Məhkəmə qərarları › İş №1(101)-1131/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1131/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1131/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, müdafiəçilər– Müdafiəçi2 və Müdafiəçi1, zərərəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1968-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17a, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1 MMC-nin 10 aprel 2013-cü il tarixdən 16 oktyabr 2017-ci il tarixədək direktoru və təsisçisi olmaqla həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 m2 olan 3 otaqlı 30 nömrəli mənzilin 2006-2013-cü illər ərzində "xxxx" MMC-nin direktoru olmuş Şahid5 tərəfindən Zərərçəkmiş şəxs3 2012-ci ilin fevral ayında mənzilin ümumi dəyəri 108.000 manata razılaşılmaqla ilkin ödəniş kimi sonuncu tərəfindən MMCyə 12.000 manat ödənildikdən sonra həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs3 adına 13 fevral 2012-ci il tarixli mənzil alqı-satqı müqaviləsi, mənzilin qalan dəyəri sonuncu tərəfindən 2013-cü ilin mart ayına qədər müxtəlif məbləğlərdə, cəmi 108.000 manat ödənildikdən sonra 15 mart 2013-cü il tarixli tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməklə satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2007-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin binanın 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin satış qiyməti olaraq razılaşdırılmış 109.000 manat pul vəsaitindən 60.000 manat ilkin ödəniş ödəməklə mənzili almış Şahid7 qeyd edilən mənzili satın almaq məqsədilə 2014-cü ilin aprel ayının sonlarında müraciət etmiş Zərərçəkmiş şəxs4 ilə Şahid7 mənzil alqı-satqısına dair aralarında razılığa gəldikdən sonra birlikdə Cəmiyyətə gedərək mənzilin Zərərçəkmiş şəxs4 adına keçirilməklə alqısatqısının həyata keçirilməsi zamanı sonuncuya həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli mənzilin heç kəsə satılmamış boş mənzil olmasını, həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs3 satılmaqla sonuncunun adına rəsmiləşdirilməsini gizlətməklə bildirib, mənzili 10-cu mərtəbədə yerləşən eyni ölçülü və otaq sayı olan mənzilin əvəzi kimi aldatmaqla qəsdən təklif edib həmin mənzili 136.000 (bir yüz otuz altı min) manata ona sata biləcəyini yalandan bildirməklə, Əlfi Rüstəmzadədə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, mənzilin ona satılmasına razılaşıb həmin adla 30 aprel 2014-cü il tarixdə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən satış ofisində maliyyə arayışında mənzilin ümumi dəyəri 109.900 manat qeyd edilsə də, Zərərçəkmiş şəxs4 136.000 (bir yüz otuz altı min) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitinin 85.000 (səksən beş min) manatını Şahid7 tərəfindən mənzilin alınması zamanı ödənilmiş pulun əvəzi olaraq sonuncuya qaytardıqdan sonra qalan 51.000 (əlli bir min) manatı özünə götürüb, həmin ofisdə vəzifəli şəxs qismində tamah niyyətilə 30 nömrəli mənzilin Zərərçəkmiş şəxs4 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 30 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla imzalayıb Cəmiyyətin möhürü ilə şəxsən təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs4 təqdim edib, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ona külli miqdarda - 136.000 (bir yüz otuz altı min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətlərilə Zərərçəkmiş şəxs3 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 16.10.2017-ci il tarixdən "xxxx" MMC-nin direktoru olan Şahid10 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, o, özü və Şahid10 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzili Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, Şahid5 vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitini alıb həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləməsi ilə əlaqədar buna dair özü tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verməklə satmasına baxmayaraq, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə, heç kəsə satılmamış boş mənzil kimi 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəyini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən satış ofisində Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Şahid10 iştirakı ilə alıb, vəzifəli şəxs qismində tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla Şahid10 tərəfindən qəsdən fərqli formada imzalanıb, özü tərəfindən isə Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində bir qrup şəxs halında, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş və Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib, onun hüquqlarına və qanuni mənafelərinə Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin Cəmiyyətin direktoru və təsisçisi vəzifəsində işləyərkən, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 92 m2 olan 2 otaqlı 4 nömrəli mənzili tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs5, 2016-cı ilin sentyabr ayında 147.200 (bir yüz qırx yeddi min iki yüz) manat məbləğində pul vəsaiti almaqla, həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləməsi ilə əlaqədar buna dair özü tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş sonuncunun adına 20 sentyabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verməklə satmasına baxmayaraq, həmin hündürmərtəbəli binanın 2004-cü il tarixdən etibarən tikintisinin aparılması məqsədilə Şahid9 və X6 yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinin sökülməsi zamanı sonuncularla Cəmiyyət arasında yaranmış mübahisə ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Şahid9 və X7, digər tərəflərə, eləcə də, "xxxx" MMC-yə qarşı “mənzillə təmin edilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi əsasında Nəsimi rayon məhkəməsində mülki işə baxılarkən Sevinc və Sevil Həsənovaların mənzillə təmin edilməsi üçün 4 nömrəli həmin mənzilin əvvəlcədən özü tərəfindən Zərərçəkmiş şəxs5 satılaraq sonuncunun adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi təqdim edilməsindən ötrü 21.04.2017-ci il tarixli 106 saylı məktubla məhkəməyə təklif etməsi ilə əlaqədar Nəsimi rayon məhkəməsinin 3 may 2017-ci il tarixli qətnaməsinə əsasən ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 92 m2 sahəyə malik 2 otaqlı 4 nömrəli mənzil Şahid9 və X7 təqdim edildiyindən, həmin hərəkətlərilə Zərərçəkmiş şəxs5 qeyd edilən mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin tikinğti şirkətində 6-7 şərik olmuşlar. 2006-cı ildən sonra infilyasiya başlamış və bina tiklişi dayanmışdır. O, həmin vaxt 5-6 adama ev satmış və əldə etdiyi pullarla, tikintiyə mal-material gətirmişdir. Bir gün evdə olan zaman İlkin onun evinə gəlmişdir. İlkin ona demişdir ki, firmasını onun adına keçirmək istəyir, çün ki, onlar düz işləyir. Onlar 50-50% razılaşmışlar. İşlər başlamış, işin gedişatında binada lift problemi yaranmışdır. O, İlkinə demişdir ki, vətəndaşları sakitləşdirsin. İlkin həmin məsələni öz boynuna götürmüşdür. O, iki lift danışmış, 89000 ABŞ dollar qiymətinə müqavilə bağlamışdır. 2- ay keçməsinə baxmayaraq lift gəlməmişdir. İlkindən lift barəsində soruşduqda İlkin liftin Kitaydan çıxdığını və yaxın zamanlarda gələcəyini bildirmişdir. Həmin zaman onda şübhə yaranmışdır. O, lifti danışdığı adamın yanına getmiş və ona demişdir ki, «sənə 4 otaqlı ev vermişəm niyə liftimi vermirsən». Həmin şəxs ona demişdir ki, ona yalnız 10000 manat pul verilmişdir. Çox çətinliklə lifti gətirmişlər. Evin kvadrat bölgüsünə gələndə İlkin demişdir ki, sənəd gətirəcək adına keçirərlər. Sonda Ramilin adına sənəd yazılıb verilmişdir. Sonradan aralarında hesab kitab açılmış, məlum olmuşdur ki, İlkin ondan çox pul götürüb. İlkin ondan Baş Mütəşəkkil Cinayətkarlığa qarşı müburizə baş idarəsinə şikayət etmişdir. Baş Mütəşəkkil onu çağırmış, orada hesab kitab aparılmış və görmüşlər ki, İlkin ondan çox pul götürüb və İlkinə demişlər ki, Elşaddan nə istəyirsən. 2019-cu ildə ona demişlər ki, bir qadın gəlib deyir burda onun evi var. Həmin qadında bir dəfə gəlib, sonralar gəlməyib, onun da bundan xəbəri olmayıb. O, bildirmişdir ki, bu mülki məsələdir, mülki qaydada müraciət etmişlər məhkəməyə. Bundan sonra o, heç kimi aldatmamış, heç kimə saxta ev satmamışdır. Zərərçəkmiş şəxs3 gəlib mənzil alıb, sonra isə uzun müddət Bakı şəhərində olmayıb olmayıb. Lakin, ayda 1000 manat pul göndərirmiş. Söhbətin üstü açılanda görmüşdür ki, maliyyə arayışı təzədir. Bunu İlkin özü etmişdir. Şərafətlə yaxın dost olmuşlar, yaxın münasibətləri olub. Şərafətlə danışmışlar ki, pul qoyub pul qazansınlar. Hərəsi 50.000 manat pul qoymuş sonra pullarını qaytarmışdır. Bir ev də onlara yazmış, onlar da evi bölmüşlər. İkinci dəfə yenə 50000 vermişlər, yenə onlara bir ev yazmış, orda 5-ci mərtəbədə qızlar olmuş, onu incitmişlər, evdən çıxmamışlar, binanın girişini tutmuşlar. O, demişdir ki, «gəl sənə 198 min manat verim» razılaşmışlar. Göründüyü kimi o, bu işdə heç kimi aldatmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəllər ev almış, evini ikinci bir şəxsə satmışlar. Onun öz biznesi olmuşdur, həyat yoldaşı Teymur sinayperçi olmuş, 44 günlük müharibədə şəhid olmuşdur. Həmin evi mərhum həyat yoldaşı ilə birlikdə topladığı pul ilə almışdır. Onun Sumqayıt şəhərində parfümeriya biznesi olmuş, 10 ilə yaxındır ki, Ağamaliyev Xəqani və Ağamaliyev Ramillə birgə biznesləri vardır. Bakıda ev almağını bildirəndə Ramil demişdir ki, onların tanışları var İmişlidəndirlər, ev tikirlər, Xəqaniyədə ev alıb, oradan istəsə Xəqani ilə də qonşu olar. O razılaşmış, lakin bildirmişdir ki, ona böyük ev lazımıdır, çün ki, anası da onunla yaşayacaq. O, Ramilgilə 139 000 manat pulu vermiş, üstündən 51000 manat çatışmazlığı olmuşdur. Ramil demişdir ki, nəqd şəkildə aldığı üçün endirim edəcəklər. Ramil ona demişdir ki, Xaqaninin maşının satsınlar, sonra o, pulu qaytarar. Pulu vermiş Ramilə, MTK-ya gəlmişlər, o, maşından düşməmişdir. Ramil telefonla İlkin adlı şəxslə danışmış, həmin söhbətləri eşitmişdir. İlkin demişdir ki, müəllim burda yoxdur, onunla əlaqəd saxlamış, yoluna qoyacaq. Ramil demişdir ki, o, pulun bir hissəsinin əvəzinə Prado markalı maşınını verəcək. Gələndə müqavilə və ya maliyyə arayışını soruşduqda, Elşad müəllimin burda olmadığına görə imza etmək lazım olduğu üçün gələn kimi verəcək. Bir iki dəfə Sədərəkdə olanda Ramilə sənədlərini soruşarkən, Ramil İlkinə zəng emiş, danışmışlar sonra onun sənədləri verilmişdir. Bir ildən sonra bilmişdir ki, evi satılıb başqa şəxsə. İlkinlə əlaqə saxlayanda demişlər ki, təsadüf olub ev satılıb fərqi yoxdur 7 ci mərtəbə olmasın 6 cı mərtəbə olsun. Sonra ora ağsaqqal kimi Xəqaninin atasını aparmış, orada söhbət zamanı Ceyhunun atası demişdir ki, ona bir manatda pul verməyəcək, əli hara yüksəkdi orada qoysun. Bu sözdən sonra o, hüquq mühafizə orqanlarına şikayət vermiş, Ceyhun, İlkin və Elşad cəlb olunaraq iş məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayında mənzil almaq üçün bina tikintisi ilə məşğul olan tanışı Şahid5 müraciət etmiş, İlkin də ona "xxxx" MMC-nin inşa etdiyi binadan mənzil almağı məsləhət görmüşdür. 2018-ci ilin may ayında o, fikrini qətiləşdirdiyi və maliyyə cəhətdən hazır olduğu üçün İlkinlə birgə "xxxx" MMC-nin Quliyev küçəsi, 38 ünvanında yerləşən ofisinə gedərək orada cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs və direktoru Şahid10 ilə görüşmüş, ofisə daxil olsa da, direktorun iş otağına daxil olmamışdır. İlkin ona Quliyev küçəsi 38 ünvanında yerləşən binanın 7-ci mərtəbəsində yerləşən 236 kvadrat metr sahəsi olan 38 saylı mənzili göstərmiş, mənzil onun xoşuna gəldiyi üçün 188.000 manat məbləğində pulu həmin vaxt Şahid5 kassaya mədaxil etməsi üçün vermişdir. Həmin vaxt o, İlkinlə Elşadın arasında narazılıqların olduğunu hiss etdiyi üçün İlkindən müqaviləni və maliyyə arayışını ona çöldə təqdim etməsini xahiş etmişdir. İlkin ofisə daxil olub müqaviləni və maliyyə arayışını hazırlatdırdıqdan sonra çölə çıxaraq ona təqdim etmişdir. Həmin müqaviləyə əsasən Quliyev küçəsi, 38 ünvanında yerləşən 236 m2 sahəsi olan 38 saylı mənzil onun adına rəsmiləşdirilmiş, maliyyə arayışında isə 188.000 manat məbləğində pulun tam ödənildiyi və cəmiyyətə hər hansı məbləğdə borcunun olmaması göstərilmişdir. Həmin müddət ərzində o, aldığı mənzilin təmirinə başlamış və qısa müdətdən sonra təmiri tamamlamışdır. Həmin mənzildə onun bacısı X11 öz ailəsi ilə yaşayır və mənzil onun adına olsa da faktiki olaraq bacısına məxsusdur. 2018-ci ilin noyabr ayında bacısı Elnarə ona zəng edərək mənzilin eyni zamanda başqa şəxsə satıldığını bildirmiş və bir nəfər qadının həmin evin onun tərəfindən alındığını iddia etməsini demişdir. Bundan sonra o, Şahid10 ilə danışaraq bunun nə məsələ olduğunu soruşan zaman Ceyhun bundan xəbəri olmadığını, həmin mənzili Şahid5 satdığını bildirmiş, lakin o, buna etiraz edərək İlkinlə birgə İlkingilin ofisində olduğunu, İlkinin onun yanında Elşadın olduğu otağa girərək müqaviləni, maliyyə arayışını yazdırdığını gördüyünü bildirmişdir. Eyni zamanda o, İlkinə müqavilə və maliyyə arayışında imzanın onun tərəfindən icra edildiyini bildirdikdə Şahid10 ona bu məsələni İlkinlə həll etməsini demişdir. Bundan sonra Şahid10 direktoru olduğu cəmiyyətdən aldığı mənzilin ondan əvvəl başqa şəxsə satılması, lakin Ceyhunun bunu ondan gizlətməsi aydın olmuşdur. O, həmin mənzilə görə 188.000 manat pul vermiş, təmir etmiş, təmirə görə də 100.000 manatdan çox vəsait xərcləmişdir. Mənzil başqa şəxsə veriləcəyi halda onun hazırkı dövrə uyğun, təmirə xərclədiyi vəsaitlə birlikdə pulu qaytarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2012-ci ildə İmişlidən tanıdığı Seyid Mirqafara demişdir ki, ev tikən varsa ona köməklik etsin. Bildirmişdir ki, ev tikənlərin əksəriyyəti İmişlidəndir. Mirqafar onu Əli adlı bir şəxslə tanış etmişdir, Nərimanovda diş klinikasının arxasında bir mərtəbəli ofisə gəlmiş, orada İlkin Nizami və Əli adlı şəxslərlə danışmışdır. Əvvəl evin yerinə baxsınlar, sonra müqavilə bağlayarlar. Gəlib evə baxmışlar, həmin vaxt 3-cü mərtəbənin betonu tökülmüşdür. Razılaşaraq müqavilə bağlanmış, 12000 manat ilkin ödəniş edilməli, bir il ərzində yerdə qalan vəsaiti hissə hissə ödəyib qurtarmalıdır. Həmin vaxt tikintinin sahibini soruşmuş, demişlər ki, İlkin Hüseynovdur. 2013-cü ildə mart ayında sonuncu ödənişi edəndə, maliyyə arayışını tələb edəndə İlkin demişdir ki, gəlib götürər. Sonra gedib maliyyə arayışını götürmüşdür. Hər il mütəmadi olaraq binaya baxmağa gedirmiş. 2018-ci il tarixdə binaya yaxınlaşmışdır. Orada Suliddin adlı mühafizəçidən binanı nə zaman təhvil verəcəklərini soruşanda demişdir ki, ilin axırına verəcəklər. İlin sonunda gələndə görmüşdür ki, şirkətə rəhbərlik edən başqa adamlardır, Gülağa adlı şəxs yaxınlaşıb demişdir ki, aydınlaşdırıb evini verəcək, orada mərtəbədə sürüşmə, mərtəbə fərqi yaranır. Sonra Gülağa telefonda ona demişdir burada evi yoxdur, heç bir sənədi yoxdur. 2019-cu ilin əvvəllərində bu işi aydınlaşdırmaq üçün atası prokurorluğa müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Təqsirləndirilən şəxs 147.200 manat pul verib ev almışdır. Evin maliyyə arayışını almış, sonra onu aldatmışlar. Elşad özü ona cavab verməmiş, evinə gedirmiş, evində işləyən ustanın telefonu ilə zəng edib danışmış, Elşad ona demişdir ki, narahat olma evi verəcək. Qardaşı ilə danışarkən qardaşı demişdir ki, gedin əlinizdən nə gəlir edin. O da gedib şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Nərimanov rayonunda Ağalar adında bir maklerlə danışıb onunla gedib evə baxmışlar. Şirkətə gələrək müqavilə bağlananda demişdir ki, 6-cı mərtəbə onundur. Razılaşdıqdan sonra müqavilə bağlamışlar, maliyyə arayışı verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs3 evini ona satmışlar. O, Rəşadla görüşmüş və danışmışlar. Hazırda ev onun özündədir və həmin evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin oktyabr-noyabr aylarında tanışı və yaxını Zərərçəkmiş şəxs2 ev almaq istədiyini bildiyi üçün Zeynəbə qardaşı Şahid2 mənzil aldığı "xxxx" MMC tərəfindən inşa edilmiş Quliyev küçəsi, 38 ünvanında yerləşən 236 kvadrat metr sahəsi olan 4 otaqlı mənzili 190.000 manat pul məbləğində ala biləcəyini demiş, məqsədi bir dost kimi Zeynəbə kömək etmək olmuşdur. "xxxx" MMC-də təsisçinin şəriki olan Şahid5 İmişli rayonundan olduğu üçün İlkinlə yaxın münasibətləri olmuşdur. Daha əvvəl, yəni Zeynəbə evi almamışdan təxminən 10 gün əvvəl Cəbrayıl rayonundan olan “Ramil” adlı tanışı onun vasitəsilə 200.000 manata "xxxx" MMC-dən mənzil almışdır. O, İlkinə qardaşı Xəqaniyə ev alan zaman onlara evi tanışı Ramilə satdığı qiymətdən baha satmasını, Xəqani üçün ikinci evi alacağını və bu dəfə daha ucuz verməsini demişdir. İlkin də, ona tanışı Ramilə satdığı qiymətdən 10.000 manat daha ucuz qiymətə mənzil satacağını dediyi üçün, o, bacıdan artıq kimi ona yaxın olan Zərərçəkmiş şəxs2 mənzil barədə məlumat vermiş, eyni zamanda mənzili ucuz almaqdan ötrü mənzili qardaşı Şahid2 adına alqı-satqı olunacağını demiş, çünki İlkinə mənzili başqası üçün aldığını dediyi halda endirim etməkdən boyun qaçıracaqmış, Zeynəb də, onun fikri ilə razılaşmışdır. Zərərçəkmiş şəxs2 139.000 manat məbləğində pulu olduğunu, qalan pulu isə borc ala biləcəyini dedikdə qardaşı Şahid2 özünə məxsus “X17 Prado” markalı avtomobili MTK-ya verə biləcəyini, bununla bağlı MTK-da məsul şəxs olan Şahid5la özünün danışacağını və razılaşacağını demişdir. 2016cı ilin noyabr ayının əvvəllərində o, yaşadığı evdə 139.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 qəbul etmiş, həmin pulu Quliyev 38 ünvanında tanışı Şahid3 yanında İlkinə vermiş, eyni zamanda qardaşı idarə etdiyi “X17 Prado” markalı avtomobili İlkinin adına notarial qaydada alqı-satqı etmişdir. Təxminən 1 ay sonra o, Quliyev ev 38, mənzil 38 ünvanında yerləşən 236 kvadrat metr sahəsi olan mənzilə dair müqaviləni və pulun tam olaraq "xxxx" MMC-yə ödənilməsi barədə maliyyə arayışını qardaşının iştirakı ilə Zeynəbə təqdim etmişdir. Bundan təxminən 1 il sonra mənzilin başqa şəxsə satıldığını bilən zaman o, Zeynəbin yanında Şahid5la telefon vasitəsilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini tələb etmişdir. İlkin ona narahat olmamasını, həmin mənzilin əvəzinə başqa mənzil veriləcəyini bildirmişdir. O, İlkindən nə üçün evin satıldığını soruşan zaman İlkin ona həmin binadan ev verəcəyini, 7-ci mərtəbədəki mənzil ilə 6-cı mərtəbədəki mənzilin fərqinin olmadığını bildirərək onu əmin etmək istəmişdir. Lakin uzun müddət o, İlkinlə müxtəlif vaxtlarda görüşüb danışsa da mənzilin verilməsini həll edə bilməmişdir. Artıq Zərərçəkmiş şəxs2 narahat olduğundan hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. İlkin ona mənzilə görə aldığı pulun hamsını MTK-nın sədri Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən 2013-cü ilin aprel ayına kimi qeyri-rəsmi şəriki Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin tikdiyi binanın tikintisinə maliyyə vəsaiti yatırmışdır. Elşadın adı həmin vaxt hərhansı sənəddə əks edilməsə də, faktiki şərik olmuşdur. 2013-cü il mart-aprel ayından başlayaraq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri onu dəfələrlə çağıraraq hədə-qorxu gəldikləri üçün və ondan qanunsuz pul tələb etdikləri üçün məcburən Təqsirləndirilən şəxs təkidi ilə onu binanın tam payçısı etmiş və bütün hüquqlarını ona vermişdir. Elşad ona MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun dostu olduğunu demiş və bu səbəbdən onu aldadaraq MMC-ni öz adına keçirmişdir. Şifahi danışığa əsasən onun Elşadla şərikliyi 50% olaraq qalmışdır. Elşad ona bina üzrə tam payçı olarsa Akif Çovdarovdan onun bir daha Milli Təhlükəsizlik Nazirliyinə çağırılmamağını xahiş edə biləcəyini təklif etmişdir. 2013-cü il tarixdə hər ikisi birgə fəaliyyət göstərək bəzi mənzilləri sataraq danışıqları üzrə ya binanın tikintisinə, ya da digər xərclər üçün istifadə etmişlər. 2016-cı ilin oktyabr-noyabr ayında tanışı və yerlisi Ramin Ağamalıyev ona qardaşı Şahid2 "xxxx" MMC tərəfindən inşa edilmiş Quliyev 38 ünvanında olan binadan mənzil almaq istədiyini bildirmiş, həmçinin əvvəllər qardaşı və dostu üçün həmin binadan Təqsirləndirilən şəxs mənzil aldığını da, qeyd edərək Cəbrayıl rayonundan olan Ramil adlı tanışına "xxxx" MMC-dən mənzil alarkən endirim edildiyini bildirərək ona da, ucuz qiymətə mənzil satılmasını xahiş etmişdir. O da razılaşaraq Elşada bu barədə məlumat verdikdən sonra dostuna satılan qiymətdən 10.000 manat daha ucuz qiymətə mənzil satacağını Ramilə bildirmişdir. Çünki faktiki olaraq cəmiyyətin direktoru kimi satışa Təqsirləndirilən şəxs baxdığından Elşad ilə məsləhətləşib danışdıqdan sonra Ramilə binanın 5-ci mərtəbəsindən yuxarı, orta mərtəbələrdə 236 kvadrat metr sahəsi olan 4 otaqlı mənzili 190.000 manat məbləğinə sata biləcəyini bildirmişdir. Ramilin ödədiyi pul şirkətin kassasına daxil olmuş, Elşada xəbər verilməklə bir hissəsi tikintiyə xərclənib, qalan hissəsini Elşad özü kassadan götürmüşdür. 2016-cı ilin noyabr ayının əvvəllərində Şahid1 139.000 manat məbləğində pul vermiş, eyni zamanda qardaşı Şahid2 məxsus “X17 Prado” markalı avtomobili onun adına notariat qaydada alqı-satqı etmiş, o isə həmin 139.000 manat pulu və avtomobili satışından əldə etdiyi 41.000 manat, ümümilikdə 190.000 manat məbləğində pulu kassaya köçürmüşdür. Tikintiyə xərclədiyi pullar barədə Elşadla məsləhətləşmiş və özündə qeydlər aparmışdır. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan mənzilin Şahid2 adına tərtib olunmuş alqısatqı müqaviləsi və maliyyə arayışı imzalı olaraq Ramilə təqdim edilmişdir, həmin vaxt o da orda olmuşdur. Binanın lifti olmadığından o, heç vaxt Ramilin hansı mənzili almasına baxmamışdır, sadəcə, 4 otaq mənzil alındığını bilmişdir. 2017-ci ilin sonlarında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Şahid10 əlbir olaraq binadakı bir neçə, təxminən 20 mənzili ona məlumat vermədən bir sıra şəxslərə satmış və əldə olunan pulu “Teymuroğlu MMC” tərəfindən tikilən binaya şərik olmaq üçün yatırmışdır. Bundan sonra Elşad və Ceyhunla aralarında narazılıqlar başlamış və Təqsirləndirilən şəxs ona heç nə vermədən MMC-dən uzaqlaşdırmış, öz qardaşı oğlu Şahid10 isə MMC-nin direktoru təyin etmişdir. Bununla bağlı o, dəfələrlə müxtəlif qurumlara müraciət etmiş, lakin onun barəsində hələdə şikayət etsə də hər-hansı tədbir görülməmişdir. Elşad ona qarşı dələduzluq edərək 870000 manat, 290000 ABŞ dolları tikintiyə cibindən xərclədiyi nəğd pulunu mənimsəmişdir. Belə ki, o, maşınlarını, evlərini girov qoyaraq tikintini tikmişdir ki, tikintidən qalan 5000 kvadratdan 3000 kvadratı ona çatmalı idi. Satsaydı 3.000.000 manatdan artıq edirdi. Zərərçəkmiş şəxs1 2017-ci ilə kimi şirkətdən 2 ev almışdır. 2017-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs1 şirkətə müraciət edərək mənzil almaq istədiyini bildirmişdir. Ofisdə, tikintinin altında Elşad və Ceyhunla birgə görüşmüşlər, Ramid Elşada və Ceyhuna aşağı mərtəbələrdən ev istədiyini bildirmişdir. 50000 ABŞ dollarını ofisə ödəmiş, 2018-ci ilin may ayına kimi ofisə 188000 manat ödəmişdir. Ramidə həmin binadan hansı evin göstərdiyini həmçinin Ramilin mənzilinin də, neçənci mərtəbədə olduğu barədə məlumatı yoxdur. Çün ki, alqı-satqı və mənzillərin yerləşməsi ilə o, məşqul olmamışdır. Ümumiyyətlə o, 2013-cü ildən sonra hər hansı bir sənədləşmədə iştirak etməmiş, sənədləşmə işlərini Elşad və Ceyhun görmüşdür. O, Elşadla tikintiyə görə problemləri olduğundan müştəri taparaq qeyri-rəsmi şərik kimi tikintini bitirmək istəmişdir. Ceyhun və Elşad mənzil üçün 188.000 manat pul istəmiş, Ramid də, razılaşaraq 188.000 manat məbləğində pulu hissə-hissə onun və Ceyhunun yanında ofisdə Elşada vermişdir. Həmin puldan ona heç bir məbləğdə pul verilməmişdir. Elşad Ceyhuna sənədləri hazırlayıb Ramidə verməsinə göstəriş vermiş, Ceyhun da, sənədləri Ramidə vermişdir. Həmin vaxt o, Ramidə satılan evin 4-cü mərtəbədə olmasını Ceyhun və Ramiddən eşitmişdir. Elşad pulları sayılması üçün Ceyhuna vermiş, Ceyhun həmin pulları sayaraq özündə saxlamışdır. Ceyhun müqaviləni və maliyyə arayışını hazırlatdıraraq sənədləri Ramidə verdikdən sonra problemlər başlamışdır. O, hesab edir ki, Ceyhun Ramidə 4-cü mərtəbədən ev vermiş, Ramidin evinin müqaviləsinin sonradan hansı qaydada 7-ci mərtəbəyə dəyişdirilməsindən xəbəri yoxdur. Ramil ona 2019-cu ilin sonları 2020-ci illərin əvvəlləri mobil telefonla zəng edərək qardaşının adına olan evinin satıldığını bildirmişdir. O, Ramilə evinin kiməsə satılmasından məlumatı olmadığını, məsələsini Ceyhun və Elşadla həll etməsini bildirmiş, eyni zamanda, Elşad ona qarşı da dələduzluq etmiş, o, Elşaddan şikayət etmiş, onada Elşaddan hüquq mühafizə orqanlarına şikayət etməsini məsləhət görmüşdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdə əmisi Təqsirləndirilən şəxs şəriki Şahid5 tanışı Şahid2 mənzil almaq üçün "xxxx" MMC-yə müraciət etmişdir. O, Şahid2 satılacaq mənzilin binaya onun tərəfindən quraşdırılacaq liftlərin əvəzi olaraq verilməsini xahiş etmiş və mənzil üçün ödəniləcək pulu özünə götürərək əvəzində lifltlərin pulunu, yəni 96.000 ABŞ dolları məbləğində pulu özünün ödəyəciyini bildirmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq Şahid5 verdiyi sözə əməl etməyərək liftin quraşdırılmasını təmin etməmiş və bu səbəbdən də əmisi Təqsirləndirilən şəxs “Sigma” lift şirkəti direktoru Şəmdin müəllimə zəng edərək onunla danışmışdır. Müəyyən edilmiş ki, Şahid5 Şəmdin müəllimə yalnız 10.000 ABŞ dolları məbləğində pul ödəmiş, Şahid2 aldığı qalan pulu isə özünə götürərək mənimsəmişdir. Buna görə əmisi Təqsirləndirilən şəxs Şahid5la danışmış və İlkin Şahid2 satdığı mənzili başqa şəxsə satmağa razılaşdığını və Xəqaniyə verdiyi müqaviləni götürdüyünü, pulu Xəqaniyə qaytardığını bildirmişdir. Həmin vaxt o, direktor işlədiyi üçün müqavilə onun tərəfindən hazırlanmış və Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilərək hər ikisi tərəfindən imza edilmişdir. Lakin kassaya pul mədaxil edilməsə də, Şahid5 pulu aldığını bildirdiyi üçün tərəfindən Zərərçəkmiş şəxs1 cəmiyyətə pulun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Lakin bundan sonra da, Şahid5 2 liftin quraşdırılmasını təmin etməmiş, yalnız bir liftin sənədsiz olaraq quraşdırılmasını təmin etmişdir. Əmisi ilə Şahid5 arasında mübahisələr yaranmağa başlamış və Şahid5 bir müddət sonra ümumiyyətlə cəmiyyətə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2006-cı ilin yay aylarında yaşadığı yerin ətrafını sökərək yerində hündürmərtəbəli bina tikməyə başlamışlar. Ev yola yaxın olduğundan onlara maneəçilik törətmədiyindən ilkin mərhələdə evlərini sökməmişlər. Artıq bina tikildiyindən və ev maneəçilik törətməyə başladığından sökmək istəmişlər. Bacısı ilə o 3 otaqlı ev istəmişlər, MTK razılaşmayaraq onları məhkəməyə vermişlər. Nəsimi məhkəməsi 3 may 2017-ci ildə 2 otaqlı təmirli mənzil verilməsi barədə qərar çıxarmışdır. Həmin mənzil 92 kv. metr olan 2 otaqlı, 4 nömrəli mənzil olmuş, qərarla razılaşmayaraq apelyasiya və kassasiya qaydasında şikayət vermişlər, amma onlar da, Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlamışlar. Məcbur olub bununla razılaşmalı olmuşlar. Nəsimi rayon məhkəməsinin 3 may 2017-ci il tarixli qətnaməsi çıxarıldıqdan dərhal sonra MTK tərəfindən mənzil təhvil verilmiş, mənzilə ilk dəfə baxanda təmirsiz halda qapısı belə olmamış, pəncərələri isə qoyulmuşdur. Əşyaları mənzilə qoyulacağından MTK həmin mənzilə qapı qoyaraq açarını onlara vermişlər, əşyalarını ora yığmışlar. Amma bu günki günə qədər də, mənzilin təmirsiz vəziyyətdə olduğunu, mütəmadi olaraq gedib baş çəkdiklərini, MTK maddi vəziyyətinin pis olduğunu deyərək təmir etmədiklərini, yalnız ayda məhkəmə qərarında 200 manat yazılmasına baxmayaraq 400 manat kirayə haqqı verməklə kifayətləndiklərini, mənzilə dair isə heç bir müqavilə, sənəd təqdim edilmədiyini, tələb etdikdə məhkəmə qərarının hər şeydən üstün olduğunu demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, təxminən 2006-cı illərdə qeyd edilən ünvanda bina tikintisinə başlamaq qərarına gəlmişlər, çünki bundan qabaq təxminən 7-8 nəfər şərik bina tikintisini həyat keçirmişlər, aralarında narazılıq, hər hansı bir problem olmadan binanı tikərək başa çatdıraraq təhvil vermişlər. 2006-cı ildə "xxxx" MTK”nı alaraq yenə həmin şəriklərlə Quliyev küçəsi 38 ünvanında MTK tərəfindən tikintinin aparılması qərarına gəlmişlər. MTK-nın rəsmi təsisçisi və direktoru Şahid5 təyin edilmişdir. MTK-nı alarkən artıq fəaliyyət göstərmiş, yəni əvvəli başqa adamda olmuşdur. Hərənin özünün pay hüququ olmuş, pay hüququ isə qoyulan kapitala uyğun olmuş, amma hamıda demək olar ki, eyni olmuş, cüzi fərq olmuşdur. MTK-nın rəsmi sədri İlkin olsa da, digər şəriklər qeyri-rəsmi şərik hesab olunmuşlar. Amma buna baxmayaraq hamı müstəqil olaraq alıcı gətirə bilmiş, pul kassaya ödənilmiş, sədr isə müqavilə yazaraq maliyyə arayışını vermişdir. Orada fəaliyyəti olan dövrdə belə hallar çox olmuş, amma heç bir vətəndaşla problem olmamış, ikili satış hallarına rast gəlinməmişdir. Aralarında narazılıqlar yaranmış, İlkinlə Elşad birləşərək hamını oradan uzaqlaşdırmışlar. Amma hansı tarixdə onlardan ayrılması yadında qalmamışdır. Oradan uzaqlaşandan sonra nə baş verməsindən xəbəri olmamışdır. Sonradan eşitmişdir ki, Elşad sədr və təsisçi olmuş, bir müddət sonra İlkinlə Elşad yola getməyərək ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hərbi komissarlıqda işləyərkən hərbiçi yoldaşı Qəyyum Məmmədzadə qayınatası “Mais adlı” şəxsin ünvan 4 ünvanında tikiləcək hündürmərtəbəli binanın tikintisində şərik olduğunu, oradan mənzil ala biləcəyini demiş, çünki Qəyyumla söhbət edərkən mənzil almaq istədiyini demiş, sonuncu da, həmin binadan qayınatası vasitəsilə münasib qiymətə daxili kreditlə faizssiz mənzilin alınmasını xahiş edəcəyini bildirmişdir. Həmin bina "xxxx" MTK tərəfindən inşa edilmişdir. Həmin MTK-nın rəsmi və qeyri-rəsmi şəriklərinin kim olmasını tanımadığını, həmin vaxtda da, bunu bilmədiyini, çünki ona maraqlı olmadığını, iş yoldaşının qayınatası ortada olduğundan ona etibar etdiyini qeyd etmişdir. Binanın yerinə baxmış, təxminən birinci mərtəbə tikilmişdir. Onların “Tri korona” adlanan yerin arxasında olan gölün yaxınlığındakı ofislərində görüşmüşlər, Qəyyum da, yanında olmuşdur. 10-cu mərtəbədə 3 otaqlı, 136 m2 ölçülü mənzili almaq istədiyini bildirmişdir. Mənzil 133 m2 olmuş, sonradan mənzilin kvadratının artaraq 136 m2 olmasını demişlər. Görünüşünə görə hündür mərtəbədə olan mənzili seçmiş, bundan başqa, həmin mənzili kreditlə, faizsiz ala biləcəyindən bu diqqətini cəlb etmişdir. Mənzilin kvadratını təxminən 800-850 manat arası hesablamışlar. Mənzilin dəyəri təxminən 109.000 manat etmişdir. Amma üstündən uzun müddət keçdiyindən mənzilin kvadratını hansı məbləğdən hesablamalarını dəqiq xatırlamadığını bildirmişdir. İlkin ödəniş kimi həmin vaxt, yəni 2007-ci il tarixdə, xatırlamadığı ayda və gündə həmin ofisdə kassaya ilkin ödəniş kimi 60.000 manat pul vermiş, həmin vaxt ona müqavilə yazılaraq verilmiş, 60.000 manatı ödəməyi də, ora qeyd edilmiş, amma müqaviləni kimin yazmasını, imzalamasını və təsdiq etməsini xatırlamamışdır. Həmin vaxt hərbiçi olduğundan və şəxsiyyət vəsiqəsi verilmədiyindən mənzilə dair müqavilə yoldaşı X4 adına yazılmışdır. Kassada pulu kimin götürməsi yadında qalmamışdır. Tam ödəmə olmadığından maliyyə arayışı verilməmiş, ödəmə bitəndən sonra veriləcəyi bildirilmişdir. Amma hansı müddətə pulu ödəməsi danışılmamış, çünki Qəyyum qayınatası Maisə dediyini, nə vaxt pulu olarsa ödəyib qutarmasını bildirmişdir. Sonra tikintidə problemlər yaranmış, tikinti uzun müddət dayanmış, bunu görüb heç bir ödəniş etməmiş, tikintinin bərpa olub başa çatdırılmasını gözləmişdir. O, Naxçıvana xidmətə gedəndən sonra tikinti davam etdirilmiş, binanın tikintisi başa çatdırılmışdır. 2014-cü il tarixdə ehtiyata buraxılarkən Bakıya qayıdandan sonra mənzili internetdə makler vasitəsilə satışa çıxarmış, 2014-cü ilin aprel ayında “Əlfi” adlı şəxsi yanına gətirmişlər, Əlfi mənzili bəyənərək almaq istədiyini bildirmişdir. Mənzilin kvadratını 1000 manatdan demiş, həmin vaxt satış MTK-nın özündə kvadratı 1300 manatdan olmuş, Əlfi ilə mənzilin kvadratını 1000 manata razılaşmışlar. Ümumi qiymət 136.000 manat etmiş, Əlfidən 85.000 manat pul almış, MTK-ya qalan borcu isə Əlfi özü ödəmiş, mənzilin Əlfinin adına keçirilməsi üçün MTK-nın sədri Təqsirləndirilən şəxs mənzilə görə borcu qaldığını, qalan borcun bağlanmasını, bundan sonra sənədləşmə olacağını bildirmişdir. Bu səbəbdən qalan borc Əlfi tərəfindən ödənilərək bağlanmışdır. Onda olan müqaviləni MTKya Elşad müəllimə verərək hara lazımdırsa imza atıb getmiş, sənədləşməni Elşad müəllim etmiş, sonra nə baş verməsindən məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən 2018-ci ilədək "xxxx" MMC-də nəzarətçi işləmiş, yəni tikintidə işləyən fəhlələrə, gələn mal-materiallara nəzarət etmək və sair vəzifələri yerinə yetirmişdir. Elşadın "xxxx" MMC-nin təsisçisi, Şahid10 həmin cəmiyyətin direktoru, İlkin və Ramilin tanışları və yerlisi olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs1 həmin cəmiyyətin inşa etdiyi Q.Quliyev 38 ünvanda mənzil alan şəxs kimi tanımış, Zərərçəkmiş şəxs2 tanımadığını bildirmişdir. 2016-cı ildə ayını xatırlamadığı vaxtda Şahid1 qardaşı Xəqani üçün "xxxx" MMC-nin inşa etdiyi binadan ev aldığını, evin mərtəbəsini xatırlamadığını, amma 4 otaq olduğunu qeyd etmişdir. Onun iştirakı ilə Şahid1 həmin evə görə Şahid5 Q.Quliyev 38 ünvanda yerləşən ofisdə pul verilib-verilməməsini xatırlamamış, pulun verilməsində iştirak etməmiş, lakin «Prado» markalı avtomobil veriləndə iştirak etmiş, həmin prosesdə iştirak etməsini Elşad tapşırmışdır. Qeyd olunan mənzilin təkrarən Zərərçəkmiş şəxs1 satılmasından məlumatı olmamış, orada nəzarətçi vəzifəsində işləmiş, hansı mənzilin kimlərə satıldığını bilməmiş və bu barədə də, qeydiyyat aparmamışdır. Təqsirləndirilən şəxs və Şahid10 evlərin satışına baxmış, evləri də, Ceyhun və Elşad özü göstərmişdir. Təqsirləndirilən şəxs tapşırığı ilə Şahid5 tikintiyə pul xərcləmiş, Təqsirləndirilən şəxs mal-material almaq üçün pul tələb edəndə Şahid5 almağı demiş, İlkinlə Elşadın arasında işgüzar münasibətlər olmuş, İlkin qeyri-rəsmi Elşadla şərik olmuş, evlərin kimlərə satılması barədə qeydiyyat Elşad və Ceyhun tərəfindən aparılmışdır. Zərərçəkmiş şəxs1 qeyd olunan mənzilin satılmasını bilmədiyini, lakin sonuncunun 4 otaqlı mənzil aldığını bildiyini, Ramidə hansı evi göstərməsini xatırlamadığını, Elşadın tapşırığı ilə müştərilərə ev göstərdiyini, lakin hansı evin kimə satılması barədə qeydiyyat aparmadığını və belə bir səlahiyyətinin də, olmadığını, evlərin satışı ilə bağlı qeydiyyatı Elşad və Ceyhunun apardığını, Ramidin aldığı evə görə kimə və hansı məbləğdə pul verməsini görmədiyini, pulların qəbuluna Elşad və Ceyhunun baxdığını bildirmişdir. Şahid5 MMC-yə 96.000 ABŞ dolları borcunun olması ilə bağlı Şahid10 dedikləri barədə məlumatının olub-olmaması ilə bağlı sualava cavab olaraq bildirmişdir ki, bu barədə məlumatı yoxdur, İlkinlə Elşad arasında qeyri-rəsmi şəriklik olmuş, İlkinə Elşad evlərin satışından pul verməli olmuş, lakin Elşad Şahid5 pul verməmiş, Elşadın İlkinə təxminən 1.000.000 manat borcu olmuş, İlkin tikintiyə pul xərcləmiş, evlərin satışından guya Elşad İlkinə pul verməli olmuş, lakin vergiyə borc yaranmış, guya vergiyə 1.000.000 manat pul verəcəkmiş, Elşad pulu götürərək İlkinə verməmiş, həmin pul İlkinin qazancı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.09.2020-ci il tarixli 4/573 nömrəli rəyində göstərilmişdir ki,“ "xxxx" mənzil tikintisi haqqında 01 dekabr 2016-cı il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında “"xxxx" MMC-nin direktoru” qrafasındakı, "xxxx" mənzil tikintisi haqqında 21 may 2018-ci il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında “"xxxx" MMC-nin direktoru” qrafasındakı imzalar – Şahid10 tərəfindən yox, Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” Şahid5 2006-2013-cü illərdə, Təqsirləndirilən şəxs 10 aprel 2013-cü il tarixdən 16 oktyabr 2017-ci il tarixədək 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin həm təsisçisi, həm də, direktoru olmuş, 16 oktyabr 2017-ci il tarixdən isə Şahid10 MMCnin direktoru təyin edilmişdir. Cəmiyyətin Nizamnaməsinə əsasən, direktor vəzifəli şəxs kimi mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara malikdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adından tərtib edilmiş 30.04.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus yaşayış binasının İ giriş, V mərtəbəsində, ümumi sahəsi 136 m2 olan 3 otaqlı, 30 saylı mənzil Zərərçəkmiş şəxs4 satılmış, mənzilin ümumi dəyərindən 109.900 manat qeyd edilsə də, 188.000 (bir yüz səksən səkkiz min) manat MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adından tərtib edilmiş 20.09.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus yaşayış binasının İ giriş, İ mərtəbəsində, ümumi sahəsi 92 m2 olan 2 otaqlı, 4 saylı mənzil Zərərçəkmiş şəxs5 satılmış, mənzilin ümumi dəyərindən 147.200 (bir yüz qırx yeddi min iki yüz) manat MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adından tərtib edilmiş 01.12.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus yaşayış binasının İ giriş, Vİİ mərtəbəsində, ümumi sahəsi 236 m2 olan 4 otaqlı, 38 saylı mənzil Şahid2 satılmış, mənzilin ümumi dəyərindən 190.000 (bir yüz doxsan min) manat MMC-yə ödənilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxslərə satılmış evlərin digər şəxslərə satılmasında onun məlumatı olmamasını bildirməsi kimi öz müdafiəsi üçün gətirdiyi dəlillər, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 178.3.2, 308.2, 313-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunmuş Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən suiistifadə etməklə törətmiş olduğu sonuncu cinayəti 2018-ci il tarixdə törətmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ittiham edildiyi qulluq mövqeyindən istifadə etmə cinayətini törətdiyi gündən 2 il keçdiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə görə həmin maddə ilə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş ərizələrdən müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onlar barışmışlar. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 adına verilmiş ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzilin digər şəxsə, yəni, X1 sənədlər əsasında satmaqla Zərərçəkmiş şəxs2 190000 manat məbləqində maddi ziyan vurmuşdur. Aparılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın 91.000 manatı hazırkı cinayət işindən ayrılmış digər cinayət işi üzrə depozitə qoyulmuş, eləcə də vurulmuş ziyanın 30.000 manatı Şahid5 tərəfindən depozitə qoyulmuşdur. İstintaqla müəyyən olunur ki, vurulmuş ziyanın ödənilməsi üçün hal hazırda 121000 manat məbləqində pul depazitə qoyulmuş, 69000 manat isə ödənilməmiş qalmışdır. Həmin cinayət işi üzrə ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzil Zərərçəkmiş şəxs1 sərəncamındadır. Ayrılmış cinayət işi üzrə hal-hazırda iki nəfər təqsirləndirilən şəxs olduğundan, ödənilməmiş 69000 manat məbləqində pul təqsirləndirilən şəxslərdən tələb edilməli olduğundan məhkəmə kollegiyası bununla bağlı nəticəyə gəlməmişdir. Lakin, bu cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, habelə, ayrılmış cinayət işi üzrə bir nəfər zərərçəkmimş şəxsin epizodu üzrə dəymiş zərərin əsas hissəsinin, yəni, 91000 manatının Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində humanist cəza təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və zərərçəkmişlərin ondan şikayət və tələblərinin olmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yerindən müsbəx xarakterizə olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs 02.12.2020-ci il tarixdə tutulmuş və barəsində Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 19 fevral 2021-ci il tarixdə başa çatdığından barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 17 gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut 01.12.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 21.05.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 13.02.2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı-ödəniş cədvəli, 15.03.2013-cü il tarixli maliyyə arayışı, 25.11.2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 30.04.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli qərarının surətləri, 20.09.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşqul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşqul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul və maddi vəzifə tutma və müəyyən fəaliyyətlə məşqul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 17 (on yeddi) gün ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul və maddi vəzifə tutma və müəyyən fəaliyyətlə məşqul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut 01.12.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 21.05.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 13.02.2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı-ödəniş cədvəli, 15.03.2013-cü il tarixli maliyyə arayışı, 25.11.2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 30.04.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli qərarının surətləri, 20.09.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar