Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1137/2025 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Cəlilabad rayonunda, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmalqa, ünvan 2 ünvanında yaşamış, 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-858/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan, ünvan 4 ünvanında qeydiyyatda olmalqa ünvan 5 ünvanında yaşamış, 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-856/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 12,714 qram çəkidə psixotrop maddə metamfetamini birlikdə əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra bir ədəd bükümdə külli miqdarda 6,496 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində, bir ədəd bükümdə külli miqdarda 6,218 qram çəkidə Təqsirləndirilən şəxs1 ayırıb qablaşdıraraq öz üzərində qanunsuz olaraq saxlamaqla Bakı şəhəri, Səbail rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 iyun 2024-cü il tarixdə saat 14:25də Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “X27” mehmanxanasının yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 16:58-dən etibarən orada üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 6,218 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 6,496 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna otmaqla, üzərində sonradan dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla gəzdirmiş, həmçinin, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 12,714 qram çəkidə psixotrop maddə metamfetamini birlikdə əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra bir ədəd bükümdə külli miqdarda 6,218 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində, bir ədəd bükümdə külli miqdarda 6,496 qram çəkidə Təqsirləndirilən şəxs2 ayırıb qablaşdıraraq öz üzərində qanunsuz olaraq saxlamaqla Bakı şəhəri, Səbail rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 iyun 2024-cü il tarixdə saat 14:25-də Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “X27” mehmanxanasının yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 16:58-dən etibarən orada üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 6,496 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 isə əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 6,218 qram çəkidə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qanunsuz olaraq əldə edib əynindəki tünd göy rəngli şalvarının sol bel nahiyəsində gəzdirdiyi üzərində sonradan dəyişiklik, edilməmiş, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arada marixuanadan istifadə edir. Saxlanıldıqları gün yas mərasimindən çıxıb gedən zaman yolda YPX inspektoru saxla emri vermiş və maşını saxlayıb düşmüşlər. Daha sonra polis əməkdaşları gəlmiş və onları BMCMİ-nə aparmışlar. Orada onlara narkotik vasitə təqdim edib onlara məxsus olmasını qəbul etmələrini tələb etmişlər. İlk əvvəl onlar razılaşmamışlar. Lakin razı olmayacaqları təqdirdə onların əyinlərində olan şalvarları çıxaracaqları ilə hədələmişlər. Əlinin şalvarından yapışıb çıxartmaq istəyən zaman o, polis əməkdaşları ilə razılaşmışdır. Təhqiqatçı video çəkiliş aparılmazdan qabaq narkotik vasitəni gətirmiş və ciblərinə yerləşdirmişdir. O, özünü Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilmiş və kargoda işlədiyini, üzərində hər zaman pul olduğunu, bu səbəbdən də üzərində bıçaq gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, bıçağı 5-6 ay qabaq Sədərək ticarət mərkəzindən almış, ara-sıra marixuanadan istifadə etmiş, lakin heç kəsə pay verməmişdir, özünü məclisdə qonaq etmişlər, polis əməkdaşları ona qarşı fiziki güc tətbiq etməyiblər, bir adamla arasında pul söhbəti olmuş, o həmin şəxsə zamin durmuş, və həmin şəxs ona demişdir ki, səni “qara maskalılar ilə götürdəcəm”, Təqsirləndirilən şəxs2 ona görə tutulmuş, YPX inspektoru maşını saxlayanda bıçaq maşında olmuş və sonradan götürmüş, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, Təqsirləndirilən şəxs2 ilə onu ayrı otaqlara keçirtmişlər və hərəsinə 3 qr narkotik verəcəklərini, əgər razı olmasalar evlərindən narkotik vasitə çıxacağını, BMCMİ-də otağa daxil olanda 2 vəkilin artıq oturduğunu, vəkillərin siyahısının onlara təqdim olunmadığını, təhqiqatçının narkotik vasitəninin miqdarını çəkmədiyini, BMCMİ-də onlara çay verildiyini və həmin çayı içdikdən sonra halının pisləşdiyini, analiz verməyə bir gün sonra aparıldığını, analiz verərkən kamera görüntüsü olmadığını, heç bir sənədi oxumağa icazə vermədən imza atmağa məcbur edildiyini, analiz verməyə gedən zaman orada adam çox olduğunu və onu 4 nəfər polis əməkdaşının müşayiət etdiyini, saxlanılan zaman polis əməkdaşlarının onlara məhkəmə qərarı təqdim etmədiklərini, polis əməkdaşı ona narkotik vasitəni verən zaman dövlət hesabına təyin olunuan vəkilin güldüyünü, həmin vəkilə etiraz etdiyini və məhkəmədə ondan imtina etdiyini, maşına mindirilən zaman qollarına qandal vurulduğunu və çəkiliş başlananda açıldığını, Elşən adlı şəxsi sonradan sərbəst buraxdıqlarını, onun jurnalist səlahiyyətləri olduğuna görə saxlanılmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Bəxtiyarla birlikdə olduqlarını, çay içən zaman Bəxtiyara zəng gəldiyini və yasa çağırıldıqlarını, dostlarının atasının rəhmətə getdiyini bildirmişdir. Yasa getmişlər və yasdan qayıdan zaman onları yolda DYP əməkdaşı saxlamışdır. Bir az keçdikdən sonra 2 maşın onlara yaxınlaşmış və onlar həmin zaman öz maşınlarının içində oturmuşdular. Polis əməkdaşları qaçaraq onlara yaxınlaşdılar və Bəxtiyarı tutub apardılar. Onu isə Elşənin maşınında gözlətdilər. İdarəyə apardıqdan sonra onlara fiziki təzyiqlər olunduğunu, otağa salınaraq qabaqlarına narkotik vasitə qoyulduğunu, həmin narkotik vasitəni Suraxanıdan tanımadıqları şəxsdən aldıqlarını demələri istənilmişdir. Daha sonra bu formada videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, heç vaxt narkotik vasitədən istifadə etmədiyini, saat 14:00 radələrində saxlanıldıqlarını, yeməyə bir şey alıb kəsmək üçün yoldan bıçaq aldıqlarını, tutulan zaman ona vəkil təyin edilmədiyini, vəkillərlə konfidensial görüş imkanı yaradılmadığını, vəkilləri çəkiliş aparılan otağa daxil olan zaman gördüklərini, sənədlərə imza atdırdıqdan sonra aşağı düşürüldüklərini, bir gün sonra analizə aparıldıqlarını, ondan qan götüə bilmədiklərini lakin ekspert rəyinə asılılığının olması barədə rəy yazıldığını, DYP əməkdaşının onları saxlayan zaman inspektorun yaxınlaşmadığını, Elşənin düşüb onunla danışdığını, polis idarəsində fərqli otaqlarda saxlanıldıqlarını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstlərində gəzdirmələri və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X12, X8, X13, X14 və X3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 24 iyun 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şosessinə getmişlər. 24 iyun 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbaii rayonu, Salyan şosesi, “X27” otelinin yaxınlığında olduqları zaman zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşayan şəxslərin tanımadıqları şəxs ilə birlikdə “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görmüşlər. Odur ki, həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxslərin də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid2 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstlərində gəzdirmələri və daşımalarında şübhəli olduqlarını bildirib onları barələrində qəbul edilmiş qərarla tanış etmiş və onları Şahid2 ilə birlikdə BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Bundan sonra həmin şəxslər etiraz etməyək onlarla birlikdə Baş İdarəyə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, Şahid2 üzərinə baxış videoçəkiliş vasitəsi ilə keçiriləcəyi bildirilmiş və həmin şəxslər buna heç bir etirazını bildirməmişdir. Bundan sonra şəxsi axtarış və baxış aparılmışdır. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan tünd göy rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra onun şalvarının sol bel nahiyyəsindən bıçaq tipli dəmir predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən "Samsung” markalı mobil telefonu masanın üzərinə qoyaraq həmin mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Daha sonra ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs1 götürülmüş bıçaq tipli dəmir predmetə baxış keçirilmiş və həmin predmetin qəhvəyi rəngli dəstəkli olması, kəsici hissəsində isə rəsm çəkilməsi müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd bıçaq tipli dəmir predmet qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş bıçaq tipli dəmir predmeti 2-3 il əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və özünümüdafiə etmək məqsədi ilə üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 4-5 gün əvvəl 50 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, şəxsi istifadəsi məqsədi ilə üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Təqsirləndirilən şəxs2 və Şahid2 onun üstündə olan bıçaq tipli dəmir predmetdən və maddədən məlumatlarının olmadığını, həmin şəxslərlə yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra şalvarının sol bel nahiyyəsindən bıçaq tipli dəmir predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 120 manat pul aşkar olunmuşdur. Daha sonra ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 cibindən aşkar olunmuş pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirdikdən sonra 120 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 götürülmüş bıçaq tipli dəmir predmetə baxış keçirilmiş və həmin predmetin qəhvəyi rəngə oxşar rəngdə dəstəyinin olması və qatlanabilən bıçaq tipli predmet olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd bıçaq tipli predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş bıçaq tipli dəmir predmeti 5 ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və ehtiyyat üçün üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 1 həftə əvvəl 50 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, şəxsi istifadəsi məqsədi ilə üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Təqsirləndirilən şəxs1 və Şahid2 onun üstündə olan bıçaq tipli dəmir predmetdən və maddədən məlumatlarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi" markalı və 01 ədəd “Honor” markalı mobil telefonları və şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarı ilə 128 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı və 01 ədəd “Honor” markalı mobil telefonlar, 01 ədəd avtomobil açarı və 128 manat pulu onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış olduqlarını və yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini, eləcə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1n üstündə olanlardan məlumatının olmadığını, idarə etdiyi “Toyota Prado" markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr, psoxotrop maddələr, qanunla qadağan olunmuş əşya və predmetlər saxlamadığını bildirərək avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə qeyd edilən avtomobilə baxış keçirilməsindən ötrü Baş İdarənin həyətinə yollanmışlar. Şahid2 idarə etdiyi “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Şahid2 özünün razılığı və iştirakı ilə aparılmış, baxış zamanı Şahid2 təklif edilmişdir ki, idarə etdiyi “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid2 idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Şahid2 idarə etdiyi avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxslərin maşını saxlayıb yanında dayandıqlarını, təqsirləndirilən şəxslərə psixoloji və ya fiziki hər hansısa bir təzyiq olunmayıb, bıçağı Sədərək ticarət mərkəzindən aldığını, əməliyyat məlumatının şifahi olaraq, iyun ayının 24-ü səhər saatlarında daxil olduğunu, tıxaclara görə ən yaxın polis şöbəsinə aparmadıqlarını, ilk öncə özünün təqsirləndirilən şəxslərə yaxınlaşdığını, qərarı hər iki şəxsə də göstərdiyini, BMCMİ-də təqsirləndirilən şəxslərə hüquq və vəzifələrinin izah olunduğunu, video çəkilişin vəkil gəldikdən sonra başladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X7, X13, X14 və X2 Tərlan Əlibaba oğlu ilə anoloji məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə anoloji məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 24 iyun 2024-cü il tarixli «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Şahid2 üzərinə baxış 24 iyun 2024-cü il tarixdə saat 16:58-dən etibarən aparılmışdır. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı" adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan tünd göy rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşı tərəfindən onun şalvarının sol bel nahiyyəsindən bıçaq tipli dəmir predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyaraq həmin mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Daha sonra ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs1 götürülmüş bıçaq tipli dəmir predmetə baxış keçirilmiş və həmin predmetin qəhvəyi rəngli dəstəkli olması, kəsici hissəsində isə rəsm çəkilməsi müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd bıçaq tipli predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş bıçaq tipli dəmir predmeti 2-3 il əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və özünümüdafiə etmək məqsədi ilə üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını "patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 4-5 gün əvvəl 50 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, şəxsi istifadəsi məqsədi ilə üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Təqsirləndirilən şəxs2 və Şahid2 onun üstündə olan bıçaq tipli dəmir predmetdən və maddədən məlumatlarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşı tərəfindən onun şalvarının sol bel nahiyyəsindən bıçaq tipli dəmir predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 120 manat pul aşkar olunmuşdur. Daha sonra ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 cibindən aşkar olunmuş pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirdikdən sonra 120 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 götürülmüş bıçaq tipli dəmir predmetə baxış keçirilmiş və həmin predmetin qəhvəyi rəngə oxşar rəngdə dəstəyinin olması və qatlanabilən bıçaq tipli predmet olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd bıçaq tipli predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş bıçaq tipli dəmir predmeti 5 ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və ehtiyyat üçün üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 1 həftə əvvəl 50 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, şəxsi istifadəsi məqsədi ilə üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Təqsirləndirilən şəxs1 və Şahid2 onun üstündə olan bıçaq tipli dəmir predmetdən və maddədən məlumatlarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirdi. Daha sonra Şahid2 üstünə baxış keçirilmiş, Şahid2 şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı və 01 ədəd “Honor” markalı mobil telefonları və şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarı ilə 128 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı və 01 ədəd “Honor” markalı mobil telefonlar, 01 ədəd avtomobil açarı və 128 manat pulu onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış olduqlarını və yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1n üstündə olanlardan məlumatının olmadığını, idarə etdiyi “Toyota Prado" markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr, psoxotrop maddələr, qanunla qadağan olunmuş əşya və predmetlər saxlamadığını bildirərək avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 24 iyun 2024-cü il tarixli «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokoldan müəyyən edilmişdir ki, Şahid2 idarə etdiyi “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi Şahid2 özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Şahid2 təklif edildi ki, idarə etdiyi “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid2 idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etdi. Baxış zamanı Şahid2 idarə etdiyi avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024-cü il tarixli, 6/139 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N6" dairəvi möhür əksləri olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş...; 1. "imza". Yusubov" və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki: - 01 (bir) ədəd selofan paketdə təmiz çəkisi 6,496 qram olan madde kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N6" dairəvi möhür əksləri olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1. "imza" B. Həsənov" və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki: - 01 (bir) ədəd selofan paketdə təmiz çəkisi 6,218 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş həmin bu 02 (iki) ədəd üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş ..., 1. "imza" ə. Yusubov" və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd selofan paketdə olan metamfetamin ilə üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar olunmuş...; 1. "imza" B. Həsənov və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd selofan paketdə olan metamfetamin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan “mobil telefonlara baxış keçirilməsi barədə” 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung”, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefonlara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrələrinə 01 iyun 2023-cü il tarixdən 25 iyun 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə ünvanlanmış sorğuya alınmış cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adı qeyd edilən Birlikdə qeydiyyatdan keçməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 02 iyul 2024-cü il tarixli 6/139 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq (İ bənddə göstərilən) zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq (İİ bənddə göstərilən) zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli 4405 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli 4407 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2024-cü il tarixli 2205/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin və salisatlar aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2024-cü il tarixli 2209/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinnin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 25 iyul 2024-cü il tarixli, 370/MEŞ nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 məhkəmətibbi müayinəsi zamanı 24-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş sağ bazunun çapığı müayinədən təxminən 1-1.5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 25 iyul 2024-cü il tarixli, 371/MEŞ nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 məhkəmətibbi müayinəsi zamanı bədən səthində 24-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan 09 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin 16 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə əlaqədar hökmü icraata daxil olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 10 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. Cinayət işinin materiallarında olan Respublika Narkoloji Mərkəzi X20 daxil olmuş 16 dekabr 2025-ci il tarixli xx/xx-13377 saylı məktubdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 klinik müayinəsi və ekspress-test üsulu ilə sidikdə labarator yoxlama metodlarından, həmçinin, tibbi yoxlama təyin edilmiş orqanın yoxlama obyektinə aid olan cinayət işi materiallarından istifadə etməklə həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ekspress-test üsulu sidikdə narkotik vasitə olan opioidlər (MOP) aşkarlanmışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Həsənov X6 rayon Məhkəməsinin 1(073)-41/2022 saylı, 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izalı edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, təqsirləndirilən şəxslər satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışlar. Amma Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddəni satış məqsədi ilə əldə etmələri barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilən psixotrop maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmələri və saxlamaları ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxslərin psixotrop maddəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onların hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin külli miqdarda olmasına diqqət çəkmişdir. Halbuki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədlərinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxslərin özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində təqsirləndirilən şəxslərin hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxslərin əməllərinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxslərin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunan əməlləri satış məqsədilə törətmələri isə araşdırılmış sübutlarla təsdiq olunmur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadələri üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmalarını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onlar tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxslərin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onların törətmədikləri cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmalarına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxslərə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmələri, saxlamaları və daşımaları barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxslərin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmələri ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxslər tərəfindən onlardan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxslərə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.1.və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən psixi təzyiqlərin göstərilməsi, bu səbəbdən etirafedici ifadə vermələri barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 24 iyun 2024-cü il tarixdə saat 14:25-də Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən “X27" otelinin yaxınlığında tanışları Təqsirləndirilən şəxs2 və Şahid2lə birlikdə Elşənin idarə etdiyi “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Özü və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərlərində psixotrop maddə və bıçaq olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları tanışları Şahid2 idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “patı” adı ilə tanıdığı və bıçaq olduğunu bildirib əynində olan tünd göy rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra isə bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşı tərəfindən şalvarın sol bel nahiyyəsindən bıçaq götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra əynində olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonunu masanın üzərinə qoyaraq həmin mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk öncə üstündən götürülmüş bıçağa baxış keçirilmiş və həmin bıçaq polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş maddə polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon da polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı aşkar olunmuş bıçağı 2-3 il əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və özünü müdafiə etmək məqsədi ilə üstündə gəzdirdiyini, aşkar edilmiş maddənin isə adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 4- 5 gün əvvəl 50 manata şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadə məqsədi ilə üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Təqsirləndirilən şəxs2 və Şahid2 üstündə olan bıçaqdan və maddədən məlumatlarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşı tərəfindən onun şalvarının sol bel nahiyyəsindən bıçaq tipli dəmir predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 120 manat pul aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs2 cibindən aşkar olunmuş pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirdikdən sonra 120 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 götürülmüş bıçağa baxış keçirilmiş və həmin bıçaq polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan maddə polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd “Samsung" markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş bıçağı 5 ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və ehtiyyat üçün üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 1 həftə əvvəl 50 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Şahid2lə üstündə olan bıçaqdan və maddədən məlumatlarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmiş, Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı və 01 ədəd “Honor” markalı mobil telefonları və şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarı ilə 128 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı və 01 ədəd “Honor” markalı mobil telefonlar, 01 ədəd avtomobil açarı və 128 manat pulu onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs2 və onunla yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüyünü, eləcə də Təqsirləndirilən şəxs2 və onun üstümdə olanlardan məlumatının olmadığını, idarə etdiyi “Toyota Prado” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr, psoxotrop maddələr, qanunla qadağan olunmuş əşya və predmetlər saxlamadığını bildirərək avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun idarə etdiyi avtomobilə Baş İdarənin inzibati həyətində baxış keçirilmiş, baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 24 iyun 2024-cü il tarixdə saat 14:25-də Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən “X27” otelinin yaxınlığında tanışları Təqsirləndirilən şəxs1 və Şahid2lə birlikdə Elşənin idarə etdiyi “Toyota Prado" markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərlərində psixotrop maddə və hər birində bıçaq olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları tanışları Şahid2 idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunduqdan sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan tünd göy rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşı tərəfindən onun şalvarının sol bel nahiyyəsindən bıçaq götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs1 götürülmüş bıçağa baxış keçirilmiş və həmin bıçaq 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş bıçağı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını və özünümüdafiə etmək məqsədi ilə üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 4-5 gün əvvəl 50 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, onunla Şahid2 üstündə olan bıçaq və maddədən məlumatlarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Daha sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sol yan cibində olan 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bıçağın əynində olan şalvarın bel nahiyyəsində olduğunu bildirdikdən sonra həmin bıçaq polis əməkdaşı tərəfindən götürülərək masanın üzərinə qoyulmuş, şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 120 manat pul aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı cibindən aşkar olunmuş pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirdikdən sonra 120 manat pul geri qaytarılmışdır. Daha sonra aşkar olunmuş bıçağa baxış keçirilmiş və həmin bıçaq polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan maddə polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı aşkar olunmuş bıçağı 5 ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” bazarından aldığını, ehtiyat üçün üstündə gəzdirdiyini, üstündən aşkar edilmiş maddənin isə adını “patı" kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 1 həftə əvvəl 50 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Şahid2lə Təqsirləndirilən şəxs1 üstümdə olan bıçaqdan və maddədən məlumatılarının olmadığını, yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmiş, Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı və 01 ədəd “Honor” markalı mobil telefonları və şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarı ilə 128 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunmuş mobil telefonlar, açarı və pulu özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1 və onunla yas mərasimində iştirak etmək məqsədi ilə görüşdüyünü, eləcə də Təqsirləndirilən şəxs1 və onun üstündə olanlardan məlumatının olmadığını, idarə etdiyi “Toyota Prado" markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr, psoxotrop maddələr, qanunla qadağan olunmuş əşya və predmetlər saxlamadığını bildirərək avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobilə Baş İdarənin inzibati həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişlər, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü (köhnə redaksiyada) maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olmasıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad rayon Məhkəməsinin 1(073)- 41/2022 saylı, 23 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 10 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. Həmçinin cinayət işinin materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, məhkəmənin 23 fevral 2022-ci il tarixli, 1(073)- 41/2022 saylı hökmü 16 mart 2022-ci il tarixdə qanuni qüvvəsini almış, hökmün icrası barədə göstəriş icra edilməsi üçün həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan başqa Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin 16 fevral 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin 1(073)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə bağlı təqsirləndirilən şəxsdən 114 manat ekspertiza xərcinin tutulması və maddi sübutun məhv edilməsinə dair hissəsi icraata daxil olmuş, icra sənədinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 198.7-ci maddəsinə əsasən xitam verilmişdir. Həmçinin cinayət işinin materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 7(5- 117)-20/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(073)-41/2022 saylı hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 2.6-cı bəndləri tətbiq edilmiş və həmin cəzadan dərhal azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 6,446 qram və 6,168 qram təşkil edən psixotrop maddə - metamfetamin və soyuq silah hesab edilən ümumi təyinatlı bir ədəd ov bıçağı məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 228.4cü (köhnə redaksiyada) və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 6,446 qram və 6,168 qram təşkil edən psixotrop maddə - metamfetamin və soyuq silah hesab edilən ümumi təyinatlı bir ədəd ov bıçağı məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1137/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1137/2025
16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver