Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1130/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “As Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-nin qanuni təmsilçi funksiyasına malik olan direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11, mənzil 18-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 2, mənzil 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 may 2024-cü il tarixdə, saat 14:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi funksiyasına malik olan direktoru vəzifəsində işləməklə 21 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Yellow Mart” marketin direktoru Zərərçəkmiş şəxs yeni açılacaq marketə vitrin və soyuducuların quraşdırılmasına dair sifariş qəbul edib və sifarişi 5 oktyabr 2022-ci il tarixdə yerinə yetirib təhvil verəcəyi barədə yalan məlumat verib, Zərərçəkmiş şəxs inandırmaq və etibarını qazanmaq üçün onunla 245000 manat dəyərində sifariş olunan məhsulların qeyd olunan tarixdə təhvil verilməsi barədə 21 avqust 2022-ci il tarixli, 02/23 GSP nömrəli alqı-satqı müqaviləsi bağlamış və 23 avqust 2022-ci ildə ünvan 2 ünvanında qanunsuz olaraq, AA seriyalı, 30 nömrəli, 08.2022-ci il tarixli “Yellow Mart” marketdən ilkin ödəniş kimi 100.000 manat mədaxil olunmasına dair hüquq verən saxta kassa mədaxil orderi hazırlayıb, həmin saxta kassa mədaxil orderini Zərərçəkmiş şəxs təqdim etməklə saxta sənəddən istifadə edib həmin gün sonuncudan "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən ofisində öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldadıb 100.000 manat məbləğində pul vəsaitini ələ keçirərək, əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun rəhbəri olduğu "xxxx" MMC hüquqi şəxs kimi 2022-ci ilin yanvar ayından fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayında ona mobil telefon vasitəsilə zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsində marketi olduğunu, həmin marketdə vitrin və soyuducuların quraşdırılması işlərini görmək üçün layihə hazırlamaq lazım olduğunu bidirmişdir. O bununla bağlı həmin marketin yerləşdiyi ünvana getmiş, lakin orada market üçün vitrin və soyuducular quraşdırılmasına dair layihə hazırlamaq mümkün olmamışdır. Təxminən avqust ayında Zərərçəkmiş şəxs ona yenidən zəng edərək Həzi Aslanov metrostansiyası yaxınlığında başqa bir market açdığını bildirərək həmin market üçün də layihə hazırlamağı xahiş etmiş, o da həmin market üçün müvafiq layihə hazırlamışdır. Zərərçəkmiş şəxs onun şirkəti vasitəsilə market soyuducuları və avadanlıqları sifariş etmişdir. Onlar aralarında 45 gün ərzində həmin sifarişləri təhvil vermək barədə razılaşmış və layihəyə əsasən 100 min manat məbləğində də beh almış, lakin 45 gün ərzində layihə üçün lazım olan avadanlıqları təhvil verə bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs marketinin təmir işləri 4-5 ay yubandığından sifarişləri təhvil verə bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona ödəniş kimi edilmiş 100 min manat məbləğində pul vəsaitinin bir hissəsini müəyyən avadanlıqların alınması üçün ödəniş etmiş, digər hissəsini isə şirkətin işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs sifarişi əsasında gətirdiyi avadanlıqları saxlamağa yeri olmadığından və birincinin marketinin təmir işləri yubandığından həmin avadanlıqları digər marketlərə paylamalı olmuşdur. Dekabr ayında Tural zəng edib marketin hazır olduğunu, market üçün lazım olan avadanlıqları təmin etməyini tələb etmiş, sonuncuya marketi vaxtında hazır olmadığına görə gətirmiş olduğu avadanlıqları başqa marketlərə payladığını, yenidən sifariş vermək üçün ona vaxt lazım olduğunu izah etmişdir. Lakin Tural ondan beh kimi verdiyi pulu geri tələb etmiş, o isə Turaldan beh olaraq aldığı pulu obyektin icarəsi, işçilərin maaşlarına, avandanlıqlarına, digər işlərə xərclədiyi üçün həmin pulu qaytarmaqda çətinlik çəkdiyini izah etmişdir. Bu səbəbdən Tural başqa şirkətlə əlaqə saxlayaraq işlərinin tez həll edilməsi üçün onlarla razılaşmışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxslə razılıqlarına əsasən sonuncunun ödəməli olduğu 245 min manat məbləğində pul vəsaitinin 100 min manatını beh şəklində Zərərçəkmiş şəxs alarkən pulun nağd şəkildə ödənilməsini sonuncu ondan xahiş etmiş, o isə buna razılaşmışdır. Bu məqsədlə internet vasitəsilə mədaxil orderi nümunəsi tapmış, həmin order əsasında pulu qəbul etmiş və Zərərçəkmiş şəxs həmin mədaxil orderini vermişdir. Onun ofisin icarə haqqı, işçilərin maaşları və digər xərcləri olduğundan, həmçinin Zərərçəkmiş şəxs təmir işləri yubandığından, onun da öz növbəsində bir neçə yerdə yerinə yetirilməli olan öhdəlikləri olduğundan bütün sifarişləri eyni vaxtda yerinə yetirə bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığını, zərərçəkmiş şəxslə aralarında olan münasibətin mülki xarakterli mübahisə olduğunu, onunla barışmağa cəhd etdiyini, lakin Zərərçəkmiş şəxslə razılıq əldə edə bilmədiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı həmçinin məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə edən müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında "xxxx" MMC-ni yaratmış və hal-hazırkı dövrə kimi həmin şirkətin rəhbəri vəzifəsində işləmişdir. Bu şirkətin iş prinsipi anbar, restoran və market soyuducuları alıb həmin təşkilatlara satmaq olmuşdur. Həmin soyuducuları həm yerli, həm də xarici bazarlardan alaraq satışını təşkil etmişdir. Şirkətin ofisi Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşmiş, lakin hal-hazırda şirkətin ofisi fəaliyyət göstərmir. 2022-ci ilin iyul ayında bir nəfər Tural Baxcaliyev adlı şəxs onun ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək dükanına soyuducular almaq istədiyini bildirmiş, daha sonra o, dükanın olduğu Masazır qəsəbəsinə getmişdir. Orada onunla görüşüb həmin marketə lazım olan soyuducuların təşkil edilməsi məsələsini danışmışlar. Lakin həmin marketin icarəyə götürülməsi məsələsi alınmadığından ora soyuducular təşkil etməmişlər. 2022-ci ilin avqust ayında o, yenidən Zərərçəkmiş şəxslə Həzi Aslanov metrosunun yaxınlığında yerləşən marketdə görüşüb onun icarəyə götürəcəyi obyektə baxış keçirmişdir. Həmin dükana avadanlıqlar təşkil etmək üçün 245.000 manatlıq bir lahiyə vermişdir. Tural onunla razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq beh kimi Zərərçəkmiş şəxs 100.000 manat pul almış və ona kassa mədaxil orderi vermişdir. Həmin malları o, 40 gün müddətində təhvil verməli olmuş, lakin götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Turaldan aldığı 100.000 manat pulu şirkət xərcləri, icarə pulu, işçi pulları və digər yerlərə xərcləmişdir. O, fiziki şəxs kimi fəaliyyət göstərmiş, onun müqavilədə göstərildiyi kimi "xxxx" QSC-də bank hesabı vardır. Müştəri nağd şəkildə ödəniş etdiyi üçün pulu köçürmə yolu ilə qəbul etməmişdir. Həmin orderi özü tərtib etdiyi üçün blanksız, nömrə qoyulmadan verilmişdir. Orderin verilmə tarixi müqavilədə göstərilən tarixlə eyni vaxtda olmuş, lakin tarix qoyulması yadından çıxmışdır. Rəhbər yazılan sözün qarşısından çəkilən imza ona məxsus olmuş, Zərərçəkmiş şəxs avadanlıqların alınması üçün aldığı 100.000 manat pulu xərclədiyinə görə o, marketə təqdim ediləcək avadanlıqları təmin edə bilməmişdir. Kassa mədaxil orderləri MMC tərəfindən mətbəədə sifariş olunmuş və müvafiq nömrələr qeyd olunmuşdur. İnternetdə kassa mədaxil orderinin nümünəvi formasını xahişi əsasında mühasib Şahid1 çap edib üzərində heç bir qeydlər aparmamışdır. Daha sonra özü internetdən kassa mədaxil orderinin nümunəsini tapıb üzərində nömrə 30, "xxxx" MMC qeyd etmişdir. MMC-də kassa aparatı və MMC-nin Maliyyə Nazirliyində qeydiyyatda olmamasına görə mətbəədə çap olunan kassa mədaxil orderinin verilməsi qanunsuzdur. Kassa mədaxil orderi onun tərəfindən əl yazısı ilə doldurularaq tərəfindən imza edilməklə möhürlənmişdir. Zərərçəkmiş şəxs almış olduğu 100.000 manat pulu işçilərin əmək haqlarına, icarəyə və pulun çox hissəsini isə özünün şəxsi işlərinə sərf etmişdir. Həmin alınmış pula dair vergi bəyannaməsi də verməmişdir. "xxxx" MMC-nin 6 işçisi olmuş və işçilərlə xx.xx.2022-ci ildə əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə isə əmək müqavilələrinə xitam verilmişdir. İşçilərin maaşları onun tərəfindən minimum əmək haqqı məbləğində, yəni 300 manat nağd şəkildə ödənilmişdir. "xxxx" MMC-nin rəsmi şəkildə debitor və kedit borcu yoxdur (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 22-23; 69-70; 99-101; Cild 2, 146-147;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər marketlər şəbəkəsində satış direktoru işləmiş, sonra özünə məxsus evi sataraq iş qurmağı qərarlaşdırmışdır. Sosial şəbəkələrdə açmaq istədiyi marketə lazım olan avadanlıqların alınması üçün bir çox şirkətlərlə danışmış, lakin danışdığı həmin şirkətlərdə qiymətlər baha və ya avadanlıqların gətirilməsi üçün zaman tələb etdiyindən dostları ona Təqsirləndirilən şəxs şirkəti olan "xxxx" MMC-ni məsləhət görmüşdür. O da "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, danışıq zamanı Təqsirləndirilən şəxs market avadanlığı satmasını təsdiq edərək onu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ofisinə dəvət etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs layihəyə uyğun olaraq marketi rəflər və soyuducularla təmin edəcəyini bildirmiş, onlar bu barədə razılaşmış, xx.xx.2023-cü il tarixdə 02/23GSP saylı alqı-satqı müqaviləsi bağlamaqla avadanlıqlar üçün 100 min manat avansı nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs aldığı avans qarşılığında ona AA seriyalı 30 saylı kassa mədaxil orderi təqdim etmişdir. Razılaşmaya əsasən 45 gün müddətində avadanlıqlar ona təhvil verilməli idi, lakin Təqsirləndirilən şəxs tərəfindən hər dəfə müxtəlif bəhanələr irəli sürülərək avadanlıqlar ona təhvil verilməmiş, ona yalan vədlər verərək onu aldatmışdır. Belə ki, o, 45 gün ərzində hər gün Təqsirləndirilən şəxslə danışdıqda sonuncu 45 gün ərzində sifarişi yerinə yetirəcəyini bildirmiş, 45 gündən sonra da mütəmadi danışmalarına baxmayaraq, Nicat hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Sonda Nicatın onu aldatdığını başa düşərək bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. O da marketini aça bilmək üçün kredit götürmək məcburiyyətində qalmış, başqa bir şirkətlə razılaşmış və avadanlıqları təhvil almışdır. Lakin Təqsirləndirilən şəxs ona vurduğu zərərə görə götürmüş olduğu krediti ödəyə bilməmiş və iflas edərək açmış olduğu marketi bağlamışdır.
8. Verilən suallara cavab zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMC adında şirkət yaratması, MMC-nin ofsində 2- 3 nəfər işçisinin olması onda Təqsirləndirilən şəxs qarşı etimad yaratmışdır. Təqsirləndirilən şəxslə danışıq apararkən ona başqa bir yerdə “Araz” marketin avadanlıqlarını yığdığını bildirmiş, lakin sonradan həmin marketin də avadanlıqlarını Nicatın yox, başqa bir şirkətin yığdığını öyrənmişdir. Təqsirləndirilən şəxs guya onun marketi vaxtında təmir olunmadığı üçün onun avans kimi verdiyi pulun hesabına aldığı avadanlığı saxlamağa yeri olmadığına görə həmin avadanlıqları başqa marketlərə paylamasına dair verdiyi ifadə tamamilə yalandır. Belə ki, onun marketində təmirlə bağlı hər hansı gecikmə olmamış, əksinə Nicatdan dəfələrlə avadanlıqları gətirdiyi halda marketə gətirməsini tələb etmişdir. Nicat avadanlıqları ona təhvil verdiyi halda, həmin avadanlıqları harada, necə saxlayacağı və istifadə edəcəyi onun özünə aid olmuşdur. Nicat belə ifadələr verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, bu səbəbdən ondan şikayətçi olduğunu və onunla barışmadığını bildirərək qanunvericiliyə uyğun olaraq ona cəza təyin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxslə iş yoldaşı olmuş, Zərərçəkmiş şəxs isə tanımamışdır. 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özü "xxxx" adlı MMC təsis etmiş, MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçərək ünvan 3 ünvanını notariat qaydasında icarə müqaviləsi əsasında icarəyə götürməklə aylıq 10.000 manat icarə haqqı ödəmişdir. O, "xxxx" MMC-nin rəsmi işlərinin mühasibatlıq uçotunu həyata keçirmişdir. "xxxx" MMC-nin “Acsses Bank” Nərimanov rayon filialında AZ32AGAB******************** nömrəli bank hesabı olmuşdur, həmin hesablaşmanın rəsmi hissəsi onun tərəfindən icra olunmuş, lakin hesabdan pul çıxarışları direktor, yəni Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. O, "xxxx" MMC-nin rəsmi mühasibatlıq uçotunu aparmışdır, onun Təqsirləndirilən şəxs qeyri-rəsmi kimlərdənsə pul almasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında müqavilə bağlanmasından məlumatı olmamışdır. Şirkət tərəfindən rəsmi işlərdə görülən layihələr hamısı yerinə yetirilmiş, şirkətə verilən məbləğlərin bank hesabına mədaxil edilməsi və çıxarılması yalnız şirkət direktoruna aid olmuşdur.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında "xxxx" MMC-ni yaratmış və həmin şirkətin rəhbəri vəzifəsində işləmişdir. Bu şirkətin iş prinsipi anbar, restoran və market soyuducuları alıb təşkilatlara satmaq olmuşdur. Nicat şirkətin fəaliyyəti üçün Nərimanov rayonunda 2200 kvadrat metrdən ibarət böyük bir obyekt icarəyə götürmüşdür. Digər oğlu Ülvi İbayev də həmin MMC-də işləmişdir, lakin onun hansı işlə məşğul olmasını bilməmişdir. Bir ata kimi oğlanları Nicatın və Ülvinin işlərinə qarışmamışdır. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs market avadanlıqları alınması üçün 100.000 manat pulun alınmasından sonradan xəbəri olmuş, Zərərçəkmiş şəxslə bu barədə danışmış, ona dəymiş ziyanı geri ödəyəcəyini bildirmişdir.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 4 aprel 2023-cü il tarixli qərardan və toplanmış müvafiq materialdan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə “Yellow Mart” marketinə soyuducu və rəflərlə təmin edəcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq ümumilikdə 100.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsinə dair sonuncunun 2 fevral 2023-cü il tarixli ərizəsi əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v. 1-27;).
13. 21 avqust 2022-ci il tarixli 02/23GPS nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə “Yellow Mart” marketin direktoru Zərərçəkmiş şəxs arasında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 245.000 manat dəyərində market vitrin və soyuducuların 5 oktyabr 2022-ci il tarixədək təhvil verilməsinə dair müqavilə imzalanmış, avans olaraq 100.000 manat pul vəsaitinin alınmasına dair AA seriyalı 30 №-li günü qeyd edilməyən kassa mədaxil orderi verilmişdir (Cild 1, i.v. 6-9).
14. Zərərçəkmiş şəxs ərizəsi əsasında müstəntiq S.A.Ağayev tərəfindən o, 10 aprel 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.32).
15. “İfadənin yerində yoxlanılması haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsi ibtidai istintaq zamanı yerində yoxlanılmış, hadisənin ünvan 4 ünvanda hazırda “Pro Service” adlı başqa bir müəssisənin fəaliyyət göstərməsi müəyyən edilmişdir (Cild 1, i.v.42-44;).
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 11 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 45;).
17. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Şəxsin barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 may 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunmuş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (Cild 1, i.v. 50-53).
18. “Axtarışda olan şəxsin tutulması barədə” 7 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (Cild 1, i.v. 54).
19. “Cinayət işinin icraatının təzələnməsi haqqında” 7 iyun 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq S.A.Ağayev tərəfindən ********* saylı cinayət işinin icraatı təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 55).
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 4(005)-867 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 7 iyun 2023cü il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 24 avqust 2023-cü il tarixli, 4(005)- 1259/2023 saylı, 28 oktyabr 2023-cü il tarixli, 4(005)-1524/2023 saylı və 25 noyabr 2023cü il tarixli, 4(005)-1616/2023 saylı qərarlarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 dekabr 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 82-86; 139-143; Cild 2, 119-122;172-176;).
21. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 11 iyul 2023-cü il tarixli, 1884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (Cild 1, i.v. 105-107).
22. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 7 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hüquqi ünvanı ünvan 5da olan "xxxx" MMC-nin istifadəsində olan "xxxx" QSC Nərimanov filialında AZ32ACAB******************** saylı hesabı olmaqla xx.xx.2023-cü il tarixdə və ondan sonrakı tarixlərdə “Yellow Mart” market tərəfindən "xxxx" MMC-nin istifadəsində olan "xxxx" QSC Nərimanov filialında AZ32ACAB******************** saylı hesaba vitrin və soyuducuların alınması üçün 100.000 manat pulun mədaxil olunması isə ümumiyyətlə müəyyən edilməmişdir (Cild 1, i.v. 156-160).
23. "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, nizamnamə kapitalı 20 manat, hər biri 0.2 manat olmaqla 100 paydan ibarət olan cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Təqsirləndirilən şəxs olmuş, MMC 24 yanvar 2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmişdir (Cild 1, i.v. 172-176;).
24. Cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 tərəfindən təqdim edilmiş X9 Bəyannamələrindən görünür ki, “Yellow Mart” marketə vitrin və soyuducuların alınması üçün Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs verilmiş 100.000 manat pulun X5 bəyannaməsi verilməmişdir (Cild 1, i.v. 242-258, Cild 2, i.v. 1-83).
25. “Baxış keçirilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, “İnstagram” sosial şəbəkəsində "xxxx" MMC-yə məxsus internet səhifəsinə baxış zamanı, “Coldline.az” kimi qeyd olunmuş səhifədə 202 ədəd müxtəlif mağaza avadanlıqlarının, vitrin soyuducuların, soyuducu konteynerlərin fotoşəkilləri olmaqla səhifənin 5386 izləyici vardır və səhifədə ***-***-**-** vatsap nömrəsi qeyd edilmişdir. Baxış zamanı səhifədən çıxarışlar edilərək protokola əlavə edilmişdir (Cild 2, i.v. 98-104).
26. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 2 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 21 avqust 2022-ci il tarixli 02/23GPS nömrəli alqı-satqı müqaviləsi, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs imzası ilə tərtib edilmiş günü qeyd edilməyən ay 08, ili 2022-ci il qeyd edilmiş kassa mədaxil orderi, "xxxx" MMC-yə məxsus bank hesabından çıxarış və X9 Bəyənnamələri iş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 2, i.v. 123-131).
27. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 6 noyabr 2023-cü il tarixli müstəntiq Samir Ağayevin qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 2, i.v. 139-140).
28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Samir Ağayev tərəfindən tərtib edilmiş ittiham aktı 25 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, 157- 165).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
29. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
31. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
32. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
33. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.3-cü maddəsinə görə dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
34. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
35. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
36. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
37. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
38. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alqı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur.
39. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur (qərarın 23-cü bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi).
40. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs külli miqdarda pulunu ələ keçirmək məqsədi ilə onunla alqı-satqı müqaviləsi bağlamaqla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək görüntüsü yaradaraq saxta kassa mədaxil orderi təqdim etməklə özünə inam və etibar yaratmışdır. O, Zərərçəkmiş şəxs etibar və inam yaratdıqdan sonra, müqaviləyə əsasən market avadanlıqlarını 5 oktyabr 2022-ci il tarixədək təhvil verilməsinə dair yalan vədlər vermişdir ki, belə halda təqsirkarın əməli etibardan sui-istifadə etmə kimi qiymətləndirilməlidir. Bütün bunlar onu sübut edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını, yəni zərərçəkmiş şəxsin əmlakını əvəzsiz ələ keçirmək niyyəti onda zərərçəkmiş şəxsin əmlakını əldə edənədək yaranmışdır. Təqsirləndirilən şəxs özgə şəxsin əmlakını dələduzluqla ələ keçirdiyini əvvəlcədən dərk etmiş, bunu arzulamış və öz niyyətini özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla başa çatdırmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə alqı-satqı müqaviləsi bağlayıb yalan və əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı vədlər vermiş, onu inandırıb etibarını qazanmış, etibarından sui-istifadə edib onu aldatmış, eyni zamanda şirkətin qanuni təmsilçi funksiyasına məxsus direktoru kimi tutduğu qulluq mövqeyindən, zahiri görüntü yaradıb istifadə etməklə külli miqdarda pulu ələ keçirmişdir. Həmçinin, onun əməli öz vəzifəsində sui-istifadə etməklə törətmə kimi deyil, özünün qulluq mövqeyindən inandırma və görüntü yaratmaq üsulundan istifadə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ona pul verməsinə dair qarşılıqlı razılaşmamışdan əvvəl niyyəti özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu direktoru olduğu "xxxx" MMC-nin hesabına keçirməmiş, bank hesabına mədaxil etməmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulu sonuncu tərəfindən günü qeyd edilməyən kassa mədaxil orderi tərtib edilərək marketi avadanlıqlarla təmin edəcəyi vədlərinə inanıb və etibar edib inandığından şəxsən özünə vermişdir.Belə olan halda təqsirləndirilən şəxsin aldadıb aldığı pulu geri qaytarmaması uğursuz kommersiya fəaliyyəti kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu özünün şəxsi ehtiyaclarına və "xxxx" MMC-nin hansısa xərclərinə sərf etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında olan razılığın yerinə yetirilməsi üçün hər hansı real hərəkət etməsini təsdiq edə biləcək sübutun olmasına dair müdafiə tərəfi hər hansı sənəd təqdim edə bilməmiş, həmin hal məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir.
41. Eyni zamanda, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittihamla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən CM-in 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə verilmiş ittihamın CM-in 320.1-ci maddəsi ilə tam əhatə olunduğu qənaətinə gəldiyini bildirərək ona verilmiş ittihamdan CM-in 320.1-ci maddəsi ilə olan rəqəm ifadəsinin xaric edilməklə əməlinin CM-in 320.1-ci maddəsi ilə tövsif edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
42. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2ci maddələri ilə verilmiş ittiham üzrə onun törətdiyi əməllərin məzmunu düzgün tövsif edilsə də, həmin əməllərin cinayət qanunvericiliyində ifadə olunan rəqəm ifadəsi düzgün göstərilməmişdir.
43. Belə ki, cinayət qanunvericiliyində hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaya görə CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 320.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur.
44. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun qərarında göstərilmişdir ki, CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
45. Həmin qərarda göstərilmişdir ki, göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər və imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma hərəkətləri vasitəsilə törədilə bilər. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Həmin cinayətin törədə biləcəyi nəticə isə şərh olunan cinayət tərkibindən kənarda qalır.Subyektiv cəhətdən cinayət birbaşa qəsdlə törədilir. CM-in 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir.
46. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin rəqəm ifadəsi həmin hissədə CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Göstərilənləri nəzərə almaqla, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər CM-in 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməli, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən (CM-in 320.1-ci maddəsi) və ağır (CM-in 178.3.2-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir.
47. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.
48. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə həmin saxta sənəddən istifadə edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
49. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
50. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
51. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
52. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
53. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
54. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
55. Təqsirləndirilən şəxs ifadələrində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmədiyini, hər hansı sənədi qanunsuz hazırlamadığını, saxta sənəddən istifadə etmədiyini, direktoru olduğu şirkətlə sonuncu arasında müqavilə bağlayaraq öhdəliklərini yerinə yetirdiyini, lakin Zərərçəkmiş şəxs ona verilməli olan avadanlıqları qəbul edə bilmədiyindən, özünün isə həmin avadanlıqları saxlamağa başqa yeri olmadığından onları başqa öhdəliklərinin icrası ilə bağlı istifadə etdiyini, Zərərçəkmiş şəxs pulu aldıqdan sonra ona saxta kassa mədaxil orderi vermədiyini, əldə etdiyi pulu rəhbəri olduğu şirkətin hesabına mədaxil etməsə də, əsasən həmin şirkətlə bağlı xərclərə sərf etdiyini, lakin uğursuz kommersiya fəaliyyəti ilə əlaqədar Zərərçəkmiş şəxs qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
56. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla, bilə-bilə həmin saxta sənəddən istifadə edib öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
60. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
61. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini və 30 yaşında olmaqla cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
62. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
63. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
64. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
65. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.
66. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən özünün qulluq mövqeyindən istifadə etməsini nəzərə alaraq onun müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini qanuna uyğun hesab edir.
67. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
68. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
69. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
70. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
71. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
72. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 7 iyun 2023-cü il tarixdə tutulmuş, 9 iyun 2023-cü il tarixdə barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əvvəli 7 iyun 2023-cü il tarixdən hesablanmaqla 2 (iki) ay 23 (iyirmi üç) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 24 avqust 2023, 28 oktyabr 2023 və 25 noyabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
73. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 7 iyun 2023-cü il tarixdən hesablanmalıdır.
74. Zərərçəkmiş şəxs vurulan maddi ziyan tam ödənilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir.
75. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
76. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir.
77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla 21 avqust 2022-ci il tarixli 02/23GPS nömrəli alqı-satqı müqaviləsi, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs imzası ilə tərtib edilmiş günü qeyd edilməyən ay 08, ili 2022-ci il qeyd edilmiş kassa mədaxil orderi, "xxxx" MMC-yə məxsus bank hesabından çıxarış və X9 Bəyənnamələri cinayət işinin materiallarında saxlanılmalıdır.
78. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
81. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları tam toplamaq yolu ilə əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 7 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 21 avqust 2022-ci il tarixli 02/23GPS nömrəli alqı-satqı müqaviləsi, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs imzası ilə tərtib edilmiş günü qeyd edilməyən ay 08, ili 2022-ci il qeyd edilmiş kassa mədaxil orderi, "xxxx" MMC-yə məxsus bank hesabından çıxarış və X9 Bəyənnamələrinin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs izah edilsin ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.