Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1138/2025 24.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 1(101)-882/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 7(003)- 114/2024 saylı qərarı ilə həmin tarixdə ona təyin edilmiş cəzanın 03 (üç) ay 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat 1 yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Azad” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı şəxslərə çatdırılması və satışının həyata keçirilməsi məqsədilə sonuncu tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələr yerləşdirib bu barədə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra istintaqa məlum olmayan vaxtda və yerdən ümumi təmiz çəkisi 10 kiloqram 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 1 kiloqram 335 qram çəkidə kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 2 kiloqram 111,1 qram çəkidə kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib sərnişin qismində əyləşdiyi cinayətdən xəbərsiz Şahid2 idarə etdiyi “Kia Rio” markalı, **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Lökbatan-Xocəsən avtomobil yolunun 5-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 25 noyabr 2024-cü il tarixdə saat 00:10-da yuxarıda qeyd olunan ünvanda “Kia Rio” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 00:15 dəqiqədən etibarən onun və avtomobil sahibi Şahid2 razılığı və iştirakları ilə avtomobilə baxış keçirilən zaman avtomobilin sağ arxa oturacaq hissəsinin üzərindən 01 ədəd kisənin içərisində 09 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1030 qram, 1025 qram, 1605 qram, 1020 qram, 1020 qram, 1015 qram, 1020 qram və 1405 qram olmaqla ümumilikdə külli miqdarda 10 kiloqram 160 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamanın içərisindəki çəhrayı rəngli plastik qabda ümumi təmiz çəkisi 1 kq 335 qram olan xüsusilə külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bağlamadakı çəhrayı və boz rəngli plastik qablarda ümumi təmiz çəkisi 661,5 qram və 05 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 491,8 qram, 188,9 qram, 66,4 qram, 193,0 qram və 509,5 qram olmaqla ümumi təmiz çəkisi 2 kq 111,1 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13- 7/Ə298/24 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1992ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat 1 yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin sərnişin olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində külli miqdarda narkotik maddə gizlətməsi barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X7, X8, X11, X12 və X3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqi 6; 7-8; 10)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:10-da Bakı şəhəri, Binəqədi rayonu, Lökbatan-Xocəsən avtomagistralının 5-ci kilometrliyində, sərnişini olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında Şahid2 və Şahid3 ilə birlikdə saxlanılmış, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, 01 (bir) ədəd **********361165 nömrəli plastik bank kartı, 01 (bir) ədəd Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi, 201 (iki yüz bir) manat pul, həmin şalvarın sağ cibindən 02 (iki) ədəd açarı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon, 01 (bir) ədəd plastik bank kartı Təqsirləndirilən şəxs götürülmüş, pul və digər əşyalar isə müvafiq olaraq sonuncuya geri qaytarılmışdır. Daha sonra Şahid3 əynində olan tünd göy rəngli şalvarın sol cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon və 01 (bir) ədəd **********916572 nömrəli plastik bank kartını təqdim etmiş, daha sonra Şahid3 üzəri yoxlanılmış və sonuncunun üzərindən qanunla qadağan edilmiş heç bir əşya, predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd plastik bank kartı götürülmüşdür. Sonra Şahid2 əynində olan göy rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, sol cibindən 01 (bir) ədəd avtomobil açarı taqdim etmiş, daha sonra Şahid2 üzəri yoxlanılmış və sonuncunun üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon Şahid2 götürülmüş, açar isə sonuncuya qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs sərnişin olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağın üzərindən 01 (bir) ədəd kisəni təqdim etmişdir. Həmin kisənin içərisindən 09 (doqquz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 (bir) ədəd bağlamada heroinə bənzər və 01 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 02 (iki) kq 330 (üç yüz otuz) qram, netamfetaminə bənzər kütlənin çəkisi 02 (iki) kq 765 (yeddi yüz altmiş beş) qram, qurudulmuş marixuanaya bənzər kütlələr çəkisi 11 (on bir) kq 110 (yüz on) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxsin vasitəsi ilə 1 saat əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində Azad adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini, yanında saxlanılan Şahid2 və Şahid3 narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. (Cild 1, iş vərəqi 11-14)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 267 nömrəli raportdan və xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinə dair hərəkətlərin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin sərnişin olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 25 noyabr 2024-cü il tarixdə, saat 00:10 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Lökbatan-Xocəsən avtomagistralının 5-ci kilometrliyində, sərnişini olduğu “Kia Rio” markalı **-TX-*** nömrəli avtomobilin yanında, X9 və Şahid3 ilə birlikdə olan vaxt saxlanılaraq, üstləri yoxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs 01 ədəd mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, Şahid3 01 ədəd mobil telefon, 01 ədəd bank kartı, Şahid2 01 ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs sərnişin olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin arxa sağ oturacağın üzərindən 01 ədəd kisənin içərisindən 01 ədəd bağlamada heroinə bənzər, 01 ədəd bağlamada metamfetaminə bənzər kütlə, 09 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 01 ədəd kisədə və 02 ədəd bağlamada qablaşdırılmışdır. Daha sonra X6 Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, saxlanılan zaman Təqsirləndirilən şəxs yanında olan X9 və Şahid3 isə həmin idarəyə dəvət edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. (Cild 1, iş vərəqi15)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxs X2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin sərnişin olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 25 noyabr 2024-cü il tarixdə, saat 00:10 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Lökbatan-Xocəsən avtomagistralının 5-ci kilometrliyində, sərnişini olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında, Şahid2 və Şahid3 ilə birlikdə olan zaman saxlanılaraq, üstləri yoxlanılmış, üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs 01 ədəd mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, Şahid3 01 ədəd mobil telefon, 01 ədəd bank kartı, Şahid2 01 ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs sərnişin olduğu “Kia Rio” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin arxa sağ oturacağının üzərindən 01 ədəd kisənin içərisindən 09 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd bağlamada heroinə bənzər, 01 ədəd bağlamada metamfetaminə bənzər kütlə aşkar edilərək 01 ədəd kisədə və 02 ədəd bağlamada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim edilmişdir. Təqdim olunan 01 (bir) ədəd mobil telefona, 01 (bir) ədəd bank kartına, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsinə, 01 (bir) ədəd kisəyə, 02 (iki) ədəd bağlamaya və 01 (bir) ədəd DVD-yə baxış keçirilmiş, Təqsirləndirilən şəxs sərnişini olduğu avtomobildən 01 (bir) ədəd kisənin içərisindən 09 (doqquz) ədəd bağlamada açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr, 01 (bir) ədəd bağlamada heroinə bənzər və 01 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 01 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar edilməsi baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cu il tarixdə Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 2000 (iki min) manat pul verəcəyini, saxlanılan vaxt yanında olan şəxslərin narkotik vasitələrdən xəbərsiz olduğunu, ikinci dəfədirki “Azad” adlı şəxsdən narkotik vasitə götürdüyünü bildirmişdir. (Cild 1, iş vərəqi 17-19; 151-152)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1917 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomaşından aşkar olunmuş kütlə...” yazılar və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbada 8 (səkkiz) ədəd üzəri skoçla bağlanmış şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1020 qram, 1030 qram, 1025 qram, 1605 qram, 1020 qram, 1020 qram, 1015 qram, 1020 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin torbanın içərisində bir ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofanda təmiz çəkisi 1405 qram mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş səkkiz ədəd bağlamada olan marixuanalar öz aralarında eyni olub, bir ədəd bağlamada olan marixuanadan fərqlənir. Qeyd: Marixuananın təmiz çəkisi 10160 qram olmuş, 0,45 qram tədqiqata sərf edildikdən sonra 10159,55 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. (Cild 1, iş vərəqi 53-55)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5280 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomaşından aşkar olunan kütlə” yazısı və imzalar olan 02 (iki) ədəd bağlamadakı, çəhrayı rəngli plastik qablarda ümumi təmiz çəkisi 1335 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, çəhrayı və boz rəngli plastik qablarda ümumi təmiz çəkisi 661,5 qram və 5 (beş) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 491,8 qram, 188,9 qram, 66,4 qram, 193,0 qram, 509,5 qram, ümumi təmiz çəkisi 2111,1 qram ağ rəngli kristalşəkilli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibində görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 1335 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 1334,8 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 2111,1 qram olmuş, 0,6 qram tədqiqata sərf edildikdən sonra 2110,5 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (Cild 1, iş vərəqi 57-61)
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 85-86)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 106-109)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 110-113)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10159,55 qram narkotik vasitə qurudulmuş marixuana, 1334,8 qram narkotik vasitə heroin və 2110,5 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 138-140)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/5432 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə yuxarıda adı göstərilən xəstəxanaya müalicə üçün müraciət etməmişdir. (Cild 1, iş vərəqi 188)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli, 3-28- 29/2-33/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 193- 194)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışa dair məlumatlara baxış keçirilmiş, iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqi 202)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İpone 15 Pro” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Azad Yaşa” kimi qeyd edilmiş şəxsin İran İslam Respublikasının vətəndaşı olması və həmin şəxsin “+98-914-215-8868” mobil nömrəsini istifadə etməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs ifadələrində ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri yuxarıda adı qeyd edilən İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxsdən aldığını bildirmiş, mobil telefonun “Qalereya” bölməsində olan fotoşəkillərə baxış keçirilən zaman 25 noyabr 2024-cü il tarixdə saat 00:01 radələrində, yəni Təqsirləndirilən şəxs saxlanılmasından təxminən 8-9 dəqiqə əvvəl qeydə alınmış, narkotik vasitələrin və psixotrop maddələrin olduğu yeri işarə edən 01 ədəd fotoşəkil aşkar edilmişdir. (Cild 1, iş vərəqi 233-236)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən “İpone 15 Pro” markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 240-241)
18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Bank məlumatlarına barədə disk və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “4169 7388 9436 1165” nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən CD diskə və sənədlərə baxış keçirilmiş iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqi 251)
19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sənədin götürülməsi haqqında” protokoldan və müvafiq şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü 1 azyaşlı uşaq vardır. (Cild 1, iş vərəqi 252-253)
20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7943 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuş lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 254-255).
21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə və qrupun üzvü “Azad” adlı şəxsin, habelə qrupun digər üzvləri barəsində CM-in 234.4-1-ci maddəsi ilə ayrıca cinayət işinin icraata ayrılması qərara alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 1-27)
22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 31-32)
23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, müvafiq cinayət işinin materiallarından “Azad” adlı şəxsin və qeyrilərinin barəsində CM-in 234.4-1-ci maddəsi ilə ayrıca cinayət işi icraata ayrılmışdır. (Cild 2, iş vərəqi 53-54)
24. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 25 noyabr 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun yaxınlığında Təqsirləndirilən şəxs yanındakı dostları ilə birlikdə saxlanılmış, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə və olduğu avtomobilə baxış keçirilmişdir. Həyata keçirilən baxış nəticəsində Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmasa da, hadisə yerinə gəldiyi avtomobilin arxa oturacağında bükümlər halında narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələri “Azad” adlı İran İslam Respublikasının vətəndaşından əldə edərək sonuncunun tapşırığı ilə müxtəlif ünvanlara çatdırmasının qarşılığında 2000-3000 manat aralığında pul əldə edəcəyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan vaxt polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, lakin saxlanılan vaxt qaçmağa cəhd etmiş və Təqsirləndirilən şəxs həmin vaxt Lökbatan yolunda, yolun kənarında əlində sarı bağlama ilə birlikdə saxlamışlar. “Artiyom” adlı polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılma prosesində iştirak etməmiş, Surxay adlı polis əməkdaşı sonradan hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs təqdim etməsi üçün əlavə heç bir kütlə təqdim edilməmiş, Təqsirləndirilən şəxs qardaşı ilə hədələməmişlər.
25. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dostu Şahid3 vasitəsilə tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs dostu Şahid3 zəng edərək harada olduğunu, əgər uyğundursa, çay içməyə gedə biləcəklərini söyləmişdir. Beləliklə, onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gedərək çay içmək üçün həmin ərazidə yerləşən kafelərin birinə daxil olmuşlar. O, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, bir qədər kafedə əyləşdikdən sonra Təqsirləndirilən şəxs ondan evə aparmasını xahiş etmişdir. Kənanın xahişi ilə sonuncunu Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən evinə aparmış və Kənanla birlikdə evə gedərək sonuncunun evində kolbasa, çörək yemişlər. Daha sonra Şahid3la birlikdə maşına əyləşərək Təqsirləndirilən şəxs evindən çıxmışlar. Bir qədər yol getdikdən sonra Təqsirləndirilən şəxs Şahid3 zəng edərək onun taksi sürücüsü kimi işlədiyi üçün Kənanı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən-Lökbatan yoluna aparmağı təklif etmişdir. O da əlavə pul qazanmaq məqsədilə Kənanın təklifini qəbul etmişdir. Bu səbəbdən Kənan, o və Əli birlikdə Xocəsən-Lökbatan yoluna getmişlər. Həmin ərazidən Kənan iri bir torba götürərək avtomobilə əyləşmiş, sonuncudan həmin torbanın nə olduğunu soruşduqda Kənan onlara rayondan yeyib-içmək gəldiyini bildirmişdir. Kənan avtomobilə əyləşdikdən 5-10 dəqiqə sonra onlar dayanmış, Kənan təbii ehtiyacını qarşılamaq üçün avtomobildən düşmüş, bir qədər sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq onları saxlamışdır. Saxlanılana qədər onun həmin bağlamada narkotik tərkibli maddə olmasından xəbəri olmamışdır. Şahid2 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs daha əvvəllər tanımamış, sonuncunu ilk dəfə hadisə günü görmüşdür. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs gətirdiyi torba iri həcmli olmuşdur. Təqsirləndirilən şəxs həmin iri bağlamanı avtomobilin arxa oturacağına qoymuşdur. Təqsirləndirilən şəxs həmin bağlamanın rayondan göndərildiyini ona və Əliyə söyləmişdir. O, “Hyundai” markalı avtomobil idarə etmiş, əvvəllər narkotik tərkibli maddə qəbul etmiş, məhkumluğu olmamış, narkoloji dispanserdə qeydiyyatda olmuşdur.
26. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə dost olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid2la birlikdə olan vaxt Təqsirləndirilən şəxs ona zəng edərək çay içmək üçün kafeyə getmək istədiyini söyləmişdir. O da sonuncunun təklifini qəbul edərək dostu Şahid2la birlikdə Kənanı evindən götürərək Nərimanov rayonu ərazisində yerləşən kafelərin birinə getmişlər. Kafedə əyləşən vaxt Təqsirləndirilən şəxs dostu Şahid2 müraciət edərək sonuncunun taksi sürücüsü olduğunu, buna görə də Kənanı Xocəsən-Lökbatan yoluna 20 manat qarşılığında aparmasını təklif etmişdir. Şahid2 Təqsirləndirilən şəxs təklifini qəbul etdikdən sonra onlar ilk öncə Təqsirləndirilən şəxs yaşadığı evə, daha sonra Xocəsən- Lökbatan yoluna getmişlər. O və Fərid Kənanla sonuncunu qeyd olunan ünvana düşürüb oradan da yollarına gedəcəkləri, yəni Kənanı gözləməyəcəkləri barədə razılaşmışlar. Razılaşmalarına əsasən Kənanı Xocəsən-Lökbatan yoluna düşürdükdən sonra o və Fərid oradan uzaqlaşmış, Kənanı düşürdükdən təxminən bir neçə dəqiqə sonra Kənan ona zəng edərək hazırda taksi tapmağın çətin olduğundan gəlib götürməsini istəmişdir. Onlar bu səbəbdən geri qayıdaraq Kənanı həmin ünvandan götürmüş, Kənan əlində sarı rəngli, iri bağlama ilə avtomobilə əyləşmiş. Lakin nə onun, nə də Fəridin diqqəti Kənanda olmadığına görə onlar həmin bağlamaya nəzər yetirməmişlər. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən 5-10 dəqiqə sonra onlar dayanmış, Kənan təbii ehtiyacını qarşılamaq üçün avtomobildən düşmüş, bir qədər sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq onları saxlamışlar. Polis əməkdaşları onları saxlayana kimi həmin bağlamada narkotik tərkibli maddə olduğundan xəbərsiz olmuşdur. Şahid3 həmçinin bildirmişdir ki, hadisə yerinə gedəndə Kənanın əlində heç nə olmamış, Kənan ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Avtomobildən aşkar olunan bağlama Təqsirləndirilən şəxs əlində olan bağlama olmuş, Təqsirləndirilən şəxs saxlanılan vaxt onları da narkoloji testdən keçirmişlər. Kənanın ailəsi ona və Fəridə rüşvət təklif edərək ifadələrini dəyişməyi söyləmiş, heç kim Kənana qarşı heç bir zorakılıq etməmiş, o belə halın şahidi olmamış, Kənan saxlanılan vaxt qaçmağa cəhd etmiş və polis əməkdaşları bunun qarşısını almışlar. X22 Polisinin əməkdaşları saxlamamış, həmin polis əməkdaşları onlar saxlanıldıqdan sonra hadisə yerinə gəlmişlər.
27. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Təxminən sonuncu dəfə 5-6 ay əvvəl “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə etmişdir. Təxminən 1 ay bundan əvvəl sosial şəbəkədə iranlı “Azad” adlı şəxslə tanış olub sonuncu ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxs söhbət zamanı ona narkotik vasitə göndərəcəyini və göndərdiyi narkotik vasitələri deyəcəyi yerlərə çatdıracağı halda ona ödəniş edəcəyini bildirdikdə o, həmin şəxslə razılaşmış və ilk dəfə bir bağlama narkotik vasitə qurudulmuş marixuananı təxminən 15-20 gün əvvəl “Azad” adlı şəxsin ona göndərdiyi “konum”-dan götürüb Yasamal rayonu ərazisində yerləşdirmiş və “konum”-unu həmin şəxsə göndərmişdir. “Azad” adlı şəxs ona xatırlamadığı məbləğdə pul göndərmişdir. Bundan sonra 24 noyabr 2024-cü il tarixdə “Azad” adlı şəxs ona eyni qaydada narkotik vasitə göndərəcəyini və dediyi yerə qoymalı olduğunu bildirib ona 2000 manat pul verəcəyini bildirmişdir. O, “Azad” adlı şəxslə razılaşmış və 24 noyabr 2024-cü il tarixdə axşam saatlarında dostu Şahid3 zəng edərək sonuncunun taksi fəaliyyəti ilə məşğul olan dostu Fəridlə birlikdə olubolmadığını, əgər yanındadırsa, onu Lökbatana 20 manat qarşılığında aparıb-apara bilməyəcəyini soruşmuşdur. Əlinin dostu Fərid heç bir problemin olmadığını və onu apara biləcəyini bildirmişdir. Həmin şəxslər ona “Nərimanov” metrostansiyasının yaxınlığında çay evində olduqlarını demişlər. Həmin şəxslərin əyləşdiyi, adını xatırlamadığı “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən çay evinə getmişdir. Təxminən yarım saat sonra, yəni xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində o, həmin şəxslərin oturduğu çay evinin qarşısına gəlmiş, onlarla görüşdükdən sonra Fəridin idarə etdiyi “Kia Rio” markalı, **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmişdir. Yolda olan vaxt o həmin şəxslərin şübhələnməsinin qarşısını almaq üçün bildirmişdir ki, Lökbatan qəsəbəsinə bir nəfər tanışı ilə görüşmək üçün gedir. Daha sonra o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin yaxınlığında avtomobildən düşmüş və İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxsin ona göndərdiyi “konum”-a getməyə başlamışdır. Həmin “konum”-a çatıb orada olan 01 ədəd sarı rəngli torbanı götürdükdən sonra Əliyə zəng edərək işinin bitdiyini, əgər şəhərə qayıdırlarsa, onu da yoldan götürmələrini istəmişdir. Həmin şəxslər geri qayıtdıqlarını, Bakı dairəvi yolla şəhər istiqamətində gedəcəklərini bildirmiş və bir qədər sonra onun dediyi yerə gəlmişlər. O, avtomobilə yaxınlaşan kimi 01 ədəd sarı rəngli torbanı avtomobilin arxa sağ oturacağının üzərinə qoymuş, özü də arxa sol oturacağa əyləşmişdir. Həmin şəxslər ondan torbanın içərisində nə olduğunu soruşduqda o, həmin şəxslərə aidiyyəti olmadığını bildirmişdir. Daha sonra onlar yenidən Xocəsən qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Lakin onların fikri yenə də bir az gedib qoşaxətt olmayan yerdən geri qayıtmaq və şəhər istiqamətində Bakı dairəvi yolla hərəkət etmək olmuşdur. Həmin vaxtdan təxminən 5 dəqiqə sonra o xahiş etmişdir ki, avtomobili saxlasın və yol kənarında təbii ehtiyaclarını qarşılasınlar. Buna görə də onlar avtomobilin qəza dayanma işıqlarını yandırıb avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra onlar avtomobili tərk edib ondan 5-10 metr məsafədə uzaqlaşmışlar. Təbii ehtiyaclarını qarşılayıb avtomobilə yaxınlaşan zaman onlara polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək hər birinin üzərini və Şahid2 idarə etdiyi “Kia Rio” markalı, **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yoxlamışlar. O, əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 (bir) ədəd “İphone” markalı mobil telefonu, 01 (bir) ədəd plastik bank kartını, 01 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsini, 201 (iki yüz bir) manat pulu, həmin şalvarın sağ cibindən 02 (iki) ədəd açarı təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmış və üzərindən qanunla qadağan edilmiş heç bir əşya, predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon, 01 (bir) ədəd plastik bank kartı ondan götürülmüş, pul və digər əşyalar isə ona geri qaytarılmışdır. Daha sonra Şahid3 əynində olan tünd göy rəngli şalvarın sol cibindən 01 (bir) ədəd “İphone” markalı mobil telefon və 01 (bir) ədəd plastik bank kartını təqdim etmişdir. Daha sonra sonuncunun üzəri yoxlanılmış və üzərindən qanunla qadağan edilmiş heç bir əşya, predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd plastik bank kartı götürülmüşdür. Bundan sonra Şahid2 əynində olan göy rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd “İphone” markalı mobil telefonu, sol cibindən 01 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra sonuncunun üzəri yoxlanılmış və üzərindən qanunla qadağan edilmiş heç bir əşya, predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon Şahid2 götürülmüş, açar isə sonuncunun özünə qaytarılmışdır. Daha sonra Şahid2 idarə etdiyi “Kia Rio” markalı, **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı o, avtomobilin arxa sağ oturacağın üzərindən 01 (bir) ədəd kisəni təqdim etmişdir. Həmin kisənin içərisindən 09 (doqquz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 01 (bir) ədəd bağlamada heroin və 01 (bir) ədəd bağlamada metamfetamin aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinməmişdir. O, verilən suallara cavab olaraq, avtomobildən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxsin vasitəsi ilə 01 (bir) saat əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində “Azad” adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini, yanında saxlanılan Şahid2 və Şahid3 narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Şahid2 və Şahid3 verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrdən xəbərsiz olduqlarını bildirmişlər. O, verilən suallara cavab olaraq aşkar edilmiş maddələri Binəqədi rayonu ərazisində gizlədilmiş yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə və bunun müqabilində iranlı “Azad” adlı şəxsin ona 2000 (iki min) manat verəcəyi üçün əldə etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi maddələri Bakı şəhəri ərazisində xatırlamadığı müxtəlif şəxslərdən almışdır. Ona narkotik vasitə və psixotrop maddələri göndərən iranlı “Azad” adlı şəxslə görüşməmişdir. “Azad” adlı şəxslə yalnız “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxladığı üçün sonuncunun anket məlumatlarını bilmir. O, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Ondan aşkar edilmiş maddə və kütlələrdən tanışları Şahid3 və Şahid2 məlumatı olmamışdır. O, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Üstünü yoxlama və avtomobilə baxış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “4169 7388 9436 1165” nömrəli bank kartı anası Şahnaz Sərkərovaya məxsus olmuş, həmin bank kartını o və anası istifadə etmişdir. Onun üzərinə, eləcə də avtomobilə baxış əməliyyat müvəkkili tərəfindən həyata keçirilmiş, ondan əvvəl heç kim onun üzərinə və avtomobilə baxış keçirməmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə və avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, eləcə də saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
28. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü dostu Əli ona mobil telefon vasitəsilə zəng edərək əlində psixotrop tərkibli dərman olduğunu və həmin preparatdan istifadə etmək istəyib-istəmədiyini ondan soruşmuşdur. O da cavabında həmin dərmandan istifadə etmək istədiyini söyləyərək həmin şəxsləri yaşadığı evin yerləşdiyi məhəlləyə dəvət etmişdir. Yaşadığı evdən 300-400 metr aralıda, yəni “Tuncay” adlı salonun yerləşdiyi ərazidə Əli, Fərid və o, həmin psixotrop tərkibli dərmanı qəbul etdikdən sonra Əli və Fərid ac olduqlarını, yemək yemək üçün hara gedə biləcəklərini ondan soruşmuşlar. Bu zaman o, həmin şəxsləri evinə dəvət etmişdir. Beləliklə, Əli, Fərid və o, yaşadığı evə yollanmışlar. Evə gəldikdən sonra kolbasa, çörək yemişlər. Daha sonra Əli və Fərid ona narkotik tərkibli maddə qəbul etmək istədiklərini demiş, o da problem olmadığını, təşkil edə biləcəyini həmin şəxslərə söyləyərək mobil telefon vasitəsilə “Azad” adlı şəxsə zəng edib 30-40 qram narkotik tərkibli maddə istəmişdir. O, Azad adlı şəxslə “Tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Əvvəllər Azad adlı şəxslə əlaqə saxlamamış, Azad ona mobil telefonda bank kartına “E-manat” tətbiqi vasitəsilə 200 manat pul yollamasını və daha sonra göndəriləcək ünvandan istədiyi narkotik tərkibli maddəni 1-2 saat ərzində əldə edə biləcəyini söyləmişdir. Danışıqlarının üzərindən təxminən 1 saat keçdikdən sonra Azad adlı şəxs ona yenidən zəng edərək Xocəsən yoluna onun nə qədər məsafəsinin olmasını soruşduqda o da cavabında 40 dəqiqə və ya 1 saat ərzində Xocəsən yolunda ola biləcəyini söyləmişdir. Beləliklə, Fəridə məxsus olan “Kia-Rio” markalı avtomobillə Əli, Fərid və o, Xocəsən yoluna doğru getmək məqsədilə “Waze” proqramına Lökbatan-Xocəsən yolu qeyd edərək evdən çıxmışlar. Lökbatan-Xocəsən yoluna çatdıqda “Azad” adlı şəxs ona mobil telefon vasitəsilə narkotik tərkibli maddənin olduğu yerin “konumun”-u yollamışdır. Qeyd olunan ünvana çatmalarına 1 dəqiqə qalmış Fəridə avtomobili saxlamağı və Əli ilə birlikdə onu avtomobildə gözləmələrini söyləyərək avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra Azad ona zəng edərək 30 qram narkotik tərkibli maddə təşkil etməyin mümkün olmadığını və 300 qram narkotik tərkibli maddəni “konum”-dan götürməsini, pulunu hissə-hissə ödəməsini ona söyləmişdir. O da təklifi qəbul edərək sonuncuya görüntülü şəkildə zəng etmişdir ki, dəqiq olaraq narkotik tərkibli maddənin olduğu yeri ona izah etsin. Görüntülü şəkildə “Azad” adlı şəxslə danışa-danışa iri su borusunun olduğu yerə çatmışdır. “Azad” adlı şəxs ona narkotik tərkibli maddənin su borsunun yanında olduğunu söyləyərək zəngi sonlandırmışdır. O, su borusunun yanında iri həcmli bir paket olduğunu görmüş, təcili olaraq “Azad” adlı şəxsə zəng edərək 300 qram narkotik tərkibli maddə əldə etmək istədiyini, bu iri həcmli paketi hansı səbəbə ora qoymasını soruşmuş və aralarında yaranan mübahisə nəticəsində “Azad” adlı şəxsə nalayiq sözlər istifadə edərək telefonu söndürmüşdür. Dərhal avtomobilə əyləşmiş, təxminən 2-3 dəqiqə yol getdikdən sonra polis əməkdaşları Fəridin idarə etdiyi avtomobili saxlayaraq Fəridə avtomobildən düşməyi təklif etmişdir. Fərid və Əli avtomobildən düşmüş, lakin hava şiddətli şəkildə küləkli və yağışlı olduğuna görə o, avtomobildə həmin şəxsləri gözləmişdir. Birdən avtomobilin sol qapısı açılaraq qulağına kimsə tərəfindən şiddətli şəkildə yumruq vurulduğundan o, özünü itirmiş, daha sonra avtomobilə adları “Surxay” və “Artıyom” olan 2 polis əməkdaşı əyləşərək ondan üzərində olan əşyaları çıxarmasını tələb etmişlər. Üzərində olan əşyaları polis əməkdaşlarına təqdim etdikdən sonra onu avtomobildən düşürərək özlərinə məxsus olan, qara rəngli “Hyundai” markalı avtomobilə əyləşdirmişlər. Bir qədər yol getdikdən sonra polis əməkdaşları onları ağ qarajın yaxınlığında düşürərək bir-bir Əlinin, Fəridin və daha sonra onun üzərinə videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Üzərlərindən heç nə aşkar olunmamış, polis əməkdaşları onlarla söhbət edən əsnada o, görmüşdür ki, arxadan Fəridə məxsus olan avtomobili gətirmişlər. Avtomobili gətirdikdən sonra polis əməkdaşları həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda Fərid də cavabında avtomobilin özünə məxsus olduğunu və avtomobilə də baxış keçirə biləcəklərini söyləmişdir. Beləliklə, polis əməkdaşları Fəridə məxsus olan avtomobilə baxış keçirməyə başlamışlar. Baxış zamanı onun konumda gördüyü iri həcmli paketi gətirib qarşısına qoymuşlar ki, guya həmin paket avtomobildən aşkar olunmuşdur. Videoçəkiliş başlamamışdan əvvəl Surxay adlı polis əməkdaşı onu qırağa çəkərək həmin narkotik tərkibli maddəni üzərinə götürməyi, əks halda Əli və Fəridi də onunla birlikdə narkotik tərkibli maddənin qanunsuz dövriyyəsi ilə rəsmiləşdirəcəklərini söyləmişdir. Dəfələrlə Əli və Fəridin hadisədən məlumatlarının olmadığını söyləsə belə, ona qulaq asmamışlar. O da məcbur qalaraq polis əməkdaşlarının dediklərini etmiş və hər şeyi üzərinə götürmüşdür. Videoçəkiliş başlamamışdan əvvəl Surxay adlı polis əməkdaşı ona demişdir ki, videoçəkilişdə avtomobildən aşkar olunmuş paketi İran İslam Respublikası vətəndaşı olan Azad adlı şəxsdən əldə etdiyini, sonuncunun kuryerliyini edəcəyini və bunun qarşısında 2000 manat pul alacağını söyləsin. Lakin, o, ilk başlarda polis əməkdaşlarının dediklərini söyləmək istəməmişdir. Hətta videoçəkiliş 3 dəfə həyata keçirilmişdir. Sonuncu dəfə Surxay adlı polis əməkdaşı onu xəstə qardaşı Murad Məmmədovla, atası ilə hədələdiyinə görə məcbur qalaraq hər şeyi üzərinə götürmüşdür. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Hətta orada da 1 dəfə tək şəkildə onun videogörüntülərini çəkmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polis əməkdaşları onu mobil telefonunda olan konumdan 800 metr irəlidə saxlamış, o, 300 qram marixuana əldə etmək məqsədilə həmin konuma getmişdir. Bağlamadakı marixuananı götürməmiş, çünki həmin bağlamada 300 qramdan çox narkotik tərkibli maddə olmuşdur. Bu səbəbdən o, həmin bağlamanı götürməmiş, Azad adlı şəxslə 1 həftə əvvəl sosial şəbəkədə tanış olmuş, birinci məhkumluğu zamanı Azad adlı şəxsi tanımamışdır. İbtidai istintaq vaxtı ifadə vermiş, lakin həmin ifadəni hədə-qorxunun təsiri nəticəsində vermişdir.
29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-494/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, onun bədəninə baxış keçirilən zaman sol saidin içəri səthində köhnə çapıqlar aşkar olunmuşdur.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
30. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
31. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
34. Maddə 15.5. Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
35. Maddə 18.3.3. Qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır.
36. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
37. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
38. Maddə 56.1.4. Cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
39. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
40. Maddə 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
41. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
42. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
43. Maddə 83.3.4. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
44. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
45. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
46. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
47. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
50. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
51. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
52. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
53. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
54. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
55. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
56. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
57. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
58. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
59. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə heroin təmiz halda 800 qram və ondan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar, psixotrop maddə metamfetamin təmiz halda 400 qram və ondan artıq olduqda xüsusilə külli miqdar hesab olunur.
60. Maddə 1.0.1. Narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
61. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.
62. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
63. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
64. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
65. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
66. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
67. Qərarın 9-cu bəndi. Narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
68. Bundan başqa qeyd olunan qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
69. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
70. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:
71. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
72. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
73. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.4-1-ci maddəsində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4-1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır.
74. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən məzmun olaraq sübuta yetirilməmişdir.
75. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxs və qeyrilərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
76. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
77. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
78. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “İran İslam Respublikasının vətəndaşı “Azad” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə verilmiş ittihamdan məzmun olaraq “qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi” ilə bağlı hissəsi irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
79. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi irəli sürülmüş ittiham toplanmış sübutlarla təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli və xüsusilə külli miqdarda, bükümlər halında olması, üzərindən həmçinin 3 növ narkotik tərkibli maddə aşkar olunması, heroinin çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan 8900 dəfə, metamfetaminin çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan 14074 dəfə, qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan 2032 dəfə çox olması və digər sübutlar narkotik vasitələrin və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
80. Narkotik vasitələrin və psixotrop maddənin təqsirləndirilən şəxsin sərnişini olduğu avtomobildən aşkar edilməsi, qablaşdırılması, həmin narkotik tərkibli maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
81. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin növləri qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən müvafiq olaraq külli və xüsusilə külli miqdarlar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
82. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır.
83. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda qeyd olunan narkotik vasitələr və psixotrop maddənin aşkar edilmədiyini, 300 qram narkotik vasitə qurudulmuş marixuana götürmək üçün hadisə yerinə getdiyini, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün avtomobilə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini bildirərək özünü təqsirli bilməmişdir.
84. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, psixoloji təsirlə bağlı həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
85. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
86. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs əvvəllər tanıdıqlarını, Təqsirləndirilən şəxsla dost münasibətində olduqlarını bildirməklə sonuncunun saxlanılmasında iştirak etdiklərini, Təqsirləndirilən şəxs “Kia Rio” markalı, **- TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ittihamda qeyd olunan narkotik tərkibli maddələri gətirib qoymasını bildirməklə polis əməkdaşı olan Şahid1 ifadəsində oxşar məzmunda ifadə vermiş, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzünə qarşı ibtidai istintaqda verdikləri ifadəyə uyğun ifadə verməklə sonuncunu ifşa etmişlər.
87. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetamin, narkotik vasitələr qurudulmuş marixuana və heroinin olmaması, 300 qram narkotik vasitə qurudulmuş marixuana götürmək üçün hadisə yerinə getməsi, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun sərnişini olduğu avtomobilə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi müəyyən edilməmişdir.
88. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitələr heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, 3 fərqli növdə narkotik tərkibli maddəni daşıması habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitələr və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
89. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
90. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdən ümumi təmiz çəkisi 10 kiloqram 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 1 kiloqram 335 qram çəkidə kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 2 kiloqram 111,1 qram çəkidə kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib sərnişin qismində əyləşdiyi cinayətdən xəbərsiz Şahid2 idarə etdiyi “Kia Rio” markalı, **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Lökbatan-Xocəsən avtomobil yolunun 5-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 25 noyabr 2024-cü il tarixdə saat 00:10-da yuxarıda qeyd olunan ünvanda “Kia Rio” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 00:15 dəqiqədən etibarən onun və avtomobil sahibi Şahid2 razılığı və iştirakları ilə avtomobilə baxış keçirilən zaman avtomobilin sağ arxa oturacaq hissəsinin üzərindən 01 ədəd kisənin içərisində 09 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1030 qram, 1025 qram, 1605 qram, 1020 qram, 1020 qram, 1015 qram, 1020 qram və 1405 qram olmaqla ümumilikdə külli miqdarda 10 kiloqram 160 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamanın içərisindəki çəhrayı rəngli plastik qabda ümumi təmiz çəkisi 1 kq 335 qram olan xüsusilə külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bağlamadakı çəhrayı və boz rəngli plastik qablarda ümumi təmiz çəkisi 661,5 qram və 05 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 491,8 qram, 188,9 qram, 66,4 qram, 193,0 qram və 509,5 qram olmaqla ümumi təmiz çəkisi 2 kq 111,1 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
91. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
92. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
93. Məhkəmə CM-in 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını, məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
94. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal olaraq nəzərə alınır.
95. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 1(101)-882/2018 saylı hökmünün və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 7(003)-114/2024 saylı hökmünün kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 1(101)-882/2018 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 7(003)-114/2024 saylı qərarı ilə həmin tarixdə ona təyin edilmiş cəzanın 03 (üç) ay 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir. (Cild 1, iş vərəqi 155-156)
96. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən az olmamaqla hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
97. Təqsirləndirilən şəxs əməli cinayətin xüsusi təhlükəli residivini yaratdığından cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
98. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 26 noyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 28, 131-137). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
99. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
100. İş üzrə mülki iddia yoxdur, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
101. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10159,55 qram narkotik vasitə qurudulmuş marixuana, 1334,8 qram narkotik vasitə heroin, 2110,5 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər sübut - əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və avtomobilinə baxış keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən ümumilikdə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
102. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 184 (bir yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10159,55 qram narkotik vasitə qurudulmuş marixuana, 1334,8 qram narkotik vasitə heroin, 2110,5 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər sübut – Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və avtomobilinə baxış keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən ümumilikdə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “İphone 15 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova