Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1135/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 1135/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 14 iyul 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakı ilə xx xxxxxx 1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədilə qanunsuz olaraq təkrarən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə təsir maddəsinin ümumi miqdarı külli miqdarda-241,5 qram olan 994 ədəd “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin və təsir maddəsinin ümumi miqdarı külli miqdarda-38,25 qram olan 170 ədəd “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol dərman həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin maddələrdən üzərində “Paden-300” yazısı olan 28 ədəd konvalyutda 392 ədəd preqabalin dərman həblərini və üzərində “Tramadol hydrochloride 225 mg” yazısı olan 10 ədəd konvalyutda 100 ədəd tramadol həblərini ünvan 2 ünvanında yerləşən 813 saylı aptekin ikinci mərtəbəsində yerləşən ofis kimi istifadə etdiyi otaqda gizlətməklə qanunsuz saxlamış, üzərində “Alyse pregabalin 150mg” yazısı olan 27 ədəd konvalyutda 378 ədəd, üzərində “Paden-300” yazısı olan 16 ədəd konvalyutda 224 ədəd preqabalin dərman həblərini və üzərində “Tramadol hydrochloride 225mg” yazısı olan 7 ədəd konvalyutda 70 ədəd tramadol həblərini isə üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 noyabr 2020-ci il tarixdə, saat 17:40-da ünvan 3 ünvanında yerləşən “Şuşa” kafesinin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində olan bir ədəd sellofan torbada satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı təsir maddəsinin ümumi miqdarı külli miqdarda 123,9 qram olan 43 ədəd konvalyutda 602 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin dərman həbləri və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 15,75 qram olan 7 ədəd konvalyutda 70 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol dərman həbləri aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə, saat 20:16-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə icarəsində olan ünvan 2 ünvanında yerləşən 813 saylı aptekin ikinci mərtəbəsində yerləşən ofis kimi istifadə olunan otağa baxış keçirilən zaman otaqda olan bir ədəd qutunun içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı təsir maddəsinin ümumi miqdarı külli miqdarda 117,6 qram olan 28 ədəd konvalyutda 392 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin dərman həbləri və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 22,5 qram olan 10 ədəd konvalyutda 100 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yerləşən obyekti icarəyə götürərək orada “813 Aptek” adlı aptek işlətmişdir. Aptek işlətmək üçün təyin olunmuş sınaq müddəti ərzində Səhiyyə Nazirliyindən müvafiq lisenziya ala bilmədiyi üçün həmin apteki işlətməmişdir. Aptekin ikinci mərtəbəsini ofis kimi istifadə etmişdir. Həmin dərman vasitələrini müxtəlif şəxslərdən əldə etmişdir. 14 noyabr 2020-ci il tarixdə ümumilikdə 1150 manata hazırda adını xatırlamadığı şəxsdən 17 konvalyut tramadol, 44 konvalyut “Paden-300” və 27 konvalyutda preqalbin adlı güclü təsir edən maddələri alaraq bir hissəsini ofisdə olan qutunun içərisinə qoymuş, bir hissəsini isə bir ədəd sellofan torbada üzərində götürmüşdür ki, kimsə zəng edib istəsə sata bilsin. Tramadolun bir konvalyutunu 7 manata, Padenin bir konvalyutunu 45-55 manata, preqalbinin bir konvalyutunu 13-15 manata satmışdır. Üzərində saxladığı dərmanlarla birlikdə 14 noyabr 2020-ci il tarixdə saat təxminən 17:40 radələrində ünvan 6 ünvanında yerləşən “Şuşa” kafesinin qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. O, sağ əlində tutduğu sellofan torbanı təqdim edərək içərisində gücü təsiredici xassəyə malik narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxış zamanı içərisindən 27 ədəd konvalitdə 378 ədəd üzərində “Alyse150” yazısı olan, 16 ədəd konvalitdə 224 ədəd üzərində “Paden300” yazısı olan və 7 ədəd konvalitdə 70 ədəd üzərində “Royal 225” yazısı olan həblər aşkar edilmişdir. Sonra o, əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, mobil telefonunu və 01 ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi həblər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd qara rəngli ”Samsung” markalı mobil telefonu götürülmüş, bir ədəd açar isə özünə geri qaytarılmışdır. O, həmçinin, icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən 813 saylı aptekdə də narkotik tərkibli həblər olduğunu, həmin ünvana baxış keçiriləsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə qeyd etdiyi ünvana yollanmışlar və həmin ünvana baxış zamanı o, ofisdə kənarda olan 1 ədəd qutunu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış zamanı 28 ədəd konvalitdə 392 ədəd üzərində “Paden300” yazısı olan və 10 ədəd konvalitdə 100 ədəd üzərində “Royal 225” yazısı olan həblər aşkar edilmişdir. Həmin həblər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra da ofisin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 noyabr 2020-ci il tarixdə ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici xassəyə malik dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN BNMİ-yə əməliyyat məlumatı daxil olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Şahid1 havalə edilmiş və əməliyyat qrupunun tərkibinə ondan başqa Baş İdarənin əməliyyat müvəkilli Şahid3 da daxil edilmişdir. 14 noyabr 2020-ci il tarixdə saat 17:40-da Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yerləşən «Şuşa» kafesinin yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət edilmişdir.. Baş İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan torbanı təqdim edərək içərisində güclü təsiredici xassəyə malik narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxış zamanı içərisindən 27 ədəd konvalitdə 378 ədəd üzərində “Alyse150” yazısı olan, 16 ədəd konvalitdə 224 ədəd üzərində “Paden300” yazısı olan və 7 ədəd konvalitdə 70 ədəd üzərində “Royal 225” yazısı olan həblər aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd açarı təqdim edərək masanın üzərində qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həblər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi və ”Samsung” markalı mobil telefon da götürülmüşdür. Baş verənlər barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həblərin özünə məxsus olduğunu və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. O, həmçinin, demişdir ki, əvvəllər icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nizami rayonunda yerləşən 813 saylı Aptekin ofisində də güclü təsir edən həblər vardır və həmin ofisə baxış keçirilməsinə etiraz etmir. ünvan 2 ünvanında yerləşən 813 saylı aptekin ofisinə getmişlər. Orada “baxış və götürmə” istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs ofisində olan 1 ədəd qutunu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış zamanı 28 ədəd konvalitdə 392 ədəd üzərində “Paden300” yazısı olan və 10 ədəd konvalitdə 100 ədəd üzərində “Royal 225” yazısı olan həblər aşkar edilmişdir. Həmin həblər də ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs məxsus icarə əsasında işlətdiyi ofisin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İdarəyə qayıtdıqdan sonra baş verənlər barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 145-148ci vərəqlərində olan ifadəsindən görünür ki, o da şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 45-49-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2020-ci il tarixli, 6/2492 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində iki ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə; Üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində üzərində “Alyse pregabalin 150mg” göstəricisi olan 27 ədəd konvalyutda ümumilikdə 378 ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 56,7 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,150 qramdır) təşkil edir. Üzərində “Tramadol hydrochloride 225mg" göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 15,75 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) təşkil edir. Üzərində “Paden-300” göstəricisi olan 16 ədəd konvalyutda ümumilikdə 224 ədəd olan ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 67,2 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Üzərində “Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində üzərində “Paden-300” göstəricisi olan 28 ədəd konvalyutda ümumilikdə 392 ədəd olan ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 117,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Üzərində “Tramadol hydrochloride 225mg” göstəricisi olan 10 ədəd konvalyutda ümumilikdə 100 ədəd həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 22,5 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) təşkil edir. Tramadol hidroxlorid və preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi “Paden-300” göstəricisi olan dərman kapsulları ilə Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi ofisindən götürülmüş “Paden-300” göstəricisi olan dərman kapsulları birbiri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs amil oğlunun şəxsi axtarış zamanı təqdim etdiyi “Tramadol hydrochloride 225mg” göstəricisi olan dərman kapsulları ilə Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi ofisindən götürülmüş “Tramadol hydrochloride 225mg” göstəricisi olan dərman kapsulları kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işinin 157-158-ci vərəqlərində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş 08 fevral 2021-ci il tarixli, 379 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 30-33-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2020-ci il tarixdə saat 17:40-da saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində tutduğu sellofan torbadan 27 ədəd konvalitdə 378 ədəd üzərində “Alyse150” yazısı olan, 16 ədəd konvalitdə 224 ədəd üzərində “Paden300” yazısı olan və 7 ədəd konvalitdə 70 ədəd üzərində “Royal 225” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Cinayət işinin 36-38-ci vərəqlərində olan “Ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən 813 saylı aptekin ikinci mərtəbəsindəki ofisə baxış keçirilən zaman orada olan bir ədəd qutunun içərisindən 28 ədəd konvalitdə 392 ədəd üzərində “Paden300” yazısı olan və 10 ədəd konvalitdə 100 ədəd üzərində “Royal 225” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Cinayət işinin 88-89-cu vərəqlərində olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 noyabr 2020-ci il tarixli qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X2 28 noyabr 2020-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısının” 68 və 79-cu bəndilərə görə 5 qram preqabilin və 6 qram tramadol külli miqdar hesab edilir. Təqsirləndirilən şəxsin üzərində aşkar güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlaması və daşıması onun məhkəmədəki ifadəsi, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21, 84-87-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2020-ci il tarixdə hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 noyabr 2020-ci ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-129-cu vərəqlərində olan arayış, xasiyyətnamə və doğum şəhadətnamələrdən görünür ki, Abiyev X5 şəhəri, Dəmiryol küçəsi, ev 10-da ailə üzvləri ilə qeydiyyatdadır, onun barəsində heç bir şikayət daxil olmamışdır, himayəsində 13.09.2014 və 02.03.2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı var. Cinayət işinin 94-96, 115-121, 159-174 vərəqlərində olan tələbnamə və hökmün surətlərindən görünür ki, Abiyev X4 Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 1(004)-143/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq CM-nin 67-ci maddəsinə əsasən 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(101)-376/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2020-ci il tarixdə törədilmiş cinayət əməlinə görə CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənilmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır”. Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan hazırda ittiham olunduğu cinayət işi üzrə onun əməlində cinayətin təhlükəli residivi kimi nəzərə alınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1 (101)-376/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2020-ci il tarixdə törətdiyi cinayət əməlinə görə məhkum edilmişdir. Təqsirləndirilən şəxs 20 yanvar 2020-ci il tarixdə törətdiyi cinayət əməlinə münasibətdə hazırda ittiham olunan cinayət işi üzrə əməli cinayətin təkrar törədilməsi hesab edilməlidir. Himayəsində iki nəfər azyaşlı uşağının olması, əməlindən səmimi peşiman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Əməlində cinayətlərin təhlükəsli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər. Barəsində cəzanı yüngülləşdiriən halların olmasını, cəzanı ağırlaşdıran hallar olmamasını nəzərə alaraq isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 14 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzanı ciddii rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş 994 ədəd Preqabalin həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 969 ədədi və 170 ədəd Tramadol həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 165 ədədi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(101)-376/2021 nömrəli hökmü ilə təyin edilmiş cəza hazırkı iş üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 noyabr 2020-ci il tarixdən hesablansın. Məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş 994 ədəd Preqabalin həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 969 ədədi və 170 ədəd Tramadol həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 165 ədədi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Əli Məmmədov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1135/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1135/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver