Məhkəmə qərarları › İş №1(101)-1130/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1130/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1130/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “İlqar” adlı şəxslə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirmək ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 14 yanvar 2022-ci il tarixdə “İlqar” adlı şəxsin ona qabaqcadan bildirdiyi yerdən, yəni Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən qanunsuz olaraq satış məqsədi ilə eyni tərkibli 76,941 qram olmaqla, külli miqdarda narkotik vasitə heroini və 11,810 qram olmaqla, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq həmin narkotik vasitə heroini elektron tərəzi vasitəsilə 53,909 və 23,032 olmaqla, 2 (iki) ədəd bükümlərə ayırıb, 53,909 qram narkotik vasitə heroini və 11,810 qram psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanında gizlətməklə saxlamış, 23,032 qram narkotik vasitə heroini isə 1 (bir) ədəd bükümdə üzərində saxlayaraq daşımış və 15 yanvar 2022-ci il tarixdə, saat 09:00 radələrində Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi rayon Polis idarəsinə aparılmış, orada onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən 23,032 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd siqaret qutusunun içərisindəki sellofan bükümdə, habelə 53,909 qram narkotik vasitə heroin, 11,810 qram psixotrop maddə metamfetamin 2 (iki) ədəd sellofan bükümdə və 1 (bir) ədəd işlək vəziyyətdə olan elektron tərəzi həmin tarixdə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağından aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin iş üzrə onun həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxıldıqdan sonra üzərində 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Bu səbəbdən də o, üzərində elektron qolbaq daşımışdır. Hazırda ona elan olunmuş ittiham üzrə o, özünü təqsirli bilmir. Ö, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən 14 yanvar 2022-ci il tarixdə, saat 01.00 radələrində yaşadığı evin blokunun girişində saxlanılmışdır. Onu saxlayan Orxan adlı polis əməkdaşı olmuşdur. O, saxlanılarkən üzərində şəxsi istifadəsi üçün aldığı 1 (bir) qrama yaxın narkotik vasitə “kakos” olmuşdur. O, həmin narkotik vasitəni falqa vasitəsilə istifadə etmişdir. O, bloka “kakosu” çəkmək üçün çıxmışdır. O, “kakosu” istifadə etmək istədikdə, polis əməkdaşı onu saxlayaraq Polis İdarəsinə aparmışlar. Orada ona yarım kiloqram narkotik vasitə heroin göstərmişlər və həmin narkotik vasitənin ona məxsus olmasını deməsini ondan istəmişlər. O, əvvəllər də narkotik vasitədən istifadə etdiyinə görə qorxmuş və xahiş etmişdir ki, heç olmasa biraz az çəkidə narkotik vasitənin özünə məxsus olmasını etiraf etsin. Sonra ona narkotik vasitələri vermişlər ki, çəkiliş zamanı o, həmin vasitələrin ona məxsus olduğunu bildirsin. O da polislərdən qorxaraq həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Sonra onu Bakı İstintaq Təcridxanasına təhvil vermişlər. Orada o, tibbi müayinədən keçərilərkən üzərində elektron qolbağ olmuş, habelə onun gözü göyərmiş vəziyyətdə olmuşdur. Bu barədə hətta qeydiyyat aparılmışdır. Sonra Probasiya Xidmətinin əməkdaşları onun saxlanıldığı İstintaq Təcridxanasına gələrək ondan qolbağı çıxarmışlar. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 15 yanvar 2022-ci il tarixində xidmətdə olarkən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, “Azər” adlı şəxs yaşadığı yerdə qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olur və “Azər” adlı şəxs 15 yanvar 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində üzərində külli miqdarda narkotik vasitə daşıyacaq. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış və həmin qrupa onunla yanaşı, digər polis əməkdaşı Şahid2 da daxil olmuşdur. Sonra o, Şahid2la birlikdə 15 yanvar 2022-ci il tarixdə, saat 09:00 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olarkən “Azər” adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Həmin yerdə şərait olmadığından onlar “Azər” adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. “Azər” adlı şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Orada olarkən onlar saxladıqları şəxsin adının Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Nəsimi RPİ-yə gəldikdən sonra bu barədə raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevə həvalə olunmuşdur. Sonra baş təhqiqatçı Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd mobil telefonu, həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd üzərində «15 torpaq» sözləri yazılmış «Maqna» siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən başqa əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni 14 yanvar 2022-ci il tarixdə «Votsap» vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı kimi tanığı “İlqar” adlı şəxsin ünvanını atdığı yerdən, yəni Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən işıq qovşağının qarşısındakı dirəyin altından götürdüyünü, həmin narkotik vasitənin bir hissəsini “İlqar” adlı şəxsdən öz istifadəsi üçün nisyə aldığını, qalan hissəsini isə «İlqar» adlı şəxsin dediyi şəxslərə çatdırmaq üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs və sonuncunun müdafəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-a baxış keçirilmişdir. Həmin ünvanda Təqsirləndirilən şəxs atası evə baxış keçirilməsinə dair etirazının olmaması barədə ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qaldığı otaqda döşəmə üzərində olan dağınıq əşyaların arasından 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni və 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vasitələri də İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «İlqar» adlı şəxsdən aldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sellofan bükümləri təqdim etdiyi yerdən, həmçinin 1 (bir) ədəd işlək vəziyyətdə olan elektron tərəzi də aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar vasitələr, habelə 1 (bir) ədəd elektron tərəzi baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 37-38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 41-42) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 46-47) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 52-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən “Samsung J6 Plus” markalı və “FLY” markalı 2 (iki) ədəd mobil telefonu, sol yan cibindən isə 1 (bir) ədəd üzərində «15 torpaq» sözləri yapışdırılmış «Maqna» siqaret qutusunun içərisindən 1 (bir) ədəd şəffaf rəngli sellefona bükülmüş, içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 52-58) görünür ki, Təqsirləndirilən şəxs atası Niyaz Oruczadə yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 60) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş videogörüntülərdən (cild 1, iş vərəqə 61-63) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs özünün yatdığı otaqda döşəmə üzərində olan dağınıq əşyaların arasından bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə və 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmiş, habelə baxış zamanı Təqsirləndirilən şəxs sellofan bükümləri təqdim etdiyi yerdən 1 (bir) ədəd işlək vəziyyətdə olan elektron tərəzi də aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/272 nömrəli rəyindən (cild 1, iş vərəqə 70-72) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Magna» yazısı olan siqaret qutuda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 23,032 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 53,909 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,810 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinın izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən aşkar olunmuş narkotik vasitə heroinlərin ümumi təmiz çəkisi 76,941 qramdır və həmin narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 89-90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-26/2022 saylı qərarından (cild 1, iş vərəqə 112-116) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 128-129) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli hökümünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsug J6” və “FLY” markalı mobil telefonlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin cavab məktubundan (cild 1, iş vərəqə 155) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 813 saylı rəyindən (cild 1, iş vərəqə 168-169) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə «Mudur fantanin pulunu goturdum mendedi hara catdirim», «Etaga bayaqdan senin gelmeyivi gozduyurem senol bayaqkini tapmadim tezden istemeye utandim yemey yiyeceksense gelim bir yerde yeyek?», «Gel 1 basda verim gedin bunuda cekin yada 5-7 man ver cibinde pulun olsun 2 dene siqet alarsan fediynen ozuve dusdum asagi seni gozduyurem gel qeseng mur», «Qaqas gor eyer imkanin varsa 5 diy kola 5 diy pati getir mendeki emanetin 3nude sene verim baxda elive ne dusse getir imkan daxilinde opdum» məzmununda narkotik vasitələrin satışı ilə bağlı yazışmalar aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1633 saylı rəyindən (cild 1, iş vərəqə 165-166) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 170-171) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 1, iş vərəqə 173- 174) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 aprel 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 190) görünür ki, Təqsirləndirilən şəxs qardaşı X5 qardaşına məxsus “Samsung” və “Fly” markalı mobil telefonları müstəntiq Orxan Vəlixanlıdan təhvil alaraq götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 217-228) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış təmiz çəkiləri 23,032 qram və 53,909 qram olan narkotik vasitə heroinin, 11,810 qram olan psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 22,932 qram və 53,809 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 11,710 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonların onun ailə üzvlərinə qaytarılmasının nəzərə alınması, şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin və "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(004)-397/2022 saylı qərarından çıxarışdan (cild 1, iş vərəqə 257) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 iyun 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin cavab məktublarından (cild 1, iş vərəqə 49 və 69) görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-2/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, lakin ona narkomaniyadan məcburi müalicə təyin edildiyi üçün cəzadan azad olunma məsələsinin müalicə başa çatdıqdan sonra həll edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi işdən (cild 2, iş vərəqə 52-62) görünür ki, 15 yanvar 2021-ci il tarixində Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş, həmin vaxt onun sağ gözünün alt hissəsində və sağ çiynində xəsarətlərin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs isə həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 71) görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2017-ci il tairxli şəxsiyyət vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 73) görünür ki, 16 avqust 2012-ci il tarixdə Təqsirləndirilən şəxs övladı X6 doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-292/2022 saylı hökmündən (cild 1, iş vərəqə 149-153) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 22 (iyimi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olyanvararaq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olyanvararaq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olyanvararaq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində tutulma yerini, vaxtını, şəraitini, habelə tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən zorakılığa və işgəncəyə məruz qaldığını bildirməklə ittihamı mübahisələndirdiyindən məhkəmə onun iddia etdiyi dəlilləri və halları yoxlamağı vacib saymışdır. Bu səbəbdən də təqsirləndirilən şəxsin iddia etdiyi hallarla bağlı məhkəmə tərəfindən bir neçə sorğular göndərilmiş, habelə təqsirləndirilən şəxsə aid şəxsi işə baxış keçirilməsi üçün şəxsi işin məhkəməyə göndərilməsi tələb olunmuşdur. Daha sonra qeyd edilən məsələlərlə bağlı məhkəməyə daxil olmuş cavablar, o cümlədən təqsirləndirilən şəxsə aid şəxsi iş məhkəmə istintaqında tədqiq edilmişdir. Şəxsi işdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin MSY-yə təhvil verilmiş və həmin vaxt onun sağ gözünün alt hissəsində və sağ çiynində xəsarətlər aşkar edilmiş, Təqsirləndirilən şəxs isə həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixində Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, həmin vaxt o, tibbi müayinədən keçirilmiş və onun sağ gözünün alt hissəsində, eləcə də sağ çiynində xəsarətlər aşkar edilmiş, Təqsirləndirilən şəxs bu dəfə də həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını bildirmişdir. Habelə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə izahatla müraciət edərək həmin vaxt üzərində aşkar edilmiş xəsarətləri tutulmamışdan əvvəl aldığını bildirmişdir. Məhkəmə istintaqında qeyd edilən sənədlər tədqiq edilərkən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən həqiqətən də qeyd edilən xəsarətləri tutulmamışdan əvvəl alması barədə izahatla Bakı İstintaq Təcridxanasına müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində tutulduğu gün və sonraki müddətdə (Bakı İstintaq Təcridxanasına təhvil verilərkən) xəsarətlərin aşkar edilməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsini, başqa sözlə, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilməsini, onun bu və ya digər şəkildə işgəncəyə məruz qalmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs həmin vaxt üzərində olan xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsini iddia etməmiş, bu barədə heç bir səlahiyyətli dövlət orqanına müraciət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını dəfələrlə bildirmişdir. Təqsirləndirilən şəxs iddia etdiyi hallarla bağlı məhkəməyə yeni sübutlar təqdim etmədiyindən və onun iddia etdiyi hallar cinayət işinə əlavə edilmiş sübutlar əsasında müəyyən edilmədiyindən məhkəmə istintaqında həmin xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsi nəticəsinə gəlmək mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən hissədə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tutularkən və sonraki müddət ərzində polis əməkdaşlarının zorakılığına məruz qalmamış, onun üzərində həmin vaxt olan xəsarətləri isə o, hazırki iş üzrə tutulmamışdan əvvəl almışdır. Həmçinin məhkəmə istintaqında şahid qismində polis əməkdaşları da ifadə verərkən və cinayət prosesi iştirakçılarının suallarına cavab verərkən Təqsirləndirilən şəxs qarşı zorakılıq etmədiklərini, belə bir halın şahidi olmadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqında dindirilmiş polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını və döyülmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutularkən başqa polis əməkdaşlarının zorakılığına qaldığını iddia etsə də, bununla bağlı məhkəməyə dəqiq məlumat verməmiş, istinad etdiyi halların həqiqət olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən ifadəsində yalan məlumatlar göstərməklə həqiqəti gizlətməyə cəhd etmişdir. Bu isə o deməkdir ki, o, yalan ifadə verməklə səmimi olmamış, əksinə polis əməkdaşlarının fəaliyyətinə “kölgə” salmaq niyyətində olmuşdur. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında bu hissədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin sübutu yalan ifadə kimi qəbul etməklə qeyd edilən ifadəni mötəbər sübut hesab etmir. Bundan başqa, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs nə vaxt, haradan, hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə və kimdən külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatlarla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Nəsimi rayon Polis idarəsinə aparılması, orada onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi və həmin vaxt külli miqdarda, yəni 23,032 qram çəkidə narkotik vasitə heroinin onun üzərindən aşkar edilməsi, əməliyyat tədbirinin davamı olaraq həmin gün onun yaşadığı evə baxış keçirilməsi və həmin vaxt evdən 53,909 qram çəkidə narkotik vasitə heroinin, 11,810 qram çəkidə psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin aşkar olunaraq götürülməsi öz təsdiqini tapmşdır. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş edilmiş 05 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən narkotik vasitə və psixotrop maddələrlə bağlı “jarqon” terminlər vasitəsi ilə müxtəlif şəxslərə müxtəlif məzmunda mesajlar göndərərək faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həm üzərindən, həm də yaşadığı mənzildən külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin, eləcə də 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, o, həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini, həmçinin yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini həqiqətən də satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlayıb daşımış, qalan hissəsini isə yaşadığı evdə saxlamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində və yaşadığı mənzildə saxlaması, habelə üzərində daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla yanaşı, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, daha sonra amnistiya aktına əsasən onun çəkilməmiş cəzadan azad olunması öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, ona həmin əməl üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən bu hal Cinayət Məcəlləsinin 18.4.4cü maddəsinə əsasən cinayətlərin residivi yaratmır. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsə və həmin maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-2/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunmuş və yeni cinayət törədərkən onun üzərində çəkilməmiş cəzası olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmədiyi müddət ərzində ağır cinayət törətməsi cinayətlərin residivini yaratmamışdır. Ona görə də Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən ona əvvəlki cinayət əməlinə görə dövlət tərəfindən güzəşt edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini, buna baxmayaraq, onun islah olunmamasını, əksinə yenidən eyni kateqoriyadan olan qəsdən ağır cinayət törətməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan edilmiş 06 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1633 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Yasamal rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 22,932 qram və 53,809 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 11,710 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 22,932 qram və 53,809 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 11,710 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar