Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1136/2024 20.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X7 və Dövlət ittihamçısı, müdafiəçi– Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ziyaddin oğlu, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1, 240.2.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 12:10-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edib satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Əli” adlı şəxs tərəfindən gizlədilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən yarım tikilidən 1,215 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, 20842 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 348,801 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evinə daşıyaraq saxlamış, orada külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni ayrı-ayrı yerlərə gizlədilməsi üçün bükümlərə bölmüş, bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Tural adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhərində naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Tural adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan təsiredici maddəsinin ümumi miqdarı 36,6 qram olan “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 11 ədəd konvalyutda ümumilikdə 122 ədəd ağ qəhvəyi rəngli və təsiredici maddəsinin miqdarı 4,2 qram olan “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 3 ədəd konvalyutda ümumilikdə 28 ədəd ağ narıncı rəngli kapsul külli miqdarda preqabalin tərkibli dərman preparatlarını və təsiredici maddəsinin miqdarı 0,25 qram olan “Tramadol 50 mq” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 5 ədəd ağ göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamış, narkotik vasitə qurudulmuş marixuananın, külli miqdarda psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan “Preqabalin Kpka 300 mq” bir hissəsini üzərində saxlayarkən xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi 21, Nar marketin arxasında X11 Alayının 2-cı Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şortikin sol arxa cibindən ağ kağıza bükülmüş 1,215 qram narkotik vasitə qurudulmuş marixuana, şortikin sağ ön cibindən beş ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,542 qram, 0,572 qram, 0,519 qram, 0,480 qram, 0,488 qram ümumilikdə 2,601 qram külli miqdarda psixotrop maddə metamfetamin, şortikin sol arxa cibindən təsir edici maddəsinin ümumi miqdarı 7,5 qram təşkil edən külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 25 ədəd ağ qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatları, həmin gün saat 13 radələrində yaşadığı ünvan 2 ünvanına baxış keçrilən zaman mənzilin qonaq otağındakı çarpayının altında səkkiz ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3378,2 qram, 2994,4 qram, 3240,2 qram, 1439,0 qram, 2407,0 qram, 2609,3 qram, 2347,7 qram, 2426,2 qram, ümumilikdə təmiz çəkisi 20842 qram olan külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 346,2 qram olan onun üzərindən aşkar edilərək götürülmüş 5 ədəd bükümdə olan metafetaminlərlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynilik təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin, təsir edici maddəsinin ümumi miqdarı 29,1 qram təşkil edən külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 9 ədəd konvalyutda ümumilikdə 97 ədəd ağ qəhvəyi rəngli və təsir edici maddəsinin 4.2 qram təşkil edən “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 3 ədəd konvalyutda ümumilikdə 28 ədəd ağ narıncı rəngli kapsul preqabalin tərkibli dərman preparatlarını və təsiredici maddəsinin 0,25 qram təşkil edən “Tramadol 50 mq” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 5 ədəd ağ göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkokuryer olmuş, lakin heç vaxt narkotik vasitə və psixotrop maddələri satmamışdır. 21 avqust 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi 21 ünvanının yaxınlığında yerləşən “Nar” marketin arxasında tanışı Tural adlı şəxslə narkotik maddələri dəyişdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmış, o, preqabalin növündə olan güclü təsir edən maddəni istifadə etdiyinə görə Tural adlı şəxsə narkotik maddə heroin verib əvəzində preqebalin almaq üçün sonuncu ilə görüşmüşdür. Polis əməkdaşlarını gördükdə Tural adlı şəxs oradan uzaqlaşmış, polis əməkdaşları isə onu saxlayıb üzərinə baxış keçirdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları mobil telefonunda olan pornoqrafik məlumatları yaymaqla onu hədələyib təqdim olunmuş narkotik vasitə, psixotrop maddə və həblərin ona məxsus olmasını bildirməsini tələb etmiş, o da məcbur qalıb razılaşmışdır. Lakin saxlanılarkən üzərində 2,5 qram psixotrop maddə metamfetamin və 2 list “Preqabalin” olmuşdur. Məhkəmə iclasında verilən sualara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən preqabalinin təsirində olduğunu, polis əməkdaşlarının ona qarşı qərəzinin olmadığını, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç bir quruma şikayət etmədiyini, polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilmədiyini, pornoqrafik videoları ailə üzvlərinə göstərməklə hədələyib psixi zorakılıq tətbiq etdiklərini, evindən aşkarlanmış narkotik tərkibli maddələrin ona məxsus olmadığını, polis əməkdaşlarının 2 dəfə onun evinə baxış keçirdiyini, birinci dəfə heç nə aşkarlanmasa da, növbəti dəfə yenidən evinə aparılb çarpayının altında olan narkotik tərkibli maddələri videoçəkiliş aparılarkən nümayiş etdirməsini tələb etdiklərini, narkokuryer olduğundan, narkotik tərkibli maddələrin kimə və hansı qiymətə satıldığını bilmədiyini, İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi narkotik maddələr olan bükümləri evdə xırda bükümlərə böldüyünü, İran İslam Respublikasının vətəndaşının “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb Masazır, Ramana, Xırdalan kimi ərazilərdə narkotik tərkibli maddələrin qoyulduğu ünvanı ona göndərdiyini, o da həmin ünvandan narkotik tərkibli maddəni götürüb evində saxladığını, adətən 1 gün sonra həmin şəxsin dediyi ünvana aparıb qoyduğunu, ünvanın şəklini həmin şəxsə göndərdiyini, əməlindən peşman olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, təxminən iki ilə yaxın müddətdən bəri sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən narkotik vasitələr və psixotrop maddələri alıb satışı ilə məşğul olmuşdur. Əli adlı şəxslə 2021-ci ildə “Facebook” sosial şəbəkəsində tanış olduqdan sonra sonuncu onun həmin sosial şəbəkədəki profilinə yazaraq pulsuz “patı” kimi deyilən, psixotrop maddə metamfetamini ona vermiş, təxminən 2-3 dəfə Əli psixotrop maddə metamfetamin göndərdikdən sonra sonuncu ona kuryer kimi köməklik etməyini təklif etmişdir. Əli göndərdiyi narkotik vasitə və psixotrop maddələri dediyi yerlərə qoyması müqabilində hər dəfə 50-100 qram metamfetamin verəcəyini bildirdikdə o, razılaşmışdır. Əli narkotik vasitə və psixotrop maddələrin olduğu yerlərin ünvanlarını “Whatsapp” tətbiqi vasitəsi ilə onun +(240) ***-**-** saylı mobil nömrəsinə göndərmiş, o da həmin yerlərə gedib narkotik vasitə və psixotrop maddələri götürmüşdür. O, ən çox Əlinin göndərdiyi narkotik vasitələri Sumqayıt şəhərindən, Masazır və Ramana qəsəbələrindən götürərək ş müxtəlif yerlərə paylamışdır. Götürdüyü narkotik vasitə və psixotrop maddələri o, tərəzidə Əlinin dediyi kimi ayrı-ayrı çəkilərə qablaşdıraraq yerlər seçdikdən sonra narkotik vasitə və psixotrop maddələri qoyacağı yerlərin şəklini çəkərək məkanla birlikdə Əliyə atmış, sonuncu isə həmin yerləri narkotik vasitələri verəcəyi adamlara göndərmişdir. Lakin Əlinin həmin narkotik vasitələri kimə verdiyini o, bilməmişdir. O, Əlinin onun üçün göndərdiyi metamfetamini isə özü üçün müxtəlif şəxslərə 0,5 qramını 25 manata sataraq qazanc əldə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Əli əlaqə saxlayıb 30 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin götürəcəyi yerin məkanını ona göndərdiyindən, o, saat 22 radələrində Ramana qəsəbəsində yerləşən yarımçıq tikiliyə gedib həmin narkotik tərkibli və güclü təsir edən maddələri götürmüşdür. O, Əlinin göndərdiyi narkotik vasitə və psixotrop maddənin ümumilikdə 10 kiloqramını hazırlayaraq şəhərdə qoyacağı yerləri seçib həmin yerlərin şəkillərini çəkib Əliyə göndərmiş, az bir hissəsini üzərində saxlamış, qalan hissəsini isə yaşadığı evə apararaq yatdığı çarpayının altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsində “Nar” marketin arxasında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələri gəzdirməkdə şübhəli bilindiyi üçün onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmuş, öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə axtarış keçirilərkən əynində olan göy rəngli cins şortikin sağ ön cibindən 5 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan “patı” deyilən psixatrop maddə olan metamfetamini, şortikin sol arxa cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ kağıza bükülmüş bükümü, şortikin sağ arxa cibindən 2 list “preqabalin krka” 300 mq 25 ədəd kapsulu və şortikin sol ön cibindən özünə məxsus 1 ədəd “Samsung A53” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə tərəziyə qoyulub çəkilmişdir. Sorğu zamanı o, metamfetaminin 0,5 qramını 25 manata, preqabalinin bir listini, yəni içərisində 14 ədəd kapsulu 50 manata və marixuananın bir bükümünü isə 15 manata satdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və həblər müxtəlif zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş, o, tərtib olunmuş protokolu və zərfi imzalamışdır. Həmçinin o, sorğu zamanı yaşadığı evdə də narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsir edən həblərin olduğunu dediyindən, yaşadığı mənzilə də onun iştirakı ilə baxış keçirilən zaman mənzilin qonaq otağında olan çarpayının altında 8 ədəd bağlamada narkotik vasitə heroin, bir ədəd bağlamada psixotrop maddə metamfetamin, 9 list 300 mq Preqabalin krka, 3 list 150 mq Preqabalin krka, 5 ədəd Tramadol 50-lik həblər və bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X11 Alayının 2-ci Polis Bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 21 avqust 2023-cü il tarixdə saat 09:00 radələrində polis nəfərləri X4 və Şahid2 ilə birgə “2425” çağırışlı avtopatrulla Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi 21 ünvanının yaxınlığında yerləşən “Nar” marketin arxasında xidmətdə olarkən bir nəfər şəxsin özünü şühbəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmiş, verilən suallara qeyri-səmimi cavab verdiyindən həmin şəxsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan bel çantasından və şalvarının ciblərindən narkotik tərkibli və güclü təsir edən maddələri çıxarıb təqdim edərək psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana və preqebalin həbləri olduğunu bildirmiş, aşkarlanmış maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 saxlanılarkən Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərmədiyini, lakin yayınmaq istədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi, məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş X2 oxşar məzmunda ifadə verməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir. O, 21 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün getmiş, Təqsirləndirilən şəxs mənzilin giriş qapısının qarşısındakı xırda ayaqaltının altından mənzilin açarını götürüb mənzilin qapısını açıb mənzilə daxil olduqdan sonra sonuncu könüllü şəkildə qonaq otağındakı çarpayının altında narkotik tərkibli maddələrin olduğunu söyləmiş, çarpayının üzərindəki dəmiri götürüb kənara qoyduqda orada bir neçə bağlama və bükümdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və listlərdə güclü təsir edən həblər aşkar olunmuşdur. Aşkarlanmış həmin narkotik tərkibli maddələr və güclü təsir edən həblər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 ifadəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zorakılığın edilmədiyini, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik tərkibli maddələri satış məqsədilə İran İslam Respublikasının vətəndaşından əldə etdiyini söylədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və Şahid4 Şahid5 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi 21 ünvanında yerləşən “Nar” marketin arxasında özünü şübhəli apardığına görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 13; 20) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortikin sol ön cibindən özünə məxsus “Samsung A 53” markalı mobil telefonu, sağ arxa cibindən 2 list 25 ədəd həblər olmaqla “Preqabalin krka 300 mg”, sol arxa cibindən ağ kağıza bükülmüş bükümdə olan yaşıl rəngli, spesifik iyə malik ot şəklində kütləni və sağ ön cibindən 5 ədəd şəffaf sellofana bükülmüş kristal formada olan maddəni çıxararaq masanın üzərində qoymuş, şəxsi axtarış zamanı başqa qeyri-qanuni maddə aşkarlanmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 5 ədəd şəffaf sellofana bükülmüş kristal formada olan maddənin psixotrop maddə metamfetamin, ağ kağıza bükülmüş bükümdə olan yaşıl rəngli, spesifik iyə malik ot şəklində kütlənin marixuana olduğunu, Əli adlı şəxsdən alıb həmin maddələrin satışı ilə, yəni 0,5 qram metamfetamini 25 manata, bir listin içərisində 14 ədəd kapsulu 50 manata və marixuananı bükülmüş halda 15 manata satdığını bildirmiş, evində də müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsir edici həblərin olmasını söyləmişdir. (Cild 1, iş vərəqə 21; 24-26) xx.xx.2023-cü il tarixli “Yaşayış yerinə baxış keçirilməsi haqında” qərar və protokoldan görünür ki, ünvan 2 ünvanındakı mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs qonaq otağında olan çarpayının altından 8 ədəd bağlamada narkotik vasitə heroini, 1 ədəd bağlamada psixotrop maddə metamfetamini, 9 ədəd list “Preqabalin krka 300 mg”, 3 ədəd list “Preqabalin krka 150 mg”, 5 ədəd “Tramadol” 50-lik həbləri və 1 ədəd elektron tərəzini təqdim etmişdir. (Cild 1, iş vərəqə 29; 30-32) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1192 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd ağ kağız bükülüdə tütün ilə qarışıqda təmiz çəkisi 1,215 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana vardır. Qeyd: marixuananın təmiz çəkisi 1,215 qram olmuş, 0,02 qram tədqiqata sərf edildikdən sonra 1,195 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-46) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4476 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi, “(imza) S.Kənan” yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,542 qram, 0,572 qram, 0,519 qram, 0,480 qram, 0,488 qram, ümumi təmiz çəkisi 2,601 qram ağ rəngli kristalşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 2 ədəd konvalyutdakı ümumilikdə 25 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 25 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7,5 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 2,601 qram olmuş, 0,25 qram tədqiqata sərf edildikdən sonra 2,351 qram qalıq qalmış, preqabalin 25 ədəd kapsulda olmuş, 2 ədəd kapsul tədqiqata sərf edildikdən sonra 23 ədəd kapsul qalıq qalmışdır. (Cild 1, iş vərəqə 50-51) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 59) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefonuna baxış keçirilən zaman onun “Seyid İranlı” adı ilə qeyd etdiyi “+**********19” saylı mobil nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə narkotik vasitə və psixotrop maddələrə bənzər maddələrin elektron tərəzidə çəkilməsinə, müxtəlif yerlərin foto və məkanlarını göndərməsinə dair şəkillərin olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 61-65) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4477 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamalardakı 8 (səkkiz) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3378,2 qram, 2994,4 qram, 3240,2 qram 1439,0 qram, 2407,0 qram, 2609,3 qram, 2347,7 qram, 2426,2 qram ümumi təmiz çəkisi 20842 qram (20 kq 842 qr) qəhvəyi rəngli toz şəkilli maddələr kütlələri kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 346,2 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 9 ədəd konvalyutdakı ümumilikdə 97 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 97 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 29,1 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla) Üzərində “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 3 ədəd konvalyutdakı ümumilikdə 28 ədəd ağ-narıncı rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 28 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla) Üzərində “Tramadol 50 mq” markalanma göstəricisi olan 1 ədəd konvalyutdakı 5 ədəd ağ-göy rəngli kapsul tramadol-hidroxlorid tərkibli dərman preparatıdır və 5 ədəd kapsulda tramadol-hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,05 qram tramadol olmaqla) Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdə heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 ədəd bükümdə olan metamfetaminlər (xx.xx.2023-cü il tarixli, 6/4476 nömrəli ekspert rəyi) və yaşadığı evdən aşkar edilmiş 1 ədəd bükümdəki metamfetamin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Preqabalin və tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 346,2 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 346,0 qram qalıq qalmış, heroinin ümumi təmiz çəkisi 20842,0 qram olmuş, 0,32 qram tədqiqata sərf edildikdən sonra 20841,68 qram qalıq qalmış, 125 ədəd preqabalin kapsulundan 7 ədəd kapsul tədqiqata sərf edildikdən sonra 118 ədəd kapsul (92 ədəd və 26 ədəd) qalıq qalmış, 5 ədəd tramadol kapsulundan 2 ədəd kapsul tədqiqata sərf edildikdən sonra 3 ədəd kapsul qalıq qalmışdır. (Cild 1, 72-74) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 76) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 79-80) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-898/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 100-104) Azərbaycan Respubikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 136) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 4721 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətləri dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 173-174) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 5436 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 175-176) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1, 240.2.2 və 240.3.2-ci maddələrinə tövsif edilməsi qərara alınmış, videogörüntülərin köçürüldüyü 2 ədəd DVD disk, 01 ədəd “Samsung A53” markalı mobil telefon maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tütün ilə qarışıqda təmiz çəkisi 1,215 qram narkotik vasitə-qurudulmuş marixuana, ümumi təmiz çəkisi 2,601 qram psixotrop maddə metamfetamin, “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 2 ədəd konvalyutdakı ümumilikdə 25 ədəd kapsulda preqabalin, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 20842 qram olan heroin, təmiz çəkisi 346,2 qram olan metamfetamin və “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 9 ədəd konvalyutdakı ümumilikdə 97 ədəd preqabalin, “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 3 ədəd konvalyutdakı ümumilikdə 28 ədəd preqabalin, “Tramadol 50 mq” markalanma göstəricisi olan 1 ədəd konvalyutdakı 5 ədəd tramadol və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış müvafiq olaraq 1,195 qram marixuana, 2,351 qram metamfetamin, “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 23 ədəd preqabalin, 20841,68 qram narkotik vasitə heroin, 346,0 qram psixotrop maddə metamfetamin, “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 92 ədəd preqabalin, “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 26 ədəd preqabalin, “Tramadol 50 mq” markalanma göstəricisi olan 3 ədəd kapsula qalığı və 1 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, şahid ifadələri, baxış protokolları, ekpert rəyləri, şəxsi axtarış və götürməyə dair protokol və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 188-198) xx.xx.2023-cü il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 201-202) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1, 240.2.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 206-208) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və polis idarəsində polis əməkdaşlarının ona qarşı psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs iddia etdiyi psixi zorakılıqla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya digər quruma müraciət etməsi müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlilə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulduğu vaxtı mübahisələndirib ittihamda göstərildiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 06 radələrində tutulduğunu, saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən üzərinə baxışın keçirildiyini, yaşadığı evdən aşkarlanmış narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, güclü təsir edən preqabalin və tramadol həblərinin ona məxsus olmadığını, yaşadığı evdə 2 dəfə baxışın aparıldığını, psixoloji təsir nəticəsində evindən aşkarlanmış predmetlərin ona məxsus olduğunu söylədiyini desə də, Şahid2, Şahid3, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kimin olmadığını, başqa şəxsin əməliyyat tədbirinə cəlb edilmədiyini, Təqsirləndirilən şəxs tək saxlanıldığını, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik vasitə, psixotrop və güclü təsir edən maddə kütləsinin təqdim edilmədiyini, sonuncunun hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində və evində aşkar olunan narkotik vasitə, psixotrop və güclü təsir edən maddə kütləsini təqdim etdiyini və həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 24-26-cı vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, 30-33-cü vərəqlərində olan “Yaşayış yerinə baxış keçirilməsi haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasında üzərində şəxsi axtarış və baxış keçirilən zaman könüllü olaraq narkotik vasitə marixuana, psixotrop maddə metamfetamin və güclü təsir edən preqabalin həblərini, ünvan 2 ünvanında baxış keçirilən zaman narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, güclü təsir edən preqabalin və tramadol-hidroxlorid həblərini, eləcə də 1 ədəd elektron tərəzini təqdim etmiş, aşkarlananlar qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Keçirilmiş ekspertiza nəticəsində aşkarlanmış maddələrin narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Hər hansı sübutun yol verilməz kimi çıxarılmasına əsas yoxdur. Sübutlar yolveriləndir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ifadələrini, şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1, 240.2.2 və 240.3.2-ci maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib daşıyaraq üzərində saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83 və 109.1-ci, 2-ci Siyahısının 118-ci bəndlərinə əsasən, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar, narkotik vasitə marixuana isə 5 (beş) qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 (beş yüz) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının” Siyahısının 71-ci bəndinə əsasən, preqabalin 5 (beş) qramdan artıq çəkidə olduqda külli miqdar, tramadol hidroxlorid 6 (altı) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240-cı maddəsində nəzərdə tutulmuş maddələrin güclü təsir edən və ya zəhərli olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığı araşdırılmalıdır. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin qabaqcadan əlbir olduğu şəxs və qeyrilərinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. İş materiallarından, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub “Tural” adlı şəxs və İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik təkibli maddələr və həblərin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə, habelə həmin tarixdə yaşayış yerinə baxış keçirilən zaman cinayət məsuliyyəti yaradan 20842,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 348,801 qram çəkidə psixotrop maddə metamfetamin, 36,6 qram “Preqabalin Kpka 300 mq”, 4,2 qram olan “Preqabalin Kpka 150 mq”, 0,25 qram “Tramadol 50 mq”, 1,215 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkarlanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində və evindən aşkarlanmış narkotik tərkibli maddələrdən, narkotik vasitə heroinin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 138946,66 dəfə, psixotrop maddə metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 2325,34 dəfə, “Preqabalin Kpka 300 mq” maddəsinə münasibətdə 7,32 dəfə çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, eləcə də yaşayış yerinə baxış zamanı təqdim etdiyi narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və “Preqabalin Kpka 300mq” maddəsinin çəkisinin külli miqdarda, şəxsi istehlak üçün nəzərdə tutulduğundan dəfələrlə çox olmasına, 6 fərqli növdə narkotik tərkibli və güclü təsir edən maddələri üzərində və evində daşımasına, xırda bükümlərə bölmək üçün istifadə edilən elektron tərəzinin mövcudluğuna və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Dövlət ittihamçısı məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda qeyd olunmuş əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2ci maddəsi ilə əhatə etdiyinə görə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın təsviriəsaslandırıcı hissəsində göstərilənlər saxlanılmaqla, rəqəm ifadəsi olaraq həmin Məcəllənin 240.2.1 və 240.2.2-ci maddələrinin elan edilmiş ittihamdan çıxarılmasını və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxslərin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinə görə, həmin Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə cinayət məsuliyyətini yaradır. Göründüyü kimi, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi külli miqdarda həmin Məcəllənin 240.2.1 və 240.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri də özündə ehtiva edir. Məhkəmə qeyd edir ki, aşkarlanmış hər bir növ güclü təsir edən maddənin miqdarı əsas götürülməli, hər hansı bir növ güclü təsir edən maddənin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, əməl Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş güclü təsir edən maddənin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda, həmçinin qabaqcadan əlbirlik və təkrarən törədilməsinə görə əməl cinayətlərin məcmusu qaydasında deyil, yalnız Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının mövqeyi əsaslıdır və ittihamın təsviriəsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, ona elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci maddələri rəqəm ifadəsi olaraq çıxarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Bu cinayət və həmin şəxslərin cinayətin törədilməsində təqsiri məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilməlidir. Belə ki, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, elektron tərəzinin mövcudluğunu, qabaqcadan əlbirliyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,195 qram narkotik vasitə marixuana, 20841,68 qram narkotik vasitə heroin, cəmi 348,351 qram (üzərində və evində aşkarlanmış müvafiq olaraq 2,351 qram və 346,0 qram) psixotrop maddə metamfetamin, 115 ədəd (üzərində və evində aşkarlanmış müvafiq olaraq 23 və 92 ədəd) kapsulda güclü təsir edən maddə “Preqabalin Kpka 300 mq”, 26 ədəd kapsulda güclü təsir edən maddə “Preqabalin Kpka 150 mq”, 3 ədəd kapsulda güclü təsir edən maddə “Tramadol 50 mq” markalanma göstəricisi olan kapsula qalığı və 1 ədəd elektron tərəzi məhv edilməli, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin, həmin tarixli yaşayış yerinə baxış keçirilməsi istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 5436 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respukblikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,195 qram narkotik vasitə marixuana, 20841,68 qram narkotik vasitə heroin, cəmi 348,351 qram (üzərində və evində aşkarlanmış müvafiq olaraq 2,351 qram və 346,0 qram) psixotrop maddə metamfetamin, 115 ədəd (üzərində və evində aşkarlanmış müvafiq olaraq 23 və 92 ədəd) kapsulda güclü təsir edən maddə “Preqabalin Kpka 300 mq”, 26 ədəd kapsulda güclü təsir edən maddə “Preqabalin Kpka 150 mq”, 3 ədəd kapsulda güclü təsir edən maddə “Tramadol 50 mq” markalanma göstəricisi olan kapsula qalığı və 1 ədəd elektron tərəzi məhv edilsin. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin, həmin tarixli yaşayış yerinə baxış keçirilməsi istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1136/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1136/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver