Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1132/2021 25.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Ərkivan qəsəbəsi, Pələng küçəsi, ev 26-da qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən 210,456 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz evə daşıyıb orada saxlamış, həmin narkotik vasitə heroinin 0,083 qramını 11 yanvar 2021-ci il tarixdə tanışı Şahid1 satmış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən özündə saxlamış olduğu narkotik vasitə heroinin 10,195 qramını 12 yanvar 2021-ci il tarixdə Şahid1 75 (yetmiş beş) manata satması üçün tanışı Təqsirləndirilən şəxs2 vermiş, 12 yanvar 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Quliyev X4 rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə dəvət olunub üzərinə baxış keçirilən zaman 0,083 qram narkotik vasitə heroin Şahid1 üzərindən, həmin gün saat 20:30-da Rəsulov X18 rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindəki «Taksi» kafesinin qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin inzibati binasına dəvət olunub üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilən zaman 10,195 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən, həmin gün saat 22:30-da Təqsirləndirilən şəxs1 Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən kirayədə yaşadığı nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin inzibati binasına dəvət olunub üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilən zaman 3 (üç) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 126,099 qram, 58,883 qram və 15,196 qram, ümumi çəkisi 200,178 qram təşkil edən narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi və əynində olan göy rəngli cins şalvarın sol yan cibində 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 10,195 qram, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 12 yanvar 2021-ci il tarixdə, saat 20:30-da Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən "Taksi” adlı kafenin yaxınlığında saxlanılıb Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə dəvət olunaraq üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilən zaman satış məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə əvvəİçədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi, əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq daşıdığı 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 10,195 qram, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 12 yanvar 2021-ci il tarixdə evində olmuşdur. Həmin vaxt onun azyaşlı övladı da onun yanında olmuşdur. Sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq 33-cü Polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs2 onun dostu olmuşdur. O, əvvəllər “Savalan” kafesini işlətmişdir. Firuz da həmin dövrdə onun yanında aşbaz kimi işləmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün əvvəl Firuz ona zəng edərək işləmək üçün Biləsuvar rayonundan Bakı şəhərinə gəldiyini, lakin Bakı şəhərində qalmağa yerinin olmadığını ona bildirmişdir. O da Firuza bir müddət, yəni Firuz özünə kirayəyə ev tapana qədər onun yaşadığı evdə qala biləcəyini demişdir. Firuz də razılaşaraq onun evinə gəlmiş və o, Firuzu qonaq kimi qarşılamışdır. Təqsirləndirilən şəxs2 bir neçə gün onun evində qalmışdır. Bir gün onun yaşadığı evə mavi yanacağın verilməsi dayandırılmışdır. Firuz da bu vaxt qaz kartını artırmaq üçün, yəni karta qaz yükləmək üçün dükana getmişdir. Bir neçə dəqiqədən sonra Polis əməkdaşları Firuzu tutmuşlar. Sonra Firuz onun yaşadığı evi polis əməkdaşlarına göstərmişdir. Bundan sonra 33-cü Polis bölməsinin əməkdaşları onun yaşadığı evə basqın edərək onu ailə üzvlərinin yanında, yəni övladının gözü qarşısında qandallayaraq məcburi şəkildə 33-cü Polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu saxlayan zaman onun üzərində zərin içərisində çox kiçik çəkidə şəxsi istifadəsi üçün tanışından əldə etdiyi narkotik vasitə olan “kakos” olmuşdur. Onun bədənində ağrılar olan zaman o, “kokosdan” istifadə etmişdir. O, saxlanılarkən yaşadığı evdə dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə, psixotrop maddə olmamış, habelə belə maddələr polis əməkdaşları tərəfindən onun yaşadığ evdə aşkar edilməmişdir. O, saxlanılarkən üzərində şəxsi istifadəsi üçün kiçik çəkidə narkotik vasitə olmuşdur. Onu zorla döyə-döyə Polis bölməsinə aparmışlar. 33-cü Polis bölməsində iki gün ona qarşı zorakılıq hərəkətləri həyata keçirilmişdir. Sonradan polis əməkdaşları onu yaşadığı evə apararaq evə baxış keçirmişlər. Lakin onun kirayədə yaşadığı evdə hər hansı qeyri-qanuni əşya, narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. O, polislər tərəfindən saxlanılarkən onun üzərində çox az miqdarda narkotik vasitə olmuşdur. Lakin ona qarşı irəli sürülmüş ittihamda yazıldığı qədər narkotik vasitələri polis əməkdaşları onun cibinə qoymuşlar. O, polislərə demişdir ki, “bu nədir mənim cibimə qoyursuz?”. Bu zaman qonşuları, eyni zamanda onun uşağı da bu hadisəni görmüşdür. Onun cibinə polislər tərəfindən narkotik vasitələrin qoyulduğunu qonşuları görmüşdür. Lakin o, həmin qonşuları şəxsən tanımamışdır. Çünki o, həmin evdə təxminən bir həftə müddətində kirayədə yaşamağa başlamışdır. O, tutulduğu gün onun Şahid1lə danışığı olmuşdur. Danışığın məzmunu Niyaməddinin ondan narkotik vasitə istəməsi barədə olmuşdur. Niyaməddin ona zəng edərək bədənində ağrılar olduğundan narkotik vasitəyə ehtiyacının olduğunu bildirmiş və o da Niyaməddinə kiçik miqdarda narkotik vasitəsinin olduğunu, həmin narkotik vasitəni bölüşüb istifadə edə bilcəklərini və sonuncunun vəziyyətdən çıxacağını demişdir. O, Şahid1 narkotik vasitələr satmaq üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə verməmiş və heç vaxt Təqsirləndirilən şəxs2 kiməsə satmaq üçün də narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər Tohidin işlətdiyi “Savalan” kafesində aşbaz kimi işləmişdir. Sonradan o, bir müddətlik yaşadığı Biləsuvar rayonuna getmişdir. Ölkədə “Covid-19” epidemiyası yayıldığı vaxtlarda sərt karantin rejimi tətbiq edildiyindən iş yerləri bağlanmışdır. O da bir müddət rayonda işsiz qalmışdır. O, 2021-ci ilin yanvar ayında Bakıya işləmək üçün gəlmişdir. Lakin onun Bakı şəhərində qalmağa yeri olmamışdır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs1 zəng edərək Bakı şəhərinə gəldiyini, lakin qalmaq üçün evinin olmadığını bildirmişdir. Tohid də ona özünün kirayədə yaşadığı evdə qala biləcəyini bildirmişdir. O da Tohidin təklifi ilə razılaşaraq sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindəki evinə getmişdir. O, iki-üç gün Tohidgilin kirayədə yaşadığı evdə qalmışdır. Tohid kirayədə yaşadığı evdə öz ailəsi ilə birlikdə yaşamışdır. Bir axşam saat təxminən 04:30 radələrində Tohidin yaşadığı evə mavi yanacağın verilməsi dayandırılmışdır. Bunun səbəbi isə Tohidin yaşadığı evdə qazın sayğacındakı hesabın qurtarması olmuşdur. Səhər-səhər hava soyuq olduğundan o, qaz kartının hesabını artırmaq üçün mağazaya getmək istəməmiş, əksinə qazın hesabını kredit götürərək artırmaq istəmişdir. Lakin Tohid artıq qaz kartından kredit götürdüyünə görə o, bunu edə bilməmişdir. Ona görə də o, qaz kartının hesabını artırmaq üçün mağazaya getmək üçün evdən çıxmışdır. O, Tohidin yaşadığı evin darvazasının yanından təzəcə ayrılmışdır ki, Zığ qəsəbəsindəki “Taksi” kafesinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin satışı və daşınmasında şübhəli bilindiyini bidirmişlər və onu saxlamışlar. Polislər onu tutmaq üçün bir neçə avtomobil ilə gəlmişlər. Avtomobillərdən biri “BMV-X6” markalı avtomobil, ikincisi “Fiat” markalı avtomobil olmuşdur. Digər avtomobilin isə markası onun yadında qalmamışdır. Kamran adlı polis əməkdaşı onun cibinə əlini salaraq cibindən Tohidin kirayədə yaşadığı evin açarını götürmüş və onu döyə-döyə, əllərini iki qandalla həm birbirinə, həm də avtomobilin arxa oturacağının yuxarısındakı əl tutacağına bağlamışlar. Bu zaman Ruslan adlı polis əməkdaşı da ayağını onun başının üstünə qoyaraq ona qarşı zorakılıq etmişdir. O, sonrakı hadisələrin necə baş verdiyini, yəni Tohidin necə tutulduğunu dəqiq olaraq bilməmişdir. Amma onu dəqiq bilmişdir ki, polislər Tohidin kirayədə yaşadığı evə zorla daxil olaraq, sonuncunun da əl-qolunu qandallayaraq Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə aparmışlar. Onu və Tohidi ayrı-ayrı avtomobillərdə Polis bölməsinə aparmışlar. Kamran və Elçin adlı əməliyyat müvəkkilləri də gələrək biri onun yanında, digəri isə Tohidin yanında oturaraq onları 33-cü Polis bölməsinə aparmışlar. Bu zaman bəzi polis əməkdaşları da başqa bir avtomobil ilə onların arxasınca 33-cü Polis bölməsinə gəlmişlər. Polis əməkdaşları onu və Tohidi 33-cü Polis bölməsinə apardıqdan sonra onları ayrı-ayrı inzibati otaqlara salaraq işgəncə verməyə, zorakılıq hərəkətləri etməyə başlamışlar. Onun cibinə həmin vaxt polislərdən biri narkotik vasitə qoymuş və sonra həmin narkotik vasitəni cibindən çıxararaq ona məxsus olduğunu demişdir. O isə həmin vaxt buna etiraz edərək həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. O, 33-cü Polis bölməsində videoşəkiliş həyata keçirildiyi zaman narkotik vasitələrin ona məxsus olmadığını deyərək etiraz etməsinin videoçəkiliş qeydinə yazılıb-yazılmadığını bilməmişdir. Polislər ona 33-cü Polis bölməsində həmin narkotik vasitələri guya ona Şahid1 satmaq üçün Tohidin verdiyini deməli olduğunu bildirmişlər. O isə 33-cü Polis bölməsində dəfələrlə buna etirazını bildirmiş və Tohidə qarşı belə bir hərəkət edə bilməyəcəyini demişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində hər hansı qadağan olunmuş əşya olmamışdır. Onun üzərində 1 (bir) ədəd qaz sayğacının kartı, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd qaz sayğacının açarı, 1 (bir) ədəd də pulqabı olmuşdur. O, ibtidai istintaq zamanı heç bir ifadə verməmiş, ibtidai istintaq zamanı müstəntiqlər tərəfindən dindirilməmiş, buna görə də o, müstəntiqlərlə dəfələrlə mübahisə etmişdir. Videoçəkiliş zamanı onun cibindən əvvəlcədən polis əməkdaşları tərəfindən cibinə qoyulmuş narkotik vasitələr çıxarılmış və həmin narkotik vasitələrin ona məxsus olduğu protokollaşdırılmışdır. Amma bütün bunlar saxta olmuşdur. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. O, polis əməkdaşlarının onun cibindən çıxardıqları narkotik vasitələrin çəkisini və növünü dəqiq olaraq bilməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması barədə ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Surxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2021-ci il tarixdə qərəzsiz mənbədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan Firuz adlı şəxsin qanunsuz şəkildə narkotik vasitələri əldə etməsi, satışı və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin, daxil olan məlumatda Firuz adlı şəxsin həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Taksi” adlı kafenin yanında olacağı bildirilmişdir. Əməliyyat məlumatı alındıqdan dərhal sonra 33-cü Polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və Firuz adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Sonra o və əməliyyat qrupunun digər iştirakçıları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Taksi” kafesinin yaxınlığına getmişlər. Firuz adlı şəxsin xüsusi əlamətləri daxil olmuş əməliyyat məlumatında ətraflı şəkildə qeyd edildiyindən onlar Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Taksi” kafesinin yaxınlığında olan şəxsin Firuz adlı şəxs olduğunu yəqin etmişlər və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsi, saxlanılması və satılmasında şübhəli olduğunu bildirərək sonuncunu 33-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də onlara heç bir etiraz etməyərək onlarla birlikdə 33-cü Polis bölməsinə getmişdir. Onlar 33cü Polis bölməsində olduqları zaman saxladıqları şəxsin şəxsiyyətini müəyyən etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. Daha sonra 33-cü Polis bölməsinin inzibati otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşya və predmetlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 da könüllü olaraq əynində olan şalvarının cibindən 1 (bir) ədəd bükümü onlara təqdim edərək həmin bükümdə adını “kakos” kimi bildiyi narkotik vasitə heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan Tohid adlı şəxsdən 12 yanvar 2021-ci il tarixdə 80 (səksən) manata Niyaməddin adlı şəxsə təhvil vermək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 verdiyi məlumatlar əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan Tohid adlı şəxsin saxlanılması üçün əməliyyat tədbirlərini həyata keçirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs2 verdiyi məlumat barədə dərhal 33-cü Polis bölməsinin rəhbərliyinə məruzə etmişlər və Tohid adlı şəxsin ifşa edilməsi ilə məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və əməliyyat qrupunun digər iştirakçıları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsinə getmişlər. Orada onlar Tohid adlı şəxsin əlamətlərinə oxşar bir nəfər şəxsi müəyyən etmişlər və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin əldə edilməsi, saxlanılması və satılmasında şübhəli olduğunu bildirmişlər və tutduqları şəxsi 33-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də onlara heç bir etiraz etməyərək onlarla birlikdə 33-cü Polis bölməsinə getmişdir. Onlar 33-cü Polis bölməsində olduqları zaman saxladıqları şəxsin şəxsiyyətini müəyyən etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Daha sonra 33-cü Polis bölməsinin inzibati otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşya və predmetlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da könüllü olaraq əyninda olan şalvarın cibindən 1 (bir) ədəd göy rəngli kisənin içərisindən 3 (üç) ədəd bükümü çıxararaq onlara təqdim etmiş və həmin bükümlərin içərisində adını “kakos” kimi bildiyi narkotik vasitə heroinin olduğunu demişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini İran İslam Respublikasının tanımadığı vətəndaşından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 (üç) ədəd bükümün içərisində olan narkotik vasitəyə bənzər maddələr iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 11 yanvar 2021-ci il tarixdə Zığda yaşayan Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün 1 (bir) dəfə 10 (on) manat müqabilində narkotik vasitə olan “kakos” almışdır. O, həmin narkotik vasitənin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini üzərində saxlamışdır. O, 12 yanvar 2021-ci il tarixdə Tohidə mobil telefon vasitəsilə zəng edərək narkotik vasitəyə ehtiyacı olduğundan ona biraz narkotik vasitə satmasını Tohiddən xahiş etmişdir. O, Tohidə bir neçə qram narkotik vasitə almaq istədiyini və həmin narkotik vasitələri bir neçə gün ərzində istifadə edə biləcəyini demişdir. Eyni zamanda o, Tohidə üzərində az pul olduğunu bildirmişdir. Tohid onun sözü ilə razılaşaraq təxminən 70-80 manat məbləğində narkotik vasitəni ona Firuz adlı şəxs vasitəsilə “Taksi” kafesinin yaxınlığında verəcəyini demişdir. O da bunun müqabilində pulu Firuza verməli olmuşdur. Onun üzərində həmin vaxt təxminən 60 (altmış) manat pul olmuşdur. O, 12 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Taksi” kafesinin yaxınlığına narkotik vasitəni Tohidin dediyi şəxsdən götürmək və şəxsi istifadəsinə sərf etmək üçün gəlmişdir. O, “Taksi” kafesinin yaxınlığına gələrkən üzərində 11 yanvar 2021-ci il tarixdə Tohiddən aldığı narkotik vasitənin bir hissəsi qalmışdır. O, Tohidin dediyi şəxsdən Tohidlə razılaşdığı narkotik vasitəni almaq istəyərkən bu vaxt bir neçə mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyini bildirmişlər və onu 33-cü Polis bölməsinə dəvət etmişlər. O, bu səbəbdən də Tohidin onun üçün göndərdiyi narkotik vasitələri Tohidin göndərdiyi şəxsdən götürə bilməmişdir. O, tutulduğu vaxt üzərində 11 yanvar 2021-ci il tarixdə Tohiddən aldığı və bir qismini istifadə etdiyi narkotik vasitənin qalıq hissəsi olmuşdur. O, həmin qalıq narkotik vasitəni 33-cü Polis bölməsinin əməkdaşlarına könüllü surətdə təqdim etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında qanuni nümayəndəsinin iştirakı ilə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. Atası Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılan gün o və atası evdə oturmuşlar. Həmin vaxt o, öz dərsləri ilə məşğul olmuş, atası isə ona dərsini başa salmışdır. Həmin gün o, ingilis dili fənni üzrə hazırlığa getməli olmuşdur. Həmin gün evdə o və atası olmuşdur. Onun anası isə işdə olmuşdur. Onlar evdə oturduqları zaman birdən evlərinin qapısı döyülmüşdür. Atası da qapını açmaq üçün qapıya tərəf yaxınlaşmış və qapını açmışdır. Atası qapını açan kimi bir neçə polis əməkdaşları tərəfindən tutulmuşdur. O, həyətlərinə daxil olan şəxslərin polis olduqlarını dərhal bilmişdir, çünki həmin şəxslərin əynində polis forması olmasa da, əllərində qandal olmuşdur. Polislər onun atasını tutan kimi atasının əllərini qandallamışlar. Həyətlərinə daxil olan polislərin sayı təxminən 3-4 nəfər olmuşdur. Onların həyətinə daxil olan şəxslərin əynində polis forması olmamışdır. Polis əməkdaşları evin həyətinə daxil olduqdan sonra onun atasını mühasirəyə alaraq yerə yıxmışlar, sonra atasının əllərini bağlamışlar və atasını təpiklə vurmağa başlamışlar. Bu zaman onun atasına qarşı polislər tərəfindən zorakılıq hərəkətləri həyata keçirilmişdir. Atası onu yanına çağırmışdır. O da atasının yanına getmək üçün qapıya doğru hərəkət etmişdir. Lakin qapı polis əməkdaşları tərəfindən bağlandığından o, evin həyətinə düşə bilməmişdir. Polislər onun atasını tutan kimi evin həyətinə çıxarmışlar. Atası polislərə evin qapısını bağlamamalarını demişdir. Lakin polislər tərəfindən evin qapısı bağlanmışdır. O, bu zaman evin pəncərəsini döyməyə başlamış, eyni zamanda evin pəncərəsindən həyətə tərəf baxmışdır. O, pəncərədən evin həyətinə baxarkən atasının polis əməkdaşlarına qışqıraraq onu döyməmələrini, cibinə heç nə qoymamalarını deməsini görmüş və eşitmişdir. Bu hadisələri eyni zamanda onların qonşuları da görmüşdür. Atasının polislər tərəfindən döyüldüyünü görən qonşuları Sevinc xala və Banu xala olmuşlar. O, Sevinc xalanı və Banu xalanı tam olaraq tanımadığından həmin şəxslərin neçə yaşlarının olduğunu bilməmişdir. Lakin o, Sevinc xalanın eynilə onun yaşında balaca bir qızı olduğunu bilmişdir. O da həmin qonşuların polis əməkdaşlarının üstünə qışqırıraraq “belə etməyin, Tohidi şərləməyin, onun cibinə heç nə qoymayın” bildirmələrini eşitmişdir. Atası polis əməkdaşları tərəfindən saxlanılarkən bu hadisəni görən qonşularından biri həyətə çıxmış, yəni demək olar ki, onların həyətinə qədər gəlmişdir. Digər qonşular isə öz evlərinin pəncərəsindən polis əmədaşlarının etdikləri hərəkətləri görmüşlər. Qonşularının evindən onların evi görünmüşdür. Onların kirayədə yaşadıqları evin həyətində bir neçə ev olmuşdur. Həyətdə təxminən 3-4 ev olmuşdur. O, atasının polislər tərəfindən tutulduğunu və döyüldüyünü tam olaraq görmüşdür. Bu zaman atasının əynində qara rəngli mayka və idman şalvarı olmuşdur. Polislər atasına “yerə uzan, tərpənmə” demişlər. Eyni zamanda polislər onun atasını təpiklə vurmuşlar. Atası da polislərə onu döyməmələrini, cibinə heç nə qoymamalarını demişdir. Bundan sonra isə polislər onun atasını ayağa qaldırmışlar. Sonra telefonun kamerası ilə bir polis əməkdaşı onun atasını çəkməyə başlamışdır. O da bu zaman atasına demişdir ki, “ata, səni polislər kamera ilə çəkirlər”. Onun bu sözünü eşidən polis əməkdaşı onun atasını telefonla çəkdiyini gördüyünü bildiyindən, tez telefonu söndürərək videoçəkilişi dayandırmışdır. Bir qədər sonra polis əməkdaşları onların evinə daxil olmuşlar, sonra onu evdən çıxarmışlar və evi axtarmağa başlamışlar. O, evə geri qayıdaraq polislərdən nə axtardıqlarını soruşmuş və nə lazımdırsa tapmağa kömək edə biləcəyini demişdir. Onun bu sözlərinə polislər əsəbiləşmişlər və üstünə qışqırmışlar. Bundan sonra o, həm həyəcanlanmış, həm də qorxmuşdur. Bu zaman qonşuları Sevinc xala həyətə gəlmiş və ona su ilə dərman vermişdir. O, dərmanı içməsə də, suyu içmişdir. Sonra isə polislər onun atasını polis maşınına mindirmişlər. O da bu zaman atasının yanında iki-üç dəqiqə ərzində polis maşınında oturmuşdur. Sonra isə polislər onu maşından düşürmüşlər, atasını isə aparmışlar. Atasının mindirildiyini maşın polis maşını olmuş, çünki maşının üzərində “Polis” sözü yazılmışdır. Həm də maşının üstündə polis maşınlarına məxsus olan sayrışan işıqlar olmuşdur. Atası polislər tərəfindən aparılmazdan əvvəl ona demişdir ki, “Fariz dayıya zəng elə və onu çağır, evdə tək qalma”. O da bundan sonra dayısı Farizə zəng edərək baş vermiş hadisəni danışmışdır. Sonra dayısı onların evinə gəlmişdir. Polislər onu evdə qoyub getmişlər. O, dayısı gələnədək evin həyətində tək qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yaşayan Tohid adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli raportdan (cild 2, iş vərəqə 7) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yaşayan Firuz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, “Tohid” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, o cümlədən psixotrop maddəni əldə edə biləcəyi və saxlayacağı ehtimal olunan yerləri müəyyənləşdirmək istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 9) görünür ki, “Firuz” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, o cümlədən psixotrop maddəni əldə edə biləcəyi və saxlayacağı ehtimal olunan yerləri müəyyənləşdirmək istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 2, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarışın və götürmənin aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-32) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd göy rəngli kisənin içərisində 3 (üç) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni və "Samsung Galaxy A30s” markalı, **********35408 və **********35406 İMEİ kodlu mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə heroin olduğunu və bir neçə ay əvvəl tanımadığı İran İlsam Respublikasının vətəndaşından 200 (iki yüz) manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 2, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarışın və götürmənin aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni və "ZTE” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yaşayan Tohid adlı şəxsdən 12 yanvar 2021-ci il tarixdə 80 (səksən) manat müqabilində Niyaməddin adlı şəxsə təhvil vermək üçün aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli evə baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz evə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli evə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən evə baxış keçirilmiş, lakin həmin vaxt iş üçün əhəmiyyət kəsb edən predmet, o cümlədən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/151 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-46) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 200,178 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/152 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 45-47) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,195 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 69-70) görünür ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 65-66) görünür ki, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 73-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 69-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-27/2021 saylı qərarından (cild 1, iş vərəqə 97-100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-28/2021 saylı qərarından (cild 2, iş vərəqə 91-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-28/2021 saylı qərarından (cild 2, iş vərəqə 100) görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 12 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-29/2021 saylı qərarından (cild 1, iş vərəqə 101-102) görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 12 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 2, iş vərəqə 108-109) görünür ki, “Firuz 234.1” yazısı olan “CD” diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 yanvar 2021-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 214) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 yanvar 2021-ci il tarixli sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 115-116) görünür ki, “Tohid- 234.1” yazısı olan “CD” diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 114-115) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 258B) görünür ki, Rəsulov X14 şəhəri, M.İbrahimov küçəsi ev 245-də qeydiyyatdadır və onun ailə üzvləri arvadı X1, oğlu X7, qızları X8 və X9 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X40 430 saylı rəyindən (cild 1, iş vərəqə 199-200) görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o, hazırda Azərbayacan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X40 433 saylı rəyindən (cild 2, iş vərəqə 154-155) görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Eləmin dövrdə Təqsirləndirilən şəxs2 öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o, hazırda Azərbayacan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/849 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 194-197) görünür ki, tədqiqata təqdim edilmiş “Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti № 59” ştampı əks olunan Məhkəmə Ekspertizası Mərkəzinə məxsus paketdə şərti olaraq nömrələnən 1 nömrəli təmiz çəkisi 0,083 qram narkotik vasitə heroin, 2 nömrəli təmiz çəkisi 10,095 qram narkotik vasitə heroin və 3 nömrəli təmiz çəkisi 15,146 qram narkotik vasitə heroinlər öz aralarında kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Şərti olaraq nömrələnən 4 nömrəli təmiz çəkisi 126,049 qram narkotik vasitə heroin ilə 5 nömrəli 58,833 qram narkotik vasitə heroinlər öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olub, 1 nömrəli, 2 nömrəli və 3 nömrəli narkotik vasitə heroinlərdən kimyəvi tərkib komponentlərinə görə fərqlənir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X37 Şəxsi Ambulator X2 839 saylı rəyindən (cild 1, iş vərəqə 201-202) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X37 Şəxsi Ambulator X2 838 saylı rəyindən (cild 2, iş vərəqə 156-157) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 168-170) görünür ki, Təqsirləndirilən şəxs1 mobil nömrəsində X20 məxsus ***-***- **-** saylı mobil nömrədən “Yari neçiye alinar”; “Yari kolada lazmdi”, “Kakonu dobru getir”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “ala tuhid camahat meni gozfuyur s.... bele fivijenanin icin hardasan yerivi de gelim pulu goturum nece satdi seni gozduvurem tez yerivi de”: “qaqae 10 deqeye ya mali ya pulu catdirin catdirmiyaninda varyoxun s.... sene pul verilmiyibki bizim pulmuza mal gotiresen ya 30 manati yada temiz 1 qr mal 10 deq gozdurem catditmiyabinda her weyin s.... mennen goruwmuyebinde varyoxun s.... gozdurem pilekenda” ; “waqaw turala de pulu catdirin mene tema lazim deik”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Birat agrdan olem bultusnan narwnik var mende Barter elemey olar”; “Ay brat niyr brkr edirsen ay brt seher 10nan mene deyirsen gelirem men sen qminanib gelmisemda ay bat mene bele niye eliyirsen dewiw vaxtda drmiyr cammat”, X6 məxsus ***-***-**-** saylı mobil nömrədən “Yaxwi ot varimdir qaqa”, “Sen 100 azn vurdun karta boşsan birazdan keçim görüşey”, “de teman mendedir pu”, istintaqa məlum olmayan şəxsə məxsus 055-914-24- 34 savlı mobil nömrədən “Qaqaw salam mene 1 dene pi toy lazimdi ama temiz pitoy emele geler”,“”Qaqaw mene pitoy lazimdi emele geler yazda qaqaw seni gozduyurem”, “Salam qaqa yari lazimdi emele geler”, “qaqa 20 miliy pati lazimdi alinar”, “qaqaw sene qurvan videne pitoy saxla mene pulumu duzeldi gelem qaqaw”, “qaqa yari lazimdi qapdan vere viler sen”, “axwamn xeyir qaqa wuwe var lazim olsa”, “qaqa wuwe var”, “Qaqa axwamın xeyir wuwe var lazim olsa qaqa”, “Tuhit qaqaw 25 den iwdiyey qaqa ne diyir sen 5 den awaqi goturmuyecem alinar vacap la yaz”, “Daniwariq 5 den awaq”, “Qaqa axwam goture bilerem 5 dene”, “Qaqaw senin kanalin necedi negdi pulu veriy mali goturuy yoxsa atir tereziye pulu veriy”. "Qaqaw elborcu 05 onnuq wuwe seher 10 qaytaracam imkan var mal utarib İonikadayam powda gedeciyiy hal olsun imkan var yuxun gelmir se gelib oturardiq eyer munkunduse 10 qavtarcam pulu”: "Qaqaw alinir el tut 10 kimi cava yaz qaqaw 10 da sendedi”; "Qaqaw İonikadayam alinar didiyim”; "Axwamin xeyir qaqaw 5 dene lazımdi emele geler”; "Qaqaw 2 dene lazimdi emele geler indi gelim goturum”; “Qaqaw axwamin xeyir qaqaw eltuta bılersen 26 manatım var vezvetımde pısdı gucnen duzub qowmuwam 1 dene komeylıv edersen pıtoy alınar”; “Qaqa ncqede tuwur oqede olsun canin sag olsun alina gelsin qaqa”; “Salam qaqaw mene bidene lazimdi alinar indi cixmiwAm gele bilerem”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Tuid camahad meni gozleyir eyer yoxdusa gelmursense de bilim bawqasinnan goturum”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Tuit yarı var kola”; “Qaqa patı düzəldi”; “Tuit əl borcu bir dənə çet ver lomkadan çıxım qaytararam”; “Yavaşca malı ver. Yoxsa qapım dagıdacam”: “Yarım düzələr”, “Sabahın xeyir, qaqaş yarı düzələr”; “Kontur yoxdur yarı isdiyirəm.varsa mənə vızıv at gəlim”; “Qaqa yarım var, varsa məni yığda”; “Axşamın xeyir, Tema isdiyirəm kola verə bilərsən. Gözdiiyürəm”; “Kartın nömrəsini at mənə, bir nəfər mənə pul verəcək.gələ bilmir ats Kartın nömrəsini at mənə, bir nəfər mənə pul verəcək.gələ bilmir atsın karta”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən "menem elcin yari lazimdi qaqa”, X12 məxsus 077- ***-**-** saylı mobil nömrədən "Bratka bu gunde sporlawib eseb kecirmisen orda kankret mende nastreniyavi duzeltmey ucun deyirdim ureyin wey cekmey istirse xeber ele keçim cekev”; "Qaqa axwamin xeyir necesen? 05 pati lazimdi duzub qowmag olar? Gelim goturum”; “Qaqa 2 saata yaxindi mehlede mawinda gozlurem mene bir cavab deda men helim goturum pati ile dermani yoxsa yola salim uwagi getsin?; “Qaqa 05 kola lazimdi alinar? Gelim goturum”, X30 məxsus ***-***-**-** saylı mobil nömrədən “Axwamin xeyir qaqaw 4-5 dene lazim olqcqa hqrdqsq 9 da emele geler xeber edersen”, “Qaqaw 4 denne birde imkan varsa 5 diy wuwe alina gelsin qapidan gotursun hqvqxd bowudup dusa ya gozduyurem”; “Qaqa yatmamisansa bidene lazimdi oyaqsan” ; “Qaqa alina gelsin bidene gotursun qapidan”; "Qaqa Allaha terri qalib enində Şuşa cekmeliydi ona gore yigdim atasina diyir yoxdur evdə ama bura gelmelidi gelmeyine vacibdir qaqa yeqinki geler telesiy lazimdir yoxsan gelse getirib verercm”. istintaqa məlum olmayan şəxsə məxsus 055-796- 58-24 saylı mobil nömrəyə “O ogurladiqin kakosu çatdir yaxwi olmaz senin ucun”, X21 məxsus ***-******* savlı mobil nömrəyə “Dedim Günay menimdir çawib sen e ncse patxod zad ed er helebilki biqeyret olarda senden soruwan olsa denen Tohid meni istevir heqiqetende. bawa duwdun onun sevgisi insanlara deyil pulu sevir. Bir sutka menim wotuma kayif edib indi bir qoyun po.u boyda wey getirib ortaya”, X17 məxsus ***-***-**-** saylı mobil nömrəyə “ilkin bidene Namiqde pul var onu goturde ondan xahiw edirem o pul sende qalsin men sene yer diyecem ora tema qoyacaqlar onu gotürersen”; “Men sene defelerle qret etmiwem 1 qram 2 qram 3 qram defelerle olub . Sene palojna deyilmiw prosto men yoldawçiliqa xetir edirdim. Amma birweyi bil ki ayagimi yere mohkem qoysam özun taniyan oğlanlar meni temennasiz istiyen qardawlarim hamisi dörd biryariimda olacaq zeng edecem sene gelersen emanetivi gotürersen”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə “Sen pula gore wexsiyyetivi alçaldirsan. Sen salam verilesi insan deyilsen. Darmavoyluq etmeklc hele bilirsen qabağa duwursen? Sen puluvu adindan yoldawciliqindan ııstun tutan insansan o wuweni hemiwe men çixartmiwam çekmisen duxun çatmadi ortaya qret edesen ala men qiz wotuna wuwe çeken oğlan d ey ile m o sensen ged birde qarwilawma”, X13ma məxsus ***-***-**-** saylı mobil nömrəyə “Yaxwi ot varimdir qaqa isteyirsen gel 4 dene sipiç”, “4 dene sipiçka karopkasi oturum sene rawot olaq can ciyer, men nefcilerde qaliram qaqa gelirsen?”, “Qaqawida getir dostumuzu dedim bilesen sene 4 dene sipiçka karopkasi qret edeccm rawot olariq bu iqraya çixilan abuneliye gore”, “Qaqaw men burdayam 200 manatda cibimde 10 eded isteyirem lomkadasansa birdamci ustumde var cekmek isteyirsense de gelim cekek gozleyek wuwenin lomkasindayam men”, istintaqa məlum olmayan şəxsə məxsus 055- ***-**-** saylı mobil nömrəyə “Qaqaw denen qalxib mal yoxdur 26 manatdir sen bele denen ardini men getireccm soxum agizlarina dunen gece meni lomkada saxladi 1 deneni vermedi telefonu sondurub yatdi sen çixartdin lomkadan meni. Amma bundan sonram deqiq ol hami agrida olan adamlardir qoy çixmasinla”; “Qaqaw 5 dene lazimdir hara gelim? Ozum gelecem taksi pulumu vereceksen?”; “100 manat verecem 6 dene verersende 20 manatda karta vurmuwamda”. istintaqa məlıım olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qaqaw men çixmiwam mendede 100 manat var ustun sende duzelt gonderek temamizi gondersinler qeweng pul qazanaq”, istintaqa məlum olmayan şəxsə məxsus ***- ***-**-** saylı mobil nömrəyə “Vikulin neqeweng gorsenirdin ay cani yanmiw. Vaxt ede bilmesen eybi yoxdur sabah gelersen, amma bugun bekar olsan pati çekmek istesen varimdir gelersen çekerik yaxwi”. "Axirinci dcfe gel oz çekdiyimden bir iki tustu çekersen 5- 6 manatliq”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** savlı mobil nömrəyə “Agridasansa kerimi gonder 5-10 manatda pul gonder bugunluk yola verim seni”; “Qaqaw ne isteyirdin? Kola yoxumdur bi razdan olacaq, pati var imdir sen hansindan isteyirdin? Neweder? Yaz bilim”, X20 məxsus ***-******* saylı mobil nömrəyə “Kakonu dobru getir mende sene pati qret edim dobru hemde newe mene xeber et bilim" kimi SMS mətnləri aşkar edilmiş və buna görə də həmin disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 142) görünür ki, Təqsirləndirilən şəxs2 mobil nömrəsinə X12 məxsus ***-******* saylı mobil nömrədən “X42 denen menim emanetler gelibse gelim goturumde ehtiyac boyukdu! Bi dene mennen elage saxlasinda tecili seryoznu temadi” kimi SMS mətni aşkar edilmiş və buna görə də həmin disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarımı əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 171-172) görünür ki, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli sübut kimi tanınma haqqında qərardan (cild 2, iş vərəqə 143-144) görünür ki, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-496/2021 saylı qərarından (cild 1, iş vərəqə 178-180) görünür ki, Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 206-cı maddəsi ilə təqsirli bilinmiş və 1 (bir) ay müddətində inzibati həbs edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 182-184) görünür ki, Təqsirləndirilən şəxs1 döyülməsi ilə bağlı hər hansı bir cinayət hadisəsinin əlamətləri müəyyən olunmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 165-186) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri və onlara həmin maddələrlə yeni məzmunlu ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 200,178 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 199,878 qram təşkil edən narkotik vasitə heronin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 10,195 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,045 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilməsi, Şahid1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,083 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,023 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilməsi, 2 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 212) görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri – anası X3, qardaşı X10 ibarətdir. Anası və qardaşı xəstə olduqlarına görə pensiya alırlar. Təqsirləndirilən şəxs1 anası və qardaşına maddi vəziyyətləri ilə əlaqədar olaraq köməklik göstərir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Uşaq Ruhi-Əsəb Dispanserindən təqdim edilmiş epikrizdən (cild 2, iş vərəqə 215) görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X22 psixi xəstəlikdən əziyyət çəkir və ona “debillik” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Milli Onkologiya Mərkəzindən təqdim edilmiş epikrizdən (cild 2, iş vərəqə 216) görünür ki, Təqsirləndirilən şəxs1 anasına 2014-cü ildə uşaqlıq boynu xərçəngi diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 2, iş vərəqə 224- 225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 256) görünür ki, 26 fevral 2005-ci il tarixdə Təqsirləndirilən şəxs2 qızı X23 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 257) görünür ki, 24 aprel 2007-ci il tarixdə Təqsirləndirilən şəxs2 oğlu X24 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 234) görünür ki, 02 avqust 2009-cu il tarixdə Təqsirləndirilən şəxs1 qızı X16 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 258) görünür ki, 04 avqust 2016-cı il tarixdə Təqsirləndirilən şəxs2 qızı X25 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2017-ci il tarixli Biləsuvar Rayon Məhkəməsinin 1(022)-72/2017 saylı hökmünün surətindən (cild 2, iş vərəqə 134-138) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 258) görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrə meyillidir, onu tanıyan şəxslər ondan narazılıq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-202/2021 saylı qərarından (cild 2, iş vərəqə 323-325) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 günədək, yəni 01 iyun 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-201/2021 saylı qərarından (cild 2, iş vərəqə 326-328) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 günədək, yəni 01 iyun 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübuta ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, məhkəmə istintaqında araşdırılmış obyektiv sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmişlər, həmin narkotik vasitələri saxlamaqla daşımışlar, habelə narkotik vasitə heroinin alqı-satqısı ilə məşğul olmuşlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını, onlara qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, tutularkən polis əməkdaşları tərəfindən zorakılığa qaldıqlarını, ittiham aktında göstərilmiş narkotik vasitələrə aidiyyətlarının olmadığını, həmin narkotik vasitələrin onların cibinə polis əməkdaşları tərəfindən qoyulduqlarını iddia etsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər belə məzmunda ifadə verməklə, o cümlədən onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşlər. Məhkəmə belə nəticəyə gələrkən məhkəmə istintaqında müəyyən edilmiş bir neçə vacib və əhəmiyyət kəsb edən hallara istinad etmişdir. Bunlar aşağıdakılardır: Təqsirləndirilən şəxs1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı ifadə verərək tutularkən polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qaldığını iddia etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən məsələ ilə bağlı səlahiyyətli prokurorluq orqanına müraciət etmişdir. Prokurorluqda onun şikayəti üzrə araşdırma aparılmış, araşdırmanın nəticəsində onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmaması müəyyən edilmiş, habelə onun tutulmasında iştirak etmiş polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bu hal artıq Təqsirləndirilən şəxs1 iddia etdiyi işin hallarını istisna etməklə yanaşı, həmçinin ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 tutularkən polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün 1 (bir) dəfə 10 (on) manat müqabilində narkotik vasitə olan “kakos” almışdır. Şahid, həmçinin ifadəsində göstərmişdir ki, o, 12 yanvar 2021-ci il tarixdə Tohidə zəng edərək narkotik vasitəyə ehtiyacının olduğunu bildirmiş və Tohiddən ona biraz narkotik vasitə satmasını xahiş etmiş, habelə narkotik vasitə almaq üçün üzərində az məbləğdə pulun olduğunu Tohidə demiş, Tohid də onunla razılaşaraq təxminən 70-80 manat məbləğində narkotik vasitəni tanışı Firuz vasitəsilə “Taksi” kafesinin yaxınlığında ona göndərəcəyini bildirmiş, o da Tohidin sözlərinə əsasən Firuzdan narkotik vasitəni almaq üçün “Taksi” kafesinin yaxınlığına getmiş və Firuzdan narkotik vasitəni almaq istədikdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Göründüyü kimi Şahid1 məhkəmə istintaqında ifadə verərək Təqsirləndirilən şəxs1 11 yanvar 2021-ci il tarixdə 10 (on) manata narkotik vasitə aldığını, bundan sonra yenidən narkotik vasitə almaq üçün 12 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 müraciət etdiyini, sonuncunun da onunla razılaşaraq ona narkotik vasitə satmağa razı olduğunu və narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə ona satacağını, narkotik vasitə ilə bağlı növbəti “alqı-satqının” həyata keçiriləcəyi yer kimi “Taksi” kafesinin yaxınlığının aralarında müəyyən edildiyini, Təqsirləndirilən şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs2 ona narkotik vasitə gətirdiyini ətraflı şəkildə göstərmişdir. Şahid qeyd edilən məzmunda ifadə verməklə hər iki təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz şəkildə “alqı-satqısı” ilə məşğul olmalarını təsdiq etmişdir. Məhkəmə Şahid1 ifadəsində göstərmiş olduğu məlumatları iş üç üçün əhəmiyyət kəsb edən məlumatlar kimi qəbul edir. Belə ki, şahidin qeyd edilən hissədə verdiyi ifadəsi təqsirləndirilən şəxslərə ayrıayrılıqda irəli sürülmüş ittihamın qiymətləndirilməsinə kifayət edir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışlar. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham, yəni onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımaları, həmçinin məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış 19 mart 2021-ci il tarixli telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokol ilə də tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qeyd edilən protokolda öz əksini tapmış mesajların mətninə və məzmununa diqqət yetirdikdə məlum olur ki, Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərə, habelə müxtəlif şəxslər də Təqsirləndirilən şəxs1 müraciət edərək jarqon dildə “kola”, “patı”, “meti”, “dərman” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr olan predmetlərin alqı-satqısı barədə danışıqlar aparmışlar. Həmin mesajların mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs1 mesaj yazmış şəxslər ondan narkotik vasitə və psixotrop maddə əldə etmək niyyətində olmuşlar, habelə həmin şəxslərin bəziləri Təqsirləndirilən şəxs1 müəyyən məbləğ dəyərində narkotik vasitə istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” Təqsirləndirilən şəxs1 hərəkətlərindən (vaxtında narkotik vasitəni satmaması və sair) narazı qalaraq ona öz iradlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 yazılmış mesajların əksəriyyəti jarqon dildə “kola”, “patı”, “meti”, “dərman” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs1 heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmadığını iddia etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə istintaqında araşdırılmış və obyektiv şəkildə hüquqi qiymətini almış 19 mart 2021-ci il tarixli telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan və həmin diskdə öz əksini tapmış yazılı məlumatlardan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərə mesajlar yazaraq, eləcə də müxtəlif şəxslərdən mesajlar alaraq faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə məşğul olmuşdur. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Təqsirləndirilən şəxs1 yazmış olduğu, həmçinin başqa şəxslərin ona yazmış olduqları mesajların mahiyyətini və məzmununu əsas tutmuşdur. Belə ki, sözügedən mesajların məzmunu tam və ətraflı şəkildə təhlil edildikdə açıq aşkar görünür ki, daxil olan və göndərilən mesajlar bilavasitə narkotik vasitə və psixotrop maddənin növləri, çəkiləri, keyfiyyəti, həmin vasitə və maddələrin çatdırılması və qeyd edilən vasitə və maddələrin qiyməti ilə bağlı olmuşdur. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ayzaşlı qızı Leyli İbrahimovanın verdiyi ifadəyə gəldikdə, məhkəmə hesab edir ki, azyaşlı şahid Leyli İbrahimova atası Təqsirləndirilən şəxs1 xeyrinə ifadə verməklə atasının cinayət məsuliyyətindən yayınmasını arzulamışdır. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ifadəsini həqiqət kimi qəbul etmir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Leyli İbrahimova məhkəmə istintaqında ifadə verərək iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs2 tanımadığını və sonuncunun onların evində yaşamadığını bildirmişdir. Halbuki, məhkəmə istintaqında dindirilmiş hər iki təqsirləndirilən şəxs ayrı-ayrılıqda verdikləri ifadələrdə tanış olduqlarını, tutulmamışdan bir müddət əvvəl Firuzun Tohidin öz ailəsi ilə kirayədə yaşadığı evə qonaq gələrək yaşadığını bildirmişlər. Başqa sözlə, Leyli İbrahimova öz ifadəsində təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri halları təqzib etmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azyaşlı qızı Leyli İbrahimova məhkəmə istintaqında atası Tohid İbahimovun xeyrinə ifadə verməklə həqiqəti gizlətmişdir. Bu səbəbdən də məhkəmə azyaşlı şahidin ifadəsini yalan ifadə kimi qəbul edir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışlar. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının, eləcə də onkoloji xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkən xəstə anasının və psixi xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkən qardaşının olmasını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə onun evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının, eləcə də onkoloji xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkən xəstə anasının və psixi xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkən qardaşının olmasını, onun əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Təqsirləndirilən şəxs1 ağır cəzanın təyin edilməsi onun himayəsində olan azyaşlı uşağına, xəstə anasına və xəstə qardaşına, habelə arvadına ciddi məhrumiyyətlər yaradacaq. Bu hallar isə Təqsirləndirilən şəxs1 islah olunmasına xidmət edə bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə onun evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, onun əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, Biləsuvar Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, təyin edilmiş yüngül cəza əsasında onun islah olunmamasını, əksinə cinayət törətməyə görə məhkum olunduqdan sonra daha ağır cinayətləri törətməyə meyilli olmasını, yaşadığı yer üzrə mənfi xarakterizə olunmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 fərqli olaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli tutulduqları vaxtdan, yəni 12 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan 18 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, cinayət işində olan 18 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 isə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 199,878 qram və 10,195 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 316 (üç yüz on altı) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 316 (üç yüz on altı) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 199,878 qram və 10,195 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 316 (üç yüz on altı) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1132/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1132/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver