildir ki tanımışdır. Bir gün Donetsk şəhərində yaşayan tələbə yoldaşı onunla əlaqə saxlayaraq burada azəbaycanlı bir vətəndaşın olduğunu, sonuncunun Beynəlxalq Bankda pul problemi olduğunu, həll etmək üçün bir adam lazım olduğunu bildirmişdir. O, həmin vaxt Bank of Azərbaycan bankında işləmişdir. Onun tələbə dostu onun hələ də həmin bankda işlədiyini bilmişdir. O, sonuncuya rus dilində izah etmişdir ki, hal-hazırda bankda işləmir. Tələbə dostu da ona işləməsə də əlaqələrinin, dostlarının ola biləcəyini, bir nəfər tapmasını, öz bizneslərini qurub işləməklərini bildirmişdir. O da həmin adamın özünün ona zəng vurmasını bildirmişdir. Həmin adam azərbaycanlı olmuş və ona zəng vuraraq Donetsk şəhərində bir şirkətlərinin olduğunu, bu şirkətin Azərbaycana, Türkiyəyə və Gürcüstana pul köçürdüyünü, halhazırda Azərbaycan Respublikasında bankda 500 000 (beş yüz min) dollar pul olduğunu, həmin pulu bankdan çıxarmaq üçün məsələni biraz tezləşdirən bir adam tapmaq lazım olduğunu bildirmişdir. O, həmin adama bu məsələni həll edəcəyini, birini tapmağa köməklik edəcəyini bildirmişdir. Həmin şəxs ona özünün Azərbaycana gələ bilmədiyini, amma burdan kiminsə gələ biləcəyini və bu məsələ ilə bağlı onunla ünsiyyətdə olacağını bildirmişdir. Onun tanıdığı Solmaz adlı bir xanım olmuşdur. Təsadüfən sonuncuya zəng vurmuş və bu məsələni bildirmişdir. Solmaza əlaqələrinin geniş olduğunu, bu məsələnin həllində ona kömək etməsini bildirmişdir. Solmaz ona iki tanışının olduğunu, birinin adının Çingiz, o birinin adı Kamran olduğunu, sonuncunun münasib bir adam olduğunu, Türkiyədə bankda dostlarının olduğunu bildirmişdir. O, bir neçə vaxt sonra Solmaz xanımla yenidən əlaqə saxlamış və onu Kamranla görüşdürməsini xahiş etmişdir. Bununla əlaqədar o, Solmazgilə getmiş, sonuncu Kamranı da ora çağırmışdır. O, Solmazgilə gedəndə Kamranın orada olduğunu görmüşdür. Orada Kamranla tanış olmuş və onlar söhbət etmişlər. O, bu məsələni Kamrana danışaraq işin tam mahiyyətini bilmədiyini qeyd etmişdir. O, bu işi deyən adamla sadəcə telefonla ünsiyyətdə olduğunu və bu məsələni ona telefonda bildirdiyini, burada X18 filialında 500 000 dollar pul olduğunu, həmin adamın sözlərinə görə bunun qanuni olduğunu, köməklik lazım olduğunu, həmin pulu Türkiyə, Gürcüstan və ya Azərbaycan banklarının birindən çıxaracaqlarını bildirmişdir. Kamran razılıq verərək bu işlə məşğul olacağını, bu işin hallarının lazım olduğunu bildirmiş, o da sonuncuya işin hallarından xəbəri olmadığını bildirmişdir. O, Kamrana əgər əlaqələri varsa, kimisə tanıyırsa, belə bir işin mümkün olub-olmamadığını maraqlanmasını bildirmişdir. Bir müddət keçəndən sonra o, Kamranla yenidən əlaqə saxlamış və Solmazgildə görüşmüşlər. Kamran ona orada bu işlə bağlı maraqlandığını, Gürcüstan, Türkiyə və Azərbaycanda adamlar olduğunu və sonuncularla söhbət etdiyini bildirmişdir. Lakin Kamran heç kimin adını çəkməmişdir. Kamran həmin adamın Donetsk şəhərindən gəlsə daha yaxşı olacağını demişdir. O, Kamrana həmin adamın Donetsk şəhərindən gəlib burda qaldığı təqdirdə problem olub-olmadığını soruşanda sonuncu ona heç bir problem olmayacağını bildirmişdir. O, Kamranı yaxından tanımaq üçün həmin oğlana zəng vurub bu problemi həll edəcək adamın olduğunu, sadəcə həmin adama bir iki ay vaxt lazım olduğunu, hələ dəqiq bilmədiklərini bildirmişdir. Oğlan da ona Donetsk şəhərində problemi olduğunu, həll edib özü Azərbaycan Respublikasına gələcəyini bildirmişdir. Bundan sonra onların Kamranla aralarında münasibətlər yaranmış, tez-tez görüşüb söhbət etmişlər. Solmaz da onlarla görüşürmüş, birlikdə oturub nahar etmişlər. Təxminən 3-4 ay sonra onların arasında dostluq münasibətləri yaranmışdır. Kamran bir gün ona şirkət açmalarını təklif etmiş, belə ki, Gürcüstan Respublikasına dizel yanacağı göndərmək lazım olduğunu, bu işə təxminən 15-20 min manat pul lazım olacağını, gedib X14 Birliyi ilə özü danışacağını, orada dostu olduğunu bildirmişdir. O da əgər həmin işdən qazancları olacaqsa razı olduğunu, onsuz da bank işinin uzanacağını, oğlanın hələ gəlmədiyini bildirmişdir. O, Kamrana təxminən 15 min manat pul vermişdir. Kamran şərikinin olduğunu, sonuncudan da pul alacağını bildirmişdir. X27 X9 getmişlər. Kamran orada müxtəlif şəxslərlə görüşmüşdür. Bunun üstündən 3-4 ay keçəndən sonra onların Gürcüstana dizel göndərmək məsələləri dayanmışdır. O, bunun səbəbini Kamrandan soruşanda Gürcüstanda nəsə problemlər yarandığını, amma olacağını bildirmişdir. O, sonuncuya yarı zarafatla ürəyində stend olduğunu, həkimin gündə 50 qram gürcü çaxırı və ya şamğan içsə yaxşı olacağını, rahat yatacağını dediyini bildirmişdir. Kamran bir neçə dəfə Mərdəkan rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağına gəlmiş və gələndə özü ilə gürcü çaxırı gətirmişdir. Bunun üstündən bir müddət keçdikdən sonra Kamran ona Nizami rayonunda şirkəti olduğunu, ev tikintisi ilə məşğul olduğunu, ona bir təklifi olduğunu, həyata keçirməklərini təklif etmişdir. O da sonuncuya razı olduğunu demiş, amma təklifin real olmasını tapşırmışdır. Nizami rayonunda hal-hazırda ünvanı yadında qalmayan uşaq bağçası satmışlar. Kamran ona təklif etmişdir ki, istəyən var, bağçanı almaq üçün pul lazım olduğunu bildirmişdir. Kamran ona bağçanı özlərinin almağını sonra da satmaqlarını demişdir. O, yenə də 15000 manat borca pul tapıb Kamrana vermişdir. Bu işdə də problem yaranmış və alınmamışdır. Bir neçə vaxtdan sonra Kamran onun əvvəllər şirkəti olduğunu, ev tikintisi ilə məşğul olduğunu bildirmişdir. Yasamal rayonu, Şərifzadə küçəsində hazır tikinti lahiyəsinin satıldığını ona demişdir. Həmin tikinti lahiyəsinin almaqlarını təklif etmişdir. Kamran Ramiz adında bir nəfər dostunu da bu işə qoşacağını bildirmişdir. Kamran bu işə 20 000-30 000 manat pul lazım olacağını söyləmişdir. Kamran özü də bu işə pul qoyacağını bildirmişdir. Onlar bu işə təxminən 60 000 manat pul xərcləmişlər, amma ortada heç nə olmamışdır. O, Kamrana onların bankla olan işlərini də belə edəcəksə o, Donetskdəki adama Bakıya gəlməməsini bildirməyi demişdir. Kamran da ona əksinə həmin adamın Bakıya gəlməsini bildirmişdir. O, həmin adama zəng vurmalı olmuş və sonuncuya bankla bağlı məsələnin hazır olduğunu və Bakıya gəlməli olduğunu demişdir. Həmin adama gəlmədiyi təqdirdə dediyi işin həll oluna bilməyəcəyini demişdir. Donetskdəki adam Bakıya gələn zaman Heydər Əliyev adına X19 sonuncunu saxlamışlar. Həmin şəxs ona zəng vurduqdan sonra sonuncunun yanına Hava Limanına getməli olmuşdur. Həmin adamın adı indiyə qədər onun yadında qalmamışdır. O, Hava Limanına həmin şəxsin yanına gedəndə sonuncunun Donetskdə ölkədən çıxışına qadağa qoyulmasını öyrənmişdir. Buna səbəb həmin şəxsin Bakıda yaşadığı dövrdə ailə münaqişəsi zamanı baş vermiş haldır. Sonra həmin şəxsi Bakı İstintaq Təcridxanasına aparmışlar. O, Bakı İstintaq Təcridxanasına bir dəfə sonuncunun yanına getmişdir. Həmin şəxs özü ilə etibarnamə və möhür gətirmişdir. Həmin şəxslə Bakı İstintaq Təcridxanasında söhbət edən zaman narahat olmamağını və bank məsələsinin sonraya qalmasını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində həmin şəxsin işi olmuş və sonuncunu məhkəmə prosesindən buraxmışlar. Həmin şəxs ona etibarnamə vermiş və o, işin halları ilə tanış olmuşdur. Daha sonra isə Kamranın yanına gedib vəziyyəti sonuncuya danışmış və Kamrana ona təqdim olunan etibarnamədən şübhə etdiyini bildirmişdir. Həmin etibarnamənin saxta olmasını fikirləşmişdir. Kamranın etibarnaməyə baxıb-baxmaması yadında deyil. Kamran ona narahat olmamağını, özünün problemi həll edəcəyini bildirmişdir. O da Kamrana bu iş uzanacaqsa bu işi heç görməməklərini bildirmişdir. Donetskdən gələn oğlan ona həmin pulun yiyəsini çağırmalarını və sonuncunun onlarla ünsiyyətdə olmasını demişdir. O da razılaşmışdır. Bir neçə vaxtdan sonra pulun sahibi ona zəng vurmuşdur. Pulun sahibinin adı Viktor olmuşdur. Viktor ona Bakı şəhərinə gəldiyini bildirmişdir. Viktor nömrəsini ona vermişdir ki, Bakı şəhərinə gələndə sonuncu ilə əlaqə saxlaya bilsin. Viktor bir müddət sonra Bakı şəhərinə gəlmiş və ona zəng vurmuşdur. Onlar Hökümət evinin qarşısında görüşmüşlər. Viktor özünü təqdim etmiş, onlar Kamrana zəng vurub sonuncu ilə görüşmüşlər. Kamran onlarla görüşə gələndə yanında hal-hazırda adını xatırlamadığı bir şəxs olmuşdur. Viktorun da yanında Samir adlı azərbaycanlı və adını xatırlamadığı bir şəxs olmuşdur. O, Viktoru Kamranla tanış etmişdir. Onlar birlikdə Bakı Gecələri adlanan restoranda görüşmüş və orada yemək yemişlər. O, orada Viktora bankda həqiqətən də pulun olub-olmadığını müəyyən etmək üçün banka getmələrini demişdir. Viktora onlardan zəng gözləməyi tapşırmışdır. Sonra onlar Kamranla banka getmişlər, Kamran onu maşında gözləmişdir. O, banka girmiş və orada məsələni danışmışdır. Ona orada pulun sahibinin özü gəlməli olduğunu bildirmişlər. Sonra o, bankdan çıxıb Kamranla danışmış və Viktorla görüşüb məsələni sonuncuya izah etməklərini demişdir. Bundan sonra Viktorla 3-4 dəfə görüşməli olmuşlar. Viktorla Kamran dostlaşmışlar, sonra o, Viktora və Kamrana şəhərdən kənarda yaşadığını və evdə xəstə bacısının olduğunu bildirmişdir, yəni işlərinin çox olmağı ilə bağlı ona zəng vurmamalarını tapşırmışdır. O, sonuncuları tanış etdiyini, məsələni özlərinin həll etməsini bildirmişdir. Əgər hər hansısa problem olduğu təqdirdə kömək edə biləcəyini söyləmişdir, Kamran da onunla razılaşmışdır. Viktor Kamrana qaldığı evi göstərmək istədiyini demişdir. O, Kamrana Viktorun onunla əlaqə saxlamağına ehtiyac olmadığını və Kamranın özü ilə əlaqə saxlamağını tapşırmışdır. Sonra Viktor Bakıdan çıxıb getmiş, oradan ona bir neçə dəfə zəng vurmuş və Azərbaycanda olmadığını, amma nə vaxt desələr gələ biləcəyini bildirmişdir. Sonra Kamran bu müddətdə özü banka gedib bu işlərlə onun xəbəri olmadan məşğul olmağa başlamışdır. Bu məsələ ilə bağlı kimlərləsə tanış olur, bu işlərlə bağlı Aydın, Xanlar adlı şəxslərlə və səfirlikdə işləyən Ramiz Həsənov adlı qohumu ilə də birgə iş görməyə başlamışdır. Kamran ona adları çəkilən şəxslərin bankdan deyilən pulu çıxartmağa kömək edəcəklərini söyləmişdir. O da Kamranla razılaşmışdır. Sonra o, Kamrandan köhnə işləri barədə soruşmuşdur. Sonuncu da ona bu işlərin biraz ağır olduğunu və həll olunacağını bildirmişdir. Viktorla Kamran mütəmadi olaraq əlaqə saxlamışlar. Bir gün Kamran ona Viktorun onunla əlaqə saxlamamağı tapşırdığını bildirmişdir. Buna səbəb onun keçmiş polis əməkdaşı olmağı olmuşdur. Viktor Kamrana telefon alıb verəcəyini söz vermişdir. Kamran ona Viktorun sonuncudan onun yaşadığı evi göstərməyi istədiyini demişdir. O da Kamrandan onun yaşadığı evi göstərməyinin səbəbini soruşmuşdur. 3-4 ay keçdikdən sonra Viktor 1-2 dəfə ona zəng vurmuş və ona tapşırdığı işin uzandığını irad bildirmişdir. O da Viktora Kamran bu məsələnin həllinə söz veribsə həll edəcəyini bildirmişdir. Artıq 2022ci il idi, onların işləri uzana-uzana gedirdi. Kamrandan işləri nə oldu deyə soruşduqda düzələcəyini demişdir. Viktor bir gün Bakıya gəlmişdir. Ona fərqli-fərqli nömrələrdən zəng vurmuş və onunla görüşmək istəmişdir. O, sonuncu ilə görüşmüş, Viktor ondan il yarımdan çoxdur, Kamranın onları niyə aldatdığını soruşmuşdur. Viktor Kamranın sonuncudan 200 000 manat pul istədiyini və həmin pulu ona verdiyini bildirmişdir. O, 200 000 manatı verdiyini niyə indi ona dediyini, verməmişdən qabaq desəydi izah edəcəyini bildirmişdir. O, Viktordan niyə 500 000 dollara görə 200 000 manat pul verdiyini soruşmuşdur. Viktor isə 500 000 dollardan əlavə olaraq ikinci paket gəlməli olduğunu, gəlib çıxdığını, ona görə Kamranın 200 000 manat pul istədiyini bildirmişdir. O, pulu hardan tapdığını soruşanda Bakıda 2-3 nəfər dostunun olduğunu, sonunculardan xahiş etdiyini bildirmişdir. O, Kamranla əlaqə saxlayıb sonuncu ilə görüşmüşdür. Kamrandan Viktordan 200 000 manat pul alıb-almadığını soruşmuş, Kamran isə aldığını bildirmişdir. O, icazəsi olmadan, ona deməmiş, onun vasitəsi ilə tanıdığı adamdan 200 000 manat pulu niyə aldığını soruşmuşdur. Kamran böyük problemlərinin olduğunu, onu həll etməli olduğunu bildirmişdir. Nə problemi olduğunu soruşduqda sonuncu 200 000 manata 3 otaqlı ev aldığını, evi satdığını, ordan gəlir əldə etdiyini, 200 000 manat pul verdiyini və həmin adamları evdən çıxarda bilmədiyini bildirmişdir. O, bunu ona əvvəlcədən deməli olduğunu bildirmişdir. Kamran sonra ona pulları Aydınla Xanlara verdiyini demişdir. Xanlar sonuncunun qohumudur. O, pulları niyə Aydınla Xanlara verdiyini soruşmuş, Kamran isə yaxşı iş olduğunu, Aydınla Xanların pulları aldıqlarını, verəsi olduqlarını bildirmişdir. Kamrandan ev aldığını yoxsa pulu verdiyini soruşduqda sonuncu ev aldığını bildirmişdir. Ona belə bir söhbətin olub-olmadığını soruşmaq üçün Aydınla, Xanları göstərməsini bildirmişdir. Kamran Xanların indi burda olmadığını, tutulduğunu, qohumu olduğunu, Aydının da başı qarışıq olduğunu, onları qəbul etməyəcəyini bildirmişdir. Onların araları bu söhbətdən sonra soyumağa başlamışdır. O, Kamrana onların pul qazanmaq istədiyini, 60 000 manat pulu xərclədiyini, 200 000 manat pulu niyə qabaqcadan ona demədiyini bildirmişdir. O, Kamrandan onun evini niyə göstərməsini soruşmuş, Kamrana 200 000 manatı qaytarmasını bildirmiş, sonuncu razılaşmışdır. O da kömək etməyə hazır olduğunu bildirmişdir. O, Nəsimi rayonunda banka getmiş, ordan 5000 manat kredit götürüb Kamrana vermişdir. Kamrana 5000 manatı verib, Viktorun pulunu verməsini istəmişdir. O, Kamrana Viktorun ona zəng vurmadığını, insan zəng vurmursa deməli fikrində nəsə olduğunu, onun ailəsi, uşaqları olduğunu bildirmişdir. Viktor söhbət zamanı onlara əlaqələrinin geniş olduğunu, sadəcə olaraq bu məsələnin onlarda bu qədər uzanacağını bilmədiyini bildirmişdir. Viktor 200 000 manat pulu istəmiş, Kamrana 2-3 dəfə zəng etmişdir. Artıq 2023-cü il olmuşdur. Kamran ona Viktorla əlaqə saxlamağını, Bakıya gəlməsini, sonuncuya pulu verəcəyini bildirmişdir. O isə Viktorla əlaqə saxlamayacağını, özünün pulu verməsini bildirmişdir. Kamran onlara bağa gəlmiş, pulu tapdığını, Viktora vermək üçün getməyi təklif etmişdir. 200 000 manatı pulu dollarla gətirmiş, dolları hardan tapdığını soruşduqda Gürcüstanlı dostunun verdiyini bildirmişdir. O, Kamrana onu pula qatmamasını, Viktoru özü tapmasını, nömrəsinin də olduğunu, onda telefonu olmadığını, pulu verib qurtarmasını bildirmişdir. Onların araları soyumuş, danışmamış və zəngləşməmişlər. Kamran ona zəng edib anasının rəhmətə getdiyini bildirmişdir. O, gedib yas mərasimində iştirak etmiş, Kamranla barışmışlar. Kamran ona həmin pulu tapıb verəcəyini bildirmişdir. O isə bu işə qarışmadığını bildirmişdir. Viktor ona zəng vurmamış, 3-4 dəfə ona fərqli-fərqli nömrələrlə zəng vurmuşdur. O, telefonunda fərqli-fərqli nömrələr olmağını istəmir. Yasdan təxminən 3 gün sonra Kamran ona zəng vurub Viktorla danışdığını, Viktorun gələcəyini, ya Maştağada, ya Nardaranda işığı, qazı və mütləq kupçası olan bağ tapılmasını istəmişdir. O, belə işlərlə məşğul olan qohumunun olduğunu, sonuncuya deyəcəyini bildirmişdir. Viktorla ünsiyyətdə olanda sonuncu Donetskda iri buynuzlu heyvan satdığını, burda da biznes açmaq istədiyini bildirmişdir. Burda telefon biznesi var, Bakcell mobil operatorla işləyir, həmin Samir də orada işləyir. Eyni zamanda o, Kamranla balaca dana saxlamaq istəmişdir. O, Namiqdən bağ tapmasını xahiş etmişdir. Namiq axtarmağa başlamış, təxminən 7-8 ay olmuş, hər şeyi olan, kupçası da olan bağ tapmaq mümkün deyildi, Bakının kəndlərində həmin yerlərdə kupçasız bağlardır. Namiq bağı tapmış, Kamrana bağı tapdıqlarını, 70 000 manata olduğunu demişdir. Kamran Viktora deyəcəyini demişdir. O, Kamrana Viktora torpağın qiymətinin 70 000 deyil, 30-40 000 də üstünə qoyaraq deməsini bildirmişdir. Belə ki, 200 000 min manatdan az əksik olsun ki, borcunu qaytara bilsin. Kamran torpağın qiymətini, təxminən 130 000 min manat demişdir. Kamran ona hər şey yaxşı olduğunu, Viktorun razı olduğunu bildirmişdir. Viktor Bakıya gəlmiş, Kamran sonuncu ilə telefonla əlaqə saxlamışdır. Kamranın 4 dənə telefonu olmuş, ikisi smartfon, ikisi balaca olmuşdur. 4-cü telefonu Viktor alıb vermişdir, həmin nömrə ilə ünsiyyətdə olmuşdur. Sonuncu ona zəng vuranda smartfonla zəng vurmuşdur. Artıq vəziyyət gərginləşmişdi. Viktor Kamrana onun 200 000 manat pulunu verməsini, əks halda münasibətlərinin korlanacağını bildirmişdir. Kamran da o, şəhərə gəldiyinə görə institutun qabağına gəlmişdir. O, institutdan çıxıb sonuncu ilə söhbət etmişdir. O, 200 000 manat tapıb Viktorun pulunu verməsini, onun da 5000 verdiyini, hələ tapıb verəcəyini, Viktorun borcunu qaytarmasını bildirmişdir. Kamran ona Viktora qəsd edəcəyini bildirmişdir. O, səhv etməməyini, pula görə sonuncuya niyə qəsd etməsini, Viktorun 1 milyon dollar vəsait çıxardacağı üçün pul verməsini bildirmişdir. Kamran artıq Türkiyə ilə həmin pulu danışdığını bildirmişdir. Kamran işi düzəlmək üçün çox canfəşanlıq edirdi. Gürcüstandakı bank ilə danışırdı, Türkiyədəki bankda sonuncunun dostu var, dəfələrlə onun yanında dostu ilə ünsiyyətdə olmuş, həmin şəxsə bu problemi danışmışdır. Kamran daha sonra ona dostu olduğunu, həmin şəxsdən borc pul alacağını bildirmişdir. Həmin ərəfədə Viktor Bakıya gəlmişdir, onu və Kamranı tapmışdır, restoranda oturmuşlar. Viktor Kamrana əlaqələrinin geniş olduğunu, Kamranın adam tapmasını, ordan 5-10 manat pul götürməsini və pulunu qaytarmasını bildirmişdir. Kamran bu təklifə razılaşmışdır. O da Kamrana Viktorun təklif etdiyi həmin işlə məşğul olmasını, pul da qazanacağını bildirmişdir. Kamran Viktora 1-2 dənə CV vermiş, ona da vermişdir ki, o, Viktora versin, amma alınmırdı və geri qaytarırdı. O, bu işlə məşğul olmadığını bildirmişdir. Kamranın qaldığı küçədə onun qohumu işləyir, diş həkimidir. O, həmin küçəyə dişi ilə əlaqədar getmişdir. Orda dəfələrlə Kamranla görüşmüşdür. Kamranın evi diş həkimi olan yerin arxasında olmuşdur, klinika yas mərasiminin yanında olmuşdur. O, orada Kamrana rast gəlmişdir. Kamran ona pul artıq hazırlıq mərhələsindədir deyə bildirmişdir. Kamran Viktorla görüşəcəyini, onun da iştirak etməsini, amma bir məsələ olduğunu, Viktorun fərqli-fərqli nömrələrdən zəng vurduğunu bildirmişdir. O, nömrəsini kimə istəsə verə biləcəyini, amma bağını ikinci dəfə göstərməməyini bildirmişdir. Bir müddət sonra o, dişini düzəltdirirdi, bu zaman Kamran gəlmiş və Vilayətdən pulları aldığını, Viktora pulları qaytaracağını, eyni zamanda bağ tapdığını bildirmiş, ona bizneslə məşğul olmağı təklif etmişdir. O, özünün Viktor ilə əlaqə saxlamasını, onun da gələcəyini bildirmişdir. Pulun miqdarını o, həmin vaxt soruşmamış, çünki təxmini 250 000-ə qədər Vilayətdən pul alacağını bildirmişdir. O, Kamrana özünün Viktorla görüşüb, sonuncuya verməsini bildirmişdir. Təxminən saat 8-in yarısında Kamranla zəngləşmiş, Namiqi götürmüş, Kamranla görüşəcəklərini bildirmişdir. Namiq Kamranı tanımırdı. Kamran ona Viktora bağı dediyini, gəlib bağa baxacağını, orda su problemi varsa onu həll etmək lazım olduğunu bildirmişdir. Kamran bir dəfə onunla bağa getmişdir. Kamran quyunun içində su olduğunu bilirdi, sonuncu suyu labarotoriyaya verəcəyini, yaxşı su olduğu təqdirdə istifadə etmək olacağını, eyni zamanda nasos qoyacağını bildirmişdir. O, nasosun nəyə lazım olduğunu soruşduqda sonuncu işləyibişləməməsini müəyən etmək üçün ordan su vuracağını bildirmişdir. Kamran ondan maşını xarab olduğundan 1-2 dəmir, yapışqan (skoç), plastik boru lazım olduğunu bildirmişdir. O, bunları nə üçün istədiyini soruşduqda tikintidə işlədiyindən, suyu necə çəkəcəyini bildiyindən ordan su çəkib, aparat qoyub düzəldəcəyini bildirmişdir. O da Namiqdən xahiş etmiş və Namiq Kamranın istədiklərini alıb ora qoymuşdur. Onlar Kamranla axşam saat 8in yarısında Maştağada görüşmüşlər. O, Kamrana orda olacağını, orda xalası oğlu ilə gedib yemək yeyəcəyini bildirmişdir. O, saat 8-in yarısında Namiqə bir yerə gedəcəkləri üçün arxası ilə gəlməsini bildirmiş və sonuncu razılaşmışdır. Maştağaya gəlmişlər, yolda o, Kamranı götürmüşdür. Kamran ona Viktorla çətinliyi olduğunu, hədə-qorxu gəldiyini demişdir. O, hədə-qorxu gəlirdisə polisə verərdin deyəndə Kamran sonuncudan 300 000 manat pul istədiyi üçün polisə verə bilmədiyini bildirmişdir. Onlar görüşərkən Kamran maşına minib qabaqda oturmuş, əlində diplomat çantası olmuş, oturub Viktoru söyməyə başlamışdır. Maşında onunla da mübahisə etməyə başlamışdır. O, Kamrana niyə onu axşam-axşam hirsləndirdiyini bildirmişdir. Kamran ona günahının çox olduğunu, oyundan çıxaraq pis vəziyyətdə qoyduğunu bildirmişdir. Kamran maşında onunla mübahisə etməyə başlamış, Namiq də arxada oturmuşdur. Kamran Viktorun 5-6 nəfərlə onu bağında gözlədiyini bildirmişdir. O, Kamrana Viktorun onun bağını hardan tanıdığını, evini göstərib, bağını niyə göstərdiyini soruşmuşdur. Kamran ona günahkarın onun olduğunu demişdir. O, bağa yaxınlaşmış, maşını üzü yola tərəf, arxası bağa tərəf saxlamışdır. Kamrana Namiqin eşitməməsi üçün çıxıb çöldə söhbət etmələrini bildirmişdir. Onlar çıxmışlar, mübahisə başlamış, mübahisə əlbəyaxa formaya keçmişdir. Kamran ona başına oyun açacağını, öldürəcəyini, vuracağını demişdir. Ona daş vurmuş və onun başına, qoluna dəymişdir. İstintaq təcridxanasında döyülmə izləri olmuş, bunu qeyd etmişlər, hətta Sabunçu rayon Prokurorluğu da bununla bağlı izahat alınmışdır. Kamran hündürdə dayanmış, orada bir-iki dənə çaylaq daşı, bir-iki dənə kubik olmuşdur. O, Kamrana onun bağını, evini niyə göstərdiyini soruşmuşdur. Kamran onu vurmuş, o da sonuncunu vurmuşdur. O, yerə yıxılmış, gücünün çatmadığını görüb maşının qapısını açmışdır. Maşında şampan olmuşdur. Namiq də maşında oturub telefona baxmış, mahnının səsini artırmış, sonuncunun üzü digər tərəfə olmuşdur. Namiq hərdən şəhərdə olanda ona şampan və ya Gürcüstan çaxırı alırdı. Namiq onun yatmamışdan qabaq 50 qram içdiyini bilirdi. O, Kamranın onu birdə daşla vuracağını görmüş, Kamran bir dəfə də daşla vurmuş, amma daş ona dəyməyib yerə düşmüşdür. O da şampan butulkasını götürüb Kamranın sifətinə vurmuş, sonuncu zərbədən yellənmiş, zərbənin birini də Kamranın baş nahiyəsinə vurmuşdur. Kamranın baş nahiyəsinə vurduqdan sonra sonuncu fırlanaraq yerə yıxılmışdır. Kamran yıxılan vaxt başı yerdə olan daşa dəymiş, sonra isə yerdəki çay daşına başı dəymişdir. Kamranın başına şampan butulkası ilə elə vurmuşdur ki, sonuncu ölmüş və başı yerdə olan daşlara dəyməsi nəticəsində başında çapıqlar əmələ gəlmişdir. O, özünü itirsə də, yenə də Kamrana yaxınlaşmış. sonuncu yerdə cansız vəziyyətdə uzanmışdır. Özünü itirdiyi üçün nə edəcəyini bilməmişdir. Qarşı tərəfdən avtomobil gəldiyi üçün baş verən hadisəni görməmələri üçün Namiqə yaxınlaşıb Kamranın öldüyünü demiş və Namiqdən Kamranı gizlətmək üçün kömək etməyini istəmişdir. Namiq də ona qorxduğunu və ona kömək edə bilməyəcəyini demişdir. O, özü Kamranı yavaş-yavaş sürüyərək həyətdəki quyunun yanına gətirmişdir. O, Kamranı qabaqcadan quyuya atmaq fikri olmamış, çünki atsaydı ətrafa səs yayılacaqdı. O, Kamranı iplə bağlamış, quyuya salanda ipin qırağında böyük daş parçası ilişib qalmışdır. Həmin daş parçasının necə ilişib qalmağını bilməmiş və Kamran daş parçasına bükülərək quyuya düşmüşdür. Sonra onlar Namiqlə avtomobilə minmişlər, pullar avtomobildə olmuşdur. Kamran pulları avtomobildə qoyub onunla söhbət etməyə düşmüşdür. O, Kamrana imkan olan kimi onun da borclarından ödəməyi tapşırmışdır. 60 000 manata qədər fərqli-fərqli şəxslərə borclu olduğunu demişdir. Kamran onun da borclarını həll edəcəyini bildirmişdir. Onu da həmin ərəfədə borcla bağlı narahat etmişlər. O da avtomobilə minib Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən dairəyə gəlmişdir. Namiq öz avtomobili ilə şəhər istiqamətində, o isə bağ evinə getmişdir. Təcili bir adama pul verməli olmuş, çünki həmin adam onu borcla bağlı çox narahat etmişdir. Ona görə də, həmin şəxsə zəng vurmuşdur. Həmin şəxsə və kimlərə ki pul borclu olmuş hamısının pulunu qaytarmışdır. Ona Sabunçu RPİ-nin 14-cü PB-dən zəng vurmuş, o, bölməyə getmiş, orada 1 gün saxladıqdan sonra Sabunçu RPİ-yə aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, o bildiyi qədər Kamranın gətirdiyi çantada 250 000 manat pul olmuşdur. Çantada 250 000 manat olmasını Kamran ona demiş və özü də hadisədən sonra saymışdır. Çantadakı pulların içərisində xarici valyuta pul olmamış, ancaq 100 və 200 manat əskinazlar olmuşdur. Hadisədən əvvəl qohum və dostu ilə 60 000 manat pul borc almışdır. Həmin şəxslər də 2-3 gündən bir verdikləri pul ilə bağlı onu yığmışlar. 70 000 və ayrıca 50 000 manat pulu Namiqə vermişdir. 120 000 manat pulu Namiqə vermişdir ki, 70 000 manat pulu bağın yiyəsinə versin. Bağı Namiq tapmışdır. Namiqi o, çağırdığı üçün axşam bağa gəlmişdir. Namiqə 120 000 manat pul verdikdən sonra 130 000 manat pul qalmışdır. 250 000 manat puldan bacısı qızı Aynura borclu olduğu 45 000 manat pulu isə bacısı qızının sürücüsü Qədirə vermişdir ki, Aynura çatdırsın. Keçmiş həyat yoldaşına da borcu olmuşdur. 250 000 manat puldan 32 000 manat pul keçmiş həyat yoldaşına vermişdir. Daha sonra isə yerdə qalan 40 və ya 50 min manat pulu isə Viktora vermişdir. 250 000 manat pulu payladıqdan sonra bir qəpik də pulu qalmamışdır. O, Kamrana demişdir ki, Viktorun pulunu mütləq qaytarmaq lazımdır. Viktorun pulunu qaytarmağı Kamrana demiş, amma onun da borcları var idi deyə həmin pul ona da lazım olmuşdur. Viktor üçün bağ almaq məsələsi Kamran ilə Viktor arasındakı 200 000 manat pul haqq hesabından sonra olmuşdur. Kamran ona demişdir ki, Viktor bağ almağı xahiş etdiyi üçün Kamrana verdiyi pulun onda qalmasına etiraz etməmişdir. Kamranı Viktorla tanış etdiyi üçün hadisə baş verən günü Kamran ona qarşı nalayiq ifadələr demişdir. Kamran tez-tez yaşadığı evə gəlib onun yenidən Viktorla əlaqə saxlamağını israr etmişdir. Viktor üçün aldıqları bağın pulunu hadisənin səhəri günü vermişlər. Viktor üçün alınmış bağ içində yarım tikilisi olan torpaq sahəsindən ibarət olmuşdur. Viktor alınan bağdan kənd təsərrüfatı, ferma kimi istifadə edəcəyini bildirmişdir. Viktor Kamrana 1-ci dəfə ilk aldıqları torpaqdan başlayacağını daha sonra isə rayonlarda torpaqlar alıb biznesini böyüdəcəyini demişdir. Hadisə baş verən günü o, Kamran və Viktor görüşməli olmuşlar. Hadisə günü və hadisədən əvvəl heç bir vaxt Viktorla danışmamış, çünki Viktor özü də Kamrana demişdir ki, o, Viktorla əlaqə saxlamasın. Amma hadisə baş verən günü Kamran israr elədi ki Viktor ilə birlikdə görüşsünlər. Kamran ona demişdir ki, Viktorla rus dilində danışsa hər şeyə razılaşacaq. Hadisə günü axşam saat 19:30 radələrində bağa getmişlər. Hadisə günü Viktorla görüşüb ona 40-50 min manat aralığında pul verəcəkdilər. Viktorla görüşə getməyi üçün Kamran ona yalvarmışdır. Kamran ona təkid etdiyi üçün sonuncu ilə Viktorla görüşə getməyə razılaşmışdır. Kamranla iş gördüyü ərəfədə sonuncuya verdiyi pulları qaytaracağını bilirdi. Kamranla iş gördüyü ərəfədə 60 min manat götürdüyü borc pulu qaytarmamışdır. 15000 manat pul dizel yanacaq satmaq məqsədi ilə, 15000 manat pul bağça almaq məqsədi ilə, 15000 manatda digər işlərə xərləmişdir. Bacısı qızından problemlərini həll etmək üçün tez-tez borc pul almışdır. Bacısı qızı 45000 manat pulu ona görə götürmüşdür. Kamranla münasibəti yarandığı gündən borcları yaranmağa başlamışdır. Kamranla münasibəti Viktorla olan problemə qədər yaxşı olmuşdur. Kamranın anası rəhmətə getməsəydi bəlkə də münasibətləri yaxşılaşmayacaqdı. İlk dəfə idi ki, adam öldürdüyü üçün Kamranı tapmasınlar deyə quyuya atmışdır. Hadisə günü Viktora aldıqları torpaq sahəsinə Namiqin maşını ilə getmişlər. Kamran maşının böyük olduğu və gedəcəkləri yolun uzun olduğu üçün onların maşını ilə getməyi təklif etmişdir. Həmin günü onun maşını nasaz olmuş, mühərriki işə düşmədiyi üçün Namiqə yığıb onlarla getməyi xahiş etmişdir. Özünə məxsus Hyundai Accent markalı avtomobili var. O, Moskva şəhərində təhsil almışdır. Yura İlyen onunla universitetdə oxumuşdur. Onlar tələbə yoldaşı olmuşlar. Yura 2013-2014-cü illərdə Azərbaycana gəlmişdir. O, həmin vaxt Bank of Azərbaycan bankında işləmişdir. Yura elə bilmişdir ki, o, hələ də həmin bankda işləyir. O da Yuraya həmin adama köməklik edəcəyini və nömrəsini həmin adama verməsini bildirmişdir. Viktorla telefon vasitəsilə əlaqə saxlayaraq tanış olmuşdur. Türkiyə, Rusiya və Gürcüstan nömrələrindən ona zəng vurmuşdur. Viktor ona Azərbaycanda olduğu zamanlarda Albalı bağları deyilən ərazidə dostları ilə birgə yaşadığını bildirmişdir. Kamran tez-tez sonuncunun bağına getmişdir. O, heç vaxt Viktorun yaşadığı bağa getməmişdir. X20 adlı bir dostu olmuşdur. Sonuncu “Azercell” şirkətində işləmişdir. Səhiyyə Nazirliyinə yaxın ərazidə Kamranın qohumları yaşamış, Kamran həmin ərazidə olduğu zaman Viktor da ora getmişdir, sonuncular küçədə görüşmüşlər. İstintaq Təcridxanasında hal-hazırda adını Aydın və ya Asif deyə xatırladığı bir şəxs olmuşdur. Sonuncu Donetsk şəhərindən Bakıya gələn zaman saxlamışlar. Sonra Sabunçu Rayon Məhkəməsindən azadlığa buraxmışlar. Onlar sonuncu ilə işləməyə başlamışlar. Sözü gedən pul vəsaiti Viktora məxsus olmuşdur. Ona zəng vuran azərbaycanlı oğlan pulların sonuncuların olduğunu bildirmişdir. Sonra həmin şəxs Azərbaycana gələn zaman özü ilə etibarnamə gətirmişdir. Etibarnaməni Donetsk şəhərindən aldığını bildirmişdir. Bu pul fiziki şəxsin adına olmuşdur. Etibarnamə də fiziki şəxs və şirkət adı olmuşdur. Viktor şirkətin özünə aid olduğunu demişdir. O, oğlana etibarnamənin Azərbaycan banklarında tanınmayacağını və bunun üçün Viktorun özünün Azərbaycana gəlməyinin vacib olduğunu bildirmişdir. O, Yasamal filialındakı banka getmişdir. Orada operator oğlana yaxınlaşmışdır. Əvvəllər iki-üç dəfə də həmin banka gedib həmin oğlana yaxınlaşmışdır. Oğlan ona hesabda pul olduğunu, amma heç bir məlumat verə bilməyəcəyini bildirmişdir. Yura ona pul haqqında heç nə deməmişdir. Sonuncu ona pulun azərbaycanlı bir şəxsin olduğunu bildirmişdir. O, Namiqə aldırdığı tor, ip, dəmirkəsən qayçı və skoçu Kamran almağını demişdir. Kamran Viktorun içərisində su, qaz, işıq və sənədi olan bağ tapmasını dediyini bildirmişdir. Kamran onlara aldırdığı əşyaları həmin bağda nəyə istifadə edəcəyini bilməmişdir. Kamran ona tor ilə quyunun daşlarını bərkidəcəyini bildirmişdir. Dəmir qayçıdan boru kəsmək üçün istifadə edəcəkdi. Bunları ona hansı ayda və hadisədən nə qədər qabaq dediyi dəqiq yadında qalmamışdır. Təxminən hadisədən 6-7 ay qabaq demişdir. Həmin əşyaları Namiq almış və onun bağına qoymuşlar. Əşyaların həmin bağa necə getməyi dəqiq yadında deyil, yəqin ki, Kamran aparmışdır. Sonuncu Viktorla həmin bağa getmişdir. O, həmin bağa bir və ya iki dəfə Kamranla getmişdir. Bağın alınmasıyla bağlı razılaşma hadisədən bir il qabaq baş vermişdir. O, Kamrana bağ üçün beh vermək lazım olduğunu bildirmişdir. Kamran pulu olmadığını bildirmişdir. Behi Namiq öz cibindən vermişdir. Bağın açarının biri Kamranda, o biri isə onda maşında olmalı idi. O, bir dəfə Kamrana bağa getmək istədiyini bildirəndə sonuncu açarının olduğunu bildirmişdir. Viktor həmin bağda ferma tikmək istəmişdir. Bağın sahəsi 30 sot olmuşdur. Viktor orada ferma tikib dana saxlamaq istəmişdir. Əşyaların pulunu Namiq vermişdir. Namiq həmin əşyalara təxminən 50-60 manat pul vermişdir. O, Kamrana Maştağa qəsəbəsində qohumu olduğunu və orada olacağını bildirmişdir. Kamranı ora o, çağırmamışdır. Yerini demiş özü gəlmişdir və Viktorun da ora gələcəyini bildirmişdir. Onlar birlikdə bağa getmişlər. O, Kamrana kimisə işə düzəltməklə bağlı heç bir vəd verməmişdir. Onların aralarında bu haqqda, ümumiyyətlə heç bir söhbət olmamışdır. Hadisə zamanı istifadə etdiyi şampan şüşəsini Namiq ona almışdır. Şampan şüşəsi Namiqin yadından çıxdığı üçün maşında qalmışdır, ona verəcəkdi. İstintaq zamanı polis idarəsində ifadə verdiyi zaman ona orada təzyiq göstərmişlər, döymüşlər. Namiq həmin vaxt orada olmamışdır. O, istintaq zamanı verdiyi ifadədə Kamranı birinci Namiqin vurduğunu bildirmişdir. O, Kamranla maşından düşüb mübahisə eləmişdir. Onların mübahisələrinə səbəb Kamranın ona Viktorun onu bağında gözləməsini deməsi olmuşdur. O, Kamrana bağının yerini Viktora bildirdiyi üçün etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Kamrana iki dəfə zərbə vurmuşdur. Zərbəni maşında vurmamışdır. Namiq həmin vaxt maşında olduğu üçün onları görməmişdir. Kamrana iki dəfə zərbə vurandan sonra o, yıxılmış və başı çaylaq daşına dəymişdir. Kamranı bağladığı ipi dəqiq xatırlamır, həmin ip orada olmuşdur. Namiqin aldığı ip deyildi. Digər əşyalardan o, ümumiyyətlə istifadə etməmişdir. Həmin əşyaların harada olduğunu bilməmişdir. Kamran öldükdən sonra sonuncunun bədəninə daşı o, bağlamamışdır. O, sonuncunu quyuya atanda daş ipə bağlı olmuşdur. İpi daşla birlikdə bağlamış və Kamranı elə quyuya atmışdır. O, Kamranı quyuya atan zaman ona heç kim kömək etməmişdir. Həmin vaxt Namiq maşında olmuşdur. Sonuncu ona yaxınlaşmış və cəsədə kömək edə bilməyəcəyini və qorxduğunu bildirmişdir. O, Kamranı quyuya atan zaman sonuncunu qucağına götürməmişdir. Kamranı sürüyərək quyuya itələmişdir. Namiq onların maşında mübahisə etdiklərini görmüşdür. Həmin vaxt o, Kamrana demişdir ki, maşından düşüb söhbət etsinlər Namiq görməsin. Qara çantanı Kamran maşına qoymuş, çantanın ağzı açıq olmuşdur. Çantanı Kamran maşına əyləşəndə açmış və içərisində 250 min manat pulun olduğunu bildirmişdir. Namiq maşında arxada əyləşmişdir. Sonuncu öz işiylə əlaqədar telefonla danışmışdır. Onlar Kamranla maşından düşəndə sonuncu pulu qarşı oturacağa qoymuşdur. Çantanın ağzı yarı açıq olmuşdur. O, çantanı götürmək istəyəndə çantanın ağzı açılmışdır. Çantanı götürüb oradan taksiyə minmək istəmişdir. O, düşünmüşdür ki, yəqin çantanın ağzı açıq olub pullar tökülüb. Çantanı götürüb yolu keçəndən sonra yenidən maşını saxladığı yerə qayıtmışdır ki, çantanın ağzı açıq olanda pullar tökülmüş olar. Namiqin işi olduğu üçün o, taksiylə getməli olmuşdur. Namiq şəhərə getmiş, sonra Mərdəkana onun bağına gəlmişdir. O, orada sonuncuya 120 min manat pul vermiş və sabah Viktorun gələcəyini bildirmişdir. Namiqə 70 min manat bağın pulunu verməyini, 50 min manatı da Viktorun pulunun qalanının notariusa vermək lazım olduğunu bildirmişdir. Onlar bağı alandan sonra Viktorun və ya qohumunun adına sənədləşdirəcəkdilər. 130 min manat pulun 45 min manatını Aynur xanıma vermişdir. 32 min manat pulu keçmiş həyat yoldaşına vermişdir. Keçmiş yoldaşına verdiyi 32 min manat pulun 7 min manatını evdən qoymuşdur. 50 və 60 min manat pulu Viktora vermişdir. Hadisə günü o, Namiqə hər hansı bir məbləğ söz verməmişdir. O, Namiqə görüşü olduğunu, maşınının işləmədiyini və gəlib onu həmin yerə aparmağını demişdir. Onun xəbəri olmadan Namiq həmin çantadan pul götürməmişdir. O, tək yaşadığı üçün Namiq hərdən onlara gəlmişdir. Həmin günü də Namiq Mərdəkanda olmuşdur. O, hadisədən sonra qohumu İsmayılgilə getmişdir. Oradan Namiqə zəng vurub, polisə gedəcəyini bildirmişdir. İsmayılın onun törətdiyi cinayətdən xəbəri olmamışdır. O, sonuncuya pul vermişdir ki, keçmiş həyat yoldaşına versin. İsmayılgildə olduğu zaman sonuncuya kimsə onu soruşsa İsmayılgilə gəlməməyini deməsini bildirmişdir. O, bu cinayəti öncədən planlaşdırmamışdır. Hadisədən sonra o, öz üzərində olan paltarlara heç nə etməmişdir. Dəqiq xatırlamır bəlkə köynəyini dəyişmiş ola bilər, amma üzərindəki paltarlarda heç nə olmamışdır. Kamran ondan hansısa dostunun vəzifəyə düzəltməsi ilə bağlı heç nə xahiş etməmişdir. Kamranı öz bağında hər hansı bir vəzifəli şəxslə görüşdürməmişdir. Kamran üzərində gətirdiyi 250 min manat pulu Mirəli Qaşqay adlı şəxsin dostundan aldığını bildirmişdir. Sonuncu pulu Viktora vermək üçün gətirmişdir. O, Kamranla əlbəyaxa mübahisə etmişdir. Onlar bir-birilərinə zərbələr vurmuşlar. Hadisə günü zərərçəkmiş şəxsin hüquqi varisi E.Bəkirova ilə danışdığını xatırlamır. E.Bəkirova atasının yerini soruşanda Xanlar və Aydın adlı şəxslərdən soruşmasını bildirmişdir. Viktorun adını çəkməməyinə səbəb odur ki, Kamran həmin gün Viktorla görüşməmişdir. 14-cü PB-də olduqları zaman Kamrana qarşı cinayət törətməyini deməməyinə səbəb həmin vaxt orada çoxlu adam olması olmuşdur. O, Kamranı sürüyərək quyuya aparanda sonuncunun şalvarı və gödəkçəsi əynindən çıxmışdır. O, hadisə yerindən uzaqlaşanda paltarları yolun kənarındakı bir yerə atmışdır, zibil qutusu deyildi.. Kamranı öldürmək niyyəti olsaydı, maşında silah və ya bıçaq saxlayardı. Sonuncunu öldürmək niyyəti olmamışdır. Kamran mübahisə zamanı ona daş atmış və daş başına dəymiş və o, yıxılmışdır. Sonuncunun onu təkrar vurmaq istədiyini görüb o da maşının sürücü yerindəki şampan şüşəsi ilə Kamranı vurmuşdur. Həmin vaxt Namiq maşından düşmüş və Kamranı vurduğunu görmüşdür. Namiqin orada halı pisləşmiş və cəsədə kömək edə bilməyəcəyini bildirmişdir. Hadisə günü xalası oğlu İsmayılgildə keçmiş həyat yoldaşı Rübabə ilə görüşmüşdür. Rübabəyə orada 32 min manat pul vermişdir. Kamrana maşınsız gəlməyini, sonra sonuncunu taksi ilə geri qaytaracağını demişdir. O, Kamrana telefonsuz gəl deməmişdir. Sonuncu həmişə onun yanına gələndə Viktor ona verən balaca telefonu gətirmişdir. O, Kamranın yanına gələndə üzərində telefonu olmuşdur. Diş həkiminə gəldiyi zaman telefonu ora qoymuşdur. Kamran da ora gəlmişdir. Hadisə günü o, Kamranı Maştağa qəsəbəsində dalanda gözləmişdir. Kamran ona saat 19:30-da Maştağa qəsəbəsində olan idman klubunun qarşısında sonuncunu gözləməyini bildirmişdir. Bunu ona məhəlləyə gəldiyi zaman Kamranla görüşəndə sonuncu bildirmişdir. Onlar maşında dalanda Kamran gözləyəndə sonuncu yolun kənarında dayanıb onları gözləmişdir. Kamran onu görmüş və ona əl etmişdir. O, Namiqə onları gözləyənin həmin adam olduğunu və maşına çağırmasını bildirmişdir. O, şampan şüşəsini maşından götürmüşdür. Həmin vaxt maşının qapısı açıq olmuşdur. Maşından təxminən 10 metr kənarda olmuşlar. Kamran da onun arxası ilə gəlmişdir. Sonuncu şüşəni götürdüyünü görüb geri qayıtmışdır. Kamranın onu vurmaq üçün daş axtardığını görmüş və ona görə şampan şüşəsinə əl atmışdır. Maşının qapıları açıq olmuşdur. Namiq onların mübahisə etməklərini eşitməmişdir, çünki sonuncu maşında musiqiyə qulaq asmışdır. Şampan şüşəsini Kamrana vuranda sonuncunu öldürmək niyyəti olmamışdır. Onlar mübahisə etmişlər. Düşünmüşdür ki, Kamranı bir dəfə vursa sakitləşər. Şampan şüşəsi ilə Kamranın başına iki dəfə zərbə vurmuşdur. Səs olar deyə Kamranı birdən-birə quyuya atmaq istəməmişdir, ona görə iplə bağlamağı düşünmüşdür. Daşın ora bağlanması təsadüf olmuşdur. Daşı bağlayıb meyitin suyun üzərinə çıxmaması kimi bir niyyəti olmamışdır. Onun Kamranı öldürmək niyyəti olsaydı şampan şüşəsindən istifadə etməzdi. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi ilə razı deyil. O, bu cür ifadə verməmişdir. İfadə verdiyi zaman müdafiəçi gəlmiş, o, sonuncunu istəmədiyini və öz vəkili olduğunu bildirmişdir. O, ifadəni vermiş və müstəntiqə inanmış, verdiyi ifadənin düzgün şəkildə yazılacağını düşünmüşdür. Ancaq müstəntiqin yazdığı ifadə onun verdiyi ifadə ilə tamamilə ziddiyyət təşkil edir. O, ifadə verən zaman Namiqin Kamranı arxadan vurduğunu deməmişdir. O, Namiqə Kamranda pul olduğunu və sonuncu ilə görüşəcəklərini bildirməmişdir. İstintaq orqanına Təqsirləndirilən şəxs2 adını o, verməmişdir. Sonuncunu maşının nömrəsi ilə axtarışla tapmışlar. Namiq maşında arxada oturub telefonla danışmışdır. Onlar reaksiya veriləcək kimi bərk mübahisə etməmişlər. Maşında mübahisəyə başlayan zaman o, Kamrana maşından düşüb söhbət etməyi demişdir. Onlar maşında bərk qışqırmamışlar deyə Namiq buna reaksiya verməmişdir. Şampan şüşəsi çox balaca və nazik olmuşdur. Ona görə maşının qapısındakı saxlanc yerinə çox rahat şəkildə yerləşmişdir. Şampan şüşəsini Namiq onun üçün almış və maşının qapısının saxlanc yerinə qoymuşdur. O, Kamranla mübahisə etdiyi zaman sonuncu onun başına daşla zərbə endirmişdir. Bununla bağlı onun başında və qolunda zədələri olmuşdur. O, görmüşdür ki, Kamran ona ikinci zərbəni endirəcək, ətrafa baxmış daş və ya başqa bir şey tapa bilməmişdir. O da maşına yaxınlaşıb qapının saxlanc yerindəki şampan şüşəsini götürmüşdür. O, Kamranı şampan şüşəsi ilə vurduqdan sonra sonuncunun öldüyünü başa düşmüşdür. X28 cəsədini həyətə qoymaq üçün ona kömək etməsini xahiş etmişdir. Namiq cəsəd olduğuna görə yaxınlaşa bilmədiyini bildirmiş, Kamranı həyətə qoyandan sonra Namiqin halı pisləşmiş, darvazanın yanında qalmışdır. O, tək qalmış və nə edəcəyini bilməmişdir. Ona görə məcbur qalıb Kamranın cəsədini quyuya atmışdır. O, sonuncuya iki dəfə zərbə vurduqdan sonra yıxılaraq başı kubikə, sonra kənarda çaylaq daşına dəymişdir. Hadisə yerində ifadə verdiyi zaman orada çaylaq daşları olmamışdır, kimin götürməyi və niyə olmaması barədə məlumatı yoxdur. Yerdə heç bir qan izi olmamışdır. Onun bildiyi Təqsirləndirilən şəxs2 maşını “Hundai Santafe” markalı maşındır. Həmişə Namiqi həmin maşında görmüş, özünün ya dostunun maşını olduğunu bilmir. Onu bölməyə Namiq aparmışdır. O, Namiqə zəng vurmuş və sonuncuya PB-yə gedəcəyini bildirmişdir. Namiq də ona PB-yə onunla gedəcəyini bildirmişdir. O, zərbə vurduqdan sonra təxminən 5-6 dəqiqə keçmiş baxmışdır ki, Kamran tərpənmir. Əlini sonuncunun boğazına qoyub yoxlamış və eynəyini çıxarıb sonuncunun ağzına tutmuş və bilmişdir ki, artıq Kamran ölmüşdür. Hadisə baş verən zaman oradan maşınlar keçmişdir. O, istintaq zamanı verdiyi heç bir ifadəni oxumamışdır. O, şübhəli şəxs qismində ifadə verən zaman da eyni ifadəni vermişdir. Şübhəli şəxs qismində olan və elan olunan ikinci ifadəsində 200 min manat pul söhbəti yoxdur və Viktorun adı çəkilmir. Amma üçüncü ifadəsində var. O, birinci və ikinci ifadəsində də üçüncü ifadəsində dediyi eyni şeyləri demişdir. Müstəntiq ona demişdir ki, ifadəni necə veribsə yazmışdır. O, ümumiyyətlə Namiqin Kamranı arxadan vurmaq barəsində heç nə deməmişdir. Müstəntiq ondan Namiqin maşında harada oturduğunu soruşmuşdur. O da Namiqin maşının arxa hissəsində əyləşdiyini bildirmişdir. Kamranı öldürdükdən sonra 260 min pul olan çantanı götürmüşdür. Amma Viktorun onda nömrəsi olmamışdır ki, sonuncuya 100 min pulu geri qaytarsın. Kamran 260 min pulu gətirəndən sonra Viktorun onu bağının qarşısında gözlədiyini demişdir. Hadisədən sonra o, pul çantasını götürüb bağa getmiş və 60 min manatı Viktora vermişdir. Viktor 60 min manat pul verməyini və tələsdiyini, pulun qalanını sabah notariusda verməyini demişdir. Kamran ona Maştağaya gəlmək sonuncuya rahat olduğunu demişdir. Kamran heç vaxt Namiqlə həmin bağa getməmişdir.Sonuncu bağa 3-4 dəfə onunla getmişdir. Kamranın Viktorla münasibəti pisləşdiyi üçün Viktora pulu qaytaran zaman sonuncu görüşdə onun da olmağını istəmişdir. O, istintaqdakı ifadəsində Kamranı Namiqin vurduğunu demişdir. Düşünmüşdür ki, məsuliyyəti Namiqin üzərinə atar. Amma sonra fikrini dəyişmiş, ifadəni düzgün vermişdir. O, Viktora qismən zamin durmuşdur. X37 tanımamışdır. Viktoru bura ona görə göndərmişlər. Viktor Azərbaycana gəldiyi zaman ilk onunla tanış olmuşdur. O, Viktora işi düzəldənin Kamran olduğuna görə narahat olmamağını bildirmişdir. Kamranın üzərində təxmini 250-260 min pul olmuşdur. O, pulu saymamışdır. Kamran ona Mirəli Qaşqay küçəsində yaşayan bir dostu olduğunu və sonuncu ilə iş qurmaq ferma almaq istədiyini demişdir. Hətta bu haqqda sonuncu Viktorla da danışmışdır. Vilayət də demişdir ki, buna görə pulu verər. O, X33 küçəsində yaşayan dostunu tanımamışdır. O, bir dəfə Kamranla görüşəndə ona Mirəli Qaşqay küçəsində yaşayan bir dostunun olduğunu demiş və Kamranı ora aparmağını istəmişdir. O, Kamranı dediyi ünvana aparmışdır. Mirəli Qaşqay küçəsi oradan yadında qalmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilmişdir. Onun Şahid3 verdiyi məbləğ yadında qalmamışdır. O, Şahid4 45 min AZN pul vermişdir. 40 min ayrı 5 min ayrı olmuşdur. 40 min AZN pulu Aynura, 5 min AZN pulu dostuna verməyini bildirmiş və dostunun nömrəsini sonuncuya vermişdir. Dostunun adı Şakirdi. Şakir halhazırda burda yaşamır. Şakirdən borc üçün 5 min AZN pul almışdır. Ona görə pulu sonuncuya qaytarmaq istəmişdir. İstintaqda bunu deməyi unutmuşdur. Qədir həmin insanın adını bilməmişdir. A.Xəlilova banka pul borclu olmuşdur. Qədirə banka ödəməyi üçün 19 min AZN pul vermişdir. O, Təqsirləndirilən şəxs2 borc pul almamışdır. O, Təqsirləndirilən şəxs2 10 min manat pul vəd verməmişdir. Mərhum Zərərçəkmiş şəxs1un ailə üzvlərindən üzr istəyərək məhkəmədən ona cəzaçəkmə müəssisəsində dünyasını dəyişməyəcəyi həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci illin sentyabr ayından o, bağ axtarırdı. Bağ axtarmağını Təqsirləndirilən şəxs1 ondan istəmişdir. O, tez-tez Nardaran- Saray dairəvi yoluna gedirdi, orada yol işi görürdü. Həmin əraziyə gətirdiyi maşınlar daşınma işi görürdülər. O, tez-tez həmin kənd ərazilərində olduğu üçün Təqsirləndirilən şəxs1 ondan həmin ərazidə bağ və ferma tikmək üçün ərazi baxmağını istəmişdir. Təqsirləndirilən şəxs1 həmin bağı və ferma tikmək üçün ərazini Moskvada yaşayan dostları üçün istədiyi və sonuncuların Bakıya köçmək istədiklərini bidirmişdir. O, bunu bir neçə vasitəçiyə demişdir. Bəzilərinə Təqsirləndirilən şəxs1 gəlib özü də baxırdı. O, bağlara əsasən Nardaran-Bilgəh tərəflərdə baxırdı. Bilgəh tərəfdə bağlar baha olduğu üçün Təqsirləndirilən şəxs1 Nardaran, Ləhic bağları deyilən ərazidə bağlara baxmağını istəmişdir. O, orada bir neçə ərazi seçmiş, şəkillərini Təqsirləndirilən şəxs1 göndərmişdir. Sonuncu ona başqa bir adamın da olduğunu və bağa baxmağa gələcəyini bildirmişdir. Nardaranda sahəsi 80-90 sot olan daş karxanası deyilən bir ərazi olmuş, hasarsız və həyətində köhnə tikili olan bir ərazi idi. Təqsirləndirilən şəxs1 həmin ərazini bəyənmişdir. Onlar iki aya yaxın həmin ərazinin sahibini axtarmışlar. Vasitəçi onlara oranın problemli yer olduğunu, bu ərazinin ailə arasında bölünəcəyini, ailənin öz aralarında yola gedə bilmədikləri üçün həmin ərazinin satıla bilmədiyini demişdir. Sonra vasitəçi onlara başqa bir ərazinin olduğunu bildirmişdir. Onlar həmin əraziyə baxmışlar. Hasarlı və içərisində yarımtikili olan 25 sotluq bir ərazi olmuşdur. O, oranın şəkillərini çəkib Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 əraziyə özünün baxacağını bildirmişdir. O, vasitəçidən ərazinin açarını istəmiş və əraziyə başqa bir adamın baxacağını bildirmişdir. Vasitəçi qapını açıq qoymuş və ərazidə oğurlanacaq bir şeyin olmadığını bildirmişdir. Vasitəçi ərazinin boş olduğunu, qapını açıq qoyacağını və əraziyə baxandan sonra sonuncuya xəbər etməklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin əraziyə baxmış və ərazinin ferma üçün yararlı olduğuna görə bəyənmişdir. Təqsirləndirilən şəxs1 ona bir nəfərin də bağa baxmaq üçün gələcəyini bildirmişdir. Təxmini 1 həftə 10 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib həmin ərazini almaq istədiklərini və vasitəçi ilə danışmağını bildirmişdir. O, vasitəçi ilə danışmış, həmin ərazini almaq istədiklərini bildirmiş, vasitəçi onlardan beh istəmişdir. Onlar vasitəçiyə təxmini 200-300 AZN məbləğində pul vermişlər. Bu hadisədən təxmini bir ay keçmişdir. Bu vaxt ərzində vasitəçi ona tez-tez zəng vururdu. O da ərazini almaq istəyənlərin Moskvadan gələcəklərini və hələ gəlmədiklərini bildirirdi. Bir neçə gün sonra ərazinin sahibi ona zəng etmişdir. O, ərazini almırlarsa başqa adama satacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 zəng edib bunu bildirmişdir. Təqsirləndirilən şəxs1 2-3 saat sonra ona zəng edib ərazini alacaqlarını, həmin adamların Moskvadan mart ayının axırı aprel ayının əvvəlində gələcəklərini bildirmişdir. O, bunu ərazinin sahibinə demişdir. Sonuncu gözləyəcəklərini və ərazinin qiymətinin əvvəl 50 min AZN olduğunu indi qiymətin qalxdığını və 70 min AZN olduğunu bildirmişdir. O, bunu Təqsirləndirilən şəxs1 bildirmiş, sonuncu qiymətlə razılaşmışdır. Aprel ayının 6-da, günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, həmin vaxt görüşə bilməyəcəyini və məktəbə uşaqların arxasınca gedəcəyini demişdir. Təqsirləndirilən şəxs1 axşam Mərdəkan tərəfə gələcəyini və orada görüşə biləcəklərini bildirmişdir. O, axşamüstü saat 5 radələrində Mərdəkan kəndinə getmişdir. Dostu da onunla olmuşdur. Dostu ilə orada çay içmişlər. Sonra o, dostuna burada qohumunun olduğunu qohumugilə gedib qayıdacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1gilə getmişdir. Onlar söhbət etmiş və yemək yemişlər. Təqsirləndirilən şəxs1 ona axşam bir nəfərlə görüşü olacağını və maşın lazım olacağını bildirmişdir. O, sonuncuya onun maşını ilə gedə biləcəklərini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 ilə saat təxmini 8-ə işləmiş Maştağa qəsəbəsinə gəlmişlər, görüş orada olacaqdı. Onlar qəsəbədə dairəvi yol deyilən ərazini keçəndən sonra Təqsirləndirilən şəxs1 ona maşının arxa hissəsində oturmağını və görüşəcəyi dostunun qabaq hissədə Təqsirləndirilən şəxs1 yanında əyləşməsini bildirmişdir. O, razılaşmış və maşından düşüb arxada əyləşmişdir. O, öz işləri ilə bağlı telefonla danışmışdır. Onlar görüşəcəyi yerə çatanda Təqsirləndirilən şəxs1 ona dostunun küçənin tinində gözlədiyini və maşından düşüb sonuncunu çağırmağını bildirmişdir. O, maşından düşmüş və yolun kənarından bir nəfər gəldiyini görmüşdür. Kamran müəllim deyə səslənmiş və sonuncu cavab vermişdir. Onlar görüşmüşlər və Təqsirləndirilən şəxs1 maşında gözlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 maşının qabaq hissəsində Təqsirləndirilən şəxs1 yanında əyləşmişdir. O, isə maşının arxa hissəsində əyləşmişdir. O, arxada öz işi ilə bağlı telefonla danışırdı. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 da öz aralarında iş barədə danışırdılar. Kiminsə borcu olmasından, borcun gecikməsindən danışıb hərdən də öz aralarında zarafatlaşıb gülürdülər. O, telefonla danışdığı üçün ətraflı qulaq asmırdı. Onlar Ləhic bağları deyilən ərazidə «Şəhid bulağı» deyilən yerdən aşağı düşən zaman Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında gərginlik yaranmışdır. Sonuncular mübahisə etməyə başlamışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 borcunu vaxtında versəydin belə olmazdı kimi ifadələr işlədirdi. O, sonuncuların aralarında baş verən söhbəti tam olaraq başa düşmürdü. Təqsirləndirilən şəxs1 maşını saxladı, maşında mübahisə etməyə davam edirdilər. Maşında su şüşəsi var idi. Təqsirləndirilən şəxs1 şüşəni Zərərçəkmiş şəxs1 tərəf atdı. O, həmin an heç nə başa düşmürdü, hətta sonuncuların zarafat etdiklərini düşünürdü. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 maşından düşüb söhbət etməyi dedi. Sonuncular maşından düşən vaxt hara getdiklərini soruşmuşdur. Ona maşından düşməməyini bildirmişlər. O, maşında telefonla danışırdı. 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 maşının qabaq qapısını açaraq maşından nəsə götürmüş, qapı açıq qalmışdır. O, qışqırıq səslərini eşidirdi. O, qapını açıb düşən zaman Zərərçəkmiş şəxs1 yerdə görmüşdür. Təqsirləndirilən şəxs1 sonuncunu bir neçə dəfə vurdu. Həmin vaxt Zərərçəkmiş şəxs1 xırıltı səsi gəlirdi. O, həmin an şok vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 nə olduğunu, necə olduğunu soruşurdu. Təqsirləndirilən şəxs1 ona hər şeyin yaxşı olacağını deyirdi. Təqsirləndirilən şəxs1 başından qan axırdı. O, təcili yardım çağırmaq istəyirdi. Təqsirləndirilən şəxs1 ona yolu keçənlərin görə biləcəyini və kömək edib Zərərçəkmiş şəxs1 içəri salmaqlarını bildirmişdir. O, həmin an şokda olmuşdur. O, Zərərçəkmiş şəxs1 qolundan tutub kömək etmək istəyəndə sonuncunun üzünü görmüş və halı pisləşmişdir. Təqsirləndirilən şəxs1 kömək edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona maşına getməyini və özünün həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qapıdan içəri salmışdır. O, özünü itirmiş və maşında oturub kimə zəng edəcəyini fikirləşmişdir. Polisə və təcili yardıma zəng etməmişdən öncə Təqsirləndirilən şəxs1 qardaşına yəni, qaynatasına zəng etməyi düşünmüş, amma heç kimə zəng vurmamışdır. Təxmini yarım saat 40 dəqiqə sonra Təqsirləndirilən şəxs1 gəlmiş və maşında arxa hissədə əyləşmişdir. O, heç nə danışmırdı. Onlar Maştağa qəsəbəsinə çatanda Təqsirləndirilən şəxs1 maşını saxlamağını istəmişdir. Çantanı götürüb bundan sonra qalan yolu özü gedəcəyini bildirmişdir. O, evə çatmış, evdə heç kim olmamışdır. Ona işdən xidməti maşın verilmişdir. O, həmin maşınla kəndə geri qayıtmışdır. Saat təxmini 12-in yarısı olmuşdur. Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və İsmayılgilə aparmağını istəmiş, o, razılaşmışdır. Təqsirləndirilən şəxs1 götürüb İsmayılgilin yanına getmişlər, o, maşında gözləyirdi. Təqsirləndirilən şəxs1 İsmayılla nəsə danışmış, sonra İsmayıl maşına əyləşmiş, ondan nə baş verdiyini soruşmuşdur. O, heç nə bilmədiyini demişdir. O, İsmayıldan Təqsirləndirilən şəxs1 nə dediyini soruşmuşdur. İsmayıl da Təqsirləndirilən şəxs1 soruşan olsa İsmayılgildə iftarda olduğunu deməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 evinə gətirmişdir. Sonuncunu evə düşürən zaman Təqsirləndirilən şəxs1 ona evə gəlməyini və ona pul verəcəyini bildirmişdir. Onlar evə girmişlər. Təqsirləndirilən şəxs1 ona bağlamada pul vermişdir. Pulun 70 min AZN hissəsini ərazinin yiyəsinə, yerdə qalan 50 min AZN hissəsini isə kiminsə zəng vurub ondan götürəcəyini bildirmişdir. O, pulu götürüb evdən çıxmışdır. Yolda yerin yiyəsinə zəng vurmuş, pul verəcəyini bildirmiş və Şüvəlan qəsəbəsinə çağırmışdır. Onlar Şüvəlan parkının yanında görüşmüş, o, pulu vermişdir. Yerin yiyəsi ondan sənədləşmə işinin necə olacağını soruşmuşdur. O da sənədləşmə işini səhər həll edəcəklərini demişdir. O, dostugilə gəlmişdir. Onlar həmişə saat 3-4-ə qədər oturub yazı-pozu işləri edirdilər. Saat təxmini 1-in yarısı olmuş, o, otura bilməmişdir. Onlar dostu ilə maşına əyləşmişlər. Polis akademiyasının yanına çatanda Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və İsmayılgilə gəlməyini bildirmişdir. Dostuna Maştağaya gedəcəklərini sonra sonuncunu evə aparıb düşürəcəyini demişdir. Onlar İsmayılgilə gəlmişlər. Qapı açıq olmuşdur. Təqsirləndirilən şəxs1 gəlmiş və maşında əyləşmişdir. Dostu maşının arxa hissəsində əyləşmişdir. Təqsirləndirilən şəxs1 14-cü PB-dən zəng gəldiyini bildirdi və sonuncunu PB-nə aparmağını istəmişdir. Təqsirləndirilən şəxs1 14-cü PB-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 10-15 dəqiqə gözləmişdir. O, İsmayılgilin evinin yanına gəlmişdir. Oradan dostunu taksi ilə evinə yola salmışdır. Telefonu enerjiyə qoşmaq üçün İsmayılgilə gəlmişdir. Qapılarını döymüş, amma açan olmamışdır. O, maşında oturub orada gözləmişdir. Həmin vaxt İsmayıl gəlmiş, sonuncu avtoyuma işlədirdi. Oranı bağlamağa getmişdir. İsmayıl ondan nə baş verdiyini Təqsirləndirilən şəxs1 niyə PB-nə çağırdıqlarını soruşmuşdur. O, İsmayıla heç nə bilmədiyini demişdir. İsmayıldan telefonu üçün enerji aləti istəmişdir. İsmayıl evə baxmış və olmadığını yaxınlıqdakı mağazadan soruşacağını bildirmişdir. Onlar mağazaya doğru getmişlər. Həmin vaxt İsmayıla zəng gəlmiş və sonuncunu da PB-nə çağırmışlar. O, İsmayılı PB-nə aparmış, orada gözləmişdir. Onun telefonu sönmüşdür. Maşınının benzini də bitmək üzrə olmuşdur. O, yanacaq doldurma məntəqəsinə gəlmişdir. Orada maşınına yanacaq doldurmuşdur. Səhərə yaxın o, evə gəlmişdir. Divanda oturduğu yerdə onu yuxu tutmuşdur. Yoldaşı onu oyatmış və İsmayılın arvadının zəng vurduğunu, sonuncunu onu axtardığını bildirmişdir. O, dərhal İsmayıla zəng vurmuşdur. İsmayıl PB-dən çıxdığını və onu da ora çağırdıqlarını bildirmişdir. Həmin vaxt 14-cü PB-in rəisi telefonu İsmayıldan götürərək ona PB-nə yaxınlaşmağını bildirmişdir. O, maşını ilə 14-cü PB-nə gəlmişdir. Orada ondan belə bir hadisənin baş verdiyini və bu barədə məlumatının olub-olmadığını soruşmuşlar. Həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 saxladıqlarını və sonuncunun onun maşını ilə getdiyini demişlər. O, orada həmin vaxt maşında olmadığını, maşını Təqsirləndirilən şəxs1 verdiyini və sonuncunun özünün getdiyini bildirmişdir. Biraz sonra onu rəisin yanına aparmışlar. O, orada hər şeyi düzgün şəkildə, hadisə necə baş veribsə danışmışdır. Sonra həmin əraziyə getmişlər. Ərazidə yarımtikili olmuşdur. Qan izi ilə həmin tikilinin yanında su quyusunun izini tapmışlar. Polis əməkdaşları bildirmişlər ki, meyit su quyusunun içərisindədir. Polis əməkdaşları FHN-in əməkdaşlarını çağırmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs1 ona 10 min manat pul verməmişdir. Onun Təqsirləndirilən şəxs1 verəcəyi borcu olmamışdır. O, istintaqda bu barədə müstəntiqə heç bir söz deməmişdir. Bağa ləmazimatları o, aparmamışdır. Hadisədən təxmini 15 gün qabaq Təqsirləndirilən şəxs1 ona boru, boru kəsən, yapışqan və dərinlik ölçən almağı üçün siyahı vermişdir. O, bütün günü tikinti ərazisində olduğu üçün ona həmin ləvazimatları almağını demişdir. O, həmin ləvazimatları alıb Təqsirləndirilən şəxs1 vermişdir. Həmin ləvazimatları bağa o, aparmamışdır. Avtomobildə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında olan danışıqları xatırlamır. Onun başı telefona qarışmışdır. Öz işləri ilə bağlı danışırdı. Zərərçəkmiş şəxs1 telefonuna zəng gəlmişdir. Sonuncu telefonla danışıb qurtarandan sonra aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 «vaxtında həll etsəydin məsələ bu yerə gəlməyəcəkdi” kimi ifadələr işlədirdi. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 maşında əlbəyaxa olmamışlar. Aralarında mübahisə yaranandan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 maşından düşüb söhbət etməyi təklif etmişdir. O, telefonla danışdığı üçün nə baş verdiyini tam anlamırdı. Sonuncular maşından düşəndən sonra o, heç bir səs və hay-küy eşitməmişdir. O, arxada oturmuşdur. Arxa şüşələr qara rəng olduğu üçün çöl görünmürdü. Maşında da musiqi olduğu üçün o, bayırdakı səsləri eşitmirdi. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 maşında şiddətli mübahisə etmədikləri üçün sonuncuların maşından düşməyi onda heç bir şübhə yaratmamışdır. Təqsirləndirilən şəxs1 maşının qabaq qapısını açanda o, hiss etmişdir ki, Təqsirləndirilən şəxs1 yaxşı deyil. O, Təqsirləndirilən şəxs1 maşından nə götürdüyünü görməmişdir. Maşında disk qabı və şampan şüşəsi olmuşdur. Şampanı o, Təqsirləndirilən şəxs1 üçün almışdır. O, Təqsirləndirilən şəxs1 yanına gedəndə hərdən sonuncuya çaxır və şampan alırdı. O, şampanı hadisə günü almamışdır. Şampanı hadisədən 4-5 gün qabaq almışdır. Şampan şüşəsini avtomobilin qabaq qapısına saxlanc yerinə qoymuşdur. Hadisə günü sürdüyü maşın dostunun olmuş, etibarnamə vermişdir O, 7-8 ay olardı həmin maşını sürürdü. Avtomobildə arxada oturduğu üçün Təqsirləndirilən şəxs1 maşından nə götürdüyünü o, görməmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 nə götürdüyünü soruşanda sonuncu ona cavab vermədən getmişdir. O, avtomobilin içərisindən Zərərçəkmiş şəxs1 görməmişdir. Avtomobilin qapısı içəridən o, oturan tərəfdən bağlı olmuşdur. Qapını özü əyləşən tərəfdən aça bilmirdi. O, uzanıb sürücü tərəfdən qapını açıb avtomobildən düşən zaman Zərərçəkmiş şəxs1 yerdə uzandığını görmüşdür. Zərərçəkmiş şəxs1 avtomobildə sürücü əyləşən tərəfdən bir qədər aralıda olmuşdur. O, avtomobildən sağ tərəfdən düşmüşdür. O, qapını açıb avtomobildən düşəndə Zərərçəkmiş şəxs1 görməmişdir. O, avtomobildən düşmüş, arxa hissədən gələndə Kamranı yerdə uzanmış görmüşdür. O, görən zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bir zərbə vurmuş və dayanmışdır. Zəbəni vurandan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 özü aralanmışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs1 nə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs1 həmin vaxt xırıldıyırdı. O, sonuncuya kömək üçün heç nə etməmişdir. Təqsirləndirilən şəxs1 ona narahat olmamağını və maşına geri qayıtmağını bildirmişdir. O, maşına əyləşmişdir. Həmin an nə edəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs1 bir az sonra gəlmişdir. Maşında arxa hissədə əyləşmişdir. Onlar oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs1 su quyusuna kimin atdığını bilmir. Təqsirləndirilən şəxs1 ondan Kamranı həyətə salmaq üçün kömək istəmişdir. O, Zərərçəkmiş şəxs1 əlindən tutub qaldırmaq istəyəndə üzünü görüb özünü pis hiss etmişdir. Təqsirləndirilən şəxs1 kömək edə bilməyəcəyini demişdir. Sonuncu da ona maşında oturub gözləməyini özünün həll edəcəyini bildirmişdir. Təxmini 20-30 dəqiqə sonra Təqsirləndirilən şəxs1 gəlmişdir. Sonuncu maşının arxa hissəsində əyləşmişdir. Nardaran qəsəbəsindən Maştağaya dönən yolda Təqsirləndirilən şəxs1 maşını saxlamağını istəmişdir. O, yol gedərkən Təqsirləndirilən şəxs1 heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs1 ona yerin sahibinə verməyi üçün 70 min AZN pul vermişdir. O, birinci qaynatasına zəng vurmaq istəyirdi. Təqsirləndirilən şəxs1 ona heç kimə zəng vurmamağı, məsələni özünün həll edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 necə olduğunu maraqlanmamışdır. Hadisə baş verən an o, polisə zəng etməyi düşünməmişdir. Həmin vaxt təcili yardıma zəng etməyi düşünürdü. Lakin heç kimə zəng vurmadı. 70 min AZN pulu Təqsirləndirilən şəxs1 ona pul olan çantadan vermişdir. Həmin çantadakı pulun kimin olduğu barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 maşına əyləşəndə həmin pul çantası Zərərçəkmiş şəxs1 əlində olmuşdur. Hadisədən sonra onlar Təqsirləndirilən şəxs1 ilə oradan uzaqlaşanda həmin pul çantasını Təqsirləndirilən şəxs1 özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs1 pulu ona Şüvəlanda bağda vermişdir. Təqsirləndirilən şəxs1 pul çantasını götürəndə o, sonuncudan nə olduğunu soruşmamışdır. Təqsirləndirilən şəxs1 ona 70 min AZN-dən başqa 50 min AZN pul vermiş və həmin pulun kiminsə gəlib götürəcəyini bildirmişdir. Hadisədən təxmini 6-7 saat sonra o, PB-də hər şeyi danışmışdır. Hadisə baş verəndən sonra PB-ə birinci Təqsirləndirilən şəxs1 çağırmışlar. Təqsirləndirilən şəxs1 niyə birinci çağırdıqlarını və nədən şübhələndiklərini bilmir. Səhər saat 8-9 radələrində onu PB-nə çağırmışlar. O, PBnə birinci Təqsirləndirilən şəxs1, sonra isə İsmayılı aparmışdır. Səhər saat 5-ə kimi sonuncuları orada gözləmişdir. O, İsmayılla görüşəndə Təqsirləndirilən şəxs1 ilə birlikdə olmuşdur. Təqsirləndirilən şəxs1 ona zəng edib İsmayılgildə olduğunu və oradan götürməyini bildirmişdir. Gecə saat 00:00-01:00 radələri olmuşdur. O, şəhərə doğru getmişdir. Yanında dostu da olmuşdur. O, İsmayılgilə gəlmişdir. Təqsirləndirilən şəxs1 ilə İsmayıl küçədə söhbət edirdilər. Təqsirləndirilən şəxs1 maşına əyləşmiş və 14-cü PB-nə aparmağını bildirmişdir. İsmayılla Təqsirləndirilən şəxs1 həmin vaxt nə söhbət etdiklərini o, eşitməmişdir. O, İsmayılla Təqsirləndirilən şəxs1 nə səbəbə görüşdüklərini bilmirdi. O, Təqsirləndirilən şəxs1 götürmək üçün İsmayılın evinə getmişdir. Həmin ərazidə İsmayılın iş yeri olduğunu blmirdi. İsmayılgildə olarkən Təqsirləndirilən şəxs1 orada bir xanıma sellofan paketdə nəsə vermişdir. O, həmin sellofan paketdə pul olduğunu bilmirdi. Həmin sellofanda pul olduğunu o, sonradan öyrənmişdir. İpoteka krediti götürdüyü mənzil yoldaşının nənəsinə məxsus olmuşdur. O, evi təmir etdirmək üçün ipoteka krediti götürmüşdür. Hadisə baş verən günü onlar Zərərçəkmiş şəxs1la görüşməyə gedəndə sonuncunu maşına o, çağırmışdır. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs1 dostu olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs1 əynindəki paltarlarının harada olduğunu bilmir. Zərərçəkmiş şəxs1 quyuya necə atılmağından onun xəbəri yoxdur. Hadisədən sonra o, Təqsirləndirilən şəxs1 Nardaran-Maştağa yolunda düşürmüşdür. Həmin vaxt avtomobili o, idarə edirdi. Hadisə baş verən zaman o, Təqsirləndirilən şəxs1 üzündə qan ləkəsi görmüşdür. Amma qaranlıq olduğu üçün paltarlarını tam görə bilməmişdir. Maşında qan ləkəsi yox idi. Qan ləkəsi olsa idi bu istintaq zamanı da ortalığa çıxardı. Onun əli hadisədən 2-3 gün öncə “düşes” şüşəsini açan zaman yaralanmışdır. O, Təqsirləndirilən şəxs1 pulu yerin yiyəsinə vermək üçün götürmüşdür. 50 min AZN pulu ona kiminsə gəlib götürəcəyi üçün vermişdir. O, 70 min AZN pulu yerin yiyəsinə, 50 min AZN pulu isə istintaqa təhvil vermişdir. Hadisədən sonra 70 min AZN pulu yerin yiyəsinə vermiş, sonra evə gəlib 50 min AZN pulu şkafda gizlətmişdir. O, həmin pulu saymamışdır. Orada nə qədər pul olduğunu bilmirdi. Həmin 50 min AZN puldan o, heç kimə pul verməmişdir. Həmin pulu istintaqa təhvil verəndə orada nə qədər pul olduğunu o, bilmirdi. Təqsirləndirilən şəxs1 ona həmin pulun 50 AZN olduğunu bildirmişdi. Banka təxmini 41 min AZN ipoteka borcu var idi. 2020-ci ildə müharibə dövründə şirkət bağlanmışdır. O, banka pul ödəyə bilməmişdir. Yanvar ayında o, banka 4 ayın pulunu ödəmişdir. Mart ayında bankın əməkdaşı ona zəng edərək ipotekanın bağlanmalı olduğunu, ipoteka fondunun Muğam bankdan pulu geriyə çəkəcəyini bildirmişdir. O, bankın əməkdaşına borcunun hamısını ödədiyini, gecikməsinin olmadığını bildirmişdir. Sadəcə 4 gün müharibə dövründə gecikməsi olduğunu bildirmişdir. Amma yanvar ayında borcunun hamısını ödədiyini bildirmişdir. Bankın əməkdaşı onu məhkəməyə verməyə məcbur olduqlarını bildirmişdir. 2021-ci ildə məhkəmə başlamışdır. Ödənişi hər ay vaxtında edirdi. 2022-ci ilin dekabr ayına kimi ödənişi etmişdir. 2022-ci ilin dekabr ayında ona evi həraca çıxaracaqlarını bildirmişlər. Amma hesab açıb həmin hesaba 12 min pul qoysa və hər ay kredit ödənişini etsə ipoteka fonduna bildiriş göndərəcəklərini və ödəniş qabiliyyəti üçün uyğun olduğunu deyəcəklərini bildirmişlər. İpoteka kreditinə görə məhkəmə qərarı çıxmışdır. Evinin ipoteka kreditində olmağından qaynatasının xəbəri olmuşdur. İpoteka kreditinə görə məhkəmə qərarının çıxmağından sonuncunun xəbəri olmamışdır. Qaynatasının 7 gün ərzində ipotekanın pulunu haradan əldə etdiyini bilmir. Sonuncunun tanışları çox idi. Özü də iş görən adam idi. Bağın qapısının qıfılını o, dəyişməmişdir. Vasitəçi ona fotoşəkillər atmışdır. Sonra zəng vurub bağda əşyalar olduğunu, sonra bağın qıfılının dəyişdirildiyini bildirmişdir. O, bunları Təqsirləndirilən şəxs1 demişdir. Təqsirləndirilən şəxs1 bağın qapısının qıfılını özünün dəyişdirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 şəkil göndərib bağdakı əşyaları soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 dediyi ləvazimatları alan zaman həmin bağ üçün aldırdığını bilmirdi. Əşyaları Təqsirləndirilən şəxs1 vermişdir. O, bağa dekabr-yanvar aylarında baxmışdır. Bağa təxmini 300-400 AZN beh vermişdir. Bağa ilk dəfə özü tək gedib baxmışdır. Sonra Təqsirləndirilən şəxs1 bağa baxmış və bağa baxmaq üçün qohumlarının gələcəyini bildirmişdir. Vasitəçilərlə bağ haqqında o, danışdığı üçün behi vasitəçilərə o, vermişdir. O, bağ axtararkən vasitəçiyə bağda quyu olmağını demişdir. Hadisə baş verən bağın qarşısında və üzbəüzündə başqa bağlar var idi. Zərərçəkmiş şəxs1 ölməyini o, bilmirdi. Maşından düşəndə sonuncunun xırıltısını eşitmişdir. Təqsirləndirilən şəxs1 bağ axataran zaman ona dostunun Moskvada yaşadığını, Bakıya köçüb gəlmək istədiyini, 5-6 qardaş olduqlarını və 6-7 bağ alacaqlarını, oradan da onların xeyirləri olacağını demişdir. Hadisə baş verəndən sonra onlar qayıdan zaman Təqsirləndirilən şəxs1 maşında arxa hissədə əyləşmişdir. O, arxaya çevrilib Təqsirləndirilən şəxs1 üzündə qan olub-olmadığına baxmamışdır. Hadisə günü maşından düşəndə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 əlbəyaxa görməmişdir. O, maşından düşən zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bir dəfə zərbə vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 yaxınlaşıb qolundan tutub nə olduğunu soruşmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ifadəsində qeyd etdiyi bir nəfərlə görüşüb həmin şəxsin işini düz-qoş etdikdən sonra oradan ona 10 min AZN qalacağı hissəsi yəni, torpaq alqı-satqısından ona həmin məbləğ qalacaqdı. O, ifadəni hadisə baş verən günün səhəri vermişdir. İfadəsində qeyd edilən bəzi hissələri o, deməmişdir. Zərərçəkmiş şəxs1 “qolundan tutub sürtlədim, bağlamağa kömək etdim” ifadəsini o verməmişdir. Onlar hadisə yerində saat yarım olmamışlar. Orada təxmini 20-30 dəqiqə olmuşlar. O, hadisədən sonra oraya polis əməkdaşları ilə getmiş, Zərərçəkmiş şəxs1 su quyusuna atılmağını orada görmüşdür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 tək bağlayıb quyuya atmışdır. İfadəsinin bəzi hissələri ilə razı deyil. Müstəntiq ona ifadəni təqdim etmişdir. Ona razı olduğu halda qol çəkməyini bildirmiş, o da qol çəkmişdir. İfadəsi ilə tam razı deyil. narazı olduğu hissələri müstəntiqə o, deməmişdir. İfadədə qeyd edilən Təqsirləndirilən şəxs1 ona 3 min pul verməyi və sonuncudan 10 min manat borc pul istəməyi hissələri olmamışdır. Şampan şüşəsi qabaq qapının saxlanc yerində olmuşdur. Təqsirləndirilən şəxs1 PB-dən onun yanında zəng gəlməmişdir. Təqsirləndirilən şəxs1 maşına əyləşəndə sonuncunu PB-dən çağırdıqlarını bildirmişdir. O, hadisəni törətməmişdir. Bu yaşına qədər heç kimlə nə ədavəti, nə də düşmənçiliyi olmamışdır. Onun bu cinayət işində günahı var. O, vaxtında təcili tibbi yardım çağırsaydı belə bir hadisə baş verməzdi. Həmin vaxtı polisə məlumat verməmişdir. Özünü itirdiyi üçün təcili tibbi yardıma məlumat verməmişdir. O hamıdan üzr istəyərək qərarın məhkəməyə aid olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2019-2020-ci illərdə ona Ukrayna Respublikasında yaşayan Yusif adlı tanışı zəng edib bildirmişdir ki, Azərbaycanda yerləşən Beynəlxalq banka hesabına 500000 ( beş yüz min) ABŞ dolları pul köçürülmüşdür. Həmin pulu bankdan çıxarıb nağdlaşdırmaq lazımdır. Əgər həmin pulu çıxara bilsə ona da pul çatacaq. Yusif həmçinin bildirmişdir ki, həmin pulu çıxarması üçün Azərbaycana Ukraynadan bir nəfər adam gələcək, ona həmin pulun nağdlaşdırılmasında, yəni bankdan nağd olaraq çıxarılmasında kömək etmək lazımdır. Çünki, həmin ərəfədə bankda hesabda olan pulların çıxarılması məsələsi çətin olmuşdur. Belə ki, Yusiflə danışdıqdan bir neçə gün sonra Azərbaycana Yusifin dediyi həmin adam gəlmiş, dəqiq xatırlamadığı tarixdə hava limanına gedib həmin şəxsi aeroportda qarşılamışdır, lakin, həmin adamın adını soyadını, ata adını, telefon nömrəsini hazırda xatırlamır. Hava limanında həmin şəxsi tutmuşlar, sonradan öyrənmişdir ki, Sabunçu rayon məhkəməsində onun barəsində axtarış elan edilib. Həmin şəxs azərbaycanlı olmuş, lakin, konkret hansı məsələ ilə əlaqədar barəsində axtarış verildiyini bilməmişdir. Belə ki, həmin adam Sabunçu rayon məhkəməsində işini həll etdikdən sonra onunla Beylənxalq bankdan çıxarılmalı olan pul məsələsi barədə söhbət etmiş, həmin şəxs şirkətlər arasında pulun köçürülməsini təsdiq edən ödəniş sənədini və pulu götürmək üçün etibarnaməni ona təqdim etmiş və pulu götürüb götürə bilməyəcəyini soruşmuşdur. Onun təqdim etdiyi etibarnaməyə baxdıqda görmüşdür ki, etibarnamə saxtadır, etibarnamə Ukrayna Respublikasında verilmiş etibarnamə olmuşdur, lakin konkret hansı şəhərdə və kimin tərəfindən və kimin adına verildiyi yadında qalmamışdır. Ukraynadan gəlmiş həmin şəxsə bildirmişdir ki, onun gətirdiyi ödəniş barədə sənədi banka gedib göstərməlidir. Belə ki, dəqiq xatırlamadığı tarixdə ödəniş barədə sənədi Beynəlxalq bankına Yasamal rayon filialına gedib orada göstərmiş və 500000 (beş yüz min) ABŞ dolları məbləğində pulun həmin banka köçürülüb köçürülmədiyini, həmin pulu çıxarıb çıxara bilməyəcəyini soruşmuşdur. Bankdan ona şifahi olaraq bildirmişlər ki, 500000 (beş yüz min) ABŞ dolları məbləğində pul həmin banka köçürülmüşdür. Lakin, 500000 (beş yüz min) ABŞ dolları məbləğində pul kimin adına köçürülmüşdürsə həmin şəxs özü gəlib hesabdan pulu çıxarmalıdır. Bankdan həmçinin bildirmişlər ki, əgər 3 gün ərzində həmin pul bankdan çıxarılmasa həmin pulu çıxarmaq mümkün olmayacaq. Belə ki, Yusiflə danışıb bildirmişdir ki, adına pul gələn şəxs özü şəxsən gəlib pulu bankdan çıxara bilər. Bundan sonra isə Solmaz adlı tanışına pul məsələsi ilə bağlı məlumat verib, bankdan pul çıxarılmasında,yəni hesaba köçürülmüş pulun nağdlaşdırılmasında kömək etmək üçün tanışının olub olmadığını soruşmuşdur. Həmin məsələnin alınacağı təqdirdə ona da həmin puldan verəcəyini bildirmişdir. Solmaz onu Zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Dəqiq xatırlamadığı tarixdə Solmazın yaşadığı, Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən evində Kamranla görüşmüşlər, Solmazın yanında Kamranla bu pul məsələsi ilə bağlı danışmış və ondan həmin pulun çıxarılmasında kömək edib edə bilməməsini soruşmuşdur. Kamran bildirmişdir ki, həmin pulun çıxarılmasında tanışları vasitəsi ilə kömək edəcəkdir. Lakin, hansı tanışları vasitəsi ilə kömək edəcəyini deməmişdir. Bundan bir müddət sonra Viktor adlı ukraynalı bir nəfər şəxs və “Vaqo” adlı çeçen milliyətli bir nəfər şəxs Azərbaycana gəlmiş və onlarla görüşmüşdür. Viktorun adına şirkətin adından etibarnamə verilmişdir, Viktor demişdir ki, Beynəlxalq banka hesabına köçürülmüş pul onun puludur və həmin pulu çıxarmaq istəyir. Viktor və Vaqonu Atatürk parkında Zərərçəkmiş şəxs1la görüşdürmüşdür. Dördü birlikdə görüşmüşlər, söhbət zamanı Viktor və Vaqo Kamrana bildirmişdir ki, köçürülmüş 500000 (beş yüz min) ABŞ dolları puldan əlavə də bir müddət sonra həmin məbləğə yaxın müxtəlif məbləğlərdə pullar Beynəlxalq bankda onların adına köçürüləcək, həmin pulları da çıxarılmağında onlara kömək etmək lazım olacaq. Kamran bildirmişdir ki, həmin pulların çıxarılmasında onlara kömək edə bilər. Onlara bildirmişlər ki, bunun müqabilində 300000 (üç yüz min) manata yaxın pulunuz çıxacaqdır. Onlar da, həmin işi görməyin müqabilində Kamrana dediyi məbləğdə pulu verməyə razı olmuşlar. Vaqo və Viktor razılaşıb getdikdən sonra Kamranla aralarında olan danışıq zamanı razılaşmışlar ki, Kamran onlardan aldığı 300000 manat pulun 150000 ( yüz əlli min ) manatını ona verəcəkdir. Bu məsələdən sonra Kamranla tez tez əlaqə saxlayıb məsələnin nə yerdə qaldığını soruşmuşdur. Təxminən 2020-ci ilin sonları, 2021-ci illərin əvvəllərində dəqiq xatırlamadığı tarixdə Kamranla həmin pul barədə danışıq zamanı bildirmişdir ki, o, Viktor və Vaqo ilə görüşüb. Onlar ona həmin işi görməyə görə 200000 (iki yüz min) manat pul vermişlər. Ona həmin puldan payına düşən məbləği, yəni 100000 (yüz min) manatı verməsini tələb etmişdir. O, isə bildirmişdir ki, 200000 ( iki yüz min ) manat pulu Aydın və Xanlar adlı şəxslərə vermişdir. Kamrandan Aydın və Xanlar adlı şəxslərin kim olduğunu soruşduqda Kamran bildirmişdir ki, Xanlar qızıl satışı işi ilə məşğuldur, Aydın da biznesmendir. Kamran həmçinin demişdir ki, Aydının qohumu Beynəlxalq bankda işləyir, 500000 ABŞ dolları pulun, eləcə də həmin puldan sonra Viktorun dediyi kimi, köçürüləcək digər məbləğlərin də Beynəlxalq bankdan çıxarılmasında kömək etmək üçün həmin pulu Aydınla Xanlara vermişdir. Ona görə də pulu Aydın və Xanlara vermişdir. Ondan tələb etmişdir ki, onu Aydınla görüşdürsün. O, isə Aydının yuxarı vəzifəli şəxslərlə güclü əlaqələrinin olduğunu və buna görə ondan qorxduğunu bildirib onunla görüşdürməkdən imtina etmişdir. Bundan bir müddət sonra isə təxminən 2022-ci ilin sonlarında Kamran ona bildirmişdir ki, Viktorun adına köçürülmüş 500000 ABŞ dolları məbləğində pulu Azərbaycanda bankdan çıxarmaq mümkün olmamış, buna görə həmin pul Türkiyəyə kiminsə hesabına köçürülmüşdür. Kamran bildirmişdir ki, guya Aydın ona bildirib ki, həmin pul Türkiyəyə köçürülüb. Özü isə ona demişdir ki, Aydın və Xanlar onu aldadır. O, isə bildirmişdir ki, Türkiyədən ona kimsə zəng edib pulun köçürüldüyünü bildirib. Kamran həmçinn bildirmişdir ki, pulları Türkiyədən götürməsi üçün Türkiyədəki hansısa bank hesabına köçürmək barədə Viktorun razılığını alıb. Bir müddət sonra Kamran yenə də onunla görüşlərin birində 2023-cü ilin təxminən yanvar ayında dəqiq xatırlamadığı tarixdə ona “Gənclik Mall”un qarşısında yolun qarşı hissəsində görüşməyi bildirmişdir. Həmin yerə getmiş, ora çatdıqda Kamranın olmadığını, Viktor isə tək gözlədiyini görmüşdür. Viktordan Ukraynaya qayıtmadığını soruşanda Viktor ona Ukraynaya gedib qayıtdığını bildirmişdir. Viktorla həmin yerdə aralarında olan söhbət zamanı Kamrana 200000 (iki yüz min) manat pul verdiyini bildirmişdir. Aralarında olan danışıq zamanı Viktor ona bildirmişdir ki, Kamran 500000 (beş yüz min) ABŞ dolları məbləğində pulu bank hesabından çıxarmaqda ona kömək etməmişdir. Buna görə də o, həmin pulu ya məndən ya da Kamrandan geri almalıdır. Həmçinin ona demişdir ki, “Kamran deyir ki, məndən aldığı 200000 manat pulu sənə verib. Məni Kamranla sən tanış etdiyinə görə də pulu ya sən qaytarmalısan, ya da Kamran qaytarmalıdır.” Özü isə ona demişdir ki, Kamran həmin puldan ona heç bir məbləğdə pul verməmişdir. Viktora demişdir ki, narahat olmasın bir şey fikriləşib onun pulunu qaytaracaqlar. Viktor soruşmuşdur ki, konkret olaraq hansı tarixdə pul qaytarılacaq. Özü isə ona bildirmişdir ki, təxminən 2-3 günə çalışacaqdır ki, Kamrandan pulu alıb ona qaytarsın. Viktor həmin vaxtı ona bildirmişdir ki, əgər pul qayıtmasa onlar üçün yaxşı olmayacaqdır və demişdir ki, “siz hələ bizi yaxşı tanımırsız”. Kamran ona bir müddət əvvəl görüşən zaman bildirmişdir ki, o, Viktordan aldığı pulu Aydın və Xanlara vermişdir. Kamran tez-tez Xanlar adlı şəxslə görüşmüşdür. Aydınla kimisə pul müqabilində işə düzəldəcəklər, həmin işi düzəltdikdən sonra ona 200000 manat pul qalacaq, ona qalan həmin 200000 manat pulu gətirib Viktorun pulunu qaytaracaqlar. Belə ki, bu məzmunda söhbət edib Viktorla sağollaşıb ayrılmışdır. 2023-cü ilin təxminən yanvar-fevral aylarında, dəqiq xatırlamadığı tarixdə Kamranla yenə də Atatürk parkının “Gənclik Mall” ticarət mərkəzi ilə üzbəüz olan hissəsində görüşmüşlər. Ona bildirmişdir ki, Viktor pulunu geri istəyir. Kamran da ona bildiyini, Viktorun onunla da əlaqə saxlayıb pulunu geri istədiyini bildirmişdir. Kamran həmçinin bildirmişdir ki, Viktor hələ bu söhbətlərin əvvəlində ona bildirmişdir ki, Mustafa əvvəllər polisdə işləyib, birdən o, 500000 ABŞ dolları məbləğində pulun nağdlaşdırılması işi ilə əlaqədar onları tutdurar, buna görə də onun harada yaşadığını bilmək istəyir. Kamran bildirmişdir ki, o, Viktora hətta onun Şüvəlan qəsəbəsində yaşadığı bağ evinin yerini, hətta birlikdə yaşadığı Afət Cavanşirovanın evinin yerini və Rübabənin evinin yerini də göstərmişdir. Kamranla münasibətləri yaxşı olduğu zaman Kamranla tez-tez şəhərdə görüşüb gəzib söhbət etmişlər. Kamranla görüşərkən elə hallar olmuşdur ki, Rübabənin, Afətin yaşadığı evə gedib dəyməli olmuşdur. Buna görə də Kamran onların evlərinin yerini bilmişdir. Kamran Viktora onun hətta keçmiş arvadı Rübabənin və Afətin evinin yerini dediyini bildirəndə ona irad tutmuş, lakin çox mübahisə etməmişdir. Kamran həmçinin orada ona təklif etmişdir ki, bəlkə Viktoru öldürsünlər. Ondan Viktoru necə öldürəcəklərini soruşduqda X29 qəsəbəsində aldığı bağda öldürə biləcəklərini bildirmişdir. 2022-ci ilin sonlarında Kamran ona bildirmişdir ki,Viktor ona tapşırmışdır ki, onun üçün bağ tapsın. Kamran da ona bağ tapmağı tapşırmışdır. Özü isə qardaşının kürəkəni Təqsirləndirilən şəxs2 bağ tapmağı tapşırmışdır. Lakin, Namiqə deməmişdir ki, bağı kim üçün tapmaq lazımdır. Namiq tanımadığı kiminsə vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Ləhic bağları yaşayış massivində bağ tapmışdır. Kamranla birlikdə gedib həmin bağa baxmışlar. Kamrana bildirmişdir ki, bağın sahibi bağı 70000 (yetmiş min) manata satır, lakin o, Viktora bağın qiymətinin 130000 (yüz otuz min) manat olduğunu desin. Belə ki, sonra Kamrandan eşitmişdir ki, Kamran Viktorla danışıb və Ləhic bağlarında bağ tapdığını, qiymətinin 130000 (yüz otuz min) manat olduğunu demişdir. Viktor isə bildirmişdir ki, bağa özü baxdıqdan sonra bağı həmin qiymətə ala bilər. Belə ki, Kamran ona bildirmişdir ki, Viktoru həmin bağa baxmağa gətirərkən vurub öldürəcəkdir. O, Kamranın Viktoru öldürmək fikri ilə razı olmadığını ona bildirmişdir. Kamran görüşlərin birində ona bildirmişdir ki, vəzifəyə düzəlmək istəyən iki nəfər adam tapmışdır, həmin şəxslərin hər biri vəzifədə irəli çəkilmələri üçün 150000 (yüz əlli min) manat pul təklif edir. Kamran vəzifədə irəli çəkilmək istəyən həmin şəxslərin adlarını ona bildirmişdir, lakin həmin şəxslərin adlarını, soyadlarını, harada işlədiklərini hazırda xatırlamır. Belə ki, həmin şəxslərin vəzifədə irəli çəkilmək məsələsini həll edə biləcəyini ona bildirmişdir. Lakin, heç kəsi vəzifəyə düzəltmək fikri olmamışdır, məqsədi Kamranın gətirdiyi pulları alıb Viktora vermək olmuşdur ki, Viktor onlardan əl çəksin. Buna görə də Kamrana demişdir ki, 300000 (üç yüz min) manatadək olan məbləği gətirsin, dediyi məsələləri həll edəcəkdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Kamranın evinin yaxınlığında diş həkiminə getdiyi klinikanın qarşısında Kamranı görən vaxt ona demişdir ki, saat 19:30-da Sabunçu rayonu, Maştağa qəsəbəsində Kirov dairəsində görüşsünlər. İş məsələsini həll etdiyi adamlara demişdir, onlar da Nardaran qəsəbəsində Ləhic bağları yaşayış massivində, yolda gözləyəcəklər. Əslində onları heç kim gözləməyəcəkmiş. Kamranı aldadıb ondan gətirəcəyi pulu alıb Viktora vermək üçün ona demişdir ki, guya iş məsələsini həll edən adamlar onları orada gözləyəcəklər. Bundan sonra isə dişini düzəltdirib Şüvəlan qəsəbəsində yerləşən, bacısı qızı Aynura məxsus, yaşadığı evə getmişdir. Həmin gün saat 19 radələrində qardaşı Əlisafanın kürəkəni Namiq onun yaşadığı Şüvəlan qəsəbəsindəki evə gəlmişdir. Namiqdən xahiş etmişdir ki, onu Kamranla görüşə aparsın. Namiq Kamranı tanımamışdır. Belə ki, Namiqin istifadəsində olan “Hyundai SantaFe” markalı, hazırda dövlət nömrə nişanını xatırlamadığı avtomobillə Namiqlə birlikdə oturmuşdur. Kamranı götürmək üçün Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişlər. Maştağa qəsəbəsinə çatdıqda, Kirov dairəsində Namiqlə avtomobildə yerlərini dəyişmişlər, yəni avtomobildə sükan arxasına özü keçmişdir. Bir neçə dəqiqə sonra Kamran tək gəlmiş, Namiq avtomobildən düşüb onu çağırmışdır, Namiq və Kamran ikisi gəlib avtomobilə oturmuşlar, Namiq arxa oturacaqda, Kamran isə qabaq oturacaqda, onun yanında oturmuşdur. Kamrana dediyi kimi, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, Ləhic bağları yaşayış massivinə tərəf avtomobili sürmüşdür, yolda olarkən görmüşdür ki, Kamranın əlində qara çanta vardır. Kamran bildirmişdir ki, həmin qara çantanın içərisində 260000 (iki yüz altmış min) pul vardır. Ləhic bağlarına gedərkən yolda Kamranla aralarında mübahisə yaranmışdır. Belə ki, yolda aralarında olan söhbət zamanı Kamrana demişdir ki, zəng elə Viktora bura gəlsin. Kamran isə ondan soruşmuşdur ki, Viktoru niyə bura çağırır. Cavabında ona demişdir ki, “çünki, sən Viktora demisən ki, 200000 manat pul Mustafadadır. Ona görə də Viktoru çağır gəlsin görsün ki, pul məndə yox, səndədir. Bu zaman aralarında mübahisə yaranmış, Kamran söyüş söymüş, özü də ona söyüş söymüş və bu zaman avtomobildə sürücü üçün olan oturacağın yanında qoyduğu, həmin gün Namiqə aldırdığı şampan butulkasını götürmüş, şampan butulkası əlindən yerə düşmüşdür. Həmin vaxt artıq Nardaran qəsəbəsində yerləşən, Namiqin vasitəsi ilə Viktorun alması üçün tapdıqları bağ evinin qarşısında olmuşlar. Orada, avtomobildə Kamrana əli ilə zərbə vurduqdan sonra özü də, Kamran da avtomobildən enmişlər, həmin bağ evinin qarşısında, dalanda Kamran yerdən daş götürüb, onun başına vurmuşdur, o, xəsarət almışdır. Kamran ona bildirmişdir ki, “səni öldürəcəyəm”. Buna görə də o, avtomobildə olan şampan butulkasını götürmüşdür, həmin şampan butulkasının baş hissəsindən tutaraq butulkanın arxa hissəsi ilə Kamranın baş-alın nahiyəsindən iki dəfə güclü zərbə vurmuşdur. Kamran fırlanıb yerə yıxılaraq başı daşa dəymiş və başından qan açılmışdır. Bundan sonra Kamran huşunu itirmişdir. Həmin vaxt o, Kamranın nəbzini əli ilə yoxlamış, görmüşdür ki, nəbzi dayanmışdır. Başa düşmüşdür ki, artıq o, ölüb. Namiq həmin vaxt avtomobildən düşərək çaşqın vəziyyətdə onlara baxmışdır. Özü Kamrana xəsarət yetirdikdən sonra Namiqə demişdir ki, kömək eləsin, Kamranı bağın həyətinə salsınlar. Bundan sonra Namiq Kamranın meyitinin qolundan yapışmış, özü də digər qolundan yapışmışdır. Kamranın meyitini dalandan bağın həyətinə salmışlar. Kamranın meyitini quyuya atmaq qərarına gəlmişdir ki, meyit tapılmasın və cinayətin üstü açılmasın. Buna görə də mişar daşı götürüb əvvəlcədən Namiqə aldırdığı,həyətdə olan dəmir torun içərisinə salmış, dəmir toru və içərisinə saldığı daşı iplə Kamranın meyitinin bədəninə bağlayıb onu başı üstə quyuya atmışdır. Quyunun içərisində su da olmuşdur, meyiti quyuya atanda Namiq artıq onun yanında olmamışdır. Namiq həyətin qarşısında dayanmışdır.O,Kamranın meyitini bağdakı quyuya atdıqdan sonra həyətdən küçəyə çıxmışdır. Namiqlə birlikdə avtomobilə oturmuşlar. Avtomobilə oturmazdan əvvəl Kamranın gətirdiyi, içərisində pul olan çantanı yerdən götürmüşdür. Avtomobilə oturduqdan sonra Namiqə Maştağa qəsəbəsinə sürməsini demişdir. Pul çantasını götürüb Maştağa qəsəbəsində Məmmədyarov heykəlinin yanında avtomobildən düşmüşdür. Yolda taksi kimi faəliyyət göstərən tanımadığı taksilərdən birinə əl ilə işarə edib taksini saxlatdırmışdır. Lada markalı avtomobilə minmişdir, yolda olarkən görmüşdür ki, içərisində pul olan Kamranın gətirdiyi çantanın ağzı açıqdır. Həmin taksi ilə geri Maştağa qəsəbəsində Məmmədyarov dairəsinə qayıtmışdır ki, bəlkə pulu tapa bilər. Lakin, taksiyə mindiyi yerdə düşüb baxmışdır, pul tapa bilməmişdir. Oradan yenidən Şüvəlan qəsəbəsinə qayıtmışdır, Şüvəlan qəsəbəsinə çatarkən Əncirli küçəsinin qarşısında Viktorun dayanıb onu gözlədiyini görmüşdür. Kamran əvvəlcədən Viktora demişdir ki, onun evinin qarşısında dayanıb gözləsin. Belə ki, Viktorla Şüvəlan qəsəbəsində, Əncirli küçəsində görüşüb Kamranın gətirdiyi çantadan götürdüyü puldan ona təxminən 60000 (altmış min) manat pul vermişdir. Çünki, ifadəsinin əvvəlində qeyd etdiyi kimi Viktor Kamrana verdiyi 200000 (iki yüz min) manat pulu həm Kamrandan, həm də ondan geri qaytarmağı tələb etmişdir. Buna görə həmin 200000 (iki yüz min) manatın bir hissəsi olaraq 60000 (altmış min) manat pulu ona vermişdir. Bundan sonra Şüvəlan qəsəbəsindəki yaşadığı evə getmişdir. Orada bacısı qızının sürücüsü Qədirə 45000 (qırx beş min) manat pulu vermişdir ki, bacısının qızına olan borcunu çatdırsın. Təxminən 2023-cü ilin mart ayında bacısı qızından 45000 (qırx beş) min manat pul almışdır. Həmin pulu bacısı qızı Aynura çatdırması üçün sürücüsü Qədirə vermişdir. Bundan sonra Şüvəlan qəsəbəsindəki evdən çıxıb istifadəsində olan Hyundai markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rübabənin yaşadığı Azadlıq prospektində olan evə getmişdir. Rübabəyə zəng edib onu binanın həyətinə çağırmışdır. Rübabə ilə görüşmüş, Rübabəyə bildirmişdir ki, başına pis iş gəlib, lakin, adam öldürdüyünü ona bildirməmişdir. Övladları barədə Rübabədən hal-əhval tutmuş, bundan sonra isə Şüvəlan qəsəbəsinə qayıtmışdır. Orada evdə çimmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində onu 14-cü polis bölməsindən çağırmışlar, Kamranı öldürdükdən sonra onun gətirdiyi puldan təxminən 30000-35000 (otuz-otuz beş min) manat məbləğində pul götürüb Rübabəyə vermək qərarına gəlmişdir. Buna görə də Rübabəyə zəng edib onu xalası oğlu İsmayılın yaşadığı Maştağa qəsəbəsindəki evə çağırmışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində tanımadığı taksi ilə İsmayılın yaşadığı evə getmişdir, Rübabəyə vermək üçün götürdüyü pulu İsmayılın evində stolun üstünə qoymuş və ona tapşırmışdır ki, Rübabə gələndə pulu ona verər. Bundan sonra Namiq gəlmiş, bir neçə dəqiqə sonra Rübabə evin qarşısına gəlmiş, İsmayıla demişdir ki, mətbəxdə stolun üstündə qoyduğu pulu Rübabəyə versin. İsmayıl Rübabəyə pulu vermiş, lakin, İsmayıla pulun məbləğini və necə əldə etdiyini deməmişdir. Belə ki, bundan sonra isə 14-cü polis bölməsinə getmişdir, orada izahat vermiş, əvvəlcə cinayəti törətməsini etiraf etməsə də, sonradan polis və prokurorluq əməkdaşlarına sorğu sual zamanı cinayəti törətdiyini etiraf etmişdir. Əvvəlki ifadəsində göstərmişdir ki, Kamranın başına butulkanı Namiq vurmuş, lakin, sonradan səmimi ifadə verərək bildirmişdir ki, Kamranın başına butulka ilə zərbə vuraraq onu özü öldürmüşdür. Namiq Kamranı vurmamışdır. Onu yalnız özü vurmuşdur. Əvvəllər Kamran ona bildirmişdir ki, Aydın ondan borc istəmişdir, Kamran da həmin borcu ondan istəmişdir. Buna görə özü bacısı qızından borc alıb Kamrana vermişdir ki, Aydına versin. İfadəsində qeyd etdiyi Viktor və Vaqo adlı şəxslərin soyadı, ata adı bilmir, telefon nömrələrini hazırda xatırlamır, Ukraynada yaşadıqlarını, ünvanlarını bilmədiyini göstərmişdir. Kamran bildirmişdir ki, onun çantasında 260000 (iki yüz altmış min) manat pul vardır, ona görə hesab etmişdir ki, çantada 300000 (üç yüz min) manat pul olmamışdır, çantadakı pulu saymamışdır. Həmin puldan 45000 (qırx beş min) manatını bacısı qızının sürücüsü Qədirə vermişdir ki, bacısı qızına olan borcunu ödəsin. Təxminən 30000-35000 (otuz otuz beş min) manatını Rübabəyə İsmayılgildə vermişdir. Cinayəti törətdikdən sonra hadisə yerindən çıxıb Namiqlə birlikdə Maştağa qəsəbəsinə gedib, Maştağa qəsəbəsində Məmmədyarov dairəsində Namiqin istifadəsində olan Hyundai markalı avtomobildən düşərkən çantada olan puldan təxminən 120000 ( bir yüz iyirmi min) manatını Namiqə vermişdir. Ona verdiyi 120000 (yüz iyirmi min) manat pulun 70000 (yetmiş min) manatını Kamranı öldürdüyü yerdə yerləşən bağ sahəsini almaq üçün həmin bağın sahibinə verməsini Namiqə tapşırmışdır. Qalan 50000 (əlli min) manat pulu isə bağı alarkən nəisə problem yaranarsa ona sərf etməsi üçün vermişdir. Qalan təxminən 60000 (altmış min) manat pulu isə qeyd etdiyi kimi, hadisəni tərətdikdən sonra Şüvəlan qəsəbəsində Əncirli küçəsinin qarşısında Viktora vermişdir. Viktor və Vaqo adlı şəxslərin 500000 (beş yüz min) ABŞ dolları məbləğində pulu bankdan çıxarması üçün kömək edəcəyinə Kamranın ona söz verməsini Solmaz xanım təsdiq edə bilər. Viktor və Vaqonun da şəxsiyyətinin istintaq əməliyyat yolu ilə müəyyən edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 öldürdükdən sonra onun meyitini quyuya atmaq üçün yer ilə sürüyən zaman həmin paltarlar onun əynindən çıxmışdır. Qayıdarkən onun paltarlarını götürüb yolda harasa atmışdır, lakin yolun hansı hissəsində atdığı və nə zaman atdığı yadında deyil. Çünki, hadisədən sonra həyəcan keçirdiyi üçün paltarları hara atdığını xatırlamır. Həmin torpaq sahəsini Viktor üçün almağı ona Kamran tapşırmışdır, Namiq həmin torpaq sahəsini tapdıqdan sonra Kamran və özü də gedib torpaq sahəsinə baxmışdır. Həmin bağ sahəsində quyu olduğunu görmüşdür. Həmin quyunun yararsız hala düşməməsi üçün üstünü bağlamağı Kamranla ikisi qərara almışlar. Buna görə də Namiqə həmin ləvazimatları almağı tapşırmışdır. Namiq həmin ləvazimatları hadisədən təxminən 10-15 gün gün əvvəl almışdır və ona vermişdir. Həmin bağ sahəsindəki quyunun ağzını örtmək üçün həmin ləvazimatları istifadə etmək üçün onları hadisədən əvvəl aparıb həmin bağ sahəsinə qoymuşdur. Belə ki, quyunun ağzına dəmir toru qurub, onun üzərinə taxta qoyub iplə bağlayacağını düşünmüşdür. Kamranı öldürmək məqsədi olmamışdır. Məqsədi onu aldadıb pulları ondan alıb Viktora vermək olmasını bildirmişdir. Bağ sahəsini Viktora 130000 (yüz otuz min) manata satmaq barədə razılaşmışlar. Belə ki, Viktora bağı verib 130000 (yüz otuz min) manat borclarından silinəcək və üstündə də 60000 manat verdikdən sonra Viktora borcları qalmayacaqdır. Bundan başqa da Kamran ona 60000 manat pul borclu olmuşdur. Onun 45000 manatını öz bacısı qızından alıb Kamrana vermişdir. 15000 manat isə öz pulu olmuşdur. Belə ki, Kamrandan götürdüyü 250000 manat pulun 60000 manatını Kamranın ona olan borcuna çıxmış, 70000 manat həmin torpaq sahəsinin sahibinə torpağı almaq üçün vermək üçün ayırmış, 60000 manat Viktora nağd olaraq vermişdir. Qalan 60000 manat isə özünün Kamranla olan xeyri olmuşdur. Buna görə də Kamranı öldürdükdən sonra onun gətirdiyi həmin 260000 manat pulu götürmüşdür. Kamranın dediyi həmin işə düzəlmək istəyən şəxslərlə görüşmədiyini, onları konkret hansı vəzifəyə düzəldəcəyini Kamrana vəd etməmişdir. Kamranla arasında olan danışığa əsasən o, pulu gətirib ortaya çıxardıqdan sonra həmin şəxslərin hansı vəzifəyə düzələ biləcəkləri barədə müzakirə aparacaqmışlar. Kamran avtomobildə olan zaman ona bildirmişdir ki, o, gətirdiyi pulu vəzifəyə düzəlmək istəyən adamlardan deyil, Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yaşayan dostu Vilayətdən almışdır. Kamran həmçinin bildirmişdir ki, Vilayət Nəsimi rayonu M.Qaşqay küçəsində yerləşən obyektini sataraq həmin obyektin satışından əldə etdiyi təxminən 300000 manata yaxın pulu ona ferma alaraq birlikdə iş qurmaları üçün vermişdir. Kamrana dostundan aldığı pulu nəyə görə gətirdiyini soruşduqda Kamran izah etmişdir ki, “iş məsləsini həll etdiyi adamlarla aralarında olan danışıqlara görə onlar işə təyin olunmalarından yalnız bir iki gün əvvəl ona pul verə bilərlər. O, işi həll edən adama pulu göstərməsi üçün gətirməli olduğunu Kamrana bildirdiyi üçün Kamran Vilayətin ona verdiyi pulu vəzifəyə adam düzəldən şəxsə verməsi üçün deyil, yalnız göstərməsi üçün gətirmişdir. Əgər həmin şəxslərin işə düzəldilməsi məsələsi alınarsa bu gətirdiyi pulu deyil, həmin şəxslərin özlərindən alacağı pulu gələcəkdə gətirib təhvil verəcəkdir. Həmin söhbət zamanı Kamrana bildirmişdir ki, “əslində işə adam düzəltmək məsələsi, filan yoxdur. Mən sənə işə adam düzəltmək məsələsini yalandan demişdim ki, sən pul düzəldib gətirəsən və biz Viktordan sənin aldığın pulu ona geri qaytaraq.” Ondan sonra Kamrana demişdir ki, “zəng elə Viktora gəlsin ondan aldığın 200000 manatı geri qaytaraq.” Kamrana dedikdən sonra Kamran əsəbləşmiş Viktora pulu qaytarmaq fikrinin olmadığını bildirmiş və demişdir ki, Viktorun pulunu sonra qaytararlar. Bu zaman aralarında mübahisə yaranmış, Kamran ona söyüş söymüş və aralarında mübahisə yaranmış, daha sonra hadisə baş vermiş, hadisənin isə necə baş verdiyini ifadəsinin əvvəlində təsvir etmişdir. Elnur Allahverdiyev bacısının oğludur və Milli Məclisin deputatıdır. Zərərçəkmiş şəxs1 onun bacısı oğlu, deputat E.Allahverdiyevi tanıması və onun hadisə günü Zərərçəkmiş şəxs1 E.Allahverdiyevlə görüşdürəcəyini vəd edərək onu görüşə çağırması kimi Elnarə Bəkirovanın ifadəsində göstərdiyi xüsusatlar hamısı zərərçəkmiş şəxs Elnarə Bəkirovanın fərziyyələridir. E.Allahverdiyev Zərərçəkmiş şəxs1 tanımamış, o, Elnuru Kamranla tanış etməmişdir. Kamrana heç vaxt onu hansısa məsələ ilə bağlı Elnur Allahverdiyevlə görüşdürəcəyini deməmişdir. İstifadəsində olan telefona baxış zamanı Zərərçəkmiş şəxs1la xx.xx.2023-cü il tarixdə “vatsap mesajlaşmalarında” ona Şüvəlan qəsəbəsində yerləşən ünvanının “məkan paylaşımını” göndərməsi və səsli mesaj göndərərək “Kamran müəllim, sən gəl, akademiyanın yanından dön sola, problem yoxdu, konum ataram, MVD akademiyasının yanından dön sola, 300 metr gələndə orda Əncirlik yazılıb, bu saat konum ataram” sözlərini deməsi, bundan başqa istintaq zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin Şüvəlan qəsəbəsində olan anten dairəsinin xx.xx.2023-cü il tarixdə saat 20:37:08-də, saat 21:04:42-də, 17:01:2023-cü il tarixdə saat 18:02:16-da, xx.xx.2023-cü il tarixdə saat 14:27:27-də, xx.xx.2023-cü il tarixdə saat 19:37:02-də, xx.xx.2023-cü il tarixdə saat 19:29:28-də, xx.xx.2023-cü il tarixdə saat 17:18:27-də, 27:02:2023-cü il tarixdə saat 15:12:44-də, xx.xx.2023-cü il tarixdə saat 15:27:32-də olmasının müəyyən edilməsi ilə bağlı göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 həmin “məkan paylaşımını” göndərərək onu Şüvəlan qəsəbəsində yerləşən yaşadığı evə çağırmışdır. Həmin ev bacısı qızı Aynur Xəlilovaya məxsusdur. Zərərçəkmiş şəxs1 yaşadığı həmin ünvana çağırmasının hər hansı xüsusi səbəbi yoxdur. Öz evi olmadığından və o, bacısı qızı Aynura məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evində yaşadığı üçün bəzən dostlarını və tanışlarını çay içib söhbət etmək üçün həmin bağ evinə çağırmışdır. Digər tanışları kimi Kamranı da dəqiq xatırlamadığı tarixlərdə bir neçə dəfə həmin ünvana çağırmış və Kamran həmin evə gəlmiş, onlar ikisi oturub onunla çay içib müxtəlif mövzularda söhbət etmişlər. Kamranla əsasən Viktordan aldığı 200000 manat pulla bağlı və həmin pulu qaytarması ilə əlaqədar onun yaşadığı bağ evində söhbət etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qaynatasının qardaşıdır, Mustafanı onlarla 2006-cı ildə qohum olduqdan sonra tanımışdır. Həmin vaxtdan Mustafa ilə münasibətləri yaxşı olmuşdur. Mustafa 10 ildən çoxdur ki, həyat yoldaşından boşanmışdır. Mustafa ailəsi ilə boşandıqdan sonra yaşadığı evdən çıxmışdır, buna görə də, bir neçə il müxtəlif ünvanlarda qohumlarının tanışlarının evində yaşamışdır. 2019-cu ildən isə bacısı qızının Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində tək yaşamışdır. Lakin, onu bacısıgil köməksiz qoymamışlar. Özü də, Mustafaya baş çəkməyə həmin ünvana getmişdir. Yay vaxtları da arabir Şüvəlan qəsəbəsində yerləşən həmin evə istirahət etmək üçün gedib qalmışdır. Buna görə də Mustafa ilə həmin vaxtlarda görüşmüşlər. 2023-cü ilin mart ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Mustafa ilə görüşərkən ona ip, yapışqan lent(skoç), dəmirkəsən qayçı, ülgüc (rezak) və dəmir tor almağı ona tapşırmışdır. Lakin göstərdiyi predmetləri nə üçün aldırdığını bilməmişdir. Həmin vaxtdan təxminən 15-20 gün sonra, yəni 06 aprel 2023-cü il tarixdə, saat 07:15 radələrində yuxudan oyanmış və qızları 8-ci sinifdə oxuyan Mələyi və ikinci sininfdə oxuyan qızı Səyyarəni Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbə dostu Şahid7 məxsus olan, bəzən də özünün istifadə etdiyi **-CX-*** dövlət nömrə nişanlı, “Hyundai Santafe” markalı avtomaşını ilə aparmışdır və öz yaşadığı ünvana qayıtmışdır. Bundan sonra saat 13:45-də Səyyarəni və Mələyi məktəbdən götürüb yenə evə qayıtmışdır. Saat 12 radələrində Mustafa özünə məxsus olan ***-***-**-** saylı telefon nömrəsindən ona məxsus olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vurub Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Manqal dönəri” restoranın yaxınlığında görüşmələrini təklif etmişdir. Mustafaya demişdir ki, uşaqlarını məktəbdən götürdüyü üçün həmin vaxt görüşə bilməyəcəkdir. Mustafa bacısı Xuraman Allahverdiyevanı xəstəxanaya gətirəcək və həmin ərəfədə boş vaxtı olacaqdır. Mustafaya demişdir ki, axşam tərəfi Şüvəlana gələcək və orada işlərini yekunlaşdırdıqdan sonra onu ziyarət edəcəkdir. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində dostu X34 qəsəbəsində yaşayan evinə digər dostu Şahid7la birlikdə getmişdir. Həmin vaxt avtomaşını kimin idarə etdiyini dəqiq xatırlamır. Elvinin bağına çox tez-tez yığışırmışlar. Həmin gün isə birlikdə gördükləri ticarət işini müzakirə etmək üçün biraz tez getmişlər. Evin həyətində köşk kimi yerdə oturmuşlar, Aqşin və Elvinlə sonuncunun evində 15 dəqiqə söhbət etdikdən sonra Mustafanın Şüvəlan qəsəbəsində bacısı qızına məxsus yaşadığı evə getmişdir. Mustafa ilə biraz söhbət etdikdən sonra o, xahiş etmişdir ki, saat 19:00-da onu gəlib götürsün və onu Maştağa qəsəbəsinə görüşə aparsın. Mustafanın qaldığı evdən çıxıb yenidən dostu Elvinin Şüvəlan qəsəbəsində yerləşən evinə qayıtmışdır. Orada təxminən 1 saat oturduqdan sonra saat 19 radələrində yenidən Mustafanın Şüvəlan qəsəbəsində qaldığı evə gedib onu oradan “X46” markalı avtomaşınla götürmüşdür. Birlikdə Maştağa qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Maştağaya Buzovna yolu ilə getmişlər. Yolda Mustafadan kimin evinə getdiklərini soruşduqda o, bildirmişdir ki, İsmayılın yaşadığı evə tərəf gedirlər, orada bir nəfərlə görüşəcəklər, həmin şəxsin işini düzəldəcəklər və oradan onlara pul qalacaq ona da, 10000 (on min) manat pul verəcəkdir. İsmayılın yaşadığı ev Maştağa qəsəbəsində Xanlar küçəsində yerləşir.Maştağada İsmayılın yaşadığı evin qarşısına çatdıqda Mustafa bildirmişdir ki, gözlədiyi adam hələ gəlməmişdir. Ona görə də, Mustafa biraz Maştağa ərazisində gəzmələrini xahiş etmişdir. Həmin vaxt saat təxminən 19:30-da Məmmədyarov dairəsində dairəvi hərəkət edərkən Mustafa əli ilə işarə edib avtomaşını sağda aralıqda saxlamağı xahiş etmişdir.Avtomaşını Xanlar küçəsində saxladıqdan sonra Mustafa avtomaşını özü idarə edəcəyini bildirmiş və yerlərini dəyişmələrini istəmişdir. Mustafa ona demişdir ki, arxa oturacaqda otursun və görüşəcəyi adam isə ön oturacaqda oturacaqdır. Daha sonra avtomobillə Kirov dairəsinə çatan zaman Mustafa görmüşdür ki, görüşəcəyi adam yolda dayanıb gözləyir və avtomobili saxlayıb ona avtomobildən düşüb həmin adamı çağırmağımı tapşırmışdır. Avtomobildən düşüb Kamran müəllim deyə başqa bir adamı səhvən çağırmışdır, çünki, Kamran adlı şəxsi həmin vaxtadək görməmişdir. Kamran adlı şəxs çağırıldığını eşidib özü ona tərəf gəlmişdir. Kamran müəllim olmasını ondan dəqiqləşdirmişdir və bundan sonra avtomaşında arxa oturacaqda oturmuş, Kamran müəllim isə qabaq oturacaqda oturmuşdur. Mustafa onu təqdim edib adının Kamran olduğunu və dost olduqlarını bildirmişdir. Kamran adlı şəxs avtomaşına oturan zaman onun əlində qara rəngli çanta olmuşdur. Orada Zərərçəkmiş şəxs1 tanımış, həmin vaxtadək Zərərçəkmiş şəxs1 tanımamışdır və onunla heç bir əlaqəsi olmamışdır. Bundan sonra Mustafa Kamranla aralarında olan pul məsələsi barədə söhbət edə-edə yola davam etmişlər. Onların söhbəti zamanı eşitmişdir ki, gah çeçenlərlə, gah ruslarla aralarında olan pul məsələsi ilə əlaqədar danışırlar. Bundan başqa söhbətdən belə başa düşmüşdür ki, Kamran və Mustafa birlikdə kimisə işə düzəldirlər və ya kiminsə işini düzəldirlər. Aralarında pul məsələsi vardır. Onlar normal söhbət edə-edə getmişlər. Bir müddət söhbət etdikdən sonra Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində Şəhid bulağı adlanan əraziyə çatdıqda Mustafa və Kamranın arasında pulla bağlı elədikləri söhbət zaman Mustafa əsəbləşib “pulu vaxtında vermədin” sözlərini Kamrana demişdir. Bu zaman Mustafa qəfildən oturacağın yanında olan şampan butulkasını götürüb, şüşənin baş hissəsindən tutub arxa yoğun hissəsi ilə iki dəfə Zərərçəkmiş şəxs1 alın baş nahiyyəsinə güclü zərbə vurmuşdur. Zərbənin təsirindən Kamran huşunu itirmişdir. Həmin vaxt biz Nardaran qəsəbəsi Ləhic bağları massivində dalanların birində nömrəsiz boş həyətlərin birinin qarşısında imişlər. Bundan sonra Mustafa avtomobildən düşmüş, Kamranı oturduğu hissədən avtomobilin qapısını açıb əli ilə dartıb yerə salmış, həmin vaxtı Kamranın əlindəki gödəkçə avtomobilin qapısının hansısa hissəsinə ilişmişdir. O, da həmin vaxtı avtomobildən düşmüşdür. Mustafa Kamranın başına butulka ilə yenə də 3-4 dəfə zərbə vurmuş, bu zaman Mustafa ona demişdir ki, “gəl mənə kömək elə görən olacaq”. Bundan sonra o, həyəcan keçirmiş və həyəcanlı vəziyyətdə Kamranın sağ qolundan tutmuşdur. Mustafa isə digər qolundan yapışmış, o, Mustafa ilə birlikdə Kamranı yerdə sürütləyərək onu hasara alınmış torpaq sahəsinin içərisinə salmış, oradan da sürüyərək başqa bir həyətyanı sahəyə salmış və həyətdə olan quyunun yanına gətirmişlər. Orada Mustafa mişar daşını götürüb dəmir torunun içərisinə salmış, daşı məftillə tora bağlayıb bərkitdikdən sonra həmin dəmir torun içərisində olan mişar daşını Kamran Bəkrirovun sinəsinə məftillə və iplə bağlamışdır. Çünki, Mustafa Kamranı oradakı həyətdə olan quyuya atmaq istəmiş, sinəsinə daşı bağlamasının səbəbi isə quyuya atdıqdan sonra onu batırmaq, meyitinin ortaya çıxmasının qarşısını almaq olmuşdur. Belə ki, Mustafa Kamranın sinəsinə daşı bağladıqdan sonra onu ilə ilə dartıb başı aşağı vəziyyətdə quyunun içərisinə atmışdır. Həmin vaxt xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:00 olmuşdur. Daha sonra isə Mustafa onunla birlikdə hadisə yerini, yəni həmin həyəti tərk etmiş və küçəyə avtomobilin yanına çıxmışlar. O, avtomobili həmin dalanda döndərib geri qayıtmış və Mustafa avtomobildə arxa oturacağa oturmuş və onlar oradan uzaqlaşmışlar. Mustafa Nardaran qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində yolun kənarında ona avtomobili saxlatdırıb avtomobildən düşmüşlər. O, avtomobildən düşərkən Kamranın əlində avtomobilə minərkən gətirdiyi qara rəngli çantanı Mustafanın əlində görmüşdür. Mustafa çantanı da götürüb getmişdir. O,həyəcanlı halda Nərimanov rayonu ərazisində yerləşən yaşadığı evə getmişdir, lakin, həyat yoldaşı evdə olmadığı üçün evə qalxmamışdır.Yaşadığı binanın həyətində saxladığı Abad publik hüquqi şəxsə məxsus, özünün istifadəsində olan Fiat markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobillə yenidən Şüvəlan qəsəbəsinə, dostu Elvinin yaşadığı evə qayıtmışdır. Onun evində olarkən Mustafa ona zəng edib İsmayılgilə getmələrini demişdir. Bundan sonra dostugilin evindən çıxıb Mustafanın yaşadığı bacısıqızıgilin evinə getmiş və onu oradan götürmüşdür. Birlikdə Maştağa qəsəbəsinə, Mustafanın xalasıoğlu İsmayılın yaşadığı evə getmişlər. İsmayıl evdə olmadığından İsmayılın işlətdiyi avtoyuma məntəqəsinə getmişlər. Orada, Mustafa İsmayılla görüşüb danışmış, İsmayıla tapşırmışdır ki, əgər ondan soruşan olsa desin ki, Mustafa onlara evə iftar etmək üçün gəlmişdir. Bundan sonra İsmayıl orada qalmış, özüləri yəni Mustafa və özü Şüvəlan qəsəbəsinə qayıtmışlar. Yolda olarkən Mustafa ona cibindən çıxarıb 3000 (üç min) manat pul vermişdir. Çünki, bir həftə əvvəl ondan 10000 manat borca pul istəmişdir. Buna görə də həmin üç min manatı ona vermişdir. Belə ki, Mustafanı Şüvəlan qəsəbəsində bacısıqızıgilin yaşadığı evdə düşürmüşdür. Şüvəlan qəsəbəsində yaşadığı evdə Mustafa ona 121300 (yüz iyirmi bir min üç yüz) manat məbləğində pul vermişdir. Həmin pulun 70000 (yetmiş min ) manatını Kamranı öldürdüyü yerdə yerləşən torpaq sahəsinin sahibinə verməsini tapşırmışdır. Qalan 51300 (əlli bir min üç yüz) manatı isə kiminsə gəlib ondan götürəcəyini bildirmişdir. Lakin, həmin pulu ondan götürəcək adamın adını ona deməmişdir. Mustafadan pulu götürdükdən sonra təxminən saat 22 radələrində Mərdəkan qəsəbəsində torpağın sahibi Mirsahib adlı şəxslə ilə görüşüb 70000 (yetmiş min) pulu ona vermişdir. Lakin, Mirsahibin cinayət hadisəsi nəticəsində həmin pulun əldə edildiyindən məlumatı olmamışdır. Qalan 51300 manat pulu isə idarə etdiyi avtomobilində saxlamışdır. Mərdəkan qəsəbəsindən çıxıb yenidən dostu Elvinin Şüvəlan qəsəbəsindəki evinə getmişdir. Orada biraz oturandan sonra gecə saat 02 radələrində dostu Aqşinlə birlikdə Elvinin evindən çıxıb şəhər istiqamətində getmişlər. Yolda olan zaman Musatafa ona zəng edib onu Maştağa qəsəbəsində yaşayan xalası oğlu İsmayılgilin evinə çağırmışdır. Dostu Aqşinlə birlikdə İsmayılın yaşadığı Maşatağa qəsəbəsindəki evinə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində İsmayılın evinə çatmışlar və görmüşlər ki, Mustafa İsmayılla birlikdə evin həyətindədir. Mustafa ona bildirmişdir ki, onu artıq 14-cü polis bölməsinə izahat vermək üçün çağırmışlar. Bu zaman Mustafanın keçmiş arvadı Rübabə gəlmiş, Mustafa ona qara sellofanda nəisə vermişdir. Lakin, nə verdiyini bilməmişdir. İsmayıl bildirmişdir ki, Mustafa Rübabəyə həmin sellofanda pul vermişdir. Bundan sonra Mustafanı 14–cü polis bölməsinə aparmışdır. Mustafa ona İsmayılgilin evinə qayıdıb onu gözləməsini tapşırmışdır. İsmayılgilin evinə qayıtmışdır, İsmayıl ona bildirmişdir ki, o 14-cü polis bölməsinə çağırılır. Onu da aparıb 14-cü polis bölməsinə düşürtmüşdür. Telefonunun enerjisi bitdiyi üçün evə qayıtmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə gecə saat 05 radələrində yaşadığı ünvan 6 ünvanında yerləşən evinə getmişdir. Mustafanın ona saxlaması üçün verdiyi 51300 manat pulu isə evdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində onu 14-cü PB-ə çağırmışlar. Polis bölməsinə gedərək orada sorğu-sual zamanı hadisənin baş verməsi barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, atası ilə görüşdükdən sonra evə getmişdir. Onlar atası ilə həmişə hər şeyi danışıb paylaşmışlar. Bu iş barədə atası ona danışanda bir dövlət məmuru ilə iş gördüyünü, həmin vəzifəli şəxslə görüşə gedəcəyini, sonuncuya pul verəcəyini bildirmişdir. O, atasından iş alınmamış pulu necə verəcəyini soruşanda atası da ona həmin vəzifəli şəxsin bağında bir neçə dəfə olduğunu və həmin insanın çox etibarlı biri olduğunu bildirmişdir. Atası görüşə gedəndə ya həmin vəzifəli şəxsin özünün gələcəyini, ya da köməkçisinin gələcəyini, hətta sonuncuların çox düzgün adamlar olduğunu, gətirib pulu göstərməsini, amma iş həll olandan sonra verməsini bildirdiklərini qeyd etmişdir. Bu məsələ ona çox şübhəli gəlmiş və burada təhlükə olduğunu hiss etmişdir. Atası ona narahat olmamağını bildirmişdir. Atası ona görüşün 5-ci gün olacağını bildirmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə, yəni həftənin 4-cü günü baş vermişdir. Onun atası Təqsirləndirilən şəxs1 verdiyi ifadədə adı çəkilən vəzifəli şəxsə inanmışdır. O, əmindir ki, atası həmin şəxslə görüşüb və bir dəfə də olsa həmin insanı görmüşdür. O, bir gün öncə atası ilə danışanda da çox böyük əminliklə həmin adamı gördüyünü və həmin adamla görüşdüyünü bildirmişdir. Hadisə günü bacısı ona zəng vurmuş və atasının telefonuna zəng çatmadığını bildirmişdir. O, həmin an atasının başına iş gəldiyini başa düşmüş, çünki atası heç vaxt telefon söndürməmişdir. Bu yaşına qədər atasının telefon söndürməyini və ya evə gec gəlməyini görməmişdir. Bacısı ona atasının əmisi ilə görüşəcəyini bildirmişdir. Atasının yazdığı nömrədə Təqsirləndirilən şəxs1 nömrəsi olmuşdur. Həmin nömrə yeni olmuş və həmin gün alınmışdır. Onlar əmisindən həmin nömrəni almışlar və saat 11:00 radələrində həmin nömrə ilə əlaqə saxlamışlar və Təqsirləndirilən şəxs1 atasını görmədiyini bildirmişdir. Sonuncu onlara atası ilə saat 20:00-da görüşəcəklərini, atasının görüşə gəlmədiyini, onlara kömək edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona atasının telefonundakı nömrələrin və sonuncu dəfə kimlərlə danışdığının şəklinin çəkib atmağını demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 atasının onun nömrəsini qeyd etdiyini, atasının yerini bilməsini sonuncuya demişdir. Təqsirləndirilən şəxs1 da israrla atasını görmədiyini bildirmişdir. Sonra onlar PB-yə yaxınlaşmışlar və polisə müraciət etmişlər. PBdə atasının telefonuna baxış keçirilmiş, sonuncu dəfə kimlərlə danışıbsa həmin insanlarla əlaqə saxlamışlar. Sonra o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs1 nömrəsini vermişdir. PB-in əməkdaşları Təqsirləndirilən şəxs1ya zəng vuran zaman sonuncu yenə yalanlar danışaraq PB-yə gəlməkdən yayınmışdır. Təqsirləndirilən şəxs1 PB-yə gələn zaman o, sonuncunun rənginin saraldığını görmüş və nəsə faciənin baş verdiyini hiss etmişdir. O, Təqsirləndirilən şəxs1 atasının harada olmağını və atasına bir şey olsa Təqsirləndirilən şəxs1 məhv edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da ona israrla atasını görmədiyini bildirmişdir. Sonuncu orada Xanlar və Aydın adlı şəxslərin adını çəkmişdir. Onlar həmin adı çəkilən şəxsləri istintaqa təqdim etmişlər. Həmin şəxslər araşdırılmış və heç bir sübut aşkar olunmamışdır. O, atasının təkcə Təqsirləndirilən şəxs1 tərəfindən öldürüldüyünə inanmır. Çünki, atası tam gücsüz adam olmamış, qamətli adam olmuşdur. Təqsirləndirilən şəxs1 atasını nə tək vura bilərdi, nə də tək quyuya ata bilərdi. Onun zənnincə, atasını amansızcasına öldürmüşlər. O, bütün ifadələrində də bildirmişdir ki, atası pulla bağlı ona heç nə deməmişdir. Atası sahibkar olduğu üçün evlərində həmişə pulları olmuşdur. Hadisədən bir neçə gün sonra pulun başqa bir adama aid olduğu deyilmişdir. O, həmin adamla telefon vasitəsilə danışmış və sonuncuya pul həqiqətən həmin şəxsə aiddirsə qəpiyinə qədər qaytaracağını demişdir. Həmin şəxsə bildirmişdir ki, bu pul hansı işə görə atasına verilib və bu nə biznesidir hamısını ona deməlidir. Çünki, atası pul ilə bağlı ona heç bir söz deməmişdir. O, həmin şəxsə bildirmişdir ki, istintaq bitsin o, pulu təqdim edəcəkdir. Amma buna baxmayaraq həmin dövrdə Zərərçəkmiş şəxs2 onu prokurorluğa şikayət etmişdir. Məhkəmədən təqsirləndirilən şəxslərlə bağlı bütün sübutların nəzərə alınmasını və heç bir humanistlik göstərilməməsini xahiş edir. O, suallara cavab olaraq bildirmişdir ki, atası biznesmen olmuş, ticarət mərkəzi olmuşdur. Həmin ticarət mərkəzi Neftçilər ərazisində yerləşmişdir. İçində təxminən 300-ə yaxın obyekt olmuşdur. 2017-ci ilə qədər həmin ticarət mərkəzi atasına məxsus olmuşdur. 2017-ci ildə atası orada olan öz payını satmışdır. Həmin məbləği atası evdə saxlamışdır. Bundan sonra atası bina tikintisi ilə məşğul olmuşdur. Qara Qarayevdə yeni tikili binanın təsisçilərindən biri olmuşdur. Orada da kifayət qədər obyekti olmuşdur. Atası əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci ildə atasıgildən ayrılmış və ayrı yaşamağa başlamışdır. Həmin evdə anası, atası, nənəsi, bacısı, bacının uşaqları ilə birgə yaşamışlar. Atası onunla sonuncu dəfə xx.xx.2023-cü il tarixdə görüşmüşdür. O, heç vaxt Elnur adlı vəzifəli şəxsin adını eşitməmiş, Təqsirləndirilən şəxs1 adını eşitmişdir. Atası heç vaxt E.Allahverdiyevin adını çəkməmiş, həmişə vəzifəli şəxs demişdir. Atasının telefonunda E.Allahverdiyevin bağının yeri aşkarlandıqdan sonra, atası da vəzifəli şəxs dediyinə görə o, E.Allahverdiyevin atasının görüşəcəyi vəzifəli şəxs olduğunu düşünmüşdür. Atasının ətrafında işi ilə əlaqədar vəzifəli şəxslər və biznesmenlər çox olmuşdur.. Atası biznes işləri ilə bağlı həmişə onunla fikirlərini bölüşmüşdür. Onlar hər dəfə atası ilə danışanda sonuncu hansı işi necə görmüş və nə qədər ziyan etmiş hamısını ona demişdir. Amma bunu maliyyə tərəfdən rəqəm olaraq tam dəqiqliyi ilə deyə bilməz. Atası sonuncu dəfə ona əlində yaxşı bir iş olduğunu, bacısına və ona ev alacağını bildirmişdir. O, atasından gördüyü işin nə ilə bağlı olduğunu soruşanda sonuncu ona deməmiş, sadəcə vəzifəli şəxslə görüşəcəyini, pulu həmin şəxsə və köməkçisinə göstərib qayıdacağını, pulun 300 min manat olduğunu bildirmişdir. Atası ilə sonuncu görüşlərində 300 min manat pulu aparıb vəzifəli şəxsə göstərib geri qaytaracağını deməsi ona şübhəli gəlmişdir. Hətta o, atasına onun da getmək istədiyini bildirmiş, atası buna razı olmamışdır. Atası telefonunu özü ilə aparıb, amma maşında qoymuşdur. Hadisə günü Təqsirləndirilən şəxs1 saat 12-in yarısı ona atası ilə məhləmizdə görüşdüyünü, axşam saat 8-in yarısı Maştağa qəsəbəsində görüşəcəklərini, lakin atasının həmin görüşə gəlmədiyini bildirmişdir. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin gün nömrələrini də dəyişmişdir. Bundan əvvəl başqa nömrə işlətmişdir. Həmin vaxt onların evində 300 min manatdan çox pul olmuşdur. Hal-hazırda 300 min manat pul yoxdur, qalan pul yerindədir. Həmin vaxt onların evində 500 min manat pul olmuşdur. Amma indi həmin puldan qalmamışdır. Hadisə baş verməmişdən 8-9 ay öncə o, evlərində həmin məbləğin olduğunu bilmişdir. Həmin pul istifadə olunsaydı o, bilərdi. Evlərində olan 500 min manat pulun mənbəyi atasının 300dən çox obyekti olmuşdur və satıb əldə etmişdir. Həmin pulun gəlir mənbəyinin alqı-satqı sənədlərində hamısı olmuşdur. Həmin pula görə onun atası ölmüşdür. O, heç vaxt Viktor adını eşitməmişdir. Onların həyatlarında heç vaxt Viktor adında şəxs olmamışdır. O, atasının telefonuna da baxmış, Viktor adlı şəxsin adı orada olmamışdır. Atası görüşə gedən günü nədənsə ehtiyat etdiyini hiss etməmişdir. Atası çox ehtiyatlı adam olmuş, həmin şəxslərə inanmış, inanmasaydı bəlkə də həmin görüşə getməzdi. O, Təqsirləndirilən şəxs1 heç vaxt görməmiş, sadəcə adını eşitmişdir. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 4 ildir ki, atası ilə dostluq münasibətlərində olmuşlar. Təqsirləndirilən şəxs2 adını o, hadisədən sonra eşitmişdir. Onlar hadisə günü səhərə yaxın saat 5-də bölmədən çıxarkən atası hansı istiqamətdə maşına oturubsa həmin əraziyə yaxınlaşanda görmüşlər ki, Təqsirləndirilən şəxs2 də ordadır. Sonuncu maşından düşərək onlara yaxınlaşmış və hər şeyin qaydasında olub-olmadığını soruşmuşdur. O, həmin an şübhələnərək Təqsirləndirilən şəxs2 maşınının nömrəsini çəkmiş və polisə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, atasının görüşə 300 min manat pul ilə getdiyinə əmin olmuşdur. Atasının həmin yazını yazmağı da bunun sübutu olmuşdur. Həmin yazını atası əmisinə təqdim etmişdir. Hadisə günü əmisi həmin yazını ona vermişdir. Təqsirləndirilən şəxs1 gəldikdən sonra o, polisə təqdim etmişdir. Həmin vaxta qədər maddi sübutla bağlı o, polisə heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən atasının telefonuna həmin vəzifəli şəxsin bağının məkanı göndərilmişdir. İstintaq vaxtı da həmin bağın vəzifəli şəxsə aid olduğu və orada yaşadığı təsdiqlənmişdir. Atasını anlaqlı şəkildə vəhşicəsinə öldürən təqsirləndirilən şəxslər törətdikləri əməldən islah olmamışlar və məhkəmə istintaqı zamanı sonuncuların üz ifadələrinin və gülümsəmələrinin şahidi olmuşlar. Təqsirləndirilən şəxslərə heç bir humanistlik göstərilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Zərərçəkmiş şəxs1la onu sonuncunun qudası tanış etmişdir. Təxminən 10-15 il bundan öncə tanış olmuşlar. Zərərçəkmiş şəxs1 hərdən onların obyektinə gəlmiş və orada domino oynamışlar. Bir gün Zərərçəkmiş şəxs1 ona obyektin burada qalmağındansa satıb yaxşı işlər görməyin mümkün ola biləcəyini demişdir. Kamran bir gün ona bir tanışının olduğunu və həmin şəxsin Ağcabədidə böyük bir təsərrüfatı olduğunu demişdir. Həmin obyekti almaqlarını təklif etmiş və ona yaxşı gəliri olduğunu bildirmişdir. O da əgər qazancları olacaqsa Zərərçəkmiş şəxs1 dediyi kimi etməyə razılaşmışdır. Bu söhbətdən bir neçə gün sonra sonuncu obyektə gəlmiş, sonra Zərərçəkmiş şəxs1 bir dostu gəlmişdir. Həmin şəxs onların obyekti satmaq istədiklərini bilmiş, bir nəfərin gəlib baxacağanı və məsləhətləşəcəklərini bildirmişdir. Həmin adam gəldikdən sonra 280 min manat qiymətə razılaşmışlar və alqı-satqı etmişlər. Sonra o, Zərərçəkmiş şəxs1 265 min manat pul vermiş, oradan maklerə də pul verilməli idi. Maklerin pulu və vergi rüsumunu da həmin puldan çıxmışlar. Onlar alqı-satqı edib notariusdan qayıdanda Zərərçəkmiş şəxs1 onun maşınını idarə etmişdir. Zərərçəkmiş şəxs1 Rəşid adlı makler dostu da onlarla olmuş, sonuncu da maşında arxada oturmuşdur. Zərərçəkmiş şəxs1 ona Rəşidə 2 min manat pul verməyini demişdir. O da sonuncuya 2 min manat pul vermişdir. Onlar obyektin qabağına gəlmişlər. Orada maşını saxladıqları yeri kamera çəkmiş və obyektin işçiləri də pəncərədən baxmışlar. Sonuncular da görmüşlər ki, o, 260 min manat pulu torbaya qoyub Zərərçəkmiş şəxs1 vermişdir. Sonra Kamrana pulun sonuncuda qalmasını, sabah rayona gedəcəyini və 2-3 gündən sonra qayıdacağını, qayıdandan sonra söhbət edəcəklərini bildirmişdir. Səhəri gün o, rayona çıxmamış Zərərçəkmiş şəxs1 gəlmişdir və ona həmin adamın kənd təsərrüfatı obyektini 300 min manata satdığını demişdir. O, Zərərçəkmiş şəxs1 çox inandığı üçün sonuncuya əlavə sual verməmişdir. Zərərçəkmiş şəxs1 telefonunda həmin fermanın şəkli olmuş və ona göstərmişdir. Hadisə baş verən günü Zərərçəkmiş şəxs1 ona pulun üstünü düzəltmək lazım olduğunu, o, rayondan qayıdandan sonra aparıb vermələrini bildirmişdir. O da evdə 20 min pulu olduğunu və ona lazım olduğunu demişdir. Sonra həmin pulu gətirib Zərərçəkmiş şəxs1 vermiş, 285 min pul olmuşdur. Zərərçəkmiş şəxs1 yenə pulun tam düzəlmədiyini demiş, sonuncu da baldızında 15 min manat pulun olduğunu və onu götürüb pulun üstünü düzəldəcəyini demişdir. Sonra Zərərçəkmiş şəxs1 axşamüstü obyektə gələcəyini demiş, axşam obyektdə sonuncunu gözləmiş gəlməmişdir. Sonra Zərərçəkmiş şəxs1 hər iki nömrəsinə zəng vurmuş telefonu bağlı olmuşdur. O, Kamranı illərdi tanıyır və sonucunun telefonunun sönülü olmağını heç vaxt görməmişdir. O, bundan şübhələnərək Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısına gəlmişdir. Qapının girişi kodla olduğu üçün Zərərçəkmiş şəxs1 qudasına zəng vurmuş və qapının kodunu öyrənmişdir. Zəng vurarkən bir xanım cavab vermiş və Kamranın evdə olmadığını bildirmişdir. Həmin gün gecə saat 11 radələrində ona zəng gəlmiş həmin şəxs qışqıraraq ondan Kamranın yerini soruşmuşdur. Həmin şəxsdən kim olduğunu soruşanda şəxs Kamranın dostu olduğunu bildirmiş, amma adını deməmişdir. Həmin şəxs Maştağa yolunda Oba marketin qabağında olduğunu demiş və Kamranın yoxa çıxdığını sonuncunu axtardığını bildirmişdir. O, Kamranın qudasıgilə getmiş və sonuncu ilə birlikdə Maştağa qəsəbəsinə getmişdir. Onlar ora gedən zaman Kamranın qızının və ona zəng vuran dostu Elxanın orada olduğunu görmüşlər. Elxan Kamranı bura gətirdiyini və burdan başqa maşına minib getdiyini bildirmişdir. Gecə saat 2-3 olmuşdur. O, biraz özünü pis hiss etdiyi üçün evə getmişdir. Kamranın qudası, Elxan və qızı PB-yə getmişlər. O, bildirmək istəyir ki, həmin pulun 285 min manatı onundur. 15 min manat Kamranın baldızınındır. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə günü saat 10-11 arası o, Zərərçəkmiş şəxs1la görüşmüşdür. Həmin vaxt o, maşında sonuncuya 20 min manat pul vermişdir. Bunlar hamısı, onun maşına minməyi, maşından düşməyi hamısı kameraya düşmüşdür. Kameraya pulun sayılıb verilməsi və neçə bağlama olması düşməmişdir. Notariusdan gələndə pul maşında torbada olmuşdur. O, pulu olduğu kimi torbada Zərərçəkmiş şəxs1 vermişdir. O, obyekti satanda pulu Zərərçəkmiş şəxs1 verməyi düşünmüşdür. Yoldaşı agır xəstədir və yerimə məhdudiyyətli olduğu üçün pulu sonuncunun yanında saxlaya bilməzdi. Zərərçəkmiş şəxs1 yaxın dostu olmasından və sonuncu ilə iş görəcəyindən pulun da Zərərçəkmiş şəxs1 qalmasını düşünmüşdür. Zərərçəkmiş şəxs1la heç vaxt bir-birilərinə pul verməmişlər, sonuncu çox etibarlı insan olmuşdur. Zərərçəkmiş şəxs1la onların danışıqları pulun evdə qalacağı barədə olmuş, sonuncu pulu niyə Maştağaya aparıb bilmir. Həmin pula Ağcabədi rayonu ilə Bərdə rayonu arasında hazır tikili kənd təsərrüfatı obyekti ferma alacaqdılar. Fermanın şəkillərini Zərərçəkmiş şəxs1 ona göstərmişdir. O, əvvəllər heyvandarlıqla məşğul olmuşdur. Onlar Zərərçəkmiş şəxs1la fermanı alıb şərikli iş görəcəkdilər, sonuncunun pulu olmamışdır. Əgər pulu olsaydı baldızından 15 min manat götürməzdi. Onlar Zərərçəkmiş şəxs1la ilk qazanc nə olsa o, mayasını götürəcəyi, sonra qazanc nə olsa şərikli böləcəkləri barədə razılığa gəlmişlər. Onlar Kamranla pulu götürüb həmin təsərrüfat sahibi ilə görüşməyə gedəcəkdilər. Fermadakı heyvandarlığa baxacaqdı və sonra qiymətlə bağlı razılığa gələcəkdi. Fermanın 300 min manat olduğunu ona Zərərçəkmiş şəxs1 demişdir. O, təsərrüfat sahəsini çox yaxşı bilir. Zərərçəkmiş şəxs1 ona şəhərdə işin olmadığını, dostunun təsərrüfat sahəsi olduğunu və həmin təsərrüfat sahəsini alıb inkişaf etdirməyi özü təklif etmişdir. O da sonuncu ilə razılaşaraq kənd yerində təsərrüfat sahəsini inkişaf etdirməyin mümkün olacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 dediyi fermada olmamış, sonuncunun da orada olduğunu bilmir. Fermanın hansı kənddə yerləşdiyini, ərazisinin neçə hektar olduğunu bilmir. O, həmin fermaya sadəcə Zərərçəkmiş şəxs1 göstərdiyi şəkildə baxmışdır. Zərərçəkmiş şəxs1 ona telefonunda birmərtəbəli tikili ferma göstərmiş. ərazisinin 30-40 hektar olduğunu, fermanın içində mal-qara olduğunu da demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 obyektə gəlmiş və makler dostunun olduğunu bildirmişdir. O, obyekti satmaq fikrində olmuşdur. Həmin vaxt da Zərərçəkmiş şəxs1 təklifi onun fikri ilə üst-üstə düşmüşdür. O, obyekti satandan sonra Zərərçəkmiş şəxs1 285 min manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ona pul çatmasa əlavə pul lazım olsa özünün qoyacağını bildirmişdir. Obyekt satılandan bir gün sonra Zərərçəkmiş şəxs1 obyektin qarşısına gəlmiş, pulun çatmadığını demişdir. O, obyekti satan gün Zərərçəkmiş şəxs1 265 min manat pul vermişdir. Onun evdə əlavə 20 min manat pulu olmuşdur. Həmin pulu nəvəsinin təhsil haqqı üçün saxlamışdır. Həmin pulu da həmin gün Zərərçəkmiş şəxs1 vermişdir. Kamran da baldızından 15 min manat alacağını və pulun üstünü düzəldəcəyini bildirmişdir. O, onsuz da həmin obyekti satmaq fikrində olmuşdur. Fermanı almaq məsələsi olmasa obyekti satıb həmin pulla başqa iş görəcəkdi. Çünki həmin pul onun idi. Hadisə həmin günü baş verdiyi üçün o, rayona gedə bilməmişdir. O, pulu Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə vermiş, xx.xx.2023-cü il tarixdə isə sonuncuya 20 min manat pul vermişdir. Hadisə axşam saat 8-dən sonra baş vermişdir. Onlar Zərərçəkmiş şəxs1la hər gün zəngləşmişlər, sonuncu hər gün obyektə gəlmiş, çay içmiş, domino oynamışlar. Hadisə günü o, Zərərçəkmiş şəxs1 20 min manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ondan ayrılanda axşam obyektə gələcəyini demiş, axşamüstü sonuncu gəlməmişdir. O, sonuncuya zəng vurmuş, lakin telefonu bağlı olmuşdur. O, Zərərçəkmiş şəxs1 saat 8-9-a işləmiş zəng vurmuş və telefonu bağlı olmuşdur. Binalarını tanımış, ancaq evlərinin neçənci mərtəbədə olduğunu bilməmişdir. Binalarının qarşısına gəlmiş, ev kodla olmuşdur. Kodu bilmədiyi üçün Kamranın qudasına zəng vurub sonuncudan öyrənmiş, sonra evlərini yığmışdır. Bir qadın cavab vermiş, Zərərçəkmiş şəxs1 soruşmuş, sonuncu da Zərərçəkmiş şəxs1 evdə olmadığını bildirmişdir. O, oradan evə gəlmiş, gecə saat 11-12-ə işləmiş Zərərçəkmiş şəxs1 təkrar yığmış, sonuncuya zəng getmiş və bir nəfər cavab vermişdir. O, həmin şəxsdən kim olduğunu və Zərərçəkmiş şəxs1 yerini soruşmuşdur. Həmin adam da ondan Zərərçəkmiş şəxs1 soruşmuşdur. O, sonuncuya Zərərçəkmiş şəxs1 günorta saat 1-2-dən sonra görmədiyini bildirmişdir. O, sonuncudan kim olduğunu soruşanda həmin şəxs Zərərçəkmiş şəxs1 dostu Elxan olduğunu bildirmişdir. O da sonuncuya Zərərçəkmiş şəxs1 dostu Vilayət olduğunu bildirmişdir. Sonra sonuncu ona hadisəni danışmışdır. Zərərçəkmiş şəxs1 Maştağa qəsəbəsində “OBA” marketin qarşısına gətirdiyini bildirmişdir. Kamranın oradan başqa maşına minib getdiyini və geri qayıtmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 qudasını da götürüb Maştağa qəsəbəsinə Elxanın yanına getmişdir. O, orada özünü pis hiss etdiyi üçün evə getməli olmuşdur. Kamranın qudasına özünü pis etdiyi üçün evə getmək istədiyini bildirmişdir. Sonuncu da Elxanla orada gözləyəcəklərini bildirmişdir. Kamranın özü ilə pul aparmağını ona Elxan demişdir. Hadisədən bir gün sonra işin prokurorluğa göndərildiyi deyilmişdir. O da müstəntiqin yanına getmiş və həmin pulun ona aid olduğunu bildirmişdir. Hadisə günü çox gec olduğu üçün o, polisə pulun onun olduğu haqqında heç bir məlumat verməmişdir. Obyekti 290 min manata satmışdır. 10 min manatı notariusa getmək üçün vermişdir. 280 min manat onda pul qalmışdır. Əlində iki dənə 200 min manat birində, 80 min manat birində olan qəbz var. Rüsum pulu və makler pulunu verdikdən sonra o, Kamrana 265 min manat pul vermişdir. Səhəri gün də saat 11-12 radələrində o, Zərərçəkmiş şəxs1 20 min manat pul vermişdir. O, pulu sayıb Zərərçəkmiş şəxs1 verəndə Rəşid adlı şəxsin yanında vermişdir. O, pulu sayıb verdiyi yer ilə obyektin pəncərəsi çox qısa məsafədə olmuşdur. Obyektdə işləyən xanım həmin vaxt pəncərədən baxırdı. Sonuncu da onun Zərərçəkmiş şəxs1 pul sayıb verməsinin şahididir. Diskdəki görüntülərdən də maşının Zərərçəkmiş şəxs1 sürdüyü görünür. O, sürücünün yanında qabaq tərəfdə oturmuşdur. Zərərçəkmiş şəxs1 maşından düşür onun oturduğu tərəfə gəlir. Pul onun ayağının altında olmuşdur. Zərərçəkmiş şəxs1 pulu götürür aparıb maşının arxasına qoyur, sonra onun yanına gəlib biraz söhbət edir və gedir. O, Zərərçəkmiş şəxs1 15 ildən artıq idi ki, tanıyırdı. Son bir-iki il idi ki, Zərərçəkmiş şəxs1la demək olar ki, hər gün görüşürdülər. Zərərçəkmiş şəxs1 tanıdığı müddət ərzində heç vaxt Təqsirləndirilən şəxs1 adını eşitməmiş və sonuncunu Zərərçəkmiş şəxs1 yanında görməmişdir. E.Allahverdiyevin adını heç vaxt eşitməmişdir. Zərərçəkmiş şəxs1la onların şərtləri elə idi ki, o, rayondan gələnə kimi pul Zərərçəkmiş şəxs1 qalacaqdı. Zərərçəkmiş şəxs1 20 min verməyinin görüntüsü kamera görüntülərində var. 20 min manat pulu necə sayıb verməyi kamera görüntülərinə düşməmiş, çünki onlar maşının içində oturmuşlar. Maşın kameranın altında olduğu üçün maşının içini çəkməmişdir. 20 min manat pulu Zərərçəkmiş şəxs1 verməyini arvadı bilir. Təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrin sanksiyalarının yuxarı həddində azadlıqdan məhrumetmə cəzalarının verilməsini və şahid Ə.Süleymanov barəsində Baş Prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, gündüz saat 14:00 radələrində qardaşı Zərərçəkmiş şəxs1 ona zəng vurmuş, ondan harda olduğunu soruşmuş, o da sonuncuya evdə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onu çağırmış, onunla söhbəti olduğunu bildirmiş, o, Zərərçəkmiş şəxs1gilə getmiş, amma sonuncu evdə olmamışdır. O, Zərərçəkmiş şəxs1gildə bir saata yaxın gözlədikdən sonra sonuncu gəlmiş, həyat yoldaşı harasa getmişdir. Onlar oturub söhbət etmişlər. Ona həmin gün saat 8-in yarisi kiminləsə görüşəcəyini və üstündə pulun olacağını bildirmişdir. O, sonuncuya şübhələnirsə niyə görüşməyə getdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 ona narahat olmamağını, həmin adamla bir neçə dəfə görüşdüyünü, evlərində 3-4 dəfə olduğunu və yaxın dost olduqlarını bildirmişdir. Həmin dostunun Zərərçəkmiş şəxs1 bir adamla görüşdürəcəyini və vəzifə söz verdiklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 bunları ona niyə dediyini soruşanda ehtiyat tədbiri olaraq dediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona telefon nömrəsi və pulun məbləğini yazıb vermiş və saat 11:00-a kimi gəlməsə həmin nömrəyə zəng vurub maraqlanmaqlarını bildirmişdir. Saat 11-ə işləmiş xalası oğlu Elxan ona zəng vurmuşdur. Zərərçəkmiş şəxs1 görüşə Elxan aparmışdır. Elxan Zərərçəkmiş şəxs1 gözlədiyini, amma sonuncunun bu vaxta qədər gəlmədiyini bildirmişdir. Onlar Zərərçəkmiş şəxs1la bərabər evdən düşəndə Elxan onu görmüşdür. O, Elxana Zərərçəkmiş şəxs1 gedərkən nömrə verdiyini demişdim. O, Elxanla sağollaşıb Zərərçəkmiş şəxs1 ona verdiyi nömrəyə zəng vurmuş, Mustafa cavab vermişdir. Mustafadan Zərərçəkmiş şəxs1 harada olduğunu soruşmuş və gedən zaman sonuncunun nömrəsini verdiyini bildirmişdir. Mustafa ona Zərərçəkmiş şəxs1la gündüz görüşdüyünü bildirmişdir. Mustafa Zərərçəkmiş şəxs1 axşam Xəlil adlı adamla görüşəcəyini bildirmiş və Xəlili tapmaq üçün ona görüşməyi təklif etmişdir. Sonra Zərərçəkmiş şəxs1 qızları ona zəng vurmuş. o, Mustafa ilə danışdığını sonunculara bildirmişdir. Zərərçəkmiş şəxs1 qızları ondan Mustafanın nömrəsini istəmişlər. Qızlar Mustafa ilə danışandan sonra Mustafa onu görüşə çağırmamışdır. Mustafa ona zəng vurub Zərərçəkmiş şəxs1 telefonundakı nömrələri istəmişdir. O, Mustafaya Zərərçəkmiş şəxs1 telefonlarının onda olmadığını və gedən zaman sonuncunun nömrəsini verdiyini bildirmişdir. Mustafaya Zərərçəkmiş şəxs1 gedən zaman sonuncu ilə görüşməyə getdiyini və bunu polisə deyəcəyini bildirmişdir. Mustafa israrla Zərərçəkmiş şəxs1 görmədiyini və polisə şikayət edə biləcəklərini bildirmişdir. Onlar PB-yə getmiş və Mustafanı şikayət etmişlər. Biraz sonra Mustafanı PB-yə gətirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona verdiyi nömrə yazılan kağız parçasını polisə təqdim etmişlər. O, əvvəllər Mustafa haqqında heç vaxt heç nə eşitməmişdir. Zərərçəkmiş şəxs1 gedərkən sadəcə Mustafa ilə görüşəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs1 ona zəng vurmuşdur. Onlar Kamranla hər gün görüşmüş, birlikdə gəzintiyə çıxmış və zaman keçirmişlər. Ona zəng vurub sonuncunu bir yerə aparmağını istəmiş, o da razılığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1gilə gəlmiş və sonuncunu evlərindən götürmüşdür. Onlar birlikdə Maştağa qəsəbəsinə getmişlər. Orada “OBA” marketin qarşısına getmişlər, Zərərçəkmiş şəxs1 ona orada gözləməyini, özünün isə bir saatlıq işi olduğunu və dostuyla görüşəcəyini bildirib maşından düşüb getmişdir. Zərərçəkmiş şəxs1 küçənin tininə dönəndə bir nəfər cavan adam sonuncuya yaxınlaşmış, “Kamran müəllim” deyə səsləmişdir. Zərərçəkmiş şəxs1 bu adamla görüşmüş sonra maşına əyləşib getmişlər. Kamran ona dostu ilə görüşəcəyini dediyinə görə həmin vaxt ağlına heç nə gəlməmişdir. O, biraz həmin ərazidə gəzişəndən sonra maşınına əyləşmiş, bir-iki saat keçmiş, amma Zərərçəkmiş şəxs1 gəlməmişdir. O, Zərərçəkmiş şəxs1 kiçik qardaşı Vəkilə zəng vurmuş, məsələni sonuncuya bildirmişdir. O, Zərərçəkmiş şəxs1 evlərindən götürəndə qardaşı Vəkillə birlikdə evdən çıxmışlar. Vəkilə Zərərçəkmiş şəxs1la bağlı narahat olduğunu, sonuncunu Maştağa ərazisinə gətirdiyini və Zərərçəkmiş şəxs1 yarım saata gələcəyini deyib gəlmədiyini bildirmişdir. Vəkil də Zərərçəkmiş şəxs1 gedəndə bir nəfərin nömrəsini qoyduğunu bildirmişdir. Vəkil həmin nömrəyə zəng vuracağını demiş, sonra Vəkil ona yenidən zəng vurmuşdur. Həmin nömrəyə zəng vurduğunu və cavab verən adamın Zərərçəkmiş şəxs1 görmədiyini bildirmişdir. O, Vəkilə Zərərçəkmiş şəxs1 qızlarına zəng vurmağını və bura gəlməklərini bildirmişdir. Sonuncular gəlmişlər, onlar PByə müraciət etmişlər. PB-də Təqsirləndirilən şəxs1 zəng vurub çağırmışlar. O, Təqsirləndirilən şəxs1 ilk dəfə orada görmüşdür. O suallara cavab olaraq bildirmişdir ki, hadisənin səhəri gün PB-də həmin maşını ona göstərmişlər. “Hyundai” markasına oxşayan ağ rəngli cip markalı maşın olmuşdur. Zərərçəkmiş şəxs1 onun maşınından düşəndən sonra küçənin tinində sonuncunu səsləyən oğlan təxminən 35-40 yaşlarında olmuşdur. Sonra PB-də Təqsirləndirilən şəxs2 göstərdiklərində o, gördüyü şəxsin bütün əlamətlərin sonuncuya uyğun gəlmişdir. O, Zərərçəkmiş şəxs1 maşına əyləşdiyini görməmiş, çünki maşın tində dayanmış, o isə əsas küçədə dayanmışdır. Qapı səsindən bilmişdir ki, maşına əyləşmişlər, bir neçə saniyə sonra maşın tindən çıxmış və sürətlə getmişdir. Kamran ondan sonuncunu dostu ilə görüşməyə aparmağını istəyəndə ona ad çəkməmişdir. Həmin dostunu onun tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 dostunu çoxdan tanıdığını və bir neçə dəfə bağlarında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ona hansı işlə bağlı getdiyini deməmişdir. O, Zərərçəkmiş şəxs1 həyətlərindən götürməyə gedən zaman maşınından bir dənə komputer çantası götürmüş, onun maşınına əyləşmiş, çantanı da ayağının altına qoymuş, maşından düşəndə də özü ilə götürmüşdür. O, çantanın içində nə olduğunu bilməmiş, çünki Zərərçəkmiş şəxs1 iş adamı olduğu üçün sonuncunun yanında həmişə bir çanta, sənəd olmuş, 3 ədəd telefonu olmuş, üçünü də söndürüb maşına qoymuşdur. O, sonuncudan səbəbini soruşanda vəzifəli bir adamla görüşəcəyini və həmin görüşə telefon gətirməməsi deyildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, aprel ayının əvvəlləri gecə saatları idi. Mustafadan ona zəng gəlmiş, o, zəngə cavab vermiş və Mustafa ona təcili Maştağa qəsəbəsinə xalasıoğlu İsmayılgilin evinə gəlməyini bildirmiş, nə səbəbə ora gəlməyini soruşanda Mustafa ona vacib sözü olduğunu və çox az vaxtının olmağını bildirmişdir. O, Azadlıq prospektinə çıxmış və oradan taksi ilə Maştağa qəsəbəsinə getmişdir. O, Mustafanın qohumlarının hamısının evini tanımışdır. Qəsəbəyə çatanda Mustafanın yolun kənarında dayanıb onu gözlədiyini görmüşdür. Taksidən düşüb Mustafaya yaxınlaşanda sonuncu ona arxası ilə getməyini bildirmişdir. Mustafa ona bir nəfərin itdiyini, həmin şəxsin axtarıldığını və bu işdə heç bir günahı olmadığını bildirmişdir. Onlar Mustafanın xalasıgilinin evinə çatmışlar, həyət qapısının qarşısında dayanmışlar. Mustafa ona həmişə kiminsə sonuncuya borcu olduğunu demiş və həmin pulu alan kimi uşaqlara xərcləməyi üçün ona verəcəyini bildirmişdir. Mustafa xalasıoğlu İsmayılı evdən çağırmış və verdiyi pulu ona gətirməsini bildirmişdir. Mustafa uşaqlara hərdən köməklik etsə də uşaqları o, böyütmüşdür. Uşaqlar orta məktəbdə oxuyanda Mustafa onları atıb gedib sonra isə rəsmi qaydada ayrılmışlar. İsmayıl evdən qara rəngli sellofan paketi gətirib onların yanına gəlmişdir. Sellofan paketi ona vermiş və o, taksi ilə evə qayıtmışdır. Sellofan paketi açmış və içində bir ədəd 200 AZN-lik bağlama və bir ədəd 100 AZN-lik bağlama olmuşdur. O, pulu saymadan şkafa qoymuş və səhər işə gedəcəyi üçün yatmışdır. Səhər işə getmiş və o, işdə olan zaman ona 14-cü PB-dən zəng gəlmiş və ora getməyini bildirmişlər, amma hansı məsələ ilə bağlı olduğunu bildirməmişlər. O, həmin gün işdən çıxmış və PB-yə getmişdir. Orada ona heç nə izah edilməmiş, ilk sualları Mustafanın ona pul verməsi ilə bağlı olmuşdur. O, Mustafanın ona pul verdiyini bildirmişdir. Oradan onlar Sabunçu RPİ-nin PB-yə getmişlər. Polis əməkdaşları ilə onların evinə getmiş və o, pulu polis əməkdaşlarına təqdim etmişdir. O, 200 AZN-lik pul başlamasını sellofan paketdən çıxarıb şkafa qoymuşdur. Pulu polis əməkdaşlarına təqdim etmiş, amma 100 AZN-lik pul bağlamasını qara sellofan paketdə başqa yerə qoymuşdur. Səhəri gün o, işə gedəndə paketi atmaq istəyəndə 100 AZN-lik pul bağlamasının orada qaldığını görmüşdür. O, müstəntiqə bunu bildirmişdir. Polis əməkdaşları protokol tərtib edərək həmin pulu götürmüşlər. 200 AZN-lik pul bağlamasını götürəndə orada təxminən 18 600 AZN pul olmuşdur. Hadisənin üstündən bir il keçdiyinə görə tam xatırlamır. 100 AZN-lik pul bağlamasını götürəndə isə 11 200 AZN pul götürmüşlər. O, özü pulu saymamışdır. O suallara cavab olaraq bildirmişdir ki, pulu ona Mustafa özü deyil, İsmayıl gətirib vermişdir. İsmayıl pulu ona gətirən zaman Mustafa sonuncunun yanında deyildi, ondan biraz kənarda dayanmışdır. Pulun məbləği haqqında ona Mustafa və İsmayıl heç nə deməmişdir. O, Mustafa ilə görüşə gedən zaman Mustafa onu yolun kənarında tək gözləmişdir. Mustafa onları tərk eləyib gedəndə uşaqlar məktəbdə oxumuşlar. Mustafa hərdən uşaqların təhsili üçün pul vermişdir. Mustafa uşaqlarına aylıq pul verməmiş, imkanı olduqca hərdən köməklik etmişdir. Hətta o, Maştağa qəsəbəsinə gedən zaman Mustafa orada ona borcunu qaytardıqlarını və bir hissəsini ona verəcəyini bildirmişdir. O, Beynəlxalq Bakdan kredit götürmüş, pula ehtiyacı olmuşdur. Onlar Mustafa ilə nə vaxt söhbət etsələr o, pula ehtiyacları olduğunu bildirmişdir. Qızı orta məktəbi bitirib Türkiyə Respublikasına universitet oxumağa getmişdir. Universiteti bitirib orada magistraturaya qəbul olmuşdur. Qızının təhsili üçün pul ödəmək lazım olmuşdur. Onun pula ehtiyacı ancaq uşaqlarına görə olmuşdur. Mustafa ona zəng vurub çağıranda gecə saat 2-3 radələri olmuşdur. O, Mustafadan gecə vaxtı niyə zəng vurduğunu soruşanda sonuncu tez Maştağa qəsəbəsinə getməyini və vaxtının olmadığını bildirmişdir. Mustafa ona telefonda pul barədə heç nə deməmişdir. Mustafa ondan bir dəfə borc istəmişdir. Atasının onun üçün aldığı bağı satmışdır. Həmin puldan Mustafaya 15 minə yaxın pul vermişdir. Mustafa həmin pulu ona qaytarmamışdır. Həmin gecə Mustafa onu Maştağa qəsəbəsinə çağıranda ona olan borcu haqqında heç bir söz deməmişdir. O, Mustafadan ona olan borcunu heç vaxt istəməmiş, çünki Mustafanın imkanı olmadığını bilmişdir. Onun bank hesabı yoxdur, qızı tələbə olan vaxt olmuş, o, bank kartı bağlamamışdır. Onun heç bundan başı çıxmır. “YapıKredi” də onun bank hesabı olmuşdur. O, ora gedib qızı üçün pul göndərmişdir. O, gecə saat 3-də o qədər yol gedib gəldiyi üçün çox yorulmuş və ona verdikləri pulu saymamışdır. O, pulu alan zaman bilsəydi ki, belə hadisə baş verib həmin pulu heç vaxt götürməzdi. O, Mustafanın yanında 5 dəqiqə qalmış və pulu götürüb geri qayıtmışdır. O, həmin gün Mustafanın əynində heç bir cırılmış paltar və qan izləri görməmişdir. Mustafa ona kiminsə itdiyini və bu işlə heç bir əlaqəsi olmadığını bildirmiş, amma ad çəkməmişdir. Mustafa ona pul verəndən bir gün sonra onu PB-yə çağırmışlar. Bu hadisəni ona PB-də bildirmişlər. O, yerdə qalan məbləği ölüm hadisəsini bilməmişdən öncə könüllü olaraq müstəntiqə bildirmişdir. Polis əməkdaşları birinci dəfə 18 600 AZN pulu götürəndə o, könüllü olaraq pulu təqdim etmiş və protokola imza çəkmişdir. Hər hansı hadisənin baş verməsi ilə bağlı ona heç nə bildirməmişlər. Yerdə qalan məbləğ onun yadından çıxmışdır. O, təsadüfən həmin məbləği görmüşdür. Mustafa ona zəng vuran zaman heç nə deməmiş, sonuncu israrla vacib sözünün olduğunu bildirmişdir. O da uşaqları və qohumları ilə bağlı nigaran qalmış, ona görə gecə saat 3-də Mustafanın yanına getmişdir. Mustafa ona həmişə kiminsə borcu olduğunu və pulunu alan zaman onun da borcunu qaytaracağını demişdir. Ona görə Mustafa ona pul verən zaman o şübhələnməmişdir. Birinci məbləği verəndən bir gün sonra o, digər məbləği vermişdir. O, Solmaz adlı xanımın Mustafanın keçmiş nişanlısı olduğunu eşitmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xəlilova Aynur ona zəng edərək Təqsirləndirilən şəxs1 pul olduğunu, Mustafanın yanına gedərək pulu sonuncudan götürməyini bildirmişdir. O, pulu götürüb bir şəxsə verməli idi. Mustafaya zəng etmiş və pulu sonuncudan götürmüşdür. Mustafa pulu çatdıracağı şəxsin nömrəsini ona vermişdir. O, həmin şəxsə zəng vurmuş, lakin zəng çatmamışdır. O, pulu aparıb evə getmiş, səhəri gün bu hadisənin baş verdiyini öyrənmişdir. O suallara cavab olaraq bildirmişdir ki, o, A.Xəlilovanın evində şəxsi sürücü işləyir. A.Xəlilovanın harada işləməyi ilə bağlı heç bir məlumatı yoxdur. A.Xəlilovanın 3 övladı və xidmətçisi ilə birlikdə yaşayır. Xuraman adlı xanımı tanıyır, A.Xəlilovanın anasıdır, heç bir yerdə işləmir. Axşam saat 8-dən sonra o, iftar süfrəsində olmuşdur. A.Xəlilova ona zəng edərək Mustafada pul olduğunu bildirmişdir. O, Mustafaya zəng vurmuşdur. Sonuncu ona bağda olduğunu bildirmişdir. O, Mustafanı əvvəllər tanımışdır. Mustafa A.Xəlilovanın dayısıdır. O, Mustafa ilə əvvəllər təsadüfi hallarda görüşmüşdür. Sonuncu ürək xəstəsi olduğu üçün ayda bir dəfə zəng vurub hansı dərmana ehtiyacı olduğunu soruşmuşdur. Mustafa ilə görüşəndə sonuncu ona verdiyi pulun nə olduğu barədə heç nə deməmişdir. Pulu ona sellafon paketdə vermiş və ona kağıza yazılı nömrə vermişdir ki, həmin nömrəyə zəng vurub pulu həmin şəxsə çatdırsın. O, pulu A.Xəlilovaya verməli idi. Həmin puldan 5 min manat götürüb Mustafanın dediyi şəxsə verməli idi. Səhv etmirsə, pul ayrı-ayrı sellofan paketlərdə idi. Hadisədən uzun müddət keçdiyi üçün dəqiq xatırlamır. O, Mustafanın verdiyi nömrəyə zəng vurmuş, həmin nömrəyə zəng çatmamışdır. A.Xəlilovaya zəng vurmuş və həmin nömrəyə zəng çatmadığını bildirmişdir. A.Xəlilova ona pulu özündə saxlamağını və səhər həmin şəxsə verməyini bildirmişdir. Həmin adamın kim olduğunu o, bilməmişdir. Pulu maşının saxlanc yerinə qoymuş, evə aparmamışdır. Səhəri gün maşından oğurlanacağından qorxub pulu evə qoymuşdur. O, pula əl vurmamış və saymamış, pul bir paketdə olmuşdur. Həmin şəxsə çatacaq 5 min AZN pulu götürüb qalanını A.Xəlilovaya vermişdir. Bir paketin içində 5 min AZN pul və başqa məbləğdə pul olmuşdur. 5 min AZN Mustafanın dediyi şəxsə çatacaqdı, bundan biraz çox olan məbləği A.Xəlilovaya vermişdir. Mustafa ona bildirmişdir ki, 5 min AZN pul həmin şəxsə çatacaq. O da həmin şəxsə zəng vurmuş və zəng çatmamışdır. Onun evindən 5 min AZN pul aşkarlanmışdır. Xuraman xanım Mərdəkan qəsəbəsində bağ evində yaşayır. Təqsirləndirilən şəxs1 Xuraman xanımın yaşadığı bağ evindən bir küçə aralıda yaşayır. Təqsirləndirilən şəxs1 A.Xəlilovanın evində yaşayır. A.Xəlilovanın qardaşı da həmin ərazidə Xuraman xanımın bağının yanında yaşayır. Evlərinin arasında təxmini 150 metr məsafə var. O, Təqsirləndirilən şəxs1 hər gün görməmişdir. Dərman lazım olanda alıb aparmışdır. Təqsirləndirilən şəxs1 ona 45 min AZN pul vermişdir. Pulun sayını özü ona demişdir. 40 min AZN bir bağlamada, 5 min AZN bir bağlamada olmuşdur. O, 5 min pulu saymamışdır. O, 40 min AZN pulu A.Xəlilovaya vermişdir. 5 min AZN pulu həmin şəxsə çatdırmalı olduğundan özündə saxlamışdır. Aradan uzun müddət keçdiyi üçün həmin şəxsi adını, nömrəsini xatırlamır. Polisə 45 min AZN pul təqdim etmişdir. 5 min AZN onda olmuş, 40 min AZN pulu da A.Xəlilovadan götürüb polisə təqdim etmişdir. A.Xəlilova ona banka ödəməyi üçün hər hansı bir məbləğ verməmişdir. Sonuncunun hər hansı bir banka borcu olması barədə heç bir məlumatı olmamışdır. Sürücü işlədiyi üçün bu cür məlumatları o, bilmir. A.Xəlilovanı banka aparmış, amma hansı bank olduğunu xatırlamır. Mustafa ilə axşam saat 8-dən sonra sonuncunun yaşadığı bağda görüşmüşdür. Mustafa ilə görüşə gedən zaman sonuncudan heç nə şübhələnməmiş və üzərində heç bir qan ləkəsi olmamışdır. Təqsirləndirilən şəxs2 ailənin üzvü kimi tanıyır. Həmin günü Namiqi bağda görməmişdir. O, Namiqi 1 ildən artıqdır ki, görmür. Bağın qarşısında Mustafanın maşınından başqa hər hansı bir nəqliyyat vəsitəsi olmamışdır. Maşının markası “Hyundai” Accent, nömrəsi ** US *** olmuşdur. Mustafa pulu ona təqdim edən zaman 40 min manatın A.Xəlilovaya 5 min manatın isə həmin şəxsə çatacağını bildirmişdir. Mustafa ilə saat 9 radələrində görüşmüşdür. Səhəri gün saat 11-12 aralığında 40 min manatı Aynur xanıma vermiş, 5 min manatı özündə saxlamışdır. Həmin gün axşam üstü saat 5-6 aralığında Təqsirləndirilən şəxs1 törətdiyi cinayətdən xəbərdar olmuşdur. O, pulu A.Xəlilovaya verən zaman Təqsirləndirilən şəxs1 həbs olunması ilə bağlı ona heç nə deməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, orada yazılanlar hamısı doğrudur. Uzun müddət keçdiyi üçün orada yazılanları tam xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadə ilə burada verdiyi ifadə arasında ziddiyətlər var. Bank məsələsi yadından çıxmışdır, indi yadına düşmüşdür. Onda qalan məbləğ 5 min AZN deyildi. Onda 19100 AZN məbləğ qalmışdır. Üzərindən uzun müddət keçdiyi üçün tam xatırlamır. Reallıq odur ki, o, Mustafadan 45 min AZN pul götürmüşdür. Həmin pulu da geri qaytarmışdır. Mustafanın ona dediyi, 5 min AZN pulu verəcəyi dostu Şakirin adını indi eşitmişdir. 5 min AZN pulu Təqsirləndirilən şəxs1 dostuna verməyini demişdir. Mustafanın verdiyi nömrəyə zəng çatmadığı üçün o, pulu A.Xəlilovaya vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ona Sabunçu RPİ-dən zəng gəlmiş, kürəkəni Təqsirləndirilən şəxs2 axtarıldığını bildirmişlər. Qardaşından ümumiyyətcə xəbəri olmamışdır. O da polis bölməsinə getmişdir. Polis bölməsində olarkən kürəkəni Təqsirləndirilən şəxs2 zəng edərək, sonuncunun axtarıldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 PB-ə gəlmiş və o da çıxıb evə getmişdir. Sonradan kürəkəni Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 cinayət törətməkləri ona məlum olmuşdur. Bir dəfə də onu istintaqa çağırmışlar, ifadə vermişdir. PB-də ona gedib evdə pulun olub-olmadığına baxmağını bildirmişlər. O da gedib qızının evində axtarış etmişdir. Pulu axtarıb tapdıqdan sonra aparıb PB-ə təhvil vermişdir. Polis şöbəsində o, gətirdiyi pulları bir həftə aktlaşdırmamışlar. Pulun məbləği təxminən 50.000 manatdan yuxarı olmuşdur. O, bu barədə müstəntiqə demişdir. Pul verəndən sonra onu bir dəfə ifadə verməyə çağırmışlar. O suallara cavab olaraq bildirmişdir ki, onu PB-ə Sadiq adlı şəxs dəvət etmiş, onun işinə Sadiq adlı polis əməkdaşının baxacağını dedilər. Sonuncu da ona yaxınlaşıb evlərində pulun olub-olmadığına baxmağı tapşırmışdır. Sonradan özlərdə gəlib evdə əlavə baxış keçirtmişlər. O, pulu verəndən sonra bir dəfə də polis əməkdaşları özləri gəlib axtarış etmişlər. Polis əməkdaşları yoxlamaq üçün əlavə axtarış etmişlər. Pulu təhvil verəndə ona hər hansı bir sənəd verilməmiş, bir həftə sonra ona pulun təhvil verilməsi ilə bağlı sənəd vermişlər. O, verdiyi pulların miqdarı sənəddə göstərilən miqdarla, əskinazlarla düz olmuşdur. Evdə əlavə pul gizlətdiyini fikirləşdikləri üçün yenidən evdə axtarış aparmışlar, amma heç nə tapa bilməmişlər. Ona təhvil verdiyi pulun cinayət yolu ilə əldə olunduğunu və həmin pulu təhvil vermək lazım olduğunu demişlər. O da gedib axtaracağını, tapdığı təqdirdə gətirib təhvil verəcəyini demişdir. Onun qızı qaynanasının evində yaşayırdı, həmin evdə qaynanasına məxsus ayrı otaq olmuşdur. Kürəkəni də təhvil verdiyi pulları gətirib həmin otaqda gizlətmişdir. Təqsirləndirilən şəxs2 də həmin evdə yaşamışdır. Həmin ev, bütün sənədlər qaynanasının adına olmuşdur. Qızı ilə Təqsirləndirilən şəxs2 həmin evdə yaşamışlar. Sonra onlar həmin evi təmir etməyi fikirləşmişlər. Onlar da evi alqı-satqı etmişlər və Təqsirləndirilən şəxs2 ipoteka götürmüşdür. Həmin evlə bağlı 2022-ci ilə qədər ödənişlər olmuşdur. Təqsirləndirilən şəxs2 tutulandan sonra ipotekanı onlar ödəməyə başlamışlar. Daha sonra isə evi öz adlarına keçirtmişlər. Kürəkəni və qardaşının törətdikləri cinayət hadisə 2023-cü ilin aprel ayında olmuş, ipotekanın axırıncı ödənişi isə Təqsirləndirilən şəxs2 tərəfindən 2022-ci ilin dekabr ayının 12-də olmuşdur. Onun tərəfindən tam yadında deyil, amma bir neçə ay ödəniş olmuş və onlar evi öz adlarına keçirtmişlər. Təqsirləndirilən şəxs2 tutulandan sonra bank onlara məlumat verərərək, evlərinin mülkiyyətlərindən çıxacağını bildirmişdir. Bundan sonra o, ödənişlər etməyə başlamışdır. Bank onlara məlumat verməyənə qədər heç kimin evin mülkiyyətdən çıxması ilə bağlı xəbəri olmamışdır. Onun qızının xəbəri olsa idi sonuncu ona dərhal xəbər verərdi. Təqsirləndirilən şəxs2 hansısa şirkətdə işləmişdir. İpotekanın aylıq ödənişi 300-400 manat olardı. Bankdan onlara bildiriş gəlsə idi qızı ona məlumat verərdi, o da belə bir şey olduğu təqdirdə gedib dərhal həll edərdi. Pulu təhvil verəndən sonra evi axtarmışlar ki, bəlkə onların harasa borcları var. Axtarış vaxtı məhkəmə qətnaməsi tapmışlar. O, sonradan məhkəməyə gedib qətnamənin əslini götürmüşdür. Bankdan ona zəng vurub pulu hərrac vasitəsi ilə ödəməyini bildirmişlər. O da pulu hərracda ödəmişdir. Ödədiyi pul dəqiq yadında deyil, təxminən 53.000 manata, 60.000 manat olmuşdur. Hərraca ödədiyi pul onun öz şəxsi pulu olmuşdur. Ödədiyi pulun bir qismini dostundan rəsmi müqavilə əsasında 30.000 manat borc götürmüşdür, indiyə kimi ödəyir. Qalan hissəni banklardan götürmüşdür. 15.000 manat bir bankdan götürmüş, 5000 manat digər bankdan götürmüşdür. Götürdüyü borcları da bu günə kimi ödəyir. Evindəki qızılları satmışdır. Maaşı yaxşıdır, yaxşı təqaüd alır. Götürdüyü borcları ödəməyə qadirdir. Hərracdan aldığı evi balaca qızının adına keçirtmişdir. Təqsirləndirilən şəxs2 həyat yoldaşının adına keçirtməmişdir. Qızının Təqsirləndirilən şəxs2lə rəsmi boşanmaları var, artıq 5-6 aydır boşanıblar. İpoteka yolu ilə pul əldə edib evi təmir etmək istəmişlər. Evlə bağlı məhkəmə qətnaməsi 2022-ci ildə çıxmışdır. Problemli borclar yarandığından iş məhkəməyə verilmişdir. Məhkəmə ilə bağlı qızının məlumatı olmamışdır. Evin hərraca çıxarılması məsələsi 2023-cü ili aprel ayında baş vermişdir. O da 8-9 gün sonra gedib ipoteka borcunu bağlamışdır. Ödədiyi pulun bir qismini 30.000 manatı dostundan, 15.000 manatı bir bankdan, 5-6 min manat digər bankdan götürmüşdür. Qeyd etdiyi pulların alınması ilə bağlı sənədlər cinayət işinin materiallarında var. 15.000 manat pul da özündə olmuşdur. Qaynanasının evi barəsində çıxarılmış məhkəmə qətnaməsindən xəbəri olmamışdır, məhkəmə qətnaməsindən sonra evlərinin mülkiyyətlərindən çıxmasını eşitdikdən sonra borcu ödəmişdir. Muğan bankdan ipotekada olan evin sahibini, yəni onları tapıb zəng etmişlər. Bankın əməkdaşları əlaqə saxladıqları vaxt hərraca çıxarılan əmlakın onların tərəfindən əldə olunmasına şərait olduğunu bildirmişlər. Onlara Muğan bankla əlaqə nömrəsini məhkəmə tərəfindən verilmişdir. O da zəng edərək belə bir halın olduğunu soruşduqda olanları ona demişlər. O da banka getmişdir. Polisə nə qədər pul təhvil verdiyini izahatında yazmışdır, tam yadında deyil, deyəsən 53.000 manat olmalıdır. O, pulu dərhal aparıb PB-ə vermiş, polis əməkdaşları təhvil verdiyi pulu bir həftədən sonra aktlaşdırmışlar. Polis əməkdaşı pulun təhvil verilməsi ilə bağlı aktı verməyi uzatmış, sabah, biri gün gəlməsini, vaxtının olmadığını bildirmişdir. Hansı banklardan kredit götürdüyü barədə sənədlər cinayət işi materiallarında var və bütün məlumatlar orda qeyd olunmuşdur. Ev üçün pul lazım olanda gedib banklardan pul götürmüşdür, amma götürdüyü pulların tarixləri yadında deyil. Evin əldə olunması üçün hərraca verdiyi pulları tapmışdır, sonra dostundan və banklardan götürüb qaytarmışdır. Həmin pulları o, evini və avtomobillərini satıb əldə etmişdir. Hərraca verdiyi pullar dövriyyədə olan pullardır, o, bizneslə məşğuldur. Bu pulları o, dövriyyədən çıxardıb vermişdir, sonra da banklardan götürüb yerinə qoymuşdur. Hərraca verilən pullar öz pulları olmuşdur, sadəcə hadisə ilə bağlı pulların hardan əldə olunması ilə əlaqədar sualların ortalığa çıxacağını bildiyi üçün bilərəkdən gedib rəsmi borclar almışdır. Hərraca verdiyi pullar banklardan əldə etdiyi pullardır. Hərraca verdiyi pulu hardan tapdığı yadında deyil. Hərrac onlara vaxt vermiş, o da pul tapıb aparıb vermişdir. Hərracda ödədiyi pulların qəbzi var, hamısını təqdim etmişdir, cinayət işinin materiallarında da var. Müstəntiq qəbzlərə baxıb hər şeyin qanuni olduğunu demişdir. Hərraca getdiyi vaxt üzərində pul olmuşdur. Hərraca verdiyi pul onun pulu deyil, biznesin pulu olmuşdur. İstintaq zamanı müstəntiq ona sənəd gətirməyi, biznesinin sonuncunu maraqlandırmadığını demişdir. Hərraca verdiyi pulları götürəndə o, şirkətin rəhbəri olmuşdur, hazırda şirkətlərin həm direktoru, həm də təsisçisidir. Hərraca verdiyi pulları şirkətin hesabından götürmüşdür. Həmin pullarla bağlı xahiş etdiyi üçün ona köməklik etmişlər. Hərrac üçün ayrılan pulu şirkət rəhbəri ona vermişdir. Pulu şirkətdən nə vaxt götürdüyü gün yadında deyil. Ona lazım olan pulun şirkətin hesabından çıxarılması üçün beh də vermişdir. İbtidai istintaq zamanı ilk dəfə müstəntiqin yanına getdiyi tarix yadında deyil. İstintaq zamanı 2 dəfə ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. xx.xx.2023-cü il tarixdə hərraca verdiyi pulu şəxsi işidir, hardan əldə etdiyini özü bilər. Məhkəməyə əmlaklarının satışı ilə bağlı əldə etdiyi pul məbləğlərini göstərmişdir. O, əgər hiylə işlətsəydi evi başqasının adına keçirdərdi. İstintaq zamanı hərraca verdiyi pulları şirkətdən götürməyi ilə bağlı olan sənədləri istintaqa təqdim edə bilməmişdir. Hərraca verdiyi pulların əldə olunması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onun baş verən hadisəyə heç bir əlaqəsi yoxdur, sadəcə bağ satmışdır. Rauf adlı vasitəçinin köməkliyi ilə təqsirləndirilən şəxs Namiqə bağ satmışdır. Namiqlə torpağın qiymətini 90 000 manata razılaşmışdır. Təqsirləndirilən şəxs2 90 000 manatdan ilk öncə 70 000 manatını, 1 ay sonra isə yerdə qalan 20 000 manat olan hissəsini verəcəyini söz vermişdir. Pulu götürdükdən 2 gün sonra polis əməkdaşları onu yaşadığı həyət evindən gəlib götürmüşlər. Polis əməkdaşları ona məxsus olan bağdan meyit aşkar olunduğunu bildirmişlər. O suallara cavab olaraq bildirmişdir ki, istintaqa qaytardığı pulu ona Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulu ona polis əməkdaşları onu tutduqdan 2 gün əvvəl vermişdir. Təqsirləndirilən şəxs2 pulu ona verərkən tək olmuş, Təqsirləndirilən şəxs2lə qabaqcadan ümumi pulun 70 000 manat hissəsinin verilməsini razılaşmışlar. Satdığı bağın xüsusatları ilə bağlı vasitəçi ilə Təqsirləndirilən şəxs2 öz aralarında danışmışlar. Satdığı bağın sahəsi 25 sot olmuş, köhnə tikilidən, quru torpaqdan və 1 ədəd quyudan ibarət olmuşdur. Təqsirləndirilən şəxs2 ona verdiyi 70 000 manat pulun hamısını istintaqa təhvil vermişdir. Torpağında baş verən hadisədən 1 ay əvvəl vasitəçilər satacağı bağa gəlib baxacaqlarını demişlər. Hadisədən 20 gün əvvəl torpağı alan şəxsin ora təmir alətlərini qoymağı üçün bağın açarın ondan istəmişlər. Satılmazdan qabaq bağa getmişdir. Bağa getdiyi vaxt qapıdakı qıfılın dəyişildiyini görmüşdür. Qapının qıfılını dəyişib bağa daxil olmuşdur. Həyətdə köhnə qıfılı axtararaq quyuya tərəf gəlmişdir. Quyunun yanında yerdə qapının köhnə qıfılını, əlavə olaraq da lent, qayçı, dəmir tor görmüşdür. Vasitəçi də Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq ona məlumat verəcəyini bildirmişdir. Vasitəçi ona yenidən yığaraq qapının qıfılını ustalar təmir işləri ilə bağlı dəyişdirdiklərini bildirmişdir. O, qapının qıfılını dəyişib içəridə olan təmir alətlərini özü ilə götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək bağın açarlarını və təmir alətlərini istəmişdir. O da yenidən götürdüklərini geri qaytarmışdır. İlk öncə 700 manat beh aldığı üçün və bağın sənədlərini sənədləşdirmədiyi üçün rahatlıqla bağın açarlarını tanımadığı şəxsə vermişdir. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şüvəlan parkın yanında olduğu vaxt Təqsirləndirilən şəxs2 ona zəng edərək görüşüb pul vermək istədiyini bildirmişdir. Təxminən 24:00 radələrində aeraport yolunda Təqsirləndirilən şəxs2lə görüşmüşlər. Təqsirləndirilən şəxs2 əlində 70 000 manat pulu açıq şəkildə gətirib ona vermişdir. Belə bir hadisənin baş verə biləcəyi ağlına gəlmədiyi üçün Təqsirləndirilən şəxs2 hərəkətlərinə diqqətlə baxmamış və heç bir həyacan hiss etməmişdir. Avtomobilinə mindikdə arvadı Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığını demişdir. Təqsirləndirilən şəxs2 pulu gətirərkən tək olmuşdur. Təqsirləndirilən şəxs2 gəldiyi “Fiat Doblo” markalı avtomobildə heç kim olmamışdır. Təqsirləndirilən şəxs görüş zamanı ona 70 000 manat vermişdir. Təqsirləndirilən şəxs bundan əvvəl 200 manat və 500 manat beh vermişdir. Təqsirləndirilən şəxs2 verdiyi 700 manat pul 70 000 manat pula daxil olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Rauf adlı şəxsi tanımış, bir gün Rauf ona zəng vurmuş, ona satmaq üçün torpaq lazım olduğunu bildirmişdir. Sonra Raufgil gəlmişlər və o, torpağı göstərmişdir. Bundan sonra torpaq yiyəsi ilə özləri danışmışlar. Təxmini 3 aydan sonra ona zəng vurub razılaşdıqlarını və alqı-satqı olduğunu bildirmişlər. Həmin alqı-satqıdan ona 1000 AZN verəcəklərini demişlər. O suallara cavab olaraq bildirmişdir ki, torpağı göstərən vaxt Raufla görüşəndə sonuncunun yanındakı şəxs Namiq olmuşdur. Namiq torpaq axtaranda əsasən nəyə üstünlük verməyini dəqiq xatırlamır. O, torpağı tapmış və baxıb bəyənmişlər. Bundan sonra torpağın yiyəsi ilə özləri danışıb razılaşmışlar. Torpaq axtaran zaman boş torpaq sahəsi axtarırmışlar. Torpaqda su quyusunun olmağına üstünlük verməklərini dəqiq xatırlamır. O, torpağı Namiqə göstərmiş, sonuncu da bəyənmişdir. Sonra Rauf torpaq yiyəsi ilə Namiqi tanış etmiş, sonuncular özləri razılaşmışlar. O, torpaqda su quyusunun olduğunu bilməmişdir. O, torpağı göstərəndə həyətin qapısından göstərmişdir. Sonradan həyətin yuxarı başında su quyusu və balaca köhnə ev olduğunu bilmişdir. Torpaq sahəsi maşın yolundan təxminən 600 metr içəridə yerləşmişdir. Torpaq bağ tikmək üçün yararlı olmuşdur. Torpaqda ferma tikib heyvandarlıqla da məşğul olmaq olardı. Torpaq qumsal olmuşdur. O, torpağı göstərmiş, sonra torpaq yiyəsi ilə özləri danışıb razılığa gəlmişlər. Alqı-satqı 3 ay çəkmiş, bu müddət ərzində o, Raufdan tez-tez alqı-satqının nə yerdə qaldığını soruşmuşdur. Oradan ona 1000 AZN pul çatmalı idi. 3 aydan sonra torpaq yiyəsi zəng vurub pullarını götürməyi demişdir. Onlar Raufla torpaq yiyəsinin yanına getmişlər. Həmin şəxs Raufa 3000 AZN pul vermişdir. Həmin puldan Rauf ona 1000 AZN pul vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, bir gün Elvira adlı bir xanım ona zəng vurmuş və ona torpaq almaq istədiyini bildirmişdir. Onun da tanıdığı bir makler olmuşdur. Həmin maklerin adı İslam olmuşdur. O, İslama zəng vurmuş və məsələni sonuncuya bildirmişdir. Sonuncu da hal-hazırda torpaq olduğunu bildirmişdir. Sonra ona Namiq adlı şəxs zəng vurmuşdur. O, sonuncuya İslamın nömrəsini vermişdir. Sonuncular həmin gün görüşmüşlər və torpağa baxmışlar. Bundan sonra alqı-satqı olmalı idi. Alqi-satqı iki aya qədər uzanmışdır. O da həmin dövrdə tez-tez zəng vurub alqı-satqı barədə maraqlanmışdır. Sonra torpaq sahibi ilə görüşmüşlər. Torpaq sahibi ona bir dəfə zəng vurub hasarın qıfılının dəyişməyi barədə ondan soruşmuşdur. O da bu barədə Namiqdən soruşmuşdur. Namiq qıfılı dəyişdiyini və orada ustaların işləyəcəyini demiş, hətta şəklini də çəkib ona göndərmişdir. O suallara cavab olaraq bildirmişdir ki, Elvira adlı xanım ona zəng vurduğu tarix, təxminən yanvar-fevral ayları olmuşdur. Elvira xanımı ona makler kimi zəng vurmuşdur. Sonuncu Namiqi ona qonşusunun dostu kimi tanıtmışdır. Torpaq sahibi ondan hasarın qıfılının dəyişməyi barədə soruşanda alqı-satqı olmamışdır. Ona alqı-satqı olmamış hasarın qıfılının kimin dəyişdiyini və bunun özbaşınalıq olduğunu bildirmişdir. Namiq də ona qıfılı özünün dəyişdiyini və orada ustaların işləyəcəyini bildirmişdir. Torpaq sahibi ilə görüşən zaman öz aralarında behləşmişlər. Bundan bir gün sonra Namiq torpaq sahibinə bir miqdar pul vermişdir. Səhəri gün isə bu hadisə baş vermişdir. O, Namiqin atdığı şəkildə qıfıldan başqa ip, əlcək və bəzi alətlər görmüş, başqa heç nə görməmişdir. Qıfıl dəyişəndən təxmini bir ay sonra bu hadisə baş vermişdir. Həmin bir ay ərzində orada ustaların işlədiyini bilmir. Torpaq sahibi ilə axşam görüşmüşlər alqı-satqı olmuş, pul verilmiş, səhəri gün bu hadisə baş vermişdir. Ona həmin alqı-satqıdan 1500 AZN pul verilmişdir. O, həmin məbləği geri qaytarmış, digər şəxslər 500 AZN Elvira xanım, 1000 AZN İslam geri qaytarmışdır. Torpaq axtaranda içində quyu olan sahə axtarmışlar. Quyunun olmasının vacib olduğunu demişlər. Quyunun ferma üçün lazım olacağını, quyunun içərisindəki sudan istifadə edəcəklərini bildirmişlər. O, həmin bağda olmamış və həmin quyunu görməmişdir. Quyunu İslam görmüşdür. Ondan bağ soruşulanda əsas içində quyusu olan və ətrafında qonşu az olan bağ istəmişlər. Buna səbəb bağın içində ferma olacağını demişlər. Bağı İslam adlı makler tapmışdır. O, bağ haqqında məbləğ deməmiş, məbləği İslam demişdir. O, ümumiyyətlə alqı-satqı işi ilə məşğul olmamışdır. Ona 1500 AZN pulu torpaq sahibi vermişdir. Sonuncu onları öz iş yerinə çağırmışdır. 3000 AZN pul vermiş və pulu öz aralarında bölməklərini demişdir. Onlar öz aralarında razılaşmışlar ki, həmin puldan Elvira xanıma 500 AZN, maklerə 1000 AZN, ona isə 1500 AZN çatacaq. Elvira onun nömrəsini Namiqə vermişdir. O, Namiqlə tez-tez alqı-satqı barədə danışmışdır. Namiq torpağa İslamla birlikdə baxmışdır. Torpaq sahibi ilə Namiq görüşmüşdür. Açarı torpaq sahibi Namiqə özü vermişdir. Şəkildə ip, əlcək və başqa alətlər olmuşdur. Orada kəsici alət görməmişdir. Namiqin ona şəkili atmağına səbəb şəkili torpaq sahibinə göstərməyi olmuş. sonuncu bilsin ki, orada ustalar işləyəcək. O, Təqsirləndirilən şəxs1 heç vaxt görməmişdir. Sonuncu ilə sadəcə telefonda danışmışdır. Həmçinin Namiqlə də telefon vasitəsilə danışmışdır. İçində su quyusu olan torpaq sahəsi istəməklərinə səbəb həmin quyudan su doldurub istifadə edəcəklərini bildirmişlər. Torpaq sahəsinin qonşulardan uzaq olmasına səbəb orada heyvandarlıqla məşğul olacaqları və qonşuların narazılıq etməməsi olmuşdur. Namiqin ona göndərdiyi şəkildə dəmir tor olduğunu o, görməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş,məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəni təsdiq etdiyini bildirən məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 9 il olar ki, tanıyır. Belə ki, ortaq tanışları tanış etmişdir. Həmişə dostları ilə birlikdə hər axşam işdən sonra “Nərd Divan” adlı kafedə yığışarlar, domino oynamışlar, məhz həmin günlərdə Namiqlə aralarında dostluq münasibəti yaranmağa başlamışdır. Bundan sonra, Namiqə kirayə ev axtardığını bildirirərək, bu səbəbdən ondan kömək istəmişdir. Namiq ona özünün qaldığı ünvan 7 ünvanında yerləşən mənzildə kirayə ev olduğunu bildirmişdir. Onunla razılaşmış, 2014-cü ildə göstərilən ünvana anası, atası və özü köçmüşlər. Həmin müddət ərzində Namiqlə aralarındakı münasibət daha da möhkəmlənmişdir. Bundan başqa, 2022-ci ildə “Hyundai Santafe” markalı nəqliyyat vasitəsini almışdır. Lakin, uzun müddətdir ki, işsiz olduğundan həmin avtomobili Namiqin istifadəsinə vermişdir. Bunun əvəzində heç vaxt Namiqdən pul istəməmişdir. Eyni zamanda, 2023-cü ilin yanvar ayının 1-də anası rəhmətə getmişdir və bu hadisədən sonra Namiqin ona olduqca çox köməyi toxunmuş, aralarındakı münasibət daha da güclənmişdir. 07 aprel 2023-cü il tarixdə Namiq həmişə olduğu kimi, ona məxsus olan nəqliyyat vasitəsi ilə öz işlərini görməyə getmişdir. Ümumən, maşının açarı həmişə Namiqdə olduğundan, maşını götürməyi ilə bağlı məlumat verməmişdir. Həmin gün səhər Namiqi ümumiyyətlə görməmişdir. Saat təqribi 16 radələrində Namiq ona zəng vuraraq, Şüvəlana getdiyini, onu da yolüstü dostu Elvingilin bağına düşürdə biləcəyini, bildirmişdir. Namiqlə razılaşmış və Namiq saat 17 radələrində onu kirayə yaşadığı evdən götürürərək, Şüvəlana aparmışdır. Müəyyən müddət sonra birlikdə Elvingilin bağına çatmışlar və maşından düşmüşdür. Təqribi Namiq orada 15 dəqiqə qaldıqdan sonra işinin olduğunu bildirirərək, oradan getmişdir. Gecə saatlarında isə Namiqin mobil telefonuna yığaraq, gəlib-gəlməyəcəyini soruşmuşdur. Namiq isə əvəzində ona telefonun batareya gücünün az olduğunu bildirmişdir və daha sonra yığacağını qeyd etmişdir. Saat təqribi 01 radələrində Namiq Şüvəlanda yerləşən Elvingilin bağ evinə “Fiat Doblo” markalı nəqliyyat vasitəsi ilə gəlmişdir. Namiqdən “Hyundai Santafe”-nin yerini soruşduqda, o maşını təmizlənməsi üçün avto yuyucuya verdiyini bildirmişdir. Ona inanaraq, birlikdə Maştağa yolunadək getmişlər və o yolda olduqda birdən Namiqə zəng gəlmişdir. Namiq təqribi 2-3 dəqiqə telefonla danışdıqdan sonra, işinin çıxdığını bildirirərək, ona taksi çağırmışdır. Müəyyən müddət sonra taksi gəlmiş və onu yaşadığı ünvana düşürtmüşdür. Həmin müddət ərzində zəng edənin kim olması ilə bağlı Namiqə heç bir sual verməmişdir. Növbəti gün yuxudan duranda artıq özünə məxsus olan “Hyundai Santafe” markalı avtomobilin məhlədə yuyulmuş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra, saat təqribi 11 radələrində Namiq ona zəng vuraraq, Sabunçu RPİ-nin 14-cü PB-nə çağrıldığını bildirmiş və ondan onunla birlikdə gəlməyini istəmişdir. Namiqin təklifini qəbul etmiş və Namiq Elvini də çağırmışdır. Birlikdə “FİAT Doblo” markalı avtomobillə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişlər. Həmin müddət ərzində Namiq ona məxsus olan “Hyundai Santafe” markalı avtomobilin açarını məhz “Fiat” markalı avtomobilə qoymuşdur. Bir saat sonra Sabunçu RPİ-nin 14-cü PB-nə çatmışlar. Elvin və Namiq polis bölməsinə düşmüşlər. Özü isə həyətdə gözləmişdir. Elvin və Namiq orada qaldığından şəxsi maşınının açarını “Fiat”-dan götürərək, taksi ilə evə getmişdir. Evə çatana qədər polis əməkdaşları tərəfindən ona zəng gəlmiş və ona məxsus olan “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinin ekspertizasını həyata keçirəcəklərini bildirmişlər. Həmin gündən sonra Namiqlə aralarında heç bir telefon görüşməsi olmamışdır. Namiq özü namaz qılan insan olmuşdur. Heç bir zaman spirtli içkilərdən, narkotik vasitələrdən və digər zərərli vərdişlərin aludəçisi olmamışdır. Lakin, Namiqin banka kredit borcunun olduğunu bilsə də, miqdarı dəqiq xatırlamır. Namiq olduqca şən, ailəcanlı və dinamik bir insan olmuşdur. Heç bir zaman ona və ailəsinə qarşı hər hansı aqresiya göstərməmişdir. Ümumən özünü Namiqin adam öldürə biləcəyini ağlına belə gətirməmişdir. Namiq çox sakit təbiətli insan olmuşdur. Namiq yalnız ona söhbət əsnasında Mustafa ilə bağlı 2-3 dəfə danışmışdır. Lakin, həmin söhbətlərdə də yalnız qısa və gündəlik söhbətlər olduğundan, Mustafa haqqında ətraflı məlumata sahib deyildir. Namiqin kiməsə borcunun olub-olmaması barədə məlumatı olmamış, sadəcə onun adını bilmədiyi banka müəyyən miqdar kredit borcunun olduğunu bilmişdir. Namiq maşını istifadə etməsi müqabilində ona hər hansı pul vəsaitini və ya digər maddi neməti təqdim etməyib, heç vaxt da özü tərəfindən istənilməmişdir. Namiqin Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 öldürməyə hazırlaşması barədə hər hansı məlumatı olmamış və ya yaxın vaxtlarda külli miqdarda pul qazanacağını bildirərək, ona müəyyən miqdar pay verəcəyini bildirməmişdir. 2022-ci ilin təxminən yanvar ayında dəqiq xatırlamadığı tarixdə Namiq ona bildirmişdir ki, Mustafa adlı qohumu ilə birlikdə Bakı şəhərinin kəndlərində ferma qurmaq üçün bağ sahəsi almaq istəyirlər. Namiq həmçinin bildirmişdir ki, torpaq sahəsini Ləhic bağları yaşayış massivində, içərisində su quyusu olan, yoldan kənarda yerləşən, sakitçilik yerdə, ətrafında yaşayış evləri olmayan yerdə almaq istəyir. Köhnə qonşusu Elmira adlı qadının əvvəllər Ləhic bağlarında özünə məxsus torpaq sahəsi satdığını bildiyi üçün bu barədə ona müraciət etmişdir. Elmira bildirmişdir ki, tanışları vasitəsi ilə bu məsələ ilə maraqlanacaq. Ondan sonra Elmira ona torpaq almaqda kömək etməsi üçün Rauf adlı tanışının telefon nömrəsini vermiş və həmin şəxslə əlaqə saxlamağı ona bildirmişdir. Raufun nömrəsini Namiqə vermiş, Namiq Raufa zəng edib bildirmişdir ki, Ləhic bağları yaşayış massivində torpaq sahəsi almaq istəyir və ona da, içərisində su quyusu olan, yoldan kənarda yerləşən, sakitçilik yerdə, ətrafında yaşayış evləri olmayan bağ sahəsi tapmasını demişdir. Həmin söhbətdən bir-iki gün sonra Namiq onu istifadəsində olan Fiat markalı avtomobillə Ləhic bağları yaşayış massivinə torpaq sahələrinə baxmağa aparmış, orada Namiq birinci torpaq sahəsinə baxmış, lakin həmin yeri bəyənməmişdir. Bundan sonra ikinci torpaq sahəsinə baxmışlar, torpaq sahələrini Namiqə adını hazırda xatırmadığı və tanımadığı makler göstərmişdir. Namiq həmin maklerlə nəisə danışdıqdan sonra oradan çıxmışlar. Namiqin kimisə öldürmək istəməsi barədə məlumatı olmamışdır və bu barədə ona heç nə deməmişdir. Torpağı almaq istəməsinin səbəbi kimi orada qohumu Mustafa adlı şəxslə birlikdə ferma qurmaq istəməsini göstərmişdir. Namiqə inandığı üçün ona torpaq sahəsi tapmaqda kömək etmişdir. Namiqlə aralarında dostluq münasibəti olduğu üçün onunla yalnız həmin günlər deyil, ümumiyyətlə ondan əvvəlki dövrlərdə də gün ərzində bir neçə dəfə danışmışdır. Namiq bir müddət idi ki, tikinti materiallarının daşınması işi ilə məşğul olmuş və buna görə o, icarəyə götürmək üçün yük maşını tapmasını ondan xahiş etmişdir. Buna görə həmin işlə məşğul olan dost tanışından yük maşını icarəyə vermələrini istəmiş, həmin məsələ ilə əlaqədar Namiqlə xx.xx.2023-cü il tarixdə səhər saatlarında danışmış, günorta görüşdükdən sonra isə Namiqlə Şüvəlan qəsəbəsinə dostlarının evinə getmişlər. Orada Namiqlə biraz çay içib söhbət etdikdən sonra Namiq onun avtomobilini götürüb işi olduğunu deyərək getmiş, lakin o, tez qayıtmadığı üçün Namiqə bir neçə dəfə zəng etmiş, Namiq onu gəlib götürdükdən sonra isə şəhərə tərəf qayıdarkən ona yolda zəng gəlmişdir. Əvvəlki ifadəsində qeyd etdiyi kimi Namiq Maştağa qəsəbəsinə avtomobili sürmüş və sonradan adının İsmayıl olduğunu bildiyi tanışıgilin evinin yanına getmişdir. Orada görmüşdür ki, Namiq özünü qəribə aparır, həyəcanlıdır. Namiq ona yoldaşının Mustafa adlı əmisi ilə nəisə işi olmasını ona demişdir. Lakin nə işi olduğunu deməmişdir. Artıq gec olduğu üçün taksi ilə yaşadığı evə getmiş, lakin, narahat qaldığı üçün ona zəng etmiş və evə gedib getmədiyini soruşmuşdur. Namiq isə bildirmişdir ki, artıq evinə qayıtmışdır. Həmin günün səhəri günü, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Namiq ona zəng etmiş və “neyniyirsən evdəsən” deyə soruşmuşdur, özü isə ona evdə olduğunu bildirmişdir. Namiq ona bildirmişdir ki, onu polisə çağırıblar və onunla birlikdə polis bölməsinə getməsini xahiş etmişdir. Bundan sonra Namiqlə görüşüb onun idarə etdiyi Fiat markalı avtomobillə Maştağa qəsəbəsinə polis bölməsinə getmişlər. Yolda olarkən nəyə görə polisə çağırıldığını Namiqdən soruşduqda o, bildirmişdir ki, hansı səbəbdən çağırıldığını bilmir. Belə ki, Namiqlə birlikdə polis bölməsinə getmişlər, Namiqi xeyli orada gözlədikdən sonra polis əməkdaşlarından Namiqin buraxılıb-buraxılmaycağını soruşmuş, onlar isə bildirmişlər ki, Namiq adam öldürməkdə şübhəli olduğu üçün saxlanılacaq. Buna görə də orada gözləməyin mənasız olduğunu görüb yaşadığı evə qayıtmışdır. Belə ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Namiqlə aralarındakı danışıqlar göstərdiyi xüsusatlarla əlaqədar olmuşdur. Məhkəmə baxışı zamanı vəsatət əsasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Hadisə günü o, evdə olmuşdur. Gecə Təqsirləndirilən şəxs1 onlara gəlmişdir. Sonuncunun üzərində müəyyən məbləğdə pul olmuşdur. Pulun miqdarının nə qədər olduğunu o, bilmir. Təqsirləndirilən şəxs1 onlarda olarkən həyat yoldaşı Rübabəyə zəng vurmuşdur. Rübabə yarım saat sonra gəlmiş və Təqsirləndirilən şəxs1 pul götürmüşdür. Təqsirləndirilən şəxs1 da ona PB-nə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 dostunun yoxa çıxdığını və sonuncunu PB-nə çağırdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 gedəndən təxmini 2-3 saat sonra onu da PB-nə çağırmışlar. Təqsirləndirilən şəxs1 hadisə törətdiyini, Zərərçəkmiş şəxs1 ortalıqda olmadığını lakin ortalıqda hansısa pulun olduğunu bildirmişlər. O, heç nədən xəbəri olmadığını, Təqsirləndirilən şəxs1 onlara gələrkən üstündə xeyli miqdarda pul olduğunu və yoldaşının onlara gəlib həmin pulu götürdüyünü bildirmişdir. Sonra PB-də onu bir gün saxlamışlar. Hadisənin təfərrüatları bəlli olandan sonra onu PB-dən buraxmışlar. O suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs1 görməmişdir. Hadisə günü Təqsirləndirilən şəxs1 ondan soruşan olsa onlarda iftarda olmağını deməyini istəmişdir. Təqsirləndirilən şəxs1 ondan sonuncunu kimin soruşacağını deməmişdir. Təqsirləndirilən şəxs1 bu sözü ona deyən vaxt o, nə baş verdiyini bilmirdi. Təqsirləndirilən şəxs1 gecə onlara gələn zaman sonuncunun hara getdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 PB-nə getdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 PB-nə getməyinin səbəbini soruşanda, sonuncu dostunun itdiyini, üstündə pul olduğunu və bununla bağlı PB-nə çağırıldığını bildirmişdir. Onlara gələn zaman Təqsirləndirilən şəxs1 üzərində nə qədər pul olduğunu bilmirdi. Təqsirləndirilən şəxs1 ona pul verməmişdir. Təqsirləndirilən şəxs1 ona Rübabəyə verməyi üçün pul vermişdir. O, həmin pulun məbləğini bilmirdi. O, Təqsirləndirilən şəxs1 üzərində heç bir palçıq və ya qan ləkəsi görməmişdir. Təqsirləndirilən şəxs1 onlara gələn zaman üzərində puldan başqa heç nə gətirməmişdir. Təqsirləndirilən şəxs1 onlara Təqsirləndirilən şəxs2lə gəlmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 maşında gözləyirdi. O, Təqsirləndirilən şəxs2 tanıyır. Sonuncu onun qohumudur. Təqsirləndirilən şəxs2 həmin gün ona zəng vurmamışdır. Sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 onlara gələn zaman Təqsirləndirilən şəxs2 sürdüyü maşının markası səhv etmirsə “FİAT” olmuşdur. O, avtoyuma məntəqəsi işlədir. Ona gəldikləri maşını yumaqla bağlı heç bir təklif etməmişlər. Axşam saat 19:00 radələrində Təqsirləndirilən şəxs1 avtoyuma məntəqəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 orada ondan soruşan olsa onlarda iftarda olmağını deməyini istəmişdir. Onun işlətdiyi avtoyuma məntəqəsi Maştağa qəsəbəsində yerləşir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 avtoyuma məntəqəsinə gələn zaman o, maşında hər hansı bir iz və ya qan ləkəsi görməmişdir. Onun bu işdə heç bir maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs2 sürən maşını o, yumamışdır. Təqsirləndirilən şəxs2 əlində hər hansı qan və ya başqa ləkə görməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşınla avtoyuma məntəqəsinin qabağına gəlib onu götürmüşlər. Yolun əks tərəfinə keçmişlər və orada söhbət etmişlər. Bundan sonra o, işinə qayıtmışdır. Təqsirləndirilən şəxs1 verdiyi pulu Rübabəyə o, özü təqdim etmişdir. Pul sellofan paketdə olmuşdur. Təqsirləndirilən şəxs1 gətirdiyi sellofanda nə qədər pulun olduğunu o, PB-də bilmişdir. O, pulu Rübabəyə verən vaxt Təqsirləndirilən şəxs2 yanlarında olmamışdır. Rübabə pulu götürüb gedən vaxt Namiq gəlmişdir. Rübabə xanım təxmini gecə saat 01:00 radələrində gəlmişdir. O, Təqsirləndirilən şəxs1 heç bir şübhəli hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 gecə onlardan PB-nə gedən zaman o, sonuncuda heç bir şübhəli hal müəyyən etməmişdir. Polis ilk dəfə zəng edib Təqsirləndirilən şəxs1 soruşan zaman sonuncunun axşam onlarda olduğunu demişdir. Sonra ölüm hadisəsinin baş verdiyini bilən zaman polisə həqiqəti demişdir. Təqsirləndirilən şəxs1 ona “polis onu soruşsa onlarda olmuşdur” deməyini deyil, “kimsə onu soruşsa onlarda olmuşdur” deməyini istəmişdir. Hadisə günü Təqsirləndirilən şəxs1 onlara gələndə o, evdə olmamışdır. Qonşusu Ramin qapıya çıxmışdır. Sonuncu Təqsirləndirilən şəxs1 onun evdə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qonşusuna ona zəng etməsini bildirmişdir. Ramin ona zəng edərək xalası oğlu Təqsirləndirilən şəxs1 onlara gəldiyini bildirmişdir. O, sonuncuya işdə olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs1 işə onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs1 onun yanına Təqsirləndirilən şəxs2lə gəlmişdir. Təqsirləndirilən şəxs2 də maşında söhbət edəndə yanlarında olmuşdur. O, maşında hər hansı içki və ya şampan şüşəsi görməmişdir. Təqsirləndirilən şəxs1 PB-dən zəng gələndə o, sonuncunun yanında deyildi. Təqsirləndirilən şəxs1 üzərində olan pulun məbləğini bilmirdi. Pul şəffaf sellofanda olduğu üçün Təqsirləndirilən şəxs1 ondan pulu qoymaq üçün tünd rəngli sellofan istəmişdir. Rübabə gələndə Təqsirləndirilən şəxs1 qapıya çıxmışdır. O da sonuncu ilə birgə çıxmışdır. Sonra Təqsirləndirilən şəxs1 ona pulu evdən gətirib Rübabəyə verməyini bildirmişdir. O, evə gəlib stolun üstündən pulu götürüb Rübabəyə vermişdir. Təqsirləndirilən şəxs2lə onun arasında heç bir telefon danışığı olmamışdır. Hadisədən əvvəl və sonra o, Təqsirləndirilən şəxs2lə whatsapp və ya telefon vasitəsilə danışmamışdır. Onun PB-dən çağrılandan sonra Təqsirləndirilən şəxs2lə əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 24-25) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 03:00-da CM-in 120.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 36) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 49-55) xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin aşkar edildiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivi 3657 nömrəli bağ sahəsində quyunun kənarından yerdən qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaq yolu ilə 2 ədəd nümunə, Zərərçəkmiş şəxs1 meyitinin üzərinə bağlanmış mişar daşının üzərindəki qana bənzər ləklərdən pambıq tampona hopdurulmaq yolu ilə 1 ədəd nümunə götürülmüşdür. Bundan başqa hadisə yerində quyunun yanında olan daşdan tikilmiş yarım tikilinin içərisində karton qutunun içərisində olan 1 ədəd ip, dəmirkəsən qayçı və ülgüc (rezak) götürülmüşdür. (İ cild,i.v. 58-59) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 07:40-da CM-in 120.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 81) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 156-157, 170-171) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətlərinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 193-204) xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid7 məxsus olan, hadisə günü Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Hyundai Santafe” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomaşına baxış zamanı avtomobilin sağ arxa sərnişin qapısının şüşə qaldıran düyməsi altından 02 ədəd tampon vasitəsi ilə hopdurulmaqla qana bənzər nümunələr götürülmüşdür. (İ cild,i.v. 205-211) xx.xx.2023-cü il tarixli təqdim edilmiş maddi sübutun götürülməsi protokoldan, diskdən görünür ki, Şahid4 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanından təqdim etdiyi 19100 manat pul götürülmüşdür. (İİ cild,i.v. 14-15) xx.xx.2023-cü il tarixli təqdim edilmiş maddi sübutun götürülməsi protokoldan, diskdən görünür ki, Şahid3 yaşadığı ünvan 9 ünvanında təqdim etdiyi 93 ədəd 200 manatlıq pul götürülmüşdür. (İİ cild,i.v. 16-17) xx.xx.2023-cü il tarixli təqdim edilmiş maddi sübutun götürülməsi protokoldan, diskdən görünür ki, X10 Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 9 ünvanında təqdim etdiyi 259 ədəd 100 manatlıq pul götürülmüşdür. (İİ cild,i.v. 18-19) xx.xx.2023-cü il tarixli maddi ziyanın ödənilməsi üçün təqdim edilmiş pul vəsaitlərinin götürülməsi haqqında protokoldan görünür ki, Şahid6 qardaşı X1 təqdim etdiyi 62400 manat məbləğində pul götürülmüşdür. (İİ cild,i.v. 31) xx.xx.2023-cü il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 yaşadığı ünvan 9 ünvanında təqdim etdiyi 11200 manat pul götürülmüşdür. (İİ cild,i.v. 39-45) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivi 3657 nömrəli bağ sahəsində baş vermişdir. (İİ cild, i.v. 53-58) xx.xx.2023-cü il tarixli əraziyə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüşdükləri yer Maştağa qəsəbəsi, Kirov dairəsindən Xanlar küçəsinə doğru hərəkət etdikdə yolun sol hissəsində olan dalanda yerləşir. (İİ cild, i.v. 59-61) xx.xx.2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 42 ünvanında görüşmələrini qeydə alan “pendir istehsalı sexinin” üzərində quraşdırılmış nəzarət kamerası vasitəsilə DVR diskə qeydə alınmış videogörüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin nəzarət kamerası Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kirov dairəsindən Xanlar küçəsinə doğru hərəkət etdikdə yolun sol hissəsində olan dalanın sonunda sol tərəfdə yerləşən pendir sexinin giriş hissəsində yerləşir. Nəzarət kamerasının xx.xx.2023-cü il tarix saat 19:00-dan 19:40-dək olan saatda yaddaşında qeydə alınmış videoya baxış zamanı həmin videogörüntüdə 19:31-də pendir sexinin qarşısında “Ford tranzirt” markalı dövlət qeydiyyat nişanı görünməyən yük avtomaşını dayanmışdır, avtomaşını arxasında 2 nəfər vardır. 19:32:14-də dalanın girişində bir nəfər şəxsin olması görünür. 19:32:30-da “Ford tranzit” markalı avtomaşının arxasında olan 2 şəxs qeyd edilən nəqliyyat vasitəsinə minərək pendir sexinin qarşısından uzaqlaşırlar. “Ford tranzit” nəqliyyat vasitəsi sexin qarşından uzaqlaşan vaxt dalanın sonunda olan yol ayrıcından ağ rəngli markası və dövlət nömrə nişanı görünməyən avtomaşın saat 19:32:42-də dalanın əsas yol tərəfdən girişinə doğru hərəkət edərək 20 metr aralıda sol tərəfdə olan döngədə saxlayır, avtomaşının sürücüsü avtomaşından düşərək yenidən 19:33:10-da avtomaşına əyləşib dalanın girişinə tərəf hərəkət edib sağa doğru dönüb əsas yola çıxıb Kirov dairəsinə tərəf dönür. Həmin vaxt dalana ağ rəngli avtomaşın dönərək giriş hissədə dayanır. Saat 19:34:42-də dalanın döngəsində dayanan şəxs həmin ağ rəngli avtomaşına oturduqdan sonra avtomaşın pendir sexinə tərəf hərəkət edir. Saat 19:35:30-da avtomaşın pendir sexinin qarşısında dönən zaman həmin avtomaşının ağ rəngli “Hyundai SantaFe” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomaşın olması müəyyən edildi. Saat 19:35:40-da “Hyundai SantaFe” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomaşın pendir sexinin qarşısında dövrə vuraraq geri yəni, dalanın giriş hissəsinə doğru hərəkət edib dalandan çıxaraq sola yəni Kirov dairəsinə əks istiqamətdə, Maştağa qəsəbəsinin mərkəzi küçəsi istiqamətində dönmə əməliyyatını həyata keçirir. (İİ cild, i.v. 62-63) Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2-15314 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid8 təqdim etdiyi 1000 manat, Şahid9 təqdim etdiyi 1500 manat və X6 təqdim etdiyi 500 manat pul götürülmüşdür. (İİ cild, i.v. 64) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İİ cild, i.v. 85) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli, A-0044/03 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü il tarixdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə CM-in 308.1, 309.2, 311.3.2, 311.3.4, 29,311.3.2, 311.3.4 -cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmadan 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə CM-in 308.1, 309.1-ci maddələrinə tövsif edilib, 5 il qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. xx.xx.2006-cı il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2006cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İİ cild, i.v. 86-87, İV cild, i.v. 109-115) xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, X2 təqdim etdiyi 51300 manat pul götürülmüşdür. (İİ cild,i.v. 154) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və videogörüntü faylı olan USB ötürücüsündən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İİ cild,i.v. 182-187) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İİ cild,i.v. 188-194) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli x731 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X11 nümayəndəsi Zərərçəkmiş şəxs2 və X12 nümayəndəsi X17 arasında xx.xx.2023-cü il tarixli 4ə-800 və 4ə-801 reyesterli alqı-satqı müqavilələri bağlanmış, Zərərçəkmiş şəxs2 obyektin alınması üçün X17 tərəfindən ümumilikdə 280 000 (iki yüz səksən min) manat pul 6 saylı notariat kontorunun xəzinəsinə mədaxil edilmişdir. (İİ cild,i.v. 215-235) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 hadisə vaxtı Zərərçəkmiş şəxs1 özü tərəfindən qətlə yetirildiyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirərək təsdiq etmişdir. (İİİ cild, i.v. 29-36) xx.xx.2023-cü il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və disklərdən görünür ki, diskdə iki ədəd video fayl vardır. Yuxarıdan 1-ci sırada yerləşən videofayla daxil olduqda M.Qaşqay küçəsini təndir obyektini göstərir. Videogörüntü xx.xx.2023-cü il tarixi, saat 18:00:00-dan başlayaraq həmin gün saat 19:00:00-dək olan vaxtı əhatə edir. Videogörüntü 1 saat davam edir. Videogörüntünün 00:04:35-ci saniyəsində görünür tünd göy rəngli “Skoda” markalı avtomaşın “bizim təndir” adlı obyektin qarşısında dayanır. Aralarında bir neçə saniyə olmaqla avtomaşından 3 nəfər düşür. Onlardan arxa oturacaqda əyləşən qara papaqlı, pencəyi qəhvəyi rəngli, qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı bir nəfər düşüb “bizim təndir” adlanan obyektə tərəf gedir. Daha sonra avtomaşının qabaq sərnişin oturacağından qara papaqlı, qara köynəkli, qara şalvarlı və qara ayaqqabı geyinmiş şəxs avtomaşından düşərək “bizim təndir” adlanan obyektə daxil olur. Həmin vaxt onun ardınca isə papaqsız əynində qəhvəyi köynəyi olan, qara şalvarlı, ağ saçlı şəxs avtomaşının sükanının arxasından aşağı düşüb avtomaşının qapısını bağlayaraq ikinci düşən sərnişin tərəfə gedir. 00:05:07-ci saniyədə avtomaşından düşən ikinci sərnişin obyektdən çölə çıxır avtomaşının qapısını bağlayaraq ona yaxınlaşan şəxslə söhbət etməyə başlayır. 00:05:16cı saniyədə avtomaşını idarə edən şəxs açarları ikinci düşən sərnişinə verir. Onlar həmin yerdə 00:05:55-ci saniyəyə kimi söhbət edib avtomaşına tərəf gedirlər. Qara papaqlı, qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı şəxs avtomobilin qapılarını açaraq yenidən avtomaşının qabaq sərnişin oturacağında oturub qapını açıq vəziyyətdə saxlayır. Bu vaxt həmin avtomaşını idarə edən ağ saçlı şəxs ona yaxınlaşır, avtomaşının açıq vəziyyətdə olan qapısına dirsəklənərək ona baxır. 00:06:08-ci saniyədə avtomaşında oturan şəxs başını aşağı salaraq döşəmədən nəsə götürərək sayır, 00:05:56-cı saniyədə obyektə girmiş birinci şəxs obyektdən çıxaraq onlara tərəf gəlir və siqaret yandırır, lakin onlara yaxınlaşmadan geri qayıdır. 00:07:05-ci saniyədə ayaq üstə olan şəxs oturacaqda əyləşən şəxsə tərəf əyilir və 00:07:09-cu saniyədə avtomaşında əyləşmiş şəxs ayaq üstə olan şəxsə ağ sellofan torba verir. Torbanı götürən şəxs 00:07:26-cı saniyədə qarşıda dayanmış minik avtomobilinin yük yerini açaraq götürdüyü ağ sellofan torbanı yük yerinə qoyaraq yük yerinin ağzını bağlayır. Sellofan torbanı verən şəxs isə həmin vaxt “bizim təndir” adlı obyektə daxil olur. 00:12:15-ci saniyədə sellofan torbanı avtomaşına qoymuş şəxs avtomaşının yük yerini yoxlayaraq, avtomaşınını işə salaraq həmin yerdən gedir. Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, videogörüntünün həmin hissəsində görünən şəxslərdən avtomaşının arxa oturacağından düşən qara papaqlı, pencəyi qəhvəyi rəngli, qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı şəxs X7, qabaq sərnişin oturacağından qara papaqlı, qara köynəkli, qara şalvarlı və qara ayaqqabı geyinmiş şəxs özü, özünə məxsus olan avtomaşını idarə edib “bizim təndir” adlı obyektin qarşısında saxlayan sükan arxasından düşən papaqsız əynində qəhvəyi köynəyi olan, qara şalvarlı, ağ saçlı şəxs isə Zərərçəkmiş şəxs1dur. Diskdəki ikinci fayla daxil olduqda görünür ki, kamera görüntüsü Bakı şəhəri Nəsimi rayonu M.Qaşqay küçəsini göstərir. Videogörüntü xx.xx.2023-cü il tarixi, saat 17:00:00-dan başlayaraq həmin gün saat 18:00:00-dək olan vaxtı əhatə edir. Videogörüntü 1 saat davam edir. Videogörüntüdə, istintaq üçün əhəmiyyət kəsb edən fakt aşkar edilmədi. Bundan başqa 2,3,4-cü CD-lərdə olan videogörüntü fayllarında istintaq üçün əhəmiyyət kəsb edə biləcək fakt aşkar edilməmişdir. (İİİ cild,i.v. 67-74) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə uzadılmışdır. Həmin Məhkəmənin xx.xx.2023cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, 23 oktyabr 2023-cü il tarixədək, saat 07:40-dək uzadılmış, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, 23 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. (V cild, i.v. 41-50, Vİ cild, i.v. 207-216) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 X43 Sabunçu rayon şöbəsinin 108 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, baş beyinin alın, sol təpə və ənsə paylarının subdural hematomasına (beyinin sərt qişası altına qanın yığılması) səbəb olan alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan alın nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2(iki) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd (cəmi 5 /beş/ ədəd) əzilmiş-cırılmış yaraları; sağ göz yuvasının bayır kənarının qançırı, çənə və hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın arxa səthinin sıyrıqları; sağ sağrı nahiyəsinin deşilmiş-cırılmış yarası. Xəsarətlərdən: -Baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, baş beyinin alın, sol təpə və ənsə paylarının subdural hematomasına (beyinin sərt qişası altına qanın yığılması) səbəb olan alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan alın nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2(iki) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd (cəmi 5 /beş/ ədəd) əzilmiş-cırılmış yaraları; sağ göz yuvasının bayır kənarının qançırı, çənə və hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın arxa səthinin sıyrıqları həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. -Başın əzilmiş-cırılmış yaraları qərarın təsviri hissəsində göstərilən şəraitdə şampan butulkası ilə yetirilə bilər, xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyildir, xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs1 bədənin müxtəlif duruş (oturaq, uzanıqlı və s.) vəziyyətlərində olmaqla xəsarətlər ona ön, sol yan və bir qədər də arxa tərəfindən yetirilə bilərdi. Hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın arxa səthinin sıyrıqları qərarın təsviri hissəsində göstərilən şəraitdə, mərhumu yerdə sürüyərkən əmələ gələ bilər. -Sağ sağrı nahiyəsinin deşilmişcırılmış yarası isə həyati olmayıb, deşici alətin təsirindən mərhumun ölümündən sonra törənmişdir. Dərəcəsinə görə: Baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, baş beyinin alın, sol təpə və ənsə paylarının subdural hematomasına (beyinin sərt qişası altına qanın yığılması) səbəb olan alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan alın nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2(iki) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd (cəmi 5 /beş/ ədəd) əzilmiş-cırılmış yaraları ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sağ göz yuvasının bayır kənarının qançırı, çənə və hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın arxa səthinin sıyrıqları canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan alın, sol təpə və ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 1-2 sutka əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində özünü müdafiə xarakterli xəsarətlər müəyyən edilmədi, belə ki, baş nahiyəsindən aldığı ilkin zərbələrdən sonra özünü müdafiə etmək iqtidarında olmaya bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (V cild i.v. 95- 102) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 X43 Sabunçu rayon şöbəsinin 707 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ bazu və hər iki said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizasından 3-5 gün əvvələ uyğun olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetirilməsi inkar olunur, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə, xəsarətlər müxtəlif şəraitlərdə törənə bilər, eləcə də bədənin əlçatan nahiyələrində yerləşdiyindən özü və kənar şəxs tərəfindən yetirilə bilər. (V cild i.v. 107-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 X43 Sabunçu rayon şöbəsinin 708 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ əlin İ və İİ barmaqlarının kəsilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlər iti kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (V cild i.v. 111-114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 X41 247/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu: O/l/. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu: A/ll/. /Sonuncuların şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus jaket, mayka, trusik və hadisə yerindən 04 ədəd çubuqlu pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs1 və ya eyni qruplu təqsirləndirilən şəxs Zeynalov ’Mustafa Süleyman oğluna məxsus ola bilər /əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa və onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə /. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs2 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd corab üzərində qana şübhəli hər hansı bir ləkə, üzərində “Daşın üzəri” yazısı olan plastmass çubuğun ucunda olan pambıq və şüşə qırıntısı üzərində isə qan aşkar olunmadı. (V cild i.v. 115-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 X41 176/2023-MTKŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin sol qolaltı nahiyəsində 01 (bir) ədəd sökülmüş zədə aşkar edildi. Bu zədə köynəyin müvafiq nəhiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Köynəyin arxa hissəsində solda 02 (iki) ədəd, sağda 01 (bir) ədəd cırılmış zədələr aşkar edildi, bu zədələr köynəyin hər hansı bir səthə sürtülmə nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 məxsus tumanın sağ yan hissəsində 01 (bir) ədəd cırılmış zədə aşkar edildi. Bu zədə tumanın müvafiq nahiyəsinin hər hansı səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus mayka və bir tay corab üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs1 sağ sağrı nahiyəsinin deşilmiş-cırılmış yarası ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus tumanın sağ yan hissəsində aşkar edilmiş cırılmış zədə ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa hissəsində solda 02 (iki) ədəd, sağda 01 (bir) ədəd aşkar edilmiş cırılmış zədələr onun bədəni üzərində öz əksini tapmamış, bu da çox guman ki, yalnız paltarın zədələnməsi ilə izah olunur. Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, baş beyinin alın, sol təpə və ənsə paylarının subdural hematomasına (beyinin sərt qişa altına qanın yığılması) səbəb olan alın, sol təpə və ənsə sümüklərinin xətti və qəlpəli açıq sınıqları ilə müşayiət olunan alın nahiyəsinin 2 (iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd (cəmi 5/beş/ ədəd) əzilmişcırılmış yaralar ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlarda öz əkslərin tapmamış, bu da paltarların həmin nahiyəni örtməməsi ilə izah olunur. (V cild i.v. 121-125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1628 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və ya 22.1ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, həmçinin o, öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ünsiyyətçillik, situativlik, öz mövqeyini müdafiə etməyə meyillilik, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır, həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (V cild i.v. 131-134) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1471 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məhkəmə- istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (V cild i.v. 135-138) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin üzərindən çıxarılaraq götürülmüş bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd corab, qablaşdırılmış bir ədəd zərfdə Zərərçəkmiş şəxs1 qan nümunəsi, üzərində qan nümunələri olan 4 ədəd çubuqlu pambıq, meyitin üzərindən çıxarılaraq götürülmüş bir ədəd dəmir tor, bir ədəd mişar daşı, ip, hadisə yerindən götürülmüş bir ədəd dəmir kəsən qayçı, ülgüc (rezak) və ip iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 üzərindən talanmış 199100 manat məbləğdə pul iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmişdir. (V cild i.v. 231-250, Vİ cild i.v. 1-75) “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X26, xx.xx.2015-cü təvəllüdlü X24 olmaqla bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək onlara həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Vİ cild, i.v. 81-83, 100-102) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan, 3960/2023, 3962/2023 nömrəli məhkumların tibbi kitabçalarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı təpə nahiyəsində 1 sm ölçüdə üzəri qərtməkli yara, sağ bazu nahiyəsində yumşaq toxumaların əziyi və 3 sm ölçüdə sarımtıl rəngli qançır, hər iki saidin içəri səthində yumşaq toxumaların əziyi və bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında Sabunçu rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının” surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sabunçu RPİ-nin MSY-ə təhvil verildikdə üzərinə baxış keçirilmiş, hər iki qulağında qançırlar, hər iki sifətdə qızartılar, hər iki biləkdə qızartılar, sağ dirsəkdə yara aşkar olunmuş, Təqsirləndirilən şəxs1 polis onu tutanda yıxıldığını bildirmişdir. Əliyev X25 RPİ-nin MSY-ə gətirildikdə üzərinə baxış keçirilmiş, sağ əlinin baş barmağında kəsilmiş yara aşkar edilmiş, öz deməsinə görə tutulmamışdan iki gün əvvəl duşes qapağı açarkən kəsmiş, hər iki qulağının arxa hissəsində qızarmış və sıyrılmış xəsarətlər aşkar olunmuş öz deməsinə görə polisdən qaçarkən yıxılaraq xəsarət almışdır. Məhkəmənin sorğusu əsasında Sabunçu Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət izlərinin aşkar olunması ilə bağlı rayon prokurorluğunda araşdırılan 288-C-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələrini, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təzyiqlər göstərilməsi, şampan şüşəsini Zərərçəkmiş şəxs1 vuranda sonuncunu öldürmək niyyətinin olmaması, cinayəti əvvəlcədən planlaşdırmaması və s. ilə bağlı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 öldürməməsi, Zərərçəkmiş şəxs1 meyitini gizlətmək üçün kömək etməməsi və s. ilə bağlı verdi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, məhkəmənin sorğusu əsasında Sabunçu Rayon Prokurorluğundan daxil olmuş cavab məktubu, ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Bundan başqa, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə işin obyektiv halları qarşılıqlı şəkildə təhlil edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cinayətin törədilməsi və onun gizli qalmasını təmin etmək üçün əlverişli yer kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivində, içərisində su quyusu olan, yoldan kənarda, ətrafında yaşayış evlərinin olmadığı yerdə yerləşən bağ sahəsi tapmağını, habelə Zərərçəkmiş şəxs1 başına vurub xəsarət yetirərək öldürməkdən ötrü şampan butulkası almasını, öldürdükdən sonra meyitini quyuya atıb suda batırması üçün dəmir tor, dəmir kəsən qayçı, ülgüc və ip almağı tapşırmışdır. 2023cü ilin yanvar ayından aprel ayınadək olan müddətdə Təqsirləndirilən şəxs2 bu məqsədlə Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən 3657 saylı bağ sahəsini tapıb bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, eləcə də dəmir tor, dəmir kəsən qayçı, ülgüc və ip alaraq əvvəlcədən həmin bağ sahəsində yerləşdirməsi üçün sonuncuya vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 əvvəlcədən Təqsirləndirilən şəxs1 nömrəsinin və 300000-in yazıldığı vərəqi qohumuna vermişdir. Cinayət işi üzrə müəyyən olunmuş butun bu hallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, quldurluqla əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmələrini sübut edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmin Plenum qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin Plenum qərarının 10-cu bəndinə əsasən, aşqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər. Həmin Plenum qərarının 15-ci bəndinə əsasən, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları (Təqsirləndirilən şəxs2 münasibətdə) nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə ittiham olunduqları CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 03:00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, 23 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 07:40-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, 23 oktyabr 2023-cü il tarixədək, saat 07:40dək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə azadlıqları faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuşlar və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətlərinin əvvəli onların azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. CM-in 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 56.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs1 meyitinin üzərindən çıxarılaraq götürülmüş bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd corab, qablaşdırılmış bir ədəd zərfdə Zərərçəkmiş şəxs1 qan nümunəsi, üzərində qan nümunələri olan 4 ədəd çubuqlu pambıq, meyitin üzərindən çıxarılaraq götürülmüş bir ədəd dəmir tor, bir ədəd mişar daşı, ip, hadisə yerindən götürülmüş bir ədəd dəmir kəsən qayçı, ülgüc (rezak) və ip hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış və Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmiş Zərərçəkmiş şəxs1 üzərindən talanmış 199100 manat məbləğdə pul hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 150 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 150 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 150 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 900 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.2, 181.3.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.2, 181.3.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs1 meyitinin üzərindən çıxarılaraq götürülmüş bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd corab, qablaşdırılmış bir ədəd zərfdə Zərərçəkmiş şəxs1 qan nümunəsi, üzərində qan nümunələri olan 4 ədəd çubuqlu pambıq, meyitin üzərindən çıxarılaraq götürülmüş bir ədəd dəmir tor, bir ədəd mişar daşı, ip, hadisə yerindən götürülmüş bir ədəd dəmir kəsən qayçı, ülgüc (rezak) və ip hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmiş Zərərçəkmiş şəxs1 üzərindən talanmış 199100 manat məbləğdə pul hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 150 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 900 (doqquz yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar