Məhkəmə qərarları › İş №1(101)-1137/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1137/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1137/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə Cəial qıznın iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, 31,08.1993-cü ildə Rusiya Federasiyasının Astraxan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, Xaçmaz rayonu, Yergüc ərazi dairəsi Armudpadar kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın 26 iyun 2023-cü iİ tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, 11 07.2003-ci ildə Tovuz rayonu, Əlİmərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasını, vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın 26 iyun 2023-cü iİ tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penıtensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və başqası ilə 24 may 2023- cü il tarixdə saat 08 radələrində özgənin əmlakını əla keçirmək məqsədi ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı cinayətkar sövdələşməyə əsasən Zərərçəkmiş şəxs1 ilə dostluq münasibətləri yaratmaq adı ilə ona basqın edərək talayacaqları sonuncunun yaşadığı Bakı şəhəri Sabunçu .ayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evmə gəlmiş, həmin ünvanda hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib evin birinci mərtəbəsində yerləşən qadın salonundakı dolabdan Qanuni nümayəndə məxsus 180 manat dəyərində üzərində mirvari qaşlar olan bir ədəd gümüş boyunbağı və bir ədəd gümüş qolbaqdan ibarət dəsti, evin ikinci mərtəbəsindəki yataq otağından çarpayının döşəyinin altındakı Quran qabının içərisindən 2200 manat pulu, həmin dövrün məzənnəsi ilə 1190 manat təşkil edən 700 ABŞ dolarım, 183 manat, 25 qəpik təşkil edən 100 avro məbləğində pulu ələ keçirmiş, qrupun digər üzünün həmin yataq otağında dolabdakı şubanın cibindən hər biri 100 manat olan 2 ədəd iki 585 əyyarlı 200 manat dəyərində qızıl üzüyü, bir ədəd 585 əyyarlı 325 manat dəyərində qızıl qolbağı, 250 manat dəyərində bir ədəd 585 əyyarlı qızıl boyunbağını ələ keçirməsinə şərait yaradıb əldə edilmiş pulu və zinət əşyalarını aralarında bölüşməklə ümumilikdə zərərçəkmiş şəxs Qanuni nümayəndəCəlaı cazına 4528 manat 25 qəpik ziyan vurmaqla qulduqluq etmişlər. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü ilin may ayında Hüseyngilə qonaq getmişlər, həmin evdən 700 ABŞ dolları oğurlamışdır, pulu götürəndə heç kim görmədi. Daha sonra həmin pulu xərcləmişlər. Hüseyni o yox, Ramiz tanıyır. Hüseyngilə Ramiz və Aslanla birlikdə taksi ilə getmişlər. Ramizi Hüseyn dəvət etmişdi, onlar da Ramizlə birlikdə getmişlər. O, Hüseyni Ramiz vasitəsilə tanımışdır, özü onu əvvələn tanımamışdır. Onu evinə getdiyi gün tanımışdır. Ramiz Hüseyngilə getməmişdən əvvəl Ramiz ona onun evinin şəraiti və imkanı barədə heç bir məlumat verməmişdi. Evdə sadəcə Hüseyn idi, başqa heç kim yox idi. Digərləri çay içən zaman o, evdə pul axtarıb tapmışdır. Evdə pul olub-olmadığını bilməmişdir. Əvvəlcədən orada pul olması ilə bağlı məlumatı olmamışdır. O, Hüseynə basqın etməmişdir. Hüseyngil çayı dəmləyib hazırlayana kimi o, evdə pul axtarıb tapmışdır. Pulu axtardığı vaxt Aslan Hüseynin yanında idi. Qonaq otağına girib oradan sadəcə 700 ABŞ dollarını paltar şkafının içərisindəki ağ qabdan götürmüşdür. Qızıl-zinət əşyaları barədə heç bir məlumatı yoxdur. Pulu götürdükdən 15-20 dəqiqə evdə oturduqdan sonra getmişlər. Pulu götürməyindən zərərçəkmiş şəxs Hüseynin xəbəri olmadı. Pulu götürməyindən Ramiz və Aslanın xəbəri var idi. Hüseyngili kifayət qədər imkanlı idi. Hüseynin anasını görməmişdir. Evin altında salonun olması ilə bağlı heç bir məlumatı yoxdur. Ramiz əvvəlcədən Hüseyngilin evi barəsində məlumat verməmişdi. Nə Hüseynə xəsarət yetirmiş, nə evinə basqın etmiş, nə də bıçaqla hədələmişdir. Hüseyn özü onları da yola saldı, həmin vaxt özü də zibilləri atdı, onlar da taksi ilə getmişlər. Taksini Ramiz çağırmışdı, pulu da taksidə bölmüşlər. Hərəsinə nə qədər pul düşdüyü yadında deyil.. Pulu götürməyi üçün heç kim şərait yaratmadı. İbtidai istintaqda verdiyi ifadəni xatırlamır. Ramiz onları Hüseyngilə aparan şəxs idi. İbtidai istintaq zamanı verdiyi ifadə kimi iddia olunan ifadə ona məxsus deyil. İttiham olunan zaman onlara sənədlərə imza atdırdıqları zaman yanlarında heç vəkil də olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməsə də ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Qara ləqəbli Aslan və Ramiz onun dostlarıdır, onlar uzun müddətdir ki, dostluq edirlər, hər üçünün də marağı da cinayətkar aləmədir. Rəsmi adı Şahlar olsa da hamı onu Ağaəli, Elvin adı ilə tanıyır. Hüseyn də onu Elvin Ağaəli adı ilə tanıyır. Təxminən bir il əvvəl Aslan vasitəsi ilə Hüseyn adlı şəxlə tanış olmuşdur. Hüseynin də marağı cinayətkar aləmə olmuş, bu mövzularda Aslan, o və Ramiz Hüseynlə sosial şəbəkələrdə münasibət saxlayırmışlar, lakin görüşməmişlər. Hüseynlə sosial şəbəkə vasitəsi ilə görüntülü danışarkən sonuncunun evinin qəşəng olmasını görmüşlər. Həm o, həm Aslan, həm də Ramizdə maraq yaranmışdır ki, Hüseynin evindən oğurluq etsinlər. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə saat 23 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə o, Aslan və Ramiz Hüseynlə danışarkən sonuncuya görüşməyi təklif etmişlər. Hüseyn də etiraz etməmiş və təklif etmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən kafelərin birində görüşsünlər. Oğurluq etmək üçün Hüseynin evnə getmək istədiklərindən sonuncuya yalandan demişlər ki, polislər tərəfindən axtarılırlar, bu səbəbdən də camaat içində görüşə bilməzlər. Təklif etmişlər ki, Hüseynin evinə gedib bədənlərinə "tatu” vursunlar. Belə ki, əvvəllər söhbət zamanı Hüseyn demişdir ki, anasının evdə qaş üçün permanent aparatı vardır. Həmin aparatla da sonuncu özünə “tatu:’ vurmuşdur. Onlar da bunu bildiklərindən təklif etmişlər kı, Hüseynin evinə gedib həmin aparatla "tatu” vursunlar. Sonuncu da etiraz etməmişdir. Çünki bir il imiş ki, səmimi münasibətdə olmuşlar. Həm də Hüseyn demişdir ki, anası saat 07:30 radələrində işə gedir, saat 16 radələrində evə gəlir. Hüseynin evlərinin yerini bilmədikləri üçün də sonuncu Ramizin mobil telefonuna evlərinin yerini whatsap vasitəsi ilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 07.30 radələrində o, Aslan və Ramiz razılaşdıqları kimi Suraxanı rayonu Hövsan qəsəbəsində görüşmülər. Oradan yol taksisinə əyləşib Hüseynin Ramizə göndərdiyi ev ünvanına taksini sürdürmüşlər. Taksinin pulunu Ramiz Hüseynə verdirmək istədiyindən yolda sonuncuya zəng edərək onları qarşılayıb taksinin pulunu verməsini demişdir. Hüseyn də pulunun olmadığını söyləmiş, Ramiz də yol haqqını özlərinin verəcəyini bildirmişdir. Həmin gün saat təxminən 08 radələrində onlar Hüseynin evinə çatmışlar. Sonuncu onları küçədə gözləmiş, ilk öncə Ramiz, sonra isə Aslanla o, Hüseynə yaxınlaşıb salamlaşmışlar. Hüseyn də onları evə dəvət etmişdir. O, Ramiz və Aslan evə keçərək ikinci mərtəbəyə qalxmışlar. Hüseyn onlar üçün çay süzmüş, Aslan həmin vaxt demişdir ki, acdır. Hüseyn də Aslana soyuducuya baxmasını və istədiyini yeməsini demişdir. Bundan sonra Aslan soyuducudan kolbasanı götürüb yemişdir. Sonra Hüseyndə qorxu yaratmaq üçün Ramiz cibindən falqa çıxarmış, falqanın içərisində nəsə, yəni, guya patı kimi tanıdığı psixotrop maddə olması ilə bağlı təəsürat yaratmış və həmin patını yandırdıqdan sonra çəkməsi üçün Hüseyndən kağız pul istəmişdir. Hüseyn də Ramizə 1 manatlıq pul əskinazı vermiş, sonuncu bir manatlıq pul əskinazını Hüseyndən alıb guya həmin falqadakı patını yandıraraq çəkmişdir. O da Ramizlə bərabər guya həmin falqadakı patını iynəyib çəkmişdir. Sonra Hüseyndə qorxu yaratmaq üçün Ramiz aqresiv danışmağa başlamış, o, belindən “akula” kimi tanıdığı bıçağı çıxarıb stolun üzərinə qoyaraq ayaq üstə dayanıb kənara çəkilmişdir, Aslan isə pul tapmaq üçün evin otaqlarını gəzmişdir. Ramiz də Hüseynlə oturaraq sonuncuya guya təmiz oğlan olmamasını, Hüseynin haqqında Ramizə deyildiyini və guya Hüseynin Ramizin adını batırdığını demişdir. Sonra Ramiz əyləşdiyi yerdən cəld ayağa qalxmış, onunla Aslana yaxınlaşıb evdə pul olub-olmaması barədə soruşmuşdur. Hüseyn isə həmin vaxt masa arxasında əyləşmiş sonra Ramiz yenidən Hüseynin yanma qayıtmışdır. Ramiz stolun üzərinə qoyduğu bıçağı açarac Hüseynə tərəf yönəltmiş və sonuncunu qorxutmaq üçün aqresiv şəkildə danışmağa başlamışdır . Sonra Ramiz ayağa qalxaraq Aslanın yanma getmiş və Aslanla birlikdə Hüseynin anasının yatar otağına keçmişlər. O isə Hüseynin yataq otağına keçmiş, məqsədləri oğurlamaq üçün evdə pul tapmaq olmuşdur. Hüseyn də də həmin vaxt mətbəxdə olmuş, təxminən 5 dəqiqə müddətinə otaqları axtardıqdan sonra Hüseynin yanına qayıtmışlar. Hüseynə evdə pul olduğunu, onlarıı pula ehtiyyaclarının olduğunu, həmin pulu onlara verməsini demişlər. Hüseyn də əvvəlcə pul olmadığını desə də sonuncuya hədə qorxu gələrək zərbələr endirməyə başlamışlar. Hüseyn də ağlamış və evlərinin birinci mərtəbəsində yerləşən salona qaçmışdır. Sonuncunun arxasınca onlar da birinci mərtəbəyə enmişlər. Həmin vaxt Aslanın əlində onun bıçağı olmuş və sonuncu Hüseynə həmin bıçaqla hədə qorxu gələrərək pulların yerini deməsini bildirmişdir. Sonra onunla Aslan Hüseynin qolundan tutaraq ikinci mərtəbəyə qaldırmışlar, Ramiz də ikinci mərtəbəyə qalxmış, Hüseynə demişlər ki. onlarda məlumat vardır ki, evdə pul vardır, həmin pulun yerini onlara deməsə sonuncunu bıçaqlayacalar. Hüseyn ikinci mərtəbədə qonaq otağında əyləşmiş, Aslan da əlində bıçaqla Hüseynə nəzarət edirmiş. Onunla Ramiz isə evdə otaqları axtarırmışlar. Sonra onlar Hüseyni anasının yataq otağına aparmışlar. Hüseyni bir daha hədələmişlər ki, əgər pulların yerini deməsə sonuncunun başına oyun açacaqlar. Həmin vaxt Hüseyn pulların anasının yataq otağında çarpayının döşəyinin altında quran qabının içərisində olmasını demiş, həmin vaxt o, yataq otağında döşəyi qaldırmış, döşəyin altından quranqabını götürüb içərisinə baxdıqda orada 700 ABŞ dolları pul tapmışdır. Ramizlə Aslan dəhlizə keçmiş, o da dəhlizə keçib pulu aralarında bölüşmüşlər. O, təklif etmişdir ki, Hüseynin videosunu çəksinlər ki, guya Hüseyn videoda desin ki, narkotik vasitə və psixotrop maddə ticarəti ilə məşğul olur. Həmin videonu çəkməkdə də məqsədləri pulları götürmələri ilə bağlı Hüseyn şikayət edəcəyi təqdirdə özlərini sığorta etmək olmuşdur. Bundan sonra onlar Hüseynin narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olması barədə video çəkmişlər, həmin videonu da özlərində saxlamışlar. Sonra isə çıxıb getmişlər. Hüseynlə görüntülü danışarkən sonuncunun evinin qəşəng olmasını görüb fikirləşmişlər ki, həmin evdə pul vardır və onlar da həmin pulu oğursınlar. Lakin pulun yerini tapa bilmədikdə Hüseynə hədə qorxu gəlmişlər ki, pulun yerini desin. Sonuncu da pulun yerini dedikdən sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evdə olarkən Ramiz ona zəng edib özünü Maştağa qəsəbəsinə qonaq çağırdığını deyib onu da dəvət etdikdə getmək istəmədiyini desə də məcburən onu aparmışdıR. Hazırlaşıb evdən çıxdıqda Şahlara zəng edib onlarla gəlməsini söylədi, daha sonra Hüseyn qarşılarına çıxdı və yol pullarını verdi. Evə girdikdən sonra Hüseyn, Ramiz və o, çay dəmləməyə getdilər, Şahlar isə telefonla danışadanışa otaqları gəzirdi. Onlar qonaq otağına keçib orada oturduqdan sonra Şahlar da yanlarına gəldikdə çay içib evdən çıxdılar. Daha sonra Ramiz taksi çağırdı və onlar getdikdən sonra Şahların həmin evdən pul oğurladığını dedi. Şahlara pulu qaytarmasını desələr də onlara sonra qaytaracağını deyib pulu qaytarmadı. Bir ildir ki, Ramizi tanıyır. Şahlar da Ramizi tanıyır. Ramiz həm ona, həm də Şahlara zəng edib onu Maştağa qəsəbəsindən Hüseyn adlı dostunun qonaq çağırdığını demişdir. Hüseyni əvvəl görməmişdi, tanımamışdır, onunla bağlı heç bir məlumatı olmamışdır. Hövsan qəsəbəsində görüşüb bir avtomobil ilə o, Şahlar və Ramiz Hüseyngilə getmişlər. Hüseynin yaşadığı evin yerini Ramiz bilirdi. Hüseynin yaşadığı ev iki mərtəbəli idi, evin ikinci mərtəbəsində oturmuşdular, aşağı mərtəbəsində obyektin olub-olmamasına fikir verməmişdir. Hüseyn çay içməklərini dedikdə evin ikinci mərtəbəsinə qalxan kimi mətbəxə gedib çay dəmlədilər, daha sonra Şahların telefonuna zəng gəldi və o, digər otaqlar olan tərəfə getdi. Hüseyn də evdə kiminsə olub-olmadığını soruşduqda evdə heç kimin olmadığını dedi. Hüseyngilin evinin neçə mərtəbəli olduğunu dəqiq bilmir. Şahların təxminən neçə dəqiqə evi axtardığını dəqiq bilmir. Bildiyi qədəri Şahlar evdən sadəcə 700 ABŞ dolları oğurlayıb. Hüseynə bıçaqla hədə-qorxu gəlməmişlər. Hüseynin evinə getdiyi üçün peşmandır. Ramiz, Şahlar və onu Müvəqqəti saxlama yerinə apardıqdan sonra Ramizi buraxdılar. Zərərçəkmiş şəxslərə onun tərəfindən ödəniş olub. Şahlar həmin evdən çıxdıqdan sonra Şahların ona dediyinə görə Ramizlə o, Şahların evdən pul oğurladığını bilmişlər. Daha sonra Ramiz borcu olduğunu buna görə də hələ pulu qaytarmamasını deyib pulu götürdü. Şahlar telefonla danışa-danışa otaqları gəzirdi, yəqin ki, həmin vaxt pulu götürüb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyib ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan edilmiş İttihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ramiz, Ağaəli, Elvin adı ilə tanınan Şahlar onun dostlarıdır və uzun müddətdir ki, dostluq edirlər. Hər üçünün də marağı da cinayətkar aləmədir. Təxminən bir il əvvəl sosial şəbəkə vasitəsi ilə Hüseyn adlı uşaqla tanış olmuşlar. Sonuncunun da marağı cinayətkar aləmə olduğundan sosial şəbəkədə Hüseynlə danışmağa başlamışlar. Onun vasitəsi ilə Şahlar və Ramız də Hüseynlə sözü gedən mövzularda sosial şəbəkələrdə münasibət saxlayırmışlar, lakin görüşməmişlər. Hüseynlə sosial şəbəkə vasitəsi ilə görüntülü danışarkən sonuncunun evinin qəşəng olmasını görüb o, Ramiz və Şahlarda maraq yaranmışdır ki, Hüseynin evindən oğurluq etsinlər. Bu səbəbdən də xx.xx.2023- cü il tarixdə saat 23 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Hüseynlə danışarkən o, Ramiz və Şahlar görüşməyi təklif etmişlər. Hüseyn də etiraz etməmiş və təklif etmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən kafelərin birində görüşsünlər. O, Ramiz və Şahlar oğurluq etmək üçün Hüseynin evnə getmək istədiklərindən sonuncuya yalandan demişlər ki, polislər tərəfindən axtarılırlar, bu səbəbdən də camaat içində görüşə bilməzlər və təklif etmişlər ki. Hüseynin evinə gedib bədənlərinə “tatu” vursunlar. Belə ki, əvvəllər söhbət zamanı Hüseyn demişdir ki, evlərində anasının qaş üçün permanent aparatı vardır, həmin aparatla özünə “tatu” vurmuşdur. Bunu bildiklərindən təklif etmişlər ki, Hüseynin evinə gedib həmin aparatla “tatu” vursunlar. Sonuncu da etiraz etməmişdir. Həm də Hüseyn demişdir ki, anası saat 07:30 radələrində işə gedir, saat 16 radələrində evə gəlir. Hüseyninin yaşadığı evin yerini bilmədiklərindən sonuncu Ramizin mobil telefonuna evlərinin yerləşmə yerini whatsap vasitəsi ilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində o, Ramiz və Şahlar razılaşdıqları kimi Suraxanı rayonu Hovsan qəsəbəsində görüşüb yol taksisinə əyləşərək taksini Hüseynin göndərdiyi ünvana sürdürmüşlər. Taksinin pulun Hüseynə verdirmək istədiklərindən yol ilə gedərkən sonuncuya Ramiz zəng edib bildirmişdir ki, onları qarşılayıb taksinin pulunu versin. Hüseyn də pulunun olmadığını bildirmişdir. Həmin gün saat 08 radələrində onlar Hüseynin evinə çatmışlar. Hüseyn onları küçədə gözləyirmiş. İlk öncə Ramiz, sonra isə onunla və Şahlar Hüseynə yaxınlaşıb salamlaşmışlar. Hüseyn də onları evinə dəvət etmişdir. Şahlar, Ramiz və o evə keçərkən ikinci mərtəbəyə qalxmışlar. Hüseyn onlar üçün çay süzmüş, həmin vaxt o Hüseynə ac olmasını demişdir. Hüseyn də ona soyuducuya baxmasını və istədiyini yeməsini demişdir. Bundan sonra o, soyuducudan kolbasa götürüb yemişdir. Sonra Hüseyndə qorxu yaratmaq üçün Ramiz cibindən falqa çıxarmış, falqanın içərisində nəsə, yəni, guya patı kimi tanıdığı psixotrop maddə olması ilə bağlı təəsürat yaratmış, həmin patını yandırmaqla çəkməsi üçün Hüseyndən kağız pul istəmişdir. Hüseyn də Ramizə 1 manatlıq pul əskinazı vermiş, sonuncu bir manatlıq pul əskinazını Hüseyndən alıb guya həmin falqadakı patını yandıraraq çəkmişdir. Ramizlə bərabər Şahlar da guya həmin falqadakı patını iynəyib çəkmişdir. Sonra Hüseyndə qorxu yaratmaq üçün sonuncu ilə Ramiz aqresiv danışmağa başlamış, hətda Şahlar belindən “akula” kimi tanıdığı bıçağı çıxarıb stolun üzərinə qoymuşdur. Şahlar ayaq üstə dayanaraq kənara çəkilmiş, o isə pul tapmaq üçün evin otaqlarını gəzməyə başlamışdır. Ramiz də Hüseynlə oturaraq deyirmiş ki, guya sonuncu təmiz oğlan deyil, Hüseyn haqqında Ramizə nəsə deyiblər, guya Hüseyn Ramizin adını batırır. Sonra Ramiz əyləşdiyi yerdən cəld ayağa qalxmış, Şahlarla ona yaxınlaşıb evdə pul tapıb-tapmadıqlarını soruşmuşlar. Hüseyn isə həmin vaxt masa arxasında əyləşmiş, sonra yenidən Ramiz Hüseynin yanına gəlmişdir. Ramiz Şahların stolun üzərinə qoyduğu bıçağı açaraq Hüseynə tərəf yönəltmiş, sonuncunu qorxutmaq üçün aqresiv şəkildə danışmağa başlamışdır. Sonra ayağa qalxaraq onun yanına gəlmiş və birlikdə Hüseynin anasının yataq otağına keçmişlər. Şahlar da Hüseynin yataq otağına keçmiş, məqsədləri oğurlamaq üçün evdə pul tapmaq olmuşdur. Hüseyn də həmin vaxt mətbəxdə olmuşdur. Təxminən 5 dəqiqə sonra otaqları axtardıqdan sonra onlar Hüseynin yanına gəlmişlər və sonuncuya demişlər ki, evdə pul vardır, onların da pula ehtiyyacları vardır və həmin pulu onlara versin. Hüseyn əvvəlcə pul olmadığını desə də sonuncuya hədə qorxu gələrək zərbələr endirməyə başlamışlar. Hüseyn də ağlayaraq evlərinin birinci mərtəbəsində yerləşən salona qaçmışdır. Sonuncunun arxasınca onlar da birinci mərtəbəyə enmişlər. Həmin vaxt onun əlində Şahların belindən çıxardığı “akula” kimi tanıdığı bıçaq olmuş, Hüseynə pulların yerini deməsi üçün həmin bıçaqla hədə qorxu gəlirmiş. X11 qolundan tutaraq ikinci mərtəbəyə qaldırmışlar, Ramiz də onların arxasınca ikinci mərtəbəyə qalxmışdır. Onlar Hüseynə demişlər ki, onlarda evdə pul olması ilə bağlı məlumat vardır, Hüseyn pulun yerini onlara deməsə sonuncunu bıçaqlayacaqlar. Hüseyn ikinci mərtəbədə qonaq otağında əyləşmiş, sonuncuya o, əlindəki bıçaqla nəzarət edirmiş. Ramizlə Şahlar isə evdə otaqları axtarırmışlar. Sonra Hüseyni anasının yataq otağına aparmışlar. Hüseyni bir daha hədələmişlər ki, əgər pulların yerini deməsə sonuncunun başına oyun açacaqlar. Həmin vaxt Hüseyn pullar anasının yataq otağında çarpayının döşəyinin altında quran qabının içərisində olmasını demiş, Şahlar həmin vaxt yataq otağında döşəyi qaldırmış, döşəyin altından quqanqabını götürüb içərisinə baxmış və oradan 700 ABŞ dolları pul tapmışdır. Ramizlə o, dəhlizə keçmiş, Şahlar da onların yanına gəlmişdir. Pulu aralarında böldükdən sonra Şahlar təklif etmişdir ki, Hüseynin videosunu çəksinlər. Belə ki, sonuncu videoda guya narkotik vasitə və psixotrop maddə ticarəti ilə məşğul olmasınını desin. Həmin videonu çəkməkdə də məqsədləri pulları götürməkləri ilə bağlı Hüseyn şikayət edəcəyi təqdirdə özlərini sığorta etmələri ilə bağlı olmuşdur. Bundan sonra onlar Hüseynin narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olması barədə video çəkmişlər. Həmin videonu özlərində saxlamışlar. Sonra isə çıxıb getmişlər. O, qeyd etmişdir ki, Hüseynlə görüntülü danışarkən sonuncunun evinin qəşəng olmasını görüb sonuncunun evində pul olacağını və həmin pulu oğurlamalarını fikirləşmişlər. Lakin pulun yerini tapa bilmədikdə Hüseynə hədə qorxu gəlmişlər ki, sonuncu pulun yerini desin. Hüseyn də pulun yerini dedikdən sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Hüseynə hadisədən hadisədən bir həftə əvvəl Ramiz adlı şəxs belə bir ismarıc yazmışdı, “səninlə görüşmək istəyirəm, sizin evə gəlib çay içək, dost olaq, bir-birimizi yaxından tanıyaq”. Hüseyn həmin ismarıcı ona göstərdikdə o, Hüsyenə tanış olmaqlarına ehtiyac olmadığını demişdir. Daha sonra o, işə getmiş, Hüseynlə Ramiz bir neçə gün danışıblar. O, işdə olan zaman Ramiz Hüseynə yaşadıqları evin ünvanını göndərmişdi. Ramiz onların evə gələndə Aslanla Şahları da öz yanında gətirmişdi. 22.000 manat bankdan pul götürmüşdü, pulun yarısı ilə borcunu ödəmişdi, yarısı isə evdə idi, həmin pulu, həmçinin evdə olan qızıl, gümüş əşyaları da oğurlamışdılar. Hadisə 25 may 2023-cü il tarixdə Maştağa qəsəbəsində yerləşən, yaşadıqları evdə baş verib. Hadisədən sonra oğlu evlərinə gələn şəxslərin oğurluq deyil, dost məqsədilə gəldiklərini deyirdi, o, evə gəlib dincəldikdən sonra borcunu ödəmək üçün pulu götürmək istəyəndə pulun olmadığını gördü. Ramiz adlı şəxs onun pulunu götürüb, pulunu ondan tələb edir. Aslanın valideyni ona dəymiş 7000 manat zərərin 2500 manatını ödəyib. Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Aslanın valideyni zərərin müəyyən bir qismini ödədiyinə görə Aslandan şikayətçi deyil. Ona dəymiş zərər ödənilərsə, şikayəti olmayacaq. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində zərərçəkmiş şəxs Qanuni nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayır. Dolanışıq məqsədilə fərdi olaraq xadimə işləyir. Övladı Hüseyn cinayət aləminə meyilli uşaqdır. Bu da onu narahat edirmiş. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində nömrəsiz fərdi yaşayış evinə gəlmiş, həmin vaxt Hüseyn evdə olmuş və sonuncunu həyəcanlı görmüşdür. O, Hüseyndən nə baş verməsini soruşduqda sonuncu heç nə deməmiş, bundan sonra o, pullarını qoyduğu yataq otağındakı quranqabının içərisinə baxmış, lakin pulları tapa bilməmişdir. Hüseyndən pulların harada olması barədə soruşduqda sonuncu xəbərinin olmadığını demişdir. Fikirləşmişdir ki, pulları Hüseyn götürmüşdür, bu səbəbdən də sonuncu həyəcanlıdır və ona heç nə demir. Hüseyndən bir daha pulları onun götürüb-götürməməsini soruşmuş, sonuncu isə heç nə deməmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək oğlu Hüseynin evlərindən pul oğurlaması ilə bağlı məlumat vermiş, sonra isə 14-cü PB-nə gedərək ərizə yazmışdır. 14-cü PB- də olarkən bilmişdir ki, o, işdə olduğu müddətdə Hüseyn evə Şahlar, Aslan və Ramiz adlı tanışlarını dəvət etmiş, həmin şəxslər Hüseyni əl və ayaq zərbələri vurmaqla əllərində olar bıçaqla hədələmiş, Hüseyn də qorxduğundan onun yataq otağında çarpayının döşəyinin altındak quranqabını çıxarıb vermiş, Şahlar adlı şəxs də quranqabının içərisindən 2200 manat pulu, 70C ABŞ dolarım, 100 avro məbləğində pulu götürmüş, bundan başqa Şahlar evlərinin birinc mərtəbəsində yerləşən salondan ona məxsus 180 manat dəyərində bir ədəd gümüş boyunbağ və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəsti götürmüş, həmçinin Ramiz ad' şəxs onun yataq otağından şübasının cibindən 2 ədəd 585 əyyarlı 200 manat dəyərində qız üzük, bir ədəd 585 əyyarlı 325 manat dəyərində qızıl qolbaq, 250 manat dəyərində bir ədəd 58 əyyarlı qızıl boyunbağını götürmüşlər. Bu barədə oğlu Hüseyn ona 14-cü PB-dən çıxdıqda sonra məlumat vermişdir. Hüseyn ona demişdir ki, Şahlar, Aslan və Ramiz pul və zinət əşyalarını götürdükdən sonra onu videoya çəkmişlər. Hüseyni əl və ayaq zərbələri ilə vurmaqla əllərindəki bıçaqla hədələmişlər ki, sonuncu videoda etiraf etsin ki. guya l‘patı” kimi tanınan psixotrop maddənin satışı ilə məşğuldur, Aslan, Ramiz və Şahlar da onların evlərinə guya Hüseyni cəzalandırmaq üçün gəlmişlər. Sözü gedən videonu da çəkməkdə məqsədləri Hüseynin şikayət edəcəyi təqdirdə özlərini sığortalamaq olmuşdur. Hüseyn də məhz bu səbəbdən, yəni, qorxduğundan qeyd olunan pul və zinət əşyalarını Şahlar, Aslan və Ramiz adlı şəxslər tərəfindən ona hədə qorxu gəlinərək və döyülərək götürülməsi ilə bağlı ilkin olaraq ona heç bir məlumat verməmişdir. Bu barədə məlumatı yalnız onun iştirakı ilə Hüseynin polis əməkdaşlkarı tərəfindən izahatı alınarkən bildirmişdir. O, sözü gedən hadisənin birbaşa şahidi olmamış, göstərdikləri ona övladı Hüseyn bildirmişdir. Salondan götürülmüş üzərində mirvari qaşlar olan bir ədəd gümüş boyunbağı və bir ədəd gümüş qolbaqdan ibarət dəstin qiyməti 180 manatdır. 700 ABŞ dolan 1190 manat, 100 avro isə 183 manat, 25 qəpik ekvivalentindədir. Bundan başqa isə 2200 manat pul da oğurlanmışdır. Ümumilikdə ona 4528 manat 25 qəpik ziyan dəymişdir. Göstərdiklərini övladı Hüseyn təsdiqləyə bilər. əvvəllər bir çox sahələrdə işləsə də təxminən bir neçə ildir ki, hörgü ustası kimi fəaliyyət göstərir. Belə ki, iş olduqca müxtəlif tikintilərdə usta kimi çalışıb ailəsini dolandırmışdır. 2017-ci ildən isə Buzovna qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Arada bir işdən sonra Buzovnada Albalılıq massivində yerləşən “Təndir” kafesində dostlarla birlikdə oturub yeyib- içmişdir. Çox vaxt isə o həmin kafedə tək əyləşmişdir. Sonuncu dəfə xx.xx.2023- cü il tarixdə saat təxminən 16 radələrində o həmin kafeyə gəlib əyləşmişdir. Özünə pivə sifariş verib içməyə başlamışdır. Kafedə əyləşərkən yan masada bir neçə nəfər şəxsin əyləşdiyini görmüşdür. O həmin kafedə tez-tez əyləşdiyim üçün orada işləyən Rəvan adlı ofisiantı tanımışdır. Rəvan həmin vaxt ona qulluq etmişdir. Lakin arada bir yan masada qeyd etdiyi həmin bir neçə nəfərin yanında əyləşmişdir. Daha sonra o ucadan bir ədəd pivə sifariş verən zaman yan masadan qeyd etdiyi həmin şəxslərdən biri “pivə yoxdur, bəlkə sənə benzin versinlər” deyib onu ələ salmışdır. Həmin şəxsin bu sözü onu əsəbləşdirmiş və o ayağa qalxıb həmin şəxsin yanına gəlmiş və öz iradını həmin şəxsə bildirmişdir. O həmin şəxsə bayıra çıxmağı təklif etmişdir. Lakin orada olan şəxslər ona qan-qaraçılıq salmamağı xahiş etmişlər və onu sakitləşdirib yerində əyləşdirmişlər. Bir qədər əyləşdikdən sonra ona sataşan həmin şəxs özü onun masasına yaxınlaşıb yanında əyləşmiş və bayaqkı söhbətə görə ondan üzr istəmişdir. Həmin şəxsin üzr istəməyi onu yumşaltmış və o həmin şəxsin üzrünü qəbul edib xoşluq üçün həmin şəxsə bir ədəd pivə sifariş vermişdir. Bir qədər əyləşdikdən sonra o hesabı verib sağollaşaraq bayıra çıxmışdır ki, evə getsin. Həmin şəxs də arxasınca bayıra çıxıb ona öz təşəkkürünü bildirmək üçün öz motosikleti ilə onu evə aparmaq istədiyini bildirmişdir. O ilk əvvəl qəbul etməsə də, sonradan həmin şəxsin bu təklifini qəbul etmişdir. Həmin vaxt “Samsung A31” markalı mobil telefonu onun üzərində olmuşdur. Mobil telefonunu əhatə edən kabronun arxasına isə 100 manat pul qoymuşdur. Daha sonra o həmin şəxsin motosikletinə əyləşmişdir ki, onu evinə aparsın. Yolda olarkən həmin şəxs ona bildirmişdir ki, Çiləgərdə bir nəfər tanışı olan qadın yaşayır. Həmin qadının yanına dəyib daha sonra onu evə qoyacağını demişdir. O da həmin şəxslə razılaşmışdır. Daha sonra Buzovna qəsəbəsi ərazisində yerləşən Çiləgər yaşayış massivinə gəlmişlər. Həmin şəxs motosikleti saxlamış və telefonunda konturunun olmadığını, həmin qadına zəng etmək üçün telefonunu ondan istəmişdir. O da zəng vurması üçün telefonunu həmin şəxs vermişdir. Həmin şəxs onun telefonuyla bir neçə dəqiqə danışmışdır. Daha sonra həmin şəxs motosikleti Çiləgər ərazisində başqa bir küçəyə sürmüşdür. Daha sonra guya ünvanı tapa bilmədiyi üçün Çiləgər ərazisində bir neçə küçəni gəzmişlər. Bundan sonra motosikleti saxlayıb benzinin qurtardığını bildirmişdir. O hiss etmişdir ki, həmin şəxs onu ələ salır. Bundan sonra həmin şəxsə demişdir ki, telefonunu versin, o da özü manatlıq taksi ilə evinə getsin. Lakin həmin şəxs telefonu ona verməkdən imtina etmişdir. Belə ki, həmin şəxs ona “sənin telefonunu yeməyəcəm ki, özümün telefonum var da” ifadəsini işlətmişdir. Həmin şəxsin öz telefonu isə motosikletin şitinin üzərində olmuşdur. Daha sonra bir daha zəng edib telefonunu qaytaracağını demişdir. O arxasını həmin şəxsə tərəf çöndərib siqaretini yandırarkən həmin şəxs qəfildən arxadan ona yaxınlaşaraq ayağı ilə onun ayağından yanakı zərbə vurmuşdur. Zərbənin təsirindən o müvazinətini itirib yerə yıxılmışdır. Yerə yıxılan zaman başının arxa hissəsi yerə dəymiş və başından xəsarət almışdır. Daha sonra həmin şəxs cibindən bir ədəd bıçağı çıxarıb bıçağın dəstəyi ilə onun böyrək nahiyəsindən vurmuşdur. Daha sonra bıçağın tiyəsini onun boğazına dirəyib ona söyüş söymüşdür. O bıçağı həmin şəxsin əlindən almaq istəyərkən həmin şəxs yumruqla onun sol gözündən zərbə ilə vurmuşdur. O əliylə gözünü tutarkən həmin şəxs onu yerdən biraz qaldıraraq təzədən yerə çırpmışdır. Bu əsnada başının arxası yenə də yerə dəymiş və o huşunu itirən kimi olmuşdur. Daha sonra bədəninin müxtəlif nahiyələrindən bir neçə ədəd təpik zərbəsi endirmişdir. O yarımcan vəziyyətdə qalxmaq istəyərkən həmin şəxsin artıq motosikletə əyləşib sürərək yanından uzaqlaşdığını və telefonunu da apardığını görmüşdür. Daha sonra o ayağa qalxıb siqaret çəkmiş və manatlıq taksiyə əyləşib yenidən “Təndir” kafesinə gəlmişdir. İçəri girib kafeni işlədən Azad adlı şəxsə başına gələni danışmışdır. Azad təəcüblənmişdir. O ofisiant Rəvanla da bir qədər mübahisə etmişdir. Belə ki, o Rəvana həmin şəxsin kim olduğunu sual verəndə, Rəvan həmin şəxsi tanıdığını, lakin elə də münasibətinin olmadığını bildirmişdir. Daha sonra oradakı şəxslərlə məsləhətləşdikdən sonra o DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Daha sonra polis əməkdaşlarının həmin şəxsi saxladığını öyrənmişdir. Xəzər RPİ- nin 2-ci Polis Şöbəsində olarkən o həmin şəxsi şöbədə görmüş və tanımışdır. Şöbədə olarkən o həmin şəxsin adının Sətdam olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış, əvvəl ona özünü “Ağaəli” kimi tanıtmışdı. Ramiz, Şahlar və Aslan evə gəldilər, sonra yuxarı qalxıb çay içdilər. Daha sonra Şahlar narkotik vasitələrdən istifadə etdikdən sonra ona evdə pul olduğunu deyib pulu istədi. O, evdə pulun olmadığını dedikdə Şahlar bıçaqla onu hədələdikdə o da qorxub evdə, Quran qabının içərisində olan pulu Şahlara vermişdir. Hadisə 25 may 2023-cü il tarixdə, yaşadıqları ünvan, Maştağa qəsəbəsində baş verib. Aslan da onların evinə gəlmişdir, sadəcə oturmuşdu. Şahlar bıçaqla hədələyən zaman Aslanın görüb-görmədiyini bilmir. Təqsirləndirilən şəxslərin birinin, yəni Şahların əlində bıçaq olması, digərinin də pulu götürməsi doğrudur. Ramiz adlı şəxsin vasitəçiliyi ilə Şahlarla Aslan da onların evinə gəlmişdilər. X12 da gələcəyini demişdi. Hadisə olan zaman onun on yaşı var idi. Şahlarla heç bir şərtlə barışmır. Aslanla isə barışmışdır. Şahlar ona zəng edib evə yanında bir şəxsi də gətirəcəyini dedikdə gəlmələrini demişdi. Aslanla pul ilə əlaqədar danışmamışlar. İstintaqda verdiyi ifadəni qəbul edir. İfadəlrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən bir il əvvəl “instagram” sosial şəbəkəsində “Qara” ləqəbi ilə tanınan Aslan adlı şəxslə tanış olmuşdur, həmin bir il müddətində də Aslanla “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar, lakin görüşməmişlər. Aslan vasitəsi ilə də Ağaəlı, Elvin adları ilə tanınan Şahlar adlı və Ramiz adlı şəxslərlə tanış olmuşdur. Onlar özlərini oğru aləminin nümayəndələri kimi təqdim etmişlər. O, Şahlar və Ramizlə də “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, lakin görüşməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Şahlar, Ramiz və Aslanla danışarkən Ramiz ona görüşməyi təklif etmiş, o da etiraz etməmiş və təklif etmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən kafelərin birində görüşsünlər. Lakin Şahlar, Ramiz və Aslan bildirmişlər ki, polislər tərəfindən axtarılırlar, bu səbəbdən də camaat içində görüşə bilməzlər. Həmin vaxt Ramız təklif etmişdir ki, evlərinə gəlib bədənlərinə “tatu" vursunlar. Belə ki, əvvəllər söhbət zamanı o, demişdir ki, anasının evdə qaş üçün permanent aparatı vardır. Həmin aparatla özünə “tatu” vurmuşdur. Bu şəbədən də Ramiz, Aslan və Şahlar təklif etmişlər ki, onun evinə gəlib “tatu” vursunlar. Səmimi münasibtləri olduğundan o, etiraz etməmişdir. Həm də o, demişdir ki, anası saat 07:30 radələrində işə gedir, saat 16 radələrində evə gəlir. Evlərinin yerini bilməsi üçün də Ramizin mobil telefonuna whatsap vasitəsi ilə evlərinin yerləşmə ünvanını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində anası Mətanət işə getmiş, bundan təxminən yarım saat sonra Ramiz ona zəng edərək bildirmişdir ki, Aslan və Şahlarla birlikdə onun yaşadığı ünvana gəlirlər. Ramiz ona taksi pulunu verməsini demiş, o da Ramizə pulunun olmadığını bildirmişdir. Ramiz bundan sonra yol haqqını özlərinin verəcəyini demişdir. O da Ramizin zəngindən sonra küçəyə çıxmış və görmüşdür ki. Ramiz, Aslan və Şahlar dövlət qeydiyyat nişanını bilmədiyi gümüşü rəngli Hyundai Accent markalı avtomobildən enmişlər. İlk öncə Ramiz, sonra isə Aslanla Şahlar ona yaxınlaşmış, o, Ramiz, Aslan və Şahları evə dəvət etmişdir. O, qeyd etmişdir ki, yaşadığı ev iki mərtəbəli fərdi yaşayış evidir. Evin birinci mərtəbəsində anası Mətanət qadın salonu düzəldib xanımlara salon xidmətləri göstərir. İkinci mərtəbə isə yaşayışdır. Şahlar, Ramiz və Aslan evə keçərkən ikinci mərtəbəyə keçmişlər. O, çay süzmüş, Aslan həmin vaxt ac olduğunu demiş, o da Aslana soyuducudan istədiyini götürüb yeməsini söyləmişdir. Bundan sonra Aslan soyuducudan kolbasa götürüb yemişdir. Sonra Ramiz cibindən falqa çıxarmış, falqanın içərisində nəsə yandırmış və ondan kağız pul istəmişdir. O da Ramizə 1 manatlıq pul əskinazı vermiş, Ramiz həmin bir manatlıq pul əskinazını ondan alıb falqada alışqanla yandırıb iynəməklə çəkmişdir. Onunla bərabər Şahlar da həmin falqadakı maddəni iynəmiş, sonra bilmədiyi səbəbdən onunla aqresiv danışmağa başlamışlar. Hətta Şahlar belindən “akula” kimi tanıdığı bıçağı çıxarıb stolun üzərinə qoymuş, sonuncu ayaq üstə dayanaraq kənara çəkilmiş, Aslan isə evin otaqlarını gəzməyə başlamışdır. Ramiz də onunla oturaraq demişdir ki, guya o, təmiz oğlan deyildir, onun haqqında kimsə Ramizə nəsə deyib və guya o, Ramizin adını batırır. Sonra Ramiz əyləşdiyi yerdən cəld ayağa qalxmış, Şahlarla Asiana yaxınlaşıb öz aralarında nəsə danışmışlar. O isə həmin vaxt masa arxasında əyləşmiş, sonra Ramiz yenidən onun yanına gəlmişdir. Ramiz Şahların stolun üzərinə qoyduğu bıçağı açaraq ona tərəf yönəltmiş və aqresiv şəkildə onula danışaraq alçaltmağa başlamışdır. O isə həmin vaxt qorxduğundan səsini çıxarmamış. Ramiz bundan sonra ayağa qalxaraq Aslanın yanına getmiş və birlikdə anası Mətanətin yataq otağına keçmişlər. Şahlar isə onun yataq otağına keçmişdir. O da həmin vaxt mətbəxdə olmuş və qorxduğundan cavab qaytarmamışdır. Təxminən 5 dəqiqə sonra Ramiz, Şahlar və Aslan onun yanına qayıtmış, Ramizlə Şahlar ona evlərində pul olmasını, pula ehtiyyaclarının olmasını və pulu onlara verməsini demişlər. O da əvvəlcə evdə pul omamasını demiş, həmin vaxt həm Şahlar, həm Aslan, həm də Ramiz əl və ayaq zərbələri ilə onu vurmağa başlamışlar. O da ağlamış və cəld evlərinin birinci mərtəbəsində yerləşən salona qaçmışdır. Onun arxasınca Aslan, Ramiz və Şahlar birinci mərtəbədəki salona enmişlər. Həmin vaxt Aslanın əlində Şahların belindən çıxardığı “akula” kimi tanıdığı bıçaq olmuş və Aslan ona həmin bıçaqla hədə qorxu gəlirmiş. Şahlar salondan səhv etmirsə bir ədəd gümüş boyunbağını, bir ədəd üzərində mirvari qaşlar olan qolbağı götürmüşdür. X10 qolundan tutaraq ikinci mərtəbəyə qaldırıb demişlər ki, onlarda məlumat vardır ki, evlərində pul vardır, həmin pulun yerini onlara deməsə onu bıçaqlayacaqiar. O, ikinci mərtəbədə qonaq otağında əyləşmiş, Aslan da əlində bıçaqla ona nəzarət edirmiş. Ramizlə Şahıar isə evdə otaqları axtarırmışlar. Sonra hər üçü onu anası Mətanətin yataq otağına aparmışlar. Ramiz yataq otağında dolabları axtararkən oradan şubanın cibindən anasına məxsus 2 ədəd iki 585 əyyarlı qızıl üzük, bir ədəd 585 əyyarlı qızıl qolbaq, bir ədəd 585 əyyarlı qızıl boyunbağını götürmüşdür. Aslan onun qulağından tutub demişdir ki, əgər o. pulların yerini deməsə onun qulağını kəsəcəklər. Aslan bıçağı qulağına dirədiyindən o qorxmuş və pulların anası Mətanətin yataq otağında çarpayının döşəyinin altında quran qabının içərisində olmasını demişdir. Şahlar həmin vaxt yataq otağında döşəyi qaldırmış, döşəyin altından quqanqabını götürüb içərisinə baxmışdır. Həmin vaxt Aslanla, Ramiz dəhlizə keçmişlər. Şahlar quran qabının içərisindən 700 ABŞ dolları, 100 Avro və 2200 manat pulu götürmüş, 2200 manat pulu arxa cibinə qoymuş, 700 ABŞ dolları ilə 100 Avronu əlində taraq dəhlizə Aslanla Ramizin yanma getmişdir. O isə həmin vaxt anasının yataq otağında qalmışdır. Həmin vaxt görmüşdür ki, Şahlar Aslan və Ramiz pulu aralarında bölürlər. O, Şahlar Aslan və Ramizdən götürdükləri puiiarı yermə qoymalar,nı xahiş etmiş, həmin vaxt Şahlar təklif etmişdir kı, onun videosunu çəksinlər. Ona da hədə qorxu gəlmişlər ki, guya o videoda desin ki, narkotik vasitə və psixotrop maddə ticarəti ilə məşğul olur, həmin videonu çəkməkdə də məqsədləri Şahlar Aslan və Ramizin pulları götürmələri ilə bağlı özlərini sığortalamaq olmuşdur. Bundan sonra Şahlar Aslan və Ramiz onu bıçaqla hədələmiş, o da qorxduğundan Şahlar Aslan və Ramizin təklifi ilə razılaşmışdır. Sonra Şahlar salfetkadan büküm düzəltmiş, Aslan videoya çəkmiş, Şahlarla Ramiz isə onu vurmağa başlamışlar. Videoda onu guya salfetkadakı maddə “patf’dır, həmin “patı”nı İranlıdan almışdır, guya kiməsə satacaq imiş. O da qorxduğundan Şahlar Aslan və Ramizin dediyi kimi etmiş, sonuncular da onu videoya çəkmişlər. Şahlar Aslan və Ramiz ona demişlər ki, harasa şikayət edəcəyi təqdirdə videonu yayacaqlar. Həm də demişlər ki, əgər o şikayət etsə anasını və onu öldürəcəklər. O da qorxduğundan bu barədə əvvəlcə heç kimə heç nə deməmişdir. Sonra anası evə gəlmiş, anası Mətanət onun həyəcanlı olmasını görüb nə baş verdiyini soruşmuşdur. O da qorxu içində olduğundan heç nə deməmişdir. Anası evə baxdıqda pullarının yerində olmadığını görmüş, pulları kimin götündüyünü soruşmuş, o da qorxduğundan yenə də anasına heç nə deməmişdir. Sonra anası Mətanət DİN-in 102 xidmətinə zəng edərək evdən pulları onun götürməsi ilə bağlı məlumat vermiş və onun barəsində ərizə yazmışdır. Polis əməkdaşları ondan izahat aımışlar. həmin vaxt polis əməkdaşlarına hadisəni olduğunu kimi danışmışdır. Anası izahatının alınmasında iştirak etdiyindən hadisəni bilmiş, polis bölməsindən çıxdıqdan sonra anası Mətanət nə səbəbə ondan gizlətməsini soruşduqda o, videoya çəkilməyi İlə bağlı qoxduğundan heç bir məlumat vermədiyini anasına bildirmişdir. Sonra anası ilə evə getmiş, anası Mətanət evdə təftiş apardıqdan sonra müəyyən etmişdir ki. Ramizin yataq otağında olan anası Mətanətin şubasının cibindən götürdüyü 2 ədəd qızıl üzüyün hər biri 100 manatdır, 585 əyyarlıdır, bir ədəd qızıl qolbaq 585 əyyarlıdır, 325 manatdır, bir ədəd qızıl boyunbağının dərəyi 250 manatdır, 585 əyyarlıdır. evin birinci mərtəbəsində olan qadın salonundan Şahların götürdüyü üzərində mirvari qaşlar olan bir ədəd gümüş boyunbağı və bir ədəd gümüş qolbaqdan ibarət dəstin dəyəri 180 manatdır. O, bildirmişdir ki, Aslan, Şahlar, Ramiz adlı şəxslər qeyd olunan hadisə zamanı onu möhkəm vurmamaları səbəbindən heç bir xəsarət almamışdır, Aslan, Şahlar və Ramiz adlı şəxslər onu qorxutmaq üçün zərbələr vururmuşlar. Göstərdiklərini özü, Aslan, Şahlar, Ramiz adlı şəxslər təsdiqləyə bilərlər. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzələşdirmə zamanı tərtib olunmuş protokoldan görünür ki, üzləşmə zamanı sonuncunun üzünə qarşı Zərərçəkmiş şəxs1 onun, Ramiz Rzayev və Təqsirləndirilən şəxs2 tərəfindən yaşadığı ünvanda döyülərək bıçaqla hədələnməsini, onun tərəfindən bir ədəd gümüş boyunbağı və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəstin evin birinci mərtəbəsində yerləşən salondan, 2200 manat, 700 ABŞ dolan, 100 avro məbləğində pulun evin birinci mərtəbəsində yerləşən Qanuni nümayəndə yataq otağındakı quranqabının içərisindən götürülməsini, həmin otaqda dolabda anası Qanuni nümayəndə şubasının cibindən Ramiz Rzayevin 2 ədəd 585 əyyarlı qızıl üzüyü, bir ədəd 585 əyyarlı qızıl qolbağı, bir ədəd 585 əyyarlı qızıl boyunbağını götürməsini demişdir. Bu barədə tərəfimdən protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs Ramiz Rzayev arasında keçirilmiş üzələşdirmə zamanı tərtib olunmuş protokoldan görünür ki, üzləşmə zamanı sonuncunun üzünə qarşı Hüseyn İsgəndərii onun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yaşadığı ünvanda döyülərək bıçaqla hədələnməsini, Təqsirləndirilən şəxs1 tərəfindən bir ədəd gümüş boyunbağı və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəstin evin birinci mərtəbəsində yerləşən salondan, 2200 manat, 700 ABŞ dolan, 100 avro məbləğində pulun evin birinci mərtəbəsində yerləşən Qanuni nümayəndə yataq otağındakı quranqabının içərisindən götürülməsini, həmin otaqda dolabda anası Qanuni nümayəndə şubasının cibindən onun 2 ədəd 585 əyyarlı qızıl üzüyü, bir ədəd 585 əyyarlı qızıl qolbağı, bir ədəd 585 əyyarlı qızıl boyunbağını götürməsini demişdir. Bu barədə tərəfimdən protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzələşdirmə zamanı tərtib olunmuş protokoldan görünür ki, üzləşmə zamanı sonuncunun üzünə qarşı Zərərçəkmiş şəxs1 onun, Şanlar Niftəliyev və Ramiz Rzayev tərəfindən yaşadığ ünvanda döyülərək bıçaqla hədələnməsini, Təqsirləndirilən şəxs1 tərəfindən bir ədəd gümü boyunbağı və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəstin evin birim mərtəbəsində yerləşən salondan, 2200 manat, 700 ABŞ dolan, 100 avro məbləğində pulun evi birinci mərtəbəsində yerləşən Qanuni nümayəndə yataq otağındakı quranqabının içərisində götürülməsini, həmin otaqda dolabda anası Qanuni nümayəndə şubasının cibindən Asla Orucovun 2 ədəd 585 əyyarlı qızıl üzüyü, bir ədəd 585 əyyarlı qızıl qolbağı, bir ədəd 585 əyyaı qızıl boyunbağını götürməsini demişdir. Bu barədə tərəfimdən protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, sonuncu istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yeri olan yaşadığı Bakı şəhəri Sabunçu rayonu Savalan qəsəbəsi yaşayış massivi nömrəsiz evdə əyani olaraq bir daha təsdiq edərək Ramiz, Şahlar və Aslan adlı şəxslər tərəfindən videosunun çəkildiyi həmin ünvanda döyülməsi və bıçaqla hədələnməsi yerini, Təqsirləndirilən şəxs1 tərəfindən bir ədəd gümüş boyunbağı və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəstin götürüldüyü evin birinci mərtəbəsində yerləşən salonu, 2200 manat, 700 ABŞ dolan, 100 avro məbləğində pulun götürüldüyü evin birinci mərtəbəsində yerləşən Qanuni nümayəndə yataq otağındakı, həmçinin həmin otaqda Ramiz Rzayevin 2 ədəd 585 əyyarlı qızıl üzüyü, bir ədəd 585 əyyarlı qızıl qolbağı, bir ədəd 585 əyyarlı qızıl boyunbağını götürdüyü yerləri göstərmişdir. Hüseyn X1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində çəkildiyi videoya baxış keçirilmiş, həmin vidoedan görünür ki, Hüseyn X1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyülmüş, bıçaqla hədələnmiş, həmçinin onların təsir altında “patı” kimi tanınan psixotrop maddə metamfetamin satışı ilə məşğul olması, ifadənin yerində yoxlanması zamanı müəyyən edilmiş sözü gedən evdə Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə yataq otağının dolabının qapısının açıq olması ilə bağlı görüntülər təsdiqini tapmışdır. Həmin videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü İİ tarixli 3241 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestık məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındc olmuşdur. Buna görə də, A. V.Orucov una ittiham olunan əməl barəsində anlaqlı hesat edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 21 -ci maddəsinir tesiri altına düşmür. xx.xx.2023-cü il tarixli 3240 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Ş.Ə.Nıftəliyevdə hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində aniaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181,2.5-ci maddələri ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2 və 73.1-ci maddələri xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Məzənnələrindən görünür ki, 2.4.05.2023-cü il tarixə olan müddətə 1 ABŞ dolları 1,7000 manat ekvivalentidədir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Məzənnələrindən görünür ki, xx.xx.2023-cü il tarixə olan müddətə 1 avro 1,8325 manat ekvivalentidədir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək sözügedən cinayət əməlini törətmədiklərini, yalnız oğurluq əməlini törətdiklərini, Zərərçəkmiş şəxs1 qarşı hər hansı zor tətbiq etmədiklərini, evdən qızıl-zinət əşyaları götürmədiklərini, yalnız Şahların evdən 700 ABŞ dolları oğurladığını göstərdilər. Məhkəmədə təqsirləndirilən şəxslərin bu ifadələri zərərçəkmiş şəxslərin ifadələri, Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edildiyinin və Qanuni nümayəndə yataq otağının dolabının qapısının açıq olması ilə bağlı görüntülərin əks olunduğu DVD disk, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə əlaqəli şəkildə araşdırılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələri şübhə altına alınır və həmin şübhələri məhkəmədə onların xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə onların həmin ifadələrində göstərdiyi xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, işin faktiki halları ilə uzlaşmayan və özlərinin müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onlar tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onların əməllərinin Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərmiş olduğu 80 (səksən) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 480 (dörd yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərmiş olduğu 80 (səksən) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 480 (dörd yüz səksən) manat, Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə xərclərindən azad olunmasını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 26 iyun 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 28 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 26 iyun 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 28 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində 01 azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərlə barışması, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsi, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onların qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, törədilmiş cinayət əməlində onların rolunu, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, ailə və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs1 göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 480 (dörd yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 480 (dörd yüz səksən) manat, Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə xərclərindən azad olunsunlar. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar