Məhkəmə qərarları › İş №1(101)-1135/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1135/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1135/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər – “Arbitrum” vəkil bürosunun ləri Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, 8 iyun 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünə məxsus 75 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da özündə olan 175 manat pulun üzərinə onun verdiyi 75 manat pulu qoyaraq istintaqa məlum olmayan vaxtda «MilliÖn» ödəmə terminalı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Kamran» adlı şəxsin istintaqa məlum olmayan hesab nömrəsinə göndərdiyi 250 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə «Kamran» adlı şəxs tərəfindən göndərilmiş külli miqdar təşkil edən 6,608 qram çəkidə psixtorop maddə metamfetamini və külli miqdarda 11,965 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitə heroinin külli miqdar təşkil edən 3,359 qram hissəsini və psixotrop maddə metamfetaminin 0,947 qram hissəsini Azar Hüseynov ayıraraq satış məqədilə ona verməklə qalan hissəsini özündə saxlamış, o da qeyd edilən çəkidə narkotik vasitə və psixotorp maddəni özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli uzunqol idman köynəyinin sağ yan cibindəki 01 ədəd göy rəngli, üzərində “Take your pills” sözləri olan qabın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram, 0,327 qram, 0,685 qram, 0,128 qram, 0,130 qram, 0,139 qram, 0,143 qram, 0,093 qram, 0,090 qram, 0,126 qram, 0,338 qram, 0,133 qram, 0,106 qram, 0,324 qram, 0,128 qram, 0,119 qram olmaqla 16 bükümdə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,359 qram kustar üsulla hazırlanmış və birlikdə əldə etdikləri külli miqdar təşkil edən 11,965 qram çəkidə narkotik vasitə heroinin həmin hissəsi, ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,108 qram, 0,052 qram, 0,044 qram, 0,039 qram, 0,050 qram, 0,285 qram, 0,059 qram, 0,053 qram, 0,217 qram olmaqla 10 bükümdə ümumi təmiz çəkisi 0,947 qram təşkil edən kustar üsulla hazırlanmış və birlikdə əldə etdikləri külli miqdar təşkil edən 6,608 qram çəkidə psixtorop maddə metamfetaminin həmin hissəsi, həmçinin uzunqol köynəyinin sol, yan cibindən, narkotik vasitə- psixotrop maddələrin satışı məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 75 manat pulu götürərək özündə olan 175 manat pulun üzərinə qoyub istintaqa məlum olmayan vaxtda «MilliÖn» ödəmə terminalı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Kamran» adlı şəxsin istintaqa məlum olmayan hesab nömrəsinə göndərdiyi 250 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə «Kamran» adlı şəxs tərəfindən göndərilmiş külli miqdar təşkil edən 6,608 qram çəkidə psixtorop maddə metamfetamini və külli miqdarda 11,965 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra Təqsirləndirilən şəxs1la aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitə heroinin külli miqdar təşkil edən 3,359 qram hissəsini və psixotrop maddə metamfetaminin 0,947 qram hissəsini ayıraraq satış məqədilə Təqsirləndirilən şəxs1 vermiş, narkotik vasitə heroinin külli miqdar təşkil edən 8,606 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 5,661 qram hissəsini isə satış məqədilə özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd qırmızı və qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd boz rəngli qabın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,010 qram, 0,042 qram, 0,050 qram, 0,037 qram, 0,038 qram, 0,017 qram, 0,058 qram, 0,032 qram, 0,082 qram, 0,049 qram, 0,027 qram, 0,066 qram, 0,151 qram, 0,185 qram, 4,438 qram, 0,056 qram, 0,058 qram, 0,067 qram, 0,083 qram olmaqla 20 bükümdə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 5,661 qram kustar üsulla hazırlanmış və birlikdə əldə etdikləri külli miqdar təşkil edən 6,608 qram çəkidə psixtorop maddə metamfetaminin həmin hissəsi, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,282 qram,0,195 qram,0,289 qram, 0,302 qram, 0,421 qram, 0,522 qram, 0,375 qram, 5,858 qram olmaqla 09 bükümdə ümumi təmiz çəkisi 8,606 qram təşkil edən və birlikdə əldə etdikləri külli miqdar təşkil edən 11,965 qram çəkidə narkotik vasitə heroinin həmin hissəsi, həmçinin gödəkçəsinin sol, yan cibindən narkotik vasitəpsixotrop maddələrin satışı məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd, üzərində ’’Digital Scale” yazıları olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikası vətəndaşı olan Kamran adlı şəxsdən öz istifadələri üçün narkotik vasitə və ya psixotrop maddə əldə etmişlər, 26 yanvar 2022-ci il tarixdə Araz Kamranla telefon əlaqəsi saxlamış, sonuncudan öz istifadələri üçün onunla birləşib 250 manat qarşılığında narkotik vasitə və ya psixotrop maddə əldə etmək istədiklərini demişlər, özü 75 manat, Araz isə 175 manat pul düzəltmiş, bundan sonra Araz özü gedib narkotik vasitə və psixotrop maddələri əldə etmiş, Kamranın Araza maddələri harda və hansı üsulla verməsini bilməmiş, bundan sonra Araz onun payını, yəni ümumilikdə 26 bükümdə olan, 10 büküm psixotrop maddə metamfetamini və 16 büküm narkotik vasitə olan heroini gətirib 26 yanvar 2022-ci il tarixdə yaşadığı ünvanın qarşısında ona vermiş, 27 yanvar 2022-ci il tarixdə, saat 14:00 radələrində ünvan 5 ünvanın qarşısında dayanan zaman ona 2 mülki geyimli polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək Nəsimi RPİ-nin əməliyyat müvəkkilləri olduqlarını demişlər, bundan sonra həmin iki şəxsin əməliyyat məlumatlarının olduğunu və onun üzərində narkotik maddə olduğunu demişlər, onlara heç bir etiraz etməmiş və Nəsimi RPİ-yə gəlmiş, idarənin xidməti otaqlarından birində onun üzərinə video görüntü ilə şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan tünd boz rəngli uzunqol idman köynəyinin sağ yan cibindən ona məxsus göy rəngli qabı aşkar etmişlər və həmin qabın içərisinə baxan zaman 26 ədəd şəffaf sellofanda bükümlər aşkar edərək götüriüşlər, əynindəki idman köynəyinin sol yan cibindən ona məxsus bankomat kartı və adı olmayan elektron tərəzi də aşkar edilmişdir və daha sonra kartını ona geri qaytarmışlar, həmin 26 bükümə baxış keçirilən zaman içərisində narkotik maddəyə bənzər kütlə olduğunu göriüşlər, həmin 26 bükümə baxış keçirilən zaman həmin bükümlərdən 10 ədəd büküm el arasında "Patı" kimi tanınan metamfetamin, 16 ədəd büküm isə heroini aşkar edərək götürmüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsiyyətini dəqiq bilmədiyi İran İslam Respublikası vətəndaşı, özünü ona “Kamran” kimi təqdim edən şəxslə bir neçə gün öncə özünə məxsus mobil nömrədən “whatsapp sosial şəbəkəsi” vasitəsi ilə sonuncuya məxsus xatırlamadığı mobil nömrəyə zəng edərək özünə, həm də tanışı Cavanşirə narkotik vasitə heroin və metamfetamin lazım olduğunu bildirmiş, “Kamran” adlı şəxslə əvvəllər də razılaşıb satış üçün narkotik vasitəni və psixotrop maddəni müxtəlif ünvanlardan götürmüş və sonuncunun ona göndərdiyi hazırda xatırlamadığı hesablara pulu göndərmiş, Kamranın hər dəfə ona göndərdiyi hesab nömrələrini sildiyi üçün həmin hesablan hazırda bilmir, hər dəfə Kamrana pulu tamlığı ilə göndərmiş, həmin Kamran adlı şəxs ondan başqa onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 da mal göndərmiş, Cavanşirlə danışıb birlikdə ümumi pulu onlayn ödəmişlər, belə ki, bir neçə gün öncə də, bu barədə Cavanşirlə razılaşmışları və Kamrandan ümumilikdə 250 manatlıq metamfetamin və heroin göndərməsini istəmişlər, bu danışıqları Kamranla özü aparmış, həmin maldan çox hissəsinin ona çatacağı üçün onun 175 manat, Cavanşir isə 75 manat ödəməli olmuş, bu barədə Cavanşirə demiş, sonuncudan verməli olduğu 75 manatı götürmüş, özünün də 175 manat qoymüş, Kamranın həmin vaxtı ona göndərdiyi hesaba pulu göndərmiş, 26 yanvar 2022-ci il tarixdə axşam saatlarında Kamran ona «Whatsapp» vasitəsi ilə +**********45 saylı mobil nömrədən zəng edərək heroin və metamfetamini Bakı şəhəri, Nizami rayonunda, “Neftçilər” metrostansiyası yaxınlığında hazırda xatırlamadığı yerə qoydurduğunu bildirmiş, dediyi ünvana gedib malı oradan götürmüş, daha sonra yaşadığı evin yaxınlığında Cavanşirlə görüşmüş, qısa müddətdə onunla malı bölmüşlər, Cavanşirə çatan hissəsini sonuncuya vermiş və sonra ayrılmışlar, aldığı metamfetamini və heroini satmaq fikri olmamış, tərəzidəndə özü istifadə edərkən çə\kisini çəkmək üçün istifadə etmiş, 27 yanvar 2022-ci il tarixdə, saat 14:10-da ünvan 6 ünvanın qarşısında olan zaman kənardan 2 nəfər mülki geyimli şəxslərin ona doğru yaxınlaşmış, onların özlərinin polis olduqlarını bildirərək bundan sonra onun narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib, onu polis idarəsinə dəvət etmişlər, Nəsimi RPİ-nin inzibati binasına xidməti otaqlardan birində ona vəkillərin siyahısı təqdim edilmiş, 14 saylı vəkil bürosunun vəkili Səfər Hüseynov dəvət edilmiş, baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis də dəvət edilmiş, ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyinin təklif edilmiş, əynində olan tünd qırmızı və qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd içərəsində heroin və metamfetamin bükümləri olan boz rəngli qabı çıxarıb masanın üzərinə qoymuş, sonra isə həmin gödəkçənin sol yan cibindən isə elektron tərəzini çıxarmış, şalvarının cibində olan “Redmi” markalı mobil telefonu da çıxarb təqdim etmiş, ancaq üzərinə, paltarlarına, ciblərinə və ətraflarına, ayaqqabı və corabına baxış keçirilsə də, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə «Cavanşir» adlı şəxsin Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 64 “A” ünvanının qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə əvvəlcədən Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən rəhbərliyin adına raportla müraciət olunmuş, daha sonra isə, ondan və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, “Cavanşir” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 27 yanvar 2022-ci il tarixdə qeyd edilən ünvana Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə yollanmışlar, əməliyyat qrupunun üzvü ilə birlikdə 27 yanvar 2022-ci il tarixdə, saat 10:30-da sonradan şəxsiyyəti onlara məlum olan, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 tərəflərindən ünvan 8 ünvanın qarşısında saxlanılmış və ona özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olduğunu elan edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər və onun üzərinə baxış keçirilməsi məqsədilə onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər, Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin ediliş, onun, təhqiqatçı Mirdamət Qədirlinin və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 şəxsi axtarışı aparılmış və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmış, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 bundan sonra əynindəki tünd boz rəngli idman paltarının sağ, yan cibinə baxılmış və buradan ona məxsus "xxxx" plastik kart və üzərində “Take your pills” yazıları olan 1 ədəd göy rəngli plastik qab aşkar edilmiş, bundan sonra onun idman paltarının sol, yan cibinə baxılmış, onun bu cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilmiş, daha sonra sonuncudan aşkar olunan, üzərində “Take your pills” yazıları olan 1 ədəd göy rəngli plastik qaba baxılmış və bu qabın içərisindən 26 ədəd büküm aşkar olunmuş, həmin bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 bunlardan 10 ədəd bükümün içərisində el arasında tanınan “Patı”, digər 16 ədəd bükümün içərisində isə “Heroin” adlı maddənin olmasını, həmin maddələri xx.xx.2022-ci il tarixdə öz evinin qarşısında olarkən, əvvəllər tanıdığı “Araz” adlı şəxsdən 75 manat pul qarşılığında həm öz istifadəsi, həm də satmaq məqsədilə əldə etməsini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra ondan ayaqqabısını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmiş, bundan sonra iştirakçılara həmin 26 ədəd büküm halında olan narkotik maddəyə bənzər maddələrin olduğu bükümlərin ekspertiza tədqiqatına göndərilməsi və zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisinin iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra həmin bükümlər zərfə qoyulmuş, zərf Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 verdiyi izahat üzrə qeyd olunan xüsusatları yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən rəhbərliyin adına raportla müraciət olunmuş, daha sonra isə, ondan və Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və “Araz” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 27 yanvar 2022-ci il tarixdə qeyd edilən ünvana, yəni ünvan 9 RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə yollanmışlar və əməliyyat qrupunun üzvü ilə birlikdə 27 yanvar 2022-ci il tarixdə, saat 14:10-da sonradan şəxsiyyəti onlara məlum olan xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 tərəflərindən ünvan 8 ünvanın qarşısında saxlanılmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olduğunu elan edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər və üzərinə baxış keçirilməsi məqsədilə onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər, Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, təhqiqatçı Mirdamət Qədirlinin və Nəsimi RPİ- nin NMB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmış, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 bundan sonra əynindəki tünd qırmızı, qara və xına rəngli qış gödəkçəsinin sağ, yan cibinə baxılmış və oradan 1 ədəd kül rəngli plastik qab aşkar edilmiş, bundan sonra gödəkçəsinin sol, yan cibinə baxılmış və həmin cibindən isə 1 ədəd üzərində “Digital Scale” yazısı olan elektron tərəzi aşkar edilmiş, bundan sonra əynində olan cins şalvarının sağ, yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmiş, daha sonra aşkar olunan 1 ədəd kül rəngli plastik qaba baxılmış və qabın içərisindən 28 ədəd büküm aşkar olunmuş, həmin bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 20 ədəd bükümün içərisində el arasında tanınan “Patı”, digər 8 ədəd bükümün içərisində isə “Heroin” adlı maddənin olmasını bildirmiş, bundan sonra həmin maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında da olarkən, əvvəlcədən razılaşdığı İran İslam Respublikasının vətəndaşı olan “Kamran” adlı şəxs vasitəsilə 250 manat pul qarşılığında əldə etməsini, bu narkotik maddələri tanışı olan Təqsirləndirilən şəxs1 ilə birlikdə əldə etməsini, Cavanşirin buna görə 75 manat, özünün isə 175 manat pul verməsini, daha sonra İran İslam Respublikasının vətəndaşı olan “Kamnran” adlı şəxsin ona verdiyi bank hesabına bu pulu göndərməsini, sonra özünün bu narkotik maddələri əldə edib Cavanşirə də öz payını yaşadığı ünvanın qarşısında verdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində başqa hər hansı bir əşyanın olubolmamasının sual edilmiş, Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşya olmadığını bildirdiyini, sonra isə Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra Arazdan ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmiş, bundan sonra iştirakçılara həmin 28 ədəd büküm halında olan narkotik maddəyə bənzər maddələrin olduğu bükümlərin ekspertiza tədqiqatına göndərilməsi və zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisinin iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra həmin bükümlər zərfə qoyulmuş, zərfin ağzının Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 27 yanvar 2022-ci il tarixli 6/536 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs1 götürülmüş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd göy rəngdə olan plastik qabda 16 (on altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,350 qram, 0,327 qram, 0,685 qram, 0,128 qram, 0,130 qram, 0,139 qram, 0,143 qram, 0,093 qram, 0,090 qram, 0,126 qram, 0,338 qram, 0,133 qram, 0,106 qram, 0,324 qram, 0,128 qram, 0,119 ümumi təmiz çəkisi 3,359 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,108 qram, 0,052 qram, 0,044 qram, 0,039 qram, 0,050 qram, 0,285 qram, 0,059 qram, 0,053 qram, 0,217 qram, ümumi təmiz çəkisi 0,947 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psxitorop maddə-metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psxiotrop maddələr”in İ siyahısına daxildir (1-ci cild iş vərəqi 55-60). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 28 yanvar 2022-ci il tarixli 6/558 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qr., 0,010 qr., 0,042 qr., 0,050 qr., 0,037 qr., 0,038 qr., 0,017 qr., 0,058 qr., 0,032 qr., 0,082 qr., 0,049 qr., 0,027 qr., 0,066 qr., 0,151 qr., 0,185 qr., 4,438 qr., 0,056 qr., 0,058 qr., 0,067 qr., 0,083 qr., ümumi təmiz çəkisi 5,661 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qr., 0,282 qr., 0,195 qr., 0,289 qr., 0,302 qr., 0,421 qr,, 0,522 qr., 0,375 qr., 5,858 qr., ümumi təmiz çəkisi 8,606 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psxiotrop maddələr’hn İ siyahısına daxildir (1-ci cild iş vərəqi 196-203). İşdə olan məhkəmə kimyəvi ekspertiza üzrə 11 mart 2022-ci il tarixli 6/860 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan bir ədəd kağız paketdə üzərində “Təqsirləndirilən şəxs1 götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş vəziyyətdə bir ədəd kağız paketdə qablaşdırılmış üzərində “Təqsirləndirilən şəxs1 götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 16 (on altı) ədəd bükümdə ümumi təmiz çəkisi 2,863 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Digər 10 (on) ədəd bükümdə ümumi təmiz çəkisi 0,737 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş...” sözləri qeyd edilmiş zərfdə bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər on altı ədəd bükümdə olan heroinlə müqayisəli tədqiqat aparılması mümkün deyildir (2-ci cild iş vərəqi 81-84). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 9 mart 2022-ci il tarixli 6/808 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №67” dairəvi möhür əskləri olan “6/558...28 yanvar 2022-ci il...” sözləri, soyad və imzalar qeyd edilmiş və üzərində “Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhrü əksləri olan “6/536...28 yanvar 2022-ci il...” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd kağız paketlərdə olan, -20 (iyirmi) ədəd bükümdə ümumi təmiz çəkisi 5,501 qram olan metamfetamin ilə digər 10 (on) ədəd bükümdə ümumi təmiz çəkisi 0,747 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. -8 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 8,526 qram olan heroin ilə 16 (on altı) ədəd bükümdə ümumi təmiz çəkisi 2,879 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri qeyd edilmiş kağız paketdə bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşlar edilmədi (2-ci cild iş vərəqi 86-90). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 23 fevral 2022-ci il tarixli 912 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 91-92). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 11 aprel 2022-ci il tarixli 1737 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 93-94). İşdə olan məhkəmə psixiatrik ekspertiza üzrə 28 mart 2022-ci il tarixli 728 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır, o, anlaqlı hesab edilməlidir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (2-ci cild iş vərəqi 95-98). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 25 aprel 2022-ci il tarixli 1029 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarındadır, o, anlaqlı hesab edilməlidir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (2-ci cild iş vərəqi 82-85). İşdə olan 13 fevral 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Qeyd olunan “Redmi” markalı mobil telefona baxış zamanı, mobil telefonda iş üzrə əhəmiyyətli ödəniş çeklərinin müxtəlif bank kartlarının nömrələrinin fotoşəkilləri aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefondan "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə məxsus olan: Üzərində “X6” yazısı, ******************** hesab nömrəsi, Üzərində “X2” yazısı, 4098 **** **** 2672 nömrəsi, Üzərində “X8” yazısı, ******************** hesab nömrəsi, Üzərində “X3” yazısı, **** **** 5042 7602 nömrəsi, üzərində “Beynəlxalq Banka məxsus” yazısı, 4127 2211 1376 4404 nömrəsi, üzərində “Kapital Banla məxsus” yazısı olan, 4169 7413 9247 0827 nömrəsi yazılan fotoşəkilləri aşkar edilmişdir; qeyd olunan mobil telefonda olan “Vatsap” ani mesajlaşma tətbiqindən əldə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 bir neçə obonentlə zəngləşərək, narkotik vasitənin əldə edilməsi və ya satılması məzmununda müxtəlif danışıqlar aparır. Mobil telefondan aşkar edilmiş 12 ədəd fotoşəkil CD disklə birlikdə cinayət işinə əlavə edilmişdir. Odur ki, qeyd olunan CD disk iş üzrə əhəmiyyətli halları özündə əks etdirdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır.Eləcə də, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonda olan yazışmalara baxış zamanı aşağıdakı mesaj mətnləri aşkar edilmişdir; ***-***-**-** saylı mobil nömrə- “neyse brat tema oldi” ***-***-**-** saylı mobil nömrə- “Araz menem shamil. 20 manatlig” ***-***-**-** saylı mobil nömrə- “Araz menem 20 manat verecem mene Shamil payi duz qosh. Gelim? Təqsirləndirilən şəxs2- “salam qaqaş” Təqsirləndirilən şəxs2- “Yaxsi temalar var” “Revan Tarqovi” adlı şəxsə məxsus mobil nömrə- “Verim, terezi var, Balaca, teze” Təqsirləndirilən şəxs2an məxsus mobil telefonda olan yazışmalar çıxarış edilərək cinayət işi materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 30-37). İşdə olan 04 may 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış zamanı “Vvatsapp” ani mesajlaşma tətbiqində olan yazışmaların içərisində adı “Kamran Cərrah” kimi qeyd olunan profillə olan yazışmalar və telefon zəngləri aşkar edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2, “Kamran Cərrah” kimi qeyd olunan profilə məxsus +7 964010-63-94 saylı mobil nömrənin ona narkotik vasitə və psixotrop maddə satan, İran İslam Respublikasının vətəndaşı olan “Kamran” adlı şəxsə məxsus olmasını bildirmişdir. Mobil telefondan aşkar edilmiş 5 ədəd yazışmaları və telefon zənglərini özündə əks edən çıxarışlar cinayət işi materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 155-156). İşdə olan sms protokollara baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(006)-39/2022 nömrəli qərarı ilə "xxxx" MMCdən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı mesajlar müəyyən edilmişdir: xx-xx-2022 23:19:36 xx-xx-2022 23:19:36 1.1.**********01 1.1.**********07 Qaqaw heie gozduyuruy DELİVERED xx-xx-2022 19:38:06 1.1.**********01 1.1,**********33 Sagol qardaw deymez hamimizin borcudu imkan oldugca komeyliy olunacag SUBMİTTED xx-xx-2022 01:31:11 xx-xx-2022 01:31:11 1.1.**********01 1.1.**********35 Menem araz DELİVERED 01-2022 12:40:43 1.1.**********01 1.1.**********05 Yaxsi temalar var SUBMİTTED 10-2021 00:20:45 1.1.**********00 1.1.**********01 Brat menem Mursel SUBMİTTED xx-xx-2021 03:18:24 1.1.**********80 1.1.**********01 Araz onnan daniw denen vüsal xeber gozduyur sennen olurem agridan SUBMİTTED xx-xx-2021 03:34:42 1.1.**********27 1.1.**********01 Çıx,mən burdayam.Çıx.Yusifdir. SUBMİTTED xx-xx-2021 04:02:56 1.1.**********80 1.1.**********01 Araz ona denen qurban olum burdayam SUBMİTTED 11-2021 00:26:35 xx-xx-2021 00:26:35 1.1.**********36 1.1.**********01 Beynalxalq bang 4127 2211 1376 4404 DELİVERED 11-2021 00:52:14 xx-xx-2021 00:52:14 1.1.**********80 1.1.**********01 Sen anavin cani gorursen dilenci veziyetindeyem narmalni ele sen Allah DELİVERED 11-2021 01:35:04 1.1.**********27 1.1.**********01 Menem Yusif. Zaradka olur. Bir az tez ol. Taksideyem, schetchik vurur. Camaatda menigozleyir. SUBMİTTED xx-xx-2021 06:54:09 xx-xx-2021 06:54:09 1.1.**********77 1.1.**********01 Brat post patrul.zad fırlanirdi zibiliy terefde bayaq ehtiyat eledi DELİVERED xx-xx-2021 06:54:10 1,1.**********77 1.1.**********01 m ureyimi yedimeee gelib cixmadi brat qaqas? Taxside meni ğozliyur SUBMİTTED 11-2021 16:39:44 1.1.**********99 1.1.**********01 Aybdi ee kisiliyvizi kolaya satmiyin eee kisi kimi yasiyin oglanligiviz olsun oda cetin inden bele SUBMİTTED xx-xx- 2021 15:10:07 1.1.**********93 1.1.**********01 Kapital bang4169 7413 9247 0827 SUBMİTTED xx-xx-2021 09:22:01 1.1.**********80 1.1.**********01 Araz tema lazim olsa yig SUBMİTTED 12-2021 23:51:00 xx-xx-2021 23:51:00 1.1.**********05 1.1.**********01 Qaqas gel cixda cox pisem vallah DELİVERED 12-2021 00:10:09 xx-xx-2021 00:10:09 1.1.**********05 1.1.**********01 Araz bele elemede cox pisem anamin cani direm DELİVERED xx-xx-2021 11:43:54 xx-xx-2021 11:43:55 1.1.**********03 1.1.**********01 Araz mene Elvin kola fanta lazimdi alinar? DELİVERED xx-xx-2021 13:22:58 xx-xx-2021 13:22:58 1.1.**********03 1.1.**********01 Araz elvindi DELİVERED xx-xx-2021 19:12:59 xx-xx-2021 19:12:59 1.1.**********03 1.1.**********01 Araz men 15deq catiram qaqas yaniva.lOmanat temiz pul verecem sene.amma sen cani o qardaşa deki iki neferliy qoysunda imkan varsa xaish edirem DELİVEREDxx-xx-2021 17:42:48 xx-xx- 2021 17:42:49 1.1.**********01 1.1.**********01 **********968268 DELİVERED xx-xx- 2022 21:13:11 1.1.**********96 1.1.**********01 Adaş sabaha kimi 15 verə bilərsən istəsən zaqoqda yoyaram sabah 100% SUBMİTTED xx-xx-2022 03:46:00 1.1.**********33 1.1.**********01 gözdeyirem senin Araz!!! 100 qr tema havadan tema tutmusan meni 1 SUBMİTTED xx-xx-2022 17:00:22 1.1.**********33 1.1.**********01 Araz Allah camvı sağ elesin and olsun Allaha kankretni rahatdadım SUBMİTTED xx-xx-2022 17:00:23 xx-xx- 2022 17:00:32 1.1.**********33 1.1.**********01 sağ olun kömey etdiniz var olasan Araz! DELİVERED xx-xx-2022 17:00:23 xx-xx-2022 17:00:24 1.1.**********33 1.1.**********01 indi veziyyet çox pisiydi Allah pulsuzdugun üzünü qara elesin! Çox DELİVEREDxx-xx-2022 13:31:49 1.1.**********05 1.1.**********01 Araz menem shamil. 20 manatlig SUBMİTTED xx-xx-2022 13:37:58 xx-xx-2022 13:37:58 1.1.**********05 1.1.**********01 Araz menem 20 manat verecem mene Shamil payi duz qosh . Gelim? DELİVERED xx-xx-2022 11:34:53 xx-xx-2022 11:34:53 1.1.**********18 1.1.**********01 Neyse brat tema oldi DELİVERED (2ci cild iş vərəqi 145-154). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 04 may 2022-ci il tarixli qərardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd boz rəngli, uzunqol idman köynəyinin sağ, yan cibindən üzərində “Take your pills” yazıları olan qabın içərisində ümumi sayı 26 ədəd olan, şəffaf selofana bükülmüş içərisində narkotik maddəyə bənzər bükümlər və həmin gödəkçəsinin sol, yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən «Sony» markalı video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir. Ona görə də, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə axtarış zamanı həyata keçirilən istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır (2-ci cild iş vərəqi 166-181). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 04 may 2022-ci il tarixli qərardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki tünd qırmızı və qara rəngli, gödəkçəsinin sağ, yan cibindən 1 ədəd boz rəngli qabın içərisində ümumi sayı 28 ədəd olan, şəffaf selofana bükülmüş içərisində narkotik maddəyə bənzər bükümlər və həmin gödəkçəsinin sol, yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən «Sony» markalı video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir. Ona görə də, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə axtarış zamanı həyata keçirilən istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır (2-ci cild iş vərəqi 166-181). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkiləri 3,359 qram olan narkotik vasitə heroin, 0,947 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmışdır (2-ci cild iş vərəqi 166-181). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkiləri 5,661 qram olan psixotrop maddə metamfetamin, 8,606 qram olan narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və 1 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmışdır (2-ci cild iş vərəqi 166-181) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2-ci cid iş vərəqi 166-181). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 166-181). İşdə olan şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 20). İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 27 yanvar 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 122-127). İşdə olan şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 51). İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 27 yanvar 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 247-252). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr, 2-ci siyahı psixotrop addələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə əldə etdikləri, daşıdıqları və saxladıqları 6,608 qram çəkidə psixtorop maddə metamfetamin və 11,965 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onların təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli 27 yanvar 2022ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2022ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertiza üzrə 23 fevral 2022-ci il tarixli 912 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 vopioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, məhkəmə-narkoloji ekspertiza üzrə 11 aprel 2022-ci il tarixli 1737 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarin birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq qalan 2,703 qram narkotik vasitə olan heroin, 0,637 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 5,481 qram psixotrop maddə olan metamfetamin, 8,518 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir; “şəxsi axtarış və götürmə aparılması” haqqında protokollar tərtib edilərkən mobil telefonla aparılmış videoçəkilişlərin əlavə edildiyi 2 (iki) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 276 (iki yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 2,703 qram narkotik vasitə olan heroin, 0,637 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 5,481 qram psixotrop maddə metamfetamin, 8,518 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin; “şəxsi axtarış və götürmə aparılması” haqqında protokollar tərtib edilərkən mobil telefonla aparılmış videoçəkilişlərin əlavə edildiyi 2 (iki) ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri – məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqaların dəyəri 276 (iki yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar