Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1132/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 may 1979-cu il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 50 manat ödəməklə 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,101 qram, 1,008 qram, 1,208 qram və 1,429 qram və 1,433 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,179 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 16 yanvar 2022-ci il tarixdə saat 12:20-də Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,101 qram, 1,008 qram, 1,208 qram və 1,429 qram, ümumi təmiz çəkisi 4,746 qram və əynində olan göy rəngli gödəkcənin iç sol cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,433 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,179 qram olan kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddət heroindən çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən öz istifadəsi üçün almışdır. 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ticarət mərkəzində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata 5 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 16 yanvar 2022-ci il tarixdə təxminən saat 12:20 radələrində yaşadığı evdən çıxıb piyada hərəkət edərkən evinin yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib ondan özünü təqdim etməsini istəmişlər. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 4 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmiş və bu zaman əynində olan həmin göy rəngli gödəkcənin iç sol cibindən də 1 ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin 5 ədəd bükümü açıb içərisinə baxıb ondan bükümlərin içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməsi barədə soruşmuşlar. O həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitələri 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində ticarət mərkəzinin içərisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin 5 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Sonda isə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilib ucadan oxunmuş və qablaşdırılmış zərflə birlikdə protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitənin heroin növündən istifadə etmişdir. Hər dəfə öz istifadəsi üçün narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Narkotik vasitəni həmişə tanımadığı müxtəlif şəxslərdən almışdır. Tutulanadək ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Mobil nömrəsinə göndərilən sms mətnlərinin məzmununu xatırlamır. Narkotik vasitə almaq üçün ***-***-**-** mobil nömrəsindən müxtəlif şəxslərə smslər yazmışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərində olan 5 büküm narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Tutulanadək usta işləmişdir. Üzərindən aşkar edilən 5 büküm heroini cəmi 50 manata almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir. 16 yanvar 2022ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Anar Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin edilmiş müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 4 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan göy rəngli gödəkcənin sol cibindən 1 ədəd büküm də aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükümün içərisində də heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş cəmi 5 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilib iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurətini izah edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı həmin evdən əldə olunması, saxlanması və ya daşınması qadağan olunan hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra evə baxış keçirilməsinə dair protokol tərtib edilib iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında tutmuşlar. Şəxsi axtarış Suraxanı RPİ-nin 30-cu PŞ-də həyata keçirilmişdir. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 4 ədəd büküm və həmin gödəkcənin içəri sol cibindən 1 ədəd büküm aşkar edilərək götürülərək bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 32- 33). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu, nömrəsiz ünvanda yerləşən evə keçirilmiş baxış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamış, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 39-42). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 4 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və bu zaman onun əynində olan göy rəngli gödəkcənin sol cibindən 1 ədəd bükümün də aşkar edilməsi, Təqsirləndirilən şəxs həmin bükümün içərisində də heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirməsi, həmin 5 ədəd bükümün götürülərək qablaşdırılması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 82). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, disk CD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Monitorda açılan diskin yaddaşında “X4” proqramı vasitəsilə açılmış 1 ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə 24 dekabr 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə “Ramin 3 dənə ordey var, yarım patıya dəyişirlər istəmirsən” məzmununda, 4 yanvar 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı nömrəyə “Yetim bərk lomkadayam” məzmununda və 15 yanvar 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə “mənəm malik təcili aç pasyolkadayam soyuGdu 50 AZN var” məzmununda sms mətnləri yazılmışdır (cild 1, iş vərəqə 126). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 6/293 saylı 17 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxli İşlər Nazirliyi Zərflər üçün №>194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfin içərisində 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,101 qram, 1,008 qram, 1,208 qram, 1,429 qram və 1,433 qram olmaqla, ümumi təmiz çəkisi 6,179 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 6,179 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 5,979 qram, cild 1, iş vərəqə 47-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəmə-Kimyəvi Ekspertizasının 6/757 saylı 25 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan, “6/293... 17 yanvar 2022-ci il...” sözləri qeyd edilmiş 1 ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,061 qram, 0,968 qram, 1,168 qram, 1,389 qram və 1,393 qram olmaqla, ümumi təmiz çəkisi 5,979 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir (Qeyd: heroinin ümumi təmiz çəkisi 5,979 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 5,829 qram, cild 1, iş vərəqə 140-142). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 1809 saylı 14 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 165-166). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 342 saylı 11 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur (cild 1, iş vərəqə 137-138). Cinayət işinin materiallarından görünür ki, 16 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş tədqiqatlardan sonra qalıq çəkisi 5,829 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 167-175). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 rayon məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 may 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad olunmuşdur (cild 1, iş vərəqə 106-107). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 2 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 163-164). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-92). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 130 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş tədqiqatlardan sonra qalıq çəkisi 5,829 qram olan narkotik vasitə heroin məhv edilməli; -şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 130 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş tədqiqatlardan sonra qalıq çəkisi 5,829 qram olan narkotik vasitə heroin məhv edilsin; -şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1132/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1132/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver