Məhkəmə qərarları › İş №1(101)-1135/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1135/2025

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1135/2025 18.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri, «De fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ünvanında yaşayan, 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, istintaq orqanının 07 fevral 2025-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə hazırkı işdən barəsində ayrıca icraata cinayət işi ayrılmış şəxslə və Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin vergi şöbəsinin sahə nəzarətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə 6,9 ha torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün sonuncunun 2021-ci ilin sentyabr ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciəti ilə əlaqədar özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan suiistifadə edərək, özünün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X28 işlədiyini və həmin qurumda yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə münasibətlərinin olmasını, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxsə məxsus torpaq sahəsi üzrə çıxarışın verilməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 390.000 (üç yüz doxsan min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayında sonuncunun ünvan 5 ünvanında yerləşən ofisindəki görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxsin razılığını almaqla həmin niyyətlə torpağa dair ilkin təsdiqedici sənədləri hazırlamaq adı ilə Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində xx.xx.2021-ci il tarixdə 20.000 manat, xx.xx.2021-ci il tarixdə 30.000 manat, xx.xx.2021-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaitini şəxsən, xx.xx.2021-ci il tarixdə isə 25.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə cəmi 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitini alaraq, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə Zərərçəkmiş şəxsin tanışı X11 adından istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmasına nail olub, həmin qurum üzrə 15 noyabr 2021-ci il tarixli 04/13-11-11 /v-031 -091 saylı məktubla mövcud sənədlərlə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmasının məqsədəmüvafiq hesab edilməsinə dair cavab əldə etdikdən sonra qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevin adından Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının adına məktub tərtib edib, məzmununa guya “Sizin xx.xx.2013-cü il tarixli M-13 saylı razılıq məktubunuzu nəzərə alaraq vətəndaş X2 rayonu, Böyükşor gölünün yanında küçəsində qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim edilmiş memarlıq-planlaşdırmanın eskiz həlli ("xxxx" MMC-nin işi, memar A.Əliyev) müstəsna hal olaraq razılaşdırılmışdır. Tikinti aparılmasına dair sənədləşdirmə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü və rəis əvəzi Akif Abdullayevin imzasını həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə xx.xx.2013-cü il tarix və 18/03- 8/743 saylı nömrə yazıb, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin adından xx.xx.2013-cü il tarixli 18/03-8/743 saylı məktubu, rəsmi sənəd hesab edilən Bakı şəhəri, Binəqədi Rayon İcra başçısının vətəndaş M.V.Vəliyevanın icarəsində olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə sərəncamını tərtib edib, məzmununa bilə-bilə yalan guya Bakı şəhəri, Binəqədi rayonu, Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə yerləşən ümumi sahəsi 69.575 m2 ölçüdə olan torpaq sahəsi istehsalat binasının tikintisi üçün əlavə edilmiş cizgi əsasında M.V.Vəliyevanın icarəsinə verilməsi, aparılmış tikinti işlərinin layihəsi "xxxx" MMC tərəfindən işlənməsi, sərəncamın icra üçün digər qurumlara göndərilməsi barədə bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsi ilə “Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı” yazısı olan dairəvi möhürü həmin sənədin üzərinə köçürməklə həmin sənədi çap edərək diyircəkli qələmlə sərəncama 26 iyul 2013-cü il tarix və 113 saylı nömrə yazıb “əsli ilə düzdür: sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Tural Əliyev” adının qarşısında olan imzanı qəsdən fərqli formada imzalayıb, Milli Arxiv İdarəsində mövcud olmayan Bakı şəhəri, Binəqədi Rayon İcra başçısının adından 26 iyul 2013-cü il tarixli 113 saylı sərəncamı, rəsmi sənəd hesab edilən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Elbay Qasımzadənin adından Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının adına məktubu tərtib edib, məzmununa guya “X11 istifadəsində olan 69575 m2 torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ərazinin ayrıc aktını sizə göndərməklə bu məsələni Binəqədi Rayon İcra Hakimiyyətində müvafiq qaydada sənədləşdirilməsinə etiraz etmir.” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək və diyircəkli qələmlə baş idarənin rəisi Elbay Qasımzadənin imzasını qəsdən fərqli formada icra edərək, 17.04.98-ci il tarix və 18/03- 8/1313 saylı nömrə yazıb, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin adından xx.xx.1998-ci il tarix və 18/03-8/1313 saylı məktubu tərtib edib Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib qeyd edilən torpaq sahəsinə icarə müqaviləsinin və ayrıc aktının alınması məqsədi ilə Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində həmin niyyətlə xx.xx.2022-ci il tarixdə 35.000 manat, xx.xx.2022-ci il tarixdə 23.000 manat, xx.xx.2022-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 25.000 manat və xx.xx.2023-cü il tarixdə 25.000 manat olmaqla, cəmi 115.000 (yüz on beş min) manat pul vəsaitini şəxsən alıb aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə yerləşən torpaq sahəsinin guya Zərərçəkmiş şəxsin tanışı X6 məxsus olması barədə 9 vərəqdən ibarət, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən verilməsi görüntüsü yaradan “X5 Pasportu”nu qabaqcadan əlbir olan bir qrup şəxs halında tərtib edib, skan vasitəsilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” yazısı olan dairəvi möhürünü həmin sənədin hər səhifəsində müvafiq olaraq imza olan yerlərinə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə məzmununa guya ««Vəziyyəti» sözünün qarşısına 23 Yanvar 2001, «Ünvan» sözünün qarşısına Binəqədi şosesinin sağ tərəfi, Böyükşor gölünün yaxınlığı, «Sahibkar» sözünün qarşısına X8, «Əsas» sözünün qarşısına Binəqədi rayon DVM-nin 14 fevral 1997-ci il tarixli 18784502 saylı şəhadətnaməsi və fiziki şəxsin 25 dekabr 2000-ci il tarixli ərizəsi, «Tikildiyi il» sözünün qarşısına rəqəmlə 1995, «Layihə üzrə» sözünün qarşısına “A”, «Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin rəisi» sözünün qarşısına “R.Məmmədov”” sözlərini, eləcə də digər vərəqlərdə olan torpaq və tikinti planı məlumatları, sonuncu vərəqə “tikintinin əsaslı təmirə ehtiyacı var, mühəndis Y.Ə.Səfərliyev» sözlərini və «baş mühəndis» sözünün qarşısına T.M.Quliyev, «TİŞ-in rəisi» sözünün qarşısına İ.İ.Qurbanov, «tərtib etdi» sözünün qarşısına Y.Ə.Səfərliyev, «yoxladı» sözünün qarşısına V.Ə.Hüseynov sözlərini və 23 yanvar 2001-ci il tarixi qeyd edib, bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edərək, adları göstərilən şəxslərin adlarının qaşısında olan imzaları qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən fərqli formada imzalamaqla “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi”nin “X5 Pasportu”nu tərtib edib Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra Zərərçəkmiş şəxsə məxsus qeyd edilən torpaq sahəsinə hazırladıqları sənədlər əsasında çıxarışın alınması üçün həmin niyyətlə xx.xx.2023-cü il tarixdə 50.000 manat və xx.xx.2023-cü il tarixdə 50.000 manat olmaqla cəmi 100.000 (yüz min) manat pul vəsaitini notarial qaydada kredit müqavilələri bağlamaqla qabaqcadan əlbir olduğu qeyrisi ilə alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 390.000 (üç yüz doxsan min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib Zərərçəkmiş şəxsə qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Təqsirləndirilən şəxs2 Binəqədi qəsəbə bələdiyyəsi üzrə 29 iyun 2020-ci il tarixli 45/k nömrəli əmrlə Binəqədi qəsəbə bələdiyyəsinin bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və hazırkı işdən barəsində ayrıca icraata cinayət işi ayrılmış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə 6.9 ha torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün sonuncunun 2021-ci ilin sentyabr ayında özünə müraciəti ilə əlaqədar özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib, formalaşdırdıqları inam və etibardan suiistifadə edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də işlədiyini və həmin qurumda yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə münasibətlərinin olmasını, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxsə məxsus torpaq sahəsi üzrə çıxarışın verilməsini təmin etmək imkanlarına malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 390.000 (üç yüz doxsan min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayında sonuncunun ünvan 5 ünvanında yerləşən ofisindəki görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxsin razılığını almaqla həmin niyyəltə torpağa dair ilkin təsdiqedici sənədləri hazırlamaq adı ilə Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində xx.xx.2021-ci il tarixdə 20.000 manat, xx.xx.2021-ci il tarixdə 30.000 manat, xx.xx.2021-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə, xx.xx.2021-ci il tarixdə isə 25.000 manat məbləğində pul vəsaitini şəxsən, cəmi 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitini alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə Zərərçəkmiş şəxsin tanışı X12 adından istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmasına nail olub, həmin qurum üzrə 15 noyabr 2021-ci il tarixli 04/13-11-11/v-031-091 saylı məktubla mövcud sənədlərlə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmasının məqsədəmüvafiq hesab edilməsinə dair cavab əldə etdikdən sonra qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevin adından Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının adına məktub tərtib edib, məzmununa guya “Sizin xx.xx.2013-cü il tarixli M-13 saylı razılıq məktubunuzu nəzərə alaraq vətəndaş X2 rayonu Böyükşor gölünün yanında küçəsində qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim edilmiş memarlıq-planlaşdırmanın eskiz həlli ("xxxx" MMC-nin işi, memar A.Əliyev) müstəsna hal olaraq razılaşdırılmışdır. Tikinti aparılmasına dair sənədləşdirmə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü və rəis əvəzi Akif Abdullayevin imzasını həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə xx.xx.2013-cü il tarix və 18/03- 8/743 saylı nömrə yazıb, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin adından xx.xx.2013-cü il tarixli 18/03-8/743 saylı məktubu, rəsmi sənəd hesab edilən Bakı şəhəri Binəqədi Rayon İcra başçısının vətəndaş M.V.Vəliyevanın icarəsində olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə sərəncamını tərtib edib, məzmununa bilə-bilə yalan - guya Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə yerləşən ümumi sahəsi 69.575 m2 ölçüdə olan torpaq sahəsi istehsalat binasının tikintisi üçün əlavə edilmiş cizgi əsasında M.V.Vəliyevanın icarəsinə verilməsi, aparılmış tikinti işlərinin layihəsi "Arxitektura və Dizayn” MMC tərəfindən işlənməsi, sərəncamın icra üçün digər qrumlara göndərilməsi barədə bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsi ilə “Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı” yazısı olan dairəvi möhürü həmin sənədin üzərinə köçürməklə həmin sənədi çap edərək diyircəkli qələmlə sərəncama 26 iyul 2013-cü il tarix və 113 saylı nömrə yazıb “əsli ilə düzdür: sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Tural Əliyev” adının qarşısında olan imzanı qəsdən fərqli formada imzalayıb, Milli Arxiv İdarəsində mövcud olmayan Bakı şəhəri, Binəqədi Rayon İcra başçısının adından 26 iyul 2013-cü il tarixli 113 saylı sərəncamı, rəsmi sənəd hesab edilən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Elbay Qasımzadənin adından Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının adına məktubu tərtib edib məzmununa guya “X12 istifadəsində olan 69575 m2 torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ərazinin ayrıc aktını sizə göndərməklə bu məsələni Binəqədi Rayon İcra Hakimiyyətində müvafiq qaydada sənədləşdirilməsinə etiraz etmir.” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək və diyircəkli qələmlə baş idarənin rəisi Elbay Qasımzadənin imzasını qəsdən fərqli formada icra edərək, 17.04.98-ci il tarix və 18/03- 8/1313 saylı nömrə yazıb, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin adından xx.xx.1998-ci il tarix və 18/03-8/1313 saylı məktubu tərtib edib Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib qeyd edilən torpaq sahəsinə icarə müqaviləsinin və ayrıc aktının alınması məqsədi ilə Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində həmin niyyətlə xx.xx.2022-ci il tarixdə 35.000 manat, xx.xx.2022-ci il tarixdə 23.000 manat, xx.xx.2022-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 25.000 manat və xx.xx.2023-cü il tarixdə 25.000 manat olmaqla, cəmi 115.000 (yüz on beş min) manat pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən, Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə yerləşən torpaq sahəsinin guya Zərərçəkmiş şəxsin tanışı X6 məxsus olması barədə 9 vərəqdən ibarət, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən verilməsi görüntüsü yaradan “X5 Pasportu”nu qabaqcadan əlbir olan bir qrup şəxs halında tərtib edib, skan vasitəsilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” yazısı olan dairəvi möhürünü həmin sənədin hər səhifəsində müvafiq olaraq imza olan yerlərinə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə məzmununa guya «Vəziyyəti sözünün qarşısına 23 Yanvar 2001, Ünvan sözünün qarşısına Binəqədi şosesinin sağ tərəfi, Böyükşor gölünün yaxınlığı, Sahibkar sözünün qarşısına X8, Əsas sözünün qarşısına Binəqədi rayon DVM-nin 14 fevral 1997-ci il tarixli 18784502 saylı şəhadətnaməsi və fiziki şəxsin 25 dekabr 2000-ci il tarixli ərizəsi”, Tikildiyi il sözünün qarşısına rəqəmlə 1995, Layihə üzrə sözünün qarşısına “A”, Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin rəisi sözünün qarşısına “R.Məmmədov”” sözlərini, eləcə də digər vərəqlərdə olan torpaq və tikinti planı məlumatları, sonuncu vərəqə “tikintinin əsaslı təmirə ehtiyacı var, mühəndis Y.Ə.Səfərliyev sözlərini və baş mühəndis sözünün qarşısına T.M.Quliyev, TİŞ-in rəisi sözünün qarşısına İ.İ.Qurbanov, tərtib etdi sözünün qarşısına Y.Ə.Səfərliyev, yoxladı sözünün qarşısına V.Ə.Hüseynov sözlərini və 23 yanvar 2001-ci il tarixi qeyd edib bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, adları göstərilən şəxslərin adlarının qarşısında olan imzaları qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən fərqli formada imzalamaqla “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı ldarəsi”nin “X5 Pasportu”nu tərtib edib Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxsin ünvan 5 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra Zərərçəkmiş şəxsə məxsus qeyd edilən torpaq sahəsinə hazırladıqları sənədlər əsasında çıxarışın alınması üçün həmin niyyətlə xx.xx.2023-cü il tarixdə 50.000 manat və xx.xx.2023-cü il tarixdə 50.000 manat olmaqla cəmi 100.000 (yüz min) manat pul vəsaitini notarial qaydada kredit müqavilələri bağlamaqla qabaqcadan əlbir olduğu qeyrisi vasitəsi ilə alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 390.000 (üç yüz doxsan min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Afşin Firuzməndlə onu Faiq tanış etmişdir. Belə ki, onun özü Binəqədi qəsəbəsində layihə çəkilməsi ilə məşğul olmuş, Faiqi də oradan tanımışdır. Hadisədən bir müddət əvvəl Faiq ona zəng edərək bir nəfər şəxsin torpağı olduğunu və həmin torpağı sənədləşdirmək lazım olduğunu bildirmiş, o da, bununla razılaşmışdır. O, 290.000 manat pulu Afşindən almış, həmin pulu Afşin ona Faiqin iştirakı ilə ofisdə vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, o, istintaqda ifadə verərkən özündə olmamış, ona görə orada dediklərinin bəzisini təsdiq edir. Faiqi Binəqədi bələdiyyəsində işləyən şəxs kimi tanımış, zərərçəkmiş şəxsi onunla Faiq tanış etmişdir. Faiq ona Afşinin torpağı olduğunu və həmin torpağı sənədləşdirmək istədiyini bildirmişdir. Onun özü isə həmin vaxtlar mən layihə çəkilməsi ilə məşğul olmuşdur. Faiq ondan torpağa sənəd çıxarmağın mümkün olub-olmamasını soruşmuş, o da, həmin işi həll edə biləcəyini bildirmişdir. Sonra o, Afşinə məxsus sənədləri alaraq Koroğlu adlı şəxsə vermişdir. Afşin ona torpağın yerləşmə sxemini və koordinatlarını vermiş, başqa sənədlər verməmişdir. Torpağın sxemini Afşingil özləri çəkdirib ona vermişdir. Sənədləşmə işləri Məsmə xanım adlı qadının adına aparılmalı olmuşdur. Həmin işlərlə bağlı onlar dəfələrlə bir yerdə görüşmüşlər. Torpağın sonda sənədinin alınması üçün o, Afşingilə 75.000 manat pul demişdir. Həmin söhbətlərdə Faiq və Afşin də iştirak etmişlər. O, Afşingildən 75.000 manat pul aldıqdan sonra sənədləri alıb Koroğluya vermişdir. Koroğlu isə sənədlərin alınması üçün 220.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin söhbətdə Davud, Afşin, Faiq və Namiq iştirak etmişlər. Pul Afşin tərəfindən hissə-hissə verilmişdir. O, Koroğlunu Gəncə şəhərindən tanımışdır. Koroğlu ondan pulu aldıqdan sonra haraya və kimə verdiyini ona deməmişdir. Afşindən alınan pulun 20.000 manatını o, özünə götürmüş, 25.000 manatı isə Faiqə vermişdir. Koroğlu İcra Hakimiyyətinin də sənədini vermişdir. Əmlak komitəsi onlardan akt da istəmiş, bundan sonra bütün sənədləri Afşin Əmlak komitəsinə vermişdir. Sərəncamın arxiv sənədi olmamış, o, bu barədə Koroğluya dedikdə, sonuncu arxiv sənədini də danışdığını, yanvar ayından sonra onun da veriləcəyini bildirmişdir. Hüseyn adlı şəxs Əmlak komitəsində işləmiş, onu Afşinlə özü tanış etmişdir. Hüseyn çıxarış sənədini 500.000 manata alıb verəcəyini demiş, sonradan 400.000 manata razılaşmışlar. 50.000 manat onun yanında verilmiş, həmin vaxt Faiq orada olmamışdır. Torpağın sənədləşdirilməsinə başlamamışdan qabaq Afşin sonda ona da hörmət edəcəyini demişdir. İlkin sənədləri Koroğlu düzəltmiş, Əmlak komitəsindən ilkin sənədləri Koroğlu alıb vermişdir. Afşin ona müraciət edəndən sonra o, bu işin görülməsini Koroğlu ilə danışacağını bildirmişdir. İşlər görülməyə başlayarkən Faiq də özünə qazanc götürmək istəmişdir. Sənədlər hazırlanmağa başlayanda o, Afşini həmin adamla tanış etmək istəmiş, lakin Afşin özünün onu tanıdığını bildirərək, Koroğlu ilə tanış olmaq istəməmişdir. Faiq baş verən söhbətlərdə əvvəllər iştirak etsə də, İcra hakimiyyətindən sənəd alınandan sonra olan söhbətlərdə və pulların verilməsində Faiq iştirak etməmişdir. Afşinlə onu tanış etdiyinə görə Faiqə 20.000 manat pul vermişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, 2022-ci ilə kimi layihə çəkilişi ilə məşğul olmuş, lisenziyası olan idarələrə layihələr çəkib təqdim etmişdir. 2021-ci ili sonlarında Binəqədi rayonu, Baksol adlanan ərazidə layihə çəkilişi ilə məşğul olan zaman Binəqədi qəsəbə bələdiyyəsinin əməkdaşı Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış, özünü hamı «Telman» olaraq çağırdığı üçün sonuncuya özünü Telman kimi təqdim edib layihə çəkilişi ilə məşğul olduğunu bildirmişdir. Faiq ondan Əmlak Məsələləri Dövlət Xidmətində tanışlarının olubolmadığını soruşmuş, o da, tanışlarının olduğunu, həmin dövlət qurumu ilə əlaqədar hər hansı məsələ olarsa həll edə biləcəyini demişdir. Həmin vaxt Faiq onun nömrəsini götürmüş, bundan bir neçə gün sonra sonuncu zəng edərək Afşın adlı tanışının torpağına dair sənəd hazırlamaq lazım olduğunu bildirmişdir. O da, Afşınlə onu əlaqələndirməyi xahiş etmişdir. Faiq Afşınin nömrəsini ona verdikdən sonra Afşınlə əlaqə saxlayıb və sonuncu ilə Binəqədi rayonundakı ofisində görüşmüşdür. Afşın ona Binəqədi rayonunda «Baksol» deyilən ərazidə 7 ha torpaq sahəsinin olduğunu, lakin torpağın ilkin sənədlərinin olmadığını bildirmiş, ondan həmin ilkin sənədləri hazırlaya bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Afşın torpaq sahəsinin ümumi sxemini ona təqdim etmiş, o da, tanışları ilə danışıb xəbər verəcəyini bildirmişdir. Torpağın həmin sxemini götürüb uzun illər Gəncədə polis orqanında rəhbər vəzifələrdə işləmiş tanışı X16 ilə görüşmüşdür. Ona torpağın ümumi sxemini təqdim edib həmin torpaq sahəsinin ilkin sənədlərini hazırlamağa köməklik edə bilib-bilməyəcəyini soruşmuş, sonuncu 175.000 manat müqabilində torpaq sahəsinə dair ilkin sənədləri, sərəncam və digər sənədləri hazırlayıb verəcəyini bildirmiş, lakin hansı formada və kimin vasitəsilə həmin sənədləri hazırlayacağını deməmişdir. Bu barədə Afşınin razılığını aldıqdan sonra xx.xx.2021-ci il tarixdə sonuncunun tanışı Davudun ofisində onunla görüşmüşdür. Görüş zamanı Afşın, Faiq və bələdiyyənin digər əməkdaşı Şahid1 ofisdə olmuşdur. Afşınlə söhbət etdikdən sonra sənədlərin hazırlanması üçün ilkin olaraq 20.000 manat, daha sonra xx.xx.2021-ci il tarixdə 30.000 manat pul vəsaitinin, geridə qalan pul məbləğinin isə sənədlər hazır olduqdan sonra verilməsi barədə razılığa gəlmişlər. O, akt yazaraq sənədlərin bərpası üçün alacağı 175.000 manatdan 20.000 manatı həmin vaxt, geridə qalan hissəsindən 30.000 manatını xx.xx.2021-ci il tarixdə, qalan məbləği isə sənədləri verəndə alacağını qeyd edərək imzalayıb adını yazıb təsdiq etmişdir. Daha sonra Afşın onları tanış etdikləri üçün Faiq və Namiqdən pulun verilməsinə şahidlik etmələrini, aktı imzalayaraq bildirmələrini istəmişdir. Onlar da razılaşaraq aktı imzalayıb təsdiq etmişlər. Bundan sonra o, pulu götürüb Koroğlu ilə görüşməyə getmiş, sonuncu ilə Binəqədi rayonunda «Ayna Sultanova» heykəlinin yaxınlığında görüşərək pulu təqdim etmişdir. Koroğlu sənədlər hazır olanda xəbər edəcəyini bildirmişdir. Bundan sonra həmin məqsədlə Afşındən sonuncunun anbarında xx.xx.2021-ci il tarixdə 30.000 manat, xx.xx.2021-ci il tarixdə isə 100.000 manat pul almışdır. Qeyd edilən pul məbləğlərindən 30.000 manatı alarkən anbarda Faiq də olmuş və sonuncu da onunla birlikdə qeyd edilən aktı imzalayaraq həmin əməliyyatı təsdiq etmişdir. Faiq və Namiq hər dəfə onun pul almağını aktlaşdıranda pulun alınmasına şahidlik etdikləri üçün aktı ondan sonra imzalamışlar. xx.xx.2021-ci il tarixdə Koroğlu Qasımovla «Ayna Sultanova»da görüşən zaman sonuncu ona 4 ədəd sənəd vermiş, bunlardan birincisi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1313 saylı xx.xx.1998-ci il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı və torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə razılıq verilməsi barədə məktub, ikincisi yenə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2743 saylı xx.xx.2013-cü il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı və müvafiq torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıqplanlaşdırmanın eskiz həllinin razılaşdırılması barədə məktub, üçüncüsü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 113 saylı sərəncamı, dördüncüsü isə Binəqədi Rayon İcra Hakimiyyətinin 15 noyabr 2021-ci il tarixli 04-13-11-11/v-31-091 saylı məktubu olmuşdur. Həmin sənədlərin əsillərini ona Koroğlu təqdim etmişdir. O da, həmin sənədlərin əslini Afşınlə sonuncunun anbarında görüşərək ona təqdim etmiş, həmin sənədləri təqdim edən zaman yuxarıda qeyd etdiyi 100.000 manat pulu Afşındən alıb yenə «Ayna Sultanova» heykəlinin yaxınlığında Koroğlu ilə görüşərək sonuncuya təqdim etmişdir. O, xx.xx.2021-ci il tarixdə aldığı 30.000 manatı da qeyd edilən yerdə Koroğluya təqdim etdiyini bildirmişdir. Afşin Firuzmənd qeyd edilən sənədlərlə maraqlanıb həmin sənədlərin arxivinin olmadığını müəyyən etdiyi üçün onunla əlaqə saxlayıb bu barədə ona bildirmiş, o da, Koroğlu ilə əlaqə saxlayıb sənədlərin arxivinin olmadığını ona demişdir. Koroğlu isə həmin torpağa texniki pasport təşkil edəcəyini və bundan əvvəl verdiyi sənədlərə ehtiyacın olmayacağını bildirmişdir. O da, bu barədə Afşınə bildirmiş və sonuncu razılıq vermişdir. Bundan bir neçə gün sonra Koroğludan yenə «Ayna Sultanova» parkında görüşərək həmin torpaq sahəsinin texniki pasportunu alıb Afşınə sonuncunun anbarında təqdim etmişdir. Bundan sonra, Afşınin torpağı özəlləşdirmək istədiyini bildiyindən icarə müqaviləsi əsasında torpaqdan istifadə etdikdən müəyyən vaxt sonra onu özəlləşdirmək imkanı yarandığı üçün Afşınə torpağa dair icarə müqaviləsi almağı təklif etmişdir. Sonuncu həmin icarə müqaviləsini neçəyə təşkil edəcəyini soruşduqda, həmin məsələ ilə əlaqədar Koroğlu ilə danışdıqdan sonra 220.000 manat müqabilində həmin məsələni həll edəcəyini bildirmiş, lakin sonradan Afşın həmin məsələni özünün həll edəcəyini bildirdiyi üçün həmin məsələ ilə əlaqədar ondan pul almamışdır. Bundan sonra, Afşın texniki pasportu Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edib torpağı özəlləşdirmək istəmiş, xidmətdən torpaq sahəsi ilə əlaqədar ayrıc aktı tələb olunduğu üçün Afşın yenidən ona müraciət etmişdir. O da, yenə Koroğlu ilə danışıb ayrıc aktı üçün əlavə pula ehtiyac olduğunu bildirmişdir. Afşındən yenə sonuncunun anbarında qeyd edilən məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 23.000 manat, xx.xx.2022-ci il tarixdə 7000 manat pul vəsaitini alaraq, Koroğlu ilə «Ayna Sultanova» parkında görüşüb pulu ona təqdim etmişdir. Koroğlu Qasımov 2022-ci ildə rəhmətə getdikdən sonra Afşınin Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti üzrə də mənfi cavab almış və pulunu geri tələb etmişdir. O, məsələni Koroğlu Qasımov vasitəsilə gördüyünü, sonuncunun rəhmətə getdiyini bildirsə də, Afşın həmin pulu ona verdiyini və bu səbəbdən də, ondan tələb etdiyini bildirmişdir. O da, torpağın özəlləşdirilməsinə köməklik edə biləcək Əmlak Məsələləri Dövlət Xidmətində işləyən Hüseyn adlı birini tanıdığını, sonuncunun köməklik edə biləcəyini bildirərək, Hüseynlə görüşmək üçün Nərimanov rayonundakı kafelərin birinə getmişlər. Hüseyn həmin məsələni 450.000 manata həll edəcəyini bildirmiş, Afşın isə razılıq verərək həmin pulu hissə-hissə notarius vasitəsilə verəcəyini qeyd etmişdir. Bu məqsədlə hissə-hissə olmaqla iki dəfəyə notarial təsdiqlə, ümumilikdə 100.000 manat pul Hüseynə verilmişdir. Lakin pul verildikdən sonra Hüseyn yoxa çıxmış, sonradan onun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunan başqa bir cinayət işi üzrə axtarışda olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli qəbzdə icarə müqaviləsinin hazırlanması üçün 35.000 manat pul aldığını qeyd etsə də, reallıqda həmin pulu almadığını, eləcə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən qəbul edildiyi qeyd edilən 25.000 manatın sonuncu tərəfindən ona təqdim edilmədiyini, həmin məbləğdən xəbərinin olmadığını, habelə xx.xx.2022-ci il tarixdə 25.000 manat və xx.xx.2023-cü il tarixdə 25.000 manatın qəbulu barədə aktda qeyd edilən imza və xətt nümunələrinin ona mənə məxsus olmadığını, həmin məbləğləri qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin pul vəsaitini Koroğlu Qasımova təqdim etməyi barədə heç bir sübutunun olmadığını, Zərərçəkmiş şəxsdən aldığı pul vəsaitindən 20000 manatını sonuncu ilə onu tanış edib iş verdiyi üçün Təqsirləndirilən şəxs2 verdiyini, 25.000 manat pul vəsaitinin özünə çatdığını, geridə qalanını isə Koroğlu Qasımova təqdim etdiyini bildirmişdir (cild 2, iş vərəqi 92-96). Elan olunmuş ifadə ilə bağlı proses iştirakıçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 həmin ifadəsinin bəzi hissələri ilə razı olduğunu, bəzi hissələrini isə qəbul etmədiyini, zərərçəkmiş şəxsdən 100.000 manat pulu bir dəfəyə yox, hissə-hissə aldığını, pulları Davud müəllim adlı şəxsin ofisində aldığını, Təqsirləndirilən şəxs2 20.000 manat pul verildiyini, 25.000 manatın isə özünə çatdığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2020-ci ildə Binəqədi qəsəbə bələdiyyəsində vergi müfəttişi vəzifəsinə təyin olunmuşdur. Afşin müəllimlə ərazidə torpaq pulu alarkən tanış olmuş, bu cür münasibətləri yaranmışdır. Bir gün Afşin müəllim ona topağı sənədləşdirmək istədiyini bildirmiş, bu işləri görə biləcək adam olsa xəbər verməyi xahiş etmişdir. Bir müddət sonra o, ərazidə olarkən traktorun ərazidə torpaq yaydığını görüb onlara yaxınlaşmış, traktorçudan işi dayandırmağı və torpaq sahibinin bələdiyyəyə yaxınlaşmasını bildirmişdir. Bundan sonra ona zəng gəlmiş, danışan şəxs traktora pul verdiyini bildirərək, onun işini dayandırmamasını xahiş etmiş, özünün bələdiyyəyə gələcəyini söyləmişdir. Bundan təxminən 2-3 ay sonra yenə ərazidə olarkən Afşin müəllim ondan həmin ərazidə torpağa sənəd alan şəxsin olub-olmaması ilə maraqlanmış, o da, Hümbət adlı şəxsin sənəd aldığını bildirmişdir. Sonradan Afşin müəllim həmin adamla onu görüşdürməyi xahiş etsə də, bundan imtina etmişdir. Üstündən bir müddət keçəndən sonra iş yoldaşı Namiqlə ərazidə olarkən özünü Telman kimi təqdim edən, lakin sonradan adının Səfarlan olduğunu bildiyi şəxsi yanında bir neçə nəfərlə ərazidə layihə çəkdiklərini görmüşdür. Onlara yaxınlaşıb kim olduqlarını soruşduqda, Səfarlan Əmlak komitəsinin işçiləri olduqlarını bildirmişlər. O, Səfarlandan Afşin müəllimin torpaq məsələsini həll edə bilib-bilməyəcəyini soruşmuş, o da, heç bir problem olmadığını söyləmişdir. O, Səfarlanın telefon nömrəsini götürmüş, sonra Afşin müəllimə zəng edib belə bir adamla tanış olduğunu, həmin adamın Əmlak komitəsindən işlədiyini bildirmişdir. Sonradan bildiyinə görə, Afşin müəllim də Əmlak komitəsində işləyən Raul adlı şəxsə zəng edib «Telman»ın orada işləyib-işləmədyini soruşmuş, Raul da «Telman»ın, yəni Səfarlanın orada işlədiyini demişdir. X20 müəllim görüşmüş, söhbət əsnasında Səfarlan əvvəlcə torpağa dair sərəncam çıxaracağını, daha sonra onu icarəyə verdirəcəyini bildirmişdir. Sərəncamın alınması üçün ilkin olaraq Səfarlan 175.000 manat pul istəmiş, həmin pulu, daha sonra isə 35.000 manat pulu Afşin müəllim Səfaralana vermişdir. Səfarlan pulu alanda Davud müəllim, o, Afşin və bir də Namiq müəllim adlı şəxs olmuşlar. Həmin vaxt Davud müəllim işlərin ona aidiyyəti olmadığını, özünü bu məsələlərə qatmamağı demiş, hətta özü də Afşin müəllimə bu işlərə qatılmaq və problem yaşamaq istəmədiyini bildirmişdir. Afşin müəllim Səfarlana 175.000 manatı verəndən təxminən bir ay-ay yarım sonra Səfarlan İcra hakimiyyətinin sərəncamını gətirib Afşinə vermişdir. Sonradan Afşin müəllim həmin sənədi aparıb yoxlatdırmış və sənədin arxivi çıxmamışdır. Bundan sonra Afşin çox narahat olmuş, bir tərəfdən Afşin, bir tərəfdən isə o, Səfaralandan bunun səbəbini soruşmuşdur. Sonuncu isə, narahat olmamağı məsləhət görüb problemi düzəldəcəyini bildirmişdir. 05 may 2022-ci il tarixdə Afşin onu öz ofisinə çağırmış, o da, həmin yerə getmişdir. Afşin ona Səfarlanın Əmlak komitəsinin qabağında gözlədiyini demiş, ona bir sənəd verərək onu, bir də ki, 25.000 manat pulu aparıb Səfarlana verməyi xahiş etmişdir. O da, pulu və sənədi götürüb iş yoldaşı Namiqlə birlikdə oraya getmişlər. Həmin vaxt Səfarlan orada maşında onu gözləmiş, o, pulu və sənədi Səfarlana vermiş, oradan Afşin müəllimə zəng edib məlumat çatdırmışdır. Sonra Afşin müəllim özü zəng edib Səfarlanla danışmışdır. 2022-ci ildə yenidən Səfarlan torpağın texniki pasportunu düzəldib Afşin müəllimə vermiş, lakin həmin vaxt o, iştirak etməmişdir. 2022-ci ildə Afşin müəllim Əmlak komitəsinə müraciət etmiş və oradan ona imtina məktubu gəlmişdir. 2022ci ildən sonra nə Afşin, nə də Səfarlan bu iş barədə ona bir şey deməmişlər. Yalnız 2024cü ildə Korrupsiyaya qarşı mübarizə idarəsinə çağırılanda Afşindən alınmış pul məbləğlərinin çox olduğunu bilmişdir. Lakin həmin pul məbləğlərindən onun xəbəri olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, alınan pullardan ona 20.000 manat pul çatmış, həmin pulu da ona hədiyyə kimi Səfarlan vermişdir. Akta imza etdirmək təklifi Afşinə məxsus olmuş, sonuncu, pul verildikdən sonra Səfarlanın qaçıb yayına biləcəyini fikirləşərək onlara da akta hal şahidi qismində imza etməyi təklif etmişdir. O, Afşin müəllimdən 25.000 manat pul alıb Səfarlana vermiş və həmin pulun çatdırılmasını ondan Afşin xahiş etmişdir. 2020-ci ildə Səfarlan pulun verilməsini Afşinə təklif etmiş və heç bir problem olmayacağını söyləmişdir. 2022-ci ilin sonlarında o, Afşinlə rastlaşmış, lakin sonuncu işlərində problem olması barədə ona heç nə deməmişdir. Özünün 175.000 manat, 35.000 manat və sonda 25.000 manat verilməsindən başqa pul verilib-verilməməsi haqda xəbəri yoxdur. Sonuncu 25.000 manatın verilməsindən sonra Afşin Səfarlana zəng edib həmin məbləğin ona çatıb-çatmadığını soruşmuş, Səfarlan da pulun çatdığını demişdir. İstintaq zamanı o, 175.000 manat və 35.000 manatın pulun verildiyi barədə bildirmiş, lakin 25.000 manatın verilməsi yadından çıxdığı üçün deməmişdir. Bundan sonra Səfəralanın nə qədər pul aldığını xatırlamamış, yalnız istintaq vaxtı müstəntiqin sözlərindən bilmişdir ki, Afşindən daha sonra 39.000 manat pul alınmışdır. O, sonuncu dəfə aldığı 20.000 manat pulu da Afşinə qaytarmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2020-ci ilin iyul ayından Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin vergi şöbəsinin sahə nəzarətçisi vəzifəsində işləyir, ona həvalə edilmiş ərazidə, yəni «Zəngəzur» şadlıq sarayının arxasında olan ərazidə torpaq və əmlak vergisinin ödənilməsi işlərinə nəzarət edir. 2021-ci ilin avqust ayında əraziyə baxış keçirərkən Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncunun həmin ərazidə anbarları var və onlar orada tanış olmuşlar. 2021-ci ilin sonlarında əraziyə baxış keçirərkən «Baksol» yolunun sol tərəfində traktor işlədiyini görmüş, iş yoldaşı Namiqlə birlikdə traktora yaxınlaşmış, nə iş gördüyünü və torpağın kimə məxsus olduğunu soruşmuşlar. Traktorçu həmin torpaqda Zərərçəkmiş şəxsin göstərişi ilə işlədiyini bildirmiş, o da, sonuncu ilə telefonla danışmışdır. Afşin həmin ərazinin ona məxsus olduğunu bildirmiş, daha sonra Afşınlə anbarda görüşmüş və ondan nə səbəbə həmin ərazinin sənədlərini təqdim etmədiyini və vergisini ödəmədiyini soruşmuşdur. Afşin həmin ərazidə 7 ha torpaq sahəsinin ona məxsus olduğunu və sənədlərinin olduğunu, lakin torpağı özəlləşdirə bilmədiyini, bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətində tanışı olarsa, ona xəbər etməyi xahiş etmişdir. 2021-ci ilin noyabr-dekabr aylarında yenə də Namiqlə ərazidə olarkən bir nəfərin ərazidəki torpaq sahələrindən birində kadastr işləri apardığını görüb ona yaxınlaşmış, sonuncu adının Səfaralan olduğunu, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsin torpağını özəlləşdirmək istədiyini demiş və bu işdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Səfaralan da köməklik edə biləcəyini demişdir. Bu barədə onun yanından Afşınlə danışaraq onları əlaqələndirmişdir. 2021-ci ilin sonlarında Afşın ona və Namiqə zəng edərək onları 7-ci mikrorayonda olan ofisə çağırmış, ofisə çatanda Səfaralanın, Afşınin və sonuncunun şəriki Davudun ofisdə olduğunu görmüşdür. Ofisdə olarkən məlum olmuşdur ki, həmin 3 nəfər arasında torpağın ayrılması ilə bağlı sərəncamın hazırlanmasından söhbət gedir. Afşın Əmlak Məsələləri Dövlət Xidmətində bir nəfərin həmin işi hektarına 35.000 manata gördüyünü deyərək, Səfaralana həmin işi hektarına 25.000 manata həll edəcəyi halda pul verəcəyini bildirmişdir. Bundan sonra Səfaralan razılaşmış, həmin vaxt Afşınə Səfaralanı ərazidə tanıdığını, onunla heç bir dostluq münasibətinin olmadığını bildirmiş, Afşın isə söhbət zamanı Səfaralanı Əmlak Məsələləri Dövlət Xidmətində olan tanışlarından soruşduğunu, onun haqqında müsbət fikir bildirildiyini də qeyd etmişdir. Bundan sonra Afşın ümumilikdə 175.000 manat pulu Səfaralana təqdim etmiş, bundan sonra Səfaralan qəbz yazaraq 175.000 manatı aldığını qeyd etmiş, Afşın də ona və Namiqə həmin qəbzi imzalatdıraraq prosesə şahidlik etmələrini xahiş etmişdir. O, əvvəl razılaşmasa da, sonradan Afşın təkid etdiyi üçün razılıq verib imzalamışdır. Bundan sonra Səfaralan sənədləri verməyi yubatdığı üçün tərəflər arasında sözsöhbət yaranmağa başlamış, təxminən 2022-ci ilin yay aylarında Afşınlə söhbət zamanı ona məlum olmuşdur ki, Səfaralan Afşınə Bİnəqədi rayon icra hakimiyyətinin və digər qurumların sənədlərini hazırlayıb versə də, həmin sənədlər saxta çıxmışdır. O, həmin sənədləri Səfaralan Afşınə təqdim edən zaman iştirak etməmişdir. 2022-ci ilin may ayında Afşın ona zəng edərək ofisə dəvət etmiş, ofisə çatanda sonuncu Səfaralanın ona təqdim etdiyi sənədlərin saxta olduğunu bildirərək, həmin sənədləri Səfaralana verməyi xahiş etmişdir. Afşın həmin sənədlərin surətlərini vermiş, o da, sənədlərin digər surətlərinin arxasına həmin sənədləri çıxarışın alınması üçün Səfaralana təqdim etmək üçün almasını qeyd edərək imzalamışdır. Lakin bundan sonra, Afşın ona Səfaralana vermək üçün əlavə 35.000 manat pul da təqdim etmiş, belə olanda o, pulu qəbul edə bilməyəcəyini bildirib, onu pul məsələlərinə qarışdırmamağı xahiş etmiş və ona verilən sənədləri cırıb, pulu da Afşınin özünə qaytarmışdır. Bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə Afşın yenə onu və Namiqi öz ofisinə dəvət etmiş, ofisə gedəndə Səfaralan da orda olmuş, həmin söhbət zamanı Səfaralanın qeyd edilən torpaq sahəsinə icarə müqaviləsi hazırlamaq üçün Afşındən 220.000 manat istədiyi məlum olmuşdur. Afşın də razılıq verib həmin pulu verəcəyini bildirmiş və ilkin olaraq pulun 35.000 manat hissəsini Səfaralana təqdim edərək, ondan və Namiqdən şahidlik etmələrini istəmişdir. Səfaralan da qəbz yazaraq pulu qəbul etdiyini bildirib imzaladıqdan sonra onunla Namiq də qəbzi imzalamışdır. Bu hadisədən sonra onun nə Səfaralanla, nə də ki, Afşınlə qeyd edilən məsələ ilə əlaqədar hər hansı əlaqəsi olmamış, arada Afşınlə görüşən zaman həmin sənədləşmə məsələsinin nə yerdə olduğunu soruşmuş, sonuncu, Səfaralanın həmin məsələ ilə məşğul olduğunu bildirmişdir. KQMBİ-nə araşdırma ilə əlaqədar dəvət edilən zaman Afşınin ondan və Səfaralandan onu aldadaraq 450.000 manat pul vəsaitini ələ keçirərək saxta sənəd verdikləri barədə şikayət etdiyini öyrəndiyini, həmin işlə əlaqədar nə Afşmdən, nə də Səfaralandan hər hansı məbləğdə pul almadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdə onun imzası və xətti olsa da, xx.xx.2021-ci il tarixli qəbzdə olan imza və xətt nümunəsinin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Afşmdən ümumilikdə 175.000 manat aldığını, pulun Səfaralana təqdim edilən zaman sayıldığını və 175.000 manat olduğunun müəyyən edildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli qəbzdəki yazı və imza nümunəsinin ona məxsus olduğunu, həqiqətən də Təqsirləndirilən şəxs1 həmin vaxt icarə müqaviləsi ilə əlaqədar Afşmdən 35.000 manat götürdüyünü, Namiq və özünün şahidlik etdikləri üçün qəbzi təsdiq etdiklərini, ümumilikdə 2 dəfə - 175.000 manat və 35.000 manat pulun verilməsində iştirakı olduğunu, bundan başqa söhbətlərdə iştirak etmədiklərini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən araşdırmaya təqdim edilmiş 03:17 dəqiqəlik səs yazısına qulaq asaraq, həmin səs yazısının ona məxsus olsa da, yazının montaj olduğunu, həmin məzmunda, yəni sənədləşmə ilə əlaqədar Səfaralandan 20.000 manat almağı barədə heç bir şey danışmadığını bildirmişdir (cild 2, iş vərəqi 135-139). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni tam təsdiq etmədiyini, ümumi alınmış puldan onun məlumatı olmadığını, ona çatan pulları tam şəkildə zərərçəkmiş şəxsə qaytardığını, sonuncu ilə barışdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, onun Binəqədi qəsəbəsində anbarı var və həmin ərazidə 7 ha torpaq sahəsi ona məxsusdur. O, həmin torpaq sahəsinin özəlləşdirilməsini istəmiş, bu barədə bir çox şəxslərə müraciət etsə də, kömək edən olmamışdır. Bu səbəbdən Faiqlə söhbət edərkən ona torpağı özəlləşdirmək istədiyini bildirmiş, sənədləşməyə kömək edə biləcək bir şəxs olsa, özünə məlumat verməyi xahiş etmişdir. Sonra Faiq onu Səfaralanla tanış etmişdir. Səfaralan əvvəlcə torpağın sənədləşdirilməsi üçün ondan 175.000 manat istəmiş, o da, bu məbləğə razılaşmışdır. Sonra hissə-hissə olmaqla Səfaralana ümumilikdə 445.000 manat pul vermişdir. Lakin istintaq zamanı verdiyi 50.000 manatın sənədini tapa bilmədiyi üçün ona vurulmuş ziyanın məbləği 395.000 manat kimi göstərilmişdir. İstintaq zamanı Faiq ona vurulmuş maddi ziyanın özünə çatan 45.000 manat hissəsini tam şəkildə ödəmişdir. Buna görə də hazırda Təqsirləndirilən şəxs2la barışmış, sonuncuya qarşı şikayəti və tələbi qalmamışdır. Ancaq Təqsirləndirilən şəxs1 ondan aldığı pullardan heç nə ödəməmiş, həmin pullarını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Afşin Firuzmənd göstərmişdir ki, 1993-cü ildən Azərbaycan Respublikasında yaşayır, əslən Urmiyalıdır, lakin uzun müddətdir Azərbaycanda olduğu üçün Azərbaycan dilində təmiz danışmağı və yazmağı bacarır, həm də 2008-ci ildən Azərbaycan Respublikasının vətəndaşıdır, burada tikinti mallarının satışı ilə məşğuldur. Zərərçəkmiş şəxs Afşin Firuzməndin istintaqa verdiyi ifadəsinə görə, o, 2003-cü ildə Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə 6,9 ha torpaq sahəsini bələdiyyə sənədi əsasında fiziki şəxsdən almış, həmin sahədən bu günə kimi istifadə edilməmişdir. 2021-ci ildə torpağa çıxarış almaq istəmiş, bu məqsədlə müvafiq dövlət orqanlarına müraciət etsə də, torpağın təsdiqedici sənədləri, yəni Binəqədi RİH-nin sərəncamı və ayrıc aktı olmadığından ona imtina cavabı verilmişdir. O da, bu məqsədlə 2021-ci ildə əvvəlcədən tanıdığı Binəqədi rayon bələdiyyəsinin sahə nəzarətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 köməklik üçün müraciət etmişdir. Sonuncu, bu işlərlə məşğul olan, yəni torpaq sahələrinə çıxarışın alınmasına köməklik edən Telman (Səfaralan) adında bir nəfərlə onu tanış etmişdir. Səfaralanla ilk dəfə Binəqədi rayonunda «Zəngəzur» şadlıq evinin arxasındakı anbarında görüşmüş, həmin vaxt yanına Təqsirləndirilən şəxs2, Şahid1 və sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi Telman (Səfaralan) adlı şəxs gəlmişdir. Faiq ona Səfəralanın torpağa çıxarış alınmasına köməklik edəcəyini bildirmiş, Səfəralan özünü ona təqdim edərək əvvəllər Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı olduğunu, işdən çıxmasına baxmayaraq, hazırda xidmətdə rəhbər vəzifəli tanışlarının olduğunu qeyd etmişdir. Həmin görüş zamanı Faiq və Səfəralan ona çıxarış almazdan əvvəl torpağın təsdiqedici sənədlərini təşkil etmək lazım olduğunu bildirmişdir. Səfəralan həmin sənədlərin alınması üçün 175.000 manat pul lazım olduğunu bildirərək, həmin pul vəsaitini xidmətdə olan tanışlarına verəcəyini qeyd etmişdir. Səfəralan həmin məbləğin içində Faiq, Namiq və Səfəralanın xidmət haqlarının olduğunu da bildirmiş, o da, bu təklifə razılıq vermişdir. xx.xx.2021-ci il tarixdə Səfəralan, Faiq və Namiqlə Binəqədi rayonunda olan anbarında görüşmüşlər, həmin görüş zamanı razılaşmalarına uyğun olaraq, 175.000 manatdan ilkin olaraq 20.000 manatı o, Səfəralana vermiş, pulu təqdim edən zaman pulun verilməsini aktla rəsmiləşdirməyi tələb etmiş, görüşdə iştirak edən hər kəs, yəni Faiq, Namiq və Səfəralan buna razılıq vermişdir. Bu məqsədlə Səfəralan akt tərtib edərək adına sərəncam veriləcək dostu Davudun arvadı X13 Böyükşor qəsəbəsində olan 7 ha torpaq sahəsinin təsdiqedici sənədlərinin 2 həftə ərzində bərpası üçün alacağı 175.000 manatdan 20.000 manat olan hissəsini aldığını, 30.000 manat olan hissəsini xx.xx.2021-ci il tarixdə, geridə qalan hissəsini isə sənədlər hazır olandan sonra alacağını bildirmişdir. Daha sonra aktın sonunda ad və familiyasını yazaraq imzalamış və tarix qoymuşdur. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs2 da eyni qaydada ad və familiyalarını yazaraq imzalayıb aktı təsdiq etmişlər. Sonda isə akt onun tərəfindən imzalanmışdır. Bundan sonra həmin məqsədlə, yəni sərəncam və digər təsdiqedici sənədlərin verilməsi məqsədi ilə Səfəralan Faiq və Namiqin iştirakı ilə ondan xx.xx.2021-ci il tarixdə 30.000 manat, xx.xx.2021-ci il tarixdə isə 100.000 manat pul vəsaiti almış, pul vəsaitini hər dəfə özünün anbarında təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə 100.000 manatı təqdim edən zaman Səfəralan Rəhimov ona 4 ədəd sənəd vermişdir. Həmin sənədlərdən birincisi Bakı şəhəri, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1313 saylı xx.xx.1998-ci il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı və torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə razılıq verilməsi barədə məktub, ikincisi yenə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2743 saylı xx.xx.2013-cü il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı və müvafiq torpaq sahəsində qeyriyaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həllinin razılaşdırılması barədə məktub, üçüncüsü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 113 saylı sərəncamı, dördüncü isə Binəqədi Rayon İcra Hakimiyyətinin 15 noyabr 2021-ci il tarixli 04-13-11-11/v-31-091 saylı məktubu olmuşdur. Səfəralan həmin sənədlərin əsillərini ona təqdim etmişdir. Bundan sonra Faiq onun anbarına gələrək geridə qalan 25.000 manatı tələb etmiş, o da, sənədlər hazır olduğu üçün həmin pulu xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Təqsirləndirilən şəxs2 qeyd edilən akta 25.000 manat aldığını qeyd edərək imzalamışdır. Daha sonra Səfəralan torpağın texniki pasportunun alınması üçün qeyd edilən sənədlərin tələb olunduğunu, lakin Bakıda olmadığını, bu səbəbdən sənədləri Faiqə verməyi ondan xahiş etmiş, sonuncu həmin sənədləri xx.xx.2022-ci il tarixdə gəlib onun ofisindən götürmüş, sənədlərin surətlərinin arxasına sonuncu təhvil alması barədə qeydlər etmiş və sənədlərlə birlikdə ofisdən çıxmışdır. Bundan sonra, Səfəralan və Faiq torpaq üçün ilk əvvəl icarə müqaviləsinin bağlanmalı olduğunu, daha sonra müəyyən müddət vergi ödədikdən sonra torpağı özəlləşdirməyin mümkün olacağını bildirmiş, o da, razılıq vermişdir. Səfəralan və Faiq həmin məqsədlə 220.000 manat pulun tələb olunduğunu bildirmiş, işi Səfəralan Əmlak Məsələləri Dövlət Xidmətindəki tanışları vasitəsilə həll edəcəyini bildirmiş, bu məqsədlə Səfəralan xx.xx.2022-ci il tarixdə ondan Faiq və Namiqin iştirakı ilə 35.000 manat pul almış, bununla bağlı qəbz yazmış və həmin qəbzi Namiq və Faiq də imzalamışdır. Bir müddət sonra Səfəralan və Faiq ona X5 pasportunu təqdim etmişlər, həmin texniki pasportu alandan sonra artıq müəyyən işlərin görüldüyünə inanmış, çünki həmin sənəd köhnə bir sənəd olmuş və sənədin arxivdən götürüldüyünü düşünmüşdür. Bu formada Səfəralan və Faiqə inamı yaranmışdır. Bundan sonra Səfəralan onun yanına gələrək özəlləşdirmə üçün ayrıc aktının lazım olduğunu bildirmiş, bu məqsədlə ondan 130.000 manat tələb etmiş, həmin məsələni də Əmlak Məsələləri Dövlət Xidmətindəki tanışları vasitəsilə həll edəcəyini bildirmişdir. Həmin məqsədlə Səfəralana xx.xx.2022-ci il tarixdə 23000 manat, xx.xx.2022-ci il tarixdə 7000 manat, xx.xx.2022-ci il tarixdə 25.000 manat, xx.xx.2022-ci ildə 25.000 manat, xx.xx.2023cü il tarixdə 10.000 manat pul vermiş, qeyd edilən məbləğlərin ödənişi ilə əlaqədar Səfəralandan yazılı qəbz almışdır. Bundan sonra ayrıc aktı alınmış və Səfəralan tərəfindən ona təqdim edilmişdir. Bundan sonra Səfəralan ona artıq texniki pasport və ayrıc aktı hazır olduğu üçün torpağı özəlləşdirməyin mümkün olduğunu bildirmiş, sonuncu, bu məqsədlə onu Hüseyn Həsənovla tanış etmişdir. Səfəralanın ona dediyinə görə, X23 Əmlak Məsələləri Dövlət Xidmətində işləyir. Səfəralanla birlikdə Hüseynlə Nərimanov rayonunda yerləşən «Kosmos» restoranında görüşmüş, həmin vaxt Hüseyn özü də həqiqətən Əmlak Məsələləri Dövlət Xidmətində işlədiyini qeyd edərək, özəlləşdirmə üçün ümumilikdə 600.000 manat pul tələb olunduğunu bildirmiş, o da, buna razılıq vermişdir. Hüseyn həmin məsələni Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi ilə həll edəcəyini bildirmişdir. Bundan sonra pulu ancaq notarial qaydada verə biləcəyini deyərək, bu məqsədlə Hüseynlə notarial qaydada borc müqaviləsi bağlamış və xx.xx.2023-cü il tarixdə 50.000 manat, xx.xx.2023-cü il tarixdə yenə 50.000 manatı sonuncuya vermişdir. Lakin bundan təxminən bir neçə gün sonra ona Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən zəng edilərək, idarədə istintaq olunan cinayət işi üzrə Hüseynin dələduzluq ittihamı ilə tutulduğu bildirilmiş, həmin vaxt Hüseynin də onu Səfaralan kimi aldadaraq 100.000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Təxminən 2024-cü ilin iyul ayında Səfəralanı, Faiqi və Namiqi öz anbarına çağırmış, telefon vasitəsilə səslərini yazmışdır. Həmin görüş zamanı Faiqin 10.000 manat ondan, 20.000 manat isə Səfəralandan aldığı, eləcə də məlum xx.xx.2021-ci il tarixdə Faiqin ondan Səfəralana vermək adı ilə aldığı 25.000 manatı da özünün götürdüyü məlum olmuşdur. Zərərçəkmiş şəxs torpaq sahəsinin təxminən 2 ha hissəsi, onun və ölmüş arvadının adına olduğunu, geridə qalan hissəsini isə tanışlarının adına rəsmiləşdirsə də, reallıqda ona məxsus olduğunu, qeyd olunan ərazidə təxminən 2 ha torpaq sahəsinin də qonşuluqda olan Məhəmməd adlı şəxsə məxsus olduğunu, əgər öz torpağına sənəd düzəldə bilsə, Məhəmmədin torpağına da sənəd düzəltdirmək fikri olduğunu, gələcək də bu barədə onunla öz aralarında haqq-hesab edəcəklərini nəzərdə tutmuşdur. Qeyd olunan torpaq sahəsinə aid öz adına və tanışlarının adına bələdiyyə sərəncamları mövcuddur (cild 2, iş vərəqi 76-80). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2020-ci ilin iyul ayından Binəqədi qəsəbə bələdiyyəsində vergilər üzrə sahə nəzarətçisi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs2 da onun iş yoldaşıdır. 2020-ci ilin avqust ayında onlar Təqsirləndirilən şəxs2 ərazisinə baxış keçirərkən X22 ilə tanış olmuş, söhbət zamanı sonuncu 7 ha torpaq sahəsi olduğunu və həmin torpağa çıxarış ala bilmədiyini söyləyərək Faiqdən köməklik istəmişdir. Həmin ilin sonlarında yenə Faiqlə ərazidə olarkən Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi özünü təqdim edən Telman adlı şəxslə tanış olmuşlar. Sonradan həmin şəxsin əsl adının Telman yox, Səfaralan olduğunu bilmişdir. Həmin vaxt Faiq Afşinin torpağını özəlləşdirmək istədiyini Səfaralana bildirmiş, köməklik edə bilmək imkanı olub-olmadığını soruşmuş, Səfaralan da “canını alaram” deyərək, onu Afşinlə əlaqələndirməyi xahiş etmişdir. Sonradan bildiyi qədər Faiq onların arasında əlaqə yaratmış, lakin aralarındakı söhbətlərdən onun məlumatı olmamışdır. Şahid1 ifadəsinə görə, 2021-ci ilin sonlarında Afşin ona və Faiqə zəng edərək 7-ci mikrorayondakı ofisinə çağırmış, oraya gedəndə Səfaralanı, Afşini və şəriki Davudu ofisdə görmüşdür. Ofisdə söhbət zamanı Afşin torpağa sənəd alınmasına görə Səfaralana 175.000 manat pul verəcəyini, onunla Faiqin isə şahid olmalarını istəmiş, əvvəl razılıq verməsə də, onları tanış elədiklərini nəzərə alaraq razılaşmışlar. Bundan sonra Səfaralan qəbz yazaraq 175.000 manat pul aldığını təsdiq etmiş, sonra isə qəbzi Faiq və özü imzalayaraq şahidlik etmişlər. Səfaralan gedəndən sonra Afşin özünün bu məsələni araşdırdığını, Telman kimi tanıdıqları şəxsin əsl adının Səfəralan olduğunu və həqiqətən də Əmlak Məsələləri Dövlət Xidmətində işlədiyini bildirmişdir. Təxminən 2022-ci ilin ortalarında yenə eyni qaydada Afşin onu və Faiqi ofisə çağırmış, onlardan Səfaralana verəcəyi 35.000 manata şahidlik etməyi xahiş etmiş, onlar da qəbzi imzalamışlar. Qeyd edilən pullardan başqa o, həmin şəxslərin arasında olan digər pul-alış verişində iştirak etməmiş, həmin pullardan ona hər hansı məbləğdə pul çatmamışdır. Yalnız Afşin torpağın sənədləşmə işləri başa çatandan və torpağı satandan sonra Faiqlə ona hörmət edəcəyini bildirmişdir. 2024-cü ilin ortalarında Afşin yenidən onu və Faiqi öz anbarına dəvət etmiş, həmin vaxt Səfaralan da orada olmuş, həmin vaxt Afşinin torpağın sənədləşməsi üçün Səfaralana ümumilikdə 450.000 manat pul verdiyini öyrənmişdir. Həmin vaxt Səfaralan Afşinə sonuncudan aldığı puldan 40.000 manat hissəsini Faiqə verdiyini bildirmiş, Afşin bunu deyəndə Faiq həmin puldan cəmi 20.000 manatın ona verildiyini etiraf etmişdir. Məhkəmə iclasında şahidlər X4 və Şahid2 istintaqa verdiyi ifadələr tədqiq olundu. Həmin ifadələrində adları çəkilən şəxslər Zərərçəkmiş şəxsi tanıdıqlarını, təxminən 2004cü ildə Afşinin onlara Binəqədi rayonunda 7 ha torpaq sahəsini bir neçə tanışının adına almaq istədiyini bildirmiş, bu məqsədlə həmin torpaq sahəsinin bir hissəsini onların adlarına rəsmiləşdirməyi xahiş etmiş, onlar da buna razılıq vermişlər. Əsl reallıqda isə həmin torpaq sahəsi Zərərçəkmiş şəxsə məxsus olduğu üçün torpaqla bağlı bu günə kimi maraqlanmamışlar və torpaq sahəsinin harada yerləşdiyini bilməmişlər (cild 1, iş vərəqi 65-70). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan və məhkəmə-fonoskopik ekspertizasının 25 oktyabr 2024cü il tarixli 3-16-16/2-4/1621-4/1637 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd CD diskdə olan faylda Afşin Firuzmənd, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda söhbət mövcuddur: Afşın: Bir dəfə demişəm? Aldatmışam demişəm qardaş belə danışmışdıq belə oldu? Demişəm? Artıq vermişəm? İkinci hissəsini heç Faiq bilmir o pulun. Qardaş gəldik dedim ki, mənə icra hakimiyyətinin şəhadətnaməsi lazımdır. Düzdür? Səfaralan: İcra hakimiyyətinin şəhadətnaməsi söhbəti olmayıb. Afşın: Olmayıb? Səfaralan: Sərəncam olub. Afşın: Sərəncam, bəli, bəli. Oldu. Qardaş hanı? Sən gəldin mənə dedin qardaş, mən sənə bir dənə sənəd verirəm ki, 50 dəfə icra hakimiyyətinin şəhadətnaməsindən yaxşıdı. Dedin? Mən sənə dedim qardaşım, gözəl insan, bunu sabah aparacağıq, bunu sabah özəlləşdirmədən yoxlasalar problem çıxmaz? Sən dedin yox, aparsınlar yoxlasınlar, orginal sənəddir də. Səhv deyirəm? Səfaralan: Düz. Afşın: Faiq, səhv deyirəm? Faiq: Düz. Gəldik qardaş 245.000 pul verdim imzalanmış. Səfaralan: 245 yox, 225. Afşın: 245.000 vurmuşam imza. Sizin öz aranızda nə olub məni maraqlandırmır. Faiq: Afşın müəllim bir dəqiqə, ona da aydınlıq gətirmək istəyirəm. Bağışla sözünü kəsdim. Afşın: Buyur. Faiq: Mən elə insanam ki, sözün düzünü deyən insanam. Heç nəyi danan deyiləm. İşiniz alınana yaxın 10000 siz mənə verəcəkdiniz. Afşın: Bəli, danışmışdım 10000 verəcəm, 10000 də gətirib verdim. Faiq: Yox, danışmışdıq ki, 20000 verəsən. Sonra dedin, icarə və çıxarışı mən alandan sonra 10000 mən sənə verəcəm. Afşın: Ay sağol, bəli, bəli. Faiq: Nəyisə, səhv deyirəmsə, deyin səhv deyirsən. 20000 də mənə Telman verib. Afşın: Sən dedin bəs 40000 vermişəm. Faiq: 20000 də mənə Telman verib. Afşın: Sən dedin bəs 40000 vermişəm. Səfaralan: 40000 yox, 20000. Afşın: Mənə qulaq as, mən özümdən demirəm ki. Qulaq as. Xahiş edirəm, əgər biz insanıq, biz əgər sözümüzü kişi kimi danırıqsa. Səfaralan: Mən danmıram. Afşın: Yox, yox. Hətta bir dəfə də Faiqə dedin burda orda oturmuşdu içəridə. Səfaralan: Anbarda oturanda 20000 söhbəti oldu. Afşın: Yox 40. Dünən də sən axşam mənə dedin 40000. Qardaş, o sənədi sən bizə verdin, o sənədin arxivi yoxdur (cild 1, iş vərəqi 29-30, 170-176). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 3 (üç) vərəqdə qəbzlərdən görünür ki, pul vəsaiti sonuncu tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən qəbzlər yazılmaqla təqdim edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli qəbzə əsasən, Səfaralan X1 Böyükşorun yanında olan 7 hektar torpaq sahəsinə təsdiqedici sənədlərini iki həftə ərzində bərpa etməyə görə alacağı 175.000 manatdan 20.000 manatı aldığını, 4 oktyabr 2021-ci il tarixdə 30.000 manat alacağını, qalan məbləği isə sənədlərin bərpasından sonra alacağını qeyd edib qəbzin sonunda ad familiyasını yazıb imzası ilə təsdiq edərək qəbzin yazılma tarixini qeyd etmişdir. Ondan sonra növbə ilə Təqsirləndirilən şəxs2, Şahid1 və Zərərçəkmiş şəxs ad familiyalarını yazıb imzaları ilə təsdiq etmişlər. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 30.000 manat aldığını yazaraq, imzası ilə təsdiq edib qəbzin yazılma tarixini qeyd etmişdir. Ondan sonra Təqsirləndirilən şəxs2 ad familiyasını yazıb imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 100.000 manat aldığını və sənədləri təqdim etdiyini qeyd edib, qəbzi imzası ilə təsdiq edərək qəbzin yazılma tarixini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 25.000 manat aldığını qeyd edib imzası ilə təsdiq etdikdən sonra qəbzin yazılma tarixini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan torpaq sahəsinə 18/03-8/2743 saylı xx.xx.2013-cü il tarixli sənəd əsasında icarə müqaviləsi alınması üçün 220.000 manatdan 35.000 manat aldığını qeyd edib, qəbzi imzası ilə təsdiq edərək qəbzin yazılma tarixini qeyd etmişdir. Ondan sonra növbə ilə Təqsirləndirilən şəxs2 və Şahid1 ad familiyalarını yazıb imzaları ilə təsdiq etmişlər. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X26 Firuzmənddən ayrıc aktı və yerləşmə sxeminə görə 23.000 manat aldığını qeyd edib, ad familiyasını yazıb imzası ilə təsdiq etmişdir. Qeyd edilən qəbzə sonuncu öz mobil nömrəsini də yazmışdır. xx.xx.2022-ci il tarixli qəbzdə Təqsirləndirilən şəxs1 tərəfindən 7.000 manat, xx.xx.2022-ci il tarixli qəbzdə 25.000 manat və xx.xx.2023-cü il tarixli qəbzdə isə 25.000 manat alındığı qeyd edilərək imzası ilə təsdiq edilmişdir (cild 1, iş vərəqi 10-12). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs (borc verən) və X23 (borc alan) arasında bağlanmış 08 may 2023-cü il və 20 iyul 2023-cü il tarixli tarixli kredit müqavilələrindən görünür ki, borc verən borc alana hər bir müqavilə üzrə 50.000 (əlli min), cəmi 100.000 manat pul vəsaitini borc verir. Qeyd edilən kredit müqavilələri Bakı şəhəri, 51 saylı notariat ofisində təsdiq edilmişdir (cild 1, iş vərəqi 38-39). Məhkəmə-xətşünaslıq ekspertizasının 05 dekabr 2024-cü il tarixli 3-16-16/2-4/1622 saylı rəyindən görünür ki, yuxarıda adları qeyd edilən pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən verilməsini təsdiq edən qəbzlərdə imza, xətt və rəqəm nümunələri, müvafiq olaraq qəbzlərdə adları qeyd edilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 tərəfindən icra edilmişdir (cild 1, iş vərəqi 225-232). Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevin adından Binəqədi rayon İcra Hakimiyyətinin başçısına göndərilməsi görüntüsü yaradılmış xx.xx.2013-cü il tarixli və 18/03-8/743 saylı məktubun surətində səhifənin yuxarı hissəsində dövlət gerbi və gerbin sol tərəfində «Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi», eləcə də sağ tərəfində qeyd edilən idarənin ingilis dilində adı, ondan aşağıda idarənin rekvizitləri, aşağıda diyircəkli qələmlə məktubun tarix və nömrəsi qeyd edilməklə məktubun ünvanlandığı “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab X.İsgəndərova” yazısı yazılmışdır. Məktubun məzmununda isə “Sizin xx.xx.2013-cü il tarixli M-13 saylı razılıq məktubunuzu nəzərə alaraq vətəndaş X3 rayonu Böyükşor gölünün yanında küçəsində qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim edilmiş memarlıq-planlaşdırmanın eskiz həlli ("xxxx" MMC-nin işi, memar A.Əliyev) müstəsna hal olaraq razılaşdırılmışdır. Tikinti aparılmasına dair sənədləşdirmə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır” yazısı qeyd edilmişdir. Məktubun aşağı sağ tərəfində isə “Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhür və rəis əvəzi Akif Abdullayevin imzası əks olunmuşdur. Qeyd edilən məktubun arxasında Təqsirləndirilən şəxs2 tərəfindən “Orginal sənətləri götürüb ƏMDK icarə çıxarışın alınması üçün Telmana (Səfaralan) verəcəm” yazısı yazılmaqla ad familiyası qeyd olunub imzalanmış və tarix qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı görüntüsü yaradılmış sənədin surətindən görünür ki, səhifənin yuxarısından ortada böyük hərflərlə “SƏRƏNCAM” sözü yazıldıqdan sonra diyircəkli qələmlə sərəncama “113” nömrə və “xx.xx.2013”-cü il tarix qeyd edilməklə aşağıda “Vətəndaş M.V.Vəliyevanın icarəsində olan torpaq sahəsində inşa olunmuş qeyriyaşayış sahəsinin mövcud vəziyyətində rəsmiləşdirilməsi barədə” yazısı qeyd edilmişdir. Sərəncamın məzmununa isə “Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə yerləşən ümumi sahəsi 69.575 m2 ölçüdə olan torpaq sahəsi istehsalat binasının tikintisi üçün əlavə edilmiş cizgi əsasında M.V.Vəliyevanın icarəsinə verilməsi, aparılmış tikinti işlərinin layihəsi "xxxx" MMC tərəfindən işlənməsi, sərəncamın icra üçün digər qurumlara göndərilməsi” barədə qeydlər əlavə edilmişdir. Aşağıda sağ tərəfdə “Xaləddin İsgəndərov” yazısı yazılmaqla, səhifənin axırında “Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı” yazısı olan dairəvi möhür köçürülməklə “əsli ilə düzdür: sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Tural Əliyev” adı yazılmaqla imzalanmışdır. Sənədin arxasında Təqsirləndirilən şəxs2 tərəfindən “Əsiləri təfil aldım aparıb Telmana verəcəm” yazısı yazılmaqla ad familiyası qeyd olunub imzalanmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi E.Qasımzadə tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyəti Başçısına göndərilməsi görüntüsü yaradılmış xx.xx.1998-ci il tarixli və 18/03-8/1313 saylı məktubun surətində səhifənin yuxarı hissəsində dövlət gerbi və gerbin sol tərəfində “Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi”, eləcə də sağ tərəfində qeyd edilən idarənin rus dilində adı yazılmaqla, ondan aşağıda idarənin rekvizitləri, aşağıda diyircəkli qələmlə məktubun tarix və nömrəsi qeyd edilməklə məktubun ünvanlandığı “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab İ.Nadirov cənablarına” yazısı yazılmışdır. Məktubun məzmununa isə “X11 istifadəsində olan 69575 m2 torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ərazinin ayrıc aktını sizə göndərməklə bu məsələni Binəqədi Rayon İcra Hakimiyyətində müvafiq qaydada sənədləşdirilməsinə etiraz etmir.” yazısı yazılaraq, “Ayrıca dair göstər” qeyd edilməklə torpağın uc nöqtələri göstərilmişdir. Vərəqin aşağısında isə “Memarlıq və şəhərsalma Baş idarəsinin rəisi E.Qasımzadə yazılmaqla” diyircəkli qələmlə imzalanmışdır. Sənədin sol aşağı küncündə isə “Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhür əks olunmuşdur. Qeyd edilən məktubun arxasında Təqsirləndirilən şəxs2 tərəfindən “Orginal sənətəri götrüb ƏMDK icarə çıxarışın alınması üçün Telmana verəcəm” yazısı yazılmaqla ad familiyası qeyd olunub imzalanmış və tarix qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə yerləşən torpaq sahəsinin guya Zərərçəkmiş şəxsin tanışı X6 məxsus olması barədə 9 vərəqdən ibarət, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən verilməsi görüntüsü yaradan “X5 Pasportu”nun hər səhifəsinə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” yazısı olan dairəvi möhürünü həmin sənədin hər səhifəsinə vurulmuşdur. Sənədin üz qabığında diyircəkli qələmlə «Vəziyyəti» sözünün qarşısına «23 Yanvar 2001», «Ünvan» sözünün qarşısına «Binəqədi şosesinin sağ tərəfi, Böyükşor gölünün yaxınlığı», «Sahibkar» sözünün qarşısına «X8», «Əsas» sözünün qarşısına «Binəqədi rayon DVM-nin 14 fevral 1997-ci il tarixli 18784502 saylı şəhadətnaməsi və fiziki şəxsin 25 dekabr 2000-ci il tarixli ərizəsi», «Tikildiyi il» sözünün qarşısına rəqəmlə «1995», «Layihə üzrə» sözünün qarşısına «A», «Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin rəisi» sözünün qarşısına “R.Məmmədov” sözləri yazılaraq sonuncu tərəfindən imzalanmış görüntüsü yaradılmış, digər vərəqlərə torpaq və tikinti planı məlumatları əlavə edilmiş, sonuncu vərəqə “tikintinin əsaslı təmirə ehtiyacı var, mühəndis Y.Ə.Səfərliyev» sözlərini və «baş mühəndis» sözünün qarşısına T.M.Quliyev, «TİŞ-in rəisi» sözünün qarşısına İ.İ.Qurbanov, «tərtib etdi» sözünün qarşısına Y.Ə.Səfərliyev, «yoxladı» sözünün qarşısına V.Ə.Hüseynov sözlərini və 23 yanvar 2001-ci il tarixi qeyd edib adları göstərilən şəxslərin adlarının qaşısında qəsdən fərqli formada imzalanmışdır (cild 1, iş vərəqi 13-15). Məhkəmə-xətşünaslıq ekspertizasının 05 dekabr 2024-cü il tarixli 3-16-16/2-4/1622 saylı rəyindən görünür ki, yuxanda qeyd edilən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubları və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı görüntüsü yaradılmış sənədlərin Təqsirləndirilən şəxs1 təqdim edilməsi üçün təhvil alınması barədə qeydlər, tarix və imza Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir (cild 1, iş vərəqi 225-232). Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının 01 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Binəqədi rayonu İH-nin arxiv fondu üzrə 113 saylı sərəncamı xx.xx.2013-cü il tarixli deyil, xx.xx.2013-cü il tarixli olmaqla, vətəndaş X15 mülkiyyətində olan torpaq sahəsində təqdim edilən layihə əsasında inşa edilmiş bağ evinin ilkin hüquqi qeydiyyata alınması haqqında verilmişdir (cild 1, iş vərəqi 186-188). Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının 01 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxsə məxsus torpaq sahəsinə verilmiş Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1580/1, 1582/1 saylı və xx.xx.2004-cü il tarixli 1260 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcuddur (cild 1, iş vərəqi 189-194). Cinayət işinin materiallarında olan və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilməsi görüntüsü yaradılmış xx.xx.1998-ci il tarixi və 18/03-8/1313 nömrəsi qoyulmuş sənəddə idarənin rəisi X17 qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 06 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Elbay Qasımzadə göstərilən vəzifəyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 22 sentyabr 1998-ci il tarixli 1690 saylı sərəncamı əsasında təyin edilmişdir. Eləcə də, Azərbaycan Respublikasın Ədliyyə Nazirliyinin xətşünaslıq ekspertizasının 05 dekabr 2024-cü il tarixli 3-16-16/2-4/1622 saylı rəyindən görünür ki, qeyd edilən sənəddə X9 adı qarşısında əks olunmuş imza sonuncu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur (cild 1, iş vərəqi 202). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 06 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, cinayət işinin materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilməsi görüntüsü yaradılmış xx.xx.1998-ci il tarixli və 18/03-8/1313 nömrəli, eləcə də xx.xx.2013cü il tarixli 18/03-8/2743 saylı məktublar mərkəzin arxivində mövcud deyildir (cild 2, iş vərəqi 34). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 09 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxs Afşin Firuzməndə təqdim edilmiş X5 pasportuna dair idarənin arxivində məlumat aşkar edilməmişdir. Eləcə də, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən təqdim edilmiş müxtəlif dövrləri əhatə edən 6 (altı) ədəd X5 pasportunun üzərində olan möhür nümunələri ilə Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş sənəddə olan möhür nümunəsi arasında uyğunluq müəyyən edilməmişdir (cild 1, iş vərəqi 244-250). İbtidai istintaq orqanının 24 yanvar 2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə öz xüsusiyyətlərinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə pul vəsaitinin verilməsi haqqında qəbzlər, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş saxta sənədlər - Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1998-ci il tarixli 18/03-8/1313 saylı və xx.xx.2013-cü il tarixli 18/03-8/2743 saylı məktubları, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 113 saylı sərəncamı, 23 yanvar 2001-ci il tarixli X5 pasportu, eləcə də Zərərçəkmiş şəxs və X23 arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli kredit müqavilələri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 58-59). Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi qəsəbə bələdiyyəsi üzrə 29 iyun 2020-ci il tarixli 45/k saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən əmrlə bələdiyyənin “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi”nə sahə nəzarətçisi vəzifəsinə təyin edilmişdir (cild 1, iş vərəqi 255). Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsindən görünür ki, X16 xx.xx.2021-ci il “Ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür (cild 1, iş vərəqi 168-169). “Respublika Psixiatrik Xəstəxanası” PHŞ-in 09 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada müalicədə olmamışlar (cild 1, iş vərəqi 161). “Respublika Narkoloji Xəstəxanası" PHŞ-in 08 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzin narkoloji qeydiyyatında deyillər (cild 1, iş vərəqi 165). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 390.000 manat təşkil edir və cinayət işində olan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 8.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir (cild 2, iş vərəqi 150). Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan daha 26.000 manat, ümumilikdə 34.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan məhkəmə baxışı zamanı daha 11.000 manat, ümumilikdə 45.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, bununla da zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi qalmamışdır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə məlumat yoxdur (cild 1, 158-159). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, istintaqda ifadə verərkən özündə olmadığını, ona görə orada dediklərinin bəzisini təsdiq etdiyini, Faiq ona Afşinin torpağına sənəd çıxarmağın mümkün olubolmamasını soruşduğunu, özünün həmin işi həll edə biləcəyini dediyini, sonra Afşinə məxsus sənədləri alaraq Koroğlu adlı şəxsə verdiyini, torpağın sənədinin alınması üçün Afşingilə 75.000 manat pul lazım olduğunu dediyini, Afşingildən 75.000 manatı aldıqdan sonra sənədləri alıb Koroğlu adlı şəxsə verdiyini, Koroğlunun isə sənədlərin alınması üçün 220.000 manat pul lazım olduğunu bildirdiyini, Koroğlunu Gəncə şəhərindən tanıdığını, Koroğlu pulu aldıqdan sonra haraya və kimə verdiyini ona demədiyini, Afşindən alınan pulun 20.000 manatını özünə götürdüyünü, 25.000 manatı isə Faiqə verdiyini, Əmlak komitəsində işləyən Hüseyn adlı şəxsin çıxarış sənədini 500.000 manata alıb verəcəyini dediyini, sonradan 400.000 manata razılaşdıqlarını, həmin pulun 50.000 manatın onun yanında verildiyini, həmin vaxt Faiqin orada olmadığını, Afşin özünün Koroğlu ilə tanış olmaq istəmədiyini, Faiqin baş verən söhbətlərdə əvvəllər iştirak etsə də, İcra hakimiyyətindən sənəd alınandan sonra olan söhbətlərdə və pulların verilməsində Faiqin iştirak etmədiyini, Afşinlə onu tanış etdiyinə görə özünün Faiqə 20.000 manat pul verdiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, alınan pullardan ona cəmi 20.000 manat pul çatdığını, həmin pulu da ona hədiyyə kimi Səfarlanın verdiyini, akta imza etdirmək təklifinin Afşinə məxsus olduğunu, Afşin müəllimdən 25.000 manat pul alıb Səfarlana verdiyini, özünün 175.000 manat, 35.000 manat və sonda 25.000 manat verilməsindən başqa pul verilib-verilməməsi haqda xəbəri olmadığını, bundan sonra Səfəralanın nə qədər pul aldığını xatırlamadığını, yalnız istintaq vaxtı müstəntiqin sözlərinə görə Afşindən daha sonra 39.000 manat pul alındığını bildiyini qeyd edərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Səfarlan Rəhimovun özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməyərək məhkəmədə gətirdikləri dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı törətdikləri hər bir cinayət epizodu üzrə ətraflı etirafedici ifadələr vermişlər. Bundan başqa, onların ittiham olunduqları cinayətləri törətməkdə təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolları və ekspert rəyləri ilə, zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi danışıqların qeydə alındığı disklərə baxış keçirilməsi protokolları, işdə olan maddi sübutlarla və məhkəmədə tədqiq edilmiş digər çoxsaylı sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri dəlilləri cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nrun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə verilmiş ittihamlarla əlaqədar aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə iclasında təqsirləndirilən şəxslər Səfarlan Rəhimovun və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlaması cinayətlərini törətmələri öz təsdiqini tapmışdır. Yəni, Səfarlan Rəhimovun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yanaşı, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, qeyd edilən əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid cinayət törətmiş şəxs cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalı, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onlara həmin maddə ilə cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Səfarlan Rəhimov və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onlara həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini, həmçinin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, hazırkı iş üzrə dələduzluq cinayətinin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs2 ümumilikdə 45.000 manat pul vəsaiti çatmışdır. Zərərçəkmiş şəxs vurulmuş ümumi maddi ziyandan 45.000 manat ödənilmiş və həmin pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən hissə-hissə, yəni 8.000 manatı ibtidai istintaq zamanı, qalan hissəsi isə məhkəmə baxışı gedişində qaytarılmışdır. Bununla bağlı məhkəməyə zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli ərizələr təqdim edilmişdir. Həm məhkəmə baxışı zamanı verdiyi ifadəsində, həm də çıxışlar mərhələsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, qalan maddi ziyanla bağlı onun tələbinin digər təqsirləndirilən şəxs Səfəralan Rəhimova aid olduğunu, Təqsirləndirilən şəxs2 ilə barışdığını və ona qarşı iddia tələbi və şikayətinin qalmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, cinayət əməli iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış şəxs cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, hətta cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlin digər iştirakçılarla birlikdə törətmiş, cinayətin törədilməsində onun faktiki iştirakının xarakteri və dərəcəsi digər iştirakçılara münasibətdə daha yüngüldür, həmçinin o, cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəmiş və onunla barışmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 şəxsiyyətini, ailəli olmaqla himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissədə, yəni məhkəmədə təsdiq olunmuş sübutlara əsasən dələduzluq yolu ilə vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsinin könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı iddia tələbi və şikayətinin olmamasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs2 üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onların üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 şərti məhkum etmənin tətbiq olunması ilə əlaqədar məhkəmə hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlinin törədilməsində rolunu və iştirakını, dələduzluq yolu ilə zərərçəkmiş şəxsdən götürülmüş pul vəsaitinin çox hissəsinin onun tərəfindən ələ keçirilməsini, maddi ziyanın ödənilməsi istiqamətində heç bir addım atmamasını və barəsində cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkünsüz hesab edir, onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2025-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə maddi sübutlar - pul vəsaitinin verilməsi haqqında qəbzlər, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş saxta sənədlər: Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1998-ci il tarixli 18/03-8/1313 saylı və xx.xx.2013-cü il tarixli 18/03-8/2743 saylı məktubları, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 113 saylı sərəncamı, 23 yanvar 2001-ci il tarixli X5 pasportu, eləcə də Zərərçəkmiş şəxs və X23 arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli kredit müqavilələri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, hazırkı iş üzrə məhkəmə məsrəfləri hesab edilən 276 (iki yüz yetmiş altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 138 (yüz otuz səkkiz) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalı, Zərərçəkmiş şəxs maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – pul vəsaitinin verilməsi haqqında qəbzlər, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş saxta sənədlər: Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1998-ci il tarixli 18/03-8/1313 saylı və xx.xx.2013-cü il tarixli 18/03-8/2743 saylı məktubları, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 113 saylı sərəncamı, 23 yanvar 2001-ci il tarixli X5 pasportu, eləcə də Zərərçəkmiş şəxs və X23 arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli kredit müqavilələri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 276 (iki yüz yetmiş altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 138 (yüz otuz səkkiz) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın, Zərərçəkmiş şəxs maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar