Məhkəmə qərarları › İş №1(101)-1134/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1134/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1134/2025 05.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər X12 və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Qarayeva Ləman Natiq qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X13, X5 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü il tarixli 7E-27064 nömrəli etibarnamə nümayəndəsi, “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçilər - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X19 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Lerik rayonu, Blaband kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətiimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə – Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməyə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 Rusiya Federasiyası, İran İslam Respublikası, Pakistan İslam və Türkiyə Respublikasından tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 15 fevral 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 16 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 ünvanında yerləşən ofisdə həmin dövrün məzənnəsi ilə 22100 manat təşkil edən 13000 ABŞ dolları, 03 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 21 saylı notariat kontorunda 85000 manat olmaqla, ümumilikdə 141100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. - Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 özünü tibbi ləvazimatların ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib ondan tibbi ləvazimatlar götürüb satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 3,50 manat olmaqla, ümumilikdə 10773 manat dəyərində 3078 ədəd şampun, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,17 qəpik olan 17000 manat dəyərində 100000 ədəd hamiləlik testi, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 14 manat olan 21000 manat dəyərində 1500 ədəd tanometr, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,32 qəpik olan 28416 manat dəyərində 88800 ədəd sistem şlanqları, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,09 qəpik olan 17820 manat dəyərində 198000 ədəd sistem şlankı (kəpənək), həmin gün bir ədədinin qiyməti 13,50 manat olan 20250 manat dəyərində 1500 ədəd tanometr, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,17 qəpik olan 17000 manat dəyərində 100000 ədəd hamiləlik testi, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 14 manat olan 21000 manat dəyərində 1500 ədəd tanometr, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,33 qəpik olan 49500 manat dəyərində 150000 ədəd sistem şlankı, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,91 qəpik olan 26208 manat dəyərində 28800 ədəd qoruyucu rezin, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,32 qəpik olan 48750 manat dəyərində 150000 ədəd sistem şlankı, həmin gün bir ədədinin qiyməti 0,132 qəpik olan 15840 manat dəyərində 120000 ədəd yara bantı, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 74800 manat dəyərində 600000 ədəd şpris, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,14 qəpik olan 33600 manat dəyərində 240000 ədəd yara bantı, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 40 manat olan 20000 manat dəyərində 500 ədəd elektro tanometr, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 75000 manat dəyərində 600000 ədəd şpris, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,18 qəpik olan 20160 manat dəyərində 112000 ədəd 10 qramlıq şpris, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 40 manat olan 4800 manat dəyərində 120 ədəd inqalyator, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 14 manat olan 2800 manat dəyərində 200 ədəd tanometr, xx.xx.2022ci il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 12750 manat dəyərində 102000 ədəd şpris, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 40 manat olan 8000 manat dəyərində 200 ədəd inqalyator, həmin gün bir ədədinin qiyməti 0,32 qəpik olan 32000 manat dəyərində 100000 ədəd sistem şlankı, xx.xx.2022-ci il tarixdə bir ədədinin qiyməti 0,09 qəpik olan 9900 manat dəyərində 110000 ədəd sistem şlankı (kəpənək), xx.xx.2023-ci il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 62625 manat dəyərində 501000 ədəd şpris, həmin gün bir ədədinin qiyməti 40 manat olan 12000 manat dəyərində 300 ədəd elektron tanometr, həmin gün bir ədədinin qiyməti 0,18 qəpik olan 8640 manat dəyərində 48000 ədəd 10 qramlıq şpris, həmin gün bir ədədinin qiyməti 14 manat 21000 manat dəyərində 1500 ədəd tanometr, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 30000 manat dəyərində 240000 ədəd şpris, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 36750 manat dəyərində 294000 ədəd şpris, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 5 manat 90 qəpik olan 23240 manat dəyərində 3920 ədəd multi qrip qida əlavəsi, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,285 qəpik olan 57000 manat dəyərində 200000 ədəd sistem şlankı, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,125 qəpik olan 9740 manat dəyərində 79200 ədəd şpris, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 5 manat 80 qəpik olan 29232 manat dəyərində 5040 ədəd qliserol dərman preparatı, həmin gün bir ədədinin qiyməti 6 manat 80 qəpik olan 6854 mant 40 qəpik dəyərində 1008 ədəd qliserol imalə yağı, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,17 qəpik olan 34000 manat dəyərində 200000 ədəd hamiləlik testi, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,32 qəpik olan 51200 manat dəyərində 160000 ədəd sistem şlankı, xx.xx.2023-cü il tarixdə bir ədədinin qiyməti 0,85 qəpik olan 12852 manat dəyərində 15120 ədəd yod olmaqla, ümumilikdə 385430 manat dəyərində tibbi ləvəzimatları Bakı şəhəri ərazisində müxtəlif yerlərdən götürməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 385430 manat olmaqla, külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. - Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 Pakistan Respublikasından tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 03 may 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 ünvanında yerləşən ofisdə həmin dövrün məzənnəsi ilə 71400 manat təşkil edən 42000 ABŞ dolları pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 küllü miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan savayı, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 xarici ölkələrdən tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 18 may 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 85000 manat təşkil edən 50000 ABŞ dolları, 12 iyun 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 85000 manat təşkil edən 50000 ABŞ dolları olmaqla, ümumilikdə 170000 manat pulu ünvan 4 ünvanının qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 xarici ölkələrdən tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 01 yanvar 2022ci il tarixdə həmin dövrün məzənnəsi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları, 23 fevral 2022-ci il tarixdə 30000 manat, 19 aprel 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 44200 manat təşkil edən 26000 ABŞ dolları, 10 iyul 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 15 iyul 2022-ci il tarixdə 100000 manat, 16 sentyabr 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 19 sentyabr 2022-ci il arixdə həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 14 oktyabr 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 15 aprel 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 20 aprel 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 03 iyun 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 04 iyun 2023-cü il tarixdə 100000 manat və 30 iyul 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dolları olmaqla, ümumilikdə 492000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan savayı, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs6 xarici ölkələrdən tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 18 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 54 saylı notariat kontorunda həmin dövrün məzənnəsi ilə 85000 manat təşkil edən 50000 ABŞ dolları pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. - Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" MMC-nin direktoru Nümayəndə1 özünü "xxxx" MMC-nin təsisçi direktoru və həmin MMC vasitəsilə tibbi ləvazimatların ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib ondan tibbi ləvazimatlar götürüb satıb pulunu 15 gün ərzində ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, "xxxx" MMC ilə "xxxx" MMC-nin arasında bağladığı 01 dekabr 2023-cü il tarixli müqavilə əsasında 06 dekabr 2023-cü il tarixdə 57900 manat, 07 dekabr 2023-cü il tarixdə 31980 manat, 12 dekabr 2023-cü il tarixdə isə 124770 manat olmaqla, ümumilikdə 214650 manat dəyərində tibbi vasitələri vahid niyyətlə əhatə olunan qəsdlə "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu Araz küçəsində yerləşən anbarından təhvil götürüb ələ keçirərək, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan savayı, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs7 özünü tibbi ləvazimatların ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib həmin biznes fəaliyyətinə yatırım etdiyi halda Pakistan və İran İslam Respublikasından tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 25 noyabr 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları və 15 dekabr 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları olmaqla, ümumilikdə 68000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 Pakistan Respublikasından tibbi preparatlar gətirib sataraq qazancı ilə birlikdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 25 dekabr 2023- cü il tarixdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Şəki” restoranında həmin dövrün məzənnəsi ilə 85000 manat təşkil edən 50000 ABŞ dolları, 03 mart 2024-cü il tarixdə ünvan 6 ünvanın yaxınlığın həmin dövrün məzənnəsi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları olmaqla, ümumilikdə 136000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan savayı, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs9 özünü tibbi ləvazimatların ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib həmin biznes fəaliyyətinə yatırım etdiyi halda birlikdə qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq 24 feyral 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 25 fevral 2024-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 27 fevral 2024-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 29 fevral 2024-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları, 07 mart 2024-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 11 mart 2024-cü il tarixdə Bakı şəhəri “Qara Qarayev” metrostansiyasının yaxınlığında 22000 manat, 12 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində 17000 manat olmaqla, ümumilikdə 200500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. - Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs10 özünü tibbi ləvazimatların ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib həmin biznes fəaliyyətinə yatırım etdiyi halda birlikdə qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, 16 aprel 2024-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, 2024-cü ilin aprel ayının sonlarında həmin dövrün məzənnəsi ilə 9350 manat təşkil edən 5500 ABŞ dolları, 2024-cü ilin aprel ayının sonlarında həmin dövrün məzənnəsi ilə 7650 manat təşkil edən 4500 ABŞ dolları, 2024-cü ilin may ayının əvvəllərində həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları olmaqla, ümumilikdə 52700 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 4)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, aralarında olan razılaşmaya əsasən tibbi ləvazimatların satışı ilə əlaqədar Zərərçəkmiş şəxs2 FMDİ firmasına 80000 manat borcu yaranmış, buna səbəb Təqsirləndirilən şəxs nisyə verilmiş malların dəyəri ilə əlaqədardır. Təqsirləndirilən şəxs həmin firmaya ödənilməli olan 80000 manat pulu ödəməyi və gələcəkdə yarana biləcək məsuliyyəti üzərində götürmüşdür. (Cild 1, iş vərəqi 6)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən əl yazma ilə yazılmış mətndən görünür ki, Təqsirləndirilən şəxs həmin mətndə Zərərçəkmiş şəxs2 Əbülfəz oğlundan xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında hissəhissə olmaqla tibbi vasitələr aldığını qeyd etmiş, xx.xx.2024-cü il tarixinə olan qalıq borcunun 412520 (dörd yüz on iki min) manat təşkil etdiyini, aldığı mala görə olan borcunun müəyyən hissəsini mal verməklə, digər hissəsini isə pul ödəməklə bağlayacağını, yəni 2024-cü ilin fevral ayında 100000 manat, mart və aprel aylarında 100000 manat, may və iyun aylarında 100000 manat, iyul, avqust və sentyabr aylarında isə qalan 11220 manat dəyərində mal və pul ödəməklə bağlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə mal və pul şəklində 27970 manat ödəmiş, xx.xx.2024-cü il tarixə olan borc 384550 təşkil etmişdir. Mətn Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqi 7)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 26)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 3M-1527 reyestr qeydiyyat nömrəli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs1 bankda olan depozit hesabı vasitəsilə borc alan Təqsirləndirilən şəxs 85000 (səksən beş min) manat məbləğində borc verir, borc alan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək borc verən Zərərçəkmiş şəxs1 notariusun bankda olan depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür və tərəflər kreditin faizsiz verilməsini şərtləndirir. (Cild 1, iş vərəqi 30)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 51)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 56)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Nümayəndə1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Nümayəndə1 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 74)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsidir. Həmin istintaq hərəkəti zamanı Nümayəndə1 Təqsirləndirilən şəxs qardaşı Şahid sonuncuya çatdırması üçün 214650 manat dəyərində tibbi vasitəni verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqi 79-81)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 01 №-li “Qiymət razılaşdırma” protokolundan görünür ki, satıcı- "xxxx" MMC-nin direktoru Nümayəndə1 alıcı- "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə vahidinin qiyməti 0,088983051 manat məbləğində olan 564000 ədəd “Şpris 2 ML DR.Union (20230820 Syringe 2 ml 25G*1)” məhsulunu 50186,44 manat, vahidinin qiyməti 0,093220339 manat məbləğində olan 408000 ədəd “Şpris 5 ML DR.Union (20230820 Syringe 5 ml 23G*1 1/4)” məhsulunu 380033,90 manat, vahidinin qiyməti 0,186440678 manat məbləğində olan 190000 ədəd “Sistem şlankı DR.Union” məhsulunu 35423,73 manat, vahidinin qiyməti 0,042372881 manat məbləğində olan ******* ədəd “Kəpənək №23 DR.Union” məhsulunu 58262,71 manat olmaqla 32743,22 manat əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 214650 (iki yüz on dörd min altı yüz əlli) manat məbləğində razılaşmışlar. (Cild 1, iş vərəqi 82-83)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, RD 01.12 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı- "xxxx" MMC-nin direktoru X9 təsərüffat mallarını qiymətlərin göstərilən qiymətlərlə satmağı, alıcı- "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs isə alınmış mal və materialların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 98-100)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “Sənədlərin təhvil-təslim edilməsinə dair” təhvil-təslim aktından görünür ki, satıcı- "xxxx" MMC-nin direktoru Nümayəndə1 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs vahidinin qiyməti 0,088983051 manat məbləğində olan 564000 ədəd “Şpris 2 ML DR.Union (20230820 Syringe 2 ml 25G*1)” məhsulunu 50186,44 manat, vahidinin qiyməti 0,093220339 manat məbləğində olan 408000 ədəd “Şpris 5 ML DR.Union (20230820 Syringe 5 ml 23G*1 1/4)” məhsulunu 380033,90 manat, vahidinin qiyməti 0,186440678 manat məbləğində olan 190000 ədəd “Sistem şlankı DR.Union” məhsulunu 35423,73 manat, vahidinin qiyməti 0,042372881 manat məbləğində olan ******* ədəd “Kəpənək №23 DR.Union” məhsulunu 58262,71 manat olmaqla 32743,22 manat əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 214650 (iki yüz on dörd min altı yüz əlli) manat məbləğində işləri təhvil-təslim etmişdir. (Cild 1, iş vərəqi 102-103)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iltizamlardan görünür ki, Əliyev X3 Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində başlamış cinayət işi üzrə "xxxx" MMC-yə aldığı tibbi vasitələrə görə borclu olduğu 214650 manat pulu hissə-hissə ödəməklə müvafiq olaraq xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə kimi ödəyəcəyinə söz vermiş, əks təqdirdə müvafiq qaydada məsuliyyətə cəlb olunmağına etiraz etməmişdir. (Cild 1, iş vərəqi 104; 105)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 106-107)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 108, 119)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 133-135)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-724/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 27 may 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 155-160)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 01 yanvar 2022ci il tarixdən 30 iyul 2023-cü il tarixədək xx.xx.2022-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 30000 manat, xx.xx.2022-ci il tarixdə 26000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 100000 manat, xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 100000 manat və xx.xx.2023-cü il tarixdə 8000 ABŞ dolları olmaqla ümumilikdə 492000 (dörd yüz doxsan iki min) manat məbləğində pul vəsaitini (154000 ABŞ dolları və 230000 manat) borc kimi götürərək direktoru olduğu "xxxx" MMCnin biznes fəaliyyətinə yatırım etmişdir. (Cild 1, iş vərəqi 168)

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ilə aralarında bağladıqları razılaşma müqaviləsinin şərtlərinə əsasən 492000 manat pul vəsaitini 01 yanvar 2024-cü il tarixədək qaytaracağına söz və təminat versə də, qeyd olunan məbləği qaytara bilməmiş, bu dövr ərzində həmin məbləğdən sadəcə 65000 manat qaytarmışdır. Belə ki, Təqsirləndirilən şəxs yazaraq etiraf etmişdir ki, o, 492000 manat pul vəsaitini Zərərçəkmiş şəxs5 direktoru olduğu "xxxx" MMC-nin biznes fəaliyyətinə yatırım etmək adı ilə götürsə də, qeyd olunan məbləğin az hissəsini (təxminən 100000-120000 manat) firmaya mədaxil edərək, digər pul vəsaitini isə öz məqsədləri üçün istifadə etmiş və qarşı tərəfi 2 il müddətində aldatmışdır. Nəticədə, törətdiyi əməl və dələduzluq faktı Zərərçəkmiş şəxs5 və onun şahidləri (X10, X20, X6, X7) tərəfindən aşkarlanmış və araşdırma zamanı direktoru olduğu "xxxx" MMCnin mühasibatlıq sənədləşmələrinə baxış keçirilərək mühasib X11 da faktı təsdiqləmiş, lakin bu işlərdə Kəmalə Xanlarovanın olmadığını bildirirərək törətdiyi əməlin mahiyyətini (Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etməklə və ya aldatma yolu ilə pulun mənimsənilməsi) başa düşdüyünü və faktla bağlı hüquq-mühafizə orqanları qarşısında məsuliyyət daşıdığını bildirmişdir. Aralarındakı son razılaşmaya əsasən 427000 manat pul vəsaitini cari ilin aprel ayı da daxil olmaqla hər ayın son günü 20000 manat yazılı formada söz vermiş, əks təqdirdə qarşı tərəf ilə aralarında tərtib olunan son yazılı razılaşma protokoluna (aylıq ödənişlərin edilməsi) əməl olunmazsa, sənədin qısa müddətdə məhkəmə və prokurorluq orqanlarında barəsində şikayət ərizəsinin sübutu kimi istifadə olunacağını başa düşdüyünü qeyd etmişdir. Razılașma protokolunu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ilə qarşılıqlı razılaşma əsasında, heç bir kənar müdaxilə olmadan birgə tərtib edib düzgünlüyünü öz imzası və ona məxsus "xxxx" MMC-nin möhürü ilə təsdiq etmişdir. (Cild 1, iş vərəqi 169-170)

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən yazılmış etirafnamədən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildə fevral ayı daxil olmaqla 492000 manat məbləğində pulu "xxxx" MMC-nin fəaliyyətinə yatırım etmək adı ilə götürmüş, lakin qeyd olunan məbləğin 100000-120000 manat məbləğini mədaxil edib qalan hissəsini isə firmadan kənar məsələlərə istifadə etmişdir. Təqsirləndirilən şəxs bu etirafnaməni yazaraq səhvini etiraf etmiş və və bunun məsuliyyətini başa düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qalan pulu ödəyəcəyinə dəfələrlə söz versə də, 427000 manat pul vəsaitini ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs etirafnaməni heç bir kənar müdaxilə olmadan yazdığını və düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. (Cild 1, iş vərəqi 171)

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs8 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavid Hümbətov həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 178)

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(103)-585/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-724/2024 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan təbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (Cild 1, iş vərəqi 180-187)

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətiimkan təbiri seçilmişdir. (Cild 1, iş vərəqi 188-189)

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs6 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 191)

27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 192)

28. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs9 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 202)

29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 204)

30. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs4 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 215)

31. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs həmin sənəddə Zərərçəkmiş şəxs4 biznesinə dəstək kimi 50000 ABŞ dolları pul aldığını, 20000 ABŞ dolları qazanc vermək şərti ilə 8 ay müddətinə qaytaracağına söz vermişdir. (Cild 1, iş vərəqi 217)

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/24 saylı əlyazma sənəddən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru kimi biznesinə dəstək olaraq Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixində 50000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 50000 ABŞ dolları, ümumilikdə 100000 ABŞ dolları məbləğində investisiya qəbul etmiş,maliyyə vəziyyəti yaxşı olmadığına görə müqavilədə yazıldığı müddətdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinin hər birində 50000 ABŞ dolları qaytara bilməmişdir. Qarşılıqlı razılıq əsasında həmin məbləğin 100000 AbŞ dollarını aylar üzrə bölərək, xx.xx.2024-cü il tarixdə 10000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə 15000 ABŞ dolları şəklində ödəməyi öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 219)

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-88440/2024 saylı məktubundan görünür ki, həmin polis idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. (Cild 1, iş vərəqi 220)

34. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********417900 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs rəhbərləri olduğu ********* VÖEN-də, əsas fəaliyyət növü daşınmaz əmlakla əlaqədar əməliyyatlar olan, xx.xx.2008-ci il qeydiyyat tarixli və ********** VÖEN-də, əsas fəaliyyət növü topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri olan xx.xx.2014-cü il qeydiyyat tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aktiv statusdadır. (Cild 1, iş vərəqi 226-227)

35. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs10 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs10 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 235)

36. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 26/23 saylı sənəddən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru kimi biznesinə dəstək olaraq Zərərçəkmiş şəxs10 20000 ABŞ dolları almış və qoyulan vəsaitə görə 1 aya 2000 ABŞ dolları qazanc ödəyəcəyini bildirmişdir. (Cild 1, iş vərəqi 239)

37. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X24 xx.xx.2024-cü il tarixli, 8170 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə X1 müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 248)

38. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 32-33)

39. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 42-43)

40. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 68-69)

41. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 78-79)

42. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 5000 manat pul təhvil almışdır. (Cild 2, iş vərəqi 87)

43. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 5000 manat pul təhvil almışdır. (Cild 2, iş vərəqi 90)

44. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. (Cild 2, iş vərəqi 102-108)

45. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1373/2024 saylı qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(005)-47/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbiri 21 mart 2025-ci il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqi 139-147; 221-226)

46. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 157-158)

47. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs7 həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib pulu ələ keçirdiyini bildirmişdir. (Cild 2, iş vərəqi 166)

48. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 168-169)

49. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 189)

50. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Nümayəndə1 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. (Cild 2, iş vərəqi 190)

51. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 233)

52. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 246)

53. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsinin (www.cbar.az) məlumatından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə 1 ABŞ dolları 1,70 manat təşkil etmişdir. (Cild 3, iş vərəqi 38-57)

54. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, şahid ifadələri, zərərçəkmiş şəxslər, təqsirləndirilən şəxsin ifadələri, hadisə yerinə baxış protokolları, təqdim edilmiş müqavilələr, təhvil-təslim aktları, qəbzlər sübut növü kimi tanınmışdır. (Cild 3, iş vərəqi 73- 97)

55. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 3, iş vərəqi 101-103)

56. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, gömrük xidməti polkovniki vəzifəsində uzun müddət fəaliyyət göstərmiş, həmçinin, 2 dəfə ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda fərqləndiyinə görə müvafiq medalla təltif olunmuşdur. O, Təqsirləndirilən şəxs 20 ilə yaxın müddətdir ki, tanıyır. O, gömrükdə işləyən vaxtlarda Əlisəfanın xalasıoğlu kimi Təqsirləndirilən şəxs tanıdığı üçün sonuncuya dərin hörmətlə yanaşmış, Təqsirləndirilən şəxs biznes fəaliyyəti ilə məşğul olan, xaric ölkələrdən dərman preparatları gətirən biri olmuşdur. Təxminən 2023-cü ilin may ayında ayağında olan xəstəliklə bağlı cərrahi əməliyyat olunmaq üçün 2 otaqlı evini satıb əlindəki pul ilə Türkiyə Respublikasına getmək istədiyini o, Təqsirləndirilən şəxs dedikdən sonra, sonuncu ona zəng edib görüşmək istəməsi barədə söylədikdə, o, razılaşıb Təqsirləndirilən şəxs iş yerinə dəvət etmişdir. Təqsirləndirilən şəxs orada ona Pakistan İslam Respublikasından dərman preparatları gətirmək istədiyini və bunun üçün 100000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğunu bildirib ondan borc pul istədikdə, o, cərrahi əməliyyatla bağlı evini satdığını və əlində olan həmin pulu dollar məzənnəsinə çevirib verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə bunun qarşılığında bir qədər əlavə pul verəcəyini öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxslə bu qaydada razılaşdıqdan sonra o, uzun müddətdən bəri tanıdığına görə güvənərək 50000 ABŞ dolları və 50000 ABŞ dolları olmaqla, 2 dəfəyə, ümumilikdə 100000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs təqdim etdikdən təxminən 2 gün sonra sonuncu ona kağız verib borcunu həmin kağızla təsdiqlədiyini və verilən pulları geri qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs verilən 100000 ABŞ dolları pul vəsaitindən ona 40000 ABŞ dolları və 2700 manat ayrılıqda pul vəsaitini qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona 58400 dollar məbləğində borcu vardır. Zərərçəkmiş şəxs4 həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və imzalar ona məxsusdur.

57. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 dediklərinin doğru olduğunu, təsdiqlədiyini, 58400 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmalı olduğunu bildirmişdir.

58. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, yaxından tanıyır, hətta ailəlikcə gediş-gəlişləri mövcuddur. Təxminən 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ondan 33000 ABŞ dolları məbləğində borca pul istədikdə, o, 2 dəfəyə 20000 ABŞ dolları və 13000 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə həmin pulun qarşılığında 30% məbləğində əlavə qazanc təqdim edəcəyini öhdəsinə götürmüş, verilmiş puldan cəmi 12000 manat pulu Təqsirləndirilən şəxs qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs ondan Pakistan İslam Respublikasından mal gətirməklə bağlı 50000 ABŞ dolları məbləğində borca pul istədikdə güvənərək, inanaraq həmin pulu təqdim etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona 83000 ABŞ dolları, yəni 119000 manat məbləğində pulu qaytarmalıdır. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 17000 manat pul vəsaiti təhvil almamış, sonuncu ona 12000 manat qaytarmışdır. O, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir, həmin ifadədəki imzalar ona məxsusdur.

59. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dediklərinin doğru olduğunu, təsdiqlədiyini, lakin 12000 manat yox, 17000 manat pul vəsaitini qaytardığını bildirmişdir.

60. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, əsas fəaliyyəti dərman preparatlarının alğı-satqısı olan "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs ilə 2014-cü ildən tanışdır və sonuncu ilə normal əlaqələri mövcud olmuşdur. Əslində Təqsirləndirilən şəxs onun nəzərində yaxşı bir insan kimi qalmışdır. Dəqiq xatırlamadığı tarixdə o, “Koala parkı” deyilən ərazidə yerləşən “Perla” restoranında Təqsirləndirilən şəxslə təsadüfən rastlaşdıqda, sonuncu ondan nə işlə məşğul olduğunu soruşmuş, o da “iynə, sistem şlankları, kəpənəklərin idxalı” ilə məşğul olduğunu söylədiyindən, Təqsirləndirilən şəxs ona sadalanan məhsullarla dövləti təmin etdiyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək sifariş verdiyi məhsulların gecikdiyini və ondan müəyyən məhsulları əldə etmək istədiyini söylədikdə, o, ödənişin hansı qaydada həyata keçiriləcəyini soruşmuş, Təqsirləndirilən şəxs ödənişi məhsullar verildikdən ən geci 1 həftə ərzində ödəyəcəyini demiş, bundan sonra razılaşıb 23 dekabr 2023-cü il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilə əsasında o, 214650 manat məbləğində olan malları Təqsirləndirilən şəxs təhvil vermiş, Təqsirləndirilən şəxs isə həmin malları təhvil almışdır. Bir neçə gün sonra o, yenidən “Koala Parkı” deyilən ərazidə yerləşən “Perla” adlı restoranda əyləşərkən yan masada olan söhbətlərə şahid olmuş, həmin masadakı şəxslər, yəni indiki zərərçəkmişlər Təqsirləndirilən şəxs haqqında danışaraq sonuncudan gileylənmişlər. Həmin vaxt o, zərərçəkmiş şəxslərin heç birini tanımamışdır. Hətta, oradakı şəxslərdən biri digərinə acı formada Təqsirləndirilən şəxs hansı səbəbə əlaqələndirdiyinə məzəmmət etmişdir. Bu söhbətləri eşitdikdən sonra onun vəziyyəti hədsiz dərəcədə pisləşməyə başladığından, dərhal çölə çıxıb Təqsirləndirilən şəxs zəng edib sonuncunu həmin kafeyə görüşə çağırmışdır. Digər şəxslər də Təqsirləndirilən şəxs həmin kafedə gözlədiyindən sonuncu həmin kafeyə görüşə gəlməmiş, lakin o, Təqsirləndirilən şəxslə başqa bir kafedə görüşüb sonuncudan məhsulların pullarını təcili bir sifarişi olacağı bəhanəsi ilə tez bir şəkildə tələb etdikdə, Təqsirləndirilən şəxs də ona cavabında heç bir problemin olmadığını və tezliklə pulunu verəcəyini söyləmiş, yenidən Təqsirləndirilən şəxslə həmin həftənin 5-ci günü görüşdükdə sonuncu pulu bir qədər gecikdirəcəyini söyləyib ondan vaxt istədiyindən, o, Təqsirləndirilən şəxs 1 həftə əlavə vaxt vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmadığından, o, hüquqmühafizə orqanlarına Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra sonuncu ona 55000 manat pul vermiş, əlavə olaraq isə 6000 manat həcmində mal qaytarmışdır. Ümumilikdə 61000 manat həcmində dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs Nümayəndə1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 153650 manat məbləğində pul vəsaitini qaytarmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.

61. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 dediklərinin doğru olduğunu, deyilən məbləğləri mübahisələndirmədiyini bildirmişdir.

62. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adını çox eşidib sonuncunu yaxşı bir insan kimi tanımış, Təqsirləndirilən şəxslə onu əmisioğlu Anar Abbaslı tanış etmiş, ardınca o, Təqsirləndirilən şəxslə 2-3 dəfə şəxsən görüşmüşdür. O, Təqsirləndirilən şəxs 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə 50000 ABŞ dolları məbləğində pul vermiş, bununla bağlı aralarında borc müqaviləsi də mövcuddur. Hətta Təqsirləndirilən şəxs onu borc müqaviləsi bağlamağa məcbur etmişdir. Lakin hal-hazıradək Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. Zərərçəkmiş şəxs X14 həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.

63. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 dediklərinin doğru olduğunu, deyilən məbləğləri mübahisələndirmədiyini bildirmişdir.

64. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2008-ci ildən bəri tanıyır, sonuncunu onunla yaxın dostu tanış etmiş, əvvəllər aralarında hər hansı əməkdaşlıq olmamışdır. O, mebel ustası olduğundan, Təqsirləndirilən şəxs bəzən ondan evi üçün, aptek üçün mebellər sifariş etdikdə, o, həmin işləri görmüşdür. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edib borca pul istədiyini bildirdikdə o, istənilən məbləğdə pul vəsaitinin olmadığını demiş, lakin əziyyətlə pul qazanıb aldığı başqa bir evi olduğundan Təqsirləndirilən şəxs həmin evi sata biləcəyini söyləmiş, bu vaxt Təqsirləndirilən şəxs ona əlavə pul verəcəyini təklif etdikdə həmin məbləğlə razılaşdıqdan sonra o, hissə-hissə, yəni 10000 ABŞ dolları, 20000 ABŞ dolları, 20000 ABŞ dolları, 25000 ABŞ dolları, 20000 ABŞ dolları, 22000 manat və 17000 manat olmaqla, ümumilikdə 200500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin puldan 11000 manat məbləğində pu vəsaitini ona qaytarmışdır. Təqsirləndirilən şəxs ona 189500 manat məbləğində pul vəsaitini geri qaytarmalıdır. Zərərçəkmiş şəxs9 həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.

65. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 dediklərinin doğru olduğunu, deyilən məbləğləri mübahisələndirmədiyini bildirmişdir.

66. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, uzun müddətdən bəri aptek müdiri vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs ilə eyni tibb universitetdə oxumuşdur. Təqsirləndirilən şəxs aptekdə olan tibbi məhsulları istədikdə o, tanıdığına görə güvənib inanaraq sonuncuya həmin məhsulları 5%-6% gəlir şərti ilə vermişdir. Məsələn, o, 30 qəpiyə aldığı məhsulu Təqsirləndirilən şəxs 31 qəpiyə tədqim etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona 385430 manat borcu mövcuddur. Həmin məbləğdən Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamış, o, 85000 manat məbləğində pul vəsaitini qaytarmasa da, aralarında movcud olmuş dostluq münasibətlərinə görə bağışlamışdır. O, 300000 manat pul vəsaitini Təqsirləndirilən şəxs geri tələb edir, çünki bu səbəbdən, onun çox insanla münasibətləri pozulmuş, pis vəziyyətdə qalmışdır. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.

67. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dediklərinin doğru olduğunu, deyilən məbləğləri mübahisələndirmədiyini bildirmişdir.

68. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin əməkdaşıdır və uzun müddətdən bəri həmin yerdə işləyir. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng etdiyindən, sonuncu ilə "xxxx" QSC-nin “Neftçilər” metrostansiyası ərazisində yerləşən kafedə görüşdükdə, Təqsirləndirilən şəxs ondan borca pul istəyib əldə edəcəyi qazancın müəyyən hissəsini verəcəyini dediyindən, o da razılaşmışdır. O, 2022-ci ilin yanvar ayından etibarən ayrı-ayrılıqda Təqsirləndirilən şəxs 30000 manat, 26000 ABŞ dolları, 10000 ABŞ dolları, 100000 manat, 10000 ABŞ dolları, 10000 ABŞ dolları, 10000 ABŞ dolları və s. pul vermişdir. Təqsirləndirilən şəxs isə onu çox usta şəkildə aldatmış, əslində, Təqsirləndirilən şəxs ona guya qazanc adı ilə 170000 manat pul qaytarmışdır. Hətta Təqsirləndirilən şəxs onda özünə qarşı güvən yaratmaq məqsədilə onu təsisçi kimi rəsmiləşdirib şirkətdən müəyyən hissə də verdiyindən, o, Təqsirləndirilən şəxs inanmışdır. Aralarındakı razılaşmanı təsdiqləyən bir çox sənəd, hətta Təqsirləndirilən şəxs şəxsi imzası ilə təsdiqlənən etiraf sənədi də mövcuddur. Həmin sənəddə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq əməlini törətdiyini etiraf etmişdir. Ona dəymiş ümumi zərər 492000 manatdır, həmin puldan gəlir kimi 170000 manat ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs5 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 322000 manat pul qaytarmalıdır. Təqsirləndirilən şəxs 35% haqq ilə onu şirkətə ortaq etsə də, bunun heç bir önəmi olmamışdır və sonuncu, onu yenə də aldatmışdır.

69. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 dediklərinin doğru olduğunu, lakin 434000 manat məbləğində pul vəsaitini geri qaytardığını bildirmişdir.

70. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəvi tanışıdır. O, 2023-cü ilin dekabr ayında “Şəki” restoranının qarşısında görüşüb 50000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs əlavə gəlir əldə etmək məqsədilə vermişdir. Aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasından gətirəcəyi dərman preparatlarından əldə olunacaq gəlirdən müəyyən məbləğdə pul verəcəyini öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtdan 1 ay müddət keçdikdən sonra qazanc kimi ona 2700 manat pul vermiş, daha sonra Təqsirləndirilən şəxs ondan gömrük rəsmiləşdirməsi üçün əlavə pul istədiyindən, 2023-cü ilin mart ayında o, Təqsirləndirilən şəxs 30000 ABŞ dolları məbləğində pul vəsaitini tədqim etmiş, sonuncu məbləği verdikdən sonra aldadıldığını öyrənmişdir. Bundan sonra o, 2023-cü ilin may ayında müvafiq hüquqmühafizə orqanlarına müaciət etmişdir. Zərərçəkmiş şəxs8 həmçinin bildirmişdir ki, ona dəyən ümumi zərər 80000 dollar, yəni 136000 manatdır və ona dəymiş zərərdən heç bir məbləğ geri qaytarılmamışdır.

71. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin aprel ayında şəxsi ofisində qəbz əsasında əvvəlcə 42000 ABŞ dolları, daha sonra isə 10000 ABŞ dolları və 15000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə həmin pul müqabilində Pakistan İslam Respublikasından dərman preparatları gətirəcəklərini öhdəsinə götürmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs 25000 ABŞ dolları pul vəsaitini qaytarsa da, 42000 ABŞ dolları pul vəsaitini ona geri qaytarmamışdır. Zərərçəkmiş şəxs3 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə ali təhsil alarkən eyni qrupda oxumaqla, aralarındakı münasibət yaxın olmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs 30000 ABŞ dolları pul vəsaitini tələb edir.

72. Məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur, həmçinin sonuncu ilə aralarında dostluq münasibətləri olmuşdur. 2023-cü ilin noyabr ayının əvvəllərində Mahir onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirdiyindən, o, sonuncu ilə Bakı şəhəri, Yasamal rayonu, “Yasamal parkı” deyilən ərazidə görüşən zaman Təqsirləndirilən şəxs ona "xxxx" MMC-nin direktoru olduğunu, həmin cəmiyyət vasitəsilə xarici ölkələrdən ölkə ərazisinə dərman və əlavələrini gətirib sataraq qazanc əldə etdiyini deyib ona bu işdə ortaq olmağı təklif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin olaraq ona 30000 ABŞ dolları pul verməyini, həmin pulla Pakistan Respublikasından və İran İslam Respublikasından dərman əlavələri gətirərək ölkə ərazisində satıb qazanc əldə edə biləcəklərini söyləmiş, həmçinin ona 30000 ABŞ dolları verdikdən sonra 2023-cü ilin dekabr ayından dərman əlavələrinin ölkə ərazisinə gətirilməsi üçün yatırım edəcəyini, 2024-cü ilin yanvar ayında dərman əlavələrinin ölkə ərazisinə gələcəyini, həmin aydan ona hər ay 2000 ABŞ dolları qazanc verəcəyini, təxminən 6 ay ərzində ortaqlıqlarının bu cür davam edəcəyini, 6 aydan sonra isə istədiyi vaxt 30000 ABŞ dollarını götürə biləcəyini demişdir. O, bir neçə gün sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayıb təklifi razılaşdığını söyləmiş və 25 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal parkı” deyilən ərazidə Təqsirləndirilən şəxs 30000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra yaxın günlərdə işə başlayacağını, 20 yanvar 2024-cü il tarixdən başlayaraq ortaq şəkildə qurduqları iş üçün hər ay ona 2000 ABŞ dolları pul verəcəyini bildirmiş, 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb görüşmək lazım olduğunu dediyindən, sonuncu ilə yaşadığı evin yaxınlığında görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs ona gömrük rəsmiləşdirilməsi üçün 20000 ABŞ dolları pul lazım olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs həmin pulun yarısını, yəni 10000 ABŞ dolları pulu özünün, qalan 10000 ABŞ dolları pulu isə onun verməli olduğunu dediyindən, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal parkı” deyilən yerdə Təqsirləndirilən şəxs 10000 ABŞ dolları pul təqdim etmişdir. O, 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxslə əlaqə saxlayıb sonuncudan qazancını istədikdə, Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, görüşmək üçün dəvət etsə də, müxtəlif bəhanələr gətirərək görüşməkdən yayınmışdır. O, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşdüyündən sonuncudan pullarını geri tələb etsə də, Təqsirləndirilən şəxs pulu geri qaytarmamışdır.

73. Məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında dostu İlqar adlı şəxsin vasitəsilə tanımış, Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr” bazarı deyilən ərazidə yerləşən parkda görüşüb söhbət edərkən sonuncu ona dərman biznesi ilə məşğul olduğunu, Nərimanov rayonu ərazisində aptek işlətdiyini, həmin ərazidə ofisinin olduğunu, həmçinin "xxxx" şirkətinin direktoru kimi Rusiya Federasiyasının Moskva şəhərindən şpris tədarük etmək niyyətinin mövcudluğunu bildirərək, biznesini böyütmək istədiyini bildirmiş, daha sonra ona işinə yatırım etdiyi təqdirdə, qazanc əldə edə biləcəyini söyləmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxslə razılaşmamış, lakin sonuncu təkidlə dəfələrlə ona mobil telefon vastəsilə zəng vuraraq həmin biznesdə yaxşı pul olduğunu, biznesinə yatırım edib qazanc əldə etməyini dediyindən, o, Təqsirləndirilən şəxs Nərimanov rayonunda ofisi olmasını və həqiqətən də şirkətinin mövcudluğunu gördüyü üçün inanıb razılaşmışdır. Təqsirləndirilən şəxs ona bunun üçün 20000 ABŞ dolları pul qoymaq lazım olduğunu və həmin şprisləri Moskva şəhərindən bir həftə ərzində Bakı şəhərinə gətirə biləcəyini, 1 ay ərzində isə Bakı şəhərində yerləşən apteklərin depolarına satılacağını və nəticədə isə ona 20000 ABŞ dollarından əlavə bir ay ərzində 2000 ABŞ dolları qazanc verə biləcəyini demiş, həmçinin həmin şprislərin Moskva şəhərindən Bakı şəhərinə gətirilmə xərcləri, gömrük və digər xərclərini özünün həll edəcəyini, nəticədə isə 2000 ABŞ dolları qazanc qalacağını bildirmişdir. O, 16 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər parkı” deylən yerdə kafelərin birində görüşüb söhbət etmiş və həmin gün Təqsirləndirilən şəxs Nərimanov rayonu, Ağa Neymətulla küçəsində “Coffeemania” adlı restoranla üzbəüz binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncuya 20000 ABŞ dolları pul verdikdən 4-5 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Moskva şəhərindən artıq şpris alındığını, işin yarımçıq qaldığını, lakin konteynerin tam dolmadığını və 10000 ABŞ dolları pula ehtiyac olduğunu, bunun müqabilində əlavə 1000 ABŞ dolları da qazanc əldə edəcəyini bildirmişdir. Bu söhbətdən təxminən 3-4 gün sonra, yəni 2024-cü ilin aprel ayının sonlarında o, Təqsirləndirilən şəxs həmin ofisdə 5500 ABŞ dolları pul vermiş, iki gün sonra isə geri qalan 4500 ABŞ dolları pulu yenə də həmin ünvanda sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs ona ona ən geci xx.xx.2024-cü il tarixdə verilmiş 30000 ABŞ dolları və həmin pulun müqabilində 3000 ABŞ dolları qazanc pulunu ona geri qaytaracağına söz vermişdir. Bir neçə gün sonra həftənin 5-ci günü Təqsirləndirilən şəxs ona zəng vuraraq təcili pula ehtiyacı olduğunu və növbəti həftənin 1ci gününə kimi 1000 ABŞ dolları borc verməyini xahiş etdiyindən, o, 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən ofisində 1000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs söz verdiyi vaxt gəlib çatdıqda o, sonuncudan pulunu geri istəsə də, Təqsirləndirilən şəxs ona hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa başlamışdır. Artıq bir müddət keçdikdən sonra anlamışdır ki, Təqsirləndirilən şəxs onu aldadır. Təqsirləndirilən şəxs onu aldadıb ümumilikdə 31000 ABŞ dolları pulunu alıb ələ keçirmişdir.

74. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, fərdi sahibkar deyil, qardaşı Təqsirləndirilən şəxs yanında işləyib sonuncunun tapşırıqlarını icra etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs göstərişləri əsasında müxtəlif tibbi avadanlıqları və vasitələri apteklərə çatdırmışdır. Başqa heç bir hadisədən məlumatı yoxdur. Şahid həmçinin bildirmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs kimisə aldatmasını görməmiş, kiməsə yalan vəd verməsinə şahid olmamışdır.

75. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, direktoru olduğu "xxxx" MMC-nin ofisi ünvan 7 ünvanında yerləşir. O, uzun müddətdən bəri xarici ölkələrdən dərman vasitələri və dərman ləvazimatları gətirib Bakı şəhəri ərazisində satmış, həmçinin əvvəllər Bakı şəhəri Nərimanov rayonu ərazisində aptekləri də mövcud olmuşdur. O, qardaşı Şahid isə həmin şirkətinə ekspeditor kimi işə götürüb sonuncuya aylıq 500 manat maaş vermişdir. Şahid həmin şirkətdəki vəzifəsi onun dediyi ünvanlardan dərman vasitələri və ləvazimatlarını götürüb söylədiyi digər ünvanlara çatdırmaq olmuşdur. O, Zərərçəkmiş şəxs1 4 ildən bəri tanıyır. Zərərçəkmiş şəxs1 də onun kimi dərman preparatlarının satışı işi ilə məşğul olmuş və beləcə aralarında münasibət yaranmışdır. Həmin vaxt iki ədəd aptek işlətmişdir. O, Bəhrəm ilə görüşüb söhbət edərkən Türkiyə Respublikasından “Tayfun” markalı dərman preparatı və İran İslam Respublikasından “Kurt Plast”, barmaq üçün santafitlər, sakit yuxu üçün burunluqlar, Rusiya Federasiyasından isə “Çaytikanı” yağını ucuz qiymətə gətirib satıb qazanc əldə etmək barədə razılaşmışlar. Buna görə də, 15 fevral 2022-ci il tarixdə Bəhrəm ona qardaşı Ehtibarın vasitəsilə ünvan 8 ünvanda 20000 ABŞ dolları pul vermişdir. Sonradan o, yeni dərman preparatları sifariş vermək üçün pul lazım olduğuna görə Bəhrəmə əlavə olaraq pul verməsini bildirmiş, buna görə də, 16 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən ofisində Bəhrəm ona 13000 ABŞ dolları pul vermişdir. 2022-ci ilin oktyabr ayının sonlarında o, Bəhrəmlə əlaqə saxlayaraq Pakistan İslam Respublikasından “Dr. Sethi” dərman firması ilə müqavilə bağladığını, oradan bint, tənzif və yara bantı gətizdirəcəyini deyərək pul lazım olduğunu bildirmiş, Bəhrəm də 85000 manat pul verə biləcəyini, həmin pulu da notarial qaydada verəcəyini demişdir. O, pul lazım olduğu üçün sonuncu ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 21 saylı notariusda Bəhrəmdən 85000 manat pul almışdır. O, sonradan Bəhrəmə ümumilikdə 27000 manat pul ödəmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 təxminən 30 ildir ki, tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs2la birlikdə tibb universitetində oxumuşlar. Zərərçəkmiş şəxs2 da onun kimi tibbi ləvazimatların alışı və satışı ilə məşğul olmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs2la söhbət zamanı o, sonuncuya tibbi ləvazimatlar verməsini, həmin tibbi ləvazimatları satdıqdan sonra əldə ediləcək pulu qazancı ilə birlikdə təqdim edəcəyini dedikdə, Zərərçəkmiş şəxs2 da razılaşmış, bundan sonra o, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla, sonuncu dəfə Nərimanov rayonu ərazisində ümumilikdə 385430 manat dəyərində tibbi ləvazimatlar almış, həmin pullardan sonradan Zərərçəkmiş şəxs2 11000 manat pul ödəmişdir. Bundan savayı, o, Zərərçəkmiş şəxs3 uzun müddətdən bəri tanıyır. O, əvvəllər Zərərçəkmiş şəxs3la əvvəllər birlikdə dərman satışı ilə məşğul olmuş, aralarında münasibət olduğu üçün görüşüb söhbət etmişlər. 2023cü ilin aprel ayının axırlarında Zərərçəkmiş şəxs3la görüşərkən o, sonuncuya Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına müxtəlif dərmanları sifarişini verdiyini, lakin ölkəyə həmin dərmanları gətirmək üçün pulunun çatmadığını, dərmanları gətirmək üçün ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, həmçinin dərmanları gətirib satdıqdan sonra pulunu qazancı ilə birlikdə qaytarıb verəcəyini bildirdikdə, Zərərçəkmiş şəxs3 da razılaşmış və 03 may 2023-cü il tarixdə sonuncu ünvan 9 ünvanda yerləşən onun ofisinə gəlmişdir. Həmin vaxt ofisdə Zərərçəkmiş şəxs3 ona 42000 ABŞ dolları pul vermişdir. O, həmin pulu qəbul edərək 2023-cü ilin dekabr ayına kimi qaytaracağına söz vermiş, həmin vaxt ofisdə qardaşı Elbəy də onların yanında olmuşdur. O, Zərərçəkmiş şəxs3 şübhə etməməsi üçün ofisdə 42000 ABŞ dolları pulu almağı barədə qəbz tərtib etmiş, sonradan o, Zərərçəkmiş şəxs3 18000 manat pul ödəmişdir. Bundan əlavə, o, Zərərçəkmiş şəxs4 Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi kimi tanımışdır. Belə ki, o, əvvəllər xaricdən dərman peraparatları gətirəndə Zərərçəkmiş şəxs4la orada görüşüb söhbət etmiş və sonuncu onun bu işlə məşğul olduğunu bilmişdir. 2023-cü ilin may ayında o, Zərərçəkmiş şəxs4 xarici ölkələrdən dərman preparatları gətirib satmaqla, təxminən 8 ay ərzində pullarını qazancı ilə birlikdə qaytarmağı təklif etdikdə sonuncu razılamış və Zərərçəkmiş şəxs4 ona ünvan 10 ünvanının qarşısında xx.xx.2023-cü il tarixdə 50000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 50000 ABŞ dolları pul vermiş, sonradan o, Zərərçəkmiş şəxs4 ümumilikdə 40000 ABŞ dolları, daha sonra isə 2700 manat pul qaytarmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 2015-ci ildən ortaq tanışları vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs5la görüşüb söhbət edərkən sonuncuya "xxxx" MMC-nin direktoru olduğunu, müxtəlif dərman preparatlarının satışı ilə məşğul olmaqla, bu sahədə yaxşı qazanc əldə etdiyini dedikdə, Şahir Ramazanov da iş qurmaq istədiyini ona demiş və birgə şərik kimi fəaliyyət göstərməyə razılaşmışlar. Zərərçəkmiş şəxs5 ona həmin pulu hissə-hissə verəcəyini demiş, bundan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən ofisdə o, Zərərçəkmiş şəxs5la görüşmüş və həmin vaxt sonuncu ona 30000 ABŞ dolları pul tədqim etmişdir. Ardınca xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs5la əlaqə saxlayıb sonuncudan İran İslam Respublikasından sifariş etdiyi “qurd plastr” dərman əlavəsini gömrük rəsmiləşdirilməsi üçün 30000 manat lazım olduğunu dediyindən, o, həmin gün eyni ofisdə Zərərçəkmiş şəxs5la görüşüb sonuncudan həmin pulu almışdır. 2022-ci ilin mart ayında o, Zərərçəkmiş şəxs5la əlaqə saxlayıb satılan dərman əlavəsinin qazancı kimi 1500 manat pulu təqdim etmişdir. 2022-ci ilin aprel ayının ortalarında o, Zərərçəkmiş şəxs5la əlaqə saxlayıb Türkiyə Respublikasından “Minoksidil” adlı dərman əlavəsi gətirmək lazım olduğunu demiş və bunun üçün 30000 ABŞ dolları pul verməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə o, işlədiyi ofisdə Zərərçəkmiş şəxs5la görüşmüş, həmin vaxt sonuncu ona 26000 ABŞ dolları pul vermişdir. 2022-ci ilin iyul ayının əvvəllərində isə o, Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq Türkiyə Respublikasından sifariş etdiyi “Minoksidil” dərman əlavəsinin gömrükdə rəsmiləşdirilməsi üçün 10000 ABŞ dolları pul lazım olduğunu dediyindən, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 10000 ABŞ dolları pulu ofisdə ona vermişdir. 2022-ci ilin iyul ayının ortalarında o, Zərərçəkmiş şəxs5 əlavə pul almaq məqsədi ilə sonuncuya Rusiya Federasiyasından “Çaytikanıotu yağı” sifariş verəcəklərini və bunun üçün də 100000 manat pul lazım olduğunu, həmin dərman əlavəsində daha yaxşı qazanc əldə edəcəklərini dedikdə, Zərərçəkmiş şəxs5 da onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə sonuncu həmin ofisdə 100000 manat pulu ona vermişdir. 2022-ci ilin avqust ayının ortalarında o, Zərərçəkmiş şəxs5la əlaqə saxlayıb “Çaytikanıotu yağı” dərman əlavəsinin Dövlət Gömrük Komitəsində olmaqla, rəsmiləşdirmə üçün əlavə pulun lazım olduğunu dediyindən, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə də 10000 ABŞ dolları pulu işlədiyi ofisdə ona təqdim etmişdir. O, Zərərçəkmiş şəxs5 hər ay ortalama 1000-1500 manat qazanc kimi pul vermişdir. 2023-cü ilin aprel ayının əvvəllərində o, Zərərçəkmiş şəxs5la görüşərkən sonuncuya Pakistan İslam Respublikasından Ali Afan adlı tanışı vasitəsilə “qurd plas” adlı dərman əlavəsini gətirəcəklərini deyib sonuncunu həmin şəxslə görüşə dəvət etmiş, görüş vaxtı Ali Afranla müqavilə bağlanmış və və artıq dərman əlavələrini Pakistan İslam Respublikasından gətirəcəklərini deyib Zərərçəkmiş şəxs5 əlavə 50000 ABŞ dolları pul istədiyindən, sonuncu xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023- cü il tarixdə isə 10000 ABŞ dolları pulu ofisdə ona təqdim etmişdir. O, 10000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs5 alarkən sonuncuya bir yük maşını şprisin gömrükdə olduğunu, həmin şprisi sifariş etmiş şəxsin gömrük rəsmiləşdirilməsi üçün pulunun olmadığını, dərhal həmin şprisləri almaq lazım olduğunu söylədiyindən, Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə ofisdə 100000 manat pulu ona vermişdir. O, sonuncu dəfə Zərərçəkmiş şəxs5 almış olduğu 100000 manat pulun qarşılığında 10000 manat pulu sonuncuya verərək qalan pulu da qayataracağını demişdir. 2023-cü ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq Pakistan İslam Respublikasından dərman əlavələrinin Dövlət Gömrük Komitəsində olduğunu, rəsmiləşdirmə üçün 10000 ABŞ dolları pul lazım olduğunu, dərmanlar rəsmiləşdirildikdən sonra isə 100000 manatı qaytaracağını söyləmiş, Zərərçəkmiş şəxs5 da 8000 ABŞ dolları verə biləcəyini dedikdə, o razılaşmış və xx.xx.2023-cü il tarixdə ofisində Zərərçəkmiş şəxs5 ona 8000 ABŞ dolları pulu vermişdir. O, Zərərçəkmiş şəxs5 pulları alanda hissə-hissə olmaqla qazanc kimi, eyni zamanda mayadan sonuncuya ümumilikdə 413420 manat pul ödəmişdir. Sonradan oturub söhbət etmişlər və razılaşmışlar ki, onun Zərərçəkmiş şəxs5 200000 manat borcu qalmışdır. O, həmin puldan da Zərərçəkmiş şəxs5 75000 manat pul qaytarmışdır. Hazırda o, Zərərçəkmiş şəxs5 125000 manat verməlidir. O, həmin ərəfədə nortal qaydada şirkətinin 30 faizini Zərərçəkmiş şəxs5 vermiş və sonuncunu rəsmi olaraq şirkətinə təsisçi götürmüşdür. Bundan əlavə, o, Zərərçəkmiş şəxs6 ilə 2023-cü il tarixdə yas mərasimində tanış olmuş, söhbət zamanı o, Zərərçəkmiş şəxs6 xarici ölkələrdən tibbi preparatlar gətirib Bakı şəhərində yerləşən apteklərə payladığını deyib sonuncuya Pakistan İslam Respublikasından ucuz qiymətə müəyyən dərman preparatları gətirib sataraq birlikdə qazanc əldə edə etməyi təklif etdikdə, Zərərçəkmiş şəxs6 həmin təkliflə razılaşmış və Zərərçəkmiş şəxs6 18 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 54 nömrəli notariusda müqavilə bağlayıb 50000 ABŞ dolları pulu ona təqdim etmişdir. Bundan başqa, o, təxminən 10 ildən bəri Nümayəndə1 tanıyır. 2013-cü il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Şahin” adlı apteki işlətdiyi vaxt Nümayəndə1 işlədiyi “Fatimə” adlı apteki aldıqdan sonra aralarında münasibət yaranmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Koala Park”-ın içərisində olan “Perla” restoranında olarkən Nümayəndə1 ilə sonuncunun şəriki Rəşadı görüb salamlaşdıqdan sonra söhbət əsnasında o, Nümayəndə1 nə işlə məşğul olduğunu soruşduqda, sonuncu ona direktoru olduğu "xxxx" MMC şirkəti ilə dərman ləvazimatları və preparatlarının alışı və satışı ilə məşğul olduğunu söylədiyindən, o, xx.xx.2023-cü il tarixdə yenidən Nümayəndə1 ilə əlaqə saxlayıb sonuncudan tibbi vasitələr istəmiş, Nümayəndə1 isə hansı şərtlərlə almaq istədiyini soruşduqda o, tibbi vasitələri aldıqdan sonra iki ay ərzində pulunu ödəyəcəyini bildirmişdir. Nümayəndə1 onunla razılaşdıqdan sonra onun təsis etdiyi və direktoru olduğu "xxxx" MMC şirkəti ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Nümayəndə1 hissə-hissə olmaqla, ümumilikdə 214650 manat dəyərində tibbi vasitələr götürmüş, sonuncu dəfə tibbi vasitələri onun göstərişi ilə qardaşı Şahid Nümayəndə1 məxsus Bakı şəhəri, Nizami rayonu, Araz küçəsində yerləşən anbardan götürüb ona gətirmiş, o da həmin tibbi vasitələri satmışdır. O, Nümayəndə1 mallarını satdıqdan sonra sonuncuya 5000 manat ƏDV-dən rəsmi köçürmə yolu ilə pul ödəmiş, hissə-hissə olmaqla isə ümumilikdə 50000 manat özünə və şərikinə pul qaytarmışdır. Həmçinin özünün razılığı ilə təxminən 7800 manat dəyərində Nümayəndə1 sata biləcəyi tibbi vasitələr vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 onun qohumu olmaqla, aralarında dostluq münasibəti olmuşdur. 2023-cü ilin noyabr ayında o, Zərərçəkmiş şəxs7lə görüşüb söhbət edərkən sonuncuya şirkəti olduğunu, xaricdən dərman preparatları gətirib satmaqla qazanc əldə etdiyini dedikdən sonra Zərərçəkmiş şəxs7 həmin işində birlikdə işləyib qazanc əldə etməyi təklif etmiş, sonuncu da bir qədər fikirləşdikdən sonra bir söz deyəcəyini bildirmiş, bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs7 onunla əlaqə saxlayıb təklifi ilə razılaşdığını demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs7 2023-cü ilin noyabr ayında 30000 ABŞ dolları, 2023-cü ilin dekabr ayında Yasamal parkında 10000 ABŞ dolları pul almış, Zərərçəkmiş şəxs7 qazanc və maya dəyərindən hissə-hissə olmaqla, ümumilikdə 14000 ABŞ dolları pul qaytarmışdır. Bundan əlavə, o, Zərərçəkmiş şəxs8 iki ildən çox olar ki, tanıyır və aralarında ailəvi dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs8 onun dərman preparatlarının satışı ilə məşğul olduğunu bilmiş, təxminən 2023-cü ilin oktyabr ayında o, Zərərçəkmiş şəxs8la “Şəki” restoranında görüşüb söhbət edən zaman sonuncuya Pakistan İslam Respublikasından dərman preparatları gətirib satdığını, müəyyən miqdarda pul verərsə, əlavə dərmanlar gətirərək satıb 20 faiz həcmində əlavə qazanc verə biləcəyini dedikdə, Zərərçəkmiş şəxs8 da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə “Şəki” restoranında görüşərkən, Zərərçəkmiş şəxs8 ona ilkin olaraq 50000 ABŞ dolları pulu vermiş, razılaşmaya əsasən Zərərçəkmiş şəxs8 söz verdiyi 10000 ABŞ dolları qazancı hər ay 2500 ABŞ dolları olaraq 4 ay müddətinə verməyi, 6 ayın tamamında isə verdiyi 50000 ABŞ dolları pulu tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. O, Zərərçəkmiş şəxs8 verməli olduğu 2500 ABŞ dolları pulu vermədiyi üçün sonuncu ondan bu barədə soruşan zaman dərman pereparatlarının yolda olduğunu, Bakı şəhərinə çatmadığını, dərmanları sataraq pulunu verəcəyini bildirmişdir. Sonradan isə o, Zərərçəkmiş şəxs8 dərman preparatlarının Dövlət Gömrük Komitəsində olduğunu, dərmanları Bakı şəhərinə gətirmək üçün gömrük rüsumunu ödəmək zərurətinin yarandığını, bunun üçün də pul vermədiyini, əlavə olaraq 30000 ABŞ dolları verərsə, dərmanları Dövlət Gömrük Komitəsində rəsmiləşdirərək ölkə ərazisində satıb bütün pulunu qayataracağını demişdir. Zərərçəkmiş şəxs8 da onunla razılaşmış və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində görüşərək sonuncudan əlavə 30000 ABŞ dolları pul almışdır. O, Zərərçəkmiş şəxs8 həmin pullardan 3000 ABŞ dolları pul ödəmişdir. Bundan savayı, o, Zərərçəkmiş şəxs9 Rusiya Federasiyası və Pakistan İslam Respublikasından tibbi preparatları gətirib sataraq qazanc əldə etməyi təklif etdikdə, sonuncu onunla razılaşmış və bu məqsədlə 2024-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs9 ona 17000 manat, xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 25000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, 2024-cü ilin mart ayının ortalarında 28000 manat, 2024-cü ilin mart ayının ortalarında 5000 manat pul vermiş, o, həmin pullardan Zərərçəkmiş şəxs9 11000 manat pul ödəniş etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs10 2024-cü ilin mart ayında ortaq tanışı İlqarın vasitəsi ilə tanımışdır. Belə ki, Rəhman iş qurub qazanc əldə etmək istədiyini ona dediyindən, görüş zamanı o, sonuncuya dərman biznesi ilə məşğul olduğunu, Nərimanov rayonu ərazisində aptek işlətdiyini, Nərimanov ərazisində ofisinin olduğunu, həmçinin "xxxx" şirkətinin direktoru olduğunu, Moskva şəhərindən iynə (şpris) tədarük etmək, biznesini böyütmək istədiyini, birlikdə şərikli olaraq bu işə girib yaxşı qazanc əldə edəcəklərini dedikdə, Zərərçəkmiş şəxs10 da onun təklifi ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən, o, Zərərçəkmiş şəxs10 verdiyi 20000 ABŞ dolları pulun üzərində iki ay ərzində 2000 ABŞ dolları qazanc kimi pul verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024cü il tarixdə o, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər park” deyilən ərazidə kafelərin birində Rəhmanla görüşüb söhbət etmiş, daha sonra həmin gün Rəhmandan iş qurmaq üçün 20000 ABŞ dolları pul almışdır. Bundan 4-5 gün sonra o, Zərərçəkmiş şəxs10la əlaqə saxlayıb Moskva şəhərindən artıq iynə (şpris) alındığını, işin yarımçıq qaldığını, lakin konteynerin tam dolmadığını və 10000 ABŞ dolları pula ehtiyac olduğunu, bunun müqabilində əlavə 1000 ABŞ dolları da qazanc əldə edəcəyini bildirmişdir. 2024-cü ilin aprel ayının sonlarında o, Zərərçəkmiş şəxs10 5500 ABŞ dolları, iki gün sonra isə 4500 ABŞ dolları pul almışdır. Bundan sonra ona şəxsi işləri ilə əlaqədar pul lazım olduğu üçün Rəhmanla əlaqə saxlayaraq ona borca 1000 ABŞ dolları pul verməsini xahiş etmiş, Rəhman da etiraz etməmiş və ona 1000 ABŞ dolları pul vermişdir. O, adlarını qeyd etdiyi şəxslərdən aldığı pulları işə yatırmış, həmçinin dərman vasitələrini satıb əldə etdiyi pulu yenidən qeyd etdiyi işə yatırım etmişdir. Lakin, ziyana getdiyinə görə pulları batırmışdır. Hazırda onda hər hansı dərman vasitələri yoxdur. Həmçinin həmin şəxsləri aldadıb dərman preparatları və pullar alıb ələ keçirmək barədə qardaşı Şahidlə, eləcə də hər hansı bir şəxslə əvvəlcədən heç bir razılaşması və sövdələşməsi olmamışdır. Qardaşı Şahid onun şirkətində ekspeditor işləmiş və buna görə o, sonuncuya aylıq 500 manat maaş vermişdir. Şahid yalnız onun göstərişi ilə müəyyən ünvanlardan dərman vasitələrini götürüb onun dediyi ünvanlara çatdırmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

76. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ali təhsilli həkimdir. Bir müddət ərzində anestezioloq-həkim kimi fəaliyyət göstərmiş, lakin sonradan, yəni 25 ildən bəri fərdi sahibkar kimi işləmişdir. “Covid 19” pandemiyasınadək işləri qaydasında getmiş, daha sonra xarici ölkələrdən gətirdiyi mallar gömrükdə gecikməyə başlamışdır. O, tibbi avadanlıqlar və vasitələr idxal etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, pandemiya dövründə işində gecikmələr olduğuna görə bu hadisələr baş vermiş, bu səbəbdən, dost-tanışı işə cəlb etmiş, məqsədi həm özü, həm də dostlarının gəlir əldə etməsi olmuş, rəsmi ödədiyi gömrük rüsumları və vergilər böyük məbləğlər tələb etmiş, hər kəsin ona etibarı olmuş, hamı onun iş adamı olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs1 təxminən 30000 ABŞ dollarına yaxın pul ödəmiş, onun sonuncu ilə arasında pul məbləği daha çox olmuş, o, xeyli miqdarda sonuncuya pul qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 epizodunu tam şəkildə qəbul edir. Zərərçəkmiş şəxs2 onun tələbə yoldaşıdır və o, həmin şəxsə 1 milyon manatdan artıq pul qaytarmışdır. Onun Zərərçəkmiş şəxs2la arasında külli miqdarda alış-veriş olmuşdur. O, Zərərçəkmiş şəxs2 30000 manat məbləğində borcunun olduğunu qəbul edir, lakin ittiham aktında onun ödədiyi məbləğlər əks olunmamışdır. O, Zərərçəkmiş şəxs3la bağlı epizodu tam qəbul edir, onun sonuncuya 50000 manata yaxın borcu vardır. O, Zərərçəkmiş şəxs4 ümumilikdə 123000 ABŞ dolları pul almış, həmin puldan 58400 ABŞ dolları qalıq qalmış, digər pul məbləğini isə geri qaytarmışdır. Zərərçəkmiş şəxs5 onun işinə qoşulmaq istədiyini dediyindən, o, sonuncunu şirkətə 30 faiz həcmdə ortaq etmiş, o, Zərərçəkmiş şəxs5 414700 manat pulu qaytarmışdır. Bunu təsdiq edən sənədlər də mövcuddur. Hazırda onun Zərərçəkmiş şəxs5 45000 manat borcu vardır. O, Zərərçəkmiş şəxs6 ilə bağlı epizodu tam şəkildə qəbul edir. O, "xxxx" MMC-yə 55000 manat ödəniş etmiş, habelə əlavə olaraq 5000 manat pulu ƏDV ilə köçürmüşdür, həmin epizodla razılaşır. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10la bağlı epizodları qəbul edir. Ümumi zərər ******* manatdan artıq deyil, bununla razılaşmır. O, zərərçəkmiş şəxslərə 218000 manatdan çox pul ödəmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

CM-in 178.3.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.1-178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət tərkibini yaradır. CM-in 178.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə (178.3.1) və külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2) cinayət məsuliyyəti yaradır. Həmin əməli törətmiş şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 99-1.1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmçinin şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

77. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

78. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

79. Maddə 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

80. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

81. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

82. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

83. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

84. Maddə 145.2-145.3. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

85. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

86. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

87. Maddə 179.1-179.3. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

88. Maddə 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

89. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

90. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

91. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

92. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

93. Maddə 330.1. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir.

94. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

95. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

96. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı:

97. Qərarın 1-ci bəndi. Qeyd edilsin ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

98. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.

99. Qərarın 2-ci bəndi. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.

100. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.

101. Qərarın 3-cü bəndi. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.

102. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.

103. Qərarın 4-cü bəndi. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

104. Qərarın 5-ci bəndi. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.

105. Qərarının 31-ci bəndi. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

106. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

107. Qərarın 65-ci bəndi. Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.

108. Qərarın 67-ci bəndi. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir.

109. Qərarın 68-ci bəndi. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır.

110. Qərarın 71-ci bəndi. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir.

111. Qərarın 72-ci bəndi. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər.

112. Qərarın 76-cı bəndi. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidirsə, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Odur ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib-verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1 - 99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı

113. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

114. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı

115. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı

116. cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

117. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

118. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

119. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

120. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır.

121. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

122. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

123. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

124. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

125. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

126. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

127. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

128. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

129. Məhkəmə baxış zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir.

130. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.

131. Müdafiə tərəfi mövqeyini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hər hansı şəxsi aldatmamış, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Habelə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 ilə biznes fəaliyyəti ilə bağlı müqavilə bağladığını, xarici ölkələrdən dərman vasitələri və tibbi avadanlıqlar gətirdiyini, lakin pandemiya ilə əlaqədar gömrük ödənişlərini edə bilmədiyinə və həmin malların idxalını həyata keçirə bilmədiyini, zərərçəkmiş şəxslərə bir miqdarda pul qaytardığını, lakin qeyd etdiyi səbəblərdən vəd etdiyi işi görə bilmədiyini bildirmişdir.

132. Göründüyü kimi, müdafiə tərəfi tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğunu iddia etməklə, təqsirləndirilən şəxsin hər hansı dələduzluq əməlini törətmədiyini iddia etmişdir.

133. Məhkəmə ilk öncə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 götürdüyü pul vəsaitini mübahisələndirməmişdir.

134. Təqsirləndirilən şəxs həm ibtidai istintaq mərhələsində, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən müəyyən olunur ki, o, cinayət işi üzrə zərərçəkmiş şəxslərə münasibətdə pul vəsaitlərini qəbul etmə faktını inkar etməmiş, əksinə hər bir epizod üzrə konkret məbləğləri göstərməklə həmin halları təsdiqləmişdir.

135. Belə ki, bu etiraflar iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini qəbul etməsi faktının mübahisəsiz olduğunu göstərir.

136. Hazırki iş üzrə məhkəmə qeyd etməyi zəruri bilir ki, cinayət-hüquqi baxımdan əhəmiyyətli hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs müvafiq pul vəsaitlərini qəbul etməklə bağlı epizodları ardıcıl şəkildə təsdiqləmiş, hər bir zərərçəkmiş şəxs üzrə konkret maliyyə münasibətlərinin mövcudluğunu bildirmişdir.

137. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında pul vəsaitlərinin verilməsi ilə bağlı yazılı sənədlər, müqavilələr, etirafnamələr, qəbzlər və digər maliyyə sənədləri mövcuddur. Həmin sənədlər pul vəsaitlərinin faktiki olaraq təqsirləndirilən şəxsə verildiyini və məbləğlərin konkretləşdirildiyini obyektiv şəkildə təsdiq edir.

138. Bu sənədlərin mövcudluğu və onların təqsirləndirilən şəxs tərəfindən inkar edilməməsi, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələrin və imzaların ona məxsus olduğunu təsdiqləməsi, sübutların qarşılıqlı uyğunluğunu və bir-birini tamamladığını göstərir.

139. Başqa sözlə, təqsirləndirilən şəxsin etirafedici ifadələri yalnız şifahi bəyanat xarakteri daşımır, həm də yazılı sübutlarla təsdiq olunur.

140. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində zərərçəkmiş şəxslərdən pul vəsaitlərini qəbul etdiyini inkar etməmiş, həmin vəsaitləri real sahibkarlıq fəaliyyəti üçün cəlb etdiyini, lakin pandemiya dövründə idxal etdiyi malların gömrük prosedurlarında gecikməsi və faktiki olaraq dövriyyədən çıxması səbəbindən öhdəliklərini icra edə bilmədiyini bildirmişdir.

141. Təqsirləndirilən şəxs bu mövqeyini əsaslandırmaq üçün gömrük bəyannamələrini və digər sənədləri təqdim etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs pulları qəbul etdiyini təsdiqləsə də, həmin hərəkətləri dələduzluq niyyəti ilə etmədiyini göstərmişdir.

142. Eyni zamanda, bəzi zərərçəkmiş şəxslər ifadələrində pul vəsaitlərinin təqsirləndirilən şəxsin təşəbbüsü ilə yazılı müqavilələr əsasında rəsmiləşdirildiyini, hətta müqavilə bağlanmasının sonuncunun israrı ilə həyata keçirildiyini qeyd etmişlər.

143. Lakin məhkəmə iş üzrə sübutların məcmusunu qiymətləndirərək bildirir ki, təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş vəsaitlərin iş görülməsi üçün yox, digər məqsədlərə sərf edilmişdir. Bu xüsusat təqsirləndirilən şəxsin özünün yazılı etirafı ilə də təsdiq olunur.

144. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhz uğursuz sahibkarlıq fəaliyyəti məşğul olması halı müəyyən edilməmişdir.

145. Məhkəmə hesab edir ki, ələ keçirilmiş pulların formal şəkildə müqavilələrlə rəsmiləşdirilməsi, eləcə də müəyyən gömrük sənədlərinin təqdim edilməsi, təqsirləndirilən şəxsin ilkin niyyətinin real sahibkarlıq fəaliyyəti deyil, əksinə etibar qazanmaq və gələcəkdə yaranacaq məsuliyyətdən yayınmaq üçün zahiri hüquqi mexanizm formalaşdırmaq məqsədi daşıdığını istisna etmir.

146. Əksinə, pul vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, onların başqa istiqamətlərə yönəldilməsi və nəticədə çoxsaylı zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurulması halları, təqsirləndirilən şəxsin əməlinin təsadüfi deyil, davamlı xarakter daşıdığını göstərən hallar kimi qiymətləndirilməlidir.

147. Bu baxımdan məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs pul vəsaitlərini zərərçəkmiş şəxslərdən qəbul etməsi faktları mübahisəsiz olmaqla yanaşı, həmin vəsaitlərin məqsədli şəkildə sahibkarlıq fəaliyyəti üçün deyil, özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə əldə edildiyi sübuta yetirilmişdir.

148. Formal müqavilə münasibətlərinin yaradılması və qismən sənədləşdirmə isə cinayət niyyətini pərdələməyə xidmət edən vasitə kimi qiymətləndirilməlidir ki, bu da Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin mövcudluğunu təsdiqləyən hallardan biridir.

149. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ələ keçirdiyi pul vəsaitinin əksər hissəsini geri qaytardığını bildirsə də, bu, cinayət işinin materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmamışdır.

150. Belə ki, məhkəmə tərəfindən elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs öz əl yazısı ilə tərtib etdiyi və hər iki tərəfin imzası ilə təsdiqlənmiş sənəd iş üzrə həlledici sübut kimi qiymətləndirilmişdir. Həmin sənəddən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə 27970 manat məbləğində mal şəklində və pul vəsaiti qaytarılmış, həmin tarixə qaytarılmayan pul vəsaiti 384550 manat təşkil etmişdir. Bu rəqəm ittiham aktında göstərilən məbləğlə faktiki olaraq uyğunluq təşkil edir.

151. Beləliklə, təqsirləndirilən şəxsin məhkəmədə Zərərçəkmiş şəxs2 olan 385000 manat məbləğində pulu qaytarmalı olmasını qəbul etməməsi, Təqsirləndirilən şəxs əl yazısı ilə tərtib edib imzaladığı sənədlə təkzib olunur.

152. Həmin sənəd borcun məbləğini, yaranma əsasını və ödənilmə mexanizmini konkretləşdirməklə yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşısında külli miqdarda maliyyə öhdəliyinin mövcudluğunu bilavasitə təsdiq edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ******* manatdan artıq məbləğin qaytarılması barədə ümumi xarakterli bəyanatları konkret maliyyə sənədləri ilə təsdiq edilməmiş və ittiham predmetinə daxil edilən qaytarılmalı olan pul vəsaitinin mövcudluğunu aradan qaldırmamışdır.

153. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Zərərçəkmiş şəxs2 epizodu üzrə təqsirləndirilən şəxsin öz yazılı etirafı, məbləğlərin konkret göstərilməsi və qalıq borcun rəqəmlərlə təsbit olunması təqsirləndirilən şəxsin cinayət əməlini inkar edən mövqeyini əsassız edir.

154. Məhkəmə Zərərçəkmiş şəxs5 epizodu ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 əhəmiyyətli məbləğdə pul vəsaitlərini qəbul etdiyini, aldığı vəsaitlərin yalnız cüzi hissəsini "xxxx" MMC-nin biznes fəaliyyətinə yatırım məqsədi ilə istifadə etdiyini, qalan hissəsini isə şəxsi və digər məqsədlər üçün xərclədiyini öz etirafnamələrində və əl yazısı ilə tərtib edilmiş sənədlərdə açıq şəkildə göstərmişdir.

155. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs hərəkətləri yalnız mal və pul qəbul etməkdən ibarət olmamış, həmin vəsaitlərin məqsədli şəkildə başqa istiqamətlərə yönləndirilməsi və zərərçəkmiş şəxsi aldadaraq külli miqdarda zərər vurması ilə müşayiət olunmuşdur. Təqsirləndirilən şəxsin razılaşmalar, etirafnamələr və sənədlər vasitəsilə əldə etdiyi vəsaitlərin əksər hissəsini sahibkarlıq məqsədi ilə istifadə etməməsi və qismən geri qaytarılması, onun əsl niyyətinin pulları öz şəxsi və digər məqsədləri üçün istifadə etmək olduğunu sübut edir.

156. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs5 epizodu üzrə təqsirləndirilən şəxsin ifadəsində göstəridiyi xüsusatlar müdafiə xarakteri daşısa da, iş üzrə mövcud yazılı sənədlər, etirafnamələr və ödəniş qrafikləri ilə ziddiyyət təşkil edir və sonuncunun aldığı pulların əksər hissəsini sahibkarlıq məqsədinə yönəltmədiyi faktını dəyişdirmir.

157. “Dələduzluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun həmin qərarının 27-ci bəndində göstərilmişdir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməməsi məhkəmələrin nəzərinə çatdırılmışdır.

158. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir.

159. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.

160. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.

161. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs tərəfindən əmlakların qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar deyildir.

162. Təqsirləndirilən şəxs niyyəti həmin müqavilələri bağlamazdan əvvəl özgənin, yəni zərərçəkmiş şəxslərin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək olmuş və bu, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və digər sənədlərlə müəyyən edilmişdir.

163. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həmin şəxslərdən götürülmüş pul vəsaitinin qaytarıla bilməməsini obyektiv hallarla əlaqələndirə bilməmiş, o, yalnız həmin pul vəsaitinin müştərilərdə olduğunu deməklə kifayətlənmişdir.

164. Məhkəmə o nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 öz əmlaklarını, yəni müvafiq olaraq pul vəsaitlərini və mallarını Təqsirləndirilən şəxs yalan vədlərinin təsiri altında könüllü surətdə vermiş, Təqsirləndirilən şəxs niyyəti əmlakı, yəni müvafiq olaraq pul vəsaitlərini və mallarıələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, həmin şəxslərin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir.

165. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

166. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarında olan ittiham aktı nəzərdən keçirildikdə müəyyən olunur ki, iş üzrə 11 nəfər zərərçəkmiş şəxs mövcuddur. Həmin ittiham aktı tərtib edilərkən təkrarlığa yol verilmiş, yəni eyni zərərçəkmiş şəxslərlə bağlı epizodlar 2 dəfə ittiham aktında göstərilmişdir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamı özündə əks etdirən hissədə 11 nəfər zərərçəkmiş şəxsdən pulların ələ keçirilməsinə dair məlumatlar bəndlərdə göstərildikdən sonra, yenidən həmin epizodlar qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, bu, aşkar texniki səhvdir, ittihamın genişlənməsinə səbəb olmur.

167. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

168. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin, 318.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, həmin cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində, yəni “Belə ki...” ilə başlayan bənddən “Bu hərəkətləri ilə...” ilə bitən bənd aralığında olan saylara 12-22-ci bəndlər əvvəlki bəndlərlə təkrarlıq təşkil etdiyindən, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

169. Bundan başqa, məhkəmə tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 məhkəmə iclasında iştirakları üçün zəruri tədbirlər görülsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır.

170. Müdafiə tərəfi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 məhkəmə iclasında iştirakına zərurət olmadığını bildirmişdir.

171. Məhkəmə tərəfindən ittihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır.

172. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər gördüyündən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir.

173. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmağı ilə bağlı mövqeyini və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

174. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

175. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

176. Beləliklə, məhkəmə CPM-in 318-ci maddəsinin tələblərinə və iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

177. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

178. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

179. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

180. Bundan başqa, məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü madəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə davranışını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

181. Məhkəmə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

182. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

183. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən o, cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

184. İşdə olan tutma protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan təbirinin seçilməsindən imtina edilmişdir. Daha sonra edilmiş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində yenidən həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır.

185. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 15 noyabr 2024-cü il tarixdən hesablanmalı, 27 may 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 08 (səkkiz) gün müddət bir günə bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-in 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

186. Məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin iş üzrə 2 nəfər zərərçəkmiş şəxs tərəfindən mülki iddia ərizəsi təqdim edilmişdir.

187. Məhkəmə CPM-in 179.2-ci maddəsinə əsasən, hazırki hal üzrə tətbiq edilməli olan mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığından və mülki iddia üzrə icraatda zəruri olan həmin qaydalar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmadığından, mülki prosessual qanunvericiliyin normalarının tətbiq edilməsini zəruri sayır.

188. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir.

189. Mülki-Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.

190. Mülki-Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir.

191. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

192. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu tutulur.

193. Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır.

194. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs6 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş zərərin əvəzi kimi 85000 (səksən beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 345 (üç yüz qırx beş) manat olmaqla, cəmi 85345 manat (səksən beş min üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.

195. Bundan başqa, Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsi təqdim edərək vurulmuş zərərin əvəzi kimi 80000 (səksən min) ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 426,64 (dörd yüz iyirmi altı manat altmış dörd qəpik) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.

196. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir.

197. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddia cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır.

198. Beləliklə, məhkəmə qeyd edilənləri və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarını nəzərə alaraq, o nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 mülki iddiası tam təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq 85000 (səksən beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 345 (üç yüz qırx beş) manat olmaqla, cəmi 85345 manat (səksən beş min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 ödənilməlidir.

199. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs8 mülki iddiasına münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddiası tam təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq 80000 (səksən min) ABŞ dolları ekvivalentində 136000 manat və dövlət rüsumu üçün ödənilmiş 426,64 (dörd yüz iyirmi altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 136426,64 manat (bir yüz otuz altı min dörd yüz iyirmi altı manat altmış dörd qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ödənilməlidir.

200. Qeyd edilənlərdən başqa mülki iddia, eləcə də iş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

201. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

202. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 08 (səkkiz) gün müddət olmaqla, bir günə bir gün hesabı ilə cəmi 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına hesablansın və təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində 08 (səkkiz) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 mülki iddiası təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 85000 (səksən beş min) manat və 345 (üç yüz qırx beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 85345 (səksən beş min üç yüz qırx beş) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddiası təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 80000 (səksən beş min) ABŞ dolları ekvivalentində 136000 manat və 426,64 (dörd yüz iyirmi altı manat altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 136426,64 manat (bir yüz otuz altı min dörd yüz iyirmi altı manat altmış dörd qəpik) pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ödənilsin. İş üzrə maddi sübutun, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar