Məhkəmə qərarları › İş №1(101)-1132/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1132/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1132/2025 27.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 fevral 1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixədək olan müddət ərzində tanışı, Türkiyə Respublikasının vətəndaşı Dur Özer və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Türkiyə Respublikasında qanunsuz olaraq əldə etmə, saxlama və Azərbaycan Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətin təşkilatçısı olmaqla narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətinin törədilməsini təşkil etmiş və buna rəhbərlik etmişdir. Belə ki, o, 19 iyul 2023-cü il tarixədək olan müddət ərzində tanışı - Türkiyə Respublikasının vətəndaşı Dur Özer və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Türkiyə Respublikasında qanunsuz olaraq əldə etmə, saxlama və Azərbaycan Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən külli miqdarda, 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələrini, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini və külli miqdarda, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin ümumi miqdarı 12,6 qram təşkil edən 2 konvalyutda 28 həb “Lyrica 150 mg” və 2 konvalyutda 28 həb “Lyrica 300 mg” göstəricili dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, Azərbaycan Respublikasına gətirib Bakı şəhərində ona çatdırması üçün daşıyaraq İstanbul şəhərində cinayətkar qrupun üzvü Dur Özerə təhvil vermiş, həmçinin X20-Bakı aviareysinə bilet alaraq, narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 5 qaba və 1 qutuya yerləşdirilib gizlədilməsini və beləliklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil etmiş, habelə həmin cinayətin törədilməsinə bilavasitə rəhbərlik etmiş, özü 18 iyul 2023-cü il tarixdə, saat 03:25-də İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmış, cinayətkar qrupun digər üzvü Dur Özer isə əvvəlcədən razılaşdıqları kimi maddi maraq müqabilində içərisində külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan həmin 5 qabı və 1 qutunu əldə etmiş, özünə məxsus çamadanda gizlədərək saxlamış, 18 iyul 2023-cü il tarixdə J2078 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib ona təhvil vermək üçün daşımış, 19 iyul 2023-cü iİ tarixdə, saat 02 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yedəşən X11 Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 X14” gömrük postunda (hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və yaşıl kanal buraxılış sistemindən keçib gömrük nəzarəti zonasını tərk edərkən saxlanılmış gömrük yoxlaması zamanı qeyd edilən narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr gizlədildikləri yerlərdən aşkar edilərək götürülmüş, Dur Özeri qarşılamaq üçün X11 Hava Limanının çıxışında gözləyən Təqsirləndirilən şəxs isə Dur Özerin əllə işarə verməsindən sonuncunun saxlanıldığını başa düşüb oradan uzaqlaşmış və hava limanını tərk etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsində yerləşən həyat yoldaşına məxsus bağ evində olarkən bir neçə nəfər hasardan tullanaraq bağa daxil olub onu saxlamışlar. Həmin şəxslərin Dövlət Gömrük Komitəsinin əməkdaşları olduqları ona sonradan məlum olmuşdur. Sonuncular onu komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə aparmışlar. Saxlanılmağı ilə bağlı gömrük əməkdaşları tərəfindən heç bir videoçəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavabladıraraq göstərmişdir ki, tekstil işi ilə məşğuldur, karton çantaların üzərində olan lentləri istehsal edir. Həmin məhsullar Türkiyə Respublikasında istehsal olunur və o, həmin məhsulların idxalı ilə məşğul olmuşdur. Türkiyə Respublikasında yerləşən həmin tekstil müəssisəsində işçi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasına hərdən anasına baş çəkmək məqsədilə gəlmişdir. 11 sentyabr 2024-cü il tarixdə gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Gömrük əməkdaşları tərəfindən saxlanılmazdan bir il əvvəl Azərbaycan Respublikasında olmuşdur. Sonuncu dəfə isə 17 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Narkotik vasitələrlə hər hansı əlaqəsi yoxdur. Bağ evi Maştağa qəsəbəsində yerləşir. Hadisə günü saat 13:00 radələrində gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə günü evdə nənəsi və qaynı olmuşdur. Bağ evinin qayınanasına məxsus olmuş, həmçinin Azərbaycan Respublikasında öz adına ayrıca bir evi də var. Gömrük əməkdaşlarının əvvəlcə evin qapısını döyərək özlərini Qaz idarəsinin əməkdaşları kimi təqdim etmiş, sonradan isə hasardan tullanaraq yenidən evə daxil olmuş və onu saxlamışlar. Dur Özeri ekstrasens və falçı kimi tanımış, onunla səmimi münasibətdə olmuş, işlərinin yolunda getməsi üçün bütün işlərini ona danışaraq fala baxdırmışdır. X19 şəhərində tanış olmuşdur. Dur Özerin birinci dəfə Azərbaycan Respublikasına gələn zaman onunla birlikdə gəlmişdir. Axırıncı dəfə Dur Özer Azərbaycan Respublikasına gələn zaman isə onun artıq ölkə daxilində olmuşdur. Bildiyi qədərilə Dur Özerin Azərbaycan Respublikasında da müştəriləri olmuşdur. Dur Özer ona Azərbaycan Respublikasına gələcəyini dedikdə onun aviabiletini 700 manata almışdır. Dur Özerə Azərbaycan Respublikasına hər hansı əşya və ya maddə gətirilməsi barədə sifariş verməmişdir. Dostu Səlimlə birlikdə hava limanında Dur Özeri qarşılamaq üçün gözləmişdir. Qapılar açılan zaman gömrük əməkdaşlarının Dur Özerin çantalarına baxış keçirdiklərini, həmçinin Dur Özerin özünü harasa apardıqlarını görmüşdür. Onlara tərəf yaxınlaşan zaman Dur Özerin onu görmüş və əl hərəkətləri ilə onu çağırmış, lakin gömrük əməkdaşları onu həmin yerdən çıxartmışlar. Bir qədər sonra Dur Özerin onunla telefon vasitəsilə əlaqə saxlamış və telefon danışığı zamanı “Mən materiallar gətirmişəm, burada səni də gözləyirlər” ifadəsini işlətmiş, lakin onun nə demək istədiyini başa düşməmiş və bu ifadələrə təəccüblənmişdir. Dur Özerin hansı səbəbdən telefon danışığı zamanı həmin ifadələri işlətdiyini bilmir. Telefon danışığından sonra bir qədər maşında gözləmiş və sonra hadisə yerindən uzaqlaşmışdır. Hadisə günü istifadə etdiyi telefon nömrəsi ***-***-**-** olmuş, telefon nömrəsinin qaynı Çingizin adına olmuşdur, telefonun markası “Honor X5 Plus” olmuşdur. Dur Özer hal-hazırda həbsdədir. Hadisədən qabaq Dur Özerə hər hansı çanta və ya bağlama verməmişdir. X21 Respublikasından hər hansı əşya gətirəcəyi barədə məlumatı yoxdur. Dur Özerə fala baxdırmasının səbəbi Türkiyə Respublikasında fal baxmaq işinə daha ciddi və səmərəli yanaşmaları olmuşdur. Dur Özerin onun telefonuna narkotik vasitələrinin şəkillərini göndərməmişdir. Hadisə günündən sonra gömrük əməkdaşları tərəfindən saxlanılanadək öz evində yaşamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İkinci dəfə aldığı telefonu Şahin adlı tanıdığı bir şəxsin adına almışdır. Özünə məxsus şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün telefonu başqa şəxsin adına almışdır. Ona göndərilən narkotik vasitələrin şəkilləri Dur Özer tərəfindən göndərilməmiş, həmin şəkillərin kim tərəfindən göndərildiyini isə xatırlamır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək sübut hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2 və 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Dur Özer ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasına ilk başda istirahət etmək məqsədi ilə gəlmək istəmiş, sonradan burada gözəllik salonu açaraq bərbər kimi fəaliyyət göstərmək fikrinin olmuşdur. İlk dəfə Azərbaycan Respublikasına 19 iyul 2023-cü il tarixdə gəlmişdir. Azərbaycana gəlməyini əvvəlcədən Təqsirləndirilən şəxsla birlikdə planlaşdırmış və gəldikdən sonra sahil kənarında kirayə ev tutaraq orada qalacaqları barədə razılaşmışlar. Təqsirləndirilən şəxs ondan Azərbaycana hər hansı bir əşya və ya predmet gətirməyi ilə bağlı sifarişi olmamışdır. Azərbaycana əmanət olaraq Təqsirləndirilən şəxs sadəcə tomat pastası, saç kremləri və bəhməz gətirmişdir. Ancaq Bakı şəhərindəki hava limanında gömrük yoxlamasından keçərkən çantanın içində olan saç kremlərinin içərisindən narkotik vasitələr aşkar edilmişdir. Sonra gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Onun həmin saç kremlərinin içərisində narkotik vasitələrin olmasından məlumatı olmamışdır. Şahid Dur Özer məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, saç kremlərinin içərisində narkotik vasitələrin olması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadədə 27 yaşında narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Kokaindən heç vaxt istifadə etməmişdir. Həm barəsində aparılan cinayət işi üzrə, həm də hazırkı iş üzrə ibtidai istintaq zamanı eyni ifadə vermişdir. Karlos adlı şəxsi tanımır və həmin şəxsdən hər hansı narkotik vasitə alıb istifadə etməmişdir. Azərbaycana gəldiyi gün Təqsirləndirilən şəxsla arasında telefon danışıqları və “WhatsApp” sosial şəbəkəsi üzərindən yazışmaları olmuşdur. Azərbaycana gələn zaman Turala müəyyən narkotik vasitələr gətirəcəyi barədə məlumat verməmişdir. Tural hava limanında onu qarşılayarkən yanında kimin olacağını ona deməmişdir. Sahil kənarında qalacaqları evdə onlardan başqa hansı şəxslərin olacağını bilməmişdir. Əvvəllər heç vaxt Azərbaycana gələrək Təqsirləndirilən şəxs narkotik vasitə gətirməmişdir. Hava limanında yoxlamadan keçən zaman Turalın onu gözlədiyini görmüş və artıq gömrük əməkdaşları onu digər zonaya aparan zaman ona əlləri ilə işarə etmişdir. Onlar Tural ilə eyni gün Azərbaycana gəlməli idilər. Ancaq nəticədə Tural ondan bir gün tez getdiyi üçün həmin paketləri özü gətirmişdir. Turalın çantasının həcmi balaca olduğu üçün həmin paketləri öz çantasına qoymuşdur. Hava limanında çantası rentgen qurğusunun vasitəsi ilə yoxlanışdan keçən zaman içərisində narkotik vasitələrin olduğu məlum olmuşdur. O, hava limanında saxlanılan zaman aparılan sorğu-sualda çantanın içərisində narkotik vasitənin olduğunu bildirməmişdir. Hava limanında saxlanılan zaman aparılan sorğu-sual zamanı çantanın içərisində olan əşyaların bir qisminin ona məxsus olmadığını bildirmişdir. Baş vermiş hadisədən əvvəl heç vaxt Təqsirləndirilən şəxs əşyalarını öz çantası vasitəsi ilə gömrükdən keçirməmişdir. O, Təqsirləndirilən şəxs hansı səbəbə görə əmanət olaraq ona tomat pastasını və digər əşyaları verdiyini soruşmamışdır. Təqsirləndirilən şəxs ona “baqajın var yoxsa yoxdur?” mesajını atmışdır. Ancaq hansı səbəbə görə ondan bu sualı soruşduğunu bilməmişdir. Tural İstanbul şəhərində olan zaman ona məxsus içərisində əmanətlər olan paketləri onun evinə gətirmiş və ondan həmin paketləri Azərbaycana gələn zaman gətirməyini xahiş etmişdir. İbtidai istintaq zamanı hazırda verdiyi ifadəni vermişdir. Elan olunmuş ifadə ona məxsus deyil. Elçin Cəfərovu, Tərlan Məmmədhüseynlini, Vüqarı və Səliməyi tanımışdır. Ancaq onlardan yalnız Səlimlə arasında telefon danışıqları olmuşdur. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən Elçinin, Tərlanın, Vüqarın və Səlimin adlarını çəkməmişdir. İbtidai istintaqda sorğu-sual keçirilən zaman Azərbaycanda kimləri tanıdığı barədə sual soruşulmuş və həmin suala cavab olaraq tanıdığı insanların adlarını demişdir. Ancaq adını çəkdiyi insanlarla birlikdə narkotik vasitələrdən istifadə etdiyini ibtidai istintaq zamanı ifadə verərkən bildirməmişdir. “Harmony” adlı oteldə olmuşdur. Elçin Məmmədovla onu Tural İstanbulda tanış etmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən tərcüməçi iştirak etməmişdir. Fala baxmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən Karlos adlı şəxs barədə danışmamışdır. “Harmony” adlı oteldə istirahət məqsədi ilə qalmışdır. “Harmony” adlı oteldə heç kəsə narkotik vasitələr verməmişdir. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə verməmiş və ya satmamışdır. İbtidai istintaq zamanı eynəyi olmadığı üçün ifadəni oxumadan imzalamışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Dur Özerin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Türkiyə Respublikası, İstanbul şəhəri, Şişli ilçəsi, Mərkəz məhəlləsi, Kocamansur küçəsi, Tümer apartmanı, 90/4 ünvanında qeydiyyatda olmaqla Türkiyə Respublikası, İstanbul şəhəri, Beşiktaş ilçəsi, Ulus məhəlləsi, Akkaya apartmanı, 9/2 ünvanında yerləşən həyət evində yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Nida adlı şəxslə faktiki münasibətində olmuşdur. Təxminən 2020-2021-ci ildə Koronavirus pandemiyası vaxtında Türkiyə Respublikasının İstanbul şəhərində çölə çıxmağın qadağan olunması ilə əlaqədar yaşadığı evin yaxınlığında itini gəzdirərkən qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes" markalı, üzərində polis sayrışan işqları olan minik nəqliyyat vasitəsi ilə saçları tökülmüş, orta bədən quruluşlu, qısaboylu, qarabuğdayı, təxminən 33- 36 yaşlı kişi cinsli şəxs ona yaxınlaşaraq itinin cinsini soruşmuş və onunla münasibət qurmağa başlamışdır. Tanışlıqları zamanı həmin şəxsin əslən azərbaycanlı, dediyinə görə tekstil fabriki işlədən Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi minik nəqliyyat vasitəsinin sayrışan işıqların olmasının səbəbini soruşmuş, Təqsirləndirilən şəxs da Azərbaycan Respublikasında millət vəkili olan bir şəxsin sürücüsü olduğunu ona demişdir. Bundan sonra həmin şəxslə bir-birlərinə əlaqə nömrələrini vermiş, qeyd edilən vaxtdan həmin şəxslə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlamış və ilk tanış olduqları yerdə görüşüb gəzişmişlər, münasibətləri daha səmimi və yaxın olduqdan sonra ailəvi münasibətləri də yaranmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs dəvəti ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olduğu vaxtda Təqsirləndirilən şəxs onu qarşılamış və daha sonra onu anası, dostları ilə tanış etmişdir. Bu qaydada Azərbaycan Respublikasına gəldikdə Təqsirləndirilən şəxs onu qarşılayıb qonaq etmiş, Təqsirləndirilən şəxs da Türkiyə Respublikasına gəldikdə o, da Təqsirləndirilən şəxs qarşılayıb qonaq etmişdir. 16-17 iyul 2024-cü il tarixdə yaşadığı Türkiyə Respublikası İstanbul şəhəri, Beşiktaş ilçəsi, Ulus məhəlləsi, Akkaya apartmanı, 9/2 ünvanında yerləşən həyət evində olduğu vaxt Təqsirləndirilən şəxs ona zəng edərək qeyri-rəsmi arvadı Nida adlı qadının yaşadığı evdə olub-olmamasını ondan soruşmuş, o, da qeyri-rəsmi arvadı Nida adlı qadının yaşadığı evdə olmadığını Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona “arvadın evdə yoxdursa yaşadığın evə gəlmək istəyirəm" deyə bildirmişdir. O, da yaşadığı evə geləbiləcəyini Təqsirləndirilən şəxs demişdir. Bundan sonra həmin gün təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı Türkiyə Respublikası İstanbul şəhəri, Beşiktaş ilçəsi, Ulus məhəlləsi, Akkaya apartmanı, 9/2 ünvanında yerləşən həyət evinə gəlmiş və ilk dəfə gələndə Təqsirləndirilən şəxs özü ilə hər hansı əşya və ya bağlama gətirməmişdir. Təqsirləndirilən şəxsla onunla hal-əhval tutduqdan sonra “Özer, heç etiraz etmə etmə, aviabiletini almışam, 2 gündən sonra səni Bakı şəhərinə dəvət edirəm”-demişdir. Bakı şəhərinə bundan əvvəlki səfərində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında olmasına baxmayaraq ona qayğı göstərmədiyi üçün Təqsirləndirilən şəxs biraz incimişdir. Bununla əlaqədar ilk əvvəl Bakı şəhərinə getmək istəmədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Lakin Təqsirləndirilən şəxs israr etdiyi üçün sonuncunun Bakı şəhərinə gəlməsinə dair təklifinə öz razılığını vermişdir. İlk öncə Təqsirləndirilən şəxsla eyni tarixdə yəni gündə Türkiyə Respublikasından Azərbaycan Respublikasının Bakı şəhərinə gəlməyi razılaşdırmışlar Daha sonra Təqsirləndirilən şəxs özünün Bakı şəhərinə qayıdacağı gün üçün ona aviabilet tapa bilmədiyini və bununla əlaqədar Bakı şəhərinə gəlməsi üçün ona bir gün sonrakı günə uyğun aviabilet aldığını ona demişdir. O, da Təqsirləndirilən şəxs öz təşəkkürünü bildirmişdir. Daha sonra həmin gün Təqsirləndirilən şəxs arvadı Nida adlı şəxsin yaşadığı evdə olmadığını görüb evə iki qadın dəvət etmişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs dəvət etdiyi qadınları qarşılamaq adı ilə yaşadığı evdən çıxıb getmiş və həmin gün, təxminən 30-45 dəqiqə sonra iki qadın cinsli şəxslə və əlində olan iki ədəd bağlama ilə yaşadığı evə geri qayıtmışdır. Qeyd edilən bağlamalardan birində spirtli və energetik içkilər, digər bağlamada isə müxtəlif qablar olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs içərisində müxtəlif qablar olan bir ədəd bağlamanı yaşadığı evin həyətinə qoymuş, digər bağlamada olan spirtli və energetik içkiləri isə içmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə qoyduğu bir ədəd bağlamanın içərisinə baxdıqda orada 1 ədəd plastik qabda tomat pastasının, 2 ədəd kremin, 1 ədəd şüşə qabda keçi buynuzu bəhməzinin və 1 ədəd qutuda xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitəsi kimi bildiyi “lirika” göstəricili dərman vasitəsinin olduğunu görmüşdür. Lakin qeyd olunan qablaşmaları açmamış və içərilərində nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən baglamadakı məhsulları anası üçün aldığını demiş və əl çantası kiçik ölçülü olması ilə qeyd edilən bağlamanı Bakı şəhərinə gəldikdə özü ilə gətirib ona təhvil verməsini ondan xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs səmimiyyətinə inanıb bunun problem olmadığını Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evdə Təqsirləndirilən şəxs dəvət etdiyi qadınlarla əylənmişlər. Daha sonra əvvəlcə qadınlar, erkən saatlarda isə Təqsirləndirilən şəxs yaşadığı evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs özü gətirdiyi, içərisində 1 ədəd plastik qabda tomat pastasının, 2 ədəd kremin, 1 ədəd şüşə qabda keçi buynuzu bəhməzinin və 1 ədəd qutuda xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitəsi kimi bildiyi “lirika” göstəricili dərman vasitəsinin olduğu bir ədəd bağlama isə yaşadığı evin həyətində qalmışdır. 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gəlmişdir. 19 iyul 2023-cü İİ tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs çatdırmalı olduğu 1 ədəd plastik qabda tomat pastasının, 2 ədəd kremin, 1 ədəd şüşə qabda keçi buynuzu bəhməzinin və 1 ədəd qutuda xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitəsi kimi bildiyi “lirika” göstəricili dərman vasitəsini digər əşyaları ilə, yəni paltarları ilə birlikdə çantasının içərisinə qoymuş və həmin çantasını da 19 iyul 2023-cü il tarixdə Bakı şəhərinə gələrkən özü ilə gətirmişdir. Bakı şəhərinə gəlməmişdən qabaq İstanbul hava limanında olduğu vaxt Təqsirləndirilən şəxs ona zəng edərək gəlib-gəlməyəcəyini ondan soruşmuş, o, da İstanbul hava limanında olduğunu və Bakı şəhərinə gələcəyini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs da ona Heydər X1 qarşılayacağını demişdir. Bundan sonra 19 iyul 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş və həmin vaxt X11 Hava Limanında gömrük xidməti əməkdaşları çantasını yoxlamışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs ona verdiyi 5 ədəd qablaşdırmanın içərisindən səhv etmirsə, 750 qram kokain narkotik vasitəsi, 2-3 qram qurudulmuş marixuana narkotik narkotik vasitəsi, 2-3 qram həşiş qətranı, səhv etmirsə, 2-3 qram MDMA psixotrop maddəsi, 56 həb lirika göstəricili dərman vasitəsi aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hava limanının çıxış qapısının yanında dayanıb gözlədiyini görmüş və Təqsirləndirilən şəxs əli ilə işarə edərək onu saxlayacaqlarını bildirmiş və bununla əlaqədar Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsi üçün yanına gəlməsini demişdir. Təqsirləndirilən şəxs isə yanına gəlməyərək hava limanının ərazisindən uzaqlaşmışdır. 19 iyul 2023-cü il tarixdə gömrük yoxlaması zamanı çantasından aşkar edilərək götürülmüş təxminən 750 qram kokain narkotik vasitəsi, 2-3 qram qurudulmuş marixuana narkotik narkotik vasitəsi, 2-3 qram həşiş qətranı, 2-3 qram MDMA psixotrop maddəsi, 56 həb lirika göstəricili dərman vasitəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur və həmin əşyaları da Bakı şəhərinə gətirib təhvil verməsi üçün Təqsirləndirilən şəxs özü şəxsən ona təhvil vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi bağlamanın içərisində sadəcə “lirika” göstəricili dərman vasitəsinin olduğunu bilmişdir. “Lirika” dərman vasitəsini də sadəcə xərçəng xəstələrinin müalicəsində istifadə edilən dərman vasitəsi kimi bilmişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi bağlamanın içərisində narkotik vasitələrin və psixotrop maddələrin olması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Bu barədə həmin fakt gömrük xidməti əməkdaşları tərəfindən aşkar edildikdən sonra bilmişdir (cild 2, iş vərəqi 204-208). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, DGK X15 Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş təlimçi vəzifəsində işləyir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili ondan Dur Özer adlı şəxsi “yaşıl kanal”-dan “qırmızı kanal”a yönləndirməyini xahiş etmişdir. Şəxsin üzərində olan çantalara baxış keçirilmişdir. Çantalara baxışı inspektor keçirmişdir. Şahid5 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımıram. Dur Özer adlı şəxsi tanıyır və sonuncunun saxlanılmasında iştirak etmişdir. Dur Özeri “yaşıl kanal”-dan “qırmızı kanal”-a yönləndirmişdir. “Qırmızı kanal”-da şəxsin üzərində olan çantalara baxış keçirilmiş və narkotik vasitə aşkarlanmışdır. Hadisə 2023-cü ildə baş vermişdir. Baxış zamanı Dur Özer adlı şəxs ilk başda narkotik vasitələrin aşkarlanmasına etiraz etsə də sonradan həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Dur Özer “Qırmızı kanal”-da əl hərəkətləri ilə çölə tərəf baxaraq tutulduğunu işarə etmişdir. Bildiyi qədərilə “Qırmızı kanal”-ın çölündə onu gözləyənlər olmuşdur. Sonuncunun telefonuna Tural adlı şəxs tərəfindən bir neçə dəfə zənglər daxil olmuşdur. Dur Özer üzərindən aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs gətirdiyini dindirmə zamanı bildirmişdir. Ancaq o, Dur Özerdən şəxsən həmin ifadəni eşitməmiş və dindirmədə iştirak etməmişdir. Dur Özerə məxsus olan pul vəsaitinin hansı çantadan aşkar olunduğunu dəqiq olaraq xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə növbəlik cədvəlinə uyğun olaraq X11 X12-1 gəliş zalında xidmət apararkən saat 2 radələrində şəxsiyyəti ona sonradan məlum olan Türkiyə Respublikası vətəndaşı Dur Özer çamadanı baqaj lentindən götürüb “yaşıl kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk edərkən X15 Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş təlimçisi Şahid5 tərəfindən “qırmızı kanala” yönləndirilmişdir. Dur Özer çamadanını və əlində olan sellofan paketi rentgen qurğusundan keçirmişdir. Qurğunun monitorunda şübhəli təsvirlər əks olunduğundan çamadan hal şahidlərinin iştirakı ilə yoxlamaya cəlb edilmişdir. Yoxlama zamanı üzərində “ÖZER” sözü yazılmış çamadanın içərisində şəxsi əşyaların arasında üzərində “Harry Potter” sözü yazılmış karton qutunun içində şəxsi gigiyenik əşyaların arasında üzərində “Lyrica 150 mg” sözü yazılmış dərman qutusu aşkar olunmuşdur. Həmin qutunun içində üzərində “Lyrica 150 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb və üzərində “Lyrica 300 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş və çamadanın içərisində olan şəxsi əşyaların arasından üzərində “Cerave” sözü yazılmış üz və əl kremi qutusunun içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 130 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “Repairing hare care” yazısı olan krem qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 112 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “erkan” yazısı olan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 202 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində hər hansı fərqlənmə nişanı olmayan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 138 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 10 qram olan tünd qəhvəyi rəngli bitki mənşəli və qara rəngli maddə, üzərində “keçiboynozu özü” sözləri yazılmış şüşə bankanın içərisindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 103 qram və 87 qram olmaqla ümumilikdə 190 qram 2 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və hal şahidlərinin iştirakı ilə götürülmüşdür. İlkin sorğu-sual zamanı Dur Özer aşkar olunmuş predmetlərin narkotik vasitələr olduğunu, özünə məxsus olduğunu, Tural adlı şəxsə çatdırmaq üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirdiyini bildirmişdir. Həmçinin Türkiyə Respublikası vətəndaşı Dur Özerin üzərində şəxsi yoxlama keçirilmiş və şəxsi yoxlama zamanı Dur Özerin üzərində hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, tərəflərindən saxlanılan şəxsin adı Dur Özer olmuşdur. Hadisə gecə 02:00-03:00 radələrində İstanbul reysində baş vermişdir. X24 reysindən qayıdan zaman orada xidmətdə olan digər əməkdaşlar şübhəli olduğu üçün onu Yaşıl dəhlizdən Qırmızı dəhlizə yönləndirmişlər. Qırmızı dəhlizdə Dur Özerə məxsus yük çantaları skan aparatından keçirilmişdir. Çantalara aparatdan keçirilən zaman əməkdaş skanda şübhəli təsvirlər əks olunduğunu bildirir və bu səbəbdən həmin yük çantalarına baxış keçirilir. Yük çantalarına keçirilmiş baxış nəticəsində iki ədəd krem qabından narkotik vasitələr aşkar olunmuşdur. Hətta baxış zamanı həmin krem qablarının bıçaqla açılması zərurəti yarandığından Dur Özer adlı şəxs “Sən krem qablarını açma, sənin əlinə bulaşasıdır. İmkan varsa verin mən özüm açım”-ifadəsini işlətmişdir. Baxış nəticəsində krem qablarının olan mayenin içərisində narkotik vasitə aşkar olunmuşdur. Baxış zamanı Dur Özer ona verilən suallara cavab olaraq “Mən sizdə məhşur olan ablaların kuaförüyəm”-deyə bildirmişdir. Dur Özer ilk başda krem qablarının içərisində narkotik vasitələrin olmasına etiraz etmişdir. Ancaq sonradan ona verilən suallara cavab olaraq krem qablarının içərisində narkotik vasitələrin olduğunu etiraf etmişdir. X27 otağa yerləşdirilən zaman o, çölə tərəf əlləri ilə fərqli işarələr etmişdir. Güman edir ki, çöldə onu kimsə gözləmişdir. Baxış keçirilən ərazi gömrük ərazisidir. Qapının çölü artıq gömrük zonası hesab olunmur. Şəxslərin ilk başda Qırmızı dəhlizdən keçmələri mütləq deyildir. Sadəcə olaraq şübhə yarandıqda onlar yoxlanılır. Baxış zamanı Dur Özer hər hansı konkret şəxsin adını çəkməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. Baxış zamanı Dur Özerin telefonuna zəng gəlmişdir. Ancaq onun telefonuna kimin zəng etdiyini görməmişdir. İbtidai istintaqda yazılan ifadədə olan imzalar ona məxsusdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təklifi ilə Dur Özeri qarşılamaq üçün 19 iyul 2023-cü il tarixdə təqribən saat 1:30-da hava limanına getmişlər. Hava limanında çöldə gözləyən vaxt Turala zəng gəlmiş, zəng edən Dur Özer olmuşdur. Sonuncu Turaldan vəkil tutmağını, narkotikə görə tutulduğunu bildirmişdir. Qorxduğu üçün Təqsirləndirilən şəxs əsəbləşmişdir. Daha sonra avtomobilə əyləşərək Təqsirləndirilən şəxs Şıxov qəsəbəsinə aparmışdır. Dur Özerdən aşkar edilmiş narkotik vasitələrdən əvvəlcədən məlumatı olmamışdır, sadəcə Təqsirləndirilən şəxs tanışı olduğu üçün onunla münasibət qurmuşdur. Şahid8 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Dur Özer, Tural və digər dostlar ilə bir neçə dəfə bir yerdə oturmuşlar. Dur Özerin narkotik vasitə ilə əlaqəsinin olduğundan xəbəri olmamışdır. Həmin hadisədən sonra Turalı görməmişdir. Dur Özer vəkil istəyəndə o, Turala demişdir ki, “ona vəkil tutma, bizim də başımıza dərd aça bilər”. X22 narkotik vasitə gətirməsindən xəbəri olmamışdır. X25 Komitəsinə şübhəli şəxs kimi çağırmışlar. Komitədə olan zaman ona sual-cavab etmişlər, ancaq həmin sualcavabları heç kəs qeyd etmir. İbtidai istintaq zamanı ifadə verərkən Dur Özerin və Təqsirləndirilən şəxs narkotik ilə əlaqələrinin olub-olmaması ilə bağlı heç nə deməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə Dur Ozeri qarşılamaq üçün xx.xx.2023-cü il tarixdə təqribən saat 01:30-da hava limanına getmişlər. X17 X23 narkotiklə saxlandığını demişdir. Bundan qorxduğu üçün Təqsirləndirilən şəxs əsəbləşmişdir. Daha sonra avtomobilə əyləşərək Təqsirləndirilən şəxs Şıxov qəsəbəsinə aparmışdır. Yolda olarkən Təqsirləndirilən şəxs məsələni izah etməsini dedikdə Təqsirləndirilən şəxs “Özer yandırdı özünü, saldı məni zibilə”-demişdir. Dur Özerdən aşkar edilmiş narkotik vasitələrdən əvvəlcədən məlumatı olmamışdır, sadəcə Təqsirləndirilən şəxs tanışı olduğu üçün onunla münasibət qurmuşdur (cild 1, iş vərəqi 116-119). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3 və X2 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar şahidlər Şahid5 və Şahid2 ifadələrinə oxşar ifadələr vermişlər (cild 1, iş vərəqi 253-255 və cild 2, iş vərəqə 1-3). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 19 iyul 2023-cü il tarixdə bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq İstanbul-Bakı aviareysi ilə gələn bir nəfər Türkiyə Respublikası vətəndaşına məxsus çamadana yoxlama keçirilməsində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişdir. Razılaşdıqdan sonra Rahib adlı digər hal şahidi ilə birlikdə yoxlamada iştirak etmişdir. Türkiyə Respublikasının vətəndaşı Dur Özerə məxsus çamadana keçirilən yoxlama zamanı üzərində “ÖZER” sözü yazılmış çamadanın içərisində şəxsi əşyaların arasında üzərində “Harry Potter” sözü yazılmış karton qutunun içində şəxsi gigiyenik əşyaların arasında üzərində “Lyrica 150 mg” sözü yazılmış dərman qutusu aşkar olunmuşdur. Həmin qutunun içində üzərində "Lyrica 150 mq” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb və üzərində Lyrica 300 mg sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş və çamadanın içərisində olan şəxsi əşyaların arasından üzərində “Cerave” sözü yazılmış üz və əl kremi qutusunun içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 130 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “Repairing hare care” yazısı olan krem qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 112 qram ağ rəngli narkotk vasitəyə bənzər maddə, üzərində “erkan” yazısı olan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 202 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində hər hansı fərqlənmə nişanı olmayan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 138 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 10 qram olan tünd qəhvəyi rəngli bitki mənşəlli və qara rəngli maddə, üzərində “keçiboynozu özü” sözləri yazılmış şüşə bankanın içində gömrük nəzarətində gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 103 qram və 87 qram olmaqla ümumilikdə 190 qram 2 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur (cild 2, iş vərəqi 7- 9). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Məmmədov X6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid6 ifadəsinə oxşar və eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, Dur Özerə məxsus üzərində “ÖZER” sözü yazılmış çamadanın içərisində şəxsi əşyaların arasında üzərində “Harry Potter” sözü yazılmış karton qutunun içində şəxsi gigiyenik əşyaların arasında üzərində “Lyrica 150 mg” sözü yazılmış dərman qutusu aşkar olunmuş, həmin qutunun içində üzərində “Lyrica 150 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb və üzərində Lyrica 300 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb aşkar edilmiş, daha sonra yoxlamanı davam etdirmiş və çamadanın içərisində olan şəxsi əşyaların arasından üzərində “Cerave” sözü yazılmış üz və əl kremi qutusunun içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 130 qram olan ağ rəngli narkotk vasitəyə bənzər maddə, üzərində “Repairing hare care” yazısı olan krem qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 112 qram ağ rəngli narkotk vasitəyə bənzər maddə, üzərində “erkən” yazısı olan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 202 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində hər hansı fərqlənmə nişanı olmayan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 138 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 10 qram olan tünd qəhvəyi rəngli bitki mənşəm və qara rəngli maddə, üzərində “keçiboynuzu özü” sözləri yazılmış şüşə bankanın içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 103 qram və 87 qram olmaqla ümumilikdə 190 qram 2 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və hal şahidlərinin iştirakı ilə götürülmüşdür (cild 1, iş vərəqi 15-17). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 3-16-16/2- 6/3899 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “TR vətəndaşı ... "Özer Dura... ” və s. yazılar olan 1 ədəd ağ kisədəki; -“1” saylı paketə qablaşdırılmış 1 ədəd p/e paketdə təmiz çəkisi 127,631 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir; -"2" saylı paketə qablaşdırılmış 1 ədəd p/e paketdə təmiz çəkisi 107,923 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir; -“3” saylı paketə qablaşdırılmış 1 ədəd p/e paketdə təmiz çəkisi 200,019 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir; - “4” saylı paketə qablaşdırılmış 1 ədəd p/e paketdə təmiz çəkisi 131,161 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir; 1 ədəd p\e paketdə təmiz çəkisi 3,202 qram sarımtıl-ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış MDMA ( metilendioksimatefetamin) maddəsidir; - “5” saylı paketə qablaşdırılmış 2 ədəd p/e paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 84,016 qram; 100,081 qram ağ rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir; 5 ədəd kağız paketə qablaşdırılmış 6 ədəd p/e paketdə ümumilikdə təmiz çəkiləri 750,831qram olan və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə- kokain müəyyən edildi. -“6” saylı paketə qablaşdırılmış üzərlərində “Lyrica 300mg'’ göstəriciləri olan 2 ədəd blistertə ümumilikdə 28 ədəd ağ-tünd qırmızı rəngli dərman kapsulları və üzərlərində "Lyrica 150mg” göstəriciləri olan 2 ədəd blistertə ümumilikdə 28 ədəd ağ rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan güclü təsir edən maddə- preqabalin müəyyən edildi. Kokain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına ( Siyahı İ), MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ), Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına (1 nömrəli əlavə) daxildir. Qeyd: Kokain ümumi 750,831 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 750,711 qram; Lyrica kapsulları ümumi 56 ədəd, tədqiqata sərf edildi 2 ədəd, qalıq 54 ədəd; MDMA təmiz çəkisi 3,202 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 3,102 qram (cild 1, iş vərəqi 66-67). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 3-16-16/2- 7/1039 №-li məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli torbada şərti olaraq 4 rəqəmi ilə nömrələnmiş qəhvəyi rəngli kağız paketdə 1 ədəd ağız hissəsi bağlanan polietilen paketdəki təmiz çəkisi-2,944qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi- 2,742 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəhəşiş qətranıdır. Qeyd: Marixuananın təmiz çəkisi-2,944 qram, tədqiqata sərf edildi0,02 qram, qalıq- 2,924qram. Həşiş qətranı təmiz çəkisi-2,742 qram, tədqiqata sərf edildi cəmi0,02 qram, qalıq-2,722 qram (cild 1, iş vərəqəi 72-73). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin 14 oktyabr 2024cü il tarixli, 6805 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2008-29 oktyabr 2008-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Nakoloji Mərkəzi” publik hüquqi şəxsində opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə stasionar şəraitdə müalicə kursu almışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən asılılıq əlamətləri aşkar olunmur. Bu onda narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin, abstinensiya, intoksikasiyanın, xarakterik inyeksiya izlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibətin olması ilə təsdiq olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 201-202). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Honor” markalı mobil telefona baxış keçirilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor” markalı mobil telefonun “Şəkillər” bölməsində istifadə üçün hazırlanmış narkotik vasitə kokainə bənzər 3 ədəd fotoşəkil aşkar edilmişdir (cild 2, iş vərəqi 50-51). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor X5 Plus” markalı mobil telefona əlavə baxış keçirilməsi haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Honor X5 Plus” markalı mobil telefonun üzərində “Azerfon” mobil operatoruna məxsus 1 ədəd sim kartın olduğu və həmin sim kart işlək vəziyyətə gətirildikdə ***-***-**-** saylı olduğu müəyyən edilmişdir. Telefonun “Qalareya” bölməsinə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdən sonra, yəni 30 aprel, 17 may və 8 sentyabr 2024-cü il tarixlərdə çəkilmiş iş üzrə əhəmiyyət kəsb etməyən fotoşəkillərinin olduğu müəyyən edilmişdir. Telefonun "Qalareya” bölməsinə baxış zamanı istifadə üçün hazırlanmış kokain narkotik vasitəsinə oxşar maddənin 9 sentyabr 2024-cü il tarixli 3 ədəd fotoşəklinin olduğu müəyyən edilmişdir (cild 3, iş vərəqi 8-15). Cinayət işinin materiallarında olan Dur özerin sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Dur Özer 2023-cü ilin aprel ayından etibarən 5 dəfə hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına gəlmiş, sonuncu dəfə 19 iyul 2023-cü il tarixdə X11 Hava Limanı vasitəsilə Azərbaycan Respublikasına daxil olmuşdur (cild 1, iş vərəqi 42-48). Cinayət işinin materiallarında olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş X11 Hava Limanının videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi haqqında 1 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan görüntülərə baxış zamanı 19 iyul 2023-cü il tarixdə Dur Özerin yaşıl kanal vasitəsilə gömrük nəzarətini tərk etmək istədiyi, gömrük əməkdaşı tərəfindən qırmızı kanala yönləndirildiyi, çantasını rentgen qurğusundan keçirdiyi, yaranmış şübhə əsasında çantaya ilkin baxış keçirilməsi, çantada şübhəli predmetlərin olması ehtimal edildiyindən Dur Özerin yoxlama otağına yönləndirildiyi, daha sonra Dur Özerin onu hava limanının çıxışında gözləyən Təqsirləndirilən şəxs əli ilə saxlanıldığını göstərməsi barədə işarələr etməsi (boynunu sıxması, əli ilə qandal işarəsi verməsi və s.) müəyyən edilmişdir (cild 1, iş vərəqi 166-171). Cinayət işinin materiallarında olan Dur Özerə məxsus 1 ədəd “İphone 8” markalı mobil telefona baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “WhatsApp” proqramında olan yazışmalara əsasən Dur Özerin mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə əlaqədə olduğu, Təqsirləndirilən şəxs Şahid1 Bakı şəhərinə gəlmək üçün aviabilet aldığı, 19 iyul 2023-cü il tarixdə Tural X16rşılamaq üçün X11 hava limanına getməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 77-81). Cinayət işinin materiallarında olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 6 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, tanıyan şəxs Dur Özer ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirib təqdim edilən fotoşəkillər arasında 4 nömrəsi ilə işarələnmiş fotoşəkildəki şəxsin narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etdiyi və təhvil verməli olduğu şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bildirmişdir. Bununla da Dur Özerin aşkar edilərək götürülmüş narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri təhvil aldığı və təhvil verməli olduğu şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqi 209-211). Cinayət işinin materiallarında olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2005-ci il tarixdən 10 iyun 2023-cü il tarixədək Rusiya Federasiyasına, Ukraynaya, İran İslam Respublikasına, X7 və Türkiyə Respublikasına səfərlər etmiş, sonuncu dəfə 17 iyun 2023-cü il tarixdə, saat 17:52-də X11 Hava Limanı vasitəsi ilə Azərbaycan Respublikasının Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və 18 iyul 2023-cü il tarixdə, saat 3:25-də X11 Hava Limanı vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə geri qayıtmışdır (cild 3, iş vərəqi 18-21). Cinayət işinin materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində müalicədə olmamışdır (cild 2, iş vərəqi 143). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 30 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 146-147). Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərara əsasən Dur Özerdən götürülmüş 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qalmış 750,711 qram kokain, 2,924 qram qurudulmuş marixuana, 2,722 qram həşiş qətranı narkotik vasitələri, 3,102 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, 27 həb “Lyrica 150 mg” və 27 həb “Lyrica 300 mg” kapsulları 28 iyul 2023-cü il tarixli, 3-33/3-1-033541/2023 nömrəli raportla və 01 avqust 2023-cü il tarixli “Maddi sübutun saxlanca verilməsi haqqında” aktla Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına saxlanca verilmişdir (cild 1, iş vərəqi 111-113, 143, 152). Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərara əsasən qeyd olunan narkotik vasitələrin, güclü təsir edən və psixotrop maddələrin aşkar edildiyi 1 çamadan, 5 qab və 1 qutu cinayətin törədilməsində vasitə olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün 28 iyul 2023-cü il tarixli, 3-33/2-013676/2023 nömrəli məktubla və 31 iyul 2023-cü il tarixli, 126S/2023 nömrəli “Malların anbara saxlanca qəbul edilməsi haqqında” aktla “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 111-113, 138, 146). Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 52-53). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-998/2024 saylı hökmündən görünür ki, Türkiyə Respublikası vətəndaşı Dur Özer Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 206.3.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla Dur Özerə qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 52.1 və 52.1-1-ci maddələrinə əsasən, Dur Özer ona təyin edilmiş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması hökm edilmişdir. Həmin hökmlə iş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 750,711 qram narkotik vasitə kokain, 2,924 qram narkotik vasitə qurudulmuş marixuana, 2,722 qram narkotik vasitə həşiş qətranı, 27 həb “Lyrica 150 mg” və 27 həb “Lyrica 300 mg” kapsulları, 3,102 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan narkotik vasitələrin, güclü təsir edən və psixotrop maddələrin aşkar edildiyi 1 çamadan, 5 qab və 1 qutunun məhv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4481 ABŞ dolları, 1340 Türkiyə lirəsi, **********211713 nömrəli plastik kart, eləcə də, cinayət işinin materiallarında saxlanılan Dur Özere məxsus 1 ədəd “İphone 8” markalı, 03 ədəd “İphone 7” markalı mobil telefonlar Dur Özerin yaxın qohumlarına qaytarılması, X4 yaşadığı ünvanda axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 76 həb “stanozolol 10 mg” dərman preparatının məhv edilməsi nəzərə alınmışdır. İş üzrə məhkəmə xərcləri - cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 263 (iki yüz altmış üç) manat pul Dur Özerdən tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir (cild 4). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə axtarışda olduğundan saxlanılaraq istintaq orqanına təhvil verilmiş və həmin gün şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 147-148; cild 2, iş vərəqi 46 və 59-61). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilmişdir (cild 2, iş vərəqi 115-121). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan müvafiq olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə olan cinayət əməlləri həmin Məcəlləsinin 15.4cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı saxlanıldığı 11 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-998/2024 nömrəli hökmünə əsasən iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 750,711 qram narkotik vasitə kokain, 2,924 qram narkotik vasitə qurudulmuş marixuana, 2,722 qram narkotik vasitə həşiş qətranı, 27 həb “Lyrica 150 mg” və 27 həb “Lyrica 300 mg” kapsulları, 3,102 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan narkotik vasitələrin, güclü təsir edən və psixotrop maddələrin aşkar edildiyi 1 çamadan, 5 qab və 1 qutunun məhv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4481 ABŞ dolları, 1340 Türkiyə lirəsi, **********211713 nömrəli plastik kartın, eləcə də, cinayət işinin materiallarında saxlanılan Dur Özere məxsus 1 ədəd “İphone 8” markalı, 3 ədəd “İphone 7” markalı mobil telefonların Dur Özerin yaxın qohumlarına qaytarılması, X4 yaşadığı ünvanda axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 76 həb “stanozolol 10 mg” dərman preparatının məhv edilməsi nəzərə alınmalıdır. - Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon isə onun qohumlarına qaytarılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-998/2024 nömrəli hökmünə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 263 (iki yüz altmış üç) manatın Dur Özerden tutularaq dövlət nəfinə keçirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-998/2024 nömrəli hökmünə əsasən iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 750,711 qram narkotik vasitə kokain, 2,924 qram narkotik vasitə qurudulmuş marixuana, 2,722 qram narkotik vasitə həşiş qətranı, 27 həb “Lyrica 150 mg” və 27 həb “Lyrica 300 mg” kapsulları, 3,102 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan narkotik vasitələrin, güclü təsir edən və psixotrop maddələrin aşkar edildiyi 1 çamadan, 5 qab və 1 qutunun məhv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4481 ABŞ dolları, 1340 Türkiyə lirəsi, **********211713 nömrəli plastik kartın, eləcə də, cinayət işinin materiallarında saxlanılan Dur Özere məxsus 1 ədəd “İphone 8” markalı, 3 ədəd “İphone 7” markalı mobil telefonların Dur Özerin yaxın qohumlarına qaytarılması, X4 yaşadığı ünvanda axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 76 həb “stanozolol 10 mg” dərman preparatının məhv edilməsi nəzərə alınsın. - Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon isə onun qohumlarına qaytarılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-998/2024 nömrəli hökmünə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 263 (iki yüz altmış üç) manatın Dur Özerden tutularaq dövlət nəfinə keçirilməsi nəzərə alınsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar