Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1138/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X11 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Kürdəmir şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "X31” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, Bakı şəhər Xətai rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə 02 (iki) il müddətinə “dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,179.3.2 və 32.5,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs maddi məsul şəxs tərəfindən özgəyə məxsus olmaqla ona etibar edilmiş əmlakın qulluq mövqeyindən istifadə edilib vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsənilməsində və tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində qeyriləri ilə birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Belə ki, o, tanışları Şahid1, Şahid2 və qeyriləri vasitəsilə dolayı yolla tanıdığı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli RDPNW-16/1PMU/012 saylı xidməti müqavilə üzrə İFAD (X4 İnkişafı Fondu) Layihə İdarəetmə Qrupunun maliyyə menecerinin köməkçisi vəzifəsində işləməklə həmin layihə idarəetmə qrupuna tələb olunan hesabat və məruzələrin hazırlanmasında yardım etmək, xüsusilə maliyyə funksiyası ilə bağlı müvafiq bərk disk və elektron qeyd və faylları saxlamaq, ödəniş və digər müvafiq sənədlərin İFAD Layihə idarəetmə qrupundan banka və əksinə təqdim edilməsini təmin etmək, qəbzlər üzrə bank hesablarını təsdiqləmək və digər işlərin görülməsini təşkil etmək funksiyalarına malik maddi məsul şəxs olan Şahid7 qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəyərək talama cinayətini törətməsinə Şahid1, Şahid2 və qeyriləri İlə birlikdə, qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə və məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, bu məqsədlə Şahid1 və qeyriləri vasitəsilə Şahid7 özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə təsisçisi və direktoru olduğu xx.xx.2014-cü il tarixdə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış “X31" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Nərimanov filialında olan AZ67ATAZ******************** saylı bank hesabı barədə rekvizitləri bildirməklə, Şahid7 Şahid1la qabaqcadan əlbir olub saxta möhür və ştamp hazırlamalarına dair cinayətkar məqsədlərindən xəbəri olmadan, Şahid7 qeyd edilən qaydada xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində işlədiyi xidmətin ünvan 3 ünvanında yerləşən “Hökumət Evi"-nin 8-ci mərtəbəsində yerləşən xidməti otağında istifadəsində olan kompyuterdə hazırladığı Agentliyin “Kənd yerlərinin kompleks inkişafı" layihəsi üzrə kənd əhalisinin yoxsulluğunu və ərzaq təhlükəsizliyini davamlı əsasda azaltmaq, təsərrüfat daxili suvarma sistemlərinin təmir-bərpası, bitkiçiliyin, heyvandarlığın, baytarlıq xidmətlərinin inkişafı, yeni əkin texnologiyalarının yayımı və sair məqsədlər üçün “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə "xxxx" ASC-də olan AZ28AİİB********************, AZ45A11B33030029, AZ62A1İB******************** saylı bank hesablarına guya həmin layihə üzrə təqdimata əsasən müqavilə əsasında işlərin görülməsi adı ilə köçürülməsinə dair məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan ödəniş tapşırıqlarında həmin layihə üzrə maliyyə meneceri işləyən cinayətdən xəbərsiz X12 və layihənin rəhbəri X7 əvəzindən imzalayıb, agentliyin adına Şahid1la birlikdə qanunsuz olaraq hazırladıqları saxta möhürlə təsdiq edib, ödəniş və digər müvafiq sənədlərin “Kapitalbank" ASC-nin 1 saylı Səbail filialına təqdim edib, həmin ödəniş tapşırıqları üzrə özünün direktoru olduğu “X31” MMC-nin "xxxx" ASC-də olan qeyd edilən bank hesabına xx.xx.2015-ci il tarixli 324 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 326 saylı ödəniş tapşırığı üzrə 21.200 manat, xx.xx.2015-ci il tarixli 334 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 308 saylı ödəniş tapşırığı üzrə 7.000 manat, xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırığı üzrə 6.300 manat, ümumilikdə 5 ödəniş tapşırığı üzrə cəmi 86.500 (səksən altı min beş yüz) manat məbləğində pul vəsaitinin köçürülməsindən sonra Şahid1, Şahid2 və qeyriləri ilə birlikdə məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, həmçinin, qabaqcadan verdiyi vədə uyğun olaraq, köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyə dair hərəkətlərini davam etdirərək qeyd edilən hesabdan xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə həmin pul vəsaitini AB-1 №138476, AB-1 №138477, AB-1 №138480, AB-1 №138481 və AB-1 №138484 saylı çeklər əsasında məxaric etməklə əldə edib qeyriləri və Şahid2, Şahid1 vasitəsilə Şahid7 Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda təqdim edib, Şahid7 tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 86.500 (səksən altı min beş yüz) manat məbləğində pul vəsaitinin qulluq mövqeyindən istifadə edilib vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsəməsində və tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində Şahid1, Şahid2 və qeyriləri ilə birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan İstifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyətilə məşğul olarkən Cavid adlı müştəri ilə tanış olmuş, həmin şəxsin təklifi ilə ona verilən sənədləri imzalamışdır. Azərbaycan dilində oxumağı bacarmır və Cavidə bu halları bildirmiş, ona təqdim edilən sənədlərin mahiyyətini dərk etməmişdir. Cavid ona adına firma açdığını söyləmiş və sənədləri imzaladıqdan sonra ona 100-200 manat pul vermişdir. Həmin sənədlərlə bağlı Cavidlə birlikdə bir dəfə Vergi İdarəsinə və notariusa getmişdir. Cavid adlı şəxsin verdiyi sənədləri imzalamasına səbəb onların bir yerdə yaşaması olmuşdur. İmzaladığı sənədlərin mahiyyətini başa düşmədiyindən, Vergilər Nazirliyindən yaşadığı ünvana məktub gəldikdən sonra onun adına vergi hesablarının açıldığını dərk etmişdir. “X31” şirkətinin adını xatırlamır. "xxxx" Bank ASC-yə məxsus göy rəngli boş vərəqlər olan kitabça imzalamış, həmin sənədlərin sonrakı təyinatından xəbəri olmamışdır. 86.500 manatdan xəbəri olmamış, həmin pul vəsaiti ilə bağlı hər hansı çek görməmişdir. Şahid7, Şahid2, Şahid1 adlı şəxsləri tanımır, həmin şəxslər azadlıqdan məhrum edilməsindən xəbəri yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2014-cü ildə hazırda kimliyini xatırlamadığı şəxs ona bir müddətlik adına ASAN xidmət mərkəzində Vergilər Nazirliyinin bölməsində şirkət və VÖEN nömrəsi yaradaraq sonradan həmin şirkətin ləğv edilməsi müqabilində müəyyən məbləğdə pul verəcəyini, bu işdə heç bir problem olmadığını, sadəcə ona köməklik göstərməyi xahiş etmişdir. Həmin vaxt işsiz olduğundan və pula ehtiyacı olduğundan həmin şəxsin təklifi ilə razılaşaraq 2014-cü ilin dekabr ayında “X31” MMC-ni təsis etmiş və direktoru da özü olmuşdur. MMC Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində VÖEN nömrəsi ********** olmaqla qeydiyyata alınmışdır. Bundan başqa, MMC-nin adına "xxxx" ASC-də bank hesabı da açmışdır. Bundan sonra həmin hesaba köçürülən pullara aid çeklərə imza edərək həmin pul vəsaitlərinin bank hesabından məxaric etməkdə həmin şəxsə köməklik göstərmişdir. Ona verilən ittihamda göstərildiyi kimi “X31” MMC-nin "xxxx" ASC-də olan bank hesabına xx.xx.2015-ci il tarixli 324 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 326 saylı ödəniş tapşırığı üzrə 21.200 manat, xx.xx.2015-ci il tarixli 334 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 308 saylı ödəniş tapşırığı üzrə 7.000 manat, xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırığı üzrə 6.300 manat, ümumilikdə 5 ödəniş tapşırığı üzrə cəmi 86,500 manat məbləğində pul vəsaitinin köçürülməsindən sonra hesabdan xx.xx.2015-ci il tarixdən xx.xx.2015-cİ il tarixədək olan müddətdə həmin pul vəsaitlərini AB-1 №138476, AB- 1№138477, AB-1№138480, AB-1№138481 və AB-1№138484 saylı çeklər əsasında bank hesabından məxaric etməkdə həmin şəxsə köməklik göstərmişdir. Qeyd etdiyi köməkliyin əvəzində həmin şəxs tərəfindən hər nağdlaşdırmada hazırda xatırlamadığı məbləğdə olan təxminən 100-200 manat pul vəsaiti təqdim etmişdir. Həmin pul vəsaitlərinin hesaba hansı müəssisədən və ya hansı dövlət qurumundan daxil olduğunu və qanunsuz yolla köçürüldüyündən məlumatsız olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə bildirmişdir ki, bu iş üzrə şahid qismində tanınmış Şahid7, Şahid1 və Şahid2 da məhkum olunmuşdur. Cinayət nəticəsində Kənd Təsərrüfatı Nazirliyinə vurulmuş ziyan iki milyon yeddi yüz min manat təşkil etsə də həmin zərərin 86.500 manat hissəsi Təqsirləndirilən şəxs payına düşmüşdür. Təqsirləndirilən şəxs heç vaxt görməmiş, işəgötürən kimi onun tabeliyində Şahid7 olmuşdur. 2018-ci ildə "xxxx" ASC-də “online” bankçılıq açıldıqda maliyyə şöbəsindən pulların silindiyi görülmüşdür. Şahid7 Dünya Bankının layihələşdirdiyi vəsaitlərə sərəncam verən şəxs olmuşdur. Hər hansı rayon və ya kəndə asfalt yol çəkiləndə Kənd Təsərrüfatı Nazirliyi dövlət müəssisəsi olduğu üçün Dünya Bankından vəsait "xxxx" ASC-dəkı hesablara köçürülürmüş və zərurət olduqca müvafiq ödəniş tapşırıqları Kapital Banka verilmişdir. "xxxx" ASC isə həmin ödənişləri müvafiq şirkətlərə vermişdir. İstintaq zamanı Şahid7 tərəfindən saxta möhür hazırlanması və Nazirliyin sərəncamında olan pul vəsaitlərinin hesabdan çıxarılması halları müəyyən olunmuşdur. Şahid7 tərəfindən mənimsənilmiş pul vəsaitindən təxminən 700.000 manat pul vəsaiti geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Şahid7 ifadə verməkdən imtina etdiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən görünür ki, 2013-cü ildən etibarən “Şimal-Qərb kənd inkişaf’ və “Kənd yerlərinin kompleks inkişafı” layihələrində xidmət müqaviləsi üzrə xidmət haqqı aylıq təxminən 2.000 ABŞ dolları olmuşdur. Xidmət haqqı aylıq olaraq "xxxx" ASC-də olan bank hesabına köçürülmüş və pulu oradan qəbul etmişdir. Maliyyə menecerinin assistenti kimi vəzifəsinə zəruri hesabat və məruzələrin hazırlanmasında yardım etmək, ödəniş və digər müvafiq sənədlərin icraedici orqandan banka və əksinə təqdim edilməsini təmin etmək və s. işlər aid olmuşdur. Əsasən pul köçürmələrinin əsası olan ödəniş tapşırıqlarını layihə rəhbəri Vüqar Mehdiyevin və həmin vaxt agentliyin müvafiq xidmət rəhbərləri X2, X13 və X18 verdiyi rekvizitlər əsasında öz kompyuterində hazırlamış və onları tərtib edərək layihə rəhbəri və maliyyə menecerinə imzalatdırmışdır, daha sonra isə xidmət rəisinin möhürü ilə təsdiq etdirərək müvafiq banka aparmışdır. Layihə üzrə ayrı-ayrı hüquqi şəxslərin bank hesablarına, o cümlədən layihə işçilərinin bank hesablarına xidmət haqqları köçürülmüşdür. İşlədiyi dövrdə müvafiq xidmət rəisləri və layihə rəhbəri layihə üzrə maliyyə sənədləri ilə əsasən özü işlədiyindən, yəni ödəniş tapşırıqları və digər sənədlərin hazırlanmasında birbaşa özü iştirak etdiyindən ona veriləcək göstərişləri icra etməyi, həmin göstərişlər barədə heç kimə məlumat verməməyi, veriləcək sənədləri apararaq banka çatdırmağı tələb etmişlər, verilən göstərişləri icra etməyəcəyi təqdirdə isə işdən azad olunacağı ilə hədələnmişdir. Həmin iş üzrə də əmək haqqı yüksək olduğundan işini İtirməmək üçün onların dedikləri ilə razılaşmışdır. Bundan sonra ilk dəfə 2013-cü ilin iyun ayında əvvəlcədən hazırlanan möhürlü və rekvizitləri olan ödəniş tapşırıqlarını ona verərək banka aparmağı tapşırmışlar. Bundan başqa ödəniş tapşırığında layihə rəhbəri və maliyyə menecerinin əvəzindən özünün imza etməyini tələb etmişlər. Onlara heç bir etiraz etməyərək həmin saxta ödəniş tapşırığında imza hüququ olan şəxslərin əvəzindən imza edərək digər həqiqi ödəniş tapşırıqları ilə birlikdə banka aparmışdır. Ödəniş tapşırığında olan şirkət barəsində heç bir məlumatı olmamışdır. Bundan sonra həmin vaxtdan başlayaraq 2018-ci ilin iyun ayınadək müvafiq xidmət rəhbərləri Abbas Allahverdiyev, Rüfət Rüstəmzadə, Mirzə Əliyev və layihə rəhbəri Vüqar Mehdiyev tərəfindən ona verilən saxta ödəniş tapşırıqları əsasında ayrı-ayrı hüquqi şəxslərin bank hesablarına qanunsuz pul köçürmələri həyata keçirilmişdir. Ona verilən ittihamda qeyd edilən 2.677.333,82 manat qanunsuz pul köçürmələrindən "BESS” MMC-ə köçürülən məbləğlərdən başqa, digər hüquqi şəxslərə köçürülən pul vəsaitlərindən və onların nağdlaşdırılmasından məlumatsızdır. Yalnız “BESS MMC-yə edilən pul köçürmələri müvafiq bank hesablarından məxaric edildikdən sonra pullar Şahid1 tərəfindən ona verilmiş, o, da öz növbəsində həmin pullardan müvafiq xidmət və layihə rəhbərlərinə təqdim etmişdir. Verilən pul vəsaitindən ona və onun vasitəsi ilə Şahid1 2-3 faiz pul verilmişdir. Sənədlərdə olan saxta ştamp və möhürləri xidmət və layihə rəhbərləri hazırlayaraq istifadə üçün ona vermiş, həmin sənədlər həmin şəxslərin göstərişi ilə hazırlanmışdır. Təqsirləndirilən şəxs, Şahid2 ilə, o cümlədən “X31” MMC, “Viva Holding 2015" MMC, “Fonex İnvestment" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə heç bir əlaqəsi olmamış, həmin hüquqi şəxslərin rəhbərlərini tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hazırki iş üzrə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs və Cavid adlı şəxsləri və “X31” MMC şirkətini tanımır. Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, Şahid7 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hazırkı iş üzrə məhkum olunmuşdur. Şahid7 tanımır. Uzun müddət öncə xatırlamadığı bir şəxsin komissiya haqqının az olduğu bankla maraqlandıqda "xxxx" ASC-ni təklif etmişdir. Təqsirləndirilən şəxs tanımır. “X31 MMC” adlı şirkəti xatırlamır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ilin iyun ayından başlayaraq köhnə iş yoldaşı, əvvəllər "xxxx" ASC-də birlikdə işlədiyi Şahid3 müraciət edərək 5 hüquqi şəxsə aid bank hesabının lazım olduğunu, həmin hesablara pullar köçürüləcəyini, həmin pulun məxaric edilərək ona verilməsində köməklik etməyi xahiş etmiş, Esmiraya müxtəlif vaxtlarda tanıdığı bir neçə hüquqi şəxsə aid bank rekvizitlərini verərək həmin hüquqi şəxslərin direktorlarından da pulun köçürüldükdən sonra məxaric edilərək ona verməsini, bunun müqabilində köçürülən pulun kiçik hissəsini onlara verəcəyini bildirmişdir. Özü isə hər köçürmədən 1 faiz məbləği özünə götürmüşdür. Beləliklə, Şahid3 xahişi ilə müxtəlif vaxtlarda tanıdığı və münasibətdə olduğu hüquqi şəxslərin rəhbərlərinə etdiyi müraciət əsasında Təqsirləndirilən şəxs direktoru olduğu “X31” MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülən cəmi 86.500 manat, X3 direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülən cəmi 94.040,2 manat, X14 direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülən cəmi 86,478 manat, X15 direktor olduğu “AG Sung Company" MMC-nin “AtaBank" ASC-də olan bank hesabına köçürülən 51.000 manat, X8 direktoru olduğu "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan bank hesabına köçürülən cəmi 102.180 manat məbləğində pulu hüquqi şəxslərin direktorları vasitəsi ilə banklardan məxaric edərək şəxsən Şahid3 özünə işlədiyi "xxxx" ASC-nin Nərimanov filialında vermişdir. Həmin pulların qanunsuz köçürülməsindən, ümumiyyətlə hansı təşkilatdan köçürülməsindən xəbəri olmamışdır. Şahid1 və Şahid7 tanımır, həmin şəxslərlə birbaşa heç bir əlaqəsi olmamışdır. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, Emil adlı şəxs ona verilən mənbəyi məlum olmayan 86 500 manat pulu ayrı-ayrı 4 şirkətin hesabına köçürüb sonradan nağdlaşdırmışdır. 4 şirkəti Esmira xanıma yönləndirdiyi üçün və bir faiz gəlir əldə etdiyi üçün həbs edilmişdir.Tanımadığı bir nəfər ondan Ata Bankda hesab açmaq lazım olduğunu xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-cı ildə X27 rayonu filialında əməliyyatçı kimi işləmişdir. Təqsirləndirilən şəxs onun müştərisi olmamışdır. Şahid7, Elmir Bağırov və Təqsirləndirilən şəxs tanımır. Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, işlədiyi dövrdə mütəmadi olaraq xidmətin səlahiyyətli şəxsinin onlara təqdim etdikləri ödəniş tapşırıqları əsasında onların hesablarından başqa hesablara müvafiq pul köçürülməli olmuşdur. Xidmətin həyata keçirdiyi pul köçürülmələri ilə əlaqədar işlər bəzi vaxtlarda ona da həvalə edildiyindən o icra etmişdir. Qarşı tərəfdən isə əməkdaşlıq edən şəxs Şahid7 olmuşdur. Şahid7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələrinin və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidmətinin həyata keçirdiyi “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə məsul işçisi kimi tanımış, onunla hər-hansı bir yaxınlıq münasibəti olmamış, baş vermiş hadisədən yeni xəbər tutmuş, o artıq bir neçə ildir ki, onlarla əməkdaşlıq etdiyindən ondan heç bir vaxt şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva X16 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər "xxxx" ASC-nin Nərimanov filialında baş mühasib vəzifəsində işləmişdir. Tanıdığı Şahid1 adlı şəxs sahibkar olmuş, xaricə xammal üçün pul göndərmiş, kənd təsərrüfatı ilə bağlı pul yatırım edib sonra həmin pulları bankdakı hesablardan çıxartmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidməti ilə dəqiq tarixini xatırlamadığı vaxtda bank hesabı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən xidmətin filialda 6 hesabı olmuşdur. İşlədiyi dövrdə mütəmadi olaraq xidmətin səlahiyyətli şəxsinin onlara təqdim etdikləri ödəniş tapşırıqları əsasında layihənin bank hesablarından başqa hesablara müvafiq pul köçürmələri olmuşdur. Xidmətin həyata keçirdiyi pul köçürmələri ilə əlaqədar işlər ona da həvalə edildiyindən özü məşğul olmuşdur. Qarşı tərəfdən isə əməkdaşlıq edən şəxs Şahid7 olmuşdur. Xidmət tərəfindən həyata keçirilən pul köçürmələri ödəniş tapşırıqları əsasında həyata keçirilmişdir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürmüşdür. Ödəniş tapşırığı ödəyici tərəfindən doldurulmuş, orada məsul şəxslərin imzası və xidmətin möhürü vurulmuşdur. Ödəniş tapşırıqları 2 nüsxədə banka təqdim edilmişdir. Təqdim edilən ödəniş tapşırığının qüsurlu olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin bank hesabında olmasını yoxladıqdan sonra ödəniş tapşırığı qüsurlu olmadıqda və ödəyicinin bank hesabında ödənişi təmin edən vəsait olduqda ödəniş tapşırığının "İcra haqqında bank qeydi" hissəsində icra üçün qəbul olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək icra olunması üçün qəbul etmişdir. Şahid7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələrinin və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidmətinin həyata keçirdiyi “Kənd yerlərinin kompleks inkişafı" layihəsi üzrə məsul işçisi kimi tanımış, onunla hər hansı bir yaxınlıq münasibəti olmamış, Şahid7 törətdiyi cinayət hadisəsindən heç bir vaxt şübhələnməmişdir. Ödəniş tapşırıqları icra olunduqdan sonra hər dəfə Sevincə hesabdan çıxarış sənədləri verilmiş və o da bu sənədləri ondan qəbul etmişdir. Orada layihə üzrə bütün köçürmələr və qalıq barədə məlumatlar öz əksini tapmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2008-ci il tarixdən "xxxx" MMC-də audit üzrə partnyor vəzifəsində çalışmışdır. xx.xx.2018-ci il tarixdən isə həmin vəzifədən ayrılaraq hazırda işlədiyi “PWC” audit şirkətində baş menecer vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə audit şirkətinin rəhbəri Tural Məhərrəmov olmuşdur. “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin keçirdiyi tender əsasında qalib şirkət "xxxx" MMC olduğundan hazırki vaxtadək hər il üçün audit yoxlamalarını “RSM Azerbaijan" MMC keçirmiş və audit yoxlamasının nəticəsi olaraq rəy tərtib edilərək xidmətə təqdim edilmişdir. Həmin layihə ilə əlaqədar audit yoxlamalarını Beynəlxalq Audit standartları və X10 üzrə Beynəlxalq Fondun Layihə təftişləri üzrə Təlimatları əsasında aparmışdır. Həmin standartların tələbinə görə audit yoxlaması elə şəkildə planlaşdırılmalı və aparılmalıdır ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud omamasına kifayət qədər əmin olunmalıdır. Həmin layihənin "xxxx" ASC və "xxxx" ASC-də olan bank hesablarını yoxlamaq üçün onların birbaşa banka müraciət etmək səlahiyyəti olmadığından bu barədə layihəyə müraciət etmiş, onlar da öz növbəsində dövlət xidmətinin rəhbərliyinin adından həmin banklara sorğu edərək bank hesabları üzrə müvafiq qalıqların audit şirkətinin ünvanına göndərilməsini xahiş etmişlər. Həmin banklardan cavablar gecikdiyindən və ya ümumiyyətlə xidmətin sorğusuna baxmayaraq onların ünvanına göndərilmədiyindən xahişləri ilə bank hesabları barədə qalıqlar rəsmi poçtla deyil, əl ilə layihənin bank üzrə səlahiyyətli əməkdaşı Şahid7 tərəfindən onlara çatdırılmışdır. Hazırda ona məlum olmuşdur ki, Şahid7 onlara təqdim olunan bank hesabları üzrə qalıq barədə məlumatları saxtalaşdırmışdır. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnkişaf və Dövlət Agentliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 29/01/09-559 saylı məktubdan görünür ki, yoxlama zamanı maliyyə menecerinin köməkçisi vəzifəsində işləmiş Şahid7 tərəfindən 2013-2018-ci illər ərzində layihədə nəzərdə tutulmayan 2.677.333,82 manat, o cümlədən Təqsirləndirilən şəxs direktoru olduğu “X31” MMC-ə xx.xx.2015-ci il tarixdə 26.000 manat, xx.xx.2015-ci il tarixdə 21.200 manat, xx.xx.2015-ci il tarixdə 26.000 manat, xx.xx.2015-cİ il tarixdə 7.000 manat, xx.xx.2015-ci il tarixdə 6.300 manat, ümumilikdə 86.500 manat məbləğində qeyri-qanuni köçürmələr edildiyi müəyyən edilmişdir ( cild 2, iş vərəqi 04-06). "xxxx" ASC-dən sənədlərin götürülməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında "xxxx" ASC-dən ’’X31” MMC-ə aid bank sənədləri (bank hesabları barədə məlumatlar, həmin hesaba mədaxil olunmuş və pulun məxaric olunmasını təsdiq edən sənədlər, ödəniş tapşırıqları, etibarnamə və s.) götürülərək cinayət işi materiallarına əlavə edilmişdir ( cild 1, iş vərəqi 96-97). "xxxx" ASC-dən götürülmüş ’’X31” MMC-yə aid bank sənədlərindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə "xxxx" ASC-də olan bank hesabından xx.xx.2015-ci il tarixli 324 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 326 saylı ödəniş tapşırığı üzrə 21.200 manat, xx.xx.2015-ci il tarixli 334 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015- ci il tarixli 308 saylı ödəniş tapşırığı üzrə 7.000 manat, xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırığı üzrə 6.300 manat, ümumilikdə 5 ödəniş tapşırığı üzrə cəmi 86.500 (səksən altı min beş yüz) manat məbləğində pul vəsaiti xx.xx.2014-cü il tarixdə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, Təqsirləndirilən şəxs direktoru olduğu ’’X31” MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Nərimanov filialında olan AZ67ATAZ******************** saylı bank hesabına köçürülmüşdür ( cild 1, iş vərəqi 98- 116). xx.xx.2015-ci il tarixli AB-1 №138476 saylı, xx.xx.2015-ci il tarixli AB-1№138477 saylı, xx.xx.2015-ci il tarixli AB-1№138480 saylı, xx.xx.2015-ci il tarixli AB- 1 №138481 saylı və xx.xx.2015-ci il tarixli AB-1 №138484 saylı bank çeklərindən görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 86.500 manat məbləğində pul vəsaitini xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə "xxxx" ASC-nin Nərimanov filialının xəzinəsindən məxaric etmişdir ( cild 1, iş vərəqi 112-116). 06 mart 2019-cu il tarixli "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən “Azercell’’ MMC-nin müştəri xidmətindən istifadə edən ***-***-**-**, 050- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə dair 01 yanvar 2013-cü ildən 01 yanvar 2019-cu İl tarixə qədər olan müddətə məlumatlar götürülmüşdür. Həmin məlumatlara əsasən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları, o cümlədən pul köçürmələri olan günlər xx.xx.2015-ci il tarixdə 12, 38, 11 saniyə, xx.xx.2015-ci il tarixdə 63, 17 saniyə, xx.xx.2015-ci il tarixdə 39, 13, 40, 10 saniyə, xx.xx.2015-ci il tarixdə 44, 45, 30 saniyə, xx.xx.2015-ci il tarixdə 36, 95 saniyə, xx.xx.2015ci il tarixdə 16, 35, 15 saniyə, xx.xx.2015-ci il tarixdə 9, 9 saniyə, xx.xx.2016-cı il tarixdə 12, 32, 11, 69 saniyə, xx.xx.2016-ci il tarixdə 57 saniyə, xx.xx.2016-cı il tarixdə 71, 12, 73, 25, 65 saniyə, xx.xx.2016-cı il tarixdə 75, 33, 19, 64 saniyə, xx.xx.2017-ci il tarixdə 31, 14, 15 saniyə, xx.xx.2017-ci il tarixdə 92 saniyə telefon danışıqları olmuşdur (cild 2, iş vərəqi 2-3). 08 fevral 2019-cu il tarixli "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, İFAD layihələrinin 2016-2018-ci illər üzrə "xxxx" MMC audit təşkilatı tərəfindən aparılan audit yoxlamalarına “Turanbank" ASC tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixə olan Agentliyin bank hesabında olan pul vəsaitinin qalıqları barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixli və 31,12.2017-ci il tarixə olan qalıqlar barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli cədvəllər, "Kapitalbank” ASC tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixə olan qalıqlar barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixə olan qalıqlar barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli cədvəllər, o cümlədən xx.xx.2017 və xx.xx.2018-ci il tarixli audit rəyləri göndərilmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 155-161). 05 mart 2019-cu il tarixli məhkəmə-sənədlərin texniki ekspertizasının, 5978 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş xx.xx.2015-ci il tarixli 324 saylı, xx.xx.2015-ci il tarixli 326 saylı, xx.xx.2015-ci il tarixli 334 saylı, xx.xx.2015-ci il tarixli 308 saylı və xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırıqlarında olan “AZƏRBAYCAN RESPUBLİKASİ KƏND TƏSƏRRÜFATİ NAZİRLİYİ YANİNDA KƏND TƏSƏRRÜFATİ KREDİTLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ" məzmunlu möhür əksi birbaşa relyef klişe vasitəsilə vurulmuşdur, həmin möhür əksləri eksperimental əks nümunələri ilə eynilik təşkil etmir ( cild 2, iş vərəqi 7-26). xx.xx.2019-cu il tarixli məhkəmə-xətşünalıq ekspertizasının 5979 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 324 saylı, xx.xx.2015-ci il tarixli 326 saylı, xx.xx.2015-ci il tarixli 334 saylı, xx.xx.2015-ci il tarixli 308 saylı və xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırıqlarında “Müştərinin imzası (lari) 1” və “Müştərinin imzası (lari) 2” qrafalarında olan imzalar - Şahid7 tərəfindən icra olunmuşdur ( cild 2, iş vərəqi 27- 36). Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli tarixli, 6082 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müvafiq bank hesablarından pul köçürmələri nəticəsində ümumilikdə 2.677.333,82 manat məbləğində ziyan dəymişdir ( cild 2, iş vərəqi 37-48). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 3, iş vərəqə 64). Məhkəmə baxışı zamanı əldə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə “dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 1 ay 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanunla müəyyən edilmiş qaydada 21 iyun 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmünə əsasən Şahid7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 10 (on) il, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5, 179.4-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il 6 (altı) ay, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifətutma hüququndan məhrum edilməklə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il, Cinayət Məcəlləsinin 32.5,313-cü maddələri ilə 1(bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona qəti olaraq 1(bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X9, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə,4.000 (dörd min) manat məbləğində cərimə cəzası, Cinayət Məcəlləsinin 32.5,.313-cü maddəsi tətbiq edilməklə 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar əhatə olunmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona qəti olaraq 1(bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilmişdir ( cild 2, iş vərəqə 67-161). Şahid7, Şahid1 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X5, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. 21 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2015-ci il tarixli 324 saylı, xx.xx.2015-ci il tarixli 326 saylı, xx.xx.2015-ci il tarixli 334 saylı, xx.xx.2015-ci il tarixli 308 saylı və xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırıqları, xx.xx.2015-ci il tarixli AB-1 №138476 saylı, xx.xx.2015-ci il tarixli AB-1 №138477 saylı, xx.xx.2015-cİ il tarixli AB-1 №138480 saylı, xx.xx.2015-ci il tarixli AB-1 №138481 saylı və xx.xx.2015-ci il tarixli AB-1 №138484 saylı çeklər maddi sübut kimi tanınmışdır (cild 3, iş vərəqi 80-101). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə Təqsirləndirilən şəxs “X31” MMC adlı şirkəti açmadığını, iş üzrə məhkum edilmiş digər təqsirləndirilən şəxsləri tanımadığını bildirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - baxış protokolları, ödəniş tapşırıqları, bank hesablarından götürülmüş məlumatlar, ekspertiza rəyləri, şahid ifadələri, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin taksi fəaliyyəti ilə məşğul olması, tərəfindən “X31” MMC adlı şirkətinın açılmaması, azərbaycan dilində yazıb oxuya bilməməsi, etibarından suiistifadə edilməklə adına şirkətlər açılması barədə ifadələri iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmündə əks olunan, həmin iş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələr ilə təkzib edilir. Hökmdə əks edilən Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, o, digər şirkətlərlə yanaşı, “X31” MMC-nin direktoru olduğunu, həmin şirkətləri vergi orqanında qeydiyyatdan keçirtməklə VÖEN açdırdığını, həmin müəssisələri özü işlətdiyini, müəssisələrin fəaliyyətindən 20-30 min qazandığını, hökmdə adı çəkilən müəssisələrin, o cümlədən “X31” MMC-nin fəaliyyətində vergi borclarının yarandığını, həmin borcların ona məxsus olduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs onun adına şirkətlərin Cavid adlı şəxs tərəfindən açılmasını bildirsə də qeyd edilən şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə əlaqədar məhkəməyə hər hansı dəlil təqdim edə bilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini, cinayət işi materiallarında olan qəbzləri, ekspert rəylərini, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 179.3.2 və 32.5, 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 32.5 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır, həmin Məcəllənin 32.5 313-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin 179.3.2-ci maddəsinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1 və 66.5-ci maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə şəxs barəsində cinayət işi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdirsə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə nəzərdə tutulan, sonuncunun Şahid1, Şahid2 və qeyriləri ilə birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan İstifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində rəsmi sənəd olan ödəniş tapşırıqlarına tamah niyyətilə biləbilə yalan məlumatlar daxil edilməsi ilə bağlı əməllər 22 iyun 2015-ci il tarixindən 5 avqust 2015-ci il tarixinədək törədilmiş, həmin əməllər ilə bağlı cinayət işi isə 12 iyun 2018-ci il tarixdə başlanmışdır. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə yəni, 66.3-cü maddəyə əsasən cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin törədilməsindən doqquz il keçməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.4-cü maddələrinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplama yolu ilə birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı həbs qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə olan cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4 noyabr 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılması nəzərə alınmışdır. Həmin qərarla isə təqsirləndirilən şəxsin həbsinin əvvəlinin 3 noyabr 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir ( cild 3, iş vərəqi 33-37). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edildiyindən Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər Xətai rayon məhkəməsinin hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı və hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış xx.xx.2015-ci il tarixli 324 saylı, xx.xx.2015-ci il tarixli 326 saylı, xx.xx.2015-ci il tarixli 334 saylı, xx.xx.2015-ci il tarixli 308 saylı və xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırıqları, xx.xx.2015-ci il tarixli AB-1 №138476 saylı, xx.xx.2015-ci il tarixli AB-1 №138477 saylı, xx.xx.2015-cİ il tarixli AB-1 №138480 saylı, xx.xx.2015-ci il tarixli AB-1 №138481 saylı və xx.xx.2015-ci il tarixli AB-1 №138484 saylı çeklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə 770 ( yeddi yüz yetmiş) manat təşkil edən ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2020-ci il tarixli hökmünə əsasən Şahid7, Şahid1, X9 arasında müştərək qaydada bölünərək Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsinin müəyyən edilməsi nəzərə alınmalıdır (cild 2, iş vərəqə 44,55,61,67-161). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun hesabına 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,179.3.2 və 32.5, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə “dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətinə “dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 03 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: xx.xx.2015-ci il tarixli 324 saylı, xx.xx.2015-ci il tarixli 326 saylı, xx.xx.2015-ci il tarixli 334 saylı, xx.xx.2015-ci il tarixli 308 saylı və xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırıqları, xx.xx.2015-ci il tarixli AB-1 №138476 saylı, xx.xx.2015-ci il tarixli AB-1 №138477 saylı, xx.xx.2015-cİ il tarixli AB-1 №138480 saylı, xx.xx.2015-ci il tarixli AB-1 №138481 saylı və xx.xx.2015-ci il tarixli AB-1 №138484 saylı çeklər cinayət işi materillarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 66 (altmış altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1138/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1138/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver