Məhkəmə qərarları › İş №1(101)-1132/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1132/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1132/2024 14.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X9 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və onun etibarnamə əsasında fəaliyyət göstərən nümayəndəsi X3, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, satıcı işləmiş, Sabirabad rayonunun, Moranlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 3 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 157.2, 221.3-cü maddələri ilə, xx xxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, usta işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3da kirayə yaşamış, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 3 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2, 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmiş, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 29 iyul 2023-cü il tarixdə, saat 21:00 radələrində ərzaq və pul yardımı etmək məqsədi ilə oğlu əvvəllər qeyri-rəsmi nigah münasibətlərində olduğu Zərərçəkmiş şəxs2 birgə azyaşlı övladları Seyfullah Həsənovla birlikdə yaşadıqları Bakı şəhəri, ünvan 5 ünvanına gəlmiş və evin qarşısından istifadəsində olan telefonun “whatsapp” mobil tətbiqi ilə sonuncuya yazdığı «qonaq qəbul edirsən» məzmunlu mesaja cavab olaraq Zərərçəkmiş şəxs2 «müsayit deyiləm» sözləri ilə cavab verməsindən şübhələnərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hasardan aşmaqla mənzildə yaşayan Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə iradəsi ziddinə sonuncunun yaşadığı mənzilə daxil olmuş və həmin vaxt orada olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 görüb şəxsiyyəti ilə maraqlandıqda sonuncudan Zərərçəkmiş şəxs2 əri olduğunu eşidib əsəbləşmiş və bunun müsəlman adət-ənənəsinə uyğun olmadığını deyərək həmin ünvandan çıxıb dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3da kirayə yaşadıqları evə qayıtmış və söhbət əsnasında keçmiş arvadı Zərərçəkmiş şəxs2 başqa şəxslə yaşadığını Təqsirləndirilən şəxs2 bildirmiş, daha sonra sonuncuya məxsus telefonla Zərərçəkmiş şəxs2 zəng edib başqa şəxslə yaşaması barədə ona məlumat verməməsinin səbəbi ilə maraqlanarkən Təqsirləndirilən şəxs2 onların telefon söhbətlərinə müdaxilə edib Zərərçəkmiş şəxs2 irad bildirərək ünvanına nalayiq sözlər işlətdiyini eşidən Zərərçəkmiş şəxs1 söhbətə qoşularaq telefon vasitəsi ilə müsəlman adət ənənəsinə uyğun olaraq kəbinli arvadı Zərərçəkmiş şəxs2 təhqir etməsinin səbəbini aydınlaşdırmaq istəmiş və bu zəmində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1la birbirilərinin ünvanına nalayiq ifadələr işlətdikdən sonra o, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la birlikdə öz üstünlüklərini nümayiş etdirmək, Zərərçəkmiş şəxs1 daha zəif olmasını sübut etmək və sonuncunu Zərərçəkmiş şəxs2 qarşısında şəxsiyyətini alçaltmaq məqsədilə həmin gün saat 22:50 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi ünvanına gəlmiş, yaşayış evlərinin sıx əhatə olunduğu ictimai yer olan həmin ərazidə yaşayan sakinlərin narahatçılığına səbəb olan hərəkətlər etmiş, Zərərçəkmiş şəxs2 həyətə çıxıb gecə vaxtı olduğunu, qonşuların istirahət etdiklərini deyib onları nizam-intizama dəvət edərək mübahisə yaratmalarının səbəbini soruşmaq istədikdə Təqsirləndirilən şəxs2 gözləməyib Zərərçəkmiş şəxs2 qarşı fiziki zor tətbiq edərək əli ilə onu kənara itələyib, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 iradəsi ziddinə mənzilə daxil olmuş və həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs1 üzərinə gedərək başı ilə onun sifət nahiyyəsinə vurub sonuncuya sol almacıq nahiyəsinin qançırı və sıyrığı ilə müşayiət olunan, canlı şəxslərdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bununla da Təqsirləndirilən şəxs2 ilə birlikdə qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və mənzildə yaşayan Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə iradəsi ziddinə mənzilə daxil olmaqla mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 mənzilin girişində sağ tərəfdə yerləşən yuyucunun içərisindən götürdüyü mətbəx bıçağı ilə Təqsirləndirilən şəxs2 qarın nahiyyəsindən vurub ona daxilə nüfuz etməyən xəsarət yetirdiyinə görə oradan uzaqlaşmış Təqsirləndirilən şəxs2 əlindəki mətbəx bıçağı ilə təqib etmiş, Təqsirləndirilən şəxs2 isə xilas olmaq üçün küçədə yerdən götürdüyü daşla vuracağı ilə Zərərçəkmiş şəxs1 hədələdikdən sonra sonuncunun geri qayıdarkən onların ünvanlarına nalayiq sözlər deməsini görən Təqsirləndirilən şəxs1, bundan əsəbləşmiş və Zərərçəkmiş şəxs1 təqib edib tutmuş və ümumi niyyətdən kənara çıxaraq xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə şalvarının sağ yan cibində olan soyuq silah hesab edilməyən qara rəngli zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağını çıxarıb onun bədənin müxtəlif nahiyyələrinə zərbələr endirərək, yaxınlarının, həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 yanında, gözü qarşısında ona xüsusi əzab verdiyini dərk etməklə arzulayaraq Zərərçəkmiş şəxs1 döş və qarın boşluqlarına nüfuz edərək ürəyin, ağ ciyərin, diafraqmanın zədələnməsi ilə müşayiət olunan və ölümlə birbaşa səbəbli əlaqəsi olan, dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sol kürəkaltı nahiyyəsinin bir ədəd, döş qəfəsinin sol yan səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, döş və qarın boşluğuna nüfuz etməyən ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin ön səthinin bir ədəd və qarının sağ yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, eləcə də canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olub dərəcəsi təyin edilməyən sol kürək nahiyyəsinin bir ədəd səthi kəsilmiş yarası kimi ümumilikdə kəskin qanitirməyə və qanitirmə şokuna səbəb olmuş çoxsaylı xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etməklə, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, o 29 iyul 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 3da onunla kirayəşin kimi birlikdə yaşayan, ərzaq və pul yardımı etmək məqsədi ilə keçmiş arvadı Zərərçəkmiş şəxs2 ilə birgə övladlarının yaşadıqları ünvana getmiş və oradan əsəbi halda qayıdan tanışı Təqsirləndirilən şəxs1 keçmiş arvadının başqa şəxslə yaşadığını deyərək ona məxsus telefonla Zərərçəkmiş şəxs2 zəng edib başqa şəxslə yaşaması barədə ona məlumat verməməsinin səbəbini soruşan zaman Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 telefon söhbətlərinə müdaxilə edib tanışı Təqsirləndirilən şəxs1 qarşı belə hərəkətlər etdiyinə görə iradını bildirərək sonuncunun ünvanına nalayiq sözlər deməsini telefonda eşidən Zərərçəkmiş şəxs2 kəbinlə yaşadığı, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 da aralarında olan telefon söhbətinə qoşularaq Zərərçəkmiş şəxs2 təhqir etmələrinin səbəbini aydınlaşdırmaq istəmiş və bu zəmində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1la bir-birilərinin ünvanına nalayiq ifadələr işlətdikdən sonra o, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 ilə birlikdə öz üstünlüklərini nümayiş etdirmək, Zərərçəkmiş şəxs1 daha zəif olmasını sübut etmək və sonuncunu Zərərçəkmiş şəxs2 qarşısında şəxsiyyətini alçaltmaq məqsədilə həmin gün saat 22:50 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanına gəlmiş, yaşayış evlərinin sıx əhatə olunduğu ictimai yer olan həmin ərazidə yaşayan sakinlərin narahatçılığına səbəb olan hərəkətlər etmiş, Zərərçəkmiş şəxs2 həyətə çıxıb gecə vaxtı olduğunu, qonşuların istirahət etdiklərini deyib onları nizam-intizama dəvət edərək mübahisə yaratmalarının səbəbini soruşmaq istədikdə o, gözləməyib Zərərçəkmiş şəxs2 qarşı fiziki zor tətbiq edərək əli ilə onu kənara itələyib, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 iradəsi ziddinə mənzilə daxil olmuş və həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs1 üzərinə gedərək başı ilə onun sifət nahiyyəsinə vurub sonuncuya sol almacıq nahiyyəsinin qançırı və sıyrığı ilə müşayiət olunan, canlı şəxslərdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bununla da Təqsirləndirilən şəxs1 ilə birlikdə qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və mənzildə yaşayan Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə iradəsi ziddinə mənzilə daxil olmaqla mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamlardan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 157.2, 221.3-cü maddələrindən 221.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs2 ilə faktiki ər-arvad münasibətlərində olmuş və bir övladı dünyaya gəlmişdir. Hadisədən iki gün öncə Səbinəgildə qalmış, Səbinənin evləndiyini bilməmiş onda olan məlumata əsasən Səbinə subay olmuşdur. Səbinə bəzən ona ümumi faktiki nigahdan uşaqlarının olduğunu və buna görə də evlənməli olduqlarını bildirmişdir. Uşağın atasının özü olduğunu güman etdiyinə görə Səbinənin evlənmələri ilə bağlı fikirlərinə etiraz etməmişdir. Səbinənin sözlərinə həmişə aldanmışdır. Hadisə baş verən gün Səbinə ilə telefonda görüntülü danışarkən o, uşağa paltar almaq üçün 30 manat pul lazım olduğunu demiş, sonuncu pulu axşama qədər verə biləcəyi barədə Səbinəyə məlumat vermişdir. Axşam pulu tapdıqdan sonra Səbinəgilə getmişdir. Səbinənin yanına getməmişdən 1-2 saat öncə hətta ona xəbərdarlıq da etmişdir. Hadisə baş verən gün Səbinəgilə ondan xəbərsiz getmiş, evin qarşısında “whats app” mobil tətbiqi vasitəsilə Səbinədən qonaq qəbul edib-etmədiyini soruşmuşdur. Səbinə ona “müsait” olmadığını bildirmiş, Səbinənin bu sözü onda şübhə yaratmışdır. Hadisə baş verməzdən əvvəl elə həmin gün evin hasarından baxarkən pəncərədən evin içində kiminsə olduğunu və həmin şəxsin qaçaraq hamama girdiyini görmüşdür. Həmin şəxsin adının sonradan Bəkir olduğunu öyrənmişdir. Evin hasarının üzərindən həyətə daxil olmuş, qapını Səbinə açmış ondan evdə kişi olub-olmadığını soruşduqda sonuncu bu halı təkzib etmişdir. Səbinənin fikirlərinə əhəmiyyət verməyərək evə daxil olmuş, hamama yaxınlaşaraq Bəkirə hər şeyi gördüyünü və çölə çıxmasını bildirmişdir. Bir müddət sonra Bəkir çölə çıxaraq onun kim olduğunu soruşmuşdur. Bəkirə Səbinənin uşağının atası olduğunu, onun burada nə etdiyini soruşmuş, bu məqamda Səbinə Bəkirlə evləndiyini bildirmişdir. Səbinəyə iki gün öncə burada olduğunu, bu gün onunla görüntülü danışdığını bildirərək bu hadisənin birdən-birə necə baş verdiyini soruşsa da Bəkir Səbinənin evli olmaları barədə dediklərini təsdiq etmişdir. Bəkir və Səbinənin evlənmələrinə dair şahid olub-olmadığını soruşduqda, onlar söhbətdən yayınmağa başlamışlar. Səbinənin özünü aldatdığı kimi Bəkiri də aldadacağını, onların həqiqətən də evlənmələrinə inandıqdan sonra kənara çəkiləcəyini izah etmək üçün evdən kənarda Bəkirlə söhbət etmək istəmiş, lakin Bəkir sonuncuyla razılaşmamışdır. Səbinədən onu niyə aldatdığını soruşmuş, sonra evdən çıxıb Şahinlə birlikdə qaldığı evə getmişdir. Şahinin evində qapını üzünə Anar açmışdır. Şahinin həyətdə oturduğunu görən zaman onunla biraz söhbət etmiş və baş verənləri danışmışdır. Şahin Səbinənin onu aldatdığını, bu səbəbdən ondan uzaq durmasını bildirmişdir. Telefonunda konturu olmadığı üçün Şahinin telefonunu alıb Səbinəyə zəng etmiş və ona ətraflı söhbət etmək istədiyini bildirmişdir. Səbinə ilə telefonda danışarkən Səbinə sonuncuya niyə belə etdiyini, artıq evləndiyini demişdir. Şahin onun Səbinə ilə telefondakı danışıqlarını eşidib Səbinəyə sonuncudan əl çəkməsini bildirmişdir. Bəkir Şahinə yenidən zəng edərək evdə olduğunu və onunla söhbət etmək istədiyini bildirmiş, sonuncu həmin təklif üzrə Şahinlə birlikdə Bəkirin və Səbinənin yaşadığı ünvana getmişdir. Əsəbi olduğu və hansısa xoşagəlməz hadisənin baş verməməsi üçün şahid kimi Şahini özü ilə birlikdə aparmış, məqsədi mübahisə etmək olmamışdır. Evdə tək qalmaması üçün Anar adlı şəxsi də özləri ilə aparmış, sonuncunun baş verənlərdən xəbəri olmamışdır. Bəkirlə görüşə getməsində məqsədi mübahisə etmək olmamışdır. Şahin Səbinəylə arasında olan haqq-hesablardan xəbərdar olmuşdur. Şahin və Anar küçədə gözləyərkən qapını döymüş, Səbinə qapını üzünə açmışdır. Səbinə ondan nə səbəbə gəldiyini soruşub evləndiyini və ailəsinin dağılmasını istəmədiyini bildirmiş, lakin onun evə daxil olmasına etiraz etməmişdir. Səbinəyə əvvəlcədən olanları ona deməli olduğunu, həmçinin ailəlidirsə evin qapısını niyə həyat yoldaşının açmadığını soruşmuşdur. Səbinəylə mübahisə edərkən Bəkirin evə girib-çıxdığını görmüş, həmin anda Şahin Bəkirə başqa yerdə söhbət etməli olduqlarını buranın söhbət yeri olmadığını bildirmişdir. Bu məqamda Bəkir Şahini bıçaqla vurmağa cəhd göstərərkən Şahin xəsarət almamaq üçün Bəkiri itələmişdir. İkinci dəfə Bəkir Şahinə bıçaqla qarın nahiyyəsindən bir bıçaq xəsarəti yetirmişdir. Şahin Bəkiri otağa saldıqdan sonra ona qaçmasını, Bəkirin əlində bıçaq olduğunu, yaralandığını bildirmişdir. Şahin çölə çıxıb qaçdıqdan sonra Bəkir əlində bıçaqla onu da öldürəcəyini bildirmişdir. Bəkir Şahinin arxası ilə düşən zaman çölə çıxmış, Bəkir onun qolundan bıçaqla vurduqda onu öldürmək istəməsi səbəblərini soruşmuş, Bəkirə Səbinənin ikisini də aldatdığını bildirmişdir. Bəkiri yumruq və kəllə ilə vurduğu üçün o, qonşunun həyətinə girmişdir.Qonşuluqda yaşayan şəxs Bəkirə evdə uşaqların olduğunu, əlində bıçaqla hara keçdiyini soruşmuşdur. Qaçmağa çalışan zaman qonşunun bu sözlərindən təsirlənmiş, başqa şəxslərin xəsarət almaması həmçinin onu dayandırmaq üçün Bəkirin əlindəki bıçağı almaq qərarına gəlmişdir. Qapını açıb Bəkiri çölə çıxarmaq istədikdə Bəkir bıçaqla yenidən ona xəsarət yetirmişdir. Qonşunun həyətində olarkən bıçaq çıxarmış və ətrafda Səbinənin olub-olmadığını xatırlamamışdır. Bəkir onu öldürmək istədiyi üçün bıçaqla Bəkirə zərbə endirmişdir. Bəkirə bıçaq zərbəsi endirərkən Şahin orada olmamışdır. Bəkirlə bir–birlərinə bıçaq zərbəsi endirərək çölə çıxmağa başlamışlar. Bəkiri zərərsizləşdirməyin mümkün olmadığını gördükdə hadisə yerindən qaçmış, lakin Bəkir hələ də onun arxasınca gəlmişdir. Yolda olarkən Şahini görmüşdür. Anar X25a zəng etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən iki gün öncə Anar onlara qonaq gəlmişdir. İmanverdinin Səbinə ilə ailə həyatı qurub sonradan ayrılmalarından xəbəri olmamışdır. Hadisə günü İmanverdi ağlaya-ağlaya evə girmiş, ağlamağının səbəbi barədə verdiyi təkrar suala o, Səbinənin evində başqa bir şəxsi gördüyünü bildirmişdir. İmanverdi, qapını döyməsinə baxmayaraq Səbinənin qapını açmadığını, həyətindən baxarkən evin içərisindən kişi cinsindən olan şəxsin qaçaraq hamama girdiyini gördüyünü qeyd etmişdir. İmanverdiyə Səbinənin onu aldatdığını, ona layiq olmadığını bildirmişdir. İmanverdi Səbinənin onun telefon nömrəsinə cavab verməməsi səbəblərindən onun istifadəsində olan telefon nömrəsindən Səbinəyə zəng etmək istədiyini bildirmişdir. İmanverdi Şahinə məxsus telefon nömrəsi vasitəsilə Səbinəyə zəng etmiş, 15-20 saniyə müddətində telefonda “alo, alo” deyə Səbinəni çağırsa da sonuncu səsini çıxarmamışdır. İmanverdi Səbinəyə zəng edən zaman kənardan Səbinəyə səslənərək İmanverdidən nə istədiyini, onun yazıq olduğunu və ərə getmək istəyirsə getməsini bildirmişdir. Səbinə ona İmanverdidən əl çəksə də sonuncunun ondan əl çəkməməsini, evlənməyə qoymadığını bildirmişdir. Söhbət edərkən Səbinəyə fahişə deyə səslənmişdir. 5-10 dəqiqə keçdikdən sonra İmanverdi ilə söhbət edərkən Bəkir tərəfindən onun mobil telefonuna zəng gəlmişdir. Bəkir ona “sən mənim arvadıma söyüş söymüsən” demiş, Bəkirə cavab olaraq “sən o qadını tanımırsan, o yalançı qadındır” ifadəsini səsləndirmişdir. Telefonu söndürdükdən sonra Bəkir yenidən ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Bəkirə Səbinənin necə qadın olduğunu izah etmək məqsədilə Koroğlu metrosu ərazisində yerləşən çayxanaların birində oturaraq söhbət etməyi təklif etmişdir. Bəkir telefonla danışarkən onun və İmanverdinin ünvanına nalayiq ifadələr səsləndirməyə başlamış, bundan sonra o, “İmanverdi mənə lazım idi, durduq yerə mənə söyüş söyələr” ifadəsini səsləndirmişdir. Bir müddət sonra Aişə (Səbinə) İmanverdiyə zəng etmiş, İmanverdi ona birlikdə Səbinənin evinə getmələrini təklif etmişdir. X8 həyatında Bəkirdən qabaq onun olduğunu və Səbinənin onu Bəkirlə aldatdığını izah etməsini, əgər onlardan müsbət cavab almasa oranı tərk etməsini bildirməyi təklif etmişdir. Səbinə ona zəng edərək “Şahin qardaş üzürlü say, mən İmanverdiyə bu barədə məlumat verəcək idim” demişdir. Səbinəyə Bəkiri mübahisəni sülhlə yekunlaşdırmasını xahiş etmişdir. İmanverdi taksi sifariş verdikdən sonra Səbinəgilə çatmış, İmanverdi qapını döydükdə Səbinə qapını açmışdır. Səbinə onun evinə daxil olmasına etiraz etməmişdir. Səbinəyə qarşı hansısa hədə və təzyiq göstərməmişdir. İmanverdi içəri daxil olduqda hasardan içəri baxmış, Bəkirin tez-tez evə girib-çıxdığını görmüşdür. Bəkirə yaxınlaşıb onunla telefonda danışanın Bəkir olub-olmadığını soruşmuşdur. Bəkir ona həmin şəxs olduğunu dedikdə, ona buranın söhbət yeri olmadığını gedib kənarda oturub söhbət etmələrini təklif etmişdir. Bu məqamda Bəkir əlindəki bıçaqla ona bir dəfə zərbə endirmək istəsə də bıçaq ona dəyməmişdir. Bəkir ikinci dəfə onu vurmağa cəhd edərkən bıçağı onun “böyür” hissəsinə dəymişdir. Bəkirin əlindən bıçağı ala bilməyəcəyini görüb onu evin içinə itələyərək qapını arxadan tutmuşdur. İmanverdigilə qışqıraraq Bəkirin əlində bıçaq olduğunu bildirmiş, qaçmalarını xahiş etmişdir. Qapıdan çölə çıxıb qaçarkən Bəkirin əlində bıçaqla arxasınca gəldiyini görmüşdür. Qorxduğu üçün yerdə olan daş parçasını əlinə götürmüşdür. Bundan sonra Bəkir oradan uzaqlaşmışdır. Anarla meşəlik olan istiqamətə getmişlər. Orada 5-10 dəqiqə gözləsələr də İmanverdi gəlməmişdir. Daha sonra İmanverdi boğazı, üzü al qan içində onların yanına gəlmişdir. İmanverdi Bəkirin onu da vurduğunu bildirmişdir. Anara X25a zəng edib İmanverdini aparmasını tapşırmışdır. İmanverdi Bəkiri bıçaqla vurduğunu xəbər etmiş, sonra “maykasını” çıxararaq İmanverdinin boğazına bağlamışdır. İmanverdinin boğazından, üzündən zərbələr endirildiyini görmüşdür. İmanverdi X25a çatdırıldıqdan sonra evə gəlmiş, evdə özünü pis hiss etdiyi üçün X25a getməli olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, kirayə haqqının İmanverdi tərəfindən ödənilən yaşayış evində iki uşağı ilə birlikdə qalmışdır. Uşaqlardan birinin atası İmanverdi, digərinin atası isə erkən yaşda ailə qurduğu şəxs olmuşdur. Evin yemək-içməyini İmanverdi təmin etmişdir. Bəkirlə evləndiyini heç kəs bilməmiş, onu bir ay müddətində tanıdıqdan sonra imam nikahına girmişdir. Bəkirlə bir yerdə olanda da kirayə qaldığı evin pulunu İmanverdi vermişdir. Bəkir özü kirayə qaldığı evin pulunu İmanverdinin verdiyindən xəbərdar olmuşdur. Bəkirlə evləndikdən sonra İmanverdi onların evlərinə sərinkeş gətirmiş, sərinkeş xarab olduğu üçün İmanverdiyə həmin sərinkeşin geri qaytarılmalı olduğunu bildirmişdir. İmanverdi sərinkeşi geri qaytardıqdan sonra pulu onun kartına köçürmüşdür. Sərinkeşin pulunu özü vermişdir. Bəkirlə evli olmadığı üçün bu işləri İmanverdiyə tapşırmışdır. İmanverdi sərinkeşi götürməyə gələrkən ona zəng etmişdir. Telefon səssizdə olduğu üçün mobil telefona cavab verə bilməmişdir. Həmin ərəfədə İmanverdi hasardan evdə başqa bir şəxsin olduğunu görmüşdür. İmanverdi onun evli olduğunu düşünməmişdir. İmanverdi evlərinə daxil olduqdan sonra ona evləndiyini bildirmiş, heç bir problem yaşamamışlar. Şahin ona zəng edərək telefonda nalayiq ifadələr səsləndirməyə başlamışdır. Bəkir telefonu onun əlindən almış və Şahinə cavab vermiş, sonuncuya nalayiq ifadələr səsləndirmişdir. Bu hadisələr ana söyüşü üstündə baş vermişdir. Şahingil gələnə qədər Bəkir evin içində gələn şəxsləri gözləmişdir. Bəkir evdə olarkən mətbəxdə olan bıçağı əlinə aldıqda ona bıçağı yerə qoyması üçün yalvarmışdır. Bəkir qarşı tərəf onunla dalaşmayana qədər bıçaqdan istifadə etməyəcəyinə dair söz vermişdir. Qapını Şahin döydükdən sonra ondan nə olduğunu soruşan zaman o, “qapını aç sənin ərinlə işim var” ifadəsini səsləndirmişdir. Təqsirləndirilən şəxs2 içəri girdikdə Bəkirlə mübahisə etməyə başlamışdır. Bəkirin Şahini bıçaqlamasını görməmiş, lakin sonuncunun yüksək səslə ətrafdakılara “məni bıçaqla vurdu qaçın” deməsini eşitmişdir. Təqsirləndirilən şəxs2 birbaşa evin içinə girmişdir. İmanverdi evə girmək istəsə də onu evin içinə girməyə qoymamışdır. Anarın nə üçün hadisə yerinə gəldiyini bilməmişdir. Bəkirdən başqa heç kimdə bıçaq görməmişdir. Qonşunun həyətində Bəkirin İmanverdiyə zərbə endirməsini gördükdən sonra özü ortaya atmışdır. İmanverdinin Bəkirə bıçaqla zərbə endirməsini görməmişdir. Qonşular onun səsinə hadisə yerinə gəlmişdilər. Mübahisəni birinci Təqsirləndirilən şəxs2 başlatmış, Bəkirə əl-qol atmışdır. Hadisə zamanı İmanverdi çöldə olmuş o evin içinə keçmək istəyərkən saxlamışdır. Şahin hadisə yerindən qaçarkən Anar da onun arxası ilə qaçmağa başlamışdır. Hadisə zamanı Anar çöldə olan ağacın yanında durmuşdur. Anar evin içinə girməmişdir. Bəkir Şahinin arxası ilə qaçan zaman İmanverdi də Bəkirin arxası ilə qaçmışdır. İmanverdi qaçan zaman saxlamaq istəsə də buna nail ola bilməmişdir. Bəkir və İmanverdi qonşunun həyətinə girmişdir. Məhkəmə iclasında ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin X5 etibarnamə əsasında nümayəndəsi qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki,oğlu Bəkir idmançı çempion olmuş, İmanverdi, Şahin və Anar onu birlikdə öldürmüşlər.Təqsirləndirilən şəxs Şahin Səbinənin evinə getməyi İmanverdiyə təklif etmişdir. Hadisənin baş verməsində İmanverdi, Şahindən əlavə Anar və Səbinənin də əli olmuş, lakin onlar cinayət məsuliyyətinə cəlb edilməmişlər. İbtidai istintaq düzgün aparılmamış, həmçinin təqsirləndirilən şəxslərlə barışıq əldə etməmişdir, onlara ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün xalası əməliyyat olunmuşdur. Xalasının yanından qayıdıb evə getmişdir. Evdə olarkən İmanverdi qanı qara şəkildə evə gəlmişdir. Ondan nə olduğunu soruşan zaman İmanverdi ona heç nə deməmiş, Şahinlə həyətə çıxıb öz aralarında söhbət etmişlər.Yarım saat sonra İmanverdi gedəsi yerlərinin olduğunu, evdə tək qalmamasını bildirərək onlarla birlikdə getməyi təklif etmişdir. Onun təklifi üzrə bir yaşayış evinə getmişlər, İmanverdi həmin evin qapısını döymüşdür. Qapını sonradan adını bilmədiyi Səbinə adlı xanım açmışdır. İmanverdi və Şahin həmin evə daxil olmuşlar. Qısa müddət sonra Şahin qışqıraraq içəridəki şəxsin əlində bıçaq olduğunu və onu bıçaqla vurduğunu bildirmişdir. Bəkir əlində bıçaqla Şahinin arxası ilə qaçmışdır. Bu məqamda Şahin yerə yıxılmışdır. Bəkirin qarşısını kəsərək “Şahini onsuzda vurmusan gərək onu öldürəsən ondan əl çək” ifadəsini səsləndirmişdir. Bəkir yenidən Şahinin arxası ilə getmək istəsə də Şahinin yerdən daş parçası götürdüyünü gördüyündən geri qayıtmışdır. Şahin və o hadisə yerindən uzaqlaşmışlar. Şahin birdən ona İmanverdinin harada olduğunu soruşmuşdur. İmanverdini axtarmaq üçün geri qayıtmış, əvvəlcə girdiyi evlə üzbəüz, qonşuluqdakı evdə səs küyün olduğunu görmüşdür. Bəkir və İmanverdinin bir-birinə xəsarət yetirdiyini, Səbinənin Bəkirin köynəyindən tutub arxaya çəkdiyini görmüşdür. İmanverdinin bədəninin müxtəlif nahiyyələrində bıçaq xəsarətləri olmuşdur. Əynində olan köynəyi çıxarıb İmanverdinin yaralarını sarımışdır. X25a zəng edərək iki nəfərin yaralı olduğunu bildirmiş və iki ədəd X25 göndərilməsini istəmişdir. Olduğu yeri nə özü, nə də İmanverdi tanımamışdır. Çünki İmanverdinin huşu itmişdir. Yolda təsadüfən gördüyü şəxs vasitəsilə X25ın əməkdaşlarına olduğu yeri başa sala bilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 onunla həmkəndlidir, Təqsirləndirilən şəxs2 isə ana tərəfi onların kəndindəndir. Bir kənddən olduqları üçün münasibətləri olmuşdur. X1 cərrahiyyə əməliyyatı olunduğu üçün xx.xx.2023-cü il tarixdə rayondan Bakı şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə xalası Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında əməliyyat olunmuşdur. Bakı şəhərində qalmağa yeri olmadığı üçün gecələr İmanverdi və Şahinin Koroğlu metrostansiyasının yaxınlığında kirayə yaşadıqları evdə qalmışdır. Həmin ev bir otaqlı ev olmaqla qarşısında balaca bir həyəti olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:45 radələrində o, evə gəlmiş, həmin vaxt Şahin evdə tək olmuşdur. Təxminən beş dəqiqə sonra İmanverdi gəlmişdir. İmanverdi qanıqara formada olmaqla sərinkeş alıb gətirmişdir. İmanverdidən nə olduğunu soruşduduqda sonuncu heç bir söz deməmişdir. O, çarpayıda uzanıb telefonda «İnstagram» sosial şəbəkəsinə girmişdir. İmanverdi ilə Şahin həyətdə oturub söhbət etmişlər. İmanverdinin ağladığını eşidib su apararakən İmanverdinin Şahinə arvadı Səbinənin yanına getdiyini və həmin vaxt evdə başqa bir kişinin olduğunu deməsini eşitmişdir. Şahin isə İmanverdiyə Səbinədən əl çəkməsini, yanına getməməsini, uzaqlaşmasını demişdir. Ailə söhbəti olduğu üçün suyu verəndən sonra yenidən otağa qayıtmışdır. Sonradan öyrəndiyi qədərilə Şahin İmanverdinin arvadı Səbinəyə zəng edib İmanverdidən əl çəkməsini, uzaq durmasını bildirmişdir. Sonra isə Səbinənin yanında olan, hadisədən sonra adının Bəkir olduğunu bildiyi şəxs Şahinə zəng edərək Səbinəyə niyə zəng etməsini soruşmuşdur. Şahin isə X13 ilə ailəli olduqlarını bildirməklə Bəkirdən kim olması barədə soruşmuşdur. X24 ilə ailə qurduğunu deyərkən aralarında mübahisə baş vermişdir. Bəkir Şahinə görüşmələrini demiş, gəlməyənin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan bir qədər sonra İmanverdi ona birlikdə gedib bir adamla görüşüb qayıdacaqlarını bildirmişdir. İmanverdi telefonu ilə taksi sifariş etmiş və hər üçü birlikdə taksi ilə Səbinənin yaşadığı ünvanını bilmədiyi evə hadisədən xəbərsiz olmaqla, getmişlər. İmanverdi küçə qapısını döymüş, Səbinə qapını açandan sonra İmanverdi və Şahin içəri həyətə daxil olmuşlar. X6şqırıb oradan getmələrini demişdir. Şahin isə Səbinədən Bəkirin harada olduğunu soruşmuşdur. Şahin, İmanverdi və Səbinə evə tərəf getmişlər, o, isə küçə qapısının qarşısında dayanmışdır. Şahinlə evə girən kimi tappıltı səsi gəlmişdir, o, evə tərəf yaxınlaşanda Şahin evdən çıxıb Bəkirin əlində bıçaq olduğunu və bıçaqla vurulduğunu deyərək oradan qaçmalarını demişdir. Şahin küçə qapısından çölə çıxaraq qaçmış, Bəkir də Şahinin arxasınca küçəyə qaçarkən o, küçə qapısının qarşısında uzaqdan Bəkirə «vurdun əl çək də, öldürmək istəyirsən» deyərək Bəkiri Şahinə çatmaması üçün ləngitmişdir. Bəkir isə onun üzərinə gəlmək istədikdə o, geri çəkilib bu məsələyə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra Bəkir küçəyə çıxıb «birini bıçaqladım, o birini də vuracam» deyərək Şahinin arxasınca qaçmışdır. Həmin vaxt küçədə bir neçə tanımadığı şəxslər olmuşlar. O, da həmin istiqamətdə qaçmışdır. Həmin vaxt Şahin küçədə bir dəfə yerə yıxılaraq qalxmışdır. Şahin Bəkirin çatdığını görüb, yerdən iki əli ilə bir qədər böyük daş parçası götürmüşdür, Bəkir Şahinin daş parçası götürdüyünü görüb, dayanaraq geri qayıtmışdır. Geri qayıdarkən Bəkir yenidən bıçaqla onun üzərinə qıcandıqda o, təkrar Bəkirə bu məsələyə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bəkir yenidən geri evə tərəf qayıtmışdır. O, Şahinə yaxınlaşıb vəziyyətini soruşduqda Şahin Bəkir tərəfindən bıçaqla vurulduğunu demişdir. Şahinə oradan uzaqlaşmasını deyib, İmanverdinin yanına qayıtmışdır. Ora çatanda İmanverdi ilə Bəkirin üzbəüz qonşunun həyətində yerdə süpürləşdiyini, paltarlarının cırıldığını, ikisinin də qan içində olduğunu görmüşdür. Həmin vaxt o, və qonşular həyətin içərisində olmuşlar. O, qorxduğu üçün Bəkir ilə İmanverdini ayrımaqdan ötrü müdaxilə edə bilməmişdir. Lakin qışqıraraq ayrılmalarını deyib qonşulardan da ayırmaları üçün kömək istəmişdir. Həmin vaxt Bəkirin arvadı Səbinə Bəkiri arxadan tutaraq ayırmaq üçün geriyə çəkmişdir. Həmin vaxt hər ikisi ayrılmış, İmanverdi isə həyətdən çıxaraq qaçmışdır. Ora toplaşmış şəxslər Bəkiri tutub həyətdə saxlamışlar. Bəkir həmin vaxt çırpınarkən o, da həyətdə olmuşdur. Bəkir əlində bıçaqla həyətin qapısının qarşısında daynmışdır. O, qorxduğu üçün küçəyə çıxıb gedə bilməmişdir. Orada olan tanımadığı şəxslər Bəkiri kənara çəkəndən sonra o, qapıdan çıxıb İmanverdinin arxasınca qaçdıqda sonuncunu hadisə yerindən bir qədər irəlidə küçədə dayandığını görmüşdür. İmanverdiyə çataraq birlikdə küçəni dönüb getmişlər. Bir qədər irəlidə Şahinin dayandığını görmüşlər. Şahinə çatıb, hər üçü piyada oradan uzaqlaşmışlar. Yolda İmanverdi ona vəziyyətinin pis olduğunu, Bəkir tərəfindən bıçaqla vurulduğunu, İmanverdi də üzərində bıçaq olduğunu və həmin bıçaqla Bəkiri vurduğunu demişdir. O, yolda X25 Stansiyasına zəng edərək çağırış etmişdir. Bir qədər getdikdən sonra Hava Limanı yolunda yerüstü piyada keçidinin yanına çatmışlar. Bakı şəhərini yaxşı tanımadığına görə, olduqları yeri dəqiq bilmədiyi üçün yolda tanımadığı bir nəfərə telefonu vermiş, həmin şəxs X25 Stansiyası həkimlərinə ünvanı izah etmişdir. Şahin ona İmanverdini xəstəxanaya çatdırmasını tapşırıb, çıxıb getmişdir. Lakin Şahinin hara və kiminlə getdiyini bilməmişdir. Bir qədər sonra X25 Stansiyasının həkimləri gələrək X16 Mərkəzinə aparmışlar. O, da X25 Stansiyasının maşını ilə birlikdə xəstəxanaya getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, dava-dalaşda iştirak etmədiyinə görə ona heç bir xəsarət yetirilməmişdir, paltarlarından zədələnəni olmamışdır, yalnız əynindəki maykasını çıxararaq İmanverdinin başını sarımışdır və İmanverdinin qoluna girib X25 Stansiyasının maşınına mindirmişdir. İmanverdinin başını mayka ilə sarıyan zaman köynəyində qan ləkələrinin olduğunu görmüşdür. Hadisə günü İmanverdinin özü ilə bıçaq götürdüyünü görməmişdir, sonuncu bu barədə ona heç nə deməmişdir. Şahid1 əlavə ifadəsində bildirmişdir ki, Şahin Bəkir tərəfindən bıçaqlandığını dedikdən sonra həmin vaxt Şahin İmanverdinin harada olmasını soruşmuş, o, isə Şahinə oradan uzaqlaşmasını deyib, İmanverdinin harada olduğuna baxmaq üçün geri qayıtmışdır. Geri qayıdaraq küçəninin tinini döndükdə Səbinə ilə Bəkirin yaşadığı evlə üzbəüz qonşunun həyətində adamların toplaşdığını görmüşdür. Nə baş verdiyinə baxmaq üçün oraya yaxınlaşdıqda İmanverdi ilə Bəkirin yerdə süpürləşdiklərini, ikisinin də paltarlarının cırıldığını və qan içində oldqlarını görmüşdür. Həmin vaxt o, və qonşular həyətin içərisində olmuşlar. O, qorxduğu üçün hər ikisini ayrımaqdan ötrü müdaxilə edə bilməmişdir. Lakin qışqıraraq ayrılmalarını deyərək qonşulardan da kömək istəmişdir. Həmin vaxt Bəkirin arvadı Səbinə Bəkiri ayırmaq üçün arxadan tutaraq geriyə çəkmişdir. Səbinənin ayırmasından sonra Bəkir ilə İmanverdi ayrılmışlar, İmanverdi isə həyətdən çıxaraq qaçmışdır. Ora toplaşmış şəxslər Bəkiri tutaraq həyətdə saxlamışlar. Bəkir həmin vaxt sakitləşə bilməmiş, o, isə qonşularla birlikdə həyətdə olmuşdur. Bəkir əlində bıçaqla həyətin qapısından içəri tərəfdə olmuşdur. Qorxduğu üçün küçəyə çıxıb gedə bilməmişdir. Orada olan tanımadığı şəxslər Bəkiri kənara çəkəndən sonra o, qapıdan çıxıb İmanverdinin arxasınca qaçaraq çıxmışdır. Hadisə zamanı Bəkirin yaxınlığında olduğuna görə Bəkirin qanının köynəyinə sıçradığını düşünmüşdür. Çünki, Səbinə Bəkiri ayıran zaman o, da qonşularla birlikdə evin həyətində olmuş və qışqıraraq ayrılmaları üçün köməklik istəmişdir. Həmin vaxt Bəkir və İmanverdiyə müəyyən qədər yaxın olduğuna görə Bəkirin qanının həmin vaxt üzərinə sıçradığını düşünmüşdür. O, Bəkirlə İmanverdinin bıçaqlaşmasına hər hansı formada müdaxilə etməmiş, əksinə ayırmaq üçün kömək istəmişdir. Orada olan qonşular da hadisəyə şahid olmuşlar. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, Şahinin Səbinəyə zəng edərək ondan uzaq durmasını deməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır 2001-ci ildən etibarən həmin evi almış və orada arvadı Almaz, qızları Rəqsanə və Zülfiyyə ilə birlikdə yaşamağa başlamışdır. Qonşuluqda yaşayan şəxslərin əksəriyyətini tanımamış, evinin qarşısında yerləşən ev daimi olaraq müxtəlif şəxslərə kirayə verilmişdir. Axırıncı dəfə həmin ev təxminən bir ay əvvəl kirayəyə verilmişdir. Bir neçə dəfə həmin evə bir nəfər hicab geyinən qadın və 2 azyaşlı uşağın girib-çıxdığını görmüşdür. Həmin qadının adını, kiminlə yaşamasını, evli, yoxsa subay olmasından məlumatı olmamışdır. 29 iyul 2023-cü il tarixdə saat 23 radələrində evdə televizora baxarkən küçədə səs-küy eşitmiş, bir qədər keçdikdən sonra həmin səslər narahatçılığa səbəb olmuşdur. Ailə üzvləri yuxudan oyandığından nə baş verdiyini öyrənmək üçün tez küçəyə çıxmış, bu vaxt küçədə tanımadığı şəxslər səs küy salmışdır. Həmin vaxt ondan başqa küçə sakinləri də səs- küyə çölə çıxmışdır. Həmin an küçədə tanımadığı kişi cinsli bir nəfər şəxs əlində bıçaqla onun evinə tərəf qaçmışdır, kişi cinsli digər bir nəfər şəxs də əlində bıçaqla həmin şəxsin arxası ilə qaçmışdır. Sonradan öndə qaçan şəxsin adının Bəkir olduğunu və qonşunun kəbinli əri olduğunu öyrənmişdir. Arxada qaçan şəxs bir qədər arıq, başı keçəl olmuşdur. Qonşuluqda olan hicablı qadın da küçədə olmuş, öndə qaçan şəxs, yəni Bəkir onun həyətinə girib qapını örtməyə çalışan zaman onun arxasınca qaçan arıq, keçəl şəxs özünü çatdırıb əlindəki bıçaqla Bəkirin kürək nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra hər iki şəxs həyətində qarşılıqlı mübarizə aparmışlar. Onları həyətindən çıxarmaqla aralamağa çalışmışdır. Həmin şəxslər onun həyətindəki dar yerdə mübarizə aparmışlar. Bir qədər keçdikdən sonra bıçaqla Bəkiri vuran arıq keçəl şəxs həyətindən çıxıb qaçaraq uzaqlaşmış, Bəkir isə həyətdən qanlar içərisində çıxıb yerə yıxılmışdır. X26 Nazirliyinin 102 xidmətinə zəng edib, təcili yardım çağırmışdır. Təcili yardım gec gəldiyindən qonşular maşınla yaralı şəxsi xəstəxanaya aparmışlar. Sonradan yerdə yaralı olan şəxsin hicablı qadının kəbinli əri olduğundan xəbərdar olmuşdur. Digər şəxs də həmin hicablı qadının əvvəlki əri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, hadisə günü iş yoldaşı ona zəng edərək İmanverdinin adam bıçaqladığı barədə məlumat vermişdir. İş yoldaşı hadisə barədə ona məlumat verdikdə İmanverdinin arxası ilə X25a getmişdir. X25ın həyətində gözləyən zaman Şahini də orada görmüşdür. Həmin an zərərçəkmiş tərəfin qohumları da orada olmuşdur. Şahinin zərərçəkmiş şəxsin qohumları ilə mübahisə etməməsi üçün onun qırağa getməsini tələb etmişdir. Kənarda Şahinə yaxınlaşan zaman Şahin ona yaralı olduğunu demiş, Şahinə polisə təslim olmasını bildirmişdir. Onu öz avtomobili ilə aparıb polisə təhvil vermişdir. Şahin sol nahiyyəsindən bıçaq yarası almışdır. X17 də X25a yola salmışlar. Eşitdiyinə görə Şahin, Anar və İmanverdi hadisə yerinə getmişlər. Şahin Zərərçəkmiş şəxs1 olduğu evə girən zaman Bəkir Şahinə bıçaqla zərbə endirmişdir. Şahin hər kəsi evdən Bəkirin əlində bıçaq olduğuna görə çıxarmışdır. Sonradan ətrafdakılardan İmanverdinin Bəkirlə bıçaqlı mübahisə etdiyini eşitmişdir. Hadisədən uzun müddət öncə Səbinəyə çoxlu yardım aparmışlar. İmanverdiylə Səbinənin münasibətdə olduğunu bilmişdir. Hadisə barədə ona Namiq adlı iş yoldaşı məlumat vermişdir. Hadisə zamanı İmanverdi, Bəkir və Şahin xəsarət almışlar. İmanverdi başından və qolundan bıçaq xəsarətləri almışdır. X25da olan zaman Bəkir hələ rəhmətə getməmişdir. Eşitdiyinə görə Şahin Səbinəyə zəng edərək İmanverdidən əl çəkməsini istədikdə Bəkir onlara qarşı təhqiredici ifadələr səsləndirmişdir. Anar özü də hadisə yerində olmuşdur. Anarın heç bir xəsarəti olmamışdır. Şahin onu apararaq Polis Bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, hadisə yerinə gələn zaman Bəkirin yaralı halda yerdə uzandığını görmüşdür. Səbinə məhəllələrinə kirayə qalmaq üçün köçmüşdür. İmanverdidən başqa Bəkir də həmin evə gəlib-getmişdir. Bəkirin həmin evə nə məqsədlə gəlməsini bilməmişdir. Bütün qonşular çöldə olan səs-küyə çıxmışdır. Evdəkilər ona zəng edərək çöldə səs-küyün olduğunu demiş, 10-15 dəqiqə sonra hadisə yerinə getmişdir. Hadisə zamanı söyüş eşitməmiş, hadisə yerinə isə çatan zaman səs-küy kəsilmişdir. Məhkəmə iclasında qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, İmanverdi ilə 6-7 ay birlikdə dükanda işləmişdir. Şahin də həmin dükana gəlib-getmişdir. Hadisə günü gecə vaxtı İmanverdi ona zəng etmiş, İmanverdi olduğu yeri bilmədiyi barədə məlumat vermişdir. İmanverdidən gələn “konumdan” sonra onun yerinin yolun qırağında olduğunu müəyyən etmişdir. Təxminən 10 dəqiqəyə həmin əraziyə gedərkən ağ köynəkli adını bilmədiyi şəxs və İmanverdi orada olmuşdur. İmanverdigilə yaxınlaşıb nə olduğunu soruşan zaman orada olan ağ köynəkli şəxs İmanverdini kiminsə vurduğunu bildirmişdir. Ağ köynəkli şəxs X25a zəng etsə də olduğu ərazini başa sala bilməmişdir. Buna görə də X25a olduğu yeri başa salmışdır. Bundan sonra X25 gəlib İmanverdigili Sabunçu xəstəxanasına aparmışdır. İmanverdinin yanında olan şəxs hadisənin necə baş verdiyini ona izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, hadisə günü gecə vaxtı işdən evə gələn zaman evin pəncərəsi açıq olmuşdur. Çöldə səsküy eşitdiyi üçün çölə çıxmış və yerdə qan ləkələrini gördüyü üçün evə geri qayıtmışdır. Hadisə yerində təqsirləndirilən şəxsləri görməmişdir. Bir neçə gün sonra internet vasitəsilə belə bir hadisənin baş verməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, evinin açarını qonşusuna evi kirayəyə vermək üçün vermişdir. Qonşu sonradan ona zəng edərək iki körpə uşaqlı bir qadının onun evində qalmaq istədiyini bildirmişdir. Həmin xanıma evin kirayə verilməsinə razılaşmışdır. Səbinə adlı şəxs ona ərinin olduğunu bildirmişdir. 7-8 gün sonra ona zəng gəlmiş və Səbinəyə görə dava düşdüyündən xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə günü çöldən qışqırıq səsləri və zərərçəkmiş şəxs Səbinənin aman diləyən yalvarışlarını eşitmişdir. Çölə çıxan zaman Bəkir qaçaraq qapısı qıfıllanmayan qapılarından daxil olaraq qəflətən həyətlərinə girmiş, bu zaman Təqsirləndirilən şəxs1 Bəkirin arxası ilə həyətlərinə gələrək onu vurmuş, ölən şəxs Zərərçəkmiş şəxs1 İmanverdidən canını qurtarmaq üçün qanlı vəziyyətdə evlərinə daxil olmuşdur. İmanverdi Bəkiri ürəyindən vurmuşdur. Hadisə zamanı evinə daxil olanlara xəstə uşağının olduğunu bildirərək həyətlərini tərk etmələrini tələb etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 küçədə durmuş, Təqsirləndirilən şəxs2 isə görmədiyini bildirmişdir. İmanverdinin əlində hər hansı bir əşya olmamış, həmçinin qaranlıq olduğundan onun bədənində hər hansı bir xəsarət izi də müşahidə etməmişdir. Zərərçəkmiş şəxs1 X25 gəlmədiyi üçün qardaşı oğlu onu öz avtomobili ilə onu X25a çatdırmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs2 Məryam adı ilə tanımışdır. Səbinəni qohumu Ramal vasitəsilə tanımışdır. Ramal əvvəllər iki dəfə evli olub ayrılmışdır. Təxmini olaraq bu ilin, yəni 2023-cü ilin aprel-may aylarında Ramal, Səbinə və iki uşaqla birlikdə onların evinə gəlmişdir. Ramal həmin vaxt Səbinəni arvadı kimi təqdim etmiş və sonuncu ilə avtobusda tanış olduğunu demişdir. X7 olduğunu desə də, sonradan Səbinənin başqa oğlanlarla yazışmasını və şəkillərini gördüyünü bildirmişdir. Ramal həmin vaxt artıq Səbinənin oğlunun da ondan olmadığına dair şübhələndiyini bildirmiş və həmin vaxtdan Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışdır. 28 iyul 2023-cü ildə Ramal ona zəng edərək keçmiş arvadı Məryəmin başqa oğlanla əlaqəsinin olmasını və həmin şəxslə bir birinin ailəsinin ünvanına söyüş söydüyünü, özünün Rusiya Federasiyasında olduğunu bildirib həmin şəxsin nömrəsini ona verərək danışmasını istəmişdir. O, həmin şəxslə əlaqə yaratmış, telefonla danışarkən həmin şəxs ona Ramalın arvadına söyüş söydüyünü bildirmişdir. O, məsələni uzatmamış, məsələnin nə olduğunu öyrəndikdən sonra danışığı sonlandırmış və həmin şəxslə görüşməmişdir. Həmin şəxsi əvvəllər görməmiş və tanımamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid3 Şahid2la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 30 iyul 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsi “A” Yaşayış sahəsidir. Qeyd edilən küçədə sağ və sol tərəflərdə yaşayış evlərinin olması müşahidə edilir. İlk öncə hadisənin baş verdiyi 139 E saylı fərdi yaşayış evinin həyətində baxış keçirildi. Fərdi yaşayış evinin hasarı ağ mişar daşından hörülmüşdür. Qapı boz rəngli dəmir materialdandır. Evə həyət darvazasından daxil olduqda yeri torpaqdan ibarət səth olan həyətyanı sahəsi vardır. Qapıdan daxil olduqda sağ tərəfdə plastik materialdan olan tikili vardır. Tikilinin dam hissəsinə baxış zamanı damın üzərində üzərində qanabənzər ləkələrin müşahidə edildiyi dəstəyi qəhvəyi rəngli olan bıçaq vardır. Həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürüldü. Həyət darvazasından düz içəriyə doğru daxil olduqda qarşıda evin giriş qapısı vardır. Giriş qapısından daxil olduqdan sonra iki pilləli pilləkanı qalxdıqdan sonra ağ rəngli plastik materialdan olan qapı vardır. Qapıdan daxil olduqda balaca dəhliz vardır. Evin döşəməsi taxta materialdandır. Qapıdan daxil olduqda sağ tərəfdə qaz sobası və yuyucu vardır. Yuyucunun içərisində qab-qaşıq və tava vardır. Yuyucunun üst tərəfindən qənətli su qızdırıcısının olması müşahidə edilir. Qapıdan daxil olduqdan sonra irəlidə sağ tərəfdə hamam otağı vardır. Hamam otağının qapısı ağ rəngli plastik materialdandır. Sol tərəfdə isə qonaq otağı vardır. Qonaq otağında döşəmə üzərində xalça örtülmüşdür. Otaqda masa üzərində məişət əşyalarının olması müşahidə edilir. Qonaq otağının pəncərəsi açıqdır və pərdənin olmaması müşahidə edilir Qonaq otağında olan ağ rəngli qapıdan daxil olduqda yataq otağının olması müşahidə edilir. Yataq otağında çarpayı vardır. Bundan başqa evin içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya müəyyən edilmədi. Fərdi yaşayış evindən həyət qapısından çıxdıqda küçədə asfalt səth üzərində qanabənzər ləkələrin olması müşahidə edilir. Həmin yer 1 rəqəmi ilə işarələnərək 02 ədəd qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qan nümunəsi götürüldüyü yerdən təxmini olaraq 10 metr qarşıda qapısı rəngi göy rəngli dəmir materialdan olan fərdi yaşayış evi vardır. Girişlə üzbəüz dayandıqda qapı sağ tərəf istiqamətində açılır. Qapıdan daxil olduqda döşəməsi tamerlə örtülmüş həyət vardır. Həyətə daxil olduqda eni 1 metr olan dar bir dəhliz vardır. Dəhlizlə irəlilədikdə fərdi yaşayış evinin həyətinə daxil olunur. Fərdi yaşayış evinin həyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat nəzərə çarpmadı. Fərdi yaşayış evinin həyətindən çölə çıxdıqda ilk qan nümunəsi götürüldüyü yerdən təxmini olaraq 20 metr əsas yol istiqamətində getdikdə asfalt səth üzərində damcı şəkilli qanabənzər ləkələrin olması müşahidə edilir. Həmin yer 2 rəqəmi ilə işarələnərək 01 ədəd qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 2 nömrəli qan nümunəsi götürüldüyü yerdən iki metr irəlidə asfalt səth üzərində yenə qanabənzər ləkələrin olması müşahidə edilir. Həmin yer 3 rəqəmi ilə işarələnərək 01 ədəd qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 3 nömrəli qan nümunəsinin götürüldüyü yerdən sağ tərəfə əsas yol istiqamətində 9 metr getdikdə asfalt səth üzərində yenə qanabənzər ləkələrin olması müşahidə edilir. Həmin yer 4 rəqəmi ilə işarələnərək 01 ədəd qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür ( cild 1, iş vərəqi 5- 16). 30 iyul 2023-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında protokoldan” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təşrih masası üzərində arxası üstə mələfəyə bükülmüş kişi cinsli meyit uzadılmışdır. Mərhum lütdür. Mərhumun döş boşluğunda sağda və solda drenajlar vardır. Drenajlar çıxarıldı içərisində az miqdarda açıq qırmızı rəngli maye vardır. Meyit kişi cinsli olub üzdən baxdıqda 25-30 yaşlarına uyğun gəlir. Boyunun uzunluğu 168 sm-dir. Düzgün bədən qurluşlu, kafi qidalıdır. Meyitin dəri örtüyü solğundur, rəngi avazımışdır. Əl ilə yoxladıqda meyit soyuqdur. Meyit ləkələri bədənin arxa və yan səthində yerləşərək solğun-bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir, 1-2 dəqiqədən sonra rəngi bərpa olunur. Yoxlanılan əzələ qruplarında meyit qacıması yaxşı inkişaf etmişdir. Başında və üzündə qara rəngli tük var. Gözləri bağlıdır, açıldıqda bəbəklərin diametri 0.5 sm-dir. Qüzehli qişa qəhvəyi rəngdədir. Əllədikdə burun sümüyü tamdır, patoloji hərəkətlilik müəyyən olunmur. Ağzı bağlıdır, açıldıqda məlum oldu ki, üç ədəd sarı rəngli metal diş və təbii dişləri var. Dil ağız boşluğunda sərbəst yerləşmişdir. Hər iki xarici qulaq keçəcəyində yad cisim və ifrazat yoxdur. Boyunu düzgün inkişaf etmişdir, əllədikdə boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən olunmur. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Döş qəfəsini əllədikdə qabırğalar üzərində patoloji hərəkətlilik müəyyən edilmir. Kürək və onurğa sütunu əyriliklərində patoloji hərəkətlilik qeyd edilmir. Qarının forması düzdür, qabırğa qövsü səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir, zədəsizdir. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi zədəsizdir. Araladıqda şüaya bənzər büküşlər hamarlaşmamışdır. Əllədikdə hər iki yuxarı və aşağı ətraf sümükləri tamdırlar, patoloji hərəkətlilik müəyyən edilmir. Xəsarətləri: Sol almacıq nahiyəsində yumşaq toxuma əllə müayinədə zəif şişkindir, dəri örtüyü solğun qırmızımtıl göy rəngdədir, mərkəzi hissəsində 1.5x0.2 sm ölçüdə üzəri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli nəm qartmaqla örtülü xətt şəkilli sıyrıq var. Döş qəfəsinin sol yan səthində 7-8 qabırğaarası səviyyəsində torakotomik yara vardır, üzərində cərrahi tikişlər vardır. Həmin yaradan aşağıda ona paralel ön qoltuqaltı xətt səviyyəsində yerləşmiş üzərində cərrahi tikişlər olan kənarları hamar, bucaqları iti 2.5x0.2 sm ölçüdə cərrahi işlənmiş yara vardır. Gövdənin ön səthində orta xətt üzərində döş sümüyü səviyyəsindən başlayaraq göbəyə qədər davam edən laparotomik yara vardır, üzərlərində çoxsaylı cərrahi tikişlər vardır. Döş qəfəsinin sağ aşağı iç səthində kənarları hamar, bucaqları iti, üzərində cərrahi tikişlər olan 2.5x0.2 sm ölçüdə cərrahi işlənmiş yara vardır. Qarının sağ yan səthində göbək səviyyəsində yerləşmiş kənarları hamar, bucaqları iti 1.2x0.2 sm ölçüdə cərrahi işlənmiş yara vardır. Sol kürəkaltı nahiyədə üzərində cərrahi tikişlər olan kənarları hamar, bucaqları iti 2.1x0.2 sm ölçüdə cərrahi işlənmiş yara vardır. Sol kürək nahiyəsində 10x0.1 sm ölçüdə kənarları hamar, bucaqları iti epidermisin zədələnməsi ilə müşayiət olunan xətt şəkilli səthi yara vardır. Meyitin xarici müayinəsi zamanı qeyd edilənlərdən başqa xəsarət müəyyən edilmədi ( cild 1, iş vərəqi 17-20). 30 iyul 2023-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 01 ədəd kəmərli cins şalvar, 01 ədəd mayka, 01 cüt ayaqqabı, 01 ədəd tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd üzərində kəməri olan qara rəngli şalvar, şalvarının sağ yan cibində aşkar edilmiş 01 ədəd qara rəngli qatlanan bıçaq, 01 ədəd boz rəngli mayka, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısa qol köynək müvafiq qaydada götürülmüşdür ( cild 1, iş vərəqi 28). 30 iyul 2023-cü il tarixli “könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli Redmi Note 11 markalı və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd arxası göy rəngli Redmi markalı telefon müvafiq qaydada götürülmüşdür ( cild 1, iş vərəqi 33). 30 iyul 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, +994 55-683-54-25 nömrəli “İman Əxi” kimi qeyd olunmuş şəxslə söhbətlər aparılmışdır, Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs1 olmasını bildirdi. Söhbətlərə baxış zamanı hadisə günü yəni 21:03də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 “qonaq qəbul edirsən” deyə yazması, Zərərçəkmiş şəxs2 isə cavabında “Müsayid deyiləm vallah” deyə yazması, Təqsirləndirilən şəxs1 də cavab olaraq “Niyə burdayam qapını aç” yazması görünür. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 saat 21:37, 21:44, 21:46, 22:31 və 22:35-də səs yazıları göndərməsi müşahidə edilir. Həmin səslərə baxış zamanı müəyyən edildi: 3 dəqiqə 33 saniyəlik səs yazısı - Salam Aleykum ay İman, mən sənə Allahın izni ilə demirdim, Allah da şahiddir ki, sən dedin kəbin kəsən qardaşların nömrəsini ver, kəbin kəsən qardaşların nömrəsinə ehtiyac varsa allahın izni ilə mən sənə atım, nömrəyə ehtiyac yoxdursa sən belə də görüşə bilərsən, əgər düşünürsən ki, mən zina eləmişəm Allah da şahidim olsun ki, mən zina eləməmişəm. Sənin o cür şəkildə evə girməyin onun içində şübhə yarandı ki, mənlə sən zina eləmişik, o bunu düşündü. Sənin üçündə mən tərəfdən böyük ifitira çıxdı. Sən məni o vəziyyətdə yəni, lüt gördün o da mənlə dalaşdı. Mənə dedi ki mən səni bu cür bilmirdim, sənin onla nə əlaqən var? Mən dedim o uşağın atasıdır biz boşanmışıq. O, deyir əgər boşanmısızsa onun o cür qabağına çıxmağı həyətə girməyi boşanmaq işarəsinə gəlmir. Mən də dedim ki allah şahiddir ki, mən boşanmışam. Bir də ki, mənlə sənin ortada olanların hamısını demişəm ona sən narahat olma. Allaha and olsun sən müsəlmanlara yayacaqsan hansı müsəlmanlara yayacaqsan hansı müsəlmanlar bizə kömək edir ki, sən yayasan. Sən o dediyin müsəlmanlar bizə burda hal hazırda heç kim yardım eləmir. Mən sənə demişəm allahın izni ilə bilmirsən. Anlayırsan nə deyirəm? Siz yardım etməmişdən əvvəl siz neçə vaxtdır ayağınızı mənim üstümdən kəsmişdiz siz mənə yardım eləmirdiz. Siz Yeganə xalanın evindən yardım eləmirdiz. Amma o, allaha əzəmət qədərincə həmd olsun yardım elədi. 20-dakı qardaşlar onlar belə uşaqları öhdələrindən atdılar belə yardım eləmədilər. Mən neyniyim mən elənməyə məcbur idim. Mən məcbur idim evlənməyə. Mən kiminsə sözünən oturub duran adam deyiləm mən sənə dedim allahın izni ilə mən özüm seçən özüm evlənən adamam. Allahın əzəmətinə qədərincə həmd olsun bundan sonra da heç kimin sozünnən nə oturub duracam nə də ki, kiminsə sözünə baxacam. Allah üçün öz həyatımı davam edəcəm öz gücümə də itayət edəcəm. Mən sənə dediyim nədi? Havayı yerə özünü yorma Allahın izni ilə heç kim də gəlib mənim üzümə deyə bilməz ki, sən zina eləmisən, yaxud sən gizlin belə bir iş görmüsən. Mən heç kimdən də istifadə eləməmişəm heç kim də mənə yardım eləmir. Yəni o, Allaha əzəmət qədərincə olsun mənə yardım elədi, mənim əlimdən tutdu qalxızdırdı. Anlayırsan nə deyirəm? O, uşaqlara baxan vaxt sən hardaydın, hardaydın? Yeganənin evindən bəri ki bizə baxırdı, kim eləyirdi? Sənə dediyim odur özünü yorma xahiş edirəm. Allaha həmd olsun problem də çıxardıb mənim ailəmə problem salma, qoy mənim ailəm dağılmasın mən çox xoşbəxtəm sevib evlənmişəm həmd olsun allaha. 2 dəqiqə 22 saniyəlik səs yazısı – Allah şahidim olsun ki, yeri göyü yaradan allah şahidim olsun ki, mən yalan demirəm. Əgər yalan deyirəmsə Allah mənim cəzamı versin. Səndən bir 15-20 dəq olardı o, gəldi allahın izni ilə sonra sən gəldin. Mən sənə demirdim bizim kəbinimiz 3-4 gündür kəsilib. Allah şahiddir ki, yalan demirəm. İstəyirsən kəbin kəsən qardaşlara Allahın izni ilə müraciət elə, yalan demirəm, əgər sənə maraqlıdırsa inanmırsansa, problem yoxdur. Zina məsələsinə gəldikdə ay İman mənlə sən zina eləmişik, mənlə o, zina eləməmişik. Anlayırsan nə deyirəm? Bunu yadından çıxartma da. O bütün köhnə olanları hamısını mənə keçibdi. O, mənə dedi ki, tövbə elə allaha təzədən başla. Mən də tövbə elədim, kəbin günü allaha tövbə elədim, allah da tövbələri qəbul edəndi. İndi kəbin kəsən qardaş, indi mənə vəli duran qardaş var ha, indi bu gedib ona desə ki, o, insan gəlib özbaşına evə girib mən onu gördüm elə lüt şəkildə gördüm kəbin kəsən qardaş deyəcək ki, onda onlar zina ediblər. Qardaş mənə birbaşa deyəcək ki, Allahın əzəmətinə qədərincə həmd olsun sənin o cür gəlib evə girməyin heç də yaxşı olmadı. Mən allah şahiddir ki, onsuz da 2-3 günə burdan köçməliyik, mən sənə özüm deyəcəkdim. Mən nə vaxta kimi subay qalım mən, nə vaxta kimi bir evin içində tək qalım nə vaxta kimi? Mən də ailə istəyirəm, mən də Allaha and olsun gözəl gün istəyirəm, mən də istədiyimi yeyib, istədiyimi geyinmək istəyirəm. Mənim də haqqımdı, nə vaxta kimi mən onun bunun əlinə baxacam? Nə vaxta kimi, anlayırsan nə deyirəm? Həmd olsun Allaha ki, belə bir çətinlikdən sonra bir asanlıq gətirər. 0:46 saniyəlik səs yazısı – Mən sənə deyəcəkdim, sən də qulaq asmırsan, özbaşına gəlib evin içinə girirsən. Sənin bu etdiyin əməldən sonra o ki, məni boşasa necə olacaq ay İman? Sən deyəcəksən ki, sən yalan deyirsən, sən zina eləmisən sən inanarsan ki, o, məni boşayıb? İnanmarsan vallahi. Amma Allah bilir ki, o, bundan sonra gedib mənim vəlimə deyəcək, o, gedib kəbin kəsən qardaşlara deyəcəkdir. Mən neynəyəcəm ay İman? Sənin etdiyin əməldən sonra o, gərək hansı kişi boşanmaz ki? 1 dəqiqə 17 saniyəlik səs yazısı – ay İman Allah üçün etdiyiniz hərəkət yaxşı bir hərəkət deyil də, eləməyin də xahiş edirəm. Allah üçün bizi bu evdən çıxarsalar biz gedib harada qalacağıq. Niyə belə eliyirsize siz, niyə bu hərəkəti eliyirsiz, mən sizə nə pislik eləmişəm, mənim sizə pisliyim çatıbdı? Siz kişisiz mən qadınam mənim gücüm sizə çatır ki, siz gəlirsiz mənim üstümə? Sübhanallah gəlib nəyə görə siz mənim ailəmdə problem çıxarırsız mənim ailəmi dağıdırsız. Nəyə görə siz mənim ailəmi dağıdırsız? Siz istədiyiniz vaxt evlənə bilirsiz, mən istədiyim vaxt evlənə bilmirəm? Nəyə görə mənim ailəmə problem salırsan, nəyə görə mənim ailəmi dağıtmağa çalışırsız siz? Ayıbdıye vallah ay İman. Gedib Şahinə demisən sən? Vallah Allah şahiddi ayıbdı, Şahin guya gəlib nə edəcək ki? Yığışdırın özünüzü , hələ ki, vallah ki, sizin ikinizi də ortadan götüzdürməmişəm. Mən dedim də, vallah əmimgilə zəng edərəm hamısını bura tökərəm özünüzü yığışdırın. 1 dəqiqə 10 saniyəlik səs yazısı - bax vallahi deyirəm ay İman mənə burda sizin ortanızda mən kişilərin davasından qorxuram. Mən heç vaxt kişilərin dalaşmasına icazə vermərəm. Burda siz bir birinizə cumsaz allah şahidim olsun ki, mənim ürəyim partlayar mən ölərəm. Mən də sənə deyirəm ki, bütün qonşular üstümüzə tökülməmiş və bütün camaat bizim üstümüzə tökülməmiş öz ayağınızı qatlayın bir yerdə oturun. Mən sizə oyuncaq zad deyiləm. Mən sizə heç nə eləməmişəm. Mənim ailəmi də dağıtmayın sizdən xahiş edirəm. Evlənmişəm evlənmişəm yaxşı eləmişəm, əcəb eləmişəm evlənmişəm. Kimsə gəlib mənim balalarıma yiyə durmayacaq, kimsə mən tək olanda mən hislər yaşayanda kimsə gəlib mənim yanıma yoldaş olmayacaq. Anlayırsan nə deyirəm, ona görə deyirəm ayıbdır yekə kişisən, problem zad çıxartma. Problem çıxardırsansa siz üçünüz də şöbədə olacaqsız. Siz gəlib burda dalaşandan sonra qonşular şikayət eləməyəcək? Hamımız şöbəyə tıxılacağıq. Zərərçəkmiş şəxs2 “Problem çıxarsanız, üçünüzdə şöbədə olacaqsınız” deyərkən üç nəfər İmanverdinin Şahinlə gəldiyini bildiyi üç nəfər dedikdə, İmanverdi Şahin və Bəkirin dava-dalaş edəcəyi təqdirdə hər üçünün polis şöbəsinə aparılacağını nəzərdə tutduğunu bildirdi ( cild 1, iş vərəqi 36-44). 30 iyul 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində qanabənzər ləkələrin olduğu ağ rəngli uzunqol köynək müvafiq qaydada götürülmüşdür. Təqdim edilmiş ağ rəngli uzunqol köynəyə baxış zamanı üzərində qanabənzər ləkələrin olması müşahidə edildi ( cild 1, iş vərəqi 88). 2 avqust 2023-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, həmin istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk və fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilkin ifadəsi zamanı qeyd etdiyi xüsusatları təsdiq etmişdir ( cild 1, iş vərəqi 152-159). 3 avqust 2023-cü il tarixli şahid Zərərçəkmiş şəxs2 və şübhəli şəxs Təqsirləndirilən şəxs2 “üzləşdirilmə aparılması haqqında” protokoldan görünür ki, tərəflər ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı bir birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 166-167). 4 avqust 2023-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tədqiqat üçün yanaq epiteli nümunələri götürülmüşdür ( cild 2, iş vərəqi 2-3). 01 avqust 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının 675 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir ( cild 2, iş vərəqi 109-110). 04 avqust 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədən səthində qarının bir ədəd daxilə nufuz etməyən deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir ( cild 2, iş vərəqi 111-113). 04 avqust 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədən səthində sol almacıq və sol çənə bucağı nahiyəsinin kəsilmiş yarası, boyunun bir ədəd deşilmiş-kəsilmiş yarası və iki kəsilmiş yarası, ənsə nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu oynağının bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası və bir ədəd kəsilmiş yarası, sol bazunun iki ədəd və sol bazu oynağının bir ədəd cızığı, sağ əlin İİİ barmağının medial falanqasının səthi kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər. Dərəcəsinə görə sol bazunun və sol bazu oynağının cızıqları, sağ əlin İİİ barmağının səthi kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, digər xəsarətlər hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər ( cild 2, iş vərəqi 114-116). 30 iyul 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının 94 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində kəskin qanitirmə, qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən ürəyi, ağ ciyəri zədələyən bir ədəd; döş qəfəsinin sağ yan səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd; sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz edən bir ədəd (cəmi üç ədəd); döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd və qarının sağ yan səthinin qarın boşluğuna nüfuz etməyən bir ədəd (cəmi iki ədəd) deşilmişkəsilmiş yaraları; sol kürək nahiyəsinin bir ədəd səthi kəsilmiş yarası və sol almacıq nahiyəsinin qançır və sıyrığı xəsarətləri aşkar edilmişdir. Xəsarətlər həyatidirlər, mərhumun xəstəxanaya daxil olmasından az əvvəl törənmişlər. Qeyd olunan xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici uca, kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçaqla yetirilə bilərdi. Sol almacıq nahiyəsinin qançır və sıyrığı isə bərk küt əşyanın təsirindən törənmişdir. Dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən ürəyi, ağ ciyəri zədələyən bir ədəd; döş qəfəsinin sağ yan səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd; sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz edən bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd və qarının sağ yan səthinin qarın boşluğuna nüfuz etməyən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Sol kürək nahiyəsinin bir ədəd səthi kəsilmiş yarası və sol almacıq nahiyəsinin qançır və sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar baş vermiş kəskin qanitirmə, qanitirmə şoku olmuşdur. Ölüm xəstəxanada xx.xx.2023-cü il tarixdə saat 01.35-də baş vermişdir. Xəsarətlərin xarakterinə və yerləşməsinə görə, Zərərçəkmiş şəxs1 meyiti üzərində olan xəsarətləri özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs1 xəsarətləri alarkən bədənin istənilən duruş vəziyyətlərində ola bilərdi. Xəsarətlər yetirilərkən, xəsarət yetirənlə zərərçəkən istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 müayinə olunması üçün ekspertizaya xəstəxanadan sonra mələfəyə bükülmüş vəziyyətdə lüt gətirilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir ( cild 2, iş vərəqi 117-123). 14 noyabr 2023-cü il tarixli Məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus köynək və Şahid1 məxsus köynək üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön hissəsində sağda 02 (iki) ədəd, ön hissəsində solda 01 (bir) ədəd, arxa hissəsində solda 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş qatlanan tipli bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəkdə aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrlə onun bədəni üzərində aşkar olunmuş deşilmiş- kəsilmiş yaralarla yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön hissəsində solda, köynəyin arxa hissəsində geniş sahədə cırılmış zədələr, sol yan tikiş üzrə tam sökülmüş zədələr aşkar edildi. Bu zədələr köynəyin müvafiq nahiyələrinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir cüt corab, bir cüt ayaqqabı, tuman və şalvar üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin ön hissəsində sağda olan düymələrdən yuxarıdan 3 və 7-ci düymələr öz yerlərində yoxdur, düymələrə müvafiq sol tərəfdə olan ilgəklərdən yuxarıdan 2,6 və 7-ci ilgəklər cırılmışdır. Bu zədələr köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılaraq əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs1 bədən səthi üzərində aşkar olunmuş xəsarətlər ekspertizaya təqdim edilmiş ona məxsus paltarlarda öz əkslərin tapmamışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus şalvar, mayka, bir cüt ayaqqabı, bir cüt corab üzərində hər hansı bir zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir ( cild 2, iş vərəqi 234-241). 27 sentyabr 2023-cü il tarixli Şahid2 və Təqsirləndirilən şəxs1 arasında “Üzləşdirmə keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 dediklərinə cavab olaraq İmanverdinin hadisəni düzgün xatırlamadığını, Bəkirin həyətinə girib qapını örtməyə çalışan zaman İmanverdinin özünü çatdırıb əlindəki bıçaqla onun kürək nahiyyəsindən iki dəfə vurduğunu bildirmişdir ( cild 2, iş vərəqi 176-178). 17 sentyabr 2023-cü il tarixli məhkəmə-genetik ekspertizasının 23/709R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində aşağıdakılar müəyyən edildi:Hadisə yerindən 05 (beş) ədəd pambıq tampon üzərində götürülmüş qanabənzər ləkələrin, 01 (bir) ədəd üzərində qanabənzər ləkələr olan bıçaq və həmin bıçaq üzərindən 01 (bir) ədəd tampon vasitəsilə götürülmüş qanabənzər ləkənin, 01 (bir) ədəd dəstəyi qara rəngli qatlanan bıçağın, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd kəmərli cins şalvar, 01 (bir) ədəd mayka, 01 (bir) cüt ayaqqabı, 01 (bir) ədəd tuman, 01 (bir) cüt corab, Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd qara rəngli uzunqol köynək, 01 (bir) ədəd üzərində kəməri olan qara rəngli şalvar, 01 (bir) ədəd boz rəngli mayka, 01 (bir) cüt qara rəngli corab, 01 (bir) cüt qara rəngli ayaqqabı, 01 (bir) ədəd ədəd qara rəngli qatlanan bıçaq, Şahid1 məxsus 01 (bir) ədəd ağ rəngli uzunqol köynək üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli qısa qol köynək üzərində qanabənzər ləkə aşkar edilmədi; 01 (bir) ədəd üzərində “Bıçaq üzərindən 1” qeydləri olan pambıq tampon üzərində olan qan nümunəsi, 01 (bir) ədəd üzərində “Asfalt üzərindən 1” qeydləri olan pambıq tampon üzərində olan qan nümunəsi, 01 (bir) ədəd dəstəyi taxta materialdan olan bıçağın dəstəyi üzərində aşkar edilmiş qan nümunəsi, Zərərçəkmiş şəxs1 əynində olmuş 01 (bir) ədəd kəməri olan cins şalvarın və kəmərinin, 01 (bir) ədəd qısaqol köynək, 01 (bir) ədəd tuman, 01 (bir) cüt corab, 01 (bir) cüt ayaqqabı, Şahid1 məxsus 01 (bir) ədəd ağ rəngli uzunqol köynəyin sol ön hissəsində, sağ çiyin hissəsində, sağ dirsək hissəsində, sağ ön aşağı hissəsində, sağ ön boyun hissəsində və sol ön hissəsində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur; 01 (bir) ədəd üzərində “Asfalt üzərindən 2” qeydləri olan pambıq tampon üzərində olan qan nümunəsi, 01 (bir) ədəd üzərində “Asfalt üzərindən 3” qeydləri olan pambıq tampon üzərində olan qan nümunəsi, 01 (bir) ədəd üzərində “Asfalt üzərindən 4” qeydləri olan pambıq tampon üzərində olan qan nümunəsi, Təqsirləndirilən şəxs1 əynində olmuş 01 (bir) ədəd kəməri olan qara rəngli şalvar, 01 (bir) ədəd qara rəngli uzunqol köynək, 01 (bir) ədəd boz rəngli mayka və 01 (bir) cüt corab üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs1 məxsusdur;01 (bir) ədəd üzərində “Asfalt üzərindən 5” qeydləri olan pambıq tampon üzərində, 01 (bir) ədəd dəstəyi taxta materialdan olan bıçağın tiyəsi üzərində, 01 (bir) ədəd dəstəyi qara rəngli qatlanan bıçağın dəstəyi və tiyəsi üzərində, Təqsirləndirilən şəxs1 əynində olmuş 01 (bir) ədəd kəməri olan qara rəngli şalvarın sağ cibinin astarı üzərində və Təqsirləndirilən şəxs1 əynində olmuş 01 (bir) ədəd qara rəngli uzunqol köynəyin sağ və sol bilək hissələrində – həm Zərərçəkmiş şəxs1 və həm də Təqsirləndirilən şəxs1 məxsus qan nümunələri mövcuddur; Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli qısa qol köynək üzərindən götürülmüş tədqiqat nümunəsi və Təqsirləndirilən şəxs2 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsi üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli qısa qol köynək və Təqsirləndirilən şəxs2 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı (cild 2, iş vərəqi 125-137) 02 sentyabr 2023-cü il tarixli kompleks ambulator məhkəmə psixiatriya və məhkəməpsixoloji ekspertizasnın rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci, 22-ci və 21.3 cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadı. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman psixiemosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır ( cild 2, iş vərəqi 139-142). 26 avqust 2023-cü il tarixli kompleks ambulator məhkəmə psixiatriya və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham olunan ictimai təhlükəli cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci, 22-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri- sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır ( cild 2, iş vərəqi 144-147). 7 sentyabr 2023-cü il tarixli Suraxanı rayon Polis İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır (Cild 2, iş vərəqə 85- 86). 7 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Əhmədov X11 Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 339.1 və 349.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Cild 2, iş vərəqə 87-88). Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Zar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 spirtli içkilərə meyilli deyildir. Mərhum qohumlar arasında çox yaxşı hörmət qazanaraq, xeyir-şər mərasimlərində xüsusi kömək göstərərək, səmimiyyətini və hörmətini əsirgəməmişdir.Mərhum Qənbərov X2 bütün tapşırıq və çağırışlarında yaxından iştirak etmişdir ( cild 2, iş vərəqi 224). 15 noyabr 2023-cü il tarixli Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə qonşular və sakinlər tərəfindən heç bir şifahi və yazılı şikayət daxil olmamışdır ( cild 2, iş vərəqi 225-227). Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Moranlı kənd inzibati ərazi dairəsində yaşadığı müddət ərzində onun haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( cild 2, iş vərəqi 229). 16 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 05 ədəd qan nümunəsi, 01 ədəd üzərində qanabənzər ləkələr olan bıçaq və bıçaq üzərindən götürülmüş 01 qan nümunəsi və Zərərçəkmiş şəxs1 qan nümunəsi, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd kəmərli cins şalvar, 01 ədəd mayka, 01 cüt ayaqqabı, 01 ədəd tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd üzərində kəməri olan qara rəngli şalvar, 01 ədəd boz rəngli mayka, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ədəd qara rəngli qatlanan bıçaq, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara rəngli qısa qol köynək, Şahid1 məxsus ağ rəngli uzun qol köynək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tədqiqat üçün götürülmüş yanaq epiteli nümunələri hadisənin izlərini saxladıqlarından cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərinə görə maddi sübut hesab edilmiş və hadisə yerindən götürülmüş 05 ədəd qan nümunəsi, 01 ədəd üzərindən 01 ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs1 qan nümunəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tədqiqat üçün götürülmüş yanaq epiteli nümunələri məhkəmə genetik ekspertiza tədqiqatı zamanı istifadə edilmiş, digər maddi sübutlar və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd göy rəngli “Redmi” markalı telefon isə saxlanılmasından ötrü Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (cild 3, iş vərəqi 1-39). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi amasızlıqla qəsdən adam öldürmə cinayətlərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə zərərçəkmiş şəxsin iradəsinə zidd onun mənzilinə daxil olmaq əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsində, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulur. Zərərçəkmiş şəxs1 həyatdan məhrum edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətlərinin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar məhkəmə əvvəla qeyd edir ki, hər bir cinayət üzrə tərkib əlamətlərini həm mümkün, həm istisna edən hallar araşdırılmalı, ziddiyyətlər təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində isə göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, ölüm hadisəsi təqsirləndirilən şəxsin, dini nigahda olduğu qadının sonradan zərərçəkmiş şəxslə dini nigaha girib-girməməsi, ona zina edib-etməməsinin aydınlaşdırılması səbəbi ilə aralarında baş vermiş sözlü mübahisənin şiddətlənməsi zəminində baş vermişdir. Zərərçəkmiş şəxsin evinə iş üzrə şahid qismində dindirilmiş Şahid1 və hazırkı iş üzrə digər epizod üzrə təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs2la birgə getməsinə baxmayaraq hər iki şəxsin Təqsirləndirilən şəxs1 özü ilə əvvəlcədən bıçaq götürməsi halından məlumatları olmaması iş materialları ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 bıçaq xəsarəti yetirilərkən sonuncunun “qaçın üstündə bıçaq var” barədə iş materailları ilə təkzib edilməyən ifadəsi də sonuncunun Təqsirləndirilən şəxs1 də üzərində bıçaq olmasından xəbərsiz olmasını bir daha sübut etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qarşılıqlı şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmaması, əlində bıçaq qonşunun yaşadığı evə girməklə başqa şəxslərə xəsarət yetirməsinin qarşısını alması barədə ifadələrini həqiqətə uyğun hesab etmir və Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində bıçaqla gəlməsini, onun Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 xəsarət yetirdikdən sonra davam edən hərəkətlərini yəni, hadisə yerindən Təqsirləndirilən şəxs2 və Şahid1 kimi uzaqlaşmaq imkanlarına malik olmasına baxmayaraq hadisə yerində qalması, əvvəllər özü, cinayət törədən anda zərərçəkmiş şəxslə dini nigahda olan Zərərçəkmiş şəxs2 aman diləyən yalvarışlarına baxmayaraq zərərçəkmiş şəxsi izləyərək sığınmaq üçün Şahid2 yaşadığı həyətə girməyə çalışarkən ilk olaraq kürək nahiyəsinə, sonra ürək və həyat üçün zəruri olan digər orqanlara bıçaqla xəsarət yetirməsi, cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən həmin xəsarətlərin əksəriyyətinin sağlamlığa ağır zərər vurmaqla kəsici-deşici əlamətlərə malik olması kimi işin hallarını birgə qiymətləndirərək onun əməllərində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 evinə zor tətbiq etməklə girməməsi barədə ifadələri də toplanmış cinayət işinin materialları ilə təkzib edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan “Redmi” Note 11 markalı mobil telefona baxış keçirilməsi zamanı aşkar edilmiş sms mətnlərində sonuncu tərəfindən Təqsirləndirilən şəxs1 dəfələrlə evə “o cür qaydada”, “icazəsiz” girməsinə dair iradlar tutulmuşdur. Hadisənin inkişaf etməsinə təsir edən ilkin amillərdən biri də məhz dini nigahda olan şəxslərin, o cümlədən hicab geyimindən istifadə edən qadının yaşadığı evə yad kişinin, yəni Təqsirləndirilən şəxs1 zorla girməsi olmuşdur. Həmin smslərdən görünmüşdür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 21 radələrində “Whatsapp” tətbiqinin mesaj bölümündən yazaraq evə gəlmək istəməsini bildirmiş, Zərərçəkmiş şəxs2 isə ona uyğun olmadığını bildirsə də, Təqsirləndirilən şəxs1 mənzildə yaşayan Zərərçəkmiş şəxs2 iradəsi əleyhinə hasardan aşmaqla mənzilin ilk öncə həyətyanı sahəsinə, daha sonra mənzilə daxil olmuşdur. Bundan sonra yenə həmin gün saat 23 radələrində yenidən Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı evə gəlib Zərərçəkmiş şəxs2 kənara itələyib zor tətbiq etməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 iradəsi ziddinə mənzilə daxil olmaqla mənzil toxunulmazlığı hüququnu pozmuşlar. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı belə nəticəyə gələrkən xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə bir qrup halında insanların əhatə etdiyi vaxtda, ictimai yer olan yaşayış evlərinin sıx əhatə olunduğu həmin ünvanın qarşısında yüksək səslə təhqiredici ifadələr işlətməklə səs-küy salmaqla, həmin ərazidə yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla aşkar surətdə ictimai qaydaya və əxlaq normalarına əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs1 zor tətbiq edilməsi ilə yəni, sonuncuya kəllə ilə sol almacıq nahiyyəsinin qançır və sıyrığı xəsarətləri yetirməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə edilən əşya ilə, yəni soyuq silah hesab edilməyən qara rəngli zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağından istifadə edilməklə tərəfindən xuliqanlıq hərəkətləri törədilməsi hallarını əsas götürmüşdür. Məhkəmə, yuxarıda göstərilən işin hallarına istinad edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq əməlini törətməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul etsə də, Təqsirləndirilən şəxs1 belə hərəkətlərə yol verməsi zamanı həmçinin silah qismində istifadə edilən əşya ilə, yəni soyuq silah hesab edilməyən qara rəngli zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağından istifadə etməsi barədə qənaəti ilə razılaşmayaraq qeyd edir ki, əməlin tövsifi yalnız toplanmış və mötəbər hesab edilən sübutlar əsasında müəyyən edilmiş işin faktiki hallarına uyğun həyata keçirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində, insanların istirahət etdiyi vaxtda, heç bir əsaslı səbəb olmadan birlikdə öz üstünlüklərini nümayiş etdirmək, Zərərçəkmiş şəxs1 daha zəif olmasını sübut etmək və sonuncunun Zərərçəkmiş şəxs2 qarşısında şəxsiyyətini alçaltmaq məqsədilə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 6 ünvanına gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai yer olan yaşayış evlərinin sıx əhatə olunduğu həmin ünvanın qarşısında yüksək səslə təhqiredici ifadələr işlətməklə səs-küy salmaqla, həmin ərazidə yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla aşkar surətdə ictimai qaydaya və əxlaq normalarına əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək özünü cəmiyyətin digər üzvlərinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs1 zor tətbiq edilməsilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qapını açıb onlardan gəlib mübahisə salmalarının səbəbi ilə maraqlandıqda o, gözləməyib Zərərçəkmiş şəxs2 iradəsi əleyhinə sonuncunun yaşadığı mənzilə daxil olaraq həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs1 üzərinə gedərək başı ilə sonuncunun sifət nahiyəsinə zərbə ilə vurmuşdur. Zərərçəkmiş şəxs1 mənzil girişində sağ tərəfdə yerləşən yuyucunun içərisində olan mətbəx bıçağını götürərək Təqsirləndirilən şəxs2 həmin bıçaqla vurub, ona qarının sol yan divarının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 evin içərisinə tərəf itələyib qaçıb oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs1 isə əlində bıçaqla bayıra çıxdığını görən Təqsirləndirilən şəxs1 həmin vaxt şalvarının sağ yan cibində olan qara rəngli qatlanan bıçağı çıxarmış və zərərçəkmiş şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Həm ibtidai istintaq, həm məhkəmə araşdırması dövründə istər şahid, istərsə də təqsirləndirilən şəxslərin verdikləri ifadələrdə hadisə günü Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 bıçaqla xəsarət yetirməsindən əvvəl, habelə Zərərçəkmiş şəxs1 həyatdan məhrum edilməsinə yönələn hərəkəti ilə bağlı olmayan bıçaq nümayiş etdirilməsi xüsusatı öz əksini tapmamışdır. İbtidai araşdırma orqani da Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan etsə də ona hansı zaman kəsiyində, hansı zərərçəkmiş şəxsə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq hərəkəti törətməsi kimi halları müəyyən etməmişdir. Qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 da əməli digər Təqsirləndirilən şəxs2 kimi bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4,157.2, 221.2.1-ci, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Qeyd edilən cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən törətmişdir. Hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 157.2 və 221.2.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2, 221.2.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında ifadə verən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətdən Zərərçəkmiş şəxs2 hər iki təqsirləndirilən şəxs ilə barışmasını, onlara qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə, bu halı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsi cəza təyin edərkən həmin əməl nəticəsində Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmaması kimi cəzalarını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq barələrində həmin Məcəllənin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.2.1-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəlləsinin 221.2.1-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 avqust 2023-cü il tarixində şübhəli şəxslər qismində tutulmuş, (Cild 1, iş vərəqə 109, 132), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 1 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, iş vərəqə 229-234, 235-240). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 1 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd üzərində qanabənzər ləkələr olan bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd kəmərli cins şalvar, 01 ədəd mayka, 01 cüt ayaqqabı, 01 ədəd tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd üzərində kəməri olan qara rəngli şalvar, 01 ədəd boz rəngli mayka, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ədəd qara rəngli qatlanan bıçaq, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara rəngli qısa qol köynək, Şahid1 məxsus ağ rəngli uzun qol köynək məhv edilməli və hadisə yerindən götürülmüş 05 ədəd qan nümunəsinin, bıçaq üzərindən götürülmüş 1 ədəd qan nümunəsinin, Zərərçəkmiş şəxs1 qan nümunəsinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tədqiqat üçün götürülmüş yanaq epiteli nümunələrinin ekspertiza tədqiqatına sərf edilməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd göy rəngli “Redmi” markalı telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10, ) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 66 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 və Müdafiəçi2 vəkil kimi işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 157.2, 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 9 (doqquz) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bil) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü mddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 17(on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 1 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2, 221.2.1-ci maddələrində ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 6 (altı) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci mddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 1 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş ölmüş Zərərçəkmiş şəxs1 məxsus göy rəngli “REDMİ” markalı mobil telefon onun ailə üzvlərinə verilsin; - 01 ədəd üzərində qanabənzər ləkələr olan bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd kəmərli cins şalvar, 01 ədəd mayka, 01 cüt ayaqqabı, 01 ədəd tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd üzərində kəməri olan qara rəngli şalvar, 01 ədəd boz rəngli mayka, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ədəd qara rəngli qatlanan bıçaq, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara rəngli qısa qol köynək, Şahid1 məxsus ağ rəngli uzun qol köynək məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 66 (altmış altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi1 və Müdafiəçi2 üçün 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar