Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1137/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədriyi, hakimlər X11, Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru- Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X7, Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1978-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 03.02.2021-ci il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 - 16 ynvar 1968-ci il tarixdə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu Ağdaban kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında müvəqqəti yaşayan, barəsində 03 fevral 2021-ci il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və 18 mart 2021-ci il tarixdə Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 31 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində Quba şəhəri H.Əliyev prospetində aptek işlədən tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olan 18 ədəd konvalyutda, ümumilikdə külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 40,05 qram çəkidə 178 ədəd həblərdə tramadol hidroxlorid adlı güclü təsir edən maddələri 180 manat müqabilində əldə edib saxlamış, həmin gün saat 15:00 radələrində 17 ədəd konvalyut və konvalyut kəsiyində külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 38,025 qram olan 169 ədəd həbləri 240 manat müqabilində tanışı Şahid6 satmış, 1 ədəd konvalyutda təsir maddəsinin ümumi miqdarı 2,025 qram olan 9 ədəd həbləri üzərində gəzdirməklə saxlamış, 01 fevral 2021-ci il tarixdə saat 19:15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba-Qusar yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən həmin 9 ədəd həblər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 31 yanvar 2021-ci il tarixdə başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmamaqla, üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olan 18 ədəd konvalyutda, ümumilikdə külli miqdarda, yəni 40,05 qram çəkidə 178 ədəd həblərdə tramadol hidroxlorid adlı güclü təsir edən maddələri əldə edib özünün işlətdiyi, Quba şəhəri H.Əliyev prospektində yerləşən aptekdə saxlayaraq həmin tarixdə saat 13 radələrində qeyd olunan həblərin hamısını öz aptekində 180 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmışdır. Təqsirləndirilən şəxs1 ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 Quba şəhərində aptekdə işləyən şəxs kimi tanıyır. O, Şikarın aptekdə hansı vəzifədə işləməsindən məlumatsızdır. O tutulmamışdan üç-dörd gün əvvəl bədənində ağrıları olduğu üçün Şikarın yanına gedib ondan tramadol istəmişdir. Şikar da tramadol dərmanı olmadığını dedi. O da ağrıları olduğuna görə Şikardan tramadol dərmanı tapmasını xahiş etmişdir. 31 yanvar 2021-ci il tarixdə Şikar zəng edərək onu aptekə çağırdı. O da təxminən saat 13:00 radələrində Şikarın işlədiyi aptekə gəlmişdir. Şikar da ona bir list tramadol dərmanını 9 manata satdığını dedi. O da razılaşmışdır. Şikar ona bir ədəd qara rəngli sellofan torba verib torbanın içərisində 20 list tramadol dərmanı olduğunu dedi. O da Şikara 180 manat pul vermiş, lakin Şikara inanıb sellofanda olan tramadol listlərini saymamışdır. Şikarın yanından çıxdıqdan sonra o, Quba şəhərində Meydan adlanan əraziyə gəlmişdir. Bir qədər gəzişdikdən sonra təxminən saat 15:00 radələrində o, Şahid6 ilə qarşılamışdır. Nahid ilə söhbət zamanı Nahid tramadol dərmanı almaq istədiyini dedi. O da Şikardan aldığı sellofan torbanı göstərərək içərisində 20 list tramadol dərmanı olduğunu və ona 240 manata sata biləcəyini demişdir. Nahid də razılaşdı və 240 manat pul verdi. O da içərisində tramadol dərmanları olan sellofanı Nahidə vermişdir. Nahid torbanı aldıqdan sonra içərisində olan tramadol listlərini saydı və torbada 18 ədəd list tramadol dərmanı olduğunu bildirdi. O, həmin listlərdən bir ədədini öz istifadəsi üçün götürüb qalan 17 ədəd listdə olan tramadolu isə Nahidə verib onunla sağollaşıb evə gəlmişdir. O, bir list tramadol dərmanını şəxsi istifadə üçün əynində olan cins şalvarın arxa cibinə qoymuşdur. 01 fevral 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində o, Quba- Qusar yolunun Timiryazev qəsəbəsindən keçən hissəsi ilə yaşadığı qəsəbəyə gedən zaman Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun güclü təsir edən maddələrdən istifadə etməkdə, həmçinin üzərində gəzdirməkdə və satışında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirəcəklərini deyərək ona üzərində olan əşyaları təqdim etməyi təklif etdilər. Baxışdan qabaq vəkil İbrahim müəllimi ona təqdim etmişlər. O, İbrahim tərəfindən hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə onun üzrində olan əşyaları çıxarıb təqdim etməyi təklif etdilər. O da əynindəki şalvarın cibindən bir ədəd listdə olan tramadol dərmanını çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş bir ədəd listdə tramadol dərmanına polis əməkdaşları tərəfindən baxış keçirildi və listin içərisində nə olduğu barəsində soruşulduqda, o da həmin listin içərisində güclü təsir edən tramadol dərmanı olduğunu və şəxsi istifadə üçün üzərində gəzdirdiyini demişdir. Tramadol dərmanını haradan əldə etdiyini soruşduqda, o, həmin dərmanı 31 yanvar 2021-ci il tarixdə aptekdə işləyən tanışı Şikardan aldığını demişdir. Ondan üzərində aşkar olunmuş tramadol dərmanından Şahid6 satmağı barəsində soruşduqda, o da 31 yanvar 2021-ci il tarixdə Nahidə 17 ədəd list tramadol dərmanını 240 manata satdığını etiraf etmişdir. Üzərindən aşkar olunmuş içərisində tramadol dərmanı olan bir ədəd list elektron tərəzidə ölçülmüş və çəkisi 3,9 qram olduğu müəyyən olundu. Həmin qutu zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra onu Quba RPŞ-nə aparmışlar. Törətdiyi əməldən peşmandır. O, dərmanları qazanc əldə etmək məqsədi ilə satmamışdır. O, əldə etdiyi dərmənaların bir hisəsini nisbətən baha qiymətə satıb sonradan özünə yenidən nisbətən çox dərman əldə etmək məqsədi ilə satmışdır. Özü narkomanya xəsətəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, 2021-ci ilin yanvar ayının son günlərində Arsen yanına gələrək ağrıları olduğunu və tramadol dərmanı almaq istədiyini dedi. O da Arsenə tramadol dərmanı olmadığını demişdir. Arsen ondan tramadol dərmanı tapmağını xahiş etmiş, o da aptek üçün dərman sifariş verdiyi Meridian firmasının deposu olan Depo Sonar ilə 30 sentyabr 2021-ci il tarixdə əlaqə saxlayıb dərman sifarişlərini qeyd etmişdir. Telefonla dərmanları sifariş edərkən əlavə olaraq 20 ədəd list tramadol həbləri də sifariş etmişdir. 30 yanvar 2021-ci il tarixdə sifariş etdiyi dərmanları 31 yanvar 2021-ci il tarixdə Quba şəhərində yerləşən aptekinə gətirdilər. Sifarişlərin içərisində heç bir qaimə və fakturası olmayan 20 list tramadol həbləri də göndərilmişdi. 20 list tramadol həblərinə görə hər bir listi 7 manat olmaqla 140 manat pul ödəmiş və daha sonra Arsenə zəng edərək tramadol həblərini gətirdiyini deyib yanına çağırmışdır. Təxminən saat 13:00 radələrində Arsen aptekə gəldi. O, Arsenə bir list tramadol dərmanını 9 manata satdığını demişdir, Arsen də almağa razılaşdı. O da dərmanları saxladığı piştaxtanın arxasından bir qara rəngli sellofan torbanı Arsenə verib Arsenə torbanın içərisində 20 list tramadol dərmanı olduğunu demişdir. Arsen 20 list tramadol həblərinə görə ona 180 manat pul verib həbləri alıb getdi. 01 fevral 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə Quba RPŞ-dən zəng edilərək onu polisə çağırdılar. O, polis şöbəsinə gəldikdə ondan Arsen adlı şəxsə tramadol həbləri satıb-satmadığı soruşulduqda, o da Arsenə tramadol həbləri satdığını etiraf etmişdir. Ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirildi və vəkil dəvət olundu. Vəkil Abusalat ona təqdim olundu, o da etiraz etməmişdir. Bundan sonra onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış başlanmamışdan qabaq ona üzərində olan əşyaları təqdim etmək təklif olundu. O da da üzərində olan bir ədəd «Nokia» markalı mobil telefonu, bir ədəd avtomobil açarını, 1047 manat pulu və qaima vərəqəsini təqdim etmişdir. Bundan sonra axtarış aparıldı, lakin axtarış zaman qadağan olunmuş əşya və predmet aşkar olunmadı. Ona işlədiyi aptekə də özünün istirakı ilə axtarış aparılmasına icazə verməyi barədə soruşduqda, etiraz etməmiş, vəkili və polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanında yerləşən aptekdə axtarış aparıldı. Aptekdə də axtarış zamanı heç bir şey tapılmadı. Bundan sonra onu da vəkili ilə birlikdə Quba RPŞ-nə aparmışlar. Şahid1 ifadələrində göstərdi ki, Quba RPŞ-nin Təhqiqat qrupunda təhqiqatçı vəzifsində işləyir. 01 fevral 202-ci il tarixdə Şahid6 Quba RPŞ-nə gələrək Quba şəhər sakini Arsen adlı şəxsdən güclü təsir edən maddə Tramadol aldığını və həmin dərmanları RPŞ-nə könüllü təqdim edərək, Arsen adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etmişdi. O da, Şahid6 təqdim etdiyi tramadol həblərini protokollaşdıraraq götürmüşdür. Daha sonra məlumat üzrə Quba rayon sakini Arsen adlı şəxs barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə o, CAB-nin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili polis leytenantı Şahid4 və ƏRQ-nun kiçik inspektoru polis serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılıb əməliyyat tədbirləri keçirildi. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 01 fevral 2020-ci il tarixdə saat 19:00 radələrində Quba-Qusar yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində saxlanılaraq üzərində video çəkilişlə vəkil İbrahim Ağamovun iştirakı ilə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs1 narkotik vasitələri və güclü təsir edən maddələri istifadə etməkdə, üzərində saxlamada və satışında şübhəli olması bildirildilib, ona hüquq və vəzifələri izah edilib Quba rayon Vəkil bürosunun vəkili İbrahim Aqamov ona təqdim edildi. Arsen vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Arsenə üzərində olan əşyaları təqdim etməsi bildirildikdə, əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən bir listdə Tramadol dərmanını, sağ yan cibindən bir ədəd pul qabını, on altı manat pul və alışqan, sol yan cibindən bir qutu siqareti çıxarıb təqdim etdi. Arsenin üzərindən aşkar olunmuş bir list Tramadol dərmanına baxış keçirildi. Həmin list olan dərmanların nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs1 da həmin dərmanın tramadol dərmanı olduğunu və aptekdə Şikardan özünün istifadəçi olduğunu və aldığı həbələrin bir hissəsini Nahid adlı şəxsə satdığını dedi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan list “Constant” markalı elektron tərəzidə çəkildi, çəkisi 3,9 qram olduğu müəyyən olundu. Arsenin üzərindən aşkar olunmuş bir list Tramadol dərmanı kağız zərfə qoyularaq qablaşdırıldı və zərfin üzəri iştirakçılar tərəfindən imszalandı. Arsen və onun vəkil İbrahim Aqamov da zərf imzaladılar. Təqsirləndirilən şəxs1 Quba RPŞ-nə dəvət edildi. Arsen özünün üzərində aşkar olunan və Şahid6 satdığı tramadol dərmanını Quba şəhəri H.Əliyev prospektində yerləşən aptek işlədən Şikar adlı şəxsdən aldığını dediyi üçün, bununla bağlı olaraq Təqsirləndirilən şəxs2 RPŞ-nə dəvət olundu. X12 Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə vəkil Abusalat Şahmirzəyevin iştirakı ilə şəxsi axtarış keçirildi. Şikara narkotik vasitələri və güclü təsir edən maddələri istifadə etməkdə və satışında şübhəli olması bildirilib şübhələi şəxs kimi ona hüquq və vəzifələri izah edildi. Ona Quba rayon Vəkil bürosunun vəkili Abusalat Şahmirzəyev təqdim edildi. Şikar vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şikara üzərində olan əşyaları təqdim etmək təklif olundu. O, üzərində olan əşya və predmetləri təqdim etdi. Onun üzərində dövriyyəsi qanunla qadağan olunan əşya müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tramadol dərmanı satıb-satmamsını soruşduqda o, Arsenə bir listi 9 manat olmaqla 180 manat dəfərində Tramadol satdığını dedi. Bundan sonra Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə onun işlətdiyi aptekə vidioçəklişlə baxış keçirildi. Baxış zamanı aptekdə qanunsuz əşya tapılmadı. Şahid2 ifadəsində göstərdi ki, o, Quba RPŞ-nin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Quba rayon sakini Arsen adlı şəxsin güclü təsir edən maddə əldə etməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı. Qrupa təhqiqatçısı Şahid1, CAB-nin baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili polis leytenantı Həzrət Şadıyev, kiçik inspektor serjantı Eyvaz Sultanov daxil edildi və qrup tərəfindən əməliyyat qrupu yaradıldı. Tədbir nəticəsində Təqsirləndirilən şəxs1 01 fevral 2020-ci il tarixdə saat 19:00 radələrində Quba-Qusar yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində saxlanıldı. Onun üzərində video çəkilişlə aparmaqla şəxsi axtarış keçirildi. Axtarış başlamamışdan qabaq Təqsirləndirilən şəxs1 narkotik vasitələri və güclü təsir edən maddələri istifadə etməkdə, üzərində saxlamada və satışında şübhəli olması bildirildi, ona hüquq və vəzifələri izah edildi, Quba rayon Vəkil bürosunun vəkili İbrahim Aqamov təqdim edildi. Bundan sonra ona üzərində olan əşyaları təqdim etmək təklif olundu. O da əynindəki şalvarınının arxa cibindən bir list Tramadol dərmanını, yan cibindən pul qabını, on altı manat pul və alışqanı, sol yan cibindən bir qutu siqareti çıxarıb təqdim etdi. Arsenin üzərindən aşkar olunmuş bir ədəd listdə olan nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs1 da həmin dərmanın tramadol dərmanı olduğunu və aptektdə işləyən Şikardan özünün istifadəsi üçün aldığını, həmin həblərdən Nahid adlı şəxsə də 240 manata satdığını dedi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan bir ədəd list Tramadol dərmanı “Constant” markalı elektron tərəzidə çəkildi, çəkisi 3,9 qram olduğu müəyyən olundu. Arsenin üzərindən aşkar olunmuş bir ədəd list Tramadol dərmanı kağız zərfə qoyularaq qablaşdırıldı, Arsen və vəkil İbrahim Ağamov tərəfindən zərf imzalandı. Təqsirləndirilən şəxs1 prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edildi. Şahid3 ifadələrində göstərdi ki, Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba rayon sakini Arsen adlı şəxsin narkotik vasitə və güclü təsir edən maddə əldə etməsi, istifadə etməsi satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuşdu. Həmin məlumatın yoxlanılması məqsədilə onun, təhqiqatçı polis kapitanı Şahid1, CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, əməliyyat müvəkkili polis leytenantı Həzrət Şadıyevin, ƏRQ-nun kiçik inspektoru, polis serjantı Eyvaz Sultanovun iştirakları ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat tədbiri keçirildi. Tədbir nəticəsində Təqsirləndirilən şəxs1 01 fevral 2020-ci il tarixdə saat 19:00 radələrində Quba-Qusar yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində saxlanılaraq ona güclü təsir edən maddələri istifadə etməkdə, üzərində saxlamada və satışında şübhəli olması bildirildi. Ona hüquq və vəzifələri izah edildi. Quba rayon Vəkil bürosunun vəkili İbrahim Aqamov ona təqdim edildi. Arsen vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirdi. Bundan sonra video çəkilişlə onun üzərində axtarış aparıldı. Arsenə üzərində olan əşyaları təqdim etməsi bildirildikdə, o, əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd list Tramadol dərmanını, sağ yan cibindən bir ədəd qara rəngli pul qabını, on altı manat pul və alışqanı, sol yan cibindən bir qutu siqareti çıxarıb təqdim etdi. Arsenin üzərindən aşkar olunmuş bir ədəd listdə olan dərmanının nə olduğunu soruşduqda Arsen həmin dərmanın tramadol dərmanı olduğunu və aptekdə işləyən Şikardan özünün istifadəsi üçün aldığını və həmin həblərdən Nahid adlı şəxsə də satdığını dedi. Arsenin üzərindən aşkar olunan bir ədəd list Tramadol dərmanı elektron tərəzidə çəkildi, onun çəkisi 3,9 qram olması müəyyən olundu və kağız zərfə qoyularaq qablaşdırıldı, Arsen və vəkil İbrahim Ağamov tərəfindən zərf imzalandı. Təqsirləndirilən şəxs1 prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞnə dəvət edildi. Təqsirləndirilən şəxs1 özünün üzərində aşkar olunan və Şahid6 satdığı tramadol dərmanını Quba şəhəri H.Əliyev prospektində yerləşən aptek işlədən Şikar adlı şəxsdən aldığını dedi. Bununla bağlı olaraq Təqsirləndirilən şəxs2 RPŞ-nə dəvət olundu. RPŞ-nin X14 Məmmədovun üzərinə video çəkilişlə vəkil Abusalat Şahmirzəyevin iştirakı ilə şəxsi axtarış keçirildi. Şikara narkotik vasitələri və güclü təsir edən maddələri istifadə etməkdə və satışında şübhəli olması bildirildi, hüquq və vəzifələri izah edildi və ona Quba rayon Vəkil bürosunun vəkili Abusalat Şahmirzəyev təqdim edildi. Şikar vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şikar üzərində olan əşyaları təqdim etməsi bildirildik də o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd avtomobil açarı, sağ yan cibindən Nokia markalı telefon, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1074 manat pul və gödəkcənin sol qoltuq cibindən qaimə vərəqəsi çıxarıb təqdim etdi. Təhqiqatçı Şahid1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tramadol dərmanı satmasını soruşduqda, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bir listi 9 manat olmaqla 180 manatlıq ona Tramadol dərmanı satdığını etiraf etdi. Təqsirləndirilən şəxs2 işlədiyi aptekə baxış keçirilməsi barədə etiraz etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs2 aptekə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılması ilə bağlı video çəkiliş aparıldı. Daha sonra Təqsirləndirilən şəxs2 və vəkili Abusalat Şahmirzəyevin iştirakı ilə Şikarın Quba şəhəri H.Əliyev prospektində yerləşən işlətdiyi aptekə baxış keçirildi. Həmin aptekdə qanunsuz əşya tapılmadı və bu barədə video çəkiliş aparıldı. Şahid4 ifadələrində göstərdi ki, o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbəyə Quba rayon sakini Arsen adlı şəxsin narkotik vasitə və güclü təsir edən maddə əldə etməsi, istifadə etməsi ilə məşğul olması, üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı. O da əməliyyat qrupuna daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 01 fevral 2020-ci il tarixdə saat 19:00 radələrində Quba-Qusar yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində saxlanılaraq ona güclü təsir edən maddələri istifadə etməkdə, üzərində saxlamada və satışında şübhəli olması bildirilib ona hüquq və vəzifələri izah olunub Quba rayon Vəkil bürosunun vəkili İbrahim Aqamov ona təqdim edildi. Arsen vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Bundan sonra video çəkilişlə vəkil İbrahim Ağamovun iştirakı ilə Arsenin üzərində şəxsi axtarış keçirildi. Arsenə üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda o, əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd listdə dərman, sağ yan cibindən qara rəngli pul qabını, 16 manat pul və alışqanı, sol yan cibindən bir qutu siqareti çıxarıb təqdim etdi. Arsenin üzərindən aşkar olunmuş list olan dərmanın nə dərmanı olduğua Şahid1 tərəfindən baxış keçirildi və dərman listində olanın nə olduğu barəsində soruşulduqda, Arsen həmin dərmanın Tramadol dərmanı olduğunu və Şikarın aptekindən özünün istifadəsi üçün aldığını, aldığıı dərmandan bir qədər Nahid adlı şəxsə satdığını dedi. Arsendən aşkar olunan bir list Tramadol dərmanı “Constant” markalı elektron tərəzidə çəkildi, çəkisi 3,9 qram olduğu müəyyən olundu. Arsenin üzərindən aşkar olunmuş bir list Tramadol dərmanı kağız zərfə qoyularaq qablaşdırıldı, iştirakçılar tərəfindən zərf imzalandı. Təqsirləndirilən şəxs1 isə Quba RPŞ-nə dəvət edilib gətirildi. Şahid5 ifadələrində göstərdi ki, o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs1 şöbəyə gətirlmişdi. O, onun üzərindən aşkar olunan və Şahid6 satdığı tramadol dərmanını Quba şəhəri H.Əliyev prospektində yerləşən apteki işlədən Şikar adlı şəxsdən aldığını bildirmişdi. Bununla bağlı olaraq Təqsirləndirilən şəxs2 RPŞ-nə dəvət olundu. X12 Şikara narkotik vasitələri və güclü təsir edən maddələri istifadə etməkdə və satışında şübhəli olması bildirildi, hüquq və vəzifələri izah edilib Quba rayon Vəkil bürosunun vəkili Abusalat Şahmirzəyev təqdim edildi. Şikar vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Quba RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı Şahid1, CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, ƏRQ-nun kiçik inspektoru polis serjantı Eyvaz Sultanovun və vəkil Abusalat Şahmirzəyevin iştirakı iştirakı ilə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi. Şikar üzərində olan əşyaları təqdim etmək təklif olundu. O da əynindəki gödəkcənin ciblərindən şəxsi əşya və predmetlərini təqdim etdi. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tramadol dərmanı satıb-satmasmasını soruşduqda, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bir listi doqquz manat olmaqla 180 manatlıq Tramadol dərmanı satdığını etiraf etdt. Təqsirləndirilən şəxs2 işlədiyi aptekə baxış keçirilməsi barədə etiraz edib-etməməsi barədə soruşulduqda, o, aptekə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 və vəkili Abusalat Şahmirzəyevin iştirakı ilə vidilçəkliş tətbiq olunmaqla Şikarın Quba şəhəri H.Əliyev prospektində yerləşən işlətdiyi aptekə baxış keçirildi. Həmin aptekdə qanunsuz əşya tapılmadı və Təqsirləndirilən şəxs2 prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edildi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istsintaq zamanı şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, 31 yanvar 2021-ci il tarixdə təxminən saat 15 radələrində Quba şəhərinə gəlmiş, Quba şəhərində Meydan adlanan yerin yaxınlığında parkda Arsenlə görüşmüşdür. Söhbət zamanı Arsen ona “Tramadol” adlı dərmanları olduğunu və satmaq istədiyini bildirmişdir. Arsenin satmaq istədiyi dərmanların qanunla qadağan olunmuş dərmanlardan olduğunu bildiyindən, Arsenin cinayət əməlini ifşa etmək qərarına gəlmişdir. Arsendən qeyd etdiyi tarmadol dərmanlarını hansı qiymətə satdığını və onda nə qədər dərman olmasını soruşmuş, Arsen əlində olan qara rəngli sellofan torbanı göstərib içərisində 20 list tramadol dərmanı olduğunu və 20 list dərmanı ümumilikdə 240 manat satmaq istədiyini bildirmişdir. Arsenə göstərdiyi qara rəngli sellofandakı tramadol adlı dərmanları almaq istədiyini demiş, Arsen də həmin dərmanları ona satmağa razılıq vermişdir. Arsenə 240 manat pul vermiş və içərisində tramadol dərmanları olan qara rəngli sellofan torbanı almışdır. Arsendən içərisində tramadol dərmaları olduğunu qeyd etdiyi qara rəngli sellofan torbanı almış və Arsenin yanında açmış, qara rəngli sellofanın içərisində olan tramadol dərmanlarının listlərini saymışdır. Həmin sellofanda 18 ədəd list tramadol dərmanları olmuşdur. Arsen sellofanın içərisində olan tramadol dərmanları olan listlərdən 1 list tramadol həblərini götürmüş və özünün istifadə edəcəyini demiş, o da buna etiraz etməmişdir. Ümumilikdə Arsen ona 17 ədəd listdə olan tramadol dərmanlarını 240 manata satmışdır. Arsenlə sağollaşdıqdan sonra yanından ayrılmış. Arsenin etdiyi cinayət əməlini ifşa etmək məqsədilə Arsendən aldığı içərisində 17 ədəd list olan tramadol həblərini 01.02.2021-ci il tarixdə Quba RPŞ-nə gələrək könüllü təhvil vermiş və Arsenin cinayət əməlinin ortaya çıxarılmasını xahiş edərək, bu barədə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə zamanı Şahid6 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 da törətdiyi əməli təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 da törətdiyi əməli təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə şəxsi axtarış protokolu və ona əlavə olunmuş video diskdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçilərinin iştirakı ilə baxış keçirilərək protokol tərtib olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 fevral 2021-ci il tarixli 6/466 nömrəli rəyindən görünür ki, üzərində “Şahid6 könüllü təqdim etdiyi...” sözləri, imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən 17 ədəd konvalyut və konvalyut kəsiyində üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olan ümumilikdə 169 ədəd qırmızı rəngli həblərdə tramadol hidroxloridin təsir maddəsinin midarı 38, 025 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) olduğu, üzərində “Təqsirləndirilən şəxs1 ...” sözləri, imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən 1 ədəd konvalyutda üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olan ümumilikdə 9 ədəd qırmızı rəngli həblərdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 2,025 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) olduğu müəyyən edilmişdir. Təqdim edilmiş Şahid6 təqdim etdiyi tramadol ilə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş tramadol xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Ekspertiza zamanı Şahid6 təqdim etdiyi tramadol həblərinin sayı-169 ədəd müəyyən olunub tədqiqata 6 ədəd sərf edlmiş, qalıq 163 ədəd olmuş, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş tramadol həblərinin sayı-9 ədəd müəyyən olunub tədqiqata 2 ədəd sərf olunmuş, 7 (yeddi) ədəd qalmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Ekspertiza icraatından sonra qaytarılan iki ədəd bağlamadan birində ümumi sayı 163 ədəd tramadol və ikinci bağlamada ümumi sayı 7 ədəd tramadol həbləri cinayət işi üzrə maddi sübut kimi tanınb saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 18 mart 2021-ci il tarixli 855 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edici dərman preparatı olan tramadol hidroxloriddən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 18 mart 2021-ci il tarixli 841 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Məhkəmə X4 23 aprel 2021-ci il tarixli 871 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müəyyən edilmədi, əqli-intellektual inkişafında gerilik əlamətləri aşkar olunmadı, yaddaş prosesləri normaya uyğundur, hər hansı çətinlik müəyyən edilmədi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Məhkəmə X4 23 aprel 2021-ci il tarixli 879 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 özündən uydurmağa, təlqinə qapılmağa meyillililk əlamətləri müəyyən edilmədi, əqli-intellektual inkişafında gerilik əlamətləri aşkar olunmadı, yaddaş prosesləri normaya uyğundur, hər hansı çətinlik müəyyən edilmədi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, İş üzrə Şahid6 könüllü təqdim etməsi istintaq hərəkətinin görüntülərini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri və Təqsirləndirilən şəxs2 aptekində baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini əks olunmuş 1 ədəd, ümumi tutumu 1,64 GB olan DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri ilə yanaşı, şahid ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, telefon məlumatlarını, baxış protokollarını və digər sübutları onlara elan edilmiş ittihamda nəzərdə tutlan cinayət əməllərinin onlar tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin onlar tərəfindən qəsdən törədilməsi sübuta yetirildi. Məhkəmə, işin faktiki hallarının məcmusuna qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əmələ görə təqsirli bilinib qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların ittiham olunduqları əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 itiham olunduqları cinayət əməllərinin xarakterini nəzərə alıb onlara azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olmadığı nəticəsinə gəlib onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qənaətinə gəlir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi əməli vəzifələrinin və səlahiyyətlərinin icrası ilə əlaqədar olmadan törətməsi sübuta yetirilsə də onun bu cinayəti əczaçılıq fəaliyyəti ilə məşqul olarkən törətdiyi müəyyən olundu. Onun təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən fəaliyyətlə məşqul olma hüquqdan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddsində nəzərdə tutlumuşdur ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən fəaliyyətlə məşqul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddə ilə əsas cəza ilə bərabər əlavə cəza qismində müəyyən fəaliyyətlə məşqul olmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Kəlbəcər RİHB-nın Ağdaban kənd İƏD üzrə nümayəndəsinin 01 may 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1995-cı il təvəllüdlü oğlu Murad Məmmədov, 1997-ci il təvəllüdlü oğlu Toğrul Məmmədov və 2014-cü il təvəllüdlü Xuraman Məmmədlidən ibarət üç uşağı vardır. Onlardan biri azyaşlıdır. O, Kəlbəcər RİHB-nın Ağdaban kənd İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunur, məcburi köçkündür. Xasiyyətənaməyə əsəasən birinci və ikinci Qarabaq müharibəsində şəhid ailləri ilə görüşüb onlara kömək etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş, Quba RİHB-nın Qırmızı qəsəbə İƏD üzrə nümayəndəsinin 01 may 2021-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində ürək və şəkər xəsətələiyndən əzyiyyət çəkən 1936-cı il təvəllüdlü anası X15 vardır. Həyat yolaşı ilə birgə nigahdan övladı yoxdur. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu məhkum olunmamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 istintaq və məhkəmə zamanı ittiham olunduğu cinayət əməlinn törədilməsi halları barəsində ətəraflı ifadələr verib cinayətin açılmasında fəali iştirak edib, törətdiyi əmələdən peşman olmasını, yayşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində xəstə anasının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə, Təqsirləndirilən şəxs2 istintaq və məhkəmə zamanı ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr verib törətədiyi cinayət əməlinin açılmasında fəal iştirak edib, törətdiyi əməldən peşman olmasını, yayşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, özünün məcburi köçkün olmasını, 18 mart 2021-ci il tarixdən hazırkı vaxta qədər hazırkı iş üzrə ev dusataqlığında olub ev dustaqlığının şərətlərini pozmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həcmini, səmərəliliyini və icrası hallarını müəyyən edərəkən həmin halları, onların törətədikləri əməl nəticəsində böyük ictimai təhlükəli nəticənin baş verməməsini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini xarakterizə edən halları nəzərə alıb onları cəmiyyətdən təcird etmədən də onlara şərti imkan yaratmaqla islah olunmalarını mümkün sayır. Bu səbəbdən də məhkəmə, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını əsaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə, həmin xərclərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər hissələrlə tutulub Məhkəmə ekspertiza mərəkəzinin hesabına ödənilməsini əsəaslı sayır. Çünkü onların həmin ödəmələrdən azad edilməsi üçün əsəas müəyyən olunmadı. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən 30(otuz) saat, Təqsirləndirilən şəxs2 Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən 20 (iyirmi) saat, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi1 tərəfindən 15 (on beş saat), həmin büronun vəkili X13 tərəfindən 25 (iyirmi beş) saat, Təqsirləndirilən şəxs2 Bakı şəhər 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi3 tərəfindən 40(qırx) saat hüquqi yardım göstərilmişdir buna görə də Quba rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün 180(yüz səksən) manat, Quba rayon Vəkil Bürosunun vəkili X1 ödənilməsi üçün 120 (yüz iyirmi) manat, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 80 (səksən) manat, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün 150 (yüz əlli) manat, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (İki yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub ödənilməsini əsaslı sayır. Çünkü onların həmin ödəmədən azad edilməsi üçün əsəas müəyyən olunmadı. Məhkəmə maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınınıb saxlanılması üçün saxlanc anbarına təhvil verilmiş iki ədəd bağlamada, birində ümumi sayı 163 ədəd Tramadol və ikinci bağlamada ümumi sayı 7 ədəd Tramadol həblərini sərəbəst dövriyyələri qadağan olunan dərman prepratları kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılması və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməsi, təyin olunmuş cəzaları şərti tətbiq edilməsi qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib onun barəsində başqa yerə getməmək haqqında iltizam almaq seçilməsini, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Təqsirləndirilən şəxs2 barsində istintaq orqanı tərəfindən seçilmiş ev dustaqlığının ləğv edilib onun barəsində başqa yerə getməmək haqqında iltizam almaq çeçilməsini, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halın olmamasını o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 iş üzrə 1 fevral 2021-ci il tarixdən hazırkı vaxta qədər həbsdə olduğu 10 (on) ay 2 (iki ) gün müddət ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilib təyin edilmiş cəza şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu Quba rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq muddəti ərzində, onun üzərində nəzarəti həyata keçirən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə əczaçılıq fəaliyyəti ilə məşqul olmaq hüqundan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 iş üzrə 1 fevral 2021-ci il tarixdən hazırkı vaxta qədər həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 2(iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilib, ona təyin edilmiş cəza şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu Kəlbəcər rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı ləğv edilsin onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə onun üzərində nəzarəti həyata keçirən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət Məhkəmə Ekspertiza Mərəkəzinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüququ yardıma görə müdafiəçi X5 ödənilməsi üçün 180 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi hüququ yardıma görə müdafiəçi, X1 ödənilməsi üçün 120 (yüz iyirmi) manat, məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüququ yardıma görə müdafiəçi, Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 80 (səksən) manat, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün 150 (yüz əlli) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi hüququ yardıma görə Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 240 (İki yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş iki ədəd bağlamadan birində ümumi sayı 163 ədəd Tramadol və ikinci bağlamada ümumi sayı 7 ədəd Tramadol həbləri sərəbəst dövriyyələri qadağan olanan dərman prepratları kimi məhv olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1137/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1137/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver