Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1131/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X4, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 28 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 41 döngə 3-də qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri, Sabunçu rayon məhkəməsi tərəfindən 14 sentyabr 2023-cü il tarixindən həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3-də yerləşən 41 saylı evin həyətində arvadı Zərərçəkmiş şəxs ilə mobil telefonundakı danışıq aparılmış nömrələrin kimə məxsus olmasını bildirməməsi səbəbindən qısqanclıq, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs anası Şahid gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla, evin mətbəxindəki stolun üzərindən götürdüyü istintaqa məlum olmayan deşici-kəsici alətlə (bıçaqla) həyat yoldaşı Zərərçəkmiş şəxs bir dəfə qəsdən zərbə endirərək ona qarının sol yan divarının qarın boşluğuna nüfuz edərək enən çənbər bağırsağın zədələnməsinə səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yarası və üst dodaq nahiyəsinin qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Əsəbi olduğuna görə həmin hadisə qısqanclıq zəmnində baş verib, yəni niyyəti zərərçəkmişin sağlamlığına ağır zərər vurmaq olmayıb. Həyat yoldaşının telefonunda başqa nömrə var idi, kim olduğunu soruşduqda həmin nömrənin kimə aid olduğunu bilmədiyini dedi. Həmin nömrəyə zəng vuranda zəngə bir oğlan cavab verdi. Mübahisə yarandıqdan sonra o, həyat yoldaşının anasına zəng vurub çağırmış və daha sonra həmin hadisə baş vermişdir. Zərərçəkmişə mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Bıçaq həyətdə səkinin üzərində idi. O, Bakı İstintaq Təcridxanasında olarkən bu məsələ araşdırılmış və məlum olmuşdur ki, həmin nömrə başqasının qeydiyyatında olan zaman satışa çıxarılıb satılmışdır. Həyat yoldaşını bıçaqla vuran zaman anası da orada olmuşdur. Onun həyat yoldaşını vurmama imkanı olmuşdur, sadəcə əsəbi olduğu üçün nə etdiyini bilməmişdir. O, könüllü formada polisə gedib təslim olmuşdur. Polisə bıçağı verməmişdir, çünki həmin bıçağı yolda atmışdır. Himayəsində doqquz yaşında oğlu var. Həyat yoldaşı ilə boşanmamışdır. Əvvəllər məhkum olunmamışdır. Həyat yoldaşına bıçaqla xəsarət yetirməmişdən əvvəl yoldaşının anası və həyat yoldaşının özü ona vurmuşlar. O da əsəbiləşib hadisəni törətmişdir. O, həyat yoldaşıyla aralarında yaranmış şəxsi münasibətlər zəmnində ona mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Onun zərərçəkmiş şəxs Əfsanəni anası Şahid xüsusi əzab verərək onun gözü qarşısında qızını xüsusi amansızlıqla bıçaqlamaq niyyəti olmamışdır. Bu barədə nə fikirləşməmiş, nə də onun ağlına belə bir şey gəlməmişdir. İfadəlrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, göstərilən ünvanda ailəsiylə yaşayır, natamam orta təhsillidir, məhkumluğu yoxdur, 1 övladı var, fərdi əməklə məşğuldur, Zərərçəkmiş şəxsyla 10 ildir ki, rəsmi nigahdadır, 9 yaşlı övladının adı Əbəlfəzdir. Əfsanə 1 saylı psixiatriya xəstəxanasında tibb bacısı işləyir. Bu hadisəyədək bir il öncə qısqanclıq zəminində Əfsanəni döyərək xəsarət yetirmiş, bu barədə polisdə araşdırma aparılıbdır. 11 sentyabr 2023-cü il tarixdə yaşadığı evdə saat 21 radələrində Əfsanənin Redmi markalı mobil telefonunu götürmüş, Əfsanəyə məxsus telefona baxış zamanı tanımadığı adını bilmədiyi şəxslərin mobil telefon nömrələrin görmüş, sonra nömrələrə baxanda birinin qohumunun, digərinin isə qardaşı Elşadın həyat yoldaşının nömrəsi olmasını müəyyən etmişdir. Başqa bir nömrənin isə kimə məxsus olmasını Əfsanədən soruşduqda o, “Allah bilir” demiş, o da dayanıb qibləyə allahdan soruşası olmadığını demiş, sonra o, sualından yayınmağa başlamış, ona zəng vurub kim olmasını soruşmalı olmağını demiş, həmin zaman anası Flora da orada olmuş, o, Əfsanənin 055 *** ** ** nömrəsindən həmin nömrəyə zəng etmiş, həmin oğlan adının Elnur olmasını, Sumqayıtda yaşamasını demiş, başqa heç nə deməmiş, Əfsanə də heç nə ona deməmiş, o, sonra anasını çağırtdırmaq üçün çölə çıxıb kiminsə telefonundan yığmaq istəmiş, o da bayıra çıxmış, aralarında sözlə münaqişə baş vermiş, saat 23 radələrində anası Fatma gəlmiş, ona niyə quduz kimi baxmağını demiş, o da ona hadisəni danışmış, nömrə barədə ona məlumat vermişdir. Anası Fatma qızının tərəfini saxlayıb onu təhqir etmiş, anası isə bu barədə heç nə deməmiş, müdaxilə etməmiş, əksinə Əfsanə isə üzərinə hücum çəkib, onu təhqir etmiş, o da hirslənib evdən mətbəxdən bıçaq gətirib Əfsanəni qəsdən bıçaqla bədəninə xəsarət yetirmişdir. Sonra oraya gələn qardaşı onu oradan aralamış, o, ordan qaçıb çölə çıxmış, sonra gəzə-gəzə 14cü polis şöbəsinə getmiş, yolda olarkən bıçağı unutduğu yerə tullamışdır.Yaşadığı evin həyətində yoldaşını qəsdən vurmuşdur. Hadisə 10 dəqiqə aralığında 11 sentyabr 2023-cü il tarixdə saat 22-30 radələrində baş veribdir. Hadisənin baş verməsinin səbəbi qısqanclıq zəminində Əfsanənin telefonunda oğlan nömrəsi olması və anasıyla Əfsanənin onu təhqir etməsi olmuşdur. Bu hadisədən başqa 2 dəfə Əfsanənin oğlanla danışmasına görə onunla münaqişəsi olubdur. Əməlindən peşmandır, onu, öldürmək niyyəti olmayıbdır. Hadisə zamanı oğlu evdə olmamışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, 11 sentyabr 2023-cü il tarixdə Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 75 ünvanında əri, yəni məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs onun qarın nayihəsinə bıçaqla xəsarət yetirmişdir. Bunu etməyinin səbəbi Elşənin onun telefonunda tanımadığı nömrə görməsi olmuşdur. Elşən nömrənin kimə məxsus olduğunu soruşduqda o, şəxsiyyət vəsiqəsini və telefonunu Elşənə təqdim edib nömrənin kimə məxsus olduğunu tapmasını bildirmişdir. Həmin gün günorta vaxtları bıçağı Elşənə verib onu öldürməsini istəmiş, lakin Elşən onu bıçaqlamamışdır. Daha sonra o, anası Şahid evə çağırmışdır. Axşam radələrində də Elşən onu bıçaqlamışdır. Təqsirləndirilən şəxs barəsində məhkəməyə barışıq ərizəsi vermişdir. O, Təqsirləndirilən şəxs ilə barışır. Bu barışıq könüllüdür, buna onu heç kim, o, cümlədən də təqsirləndirilən şəxs məcbur etmir. Özü onunla könüllü barışır. Ona zəng gələn nömrənin kimə məxsus olduğunu tapması üçün Elşənə öz telefonunu vermişdi, əgər ondan bir şey gizlətsə idi, mobil telefonunu Elşənə verməzdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, bir azyaşlı Əbəlfəz adlı övladı var, Təqsirləndirilən şəxsla 10 ildir ki, rəsmi nikahdadır, övladının 9 yaşı var, göstərdiyi yerdə 2 ildir ki, işləyir. Orta təhsillidir. Təqsirləndirilən şəxsla 7 ildir ki, sözlə ailədaxili mübahisə edir, çox zaman qısqanclıq, bəzən isə onun Elşənin evindən getməyinə görə münaqişə edibdir, son bir il ərzində onu döyməsinə görə 14-cü polis şöbəsində təhqiqat araşdırması olub, məhkəmə prosesində o, Elşəni bağışlamış , barışmışdır. Son 1 aydır ki, o, narkotik vasitələr qəbul edir, hər gün evdə danışır. 11 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində o, evdə olarkən o, onun Redmi markalı mobil telefonunu götürmüş, sonra orada kiminsə nömrəsini tapıb “getkontakt” proqramıyla iki nəfər şəxsin olmasını kim olmasını ondan soruşmuş, o isə həmin nömrələrə zəng etməsini demiş, onun heç bir problemi olmadığını heç kimlə əlaqəsinin olmadığını ona demiş, sonra birlikdə həyətə çıxıb mübahisə etmiş, daha sonra Elşən çıxıb getmişdi, saat 23 radələrində Elşən evə qayıtmış, o zaman anası Fatmaxanım və onun anası Flora da həyətdə olmuş, övladı evdə olmuşdur. Yenidən onunla mübahisə etmiş, sonra o, çıxıb ata evinə gedəcəyini ondan boşanacağımı ona demiş, o isə hirslənib üzərində olan bıçaqla qəsdən bu sözlərinə görə onun sol qarın nahiyəsindən bir bıçaq zərbəsi vurmuş, o, yerə yıxılmış, huşunu itirmiş, sonrakı hadisələri xatırlamır. Hadisə 11 sentyabr 2023 tarixdə saat 23 radələrində yaşadığı evin həyətində qaynanasıyla anasının gözü qarşısında baş veribdir. Hadisə təxmini 5 dəqiqə çəkmişdi. Elşənin onu bıçaqlamasının səbəbi ondan rəsmi ayrılmaq istəyi və onun yersiz qısqanclığı olmuşdur. O, heç bir kişi ilə danışıb, münasibət saxlamamış , onun dedikləri yalandır. Şahid ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun qızının əridir. Onlar evləndiklərindən bəri daim münaqişələri olmuşdur. Elşən Əfsanənin telefonunda olan nömrəni tanımadığına görə Əfsanəni döymüş, daha sonra bu səbəbdən o, ora getdikdə Elşən Əfsanənin ona həm telefonu, həm də şəxsiyyət vəsiqəsini verdiyini, buna görə də polisə gedib axtarıb tapmasını dediyiyni bilmişdir. Daha sonra Əfsanə də polisə gedəcəyini dedikdə Elşən ona getmiyəcəyini demişdir və münaqişə zamanı Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Əfsanə Elşəndən boşanmaq istədiyini dedikdə isə Elşən təcridxanadan Əfsanəyə zəng edib ona hədə-qorxu gəlmişdir. İfadələrinə əlavəsi yoxdurö. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid ibtidai istintaq zamanı göstərmişdir ki, … Əfsanə qızıdır, Elşən onun həyat yoldaşıdır, Flora Elşənin anasıdır, uzun illərdir ki, onlar evlidirlər. Bundan öncə də onların arasında münaqişə olmuş, Elşən qızını döymüşdür. Son aylar ərzində dəfələrlə qısqanclıq və Elşənin son 7-9 ay ərzində narkotik vasitələrdən mütəmadi istifadə etməsinə görə mübahisələri olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə o, saat 22 radələrində evinin bir kilometrliyində yaşayan qızı Əfsanənin yaşadığı evə getmiş, bir neçə dəqiqə öncə onun Elşənlə münaqişə etməsini bilmiş, sonrakı dəqiqələrdə Elşən yenə oraya gəlmiş və evin həyətində qızıyla münaqişə etmiş, qısqanclığını açıq şəkildə bildirmiş, qızı isə ona acıqla və təhqirlə cavab verdi. Bu zaman Floranın və onun yanında Elşən qızını üzərində olan bıçaqla qəsdən vurdu, qızı yerə yıxılmışdır. Bundan sonra o, Sonra Elşən ordan getmiş, onlar isə Əfsanəni xəstəxanaya aparmışlar. Hadisə saat 23:00 radələrində 11 sentyabr 2023 tarixdə Xanlar küçəsi döngə 3 ev 41-in həyətində baş veribdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani şəkildə göstərmiş və bununla bağlı fotocədvəl tərtib edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 2285 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qarının sol yan divarının qarın boşluğuna nüfuz edərək enən çənbər bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası və üst dodaq nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlərdən qarının sol yan divarının qarın boşluğuna nüfuz edərək enən çənbər bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya(alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, üst dodaq nahiyəsinin qançırları isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 11 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 2732 saylı rəyi ilə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də ,hər hansı psixiki xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür,cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Hal-hazırda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, o, həyat yoldaşıyla aralarında yaranmış şəxsi münasibətlər zəmnində ona mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Onun zərərçəkmiş şəxsin anası Şahid xüsusi əzab verərək onun gözü qarşısında qızını xüsusi amansızlıqla bıçaqlamaq niyyəti olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, həmçinin, məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, onun bu ifadələri öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, sözügedən maddənin dispozisiyasında əks olunan xüsusi amansızlıq anlayışı həm cinayət əməlinin törədilməsinin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla sağlamlığa qəsdən ağır zərər yetirmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişə məhz xüsusi amansızlıqla sağlamlığa qəsdən ağır zərər yetirməyə yönəldilmişdir. Xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda xəsarət yetirməsində də ifadə olunur. İttiham tərəfi Təqsirləndirilən şəxs əməlini qısqanclıq, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs anası Şahid gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla, evin mətbəxindəki stolun üzərindən götürdüyü istintaq məlum olmayan deşici-kəsici alətlə (bıçaqla) həyat yoldaşı Zərərçəkmiş şəxs bir dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə ittihamda göstərilən halların, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Şahid gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməyinin sübuta yetirilmədiyi qənaətinə gəldiyindən bu halların ona elan olunmuş ittihamdan xaric olunmasını əsaslı sayır və xaric edir. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs şəxsi münasibətlər və qısqanclıq zəmnində həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır xəsarət yetirməsini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 420 ( dörd yüz iyirmi ) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Sabunçu Rayon Məhkəməsinin qərarıyla işə CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyat yoldaşı olduğunu, hadisənin ailə münaqişə zəminində baş verməsini, ailə üzvlərinin, xüsusən də ər-arvad münasibətlərində olan kişi və arvadın bir-birilərinin maraqlarına toxunan hallarla maraqlanmasında üstünlük hüquqlarının olmasını nəzərə alır və zərərçəkmiş şəxsin bu münasibətlərdə emosional hərəkətlərlə təhrikedici davranışlarını təyin olunacaq cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmə kreativ yanaşma hüququndan istifadə etməklə qeyd edir ki, ailə-nigah, birgə təsərrüfat, birgə yaşayış zamanı bu münasibətələrin işitrakçılarının bir-birilərinin davranışları ilə maraqlanmaqda üstünlük hüqüqlarına malikdirlər. Buna görə də belə maraq şəxsi həyata müdaxilə kimi yox, münasibətlərin tənzimlənməsinin korrektoru kimi qiymətləndirilir. Əks halda vahid sosial birlik olan ailədə birgə yaşayış, birgə təsərrüfat və ya ailə daxili münasibətlər qeyri-müəyyən olub, kənar şəxslərin qanunsuz müdaxilə mərkəzinə çevrilər və ailə birlikdən ümumiliyə çevrilərdi. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsinin vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 ( dörd yüz iyirmi ) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1131/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1131/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver