Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1136/2025 11.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X15, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi “DE FENDO” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində yetkinlik yaşına çatmayan 4 (dörd) uşağı olan, əvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçqala şəhəri, Qamidov küçəsi ev 47, mənzil 112 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (P - RUS - 55 - ******* - MAMEDOVA MARİAM) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda 01 ədəd bükümdə təmiz çəkisi 6,120 qram, 01 ədəd bükümdə təmiz çəkisi 2,379 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,936 qram, ümumi təmiz çəkisi 9,435 qram olan külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 0,936 qram olan 01 ədəd bükümü yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 47, mənzil 16-da yerləşən dolabda saxlamış, təmiz çəkisi 6,120 qram və təmiz çəkisi 2,379 qram olan 2 ədəd bükümü isə Azərbaycan Respublikası CMnin 234.4.3, 234.4.1, 93.1.2-ci maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi 23 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən əri Şahid6 yoxlamadan gizlədərək vermək ücün cinsiyyət orqanında yerləsdirib 16 ivul 2024-cü il tarixdə müəssisəvə uzunmüddətli görüşə gəlmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən 16 iyul 2024-cü il tarixdə saat 15:15-də xüsusi yoxlama otağında üzərinə axtarış-baxış tədbiri keçirilən zaman cinsiyyət orqanında gizlətdiyi hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 6,120 qram və 2,379 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 8,499 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü üçün iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək cəzaçəkmə müəssisəsində saxlanılan həyat yoldşına (ərinə) qadağan olunmuş psixotrop maddəni ötürməyə cəhd etmiş, tədbirin davamı olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 47, mənzil 16-ya baxış keçirilən zaman yataq otağında yerləşən dolabdan 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,936 qram olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə üzərindən aşkar edilmiş maddələrlə eyni olan, ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, yaşadığı ev qayınının evidir. Yoldaşı və uşaqlarla həmin evdə yaşamışlar. Hazırda isə kirayədə orada yaşamırlar. Cəzaçəkmə müəsssisəsinə həyat yoldaşıyla uzunmüddətli 3 günlük görüşə getmişdir. Uzunmüddətli görüşə uşaqlarını da aparmışdır. Cəzaçəkmə müəssisəsində yoxlama zamanı üzərində olan bütün əşyaları və predmetləri özü təqdim etmişdir. Cəzaçəkmə müəssisəsinə keçirmək istədiyi maddələrin adını özü də bilmir. Həmin maddələri parkda bir nəfər qızdan almışdır. Həmin maddələri özü qəbul etmək üçün və əsəblərini sakitləşdirmək üçün qızdan almışdır. Həmin narkotik vasitələri cəzaçəkmə müəssisəsinə aparmaqda məqsədi o imiş ki, orada da özü qəbul edəcəkmiş. Yaşadığı mənzildə də narkotik vasitə aşkar olunmuşdur. Mənzildən aşkar olunan maddələr qızdan aldıqlarının bir hissəsi olmuş Əməlindən peşimandır. Həmin narkotik vasitələri özü üçün CÇM-nə keçirmişdir. O narkotik vasitələrin alqı-satqısı ilə məşqul deyildir. Narkotik vasitəni həmin xanımdan nə vaxt aldığı yadında deyildir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, bina 47, mənzil 16 ünvanında müvəqqəti qeydiyyatda olmaqla 4 azyaşlı övladları ilə birlikdə yaşayır. Təxminən bir neçə aydır arabir psixotrop maddə metamfetamin qəbul edir. Həyat yoldaşı Şahid6 Əlisəfa oğlu 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 15 iyul 2024-cü il tarixdə axşam saatlarında Yasamal rayonu narkotik vasitələrin istifadəçisinə oxşayan bir qadını gördükdə ona yaxınlaşıb psixotrop maddələrin aludəçisi olduğunu, ona psixotrop maddə almaqda köməklik etməsini xahiş etmişdir. Həmin qadın onunla razılaşmış, üzərində olan üç ədəd büküm psixotrop maddəni çıxarıb 200 manata ona sata biləcəyini söyləmişdir. O etiraz etməmiş və həmin tanımadığı qadına 200 manat pul verib üç büküm psixotrop maddələri almışdır. Səhəri gün həyat yoldaşı Elçin ilə uzunmüddətli görüşə getməyə qərar verdiyindən əldə etdiyi bükümdə olan psixotrop maddələrin bir hissəsini ayırıb sellofan bükümdə sonradan istifadə etmək məqsədilə yaşadığı mənzildə, qalan hissəsini isə yəni iki ədəd kağız parçasında olan bükümü bağlayıb cinsiyyət orqanının içərisində gizlətmişdir. Elçin üçün hazırladığı azuqələri götürüb cəzaçəkmə müəssisəsinə getmişdir. 16 iyul 2024-cü il tarixdə təxminən saat 15 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Müəssisənin əməkdaşları ondan şübhələndiklərindən xüsusi yoxlama otağına dəvət etmiş və həmin otaqda iki nəfər hal şahidinin iştirakı ilə üzərinə axtarış-baxış keçirilmişdir. Axtarış-baxış zamanı cinsiyyət orqanının içərisində gizlətdiyi iki ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və üzərindən aşkar edilmiş özünə məxsus psixotrop maddə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzərini o və iştirakçılar imzalamışlar. Bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra o, Nizami rayon polis idarəsinə aparılmışdır. Orada şübhəli şəxs qismində saxlanılmış və ona hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi verilmişdir. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, bina 47, mənzil 16 ünvanına baxış keçirilməsi üçün ondan razılıq ərizəsi alınmışdır. Daha sonra polis əməkdaşları İlə birlikdə yaşadığı mənzilə getmişlər. Yaşadığı mənzildə tərcüməçinin, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı mənzildə axtarış aparılmışdır. Həmin çəkiliş video çəkilişlə qeydə alınmışdır. Yaşadığı evin yataq otağında olan dolabın içərisində saxladığı 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Ondan həmin bükümün içərisində nə olması soruşulduqda o həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamini də üzərindən 6 saylı cəzaçəkmə müəssisində aşkar edilərək götürülmüş 2 büküm metamfetaminlə birlikdə eyni şəxsdən aldığını, həmin bir bükümü özü daha sonra istifadə etmək üçün yaşadığı evdə saxladığını qeyd etmişdir. Bundan sonra evdə axtarış davam etdirilmiş və başqa hər hansı narkotik vasitə, psixotrop maddə, həmçinin digər qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O narkotik vasitədən hərdən istifadə etdiyi üçün iki ədəd kağız bükümdə olan psixotrop maddəni şəxsi istifadəsi üçün, heç kimin, eyni zamanda övladlarının görə bilməyəcəyi, cinsiyyət orqanında gizlətmişdir. Məqsədi 3 gün qapalı şəraitdə qalacağı zaman fikrini dağıtmaq üçün Elçinin xəbəri olmadan hərdən istifadə etmək olmuşdur. Cəzaçəkmə müəssisəsində izahatını əməkdaşların dediyi sözlərlə yazmışdır. Orada üzərinə axtarış-baxış keçirilən zaman o tərcüməçi ilə təmin edilmədiyindən verilmiş sualları düzgün başa düşməmişdir. O cinsiyyət orqanından aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, həyat yoldaşı Şahid6 Əlisəfa oğlu ilə görüşə gəldiyini bildirmişdir. Psixotrop maddəni Elçinin xahişi ilə gətirdiyini deməmişdir. Həmin maddəni Elçinə gətirsəydi bir hissəsini yaşıdığı mənzildə saxlamazmış. Hazırki ifadəsini hüquqlarını müdafiə edən vəkilin və tərcüməçinin iştirakı ilə verdiyindən sual ona tərcümə olunduğundan tam aydındır və həqiqətə uyğundur. Əldə etdiyi psixotrop maddədən kiməsə verməmiş və ya satmamışdır. Psixotrop maddəni əldə etdiyi qadının anket məlumatlarını bilmir. Onu əvvəllər tanımamış və bir dəfə görmüşdür. Həmin qadın xarici görünüşündən narkotik vasitələrin istifadəçisinə oxşadığından ona yaxınlaşıb söhbət etmişdir. Söhbət əsnasında hərdən psixotrop maddə qəbul etdiyini, həyat yoldaşının məhkum olunduğunu, onunla görüşmək üçün Bakı şəhərinə gəldiyini, dərdini dağıtmaq üçün ona psixotrop maddə almaqda köməklik etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi adəti uzunmüddətli görüşə aparmışdır. Cəzaçəkmə müəssisəsində yoxlama zamanı hiss etmişdir ki, nəisə mübahisə var, nə olduğunu soruşmuş, demişlər ki, bu səfər başqa axtarış olacaqdır. Sonra təqsirləndirilən şəxs yoxlama üçün içəri keçmiş, sonra hay-küy düşmüşdür. Xanımda nəsə aşkar olunmuşdur. Sonra əməliyyatçılarla birlikdə evə gedilmişdir. Məryəmin psixatrop maddələrdən istifadə edib etməməsindən xəbəri olmamışdır. Narkotik vasitə aşkarlandıqdan sonra Məryəm ona demişdir ki, özü üçün gətirmişdir. Məryəm xanımla münasibətləri normaldır, qardaşının yoldaşıdır. Xanmını narkotik vasitə qəbul etməsinə müşahidə etməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Şahid6 Əlisəfa oğlu 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 16 iyul 2024-cü il tarixdə qardaşı Elçinin həyat yoldaşı Təqsirləndirilən şəxs və 4 azyaşlı övladı ilə birlikdə hazırladıqları azuqələri götürüb Elçin ilə uzunmüddətli görüşə getmişlər. 16 iyul 2024-cü il tarixdə təxminən saat 15 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuşlar. Müəssisənin əməkdaşları onu xüsusi yoxlama otağına dəvət etmişlər və həmin otaqda üzərinə şəxsi axtarış-baxış keçirilmişdir. Şəxsi axtarış-baxış keçirildikdən sonra o otağı tərk etmişdir. Təqsirləndirilən şəxs üzərinə isə digər otaqda axtarış-baxış keçirilmişdir. Bir neçə dəqiqə keçmiş müəssisənin əməkdaşları ona yaxınlaşıb Məryəmin cinsiyyət orqanında gizlədilmiş psixotrop maddə metamfetamin aşkar edildiyini bildirmişlər. O Məryəmin üzərində psixotrop maddə olduğunu bilmədiyini söyləmişdir. Sonradan Məryəm ilə təklikdə söhbət edərkən Məryəm üzərindən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, arabir fikrini dağıtmaq üçün psixotrop maddə qəbul etdiyini söyləmişdir. Cəzaçəkmə müəssisəsində onu baxış otağına dəvət edərkən əməliyyatçılar Məryəmə həmin narkotik vasitəni Elçinin xahişi ilə cəzaçəkmə müəssisəsinə gətirdiyini deməsini, onun dörd uşağına yazıqları gəldiyini, psixotrop maddəni Elçinin xahişi ilə gətirdiyini dediyi təqdirdə onu uşaqları ilə birlikdə sərbəst buraxacaqlarını demişlər. Bundan sonra onu otaqdan çıxartmışlar. Ancaq əsl həqiqətdə həmin psixotrop maddə Məryəmə məxsus olmuşdur. Məryəmin üzərində psixotrop maddə olmasını nə o, nə də Elçin bilməmişdir. Sonradan Məryəm ona fikrini dağıtmaq üçün əvvəllər bir neçə dəfə psixotrop maddə qəbul etdiyini, Elçinlə uzunmüddətli görüşə gedən zaman orada gizlin qəbul etmək məqsədilə üzərində psixotrop maddə gizlətdiyini etiraf etmişdir. Elçin artıq 3 ildir həbsxanadadır. 3 il ərzində psixotrop maddənin həmin mənzildə qalması da inandırıcı deyil. Həqiqətən də deyildiyi kimi evdə psixotrop maddə olsaydı, Məryəm əvvəllər bir neçə dəfə Elçinlə görüşə gedən zaman həmin psixotrop maddəni aparardı. Elçin 3 ildir çəza çəkir, cəza çəkmə müəssisəsinin qaydalarını yaxşı bilir. O, heç vaxt həyat yoldaşını təhlükə altında qoyub ondan cəza çəkmə müəssisəsinə narkotik vasitə və ya psixotrop maddə keçirməsini xahiş etməzdi. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə müəssisədə cəza çəkən məhkum Şahid6 ilə uzunmüddətli görüşə həyat yoldaşı Təqsirləndirilən şəxs, azyaşlı uşaqları və Şahid1 gəlmişdir. Qeyd olunan şəxslər görüş otağına keçməzdən əvvəl görüş otağında xidmət aparan nəzarətçilər tərəfindən müəssisədə cəza çəkən məhkumlara gətirilməsi, ötürülməsi, verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmişlər. Bundan sonra məhkumun qohumlarının gətirdikləri sovqata axtarış keçirilmiş, sovqatda hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamış, sonra görüş otağının xüsusi yoxlama otağında qadın nəzarətçi vəzifəsini icra edən şəxs tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi narkotik aşkar edilmiş, bu barədə Əməliyyat şöbəsinin rəisi, Şahid2 məlumat verilmişdir. İbtidai araşdırma zamanı şahid X4 ifadəsində göstərmişdir ki, 2006-cı ildən 6 saylı CÇM-də mülki əməkdaş işləyir. 16 iyul 2024-cü il tarixdə saat 15:15 radələrində müəssisənin Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 onu və X16mı müəssisənin görüş otağına dəvət edərək onlara hal şahidi olmalarını təklif etmişdir. Onlar öz razılıqlarını verdikdən sonra onlara hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Müəssisədə cəza çəkən məhkum Şahid6 ilə uzunmüddətli görüşə həyat yoldaşı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs, azyaşlı uşaqları və qardaşı Şahid1 gəlmişdir. Adları qeyd olunan şəxslər görüş otağına keçməzdən əvvəl görüş otağında xidmət aparan nəzarətçilər tərəfindən müəssisədə cəza çəkən məhkumlara gətirilməsi, ötürülməsi, verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmiş və bu barədə cinayət məsuliyyəti daşımaları haqda xəbərdar olunduqdan sonra müvafiq iltizamı imzalamışlar. Bundan sonra həmin şəxslər gətirdikləri sovqat ilə məhkum Şahid6 yaxın qohumları Təqsirləndirilən şəxs və Şahid1 gətirdikləri sovqata axtarış-baxış tədbiri keçirilmişdir. Sovqatdan hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Şahid1 üzərinə nəzarətçi ədliyyə giziri İsmayıl Adıgözəlov tərəfindən axtarış-baxış keçirilmiş və hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra görüş otağının xüsusi yoxlama otağında qadın nəzarətçi vəzifəsini icra edən Şahid4 tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üst geyimini qaydaya saldıqdan sonra Şahid4 Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 həmin otağa dəvət edərək hal şahidlərinin iştirakı ilə axtarışbaxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülü aşkar edildiyini bildirmişdir. Ədliyyə mayoru Şahid2 hal şahidlərinin və Təqsirləndirilən şəxs yanında sellofan bükülüyə baxış keçirdikdə həmin bükülünün içərisindən ayrı-ayrılıqda kağız parçasında olan bükülülərdən təxmini çəkisi 5-10 qram olan ağ rəngli, spesifik qoxuya malik narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hal şahidlərinin və qaynı Şahid1 yanında üzərindən aşkar olunaraq götürülmüş kağız bükülülərin içərisində olan, təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik maddənin psixotrop vasitə olduğunu, həyat yoldaşı məhkum Şahid6 məxsus olduğunu və həyat yoldaşının xahişi ilə evdən gələndə ona gətirdiyini etiraf etmişdir. Sonra götürülmüş 2 (iki) ədəd kağız bükümlərin içərisindəki təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik, narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə içərisi boş olan zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən imzalanmışdır. Həmin narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Şahid7 ibtidai araşdırma zamanı şahid X2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə məhkum Şahid6 ilə uzunmüddətli görüşə həyat yoldaşı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs, azyaşlı uşaqları və qardaşı Şahid1 gəlmişdir. Adları qeyd olunan şəxslər görüş otağına keçməzdən əvvəl görüş otağında xidmət aparan nəzarətçilər tərəfindən müəssisədə cəza çəkən məhkumlara gətirilməsi, ötürülməsi, verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmiş, bundan sonra həmin şəxslər gətirdikləri sovqat ilə birlikdə müəssisənin görüş otağına daxil olmuşlar. Görüş otağının xüsusi yoxlama yerində məhkum Şahid6 yaxın qohumları Təqsirləndirilən şəxs və Şahid1 gətirdikləri sovqata axtarış-baxış tədbiri keçirilmişdir. Sovqatdan hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Görüş otağının xüsusi yoxlama otağında qadın əməkdaş tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Qadın əməkdaş Şahid4 onu həmin otağa dəvət edərək hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülünün aşkar edilmişdir. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci ildən ədliyyə orqanlarında, 2024-cü ildən 6 saylı CÇM-nin Əməliyyat şöbəsinin rəisi vəzifəsində xidmət edir. Şahid6 xidmət apardığı 6 saylı CÇM-də cəza çəkdiyi vaxtdan tanıyır. Onunla heç bir qərəzli, ziddiyyətli münasibətləri, düşmənçilik və ədavəti olmamışdır. 16 iyul 2024-cü il tarixdə saat 15:15 radələrində əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən müəssisə rəhbərliyinin göstərişi ilə müəssisənin görüş otağına gələrək, görüş otağında xidmət aparan nəzarətçilər ədliyyə giziri İsmayıl Adıgözəlova və görüş otağına təhkim olunmuş mülki əməkdaş Şahid4 lazımi tapşırıqlar vermişdir. Müəssisədə 30 iyun 2022-ci il tarixdən cəza təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilmiş, 1979-cu il təvəllüdlü məhkum Şahid6 ilə uzunmüddətli görüşə həyat yoldaşı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs, azyaşlı uşaqları və qardaşı Şahid1 gəlmişdir. Adları qeyd olunan şəxslər görüş otağına keçməzdən əvvəl görüş otağında xidmət aparan nəzarətçilər tərəfindən müəssisədə cəza çəkən məhkumlara gətirilməsi, ötürülməsi, verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmiş və bu barədə cinayət məsuliyyəti daşımaları haqda xəbərdar olunduqdan sonra müvafiq iltizamı imzalamışlar. Bundan sonra həmin şəxslər gətirdikləri sovqat ilə birlikdə müəssisənin görüş otağına daxil olmuşlar. O vətəndaşlar X5 və Şahid7 hal şahidi olmalarını təklif etmişdir. Onların razılıqları alındıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada hal şahidinin hüquq və vəzifələrini izah etmişdir. Görüş otağının xüsusi yoxlama yerində məhkum Şahid6 yaxın qohumları Təqsirləndirilən şəxs və Şahid1 gətirdikləri sovqata axtarış-baxış tədbiri keçirilmişdir. Sovqatdan hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Şahid1 üzərinə nəzarətçi ədliyyə giziri İsmayıl Adıgözəlov tərəfindən axtarış-baxış keçirilmiş və hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra görüş otağının xüsusi yoxlama otağında qadın əməkdaş tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Qadın əməkdaş Şahid4 onu həmin otağa dəvət edərək hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülü aşkar edildiyini bildirmişdir. O hal şahidlərinin və Təqsirləndirilən şəxs yanında sellofan bükülüyə baxış keçirdikdə həmin bükülünün içərisindən ayrı-ayrılıqda kağız parçasında olan bükülülərdən təxmini çəkisi 5-10 qram olan ağ rəngli, spesifik qoxuya malik narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hal şahidlərinin və qaynı Şahid1 yanında üzərindən aşkar olunaraq götürülmüş kağız bükülülərin içərisində olan, təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik maddənin psixotrop vasitə olduğunu, həyat yoldaşı məhkum Şahid6 məxsus olduğunu və həyat yoldaşının xahişi ilə evdən gələndə ona gətirdiyini etiraf etmişdir. Sonra götürülmüş 2 (iki) ədəd kağız bükümlərin içərisindəki təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik, narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə içərisi boş olan zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən imzalanmışdır. Həmin narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2017-ci ildən 6 saylı CÇM-də nəzarətçi vəzifəsində xidmət edir. Şahid6 xidmət apardığı 6 saylı CÇM-də cəza çəkdiyi vaxtdan tanıyır. Onunla heç bir qərəzli, ziddiyyətli münasibətləri, düşmənçilik və ədavəti olmamışdır. 16 iyul 2024-cü il tarixdə saat 15:15 radələrində müəssisənin görüş otağında xidmət aparan zaman Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 görüş otağına gələrək ona və görüş otağına təhkim olunmuş mülki əməkdaş Şahid4 lazımi tapşırıqlar vermişdir. Müəssisədə 30 iyun 2022-ci il tarixdən cəza çəkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilmiş, 1979-cu İl təvəllüdlü məhkum Şahid6 ilə uzunmüddətli görüşə həyat yoldaşı Rusiya Federasiyası vətəndaşı oğlu gəlmişdir. Adları qeyd olunan şəxslər görüş otağına keçməzdən əvvəl görüş otağında xidmət aparan nəzarətçilər tərəfindən müəssisədə cəza çəkən məhkumlara gətirilməsi, ötürülməsi, verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmiş və bu barədə cinayət məsuliyyəti daşımaları haqda xəbərdar olunduqdan sonra müvafiq iltizamı imzalamışlar. Bundan sonra həmin şəxslər gətirdikləri sovqat ilə birlikdə müəssisənin görüş otağına daxil olmuşlar. Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 vətəndaşlar X5 və Şahid7 hal şahidi olmalarını təklif etmişdir. Onların razılıqları alındıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada hal şahidinin hüquq və vəzifələrini izah edilmişdir. Görüş otağının xüsusi yoxlama yerində məhkum Şahid6 yaxın qohumları Təqsirləndirilən şəxs və Şahid1 gətirdikləri sovqata axtarış-baxış tədbiri keçirilmişdir. Sovqatdan hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Şahid1 üzərinə tərəfindən axtarış-baxış keçirilmiş və hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra görüş otağının xüsusi yoxlama otağında qadın əməkdaş tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Qadın əməkdaş Şahid4 Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 həmin otağa dəvət edərək hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülü aşkar edildiyini bildirmişdir. Ədliyyə mayoru Şahid2 hal şahidlərinin və Təqsirləndirilən şəxs yanında sellofan bükülüyə baxış keçirdikdə həmin bükülünün İçərisindən ayrı-ayrılıqda kağız parçasında olan bükülülərdən təxmini çəkisi 5- 10 qram olan ağ rəngli, spesifik qoxuya malik narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hal şahidlərinin və qaynı Şahid1 yanında üzərindən aşkar olunaraq götürülmüş kağız bükülülərin içərisində olan, təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik maddənin psixotrop vasitə olduğunu, həyat yoldaşı məhkum Şahid6 məxsus olduğunu və həyat yoldaşının xahişi ilə evdən gələndə ona gətirdiyini etiraf etmişdir. Sonra götürülmüş 2 (iki) ədəd kağız bükümlərin içərisindəki təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik, narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə içərisi boş olan zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən imzalanmışdır. Həmin narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2016-cı ildən ədliyyə orqanlarında işləyir və müvəqqəti olaraq 6 saylı CÇM-nin görüş otağında qadın nəzarətçi vəzifəsini icra edir. 16 iyul 2024-cü il tarixdə saat 15:15 radələrində müəssisənin görüş otağında xidmət aparan zaman Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 görüş otağına gələrək ona və görüş otağında xidmət aparan nəzarətçi ədliyyə giziri İsmayıl Adıgözəlova lazımi tapşırıqlar vermişdir. Müəssisədə 30 iyun 2022-ci il tarixdən cəza çəkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilmiş, 1979-cu il təvəllüdlü məhkum Şahid6 ilə uzunmüddətli görüşə həyat yoldaşı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs, azyaşlı uşaqları və qardaşı Şahid1 gəlmişdir. Adları qeyd olunan şəxslər görüş otağına keçməzdən əvvəl görüş otağında xidmət aparan nəzarətçilər tərəfindən müəssisədə cəza çəkən məhkumlara verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmiş və bu barədə cinayət məsuliyyəti daşımaları haqda xəbərdar olunduqdan sonra müvafiq iltizamı imzalamışlar. Bundan sonra həmin şəxslər gətirdikləri sovqat ilə birlikdə müəssisənin görüş otağına daxil olmuşlar. Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 vətəndaşlar X5 və X7 hal şahidi olmalarını təklif etmişdir. Onların razılıqları alındıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada hal şahidinin hüquq və vəzifələrini izah edilmişdir. Görüş otağının xüsusi yoxlama yerində məhkum Şahid6 yaxın qohumları Təqsirləndirilən şəxs və Şahid1 gətirdikləri sovqata axtarış-baxış tədbiri keçirilmişdir. Sovqatdan hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Şahid1 üzərinə nəzarətçi ədliyyə giziri İsmayıl Adıgözəlov tərəfindən axtarış-baxış keçirilmiş və hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra görüş otağının xüsusi yoxlama otağında onun tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülü aşkar etmişdir. Təqsirləndirilən şəxs üst geyimini qaydaya saldıqdan sonra o Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid2 həmin otağa dəvət edərək hai şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs cinsiyyət orqanında gizlətdiyi şəffaf sellofan bükülü aşkar edildiyini bildirmişdir. Ədliyyə mayoru Şahid2 hal şahidlərinin və Təqsirləndirilən şəxs yanında sellofan bükülüyə baxış keçirdikdə həmin bükülünün içərisindən ayrı-ayrılıqda kağız parçasında olan bükülülərdən təxmini çəkisi 5- 10 qram olan ağ rəngli, spesifik qoxuya malik narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hal şahidlərinin və qaynı Şahid1 yanında üzərindən aşkar olunaraq götürülmüş kağız bükülülərin içərisində olan, təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik maddənin psixotrop vasitə olduğunu, həyat yoldaşı məhkum Şahid6 məxsus olduğunu və həyat yoldaşının xahişi ilə evdən gələndə ona gətirdiyini etiraf etmişdir. Sonra götürülmüş 2 (iki) ədəd kağız bükümlərin içərisindəki təxmini çəkisi 5-10 qram, ağ rəngli, spesifik qoxuya malik, narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə içərisi boş olan zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən imzalanmışdır. Həmin narkotik maddə və ya psixotrop vasitəyə bənzər maddə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayının 12-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs olunmuşdur. 2022- ci ildə Bakı Agır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. 6 saylı CÇM-də cəza çəkir. Müəssisəyə daxil olduğu gündən ona hüquq və vəzifələri izah edilmiş, maddi və məişət şəraiti ilə tam təmin olunmuşdur. Hazırda 6 Saylı CÇM-də cəza çəkir. Cəza çəkdiyi müddət ərzində müəssisənin əməkdaşları və məhkum yoldaşlarım tərəfindən fiziki, mənəvi təzyiqlərə, qeyri insani rəftara məruz qalmamışdır. Cəzaçəkmə şəraitindən heç bir şikayəti və tələbi yoxdur. 2008-ci ildə Rusiya Federasiyası vətəndaşı olan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2011, 2015 və ekiz olmaqla 2016-cı ilə Fatimə, Fikrət, Əhməd və Məhəmməd adlı 4 övladları dünyaya gəlmişdir. 2013-cü ilin axırlarında Rusiya Federasiyasından Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində qardaşının evində yaşamışlar. 2021-ci ildə o həbs olunandan sonra həyat yoldaşı Məryəm Fikrətovna dörd övladı ilə birlikdə həmin evdə yaşamışdır. 16 iyul 2024-cü il tarixdə saat 15:15 radələrində o müəssisənin növbətçi hissəsinə dəvət olunmuşdur. Əməkdaşlar müəssisənin görüş otağının xüsusi yoxlama yerində xidmət aparan nəzarətçilər tərəfindən hal şahidlərinin iştirakı ilə onunla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman cinsiyyət orqanında gizlətdiyi təxmini çəkisi 5-10 qram olan psixotrop maddə aşkar edilib götürüldüyünü bildirmişlər. Onunla uzunmüddətli görüşə gələn zaman həyat yoldaşı Təqsirləndirilən şəxs cinsiyyət orqanında psixotrop maddə gizlətdiyi barədə qabaqcadan məlumatı olmamışdır. O həyat yoldaşı Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasını istədiyindən psixotrop maddənin ona məxsus olduğunu, həmin psixotrop maddəni həbs olunmamışdan əvvəl tanımadığı şəxsdən əldə edərək yaşadığı Yasamal rayonu, X28 küçəsi, ev 47, mənzil 16-da özünə məxsus dərman preparatlarının içərisində gizlətdiyini, həyat yoldaşı Məryəm ilə telefon danışığı zaman həmin psixotrop maddəni onun üçün gətirməsini dediyini, Məryəm əvvəlcə razılaşmasa da, onun israr və təkidindən sonra uzunmüddətli görüşə gələn zaman həmin psixotrop maddəni cinsiyyət orqanında gizlədib onun üçün gətirdiyini bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasını istədiyi üçün izahat verərkən hadisəni uydurmuşdur. Əsl həqiqətdə həyat yoldaşı Məryəmin uzunmüddətli görüşə gələn zaman cinsiyyət orqanında psixotrop maddə gizlətdiyindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu X28 küçəsi ev 47 mənzil 16 ünvanında axtarış aparılmasında iştirak etməyi üçün dəvət edilmişdir. Bundan sonra şübhəli şəxs Məryəm Fikrətovanın yaşadığı mənzilə gedib orada axtarış istintaq hərəkəti keçirməyə başlamışlar. Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqov onun, müdafiəşi Allahverdi Sadıqlı, tərcüməçi Camal Bədəlov və digər polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə mənzildə axtarışa başlamışlar. Axtarış zamanı yataq otağındakı dolabın içərisindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlə barəsində müstəntiq X25 Məmmədovaya sual vermiş, Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bir bükümü də digər üzərindən Cəzaçəkmə müəssisəsində aşkar edilmiş 2 bükümlə birlikdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə boş zərfə qoyularaq qablaşdırılmış və axtarış davam etdirilmişdir. Lakin həmin bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlədən başqa hər hansı digər narkotik vasitə və psixotrop maddə, o cümlədən hər hansı qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Axtarış bitdikdən sonra axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki,16 iyul 2024-cü il tarixdə Nizami rayon Polis İdarəsinin İstintaq ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu X28 küçəsi ev 47 mənzil 16 ünvanında axtarış aparılmasında iştirak etməyi üçün dəvət edilmişdir. Bundan sonra şübhəli şəxs Məryəm Fikrətovanın yaşadığı mənzilə gedib orada axtarış istintaq hərəkəti keçirməyə başlamışlar. Nizami RPİ-nİn İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqov onun, müdafiəşi Allahverdi Sadıqlı, tərcüməçi Camal Bədəlov və digər polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə mənzildə axtarışa başlamışlar. Axtarış zamanı yataq otağındakı dolabın içərisindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkili, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlə barəsində müstəntiq X25 Məmmədovaya sual vermiş, Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bir bükümü də digər üzərindən Cəzaçəkmə müəssisəsində aşkar edilmiş 2 bükümlə birlikdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə boş zərfə qoyularaq qablaşdırılmış və axtarış davam etdirilmişdir. Lakin həmin bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlədən başqa hər hansı digər narkotik vasitə və psixotrop maddə, o cümlədən hər hansı qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Axtarış bitdikdən sonra axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolda qeyd olunmuşdur ki, təxminən saat 15:15-də əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2022-ci il tarixdən cəza çəkən, 1979-cu il təvəllüdlü, azərbaycanlı, evli, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 234.4.1-ci maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, (cəzasının əvvəli: xx.xx.2021-ci il, sonu: xx.xx.2028-ci il) və 5 saylı dəstədə qeydiyatda olan məhkum Şahid6 Əlsəfa oğlu ilə uzunmüddətli görüşə gəlmiş, arvadı 1983-cü il təvəllüdlü, (pasport seriyası: P RUS 5********) vətəndaş Təqsirləndirilən şəxs müəsisənin görüş otağının xüsusi yoxlama otağında qadın əməkdaş tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış tədbiri keçirilən zaman daxili cinsiyyət orqanında gizlətdiyi şəffaf rəngli sellofan bükülü aşkar edilmiş və həmin bükülüyə baxış keçirilən zaman içərisindən ayrı-ayrılıqda kağız parçasında olan bükülülərdən təxmini çəkisi 5-10 qram olan ağ rəngli, spesifik qoxuya malik narkotik və ya psixotrop vasitəyə bənzər maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli “mənzilə baxış, axtarış və götürmə keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında baxış və axtarış aparılır. Baxış və axtarış zamanı mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Məmmədova dolabın içərisindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülür. Mənzilə baxış, axtarış və götürmədən əldə edilmiş görüntülər 01 ədəd disk DVD-yə əlavə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3657 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində: vətəndaş X6 aşkar edilib götürülmüş...ağ rəngli spesifik qoxuya malik, narkotik və ya psixotrop maddə” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,120 qram və 2,379 qram, ümumi təmiz çəkisi 8,499 qram ağ rəngli kristalşəkili maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3675 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzildən yataq otağından aşkar edilmiş kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,936 qram ağ rəngli kristalşəkili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) bükümdə olan metamfetaminlərlə (16 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3657 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-1 və 29, 317-1.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 6063 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhər görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlləri özünün ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ifadəsi ilə (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər mənkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan 4 (dörd) uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan 4 (dörd) uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 63.1-ci maddəsinə görə başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. 63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində olan cəzasını yüngülləşdirən halların məcmusu və cəzasını ağırlaşdıran halların olmaması, həmçinin onun şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə ittiham olunmaması və himayəsində 14 yaşına çatmayan 4 (dörd) uşağının olması təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi uşağı (bütün uşaqları) on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanununun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 71-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli 236 №-li Qanunla ratifikasiya etdiyi “Uşaq Hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsində göstərilmişdir ki, iştirakçı dövlətlər valideynlərin, yaxud qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqların onlar tərəfindən həyata keçirilməsində uşağı lazımınca idarə və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyətinə müvafiq surətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. Konvensiyanın 9-cu maddəsinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdən kənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. Həmin Qanunun 4-cü və 5-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini həm də məhkəmə orqanları təmin etməli, məhkəmə öz fəaliyyətində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdır. Məhkəmə qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Bu qərara gələrkən məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin hazırda azadlıqdan məhrum ediləcəyi halda himayəsində olan 4 uşağın gələcək həyatı və şəxsiyyət kimi formalaşmalarına ciddi şəkildə mənfi təsir göstərə bilər. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxin əri Şahid6 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzaına məhkum edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzanı çəkməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Odur ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyini və gələcək taleyini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəzasını çəkməsi uşağı (bütün uşaqları) on dörd yaşına çatanadək təxirə salınmalıdır. Bununla yanaşı, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təkrarən tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində təkrarən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutularaq ( həbs) saxlanıldığı 03 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablanmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək (əvəz edilərək), onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəlkisi 8,359 və 0,886 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bundan əlavə, məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (X18) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (6 manat hesabı ilə) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs (P - RUS - 55 - ******* - MAMEDOVA MARİAM) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövrü tutulduğu (həbsdə saxlanıldığı) 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən (vaxtdan) hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs himayəsində olan (uşaqları-övladları) 07 oktyabr 2011-ci il təvəllüdlü X17, 15 sentyabr 2014-cü il təvəllüdlü X19 (P - RUS - 73 - ******* - MAMEDOV FİKRET), 23 iyul 2016-cı il təvəllüdlü X14 (P - RUS - 75 - ******* - MAMEDOV MUKHAMMED) və 23 iyul 2016-cı il təvəllüdlü X20 (P - RUS - 75 - ******* - MAMEDOV AKHMED) on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin (əvəz edilsin). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəlkisi 8,359 və 0,886 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 228 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1136/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1136/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver