Məhkəmə qərarları › İş №1(101)-1130/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1130/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1130/2021 25.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxx 1992-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx xxxxxx 1987-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, xx xxxx 1985-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroni əldə etmə, üzərində saxlama və daşıma cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, о, 29 oktyabr 2020-ci il tarixdə 10 (on) manat məbləğində Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 0,828 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamışdır. 30 oktyabr 2020-ci il tarixdə, saat 12:00 radələrində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, S.Axundov küçəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 Cəlilabad rayon Polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə, təmiz çəkisi 0,828 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, üzərində saxlama və daşıma cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, о, 29 oktyabr 2020-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 30 (otuz) manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 15 (on beş) ədəd bükümdə təmiz çəkisi - 1,771 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, həmin narkotik vasitə olan heroinin 0,828 qramını Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 10 (on) manat müqabilində satmışdır. 30 oktyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbirlərinin davamı olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad şəhər sakini Əliyev X29 şəhəri, Səttarxan küçəsində saxlanılaraq Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sol yan cibindən “Winchester” markalı siqaret qutusunda olan tünd göy və qara rəngli siqaret kağızlarına bükülmüş 14 (on dörd) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,055 qram, 0,069 qram, 0,058 qram, 0,045, 0,054 qram, 0,046 qram, 0,062 qram, 0,125 qram, 0,055 qram, 0,044 qram, 0,07 qram, 0,08 qram, 0,064 qram, 0,116 qram, ümumi təmiz çəkisi - 0,943 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, üzərində saxlama, daşıma və satma cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə, o, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 3819,56 qram narkotik vasitə heroin, 508,133 qram psixotrop maddə metamfetamin, 3,728 qram narkotik vasitə tiryək, 313,234 qram narkotik vasitə həşiş qətranı, 1515 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 60,6 qram olan “Mehtadane 40” həbləri və 1 (bir) ədəd “200g/0.01” markalı elektron tərəzini əldə etmiş, həmin narkotik vasitə heroinin 1,771 qramını 29 oktyabr 2020-ci il tarixdə Cəlilabad şəhəri, Səttarxan küçəsində tanışı Təqsirləndirilən şəxs2 30 (otuz) manat müqabilində qanunsuz olaraq satmış, həmin narkotik vasitə heroinin 10,066 qramını və həmin metamfetaminin 4,431 qramını 30 oktyabr 2020-ci il tarixdə yaşadığı Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 74 ünvanında yerləşən evin yataq otağında olan çarpayının altında gizlədərək saxlamış, 30 oktyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həmin evə anası Şahid12 razılığı və iştirakı ilə baxış keçirilərkən yaşayış evinin birinci mərtəbəsindəki yataq otağında olan çarpayıdakı balışın altından şəffaf sellofana bükülmüş 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,579 qram, 6,636 qram, 1,851 qram, ümumi təmiz çəkisi - 10,066 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 4,431 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, qalan 3807,723 qram çəkidə narkotik vasitə heroin, 503,702 qram çəkidə psixotrop maddə metamfetamini, 3,728 qram çəkidə narkotik vasitə tiryək, 313,234 qram çəkidə narkotik vasitə həşiş qətranı, 1515 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 60,6 qram olan “Mehtadane 40” həbləri və 1 (bir) ədəd “200g/0.01” markalı elektron tərəzini daşıyaraq kirayədə yaşadığı ünvan 4 ünvanında qanunsuz olaraq gizlədərək saxlamışdır. 22 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman ayrıayrılıqda təmiz çəkiləri 97,624 qram, 126,361 qram, 97,950 qram, 94,615 qram, 86,990 qram, 82,261 qram, 90,581 qram, 9,886 qram, 3,231 qram, 102,00 qram, 76,030 qram, 125,300 qram, 78, 800 qram, 155,100 qram, 68,402 qram, 86,701 qram, 495,0 qram, 1025,86 qram, 14,140 qram olmaqla, 19 (on doqquz) ədəd bükümdə, ümumi təmiz çəkisi 2916,832 qram narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 198,083 qram, 100,615 qram, 205,004 qram olmaqla, 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 503,702 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,728 qram narkotik vasitə tiryək, hər qutuda 10 (on) ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla 1500 ədəd, 2 ədəd konvalyutda birində 8 həb, digərində 7 həb olmaqla, ümumlikdə 1515 ədəd üzərlərində F/M40 yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 60,6 qram olan (bir həbdə 0,04 qram metadon olmaqla) metadon tərkibli dərman preparatları, ayrı ayrılıqda 35,776 qram, 77,977 qram, 99,198 qram, 100,283 qram olmaqla, 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 313,234 qram narkotik vasitə həşiş qətranı evin yataq otağında olan şkafın içərisində 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində və 1 (bir) ədəd “200g/0.01” markalı elektron tərəzi evin giriş otağındakı masanın üzərində aşkar edilərək götürülmüşdür. 28 noyabr 2020-ci il tarixdə həmin ünvana təkrar baxış keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkiləri 111,512 qram, 119,475 qram, 117,092 qram, 119,804 qram, 83,499 qram, 108,646 qram, 95,607 qram, 105,636 qram, 29,620 qram olmaqla, 9 (doqquz) ədəd bükümdə, ümumlikdə 890,891 qram olan qalan narkotik vasitə heroin evin eyvanında olan masanın alt hissəsində məişət tullantılarının arasından 1 (bir) ədəd sellofan torbanın içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 29 oktyabr 2020-ci il tarixdə onun evindən bir qədər aralıda yaşayan qonşusu Təqsirləndirilən şəxs2 evinin qarşısından keçən zaman Səbuhi ilə rastlaşmışdır. O, Səbuhinin narkotik aludəçisi olduğunu bildiyi üçün sonuncudan öz istifadəsi üçün narkotik vasitə “kakos” istəmişdir. Səbuhi də ona istifadə etmək məqsədi ilə 1 (bir) bükümdə narkotik vasitə heroin vermişdir. 30 oktyabr 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində o, Cəlilabad şəhərində piyada gəzən zaman mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı başqa əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt onun Səbuhidən aldığı narkotik vasitə heroin üzərində olduğundan o, polislərə üzərində 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad rayon Polis şöbəsinə dəvət etmişlər. Orada o, üzərində olan bükümü polis əməkdaşlarına təhvil vermişdir. Həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq, törətdiyi əməldən çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xeyli müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. O, narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. O, 29 oktyabr 2020-ci il tarixdə axşam saatlarında küçədə olan zaman qonşusu Fərhadla rastlaşmışdır. O, Fərhadın narkotik vasitə aludəçisi olduğunu bildiyi üçün sonuncu ilə hal-əhval tutduqdan sonra Fərhaddan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Fərhad da ona üzərində 1,5 qram çəkidə narkotik vasitə “kakosun” olduğunu və həmin “kakosu” ona verə biləcəyini demişdir. Sonra Fərhad ona “kakos” vermişdir. Həmin gün qonşusu Rabil ondan narkotik vasitə istəmiş və o da Rabilə bir “çet kakos” vermişdir. 30 oktyabr 2020-ci il tarixdə, təxminən saat 14:00 radələrində o, Cəlilabad şəhəri, Səttərxan küçəsində gəzən zaman mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polislərə üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra onu Cəlilabad rayon Polis şöbəsinə dəvət etmişlər. Orada o, içərisində narkotik vasitə olan 14 (on dörd) ədəd bükümü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O, heç kəsə narkotik vasitə satmamışdır. O, həmin gün öz istifadəsi üçün Fərhaddan “kakos” almış və təsadüfən də həmin gün Rabil onunla görüşərək ondan “kakos” istəmişdir. O da Rabilə pulsuz “kakos” vermişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. O, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 1 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 28 oktyabr 2020-ci il tarixdə, saat 10:00 radələrində Cəlilabad şəhərində yerləşən “İran bazarı” deyilən yerin yaxınlığında olduğu zaman özünü Raqif kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, Raqiflə bir qədər söhbət edidikdən sonra sonuncu ona narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. O, Raqifdən İranda narkotik vasitənin qiyməti və əldə edilmə qaydası barədə soruşduqda, sonuncu ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Azərbaycana narkotik vasitə satmaq məqsədi ilə gəldiyini, lakin gətirdiyi narkotik vasitəni satacağı şəxsin polis əməkdaşları tərəfindən tutulması səbəbindən narkotik vasitəni sata bilmədiyini, gətirdiyi narkotik vasitəni qısa müddət ərzində satıb İrana qayıtmalı olduğunu bildirmişdir. O, Raqifdən nə qədər, hansı növdə narkotik vasitə gətirdiyini və hansı məbləğə satdığını soruşduqda, sonuncu 4 (dörd) kiloqram narkotik vasitə heroini, 0,5 kiloqram “şüşə” deyilən psixotrop maddə metamfetamini, 1600 ədəd “metadon 40” dərmanı, 300 qramdan bir qədər artıq miqdarda həşiş qətranı və 10 qram tiryəki olduğunu və həmin narkotik vasitələri ümumilikdə 15.000 manata satmaq istədiyini bildirmişdir. O, uzun müddətdir ki, ev almaq üçün ailə üzvlərindən xəbərsiz özünə 12.000 manat pul yığdığından həmin 12.000 manat pulla Raqifin satdığı narkotik vasitələri alıb daha baha qiymətə sataraq tez bir zamanda daha çox pul qazanıb özünə ev ala biləcəyini fikirləşmişdir. Bundan sonra o, bütün narkotik vasitələri Raqifdən 12.000 (on iki min) manata alacağı barədə sonuncu ilə razılaşmışdır. Bundan sonra o, Raqifə bir saatdan sonra Cəlilabad şəhərində yerləşən dairənin yaxınlığında Raqiflə görüşüb narkotik vasitələri sonuncudan alacağını demişdir. Sonra o, yaşadığı evə gedərək evdə gizlətdiyi 12.000 (on iki min) manat pulu götürüb Cəlilabad şəhəri, H.Əliyev prospektinə gedərək orada dairənin yaxınlığında Raqifi gözləmişdir. Təxminən 15 dəqiqədən sonra Raqif onun yanına gələrək qara rəngli sellofan torbanı ona vermişdir. O, Raqifin verdiyi torbanı alıb içərisinə baxdıqda sonuncunun ona dediyi narkotik vasitələrin torbanın içərisində olduğunu görmüş və 12.000 (on iki min) manat pulu Raqifə vermişdir. O, Raqifdən aldığı narkotik vasitələri yaşadığı evə aparıb evin həyətindəki yardımçı tikilidə gizlətmişdir. O, Raqifdən aldığı narkotik vasitələrdən 12 (on iki) qram heroini özünə məxsus elektron tərəzidə çəkərək 20 (iyirmi) ədəd müxtəlif çəkilərdə xırda bükümlərə bölmüş və 1,5 qram metamfetamini isə 1 (bir) ədəd bükümə bükərək evin yataq otağında gizlətmişdir. Həmin narkotik vasitə heroinin bir bükümünü o, özü istifadə etmişdir. 29 oktyabr 2020-ci il tarixdə, saat təxminən 18:00 radələrində o, evdə gizlətdiyi heroindən 16 (on altı) bükümü götürüb Cəlilabad şəhərinə getmişdir. O, Cəlilabad şəhərində olduğu vaxt əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Səbuhi ondan istifadə etmək üçün narkotik vasitə istəmişdir. O, Səbuhiyə narkotik vasitə verə biləcəyini demiş və üzərində olan bükümlərdən birini pay kimi Səbuhiyə vermişdir. 30 oktyabr 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. O, Səbuhinin narkotik vasitəni ondan aldığını polis əməkdaşlarına deyəcəyini zənn etdiyindən gizlənmək qərarına gəlmişdir. O, dərhal yaşadığı evin həyətinə gedib yardımçı tikilidə gizlətdiyi narkotik vasitələri və elektron tərəzini götürərək yaşadığı evin həyətindən çıxmışdır. O, polislərin onu tutacağından ehtiyat etdiyindən evdə olan narkotik vasitələri götürmək yadından çıxmışdır. O, yardımçı tikilidə gizlətdiyi narkotik vasitələri götürüb Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən dairənin yaxınlığına gəlmiş və oradan tanımadığı taksi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində qalacağı yer olmadığından o, müxtəlif ünvanlarda yerləşən gündəlik 2 (iki) manata kirayəyə verilən evlərdə qalmışdır. O, həmin müddət ərzində Raqifdən aldığı narkotik vasitələri müxtəlif çəkilərdə tanımadığı şəxslərə satmışdır. O, 20 noyabr 2020-ci il tarixədək belə evlərdə qaldıqdan sonra polis əməkdaşlarının onu tutacağını fikirləşib daimi bir evdə qalmaq qərarına gəlmişdir. Bundan sonra o, Bakı şəhərində yaşayan və tanıdığı Sadıq Əliyevə zəng edərək Bakı şəhərində olduğunu, Cəlilabad polisi tərəfindən axtarıldığını və qalmağa yer axtardığını bildirmişdir. Sadıq Əliyev ona iki aya yaxın müddətdir ki, ailə üzvlərindən ayrılıqda kirayədə yaşadığını, lakin son zamanlar səhhətində yaranan problemlərə görə ailə üzvlərinin yanına qayıtdığını və kirayə yaşadığı evin boş olduğunu bildirmişdir. Sadıq ona müvəqqəti olaraq həmin evdə qala biləcəyini bildirmiş və onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Xəzər” kimi tanınan yerə çağırmışdır. O, Sadıq Əliyevin dediyi ünvana getmiş və orada sonuncu ilə görüşmüşdür. O, Raqifdən aldığı narkotik vasitələri də əlində olan iki ədəd sellofan torbada gəzdirmişdir. O, Sadıqlə görüşdükdən sonra sonuncu ilə birlikdə Sadıqın əvvəllər kirayədə qaldığı evə getmişdir. O, həmin vaxtdan Sadıqın əvvəllər kirayədə qaldığı evdə yaşamağa başlamışdır. Sadıq getdikdən sonra o, Raqifdən aldığı narkotik vasitələri torbalardan çıxarıb 1 (bir) ədəd torbaya yığaraq evin yataq otağındakı şkafda gizlətmişdir. O, narkotik vasitələri elektron tərəzidə çəkib xırda bükümlərə bölərək satmaq istəmişdir. O, heroinin bir hissəsini xırda bükümlərə böldükdən sonra həmin bükümlərdən bir hissəsini üzərində götürüb Bakı şəhəri, Əhmədli qəsəbəsinə gedib zahiri görünüşcə narkotik istifadəçisi olduğunu zənn etdiyi şəxslərə yaxınlaşıb sonuncuların narkotik istifadəçisi olduqlarını dəqiqləşdirərək sonunculara satmışdır. 22 noyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Sadıqın əvvəllər kirayədə yaşadığı evə qayıtmışdır. Həmin vaxt evin qapısı açılmış və Sadıq evə daxil olmuşdur. O, Sadıqın onda narkotik vasitə olmasından məlumatı olmasını istəmədiyindən masanın üstündəki bükümləri sellofan torbaya qoyub balkondakı masanın altında olan zibil torbalarının arasında gizlətmiş və Sadıqın yanına qayıtmıdşır. Sadıq onun balkonda narkotik vasitələr gizlətdiyini bilməmişdir. Sadıq özünə məxsus bir neçə geyim əşyasını götürmək üçün gəldiyini ona bildirmiş və paltarlarını götürmək üçün otağa keçmişdir. Təxminən 10 dəqiqədən sonra evin giriş qapısı yenidən açılmış və bir neçə nəfər mülki geyimli şəxslər evə daxil olmuşlar. Həmin şəxslər özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduqlarını, yanlarındakı şəxsin isə onun yaşadığı evin sahibi olduğunu bildirmişlər. Polis əməkdaşları ona və Sadıqa cinayət əməli törətdiklərinə görə axtarışda olduqlarını bildirmişlər. Bundan sonra ondan və Sadıqdan üzərlərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. O və Sadıq üzərlərində narkotik vasitə olmadıqlarını bildirmişlər. O, polis əməkdaşlarının evdə axtarış apararaq yataq otağındakı şkafdan narkotik vasitələri tapacaqlarını zənn etdiyindən yataq otağında olan şkafın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarına həmin yeri göstərmişdir. Polislər evə baxış keçiriləcəyini bildirərək iki nəfər hal şahidini evə dəvət etmişlər. Baxış zamanı ona evdə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. O da evin yataq otağındakı şkafdan sellofan torbanı çıxarıb polislərə təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində 19 (on doqquz) ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin, 3 (üç) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə tiryək, 4 (dörd) ədəd nazik sellofan bükümdə həşiş qətranı, 15 (on beş) ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla cəmi 150 ədəd və 2 (iki) ədəd konvalyutda birində 8 həb, digərində 7 həb, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər olması müəyyən edilmişdir. Narkotik vasitələr və psixotrop maddələr ekspertiza tədqiqatına göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. O, aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu, elektron tərəzinin və narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Sadıq Əliyev isə aşkar olunaraq götürülmüş maddələrdən və elektron tərəzidən heç bir məlumatının olmadığını bildirmişdir. O, polis əməkdaşlarının eyvana baxış keçirmədiklərini gördükdə orada narkotik vasitə gizlətdiyini polis əməkdaşlarına deməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə getmişdir. O, Cəlilabad RPŞ-nin MSY-də saxlanılan zaman ona 28 noyabr 2020-ci il tarixdə kirayədə yaşadığı evin sahibinin mobil telefon vasitəsi ilə polis əməkdaşları ilə əlaqə saxlayaraq qeyd olunan ünvanda təmizlik işləri aparan zaman eyvandakı masanın altında olan zibil torbalarının altından 1 (bir) ədəd sellofan torbada narkotik vasitəyə bənzər maddə tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, törətdiyi əməldən çox peşman olduğunu, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olduğunu bildirdi və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. O, Cəlilabad şəhər sakinləri X32 və Təqsirləndirilən şəxs3, habelə X33 əvvəllər tanımamışdır. X14, Təqsirləndirilən şəxs3 və X44 ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Cəlilabad rayon Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Cəlilabad şəhərində qeydiyyatda olan X20 barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və Sadıq Əliyev barəsində Cəlilabad RPŞ-nin CAB-də axtarış işi açılmışdır. Sadıq Əliyevin olduğu yerin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıq Əliyevin Bakı şəhərində kirayədə yaşamaqla gizləndiyi müəyyən edilmişdir. Sadıq Əliyevin olduğu yerin müəyyən edilərək yoxlanması məqsədi ilə Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən o, Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid5 və Cəlilabad RPŞ-nin polis nəfəri Şahid7 ilə birlikdə 22 noyabr 2020-ci il tarixdə Bakı şəhərinə ezam olunmuşdur. X20 Bakı şəhəri, Xətai rayonu, xatırlamadığı ünvanda yerləşən Şahid11 məxsus yaşayış evində olması əməliyyat yolu ilə müəyyən edildikdən sonra onlar ev sahibi Şahid11la əlaqə saxlayıb sonuncunu qeyd olunan ünvana dəvət etmişlər. Bundan sonra onlar Şahid11la birlikdə Sadıq Əliyevin kirayədə yaşamaqla gizləndiyi binanın 14-cü mərtəbəsində yerləşən mənzilə qalxmışlar. Şahid11 özünə məxsus evin giriş qapısını açdıqdan sonra o və digər polis əməkdaşları Şahid11 ilə birlikdə mənzilə daxil olmuşlar. Onlar mənzilə daxil olan vaxt X32 və Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 mənzildə olduqlarını görmüşlər. Onlar Sadıq və Fərhadı tutduqdan sonra sonuncuların üzərlərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Sadıq və Fərhad da üzərlərində belə əşya və ya predmetlərin olmadıqlarını bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs3 onlara evin yataq otağındakı şkafda sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Onlar bu barədə işlədikləri Polis şöbəsinin rəhbərliyinə müvafiq qaydada məruzə etmişlər və bundan sonra Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi Elməddin Əsmətov Şahid11 məxsus yaşayış evinə gəlmişdir. X56 və Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə hər biri müdafiəçilərlə təmin edilmişlər. Həmçinin, həmin vaxt iki nəfər hal şahidi də mənzilə dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin, Sadıq Əliyevin, Təqsirləndirilən şəxs3 və müdafiəçilərin iştirakı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Şahid11 məxsus yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 evdə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 evin yataq otağındakı şkafdan sellofan torbanı çıxarıb onlara təqdim etmiş və torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan torbaya baxış keçirərkən torbanın içərisində 19 (on doqquz) ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, 3 (üç) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristall şəkilli maddə, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan qətrana oxşar maddə, 4 (dörd) ədəd nazik sellofan bükümdə həşiş qətranına oxşar maddələr, 15 ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 150 ədəd və 2 ədəd konvalyutda birində 8 həb, digərində 7 həb, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər olması müəyyən edilmişdir. Qeyd olunan əşyalar ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, mənzilə baxış keçirilən zaman evin giriş otağındakı masanın üzərindən 1 (bir) ədəd elektron tərəzi də aşkar edilərək ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 mənzildən aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu, həmin maddələrin və mənzildən aşkar olunmuş elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Sadıq Əliyev isə aşkar olunmuş maddələrdən və elektron tərəzidən xəbərinin olmadığını bildirmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin prootkol imzalanmışdır. Bundan başqa, 28 noyabr 2020-ci il tarixdə Şahid11 mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq yaşadığı ünvanda təmizlik işləri aparan zaman evin eyvanındakı masanın altındakı zibil torbalarının altından 1 (bir) bükümdə narkotik vasitəyə oxşar maddə tapdığını bildirmişdir. O, bu barədə şöbə rəhbərliyinə müvafiq qaydada məruzə etdikdən sonra Cəlilabad RPŞ-nin əməkdaşları həmin ünvana göndərilmişlər. Həmin vaxt o, başqa xidməti tapşırıq aldığından Şahid11 məxsus mənzildə keçiriləcək istintaq hərəkətlərində iştirak edə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində polis nəfəri vəzifəsində işləyir. Cəlilabad RPŞ-nin İB-də istintaqı aparılan cinayət işi üzrə Cəlilabad şəhərində qeydiyyatda olan X20 barəsində Cəlilabad RPŞ-nin CAB-də axtarış işi açılmışdır. Sadıq Əliyevin olduğu yerin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun Bakı şəhəri, Xətai rayonunda kirayədə yaşaması müəyyən edilmişdir. Sadıq Əliyevin olduğu yerin müəyyən edilərək yaxalanması məqsədi ilə Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkilləri Şahid1, Şahid2, Şahid5 və o, 22 noyabr 2020-ci il tarixdə Bakı şəhərinə ezam olunmuşlar. X20 Bakı şəhəri, Xətai rayonunda xatırlamadığı ünvanda olması əməliyyat yolu ilə müəyyən edildikdən sonra onlar ev sahibi ilə əlaqə saxlayıb ev sahibini də qeyd olunan ünvana dəvət etmişlər. Bundan sonra o, digər polis əməkdaşları və ev sahibi ilə birlikdə Sadıq Əliyevin kirayədə yaşamaqla gizləndiyi binanın 14-cü mərtəbəsində yerləşən mənzilə qalxmışlar. Ev sahibi evin giriş qapısını açdıqdan sonra onlar ev sahibi ilə birlikdə mənzilə daxil olmuşlar. Onlar mənzilə daxil olduqları zaman mənzildə X32 və Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 olduğunu müəyyən edilmişlər. X57 və Təqsirləndirilən şəxs3 saxladıqları zaman sonunculardan üzərlərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar və sonuncular üzərlərində bu kimi əşya və ya predmetin olmadığını bildirmişlər. Lakin bundan sonra Təqsirləndirilən şəxs3 evin yataq otağındakı şkafda sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bu barədə şöbə rəhbərliyinə müvafiq qaydada məruzə edildikdən sonra Cəlilabad RPŞ-nin İBnin müstəntiqi Elməddin Əsmətov də həmin evə gəlmişdir. X56 və Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə hər biri müdafiəçi ilə təmin edilmişdir. Sonra iki nəfər hal şahidi də mənzilə dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin, Sadıq Əliyevin, Təqsirləndirilən şəxs3 və müdafiəçilərin iştirakı ilə həmin mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 mənzildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 evin yataq otağındakı şkafdan sellofan torbanı çıxarıb onlara təqdim edərək torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində 19 (on doqquz) ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristall şəkilli maddələr, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan, qətrana oxşar maddə, 4 (dörd) ədəd bükümdə həşiş qətranına oxşar maddələr, 15 ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 150 ədəd və 2 ədəd konvalyutda birində 8 həb, digərində 7 həb, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər olması müəyyən edilmişdir. Qeyd olunan predmetlər ekspertiza tədqiqatına göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüdür. Bundan başqa, mənzilə baxış zamanı mənzilin giriş otağındakı masanın üzərindən 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək ekspertiza tədqiqatına göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 mənzildən aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitələr olduğunu, elektron tərəzinin və həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Sadıq Əliyev isə aşkar olunaraq götürülmüş maddələrdən və elektron tərəzidən heç bir məlumatı olmadığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, 28 noyabr 2020-ci il tarixdə həmin evin sahibi Cəlilabad RPŞ-nin CAB-nin rəisi Şahid1 ilə əlaqə saxlayaraq qeyd olunan ünvanda təmizlik işləri aparan zaman evin eyvanındakı stolun altındakı zibil torbalarının altından 1 (bir) bükümdə narkotik vasitəyə bənzər maddə tapdığını bildirmişdir. Bu barədə şöbə rəhbərliyinə müvafiq qaydada məruzə etdikdən sonra Cəlilabad RPŞ-nin əməkdaşları həmin ünvana göndərilmişdir. Həmin torbaya baxış zaman keçirilən zaman torbanın içərisində 9 (doqquz) ədəd narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 30 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. O, digər polis əməkdaşları ilə birlikdə əməliyyat qrupuna daxil olmuşdur. Sonra isə onlar tərəfindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs1 olduğu yer, Cəlilabad şəhəri, Səfa Axundov küçəsinin ətrafı onlar tərəfindən müşahidəyə götürülmüşdür. Təxminən günorta vaxtı onlar Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Səfa Axundov küçəsində hərəkət edərkən görmüşlər və 10-15 dəqiqə ərzində Təqsirləndirilən şəxs1 müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 də əynində olan göy rəngli cins şalvarının sol yan cibində 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin olduğunu onlara bildirmişdir. Həmin vaxt küçədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından onlar orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirməmişlər və bu məqsədlə sonuncunu Cəlilabad RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 isə onlara etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuş və üzərində axtarış aparılacağı barədə Təqsirləndirilən şəxs1 məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 də şalvarının cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddəni onlara təqdim edərək həmin maddəni bir gün əvvəl Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 10 (on) manata aldığını bildirmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 30 oktyabr 2020-ci il tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı X6 icraatına daxil olmuş Cəlilabad şəhər sakini Şahid12 Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 74 ünvanında yaşayan narkotik vasitələrin aludəçisi olan oğlu Təqsirləndirilən şəxs3 yataq otağındakı çarpayıda narkotik vasitə aşkar etməsi və bununla bağlı həmin evə baxış keçirilməsinə etirazının olmaması barədə daxil olmuş ərizəsi əsasında o, Cəlilabad RPŞ-nin təhqiqatçısı X15, Cəlilabad RPŞ-nin KTQnun baş inspektor-krimanlisti Şahid8 ilə birlikdə Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən və Şahid12 yaşadığı fərdi yaşayış evinə getmişlər. Baxış keçirilməzdən əvvəl Şahid12 3 (üç) ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlələri və 1 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim edərək 30 oktyabr 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs3 yataq otağını səliqəyə salan zaman yastığın altından 4 (dörd) ədəd bükümü aşkar etdiyini bildirmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs3 yataq otağına ümumi baxış keçirilmişdir. Lakin həmin vaxt qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-də baş inspektor-kriminalist vəzifəsində işləyir. 30 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Cəlilabad RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Sonra Təqsirləndirilən şəxs1 tutularaq Cəlilabad RPŞ-nin CAB-nə gətirilmişdir. O, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutularaq Cəlilabad RPŞ-nin CAB-nə gəirilməsi prosesində iştirak etməmişdir. O, yalnız Təqsirləndirilən şəxs1 üzərində Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilməsi prosesində iştirak etmiş və prosesi videokamera ilə qeydə almışdır. Təqsirləndirilən şəxs1 tutularaq Cəlilabad RPŞ-nə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməmişdən əvvəl üzərində hər hansı qadağan olunmuş predmet və əşya varsa könüllü surətdə polis əməkdaşlarına təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 də əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda narkotik vasitə heroinə oxşar maddəni təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs1 həmin maddəni bir gün əvvəl Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 10 (on) manata aldığını bildirmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 30 oktyabr 2020-ci il tarixdə günorta saatlarında o, xidməti otağında olan zaman Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi, daşınması və satışı ilə bağlı olaraq Cəlilabad RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Cəlilabad RPŞ-yə gətirildiyi və Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat almışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs2 hüquqlarının qorunması məqsədilə sonuncuya müdafiəçi təyin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməmişdən əvvəl sonuncuya üzərində hər hansı qadağan olunmuş predmet və əşya varsa könüllü surətdə polis əməkdaşlarına təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 də əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Winchester” markalı siqaret qutusunun içərisindən 14 (on dörd) ədəd bükümdə tünd göy və qara rəngli siqaret kağızlarına bükülmüş narkotik vasitə olan heroinə oxşar kütlələri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümlərin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitənin haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni bir gün əvvəl Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Cəlilabad şəhər sakini olan Təqsirləndirilən şəxs1 bir büküm narkotik vasitə heroin verdiyini bildirmişdir. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 30 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 anası Şahid12 Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 74 ünvanında yaşayan narkotik vasitələrin aludəçisi olan oğlu Təqsirləndirilən şəxs3 yataq otağındakı çarpayıda narkotik vasitə aşkar etməsi və bununla bağlı həmin evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizəsi Cəlilabad RPŞ-nə daxil olmuşdur. 30 oktyabr 2020-ci il tarixdə, saat təxminən 16:00 radələrində daxil olmuş ərizə əsasında o, digər polis əməkdaşları ilə birlikdə Şahid12 Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşadığı fərdi yaşayış evinə gəlmişlər. Baxış keçirilməzdən əvvəl Şahid12 3 (üç) ədəd bükümdə şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroinə oxşar kütlələri və 1 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim edərək 30 oktyabr 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs3 yataq otağını səliqəyə salan zaman yastığın altından 4 (dörd) ədəd bükümü aşkar etdiyini bildirmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 yataq otağına ümumi baxış keçirilmişdir. Lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Onun tərəfindən şəxsi axtarış zamanı mobil telefon vasitəsilə və fərdi yaşayış evinə baxış keçirilməsi zamanı “Panasonik” markalı videokamera vasitəsilə videoçəkiliş həyata keçirilmişdir. Fərdi yaşayış evinə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Cəlilabad rayon Polis şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, Cəlilabad şəhər sakinləri X34, X32, Təqsirləndirilən şəxs3 və Ağdam rayon sakini X33 əvvəllər tanımamış və onun qeyd edilən şəxslərlə ədavəti və ya düşmənçiliyi olmamşdır. 28 noyabr 2020-ci il tarixdə ünvan 11 ünvanında yerləşən yaşayış evinin sahibi Şahid11 mobil telefon vasitəsi ilə Cəlilabad RPŞ-nin CAB-nin rəisi Şahid1 ilə əlaqə saxlayaraq qeyd olunan ünvanda təmizlik işləri aparan zaman evin eyvanındakı masanın altındakı zibil torbalarının altından 1 (bir) bükümdə narkotik vasitəyə oxşar maddə tapdığını bildirmişdir. Bu barədə şöbə rəhbərliyinə müvafiq qaydada məruzə etdikdən sonra o, Cəlilabad RPŞ-nin əməkdaşı olan polis nəfəri Şahid7la birlikdə həmin ünvana getmişdir. Onlar həmin ünvanda videoçəkiliş aparmaqla evə baxış keçirmişlər. Baxış keçirilən zaman X35 mənzildə kirayədə yaşayan X32 və Təqsirləndirilən şəxs3 22 noyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra həmin mənzilə gəlmədiyini, 28 noyabr 2020-ci il tarixdə evdə təmizlik işləri aparan zaman evin eyvanındakı masanın altında olan sellofan torbaların arasından 1 (bir) ədəd sellofan torbada narkotik vasitəyə oxşar maddə tapdığını bildirmişdir. Şahid11 təklif olunmuşdur ki, tapdığını bildirdiyi bükümü təqdim etsin. Bundan sonra Şahid11 evin eyvanındakı masanın altından 1 (bir) ədəd sellofan torbanı götürüb onlara təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman torbanın içərisində 9 (doqquz) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar, qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Şahid11 təqdim etdiyi bükümlər ekspertiza tədqiqatına göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 Aprel küçəsi, ev 44-də ailə üzvləri ilə birlikdə yaşayır. O, fərdi əməklə məşğul olur. O, əvvəllər Cəlilabad şəhər sakinləri X34, X32, Təqsirləndirilən şəxs3 və Ağdam rayon sakini X33 tanımamış və onun göstərilən şəxslərlə ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 22 noyabr 2020-ci il tarixdə, saat 18:00 radələrində şəxsi işi ilə əlaqədar tanışı X26 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində olduğu zaman polis əməkdaşları onlara yaxınlaşaraq həmin küçədə yerləşən ev 394, mənzil 82 ünvanında baxış keçiriləcəyini bildirmişlər və həmin baxışda hal şahidi kimi iştirak etmələrini onlara təklif edilmişlər. Onlar da polislərin təklifi ilə razılaşaraq mənzil 82 ünvanında keçiriləcək baxışda könüllü olaraq hal şahidi kimi iştirak edə biləcəklərini bildirmişlər. Bundan sonra ona və Şahid10 hüquq və vəzifələri izah edilmişdir. Orada ona məlum olmuşdur ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən axtarışda olan X32 və Təqsirləndirilən şəxs3 mənzil 82 ünvanında saxlanılmışlar, habelə mənzildə narkotik vasitə olması güman edildiyindən mənzilə baxış keçiriləcək. Bundan sonra polis əməkdaşlarının, ev sahibi Şahid11, saxlanılan şəxslər Sadıq Əliyevin, Təqsirləndirilən şəxs3, digər hal şahidi Şahid10, müdafiəçilərin və onun iştirakı ilə ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, mənzildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet var təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs3 mənzilin yataq otağındakı şkafdan sellofan torbanı çıxarıb onlara təqdim edərək torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində 19 (on doqquz) ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, 3 (üç) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristall şəkilli maddələr, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, qətrana oxşar maddə, 4 (dörd) ədəd nazik sellofan bükümdə həşiş qətranına oxşar maddələr, 15 (on beş) ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 (on) ədəd konvalyutda, hər konvalyutda 10 (on) həb olmaqla, cəmi 150 ədəd və 2 (iki) ədəd konvalyutda birində 8 həb, digərində 7 həb, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər olması müəyyən edilmişdir. Qeyd olunan predmetlər ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, mənzilə baxış keçirilən zaman mənzilin giriş otağındakı masanın üzərindən 1 (bir) ədəd “200x0,01g” markalı elektron tərəzi aşkar edilərək ekspertiza tədqiqatına göndərilməsindən məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 mənzildən aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu, elektron tərəzinin və həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Sadıq Əliyev isə mənzildən aşkar olunaraq götürülmüş maddələrdən və elektron tərəzidən məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid11 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayır. O, əvvəllər Cəlilabad şəhər sakinləri X34, X32, Təqsirləndirilən şəxs3 və Ağdam rayon sakini X33 əvvəllər tanımamış və onun qeyd edilən şəxslərlə ədavəti və ya düşmənçiliyi olmamışdır. Onun qeydiyyatda olduğu ünvan 4-də yaşayış olmadığından o, həmin evi kirayəyə vermək qərarına gəlmiş və bu barədə sosial şəbəkədə elan yerləşdirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Cəlilabad şəhər sakini X27 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq həmin mənzili kirayəyə götürmək istədiyini bildirmişdir. Onlar şifahi qaydada razılaşdıqdan sonra o, mənzili 250 (iki yüz əlli) manata İntiqama kirayəyə vermişdir. O, 2020-ci ilin sentyabr ayından həmin evə getməmişdir. Lakin evin açarlarının bir nüsxəsi onda olmuşdur. O, hər ay İntiqamla mənzilin yaxınlığında görüşərək sonuncudan kirayə pulunu almışdır. 22 noyabr 2020-ci il tarixdə onun istifadəsində olan mobil telefona Cəlilabad RPŞ-nin CAB-nin rəisi Şahid1 zəng edərək onu kirayə verdiyi ünvana çağırmışdır. Həmin gün saat 18:00 radələrində binanın qarşısında polis əməkdaşları onu qarşılayıb kirayəyə verdiyi mənzildə axtarışda olan şəxsin gizləndiyini ehtimal etdiklərini bildirmişlər. O, evin açarlarının bir nüsxəsinin onda olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə mənzilin yerləşdiyi 14-cü mərtəbəyə qalxmışdır. O, qapını açdıqdan sonra polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşdur. Həmin vaxt mənzildə 2 (iki) nəfər cavan oğlan olmuşdur. O, həmin şəxsləri əvvəllər görməmişdir. Orada ona məlum olmuşdur ki, həmin şəxslərdən biri X32, digəri isə Təqsirləndirilən şəxs3 olmuşdur. Həmçinin, ona məlum olmuşdur ki, Sadıq Əliyev və Təqsirləndirilən şəxs3 axtarışda olmuşlar. Sadıq Əliyev və Təqsirləndirilən şəxs3 saxlanılan zaman polis əməkdaşları sonunculardan üzərlərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmadığını soruşduqda, Sadıq Əliyev və Təqsirləndirilən şəxs3 üzərlərində bu kimi əşya və ya predmetin olmadığını bildirmişlər. Lakin sonra Təqsirləndirilən şəxs3 mənzilin yataq otağındakı şkafda sellofan torbada narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən bu barədə şöbə rəhbərliyinə müvafiq qaydada məruzə edildikdən sonra Cəlilabad RPŞ-nin istintaq bölməsinin müstəntiqi Elməddin Əsmətov ünvan 4 ünvanında yerləşən ona məxsus yaşayış evinə gəlmişdir. X56 və Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izaha edilmiş və sonuncular müdafiəçilərlə təmin edilmişlər. Bundan başqa, həmin mənzilə 2 (iki) nəfər hal şahidi də dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin, Sadıq Əliyevin, Təqsirləndirilən şəxs3 və sonuncuların müdafiəçilərinin və onun iştirakı ilə ona məxsus yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, evdə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs3 evin yataq otağındakı şkafdan sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim edərək torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilən zaman torbanın içərisində 19 (on doqquz) ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, 3 (üç) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristall şəkilli maddələr, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, qətrana oxşar maddə, 4 (dörd) ədəd nazik sellofan bükümdə həşiş qətranına oxşar maddələr, 15 (on beş) ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 (on) ədəd konvalyutda, hər konvalyutda 10 (on) həb olmaqla, cəmi 150 ədəd və 2 (iki) ədəd konvalyutda birində 8 həb, digərində 7 həb, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər olması müəyyən edilmişdir. Qeyd olunan predmetlər ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, mənzilə baxış keçirilən zaman mənzilin giriş otağındakı masanın üzərindən 1 (bir) ədəd “200x0,01g” markalı elektron tərəzi aşkar edilərək ekspertiza tədqiqatına göndərilməsindən məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 mənzildən aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu, elektron tərəzinin və həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Sadıq Əliyev isə mənzildən aşkar olunaraq götürülmüş maddələrdən və elektron tərəzidən məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin vaxtdan o, özünə məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinə getməmişdir. O, 28 noyabr 2020-ci il tarixdə qeyd olunan ünvandakı evə təmizlik işləri görmək üçün getmişdir. O, evdə təmizlik işləri aparan zaman evin eyvanındakı masanın altına yığılmış zibil torbalarını təmizlədiyi zaman torbalardan birinin içərisində narkotik vasitəyə oxşar maddə olmasını müəyyən etmişdir. O, bundan sonra dərhal mobil telefon vasitəsi ilə Cəlilabad RPŞ-nin CAB-nin rəisi Şahid1lə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. 28 noyabr 2020-ci il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları ona məxsus mənzilə gəlmişlər. Bundan sonra polis əməkdaşlarının və onun iştirakı ilə videoçəkiliş aparılmaqla mənzilə təkrar baxış keçirilmişdir. Ona təklif edilmişdir ki, tapdığını bildirdiyi bükümü polis əməkdaşlarına təqdim edsin. Bundan sonra o, evin eyvanındakı masanın altından 1 (bir) ədəd sellofan torba götürərək həmin torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman torbanın içərisində 9 (doqquz) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar, qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Onun təqdim etdiyi bükümlər ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. O, X23 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. O, X23 və Təqsirləndirilən şəxs3 ilk dəfə 22 noyabr 2020-ci il tarixdə özünə məxsus evdə görmüşdür. Həmin vaxta kimi o, X23 və Təqsirləndirilən şəxs3 görməmişdir. O, 82 nömrəli mənzili Sadıq Əliyevin atası İntiqam Əliyevə kirayəyə vermişdir. 22 noyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən ona məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 onun evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr özünə məxsus olmasını bildirmişdir. 28 noyabr 2020-ci il tarixdə də ona məxsus evdən 1 (bir) bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür. O, həmin narkotik vasitənin kimə məxsus olmasını bilməmişdir. O, həmin narkotik vasitə və psixotrop maddələrin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt onun kirayəyə verdiyi mənzilə gətirildiyini bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2020ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 1(073)-33/2020 saylı hökmündən (cild 3, iş vərəqə 64-67) görünür ki, Tomarov X17 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinirək ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərində 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsi, maddi sübut ola biləcək predmet aşkar olunduğu halda həmin predmetlərin götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş halda olan heroinə oxşar maddəni təqdim edərək, həmin maddəni istifadə etmək üçün üzərində saxladığını və 29 oktyabr 2020-ci il tarixdə Cəlilabad şəhəri, Səttərxan küçəsində Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 10 (on) manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın keçirilməsi, maddi sübut ola biləcək predmet aşkar olunduğu halda həmin predmetin götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Winchester” markalı siqaret qutusunun içərisindən 14 (on dörd) bükümdə tünd göy və qara rəngli siqaret kağızlarına bükülmüş narkotik vasitə olan heroinə oxşar kütlələri çıxararaq təqdim etmiş, habelə həmin bükümlərdə olan maddəni 29 oktyabr 2020-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 da 1 (bir) büküm narkotik vasitə heroin satdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 65) görünür ki, X1 rayon Polis şöbəsinə yazılı ərizə ilə müraciət edərək birlikdə yaşadığı oğlu Təqsirləndirilən şəxs3 yataq otağından narkotik vasitəyə oxşar kütlələr aşkar etdiyini və həmin kütlələri könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 66) görünür ki, X16 yaşadığı Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 67) görünür ki, X7 yaşadığı Cəlilabad şəhəri, Səttərxan küçəsindəki 74 nömrəli fərdi yaşayış evinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 68) görünür ki, X7 yaşadığı Cəlilabad şəhəri, Səttərxan küçəsindəki 74 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı Şahid12 3 (üç) ədəd bükümdə şəffaf selllofana bükülmüş halda narkotik vasitə heroinə oxşar kütlələri və 1 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmiş və həmin narkotik vasitələri 30 oktyabr 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs3 yataq otağında aşkar etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 yataq otağına ümumi baxış keçirilmiş, lakin həmin vaxt qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X19 Bölməsinin 19/625 saylı rəyindən (cild 1, iş vərəqə 76) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə....” sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,828 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X19 Bölməsinin 19/627 saylı rəyindən (cild 1, iş vərəqə 79) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 14 bükümdə narkotik vasitəyə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 (üç) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 0,055 qram, 0,069 qram, 0,058 qram, 0,045 qram, 0,054 qram, 0,046 qram, 0,062 qram, 0,125 qram, 0,055 qram, 0,044 qram, 0,07 qram, 0,08 qram, 0,064 qram, 0,116 qram, ümumi təmiz çəkisi - 0,943 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X19 Bölməsinin 19/629 saylı rəyindən (cild 1, iş vərəqə 82-83) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid12 təqdim etdiyi narkotik vasitəyə bənzər 4 büküm kütələlər....” sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki 3 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,579 qram, 6,636 qram, 1,851 qram, ümumi təmiz çəkisi - 10,066 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və tərkiblərinə görə eynidirlər. 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 4,431 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Şahid12 təqdim etdiyi narkotik vasitəyə bənzər 4 (dörd) büküm kütlələr.....”, “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir bükümdən kütlə....” və “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 14 (on dörd) bükümdə narkotik vasitəyə bənzər kütlələr...” sözlər və imzalar olan 3 (üç) ədəd zərfdəki heroinlər kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 106- 107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 115-116) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 119- 120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-235/2020 saylı qərarından (cild 1, iş vərəqə 136-137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 30 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X3 X41 Yoxlamanın 875 saylı rəyindən (cild 1, iş vərəqə 253) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X31 Hüquqi Şəxsin 2231 saylı rəyindən (cild 1, iş vərəqə 256-257) görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 232) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 269) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin qeyd edilən cinayət işinə 07 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 noyabr 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan (cild 1, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi – 0,828 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,778 qram olan narkotik vasitə heroinin Cəlilabad RPŞnin saxlanma kamerasına verilməsi, habelə 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan (cild 1, iş vərəqə 156-157) görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi – 0,943 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,663 qram olan narkotik vasitə heroinin Cəlilabad RPŞnin saxlanma kamerasına verilməsi, habelə 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2020-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160-163) görünür ki, Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 166- 167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə üzrə ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 168-169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan (cild 1, iş vərəqə 172) görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 19:00 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılaraq Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2020-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında qərardan (cild 2, iş vərəqə 25) görünür ki, ünvan 4 ünvanına baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 2, iş vərəqə 26- 28) görünür ki, həmin gün ünvan 4 ünvanına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs3 evin yataq otağındakı şkafdan qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində 19 (on doqquz) ədəd şəffaf polietilen bükümlərdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, 3 (üç) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristall şəkilli maddələr, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik qətrana oxşar maddə, 4 (dörd) ədəd nazik sellofan bükümlərdə həşiş qətranına oxşar maddələr, 15 (on beş) ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 (on) ədəd konvalyutda, hər konvalyutda 10 (on) həb olmaqla, cəmi 150 ədəd və 2 (iki) ədəd konvalyutda birində 8 həb, digərində 7 həb, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər olması müəyyən edilmişdir. Qeyd olunan predmetlər ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, mənzilə baxış keçirilən zaman mənzilin giriş otağındakı masanın üzərindən 1 (bir) ədəd “200x0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 noyabr 2020-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-259/2020 saylı qərarından (cild 1, iş vərəqə 225-228) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 22 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 32) görünür ki, Şahid11 28 noyabr 2020-ci il tarixdə evini təmizləyərkən evin eyvanında olan masanın alt hissəsində gizlədilmiş 1 (bir) ədəd sellofan torbada olan narkotik vasitəyə oxşar kütlə aşkar etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında qərardan (cild 2, iş vərəqə 34) görünür ki, ünvan 4 ünvanına baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 2, iş vərəqə 35- 36) görünür ki, həmin gün ünvan 4 ünvanına baxış keçirilmiş və baxış zamanı mənzilin sahibi Şahid11 evin eyvanına keçərək ağ rəngli masanın altında olmaqla divarın küncündə olan 1 (bir) ədəd ağ rəngli sellofan torbanı göstərib həmin torbanın içərisində narkotik vasitəyə oxşar kütlələr olduğunu bildirmiş, həmin sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində tünd qəhvəyi rəngli, toz şəkilli maddələr olan sellofan bükümlər olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərin ümumilikdə 9 (doqquz) ədəd olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2614 saylı rəyindən (cild 2, iş vərəqə 53-55) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X36 və Təqsirləndirilən şəxs3 kirayədə yaşadıqları evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütələlər və tərəzi” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 19(on doqquz) ədəd bükümdə, ümumi təmiz çəkisi 2916,832 qram (2 kiloqram 916, 832 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 503,702 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,728 qram tünd qəhvəyi rəngli qətrana oxşar spesifik iyə malik maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 15 (on beş) ədəd üzərində “Mehtandane 40” yazısı olan qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 1500 ədəd və 2 ədəd konvalyutda 15 ədəd olmaqla, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatırdır və 1515 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 60,6 qramdır (hər həbdə 0,04 qram metadon olmaqla). Həmin həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər, 1 (bir) ədəd “200g/0.01g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vadır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün heroinin çəkisini və 19 (on doqquz) ədəd bükümdəki heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/833 saylı rəyindən (cild 2, iş vərəqə 60-61) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X36 və Təqsirləndirilən şəxs3 kirayədə yaşadıqları...” sözlər və imzalar olan 1 (bir) ədəd polietilen bağlamadakı torbacığın içərisində 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 35,776 qram, 77,977 qram, 99,198 qram, 100,283 qram, ümumi təmiz çəkisi 313,234 qram olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə həşiş qətranıdır. Təqdim olunmuş həşiş qətranları tərkiblərinə görə eynidirlər. 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin izləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 229-230) görünür ki, Təqsirləndirilən şəxs3 evindən götürülmüş 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi - 10,066 qram olan narkotik vasitə heroinin və 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi - 4,431 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,916 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 4,381 qram təşkil edən psixotrop maddə metamfetaminin Cəlilabad RPŞnin saxlanma kamerasına verilməsi, habelə 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X3 X41 Yoxlamanın 991 saylı rəyindən (cild 1, iş vərəqə 254) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19/743 saylı rəyindən (cild 2, iş vərəqə 77-79) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid11 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr..... ” sözlər və imzalar olan 1 (bir) ədəd bağlamadakı 09 (doqquz) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-111,512 qram, 119,475 qram, 117,092 qram, 119,804 qram, 83,499 qram, 108,646 qram, 95,607 qram, 105,636 qram, 29,620 qram, ümumi təmiz çəkisi - 890,891 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindirlər. Tədiqaqata təqdim edilmiş üzərlərində “Şahid11 təqdim etdiyi narkotik vasitəyə bənəzr kütlələr.....” və “...6/2614 nömrəli rəy, ********* nömrəli cinayət işi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3(heroin, tiryək, matamfetamin, metadon.....” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd paketdəki heroinlər xarici və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 89-90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X31 Hüquqi Şəxsin 2538 saylı rəyindən (cild 1, iş vərəqə 332-333) görünür ki, Təqsirləndirilən şəxs3 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X3 X41 Yoxlamanın 33 saylı rəyindən (cild 1, iş vərəqə 334) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları olub. Lakin halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2021-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-19/2021 saylı qərarından (cild 1, iş vərəqə 313-315) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 28 fevral 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 326-327) görünür ki, Tomarov X18 Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 4-7) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 2, iş vərəqə 138-139) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli arayışdan (cild 3, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri arvadı X12, 2012-ci il təvəllüdlü qızı X13, 2014-cü il təvəllüdlü qızı X8 və 2020-ci il təvəllüdlü oğlu X9 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli arayışdan (cild 3, iş vərəqə 108) görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri anası Şahid12, arvadı X10, 2011-ci il təvəllüdlü oğlu X11 və 2013-cü il təvəllüdlü oğlu X4 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin məktubundan (cild 2, iş vərəqə 152) görünür ki, Cəlilabad rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 1(073)-33/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 ona təyin olunmuş 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 13 (on üç) gün hissəsini çəkmiş, onun hazırda cəzasının çəkilməmiş hissəsi 10 (on) ay 11 (on bir) gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 172- 173) görünür ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrədən müxtəlif nömrələrə zəng edilərək danışıqlar aparılmışdır. Cəlilabad şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 41-də qeydiyyatda olan Fərid Cəfərov ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Yetim evdeyem veziyede cox pisdi dunen agwamnan hecine tapa bilmiruy idi geldim eve az qalir olem day birden nese tapson menede de” məzmunlu, Cəlilabad şəhəri, D.Qorqud küçəsi, ev 87-də qeydiyyatda olan Qüdrət Həsənov ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə “İdide 3 manat eskiydi denen duzi versineri pulin seni oli eskyi vercrm mende, 2 sarfani elbele baxladim daxlmasin dyemi bili, Seni hardasani deqiq neqede lazmdi, Yetim bawua donim byuni o pulun ustne duwi qaqret ni hesen canı vezyet qaqret pisdi yoxsam sene bı qeder demezdim bawua donim ale byun onan puli, Ayı qaqa ne oldi bı pili aldun onan seni olanerrin gori onin ustine duwi puli ali”, Ağcabədi şəhəri, Babək küçəsi, ev 13-də qeydiyyatda olan Elmidar Quliyev ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Qaqa gelseydi gelerdi demeli gelmedi dayı durib kimise gozdyen doremki osda cemi 6 manat puli var 2 manta ozumndi qoy o meni gozdesin bedbaxt Oxli heri guni gelrdiler senin bextunen gelmedler get... ele 30 mantı bili, Qaqa pulidan etyacmi var lap 1 manta istyen olsa 30 Verde byun puli vermelyem yaxwi, aqa dunki uwaxa zeyi vuri de duneki qiymete yene istyer bidene daniw 10 deyqye zeyi vuram sene he yox de gori istyer istemir daniw de mene, Qaqa ne oldi bı xeber cixdi ne oldi seni canun duwi onin üstüne Ali vezyet Cox pisdi hesen canı gori neynisen bawua donem”, Cəlilabad şəhəri, Səttərxanküçəsi, ev 74-də qeydiyyatda olan Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “duranan sora mene zey vurda mene biraz komey elde bawua donim, Hardasani geli kucye o pului Yerde vacibd Bi... awda iwdermi bitoy sarvat eleduni hardasani tez .... verde mene tezi, Bi ne herketi elyseni seni kiwlyun gelnkmi puli getri veri, Miti varyoxin .... yerdeni yixmiram bilseni ozde pildani etyacimi vari qoymisani ozuyi fıkrewsen 5 gundi 30 geti day senk camhatanda qazanim sene verim seni kiwlyun gelnkmi veri puli heci olmasa adamada dyeleri yeke oxlansan, Birda kimdese puli vercese de gotrimi puldan etyac vari vacib meni ... eyxnda qoydun, Seni dysen kede getim bilseni puldan etyacim vari ocuni seni canun gelnen sora verde bide sow soydim puli almamiw nese verenin qaqretni hesen cani kmse qayif edcey ordadacamhatan qazdximi bi manta gedcey lazmdi mene, 25 de hazir ele gotrimi seneni, Puli lazim olmasada 25 gelim gotrimi, Salam miti byuni ya tekeri veri yada puli veri evmde menemde qalmiwdi gorseni vezyet pisdi yaxwi olanda ehmyet vermemiwem idse etyacim var 3 gundi vapcata yaziram ... qoymisani byuni iksnen birin getri veri He miti ewdrem sene demedim 15 verem dedim 1 dene sow soymiwem demiwem 15 manti 2 dene gotir 20 manat veri bini icne ..., Yadma sali bidende derman pay veremi, Necdene lazimdi bir var oda olmadi, Yeke oxlansan dunenen zey vuram gotrmisen gormi seni gorsen acmisan zehmet olmasa 20 manti verde mene etyac vari, Yetim gor neqede pili tapa bilsen tapda 20 deyqye zey vuram, Vəzyetim pisdi menim gətir bide olsa 2 manat gətir imkan varsa, İki dene ver, Suda veresen biraz imkan olsa eve deyim gelen pul goturum” məzmunlu mesajlar aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 fevral 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 352- 353) görünür ki, Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrədən müxtəlif nömrələrə zəng edilərək danışıqlar aparılmışdır. Masallı rayonu, Masallı şəhəri, Qurtuluş küçəsi, ev 3/5-də qeydiyyatda olan Əli Zəkiyev ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə “Yarimi sahata yada 1 sahata alnacay alsin dyecem pilun varsa artx versen mene bide pecere demiwdun onda veseni yaxwi” məzmunlu, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Səttarxan küçəsi, ev 128-də qeydiyyatda olan Toğrul Əzizov ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə “qatxdan qaymaxdani lazmun dori, Lazmuni olsa de mene byuni menem qowi ferhad, Salam qaqa gnorton xeyir necsen vaziyet necdi qaqa imkan varsa o qa lqi verdındei zehmet olmasa etyac var, Salam qaqa necsen vezyet necdi canun bawun salmaclxdi qaqa oki mawin tekrnen 2 pacqa qalir onda yarim ya 1 pacqasi dednindi eyer lazmdsa sene de saxlyem, Salam qaqa necsen qaqa o uwaq buyune dyebde 40 manti He, Qaqa necdene lazimdi de mene gormi neynirem, Qaqa bide gor ne dyrem Bi pildan sondi uje qaqret yoxdi gor biwey edi 3 4 dende olsa gotr, Qaqulya hardasan gelsen qaqa verim sene birazda da iwim var ocun dyrem, Qaqa gelmedi gelnde de qaqa ozum gelcem siz terfe bidene daniw He yox de derin yere qoyram ocun Day cixardmiwam ordan ocun narahatam yoxsam hec ferqi yoxdi, Salam visi necse qaqa canun bawun necdi qaqa mene 1 dene letriy qola vere bilersen vezyet pisdi, Salam qaqa necsen qaqa qurban sene o puli hazrdsa verde mene zehmet olmasa bawua donim, Qaqa bawua dunemi seni qertmiz kimi olir olsin bilmesin 1 mawin qoycam nuw canun yaxwi telin zaryatqasi yoxdi sonir gucle yazrami ozun gotrerseni 15 20 d eyqye qoyacam, Yo qaqa dewmemiwemi ama bawaqasin gormiwemi ama Cox bahdi adi ola 08 40 alilar tesfur ele sene hele sencuni minnet kimi olmasin sene 30 manata verem, i yaxwdan var Cox bahagotrmiwemde baxwda Day Bi qiymet dyremde mecburam demeye, Qaqa 5 dene ozumcun lazimdi,Evdeyem pulu vermey isdiyirdim sadece qaqa meyve lazim dor bratuxa, He brat bele yuz varisdeson birazdan getirerem isdemeson sabah getirerem, Wukur yaxwliqdi yaxwi olasan qaqadedim bekarcliq olseydi o pulu vererdim yene meyveni goturerdim he neter meslehetdi?, Bilsen brat neycun yigdim elimde bidene uzum var onuda isdiyen var yani direm verimde onu he?”, Cəlilabad rayonu, Məşədilər kəndində qeydiyyatda olan Faiq Əzizov ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Danwa bilmirem birazdan dyrem kecerssn biraz verem ama ovntidi deynadan zeyvursan gotrsen Aca bilmirem”, Amil Hətəmov ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Ayi xocar besde Day ... masgmi istysen masqvye gedi olmyene sora naxrim olsa dyecem pilun hazir olsin 30 manat bildun, Bildim hacan alsa zey vuracam ozunen bawqa da seni kiwlyun heckim olmasini gorim kimde vari, Danwmiwam gelir 15 20 deyqye bize gelsin dyrem sene bide esmesderi sili hamisin seni balon cani hamisinbsili, Eziz qardaw men hacl zaurun yanindiyem qardawln iwin duzqow elede cox pisem sene qurban, Qaqa tekem qurban sene burdiyem seni gezdiyem cox pisem zengiy gezdiyem”, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 03-də qeydiyyatda olan Səid Abdullayev ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Seyidi yeke oxlansani Bi ne herketi elysen uwaxi bawi aldsan birazdan puli getir veri, Seyidi bilem yatmisani duranan sora oxi yeke oxlansani adami qarke elmede seni kiwlyun bildun sabha seni qeretun Bi nomrye evezine hamisna qotir ati bild uni Seyidi seni gozdyecem”, Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 69-da qeydiyyatda olan Cəlal Əliyev ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Bawua donem saxoli ele sende yaxwi qardawsani o dolarari yadmnan cixmyebi qadan alam sabaha hokman o tekeri heli ele senkli balrmiz cani con super tekrdi, Calali yeke oxlansani azi dolalada gerey ozume pis sow soyemi sene 1 mantlix nisye verenin sene nese verenin kiwsen adamsan dedun 3 guni 5 gundi me, Testez Bi var gorwe seni bide vari 50 mewxin pilin versen 50 de bojdi qalsani ona de kiwi kmi iwdemey istyrse gelsin otrsin sobet edey, ... vezyete qoydun binin nomresin ver yada de 15 deyqye menim parpresi mi getirsin meni .... Elmesin bide ... yerem senen nese inanam sene inananin qe,Opwi 80 oldi 20 kohnedi 60 teze seni mene qadoy alim pili ver axwama uje, Gunde Bi behane uydrsan 50 de borcun var vermeyi fıkrun yoxdi” Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 79-da qeydiyyatda olan Ramin Nəsirov ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Beyx sen mitya zey vur anda Bi yerde durmiwduy dedi Bi ne nomredi dedimi ramini nomresi Di super dyesen elde de mende hec ne yoxdi, Qaqa dyremi adi olsin yoxdi Bi damcidi gotiyim adamda da yoxdi çeksin bilmirem eyer olsa artix 2 dene vercemi olmasa 1 dene vercemi, Salam Roma yatmiwdim idi durdim qaqa allha adi olsin hecne yoxdi Ayi ramini ne edsen eti qaqret balm cani gorwe bilmyecem idi nece istysen elede eti, Qaqa kimliynən asli olmayaraq men deyirəm qatiqda qaymaqda o terəf den götürürəm, Beyaq miti gördü dedim men götürdüm qocaya verdim dedim onda hecnə yoxdi acinan ölür, Salam qaqa qebrastaniqdayam şemini bastririq bu terəfe ğəlsen 2 ban ke qatiq alarsan, Qaqa 10 qati lazim olacaq qiymətin aşaqi yeri varsa de, Qaqa bidenəde qaymaq verərsen sen canun yoxlanişa gedir caliş qary er daşi olsun 275 manat verəm hazir olsa de evdeyə gəlim, Qaqam lazim olsa 1 dene qaymaq verə biləceksen he yox vacapda yazda, Qaqa indi verə bilərsen 1 qaymaq, Qaqa 4 qatiq. Yarim bankede qaymaq oxudunsa mənə vizif at” məzmunlu mesajlar yazılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan (cild 3, iş vərəqə 1-5) görünür ki, Təqsirləndirilən şəxs3 kirayə yaşadığı evdən götürülmüş 19 ədəd bükümdə, ümumi təmiz çəkisi 2916,832 qram narkotik vasitə olan heroinin, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 503,702 qram olan psixotrop maddə metamfetaminin, 1 ədəd bükümdə təmiz çəkisi 3,728 qram narkotik vasitə olan tiryəkin və 15 ədəd üzərində “Mehtadane 40” yazısı olan qutularda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla cəmi 1500 ədəd və 2 ədəd konvalyutda 15 ədəd olmaqla, ümumilikdə 1515 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş metadon həblərinin maddi sübut kimi tanınması, qalıq çəkisi 2916,452 qram çəkidə narkotik vasitə olan heroinin, qalıq çəkisi 503,552 qram çəkidə psixotrop maddə olan metamfetaminin, qalıq çəkisi 3,628 qram çəkidə narkotik vasitə olan tiryəkin və qalıq çəkisi 1500 ədəd olan metadon həblərinin maddi sübut kimi tanınması və saxlanılması məqsədi ilə Cəlilabad RPŞ-nin saxlanma kamerasına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan (cild 3, iş vərəqə 7-10) görünür ki, Təqsirləndirilən şəxs3 kirayə yaşadığı evdən götürülmüş 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 313,324 qram narkotik vasitə olan həşiş qətranının maddi sübut kimi tanınması və qalıq çəkisi 313,154 qram çəkidə narkotik vasitə olan həşiş qətranının maddi sübut kimi tanınması və saxlanılması məqsədi ilə Cəlilabad RPŞ-nin saxlanma kamerasına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan (cild 3, iş vərəqə 12-5) görünür ki, Təqsirləndirilən şəxs3 kirayə yaşadığı evdən götürülmüş 9 ədəd bükümdə, ümumi təmiz çəkisi 890,891 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və qalıq çəkisi 890,621 qram çəkidə narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və saxlanılması məqsədi ilə Cəlilabad RPŞ-nin saxlanma kamerasına verilməsi, habelə 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-43/2021 saylı qərarından (cild 3, iş vərəqə 54-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 28 aprel 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-61/2021 saylı qərarından (cild 3, iş vərəqə 79-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri 18 may 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 87) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli arayışdan (cild 3, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri atası X2 və anası XXXXX Cəmilə Əbülfəz qızından ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin 4(073)-89/2021 saylı qərarından (cild 3, iş vərəqə 128- 133) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 18 may 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X19 Bölməsinin 19/287 saylı rəyindən (cild 1, iş vərəqə 152-153) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid12 məxsus heroin və metamfetamin Rəy 19/628...“ və “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus heroin, tiryək, metamfetmain, metadon Rəy 19/743...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd paketdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şahid12 məxsus heroin və metamfetamin Rəy 19/628...“ və “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus heroin, tiryək, metamfetmain, metadon Rəy 19/743...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd paketdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 163-195) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamların dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd bükümdə, qalıq çəkisi 0,778 qram təşkil edən narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs2 götürülmüş 14 (on dörd) ədəd bükümdə, qalıq çəkisi 0,663 qram təşkil edən narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs3 evindən götürülmüş qalıq çəkisi 3815,979 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 507,853 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 313,154 qram təşkil edən narkotik nasitə həşiş qətranının, qalıq çəkisi 3,628 qram təşkil edən narkotik vasitə tiryəkin və qalıq sayı 1500 ədəd təşkil edən dərman preparatının maddi sübut kimi tanınması və Cəlilabad RPŞ-nin saxlanma kamerasında saxlanılması, 4 (dörd) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.2-ci maddələri, Təqsirləndirilən şəxs2 barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi, Şahid12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X22 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər. Məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin müdafiə hüququ tam şəkildə təmin edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsələr də, digər Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, başqa sözlə, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətlərinin olması və onlar tərəfindən qeyd edilən cinayət əməllərinin qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Başqa sözlə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroni əldə etməsi, üzərində saxlaması və daşıması, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində saxlaması və daşıması, Təqsirləndirilən şəxs3 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməsi, üzərində saxlaması, daşıma və satması tam şəkildə təsdiq olunmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən - narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən - psixotrop maddələr dedikdə BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları başa düşülür. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5, 7, 13, 19-cu bəndinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, təmiz halda 40 qramdan artıq çəkidə narkotik vasitə həşiş qətranı, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon, 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə X28 tərəfindən törədilmiş cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və təqsirləndirilən şəxslərin hər biri təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən və o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyindən məhkəmə hesab edir ki, ona həmin maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, ona azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu hallar isə onun islah olunmasına xidmət etməyəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs1 islah etməyə kifayət edəcək. Bundan başqa, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından onun 30 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaqla çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 75A ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, onun əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına nisbətdə daha yüngül cəzaya məhkum edilməsinə baxmayaraq, həmin cəza əsasında islah olunmadığını, əksinə narkotik vasitələrlə əlaqəli cinayətləri törətməyə meyilli olduğunu, ibtidai araşdırma zamanı hüquq-mühafizə orqanlarından qaçıb gizlənərək ibtidai istintaqın gedişatına maneəçilik törətməsini, onun kirayədə yaşadığı evdə və ailəsi ilə birlikdə yaşadığı evdə aşkarlanmış narkotik vasitələrin çəkisini, iş üzrə digər təqsirləndirilən şəxsləri narkotik vasitələrə cəlb edərək sonunculara narkotik vasitələr satmasını, başqa sözlə, cəmiyyət üçün təhlükəli olduğunu və eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına uyğun həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş və cəzanın çəkilməmiş 10 (on) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 5 (beş) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 14 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X3 X41 Yoxlamanın 33 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 28 sentyabr 2020-ci il tarixli və 05 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X3 X41 Yoxlamanın 875 və 991 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Digər Təqsirləndirilən şəxs1 isə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Cəlilabad rayon Polis şöbəsinin saxlanma kamerasında saxlanılan 1 (bir) ədəd bükümdə, qalıq çəkisi 0,778 qram təşkil edən narkotik vasitə heroin, 14 (on dörd) ədəd bükümdə, qalıq çəkisi 0,663 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 3815,979 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 507,853 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 313,154 qram təşkil edən narkotik nasitə həşiş qətranı, qalıq çəkisi 3,628 qram təşkil edən narkotik vasitə tiryək və qalıq sayı 1500 ədəd olan narkotik vasitə metadon məhv edilməli, 4 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün 525,82 manat (beş yüz iyirmi beş manat səksən iki qəpik) məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 525,82 manat (beş yüz iyirmi beş manat səksən iki qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 75A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 11 (on bir) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 5 (beş) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 10 (on) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Cəlilabad rayon Polis şöbəsinin saxlanma kamerasında saxlanılan 1 (bir) ədəd bükümdə, qalıq çəkisi 0,778 qram təşkil edən narkotik vasitə heroin, 14 (on dörd) ədəd bükümdə, qalıq çəkisi 0,663 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 3815,979 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 507,853 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 313,154 qram təşkil edən narkotik nasitə həşiş qətranı, qalıq çəkisi 3,628 qram təşkil edən narkotik vasitə tiryək və qalıq sayı 1500 ədəd olan narkotik vasitə metadon məhv edilsin. 4 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 525,82 manat (beş yüz iyirmi beş manat səksən iki qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar