Məhkəmə qərarları › İş №1(101)-1133/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1133/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1133/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkə vasitəsi ilə yazışaraq, «Əli» adlı şəxs ona Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adma istirahat parkında külli miqdarda, yəni təmiz çəkisi 1160 qram narkotik vasitə heroinin gizlədildiyi barədə məlumat verdikdən sonra o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə oradan götürüb əldə etməklə çantasında saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adma istirahat parkında Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına aparılmış, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əlində olan qara rəngli çantanın içərisindən külli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1160 qram (İkq 160qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvəllər Rusiya Federasiyasında yaşayıb orada çörək bişirən işləmişdir. Pandemiya dövrü ərzində Azərvaycana geri qayıdaraq, əslən olduğu Lənkəran şəhərində yaşamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 ay öncə, özünə iş tapmaq məqsədi ilə Bakı şəhərinə köçmüş və ünvan 5 ünvanında tək yaşayırmış. Onun «İnstaqram» sosial şəbəkəsində öz səhifəsi vardır və həmin sosial şəbəkədə o, “Aidə” adı ilə qeydiyyatdan keçmişdir. Təxminən bir ay öncə «İnstaqram» sosial şəbəkəsində bir nəfər “Əli” adlı şəxslə tanış olmuşdur. Tanışlıq zamanı «Əli» adlı şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək, ona Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirilən narkotik vasitələrini götürüb bölərək, yenidən ayrı-ayrı yerlərdə gizlədib bunun əvəzində isə ona pul verəcəyini bildirmiş və o, həmin «Əli» adlı şəxslə razılaşmışdır. «Əli» adlı şəxslə o, özünə məxsus olan «Samsung» markalı üzərində ***-***-**-** nömrə olan telefonla «WhatsApp» sosial şəbəkə vasitəsi ilə bir-bizinə səsyazma göndərib danışırmışlar. «Əli» adlı şəxs ona təxminən 4-5 dəfə iri həcmli narkotiklər göndərmiş və o, həmin narkotiki xırda paylara ayıraraq Əlinin bildirdiyi ünvanlarda gizlədirmiş, bunun əvəzində isə Əli dəfələrlə pul ödənişləri etmişdir. «Əli» adlı şəxs ödəyəcəyi pulları narkotikləri gizlətdiyi ünvanlarda qoyurmuş, o, isə narkotiklə bərabər pulları da götürürmüş. «Əli» adlı şəxsin sifətini o, bir dəfə də olsun belə görməmişdir. xx.xx.2022-ci il tarixdə «Əli» adlı şəxs ona «X1» adına istirahət parkının yanında narkotik vasitənin gizlətdiyini, həmin narkotik vasitə heroini götürüb bölərək, digər ünvanlara aparmasını xahiş etmiş və o, sonuncu ilə razılaşmışdır. Həmin gün təxminən saat 23 radələrində o, Əlinin bildirdiyi yerdə parkın içərisində ağacın dibində içərisində narkotik vasitə heroin olan yekə bükümü götürürək çantanın içərisinə qoymuş və yoluna davam etmişdir. Artıq axşam saatları olduğundan hiss etmiş ki, onu güdən var və bu səbəbdən istifadə etdiyi “Samsung” markalı üzərində ***-***-**-** mobil telefonunu tez bir zamanda çöldə dəqiq xatırlamadığı yerdə atmış, sonradan çantasında olan narkotik vasitəni də atmaq istədikdə, polis əməkdaşları onu yaxalamış və özlərini təqdim edərək, üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-nə aparmışlar. Orada ona müdafiəçi təyin edilmiş, daha sonra öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək, video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri- qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əlindəki qara rəngli çantasının işərisindən bir ədəd şəfaf sellofana bükülmüş böyük ölçülü bükümü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin göstərişi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində sonuncunun gizlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adına istirahət parkından götürdüyünü, götürdükdən sonra «Əli» adlı şəxslə əlaqə saxlayaraq kimə çatdırılmasını öyrənəcəyini söyləmişdir. Üzərindən aşkar olunmuş maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra əl çantasındakı bütün əşyaları bir ədəd kiçik ölçülü elektron tərəzini, bir ədəd qara rəngli qapı açarını, «Million» ödəniş terminalından təqdim olunmuş 1380 manatlıq qəbzi, «Covid-19» vaksinasya pasportunu və onun laminasya olunmuş surətini, 03 ədəd alışqanları, qırmızı rəngli pul kisəsini və içərisində olan 5 manatlıq pul əskinazını çıxararaq, təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin, üzərində dövriyyəsi qadağan olunmuş digər bir əşya aşkar olunmamışdır. Daha sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvan 2nvanına baxış keçirilmiş, lakin oradan dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmişdir. Lakin, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ittihamda qeyd edildiyi kimi 1160 qram olmamış, onun üzərində aşkar edilən narkotik vasitənin miqdarı təxminən 400 qram olmuşdur. Məhkəmədən himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman, xx.xx.1977-ci il təvəllüdlü Lənkəran şəhərində anadan olmuş, Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 115-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 79, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında özündən və həmkarı Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və o, sonuncu ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adına istirahat parkına getmişdir. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, satma, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elgün Aburəhimova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş böyük ölçülü bükümü, bir ədəd gümüşü rəngli elektron tərəzini, bir ədəd qara rəngli açarı, bir ədəd qəbzi, «Covid-19» vaksinasiya pasportunu, 03 ədəd alışqanı, bir ədəd qırmızı rəngli pul kisəsini, pul kisəsinin içərisində olan bir ədəd 5 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni o, İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin göstərişi ilə xx.xx.2022ci il tarixdə saat 23 radələrində sonuncunun gizlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adına istirahət parkından götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofanda bir ədəd büküm təhqiqatçı tərəfindən açılmış, içərisində maddə kütləsi və bir ədəd elektron tərəzi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman, xx.xx.1977-ci il təvəllüdlü Lənkəran şəhərində anadan olmuş, Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 115-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 79, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında özündən və həmkarı Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və o, sonuncu ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adına istirahat parkına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, satma, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elgün Aburəhimova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş böyük ölçülü bükümü, bir ədəd gümüşü rəngli elektron tərəzini, bir ədəd qara rəngli açarı, bir ədəd qəbzi, «Covid-19» vaksinasiya pasportunu, 03 ədəd alışqanı, bir ədəd qırmızı rəngli pul kisəsini, pul kisəsinin içərisində olan bir ədəd 5 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni o, İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin göstərişi ilə xx.xx.2022ci il tarixdə saat 23 radələrində sonuncunun gizlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adına istirahət parkından götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofanda bir ədəd büküm təhqiqatçı tərəfindən açılmış, içərisində maddə kütləsi və bir ədəd elektron tərəzi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/270 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №175» dairəvi möhür əksi və imzalar olan paketdəki bir ədəd bağlamada təmiz çəkisi 1160 qram (01 kq 160 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Resupblikası DİN Zərflər üçün №175» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi» yazısı və imzalar olan zərfdəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bağlamadakı heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyhasına (Siyahı İ) daxildir. (iş vərəqə: 48-52) Cinayət işi üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1292 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 118-119) İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 731 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müsissələrə müraciət etməmiş, onda hər-hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə: 120-123) İş materiallarında olan «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 7- ci PB-nin CA üzrə baş ə/m, polis kapitanı Şahid1 və Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid2 iştirakları ilə Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elgün Abdurəhmanov tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantasının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş böyük ölçülü bükümü, bir ədəd gümüşü rəngli elektron tərəzini, bir ədəd qara rəngli açarı, bir ədəd qəbzi, «Covid-19» vaksinasiya pasportunu, 03 ədəd alışqanı, bir ədəd qırmızı rəngli pul kisəsini, pul kisəsinin içərisində olan bir ədəd 5 manatlıq pul əskinas aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni o, İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin göstərişi ilə xx.xx.2022ci il tarixdə saat 23 radələrində sonuncunun gizlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən «X1» adına istirahət parkından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofanda bir ədəd bükümün içərisində olan kütlə və bir ədəd elektron tərəzi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. (iş vərəqə: 32-35) İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə CD diskə baxış keçirilmiş, qeyd edilən protokol onun özü və müdafiəçisi tərəfindən imzalanmışdır. (iş vərəqə: 143-144) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X4 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X4 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə təqsirli bilsə də, narkotik vasitənin miqdarının ittihamda qeyd edildiyi kimi, 1160 qram deyil, təxminən 400 qram olması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini müəyyən qədər yüngülləşdirməyə yönəlməklə həqiqəti əks etdirmir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/270 №li rəyi, «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2022-ci il tarixli protokol, xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokol və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Eləcə də, Təqsirləndirilən şəxs götürülmüş 1160 qram narkotik vasitə heroinin miqdarı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması və çəkisini ölçmək üçün aşkar edilən tərəzi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə: 113) İş materiallarında olan AZ-İİİ seriyalı 066701 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 11717744 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 adında bir azyaşlı övladı vardır. (iş vərəqə 123-a) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşamışdır, bir uşaq anasıdır və müsbət xarakterizə olunur. (iş vərəqə 123) Məhkəmə Təqsirləndirilən şəxs oğlu ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X6»in xx.xx.2022-ci il tarixli, 1292 №li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 1159,8 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «Şəxsi axtarış və götürmə barədə» protokolu özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli, 4(001)-40/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 yanvar 2022-ci il tarixdən, saat 01:30dan hesablanmışdır. (iş vərəqə 19-20; 81-85) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 1159,8 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov Düzdür: Məhkəmənin hakimi: Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar