Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1131/2020 18.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 Saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2020-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Novxanın kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində olan torpaq sahəsində əkib, vaxtaşırı olaraq suvarmaqla, kolların diblərini alaq otlarından təmizləməklə və xüsusi qayğı göstərməklə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etməklə, qanunsuz olaraq külli miqdarda çətənə bitkisi yetişdirmiş, xx xxx 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları, daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, həmin həyətyanı sahəyə baxış keçirilərkən oradan sonuncuya məxsus, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, ümumi sayı 28 (iyirmi səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1050 qram olan bitki nümunələri və ümumi sayı 103 (yüz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 135 qram olan bitki şitilləri, əkib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, narkotik vasitədən istifadə edir. İstifadə üçün aldığı marixuananın toxumlarını özündə saxlayırmış. 2020-ci ilin aprel ayında yaşadığı evin həyətəyanı sahəsində narkotik vasitə əkib-becərmək məqsədi ilə özündə olan çətənə toxumlarını torpaqda əkərək qulluq etməyə başlamışdır. O, daimi həmin şitillərin dibini yumşaldıb, sulayıb onları yetişdirirmiş. xx xxx 2020-ci il tarixdə saat təxminən 21:00 radələrində evin qarşısında polis əməkdaşları ona yaxınlaşdılar. Polis əməkdaşları özlərini təqdim edib onun narkotik tərkibli bitkilərin qanunsuz olaraq əkilibbecərilməyində şübhəli olduğunu dedilər. Polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirdilər. Orada vəkil və aqronom da var idi. Onun üzərindən qanunsuz heç nə aşkar edilmədi. Daha sonra yaşadığı evin həyətinə baxarkən həyətdə özünün əkib yetişdirdiyi ümumilikdə 131 ədəd çətənə şitilləri və bitkisi aşkar olundu. Həmin bitkilər 5 sm-dən 40 sm-dək hündürlükdə idilər. Həmin çətənə kolları götürüldü, qablaşdırılıb üzərində iştirakıçılarla bərabər özüdə imza etmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən evdən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar olunmadı. Çətənə şitillərini öz istifadəsi üçün yetişdirmişdir. Həmin toxumlar özü istifadə etdiyi və tanımadığı şəxsdən müxətlif vaxtlarda əldə etdiyi narkotik vasitələrin toxumları idi. Şahid1 Hafiz oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. O, Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkisinin əkini ilə məşğul olması barədə ona məlumat daxil olmuşdu. xx xxx 2020-ci il tarixdə onun, Abşeron RPİ-nin baş əməliyyat müvvəkkili Şahid2, mütəxəssis Şahid3 və Abşeron rayon Vəkil Bürosunun vəkili Coşqun İsgəndərovun iştirakları ilə xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanıldı. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədi ilə yaşadığı evin həyətinə axtarış və baxış keçirmək zərurətinin yarandığını izah etmişlər. O, heç-bir etirazının olmadığını bildirdi. Onlar onun yaşadığı evin həyətinə baxış keşçirmişlər. Həyətdə yerləşən torpaq sahəsində 131 ədəd çətənəyə bənzər bitki aşkar edildi. Şahid3 həmin bitki və şitillərin çətənə bitkisi olduğunu dedi. Onlar həmin bitkiləri kökündən çıxarıb qablaşdırdılar. Qablaşmanı o, və digər iştirakçılar imzalamışlar. Bundan sonra qablaşma möhürlənmişdir. Bu barədə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Sabit Yusifov tərəfindən protokol tərtib olundu, protokol oxunduqdan sonra o, və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. O, Abşeron RPİ-ində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkisinin əkini ilə məşğul olması barədə daxil olan məlumat əsasındaxx xxx 2020-ci il tarixdə onun, əməliyyat müvvəkkili Şahid1 mütəxəssis Şahid3 və vəkil Coşqun İsgəndərovun iştirakları ilə Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə baxış keşçirmişlər. Həyətdə yerləşən torpaq sahəsində 131 ədəd çətənəyə bənzər bitki aşkar edildi. Mütəxəssis Şahid3 həmin bitki və şitillərin çətənə bitkisi olduğunu dedi. Həmin bitkiləri kökündən çıxarılıb qablaşdırıldı. o, və digər iştirakçılar imzalamışlar. Bundan sonra qablaşma möhürləndi. Bu barədə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Sabit Yusifov tərəfindən protokol tərtib olundu, protokol oxunduqdan sonra o, və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirakı ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. Onun ixtisası aqronomdur. xx xxx 2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları onu Abşeron RPİ-nə dəvət edərək, Abşeron rayonu, Novxanı kəndində yaşayan bir nəfərin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini dedilər. O, Polis əməkdaşları ilə həmin ünvana getmiş, orada polis əməkdaşları Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini, əgər həyətdə saxlanılması qadağan olunan əşya varsa könüllü olaraq təqdim etməsini dedilər. Təqsirləndirilən şəxs həyətində narkotik vasitə olan marixuana yetişdirdiyini dedi və həmin marixuana kollarını təqdim edərək öz istifadəsi üçün əkdiyini əlavə bildirdi. Həmin marixuana kolları onlar tərəfindən sayılmış, kolların sayı 131 ədəd təşkil etmiş və kollar sintetik materialdan olan torbada qablaşdırılmışdır. Məhkəmədə ifadələri elan olunub araşdırılmış Şahid4 ifadəsində istintaq zamanı xx xxxxxx 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində halhazırda tək yaşayır, oğlu Əliyev X4 rayon Məhkəməsi tərəfindən tutulmamışdan öncə onunla bir evdə yaşayırmış. Asifin tutulmasından 5-6 ay qabaq Aisfin həyətdə ondan gizlin siqaret çəkməyə başladığını hiss etmişdir. O, Asifə nə üçün siqareti kənarda çıkdiyni soruşanda, sonuncu ona evdə siqaret çəkmək istəmədiyni bildiribmiş. O, Asifin dediklərinə məhəl verməmiş, çünki oğlu Asif həmişə yaxşı ədəbli, ərkanlı olmuşdur. Asifin həyətdə nə işlə məşğul olduğundan onun xəbəri olmamışdır. xx xxx 2020-ci il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı evdə olan zaman, həyətə polis əməkdaşları oğluna yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, oğlunun narkotik tərkibli bitkilərin qanunsuz olaraq əkilib-becərilməyində şübhəli olduğunu demişlər. Daha sonra orada oğluna video çəkilişlə hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin, mütəxəssis aqronom və polis əməkdaşlarının iştirakıları ilə Asifin üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç nə aşkar edilməmişdir. Daha sonra fərdi yaşayış evilərinin həyətyanı sahəsinə baxılarkən, həyətdə ümumilikdə 131 ədəd narkotik təbiətli çətənə şitilləri və bitkisi aşkar olunmuşdur. Qeyd olunan narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülmüşdır. O, həmin vaxt, oğlunun həyətdə qanunsuz olaraq, narkotik vasitə çətənə kolu əkdiyni bilmişdir. Həmin andan qabaq, oğlunun həyətdə çətənə kolu əkmsəində onun xəbəri və məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış baxış və götürmə barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evin həyətinə axtarış və baxış keçirilən zaman torpaq sahəsində narkotik vasitə olan çətənə bitkilərinin və şitillərinin əkildiyi aşkar edilmişdir. Mütəxəssis həmin marixuana «çətənə» bitkiləri və şitillərinə xüsusi qulluq göstərildiyini bildirmişdir. Aşkar edilən çətənə bitkiləri və şitilləri dibindən çıxarılaraq sayılmış və oradan 28 ədəd yaş vəziyyətdə çətənə bitkisi və 103 ədəd çətənə şitilləri təşkil etdiyi göstərilmişdir. Çətənə bitkiləri və şitilləri sintetik materialdan olan torbaya yığılaraq qablaşdırılmışdır. Məhkəmədə nümayiş etdirilən şəxsi axtarışı, baxış və götürmə protokoluna əlavə edilmiş «DVD» diskdən görünür ki, xx xxx 2020-ci il tarixdə saat Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evin həyətinə axtarış və baxış keçirilən aşkar edilmiş marixuanaya bənzər, yaş halda, yaşıl rəngli 131 ədəd yaşıl rəngli kütlələr sintetik materiallı torbada qablaşdırılır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...1) Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan 01 (bir) ədəd sintetik torbadakı ümumi sayı 28 (iyirmi səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi-1050 qram olan bitki nümunələri və ümumi sayı 103 (yüz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi-135 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və şitilləridir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertitzasının xx xxxx 2020-ci il tarixli, 1526 nömrəli rəyindən görünür ki, əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən baxış zamanı götürülmüş 131 ədəd ümumi çəkisi ekspertiza tədqiqatından sonra qalıq qalan 1184,44 qram olan çətənə bitkisi və şitilləri, maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları keyfiyyət xarakterləri və sübutların qiymətləndirilməsinə qanunvericilik tərəfindən verilən tələblər baxımından ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs başqa mənbədən əkilibbecərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2020-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Novxanın kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində olan torpaq sahəsində əkib, vaxtaşırı olaraq suvarmaqla, kolların diblərini alaq otlarından təmizləməklə və xüsusi qayğı göstərməklə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etməklə, qanunsuz olaraq külli miqdarda çətənə bitkisi yetişdirməsi, xx xxx 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları, daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı, həmin həyətyanı sahəyə baxış keçirilərkən oradan sonuncuya məxsus, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, ümumi sayı 28 (iyirmi səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1050 qram olan bitki nümunələrini və ümumi sayı 103 (yüz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 135 qram olan bitki şitillərinin, əkibbecərilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinimn və şitillərinin aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin tərkibinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlininn həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat xərclənmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Abşeron rayon vəkil bürosunun vəkili X3 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 180 (yüz səksən) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 120 (yüz iyirmi) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına verilmiş- Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən baxış zamanı götürülmüş 131 ədəd ümumi çəkisi ekspertiza tədqiqatından sonra qalıq qalan 1184,44 qram olan çətənə bitkisinin və şitillərinin dövriyyəsi qadağan edildiyi üçün məhv edilmələrini əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin və psixotrop maddələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik tərkibli bitkilərin və şitillərin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu - xx xxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alıb Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq hesab edir. Məhkəmədə elan edilib araşdırılmış Novxanı kənd Nümayəndəsi tərəfindən verilmiş xasiyytənamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, yaşadığı yer üzrə müsbət xaakterizə olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs oğluna hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat X1 ödənilməsi üçün Abşeron rayon vəkil bürosunun hesabına, 120 (yüz iyirmi) manat Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına verilmiş- Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən baxış zamanı götürülmüş 131 ədəd ümumi çəkisi ekspertiza tədqiqatından sonra qalıq qalan 1184,44 qram olan çətənə bitkisinin və şitillərinin dövriyyəsi qadağan edildiyi üçün məhv edilsinlər. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1131/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1131/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver