Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1136/2022 07.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat - 17:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis-psixoloq qurbanova X5, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X3 iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından 10 yanvar 2022-ci il tarixədək olan müddət ərzində cinsi ehtirasını təmin etmək məqsədilə mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı evin 102 saylı mənzilində onunla birlikdə yaşadıqları qardaşı Barat Səfərlinin övladı, xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə, sonuncunun azyaşlı olması səbəbindən psixi və fiziki vəziyyətinə görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamaması ilə əlaqədar köməksiz vəziyyətindən istifadə etməklə, pəncərədən tullayacağı ilə hədələyərək Zərərçəkmiş şəxs və özünün alt paltarlarını yarıya qədər aşağı çəkib endirərək əli ilə sonuncunun cinsiyyət orqanına toxunmuş, öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına toxundurmuş, Zərərçəkmiş şəxs cinsiyyət orqanının ətrafını öpmüş və öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa sarğı nahiyyəsinə sürtməklə cinsi ehtirasını pozğun formada təmin edərək vahid niyyətlə əhatə olunan qəsdlə aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etmə hədəsi ilə köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, onun qardaşı və qardaşı arvadı ilə münasibəti yaxşı olmuşdur. Onlarla anası arasında dava-dalaş olmuş, onlar evi satıb bölüşdürmək istəmişlər. 2022-ci ilin yanvar ayında Zəhranurun üstünü örtüb çıxan zaman qardaşı arvadı Amalya Səfərli ilə üzbəüz gəlmiş və Amalya onu yalnış anlamışdır. Amalya içəri girərək qışqır-bağır salmış, onu taxta ilə vurmuş və guya onun Zəhranura qarşı əxlaqsız hərəkət etdiyini demişdir. O, otağa uşağın üstünü örtmək məqsədi ilə girmiş və otaqda təkcə Zəhranur və özü olmuşdur. O, uşaqların üstünə heç vaxt qışqırmamış, Zəhranura heç nə etməmişdir. Hadisə günü anası da evdə olmuşdur. Sonra ona polis bölməsinə gəlməyi və qardaşı arvadının ondan şikayət etdiyi deyilmiş, o da polis bölməsinə getmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 yanvar 2022-ci il tarixdə müdafiəçi Mahizər Məmmədovanın iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə yaşayır. 2010-cu ildə X7 ilə rəsmi nigaha daxil olmuşdur. Rəsmi nigahdan 2011-ci il təvəllüdlü X8 və 2013-cü il təvəllüdlü X6 adlı iki övladı vardır. X2 2005-ci ildə Qanuni nümayəndə ilə rəsmi nigaha daxil olmuşdur. Onların rəsmi nigahdan iki qız övladları X10 və Zərərçəkmiş şəxs olmuşdur. Onlar ailə olaraq yəni onun, qardaşı Baratın ailələri, anası və bacısı X12 ilə ünvan 3 ünvanında yaşayırlar. Həmin mənzil 4 otaqdan ibarətdir. O, çörək sexində günaşırı işləyir. Səfərli Aynur arvadı olmağına baxmayaraq o, uzun müddətdir ki, sonuncu ilə cinsi əlaqədə olmur. Təxminən 1 ay bundan əvvəl o, yaşadığı mənzildə tək olduğu zaman Barat arvadı ilə işdə olmuşlar. Aygün isə məktəbdə olmuşdur. Həmin vaxt Zəhranur evdə, özlərinə aid otaqda tək olmuşdur. O, Zəhranur olan otağa getmiş, həmin vaxt Zəhranur alt paltarında çarpayıda uzanmışdır. O, sonuncunun üstünü örtərkən şeytan onu yoldan çıxartmış və o, əli ilə Zəhranurun cinsiyyət orqanına toxunaraq sığallamışdır. Zəhranurun sakit dayandığını görüb hərəkətinə davam edərək cinsiyyət orqanını çıxarıb Zəhranurun cinsiyyət orqanına sürtmüşdür. Bir qədər sonra sperma gəldiyini hiss edərək əynindəki şalvarının içərisinə boşalmışdır. O, Zəhranura bu barədə kiməsə desə arada dava düşəcəyini, atası ilə onun dalaşacağını demiş və aralarında olanlar barədə heç kəsə danışmamağı tapşırmışdır. Zəhranur da ona bu barədə heç kəsə deməyəcəyinə söz vermişdir. Bundan sonra müxtəlif vaxtlarda o, hamamda əl-üzünü yuyarkən Zəhranur yanına gəlib şalvarın üstündən əlini cinsiyyət orqanına vurmuşdur. O, bilirmiş ki, bu hərəkətlər Zəhranurun da xoşuna gəlir. Təxminən 1 həftə bundan əvvəl yenidən evdə Zəhranurla tək olmuşdur. O, yenidən Zəhranura qarşı seksual hərəkətlər etmək qərarına gəlmiş və sonuncunun olduğu otağa daxil olmuşdur. O, Zəhranuru qucaqlayaraq əli ilə sonuncunun cinsiyyət orqanını oynatmışdır. Daha sonra onu qabağa əyərək cinsiyyət orqanını sonuncunun arxa nahiyəsinə sürtmüşdür. Həmin vaxtda da o, spermanı öz şalvarının içinə boşaltmışdır. 10 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində yenidən evdə tək olduğu zaman Baratın arvadı Amaliya Zəhranuru məktəbdən evə gətirmişdir. Bir qədər sonra Amaliya evdən çıxaraq işə getmişdir. O, Zəhranurun otaqda tək olduğunu görüb bir daha sonuncu ilə seksual hərəkətlər etmək məqsədi ilə olduğu otağa daxil olmuşdur. Zəhranur otaqda dərslərinə hazırlaşan zaman o, sonuncunun əlindən tutub çarpayıya uzatmışdır. Bundan sonra Zəhranurun əynində olan şalvarını və alt paltarını dizinə qədər soyundurmuşdur. Daha sonra əynində olan şalvarını da dizinə qədər soyunaraq cinsiyyət orqanını çıxartmış, əli ilə Zəhranurun cinsiyyət orqanını, sonuncu da əli ilə onun cinsiyyət orqanını oynatmağa başlamışdır. O, Zəhranurun cinsiyyət orqanının ətrafını öpməyə başlamışdır. Bir qədər sonra o, Zəhranuru üzü aşağı əyərək cinsiyyət orqanını sonuncunun arxa nahiyyəsinə sürtməyə başlamışdır. Bu zaman dəhlizdə ayaq səsi eşitmişdir. Eyni zamanda sperma gəldiyini hiss etmişdir. O, tez şalvarını yuxarı çəkmiş, sperma şalvarının içərisinə tökülmüşdür. Qəflətən Zəhranurun anası Amaliya otağa daxil olmuş və onları yarıçılpaq vəziyyətdə görmüşdür. Amaliya qışqıraraq ona hücum etdikdə o, otaqdan çıxmış, Amaliyadan sakit olmasını xahiş etmiş və bir daha belə hərəkət etməyəcəyini bildirmişdir. Amaliya polisə şikayət edəcəyini bildirərək Zəhranurla birlikdə evdən çıxmışlar. O, öz otağına daxil olaraq 1 ədəd alt paltarı götürüb evdən çıxmışdır. Yaşadığı binanın yaxınlığında əynində olan spermalı alt paltarını çıxarıb yenisini geyinmiş, spermalı alt paltarını isə zibil qutusuna tullamışdır. Bir qədər sonra o, arvadına zəng vurduqda sonuncu Amaliyanın şikayət etdiyini və polis əməkdaşlarının onu axtardıqlarını bildirmişdir. O, 24-cü polis şöbəsinə gedərək hadisəni səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 yanvar 2022-ci il və 02 may 2022-ci il tarixlərdə müdafiəçi Mahizər Məmmədovanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür və iş materiallarında olan zərər çəkmiş şəxs və şahid ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə tam təkzib edilir. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı mənzil 4 otaqdan ibarətdir. Otaqlardan birində atası, anası, o və bacısı Aygün, digər 1 otaqda əmisi Xəyyam, arvadı Aynur və 2 uşaqları ilə birlikdə yaşayırlar. Qalan 2 otaqda isə nənəsi Aliyə və bibisi Şəfa birlikdə yaşayırlar. Bir dəfə o, evdə tək olanda əmisi Xəyyam onun yanına gəlmiş, şalvarını dizinə qədər soyunmuşdur. Daha sonra onun da şalvarını əynindən çıxararaq onu çarpayıya uzatmış, özü də onun üstünə uzanmışdır. O, sonuncunun niyə belə etdiyini soruşduqda Xəyyam heç bir söz deməmiş və bu barədə heç kəsə deməməyini ona tapşırmışdır. Bundan sonra Xəyyam cinsiyət orqanını çılpaq vəziyyətdə onun arxa nahiyyəsinə sürtürmüşdür. Həmin vaxt ağ rəngli sulu nəsə tökülmüşdür. Bundan sonra əmisi paltarını geyinmiş və ona demişdir ki, bu barədə kiməsə desə onu pəncərədən atacaqdır. O, qorxduğundan heç kimə deməmişdir. Bundan sonra bir neçə dəfə o, evdə tək olanda Xəyyam otağına gəlib eyni hərəkətləri etmiş, hər dəfə sonuncunun cinsiyyət orqanından ağ su gəlmiş, ondan sonra əmisi öz paltarını da, onun paltarını da geyindirmişdir. 10 yanvar 2022-ci il tarixdə anası onu məktəbdən evə gətirmiş, yeməyini verib özü işə getmişdir. Bir qədər sonra əmisi Xəyyam yenə onun otağına gəlmiş, şalvarını yarıya qədər soyunmuş, onun da şalvarını çıxartmış və eyni hərəkətləri etməyə başlamışdır. Xəyyam onun üstünə uzananda anası otağa daxil olmuşdur. Xəyyam tez ayağa qalxmış, anası onları görüb qışqırmış, səsinə digər otaqdan nənəsi gəlmişdir. Anası onu geyindirmiş və onu da götürüb polis şöbəsinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı evin 102 saylı mənzilində otaqlardan birində o, əri Barat Səfərli, 2007-ci il təvəllüdlü qızı Aygün və 2014-cü il təvəllüdlü qızı Zəhranurla birlikdə yaşayır. Digər 1 otaqda qaynı Xəyyam, arvadı Aynur və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Qalan 2 otaqda isə qaynanası Aliyə və qızı Şəfa ilə birlikdə yaşayırlar. Barat hər gün saat 08:00 radələrində evdən çıxıb işə gedir, saat 18:00 radələrində isə evə qayıdır. O, hər gün saat 13:00 radələrində evdən çıxır, saat 23:00 radələrində evə qayıdır. Qızları isə 220 nömrəli məktəbdə oxuyurlar. Xəyyam çörək zavodunda günaşırı işləyir. 10 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində qızı Zəhranuru məktəbdən evə gətirmiş, yeməyini verib dərsləri ilə məşğul olmağı tapşıraraq işə getmişdir. Bir qədər sonra yəni yaşadığı binanın həyətyanı sahəsində olan zaman tibbi maskasını evdə unutduğu üçün yaşadığı mənzilə qayıtmışdır. O, özlərinə aid otağa daxil olduqda Xəyyamın çarpayıda yarıçılpaq vəziyyətdə qızı Zəhranurun üstündə uzandığını görmüşdür. Xəyyam onu görən kimi dərhal ayağa qalxmışdır. Həmin vaxt Zəhranur da yarıçılpaq vəziyyətdə olmuşdur. O, yüksək səslə Xəyyamın ünvanına nalayiq ifadələr işlədərək sonuncunu qovmuş və Zəhranurun şalvarını geyindirmişdir. Xəyyam isə ondan qışqırmamağını xahiş etmişdir. Bundan sonra səsinə qaynanası gəlmişdir. O, Zəhranuru da götürüb polis şöbəsinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı evin 102 saylı mənzili 4 otaqdan ibarətdir. Otaqlardan birində o, və qızı Şəfa Səfərli, digər birində oğlu Barat Səfərli, 2007-ci il təvəllüdlü qızı Aygün və 2014-cü il təvəllüdlü qızı Zəhranurla birlikdə yaşayır. Digər 1 otaqda oğlu Xəyyam, arvadı Aynur və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Övladlarından yalnız qızı Şəfa onunla danışır. Oğulları və gəlinləri onunla danışmırlar. Oğlu Xəyyam 2 saylı çörək zavodunda, digər oğlu X21 PC4-də baş operator işləyir. 10 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində o, özünəməxsus otaqda yatan zaman dəhlizdən səs küy gəlmişdir. O, dərhal otaqdan dəhlizə çıxan zaman gəlini Amalyanın oğlu Xəyyamın ünvanına “oğraş, biqeyrət, namussuz” ifadələrini dediyini eşitmişdir. O, sonunculara yaxınlaşaraq nə baş verdiyini soruşduqda gəlini Amalya ona bildirmişdir ki, Xəyyam Zəhranurun və özünün əynində olan paltarlarını çıxarıb çarpayıda uzanan yerdə sonuncuları tutub. Bundan təxminən yarım saat sonra polis əməkdaşları yaşadığı mənzilə gələrək Xəyyamı soruşmuşlar. O, onlara Xəyyamın harda olmasından məlumatsız olduğunu bildirmişdir. Bundan sonra baş verən proseslərdən onun xəbərim olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 17 yanvar 2022ci il tarixli 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girmə imkanı vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edilmədi. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 12 aprel 2022-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərindən cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 30 mart 2022-ci il tarixli 748 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları qavraya, təsvir edə və bu barədə məlumatlar verə bilər. Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Zərərçəkmiş şəxs qeyd olunan cinayət əməlini törədilən anda ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət törədildiyi zaman Zərərçəkmiş şəxs şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamətə yönəlməsi). Ünsiyyətçillik, emosionallıq, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar onunla edilən hərəkətlərin xarakter və mənasını anlamamışdır. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd zərəkətlərdən əvvəl psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı emosional sferasında həyacan, qorxu yaranmışdır. Hazırda psixi-emosional hər hansı dəyişiklik müəyyən olunmur. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə edilmədi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs baş verənləri qavrayıb təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 aprel 2022-ci il tarixli 797 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda «Yüngül dərəcəli əqli gerilik» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (deməsinə görə psixi xəstəliklə əlaqədar hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən «Oliqofreniya, Yüngül dərəcəli debillik» diaqnozu ilə İİİ qrup əlil olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar verməsi, mühakimələrinin səthi olması, intellektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli gerilik aşkar olunur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra yüngül dərəcəli əqli gerilik qeyd edilib. Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli gerilik aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Cinayət işinə əlavə olunmuş məhkəmə ekspertizasının 07 aprel 2022-ci il tarixli 6/1384 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır, tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngli rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən alt tumanın səthi üzərində aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və tərkibinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Bundan başqa cinayət işinə əlavə olunmuş 10 yanvar 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı evin 102 saylı mənzilində yerləşir. Cinayət işinə əlavə olunmuş 10 yanvar 2022-ci il tarixli «maddi sübut təqdim edilməsi haqqında» protokoldan görünür ki, Qanuni nümayəndə üzərində «Araz Market» sözləri yazılmış, ağ rəngli sellofan paketdə bir ədəd yaşıl uşaq alt paltarını təqdim edərək hadisə zamanı qızı Zərərçəkmiş şəxs əynində olan alt paltarı olmasını bildirdiyindən götürülmüşdür. Cinayət işinə əlavə olunmuş 10 yanvar 2022-ci il tarixli «maddi sübut təqdim edilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Qanuni nümayəndə qarşı seksual xarakterli hərəkətlər edərkən əynində olmuş və spermasını axıtdığı bir ədəd qara rəngli alt paltarı və 1 ədəd göy rəngli cins şalvar götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və İİİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və alt tumanı və Zərərçəkmiş şəxs məxsus alt tumanı məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 216 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və alt tumanı və Zərərçəkmiş şəxs məxsus alt tumanı məhv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1136/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1136/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver