Məhkəmə qərarları › İş №1(101)-1133/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1133/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1133/2024 19.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X1 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “As Leqal” vəkil bürosunun vəkili Müdafiəçi2, Qanuni nümayəndə: Qanuni nümayəndə (Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatanadək) iştirakları ilə, xx xxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ev 14A qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxx 1999-cu ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bılıx kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birgə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin satışını təmin etmək məqsədi ilə qoyulacaq ünvanlar barədə məlumat alıb həmin ünvandan götürüb digər ünvana aparmaq barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 18 saylı ünvanın qarşısında gizlədilmiş 4500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib daşımaqla üzərində saxlamış, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 18 saylı ünvanın qarşısında saxlanılıb Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 9 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirilərək üzərlərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli sellofan paketin içərisindən 02 ədəd qara rəngli sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 2350 qram və 2150 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4500 (4kq 500 qram) qram olan tozşəkilli maddə kütlələri şəklində kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birgə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin satışını təmin etmək məqsədi ilə qoyulacaq ünvanlar barədə məlumat alıb həmin ünvandan götürüb digər ünvana aparmaq barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 18 saylı ünvanın qarşısında gizlədilmiş 4500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib daşımaqla üzərində saxlamış, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 18 saylı ünvanın qarşısında saxlanılıb Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 9 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirilərək üzərlərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əlində olan göy rəngli sellofan paketin içərisindən 02 ədəd qara rəngli sellofan bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 2350 qram və 2150 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4500 (4kq 500 qram) qram olan tozşəkilli maddə kütlələri şəklində kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Tofiq adlı İİR vətəndaşı ona narkotik vasitə verməyi, onun da narkotik vasitələrin satışı ilə məşğul olması üçün tez-tez təkid etmişdir. O, həmin şəxsin təklifini dəfələrlə rədd etmiş, onun düşündüyü kimi bir insan olmadığını, təklif etdiyi işlə məşğul ola bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq, onun həmin müddətdə 5 nəfərə borcu olmuş, həmin şəxslərdən bir neçəsi borca görə onu sıxmağa başlamış və borcunu qaytarmasını tələb etmişlər. Həmin İİR vətəndaşı ona “Whatsapp” proqramı vasitəsilə zəng edib 500 manat pul müqabilində 150 qram narkotik vasitə marixuananı “28 May” ərazisindən götürüb Əhmədli qəsəbəsinə aparmasını təklif etmişdir. O da həmin şəxsin təklifi ilə razılaşmış, bir dəfə narkotik vasitəni daşımaqla heç nə olmayacağını, borcunu qaytarıb yüngülləşəcəyini düşünmüşdür. O, narkotik vasitəni götürməyə gedən zaman İran vətəndaşının göndərdiyi ünvana çatanda həmin ərazinin dalan olduğunu görmüş və tutulacağını hiss etmişdir. O, bunun bir tələ olduğunu, İran vətəndaşının dediyi yerdəki narkotik vasitənin ona deyildiyi kimi 150 qram deyil, daha artıq çəkidə olduğunu anlamış və buna görə də həmin bağlamanı götürmədən geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 onun dostu olmuş, o, Sənana qohumundan pul götürməli olduğunu demiş və maşını ilə onu qohumunun evinə aparmasını xahiş etmişdir. Həmin vaxt onun Sənana da borcu olmuş, pulu götürüb onun borcunu qaytaracağını demişdir. Sənan razılaşıb, onu dediyi ünvana aparmış, lakin özü maşından düşməyib maşında onu gözləmişdir. O, gedib ünvanda göstərilən yeri tapmış, həmin yerin dalan ərazi olduğunu görmüşdür. Belə ki, həmin yer binanın həyəti olmuş, o, məhəlləyə girəndə orda olan kütlənin ona deyilən kütlə olmadığını anlamışdır. O, qayıdanda ağacın arxasında bir neçə şəxsin gizləndiyini görmüş, həmin şəxslər çıxdıqları yerdən qaça-qaça onun üstünə gəlib onu yerə yıxmış və qolunu tutmuşlar. Həmin şəxslərdən biri ona tərəf gəlib, əlində heroin adlanan narkotik vasitəni göstərib “bunu qoyub hara gedirsən, bu sizin deyil?” deyə soruşmuş və onun üstünə atmışdır. Maşınla dönərək onu giriş tərəfə gətirmişlər və o, həmin vaxt Sənanı da tutub yerə yıxdıqlarını görmüşdür. Onlar tutulan zaman o, İran vətəndaşı kimi tanış olduğu şəxsin də həmin məhəllədə olduğunu görmüşdür. O, tutulandan sonra həmin şəxsi görmüş, həmin şəxsin qollarında döymə olmuş, həmin şəxs polis olmamışdır. O, həmin şəxslə whatsapp proqramı vasitəsilə görüntülü danışmış, ona görə də həmin şəxsi tanımışdır. Onları zorla maşına mindirib Nərimanov RPİ-nə aparmışlar. Onları əməliyyat rəisi Qanuni nümayəndə otağına aparmışlar, həmin şəxs Qanuni nümayəndə paltarını dəyişmiş, “gözləyin, iş paltarımı geyinim. Elə bilirsiniz ki, qapının qarşısında 5 təcili yardım maşınını boşuna saxlamışıq?” deyərək, bu sözlərlə onlarda hədə-qorxu hissi yaratmışdır. Onları ayrı-ayrı otağa salıb orada əgər narkotik vasitəni boyunlarına almasalar həmin narkotik vasitəni evlərindən çıxaracaqlarını, ata-analarını onlarla əlbir kimi bu işə qoşacaqlarını dedikləri üçün onlar da məcbur qalıb sənədlərə qol çəkmişlər. Onun 17 yaşı olmuş, 4 kq narkotik vastənin nə olduğunu bilməmiş, paltar almaq və s. ehtiyaclarını ödəmək üçün yaranmış borclarını ödəmək üçün bu yola əl atmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tutulan zaman fəhlə işləmiş, təhsil almamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulan gün evdə istirahət etmək üçün işdən icazə almış, axşam tərəfi dostu Sadiq “whatsapp” proqramı vasitəsilə ona zəng edib, Nərimanov rayonuna qohumugilə getmək istədiyini bildirmişdir. O, niyə gedəcəklərini soruşmuş, Sadiq də orada bir şey olduğunu, onu götürüb qayıdacaqlarını demişdir. O, yorğun olduğunu, istirahət etdiyini bildirmiş və taksi və ya başqa maşın ilə getməsini xahiş etmişdir. Sadiq təkidlə onunla birlikdə getməyini xahiş etmiş, o da məcbur qalıb razılaşmışdır. Onlar maşına oturub Nərimanov rayonuna getmişlər. Ünvana çatandan sonra Sadiq maşından düşüb getmiş, ona da gözləməsini tapşırmışdır. O da maşından düşüb telefonla məşğul olmağa başlamış, daha sonra Sadiqin üzü ona tərəf qayıtdığını görmüş, o, Sadiqə baxan zaman, polis əməkdaşları gəlib onları tutmuşlar. Onun narkotik vasitə ilə heç bir əlaqəsi olmamış, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulan zaman polis əməkdaşları ona qarşı da təzyiq göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması və mütəmadi olaraq üzərində psixotrop maddə və narkotik vasitə daşıması barədə Nərimanov RPİ-nin NMB-nə əməliyyat məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı əməliyyat qrupu yaradılmışdır. 24 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axşam saatlarında ünvan 4 ünvanın qarşısında hərəkətdə olan zaman xarici görünüşcə Təqsirləndirilən şəxs1 və yanında olan Təqsirləndirilən şəxs2 onların tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə dəvət olunmuşdur. Bölmədə hər iki şəxs raportla təhqiqat şöbəsinə təhvil verilmişlər. Bundan sonra onların üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı Sənan Qudatovun üzərindən heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 əlindəki göy rəngli sellofan torbanın içindən iki ədəd qara sellofon bağlamada narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər saxlanılan zaman onlardan biri qaçmağa cəhd göstərmişdir. Sadiq üzərindən aşkar olunan narkotik vasitə ilə bağlı bildirmişdir ki, narkotik vasitəni İİR-nın vətəndaşından 500 manat müqabilində, Nərimanov rayonundan götürüb Əhmədli qəsəbəsi ərazisində hər hansı yerə qoyub, həmin yerin ünvanını da iranlı şəxsə göndərmək üçün götürmüşdür. Təqsirləndirilən şəxslərə heç bir təsir, təzyiq olmamış, Sadiq Sənanın nəyin arxasınca getdiklərini bildiyini, “malı” götürüb ünvana çatdırdıqdan sonra əldə olunacaq 500 manat qazancı bir yerdə xərcləyəcəklərini demişdir. Təqsirləndirilən şəxsləri binaların arasında saxlamışlar. Şahid2 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, bu hadisə ilə bağlı əvvəlcədən əməliyyat məlumatı olmamış, ya həmin gün, ya da hadisədən 1 gün qabaq əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxslər saxlanılan zaman aralarında təxminən 2-3 metr məsafə olmuş, onlardan birini Rəşad, digərini isə o tutmuşdur. Keçirilən əməliyyat zamanı şəxsin üzərində narkotik vasitə olacağını əvvəlcədən bilmiş, əməliyyat zamanı da Sadiqin əlində sellofon torba ilə gəldiyini görmüşlər. Sadiq onları görüb qaçmağa çalışmış, bununla da Sadiqin əlindəki torbada qanunsuz əşya olmasını yəqin etmişlər. Onları saxladıqları yerdə təqsirləndirilən şəxslərə özlərini təqdim etmiş, həmin şəxslər yayınmağa çalışdıqları üçün qollarından tutub, maşına otuzdurub idarəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə oxşar məzmunda ifadə vermiş və onun ifadəsində göstərilən halları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 iyun 2023-cü il tarixdə axşam saatlarında Sadiq adlı şəxsin narkotik vasitələrin alışı-satışı və dövriyyəsi ilə məşğul olması barədə onun işlədiyi idarəyə əməliyyat məlumatı daxil olmuş, onlar X3 küçəsi tərəfdə “Beer Baku” adlanan yerin arxasına getmişlər. Sadiq adlı şəxs orada böyük bir paketi götürmüş, yanında digər təqsirləndirilən şəxs Sənan da olmuşdur. Onlar həmin şəxslərə özlərini təqdim edib, idarəyə dəvət etmiş və təhqiqatçının otağına təhvil vermişlər. Həmin şəxslər üçün müdafiəçilər dəvət olunmuş, həmçinin saxlanılan şəxslərdən biri azyaşlı olduğuna görə valideyni də dəvət olunmuşdur. Saxlanılan şəxslərin üzərindən narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, ekspertizanın rəyindən sonra həmin maddənin narkotik vasitə heroin olduğu müəyyənləşmişdir. Saxlanılan şəxslərin bildirdiyinə görə qeyd olunan narkotik vasitəni 500 manat pul müqabilində Nərimanov rayonundan götürüb Əhmədli qəsəbəsinə aparmalı imişlər. Sənanın üstü boş olmuş, lakin həmin şəxslər ikisi bir yerdə tutulmuş, narkotik vasitəni deyilən ünvana bir yerdə yerləşdirib, pulu da birlikdə xərcləyəcəklərini bildirmişlər. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxslər saxlanılan zaman heç bir müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən də heç bir təzyiq göstərilməmişdir. Əməliyyat zamanı onlar 3 nəfər olmuş, qrupun rəhbəri Şahid2 olmuşdur. Onlar əməliyyat zamanı Sadiq adlı şəxsin məhəllənin içində paket götürdüyünü görmüş və ona yaxınlaşaraq saxlayıb, idarəyə aparmışlar. Həmin paketi Sadiq adlı şəxs götürmüş, Sənan da onun yanında olmuşdur. Saxlanılan şəxslər qaçmağa cəhd etsələr də onlar buna imkan verməmiş və həmin şəxsləri saxlayaraq idarəyə təhvil vermişlər. Daxil olmuş əməliyyat məlumatı Sadiq barəsində olmuş, həmin saatda həmin əraziyə narkotik vasitənin götürmək üçün gələcəyi bildirilmiş, lakin onlar narkotik vasitəni qeyd olunan mənbəni və narkotik vasitəni həmin ünvana qoyan şəxsi aşkar edə bilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə Nərimanov Rayon Polis İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əlində olan göy rəngli sellofan paketin içərisindən 02 ədəd qara rəngli sellofan paketdə narkotik vasitə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (cild İ, i/v: 64-66) - “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 01 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2l oğlunun üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın arxa sağ cibindən bir ədəd qəhvəyi rəngli pul kisəsini, sağ yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu, sol yan cibindən bir ədəd qol saatını çıxararaq masanın üzərinə qoyması, onun təqdim etdiyi pul kisəsinin içərisindən isə 01 ədəd 10 manatlıq pul əskinası, sürücülük vəsiqəsi, 01 ədəd ATB bank kartı, 01 ədəd Bakı kart metro kartının aşkar edilməsi, həmçinin Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən 01 ədəd 20 manatlıq pul əskinası, “Bakı kart” metro kartı, sol yan cibindən isə “İphone” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyması, əlində olan göy rəngli sellofan paketin içərisində olan 02 ədəd qara rəngli sellofan paketə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyması müşahidə olunmuşdur. (cild İ, i/v: 174-175) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və videogörüntülərin “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli, həmçinin “Diskə baxış keçirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli protokolların məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. - “Mobil telefona baxış keçirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı “Whatsapp” proqramının Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi, “WhatsApp” proqramında +98 ********** saylı və +98 ********** saylı İran İslam Respublikasına məxsus mobil nömrələr ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda telefon danışıqlarının, narkotik vasitənin əldə edilməsi və işarələnmiş ünvanlara qoyulması barədə yazışma, səs yazısı və məkan bildirimlərinin göndərilməsi aşkar edilmişdir. (cild İ, i/v: 176-182) - Məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 6/3544 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar edimiş büküm şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan polietilen bağlamadaki 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2350 qram və 2150 qram, ümumi təmiz çəkisi 4500 qram (4kq 500qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (cild İ, i/v: 71-76) - Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 4867 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 243-244) - Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 4868 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 245-246) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2118 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli- intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışım iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs1 ünsiyyətçillik, situativlik, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməli törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. (cild İ, i/v: 247-249) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 2119 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 Öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 250-251) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirli olması özlərinin qismən etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il Azərbaycan Respublikası Qanununun və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavənin güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»da (İ siyahı) nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə aşkar olunan narkotik vasitənin çəkisi ilə yanaşı, İİR-nın vətəndaşı ilə mobil əlaqələri, həmin şəxsin tapşırığı əsasında ünvana yerləşdirilmiş narkotik vasitəni deyilən ünvana çatdırma qarşılığında onlara müəyyən məbləğdə pul vəd edilməsini, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda olan yazışmalar, narkotik vasitələrə dair müxtəlif ünvanların göndərilməsini əks etdirən təsvirlərin mövcudluğu təqsirləndirilən şəxslərin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 ümumiyyətlə narkotik vasitə dalınca getməsindən xəbərsiz olmasını göstərsələr də, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İİR-nin vətəndaşı ilə əlaqə saxlayan şəxs olmuş və öz işini icra etmək üçün Təqsirləndirilən şəxs2la birlikdə fəaliyyət göstərmiş, həmçinin əldə edilmiş qazancı yarı bölmək niyyətində olmuşlar. Təqsirləndirilən şəxslər İİR-nin vətəndaşının göstərişi və tapşırığı əsasında hərəkət etmiş, əvvəldən sona qədər bütün proseslər məhz onun nəzarətində olmaqla onun tərəfindən yönəldilmişdir. Başqa sözlə təqsirləndirilən şəxslərin hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmuş və buna görə də, təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı təqsirləndirilən şəxslərin hər birinin məhkəmə iclasında verdikləri ifadələrinə ayrı-ayrılıqda qiymət verilməsini də zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində İİR vətəndaşının təkidlə onunla əlaqə saxlayıb, onu narkotik vasitələri satmağa məcbur etdiyini, onun dəfələrlə bu təklifi rədd etdiyini, lakin sonuncu dəfə borclarının olması ilə əlaqədar məcbur qalıb iranlı şəxsin təklifi ilə razılaşdığını, göndərilmiş ünvana yalnız 150 qram marixuana üçün getdiyini bildirsə də, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan, həmçinin həmin protokola əlavə edilmiş CD diskdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı sonuncu epizoddan əvvəl də narkotik vasitələrin müxtəlif ünvanlara yerləşdirilməsi ilə məşğul olmuş, belə ki, ona məxsus mobil telefon nömrəsinə 25 may tarixində “Whatsapp” proqramı vasitəsi ilə +98********** saylı mobil telefon nömrəsindən “Qaqan üçün xırda payok atda qaqam” məzmununda sms yazılması, həmin mesajın cavabında isə Təqsirləndirilən şəxs1 tərəfindən “Adam qalıb ki brat, tutdular hamısını, bir dənə mən qalmışam” məzmununda, həmçinin 24 iyun tarixində həm in nömrəyə “qaqa, nə qədər pul atacaqsan mənə” məzmununda sms göndərildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 İİR məxsus mobil nömrəyə “konum at” yazması, iranlı şəxsin konumu atdıqdan sonra ona “sen ana canı məni pis vəziyyətdə qoyma” yazması müəyyən edilmişdir. Həmçinin tədqiq edilən səs yazılarında Təqsirləndirilən şəxs1 +98********** mobil nömrəsinə “Ünvanı atarsan. Qardaşım, mən Xəzər rayonu Binə qəsəbəsində yaşayıram. Anarı da tanıyarsan astaralı, Astarxan Anar, mənim doğmaca əmimdir. Belə səninlə “svyazımız” çoxdandı, kurs qoymuşam, özün bilirsən. Məscidin yanında qalıram. Vəsiqəmi də atıram sənə. Sadəcə mənim vəsiqəmin vaxtı keçib, şəkilsizdir, amma yarayır də, sənin də işinə yarayır, mənim də... Atıram indi sənə vəsiqəmi. Kart da ki, dostumun kartı olacaq. Onun maşını ilə gedəcəyik. - Qada görmə qardaşım. Brat, yəni dəqiq söhbətdi də brat, yəni hər şey qaydasında gedəcəkmi, dəqiq söhbətdirmi? Yəni “kurs” qoyduğum adamlar var də, məndən narahat olacaq adamlar var, dalımca gələcək adamlar var, başa düşdün? - Ay brat, başına dönərəm sənin, qardaşım. Allah sənin ürəyinə görə versin qardaşım, niyə narahat olursan? Belə pis çıxmasın, məni çox oğlan tanıyır, Krasnodarda mən avara olmuşam, 7 nəfər oğrunun əziyyətini çəkmişəm. Onlara görə “sroka” getmişəm. Məni tanıyan tanıyır e, qardaşım. Sən məndən narahat olma brat. Yəni məni incitmə, incitmərəm səni, dəymə mənə, dəymərəm sənə. Yəni birbirimizin işin aşırdaq “vsyo”. Belə sənin yerin məndə ayrıdır. Belə qardaşlıq bir yana. - Qaqaş, bu söhbətə mən kursam e, brat. Kim mənim qardaşımın, mənim, ya mənə əmanət olunan şeyi batıra bilər e? Dəlisənmi, sən qardaşım? Sənin başına dönüm. Yəni deyirəm ki, məndən narahat olacaq adamlar var, başa düşdün? Belə pis çıxmasın, o maldan çox görmüşəm, çox oğlanlara “qret” eləmişəm. İndi götürəcəyimin 5 qatı qədər, başa düşdün? Pulsuz-parasız. Deməyim ondadır ki, məndən narahat olarlar ki, birdən mən yanaram, birdən bizi kimsə yandırar, ya nə nəsə başa düşdün? - Brat, mən evdəyəm. Bir dənə girim çimim çıxım. Sən də xəbər edərsən. - Hə brat, hə çıxmışam. ...... (nalayiq ifadə) Gəldik maşının yanına. Dostum Sənanla iş görürəm də, yəni iş görəndə, başa düşdün, indiyə qədər. Düzdür, 1-2 aydır zəifəm. Gəlmişik maşının açarı yoxdur. Şüvəlandadı, yarım saata gəlib çatır, narahat olma qardaşım. - Yarım saata çıxırıq qaqa, səbirli ol. - Ə yox e, qardaşım, taksiyə güvən olar mən ölüm? Sən Allah yandırıb eliyər adamı, lazım deyil. Çıxmışıq e, brat, məhəllədəyik. Yarım saata gətirsin versin açarı, maşınladı uşaq. - Brat, belə tanımıram oranı. 28-in yanın əlimin içi kimi tanıyıram. “Japaivla” bilmədim haranı deyirsən. Belə inşallah konum atarsan götürərik. - Ə brat, bomba kimi Çapayev, narahat olma qardaşım. Çapayevdə mənim çox günlərim olub orda, narahat olma. Çıxırıq indi brat, başına dönərəm narahat olma, gəlir. - Brat konum at. Mən bir dənə məhəllə içinə girmişəm, buralarda qalmışam. “Waze”lə görüm, ən qısa yolla ora necə çatıram, tez bazar. “Waze”də həm də göstərir də, ən “propka”sız yolu. Bu yolda aləm dəyib bir-birinə. - Ə, bomba kimi qaqa, asan yerdədir qardaşım. “Waze”də 9 dəqiqə göstərir ki, həmin yerdəsən. Yəqin ki, 10 dəqiqəyə ora çatırıq, narahat olma. Mən elə bildim ki, “tünlük” yerdir, rahat yerdədir. Götürən kimi sənə deyirəm. Bir dənə qurban olum, sən elə elə ki, mən onu bir dənə yerə atım, ya maksimum 2 dənə yerə atım. Başa düşdün? - Bir dənə təmkinli ol brat, səbirli ol, qardaşım. - Ə qaqa, tapdım şlaqbaumu, tapdım. Tələsmə də brat, sən yığırsan mənə, konumdan çıxır telefon” məzmunda səs yazıları göndərməsi müəyyən olunmuşdur. Başqa sözlə həmin səs yazıları ilə Təqsirləndirilən şəxs1 qarşısındakı şəxsi narkotik vasitəni ona həvalə etməklə düzgün qərar verdiyinə, ona təhvil verilən narkotik vasitələrlə bağlı heç bir problemin yaşanmayacağına dair inandırmaq üçün səy göstərməsi, əvvəllər də belə işlərlə məşğul olması, “cinayətkar aləmdə” hər kəsin onu tanımasını bildirməsi müəyyən edilir. Məhkəmə həmçinin həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 yalnız sürücü kimi həmin ünvana getdiyini, onun narkotik vasitədən ümumiyyətlə məlumatının olmaması, guya Təqsirləndirilən şəxs1 onun qohumunun evinə apardığını zənn etməsi, Sadiqin oradan pul götürüb Sənana olan borcunu qaytarması ilə bağlı ifadələrinə istinadən qeyd edir ki, yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs1 mobil telefonunda olan səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs1 iranlı kimi tanıdığı və narkotik vasitələri qeyd olunan ünvana yerləşdirmiş şəxsin ona ehtiyatlı olması, bir problem yaranmaması üçün ünvana etibarlı adamla getməsi ilə bağlı xəbərdarlığına cavab olaraq dostu Sənanla gedəcəyini, bank kartının da Sənana məxsus olmasını, ona narahat olmamasını, indiyə qədər iş görəndə dostu Sənanla iş gördüyünü bildirməsi müəyyən edilmişdir. Həmçinin yuxarıda qeyd olunan qeyd olunan səs yazıları ilə müəyyən edilir ki, qeyd olunan səs yazılarının bir çoxu avtomobil hərəkətdə olan zaman, göndərilmiş ünvanı tapmağa çalışan zaman göndərilmiş, başqa sözlə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yanında “Elə et ki, mən onu bir yerə atım, maksimum iki yerə atım” və s. kimi səs yazıları göndərmiş, belə olan halda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 guya qohumunun evindən pul götürmək üçün getməsinə inanması ağlabatan deyil. Həmçinin Təqsirləndirilən şəxs1 guya qohumugildən pul götürüb Sənana verəcəyi ilə bağlı ona vəd verməsi ilə bağlı ifadəsi də onu göstərir ki, narkotik vasitənin deyilən ünvanlara yerləşdirilməsinin qarşılığında əldə edəcəkləri pul vəsaitini bölmək niyyətində olmuşlar. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah edərək, narkotik vasitələri əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermişlər. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini həqiqətə uyğun hesab etmir və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və onlara qanunla müəyyən edilmiş qaydada təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 224-227) Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədən zaman Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmasını, Təqsirləndirilən şəxs2 isə gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 cinayət törədilən zaman yetkinlik yaşına çatmamasına baxmayaraq, onun cinayətin törədilməsində xüsusi rolunun olmasını, yəni İİR vətəndaşı ilə məhz onun əlaqə saxlamasını və Təqsirləndirilən şəxs2 da həmin işə məhz onun cəlb etməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetmiş və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onların hər birinin ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduqları 24 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə barələrində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxslərin hər biri qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4499,6 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4499,6 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanıl. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar