Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1131/2025 21.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kamranov Hafiz Eldar oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Tərcüməçi – X1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, sonuncuya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin daxilində hər-hansı bir vəzifəyə işə qəbul etdirəcəyinə dair yalan vəd verib inandırıb, aldadaraq hissə-hissə olmaqla 03 may 2016-cı il tarixdən 03 yanvar 2017-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 3/8 saylı binanın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 51.200 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 51.200 (əlli bir min iki yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra, "xxxx" ASC tərəfindən öz adına ayrılmış həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 170.000 manat təşkil edən 100.000 ABŞ dollar pulu sonuncuya verəcəyinə dair yalan vəd verib, inandırıb aldadaraq, həmin pulun “Kapital Bank" ASC-dən alınmasından ötrü müəyyən xərclərin olduğunu bildirərək, Zərərçəkmiş şəxs tərəfindən 16 noyabr 2022-ci il tarixdən 07 iyun 2024-cü il tarixədək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında mobil telefonunda olan mobil bank tətbiqi vasitəsilə əvvəlcədən pulları göndərməsi üçün bank hesablarının nömrələrini sonuncuya bildirdiyi Şahid2 məxsus "xxxx" ASC-yə aid 5243-7574-4150-4006 nömrəli, Şahid3 məxsus "xxxx" ASC-yə aid 4169-7377-0416-3548 nömrəli, Şahid4 məxsus “Uni Bank" ASC-yə aid 5243-7544-1078- 1742 nömrəli, Şahid5 Rüstəm oğluna məxsus "xxxx" ASC-yə aid 4169-7388-8693-6180 nömrəli, özünə məxsus "Kapital Bank” ASC-yə aid 5239-1517-3749-7308 nömrəli bank kartlarına göndərmiş olduğu 43.039 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 43.039 (qırx üç min otuz doqquz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxslə bir neçə il dostluq etmişdir. Rüstəmin yaşadığı binada kirayə qalırmış və qeyri-rəsmi nikahda bir xanımla yaşayırmış. Qəzaya düşdükdən sonra Rüstəmlə həmin evin həyətində tanış olmuşlar. Dostluq edən zamanlarda o, Rüstəmdən borc istəmiş və borcunu qaytarmışdır. Daha sonra o yenidən Rüstəmdən borc almışdır. Lakin o avtoqəza keçirmişdir. İşləyə bilmədiyi üçün Rüstəmə olan borcunu qaytara bilməmişdir. Sonradan Rüstəmdən bir az da borc istəmiş, Rüstəm də ona borc vermişdir. O, Rüstəmə demişdir ki, işlərini düzəltsin, aldığı borcları hissə-hissə qaytaracaq. Rüstəm də onunla razılaşmışdır. Daha sonra Rüstəm ona birlikdə iş qurmağı təklif etmişdir. O həmin vaxt da çəliklə gəzirmiş. O, Rüstəmin iş qurmaq təklifi ilə razılaşmışdır. Lakin bir müddət sonra pandemiya başlamış və pandemiya vaxtı vəsaitlərin hamısı xərclənmişdir. O, mütəmadi olaraq Rüstəmlə əlaqə saxlayırmış. O, Rüstəmə işlərini düzüb-qoşacağını və borcunu hissə-hissə ödəyəcəyini demişdir. Rüstəm də buna etiraz etməmişdir. Daha sonra ona Yasamal RPİ 27-ci PB-dən zəng gəlmişdir. Polis bölməsindən ona barəsində şikayət olduğunu və bölməyə yaxınlaşmalı olduğunu demişlər. O şikayəti kimin etdiyini soruşduqda, ona bölməyə getdikdə öyrənəcəyini demişlər. Daha sonra bölməyə getmişdir. Bölmədən içəri keçən kimi ona fiziki təsir göstərmişlər və nalayiq ifadələr işlətmişlər. Ona insanlara iş düzəltməyə söz verib nəyə görə düzəltmədiyini demişlər. O isə iş qura bilsə, elə özünə quracağını demişdir. Onu döyərək bəzi sənədlərə imza çəkdirmişlər. O, saat 11 radələrində bölməyə getmiş, daha sonra axşam saat 21 radələrində onu ağrıları olduğu üçün buraxmışlar. Onun ağrıları şiddətlənmişdir. Buna görə DOST mərkəzinə getmiş və bərpa mərkəzinə getmək üçün arayış almışdır. Bərpa mərkəzində 10-12 gün müalicə almışdır. Müalicədə olduğu vaxt müstəntiq ona zəng vurmuş və bölməyə çağırmışdır. O müstəntiqin otağına getmişdir. Müstəntiq onunla kobud şəkildə danışmışdır. Polislər ona yanlarına nəyə görə çəliklə getdiyini, ona yazıqları gələcəklərini düşündüyünü demişdir. O isə müalicədə olduğunu və ağrıları olduğunu demişdir. Ondan harada müalicə keçdiyini soruşmuşlar. O isə Mərdəkanda əlillərin bərpa mərkəzində müalicə aldığını bildirmişdir. Müstəntiq ona bunu yoxlayacağını demişdir. Müstəntiq ona əgər işin bağlanmasını istəyirsənsə, zərərçəkmiş şəxsin 50 000 manatını ödəməyini, daha sonra isə təkrar yanına gəlməsini demişdir. O da razılaşmışdır. Daha sonra anasının yanına gəlib bu borcu ödəmək üçün evi satmaqlarını demişdir. Anası da onunla razılaşmış və evi satmışlar. İbtidai istintaq zamanı borc-xərc edib, bankdan 11 000 manat kredit götürüb 19 000 manat ziyandan ödəmişdir. Evi satdıqdan sonra isə 50 000 manat pulu da qaytarmışdır. Daha sonra o təkrar müstəntiqin yanına getmişdir. Müstəntiqə borcunu tam ödədiyini, işin bağlanıb-bağlanmayacağını soruşmuşdur. Müstəntiq ona ya 30 000 manat pul gətirməsini, ya da işini Ağır Cinayətlər Məhkəməsinə göndərəcəyini demişdir. O, 30 000 manat pulunun olmadığını dedikdə, müstəntiq ona bir şillə vurmuş və əvvəldən nəyə görə pul verəcəyi barədə vəd verdiyini soruşmuşdur. O isə heç bir vəd vermədiyini bildirmişdir. Ona yenidən camaata işə düzəltmək adı ilə niyə söz verdiyini soruşmuşdur. O elə işə düzəldə bilsə özünə düzədəcəyini demişdir. Ondan hazırda işləyib-işləmədiyini soruşmuşdur. O həmin vaxt bərpa mərkəzində müalicə alırmış. Əvvəl isə bir şəxsin ailə sürücüsü işləyirmiş, uşaqlarını məktəbə aparıb-gətirirmiş. Müstəntiq ona indi görərsən deyib, aşağı zəng vurmuşdur. Daha sonra onu iki günlük müvəqqəti saxlama yerinə salmışlar. O, ağrıları olduğunu demişdir. Müstəntiq isə onun vecinə olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ona hissə-hissə olmaqla ümumilikdə 94 000 manat borca pul vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Zərərçəkmiş şəxs hissə-hissə 94 000 manat borc almışdır. O, Zərərçəkmiş şəxs bu pulu işə düzəltmək üçün almamışdır. Zərərçəkmiş şəxs Elm və Təhsil Nazirliyində işə düzəltməklə bağlı vəd verməmişdir. 94 000 manatı Rüstəmdən iş qurmaq məqsədilə almışdır. İşi qurduqdan sonra Rüstəmə borcunu qaytaracaqmış, sonradan da yarı-yarıya işləməyi təklif etmiş, Rüstəm də bununla razılaşmışdır. Rüstəm ondan hazırda hansı yolla pul qazanmağın mümkün olduğunu soruşmuş, o Rüstəmə maşın alıb icarəyə verməklə pul qazana biləcəklərini demişdir. Rüstəm də bununla razılaşmışdır. O, qəza keçirib xəsarət aldığı üçün Rüstəmdən aldığı pulla heç bir maşın almamışdır. O, qəza keçirdikdən sonra Rüstəmlə tanış olmuşdur. Rüstəmdən aldığı pulu öz xəstəliyinə görə, bərpa olunmaq üçün xərcləmişdir. Rüstəmə demişdir ki, iş qurmaq üçün ona borc versin. O, bu pulla iş qursun, Rüstəmin borcunu tam qaytarsın, daha sonra isə birlikdə 50/50-yə işləsinlər. O, ilk dəfə Rüstəmdən 20 000 manat, daha sonra 10 000 manat, sonda isə 20 000 manat pul almışdır. İlk dəfə Rüstəmdən 2016-cı ilə borc almışdır. Sonuncu dəfə isə 2024-cü ildə 43 000 manat borca pul almışdır. O, Rüstəmdən ona ayrılmış 100 000 dollar pulu götürüb Rüstəmə vermək üçün müəyyən xərclərin olmasını bəhanə edib 43 000 manat pul almamışdır. O, Rüstəmə 69 000 manat pul ödəmişdir. O, aldığı pulu öz ehtiyaclarına xərcləməyinə peşmandır. O, Zərərçəkmiş şəxs dəymiş ziyandan 71 000 manat ödəmişdir. O, pulu mediatorun şahidliyi ilə vermişdir. Pul 20 saylı Mediasiya qurumunda verilmişdir. Aralarında heç bir mülki iş yoxdur. Qalan məbləği isə sentyabr ayının 20-də ödəyib bitirəcək. Ona sentyabr ayının 20-də bütov məbləğ gəlib çatacaq, həmin vaxt da ziyanı ödəyəcək. Cinayət işinə xitam verilməsi üçün dövlət hesabına depoziti də ödəmək istəyir, bu depoziti ilin sonunadək ödəyə bilər. Təqsirini tam boynuna alır. Sentyabr ayının 20-də evini satıb ziyanı tam ödəyəcək. Onun əlilliyi sürücü işləyən zaman keçirdiyi qəzadan sonra yaranmışdır. Satdığı evin sənədlərində problem yarandığı üçün alqı-satqı baş tutmamış, bu səbəbdən ziyanı ödəyə bilməmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şahid qismində ifadə verərkən bildirmişdir ki, hazırda fərdi qaydada şəxsi sürücü işləmiş, 1998-ci il tarixə qədər Daxili Qoşunlarda sürücü-təlimatçı vəzifəsində işləmişdir. O, evli olub boşanmışdır. 14 yaşlı övladı var və övladı keçmiş həyat yoldaşı ilə birlikdə yaşayır. O, isə anası X5 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 2009-cu il tarixdən tanımışdır. Zərərçəkmiş şəxs onun qonşusu olmuş, qonşu olduqları müddətdə aralarında normal və səmimi münasibətlər yaranmıdır. Zərərçəkmiş şəxs 2011-ci ildən 2022-ci il tarixədək olan müddətdə Rüstəmdən 80.000 ABŞ dollar, 25.000 manat və 100.000 manat olmaqla ümumilikdə 270.000 manat pul almışdır. 80.000 ABŞ dollar və 25.000 manat pulu o, Rüstəm ilə birlikdə Bakı şəhərində avtomobil bazarında müxtəlif markalı minik avtomobilləri alıb taksi fəaliyyəti göstərməsi üçün müxtəlif şəxslərə icarə vermək məqsədilə almışdır. 100.000 manat pulu isə Rüstəmdən səhhəti ilə bağlı borc olaraq almış, sonradan aldığı pullardan 22.000 manat pulu Bakı şəhərində yerləşən «City» hospitalda ilk dəfə əməliyyat olunduğu üçün digər pulları hamısını isə Moskva şəhərində yerləşən «Sklifasovskiy» klinikasında əməliyyat olunmuş və digər xərclərə xərcləmişdir. O, Rüstəmdən aldığı ümumilikdə 270.000 manat pulu Rüstəmə qaytara bilməyəcəyini görüb X14 Servisdə mütəxəssis kimi işə düzəldəcəyinə köməklik göstərə biləcəyini təklif etmişdir. Rüstəm isə bununla razılaşmış və o, X13 kadrlar idarəsinə Vurğun adlı şəxsə danışmış, lakin Rüstəmin yaş həddi buna imkan vermədiyi üçün imtina etmişlər. Vurğun pandemiya dövründə vəfat etmişdir. O, Rüstəmdən aldığı ümumilikdə 270.000 manat puldan Rüstəmə cəmi 15.000 manat pul qaytarmış, 2.500 manat pulu Rüstəmin kartına köçürmüşdür. Həmin çeki istintaqa təqdim edə bilər. O, Rüstəmdən aldığı pulları qaytara bilmədiyini görüb məcbur olaraq Rüstəm yuxarıdakı təklifləri özü etdiyini göstərmişdir. (cild 1, iş vərəqə 68-70, 323-324) Məhkəmə zərərçəkmiş şəxsin və şahidlər ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxsə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncunun pullarını qanunsuz şəkildə ələ keçirməməsi və borc alması barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin həmin hissədə ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Samiri o yaxından tanımamış, 2015-ci ilədək o hərbi sahədə işləmiş, bu səbəbdən evdə çox olmamışdır. 2015-ci ildən sonra təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə ondan borc pul istəmiş, daha sonra isə borcunu qaytarmışdır. Sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, işə düzəlsin, evdə oturmasın. O da Samirlə razılaşmışdır. İşə düzəlmək üçün Təqsirləndirilən şəxs ondan pul istəmişdir. Daha sonra Təqsirləndirilən şəxsla avtomobil alqı-satqısı biznesi qurmaq istəmişlər, buna görə də o Təqsirləndirilən şəxs pul vermişdir. Sonradan iş alınmamış, Təqsirləndirilən şəxs onun verdiyi pulları qaytaracağını desə də, heç bir ödəniş etməmişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs ona 89 500 dollar borcu olmuşdur. Təqsirləndirilən şəxsla aralarında olan bütün yazışmalar və telefon danışıqları cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs ona pulu qaytaracağını bildirmişdir. Daha sonra bir müddət o Samirlə əlaqə saxlaya bilməmişdir. Sonradan Təqsirləndirilən şəxsla danışan zaman pandemiya ilə bağlı işə gedə bilmədiyini, bu səbəbdən də pulu ödəyə bilməyəcəyini demişdir. 2022-ci ildə Təqsirləndirilən şəxs özü ona zəng vuraraq "xxxx"-də işlədiyini, idarənin rəisinin Samirə pul verməli olduğunu, bu pulun birdəfəlik ona köçürülməsi üçün onun nömrəsini rəisinə verdiyini demişdir, bu köçürülmədən sonra ona olan bütün borcunu bağlayacaqdır. Daha sonra Samir hissə-hissə bankdan pulun çıxarılması 100 manat, 200 manat və digər məbləğlərdə pullar istəmişdir. Sonra Samir ona işlədiyi yerin mühasibatlığından bir əməkdaşın nömrəsini vermişdir. Hər dəfə ona pulun sabah olacağı deyilmiş, lakin heç bir ödəniş edilməmişdir. Sonradan bəlli olmuşdur ki, həmin nömrə Samirin anasına məxsusdur. 2022-ci ilin may ayının sonlarında özünü DTXnın əməkdaşı kimi təqdim etmiş şəxs ona zəng vuraraq, onda pul olduğunu, həmin pulun haradan gəldiyini öyrənmək üçün onu dindirəcəklərini demişdir. Əgər dindirilmək istəmirsə, 2 000 manat pul göndərməli olduğunu demiş, o da həmin şəxslə razılaşmışdır. Təqsirləndirilən şəxs pulun yaxın vaxtlarda köçürüləcəyini demişdir. Ona həmin dövrdə pul lazım olmuşdur. Belə ki, oğlu xaricdə oxuyurmuş, həm də özünün borcları yığılmışdır. Bu səbəbdən o, bağını satmış, bəzi borclarını bağlamışdır. 2024-cü ilə qədər hələ də Təqsirləndirilən şəxs ondan müxtəlif bəhanələrlə pullar almışdır. 2024-cü ilin mart ayının axırında özünü DTX-in əməkdaşı kimi təqdim edən şəxs təkrar ona zəng vuraraq onu ifadə verməyə çağıracaqlarını, bunu etməmək üçün 2 000 manat pul verməsini demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 71 000 manat ödəniş etmişdir. Bu ödənişlər mediatorun şahidliyi ilə olmuşdur. Pulu mediasiyada verməyi ona Təqsirləndirilən şəxs təklif etmişdir. Mediasiya qurumuna gedən zaman onu Təqsirləndirilən şəxs özü qarşılayırmış. Samir ona bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Agentliyinin rəisi onun üçün pul ayırmışdır. O bu pulun hansı səbəbdən ona ayrılmasını bilməmişdir. Sonradan Samir ona zəng vuraraq DTX-nın onun üçün ayrılmış pulun haradan olduğunu araşdırdıqlarını, əgər 2000 manat versə, onunla işləri olmayacağını demiş, o da razılaşmış və pulu vermişdir. Samirlə söhbətləşən zaman o 100 000 dollar pulu olduğunu demişdir. Həmin pul ilə o övladını ABŞ-da magistraturada oxudacaqmış. Lakin bu pul əlindən çıxmış, o da məcbur bankdan borc götürmüşdür. Azərbaycan Avtomobil Yolları Agentliyində ayrılan pul Samirin ona borclu olduğu puldur, borcunun əvəzi kimi ona çatacaqmış. Həmçinin, agentliyin rəisinin Samirin dostu olduğunu, onu da həmin agentlikdə işə düzəldəcəyini demişdir. O, agentlikdə olan pulunun çıxarılması üçün Samirə hissə-hissə 30 000 manata qədər pul vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2001-ci ildə ünvan 4 ünvanına köçdükdən sonra bir qonşu kimi tanımışdır. Qonşu olduqları müddətdə bir qonşu kimi Samir ilə yaxsı münasibətləri yaranmışdır. 2016-cı ildə onun təqaüddə olduğunu və heç bir yerdə işləmədiyini qonşusu Samir bildiyindən ona Təhsil Nazirliyində və bundan başqa dəqiq xatırlamadığı nazirliklərdə tanışlarının olduğunu deyərək ona həmin nazirliklərin birində müvafiq vəzifələrdə təyin olunmasında köməklik göstərə biləcəyini demişdir. O da Samirə bir qonşu olaraq inanmış və Samirin ona etdiyi təkliflə razılaşmışdır. Samir ona işlərlə bağlı müvafiq orqanlardan keçmək üçün və müsbət verilməsi üçün pul lazım olduğunu deyərək ondan müxtəlif məbləğlərdə pul almışdır. Belə ki, o, bu məqsədlə 03 may 2016-cı il tarixdən 03 yanvar 2017-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 3/8 saylı binanın qarşısında Samirə əlbə-əl 51.200 manat pul vermişdir. Bundan başqa həmin ərəfədə o, gizli nömrələrdən zənglər gəlməyə başlamış və o, həmin zəng etmiş şəxslərlə danışmağa başlamışdır. Söhbət zamanı həmin şəxslər ona DTX və Korrupsiya İdarəsinin əməkdaşları olduqlarını deyərək 100.000 ABŞ dolları pulunun sorğu-sualını aparmağa, çirkli pulların yuyulması ilə məşğul olduğunu deyib problem olcağına onu inandırdıqdan sonra Samirlə əlaqə saxlamış, Samir ona telefonda deyilənləri təsdiqləmiş və belə halların olduğuna onu inandırmışdır. Sonra Samir ona onlarla əlaqə qurub onlara pul verməli olduğunu demişdir. Belə ki, X15 Servis tərəfindən öz adına ayrılmış 100.000 ABŞ dolları pulu "xxxx" ASC-dən qəbul edib ona verəcəyini vəd verdiyi və hədə-qorxu gəldiyi üçün 16 noyabr 2022-ci il tarixdən 07 iyun 2024-cü il tarixə kimi Samirin ona dediyi 5239-1517- 3749-7308, 5243-7544-4150-4006, 4169-7377-0416-3548, 4169-7388-8693-6180 və 5243-7544-1078-1742 nömrəli bank kartlarına hissə-hissə ümumilikdə 43.039 manat pulu yaşadığı ünvan 3 ünvanında öz mobil telefonunda olan mobil bank tətbiqi vasitəsi göndərmişdir. Bundan başqa Samir öz səhhəti ilə əlaqədar əməliyyat olunması üçün həmin ərəfədə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 3/8 saylı binanın qarşısında Samirə hissə-hissə olmaqla əlbə-əl ümumilikdə 175.761 manat pul vermiş, sonuncu dəfə 2000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Yasamal» parkında olan zaman mobil tətbiq vasitəsilə 5239-1517-3749-7308 nömrəli kart hesabına göndərmiş, bununla da Samir ona məxsus ümumilikdə 270.000 manat pulunu ələ keçirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Samir ondan aldığı 270.000 manat puldan hazırki vaxta kimi ona ümumilikdə 12.500 manat pul qaytarmış, qalan 257.500 manat pulu isə bu vaxta kimi qaytarmamış, Vurğun adlı şəxsi tanımır. Həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı 04 noyabr 2024-cü il tarixdə ona 50.000 manat ödənilməklə ümumilikdə 69.000 manat pul ödəmiş, qalan 201.000 manat pulu hazırki vaxta kimi ona ödəməmişdir. (cild 1, iş vərəqə 62-64,117-118) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ifadəsində dediyi kimi 16 noyabr 2022-ci ildən 07 iyun 2024-cü il tarixədək Təqsirləndirilən şəxs 43 039 manat pul verdiyini təsdiq edir. Təqsirləndirilən şəxs 175 761 manatı isə ondan müxtəlif səbəblər gətirərək borc məqsədilə almışdır. Ümumilikdə Samirə 270 000 manat pul vermiş, bu pulun 175 761 manatı borcdur. Ona ümumilikdə 94 239 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın 71 000 manat hissəsi ödənilmiş, hazırda 23 239 manat tələbi var. Hazırda aralarında barışıq yoxdur, şikayət və tələbi var. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o mebel ustasıdır. Təqsirləndirilən şəxs onun qonşusudur. O Təqsirləndirilən şəxs üçün iş görmüş və Samir də bunun qarşılığında onun kartına pul göndərmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, 4169-7377-0416-3548 saylı kart ona məxsusdur. O, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxsla eyni binada qalır, binanın həyətində mebel sexləri var. Təqsirləndirilən şəxs sifarişi ilə bağlı onun kartına pul göndərmişdir. Bu pulun onun kartına hansı kartdan gəldiyini bilmir. Onun kartına 1100 manat pul göndərilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 5 ünvanda, yəni yaşadığı evin yanında fərdi qaydada mebel ustası işləyir. Təqsirləndirilən şəxs təxminən 3- 4 il olar ki, tanıyır. Samir ilə sıx münasibəti olmamış, 2024-cü ilin təxminən may və iyun aylarında Samir ona mebel sifarişləri vermişdir. Samir zəhmət haqqı və mebelin pulunu ona məxsus "xxxx" ASC-yə aid 4169-7377-0416-3548 nömrəli kartına hissə-hissə olmaqla ümumilikdə təxminən iki yüz manat pul göndərmiş, bundan başqa Samirlə onun arasında heç bir əlaqə olmamış, ona məxsus "xxxx" ASC-yə aid 4169-7377-0416-3548 nömrəli kartı Samirdə olmamış, Samir yalnız ona sifariş verdiyi mebelin pulunu, yəni 200 manat pulu ona göndərmişdir. (cild 1, iş vərəqə 289-291) Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs borca pul almışdır. Həmin pulu sonra Samirə qaytarmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o Təqsirləndirilən şəxs 5 000 manat borc almışdır. Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan pul haqq-hesabından məlumatı yoxdur. Təqsirləndirilən şəxs pulu onun kartına atmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər eyni məhəllədə qonşuluqda yaşadıqlarından təxminən 5-6 il olar ki, tanıyır. "xxxx" ASC-yə aid 5243-7544-1078-1742 nömrəli bank kartı ona məxsusdur. Həmin bank kartı onun istifadəsində olmuşdur. O, həmin kartı istifadə etmək məqsədilə hər-hansı bir şəxsə verməmişdir. 2024-cü ilin təxminən aprel ayında o, Samirdən 3.500 və 1.200 manat olmaqla cəmi 4.700 manat borc pul almışdır. Samirdən borc aldığı pulları Samirə tam şəkildə qaytarmış, hazırda Samirə borcu yoxdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus "xxxx" ASC-yə aid 5243-7544-1078-1742 nömrəli kartı Samirdə olmamış, Samir yalnız ona ümumilikdə 4.700 manat borc pul vermiş, o, həmin pulu tam şəkildə Samirə qaytarmış, Təqsirləndirilən şəxs həmin pulların hamısını onun "xxxx" ASCyə aid 5243-7544-1078-1742 nömrəli kartına göndərmiş, Zərərçəkmiş şəxs Rza oğlu və Şahid5 tanımır. (cild 1, iş vərəqə 293-295) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun övladının kirvəsidir. Hazırda tarixini xatırlamadığı vaxtda o, özünə məxsus "xxxx" ASC-yə aid 524375****4006 nömrəli bank kartını müvəqqəti istifadə etmək üçün Samirin istifadəsinə vermiş, həmçinin, həmin ərəfədə Samirin xahişi ilə həmin kartda olan pulları o, bankomatdan çıxarıb Samirə vermiş, onun kartına hansı şəxs tərəfindən və hansı məbləğlərdə pul göndərilməsini bilmir, Samir bu barədə ona məlumat verməmişdir. (cild 1, iş vərəqə 286-288) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 2000-ci il tarixdən tanıyır. Təqsirləndirilən şəxs isə təxminən 7-8 ildir ki, tanıyır. İlk dəfə təxminən 2017-ci ilin ayını və gününü xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə onun yaşadığı Bakı şəhəri, Matadrom ətrafı yaşayış massivində nömrəsiz fərdi evə gəlmiş, həmin vaxtı Rüstəm ondan 15.000 manat borc pul istəmiş, o, Samirin yanında Rüstəmə 15.000 manat borc pul vermişdir. Sonra Rüstəmin ona deməsinə görə həmin pulu Təqsirləndirilən şəxs onu Təhsil Nazirliyinə işə qəbul etdirməsindən ötrü Samirə verdiyini bildirmiş, sonra 2024-cü ilin təxminən may ayında Rüstəm yerindən özü tək onun yaşadığı evə gəlib ondan 10.000 manat borc pul istəmişdir. O da etiraz etməyib həmin vaxtı yaşadığı evdə Rüstəmə əlbə-əl 10.000 manat borc pul vermiş, sonradan Rüstəmin ona deməsinə görə bilmişdir ki, Rüstəm həmin pulu da Təqsirləndirilən şəxs vermiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək Rüstəmi hər-hansı bir vəzifəyə işə qəbul etdirməyərək dələduzluq etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rüstəm ondan borca aldığı pulları Təqsirləndirilən şəxs versə də o, pulların verilməsində iştirak etməmiş, Rüstəmin ona deməsindən sonra o, bilmişdir ki, Rüstəm işə qəbul olunması ilə bağlı Samirə 100.000 manata yaxın pul vermişdir. (cild 1, iş vərəqə 179-181) Məhkəmə istintaqı zamanı Şahid1 telegramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin noyabr ayından tanıyır. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi, lakin özünə məxsus «Volksvagen Tiguan» markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində əvvəlki «Volksvagen» adlı avtoservisin yaxınlığında yerləşən avtoservisə apararkən oraya ondan əvvəl Təqsirləndirilən şəxs da özünə məxsus «Volksvagen Tiguan» markalı avtomobili ustaya gətirmişdir. Həmin vaxtı Samir də onun idarə etdiyi avtomobil ilə eyni markalı avtomobil idarə etdiyi üçün Samirə bir neçə suallar vermişdir. Həmin vaxtı Samir ondan nə işlədiyini soruşmuş, o, Samirə stomatoloq işlədiyini demişdir. Bu məqsədlə Samir onun mobil nömrəsini soruşmuş və yanına gələcəyini demişdir. Bir neçə aydan sonra Samir onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonunda yerləşən stomatoloji kabinetə gəlmişdir. O, Samirin dişlərini müayinə etmiş və sonuncunun xahişi ilə dişlərinin müalicəsinə başlamışdır. Həmin ərəfədə Samir öz dişlərinin müalicəsi üçün təxminən 4-5 dəfə onun iş yerinə gəlib-getmiş, məhz həmin ərəfədə Samir hər dəfə anasının xəstəliyini və maddi vəziyyətinin yaxşı olmadığını deyib ondan hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pullar istəmişdir. O da Samirin xahişi ilə Samirin ona dediyi hazırda xatırlamadığı bank hesabına göndərmiş, sonra Samir ondan aldığı borc pulları hissə-hissə olmaqla müxtəlif vaxtlarda ona məxsus, "xxxx" ASC-yə aid 416973****6180 nömrəli bank kartına göndərmiş, lakin həmin vaxtdan uzun müddət keçməsi səbəbindən Samirin ondan nə qədər məbləğdə borc pul almasını xatırlamır. Samir ondan borc aldığı pulları ona tam şəkildə qaytarmışdır. (cild 1, iş vərəqə 297-299) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə İŞ-nin müstəntiqi Ceyhun Mircavadlının qəbul etdiyi 27 iyul 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmiş, Zərərçəkmiş şəxs müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1- 3) Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 3/8, mənzil 32-də yaşayan Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 27-ci PŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2016-cı ildən 2024-cü il aprel ayına kimi Təqsirləndirilən şəxs tərəfindən 170000 (bir yüz yetmiş min) manat AAY şirkətinə idarəetməyə işə qəbul edilməsinə, notarial bölməsinin açılmasına, uşağının əməliyyat edilməsinə görə ondan pul alımış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ondan 100000 (bir yüz min) manat pul ona deyilən kartlarına köçürmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs ondan 270000 (iki yüz yetmiş min) manat pul almışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 5) Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs “oynaqların ortepedik implantatlarının olması, sağ bud-çanaq oynağının total endoprotezləşdirilməsi hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafda hərəkət funksiyası pozğunluğu diaqnozu ilə üçüncü dərəcə əlildir. (cild 1, iş vərəqə 24) Götürülmə haqqında 19 iyul 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisində səs yazıları olan 01 ədəd disk əhəmiyyət kəsb etdiyindən sonuncudan götürülmüşdür. (cild 1, iş vərəqə 37-39) Diskə baxış keçirilməsi haqqında 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində “Samir” adlı qovluğun içərisində 107 ədəd “MP3” formatlı səs yazılarının olması müəyyən edilir. Həmin səs yazıları dinlənilərkən qeyd olunan səslərin Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılması müəyyən edilir, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulları tələb etməsi, sonuncunun isə pulları qaytarması üçün müddət istəməsi müəyyən edilir. (cild 1, iş vərəqə 40) Vurulmuş ziyanın ödənilməsi haqqında 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 2.000 manat pul götürülmüşdür. (cild 1, iş vərəqə 41) 22 iyul 2024-cü il tarixli maddi ziyanın təqdim olunması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 2.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. (cild 1, iş vərəqə 42) 27 iyul 2024-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 1.500 manat pul götürülmüşdür. (cild 1, iş vərəqə 43) 27 iyul 2024-cü il tarixli maddi ziyanın təqdim olunması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 1.500 manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. (cild 1, iş vərəqə 44) 03 avqust 2024-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 2.000 manat pul götürülmüşdür. (cild 1, iş vərəqə 50) 03 avqust 2024-cü il tarixli maddi ziyanın təqdim olunması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 2.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. (cild 1, iş vərəqə 51) 06 sentyabr 2024-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 2.000 manat pul götürülmüşdür. (cild 1, iş vərəqə 52) 06 sentyabr 2024-cü il tarixli maddi ziyanın təqdim olunması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 təqdim etdiyi 2.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. (cild 1, iş vərəqə 53) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 57-61) İfadənin yerində yoxlanılması haqqında 24 sentyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillədən görünür ki, zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. (cild 1, iş vərəqə 65-67) Üzləşdirmədə dindirmə haqqında 03 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1, iş vərəqə 73-77) Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin verdiyi xx.xx.2024-cü il tarixli, 3-13- 16/2-166024/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2024-cü il tarixdən “Volkswagen Passat” markalı, 77NY101 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. (cild 1, iş vərəqə 99-100) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 102-103) 17 oktyabr 2024-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs təqdim etdiyi 4.000 manat pul götürülmüşdür. (cild 1, iş vərəqə 104) 17 oktyabr 2024-cü il tarixli maddi ziyanın təqdim olunması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 4.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. (cild 1, iş vərəqə 105) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 1, iş vərəqə 107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublikası Psixatriya Xəstəxanası» X10 xx.xx.2024-cü il tarixli, 12704 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 113) Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 115) xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər razılığa gəlmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürdüyü 40.000 manat pulu 2023-cü ilin fevral ayından başlayaraq 40 ay müddətində, aylıq 1.000 manat olmaqla Zərərçəkmiş şəxs bank hesabına ödəyəcəkdir. (cild 1, iş vərəqə 119-122) 16 noyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 23858 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) ədəd «CD-R» formatlı diskə baxış zamanı həmin diskin içərisində 10 ədəd «xlsx» formatlı və 04 ədəd «txt» formatlı faylların olması aşkar edilir. «504666605_SMS» adlı fayla baxış keçirərkən Zərərçəkmiş şəxs verdiyi pulları Təqsirləndirilən şəxs tələb etməsinə dair göndərdiyi mesajların olması məyyən edilir. Diskdə olan digər fayllarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmur. (cild 1, iş vərəqə 125) Şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə, saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 130, 132) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 142-143) Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 161-162) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10n xx.xx.2024-cü il tarixli, 3-21- 3-02/2-13955/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. (cild 1, iş vərəqə 169) Diskə baxış keçirilməsi haqqında 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs verdiyi pulları Təqsirləndirilən şəxs tələb etməsinə dair göndərdiyi mesajların olması müəyyən edilir. (cild 1, iş vərəqə 172) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 11-1/2-102xxxx/2024 nömrəli məktubundan görünür ki, X4 və X8 Təşkili İdarəsinin İnsan resursları şöbəsində Vurğun adlı şəxs heç vaxt işləməmişdir. (cild 1, iş vərəqə 173) Məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3439 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. (cild 1, iş vərəqə 182-184) Diskə baxış keçirilməsi haqqında 18 yanvar 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, HTİD-OUT- 00118-2025 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) ədəd «CD-R» formatlı diskə baxış zamanı müəyyən edilir ki, diskin içərisində «Şahid4» və «Şahid2 QİZİ» adlı qovluq, həmçinin «Şahid4 1742» və «Şahid2 QİZİ 4006» adlı «Microsoft Excel (.xlsx)» formatlı 02 ədəd faylın olması müəyyən edilir. «Şahid4» adlı qovluq açıldıqda içərisində «ATM07 Bravo Yasamal_ATM07- 1_main_**********4505_@75», «ATM07 Bravo Yasamal_ATM07- 1_main_**********0037_@75» və «ATM07 Bravo Yasamal_ATM07- 1_main_**********0705_@75» adlı «"JPG" (.jpg)» formatlı 03 ədəd faylın olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********4505_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 21:45:05-də «Yasamal_ATM07-1»dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********0037_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə tarixdə, saat 21:00:37-də «Yasamal_ATM07-1»dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********0705_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə tarixdə, saat 23:07:05-də «Yasamal_ATM07-1»dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «Şahid2 QİZİ» adlı qovluq açıldıqda içərisində «ATM07 Bravo Yasamal_ATM07- 1_main_**********1616_@75», «ATM07 Bravo Yasamal _ATM07- 1_main_**********5141_@75», «ATM07 Bravo Yasamal_ATM07-1_main_ **********2704_@75», «ATM07 Bravo Yasamal_ATM07-1_main_ **********2807 _@75», «ATM07 Bravo Yasamal_ATM07-1_main_ **********082 1_@75», «ATM07 Bravo Yasamal_ATM07-1_main_ **********0836 _@75», «SHRF-21(119)_ 2024_ 12_17_09_25_55» və «SHRF-21(119)_2024_12_ 17_09_29_54» adlı «jpg» formatlı 08 ədəd faylın olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********1616_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 20:16:16-da «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********5141_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 18:51:41-də «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********2704_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 16:27:04-də «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********2807_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 15:28:07-də «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********0821_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 12:08:21-də «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «ATM07 Bravo Yasamal_ATM07-1_main_**********0836_@75» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 12:08:36-da «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «SHRF-21(119)_2024_12_17_09_25_55» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 09:25:55-də «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «SHRF-21(119)_2024_12_17_09_29_54» adlı fayl açıqdıqda xx.xx.2024-cü il tarixdə, saat 09:29:54-də «ATM07 Bravo Yasamal_ATM07-1»-dən bank əməliyyatı edilən zaman çəkilmiş foto şəkil olması müəyyən edilir. «Şahid4 1742» adlı fayla baxış keçirilərkən müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə pulların köçürülməsi müəyyən edilir. «Şahid4 1742» adlı fayla baxış keçirilərkən müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə pulların köçürülməsi müəyyən edilir. (cild 1, iş vərəqə 208-220) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay-6 ayadək, yəni 28 mart 2025-ci il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 226-227) Diskə baxış keçirilməsi haqqında 28 yanvar 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, "xxxx" ASC-dən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 2025/111/1336 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) ədəd «CD-R» formatlı və 1 (bir) ədəd «DVD-R» formatlı diskə baxış zamanı müəyyən edilir ki, «DVD-R» formatlı 1-ci diskin üzərində «Verbatim» və «DVD-R» yazıları həkk olunmuş və diyircəkli qələmlə «20224» və «Yasamal» yazıları qeyd olunmuşdur. Həmin diskin içərisində «Yasamal RPİ-si» adlı 01 ədəd qovluq olması müəyyən edilir. Həmin qovluq açıldıqda içərisində «Şahid3 Memmed oglu», «X11 oglu» və «X12 oglu» adlı 01 ədəd qovluq olması müəyyən edilir. «Şahid3 Memmed oglu» adlı qovluq açıldıqda içərisində «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», «xx.xx.2024», və «xx.xx.2024» adlı 11 ədəd qovluq olması müəyyən edilir. Həmin qovluqlara ayrı-ayrılıqda baxış keçirildikdə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Şahid3 bankomatda bank əməliyyatları edərkən və pulları nağdlaşdırarkən çəkilmiş foto şəkillər olması müəyyən edilir. «X11 oglu» adlı qovluq açıldıqda içərisində «xx.xx.2024» və «xx.xx.2024» adlı 02 ədəd qovluq olması müəyyən edilir. Həmin qovluqlara ayrı-ayrılıqda baxış keçirildikdə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə X3 bankomatda bank əməliyyatları edərkən və pulları nağdlaşdırarkən çəkilmiş foto şəkillər olması müəyyən edilir. «X12 oglu» adlı qovluq açıldıqda içərisində «xx.xx.2024», «xx.xx.2023» və «xx.xx.2023» adlı faylların olması müəyyən edilir. Həmin qovluqlara ayrı-ayrılıqda baxış keçirildikdə xx.xx.2024, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Şahid5 bankomatda bank əməliyyatları edərkən və pulları nağdlaşdırarkən çəkilmiş foto şəkillər olması müəyyən edilir. «CD-R» formatlı 2-ci diskin üzərində «Verbatim» yazısı qeyd olunmuşdur. Həmin diskin içərisində «Book» adlı «Microsoft Excel (.xlsx)» formatlı 01 ədəd faylın olması müəyyən edilir. Həmin fayl açıldıqda xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində bank əməliyyatlarının çıxarışının olması müəyyən edilir. (cild 1, iş vərəqə 231-231) Sənədə baxış keçirilməsi haqqında 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 28 vərəqdən ibarət "xxxx" ASC-nin ödəniş üzrə çıxarış sənədinə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus 416973******5283 nömrəli hesabından xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr ərzində 148.448,44 manat pul vəsaitinin mədaxil olması, 148.123,60 manat məxaric olması, mövcud balansın 325,25 manat təşkil etməsi müəyyən olunur. (cild 1, iş vərəqə 263) Sübutların qiymətləndirilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunlu ittiham elan olunmuş, xx.xx.2024-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 182 və 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid4, Şahid2, Şahid3 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-in 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayətin başa çatdığı yerin ünvan 6 ünvanında yerləşən “Yasamal” parkı nəzərə alınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd «DVD» disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd ədəd «CD-R» disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd «CD- R» və 01 ədəd «DVD-R» disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs ilkin ərizəsində göstərdiyi 270.000 manat pulundan 94.239 manat pulunu dələduzluq yolu ilə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi istintaq zamanı sübut edilmiş, qalan 175.761 manat pulunu Təqsirləndirilən şəxs tələb etməsindən ötrü mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. (cild 1, iş vərəqə 300-313) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 317-318) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş və ittihamı bütünlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək Zərərçəkmiş şəxslə bir neçə il dostluq etdiyini, Rüstəmdən borc aldığını, lakin o avtoqəza keçirdiyi və işləyə bilmədiyi üçün Rüstəmə olan borcunu qaytara bilmədiyini, Rüstəmin ona birlikdə iş qurmağı təklif etdiyini, bir müddət sonra pandemiya başladığını, pandemiya vaxtı vəsaitlərin hamısının xərcləndiyini, Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə pul almadığını, aldığı pulların hamısını borc kimi aldığını, polis bölmsəində ona fiziki təsir göstərildiyini, onu polis bölməsində döyərək bəzi sənədlərə imza çəkdirdiklərini bilirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2016-cı ildən 2024-cü il aprel ayına kimi Təqsirləndirilən şəxs 170000 (bir yüz yetmiş min) manat AAY şirkətinə idarəetməyə işə qəbul edilməsinə, notarial bölməsinin açılmasına, uşağının əməliyyat edilməsinə görə ondan pul almış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ondan 100000 (bir yüz min) manat pulu Samirin dediyi kartlara köçürmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs ondan 270000 (iki yüz yetmiş min) manat pul almışdır. Bundan başqa, cinayət işinin materiallarında olan Diskə baxış keçirilməsi haqqında 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində “Samir” adlı qovluğun içərisində 107 ədəd “MP3” formatlı səs yazılarının olması müəyyən edilir. Həmin səs yazıları dinlənilərkən qeyd olunan səslərin Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılması müəyyən edilir, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulları tələb etməsi, sonuncunun isə pulları qaytarması üçün müddət istəməsi müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə haqqında 03 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bundan başqa, cinayət işinin materiallarında olan 16 noyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 23858 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) ədəd «CD-R» formatlı diskə baxış zamanı həmin diskin içərisində 10 ədəd «xlsx» formatlı və 04 ədəd «txt» formatlı faylların olması aşkar edilir. «504666605_SMS» adlı fayla baxış keçirərkən Zərərçəkmiş şəxs verdiyi pulları Təqsirləndirilən şəxs tələb etməsinə dair göndərdiyi mesajların olması məyyən edilir. Bundan başqa, cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs verdiyi pulları Təqsirləndirilən şəxs tələb etməsinə dair göndərdiyi mesajların olması müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə də sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı Bakı şəhəri Yasamal RPİ-nə sorğu ünvanlamış, Yasamal RPİ-dən daxil olmuş xx.xx.2025ci il tarixli 53/2-27440 nömrəli məktubdan və məktuba əlavə edilmiş MSY-də saxlanılanların uçotu kitabı və Tibbi müayinənin keçirilməsinə dair kitabın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin MSY-nə daxil olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 25 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 25 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini və polis bölməsində ona fiziki təsir göstərilməsi, polis bölməsində onu döyərək bəzi sənədlərə imza çəkdirilməsi barədə ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokollar, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması haqqında protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və üçüncü qrup əlil olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən hal həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın qismən ödənilməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdən 21 noyabr 2024-cü il tarixədək şübhəli şəx qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həbs etmənin əvvəli hökm elan olunduğu andan, yəni 21 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Hazırki iş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd «DVD» disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd ədəd «CD-R» disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd «CD-R» və 01 ədəd «DVD-R» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 20 saat olmaqla, ümumilikdə 50 saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumlikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 20 saat olmaqla ümumilikdə 50 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 450 manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunsun, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd «DVD» disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd ədəd «CD-R» disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd «CD-R» və 01 ədəd «DVD-R» disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın, mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Hafiz Kamranov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1131/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1131/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver