Məhkəmə qərarları › İş №1(101)-1138/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1138/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1138/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X17 (sədrlik edən), X14 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 09 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2023-cü il barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 1012/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 14 dekabr 2022-ci il tarixindən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(008)-189/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 aprel 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1138/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(101)-1138/2023 saylı, 27 aprel 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlələri çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 09 oktyabr 2022-ci il saat 08 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Duz gölünün yaxınlığında Abşeron RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əlində olan 01 ədəd qara çantanın içərisində 01 ədəd bağlamaya bükülmüş ümumi təmiz çəkisi 410,0 qram qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Əfşan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ümumi təmiz çəkisi 45,149 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 96,924 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşı «Əfşan» adlı şəxsin ona sonradan deyəcəyi ünvanlara çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib, saxlayıb daşımış, 14 dekabr 2022-ci il saat 02:40 radələrində ünvan 3 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və PB-də üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 45,149 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 96,924 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində təmiz hava almaq üçün Abşeron rayonu Masazır qəsəbəsinə, Duz Gölünün kənarına getmiş və orada gəzən zaman qara rəngli çantanı görüb həmin çantaya toxunmuş, içərisində nə isə bir əşya olduğunu görüb açmış və narkotik vasitə marixuana olduğunu aşkar etmiş, çantanı özü ilə götürmüş və getmişdir. Lakin qarşıdan gələn PPX-nə aid avtomobili görüb geriyə hərəkət etməyə başlamışdır. Polis nəfərləri avtomobilə yaxınlaşıb onu sual cavab etmişlər və o, özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən Abşeron RPİ-nin inzibati binasına dəvət edilmişdir. İnzibati binanın içərisində olan xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan edildikdən sonra Abşeron rayon vəkil bürosundan dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı İlə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və daha sonra təhqiqatçı Nurlan Məmmədov, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı əlində olan qara rəngli çantanı içərisində olan bağlama ilə birlikdə masanın üzərinə qoymuşdur. Həmin bağlamaya baxış zamanı içərisindən narkotik vasitə hesab edilən marixuana aşkar edilərək götürülmüş, DİN-in 56 saylı möhürü ilə təsdiqləndikdən sonra iştirakçılar tərəfindən həmin bağlamanın üzəri imzalanmışdır. Digər ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmir. Belə ki, əvvəllər «Əfşan» adlı şəxslə narkotik vasitələr əldə etmək üçün müxtəlif vaxtlarda telefon vasitəsilə əlaqə saxlasa da, sonuncuda heç bir narkotik vasitə və ya psixotrop maddə əldə etməmişdir. Buna baxmayaraq, polis əməkdaşları ona Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində şantaj və fiziki güc tətbiq edərək narkoptik vasitələrin satışı ilə bağlı maddələr üzrə ittihamı qəbul etməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alaraq onun barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə sonuncunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməlidir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmənin 03 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXB-nün polis nəfəri Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 09 oktyabr saat 08 radələrində xidməti ərazidə Abşeron rayonu Masazır qəsəbəsində Duz Gölünün kənarından keçən yolla xidmətdə olan zaman bir nəfər şəxsin əvvəlcə onlara tərəf gəldiyini sonradan isə onları gördükdən sonra geri dönərək qayıtdığını görmüşlər. Bu hal polis əməkdaşlarında şübhə yaratmış və iş yoldaşları olan Şahid4 və Şahid5 ilə birlikdə həmin şəxsə yaxınlaşıb nə üçün geri qayıtmasını və kimliyi barədə sorğu sual etmişlər. Həmin şəxs özünü şübhəli apardığı üçün Abşeron RPİ-nin İnzibati binasına aparılmış və orada təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış və baxışda video çəkilişdən istifadə ediləcəyi bildirilərək vəkilin, digər polis əməkdaşlarının və özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanı masanın üzərinə qoyaraq içərisində olan bağlamada marixuana olduğunu, həmin çantanı içərisində olan bağlama ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində olan Duz Gölünün yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 56 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmənin 24 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X10 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, əlaqə və münasibət, ədavət və düşmənçilik olmamışdır. Etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında həmin şəxsin ətarfında əməliyyat axtarış tədbirləri keçirilməsi üçün iş yoldaşı Şahid1 ilə birlikdə əməliyyat qurupu yaratmaqla tədbir keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il, saat 02:40-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, şəxsiyyət vəsiqəsini təsdiq edən sənədinin olub olmaması barədə soruşmuş, Təqsirləndirilən şəxs şəxsiyyətini tsədiq edən sənədinin olmamasını dedikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün 15-ci PB-nə getməyi təklif etmişlər. 15-ci PB-nə getdikdən sonra xidməti otaqlardan birində təhqiqatçı, polis kapitanı Anar Aslanov tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış və baxışda video çəkilişdən istifadə ediləcəyi deyilib vəkilin digər polis əməkdaşının və özünün iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 45,149 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 96,924 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və qara rəngli şalvarın arxa sağ cibindən «Samsung A52» markalı mobil telefon, qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxusu şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd «Samsung A 52» markalı mobil telefon və 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Əfşan» adlı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmənin 03 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 da şahid X5 ifadəsinə oxşar məzunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Şahid5 və Şahid4 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X11 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X6 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X11 tərəfindən tərtib olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X10, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 oğlu, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X3 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Şəxsin üzərinə şəxsi axtarış aparıldı, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan həmin şalvarın arxa sağ cibindən bir ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuana və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi. Marixuanaya bənzər kütlənin çəkisi 112 (yüz on iki) qram, metamfetaminə bənzər kütlənin çəkisi 50(əlli) qram oldu. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmçinin verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əfşan” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri çatdırmaqda marağının həmin narkotik vasitələrdən ona müəyyən hissəsinin qalmasını, heç kimə narkotik vasitə satmadığını lakin bağışladığını bildirdi. Şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə aparılması saat 04:50-də başladı, 05:20-də qurtardı. - Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş, Abşeron rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Şahid3, Şahid5 və Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili X7 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Abşeron Rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisində olan bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən bir ədəd irihəcmli bağlamanı təqdim edərək masanın üzərinə qoydu və həmin bağlamanın içərisindəki maddənin marixuana olmasını bildirdi. Bundan sonra şəxsin üzərinə şəxsi axtarış keçirildi. Lakin Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər maddələr sellfofan torbaya qoyularaq qablaşdırılmış və DİN-nin 56 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmçinin verilən suallara cavab olaraq aşkar olunmuş marixuanaya bənzər maddələri hər hansı şəxsdən əldə etmədiyini, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz gölü” yaxınlığından tapdığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və zor tətbiq edilmədiyini bildirdi. Şəxsi axtarış və götürmə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə aparılması saat 09:34-də başladı, 09:47-də qurtardı. - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli, “Şəxsi axtarış və götürmə aparılması barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli, “Şəxsi axtarış və və götürmə aparılması barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/7013 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən..» sözləri soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 45,149 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 45,149 qr, tədqiqata sərf edildi – 0,05 qr, 45,099 qr. qalıq qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1406 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr..» yazılar və imzalar olan ağ rəngli kağız paketdə üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada, bir ədəd sellofan torbada təmiz çəkisi 96,924 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 96,924 qr, tədqiqata sərf edildi – 0,02 qr, 96,904 qr. qalıq qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1156 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş..» sözləri yazılmış skoçla bağlanmış sellofan torbada təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəklər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 410,0 qr, tədqiqata sərf edildi – 0,05 qr, 409,95 qr. qalıq qalmışdır. - Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(012)-645/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat və vəsatət təmin edilməmiş və həmin tarixdə Abşeron RPİ-nin müstəntiqi X15 tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 4(008)- 645/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1119 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilərkən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5-ci maddəsində isə qeyd olunur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət qanununun analoqiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlələri çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa o təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Əfşan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ümumi təmiz çəkisi 45,149 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 96,924 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşı «Əfşan» adlı şəxsin ona sonradan deyəcəyi ünvanlara çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib, saxlayıb daşımışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və sonuncu həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 15 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan etmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 22 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində sözügedən iki cinayət işinin istintaqı birləşdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.1-1-ci maddələri ilə ittiham elan edilmiş, 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinə tövsif edilmiş və 16 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Məhkəmə cinayət işinin ibtidai istintaq materiallarını araşdıraraq hesab edir ki, birinci epizod üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən birinci epizod üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 09 mart 2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs hər iki epizod üzrə əməlini satış məqsədilə törətməsinə dair öz mövqeyini əsaslandırarkən Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf etməsinə dair ifadəsini, şahid ifadələrini, təqsiurləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasına dair protokolları, buna dair videoçəkilişləri, məhkəmə-bioloji, məhkəmə fizikikimyəvi, mabulator məhkəmə-narkoloji ekspertizalarının keçrilməsinə dair rəyləri, “Samsung A52” markalı mobil telefonda olan səs yazışmalarını və mesajları sübut kimi qiymətləndirmişdir. Halbuki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs birinci epizod üzrə əməli satış məqsədilə törətməsini təsdiq edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, birinci epizodla bağlı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamışdır. Digər tərəfdən, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs səmimi etirafını sübut qismində qiymətləndirsə də, sonuncu birinci epizod üzrə özü belə narkotik vasitəni satış məqədi ilə əldə etməsi barədə heç bir halda etirafedici ifadə də verməmiş, ifadəsində 09 oktyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində təmiz hava almaq üçün Abşeron rayonu Masazır qəsəbəsinə Duz Gölünün kənarına getdiyini və orada gəzən zaman qara rəngli çantanı görüb həmin çantaya toxunduğunu, içərisində nə isə bir əşya olduğunu görüb açdığını və narkotik vasitə marixuana olduğunu gördüyünü, çantanı özü ilə götürüb apardığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və polis əməkdaşları olan şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə birinci epizod üzrə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin birinci epizod üzrə yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli obyektiv cəhətdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımada, 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinin təkrar törədilməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci və 16.2-ci maddələrinin məzmunundan müəyyən olunur ki, təkrar cinayətlər eyni (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsi) və həmcins (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsi) cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Hazırki cinayət işinin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən 09 oktyabr 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlələri çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, daha sonra 14 dekabr 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq ümumi təmiz çəkisi 45,149 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 96,924 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib, saxlayıb daşıdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin birinci epizod üzrə satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması sübuta yetmədiyindən, dolayısı ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib elementi olan obyektiv cəhətdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanın təkrar törədilməsində ifadə olunan hərəkətlər istisna edilir. Qeyd edilənlərin yekunu olaraq məhkəmə cinayət qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan şərhinə əsaslanaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinə hüquqi qiymət verərkən hesab edir ki, sonuncunun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməlidir, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 14 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən sübhəli şəxs qismində tutulduqdan sonra polis bölməsində olarkən sonuncular tərəfindən döyülməsi və təhdid olunması, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15 may 2023-cü il tarixli məktubundan və ona əlavə olunmuş 14 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə MSY-ə gətirilən zaman onun üzərinə baxış keçirilmiş və bədənində xasarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X25 Sabunçu rayon şöbəsinin 3103 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ qaş nahiyəsinin əzilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BİT-in TSH-də müayinəsindən 3-7 gün əvvələ aid edilə bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarət müxtəlif şəraitlərdə törənə bilər, bədənin əlçatan nahiyəsində yerləşdiyindən özü və kənar şəxs tərəfindən yetirilə bilər. İş materiallarında olan Sabunçu rayon prokurorluğunun müstəntiqi X4 21 dekabr 2023cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” Qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra döyülməsi barədə məhkəmə baxışında göstərdiyi xüsusatlarla bağlı Sabunçu rayon prokurorluğundan aparılmış araşdırmanın nəticəsi olaraq 704C-23 saylı material üzrə cinayət işinin başlaması rədd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X25 Sabunçu rayon şöbəsinin 3103 saylı rəyində Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin 17 dekabr 2022-ci il tarixdə BİTin TSH-də müayinəsindən 3-7 gün əvvələ aid olması qeyd olunsa da, sonuncunun bədənindəki həmin xəsarətləri məhz 14 dekabr 2022-ci il tarixdə, yəni şübhəli şəxs qismində tutulduğu tarixdə alması və xəsarətlərin ona məhz polis əməkdaşları tərəfindən yetirilməsinə dəlalət edən hər hansı mötəbər sübut cinayət işinin materiallarında müəyyən olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində həqiqətən də, əvvəllər “Əfşan” adlı şəxslə narkotik vasitələr əldə etmək üçün müxtəlif vaxtlarda telefon vasitəsilə əlaqə saxladığını, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini göstərsə də, Vüqar Məmmədovun bu ifadəsi onun həqiqətən də adı keçən şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək barədə razılığa gəlmələrinə dəlalət edir. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 15 dekabr 2023-cü il tarixdə ifadəsi alınan zaman Bakı şəhəri, ünvan 5 ünvanda yaşadığını, evdə ondan başqa anası, arvadı və iki övladı olduğunu, hazırda heçbir yerdə rəsmi olaraq işləməsə də fərdi əməklə yəni gündəlik fəhləliklə məşqul olub maddi ehtiyaclarını ödədiyini, 20 ildir ki, narkotik vasitə istifadə hesab edilən «nəşə» çəkdiyini, Bakı şəhərində müxtəlif ərazilərdən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən narkotik vasitə alaraq istifadə etdiyini bildirmişdir. İstifadəsində olan Samsung A52 markalı mobil telefonda «Şaka Otel» kimi telefonun yaddaşında qeydiyyata aldığı +**********69 nömrəsini istifadə edən İran İslam Respublikasının vətəndaşı «Əfşan» adlı şəxslə 2 ay bundan qabaq təsadüfən instagramda tanış olduğunu, onun istifadəsində olan ***-***-**-** saylı nömrənin votsapına «Əfşan» salam yazdığım, azərbaycanca danışıb narkotik istəsən de demiş, o «Əfşan»a nəşə istədiyini demiş, belə danışmışlar ki «Əfşan» ona nəşə göndərəcək o da həmin nəşəni götürüb onun dediyi yerə qoyacaq nəticədə özü üçün həmin nəşədən müəyyən qədər götürüb İstifadə edəcək. 14 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində «Əfşan»la danışmış razılığa gəlmişlər ki, nəşə və biraz metamfetamin Əhmədli metrosunun yanında Təbrik şadlıq evinin yaxınlığına qoyacaq, o gedib götürəcək, bundan sonra o, yolla keçən sürücüsünü və markasını xatırlamadığı taksi ilə Təbrik restoranının yanına getmiş, «Əfşan»ın ona göndərdiyi ünvanla gedib içərisində narkotik vasitə olan paketi qaz borusunun yan tərəfindən götürmüş yolla keçən sürücüsünü və markasını xatırlamadığı taksi ilə Zabrat qəsəbəsinə geri dönmüş, həmin gün 02:40 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona BNMİ-nin polis əməkdaşi kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsindədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsini deyib Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına dəvət etmişlər. 15 ci PB-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan torbada qurudulmuş marixuana kütləşin, həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan həmin şalvarın arxa sağ cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «Samsung A52» markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hərhansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, təqdim etdiyi marixuana və metamfetaminə kütlələri elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçinin və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd «Samsung A52» markalı mobil telefon və 1 (bir) ədəd ona aid şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. O sənədləşmə zamanı təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Əfşan» adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri çatdırmaqda marağının həmin narkotik vasitələrdən ona müəyyən hissəsinin qalması olduğunu, heç kimə narkotik vasitə satmadığını, bağışlamadığını qeyd etmiş, üzərimdən başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 12678627 saylı və AZE seriyalı 12678631 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2013-cü il təvəllüdlü X12 və 02 mart 2010-cu il təvəllüdlü X13 adlı 2 azyaşlı uşağı var. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda qeydiyyatda olduğu müddətdə qəsəbə nümayəndəliyinə barəsində heç bir şikayət daxil olmamışdır. Himayəsində 2 azyaşlı uşağının olmasını və mənfi xarakterizə olunmayan şəxsiyyətini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 oktyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin olunmaması barədə Abşeron Rayon Məhkəməsinin 4(012)-645/2022 saylı, 10 oktyabr 2022ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin olunmamış, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad olunması qərara alınmış və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 09 oktyabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan, 10 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan, həmin tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci tarixdə, saat 09:10-da şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi saat 11:05-də başlamış, 12:10-da başa çatmış, barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılması üçün Abşeron Rayon Məhkəməsinə verilmiş, məhkəmənin qərarı ilə dərhal məhkəmə iclas zalından azadlığa buraxılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması faktiki olaraq onun tutulduğu vaxtdan, yəni 09 oktyabr 2022-ci tarixdə, saat 09:10-dan başlayaraq təqsirləndirilən şəxs qismində dindirilməsinin qurtarma vaxtı, yəni 10 oktyabr 2023-cü il saat 12:10-dan sonra da davam etməklə Abşeron Rayon Məhkəməsinin qərarı ilə məhkəmə iclas zalından azad edilməsi qərara alınaraq qərarı qəbul edildikdən sonra başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması faktiki olaraq bir gündən artıq müddətdə davam etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.20-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 226 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ümumilikdə qalıq çəkisi 409,95 qram qurudulmuş marixuana, 45,099 qram metamfetamin və 96,904 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 05 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung A52” markalı mobil telefon Təqsirləndirilən şəxs cəzasının çəkib qurtardıqdan sonra özünə qaytarılmalıdır. Həminin iş üzrə məhkəmə fiziki-kimyəvi, məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 226 (iki yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi Bakı şəhəri, “Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1138/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Universal” Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ayrı-ayrılıqda qalıq çəkiləri 409,95 qram təşkil edən marixuana, 45,099 qram metamfetamin və 96,904 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung A52” markalı mobil telefon Təqsirləndirilən şəxs cəzasının çəkib qurtardıqdan sonra özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 05 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə fiziki-kimyəvi, məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 226 (iki yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Universal” Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar