Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1139/2020 27.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi 662-ci sahə D ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunmuş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün barəsində tibbi xarakterli məcburi tətbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi kəskin şizofrenayabənzər psixotik pozuntu (Paranoid Şizofreniya) xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, psixotik vəziyyətdə olmasına görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Bağlar massivi adlanan ərazidə əvvəllər tanımadığı, yolla piyada hərəkət edən xx.xx.1961-ci il təvəllüdlü Şahid1 qəflətən hücum edərək əlində olan bıçaqla ona cinayət əlamətləri olmadan xəsarət yetirməyə cəhd etmiş, lakin sonuncu sayıqlığı nəticəsində bu zərbələrdən yayınaraq oradan uzaqlaşmış, daha sonra təkrarən saat 16 radələrində eyni ərazidə əvvəllər tanımadığı, yolla piyada hərəkət edən xx.xx.1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qəflətən hücum edərək əlində olan bıçaqla qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq çoxsaylı xəsarətlər yetirmiş, sonuncu vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 Şəxsindən verilmiş xx.xx.2020-ci il tarixli, 7187 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti onun Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar iştirak etməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında tədqiq edilmişdir, belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,120.2.2.-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs heç vaxt tanımamış, sonuncu ilə hər hansı düşmənçiliyi, ədavəti, ümumiyyətlə hər hansı bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs və ya başqa bir şəxsi bıçaqlamamışdır. Adətən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evdə yaşasa da, bəzi vaxtlarda Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evinə də gəlib baş çəkmişdir. Türkan qəsəbəsində yerləşən bağ evində heç kəs yaşamamışdır. Mərdəkan qəsəbəsində yerləşən evdə isə atası Məhəmmədşirvani Müslümov, anası Asiya Müslümova, qardaşı Rəsul Müslümovun azyaşlı övladı Dinarə Müslümova ilə birlikdə yaşayır. Rəsulun arvadı ölmüşdür. Ona görə də Rəsul digər azyaşlı övladı Malik Müslümovla birlikdə X2 Muxtar Respublikasında yaşayırlar. Onun və ailəsinin ümumiyyətlə hər hansı bir şəxslə düşmənçilik və ədavətləri olmamışdır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasını təxminən 2004-cü ildə bitirmiş, müəyyən bizneslə məşğul olan şirkətlərdə işləmiş, müxtəlif ölkələrdə səfərlərdə olmuşdur. Təxminən 15 il olar ki, İslam dini ilə dərindən məşğul olmağa başlamışdır. Həmin vaxtdan Quran kitabını mütəmadi olaraq oxumuş, heç vaxt rəsmi şəkildə evlənməsə də, qeyri-rəsmi olaraq bir xanımla yaşamış və həmin xanımdan azyaşlı bir övladı olmuşdur. Lakin hazırda o, qeyri-rəsmi yaşadığı qadının və övladının ölkə xaricində yaşadıqlarını qeyd etmiş, nə qeyri-rəsmi yaşadığı xanımın, nə də övladının kimliyi barədə heç bir söz demək istəməmişdir. Bildirmişdir ki, o qeyri-adi bir insandır. Beynində yaddaş pozğunluqları vardır. Bəzi hadisələri gah xatırlaya, gah xatırlamaya bilir. Beynində və sinir sistemində problemləri vardır. Ətrafında olan neqativ halları, təhlükəli insanları hiss edə bilir. Başqa heç bir şey demək istəmir. Dəqiqləşdirici suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində olmuş, lakin konkret olaraq hansı saatlarda Türkan qəsəbəsində olmağı yadında qalmamışdır. Həmin vaxt Türkan qəsəbəsində olma səbəbi həmin qəsəbədə yerləşən bağ evlərinə getmək olmuşdur. O, həmin bağ evinə getdikdə, təklikdə qalıb istirahət edir, yəni gəzir, yatır və təmiz hava alır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində olarkən ictimai yerlərdə, küçə ilə getdiyi vaxt tanımadığı insanlarla qarşılaşmış, tanıdığı insanları görməmişdir. Qeyri-adi qarşılaşma bir nəfər tanımadığı şəxslə olmuşdur. Belə ki, küçə ilə gedərkən bir nəfər tanımadığı şəxslə çiyin-çiyinə toqquşmuş, həmin şəxs ona neqativ enerji ötürdüyünə görə başı “gicəllənmiş” və həmin şəxsin onun üstünə hücum çəkə biləcəyini düşündüyünə görə şəxsə istiqamətdə əlini qaldıraraq guya vurmaq istəmişdir. Həmin şəxs həmin vaxt ondan geri çəkilərək demişdir ki, “məni tanıyırsan? Burda qalırsan?”. O, həmin şəxsə cavab olaraq şəxsi tanımadığını və bu əraziyə gəzmək üçün bəzi vaxtlarda gəldiyini demişdir. Bundan sonra həmin şəxs ondan kənarlaşaraq getməyə başlamış və o, şəxsə tərəf baxdıqda həmin şəxsin arxaya, yəni onun tərəfə baxa-baxa telefonla kimi isə yığmaq istədiyini görmüşdür. Həmin gün bundan başqa qeyri-adi hadisə baş verməmişdir. O, həmin şəxsə bıçaqla hücum etməmiş, əlində və ya üzərində ümumiyyətlə bıçaq olmamışdır. Dediyi kimi həmin şəxslə çiyin-çiyinə toqquşduqdan sonra sonuncudan neqativ enerji almış və başı fırlanmağa başlamışdır. Onu da qeyd etmişdir ki, həmin vaxt həmin şəxs qaçmamış, sadəcə ona baxa-baxa, əlindəki telefonunu oynada-oynada getmişdir. xx.xx.2020-ci il tarixdə və ümumiyyətlə hər hansı bir tarixdə üzərində bıçaq olmamış, üzərində bıçaq gəzdirməmişdir. Həmin tarixdə əynində olmuş göy rəngli qolsuz gödəkçə, yaşıl rəngli uzunqol zəncirbəndli jaket, qəhvəyi rəngli papaqlı zəncirbəndli jaket, açıq-göy rəngli cins şalvar və bir cüt göy rəngli idman ayaqqabıları hazırda da əynindədir. Həmin paltarları könüllü olaraq istintaqa təqdim edə biləcəyini bildirmişdir. Qolunun sol bilək nahiyəsindəki xəsarətin, həmçinin əynindəki köynəyin sol qolunun bilək nahiyəsindəki zədənin nə vaxt yaranmasını və hansı şəraitdə yaranmasını bilmir. Bir daha qeyd etmişdir ki, beynində və sinir sistemində problemləri vardır və bəzi şeylər yadında qalmır. Zərərçəkmiş şəxs və ya başqa bir şəxsi bıçaqlamamış və ya hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Beynindəki və sinir sistemindəki problemlərlə bağlı, həmçinin yaddaş pozğunluğu ilə bağlı tez zamanda sağalacağını düşünüb heç vaxt həkimə və ya xəstəxanaya müraciət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Fərdi əməklə məşğul olur, ətrafda yaşayan tanış şəxslərin evlərində bağbanlıq və fəhləlik edir. xx.xx.2020-ci il tarixdə, səhər saat 08 radələrində Türkan qəsəbəsi, Yeni sahə yaşayış massivində yerləşən dostunun bağ evində həyətdə təmizlik işləri aparmışdır. Günorta vaxtı yeməyini yeyib biraz istirahət etmiş, saat 15 radələrində həyətdəki işlərini qurtarmışdır. Dostunun həyət qapısının açarı onda olduğundan qapını açarla bağlayıb evə getmək üçün oradan ayrılmışdır. Yolda dostunun evinin yerləşdiyi yerə yaxın ərazidə yaşayan bacısı Laləgilə getməyi qərarlaşdırmış, buna görə də Laləgilin evinin istiqamətində getməyə başlamışdır. Təxminən 10-15 dəqiqə piyada yol getdikdən sonra “Bağlar” məscidinə çatmamış, 20-30 metr məsafədə, evlərin yerləşdiyi dalandan bir nəfər şəxsin qəfildən çıxaraq sol əlində metal rəngli dəstəyi olan bıçaqla üzərinə gəldiyini görmüşdür. Həmin şəxsin boyu təxminən 180-185 sm, üzündə ağ və qara tüklərdən ibarət gur saqqal, başında qara rəngli toxumalı papaq, əynində tünd rəngli qolsuz gödəkçə, qara rəngli cins materialdan şalvar olmuşdur. Xarici görkəmi “vahabi” təriqətinə qulluq edənlərə oxşamışdır. Həmin şəxs yaxınlaşıb onu sinəsindən tutaraq yerə yıxmış, yerdə sol əlində tutduğu bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Fiziki cəhətdən güclü olduğundan həmin şəxsə müqavimət göstərə bilməmişdir. Zərbə vurduqca başa düşmədiyi dildə ona sözlər demişdir. Təxminən bir neçə saniyə sonra zərbələr kəsilmiş, yerdə hərəkətsiz vəziyyətdə dayanmışdır. Həmin şəxs onun öldüyünü güman edib, oradan cəld uzaqlaşaraq məscid tərəfə çəpəki qaçaraq dalana girmişdir. Ətraf ərazidə heç kəs olmamışdır. Yerdə bir qədər özünə gəldikdən sonra sürünərək yolun kənarına keçib oturmuş, bir qədər bu vəziyyətdə oturduqdan sonra yaxınlıqda olan həyətdən əvvəllər tanıdığı Taleh adlı şəxsin küçəyə çıxdığını görmüş, Taleh ondan niyə yerdə oturduğunu soruşmuş, o Talehə tanımadığı bir nəfər “saqqalı” şəxsin onu vurduğunu demiş, Taleh ondan köynəyini qaldırmasını istəmiş, lakin o, köynəyini qaldırmamışdır. Talehdən su istəmiş, Taleh evə gedib ona bir stəkan su gətirmiş, o, suyu içmişdir. Taleh ona avtomobilinin olmadığını, heç olmasa yaxınlıqda yerləşən “məscidə” tərəf getməyini, asfalt yola çıxmağını, avtomobili olan şəxslərdən biri ilə xəstəxanaya getməyini bildirmiş, təcili yardıma zəng etmək üçün evə getmişdir. Həmin yerdən keçən “kamaz” markalı avtomaşın onu görüb saxlamış. O həmin sürücüdən yaxınlıqda yaşayan bacısı Laləyə xəbər verməsini istəmiş, sürücü bacısı Laləyə xəbər verəcəyini deyərək oradan uzaqlaşmışdır. Biraz sonra tanışı taksi sürücüsü Nüsrətin maşınla gəldiyini görmüş, ayağa qalxıb Nüsrətə əl etmiş, Nüsrət maşını saxlayaraq onu maşına əyləşdirmiş, nə baş verdiyini soruşmuş, o, Nüsrətə təcili onu bacısı Laləgilə aparmasını demişdir. Nüsrət onu bacısıgilə aparmış, bacısıgilə gəldikdə əmisi oğlu Adil də orada olmuş, ona kömək edərək maşından düşürüb evə aparmışlar. Daha sonra təcili yardım həkimləri gələrək onu xəstəxanaya aparmışlar. Ona bıçaqla xəsarət yetirən şəxsi tanımamış, həmin şəxsi birinci dəfə idi ki, görmüş, onun həmin şəxslə eləcə də, heç bir şəxslə mübahisəsi, düşmənçiliyi və ya ədavəti olmamışdır. Hadisə Türkan qəsəbəsində, yeni massivdə, “bağlar” məscidi adlanan yerdən bir qədər yuxarıda baş vermişdir. Onu bıçaqla vuraraq xəsarət yetirən şəxsin sifət cizgilərini və zahiri görkəmini xatırlamış, zahiri görkəmindən həmin şəxsi tanıya biləcəyini qeyd etmişdir. Ona hücum edərək bıçaqla xəsarət yetirən şəxslə heç bir mübahisələri, münaqişələri və ya yolla gedərkən bir-birlərinə toxunmaları yaxud toqquşmaları olmamış, həmin şəxs qəfildən dalandan çıxaraq üzərinə hücum etmiş, ona xəsarət yetirmişdir. Xahiş edirəm ki, maddi sübutlar məhv edilsin. Anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi qismində tanınmış Qanuni nümayəndə dindirilərkən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 3/15 ünvanında qeydiyyatda olmaqla, ünvan 5, Döngə 4, 662-ci sahə D ünvanında ailə üzvləri ilə birgə yaşayır. 1982-ci ildə Asiya Müslimova ilə ailə həyatı qurmuş, həmin nikahdan Teymur və Rəsul adlı iki oğlan övladı dünyaya gəlmişdir. Teymur onun böyük oğludur. Teymur 1983-cü ildə Bakı şəhərində dünyaya gəlmiş, uşaq yaşlarından məktəbdə yaxşı oxumuş, orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə idarəetməsi” fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmış, hərbi xidmətini Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində keçmişdir. Oğlu hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif firmalarda menecer, audit və digər peşələr üzrə işləmişdir. Oğlu ana dilindən başqa ingilis və rus dillərini də bilmişdir. Oğlu yaşadığı dövr ərzində bir çox xarici ölkələrdə olmuşdur. Həmin ölkələrə həm işləri ilə əlaqəli həm də turist kimi getmişdir. Oğlu təxminən 15 ildir ki, İslam dini ilə dərindən maraqlanmışdır. Həmin vaxtlar eyni zamanda “Forex” birja fəaliyyəti ilə də məşğul olmuşdur. Oğlu ümumən uşaqlıqdan söz eşidən, sakit təbiətli uşaq olmuşdur. Lakin yetkinlik çatdıqdan sonra oğlunun davranışlarında mənfi dəyişikliklər olmuşdur. Oğlu özünə qapalı, ünsiyyətsiz, təkbaşına yaşayan bir insana çevrilmişdir. Oğlu ilə ünsiyyət qurmaqda o hətta anası və qardaşı da çətinlik çəkmişdir. Oğlu evdə olan zaman heç bir söz danışmır, nadir hallarda oturub onlarla qısa söhbət edirmiş. Son bir neçə ildə oğlu yeməklərdə seçim etməyə başlamış, oğlundan bunun səbəbini soruşduqda oğlu ona yalnız halal yeməklərdən yeyə biləcəyini bildirmişdir. Təxminən son 4-5 ayda oğlu tamamilə yemək yeməməyə başlamış, yediyi yeməyi həzm edə bilməmiş, qusmuşdur. O, oğluna həkimə müraciət etməli olduqlarını, müalicə lazım olduğunu bildirmiş, lakin oğlu onunla razılaşmamış, həkimə müraciət etməkdən imtina etmişdir. Oğlunun davranışları da qəribə hal almışdı, çox zaman nə etdiyini bilməmiş, özündə olmamış, hara getdiyi, hardan gəldiyi yaddaşında qalmamış, etdiyi hərəkətlərin mənasını başa düşməmiş, verilən bütün suallara “bilmirəm” cavabını vermişdir. Keçən il Mahaçqaladan Bakıya gəldikdə oğlu şəxsiyyətini təsdiq edən sənədlərini sərhəd ərazisində naməlum yerdə itirmiş, o, oğlundan sənədlərini harda itirməyini soruşmuş, oğlu bununla bağlı heç bir şey xatırlamadığını bildirmiş, daha sonra bir neçə dəfə də oğlundan bu barədə soruşmuş, lakin bir nəticə olmamış, oğlu heç bir şey xatırlamadığını bildirmiş, mütəmadi olaraq sifətində donuqluq yaranmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında oğlu yaşadıqları evdən çıxaraq Türkan qəsəbəsi, Bağlar massivində yerləşən bağ evlərinə getmişdir. Oğlu mütəmadi olaraq həmin bağ evinə gedir axşam saatlarında evə qayıdırmış. xx.xx.2020-ci il tarixdə də oğlu həmin evə getmiş, daha sonra geri qayıtmışdır. xx.xx.2020-ci il tarixdə oğlu axşam saat 18 radələrində evə qayıtmış, evə qayıtdıqdan sonra yemək yemiş, daha sonra yatmağa yollanmışdır. 20 radələrində oğlu Rəsul Mahaçqaladan gəlmiş, Teymur qardaşı ilə görüşmüş, daha sonra gəzinti üçün evdən çıxmışlar. Təxminən 1 saat sonra evə qayıtmış, həmin gün oğlunun hərəkətlərində hər hansı qəribəliyin şahidi olmamışdır. Daha sonra o, polislərdən xx.xx.2020-ci il tarixdə Türkan qəsəbəsində bir nəfər şəxsə bıçaqla xəsarət yetirildiyini, digər bir nəfərə isə bıçaqla hədə gəlindiyini öyrənmiş, polislər ona oğlu Teymurun həmin tarixdə harada olmasını soruşmuş, o, polislərə həmin gün oğlunun Türkan qəsəbəsində olduğunu bildirmişdir. Sonradan oğlunun həmin əməlləri törətdiyindən şübhələnildiyini öyrənmiş, oğlu onunla söhbət zamanı Türkan qəsəbəsində, Bağlar massivində xx.xx.2020-ci il tarixdə səhər saatlarında adının sonradan Malik olduğunu öyrəndiyi şəxslə toqquşduğunu sonuncunu əli ilə qorxutmaq istədiyini bildirmiş, Malik adlı şəxsin ona bildirdiyinə görə oğlu üzərində gəzdirdiyi bıçaqla sonuncunu vurmağa cəhd etmişdir. Qeyd etmişdir ki, oğlunun heç vaxt heç bir şəxslə düşmənçiliyi və ya ədavəti olmamış, kiminləsə mübahisə, dava-dalaş etməsinin şahidi olmamışdır. Oğlu hərdən özündə olmamış, bəzən günlərlə yemək yeməmiş, heç kəslə ünsiyyət saxlamamışdır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamış, əvvəllər də belə bir ad eşitməmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilməsini polis əməkdaşlarından öyrənmiş, oğlunun həmin hadisəni törədib-törətməməsi barədə heç bir məlumatı olmamışdır. Oğlu ilə söhbət zamanı oğlu ona belə bir hadisənin baş verməsini xatırlamadığını bildirmiş, oğlunun üzərində heç vaxt bıçaq görməmiş, evlərində heç vaxt soyuq silah sayıla bilən bıçaq olmamış, adətən istifadə edilən mətbəx bıçaqları və tikintidə istifadə edilən formada bıçaqlar olmuşdur. Oğlunun xx.xx.2020ci il tarixdə evdən çıxarkən və evə qayıdarkən əynində hansı paltarlarının olmasını xatırlamamışdır. Xahiş edirəm ki, maddi sübutlar məhv edilsin. İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunmuşdur, o, ünvan 6 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Texniki universitetin mexanika fakultəsini bitirmiş, hazırda heç yerdə işləmir, daimi olaraq Suraxanı rayonunda yaşayır, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar sahəsi sahə 1 ünvanında yerləşən atasından qalma bağ evi var. Mütəmadi olaraq həmin bağ evinə baş çəkir. xx.xx.2020-ci il tarixdə, səhər 09 radələrində yaşadığı evdən çıxaraq Türkan qəsəbəsində yerləşən bağ evinə baş çəkməyə getmiş, bağ evinə çatdıqda saat təxminən 10 radələri olmuşdur. Bağ evinə baş çəkdikdən sonra 11 radələrində Suraxanı rayonunda yerləşən evinə qayıtmaq üçün oradan çıxmışdır. Bağ evindən təxminən 100-150 metr aralandıqda yolda hündür boylu, yaşı təxminən 30-35, gur qara saqqallı, əynində tünd göy rəngli qolsuz gödəkçə, qara rəngli cins materialdan şalvar, başında qara toxumalı papaq olan, əks istiqamətdə gələn tanımadığı bir nəfər şəxsə rast gəlmiş, həmin şəxsi əvvəllər həmin ərazidə görməmiş, heç bir münasibəti olmamışdır. Həmin şəxslə üzbəüz gəldikdə “salam” verəcəyini güman edərək, üzünə baxıb salamını qəbul etməyə hazırlaşmış, elə bu vaxt ani olaraq həmin şəxs üzərinə hücum edərək sol əlində olan orta ölçülü, dəstəyi boz rəngli, düyməli qatlana bilən bıçaqla ona iki dəfə zərbə endirməyə cəhd etmişdir. O, dərhal çeviklik göstərərək həmin zərbələrdən yayınmaq üçün arxaya sıçramış, həmin zərbələr ondan yan keçmişdir. Daha sonra həmin şəxsi səsləyərək heç bir şey etmədiyi halda niyə üzərinə hücum etməsini soruşmuş, həmin şəxs sanki özünə gəlmiş kimi olmuş və gülümsəmişdir. Həmin şəxs ondan adını soruşmuş, o, həmin şəxsə adı barədə yalnış məlumat vermişdir. Daha sonra həmin şəxsdən hansı ünvana qonaq getdiyini soruşmuş, həmin şəxs ona heç yerə qonaq gəlmədiyini, özü üçün ərazidə gəzişdiyini bildirmişdir. O, həmin şəxsdən təxminən 10-15 metr kənarlaşdıqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, həmin vaxt bir daha arxaya çevrilmiş və həmin şəxsin dayanıb ona tamaşa etdiyinin şahidi olmuşdur. Ehtiyat etdiyi üçün telefonunu söndürərək həmin yerdən sürətlə uzaqlaşmağa başlamışdır. Daha sonra həmin ərazidə Türkan qəsəbəsində yaşayan, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs həmin ərazidə bir nəfər “saqqallı” şəxs tərəfindən bıçaqlandığını öyrənmiş, Zərərçəkmiş şəxs bıçaqlayan şəxsin ona hücum edən şəxsin olmasını ehtimal edərək yenidən polisə müraciət etmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, ümumiyyətlə qəsəbə sakinlərinin əksəriyyəti İnqilabı tanıyır, sonuncunun hər kəslə mehriban münasibəti olmuşdur. Heç kəslə düşmənçiliyi və ədavəti olmamışdır. O, həmin şəxsi əvvəllər tanımamış, heç bir mübahisələri, münaqişələri olmamış, yolda gedərkən hər hansı toxunma və ya toqquşma halı baş verməmişdir. Qarşı-qarşıya gəldikdə həmin şəxsin ona “salam” verəcəyini güman edib, əvəzində o da cavablamağa hazır olmaq üçün başını ona tərəf uzadan zaman həmin şəxs üzərinə hücum edib ona xəsarət yetirməyə cəhd etmişdir. xx.xx.2020-ci il tarixdə Türkan qəsəbəsi, Bağlar yaşayış massivində tanımadığı şəxs tərəfindən məruz qaldığı hücum zamanı zərbələrdən yayınmış və heç bir xəsarət almamışdır. İş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunmuşdur, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Türkan qəsəbəsi Yeni sahə yaşayış massivində nömrəsiz fərdi yaşayış evində ailə üzvlərilə birgə yaşayır. Türkan qəsəbəsində doğulmuş, həmin vaxtdan da Türkan qəsəbəsində yaşamışdır. Heç yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Qardaşı xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur, subaydır. Fərdi əməklə məşğul olaraq güzəranını dolandırır. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ev onların ata evidir. Qardaşının işlədiyi yer ona yaxın olduğundan çox vaxt onlarda qalır. Qardaşı təbiətcə sakit insandır. Heç kəslə düşmənçilik, ədavət saxlamır, mübahisə etmir. Hər zaman başı aşağı olub, öz işi ilə məşğul olur. Yaşadıqları ərazidə hər kəs qardaşını tanıyır. Bir çox evlərdə fəhlə, bağban kimi işləyib. Hazırda Türkan qəsəbəsi Yeni sahə yaşayış massivində bağ evinin tikintisində işləyir. Qardaşının fəhlə kimi işlədiyi yer onun yaşadığı yerə, “Bağlar məscidi” adlanan əraziyə yaxındır. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində tanımadığı bir şəxs “Kamaz” markalı maşını həyət qapısının qarşısında saxlamış, maşından düşərək həyətə gəlmiş, həmin şəxs ona yaxınlıqda, “bağlar məscidi” tərəfdə bir nəfər şəxsin yerdə oturduğunu, “Lalə mənim bacımdır, gəlsin məni evə aparsın” deyə bildirdiyini demişdir. Daha sonra həmin şəxs maşına minərək uzaqlaşmışdır. O, yerdə uzananın həyat yoldaşı olduğunu güman etmiş, çünki həyat yoldaşı mütəmadi olaraq spirtli içki qəbul edib yollarda qalır, həyat yoldaşını hər dəfə axtarır, tapır evə gətirir. Həmin vaxt əmisi oğlu Adil də evdə olmuşdur. O, Adildən gedib həyat yoldaşını tapıb gətirməkdə ona köməklik etməsini xahiş etmiş, hazırlaşıb evdən çıxmaq istəyərkən ətrafda yaşayan, taksi sürücüsü işləyən, qonşuları Nüsrət maşınla qardaşını gətirmiş, qardaşı maşından düşərək evə gəlmişdir. Nüsrət qardaşını “Bağlar məscidi” tərəfindən götürdüyünü bildirmiş və müştəri götürmək üçün oranı tərk etmişdir. Qardaşını əmisi oğlu Adillə birlikdə qolundan tutub evə aparmışlar. Evdə qardaşını əvvəlcə çarpayıya, daha sonra divana uzandırmış, nə baş verdiyini soruşmuş, qardaşı heç bir söz deməmişdir, yalnız qapıdan içəri daxil olduqda bir kəlmə “məni vəhabi vurdu” deyə bildirmişdir. Təcili tibbi yardıma xəbər vermiş, təcili yardım həkimləri gəldikdən sonra qardaşını müayinə etmiş, həmin vaxt qardaşının paltarlarını soyundurmuşlar. Qardaşının paltarlarını soyundurduqdan sonra qarın nahiyəsindən bağırsaqlarının çölə çıxdığını görmüşlər. Həkimlər dərhal tibbi müdaxilə etmiş, qardaşını təcili yardım maşını ilə 3 saylı şəhər xəstxanasına aparmışlar. Təcili yardım həkimləri gələnə qədər qardaşına bıçaqla xəsarət yetirildiyini bilməmişdir. Qardaşının yalnız əllərində, baş nahiyəsində və paltarlarında az miqdarda qan ləkələri olduğunu görmüşlər. Gödəkçəsi tünd rəngdə olduğundan qan ləkələri çox hiss olunmamışdır. Qardaşının döyülərək başından xəsarət aldığını güman etmiş, qardaşına kim tərəfindən xəsarət yetirilməsi barədə məlumatı olmamışdır. İş üzrə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunmuşdur, o, Türkan qəsəbəsində doğulmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, Türkan qəsəbəsi Yeni sahə yaşayış massivində nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır, fərdi əməklə məşğul olur. Təxminən 9 ay əvvəl etibarnamə əsasında aldığı “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücülüyü edir, ailəsini dolandırır. Adətən Türkan qəsəbəsində yerləşən 119 nömrəli orta məktəbin yaxınlağında yol kənarında dayanır, müştəri gözləyir, eləcə də tanış şəxsləri sifariş əsasında ünvanlara çatdırır. Doğulduğu vaxtdan Türkan qəsəbəsində yaşadığından, həmçinin taksi fəaliyyəti ilə məşğul olduğundan gününü qəsəbənin içərisində keçirir, qəsəbədə yaşayan sakinlərin əksəriyyətini tanıyır. xx.xx.2020-ci il tarixdə Türkan qəsəbəsində qohumunun cümə axşamı olmuş, cümə axşamında iştirak etmiş, Cümə axşamında olan zaman tanış müştəri ona zəng edərək Türkan qəsəbəsində Yeni səhə yaşayış massivində yerləşən bağ evinə yük aparmalı olduğunu bildirmiş, o, təxminən 17 radələrində müştərini yüklə birlikdə həmin ünvana çatdırmaq üçün gedərkən“bağlar məscidi” adlanan yerdə məscidi keçdikdən təxminən 150- 200 metr sonra uşaqlıqdan tanıdığı Zərərçəkmiş şəxs yolun kənarında sağ tərəfdə səkinin üzərində oturduğunu görmüş, müşətirini düşürüb geri qayıdarkən İnqilabın yolu qarşıya keçərək dayandığını, ona əl etdiyini görmüş, avtomobili saxlamış, Zərərçəkmiş şəxs qapını açaraq ön tərəfdə avtomobildə əyləşmiş, ona həmin ərazidə yaşayan bacısı Laləgilə sürməyini bildirmiş, İnqilabın üstbaşı toz-torpaq içində olmuşdur. O, İnqilaba “heç olmasa üst-başını təmizləyəndən sonra maşına əyləşərdin” deyə bildirmiş, İnqilab həmin vaxt ona “dəli vəhabi məni döydü, vurdu tez məni bacım Laləgilə çatdır” demiş, o İnqilabdan başına gələn hadisənin necə baş verdiyini, kimin onu vurduğunu soruşmuş, lakin İnqilab ona heç bir söz deməmiş, yalnız “sür” demiş, başqa söz deməmişdir. İnqilabı götürdüyü yerdən bacısıgilin yaşadığı yerə qədər olan məsafə çox yaxın olmuş, İnqilabı bacısıgilə düşürmüş, İnqilab maşından düşərək bacısının evinə daxil olmuş, daha sonra o, müştəri götürmək üçün qəsəbənin içərisinə tərəf getmişdir. Qeyd etmişdir ki, o, İnqilabın bıçaqla vurulduğunu həmin vaxt bilməmiş, hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu güman etmiş, növbəti gün səhər polis əməkdaşlarından İnqilaba bıçaqla xəsarət yetirildiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs sakit təbiətli, yaxşı insan olmuş, uşaqlıqdan İnqilabı tanımış, bir dəfə də olsun sonuncunun mənfi hərəkət etməyinin şahidi olmamış, heç kəsə qarışmamış, öz işi ilə məşğul olan biri olmuş, fərdi əməklə məşğul olaraq güzəranını keçirmiş, gah fəhləlik, gah da bağbanlıq etmiş, ümumiyyətlə qəsəbədə bir çox həyətdə işləmiş, qəsəbə sakinlərinin əksəriyyəti tanımış, hər kəslə mehriban münasibəti olmuşdur. Zərərçəkmiş şəxs bildirdiyi “dəli vəhabi” adlı şəxs barədə hər hansı məlumatı olmamış, Türkan qəsəbəsi ərazisində yaşayan vəhabi təriqətinə qulluq edən şəxslərlə münasibət qurmamışdır. Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra əyləşdiyi oturacaqda heç bir qan ləkəsi görməmiş, sonuncunun əynində uzun dizinə çatan, dirəsiyində qırmızı zolağı olan göy rəngli gödəkçə olmuş, digər paltarlarını xatırlamamış, paltarlarda xəsarət izlərinin olub-olmaması yadında qalmamış, diqqət yetirməmişdir, lakin paltarlar toz-torpaq içində olmuşdur. İş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunmuşdur, o, Türkan qəsəbəsində doğulmuş, həmin vaxtdan da Türkan qəsəbəsində yaşayır. Türkan qəsəbəsi, Yeni kənd küçəsi ev 41 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq Türkan qəsəbəsi, Yeni sahə və ya Bağlar massivi adlanan ərazidə 1992-ci ildə aldığı torpaqda tikdiyi evdə həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin gündəlik ehtiyaclarını ödəyir. xx.xx.2020-ci il tarixdə bütün günü evdə, həyətində göy-göyərti əkməklə məşğul olmuşdur. Saat təxminən 16 radələrində küçəyə siqaret çəkmək üçün çıxmış, həyətindən təxminən 10-15 metr məsafədə ağacların altında yolun kənarında qəsəbə sakini, uzun illərdir ki, tanıdığı Zərərçəkmiş şəxs yerdə oturmuş vəziyyətdə olduğunu görmüş, İnqilaba yaxınlaşaraq yerdə niyə oturduğunun səbəbini soruşmuş, İnqilab “saqqallı” bir nəfər şəxsin bıçaqla sonuncunu vuraraq qaçdığını bildirmiş, o, İnqilabın əlinin yaralandığını, qan gəldiyini görmüş, İnqilabdan başqa hansısa nahiyəsində xəsarət olub-olmamasını soruşmuş, köynəyini qaldırmasını istəmiş, lakin İnqilab köynəyini qaldırmamışdır. İnqilab ondan su istəmiş, o, İnqilaba stəkanda su gətirmiş, sonuncu həmin suyu içmişdir. Avtomobili olmadığından İnqilaba heç olmasa yaxınlıqda yerləşən “məscidə” tərəf getməsini, asfalt yola çıxmasını, avtomobili olan şəxslərdən kömək istəməsini bildirmiş, həyətə gəlib bir neçə dəfə təcili yardıma zəng etmiş, həmin vaxt “103” xidməti ilə əlaqə yarada bilməmiş, İnqilabı yoldan keçən maşınlardan birinə əyləşdirib xəstəxanaya aparmaq məqsədilə yenidən küçəyə çıxmış, həmin vaxt İnqilabı küçədə görməmişdir, İnqilabın avtomobili olan şəxslərdən biri ilə getdiyini güman etmiş, daha sonra həyətə gəlib öz işi lə məşğul olmağa başlamışdır. Növbəti gün ətraf qonşulardan İnqilabın xəstəxanaya yerləşdirildiyini öyrənmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs sakit təbiətli, yaxşı insandır. Uşaqlıqdan İnqilabı tanıyır, bir dəfə də olsun mənfi hərəkət etməyinin şahidi olmamış, heç kəsə qarışmayan, öz işi ilə məşğul olan biri olmuş, fərdi əməklə məşğul olaraq güzəranını keçirmiş, ümumiyyətlə İnqilab qəsəbədə bir çox həyətdə işləmiş, qəsəbə sakinlərinin əksəriyyəti İnqilabı tanımış, hər kəslə mehriban münasibəti olmuşdur. Zərərçəkmiş şəxs bildirdiyi “saqqallı” şəxs barədə hər hansı məlumatı olmamış, elə bir şəxsi yaşadığı ərazidə əvvəllər görməmişdir. Zərərçəkmiş şəxs həmin vaxt üzərində hər hansı qan ləkəsi görməmiş, barmaqlarının ucunda cüzi qan görmüş, İnqilabın spirtli içki içərək sərxoş olduğunu, yıxılaraq əlini şüşə ilə kəsdiyini güman etmiş, bıçaqla vurulduğunu dedikdə sonuncudan köynəyini qaldırmasını istəmiş, lakin sonuncu köynəyini qaldırmayanda yarasının dərin olmadığını güman etmiş, yenə də evə gəlib təcili yardıma məlumat vermək istəmiş, lakin əlaqə yarada bilməmişdir. İnqilabın həmin vaxt vəziyyətinin ağır olduğunu bilməmiş, çünki İnqilab normal şəkildə ünsiyyət qurmuşdur. Zərərçəkmiş şəxsla rastlaşdığı zaman sonuncunun əynində uzun dizinə çatan, dirəsiyində qırmızı zolağı olan göy rəngli gödəkçə olmuş, digər paltarlarını xatırlamamışdır. Paltarlarda xəsarət izlərinin olub-olmaması yadında olmamış, diqqət yetirməmişdir, lakin paltarlar toz-torpaq içində olmuşdur. Zərərçəkmiş şəxs gördüyü yeri dəqiq xatırladığını və əyani şəkildə göstərə biləcəyini əlavə olaraq qeyd etmişdir. İş üzrə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunmuşdur, o, Türkan qəsəbəsində doğulmuş, həmin vaxtdan da ünvan 9 ünvanında ailə üzvlərilə birgə yaşayır, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç yerdə işləmir, fəhləlik edərək qazanc əldə edir. xx.xx.2020-ci il tarixdə, saat 13-14 radələrində o, Türkan qəsəbəsində yerləşən daş karxanasında “Kamaz” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı maşına mişar daşları yığmış, daşları yığdıqdan təxminən 1-2 saat sonra həmin yerdən çıxaraq üzü “bağlar məscidinə” tərəf irəliləmiş, daşları həmin ərazidə yerləşən boş torpaq sahəsinə boşaltdıqdan sonra geri qayıtmış, daşları yüklədiyi yerdən çıxıb boşaldacağı yerə gəlməyi arasında vaxt intervalı təxminən 20-25 dəqiqə olmuşdur. Yükü boşaldıqdan sonra geri gəlmək üçün üzü “bağlar məscidinə” tərəf irəliləmiş, məscidə çatmamış təxminən 150-200 metr məsciddən aralıda yolun kənarında, sol tərəfdə adının sonradan İnqilab olduğunu öyrəndiyi şəxsin yanı üstə uzandığını görmüş, maşını saxlayıb pəncərini açmış, nə baş verdiyini soruşmuş, İnqilab ona yaxınlıqda yaşayan Lalənin qardaşı olduğunu, bacısına xəbər verməsini, gəlib İnqilabı evə aparmalarını deməsini istəmiş, o, Lalənin yaşadığı ünvana gələrək qardaşının məscid tərəfdə yerdə uzandığını demiş, bacısı Lalə ona qardaşının spirtli içki içən olduğunu “yəqin yenə sərxoş olub, gedib götürərik” deyə bildirmiş, daha sonra həmin ünvandan çıxaraq yoluna davam etmişdir. Qeyd etmişdir ki, o, İnqilabın bıçaqla vurulduğunu həmin vaxt bilməmiş, hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu güman etmişdir. Növbəti gün səhər polis əməkdaşlarından İnqilaba bıçaqla xəsarət yetirildiyini öyrənmişdir. İş üzrə şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunmuşdur, o, ünvan 10 ünvanında ailə üzvlərilə birgə yaşayır, 1989-cu ildən Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə tibb bacısı işləmiş, 2008-ci ildən 18 saylı köməkçi təcili yardım stansiyasının 1 saylı filialında tibb bacısı işləyir. xx.xx.2020-ci il tarixdə, saat 09:00-dan xx.xx.2020-ci il tarixə saat 09:00a qədər növbətçi həkimlə birlikdə işdə xidmətdə olmuş, xidmətdə olduğu vaxt xx.xx.2020-ci il tarixdə gələn çağırışa uyğun olaraq Türkan qəsəbəsinə getmiş və həmin qəsəbədə yaşayan bir nəfər kişi cinsli şəxsin bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olduğunu görmüşdür. Şəxsin bədənindən qan axmış, ilkin tibbi yardım göstərərək yaraları təmizləyib, sarğı etmiş, daha sonra stasionar şəraitdə müalicə alması üçün şəxsi təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Şəxsin anket məlumatları Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına təhvil verib yenidən öz iş yerinə qayıtmışdır. Zərərçəkmiş şəxs şüuru yerində olmuş, verilən suallara cavab vermiş, ağrılarından şikayət etmişdir. Qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə “103” X5 dispetçer verdiyi məlumat üzrə Türkan qəsəbəsində bir nəfər xəstə olması haqqında məlumat əsasında çağırışa getmiş, lakin həmin Mərkəzə kim tərəfindən məlumat verilməsi barədə məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs xəsarət almasını sonuncunu gördükdən sonra öyrənmiş, əvvəldən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs xəsarətləri hansı şəraitdə alması barədə suallar versə də, sonuncu təcili yardım briqadasına kim tərəfindən xəsarət yetirilməsini deməmiş, ağrılarından şikayət etmişdir. Zərərçəkmiş şəxs müayinə edərkən bədəninin müxtəlif nahiyələrində çox saylı bıçaqla yetirilməyə xarakterik yaralar olmuş, həmin yaraların sayını və yerləşmə yerlərini dəqiq xatırlamamış, lakin təxminən ikisi daha dərin yara olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 418 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən, ürəyin zədələnməsi ilə müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının daxilə nüfuz etməyən 04 (dörd) ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən, qaraciyərin və mədənin zədələnməsi ilə müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alın-təpə, sağ əlin ovuc səthinin və sağ baldırın kəsilmiş yaraları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim olunmuş və ona oxşar bıçağın təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə döş qəfəsinin ön səthinin 02 (iki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqları üçün sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 191 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol saidin səthi kəsilmiş yarası iti kənara malik əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 202 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Şahid1 bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1839 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 məxsus olması qeyd olunan paltarlar üzərində Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan paltarlar üzərində Şahid1 məxsus olması qeyd olunan paltarların tərkib liflərindən yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 182/2020- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:O-alfa, beta (İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O-alfa, beta (İ). Ekspertizaya təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir cüt idman ayaqqabısı, cins şalvar, uzunqol köynək, zolaqlı sviter, uzunqol sviter, bir ədəd papaq, gödəkçə, pencək, Təqsirləndirilən şəxs məxsus qolsuz jilet, cins şalvar üzərində olan ləkələrdə kişi genetik cinsinə məxsus insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Oalfa, beta /H/ (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş bir ədəd stəkanın üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Oalfa,beta /H/ (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş bir ədəd stəkanın üzərində olan qan ləkələrinin ölçü və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermədi. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. İş üzrə təyin edilmiş məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 100/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yarım hissəsində üç ədəd, gödəkçənin sol qolun arxa səthində bir ədəd, gödəkçənin sağ qolun arxa səthində bir ədəd, gödəkçənin arxa sol səthində dörd ədəd; pencəyin ön sağ yarım hissəsində bir ədəd, pencəyin arxa sol səthində dörd ədəd, pencəyin sağ qolun ön səthində bir ədəd, pencəyin sağ qolun ön səthində bir ədəd; qara-boz rəngli sviterin ön orta səthində bir ədəd, sviterin ön sol səthində iki ədəd, sviterin ön sağ səthində bir ədəd, sviterin arxa sağ səthində bir ədəd, sviterin arxa sol səthində dörd ədəd, sviterin sağ qolun ön səthində bir ədəd, sviterin sağ qolun arxa səthində bir ədəd; yaşıl rəngli sviterin arxa sağ səthində bir ədəd, sviterin arxa sol yuxarı səthində beş ədəd, sviterin sağ qolun arxa yuxarı səthində iki ədəd, köynəyin ön sol yarım hissəsində altı ədəd, köynəyin sol qolun arxa səthində bir ədəd, köynəyin arxa sol səthində üç ədəd, köynəyin sağ qolun arxa səthində bir ədəd; şalvarın sağ ayağın ön səthində dörd ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol yan cibin yuxarı sağ kənarında bir ədəd və gödəkçənin ön sol yarım hissəsində bir ədəd (cəmi iki ədəd) cırılma zədələri aşkar olundu. Bu da gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağın ön səthində aşkar edilmiş bir ədəd cırılma zədəsi aşkar olundu. Bu da şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus papaq üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus jiletin sol qolun ön aşağı manjet üzərində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, jaket, şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Həmin rəyə əsasən, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2020-ci il tarixli, 478 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar kliniki diaqnozu dəqiqləşdirmək, anlaqlı olub-olmamasını müəyyən etmək, həmçinin fərdi-psixi xüsusiyyətlərini, psixoloji-emosional vəziyyətini və digər halları müəyyənləşdirmək eləcə də ekspert qarşısında qoyulmuş digər sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə sonuncunun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş üzrə təyin edilmiş “Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2020-ci il tarixli, 33 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs kəskin şizofreniyayabənzər psixotik pozuntu (Paranoid Şizofreniya) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar, yoxlanılan şəxsin və şahidlərin verdiyi ifadələr (psixikasında dəyişikliklərin yaranması, özünü qeyri-adekvat aparması, özünün haqlı olduğunu sübut etmək istəməsi və s.) sübut edir. Həmin psixi pozuntu Təqsirləndirilən şəxs bu günə kimi davam edir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ondan sonra keçən dövr ərzində onun psixi durumunda nəinki stabilləşmə baş verməmiş, əksinə təfəkkürün autikliyi və paralogiyası dərinləşmiş, sayıqlama fikirləri və digər psixotik simptomlar miqyasca genişlənmişdir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik – paranoid şizofreniya formalaşdığı müəyyən edilmiş və hal-hazırda da psixotik vəziyyətdədir. Bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri (özünü qeyri-adekvat aparması, həmçinin təfəkkürünün məntiqsiz, paraloji olması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin olmaması) sübut edir. Təqsirləndirilən şəxs cinayət əməlini kəskin psixotik halda törətdiyinə görə həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, eləcə də onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı var və ona qarşı Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. İş üzrə təyin edilmiş “Təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası”nın xx.xx.2020-ci il tarixli, 44 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs kəskin şizofreniyayabənzər psixotik pozuntu müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar, yoxlanılan şəxsin və şahidlərin verdiyi ifadələr (psixikasında dəyişikliklərin yaranması, özünü qeyri-adekvat aparması, özünün haqlı olduğunu sübut etmək istəməsi və s.) sübut edir. Həmin psixi pozuntu Təqsirləndirilən şəxs bu günə kimi davam edir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ondan sonra keçən dövr ərzində onun psixi durumunda nəinki stabilləşmə baş verməmiş, əksinə təfəkkürün autikliyi və paralogiyası dərinləşmiş, sayıqlama fikirləri və digər psixotik simptomlar miqyasca genişlənmişdir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik – paranoid şizofreniya formalaşdığı müəyyən edilmiş və hal-hazırda da psixotik vəziyyətdədir. Bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri (özünü qeyri-adekvat aparması, həmçinin təfəkkürünün məntiqsiz, paraloji olması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin olmaması) sübut edir. Təqsirləndirilən şəxs cinayət əməlini psixotik halda törətdiyinə görə həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, eləcə də onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı var və ona qarşı Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şahid1 münasibətdə Təqsirləndirilən şəxs əməlində qəsdən adam öldürməyə cəhd və ya sağlamlığa xəsarət yetirmənin müxtəlif dədəcələri ilə olan cinayətin tərkib əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə Xəzər rayon məhkəməsinin 4(003)-57/2020 saylı qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 4 (dörd) ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, istintaq zamanı iş üzrə təyin olunmuş “Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji”, habelə “Təkrar stasionar məhkəmə-psixiatrik” ekspertizalarının rəyləri ilə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi müəyyən olunduğu üçün, eləcə də, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədən zaman və hazırda anlaqsız olduğundan, qanunvericiliyin tələblərinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə xx xxxx 2020-ci il tarixdə icraat başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 4(003)-190/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınması haqqında qərar qəbul edilmişdir. İş materiallarında görünür ki, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin 4(003)- 207/2020 saylı qərarı ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədilməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2. maddələri ilə tövsif edilmişdir. Azərbaycan Resplikasının Cinayət Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız olmuş,yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictmai təhlükəlilityini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə,məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və ona qarşı Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus əmlakına həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. İş üzrə materiallardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun xx.xx.2020-ci il tarixli, 4(003)-57/2020 saylı qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hakim Tərlan Əkbərovun xx.xx.2020-ci il tarixli, 4(003)- 167/2020 nömrəli qərarı ilə onun həbsdə saxlanılma müddəti 4 (dörd) ay, xx.xx.2020-ci il tarixədək uzadılmış, hakim Tərlan Əkbərovun xx.xx.2020-ci il tarixli, 4(003)-207/2020 nömrəli qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs hal-hazırda orada müalicə alır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir cüt idman ayaqqabısı, cins şalvar, uzunqol köynək, zolaqlı sviter, uzunqol sviter, bir ədəd papaq, gödəkçə, pencək, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli, qolsuz, zəncirbəndli gödəkçə; bir ədəd yaşıl rəngli, uzunqol, zəncirbəndli jaket; bir ədəd qəhvəyi rəngli, papaqlı, zəncirbəndli jaket, bir ədəd açıq-göy rəngli cins şalvar, bir cüt göy rəngli idman ayaqqabısı, həmçinin şahid qismində dindirilmiş Şahid1 hadisə vaxtı əynində olmuş bir ədəd tünd boz rəngli şalvar, bir ədəd tünd göy rəngli gödəkçə, boz-ağ rəngli damalı uzunqol köynək və cinayətin aləti olan bir ədəd bıçaq cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Xəzər rayon prokurorluğunun “maddi sübutlar otağı”na təhvil verilmişdir. İş üzrə məhkəmə(ekspertiza) xərcləri 108,46(yüz səkkiz manat, qırx altı qəpik) manat təşkil edir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 356, 384 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 maddələri nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınsın və qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Xəzər rayon prokurorluğunda saxlanılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir cüt idman ayaqqabısı, cins şalvar, uzunqol köynək, zolaqlı sviter, uzunqol sviter, bir ədəd papaq, gödəkçə, pencək, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli, qolsuz, zəncirbəndli gödəkçə; bir ədəd yaşıl rəngli, uzunqol, zəncirbəndli jaket; bir ədəd qəhvəyi rəngli, papaqlı, zəncirbəndli jaket, bir ədəd açıq-göy rəngli cins şalvar, bir cüt göy rəngli idman ayaqqabısı, həmçinin şahid qismində dindirilmiş Şahid1 hadisə vaxtı əynində olmuş bir ədəd tünd boz rəngli şalvar, bir ədəd tünd göy rəngli gödəkçə, boz-ağ rəngli damalı uzunqol köynək və cinayətin aləti olan bir ədəd bıçaq cinayət işi üzrə maddi sübut qismində tanınmış maddi sübutlar geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Ruhi-Əsəb xəstəxanasına həvalə edilsin. İş üzrə məhkəmə(ekspertiza) xərcləri 108,46(yüz səkkiz manat, qırx altı qəpik) manat məhkəmə xərcləri dövlət hesabına ödənilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov