Məhkəmə qərarları › İş №1(101)-1136/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1136/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1136/2023 09.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi3 iştirakı ilə, 06 avqust 1996-cı il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Narınclar kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, 12 avqust 1990-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cəzası 02 il 06 ay müddətinə endirilmiş, məhkumluğu ödənilməmiş, Masallı rayonu, Musakücə kəndində qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2780,0 qram çəkidə narkotik vasitə heroini, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatını, 313,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 1106,477 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, külli miqdarda - 2780,0 qram çəkidə narkotik vasitə heroini, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatını, 313,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 1085,0 qram çəkidə psixotrop maddə metamfetamini özünün yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34, 7 saylı mənzilə birlikdə daşıyaraq orada gizlətməklə saxlamış, psixotrop maddə metamfetaminin külli miqdarda - 10,149 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, külli miqdarda - 11,328 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 üzərilərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 dekabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 18:10-da qeyd olunan ünvanda saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar, həmin gün saat 20:10-da üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 10,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə bir ədəd bükümdə külli miqdarda - 11,328 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 16 dekabr 2022-ci il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34, 7 saylı mənzilə özlərinin icazəsi və iştirakları ilə keçirilən baxış zamanı mənzilin yataq otağında olan taxta lövhənin arxa hissəsində qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla gizlətdikləri çantanın içərisindən üç ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 850,0 qram, 970,0 qram və 960,0 qram olmaqla ümumilikdə külli miqdarda - 2780,0 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatı, bir ədəd bağlamada 313,1 qram çəkidə narkotik tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda -1085,0 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,152 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 26 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində qeyd olunan ünvanda saxlanılaraq Polis İdarəsinə aparılmış, orada üzərinə həmin gün saat 15:50-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə 1,152 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2780,0 qram çəkidə narkotik vasitə heroini, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatını, 313,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanam və külli miqdarda - 1106,477 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, külli miqdarda - 2780,0 qram çəkidə narkotik vasitə heroini, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatını, 313,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 1085,0 qram çəkidə psixotrop maddə metamfetamini qrupun digər üzvü Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34, 7 saylı mənzilə birlikdə daşıyaraq orada gizlətməklə saxlamış, psixotrop maddə metamfetaminin külli miqdarda - 10,149 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, külli miqdarda - 11,328 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərilərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34 ünvanının yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 dekabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 18.10-da qeyd olunan ünvanda saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar, həmin gün saat 20:10-da üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 10,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə bir ədəd bükümdə külli miqdarda - 11,328 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 16 dekabr 2022-ci il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 34, 7 saylı mənzilə özlərinin icazəsi və iştirakları ilə keçirilən baxış zamanı mənzilin yataq otağında olan taxta lövhənin arxa hissəsində qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla gizlətdikləri çantanın içərisindən üç ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 850,0 qram, 970,0 qram və 960,0 qram olmaqla ümumilikdə külli miqdarda - 2780,0 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatı, bir ədəd bağlamada 313,1 qram çəkidə narkotik tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd bükümdə külli miqdarda - 1085,0 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Şakiri məhəllə sakini kimi tanımış, onunla münasibətləri normal olmuşdur. O, 16 dekabr 2022-ci il tarixdə evinin yaxınlığında yerləşən çayxanaya getmiş və çayxanadan çıxarkən polislər onu saxlamışdır. Tural və Azər adlı polis əməkdaşları ona təzyiq edərək maşına oturdub idarəyə aparmışlar. Onun üstündə ümumiyyətlə heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun cibinə Azər adlı polis əməkdaşı qoymuşdur. Şakirlə onu ayrı-ayrı tutmuşlar. Videoçəkiliş Baş Narkotiklərlə Mübarizə İdarəsində olmuşdur. Videoçəkilişdən əvvəl narkotik vasitəni onun cibinə yerləşdirən polisə etiraz etmiş, sonuncu isə ona təsir-təzyiq edərək qorxutmuşdur. Yaşadığı mənzilə onun iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt polislər evə sellofanda narkotik vasitə yerləşdirib ondan çəkiliş zamanı həmin sellofanı masanın üzərinə qoymasını tələb etmişlər. O da polislərin diqtəsi ilə hərəkət etmişdir. Əvvəllər narkotik istifadə etsə də son vaxtlar istifadə etməmişdir. O, heç vaxt Şakirlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Bütün bunlar ona qarşı şər və böhtandır. Ona səbrli olmasını, tezliklə çıxacağını bildirsələr də bu baş verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş kimi rəsmiləşdirilən narkotik vasitələrin və psixotrop maddələrin ona heç bir aidiyyatı yoxdur, o, heç vaxt bu kimi maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşlarının təzyiqi ilə həmin narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu bildirərək bu barədə sənədlərə imza etmiş və etirafedici ifadələr vermişdir. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5 aydır ki, psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmiş, həmin maddəni təsadüfi şəxslərdən alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə təxminən bir ildir ki, dostluq münasibəti olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Onlar Şakirlə birlikdə narkotik vasitə və psixotrop maddəni qəbul etmişlər. Şakir sosial şəbəkələr vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxslə tanış olduğunu, iki dəfə öz istifadəsi üçün psixotrop maddə metamfetamin aldığını bildirmiş və həmin maddədən ona da vermişdir. Bundan sonra Şakir ona demişdir ki, Milad adlı şəxs ona deyilən ərazidən narkotik vasitə və psixotrop maddə götürüb onun dediyi digər yerlərə qoymaqla məşğul olmağı təklif etmiş, Şakir də razılaşmışdır. Həmin işdə ona köməklik etməyini təklif etdikdə o, Şakirlə razılaşmışdır. Razılığa əsasən Şakir deyilən ünvandan narkotik vasitə və psixotrop maddə götürüb ona verməli, o, isə öz evində saxlamalı, lazım olanda birlikdə həmin əşyaları deyilən ünvanlara paylamalı olmuşlar. Şakir Milad adlı şəxsin izah etdiyi yerdən çantada külli miqdarda narkotik vasitələr və psixotrop maddələr götürmüş, bir gün sonra ona təhvil vermişdir. Çantanın içərisində külli miqdarda narkotik vasitə heroin, marixuana, metadon həbləri, eləcə də metamfetamin olmuşdur. O və Şakir çantadan ünvanlara çatdırmaq və öz istifadələri üçün hər biri bir büküm metamfetamin götürmüşlər. Bundan sonra külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan çantanı öz yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə gizlətmişdir. 16 dekabr 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 34 ünvanının yaxınlığında Şakirlə birlikdə olarkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Şakir şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah elan olunmuş və bundan sonra onun və Şakirin üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona və Şakirə üzərilərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra Şakir əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul və 3 ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra Şakirin təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilərək çəkisinin 13 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bir ədəd “Samsung” markalı mobil telefon, 3 ədəd bank kartı bu barədə Şakirə izah verildikdən sonra götürülmüş, 20 manat pul isə özünə qaytarılmışdır. Sonra o, qərarla tanış edilərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 16 manat pul, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilərək çəkisinin 12 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 16 manat pul və bir ədəd açar isə özünə geri qaytarılmışdır. Şakir verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Milad adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, həmçinin üzərində olan kütlədən başqa ona saxlamağı üçün narkotik vasitələr verdiyini, bunun qarşılığında ona istifadəsi üçün narkotik vasitə verdiyini bildirmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək həmin kütləni ona bir gün əvvəl Təqsirləndirilən şəxs2 verdiyini, həmçinin Şakirin saxlamaq üçün verdiyi narkotik vasitələrin yaşadığı ünvanda olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar onun yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə yataq otağında olan taxta lövhənin arxa hissəsindən çantanın içərisindən üç ədəd bükümdə heroini, bir ədəd bükümdə metamfetamini, bir ədəd bükümdə qurudulmuş marixuananı və 349 ədəd metadon həblərini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumilikdə çəkisi 2 kiloqram 804 qram, metamfetaminin çəkisi 1 kiloqram 100 qram və qurudulmuş marixuananın çəkisi 329 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı mənzildə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq təqdim etdiyi kütlələri ona bir gün əvvəl saxlamaq üçün Təqsirləndirilən şəxs2 verdiyini, Şakirin ona saxlamaq üçün verdiyi narkotik vasitələri daha sonra götürəcəyini, qarşılığında narkotik vasitələri saxlamağına görə Şakirin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, mənzildə narkotik vasitə saxlamağından heç kimin xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq onun dediklərini təsdiq edərək onun yaşadığı mənzildə aşkar edilmiş kütlələri İran İslam Respublikası vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, saxlamağı üçün bir gün əvvəl ona verdiyini bildirmişdir. Həmçinin baxışda iştirak edən atası X5 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını bildirmişdir (cild 1, iş vərəqə 121-124). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində “Kaktus” restoranın qarşısından üzdən tanıdığı qaraçıdan öz istifadəsi üçün 10 manat pul müqabilində bir büküm narkotik vasitə heroin almış və onu evə gətirmişdir. Həmin gün günorta saat 14 radələrində yaşadığı evdən çıxıb narkotik vasitəni qəbul etməyi planlaşdırdığı zaman iki nəfər şəxs evinin qarşısında ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitə əldə etməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirərək polis idarəsinə dəvət etmişlər. O, razılaşaraq polis idarəsinə getmiş və orada videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Ona üzərindəki əşyaları təqdim etməsi təklif olunmuş, o da qara rəngli idman şalvarının cibindən içərisində heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün çəkisi 1 qramdan bir az çox olmuşdur. Narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotiki öz istifadəsi üçün almışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 16 dekabr 2022-ci il tarixdə onun üzərindən aşkar olunmuş kimi rəsmiləşdirilən psixotrop maddə olan metamfetaminin və Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş kimi rəsmiləşdirilən narkotik vasitələrin və psixotrop maddələrin ona heç bir aidiyyatı yoxdur. Polis əməkdaşlarının təzyiqi ilə ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir, həmin ifadələri təsdiq etmir. Ona görə də məhkəmədən ona yalnız törətdiyi əmələ görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində yüngül cəza verilməsini, digər ittihamların ona aidiyyatı olmadığından həmin hissədə ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3-4 aydır ki, psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmiş, həmin maddəni təsadüfi şəxslərdən alıb əldə etmiş, təxminən 1 ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxslə tanış olmuş və “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla danışmağa başlamışdır. Danışıqlarda Milad adlı şəxsin Azərbaycana keçirdiyi narkotik vasitələrin və psixotrop maddələrin alveri ilə məşğul olduğunu bilmişdir. O, ondan iki dəfə öz istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Belə ki, Miladın ona şəkilini göndərdiyi bank plastik kartının hesabına pul göndərmiş, bundan sonra onun izah etdiyi ərazidə gizlədilmiş psixotrop maddə metamfetamini alıb istifadə etmişdir. Təxminən 13 dekabr 2022-ci il tarixdə Milad adlı şəxs onunla əlaqə yaradıb təklif etmişdir ki, deyilən ərazidən narkotik vasitə və psixotrop maddə götürüb onun dediyi digər yerlərə qoymaqla məşğul olsun, əvəzində istifadəsi üçün narkotik vasitə və yaxud psixotrop maddə götürə bilər. Yəni başqa sözlə, narkotik vasitə və psixotrop madddələrin satışında “kuryer” kimi iştirak edib, əvəzində nə qədər istəsə narkotik vasitə və ya psixotrop maddə istifadə etsin. Milad adlı şəxsin təklifi əlverişli olduğundan o, razılaşmışdır. Təqsirləndirilən şəxs1 ilə təxminən bir ildir ki, dostluq münasibəti olmuşdur, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Rahib də narkotik vasitə və psixotrop maddənin aludəçisi olmuşdur. O, iranlıdan aldığı metamfetamindən Rahiblə birlikdə istifadə etdiyi üçün onun həmin Milad adlı şəxsdən məlumatı olmuşdur. Milad adlı şəxsin təklifini Rahibə dedikdə, Rahib ona köməklik göstərəcəyinə razılıq vermişdir. Razılığa əsasən o, deyilən ünvandan narkotik vasitə və psixotrop maddə götürüb Rahibə verməli, sonuncu isə onları öz evində saxlamalı, lazım olanda birlikdə həmin əşyaları deyilən ünvanlara paylamalı olmuşlar. Beləliklə, 14 dekabr 2022-ci il tarixdə Milad adlı şəxs “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə ona zəng edib İmişli rayonu ərazisində ərazisində narkotik vasitə və psixotrop maddə qoyulduğunu deyib götürməyi, götürəndən sonra özündə saxlamağını tapşıraraq deyilən vaxtda ünvanlara çatdıracağını demişdir. Bundan sonra yol maşını ilə İmişli rayonu ərazisinə getmiş və Milad adlı şəxsin izah etdiyi yerdən çanta götürüb Bakıya qayıtmışdır. Çantanın içərisində külli miqdarda narkotik vasitə heroin, marixuana, metadon həbləri, eləcə də metamfetamin olmuşdur. Səhərisi gün o, çantanı götürüb Rahibə vermişdir. Bundan əvvəl isə o və Rahib çantadan ünvanlara çatdırmaq və öz istifadələri üçün hər biri bir büküm metamfetamin götürmüşlər. Külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan çantanı isə Rahib öz yaşadığı mənzildə gizlətmişdir. 16 dekabr 2022-ci il tarixdə saat 18:10 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34 ünvanının yaxınlığında Rahiblə birlikdə olarkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Rahib şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və bundan sonra onun və Rahibin üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona və Rahibə üzərilərində olan qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul və üç ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 13 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, üç ədəd bank kartı götürülmüş, 20 manat pul özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs1 qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 16 manat pul, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra Rahibin təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 12 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 16 manat pul və bir ədəd açar Rahibə qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə Milad adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə vercəyini, həmçinin üzərində olan kütlədən başqa Təqsirləndirilən şəxs1 saxlaması üçün narkotik vasitələr verdiyini, bunun qarşılığında Rahibə istifadəsi üçün narkotik vasitə verdiyini bildirmişdir. Eyni zamanda Rahib verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni ona bir gün əvvəl verildiyini, həmçinin onun saxlaması üçün verdiyi narkotik vasitələri yaşadığı ünvanda olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar həmin mənzilə yollanmışlar. Orada mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunduqdan sonra Rahib mənzildə yataq otağında olan taxta lövhənin arxa hissəsindən çantanın içərisindən üç ədəd bükümdə heroini, bir ədəd bükümdə metamfetamini, bir ədəd bükümdə qurudulmuş marixuananı və 349 ədəd metadon həblərini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumilikdə çəkisi 2 kiloqram 804 qram, metamfetaminin çəkisi 1 kiloqram 100 qram və qurudulmuş marixuananin çəkisi 329 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Rahib verilən suallara cavab olaraq təqdim etdiyi kütlələri ona bir gün əvvəl saxlaması üçün onun tərəfindən verildiyini bildirmişdir. O, verilən suallara cavab olaraq Rahibin dediklərini təsdiq edərək onun yaşadığı mənzildə aşkar edilmiş kütlələri İran İslam Respublikası vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, saxlaması üçün bir gün əvvəl Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Baxışda iştirak edən Rahibin atası Sahib Quluyev verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını bildirmişdir (cild 1, iş vərəqə 132-135). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncular 16 dekabr 2022-ci il tarixdə saat 18:10 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Həmin şəxslərin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin və ya qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkilişdən istifadə edilməklə onların üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl həmin şəxlər bu barədə qərarla tanış edilmişlər və onlara üzərilərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul və üç ədəd plastik bank kartları aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 də üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynindəki şalvarın sol yan cibindən “Samsung markalı mobil telefon, 16 manat pul, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar olunmuşdur. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bir ədəd şəxsiyyət vəsiqəsi və üç ədəd plastik bank kartları götürülmüş, digər əşya, predmet və pullar aidiyyəti üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütləni tanıdığı Milad adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə həmin şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, həmçinin üzərində olan kütlədən başqa Təqsirləndirilən şəxs1 saxlaması üçün narkotik vasitələr verdiyini, bunun qarşılığında Rahibə istifadəsi üçün narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni bir gün əvvəl Təqsirləndirilən şəxs2 ona verdiyini, həmçinin Şakirin saxlaması üçün verdiyi narkotik vasitələrin yaşadığı ünvanda olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgün tərtib edilməsi imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında narkotik maddə saxladığını, qeyd olunan narkotik maddələrin ona və Təqsirləndirilən şəxs2 aid olduğunu, onların birlikdə qeyd olunan ünvanda narkotik maddələrin dövriyyəsini təşkil etdiklərini, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 də öz növbəsində həmin ünvana baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkilişdən istifadə edilməklə həmin ünvana baxış və götürmə aparılmışdır. Mənzilə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 və Rahibi Quluyevi bu barədə qərarla tanış edərək həmin ünvanda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə yataq otağında olan taxta lövhənin arxa hissəsindən çantanın içərisindən üç ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, bir ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, bir ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 349 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək stolun üzərinə qoymuşdur. Heroinə bənzər kütlənin ümumilikdə çəkisi 3 kiloqrama yaxın, metamfetaminə bənzər kütlənin çəkisi təxminən 1 kq 100 qram və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi təxminən 315 qrama yaxın olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər möhürlənib qablaşdırılaraq götürülmüşdür. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq təqdim etdiyi kütlələri bir gün əvvəl saxlaması üçün Təqsirləndirilən şəxs2 ona verdiyini, sonuncunun ona saxlaması üçün verdiyi həmin narkotik vasitələri daha sonra götürəcəyini, narkotik vasitələri saxlamağının qarşılığında ona istifadəsi üçün narkotik vasitə verəcəyini, mənzildə narkotik vasitə saxlamasından heç kimin xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək mənzildən aşkar edilmiş kütlələri İran İslam Respublikası vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, saxlaması üçün bir gün əvvəl Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 atası X5 yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, oğlu Təqsirləndirilən şəxs1 ona yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə saxlaması barədə heç nə demədiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində sonuncu həmin gün saat 14 radələrində ünvan 7 ünvanının qarşısında olan zaman saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılmışdır. Polis İdarəsində onun müdafiə hüququ təmin edilərək videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin digər əməkdaşı Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 2, iş vərəqə 163-165). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiqi olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1lə birlikdə yaşamışdır. Özü “Olimpic Star” şirkətində fəhlə işləmiş, oğlu Rahib isə heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımamış, oğlunun belə bir tanışının olmasından da məlumatı olmamışdır. Rahibin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından, eləcə də evdə narkotik vasitə və digər qanunsuz maddələr saxlamasından xəbəri olmamışdır. 2022-ci ilin dekabr ayının ortalarında onun da razılığı ilə yaşadıqları mənzilə baxış keçirilərkən Rahib mənzilin yataq otağında olan taxtanın arxa hissəsindən çantanın içərisindən təxminən 5-6 ədəd büküm çıxarıb polislərə təqdim etmişdir. Polislər tərəzi ilə həmin bükümləri çəkdikdən sonra götürmüşlər. Rahib həmin bükümləri ona bir gün əvvəl saxlaması üçün Təqsirləndirilən şəxs2 verdiyini, Şakirin ona saxlaması üçün verdiyi narkotik vasitələri daha sonra götürəcəyini, qarşılığında narkotik vasitələri saxlamağına görə ona istifadəsi üçün narkotik vasitə verəcəyini, mənzildə narkotik vasitə saxlamasından heç kimin xəbəri olmadığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 Rahibin dediklərini təsdiq etmiş və əlavə olaraq aşkar edilmiş kütlələri iranlı Milad adlı şəxsin vasitəsilə iki gün əvvəl İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, saxlaması üçün bir gün əvvəl Rahibə verdiyini bildirmişdir (cild 2, iş vərəqə 27-30). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 159-161). Şəxsi axtarış və götürmə aparılması haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində, paltarında, əşyalarında ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bükümdəki maddənin “kakos” deyilən heroin olduğunu, həmin maddəni 26 sentyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində “Kaktus” restoranının qarşısında adını bilmədiyi qaraçı cavan oğlandan 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 103- 108,144-146). Şəxsi axtarış və götürmə aparılması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamini çıxarıb tədim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı Milad adlı şəxsin vasitəsi ilə iki gün əvvəl İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə Milad adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, həmçinin üzərində olan kütlədən başqa Təqsirləndirilən şəxs1 saxlaması üçün narkotik vasitələr verdiyini, bunun qarşılığında Rahibə istifadəsi üçün narkotik vasitə verdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələrin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək həmin kütləni ona sonuncunun bir gün əvvəl saxlaması üçün verdiyini, Şakirin ona saxlaması üçün verdiyi narkotik vasitələrin yaşadığı ünvanda olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 52-54). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 34, 7 saylı mənzilə baxış zamanı mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 mənzilin yataq otağında olan taxtanın arxa hissəsində gizlətdikləri çantanın içərisindən üç ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni, 349 ədəd metadon həblərini təqdim etmişdir. Baxış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 61-62). Məhkəmə-kimyəvi ekspertizasının 17 dekabr 2022-ci il tarixli 6/7079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə 11,328 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə 10,149 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan....” sözləri, soyad və imzalar olan qara rəngli sellofan torbada üç ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 850,0 qram, 970,0 qram və 960,0 qram olmaqla ümumi təmiz çəkisi 2780,0 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 13,96 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 349 həb narkotik vasitə metadon dərman preparatlarıdır və bir ədəd bükümdə 1085,0 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ), metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in Siyahısına (Siyahı İİ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 1106,327 qram, heroinin qalıq çəkisi 2779,85 qram, metadon həblərinin qalığı 329 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 74-79). Məhkəmə-bioloji ekspertizasının 17 dekabr 2022-ci il tarixli 7-7413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş kütlələr....” yazılan qara rəngli polietilən bağlamada bir ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda təmiz çəkisi 313,1 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 313,05 qram təşkil etmişdir (cild 1, iş vərəqə 82-85). Məhkəmə kimyəvi-ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 6/5528 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,102 qram təşkil etmişdir (cild 2, iş vərəqə 115-119). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 dekabr 2022-ci il tarixli 7606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 194-195). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 yanvar 2023-cü il tarixli 470 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 237-238). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 yanvar 2023-cü il tarixli 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 239-240) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 fevral 2023-cü il tarixli 275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə və hal-hazırda fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi aşkar olunur. Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyətin davamlı dəyişikliyi onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 242-244). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 yanvar 2023-cü il tarixli 1030 saylı məktubla daxil olan telefon məlumatlarına baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil telefon nömrəni istifadə etmişdir. Qeyd olunan nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Həmin telefon nömrəsinin Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 108 telefon danışığının aparıldığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının mobil telefon operatoruna məxsus mobil telefon nömrəsi ilə telefon danışığının aparılması aşkar edilməmişdir (cild 2, iş vərəqə 18-21). Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A21” markalı mobil telefonun yaddaşının “Kontaktlar” bölümündə Rusiya Federasiyasının mobil telefon operatorlarına məxsus +7(960)404-27-08 nömrəsinin “Milad” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Həmin telefonun “WhatsApp” proqramının “Söhbətlər” bölümündə “Milad” adı altında qeydə alınmış +7(960)404-27-08 telefon nömrəsi ilə telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir (cild 2, iş vərəqə 37). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən daxil olmuş 03 fevral 2023-cü il tarixli 4491/23 saylı məktubla daxil olan telefon məlumatlarına baxış keçirilməsi haqqında 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Həmin telefon nömrəsinin Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 108 telefon danışığının aparıldığı müəyyən edilmişdir. İran İslam Respublikasının mobil telefon operatoruna məxsus mobil telefon nömrəsi ilə telefon danışığının aparılması aşkar edilməmişdir (cild 2, iş vərəqə 215-217). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 19 dekabr 2022-ci il tarixli 12376 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları diaqnozu ilə göstərilən xəstəxanada müalicədə olmuşdur. Təqsirləndirilən şəxs2 isə göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 197). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 20 dekabr 2022-ci il tarixli xx/xx-16440 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən mərkəzdə müalicədə olmamışlar (cild 1, iş vərəqə 204). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 02 iyul 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 5). Cinayət işinin materiallarına əlavə edilmiş İ-10719 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2, iş vərəqə 31). Cinayət işinin materiallarına əlavə edilmiş İ-63400 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (cild 2, iş vərəqə 32). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ibtidai istintaq orqanının 28 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 3, iş vərəqə 1-2). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum olunmuş, 06 sentyabr 2019-cu il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 211-212). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından, müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Quliyev X2 Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cəzası 02 il 06 ay müddətinə endirilmiş və Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır (cild 1, iş vərəqə 213-214, 215-225, 226-233 ). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar olunmuş psixotrop maddənin və Rahib Quliyevin yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin onlara heç bir aidiyyatının olmamasına, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamalarına dair məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində iştirak etməsini, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2022-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 24, 42, 149-153, 154-158) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 26 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək tutulduğu 2 gün və 14 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixə qədər tutulduğu 1 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır (cild 2, 8-79, 172, 132-133). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2779,85 qram təşkil edən heroin, qalıq çəkisi 1106,327 qram təşkil edən metamfetamin, qalıq çəkisi 313,05 qram təşkil edən qurudulmuş marixuana, 329 ədəd metadon həbləri, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,102 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 109 (bir yüz doqquz) manat olmaqla cəmi 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 57,346). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X6 və Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X4 və Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 3 (üç) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 9 (doqquz) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2779,85 qram təşkil edən heroin, qalıq çəkisi 1106,327 qram təşkil edən metamfetamin, qalıq çəkisi 313,05 qram təşkil edən qurudulmuş marixuana və 329 ədəd metadon həbləri məhv edilsin; - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,102 qram təşkil edən heroin məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 109 (bir yüz doqquz) manat olmaqla cəmi 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkillər X4 və Müdafiəçi3 hər biri üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar