Məhkəmə qərarları › İş №1(101)-1131/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1131/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1131/2023 27.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 16:10 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhər “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin X6 inspektoru vəzifəsinə ezam olunmuş və həmin vəzifədə işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 avqust 2017-ci il tarixli, 182/373Ş nömrəli əmrlə Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 23 yanvar 2020-ci il tarixli 1000/053Ş nömrəli əmrlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X6 inspektoru vəzifəsinə təhkim olunmaqla həmin vəzifədə işləyərkən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin “Şirvanlı” gömrük postu haqqında Əsasnamə”yə əsasən, gömrük sərhədindən keçirilən malların, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlamasının həyata keçirilməsi, gömrük prosedurlarına uyğun olaraq idxal olunan mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsum və vergiləri, digər gömrük ödənişlərinin tam həcmdə və vaxtında alınması, gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada aparılması, gömrük nəzarəti prosesində texniki nəzarət vasitələrinin istifadə edilməsinin təmin edilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi, gömrük hüquqpozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməsi, gömrük nəzarəti zonasında rejim qaydalarına əməl olunmasına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 14 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Qusar rayonu, Şirvanovka kəndində yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n “Ford” markalı “Tranzit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə keçid etmək istəyən Şahid1 idarə etdiyi avtomobilinə tərəfindən ediləcəyi yoxlamanı səthi etməklə, gömrük nəzarət postundan keçiş üzrə yoxlama prosedurlarını sürətli icra edəcəyinə köməklik göstərilməsi müqabilində həmin tarixdə Qusar rayonu, Şirvanovka kəndində yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7 Şahid1 təklif etdiyi maddi nemət olan 40 manat məbləğində pul vəsaitini təklifi qəbul etməklə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alıb, verdiyi vədə uyğun olaraq Şahid1 idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə sonuncunu həmin tarixdə Qusar rayon ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n buraxmışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarının 01 nömrəli əlavəsinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısının 6-cı bəndinə əsasən 10.000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyutanı gömrük orqanında yazılı formada bəyan etməli olmasına baxmayaraq, 15 dekabr 2022-ci il tarixdə 11.500 ABŞ dolları pul vəsaitini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n Rusiya Federasiyasına keçirtməyə köməklik göstərilməsi ilə əlaqədar tanışı Şahid1 vasitəsi ilə özünə müraciət edən Şahid2 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunu Rusiya Federasiyası istiqamətində tərk edərkən üzərində olacaq qanunla yazılı formada bəyan etməli olduğu 11.500 (on bir min beş yüz) ABŞ dolları məbləğində pulun qanunda nəzərdə tutulmuş miqdardan artıq məbləğini yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan tam həcmdə keçirilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini 15 dekabr 2022-ci il tarixdə Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” mobil internet tətbiqi vasitəsi ilə danışaraq təkrarən rüşvət qismində istəyib sonuncunun razılığını almaqla, həmin niyyətlə Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Nar” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 200 (iki yüz) manat məbləğində pul vəsaitini özünün "xxxx" ASC-nə məxsus 4169********1752 nömrəli kart hesabına göndərməsinə nail olub, həmin pul vəsaitini elektron xidmətlərdən istifadə etməklə onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf edib, Şahid2 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almış, cinayətkar vədinə əməl edərək 23 dekabr 2022-ci il tarixdə X7 xidmətə olacağı və həmin tarixdə postdan keçməsi ilə bağlı onu təlimatlandırıb, 23 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Şahid2 öz üzərində 9.500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini Qusar rayonu, Şirvanovka kəndində yerləşən həmin postdan keçirdikdən sonra, həmin gün X2 gömrük yoxlanış məntəqəsinə daxil olmamış sonuncudan götürmüş olduğu 2.000 (iki min) ABŞ dolları məbləğində pul vəsaitini gömrük postundan kənar keçirərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd X11 Nəzarəti şöbəsinin Şirvanlı Bölməsinin pasport qeydiyyatı otağında Şahid2 təqdim etməklə sonucunun 11.500 ABŞ dolları məbləğində pul vəsaitini yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan keçirilməsini təmin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarının 01 nömrəli əlavəsinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısının 6-cı bəndinə əsasən 10.000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyutanı gömrük orqanında yazılı formada bəyan etməli olmasına baxmayaraq, 23 yanvar 2023-cü il tarixdə 11.500 ABŞ dolları pul vəsaitini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n Rusiya Federasiyasına keçirtməyə köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən Şahid2 X7 xidmətdə olacağı xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n Rusiya Federasiyası istiqamətində tərk edərkən üzərində olacaq qanunla yazılı formada bəyan etməli olduğu 11.500 (on bir min beş yüz) ABŞ dolları məbləğində pulun qanunda nəzərdə tutulmuş miqdardan artıq məbləğinin yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan keçirilməsi üçün 23 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” mobil intertnet tətbiqi vasitəsi ilə danışaraq özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 04 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 23 yanvar 2020-ci il tarixdən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə Qusar rayonunda yerləşən Şirvanlı gömrük postuna təhkim olunaraq üzərinə yoxlama inspektorunun vəzifələri qoyulmuşdur. Vəzifə təlimatına əsasən vəzifəsi gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlamasının həyata keçirilməsi, gömrük prosedurlarına uyğun olaraq idxal olunan mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsum və vergiləri, digər gömrük ödənişlərinin tam həcmdə və vaxtında alınması, gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada aparılması, gömrük nəzarəti prosesində texniki nəzarət vasitələrinin istifadə edilməsinin təmin edilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməsi, gömrük nəzarəti zonasında rejim qaydalarına əməl olunmasına nəzarət edilməsindən ibarət olmuşdur. X6 inspektoru kimi işi X7n ölkə ərazisinə gələn və ölkə ərazisindən çıxan yük avtomobillərinin yoxlanılmasından ibarət olmuşdur. İş rejimi növbətçilik qrafikinə əsasən bir sutka növbədə, digər iki sutka isə istirahətdə olmuşdur. Növbəyə daimi olaraq bir nəfər növbə rəisi, iki nəfər avtomobil yoxlama inspektoru, bir nəfər isə qeydiyyat inspektoru ilə birlikdə təyin edilmişlər. O, 14 noyabr 2022-ci il tarixdə X7 növbədə olduğu zaman ölkə ərazisindən Rusiya Federasiyası istiqamətində dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “FORD TRANSİT” markalı, ağ rəngli yük avtomobili Şirvanlı sərhədkeçmə postundan ölkə ərazisini tərk edərkən tərəfindən avtomobildə yoxlama aparılaraq avtomobilin salonundakı oturacağın altında “Playstation 5” oyun aparatı, həmin aparatın 2 ədəd idarəetmə pultu və markasını bilmədiyi avtomobilin sürət ötürücüsü qutusunun olduğunu aşkar etmişdir. Avtomobil sahibi həmin gün tanıdığı Şahid1 olmuş, Anar Məmmədov isə növbə rəisi olmuşdur. O, Şahid1 rəhbərlik tərəfindən verilmiş təlimatlara əsasən oyun aparatının və avtomobil ötürücüsü qutusunun ölkə ərazisindən çıxarılmasına icazə olmadığını bildirib, yalnız pultları özü ilə birlikdə apara biləcəyini bildirmişdir. Onun məlumatlandırmasından sonra Şahid1 avtomobili ilə birlikdə ölkə ərazisi istiqamətində geri qayıtmış və oyun aparatı ilə avtomobil sürət ötürücüsü qutusunu postun ərazisindən çıxardıqdan sonra təkrarən avtomobillə posta yaxınlaşmış və təkrar yoxlama zamanı avtomobildə yalnız 2 ədəd oyun pultlarının olduğunu müəyyən etmişdir. O, Şahid1 avtomobilini ikinci dəfə yoxlayarkən tək olmuş, sonuncunun postdan keçməsinə razılıq verdikdən sonra Şahid1 israrla ona “şirinlik” olaraq 2 ədəd 20 manatlıq olmaqla ümumilikdə 40 manat məbləğində pulu maşının oturacağına atmış, sonuncuya lazım olmadığını desə də maşından düşüb getdiyindən məcbur olaraq həmin 40 manat məbləğində pulu götürmüşdür. Lakin götürdüyü pul müqabilində Şahid1 xeyrinə hər hansı bir hərəkət etməmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayının təxminən ortalarında işdə olarkən Şahid1 Rusiya Federasiyası operatoruna məxsus mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib danışıq əsnasında Şahid2 adlı tanışının olduğunu, həmin şəxsin 2022-ci ilin dekabr ayında onun işlədiyi X7n Rusiya Federasiyası istiqamətində keçəcəyini, üzərində qanunvericiliklə icazə verilmiş 10.000 ABŞ dollarından əlavə 2.000 ABŞ dolları olacağını, həmin məbləğin 9.500 ABŞ dolları məbləğində pulu bəyan etməklə üzərində keçirəcəyini, həmin puldan əlavə də postu keçməmiş 2.000 ABŞ dolları məbləğində pulu da yoxlama zamanı üzərində aşkar edilməməsi üçün ona verəcəyini, onun da həmin pulu yoxlamadan keçdikdən sonra neytral zonada Şahid2 qaytarmasını bildirmişdir. O, Şahid2 xeyrinə edəcəyi hərəkətə görə 200 manat məbləğində pulu ona verməyini bildirmiş və danışıq zamanı da onunla razılaşmışdır. Razılıqları əsasında da o, “Whatsapp” proqramı vasitəsilə "xxxx" ASCdən təqdim edilmiş özünə məxsus plastik əməkhaqqı kartının nömrəsi olan hissəsinin şəklini çəkib Şahid2 göndərməsi üçün Rafael Şərifliyə göndərmişdir. 18 dekabr 2022-ci il tarixdə günorta vaxtlarında ödəmə terminalı vasitəsilə onun əmək haqqı kartına razılaşdıqları 200 manat pul köçürməsi edilmişdir. Pulun onun kart hesabına köçürülməsinə dair qəbzin də fotoşəklini Şahid1 ona göndərmişdir. Lakin hansı ödəmə terminalından və pulun kimin adından onun kartına göndərildiyini dəqiq bilməmişdir. Həmin pulla onlayn ödənişlər etmişdir. Həmçinin razılıqlarına əsasən də həmin iş müqabilində ona yalnız 200 manat pul verilmiş, yəni işin yekununda da əlavə olaraq ona hər hansı maddi nemət və sair vəd verilməmişdir. Onun hesabına Şahid2 tərəfindən 200 manat məbləğində pulun köçürülməsindən və 23 dekabr 2022-ci il tarixdə də sonuncuya məxsus pulun gömrük məntəqəsindən keçərkən aşkar olunmaması üçün üzərində saxlayıb gömrük məntəqəsi yoxlamasını keçdikdən sonra Şahid2 verəcəyi barədə heç kimə məlumat verməmişdir. Onun kartına pul köçürüldükdən sonra Şahid2 dəqiq xatırlamadığı Azərbaycan Respublikası danışıq operatorlarından birinə məxsus nömrə ilə onun nömrəsinə zəng edib onun növbə vaxtını dəqiqləşdirib həmin növbə müddətində keçməsi ilə bağlı danışıq aparmışlar. Danışıq zamanı da Şahid2 21 dekabr 2022ci il tarixdə keçə bilməsinin mümkün olub-olmadığını soruşmuş, o da İham Əsgərova 23 dekabr 2022-ci il tarixdə növbədə olacağını demiş və həmin tarixdə gəlməsi ilə bağlı razılıq əldə etmişlər. Razılıqları əsasında 23 dekabr 2022-ci il tarixdə X7 növbədə olarkən saat təxminən 20-21 radələrində Şahid2 onun mobil nömrəsinə zəng edib Şirvanlı gömrük postuna çatdığını bildirmişdir. O da Şahid2la danışdıqdan sonra sonuncu dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “FORD TRANSİT” markalı, ağ rəngli yük avtomobili ilə Şirvanlı gömrük postuna daxil olmuşdur. Şahid2 posta daxil olduqda əvvəlcədən əldə etdikləri razılıq üzrə təklikdə avtomobilindən 2.000 (iki min) ABŞ dolları pulu ona vermiş, həmin puldan əlavə də üzərindəki 9.500 ABŞ dolları məbləğində pulla yoxlama məntəqəsinə daxil olmuşdur. Yoxlama məntəqəsinə daxil olmamışdan Dövlət Sərhəd Xidmətinin əməkdaşı və onunla birlikdə yoxlama aparacaq Şahid3 Şahid2 qohumu kimi təqdim etmişdir. Lakin buna baxmayaraq Şahid2 avtomobili qanuna müvafiq qaydada yoxlanılmışdır. Şahid2 üzərindəki 9.500 ABŞ dollar məbləğində pulu postda bəyan etmiş və müvafiq sənədləşdirmə işləri də aparılmışdır. Şahid2 gömrük yoxlama məntəqəsindən keçdikdən sonra postun ərazisində olan Dövlət Sərhəd Xidmətinin xidməti otağında həmin xidmətin əməkdaşı Adəm Məmmədovun yanında 2.000 ABŞ dolları məbləğində pulu Şahid2 özünə geri qaytarmış və sonuncu ölkə ərazisini Rusiya Federasiyası istiqamətində tərk etmişdir. Bundan başqa 23 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında evdə olarkən Şahid2 ona təkrarən eyni nömrəsindən zəng edib özünə məxsus 11.500 ABŞ dolları məbləğində pulu X7n Rusiya Federasiyası istiqamətində keçirmək istədiyini, əvvəlki qayda ilə ona köməklik göstərməyini, yəni bəyan edilməli olan məbləğdən kənar pulları onun postdan keçirməyini xahiş etmişdir. Şahid2 onun xeyrinə edəcəyi hərəkətə görə yəni qanunvericiliyə əsasən icazə verilən məbləğdən artıq məbləğdə pulu ölkə ərazisindən çıxarıb neytral ərazidə ona verəcəyi hərəkətə görə ona 400 manat məbəğində pul verəcəyini demişdir. Bundan sonra Şahid2 bir neçə dəfə zəng edərək əl çəkmədiyinə görə, həmçinin xx.xx.2022-ci il tarixdə qanunla icazə verilən məbləğdən artıq məbləğdə pulu keçirdiyinə görə şikayət edə biləcəyindən qorxub məcbur qalıb razı olduğunu demişdir. Lakin həmin pulu Şahid2 almaq fikri olmamışdır. 25 yanvar 2023-cü il tarixdə o, növbədə olan zaman Şahid2 ona zəng edib Şirvanlı gömrük postuna çatdığını bildirib həmin məsələnin həllinə köməklik etməyini xahiş etmişdir. O, isə köməklik etmək istəməmiş və bu səbəbdən Şahid2 köməklik etməkdən imtina etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd disk yazısındakı “Refail 40 manat” adlı fayldakı, Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd disk yazısındakı “WhatsApp Audio 11.56.26 adlı” adlı fayldakı, WhatsApp Video at 16.23.41adlı fayldakı səs yazıları və WhatsApp Audio at 09.17.37 saylı video görüntülü səs yazısında səs yazıları ona məxsus olmuşdur. Şahid1 verdiyi 40 manat, Şahid2 verdiyi 200 manat puldan heç kimin xəbəri olmamış, həmçinin həmin pullardan heç kimə hər hansı bir məbləğdə pul verməmişdir. Ümumilikdə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şirvan şəhəri Kommunal Kombinat müəssisəsində dalandar işləməklə bərabər ailəsinin dolanışığını təmin etmək üçün Rusiya Federasiyasından müxtəlif ərzaq və əşya gətirib Şirvan şəhərində satmaq qərarına gəlmişdir. Buna görə Rusiya Federasiyasından mal gətirib Azərbaycan Respublikasında satışını həyata keçirən tanışı Şahid1 ilə əlaqə saxlamış və sonuncudan məsləhət istəmişdir. Şahid1 onunla birlikdə Rusiya Federasiyasından mal gətirib satmağını, bu işdə ona kömək edəcəyini, pulun onun tərəfindən qoyulacağını demiş və o da razılaşmışdır. Daha sonra Şahid1 ona alış-veriş üçün təxminən 12.000-14.000 ABŞ dolları məbləğində pulu özü ilə birlikdə Rusiya Fedarasiyasına keçirməyini, həmin pulla mal alaraq geri qayıdacağını, lakin sərhəddən 10.000 ABŞ dollarından artıq pulun keçirilməsinə icazə verilmədiyindən Dövlət Gömrük Komitəsinin Şirvanlı postunda işləyən tanışı Cavid adlı gömrük əməkdaşı ilə danışıb, xəbər edəcəyini demişdir. Daha sonra zəng edərək Cavidlə danışdığını, Cavidin bu işdə ona kömək edəcəyini, 10.000 ABŞ dollarından artıq pulun keçirilməsi üçün 100-120 ABŞ dollar arası pul verməli olduğunu deyib, Cavidin istifadəsində olan ***-***-**-** nömrəsini verərək sonuncu ilə danışmağını və sərhəddən keçiriləcək məbləğ, vaxt və Cavidə verəcəyi pulun məbləği barədə sonuncu ilə razılaşmağını demişdir. O, təxminən xx.xx.2022-ci il tarixdə Cavidlə öz istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamış və telefon nömrəsini Şahid1 verdiyini, Rusiya Federasiyasına keçib mal gətirmək istədiyini demişdir. Cavid ona sərhədi keçən zaman üzərində 9.500 ABŞ dollardan artıq pul keçirməyin mümkün olmadığını dediyindən 12.000 ABŞ dolları məbləğində pulun keçirilməsi üçün ona köməklik göstərməsini xahiş etmiş, Cavid isə ona telefonda köməklik göstərə bilməyəcəyini demişdir. Sonra özü whatsapp tətbiqi vasitəsi ilə ona zəng edərək telefonda danışmağın məsləhət olmadığını whatsapp tətbiqi vasitəsi ilə danışmaq lazım olduğunu demişdir. O, Cavidə ilkin olaraq 12.000 ABŞ dolları keçirməyini desə də, sonradan əlində olan 11.500 ABŞ dollar pulla keçmək istədiyini demişdir. Cavid ondan ilk növbədə əvvəllər sərhəddi keçib keçmədiyini soruşmuş, o, isə əvvəllər sərhəddi keçmədiyini, ilk dəfə keçəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona “9.500 ABŞ dollar üzərində həmin məbləği deklarasiya etməyini, qalan 2.000 ABŞ dollar pulun özü keçirdib neytral zonada ona verəcəyini bildirmişdir. 2.000 ABŞ dolları pulu ondan alıb neytrala keçirərək ona qaytarması müqabilində Cavid telefonda həmin günü ondan 200 (iki yüz) manat pul istəmişdir. O, da razılaşmışdır. Cavid Rəfailə kart şəkli atacağını həmin karta 200 (iki yüz) manat pul göndərməyini demiş, Rəfail Cavidin ona göndərdiyi kartı ona göndərmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Nar” Marketdə quraşdırılmış “E manat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx"a aid olan üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılan 4169********1752 nömrəli karta 200 (iki yüz) manat pul göndərmiş və pulu köçürməyi ilə bağlı Cavidə məlumat vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Gömrük Komitəsinin əməkdaşının qanunsuz hərəkətindən əsəbləşib Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə cəlb olunmuşdur. O, əməliyyat axtarış tədbirinə cəlb olunduqdan sonra xx.xx.2022-ci il tarixdə Cavidlə əlaqə saxlayaraq sərhəddi keçmək istədiyini bildirmişdir. Lakin Cavid ona həmin tarixdə növbədə olmayacağını, xx.xx.2022-ci il tarixdə növbədə olduğundan həmin tarixdə Şirvanlı postundan keçmək üçün gəlməyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbiri ilə əlaqədar olaraq əməliyyatçılar tərəfindən ona kamera çəkilişi imkanı olan xüsusi qol saatı verilmiş, o da həmin günü Qusar rayonunda yerləşən Dövlət Gömrük Komitəsinin Şirvanlı Gömrük postuna yaxınlaşıb Cavidə zəng etmişdir. Cavid gömrük yoxlanış məntəqəsinin qarşısında onu qarşılamış və üzərində olan özünə məxsus 11.500 ABŞ dolların 2.000 ABŞ dollarını götürmüş və neytral zonaya çıxdıqda həmin pulu ona verəcəyini bildirmişdir. O, bundan sonra üzərində olan 9.500 ABŞ dollarını bəyan edərək deklarasiya almış və neytral zonaya keçmişdir. Təqsirləndirilən şəxs onu xidməti otağa dəvət etmiş və orada ona verdiyi 2.000 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Bütün baş verənlər kamerası olan qol saatı vasitəsi ilə qeydə alınmış və o, həmin görüntüləri araşdırmaya təqdim etmişdir. O, Rusiya Federasiyasına getmiş, bir gün orada qalmış və yeni il qabağı olduğuna görə qiymətlər baha olduğundan heç bir mal almadan Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə o, Cavidlə yenidən telefonla danışmış və Rusiya Federasiyasına yenidən keçmək istədiyini və keçən zaman pul götürəcəyini demişdir. Cavid ondan keçirtmək istədiyi pulun məbləğini soruşmuş, o, isə cavabında 11.500 ABŞ dollar pulu keçirtmək istədiyini demişdir. Cavid ona həmin pulun 8.500 ABŞ dollarını üzərində, qalan 3.000 ABŞ dollarının isə onun tərəfindən keçiriləcəyinə kömək edəcəyini bildirmiş, bu edəcəyi hərəkətə görə onlar aralarında 400 (dörd yüz) manat müqabilində razılaşmışlar. Bununla əlaqədar bütün danışıqlarının hamısının səs yazısını araşdırmaya təqdim etmişdir. Cavid ona xx.xx.2023-ci il tarixdə postda olacağını və həmin tarixdə gələrək postdan keçməyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yenidən Xaçmaz rayonunda yerləşən həmin posta getmiş və Cavidə zəng etdikdə Cavid ona 2 saat gözləməyini bildirmiş və 2 saatdan sonra isə onunla görüşməkdən imtina etmişdir. O, əməliyyatçılara Cavidin onunla görüşməkdən imtina etməsi barədə məlumat vermişdir. Cavid ondan pul tələb etdiyinə görə özü könüllü olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və ondan tələb olunan rüşvət barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 29 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd X8 Məntəqəsinə Şirvanlı postunun nəzarətçisi vəzifəsinə gizir olaraq işə qəbul olunmuşdur. 28 yanvar 2023-cü il tarixdə öz ərizəsi ilə həmin vəzifədən azad olunmuşdur. Şirvanlı postunda növbə ərzində 4 nəfər nəzarətçi və 1 növbə rəisi olaraq xidmətə çıxmışlar. Nəzarətçi olaraq vəzifəsi Qusar rayonu Şirvanovka kəndində yerlən Şirvanlı postundan keçid edən yük maşınlarının yoxlanılması və pasport yoxlanışı edilərək sərhəd keçmənin təşkilindən ibarət olmuşdur. Belə ki, yük maşını ölkədən çıxmaq üçün posta daxil olduqda yük avtomobilinə gömrük inspektoru ilə birlikdə baxış keçirmişlər. Onun nəzarətçi olaraq avtomobilə baxışının əsas səbəbi qaçaqmalçılığın və qaçaq yolu ilə vətəndaşın sərhəddən keçməsinin qarşısının alınmasıdır. Avtomobil DSX-nin nəzarətçisi və DGK-nin inspektoru tərəfindən yoxlanıldıqdan sonra vətəndaş gömrük postuna yaxınlaşmaqla yoxlanışdan keçir, yükünə və valyutaya dair deklarasiya yazılır, çıxışa icazə verildikdən sonra DSX-nin postuna yaxınlaşaraq DSX-nin nəzarətçisi tərəfindən pasportu yoxlanılır, ölkədən çıxışına dair məlumatlar kompyuter vasitəsi ilə qeydiyyat edilərək pasportu çıxışına dair möhürlənir, ölkəyə girişdə isə əksinə ilkin olaraq DSX-nin postundan daha sonra gömrük postuntdan keçməklə ölkəyə daxil olur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı postunun inspektoru işçi qaydada münasibətdə olduğu Təqsirləndirilən şəxs ona müraciət edərək qohumu Şahid2 postdan ilk dəfə Rusiya Federasiyası istiqamətində avtomobili boş vəziyyətdə ticarət ilə bağlı keçəcəyini, üzərində qanunla icazə verilən 10.000 ABŞ dolları məbləğdən artıq ümumilikdə 11.500 ABŞ dolları məbləğində pul olduğunu, pulun keçirilməsinə qohumu olduğu üçün kömək edəcəyini, həmin pul vəsaiti ilə bağlı yoxlanışda heç bir problem yaratmamağını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, vətəndaş üzərində qanunla icazə verilən məbləğdən artıq pulun keçirilməsinin yoxlama səlahiyyəti gömrük inspektorlarındadır. Sadəcə Gömrük inspektorları DSX-nin əməkdaşı olaraq vətəndaş üzərində artıq puldan xəbərləri olaraq onların rəhbərliyinə məruzə etməklərindən narahatdırlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona qohumu kimi təqdim etdiyi Şahid2 markası yadında olmayan yük avtomobili ilə axşam saatlarında posta gəlmişdir. Cavid və onun tərəfindən avtomobil dəqiqliklə yoxlanılmışdır. O da X12 Məmmədovun qohumu olduğu üçün avtomobilini yoxlasa da üzərindəki pulla bağlı heç bir söz soruşmamışdır. Daha sonra Şahid2 gömrük yoxlanışından keçərək Təqsirləndirilən şəxsla DSX-nin xidməti otağına daxil olmuş, xidməti otağa daxil olan kimi Təqsirləndirilən şəxs qanunla icazə verilən puldan artıq olan 2.000 ABŞ dolları pulunu onun üzərində olduğunu bildirmişdir. O da bununla bağlı heç bir söz deməmiş, Şahid2 pasport nəzarəti düzgün şəkildə keçirildikdən sonra Cavid pulu İlhama necə verəcəyi barədə tərəddüd etdikdə, həmin pulu DSX-nin Şirvanlı postundakı pasport nəzarəti otağında çıxarıb verməyini demiş, Təqsirləndirilən şəxs da həmin 2.000 ABŞ dolları pulu onun yanında cibindən çıxardaraq Şahid2 vermiş və Rusiya Federasiyasının postundan keçən zamanda üzərində 10.000 ABŞ dolları olduğunu deməyini bildirmişdir. O, isə Şahid2 yük avtomobili ilə boş qayıtdığı halda bir daha ölkə ərazisindən çıxmağa icazə verilməyəcəyini bildirmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Cavid yenidən ona müraciət edərək Şahid2 yenidən postdan keçmək üçün gələcəyini demişdir. Caviddən keçən dəfə yəni, xx.xx.2022-ci il tarixdə keçib geri qayıdan zaman avtomobilin boş və ya dolu qayıtdığını soruşduqda, Cavid boş qayıtdığını bildirmiş, o da Cavidə avtomobilin boş qayıtdığını bildirərək Şahid2 avtomobilinin buraxılmayacağını demişdir. Lakin Şahid2 üzərində artıq məbləğdə pulu olub-olmayacağı barədə heçnə deməmişdir. Daha sonra həmin tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şirvanlı postuna gələrək Təqsirləndirilən şəxs üzərinə baxış keçirməklə aparmışlar. Şahid2 üzərində qanunla icazə verilən məbləğdən artıq pul keçirməsinə, həmçinin sonuncunun xeyrinə edəcəyi hər hansı hərəkətə görə nə Təqsirləndirilən şəxs, nə də ki Şahid2 tərəfindən ona hər hansı bir məbləğdə pul təklif edilməmiş, həmçinin hər hansı bir məbləğdə pul verilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı vətəndaşın gömrük postundan qanunla icazə verilən məbləğdən artıq məbləğdə pulu keçirməsi ilə və ya digər hər hansı qanunsuz hərəkətin edilməsi ilə bağlı ona müraciət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2018-cı il tarixdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi Samur Gömrük postunun inspektoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdən Şirvanlı Gömrük postuna təhkim olunmuş və üzərinə ölkə ərazisindən Rusiya Federasiyası istiqamətində, həmçinin əks istiqamətdə yəni, Rusiya Federasiyasından ölkə ərazisi istiqamətində keçən nəqliyyat vasitələrinin qeydiyyatı vəzifəsi qoyulmuşdur. 24 saatlıq növbəyə növbə rəisi olaraq X9, ölkə ərazisindən Rusiya Federasiyası istiqamətində keçən nəqliyyat vasitələrinin yoxlanılması Təqsirləndirilən şəxs, əks istiqamətdə yəni, Rusiya Federasiyasından ölkə ərazisi istiqamətində keçən nəqliyyat vasitələrinin yoxlanılması X1, nəqliyyat vasitələrinin qeydiyyatı isə onun tərəfindən həyata keçirilmişdir. Belə ki, posta daxil olan avtomobillər Təqsirləndirilən şəxs və Ramin İsmayılov tərəfindən yoxlandıqdan sonra onun əyləşdiyi xidməti otağa yaxınlaşaraq sənədlərini təqdim etmişlər ki, o da həmin nəqliyyat vasitələrinə və sürücüyə dair məlumatları kompyuter vasitəsi ilə vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeyd apararaq qeydiyyat bildirişini vətəndaşa təqdim etmişdir. Şahid1 və Şahid2 tanımamış, Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 hər hansı məbləğdə pul almasından məlumatı olmamış, görüntülərdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid2 onun əyləşdiyi xidməti otağa gətirərək təqdim etməsinin səbəbi ölkə ərazisindən Rusiya Federasiyası istiqamətində keçən maşınları yoxlayan inspektorların ona yaxınlaşaraq avtomobili yoxlamasına dair məlumat verməsi olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əsasən Rusiya Federasiyasında ticarətlə məşğul olsa da, arabir Azərbaycan Respublikasına da gəlib ölkə ərazisində həmin fəaliyyətlə, mobil telefon və sair məhsullar, bəzən avtomobil və onun ehtiyat hissələrini alıb-satmaqla məşğul olmuşdur. İstifadəsində “BMW” markalı X5 modelli Rusiya Federasiyasına məxsus 788AN799 dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə bərabər “Ford” markalı “Transit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili də vardır. “Ford” markalı “Transit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əsasən ticarət məqsədli istifadə etməkdədir. Azərbaycan Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X6 əməkdaşı Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında tanımışdır. Belə ki, o, həmin ay ərzində öz istifadəsində olan “Ford” markalı “Transit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir neçə dəfə X7n Rusiya Federasiyasına keçmək istəmişdir. Həmin zaman sənədlərində problemlərin olması səbəbi ilə bir neçə dəfə həmin posta gedib geri qaytarılması əsnasında postun əməkdaşı Təqsirləndirilən şəxs tanımış və sonuncu ilə münasibəti yaranmışdır. 14 noyabr 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində o, yenə özünün istifadəsində olan “Ford” markalı “Tranzit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvanlı gömrük postuna yaxınlaşmışdır. Həmin vaxt onun avtomobili gömrük yoxlanış məntəqəsindən keçən zaman Təqsirləndirilən şəxs da orada olmuşdur. Avtomobilinə Təqsirləndirilən şəxs tərəfindən baxış keçirilən zaman avtomobilində mühərrik yağı, parfum, 02 ədəd “Sony” markalı “playstation 5” modelli oyun cihazı, avtomobil sürət qutusu aşkar olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs tərəfindən ona “Sony” markalı “playstation 5” modelli oyun cihazı və avtomobil sürət qutusunun keçirilməsinin qadağan olduğu bildirilmişdir. Həmçinin o, mühərrik yağı və parfumların da qadağan olunduğunu, onların avtomobilin içərisində görünməyən yerə yerləşdirməyini, yenidən postdan keçən zaman avtomobilini səthi yoxlamaqla ona köməklik göstərəcəyini, bunun müqabilində isə ona yüngülvari hörmət etməyini bildirmişdir. Bu səbəbdən o, geri qayıdıb Təqsirləndirilən şəxs dediyi kimi edib, “Sony” markalı “playstation 5” modelli oyun cihazı və avtomobil sürət qutusunu evə qoyub, mühərrik yağı və parfumları isə Təqsirləndirilən şəxs dediyi kimi avtomobilinin görünməyən hissələrində gizlədib həmin tarixdə, yəni 14 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində yenidən Rusiya Federasiyasına keçmək məqsədilə həmin posta yaxınlaşmışdır. Bu vaxt Təqsirləndirilən şəxs tərəfindən avtomobil yenidən yoxlanılmış, o, qabaqcadan dediyi kimi avtomobilini bilərəkdən səthi yoxlamış və o, buna görə 40 (qırx) manat, yəni iki ədəd 20(iyirmi) manatlıq əskinazdan ibarət pulu avtomobilinin yan qabaq sərnişin oturacağına Təqsirləndirilən şəxs götürməsi üçün atmışdır. Həmin vaxt avtomobilin yan qapısı açıq olmuş və Təqsirləndirilən şəxs sərnişin oturacağına qoyduğu həmin pulu götürüb cibinə qoymuşdur. Azərbaycan Respublikasına qayıtdıqdan sonra 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz hərkətləri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə yenidən Rusiya Federasiyasına keçid etmişdir. Rusiya Federasiyasından geri qayıdan zaman Təqsirləndirilən şəxs mobil telefonlar gətirmək istədiyini, onların keçirilməsində ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun getməyini, sonra bu barədə söhbət etmələrini ona bildirmişdir. Həmin vaxt bir-birilərindən mobil nömrələrini də götürmüşlər. Daha sonra Təqsirləndirilən şəxsla bir neçə dəfə telefon əlaqəsi yaratmış və yenə də, telefonda Azərbaycana gələn zaman bir neçə telefon gətirməsi ilə bağlı ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da köməklik edəcəyini bildirmişdir. 05 yanvar 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradıb Azərbaycana keçid edəcəyini, lakin telefon gətirmək məsələsinin alınmadığını ona bildirmişdir. Həmin tarixdə təxminən gecə saat 01 radələrində o, həmin Şirvanlı postundan keçən zaman postun əməkdaşları tərəfindən avtomobili hərtərəfli yoxlanılmış, lakin avtomobilində heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. Həmin vaxtdan indiyədək o, həmin Şirvanlı postunda olmamış və Təqsirləndirilən şəxsla əlaqəsi olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Rusiya Federasiyasında olan zaman xatırlamadığı tanışları vasitəsilə tanış olduğu Şahid2 ilə birlikdə mobil telefon alqı-satqısı məqsədilə Azərbaycandan Rusiya Federasiyası ərazisinə pul vəsaiti keçirib oradan mobil telefonlar alıb geri qayıtmaq istəmişdirlər. Bu məqsədlə o, 2022-ci ilin dekabr ayının əvvəli Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə yaradıb onlara bu məsələdə köməklik göstərməsini bildirib, tanışı Şahid2 tərəfindən ya 14.000 (on dörd min) ya da 12.000 (on iki min) ABŞ dollar məbləğində pulun Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası istiqamətində keçirmək istədiklərini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşıb köməklik göstərəcəyini bildirmişdir. Daha sonra Şahid2 Təqsirləndirilən şəxs mobil nömrəsini verərək sonuncu ilə onun adından danışmağını, sərhəddən keçmək istədiyi vaxt, sərhəddən keçirəcəyi pulun məbləği və Cavidə edəcəyi köməkliyə görə verəcəyi pulun məbləği barədə razılaşmağını demişdir. Təqsirləndirilən şəxs Şahid2 ilə danışıb sonuncunun qanunla nəzərdə tutulmuş 10.000 ABŞ dolları məbləğindən artıq məbləğdə pulun yəni, 11.500 ABŞ dolları məbləğində pulu gömrük postundan keçirilməsinə görə 200 (iki yüz) manat pul istəmişdir. Təqsirləndirilən şəxs onu daha yaxşı tanıdığından və Şahid2 ehtiyatlandığından onun istifadəsində olan hazırda xatırlamadığı Rusiya Federasiyasına məxsus olan mobil nömrənin “WhatsApp” proqramına 18 dekabr 2022-ci il tarixdə plastik kart şəkli göndərərək pulun həmin karta göndərilməsini bildirmişdir. O da öz növbəsində həmin kartın şəklini Şahid2 yadında qalmayan mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. İlham da elə həmin tarixdə 200 (iki yüz) manatı həmin karta göndərmişdir. Daha sonra 23 dekabr 2022-ci il tarixdə Şahid2 11.500 (on bir min beş yüz) dollar məbləğində pul vəsaitini öz üzərində Rusiya Federasiyasnına X7n keçirmiş və bu zaman Təqsirləndirilən şəxs ona köməklik göstərmişdir. Daha sonra Şahid2 gətirdiyi pulla yeni il olduğundan qiymətlər baha olduğundan heçnə ala bilmədən sonuncu Azərbaycan Respublikasına geri qayıtmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ətrafında xx.xx.2022-ci il tarixli Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, disk verbatim markalı olmaqla kompüter dəstinin sistem blokuna daxil etdikdə diskdə 01 ədəd “MOVİ0004” adlı video faylının olması müəyyən edilmişdir. “MOVİ0004” adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, çəkiliş Şahid2 gizli kamera ilə təchiz olunmuş qol saatı vasitəsilə aparılmışdır. Çəkilişdən Şahid2 avtomobildə əyləşmiş vəziyyətdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X6 inspektoru vəzifəsinə ezam olunmuş Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşdıqları kimi Şahid2 9.500 ABŞ dolları məbləğində pulu üzərində, 2.000 ABŞ dolları məbləğində pulun isə Təqsirləndirilən şəxs gömrük yoxlanışından kənar keçirilməsi üçün verilməsi, gömrük postundan yoxlanışdan keçdikdən sonra neytral ərazidə 2.000 ABŞ dolları məbləğində pulun Şahid2 qaytarılması barədə danışıqların aparıldığı, danışıqdan sonra Təqsirləndirilən şəxs həmin pulu əlini avtomobilin salonuna salmaqla Şahid2 götürməsi, Təqsirləndirilən şəxs götürdüyü və gömrük yoxlanışından keçdikdən sonra qaytaracağı 2.000 ABŞ dolları məbləğində pulun Rusiya Federasiyasının gömrük postundan keçən zaman gizlətməsini barədə danışıqların olması, gömrük yoxlanışından keçdikdən sonra Təqsirləndirilən şəxs götürdüyü pulu xidməti otağa daxil olan Şahid2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşının yanında qaytardığı müşahidə edilir. (cild İ, i.v. 29; 147-154) İş materiallarında olan Şahid2 izahatına əlavə etmiş olduğu xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs adına olan 416974******1752 nömrəli kart hesabına ünvan 4 ünvanında yerləşən “Nar” Marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 200 (iki yüz) manat pul vəsaiti köçürülmüşdür. (cild 01, i.v.24) İş materiallarında olan Kapital Bank ASC-nin 13 fevral 2023-cü il tarixli, 2023/20300/1221 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 416974******1752 nömrəli plastik kart hesabından çıxarışdan görünür ki, sonuncu hesaba xx.xx.2022-ci il tarixdə terminal vasitəsi ilə 200 (iki yüz) manat pul vəsaiti köçürülmüşdür. (cild 01, i.v.199-217) İş materiallarında olan Kapital Bank ASC-nin 13 fevral 2023-cü il tarixli, 2023/20300/1221 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 416974******1752 nömrəli plastik əməkhaqqı kart hesabından bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə “Təqsirləndirilən şəxs” adlı 01 ədəd qovluq vardır. Həmin qovluğa daxil olduqda həmin qovluqda “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022” adlı 18 sayda fayl vardır. Həm fayllardakı foto görüntülərlə Təqsirləndirilən şəxs istifadəsində olan 416974******1752 nömrəli plastik əməkhaqqı kart hesabından nağdlaşdırmanın sonuncu tərəfindən şəxsən aparıldığı müəyyən olunmuşdur. (cild 01, i.v.219) İş materiallarında olan Şahid1 araşdırma zamanı təqdim etdiyi səs yazıları köçürülmüş 01 ədəd diskə baxış keçirilməsinə dair 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, disk “Verbatim” markalı olmaqla həmin diskə daxil olduqda içərisində 01 ədəd “Refail 40 manat” adlı fayl vardır. Həmin faylda aşağı məzmunda dialoq vardır; K1-qırmızıda idi, onu da çıxartmaq bir az qəliz məsələ idi, gərək komitəyə deyilərdi, inşallah yığdım xahiş elədim, yuxarıdan yığdılar verdiyin qırx manatın otuz manatını atacam onun kartına, oradan on manat mənə qalacaq, otuz manatın atım ki qırmızı kanaldan çıxasan. K2- Allah razı olsun, narahat olma svzay eliyəciy, xəcalətindən çıxacıq. Komandir indi mən obizatelni yüknən gəlməliyəmdə elə? K1-hə K2 indi qulaq as e, indi yüknən gəlirəm də ta bura girməyəcəmdə hə? ordan keçəcəmdə? K1-hə Baxışda iştirak edən Şahid1 K1 kimi işarələnmiş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs, K2 kimi işarələnmiş diktorun səsi və nitqinin ona məxsus olduğunu, həmin səs yazısının Təqsirləndirilən şəxs avtomobilinə yoxlamanı səthi həyata keçirdiyinə görə sonuncuya 40 manat pulu verib sərhəd buraxılış məntəqəsinə yaxınlaşan zaman sərhəd buraxılış məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs ilə arasında olan səs yazısı olduğunu bildirmişdir. (cild 01, i.v.170) İş materiallarında olan Şahid2 araşdırma zamanı təqdim etdiyi səs yazıları köçürülmüş 01 ədəd diskə baxış keçirilməsinə dair 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, disk “Verbatim” markalı olmaqla həmin diskə daxil olduqda içərisində 01 ədəd “WhatsApp Audio 11.56.26” adlı fayl vardır. Həmin faylda “qaqam gör nə deyirəm mən onu həll eləsəm yəni, on ikini, danışdım dedim iki dənə manat, yəni ancaq belə, başqa variant yoxdur vallah, tək deyiləme ona görə, bir dənə mənə cavab de ki hə ya yox məndən cavab gözdəyirlər mən cavab deyim” məzmunda səs yazısı vardır. Baxışda iştirak edən Şahid2 səs yazısını dinləyərək həmin səsin Təqsirləndirilən şəxs məxsus olmaqla sonuncunun onun üzərində ölkə sərhədini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X6dan tərk edən zaman qanunla icazə verilən miqdardan artıq olan 12.000 ABŞ dolları məbləğində pulunun gömrük yoxlanış məntəqəsindən keçirilməsini təmin etməsi müqabilində 200(iki yüz) manat istəməsinə dair səs yazısı olduğunu bildirmişdir. (cild 01, i.v.173) İş materiallarında olan araşdırma zamanı səs yazılarının köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, disk “Verbatim” markalı olmaqla həmin diskə daxil olduqda içərisində səs yazıları olan 1 ədəd “WhatsApp Audio at 09.17.37” adlı və videogörüntü olan 1 ədəd “WhatsApp Video at 16.23.41” adlı fayllar vardır. “WhatsApp Audio at 09.17.37” adlı faylda aşağıdakı məzmunda dialoq vardır; K1- Hay can qardaş K2- Narahat eləmədim Cavid? K1- Yox-yox xoşdu o nə deməkdi K2-deməli mənim malımda, furamda hazırdı uje eşidirsən ? K1-hə K2- can hə, mən deməli tezdən keçib axşama qayıtmalıyam malnan uje eşidirsən? K1- hə, hə K2-Hə can hə deməli səninlə tezdən mən qıraqda görüşüm, danışdığımız kimi üç min dolları qıraqda bir kəndəmi, çayçıdamı verim sənə, pulu nasosnuda əmioğludan götürəcəm, doqquz min dolları qoyum üstümə eşidirsən? K1- hə K2- üç min dolları qıraqda verim, dörd yüz manatıda üstündə çörəyivi verim. K1- hə onu qoy qırağa K2- içəridə hər yer kameradı, keçən dəfə pulu alt paltarıma qoydum, balamın baloun canı pul tökülmüşdü nə yaxşı ki dizlik geyinmişdim onun üstündən corab, rusun tamojnusunda çəkə bildim, yoxsa pul səpələnək idi, orada nə günə qaldım, bir stress keçirdim orda, yox olanı deyirəm, birdən orda pul tutulsaydı sizə də söz gələrdi, quran haqqı mən ölmüşdüm. Sizdə də hər yer kamera, birini keçirsən ikisini keçirsən adam qorxur, hamıda göz-gözədi. Qıraqda görüşək üç min dolları verim sənə, sənin çörəyin dörd yüz manatı da verim sənə danışdığımız kimi K1-hə hə K2- doqquz min dolları qoy rahat keçirim mən qurban olum sənə, səninlə içəridə görüşüm üç mini götürüm. K1- hə problem yoxdu K2- birdə bizim işləməyimizdən Rəfailin xəbəri olmasın sən canı K1 ayıb olar e, mənim onunla əlaqəm yoxdur o, məni yığırdı ki, onu edə bilərik ? ya yox ya hə deyirdim K2- mənim çörəyimə dəyər məni tanıdar səni tanıtdırar K1 narahat olma onun mini mənim telefonuma yığır atval verirəm K2- Allah canıvu sağ eləsin K1-problem yoxdu, sən sabah yox biri gün gəl həll eliyək K2-mən qıraqda səninlə görüşüm, qoy rahat keçə bilim K1- onda sən bir az tez çıxarsan mən işə çatmamışdan qabaq yolda səninlə görüşüm promoy gedim işə K2-mən sənə zəng edəcəm hardayam ordan keçəndə görüşək üç mini və dörd yüz manatı verim, doqquz min dollarla rahat keçim K1-bildim bildim sən indi rayondasan? Elə bildim şəhərdəsən K2- hə yoxsa şəhərdə olsaydım indi görüşərdik K1-hə elə onu deyirdim K2-nasosnuda pulda götürməliyəm axı kəsrim var axı dedim K1- hə ola bilərki yoda rastlaşarıq K2- problem yoxdu mən o zonada zəng eliyəcəm tamojnudan aralıda görəşək səninlə K1- problem yoxdu K2-görüşüm mən səninlə mən rahat keçim K-1 yaxşı-yaxşı K2-oldu Cavid sənə qurban K1-əsas o tərəfdə yoxlamırlar hə çox? K2-yox yox keçən dəfə soruşdular dedim bir belə yoxlamadılar heç K1-yaxşı sabah yox birisi gün inşallah görüşək K2 Sübhdən görüşəcəm səninlə işə girməmişdən K1-onsuzda mən səhər altıda şəhərdən çıxıram K2- neçədə olursan işdə? K1- doqquzun yarısı K2- onda doqquza işləmiş tamojnudan qıraqda görüşək canım qurban K1-yaxşı ay sağol-sağol-sağol K2- sağol Baxışda iştirak edən Şahid2 səs yazısını dinləyərək K1 kimi işarələnmiş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs, K2 kimi işarələnmiş diktorun səsi və nitqinin ona məxsus olduğunu, həmin səs yazısının Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onun tərəfindən gömrük sərhədindən qanunla icazə verilən məbləğdən artıq məbləğdə pul vəsaitinin keçirilməsi üçün ondan rüşvət istəməsinə dair aralarında olan səs yazısı olduğunu bildirmişdir. “WhatsApp Video at 16.23.41” fayla baxış zamanı müəyyən edildi ki, bir nəfər şəxs mobil telefon ilə whatsaap proqramı ilə etdiyi danışığını videolentə alır. Görüntüdə bir nəfər şəxs digər şəxsə ölkə sərhədindən Rusiya Federasiyası istiqamətində gömrük sərhədindən keçiriləcək məbləğin 12.000 və ya 14.000 ABŞ dolları olacağını, 12.000 dollar olacağı təqdirdə 100 ABŞ dolları, 14.000 ABŞ dolları olacağı təqdirdə 150 ABŞ dollar məbləğində ona pul verəcəyinə, həmçinin Rusiya Federasiyasından ölkə ərazisinə də telefon keçirmək istəmələrinə dair danışıqların aparılması, digər şəxsin isə sabah işə gedəcəyini vəziyyətə baxaraq ona məlumat verəcəyi məzmunda danışıqlar vardır. Baxışda iştirak edən Şahid1 video yazını izləyərək əlində mobil telefon tutaraq danışan şəxsin özü olduğunu, Təqsirləndirilən şəxs ilə whatsaap proqramı ilə etdiyi danışığını videolentə aldığını, sonuncunun Şahid2 gömrük sərhədindən Rusiya Federasiyası istiqamətində qanunla icazə verilən məbləğdən artıq məbləğdə keçiriləcək pula görə Təqsirləndirilən şəxs tərəfindən ilkin olaraq istənilən rüşvətə dair görüntünün olduğunu, daha sonra Şahid2 Təqsirləndirilən şəxsla tanış etdiyini, keçiriləcək pulun məbləğinin və alınacaq rüşvətin məbləğinin aralarında dəqiqləşdirildiyini bildirdi. (cild 01, i.v.178-180) İş materiallarında olan mobil telefona baxış keçirilməsinə dair 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 7” markalı mobil telefon işlək vəziyyətdədir, mobil telefonun içərisində ***-***-**-** "xxxx" MMC operatoruna aid telefon nömrəsi vardır. Mobil telefonun kontaktında Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi “ilham spırter”” adı ilə qeydiyyatdan keçmişdir. Mobil telefonun daxil olan və çıxan zənglərə aid bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə nömrəyə daxil olan, nömrədən çıxan və cavabsız zənglər olduğu müəyyən olunur. Şahid2 ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə saat 15:46-da 1 dəqiqə, xx.xx.2023-cü il tarixdə saat 18:23-də 46 saniyə, saat 18:29-da 13 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:19-da 36 saniyə, saat 07:21-də 17 saniyə, saat 07:50-də 42 saniyə, saat 08:15-də 17 saniyə, WhatsApp” mobil tətbiqi vasitəsi ilə isə xx.xx.2023-cü il tarixdə saat 18:10-da 12 dəqiqə, saat 18:58-də 7 dəqiqə danışıqlar olmuşdur. Bundan sonra mobil telefonun “WhatsApp” mobil tətbiqinə daxil olduqda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tətbiqdə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında səsli və sms yazışmalarının olduğu müəyyən olunur. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə olan səsli və sms yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Şahid2 gömrük postundan keçməmişdən üzərində 9500 ABŞ dolları məbləğində pulu saxlamasını, qalan məbləği ona vermək üçün əvvəlcədən corabında gizlətməsi barədə təlimatlandırır. xx.xx.2023-cü il tarixində olan səs yazılarında Təqsirləndirilən şəxs növbədə olduğu vaxt barədə məlumat verməklə Şahid2 üzərində olan pul məbləği barədə məlumat aldığı, xx.xx.2023-cü il tarixdə olan səs yazılarında xx.xx.2023-cü il tarixdə səhər saat 08:30-da onu gözləməyini, qanunla icazə verilən məbləğdən artıq məbləği Şahid2 götürməklə gömrük yoxlanışından keçirəcəyi barədə vəd verdiyi, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid2 üzərində 8500 ABŞ dolları məbləğində pulu saxlamasını, qalan 2500 ABŞ dolları məbləğində pulu ona verməyini, gömrük yoxlanışından keçən zaman keçən dəfə ölkə ərazisini tərk edib geriyə ölkə ərazisinə qayıdışı zamanı avtomobilin boş olmasının səbəbini almaq istədiyi əşyaların qiymətinin qalxması ilə izah etməsini bildirməsi müəyyən olunmuşdur. (cild 01, i.v.185-187) İş materiallarında olan "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskə baxış keçirilməsinə dair 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 2559 saylı 01 ədəd qovluq var. Həmin qovluqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 4 ədəd fayl vardır. **********49.txt faylına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid2 ***-***-**-**saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 18:55:48-də 98 saniyə, saat 19:28:39-da 16 saniyə, saat 19:29:56-da 135 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:30:43-də 34 saniyə, saat 13:56:23-də 70 saniyə, saat 14:04:40-da 112 saniyə, saat 14:09:43-də 41 saniyə, saat 15:00:32-də 29 saniyə, saat 16:18:01-də 11 saniyə, saat 17:51:14-də 38 saniyə, saat 20:23:22-də 21 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:23:39-də 46 saniyə, saat 18:29:11-də 14 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:19:58-də 37 saniyə, saat 07:21:37-də 17 saniyə, saat 07:50:17-də 41 saniyə, saat 08:15:17-də 17 saniyə, saat 08:15:45-də 30 saniyə, saat 09:16:26-da 30 saniyə, saat 10:13:07-də 18 saniyə, saat 10:20:52-də 49 saniyə, saat 10:25:05-də 439 saniyə, saat 10:44:43-də 885 saniyə, saat 11:12:08-də 312 saniyə, saat 11:21:11-də 360 saniyə müddətinə danışıqların olması müəyyən olunur. “antenna-2022.xlsx” faylına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefonunun anten dairəsinin xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09:01-dək, xx.xx.2022-ci il 09:02-dən xx.xx.2022-ci il saat 09:00-dək Qusar rayon Şirvanovka kəndininin inzibati ərazisində olması müəyyən edilir. (cild 01, i.v.197) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olmuş 24 fevral 20223-cü il tarixli 3-33/2-003533/2023 nömrəli məktuba əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şivanlı gömrük postunun növbətçilik cədvəlindən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə X9, X1, Şahid4 və Təqsirləndirilən şəxs növbədə olmuşlar. (cild 01, i.v.227) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olmuş 24 fevral 2023-cü il tarixli 3-33/2-003533/2023 nömrəli məktuba əlavə edilmiş Şahid1 xx.xx.2022-ci il tarixdə, Şahid2 xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n keçidləri zamanı qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, diskdə “66BK985 - SHARİFLİ RAFAİL” və “99LY868 - ASGAROV İLHAM” adlı 02 sayda qovluq vardır. “66BK985 - SHARİFLİ RAFAİL” adlı qovluğa daxil olduqda qovluqda “_urn-uuid- 82964000-e754-11b4-838c-1012fbe03f42_2022-11-14_20-50-00(1)”,“_urn-uuid-9aee4000- 9be4-11b4-832c-bcbac27cea19_2022-11-14_21-13-0(1)”, “_urn-uuid 82964000-e754-11b4- 838c-1012fbe03f40_2022-11-14_20-51-28(1)”,“Shirvanli_PTZ X15 5_urn-uuid-04d68358d0fc-11b2-80e4-54c4158d11df_2022-11 14_21-35-40(1)” və “Talvar_ixrac_ 35_1420_urnuuid-ee3c4000-a22d-11b4-8334 bcbac2a8eb8a_2022-11-14_20 -52-40(1)” adlı 5 sayda fayl vardır. “_urn-uuid-82964000-e754-11b4-838c-1012fbe03f42_2022-11-14_20-50-00(1)”adlı fayldakı videogörüntüdən-Şahid1 “Ford” markalı “Tranzit” modelli 66-BK 985 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə xx.xx.2022-ci il tarixdə 20:51-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük postuna daxil olduğu görünür. Talvar_ixrac_35_1420_urn-uuid-ee3c4000-a22d-11b4-8334-cbac2a8eb 8a_2022-11- 14_20-52-40(1)” adlı fayldakı videogörüntüdən-Şahid1 “Ford” markalı “Tranzit” modelli **-BK- *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə xx.xx.2022-ci il tarixdə 20:53-də gömrük yoxlanış məntəqəsinə yaxınlaşması, həmin gün saat 20:59-dan 21:01-dək yük avtomobilinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin xidməti geyim formasında olan 2 nəfər şəxsin baxış keçirildiyi görünür. _urn-uuid-82964000-e754-11b4-838c-1012fbe03f40_2022-11-14_20-51-28 (1) fayldakı videogörüntüdən-Şahid1 “Ford” markalı “Tranzit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yoxlanış məntəqəsinə yaxınlaşan zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xidməti geyim formasında bir nəfər şəxsin avtomobilin sağ yan sərnişin qapısını açaraq sürücü ilə söhbət aparıldığı görünür. _urn-uuid-9aee4000-9be4-11b4-832c-bcbac27cea19_2022-11-14_21-13-20 (1) fayldakı videogörüntüdən-Şahid1 xx.xx.2022-ci il tarixdə 21:13-də gömrük əməkdaşların əyləşdiyi xidməti otağa yaxınlaşaraq sənədlərini təqdim etdiyi, gömrük xidməti əməkdaşı tərəfindən sənədlərinin yoxlanaraq müvafiq qeydlər aparılaraq özünə qaytarıldığı, saat 21:18-də Təqsirləndirilən şəxs Şahid1 yaxınlaşaraq söhbət etdikləri görünür. Shirvanli_PTZ X15 5_urn-uuid-04d68358-d0fc-11b2-80e4-54c4158d11df_2022-11- 14_21-35-40(1) fayldakı videogörüntüdən-Şahid1 “Ford” markalı “Tranzit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük postunu Rusiya Federasiyası istiqamətində tərk etdiyi görünür. “99LY868 - ASGAROV İLHAM” adlı qovluğa daxil olduqda qovluqda “_urn-uuid- 9aee4000-9be4-11b4-832c-bcbac27cea19_2022-12-23_18-17-00(1)”, “_urn-uuid-82964000e754-11b4-838c-1012fbe03f40_2022-12-23_17-52-45(1)”, “_urn-uuid-82964000-e754-11b4- 838c-1012fbe03f42_2022-12-23_17-51-35(1)”, “Shirvanli_PTZ X15 5_urn-uuid-04d68358d0fc-11b2-80e4-54c4158d11df_2022-12-23_18-10-30(1) və “Talvar_ixrac_35 _1420_urn-uuidee3c4000-a22d-11b4-8334-bcbac2a8eb8a_2022-12-23_18-07-50(1)” adlı 5 sayda fayl vardır. _urn-uuid-82964000-e754-11b4-838c-1012fbe03f42_2022-12-23_17-51-35(1) adlı fayldakı videogörüntüdən-Şahid2 “Ford” markalı “Tranzit” modelli **-LY-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə xx.xx.2022-ci il tarixdə saat 17:52-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük postuna daxil olduğu görünür. Talvar_ixrac_35_1420_urn-uuid-ee3c4000-a22d-11b4-8334-cbac2a8eb8a_2022-12- 23_18-07-50(1) adlı fayldakı videogörüntüdən Şahid2 “Ford” markalı “Tranzit” modelli **-LY- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin xx.xx.2022-ci il tarixdə saat 18:07-dən saat 18:10-dək gömrük yoxlanış məntəqəsinə yoxlanıldığı görünür. _urn-uuid-82964000-e754-11b4-838c-1012fbe03f40_2022-12-23_17-52-45(1) adlı fayldakı videogörüntüdən Şahid2 “Ford” markalı “Tranzit” modelli **-LY-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yoxlanış məntəqəsinə yaxınlaşaraq növbə gözləyən zaman Təqsirləndirilən şəxs avtomobilin sol yan qapısının qarşısında avtomobildə sürücü kimi əyləşmiş şəxs ilə söhbət apardığı görünür. _urn-uuid-9aee4000-9be4-11b4-832c-bcbac27cea19_2022-12-23_18-17-00(1) adlı fayldakı videogörüntüdən Şahid2 xx.xx.2022-ci il tarixdə 18:17-də gömrük əməkdaşların əyləşdiyi xidməti otağa Təqsirləndirilən şəxs ilə yaxınlaşaraq sənədlərini təqdim etdiyi, gömrük xidməti əməkdaşı tərəfindən sənədlərinin yoxlanaraq müvafiq qeydlər aparılaraq sənədlərinin özünə qaytarıldığı görünür. Shirvanli_PTZ X15 5_urn-uuid-04d68358-d0fc-11b2-80e4-54c4158d11df_2022-12- 23_18-10-30(1) adlı fayldakı videogörüntüdən Şahid2 Ford” markalı “Tranzit” modelli **-LY-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük postunu Rusiya Federasiyası istiqamətində tərk etdiyi görünür. Sərhədkeçmə məlumatlarından görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə Ford markalı **-BK-*** dövlət qeydiyyat nişanlı, Şahid2 xx.xx.2022-ci il tarixdə Ford markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə X7n Rusiya Federasiyası istqamətində ölkəni tərk etmişdirlər. (cild 01, i.v.229-231) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş 27 fevral 2023-cü il tarixli, 3-33/2-003684/2023 nömrəli məktubuna əlavə edilmiş 04 avqust 2017-ci il tarixli “işə qəbul” haqqında 182/373Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 04 avqust 2017-ci il tarixdə Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. (cild 01, i.v.234) 23 yanvar 2020-ci il tarixli “Təhkim edilmə” haqqında 1000/053Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2020-ci il tarixdən Şimal Ərazi Baş Gömrük İdarəsinə təhkim edilmişdir. (cild 01, i.v.235) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş 02 mart 2023-cü il tarixli, 3-33/2-004009/2023 nömrəli məktubundan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Şirvanlı” Gömrük postu 28 mart 2021-ci il tarixdən etibarən sutkalıq iş rejimində fəaliyyət göstərdiyinə görə gömrük sərhədini bu gömrük postundan keçən nəqliyyat vasitələrinin sayının çoxluğu ilə əlaqədar sürətli keçidin təmin olunması məqsədi ilə həmin posta əlavə işçi qüvvəsi cəlb edilmiş, xidməti zərurət ilə əlaqədar Şimal Ərazi Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı Təqsirləndirilən şəxs həmin dövrdən etibarən sözügedən Baş İdarənin “Şirvanlı” gömrük postunda xidmət aparmış və xidmət apardığı dövrdə “Şirvanlı” gömrük postu haqqında Əsasnamədə müəyyən edilmiş postun inspektorları üçün nəzərdə tutulmuş vəzifələri icra etmişdir. (cild 02, i.v.24) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/002 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Şirvanlı” Gömrük postu haqqında Əsasnamədən görünür ki, postun inspektorları: gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirir; gömrük prosedurlarına uyğun olaraq idxal olunan mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsum və vergiləri, digər gömrük ödənişlərini tam həcmdə və vaxtında alır; gömrük rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada aparır; analitik işi aparır, materialları ümumiləşdirir və gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır; gömrük nəzarəti prosesində texniki nəzarət vasitələrinin istifadə edilməsini təmin edir; malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirir; gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlamasını həyata keçirir; gömrük hüquqpozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görür; gömrük nəzarəti zonasında rejim qaydalarına əməl olunmasına nəzarət edir; daim gömrük baxışı mədəniyyətini və özünün gömrük işi üzrə bilik səviyyəsini yüksəltməyə çalışır; postda müəyyən edilən daxili intizam və xidməti informasıya ilə rəftar qaydalarını gözləyir; dövlət sirrini və qanunla qorunan digər sirləri qoruyur; xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatların konfidensiallığını təmin edir; rəhbərlik tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak edir; xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq, şərəf və ləyaqətini qoruyur, habelə şəxsi təhlükəsizliyinin təminatı üçün hərəkətləri yerinə yetirir. (cild 01, i.v.243-252) “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarının 01 nömrəli əlavəsinin 6-cı bəndinə əsasən 10.000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta gömrük orqanında yazılı formada bəyan edilməlidir. (cild 01, i.v.90) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 şəxsdən daxil olmuş 27 yanvar 2023-cü il tarixli 1059 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. (cild 01, i.v.172) İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 ilə şübhəli Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək sonuncunu ifşa etmişdir. (cild 01, i.v.53-55) İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə şübhəli Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək sonuncunu ifşa etmişdir. (cild 01, i.v.56-58) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, Şahid1 40 manat məbləğində pul vəsaitini hər hansı qanunsuz hərəkətinə görə istəməməsi, həmin pul vəsaitinin sonuncu tərəfindən məcburi şəkildə ona verilməsi, həmçinin xx.xx.2022-ci il tarixdə Şahid2 ona 400 manat məbləğində pul təklif etsə də, həmin pul vəsaitini almaq niyyətində olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirməyə yönəlməklə həqiqəti əks etdirmir, iş üzrə şahidlərin ifadələri, Təqsirləndirilən şəxs ətrafında xx.xx.2022-ci il tarixli Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 31 yanvar 2023-cü il tarixli protokol, Şahid2 izahatına əlavə etmiş olduğu xx.xx.2022-ci il tarixli ödəniş qəbzi, Kapital Bank ASC-nin 13 fevral 2023-cü il tarixli, 2023/20300/1221 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 416974******1752 nömrəli plastik kart hesabından çıxarış, Kapital Bank ASC-nin 13 fevral 2023-cü il tarixli, 2023/20300/1221 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 416974******1752 nömrəli plastik əməkhaqqı kart hesabından bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 16 fevral 2023-cü il tarixli protokol, Şahid1 araşdırma zamanı təqdim etdiyi səs yazıları köçürülmüş 01 ədəd diskə baxış keçirilməsinə dair 02 fevral 2023-cü il tarixli protokol, Şahid2 araşdırma zamanı təqdim etdiyi səs yazıları köçürülmüş 01 ədəd diskə baxış keçirilməsinə dair 04 fevral 2023-cü il tarixli protokol, 25 yanvar 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolları və digər mötəbər sübutlarla tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.2.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquqpozması hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid1 tərəfindən 40 manat məbləğində pul vəsaiti ona verildikdən sonra bu barədə birbaşa rəhbərinə məlumat verməli, pul vəsaitini dövlət orqanına akt üzrə təhvil verməli olduğu halda, bu kimi hərəkətləri etməmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdə Şahid2 ona 400 manat məbləğində pulu rüşvət qismində verməyi təklif edərkən, AR CM-in 311-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranmasına səbəb olan təklif və ya vədi qəbul etmiş, yəni, təklifdən imtina etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şahid2 200 (iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Odur ki, Təqsirləndirilən şəxs AR CM-in 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 157) İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunal Birliyinin 65 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 27 fevral 2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə edilmişdir. (cild 01, i.v.261) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət əməli törətməsindən səmimi peşmançılıq hissi keçirməsini, müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, o, cinayət əməlini öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, ona həmçinin müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-63/2023 saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 75-76; 113-119) Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hökmün elan edildiyi vaxta, yəni, 27 iyul 2023cü il tarixədək həbsdə saxlanıldığı müddət cəza təyin edilərkən hesablanmamlıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona geri qaytarılmalı, Şahid1 araşdırma zamanı təqdim etdiyi səs yazılarının köçürüldüyü 01 ədəd, Şahid2 araşdırma zamanı təqdim etdiyi səs yazılarının köçürüldüyü 01 ədəd, səs yazılarının və videogörüntünün köçürüldüyü 01 ədəd, əməliyyat-axtarış tədbirinin görüntülərinin köçürüldüyü 01 ədəd, Şahid1 xx.xx.2022-ci il tarixdə, Şahid2 xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X7n keçidləri zamanı qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd, "xxxx" MMC-dən götürülmüş 01 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olan 416974******1752 nömrəli plastik əməkhaqqı kart hesabından bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin köçürüldüyü 01 ədəd olmaqla ümumilikdə 07 ədəd disk, “eManat” elektron ödəmə sisteminə aid 31740 nömrəli qəbzin surəti, Təqsirləndirilən şəxs məxsus 416974******1752 nömrəli plastik kart hesabından çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, onun barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək, 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona geri qaytarılsın, ümumilikdə 07 ədəd disk, “eManat” elektron ödəmə sisteminə aid 31740 nömrəli qəbzin surəti, Təqsirləndirilən şəxs məxsus 416974******1752 nömrəli plastik kart hesabından çıxarış cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar