Məhkəmə qərarları › İş №1(101)-1135/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1135/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1135/2024 01.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vastələri əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 23 iyun 2023-cü il tarixində saat 01:00 radələrində əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 112 ünvanında yerləşən “Göyəzən’' restoranının yaxınlığında qoyulmuş yerdən satış məqsədi ilə qanunsuz olaraq 2015 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxİayaraq daşıyarkən 23 iyun 2023-cü il tarixində saat 01:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 112 ünvanında yerləşən “Göyəzən” restoranının yaxınlığında Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 02:30-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan göy rəngli polietilen torbanın içərisində olan bir ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 2015 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun satış məqsədi olmamış, narkotiki öz istifadəsi üçün gedib götürmüşdür. O, Zabrat qəsəbəsində yaşamışdır. 5 ildir ki, marixiuanadan istifadə edir. Marixuananı İran vətəndaşından sosial şəbəkə vasitəsilə almışdır. Sonuncu dəfə iranlı ilə “Whatsapp”da danışmış və sonuncu, narkotik vasitəni Binəqədiyə atacağını bildirmişdir. Narkotik vasitəni atdığı yer polis idarəsinə yaxın olmuşdur. O, narkotiki götürməyə getmiş və zirzəmidən 4 nəfər polis əməkdaşı çıxaraq onu saxlamışlar. Polislər onu saxlayandan sonra idarəyə gətirmiş və üzərinə şəxsi axtarış keçirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs 5 ildir ki, narkotik vasitəni qeyd edilən iranlı şəxsdən aldığını, sonuncu dəfə 2 kilo narkotikə 1700 manat pulu iranlının kartına atdığını, dost-tanışının narkotik vasitə istifadə etdiyini bilməmələri üçün çox aldığını, hər dəfə 1 kilo alıb gündəlik 3-4 qram siqaretin içinə doldurub istifadə etdiyini, heç kimə heç vaxt narkotik vasitə vermədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tədbir qurulmuş, əlverişli şərait yaranmışdır. X3 küçəsində yerləşən “Göyəzən” kafesinin yaxınlığında Aygünə yaxınlaşan zaman sonuncunun əlində sellofan torba olmuşdur. Aygünün üzərinə şəxsi axtarış keçirilən vaxt əlindəki sellofanda narkotik vasitə marixuana olduğu məlum olmuşdur. Şifahi söhbət zamanı Aygün narkotik vasitəni İran vətəndaşından “zakladka” yolu ilə əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 aşkar olunan narkotik vasitənin marixuana olduğunu, Aygünə qarşı heç bir fiziki, psixi təsir olunmadığını, Aygünü ilk saxlayan zaman sorğu-sualsız idarəyə dəvət etdiklərini, içərisində narkotik vasitə olan sellofanın Aygünün əlində olduğunu, Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Ucar şəhəri, H.Əliyev küçəsi, döngə 2, ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Zabrat qəsəbəsi, Kərpic Zavod ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması, istifadəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 6). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Ucar şəhəri, H.Əliyev küçəsi, döngə 2, ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Zabrat qəsəbəsi, Kərpic Zavod ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 9öyəzən” kafesinin yaxınlığında əlverişli şərait yarandığına görə həmin gün saat 01:05-də saxlanılaraq həmin polis idarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdan sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisində olan qara rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içindəkinin marixuana olduğunu, onu sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran vətəndaşı olan şəxsdən S.S.Axundov küçəsində yerləşən “Göyəzən” kafesinin yaxınlığında qabaqcadan müəyyənləşdirilmiş yerə qoyularaq götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılaraq Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 172 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 34-37). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/924 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş göy rəngli polietilen bağlamadakı üzərində: Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan 01 (bir) qara rəngli polietilen bağlmada təmiz çəkisi - 2015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 49-52). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “CD” formatlı, “CMC-BİNGO 16X” adlı disk kompüterin disk oxuducusu vasitəsilə açıldıqda içərisində 2 (iki) ədəd: 00 32-6/23/2023 10:13 AM MTS File 820,536 KB; 00 33 6/23/2023 10:14 AM-MTS File 15,366 KB həcmli fayllar olduğu müəyyən edilmişdir. Cəmisi 0:09 dəqiqqə 13 saniyə davam edən “00 32-6/23/2023 10:13 AM MTS File 820,536 KB” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə, o, əlində olan göy rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üstünə qoyduğu, bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmədiyi, masanın üstünə qoyduğu bir ədəd iri ölçülü göy rəngli sellofan torbanın içərəsində olan qara rəngli polietilen bükümdə “marixuana” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotiki sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Göyəzən” kafesinin yaxınlığında qabaqcadan müəyyənləşdirilmiş yerdən 23 iyun 2023-cü il tarixində saat 01 radələrində əldə etməsini bildirdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmçinin bu videokadrlarda görünən şəxsin məhz özü olduğunu da təsdiq etmişdir (cild 1, iş vərəqi 60). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "Samsung Galaxy J5 Prime" markalı, “SM-G570F/DS” model, ekrandakı qoruyucu lenti tam çatlamış vəziyyətdə, arxa tərəfi gümüşü rəngli, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı mobil telefon aparatının Çində istehsal olunduğu və 64 GB həcmində daxili yaddaşı olduğu müəyyən edilmişdir. Həmin mobil telefon cihazı iki - 3552xx/xx/27986/7 VƏ 3552xx/xx/27986/5 İMEİ kodludur. Üzərində həmçinin S/N- R28HC0JRBDT seriya nömrəsi vardır. Təqdim edilmiş mobil telefonun çoxdan belə istifadədə olduğu görünsə də hazırda normal vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonun kodunu açmaqla müvafiq bölmələrə daxil olaraq mobil telefonun “Whatsapp” bölməsində danışıq apaılan və məlumat bölüşülən çatları yoxlayıb burada “İranlı” adlı istifadəçi ilə aralarında olan SMS yazışmalarını, habelə elə həmin çatda olan şəkilləri nümayiş etdirdi. Qeyd edilənlərdən məlum olur ki, Təqsirləndirilən şəxs ilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etdiyi kişi cinsli şəxslə 22 iyun 2023-cü il tarixində saat 23:19-dan 23 iyun 2023-cü il tarixinə keçən gecə saat 00:21-dək dəfələrlə narkotik maddənin əldə edilməsi ilə bağlı ünsiyyətləri olmuşdur. Həmçinin həmin çatda olan dörd ədəd fotoşəkillərdə məhz şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi, polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən əlində olmuş göy rəngli sellofan torba və həmin torbanı götürərkən qoyulduğu yer əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin SMS yazışmaları və şəkillərlə bağlı bildirdi ki, qeyd edilən çatda olan yazışmalar məhz onunla özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs arasında olmuş ünsiyyəti əks etdirir. Həmin çatdakı şəkillər isə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs tərəfindən narkotik vasitənin qoyduğu yerin ona göndərildiyi şəkilləridir və polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən əlində olmuş göy rəngli sellofan torbanı o, məhz həmin yerdən götürmüşdür. Qeyd edilən çat cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən kağız üzərinə göçürülərək protokola əlavə edilir. Mobil teleofonun içərisindəki GSM nömrəsinin hansı mobil operatora məxsus olmasını müəyyən etmək üçün mobil telefonun daxili menyusundan müvafiq bölmələrə giriş etməklə GSM nömrənin "xxxx" MMC mobil operatoruna məxsus olduğu müəyyən edilmişdir. "xxxx" MMC mobil operatorunun müəyyən kodunu yığmaqla gələn SMS-dən həmin mobil nömrənin “***-***-**-**” nömrəli olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 61-67). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “CD- R” formatlı, “BİNGO 20x СМС” adlı disk kompüterin disk oxuducusu vasitəsilə açıldıqda içərisində 4 (dörd) ədəd “PDF” formatlı fayl olduğu müşahidə edilmişdir. Belə ki, bunlar: 1-ci fayl - SMS Tarixcesi_**********0730_709081819 9/28/2023 2:06 PM 78 KB, 2-ci fayl SMS Tarixcesi_**********0733 ********* 9/28/2023 2.** PM *** KB; 3-cü fayl PM 1,753 KB; Zenglerin_Detallasması_**********4207_709081819 9/27/2023 11:44 fayllardır. 4-cü fayl Zenglerin_Mexsuslug_**********4245 9/27/2023 11:** PM *** KB. Yuxarıda göstərilən fayllarda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı telefon nömrəsinə 23 mart - 23 iyun 2023-ci il tarixlərində daxil olan və çıxan zənglər, habelə SMS-lərin olmasına baxmayaraq baxılan iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 180). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 71). - əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2015 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J5 Prime” markalı mobil telefon aparatı maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2014,8 qram qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD disk və mobil teleon aparatı cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 108-110, 111). - Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin istintaq orqanının əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin keçirilmiş tədbirlər müsbət nəticə verməmişdır. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş məlumatlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olub onlaradan mütəmadi istifadə etməklə yanaşı, narkotik vasitələrin satışı ilə məşğul olması da müəyyən edilmişdir (cild 1, iş vərəqi 129). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4608 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142). - kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1989 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir. Emosional qeyri-sabitlik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, konfliktə və mübahisəyə meyillilik, tez özündən çıxmaq və sairə kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs ifadə vermək qabiyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törətdiyi zaman Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 144-147). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 192-193). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 130). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yalnız narkotik istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, özünün bildirdiyi kimi hər dəfə İran vətəndaşı ilə əlaqə saxlayıb çəkisi kilolarla ölçülən marixuana əldə etməsi halları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə marixuananı məhz satış məqsədilə əldə etmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq və cəzasını yüngülləşdirmək məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını, cavan və qadın olmasını Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 24 iyun 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 98-102, 136-140, 167-173). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2014,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J5 Prime” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2014,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş digər maddi sübutlar: - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J5 Prime” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar