Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1135/2020 05.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Malışov X4, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1980-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işsiz, Cəlilabad şəhəri, Səttərxan küçəsi ev 74-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi zamanı aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisədən sonra həmin günü saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindəki “Göyçə” marketin qarşısına gedərək sonuncu ilə görüşüb, aralarındakı mobil telefon danışığı zamanı onu təhqir etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirərək, Zərərçəkmiş şəxsla mübahisə edərək ətrafdakı dinc sakinlərin hərəkət etdiyi ictimai yer olan küçədə ucadan nalayiq küçə söyüşləri söydükdən sonra, üstündə olan və silah qismində istifadə etdiyi təyinatı istintaqa məlum olmayan bıçaqla xuliqanlıq niyyəti ilə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin, arxa qoltuq xətti üzrə 9-cu qabırğanın proyeksiyasında yerləşən, plevra və qarın boşluğuna nüfuz edərək böyük piyliyi yaralayan 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfüz etməyən 5 ədəd və sol saidin aşağı 1/3-nin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə iş axtaran zaman Xırdalan şəhərindəki un dəyirmanında fəhlə işi olduğunu öyrənib, həmin dəyirmana işə düzəlib, orada işləməyə başlamış, 2 gün işlədikdən sonra işçilər öz aralarında söyüş edərək, həftənin bazar günü işə çıxmayacaqları barədə razılığa gəlmişlər. O da həmin razılaşmaya görə həftənin bazar günü, yəni xx xxxx 2020-ci il tarixdə işə getməmişdir. O, dostu Elvinə zəng vurub onunla bir şüşə araq alıb, birlikdə Elvinin Abşeron rayonu ərazisində yerləşən fermasına gedib orada yeyib-içmişlər. Həmin gün müdir ona zəng edib niyə işə gəlmədiyini soruşmuş, o, müdirə işçilərin razılığı barədə heç bir söz deməmiş, müdir hamının işə gəldiyini, bircə onun işə gəlmədiyini bildirmiş və onu işdən çıxarmışdır. O, elə həmin gün saat 13 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs zəng edib Ələkbərin ona yalandan işə getməyəcəyini deməsinə baxmayaraq, bazar günü işə getdiyinə görə Ələkbərə incikliyini və bu səbəbdən işdən qovulduğunu bildirmiş, Ələkbərlə onun arasında buna görə mübahisə yaranmışdır. Ələkbər ona “1-ci gün işə gəlsən sənin ağzıvı cıracam” səsli mesajı göndərmişdir. O da Ələkbərin bu mesajından əsəbləşib ona “harda isdiyirsən gəl görüşək söhbət edək” mesajını göndərmişdir. Ələkbər onun həyat yoldaşının da ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin günü saat təxminən 18 radələrində o, evinə gedən zaman Ələkbər ona zəng vurub, Xırdalan şəhərindəki “120” adlanan yerin axırında gözləyəcəyini bildirmişdir. O da yoldan qayıdaraq Ələkbərin dediyi yerə, yəni Xırdalan şəhəri H.Əliyev prospektindəki “Göyçə market”in qarşısına gedib Ələkbərlə görüşüb ona “1-ci gün işə gəlsən sənin ağzıvı cıracam” sözünü geri götürməsini və buna görə ondan üzr istəməsini tələb etmişdir. Onlar hadisə yerində pilləkənləri qalxa-qalxa Ələkbər qəflətən təpiklə onun sinəsindən vurub, söyməyə başlamışdır. O, yumruqla Ələkbərin başına vurmuşdur. Həmin vaxt Ələkbərin əlində bıçaq olmuş, əlindəki bıçaqla ona tərəf gələndə o, üzərimdə gəzdirdiyi balaca mətbəx bıçağı ilə Ələkbərə 3 bıçaq zərbəsi vurmuşdur. Ələkbər həmin zərbələrdən yerə yıxılmışdır. Həmin vaxt Ələkbər də əlindəki bıçaqla onu vursa da, bıçaqlar onun əynində palto olduğuna görə daxilə keçməmişdir. Ələkbər ayağa qalxıb “bəsdir ta vurma mən söyüşlərimi geri götürürəm” demiş, o da Ələkbərin bu sözündən sonra sakitləşmiş və oradan piyada evinə getmişdir. Əlindəki bıçağı evə gedərkən yolda xatırlamadığı yerdə harasa tullamışdır. Evə çatdıqdan az sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gəlib onu polis idarəsinə aparmışlar. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhərində yerləşən un dəyirmanında fəhlə işləyir. xx xxxxxx 2020-ci ildə əvvəldən tanıdığı və münasibətləri yaxşı olan Təqsirləndirilən şəxs həmin dəyirmana fəhlə işləməyə gəlmiş, həmin günü iş yoldaşları həftənin bazar günü işə gəlməyəcəkləri barədə öz aralarında razılığa gəlmişlər. O da ilk əvvəl işə gəlməyəcəyini bildirsə də, pula ehtiyacı olduğu üçün ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixdə, həftənin bazar günü səhər tezdən işlədiyi un dəyirmanına getmiş, həmin vaxtı iş yoldaşı olan fəhlələrdən də 2-3 nəfəri işə gəlmişlər. Həmin gün o, Rəşadın işə gəlmədiyini və hardasa yeyib-içdiyini öyrəndikdən sonra mobil telefonun “WhatsApp” xidməti ilə sonuncunun mobil telefonuna “nuş olsun” səsli mesajını göndərmiş, onun bazar günü işə çıxmağına görə Rəşadla mobil telefonda aralarında mübahisə yaranmış, Rəşad mobil telefonun “WhatsApp” xidməti ilə ona səsli mesajlar göndərib onu söyərək, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində, “120-nin axırı” adlanan məhəllədə görüşməyi demişdir. Həmin günü o da saat təxminən 18 radələrində işlədiyi dəyirmandan çıxıb evinə gedərkən dəyirmanda çörək kəsmək üçün istifadə etdiyi bıçağı götürüb Rəşadın dediyi yerdə yerləşən “Göyçə” marketin qarşısına getmişdir. O, bıçağı əvvəllər Rəşadın üzərində bıçaq gəzdirdiyini bir neçə dəfə gördüyündən hər ehtimala qarşı özünü müdafiə məqsədilə götürmüşdür. O, həmin vaxt Rəşadın ona tərəf gəldiyini görüb sonuncuya yaxınlaşmış, həmin vaxtı Rəşad əlindəki mətbəx bıçağı ilə onun sol qolundan vurmuş, o da təpik və yumruqla vuraraq Rəşadı özündən uzaqlaşdırmış və əvvəlcədən əynindəki paltosunun sol qoluna qoyduğu bıçağı çıxararaq Rəşada tərəf getmiş, həmin vaxt Rəşad əlindəki bıçaqla ona bir neçə zərbə vurmuş, bu zaman onun əlindəki bıçaq yerə düşmüş, kənardan gələn tanımadığı bir nəfər şəxs onları sakitləşdirib ayırmış, bundan sonra Rəşad oradan uzaqlaşmış, o da tanımadığı sürücünün idarə etdiyi taksi ilə Bakı şəhərinə xəstəxanaya getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur. Şahid məhkəmədə ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, S.Bəhlulzadə küçəsindəki nömrəsiz evdə yaşayır. Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən “xxxxx” ASC-də mühafizəçi işləyir. Həftənin 4 günü işdə, 2 günü evdə olur. xx xxxx 2020-ci il tarixdə iş günü olmadığına görə evdə olmuş, həmin günü saat 18 radələrində evdən çıxıb, bir neçə saat əvvəl dərziyə düzəltmək üçün verdiyi uniformasını götürmək üçün Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Göyçə market”in yanına getmişdir. Həmin yerə az qalmış yolun əks tərəfində təxminən 7-8 metr aralıda əvvəllər tanımadığı, sonradan adlarının Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu bildiyi iki nəfər cavan oğlanın mübahisə edərək dalaşdıqlarını görüb, tez onlara yaxınlaşıb aralaşdırmış və Ələkbərin qolundan tutub yaxınlıqdakı mağazanın pilləkənlərinə tərəf aparmışdır. Rəşad isə oradan çıxıb getmişdir. Həmin vaxtı orada olan tanımadığı şəxslərdən kimsə Ələkbəri albalı rəngli, markasını və nömrə nişanını bilmədiyi taksiyə mindirib xəstəxanaya aparmışdır. Onların hansı səbəbdən mübahisə edib dalaşdıqlarını bilmir. Hadisə vaxtı Rəşadın və Ələkbərin birbirinə söyüş söymələrinin şahidi olmamış, hava qaranlıq olduğundan orada heç kimin əlində bıçaq görməmişdir. Bununla yanaşı, Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, S.Bəhlulzadə küçəsindəki nömrəsiz evdə yaşayır. Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən “xxxxx” ASC-də mühafizəçi işləyir. Həftənin 4 günü işdə, 2 günü evdə olur, saat 07 radələrində işə gedib, axşam saat 21 radələrində evə qayıdır. xx xxxx 2020-ci il tarixdə iş günü olmadığına görə evdə olmuş, həmin günü saat 18 radələrində evdən çıxıb, bir neçə saat əvvəl dərziyə düzəltmək üçün verdiyi uniformasını götürmək üçün Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Göyçə” marketin yanına getmiş, həmin yerə az qalmış yolun əks tərəfində təxminən 7-8 metr aralıda əvvəllər tanımadığı, sonradan adlarının Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu bildiyi iki nəfər cavan oğlanın mübahisə edərək, söyüş söydüklərini və Rəşadın əlindəki bıçaqla Əkəbərin qarın nahiyəsindən dalbadal bir neçə zərbə vurduğunu, Ələkbərin bir əlində bıçaq olduğunu, digər əli ilə Rəşadın gödəkçəsindən tutduğunu görüb, tez onlara yaxınlaşıb aralaşdırmış və Ələkbərin qolundan tutub yaxınlıqdakı mağazanın pilləkənlərinə tərəf aparmış, Rəşad isə əlindəki bıçaqla oradan çıxıb getmişdir. Həmin vaxtı orada olan tanımadığı şəxslərdən kimsə Ələkbəri albalı rəngli, markasını və nömrə nişanını bilmədiyi taksiyə mindirib xəstəxanaya aparmış, onların hansı səbəbdən mübahisə edib dalaşdıqlarını bilmir (cild 1, iş vərəqi 123-124) Məhkəmə Şahid məhkəmə baxışı zamanı veridyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin halları və toplanmış digər sübutlarla təsdiq edildiyindən daha inandırıcıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə baş verən ünvan Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, “Göyçə” marketin qarşısıdır. Hadisə yerindən bir ədəd üzərində qanabənzər ləkələr olan taxta dəstəkli bıçaq qablaşdırılaraq götürülmüşdür (cild 1 iş vərəqi 4-8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli baxış və götürmə potokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş, üzərində qanabənzər ləkəsi və bir neçə dəlib-keçən izləri olan qısaqol idman maykası iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür (cild 1 iş vərəqi 11-13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş 1 ədəd diskdən görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, ona məxsus “Samsung Duos” markalı, üzərində ***-***-**-** nömrə olan mobil telefonun “WhatsApp” xidmətində xx.xx.2020-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında səsli mesajlar göndərilmişdir. Mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bazar günü işə çıxmasını irad tutmuş, aralarında mübahisə baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş, Zərərçəkmiş şəxs da söyüşlə qarşılıq vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 120 saylı avtobusun dayanacağına “Strelka”ya, yəni görüşə çağırıb onu şikəst edəcəyini bildirmiş, bu zaman dəfələrlə həm Zərərçəkmiş şəxs öz ünvanına, həm də yaxın qohumlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən bağlı telefonunu açmağı, ona mesaj göndərməməyi, telefonla danışmağı tələb edir. Sonuncu mesajların məzmunundan həmçinin görünür ki, onlar hər ikisi deyilən yerə gəlib çatmışlar və bu zaman da bir-birinə göndərdikləri mesajlarda bir-birini, xüsusilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır söyüşlərlə təhqir etmişdir (cild 1, iş vərəqi 90-91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron daşıyıcı olan diskdəki videoşəkilişə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, videoçəkilişin aparıldığı tarix xx.xx.2020-ci il saat 18:49-dur. Çəkilişdə insanların və avtomobillərin gur hərəkəti olan küçə mənzərəsi əks olunmuşdur. Həmin küçədə iki nəfər cavan yaşlarında kişinin bir-birinə hücum çəkərək dalaşması görünür. Dalaşmanın ilk anında cavan yaşlarında iki nəfər digər kişinin dalaşanlardan özlərini qorumaq üçün küçənin o biri tərəfinə qaçdıqları görünür. Həmçinin dalaşanların yanından başqa şəxslər də ötüb keçirlər. Dalaşanlardan cavan yaşlarında ucaboy bir oğlanın, qarşısındakı tərəfindən hansısa predmetlə bədəninin sol tərəfindən vurulması, daha sonra isə həmin ucaboy oğlanın onu vuranın üzərinə hücum edərək yumruq və təpiklə boyca ondan qısa, başında papaq olan digər oğlanı vurması, vurduğu oğlanın isə arxa-arxaya getdiyi görünür. Onların ayaqları yanında yerdə ləkələrin yarandığı görünür. Daha sonra əlləri ilə bir-birini itələyir, dartışırlar. Yoldan keçən cavan bir oğlan onları aralayır və onlar hərəsi müxtəlif istiqamətlərdə gedirlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs başında papaq olan və qarşısındakı şəxsin bədəninin sol tərəfinə bıçağı vuran şəxsin özü olduğunu, vurduğu və həmin vaxt ona yumruq və təpiklə vuran şəxsin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin vaxt o, Zərərçəkmiş şəxs əlindəki bıçaqla qarın nahiyəsindən bir neçə zərbə vurmuş, Ələkbərə yetirdiyi xəsarət yerlərindən axan qan yerə tökülmüş və yerdə qan ləkələri yaranmışdır. Videoçəkilişin saat 18:52-də qurtardığı görünür (cild 1, iş vərəqi 8, 58). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbələri yetirməsinin təfərrüatları barədə bir daha etirafedici ifadə vermişdir (cild 1, iş vərəqi 109-111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadələrini əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 59-61). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 600 saylı ekspert rəyindən görünür ki, 1985-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthinin, arxa qoltuq xətti üzrə 9-cu qabırğanın proyeksiyasında yerləşən, plevra və qarın boşluğuna nüfuz edərək böyük piyliyi yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfüz etməyən 5 (beş) ədəd və sol saidin aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, törədilmə müddəti qərarda qeyd olunan vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə döş qəfəsinin sol yan səthinin, arxa qoltuq xətti üzrə 9-cu qabırğanın proyeksiyasında yerləşən, plevra və qarın boşluğuna nüfuz edərək böyük piyliyi yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər varmaya aiddir. Döş qəfəsinin sol yarısının daxilə nüfüz etməyən 5 (beş) ədəd və sol saidin aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası ayrı-ayrılıqda, eləcə də ümimilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 102-104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 417 saylı ekspert rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının və sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 92). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 107/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin on səthində bir ədəd və arxa sol səthində dörd ədəd dəib keçən zədələr aşkar olunmuş, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir (cild 1, iş vərəqi 95-96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 191/2020-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən). Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qolsuz köynək üzərində Abeta/İİ/ qruplu insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur (cild 1, iş vərəqi 98-101). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 105-MTKŞ/2020 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 140-142). İşdə olan maddi sübut kimi tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus üzərində zədələr və qan ləkəsi olan göy rəngli qısaqol idman maykası maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 119-120). İşdə olan maddi sübut kimi tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd taxta dəstəkli bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 144-145). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 78-79). Təqsirləndirilən şəxs iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 147). Zərərçəkmiş şəxs iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 149). İşdə olan sənədlərdən görünür ki, Tomarov X2 şəhəri, Səttarxan küçəsi, ev 74-də qeydiyyatdadır, barəsində icra nümayəndəliyinə şikayət xarakterli məktub daxil olmuşdur (cild 1, iş vərəqi 151-152). İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü Rəşidə adlı və 2009-cu il təvəllüdlü Dəniz adlı övladları vardır (cild 1 iş vərəqi 74). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə 1 (bir) il 4 (dörd) ay 15 (on beş) gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur (cild 1, iş vərəqi 87-88). Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə cəza çəkməkdən azad olunduğu gündən iki il keçdiyinə görə o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 1 saylı Qərarının 5-ci və 6-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona təhqir xarakterli səsli mesaj göndərməklə və onun həyat yoldaşının ünvanına nalayiq söyüşlər söyməklə mübahisəni ilkin olaraq başlaması, evinə gedən zaman Zərərçəkmiş şəxs ona zəng vurub görüşə çağırması, hadisə yerində pilləkənləri qalxa-qalxa Zərərçəkmiş şəxs qəflətən təpiklə onun sinəsindən vurub, söyməyə başlaması barədə məhkəmədə verdikləri ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünün müdafiəsinə yönəlməklə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, cinayət işi üzrə toplanmış digər sübutlarla yanaşı Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, mobil telefonun “WhatsApp” xidmətində xx.xx.2020-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında səsli mesajlara, habelə hadisəni özündə əks etdirən videoçəkilişə keçirilmiş baxışlarla təqsirləndirilən şəxsin həmin ifadələri təkzib olunur. Əksinə, münaqişənin təşəbbüskarının məhz təqsirləndirilən şəxsin özünün olması, hadisəni isə ona haqq qazandırmayan əsassız səbəbdən, yəni xuliqanlıq niyyəti ilə, eyni zamanda xuliqanlıq cinayətini törətməsi sübuta yetirilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan qəsdən xuliqanlıq niyyəti ilə ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayətini törətməsi kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində 2 azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanlmışdır (cild 1, iş vərəqi 34, 67-69, 133-135). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar anbarında saxlanılan bir ədəd bıçaq və bir ədəd idman maykası məhv olunmalıdır. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar anbarında saxlanılan bir ədəd bıçaq və bir ədəd idman maykası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1135/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1135/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver