Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1139/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısızərərçəçkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 iyun 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb mütəşəkkil dəstə tərkibində bilə-bilə saxta sənəddən tamah niyyətilə istifadə etmiş, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, mütəşəkkil dəstə tərkibində kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə daxil olaraq kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlarını buna hüququ olmadan tamah niyyətilə ələ keçirmiş, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində toplamış, mütəşəkkil dəstə halında qeyriiəri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmış, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək özgə əmlakını gizli olaraq təkrarən talayıb oğurlamağa, mütəşəkkil dəstə tərkibində kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən daxil olmağa, kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan mütəşəkkil dəstə tərkibində tamah niyyətilə təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır; belə ki, o, özgə əmlakını elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq oğurlamaq, hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamaq və bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmək, kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olmaq, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək üçün həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla toplamaq məqsədilə tanışları Bakı şəhər'sakinləri X32, X28, X12, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsidə işləmiş, 14 fevral 2019-cu ildən isə qeyd olunan vəzifədən azad edilərək 14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olmuş X29 və istintaqla müəyyən edilməyən digərləri ilə həmin çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində qabaqcadan birləşməklə əlbir olub, ümumi cinayətkar məqsədlərinə uyğun aralarında ciddi vəzifə bölgüsü apararaq, o cümlədən, Nuran Mahmudov ƏDV depozit hesablarında pulları olan səhmdar cəmiyyətlərin axtarılıb tapılması, Aqşin Cəfərov səhmdar cəmiyyətlərin ƏDV depozit hesablarında hansı məbləğdə pulların olmasına dair məlumatların toplanması, Bəhruz Muradov ƏDV depozit hesablarında pulları olan səhmdar cəmiyyətlərin rəhbərlərinin elektron imzalarının əldə olunması, özü səhmdar cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatların toplanması, Namiq Bəylərli hüquq verən rəsmi sənədlərin istifadə etmək məqsədi ilə saxtalaşdırılmaqla qanunsuz hazırlanması, kompyuter sisteminə daxil olmaq hüququ olmadan ora daxil olaraq həmin sistemdə saxlanılan kompyuter məlumatlarının ələ keçirilməsi, səhmdar cəmiyyətlərin rəhbərlərinin elektron imzalarından istifadə edərək cəmiyyətlərin ƏDV depozit hesablarında olan pulların faktiki olaraq idarə etdikləri cəmiyyətlərin ƏDV depozit hesablarına köçürülməsi, həmçinin, istintaqla şəxsiyyətləri müəyyən edilməyən cinayətkar dəstənin digər üzvləri oxşar funksiyaları yerinə yetirməklə həmin cinayətkar məqsədlərinin həyata keçirilməsi üçün 2019-cu ilin mart ayından həmin ilin iyul ayınadək olan müddətdə dəstə üzvü Namiq Bəylərli elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından informasiya texnologiyalarından istifadə etməklə pul vəsaitini gizli yolla talamaq məqsədilə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə dair məlumatları, Cəmiyyətin direktoru Nümayəndə1 elektron imzasının alınması üçün 2019-cu ilin aprel ayının 12-dən 15-dək olan tarixlərdə sonuncunun cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatları şəxsən əldə edib dəstə üzvü Nuran Mahmudov vasitəsi ilə 2019-cu ilin mart ayında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə Namiq Bəylərliyə verməklə, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək üçün həmin məlumatları tamah niyyətilə toplamaq məqsədi ilə həmin Cəmiyyətin ƏDV depozit hesabında hansı məbləğdə pul vəsaitinin olmasına dair məlumatları dəstənin digər üzvü X13 Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə 12 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” proqram təminatı vasitəsilə dəstənin digər üzvü Namiq Bəylərlinin “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərməsi ilə Namiq Bəylərliyə verdikdən sonra cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Nümayəndə1 imzasının, eləcə də Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Şahid1 imzası və adına hazırlanmış Azərbaycan Respublikasının dairəvi möhürünün əksini həmin müddət ərzində istintaqa məlum olmayan yer və şəraitdə digər sənəddən dəstə üzvü Namiq Bəylərli əldə edib müvafiq (skayner və digər) qurğu vasitəsilə ona məxsus olan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “notebook” tipli kompyuterin yaddaşına köçürməklə cinayət əməlini davam etdirərək Nümayəndə1 adından dəstə üzvü Bəhruz Muradova guya müəyyən səlahiyyətlər, yəni Zərərçəkmiş şəxs5 QSC-nin sənədlərini vergi orqanlarına təqdim etmək, dövlət və qeyridövlət təşkilatlarında onu təmsil etmək. “ASAN xidmət” mərkəzlərində “Asan imza", Milli Sertifikat Xidmətləri Mərkəzi və poçt xidməti mərkəzlərində “Elektron imza" almaq və sair hüquqlarını verməsi görüntüsü yaradan 7 may 2019-cu il tarixli etibarnaməni Namiq Bəylərli tərtib edib kağız daşıyıcı üzərinə çap etdikdən sonra etibarnamənin “imza” qrafasındakı “Nümayəndə1” soyad və adının qarşısında, eləcə də, “Notariusun imzası”, “notarius” qrafalarına Namiq Bəylərli ona məxsus kompyuterin yaddaşına köçürdüyü müvafiq imzaların təsvirini surətçıxaran qurğu (printer) vasitəsilə çap edərək tamah niyyətilə istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs5 QSC-nin direktoru Nümayəndə1 adına “Elektron imza”nın alınması üçün 24 may 2019-cu il tarixdə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 elektron qaydada sonuncunun adından Namiq Bəylərli müraciət edib, həmin müraciətlə əlaqədar 31 may 2019-cu il tarixdə X16 “Elektron imza”nı qəbul etməkdən ötrü dəstənin üzvü Bəhruz Muradova həqiqi etibarnamə olması görüntüsü yaradan 7 may 2019-cu il tarixli hüquq verən saxta rəsmi sənədi Nuran Mahmudov vasitəsilə 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağının qarşısında verilməsinə və qeyd olunan etibarnamə əsasında Nümayəndə1 adına olmaqla elektron məlumat daşıyıcısı hesab olunan “Asan imza”nın dəstənin üzvü Bəhruz Muradov saxta sənəd Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X17 ünvan 2 ünvanında yerləşən inzibati binasında təqdim edilib mütəşəkkil dəstə tərkibində tamah niyyətilə istifadə etməklə 31 may 2019-cu il tarixdə Bəhruz Muradov şəxsən aldıqdan sonra, dəstə üzvü Namiq Bəylərli Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə və vaxtda kompyuter sisteminə daxil olmaq hüququ olmadan orada saxlanılan kompyuter məlumatlarını və özgənin hesabında olan pul vəsaitini ələ keçirmək məqsədilə informasiya texnologiyası hesab olunan həmin elektron imza vasitəsilə kompyuter sistemi hesab olunan ƏDV depozit hesabına tamah məqsədilə qanunsuz daxil olaraq kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan və kommersiya sirri hesab olunan Zərərçəkmiş şəxs5 QSC-nin əlavə dəyər vergisi sub-uçot məlumatlarını buna hüququ olmadan tamah niyyətilə mütəşəkkil dəstə tərkibində qanunsuz istifadə etmək məqsədilə gizli yolla ələ keçirərək həmin sub-uçot hesabdan cinayətdən xəbərsiz olan X7 təsisçisi olduğu və faktiki olaraq dəstə üzvü Nuran Mahmudov tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub- uçot hesabına guya 277.500 (iki yüz yetmiş yeddi min beş yüz) manat dəyərdə məhsulun aiqı-satqısının aparılması və həmin əməliyyat üzrə 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə ƏDV-nin qeyd edilən Cəmiyyətin hesabına köçürülməsini 5 iyun 2019-cu ildə təmin edərək, həmin pul vəsaiti üzərində sərəncam vermək hüququ və imkanı yaranmaqla mütəşəkkil dəstə halında Zərərçəkmiş şəxs5 QSC-nin əlavə dəyər vergisi sub-uçot hesabından 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə özgə əmlakı olan ƏDV-ni informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla gizli yolla talamaqla mütəşəkkil dəstə tərkibində oğurlayıb, bundan sonra qeyd edilən şəxslərlə mütəşəkkil dəstə tərkibində Salyan rayonunun Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmin mütəşəkkil dəstənin tərkibinə daxil olmayan fiziki şəxs-********** saylı VÖEN-lə fəaliyyət göstərən Şahid3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə dəstənin digər üzvü Namiq Bəylərli 49.950 manat məbləğdə pul vəsaitindən istifadə edərək cinayətkar niyyətini pərdələməklə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaq yolu ilə, o cümlədən göstərilən məbləği faktiki olaraq Nuran Mahmudov tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından guya 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaimə əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqı-satqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradaraq, dəstənin digər üzvü Namiq Bəylərli 5 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 №-li əməliyyatla isə əlavə olaraq 49.940 manat pul vəsaitini Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürməklə, ümumilikdə külli miqdar təşkil edən cəmi 49.950 manat pul vəsaitini hesabdan hesaba köçürməklə, qeyd olunan pul vəsaitinin müqabilində qabaqcadan əlbir olduqları Şahid3 Şahid5 vasitəsi ilə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında əldə etdiyi 10.000 manat pulu mütəşəkkil dəstənin digər üzvləri Nuran Mahmudov, Aqşin Cəfərov, Bəhruz Muradov, Namiq Bəylərli və qeyriləri aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ilə əldə edilməsinin həqiqi mənbəyini gizlətməklə vahid niyyətlə leqallaşdırmışdır; bundan başqa, o, təkrarən, eyni niyyətlə, Nuran Mahmudov, Aqşin Cəfərov, Bəhruz Muradov, Namiq Bəylərli və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində aralarındakı eyni xarakterli vəzifə bölgüsünə uyğun olaraq, ********** saylı VÖEN-lə fəaliyyət göstərən Zərərçəkmiş şəxs4 ƏDV depozit hesabında olan pul vəsaitini eyni forma və üsullarla gizli yolla talamaq məqsədilə 2019-cu ilin mart ayında dəstə üzvü Namiq Bəylərli həmin Cəmiyyətin direktoru Məhərrəmov Emi! Kamil oğlunun anket məlumatları, Cəmiyyətin hüquqi ünvanına, elektron ünvanına, əlaqə telefon nömrəsinə dair məlumatları şəxsən əldə edib dəstə üzvü Nuran Mahmudov vasitəsi ilə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə və vaxtda Namiq Bəylərliyə verməklə, sonuncu tərəfindən istintaqla müəyyən edilməyən saxta sənədlərdən istifadə edilməklə həmin Cəmiyyətin direktoru Nümayəndə2 elektron imzasının alınması üçün MMC-yə dair ƏDV depozit hesabında olan vəsait barədə kommersiya sirri təşkil edən məlumatları dəstə üzvü X8, sonuncunun Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə, 2019-cu ilin aprel ayında “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş dəstənin digər üzvü X8 dəstənin digər üzvü Namiq Bəylərlinin “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərməsilə əldə edərək 2019-cu ilin iyun ayında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 elektron qaydada Nümayəndə2 adından müraciət edib, müraciətdə “Şirkətin əlaqədar şəxsi” qrafasında dəstənin digər üzvü X3 qeyd edərək, həmin müraciətlə bağlı ********* kodlu elektron bildiriş verilməsi ilə əlaqədar 19 iyun 2019-cu il tarixdə dəstənin üzvü X50 Mahmudovla qeyd olunan Mərkəzə gedib, “Elektron imza”nın qəbul edilməsi Bəhruz Muradova həvalə edildiyindən, sonuncu “Elektron imza"nın hazır olub- olmadığı ilə maraqlanan zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X27 əməkdaşları tərəfindən ifşa olunduqlarına görə, özünün və dəstə iştirakçılarının iradələrindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək Zərərçəkmiş şəxs4 MMC-nin ƏDV depozit hesabında olan 4.309,31 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrarən gizli olaraq talayıb oğurlamağa, kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən mütəşəkkil dəstə tərkibində həmin sistemə daxil olmağa, kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmişlər; bundan əlavə, o, 24 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X37 Qeydiyyatı İdarəsi tərəfindən ********** VÖEN-i əsasında dövlət qeydiyyatına alınmaqla tikinti və təmir işlərinin həyata keçirilməsi ilə məşğul olan “RAMZ Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs1, sonuncunun yaxın qohumları sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində dövlət qeydiyyatına alınmaqla tikinti və təmir işlərinin həyata keçirilməsi ilə məşğul olan Zərərçəkmiş şəxs3 (********** VÖEN) və Zərərçəkmiş şəxs2 (********** VÖEN) ilə aralarında olan şifahi razılaşmaya əsasən həmin Cəmiyyətin, o cümlədən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mühasibi vəzifəsinə işə qəbul olunmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X10”na əsasən, mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat- maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin- tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək, maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək, məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək, dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək, təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş həmin Cəmiyyətə və fiziki şəxslərə məxsus əmlakı təkrarən mənimsəməklə talamaq məqsədilə 24 yanvar 2019-cu il tarixdən 1 iyul 2019-cu il tarixədək olan müddətdə "xxxx" MMC-nin təmir işləri apardığı ünvan 3 ünvanında yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbinin inzibati binasında Cəmiyyətin direktoru Zərərçəkmiş şəxs1 həmin Cəmiyyətin vergi borclarının ödənilməsi üçün hissə-hissə olmaqla cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq, Cəmiyyətin vergi borcları üzrə ödəniş aparmayaraq şəxsi ehtiyaclarına sərf etməklə, həmin məbləğdə, həmçinin, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs3 bank hesablarından istifadə etmək və sair məsələlərə dair özünə Bakı şəhəri 1 saylı notariat kontorunda verdiyi 27 may 2019-cu il tarixli etibarnamədən istifadə edərək Zərərçəkmiş şəxs3 "xxxx" ASC-də olan AZ24AİİB******************** saylı hesabından 10.06.2019-cu il tarixdə 112MSCD191610001 №-li məxaric orderi ilə 73,89 manat və 112MSCD191610002 №-li məxaric orderi ilə 14.778 manat olmaqla cəmi 14.851,89 manat (on dörd min səkkiz yüz əlli bir manat səksən doqquz qəpik) pulu ünvan 4 ünvanında yerləşən “28 May” filialında məxaric edib, həmin pul vəsaitindən 9.851,89 manatını Zərərçəkmiş şəxs3 verib, qalan 5.000 (beş min) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, həmin məbləğdə, həmçinin, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs2 bank hesablarından istifadə etmək və sair məsələlərə dair Bakı şəhəri 1 saylı notariat kontorunda verdiyi 27 may 2019-cu i! tarixli etibarnamədən istifadə edərək Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan AZ19AİİB******************** saylı hesablaşma hesabından 10 iyun 2019-cu il tarixdə 112MSCD191610056 №-li məxaric orderi ilə 43,59 manat, eyni tarixdə 112MSCD191610057 №-li məxaric orderi ilə 8.718 manat, 24.06.2019-cu il tarixdə 112MSCD191750017 №-li məxaric orderi ilə 31,41 manat, eyni tarixdə 112MSCD191750018 №-li məxaric orderi ilə 6.282 manat və 27.06.2019-cu il tarixdə 112FTRQ191780001 №-li məxaric orderi ilə 3.520 manat olmaqla, cəmi 18.595 (on səkkiz min beş yüz doxsan beş) manat pul vəsaitini ünvan 4 ünvanında yerləşən “28 May” filialında məxaric edərək, həmin pul vəsaitindən 13.595 manatını Zərərçəkmiş şəxs2 verərək, qalan 5.000 (beş min) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, həmin məbləğdə, ümumilikdə qeyd edilən qaydada "xxxx" MMC, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus olmaqla ona etibar olunmuş cəmi 18.500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, 2005-ci ildə Ukrayna Respublikasının Odessa şəhərində yerləşən Standartlaşdırma və Sertifikatlaşdırma Akademiyasını keyfiyyətə nəzarət və meteroloji yoxiamalar ixtisası üzrə bitirmişdir. 2010-cu ildən Bakı şəhərində yaşayır. Onun Bakı şəhərində evi olmasa da, müxtəlif ünvanlarda kirayə mənzillərdə yaşamışdır. O, 2018-ci ildə X35 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 21.11.2020-ci il tarixdə övladı Zara dünyaya gəlmişdir. 2019-cu ilin iyul ayının 28-də Bakı hava limanından Türkiyənin Antalya şəhərinə uçaraq ölkə ərazisini tərk etmişdir. Bundan sonra Türkiyənin İzmir şəhərində yaşamışdır. Onun övladı Zara İzmir şəhərində dünyaya gəlmişdir. O, İzmir şəhərində əvvəlcə "xxxx" Şirkətində işləmiş, sonradan isə təhlükəsizlik kameralarının quraşdırılması işi ilə məşğul olmağa başlamışdır. 2020-ci ilin əvvəllərində o, Türkiyənin İstanbul şəhərində olduğu müddətdə şəxsi sənədləri, yəni şəxsiyyət vəsiqəsi, vətəndaşlıq haqqında pasportu və hərbi bileti oğurlanmışdır. O, bununla bağlı 2021-ci ilin mart ayında İstanbul polisinə şikayət etmişdir. Lakin dəqiq hansı polis idarəsinə müraciət etməyini xatırlamır. Onun sənədləri oğlurlandığı müddət ərzində o həmin sənədlərdən istifadə etmədiyi üçün sənədlərin oğurlanması ilə bağlı əvvəlcə polisə müraciət etməmişdir. Lakin 2021-ci ilin əvvəllərində Azərbaycana gəlmək istədiyi üçün özünə sənəd eldə etmək məqsədi ilə polisə və İstanbul şəhərindəki konsulluğa müraciət etmişdir. O, 2021-ci ilin mart ayının 19-da ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gələrkən Heydər Əliyev adına Beynəlxalq hava limanında saxlanılmışdır. O, axtarışda olduğunu bilməmişdir. O, X19 təxminən 2018-ci ildən "xxxx" Şirkətinin əməkdaşı kimi tanımışdır. O, Nuranın işlədiyi şirkətdən avtomobil icarəyə götürmüş, bu əsasla onunla münasibəti yaranmışdır. Lakin onunla yaxın münasibəti olmamışdır. X32, X12 və X20 isə ümumiyyətlə tanımır, bu şəxslərlə heç bir münasibəti olmamışdır; Zərərçəkmiş şəxs5 MMC ilə fiziki şəxs qismində müqavilə bağlayaraq fəaliyyət göstərmişdir. Belə ki, təxminən 2016-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında qeydiyyata alınaraq VÖEN almışdır. Onun həyat yoldaşının dayısı soyadını bilmədiyi Namiq adlı şəxs tikinti işləri ilə məşğul olmuş, 2018-ci ildə Namiq ona Zərərçəkmiş şəxs5 MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən uşaq evinin yenidən qurulması işlərini həyata keçirdiyini bildirərək, ona da həmin işlərdə iştirak etməyi təklif etmişdir. Həmin MMC ilə onun arasında müqavilə bağlanılsa da, lakin podratçı kimi faktiki olaraq işləri Namiq həyata keçirmişdir. O isə gömrük, vergi və digər sosial ödənişləri aparmışdır. Həmin Cəmiyyətin direktoru Nümayəndə1la yaxşı münasibətləri olmuşdur. O həmin Cəmiyyətlə işlədiyi müddət ərzində işində heç bir problemi olmamışdır. Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Nümayəndə2 2013-cü ildə "xxxx" Şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi dövrdə tanımışdır. O, həmin Şirkətdə audit işləmişdir. Sonradan o, "xxxx" Şirkətinin “Unity” proqramının quraşdırılması və istifadəsi ilə bağlı tədris işi ilə məşğul olmuş, qeyd olunan proqramı Nümayəndə2 direktoru olduğu Zərərçəkmiş şəxs4 MMC-yə qeyd etdiyi kompyuter proqramının istifadəsinin tədrisini 2018-ci ildən başlayaraq 2019-cu ilin iyul ayına kimi həyata keçirmişdir. Onun Nümayəndə2la yaxşı münasibətləri olmuşdur. O, heç vaxt X21 Zərərçəkmiş şəxs5 MMC ilə bağlı heç bir məlumat verməmişdir. O, Nuranı "xxxx" Şirkətində işləyəndə tanımış, həmin Şirkətdən aylıq 1000 manat ödəmək şərti ilə avtomoil icarəyə götürmüşdür. O, həmin avtomobilə texniki xidmət göstərilməsi üçün Nuranın işlədiyi şirkətə təqdim etmişdir. Nuran bu vaxt avtomobildə olan sənədlərdən istifadə edərək Zərərçəkmiş şəxs5 MMC ilə bağlı məlumatları ələ keçirmişdir. Nuran ona 1000 manat pul verməmişdir. Bu barədə onun dediklərinin hamısı yalandır. O, Zərərçəkmiş şəxs4 MMC ilə aralarında bağlanılmış 09 may 2019-cu il tarixli müqaviləyə əsasən Zərərçəkmiş şəxs4 MMC-yə proqram təminatından istifadə olunması ilə bağlı dərslər vermişdir. O, Zərərçəkmiş şəxs4 MMC-yə dair heç bir məlumatı Nurana verməmişdir. Nuran eyni qaydada ona icarə verdiyi maşından həmin şirkətə dair məlumatları götürmüşdür; "xxxx" MMC ilə onun heç bir münasibəti olmamışdır. Bu Şirkətin fəaliyyətindən məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs1 tanışı Namiqə görə tanımışdır. Onunla yaxın münasibəti olmamışdır. O, Namiqlə şərikli tikinti işlərini həyata keçirmişdir. Lakin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 xatırlamır. Onun bu şəxslərlə münasibətlərinin olub-olmamasını dəqiq deyə bilmir. "xxxx" MMC-nin təsis edilməsində Vaqifə köməklik etməmişdir Həmin Cəmiyyətin fəaliyyətində onun heç bir iştirakı olmamışdır. Vaqif ona iki nəfər şəxsin adına VÖEN sənədi vərərək həmin şəxslərin vergi, gömrük, sosial ödənişləri etməyi xahiş etmişdir. Bunun müqabilində Vaqif ona aylıq 500 manat pul ödəyirdi. Onun Vaqiflə birlikdə fəaliyyətində bir neçə ay müddətində olmuşdur. O, Vaqifə "xxxx" MMC ilə bağlı heç bir köməklik etməmişdir. O, Vaqifin qohumlarının bank hesablarından pulu "xxxx" ASC-nin Bakı şəhəri, Azadlıq prospektində yerləşən filialından iki dəfə məxaric etmişdir. O, birinci dəfə 8000 manat pulu məxaric etmiş, lakin ikinci dəfə hansı məbləğdə pulu məxaric etməyini xatırlamır. O, hər iki dəfə məxaric etdiyi pulu Vaqifin özünə vermişdir. O, birinici dəfə ona pulu bankın ofisinin qarşısında vermişdir. O, ikinci dəfə isə ona pulu Lökbətan qəsəbəsində DYP idarəsinin yaxınlığında vermişdir. Həmin vaxt onun yanında bir nəfər şəxs olsa da, lakin həmin şəxsin ad və soyadını xatırlamır. Həmin şəxs Zərərçəkmiş şəxs5 MMC-nin mühafizə xidmətinin əməkdaşı idi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərərəçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, sənədlərin məhkəmə-texniki, məhkəmə-kompyuter texniki və məhkəmə-xətşünaslıq ekspertizalarının rəyləri, istintaq hərəkətlərinə dair protokollar və iş üzrə toplanmış digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ifadə verərək göstərmişdir ki, direktor kimi onun vəzifələri Cəmiyyətin fəaliyyətinə rəhbərlik etməklə təşkilati işlərə cavabdeh olmaq, Cəmiyyətin fəaliyyəti zamanı direktorun səlahiyyətlərinə aid işləri yerinə yetirməkdən ibarət olmuşdur. Cəmiyyətin hüquqi ünvanı ünvan 6 tikintiquraşdırma və təmir-bərpa işlərini yerinə yetirməkdən ibarət olmuşdur. QSC fəaliyyətdə olduğu hazırkı dövrədək hüquqi və fiziki şəxslərin sifarişləri əsasında təmir- tikinti və quraşdırma işlərinə başlamazdan əvvəl rəsmi qaydada müvafiq müqavilələr bağlanılmış və bundan sonra görülən işlərin dəyəri, yəni pul vəsaiti bank vasitəsi ilə Cəmiyyətin "xxxx" ASC-nin baş ofisində olan hesablaşma hesabına köçürmə qaydasında köçürülərkən, paralel olaraq həmin məbləğin əlavə dəyər vergisi də (ƏDV-sidə) köçürülmüşdür. O, iş materiallarında adları keçən şəxslərdən X3, X25, X19 görməmiş və həmin şəxslərlə tanışlığı, eyni zamanda qohumluğu, ədavəti, qərəzliyi olmamışdır. Qeyd olunan şəxslərin kim olmalarını isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə etdiyi müraciətdən sonra bilmişdir. Həmin müraciət araşdırılarkən, X22 rəhbərliyi ilə bir qrup şəxsin qanunsuz işlərlə məşğul olduğu məlum olmuşdur. Qeyd olunan şəxsin törətdiyi növbəti qanunsuzluq isə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinə qarşı törədilmişdir. Namiq Bəylərli 2019-cu ilin may ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X31 tərəfindən verilmiş elektron imza ilə 05 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinə məxsus ƏDV depozit hesabından 49.950 manat məbləğində vəsaiti qeyri-qanuni yolla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına keçirilmişdir. Həmin elektron imzanın alınması ilə əlaqədar o, özü X24 heç bir müraciət etməmişdir. 03 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi nəzdindəki elektron poçt ünvanına X31 tərəfindən sertifikat alınması ilə bağlı göstərilmiş xidmət haqqında EAAV seriyalı 265020 saylı elektron qaimə daxil olmuşdur. Bu halla qarşılaşarkən, əməkdaşlarda anlaşılmazlıq yaranmışdır. Bununla əlaqədar 07 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs5 QSC-nin baş mühasibi tərəfindən ƏDV hesabı yoxlanılarkən, məlum olmuşdur ki, 05 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinə məxsus ƏDV depozit hesabından 49.950 manat məbləğində vəsait qeyri-qanuni yolla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına keçirilmişdir. Bu məsələni aydınlaşdırmaq məqsədi ilə elektron qaimə düzəliş üçün prosedur qaydalarına uyğun olaraq göndərən tərəfə yönləndirilmişdir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X16 araşdırmalar zamanı müəyyən olunmuşdur ki, elektron imza Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktorunun adından (fiziki şəxs kimi) verilmiş, həmçinin notarial qaydada təsdiq olunmuş və qanuni olması şübhə doğuran etibarnamə əsasında verilmişdir. Bu barədə məlumat alandan sonra Zərərçəkmiş şəxs5 QSC-yə qarşı törədilmiş qeyri-qanuni əməliyyatlarla bağlı Vergilər Nazirliyi də Cəmiyyətin əməkdaşları tərəfindən məlumatlandırılmışdır. Qeyd olunan qanunsuzluğun araşdırılması üçün o, özü Zərərçəkmiş şəxs5 QSC direktoru kimi Dövlət Təhlükəsizliyi Xidmətinə müvafiq qaydada müraciət etmişdir. “Azinvest İnşaat’ Qapalı Səhmdar Cəmiyyətinin direktoru kimi hüquqi şəxsin rəhbəri olduğuna görə elektron imzanı hüquqi şəxsin rəhbəri kimi almışdır. Onun məlumatı olmadan adına alınmış ikinci elektron imza isə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktoru kimi yox, fiziki şəxs kimi kənar şəxslər tərəfindən saxtalaşdırıbmış etibarnamə ilə X11 əldə edilmişdir. Bunun hansı üsulla törədilməsi ona məlum olmamışdır. 07 may 2019-cu il tarixli etibarnamənin surətindəki imza qrafasında olan imza ona məxsus olmasa da, həmin etibarnamədə olan Nümayəndə1 soyadı və adı əlyazması özünün xətti olmuşdur. Həmin yazı isə hansısa bir üsulla həmin sənədə köçürülmüşdür. Etibarnamədəki çap tarixlərindəki fərqlilik, yəni birinci vərəqin çap tarixinin 07.05.2019-cu il saat 14:56 göstərilməsi, ikinci vərəqin çap tarixinin 23.05.2019-cu ii saat 15:55 göstərilməsi açıq-aşkar həmin sənədin saxta olduğunu təsdiq etmişdir. Qeyd olunan etibarnamənin digər saxta məlumatlarından biri də, iş yeri ünvanının, yəni Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanının onun yaşayış ünvanı kimi qeyd olunması olmuşdur. Bundan başqa, həmin etibarnamədə ştrix kodun olmaması özü də təsdiq etmişdir ki, etibarnamə dəqiqliklə araşdırılmadan qəbul edildiyi üçün həmin etibarnamə əsasında onun saxta elektron imzası verilmişdir. Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı bir müştərək tikinti- quraşdırma, təmir-tikinti işini icra etmək fəaliyyəti, eləcə də, qeyd olunan MMC-nin rəhbərliyi və təsisçiləri barədə hər hansı bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinə məxsus ƏDV depozit hesabındakı 49.950 manat məbləğ nağd şəkildə çıxarıla bilməyən məbləğ olduğu üçün həmin pulun təyinatı yalnız köçürmə qaydası ilə büdcə ödənişlərinə, gömrük rüsumlarına və digər vergi ödənişlərinə yönəldilərək, qeyd olunan təyinat üzrə istifadə edilməsi mümkün olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, iş materiallarında adı keçən X25, X19, X3, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 QSCnin direktoru Nümayəndə1 tanımadığını, belə bir şəxslərin kim olmasından məlumatı olmadığını, ********** saylı VÖEN-lə fəaliyyət göstərən fiziki şəxs-Şahid3 isə 2018-ci ildən tanıdığını, onunla heç bir qərəzliyi, ədavəti, qohumluğu olmadığını bildirməklə, göstərmişdir ki, Şahid3 onun yaşadığı Salyan rayonu ərazində yanacaq doldurma məntəqəsi işlətdiyi üçün sonuncunu həmin məntəqənin sahibi kimi tanımışdır. Şahid3 həmin yanacaq doldurma məntəqəsində, yəni Salyan rayonunun Qaraçala qəsəbəsindəki yanacaq doldurma məntəqəsində məişət maye-qazı, benzin və dizel yanacağının satışını həyata keçirmişdir. 2019-cu ilin may ayında Şahid3 onun ***-***-**-** rəqəmli mobil nömrəsinə hazırda xatırlamadığı mobil nömrədən zəng edərək, 2018-ci ilin gəlir vergisi ilə əlaqədar əlavə hesablanmış kamerial vergi bəyannaməsində özünün Şahin adlı mühasibinin yanlışlığa yol verməsi səbəbinə görə, Şirvan şəhərindəki 5 saylı Ərazi Vergilər İdarəsində anlaşılmazlıq yarandığını bildirməklə, qeyd olunan məsələnin aydınlaşdırılması üçün vergi hesabatlarının hazırlanmasında köməklik olunmasını ondan xahiş etmişdir. O da həmin ərəfədə Şahid3 xahişini nəzərə alaraq, 2019-cu ilin may ayından başlayaraq iyul ayının 20-dək olan müddət ərzində fiziki şəxs- Şahid3 aylıq ƏDV hesabatlarını və elektrion qaimə- fakturaların tərtibi işlərini yerinə yetirmiş, həmin sənədlər sonuncu tərəfindən “Asan imza” vasitəsi ilə təsdiqlədikdən sonra aidiyyəti üzrə göndərilmişdir. Fiziki şəxs kimi fəaliyyət göstərən Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərini sonuncunun telefonla ona verdiyi məlumatlar əsasında yaşadığı ünvandakı özünə məxsus olan “Lenovo” nootbuk tipli kompüterlə hazırlamış və “internet” beynəlxalq şəbəkə vasitəsi ilə aidiyyəti qruma göndərmişdir. Qeyd olunan elektron sistemdəki proseslərin icrası belə olmuşdur, yəni Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə- fakturaların tərtibi işlərini yekunlaşdırandan sonra o, kompüterin elektron səhifədə olan “imzala” düyməsini vurduqdan sonra Şahinin mobil telefonuna “Asan imza” üçün SMS kod göndərilmiş, Şahid3 özünün pin kodunu telefona daxil etdikdən sonra sənəd “Asan imza” vasitəsi ilə təsdiqlənmiş və həmin anda sənəd aidiyyəti qurumun elektron səhifəsində yerləşmişdir. Bu qayda ilə də Şahid3 öz sahibkarlıq fəaliyyətini yerinə yetirməklə sənədləşmə proseslərinə tam nəzarət etmişdir. O, boş vaxtlarında Şahid3 xahişi ilə sonuncuya aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərini yerinə yetirərkən, sonuncunun fəaliyyətində çatışmazlıq və qüsurlar olduğunu gördükdən sonra, yəni “əmtəəsiz əməliyyat” apardığını başa düşdükdən sonra o, işlədiyi yeni iş yerindəki işlərinin çoxluğunu, boş vaxtının olmadığını bildirməklə Şahid3 uzaqlaşmışdır. Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərini yerinə yetirdiyi müddətdə Şahin həmin işlər üçün ona hər hansı bir məbləğdə pul verməmiş, nə də ki, o, sonuncudan pul almamışdır. Qeyd olunan işləri boş vaxtlarında Şahid3 xahişi ilə yerinə yetirdiyi üçün həmin işlərlə bağlı heç bir maddi və sair marağı olmamışdır. Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərinin aparılması ilə məşğul olduğu dövrdə qeyri-rəsmi qaydada sonuncunun işlərinə köməklik etməyinə görə, bu işlərlə maraqlanmağa səlahiyyəti olmamışdır; özü Nuran Mahmudovu şəxsən tanımamış, Nuran ilə heç vaxt görüşməmişdir. 2019-cu ildə o, Şahid3 xahişinə əsasən ona mühasibatlıq məsələlərində köməklik etmişdir. O, vergi hesabatlarının tərtib olunmasında köməklik edərkən, Şahin ona vergi borclarının olduğunu, borcu ödəyə bilmədiyini, ƏDV depozit hesabda pul olsa borclarını ödəyə biləcəyini demiş və ondan köməklik etməyi xahiş etmişdir. O həmin vaxt soyadını bilmədiyi tanışı Bayram ilə söhbət edərkən sonuncu ona Bakı şəhərində yaşayan Ədalət adlı tanışının bu cür işlərlə məşğul olduğunu demişdir. Bayram ona Ədalətin işlətdiyi 051-520- 01- 41 nömrəsini verərək onunla əlaqə saxlamağı demişdir. O, 2019-cu ilin aprel- may aylarında Ədalətlə danışaraq onunla Bakı şəhəri; Səbail rayonu ərazisində yerləşən “Axundov” adına parkda görüşmüşdür. Ədalət onunla söhbət əsnasında onun və dostlarının şirkətlərinin olduğunu, həmin şirkətlərin ƏDV depozit hesabında müəyyən məbləğlərdə pul yığıldığını, həmin pulun 50 faizi həcmində satmaq istədiyini demişdir. Yəni Ədalət dediyi şirkətin ƏDV depozit hesabına pulu köçürərək, köçürdüyü pulun 50 faizini nağd qaydada almaq istədiyini demişdir. O, bu barədə Şahinə demiş, sonuncu bununla razılaşmışdır. Bundan sonra Ədalət alqı-satqı müqavilələri tərtib edərək ona təqdim etmişdir. O, həmin sənədləri Şahinə vermiş və Şahin də, müqavilələri imza edəndən sonra onun adına olan ƏDV depozit hesaba pulları köçürmüşdür. Şahin aldığı pulun 50 faizini ona verərək Ədalətə çatdırmağı tapşırmışdır. O, Ədalətlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çin” restoranın yaxınlığında görüşərək. Şahindən aldığı pulu Ədalətə vermişdir. O, "xxxx" MMC-dən daxil olan pula görə Ədalətə 10.000 manat pul çatdırmışdır. Ədalət onunla söhbət zamanı bu pulları qanuni yolla əldə etdiklərini, bu pullarla bağlı heç bir problemin olmayacağmı demişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2014-cü ildən “Milli Qəhrəmanları Tanıtma” X34 rayon nümayəndəliyinin sədri vəzifəsində işləyir, eyni zamanda 201G-cu ildə "xxxx" MMC-ni təsis edərək bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X25 təxminən 10 il olar ki, tanıyır. Belə ki, Namiqin qardaşı Nadir onunla uzaqdan qohumluğu vardır. O, Namiqi Fima satışı ilə məşğul olan şəxs kimi tanımış, Namiqin vasitəsi ilə Nuran Mahmudovla tanış olmuşdur. O, Nuranla bir dəfə görüşmüş, Bayram adlı şəxsin vasitəsi ilə Şahid3 və Şahid4 tanımışdır. Lakin o, Təqsirləndirilən şəxs, X29 və X3 tanımır və bu şəxslərlə heç bir münasibəti olmamışdır; o, əvvəlcə Şahid3 özünü tanımamış, onun adından 2019-cu ilin yay aylarında ona Bayram adlı tanışı müraciət etmişdir. Bayram ona Şahinin mühasibi Rasət ilə dost olduğunu, Rasətin ona müraciət edərək Şahinə köməklik etməyi xahiş etdiyini bildirmişdir. Bayram onunla görüşərək söhbət zamanı Şahinin borclarının olduğunu, bu borcları ödəmək üçün ƏDV depozit hesabda pul satana adam axtardığını demişdir. Belə ki, bəzi hallarda elə şirkətlər var ki, müvafiq əməliyyatlar keçirəndən sonra onların ƏDV depozit hesablarında müəyyən məbləğdə pul toplanır. Həmin pulu nağdlaşdırmaq mümkün deyil. Həmin puldan yalnız vergi və sair ödənişləri etmək olar. Buna görə də, bəzi müəssisələr ƏDV depozit hesabında olan pulların satışı ilə məşğul olurlar. Bayram ondan onlara köməklik etməyi xahiş etdikdən sonra o bu məsələ barədə dostu Bəylərli Namiqə məlumat vermiş, Namiq onun əlində olan bir neçə şirkətin ƏDV depozit hesabında pulların olduğunu, həmin pulları 30 faiz həcmi ödənildiyi halda sata biləcəyini demişdir. O bu barədə Bayrama demiş, sonuncu isə Rasətlə danışandan sonra razı olduqlarını bildirmişdir. Bundan sonra o, iki halda pul köçürməsində iştirak etmişdir. Namiq ona hansı şirkətdən pul göndərəcəkdisə həmin MMC-nin VÖEN nömrəsini göndərmiş, o isə həmin VÖEN-i Bayrama göndərmişdir. Eyni zamanda, Namiq ona benzin alqı- satqısına dair müqaviləni vermişdir. Həmin müqavilədə alıcı hissəsində imza və möhür olmuşdur. O həmin müqaviləni Bayrama vermiş, Bayram həmin müqavilədə satıcı hissəsində Rasətin vasitəsi ilə Şahinə imza etdirəndən sonra onların hesablarına köçürülmüş pulun 30 faizini və müqavilənin imzalanmış nüsxəsini ona vermişdir. O, Bayramın ona dəqiq hansı məbləğdə pul verməsini dəqiq xatırlamır, o, Bayramın ona 7.000 ABŞ dolları pul verdiyini hesab edir. O, Bayramdan aldığı pulun hamısını Namiq Bəylərli və Nuranla görüşərək onların özlərinə vermişdir. Əslində o, bu cür əməliyyatlara görə 0,3 və 0,5 faiz pul alırdı. X51 bu işə görə ona pul verməmişdir. Onun Namiqlə qohumluq münasibəti olduğu üçün ondan pul istəməmişdir. O həmin vaxt Namiqin hansı şirkətdən pul köçürdüyünü bilməmişdir. O yalnız Namiqə pulu verərkən sonuncu onu Nuranla tanış edərək, pulu köçürən şirkətin sahibi olduğunu bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs5 QSC-nin direktoru Nümayəndə1, eləcə də, iş materiallarında adları keçən şəxslərdən X25, X3, X19 və Təqsirləndirilən şəxs tanımamış, belə bir şəxslərlə heç bir münasibəti olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi adı rəsmiyyətdə getsə də, lakin onun həmin Cəmiyyətin hər hansı bir fəaliyyətində iştirakı olmamışdır. Qeyd olunan Cəmiyyətə rəhbər təyin olunmağı barədə onun hər hansı bir formada müraciəti olmamış, nə də ki, həmin cəmiyyətin rəhbəri təyin olunmağından xəbəri olmamışdır. Qeyd olunan Cəmiyyətin təsisçisi X14 isə ümumiyyətlə tanımamış, həmin şəxslə onun heç bir qohumluğu, ədavəti olmamışdır. İşsiz olduğu üçün çörəkpulu qazanmaq məqsədi ilə Bakı şəhərinin Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən avtoyuma məntəqəsində yuyucu işləmişdir. Həmin dövrdə, yəni təxminən üç-dörd il öncə məntəqəyə avtomaşın yuduzdurmaq üçün tez-tez gələn və özünü ona Nicat kimi təqdim edən, həmçinin tanışları arasında “Nico” kimi çağrıldığını deyən şəxs ona və dostu X9 şirkətlərin birində iş tapacağını söyləmişdir. Buna görə də, onlar da həmin şəxsin bu cür qayğıkeşliyinə görə sonuncuya həmişə hörmətlə yanaşmış, eyni zamanda onun avtomaşınını daha çox səliqəli təmizləmişdir. Nicat kimi tanıdığı “Nico” ləqəbli şəxs özünə qarşı olan inamı gördükdən sonra günlərin birində onlardan iş üçün şəxsiyyət vəsiqələrinin surətini götürüb anket məlumatları' şirkətə təqdim etməli olduğunu bildirmişdir. O və dostu İbrahim Nicat kimi tanıdıqları şəxsin sözlərinə inanaraq, şəxsiyyət vəsiqələrinin surətini sonuncuya vermişdir. Bundan iki-üç ay sonra “Nico” ləqəbli Nicat adlı şəxs ona və dostu İbrahimə xatırlamadığı mobil nömrədən zəng edərək, hər ikisinin adına şirkət açdığını və həmin şirkətin idarə olunmasını etibarnamə ilə ona verməli olduqlarını bildirmişdir. Telefon söhbəti zamanı həmin şirkətlərin etibarnəmə ilə idarə olunmasını ona həvalə etmədikləri halda, qeyd olunan şirkətlərin işinə görə hər ikisinin tutulacağını söyləmişdir. Həmin vaxt Nicat kimi tanıdığı şəxs onlarla telefon danışığı zamanı hər ikisinə tutulmaq istəmədikləri halda, o zaman həmin şirkətərin idarəçiliyini etibarnamə ilə ona vermələrini, şirkətlərin məsuliyyəti onun üzərində qalmasını demişdir. Nicat kimi tanıdığı həmin şəxsin hansı işlərlə məşğul olmağından məlumatsız olduğuna görə, gələcəkdə bununla əlaqədar problem yaşamamaq üçün onunla görüşmək qərarına gəlmişdir. Görüş zamanı Nicat onlara Bakı şəhərində fəaliyyət göstərən 5 saylı “ASAN xidmət” Mərkəzinə gedib orada etibarnamə verməklə şirkətlərin idarəçiliyini ona tapşırmağı təklif etmişdir. Nicat kimi tanıdığı həmin “Nico” ləqəbli şəxsin təşəbbüsü ilə o, və İbrahim 5 saylı “ASAN xidmət” Mərkəzinə gedərək, orada Nicatın hazırlatdığı sənədlərə imza etmişdir; eyni zamanda göstərmişdir ki, direktoru olduğu Zərərçəkmiş şəxs5 QSC-yə vurulmuş ziyan tam ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, əvvəllər briqadalar təşkil etməklə tikinti işlərində fiziki şəxs kimi çalışmışdır. Tikinti üzrə kifayət qədər təcrübəsi olandan sonra bu sahədə sifariş olunan işləri müəssisə formasında həyata keçirmək qərarına gəlmişdir. Ona görə də, 2019-cu ilin fevral ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və özünü də həmin Cəmiyyətə direktor təyin etmişdir. Həmin Cəmiyyətin fəaliyyət istiqaməti tikinti-quraşdırma, təmir-bərpa işlərini yerinə yetirməkdən ibarət olmuşdur. Qeyd olunan Cəmiyyətin hüquqi ünvanı isə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşmişdir. O, Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 həmin Cəmiyyətdən öz Cəmiyyəti üçün podratçı qismində iş götürəndə tanımış, onunla heç bir qərəzli münasibəti, qohumluğu olmamışdır. Cinayət işi materiallarında adları keçən şəxslərdən X3, X25, X19 görməmiş və həmin şəxslərlə tanışlığı, eyni zamanda qohumluğu, ədavəti, qərəzliyi olmamışdır. Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətindən 2018-ci ilin oktyabr ayında fiziki şəxs kimi podrat müqaviləsi əsasında Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı kəndindəki 10 №-li sanotoriya tipli internat məktəbinin fasadın və dam örtüyünün yenilənməsi işlərini qəbul edərək, özünün 25-30 nəfərdən ibarət olan briqadası ilə təmir-quraşdırma işlərinə başlamışdır. Qeyd olunan internat məktəbində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin məktəoin digər korpusunun təmir-quraşdırma işlərini podratçı qismində yerinə yetirən X36 ilə qohum olduğu üçün məktəbdəki iş sahəsinə tez-tez gəlibgetmişdir. Təqsirləndirilən şəxs ilə tanış olub həmsöhbət olan zaman Araz ona hüquqi şəxs yaradıb fəaliyyətini genişləndirməyi və daha iri layihələri həyata keçirməyi təklif etmişdir. O, Araza sənədləşmə işlərindən anlayışı olmadığını, həm də orta təhsilli olduğunu bildirərək, iri layihələrin sənədləşməsini bacara bilməyəcəyini söyləmişdir. Araz isə sənədləşmə, vergi və mühasibatlıq, həmçinin də kompüter texnikasını bildiyinə görə, bu işləri özü yerinə yetirəcəyinə onu əmin etmişdir. Həmin söhbətlər getdiyi bir dövrdə Təqsirləndirilən şəxs ona ***-***-**-** rəqəmli bir möbil nömrə verərək, şirkət yaradandan sonra bu nömrə vasitəsi ilə bir neçə nömrə ilə pulsuz danışıqdan istifadə edə biləcəyini demişdir. Qeyd olunan mobil nömrəni Arazdan qəbul etdikdən sonra telefonuna daxil edib istifadə etməyə başlamışdır. Arazın bu cür təklifindən ruhlanaraq, hüquqi şəxs yaradıb fəaliyyətini hüquqi şəxs kimi davam etdirmək qərarına gəlmişdir. Arazla növbəti görüşlərin birində hüquqi şəxs yaratmaq təklifinin ağlına batdığını ona bildirərək, bu işləri necə edəcəyini ondan soruşmuşdur. Araz həmin vaxt ondan şəxsiyyət vəsiqəsini, fiziki şəxs kimi fəaliyyət göstərməyini təsdiq edən VÖEN-i, həmçinin fiziki şəxs kimi adına olan möhürü götürmüş və qısa bir müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini onun adından yaratmışdır. Sənədləşmə işlərindən anlayışı olmadığı üçün o, "xxxx" MMC-nin sənəd, vergi və mühasibatlıq işlərini Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq tapşırmışdır. Təqsirləndirilən şəxs da həmin dövrdə onun adına ‘Asan imza” aldığı üçün Cəmiyyətin bütün sənədləşmə, mühasibatlıq və vergi işlərini özünün kompüteri vasitəsi ilə həyata keçirmişdir. Qeyd olunan dövrdə həm Cəmiyyətin və həm də fiziki şəxs kimi fəaliyyət göstərən öz qohumlarının, yəni Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bank əməliyyatlarını da Təqsirləndirilən şəxs etibarnamə əsasında həyata keçirmişdir. 2019-cu ilin may ayında hesaba köçən pulu iyun ayında çıxarılmasını Araza deyərkən, Araz Vergilər Nazirliyi tərəfindən bank hesabından pul çıxarışı dayandırıldığına görə hələlik bunu etməyin mümkün olmayacağını söyləmişdir. O, da bunu dəqiqləşdirmək istəyərkən, Araz ona özünün tanıdığı bir nəfərlə danışıb bu işi həll edəcəyini bildirmişdir. Söhbət zamanı Araz ondan bir neçə gün vaxt istəmiş, o, da razılaşmışdır. Bir neçə gün keçəndən sonra o, Arazın mobil nömrəsinə zəng etmiş, lakin sonuncuya zəng çatmamışdır. Nə baş verdiyini aydınlaşdırmaq üçün Arazın qardaşı Fəridlə əlaqə saxlamış, Fəridin cavabından məlum olmuşdur ki, Araz gecə ilə yükünü yığıb ölkə ərazisini tərk etmişdir. Bunu biləndən sonra "xxxx" ASC-dəki bank hesablarını yoxlatmış və həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onların bank hesabındakı 10.000 (on min) manat pulu nağdılaşdıraraq götürmüşdür. Eyni zamanda Araz onun ödədiyi 8500 manat pulu vergi borcuna ödəməyərək ələ keçirmişdir. Arazın nağdılaşdırdığı həmin vəsait işçilərin əmək haqlarından ibarət olan pul olmuşdur. Bununla əlaqədar o, polisə şikayət etmiş, lakin Təqsirləndirilən şəxs tapılmadığı üçün heç bir nəticəsi olmamışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır. Zərərçəkmiş şəxs1 tikinti və təmir işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 görə tanımışdır. Zərərçəkmiş şəxs1 onlara Arazla Zərərçəkmiş şəxs5 QSC ilə bağladığı müqavilə əsasında tikinti işləri yerinə yetirərkən tanış olduğunu bildirmişdir. 2019-cu ilin yanvar ayında dayısı Arazın köməkliyi ilə "xxxx" MMC-ni təsis etmişdir. Araz dayısı Vaqifə həmin MMC-nin vergi və sosial ödənişlərini həyata keçirərək, mühasibatlıq işlərini yerinə yetirmişdir. Həmin ərəfədə o, dayısı ilə birlikdə tikinti və təmir işlərində iştirak etməyə başlamışdır. O, özü də, fiziki şəxs qismində VÖEN açaraq podrat müqavilələri bağlamağa başlamışdır. Həmin vaxt onun adına "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” filialında bank hesabı açılmalı idi. O, özü ali təhsilli olmadığı, həm də, işdən ayrılmağa vaxtı olmadığı üçün 27 may 2019- cu il tarixdə Təqsirləndirilən şəxs 01 №-li notarial kontorda etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Araz onun adına bank hesabı açaraq, həmin hesabdan istifadə etmək hüququ qazanmışdır. Bundan sonra onun gördüyü işlərə görə pullar bank hesabıma köçürülməyə başlanılmışdır. Eyni zamanda onun dayısı oğlu Zərərçəkmiş şəxs2 da, Təqsirləndirilən şəxs etibarnamə verərək adından bank hesabı açaraq, həmin hesabdan istifadə etmək hüququ vermişdir Onlar eyni gündə Araza etibarnamə vermişlər. Onun adına "xxxx" ASC-də olan AZ24AİİB******************** saylı hesabdan Təqsirləndirilən şəxs 10.06.2019-cu il tarixdə 112MSCD191610001 №-li məxaric orderi ilə 73,89 manat və 112MSCD191610002 №-li məxaric orderi ilə 14.778 manat olmaqla cəmi 14.851,89 manat (on dörd min səkkiz yüz əlli bir manat səksən doqquz qəpik) pulu bankın ünvan 4 ünvanında yerləşən “28 May” filialından məxaric etmişdir. Araz həmin puldan mənə hissə-hissə olmaqla 9.851,89 manatını versə də, lakin qalan 5.000 (beş min) manat pul vəsaitini verməmişdir. Əslində o, Arazın həmin pulu da, məxaric etməsini 2019-cu ilin iyul ayının sonlarında bilmişdir. Həmin vaxt Arazla əlaqə saxlaya bilmədikləri üçün Vaqif onun qardaşı ilə əlaqə saxlayaraq Arazın ölkə ərazisini tərk etdiyini müəyyən etmişdir. Həmin vaxt o və Arif bank hesablarını yoxlatdıraraq Arazın hərəsinə məxsus hesabdan 5000 manat olmaqla xəmi 10000 manat pulu məxaric etməsini müəyyən etmişlər. Dayısı Vaqif isə Arazın ondan 8500 manat pulu vergi ödəmək üçün aldığını, lakin heç bir ödəniş etmədiyini bildirmişdir. Bundan sonra dayısı Vaqif polisə şikayət ərizəsi ilə müraciət etmişdir; eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 27 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs 01 №-li notarial kontorda etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Araz onun adına açılmış "xxxx" ASC-də olan bank hesabı açaraq, həmin hesabdan istifadə etmək hüququ qazanmışdır. Onun adına "xxxx" ASC-də olan AZ19AİİB******************** saylı hesablaşma hesabından 10 iyun 2019-cu il tarixdə 112MSCD191610056 №-li məxaric orderi ilə 43,59 manat, eyni tarixdə 112MSCD191610057 №-li məxaric orderi ilə 8.718 manat, 24.06.2019-cu il tarixdə 112MSCD191750017 №-li məxaric orderi ilə 31,41 manat, eyni tarixdə 112MSCD191750018 №-li məxaric orderi ilə 6.282 manat və 27.06.2019-cu il tarixdə 112FTRQ191780001 №-li məxaric orderi ilə 3.520 manat olmaqla, cəmi 18.595 (on səkkiz min beş yüz doxsan beş) manat pul Təqsirləndirilən şəxs bankın ünvan 8 ünvanında yerləşən “28 May” filialından məxaric etmişdir. Araz həmin puldan ona hissəhissə olmaqla 13.595 manatını versə də, lakin qalan 5.000 (beş min) manat pul vəsaitini verməmişdir; Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Sumqayıt şəhəri, 6 saylı Notariat Kontorunun sabiq dövlət notariusu Şahid1 ifadəsində göstərmişdir ki, 1995-ci ildən 2019-cu ilin yanvar ayınadək Sumqayıt şəhəri, 6 saylı Notariat Kontorunda dövlət notariusu işləmiş, 03 yanvar 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxmış və təhkim olunan möhürü müvafiq qaydada Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təhvil vermişdir. Dövlət Notariusu kimi onun vəzifələri müraciət edən vətəndaşların imzalarının təsdiq edilməsindən, təqdim olunmuş sənədlərin surətlərinin təsdiq olunmasından, etibarnamələrin təsdiq edilməsindən, vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilməsindən, vəsiyyətnamələrin təsdiq edilməsindən, alqı-satqı, ipoteka, bağışlama, kredit, icarə və kirayə müqavilələrinin təsdiq edilməsindən, habelə icra qeydlərinin təsdiq edilməsindən və sair notariat əməliyyatlarının aparılmasından ibarət olmuşdur. Notariat əməliyyatlarının aparılması zamanı mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci ii tarixli 167№-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimatın aidiyyəti tələblərinə əməl etməyə çalışmışdır. Notariat əməliyyatları aparılarkən, bir qayda olaraq daşınar və daşınmaz əmlakın alqı-satqı proseslərinin notarial qaydada rəsmiləşdirilməsində «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemində fotoşəkil çəklişindən istifadə edilmişdir. Qalan digər notariat əməliyyatları, o cümlədən sənəd surətinin əsli ilə düzgünlüyünün təsdiqinə dair notariat əməliyyatları adi qaydada rəsmiləşdirilmişdir. Notariat Kontorunun təhlükəsizlik kameralarının isə video çəklişi avtomatik qaydada tənzimləndiyinə görə, yəni video çəkliş kameranın yaddaşında üç ay müddətinə saxlanıldığından, üç aydan sonra həmin çəklişlər avtomatik qaydada pozulmaqla yeni çəklişlə əvəzlənmişdir. Ona görə də, etibarnamə verilməsinə və digər sadə əməliyyatlara dair aparılan notariat əməliyyatı zamanı təhlükəsizlik kameralar vasitəsi ilə qeydə alınmış video görüntülər avtomatik qaydada silinmişdir. Notariat Kontoruna çoxsaylı şəxslər müraciət etdiyi üçün hər bir şəxsin xarici görnüşünü də yadda saxlamaq qeyri-mümkün olmuşdur. Həmin şəxslərlə qısa zaman kəsiyində təmasda olduğu üçün onlardan yalnız əvvəllər tanıdığı şəxslərin xarici görnüşü yadında qalmışdır. Sumqayıt şəhəri, 6 saylı Notariat Kontorunda dövlət notariusu işlədiyi dövrdə, yəni 1995-ci ildən 2019-cu ilin yanvar ayınadək olan dövrdə X1, X22, X15 və Nümayəndə1 həmin Kontorda hər hansı bir notariat əməliyyatı apamasını xatırlamamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə verdiyi 14 iyun 2019-cu il tarixli izahatında göstərdiklərini təsdiq etdiyini bildirməklə, göstərmişdir ki, iş materiallarında adları keçən şəxslərdən X3, X25, X19, Nümayəndə1 görməmiş və həmin şəxslərlə tanışlığı, eyni zamanda qohumluğu, ədavəti, qərəzliyi olmamışdır. Qeyd olunan şəxsiərdən Nümayəndə1 adından X4 verilmiş 7 may 2019-cu il tarixli 7S-2523 reyestr nömrəli etibarnamənin surəti və reystr kitabının müvafiq səhifəsinin 23 may 2019-cu il tarixli İS- 12364 reyestr nömrəli surəti onun işlədiyi dövrə aid olmadığı üçün həmin sənədlərin tərtibindən məlumatı olmamışdır. Qeyd olunan etibarnamə və reyestr vərəqinin surətlərindəki imzalar ona aid olmamış, eləcə də, sənəddəki möhür hansısa sənəddən köçürülməklə çap qurğusunda rəngli formada çap edilməklə saxtalaşdırılmış sənəd olmuşdur. 07 may 2019-cu il tarixli etibarnamənin surətindəki etibarnamənin 07 may 2019cu il tarixdə tərtib edildiyi, eyni zamanda 07.05.2019-cu il tarixdə saat 14:56-da çap edildiyi göstərilməsinə baxmayaraq, həmin etibarnamənin təsdiqi tarixinin 04 fevral 2017-ci il tarixdə olması bir daha sübut etmişdir ki, X5 adından X1 adına verilmiş etibarnamə saxtalaşdırılmışdır. Bununla yanaşı, 07 may 2019-cu il tarixli etibarnamənin saxta olmasının digər əlaməti də həmin etibarnamədə ştrix kodun və 13 rəqəmli barkodun olmaması olmuşdur (01-ci cild iş vərəqi 82-87). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci üdən hazırkı vaxtadək Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin X16 Sertifikat Xidmətləri Mərkəzinin sənədlərin qeydiyyatı sektorunun texniki vəzifəsində işləyir, texnik kimi vəzifələri müraciət edən vətəndaşların sənədlərini qəbul etməkdən, sənədlərin düzgünlüyünü yoxlayıb icraya təqdim etməkdən və sair notariat əməliyyatlarının aparılmasından ibarət olmuşdur. İşlədiyi müddətdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun aidiyyəti tələblərinə əməl etməyə çalışmışdır. Qeyd olunan qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən etmiş, aralarında yaranan münasibətləri tənzimləmişdir. Həmin qanundan irəli gələn vəzifələr isə hər bir əməkdaşın aidiyyəti «vəzifə təlimatı» ilə, o cümlədən də onun «vəzifə təlimat»ı ilə yerinə yetirilmişdir. İşlədiyi müddətdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 çoxsaylı şəxslər müraciət etdiyi üçün hər bir şəxsin xarici görnüşünü yadda saxlamaq qeyri-mümkün olmuşdur. Həmin şəxslərlə qısa zaman kəsiyində təmasda olduğu üçün onlardan yalnız əvvəllər tanıdığı şəxslərin xarici görnüşü yadında qalmışdır. İş materiallarında adları keçən şəxslərdən X12 ilə, X32 ilə, X28 ilə, Nümayəndə1 ilə tanışlığı, eyni zamanda qohumluğu, ədavəti, qərəzliyi olmamışdır. elektron imzanının alınması üçün tələb olunan sənədlər barədə məlumat verməklə, göstərmişdir ki, bunun üçün tələb olunan sənədlər hüquqi şəxslərdə rəhbərin müraciət məktubundan, reyetr çıxarışından, nizamnamənin surətindən, möhür haqqında məlumatın təsdiqindən, yəni rəhbərin imzası ilə möhürün həmin hüquqi şəxsə məxsus olmasını təsdiq etməsindən, imza kimin adına olacaqsa, həmin şəxsin tutduğu vəzifəyə dair əmrin və yaxud da müvafiq qərar və ya sərəncamın surətindən, həminin şəxsiyyət vəsiqəsinin surətindən və VÖENnin surətindən ibarət olmuşdur. Elektron imzanı götürməyə gələn şəxs başqa adam olduğu halda isə həmin şəxsə hüquqi şəxsin rəhbərinin daxili etibarnaməsi və ya notarial etibarnaməsi lazım olmuşdur. Elektron imzanının alınması üçün müraciət “Online” (onlayın) qaydada həyata keçirilərkən, tələb olunan sənədlərə aid məlumatlar real informasiya resurslarında əldə olunmuşdur. Elektron imzanın alınması üçün şəxsi qəbuldan ərizə təqdim etməklə həyata keçirilərkən, müraciətə aid sənədlər səlahiyyətli şəxs tərəfindən X24 şəxsən təqdim olunan zaman Mərkəzin əməkdaşları tərəfindən yoxlanılmışdır. Bundan sonra həmin sənədlər operatorlara təqdim olunmuş, operatorlar isə sənədləri icra edərək elektron sistemə daxil etmişdir. Həmin sənədlərdə hər hansı bir çatışmazlıq və ya səhvlik olduqda, sistem sənədləri qəbul etməkdən imtina etmişdir. Sənədlər sistem tərəfindən imtina edildikdə, müraciət müəllifi ilə əlaqə saxlanılmış və sənədlərdəki çatışmazlıq və ya səhvlik ona izah edilərək, əlavə sənədlər təqdim etməsi ondan istənilmişdir. Şəxs əlavə sənədlər təqdim etməklə çatışmazlığı və ya səhvliyi aradan qaldırdıqda, elektron imzanın sertifikatı formalaşdırılmışdır. Sistem sənədləri qəbul etdikdə isə icraya yönəldilmiş və müvafiq elektron imzanın sertifikatı formalaşdırılmışdır. Elektron imzanının alınması üçün “Online’, (onlayın) qaydada müraciət edildikdən sonrakı mərhələdə həmin şəxs və ya şəxslər müvafiq qeydiyyat mərkəzinə öz şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşmış, qeyd olunan sənəd əsasında müraciət dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X16 yarım ştat əməkdaş olduğuna görə, günün nahar vaxtınadək olan hissəsini Azərbaycan Dövlət İqtisad Universitetində dərsdə olmuş, nahardan sonra isə işə gəlib xidməti fəaliyyətinə başlamışdır. Həmin gün, yəni 31 may 2019-cu ildə dərsdən sonra işə başlayarkən, müraciət edən şəxslərin sayı çox olduğuna görə, həmçinin də həmin gün səhhətində nasazlıq olduğundan, özünü yaxşı hiss etməmişdir. Ona görə də, X5 adından X1 adına verilmiş etibarnamənin saxtalaşdırılmış sənəd olmasını bilməmişdir. Yol verdiyi diqqətsizliyi isə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının onun iş yerinə gəlib müvafiq sənədlərlə maraqlanan zaman bilmişdir. Həmin vaxt DTX-nın əməkdaşları X1 yenidən X24 gəldiyi halda, bu barədə onlara məlumat verməyi tapşırmışdır. Bundan bir müddət keçəndən sonra həmin şəxs, yəni X12 bir nəfərlə X24 gəlmiş və Nümayəndə2 tərəfindən ona verilməli olan elektron imzanın hazır olub-olmamasını soruşmuşdur. Bu zaman həmin şəxsin X12 olduğunu tanımış və dərhal rəhbərliyə məlumat vermişdir. Rəhbərliyin göstərişi ilə həmin Bəhruz Muradov və onunla birlikdə gəlmiş sonradan adının Nuran olduğunu bildiyi şəxs X17 əməkdaşları tərəfindən saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. X22, X1, X15 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 QSC-nin direktoru Nümayəndə1 imzasını saxtalaşdıracağından və həmin Cəmiyyətdə nə kimi qanunsuzluqlar törədəcəyindən məlumatı olmamışdır (3-cü cild iş vərəqi 43-47). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2004-cü ildə 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi qeydə alınıb VÖEN almışdır. Həmin VÖEN əsasında öz adına möhür hazırlatmışdır. Fiziki şəxs kimi qeydiyyatdan keçəndən sonra Salyan rayonunun Çadırlı kəndi ərazisində yanacaq doldurma məntəqəsi tikərək, qeyd olunan mənətəqədə xüsusi razılıq əsasında X55ın, benzinin və dizel yanancağının alqı-satqısını həyata keçirməyə başlamışdır. Yanacaq məhsullarından dizeli və benzini "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən, X55ını isə “X55” Qapalı Səhmdar Cəmiyyətindən hər il yenilən müqavilələrlə almışdır. Yanacaq məhsullarının satışı nağd şəkildə həyata keçirildiyi üçün həmin yanacaq məhsullarının alınması zamanı qeyd olunan QSC-fərin maliyyə vəsaitini "xxxx" ASC-nin Şirvan və Sabunçu filiallarında olan hesablaşma hesablan vasitəsi ilə köçürmə qaydasında ödəniş etmiş, bundan sonra yanacaq məhsullarının verilməsinə başlanılmışdır. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, yanacaq doldurma mənətəqsində müqavilə əsasında 10 nəfər işçi işlətmişdir. Həmin işçilərdən 9 nəfəri operator, bir nəfəri isə növbə rəisi olmuşdur. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu son vaxtlaradək müxtəlif şəxslərin, o cümlədən Şahin, Rasət, İman adlı şəxslərin qeyri-rəsmi qaydada köməyindən istifadə etməklə vergi və mühasibatlıq işlərini yerinə yetirsə də, lakin son vaxtlar qeyd olunan vergi-mühasibatlıq işlərini özü yerinə yetirmişdir. Qeyd olunan sənədləşmələr elektron qaydada aparıldığı və “ASAN imza” ilə təsdiqləndiyi üçün həmin prosedurları öyrənərək işləri özü icra etmişdir. ********** saylı VÖEN-lə fəaliyyət göstərdiyi bu müddət ərzində Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətlə hər hansı bir müştərək fəaliyyəti, yəni ticarət və ya tikinti-quraşdırma, təmirtikinti işlərini icra etmək sahəsində birgə fəaliyyəti, eləcə də, alqı-satqı prosesləri, o cümlədən, hər hansı bir bank və ya maliyyə əməliyyatları olmamışdır. O, həmin Cəmiyyətin rəhbərliyi və təsisçiləri barədə də hər hansı bir məlumata malik olmamışdır. ********** saylı VÖEN-lə fəaliyyət göstərdiyi bu müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə 2019-cu ilin may, iyun və iyul aylarında 150.000,00 manata yaxın civarda benzin yanacağı ticarəti olmuşdur. Həmin Cəmiyyət qeyd olunan ticarət əlaqəsi zamanı ödəniş etdiyi pul vəsaitini nağd və elektron sub-uçot hesaba köçürülmə qaydasında həyata keçirmişdir. X25, X3, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 QSC-nin direktoru Nümayəndə1 tanımımadığını, belə bir şəxslərin kim olmasından məlumatı olmadığını bildirməklə, göstərmişdir ki, iş materiallarında adı keçən şəxslərdən X19 şəxsən tanımamış, onunla heç bir münasibəti olmamış, Nuranın adını mühasibi Rasətdən eşitmişdir. Rasət isə NuranıŞahid5 görə tanımışdır. Belə ki, 2019-cu ilin yay ayında Rasət onun vergi borclarının olduğunu bildiyi üçün Nuranın onun adına olan ƏDV depozit hesaba pul köçürəcəyini, həmin pulun əvəzində Nurana hesaba köçürüləcək pulun müəyyən faizini verməli olduğunu demişdir. O, faktiki olaraq benzin satışı ilə məşğul olduğu üçün vergi və sair ödənişləri etdiyindən ona ƏDV depozit hesabda pul lazım olmuşdur. O, Rasətdən Nuranın onun ƏDV depozit hesabına köçürəcəyi pulu haradan əldə edəcəklərini soruşmuş, Rasət isə ona Nuranın iş adamı olduğunu, onun rəhbəri olduğu şirkətin ƏDV depozit hesabında artıq pul olduğunu və həmin pulu ƏDV depozit hesaba köçürəcəyini demişdir. O, Rasətin sözlərinə inanaraq bununla razılaşmışdır. Bundan sonra Rasət özü bütün məsələləri həll etmişdir. Onun ƏDV depozit hesabına 2019-cu ildə "xxxx" MMC-dən 49.950 manat pul daxil olmuşdur. O, "xxxx" MMC-dən onun ƏDV depozit hesabına daxil olmuş 49.950 manat pula görə 10.000 manat məbləğində pulu Rasətə verərək Nurana çatdırmasını bildirmişdir. O, Nuranın onun adına köçürdüyü 49.950 manat pulu oğurladığını bilməmişdir. İşdə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X32 məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadələrində göstərmişdir ki, o, ölkə ərazisində müxtəlif şəxslərin adlarına Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradaraq digər şəxslərə müəyyən məbləğ qarşılığında satdığını, eyni zamanda fiziki şəxslərin adlarına bank hesabları yaradılmasına və digər firmaların ölkə xaricindən alınan məhsullarının həmin hesablara göndərilərək gömrük rəsmiləşdirilməsində onlara köməklik göstərdiyini, iş materiallarında adı qeyd olunan Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, düşmənçiliyi olmadığını bildirməklə göstərmişdir ki, 2019-cu ilin may ayında tanışı Nuran istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə ona zəng edərək bir nəfər şəxsin elektron imzasının alınması üçün ondan kömək istəmişdir. Telefon danışığı zamanı elektron imzanın əldə olunması üçün həmin şəxsin müəyyənedici məlumatlarının ehtiyac olduğunu qeyd etmişdir. Bundan sonra Nuran onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi iiə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə Nümayəndə1 adı, soyadı və digər şəxsi məlumatlarını ona göndərmişdir. O, Nümayəndə1 adına elektron imzanın alınması üçün həmin məlumatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 «online» (onlayn) şəkildə göndərmiş və bu barədə Nuranı məlumatlandırmışdır. Bu işin qarşılığında isə Nurandan heç bir məvacib almamışdır. Bir neçə gün sonra, təxminən may ayının sonlarında o, Nuranla Bakı şəhəri, Xətai rayonunda yerləşən 2 saylı “ASAN xidmət” Mərkəzində görüşərkən, Nuran ona bir ədəd elektron imza vermiş və həmin imza vasitəsilə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabındakı 50.000 (əlli min) manat pulun, sonuncunun ona verdiyi digər hesablara köçürməyini istəmişdir. Bunun qarşılığında isə Nuran ona gələcəkdə kiminsə adına MMC yaratması üçün bir nəfər gətirəcəyinə söz vermişdir. O, Nuranla razılaşmış və ona təqdim etdiyi Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 adına o!an elektron imzanı və digər şirkətlərin rəhbərliklərinə məxsus “Asan” imzaları ondan götürmüşdür. Həmin gün Nuranın ona verdiyi elektron imzanı yoxlayarkən, imzanın aktiv olmadığını görmüşdür. Növbəti gün o, həmin elektron imzaya müvafiq proqram təminatının yazılması üçün Nuranla birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 getmişdir. Qeyd olunan Mərkəzin mütəxəssisi tərəfindən elektron imzaya lazım olan proqram yazıldıqdan sonra, həmin elektron imzanı Nuran özündə saxlamışdır. Nuranla aralarında olan razılaşmaya uyğun olaraq, 2019-cu ilin iyun ayının əvvəlində Nuran həmin elektron imzanı 2 saylı “ASAN xidmət” Mərkəzində təkrar ona vermiş, həmin elektron imzanın ƏDV depozit hesabında olan məbləğin 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat hissəsinin özünə və Araz adlı şəxsə məxsus olduğunu, qeyd olunan məbləği isə ona verdiyi digər hesablara köçürmək lazım olduğunu bildirmişdir. Buna görə də, o, Nuranın verdiyi imzadan, yəni Nümayəndə1 elektron imzasından istifadə edərək, Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına daxil olmuş 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği Nuranın verdiyi digər hesablara, o cümlədən 2 ədəd fərqli şirkətə göndərməyini istədiyi üçün, o həmin məbləği əvvəlcə birinci hesaba, daha sonra həmin məbləği ikinci hesaba göndərmişdir. Həmin hesablara girişi və köçürülmələri Nuranın verdiyi “Asan” imzalar vasitəsilə həyata keçirmişdir. Qeyd olunan hesablarla heç bir alqı- satqı əməliyyatı etməmiş, birbaşa olaraq yalnız hesablara köçürmə etmişdir. Nuran isə həmin məbləği müəyyən faiz qarşılığında nağdlaşdırmalıymış. Bu prosesdən təxminən 10 gün sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Nuran verdiyi vədə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 1 saylı “ASAN xidmət” Mərkəzində onunla görüşmüş və özü ilə Bəhruz adlı şəxsi də həmin görüşə gətirmişdir. Bu vaxta qədər o, Bəhruzu görməmiş və tanımamışdır. Nuranla onun arasında olan razılaşmaya əsasən, o, Bəhruzun adma "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasını və “Günay Bank”da Bəhruzun adına fiziki şəxs hesabının yaradılmasını təşkil etmişdir. Bundan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini Etibar adlı şəxsə 800 (səkkiz yüz) manat qarşılığında sataraq məvacibin 700 (yeddi yüz) manat hissəsini özünə götürməklə yanaşı, 100 (bir yüz) manat hissəsini də Nurana vermişdir. Bəhruzun adına yaratdığı fiziki şəxs hesabı ilə o, iyul və avqust ayları ərzində bir neçə dəfə gömrük əməliyyatları edərək qazandığı pulun təqribən 1,000 (bir min) manat hissəsini Bəhruza vermişdir. özünün qara rəngli “ACER” markalı nootbuk tipli kompüterində aşkarlanmış möhürlərin elektron forması 2019-cu ilin mart ayında Nuran tərəfindən ona göndərilmişdir. Həmin etibarnamənin hazırlanmasında Nuran ondan kömək istədiyi üçün, o, kompüterdə Bəhruzun adma etibarnamənin formasını hazırlamış və Nuranin ona verdiyi, hazırda xatırlamadığı “email” ünvanına göndərmişdir, qeyd edilən sənədlərin hazırlanması və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 təqdim olunması barədə heç bir məlumatı və iştirakı olmamışdır. O, yalnız Nuranla aralarında olan razılaşmaya əsasən, sonuncunun ona göndərdiyi məlumatlarla, yəni Nümayəndə1 adına elektron imzanın alınması üçün qeyd olunan Mərkəzə elektron qaydada müraciət edərək, Anarın şəxsi məlumatlarını oraya daxil etmişdir. Həmin elektron imzanın necə əldə olunması, kimin tərəfindən əldə olunması və saxta olması barədə əvvəlcədən məlumatı olmamışdır. Bununla yanaşı, Nümayəndə1 adına elektron imzanın alınması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 elektron müraciətin onun tərəfindən Nuranın sifarişi əsasında edilməsinə baxmayaraq, elektron imzanın əldə olunması barədə heç bir məlumatı olmamışdır. Nuranla tanışlığı 7-8 il əvvələ təsadüf etmiş, Nuran da onun həmin fəaliyyətlə məşğul olduğunu bilmişdir. Qeyd edilən hadisədən sonrakı vaxtlarda Nuran ona Zərərçəkmiş şəxs4n və daha bir neçə müəssisənin rəhbər şəxslərinin adına elektron imzanın əldə olunması üçün müraciət etməyini xahiş etmişdir. Nuran ona bir ədəd elektron imza verərək, həmin imza vasitəsilə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manat pulun olduğunu öz dostu Arazın vasitəsi ilə öyrənməsini bildirməklə, həmin pulun mövcudluğunu dəqiqləşdirməyi və digər hesablara köçürməyini istəsə də, lakin o, Nuranın verdiyi hesablara 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği köçürmə etmişdir. Qeyd olunan ərəfədə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq pul mövcud olmuşdur. Həmin hüquqi şəxsin hesabında pul olmasını isə Nuranın verdiyi VÖEN-lə dəqiqləşdirmişdir. Qeyd olunan VÖEN-i Nuran özünün Araz adlı dostu vasitəsi ilə əldə etmişdir. O da Nuranın verdiyi VÖEN-ni vergi əməkdaşı olan tanışı Aqşin Cəfərova göndərərək, qeyd olunan VÖEN-nin məxsus olduğu hüquqi şəxsin barəsində məlumatları əldə etmiş, eləcə də, Cəmiyyətin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq pul mövcud olmasını bir daha dəqiqləşdirmişdir. Aqşin Cəfərovdan aldığı məlumatlardan da bəlli olmuşdur ki, Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manat pul mövcuddur. Həmin dövrdə qeyd olunan məbləğin hamısını başqa hesaba köçürməyə imkanı olsa da, lakin o 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği iki əməliyyatla, yəni hüquqi şəxsin hesabının açıq olub-olmadığını yoxlamaq məqsədi ilə əvvəlcə 10 manat köçürmə etmiş, daha sonra isə 49.940 manat köçürməklə cəmi 49.550 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından digər hesablara köçürmüşdür. Nuran ondan Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından 50.000 (əlli min) manat məbləğin köçürməsini istəsə də və həmin vaxt qeyd olunan hüquqi şəxsin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq pul vəsaiti mövcud olsa da, eyni zamanda həmin məbləğin hamısını başqa hesaba köçürməyə imkanı olsa da, lakin o, 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği köçürmüşdür. O, dəfələrlə istintaq və məhkəmə orqanlarında məsuliyyətə cəlb olunduğuna görə, maddi ziyanla bağlı məbləğlərin hansı halda ağır, hansı halda yüngül olmasından məlumatı olmuşdur. Nuranın istədiyi 50.000 (əlli min) manat məbləği tam hissədə ona görə köçürmə etməmişdir ki, əlli min manat məbləğ külli miqdar ziyan hesab olunduğundan, gələcəkdə hər hansı bir problem yaranan halda, bununla bağlı hərəkətləri ağır əməl hesab edilməsin. 12.04.2019-cu il tarixdə saat 12:03- də o, özünün “beylerovnamiq1969” adlı “Watsapp” ünvanından Aqşinin “Akwin, Ceferov” adlı “Watsapp” ünvanına göndərdiyi yazıda **********; Azinvest rəqəmləri və sözləri, eləcə də, həmin vaxt saat 12:04-də göndərdiyi yazıda “**********1, inteks” rəqəmləri və sözləri, habelə eyni anda, yəni saat 12:04-də ünvanladığı digər yazıda isə “Bunların deposuna baxdıra bilərsən?” sözləri ilə özünə lazım olan məlumatları öyrənmək istəmişdir. Aqşin də ona lazım olan məlumatları dəqiqləşdirmək üçün həmin vaxt onun “Whatsapp” ünvanına özünün “Whatsapp” ünvanından “Açıq bağlı? Yoxsa içində nə var nə yox?” sözləri və sual işarələri ilə yazılar ünvanlamışdır. O, isə özünün “Whatsapp” ünvanından Aqşinin “Whatsapp” ünvanına “Hər ikisidə” sözlərini yazmaqla lazım olan məlumatları dəqiqləşdirmişdir. Aqşin ünvanladığı “ok” yazısı ilə razılıq verərək, lazım olan məlumatları deyəcəyini qısa fikirlə ona söyləmişdir. Həmin hüquqi şəxslərlə ona görə maraqlanmışdır ki, "xxxx" QSC-nin və "xxxx" MMC-nin ƏDV depozit hesabında pul vəsaitinin olubolmamasını öyrənməyi Nuran Mahmudov ondan xahiş etmişdir. "xxxx" və "xxxx" adlı hüquqi şəxslərin depozit hesabını öyrənməklə bağlı Aqşinə yazı ünvanlamışdır. Həmin vaxt Aqşin özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı vasitəsi ilə 12 aprel 2019-cu il tarixdə saat 12:25-də onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “İkisi də açıqdı” sözləri ilə hər iki hüquqi şəxsin depozit hesabının açıq olduğunu bildirmişdir. O da həmin yazıdan sonra hər iki hüquqi şəxslərin depozit hesabının açıq olduğunu Nuran Mahmudova demişdir. Həmin yazışmalar zamanı Aqşin ona ünvanladığı yazıdakı “Azinvest-42400,03”, “inteks-0” sözü və rəqəmləri isə qeyd olunan hüquqi şəxslərin ƏDV sub-uçot hesabındakı qalığı əks etdirmişdir. Bu yazışmalardan ona aydın olmuşdur ki, "xxxx" QSC-nin ƏDV sub-uçot hesabındakı qalığı 42400,03 manat, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabındakı qalığı isə sıfırdır, yəni qalığı mövcud olmamışdır. Aqşinin yazdığı “Əmələ gəlir?” sözləri və sual işarəsi isə sonuncunun ona verdiyi məlumatın yararlı olub-olmadığını öyrənmək məqsədi daşımışdır. Aqşin ona ünvanladığı yazıda qeyd olunan "xxxx" QSC-nin ƏDV sub-uçot hesabındakı qalığı 42400,03 manat olduğunu Nuran Mahmudova bildirdikdən sonra Nuran "xxxx" QSC-nin rəhbərinin anket məlumatlarını da öyrənməyini istədiyi üçün, o, "xxxx" QSC-nin rəhbərinin şəxsiyyət vəsiqəsinə dair məlumatların öyrənməklə bağlı Aqşinə müraciət etmişdir. Aqşin də özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 15.04.2019-cu il tarixdə saat 11:19-da onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda Nümayəndə1 şəxsiyyət vəsiqəsinə dair məlumatları ona bildirmişdir. O isə bu məlumatları Nuran Mahmudova demişdir. Aqşindən hüquqi şəxslərlə bağlı məlumat öyrənərkən, ona həmin məlumatlara görə məbləğini bildirməsə də, lakin pul verəcəyini demişdir. Aqşin də onun pul vədinə görə, lazım olan məlumatları özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə onun “bey!erovnamiq1969” adlı “Whatsapp” ünvanına ötürmüşdür. Aqşin özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16 aprel 2019-cu il tarixdə saat 10:29-da onun :ıbeylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “neynedin?” sözü və sual işarəsi ilə, həmçinin həmin gün saat 11:54-də ünvanladığı yazıda “ok səndən yaxçı xeber gözleyirem” sözlərini yazmaqla, ona ötürdüyü məlumatın nəticəsini və verdiyi məlumatların müqabilində vəd olunmuş, lakin məbləği bildirilməyən puldan xəbər gözlədiyini bildirmişdir. Bununla əlaqədar o, 16.04.2019-cu il tarixdə saat 12:21-də özünün "beylerovnamiq1969” adlı “Whatsapp” ünvanından Aqşinin “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “Ok, baxdır, gör pul yerindədir, boş yerə rasxoda getməyəkdə” sözləri ilə sonuncuya cavab göndərərək, həmin hesabı yenidən yoxlamağı Aqşinə bildirmişdir. Aqşin isə "xxxx" adlı hüquqi şəxsin depozit hesabı barədə özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16.04.2019-cu il tarixdə saat 12:45-də onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “4406.19 azn pul qalıb” rəqəm və sözləri ilə, saat 12:48-də ünvanladığı yazıda isə “mence uje rasxoda getmə” sözləri ilə "xxxx" adlı hüquqi şəxsin depozit hesabında 4406.19 azn pul qaldığını demişdir. Həmin yazışmalardakı “Əvət” kəlməsini, yəni türkcə bəli sözünü isə Aqşinin mobil nömrəsinə etdiyi zənglə əlaqədar “2718730” nömrənin ona aid olduğunu sonuncuya bildirmək üçün yazmışdır. “Libra” adlı hüquqi şəxsin ƏDV depozit hesabının açıq olubolmadığını öyrənmək lazım olduğuna görə, o, Nuranın xahişini yerinə yetirərək, bu barədə Aqşinə telefonla bildirmişdir. Bundan sonra Aqşin özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 06.05.2019-cu il tarixdə onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “Libra açıqdı” sözü ilə həmin hüquqi şəxsin depozit hesabının açıq olduğunu söyləmişdir. "xxxx" sözü isə hüquqi şəxsin adını əks etdirməklə, həmin hüquqi şəxsin hesabına gəlməli olan böyük məbləğdə pulun mövcud olub- olmadığını öyrənmək lazım olduğuna görə, "xxxx" MMC-nin əməkdaşı olan və Sumqayıt şəhərində yaşayan Rövşən Məmmədovun xahişini yerinə yetirərək, bu barədə Aqşinə telefonla bildirmişdir. Həmin gün saat 14:54-də Aqşin özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “Apreldən bu yana 23825 manat gəlib.” sözləri ilə mövcud məbləği, eləcə də, ünvanladığı digər yazıda “ O dediyin rəqəm gəlməyib” sözləri ilə isə böyük məbləğin mövcud olmadığını məlumat vermişdir. Xatırlamadığı hüquqi şəxsin depozit hesabına gəlməli olan böyük məbləğdə pulun mövcud olub-olmadığını öyrənmək lazım olduğuna görə, bu barədə Aqşinə telefonla bildirmişdir. Bundan sonra Aqşin özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13.05.2019-cu il tarixdə saat 14:37-də onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi yazıda “pul gəlib” sözü ilə hüquqi şəxsin depozit hesabına pul daxil olduğunu məlumat vermişdir. Növbəti gün, yəni 14 may 2019-cu il tarixdə Aqşin özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə onun “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına göndərdiyi “Məni ne vaxt göressen” sözləri isə Aqşinin verdiyi məlumatların müqabilində ona vəd verdiyi, lakin məbləğini bildirmədiyi məbləğdə pulu istəmişdir. Aqşindən aldığı məlumatlara görə ona pul vəd versə də, lakin ona həmin işlərə görə pul verməmişdir. Buna da səbəb, Aqşindən öyrəndiyi məlumatları ötürdüyü şəxslərin ona həmin məlumatın müqabilində pul vermədikləri olmuşdur, yəni adlarını unutduğu həmin şəxslər ona pul vermədiyinə görə o da Aqşinə pul verə bilməmişdir. Qeyd olunan şəxslərdən, yəni ona pul söz verib, lakin verdiyi sözü yerinə yetirməyən adamlardan biri də Nuran Mahmudov olmuşdur (2-ci cild 02 iş vərəqi 77-84, 3cü cild iş vərəqi 48-60, 77-85 və 132-136). İşdə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X28 məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadələrində göstərmişdir ki, ki, iş materiallarında adı qeyd olunan Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinə məxsus hüquqi ünvanı və bank rekvizitlərini 2019-cu ilin mart ayının sonlarında tanışı Araz adlı şəxsin vasitəsilə qeyri-qanuni yolla əldə edərək “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə X26 göndərmiş və həmin şirkətin ƏDV depozit hesablarını yoxlamağı, pul olan hesablardan həmin pulları köçürməkdə ona köməklik göstərməsini istəmişdir. Bundan bir neçə həftə sonra, Namiq ona zəng edərək Zərərçəkmiş şəxs5 QSC-nin ƏDV depozit hesabında külli miqdarda pul olduğunu, həmin pulu köçürmək üçün şirkətin direktorunun şəxsi məlumatlarının lazım olduğunu və qeyd olunan məlumatlarla şirkətin elektron hesabına giriş üçün elektron imza əldə edəcəyini demişdir. O, tanışı Araz vasitəsilə Zərərçəkmiş şəxs5 QSC-nin direktoru Nümayəndə1 şəxsi məlumatlarını qeyri- qanuni yolla əldə edərək Namiqə göndərmişdir. Namiq həmin məlumatlar əsasında elektron imza alınması üçün X24 müraciət etmişdir. Nümayəndə1 adına olan elektron imzanı götürmək üçün MHM-ə etibarnamə təqdim edilməli olmuşdur. Bununla əlaqədar Namiq Anarın adından saxta etibarnamə hazırlanması üçün bir nəfər şəxs lazım olduğunu ona bildirmişdir. O, da X1 şəxsiyyət vəsiqəsinin şəklini Namiqə göndərmiş və etibarnaməni Bəhruzun adma hazırlamasını demişdir. Bir neçə gün sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində Namiqlə görüşmüş və Bəhruzun adına Nümayəndə1 tərəfindən verilmiş saxta etibarnaməni ondan götürmüşdür. Həmin etibarnaməni Bəhruza vermiş və onunla birgə MHM-ə gedərək elektron imzanı almışdır. O, elektron imzanı həmin gün yenidən Namiqlə görüşərək ona təhvil vermişdir. 05.06.2019-cu ildə X46” QSC-nin ƏDV depozit hesabından 49.960 (qırx doqquz min doqquz yüz altmış) manat məbləğində pulu ona məlum olmayan hesablara köçürmüşdür. Köçürülmüş məbləğ Namiq tərəfindən ona məlum olmayan yollarla 10.000 (on min) manat qarşılığında nağdlaşdınlmışdır. Qazanılan pulun 4.800 (dörd min səkkiz yüz) manat hissəsini Namiq ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, razılaşmaya əsasən verilən məbləğin 1.000 (bir min) manat hissəsini Araza, 300 (üç yüz) manat hissəsini Bəhruza vermişdir. Bəhruzla tanışlığı 2019-cu ilin may ayına təsadüf etmişdir. O, Bəhruza onun adına Namiq tərəfindən şirkət açılaraq satılmasını və bunun qarşılığında ona pul ödəniləcəyini təklif etmişdir. Həmin dövrdə Bəhruzun adına Zərərçəkmiş şəxs5 QSC-nin direktoru Nümayəndə1 tərəfindən verilmiş etibarnamədən, həmçinin elektron imzanın əldə olunmasından Bəhruz məlumatlı olmamışdır. Namiqlə olan tanışlığı 7 (yeddi) il əvvələ təsadüf etmiş və o, sonuncunun şirkət yaradaraq satdığını, pul köçürmə işləri ilə məşğul olduğunu bilmişdir. Qeyd olunan qanunsuz əməl onun təklifi ilə Namiq tərəfindən törədilmişdir. Həmin etibarnamə Namiq tərəfindən hazırlanaraq ona verilmişdir. O, da həmin etibarnaməni elektron imzanı əldə etməsi üçün Bəhruza vermişdir. Qeyd edilən etibarnamənin saxta olduğu barədə o, özü əvvəlcədən məlumatlı olmuşdur. Arazla olan tanışlığı isə 2019-cu ilin yanvar ayına təsadüf etmişdir. Zərərçəkmiş şəxs5 QSC və digər şirkətlərin hüquqi ünvanları və bank rekvizitlərini Araz vasitəsilə əldə etmişdir. Bakı şəhərinin 28 May adlanan ərazisindəki "xxxx" MMC-də avtomaşın icarəsi ilə məşğul olduğu zaman 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs qeyd olunan Cəmiyyətin müştərisi kimi tanımışdır. Arazla tanışlqdan sonra onunla söhbət zamanı Arazın kompüter proqramçısı olması və şirkətlərin müraciətləri ilə əlaqədar həmin şirkətlərin kompüterlərinə servis xidməti göstərməsi məlum olmuşdur. Araz kompüter servis xidməti göstərdiyi şirkətlərin, eləcə də, həmin şirkətlərlə alqı-satqı aparmış, yaxud müştərək işlər icra etmiş hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyətini və sair məlumatlarını bilmişdir. Arazla söhbət zamanı sonuncu ona bir neçə hüquqi şəxsin, o cümlədən Zərərçəkmiş şəxs5 QSCnin, Zərərçəkmiş şəxs4 MMC-nin və "xxxx" MMC-nin hesablarında blok olunmuş ƏDV depozit olmasını bildirmişdir. Həmin ƏDV depozit pulların çıxarılmasının mümkünlüyünü Araz ona təklif edərkən, o, bu işlərlə məşğul olan tanışı ilə söhbət edib, bu barədə xəbər deyəcəyini sonuncuya söyləmişdir. Bu söhbətdən sonra o, Namiqlə görüşmüş və Arazın təkliflərini Namiq Bəylərliyə demişdir. Namiq də Arazın təklifi ilə razılaşaraq, bu işi bacaracağını bildirməklə, Arazdan həmin hüquqi şəxslərin, o cümlədən işdə adı keçən Zərərçəkmiş şəxs5 QSC-nin və digər şirkətlərdən bəzilərinin hüquqi ünvanları və bank rekvizitlərini, eləcə də, hüquqi şəxsin rəhbərinin adını, soyadını və atasının adını, həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini öyrənməyi tapşırmışdır. Bundan sonra o, Arazla görüşüb Namiqin istədiyi məlumatları ona söyləmiş, Araz da həmin məlumatları ona vermişdir. O, isə Arazdan öyrəndiyi məlumatları Namiqə vermiş, sonuncu da öz növbəsində həmin məlumatları vergilərdə olan adını bildirmədiyi tanışı vasitəsi ilə dəqiqləşdirərək, şirkətlər barədə ətraflı məlumat əldə etmişdir. Hüquqi şəxslər barəsində məlumatları əldə etdikdən sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs5 QSC-nin ƏDV depozit hesabında 53.000 (əlli üç min) manat pul vəsaiti mövcuddur. Qeyd olunan məbləğdən isə Namiq 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat ƏDV depozit pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürmüş, oradan isə hansısa hesaba köçürdükdən sonra həmin hesabdan 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat ƏDV depozit pul vəsaitinə görə 10.000 (on min) manat nağd pul vəsaiti əldə etmişdir. Qeyd olunan 10.000 (on min) manat nağd pul vəsaitinin 4.800 (dörd min səkkiz yüz) manat hissəsini Namiq ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, da razılaşmaya əsasən, özünə verilən məbləğin 1.000 (bir min) manat hissəsini Araza, 300 (üç yüz) manat hissəsini Bəhruza vermişdir. Namiq pulun bölgüsü zamanı 10.000 (on min) manat nağd pul vəsaitinin 5200 (beş min iki yüz) manatın özünə götürəndə, həmin işin alınmasında köməklik göstərən vergidəki tanışna 5200 (beş min iki yüz) manatdan müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. O, Namiqin dediyinə inandığı üçün onun bu fikirinə etiraz etməmişdir. Namiqə elektron imza verməmiş, nə də ki, həmin 50.000 manat vəsaitin köçürülməsi üçün hər hansı bir hesab təqdim etməmişdir. Namiqin bu barədə göstərdikləri yalan və uydurma sözlər olmuşdur. Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manat pulun olduğunu isə dostu Arazın vasitəsi ilə öyrənmiş və bu barədə Namiqə demişdir. Namiq də həmin məlumatı vergi orqanınında olan tanışı vasitəsi ilə dəqiqləşdirmişdir. Namiqə Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq məbləğin olduğunu desə də, Namiq həmin məbləğin 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği köçürmüşdür. Bunun səbəbi ilə maraqlanan zamanı Namiq həmin 50.000 (əlli min) manat məbləğin külli miqdar ziyan hesab olunduğunu, gələcəkdə bu işlərə görə özlərinə qarşı hansısa problem olarsa, həmin işlə əlaqədar məsuliyyətin ağır əməl kimi hesab olunmamasını bildirmişdir. Həmin dövrdə 50.000 (əlli min) manat və bundan artıq məbləğin köçürülməsinə real imkan olmasına baxmayaraq, Namiq bu imkandan istifadə etməmiş, yəni həmin məbləğin 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğini köçürmüşdür. Namiq həmin pulu nağdlaşdırmaq üçün tanışı Ədalət Kalbaiıyevə müraciət etmişdir. O, Ədaləti əvvəllər tanımamış, onunla Namiq Bəylərlinin iştrakı ilə görüşmüşdür. X41 həmin ƏDV depozit hesabda olan 49.950 manat pulu tanışı sahibkarlıqla məşğul olan Şahid3 10.000 manat pulun müqabilində almaq istədiyini bildirmişdir. Bundan sonra Namiq Bəyiərli həmin ƏDV pulu Şahid3 hesabına köçürmüşdür. O özü heç vaxt Şahinlə görüşməmiş və onu tanımamışdır. Bundan sonra o, Namiqlə birlikdə 2019-cu ilin yay aylarında Ədalətlə Bakı Metropoliteninin “Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən “Mado" restoranında görüşmüşlər. Həmin vaxt Ədalət onlara 10.000 manat pulu vermişdir. Namiq həmin puldan 4.800 (dörd min səkkiz yüz) manat hissəsini ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, razılaşmaya əsasən verilən məbləğin 1.000 (bir min) manat hissəsini Araza, 300 (üç yüz) manat hissəsini Bəhruza vermişdir.Nuran Mahmudov daha sonra ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayının ortalarında o, ikinci dəfə Zərərçəkmiş şəxs4 MMC-nin ƏDV depozit hesabından pul köçürmək üçün cəhd etmişdir. Buna görə yenidən Namiqlə birgə şirkətin direktoru Nümayəndə2 adına elektron imzanın alınması üçün müraciət etmişdir. Bəhruzla elektron imzanı götürməyə getdikləri zaman MHM-in əməkdaşları tərəfindən hər ikisi saxlanılmışdır. Bundan sonra o, Namiqlə birgə heç bir əməliyyatda iştirak etməmişdir (3-cü cild iş vərəqi 63-69, 86-93 və 105-110). İşdə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X12 məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, iş materiallarında adı qeyd olunan “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, düşmənçiliyi olmamışdır. Bəhruz Muradov daha sonra ifadəsində göstərmişdir ki, onunla Nuranın tanışlığı təxminən 1 (bir) il əvvələ təsadüf etmiş, Nuranın şirkətlər yaratması və pul köçürmələri proseslərini həyata keçirməsi işi ilə məşğul olmasını bilsə də, lakin Nuran ona daha əvvəl bu kimi təkliflər etməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında Nuran onun adına bir şirkət açaraq həmin şirkətə xarici ölkələrdən pul köçürəcəyini və bunun müqabilində ona 20.000 (iyirmi min) manat məbləğində pul ödəniləcəyini təklif etmişdir. O, bu işin qanunsuz olmasından ehtiyatlanaraq etirazını bildirsə də, Nuran ona bu işin heç bir qanunsuz tərəfi olmadığına inandırmış və o, öz adına şirkət yaradılmasına razılaşmışdır. 24 may 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağının qarşısında Nuranla görüşərək şəxsiyyət vəsiqəsini onun istəyi üzrə Nurana vermişdir. Nurandan onun vəsiqəsini niyə götürməsini soruşduqda, sonuncu ona Nümayəndə1 adına elektron imzanın alınması üçün etibarnamə verilməli olduğunu, həmin etibarnamənin alınması üçün onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. 31 may 2019-cu ildə Nuranla növbəti görüşü zamanı, sonuncu ona Nümayəndə1 tərəfindən verilmiş etibarnamənin əslini verərək, həmin etibarnamə ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 müraciət etməyini və öz adına hazırlanmış elektron imzanı götürməyini istəmişdir. O, Nuranın tələbi ilə, həmin gün Nuranla birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 gedərək etibarnaməni ora təqdim etmişdir. X6 Mərkəzinə təqdim etdikdən sonra, rəsmi nümayəndə ona zərf vermişdir. O, isə zərfin içərisinə baxmadan onu Nurana vermiş və bunun qarşılığında Nuran ona 300 (üç yüz) manat pul vermişdir. Bundan sonra 19 iyun 2019-cu ildə Nuran onunla görüşərək yenidən X24 getməyini, orada onun adına yeni bir imzanın hazır olub-olmadığını soruşmağını istəmişdir. O, Nuranla birlikdə MHM-ə gedərək, sonuncunun dediyi ad üzrə Nümayəndə2 tərəfindən ona verilməli olan elektron imzanın hazır olub-olmamasını soruşmuşdur. Bu zaman X17 əməkdaşları onu və Nuranısaxlayaraq müvafiq qurumlara məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gələrək, onun və Nuranın izahatını almışdır. DTX tərəfindən izahatı alınan vaxta qədər Nuran özünü ona Bahaddin kimi təqdim etmişdir. İzahatın alınması prosesində onun adının Nuran olduğu məlum olmuşdur. DTX əməkdaşları tərəfindən onun izahatı alındığı zaman o, Nuranın onun adından gördüyü işlərin qanunsuz olduğunu dərk etmişdir. DTX əməkdaşları tərəfindən izahatı alınmazdan əvvəl Nuran onun adını heç bir yerdə hallandırmamağı demiş, bütün proseslərin həyata keçirilməsində Namiqin adını deməyini ondan istəmişdir. Nuranın ona göstərdiyi təzyiqə görə həmin izahatda səhf məlumatlar vermişdir (3-cü cild iş vərəqi 175-179). İşdə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X29 məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının 24-dən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışdığını, ali təhsilli olduğunu, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin eyni adlı ixtisasını əyani bitirdiyini, 2004-2006-cı illərdə isə həmin Universitetin eyni adlı ixtisasının magistaturasını bitirib tam ali təhsil aldığını bildirməklə göstərmişdir ki, əmək fəaliyyətinə 2003-cü ilin mart ayında "xxxx" MMC-nin mühasib vəzifəsində stajçı kimi işə başlamış və 2005-ci ilin dekabr ayınadək qeyd olunan MMC-də mühasib işləmişdir. 2005-ci ilin dekabr ayında isə Vergilər Nazirliyinə test üsulu ilə imtahan verməklə işə qəbul olunaraq, 2 Saylı Ərazi Vergilər İdarəsinin vergi borcları şöbəsində dövlət vergi müfəttişi vəzifəsi hesabına stajçı təyin edilmişdir. Bundan üç ay sonra həmin vəzifəyə təyin olunaraq, 2005-ci ildən 2019-cu ilin fevral ayınadək vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Həmin qurumda sonuncu iş yeri isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsi olmuşdur. Tutduğu vəzifədə işlədiyi dövrdə vergi xidməti müşaviri rütbəsini daşımışdır. 2019-cu ilin fevral ayının 14-də isə qeyd olunan vəzifədən azad edilərək, 14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olmuşdur. 14 avqust 2019-cu il tarixdən isə qeyd olunan qurumun sərəncamından çıxarılaraq, vergi orqanlarından xaric edilmişdir. Vergi oqanlarında çalışdığı dövrdə vergi risklərinin təhlili idarəsinin direktoru kimi onun vəzifələri Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin uçotunun təşkilindən, təqdim edilmiş bəyannamələrin təhlilindən, həmin vergi ödəyicilərinin vergi borclarının alınması işinin təşkilindən, həmçinin də səyyar vergi yoxlamalarına nəzarət etməkdən və tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. İşlədiyi dövrdə töhməti olmamışdır. Qeyd olunan qurumdakı fəaliyyətinin müsbət olması nəzərə alınaraq, ona iki dəfə vaxtından əvvəl xüsusi rütbə verilmiş və bir dəfə isə təşşəkür həvəsləndirmə tədbiri tətbiq edilmişdir. İş materiallarında adları keçən şəxslərdən X19, X3 və Təqsirləndirilən şəxs, həmçinin “Azinvest İnşaat’’ QSC-nin direktoru Nümayəndə1 tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. İş materiallarında adı keçən X25 isə 2003-cü ildən Sumqayıt şəhər sakini kimi tanımışdır. Həmin şəxslə tanışlığı Sumqayıt şəhər sakini olan mərhum tanışı Vidadi Əzizovun vasitəsi ilə yaranmışdır. Namiqi tanıyandan uzun müddət sonra isə sonuncunun vergi orqanlarında hüquqi müəssisələri qeydiyyatdan keçirərək, notariat orqanları vasitəsi ilə satışını etdiyini öyrənmişdir. Bir müddət sonra isə sonuncunun "xxxx" MMC-də işləyən ikinci həyat yoldaşı onun ***-***-**-** rəqəmli mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng edərək, Namiqin tutulmasını ona bildirmişdir. O da həmin vaxtdan xeyli müddət Namiqlə telefon əlaqəsini kəsmişdir. Namiq bir müddət sonra, yəni 2019-cu ilin mart ayında onun vergi orqanlarından işdən azad edildiyini bilib, ***-***-**-** rəqəmli mobil nömrəsinə tanımadığı nömrə vasitəsi ilə zəng edərək, savadlı mühasib lazım olduğunu deməklə, bir neçə müəssisəyə mühasibatııq xidmətləri göstərilməsini təklif etmişdir. Bununla bağlı söhbət etmək üçün onu Sumqayıt şəhərinə görüşə dəvət etsə də, o həmin görüşə getməmişdir. Buna baxmayaraq, Namiq onunla telefon əlaqəsini kəsməyib, ara-sıra zənglər edərək həmin təklifin hələ də qüvvədə olduğunu söyləmişdir. Telefon söhbəti zaman Namiq onun həmin işi istəmədiyini bildikdən sonra, sonunucu ona savadlı bir mühasib tapmağı xahiş etmişdir. O da maraqlanacağını deməklə, Namiqdən üzülüşməyə çalışmışdır. Namiqin zənglərinə cavab verməkdən yayındığı üçün sonuncu hər dəfə müxtəlif nömrələrdən, o cümlədən “ASAN imza” nömrələrindən zənglər etməyə davam etmişdir. Həmin dövrdə onun işlədiyi vəzifənin tələbləri isə müştəri bazası ilə birbaşa bağlı olduğuna görə o, hər yeni zəng olunan nömrəni tanımasa da, cavab vermək məcburiyyətində qalmışdır. Namiq də bu fürsətdən yararlanaq, hər dəfə yeni mobil nömrə və ya “ASAN imza” ilə ona zənglər etmişdir. Sonrakı aylarda isə Namiq onunla əlaqə saxlamamışdır. Namiqin qabaqcadan əlbir olduğu adları qeyd olunan şəxslərlə cinayət törətməsindən isə onun məlumatı olmamışdır. “Akwln, Ceferov” adlı +99455- ***-**-** saylı mobil nömrəli hesabın özünə məxsus olduğunu və həmin +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqramda qeydiyyatdan keçərək, qeyd olunan nömrədən son iki ayadək istifadə etdiyini bildirməklə göstərmişdir ki, həmin müddət ərzində X32 ilə “Whatsapp” yazışmaları vasitəsi ilə əlaqə saxlamışdır. Həmin yazışmaları Namiq özünün “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqramından istifadə edərək aparmışdır. Namiq Bəylərovun 12.04.2019-cu il tarixdə saat 12:03-də “beylerovnamiq1969” adlı “Watsapp” ünvanından onun “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanına daxil olmuş yazıda **********; Azinvest rəqəmləri və sözləri, həmin gün saat 12:04-də ünvanladığı yazıda “**********1, inteks” rəqəmləri və sözləri, habelə həmin gün saat 12:04-də ünvanladığı yazıda isə “Bunların deposuna baxdıra bilərsən?” sözləri ilə etdiyi müraciətə o, cavab vermək üçün həmin vaxt Namiqin “Whatsapp” ünvanına özünün “Whatsapp” ünvanından “Açıq bağlı? Yoxsa içində nə var nə yox?” sözləri və sual işarələri ilə yazılar göndərmiş, sonuncu da ona “Whatsapp” ünvanından “Hər ikisidə” sözlərini yazmaqla fikirini aydınlaşdırmışdır. O, isə bundan sonra müvafiq araşdırma aparacağını “ok” yazısı, yəni razılıq əlaməti bildirən söz yazmaqla münasibət bildirmişdir. Namiq Bəylərovun "xxxx" və "xxxx" adlı hüquqi şəxslərin depozit hesabını öyrənməklə bağlı müraciətini o, öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 12.04.2019-cu il tarixdə saat 12:25-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “İkisi də açıqdı” sözləri ilə hər iki hüquqi şəxsin depozit hesabının açıq olduğunu bildirməklə, həmin hüquqi şəxslərin depozit hesabında əməliyyat aparmağın mümkün olduğunu qeyd etmişdir. Həmin yazışmalar zamanı “Azinvest- 42400,03”, habelə “inteks-0” sözü və rəqəmləri isə qeyd olunan hüquqi şəxslərin ƏDV sub-uçot hesabındakı saldosun, yəni qalığını ifadə etmişdir. “Əmələ gəlir?” sözlərini və sual işarəsini isə verilən məlumatın Namiqin işinə yarayıb-yaramadığmdan xəbər tutmaq üçün yazmışdır. Namiq Bəylərovun "xxxx" adlı hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsinə dair məlumatların öyrənməklə bağlı müraciətini isə o, Dövlət Gömrük Komitəsinin rəsmi “internet” sayıtının elektron xidmətlər bölməsindəki hüquqi şəxsin rəhbərinə aid şəxsiyyət vəsiqəsi məlumatlarını öyrənərək, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 15.04.2019-cu il tarixdə saat 11:19-da Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərmişdir. Həmin yazıda Nümayəndə1 şəxsiyyət vəsiqəsinə dair Namiqə lazım məlumatları qeyd etmişdir. Namiq Bəylərovun "xxxx" adlı hüquqi şəxsin depozit hesabını öyrənməklə bağlı müraciətini o, öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib Namiqə deyərkən, Namiq ona məbləğ bildirməyərək pul verəcəyinə söz vermişdir. Namiqin verdiyi sözə əməl edib-etmədiyini öyrənmək üçün o, özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16.04.2019-cu il tarixdə saat 10:29-da Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “neynedin?” sözü və sual işarəsi ilə, həmçinin həmin gün saat 11:54-də ünvanladığı yazıda “ok səndən yaxçı xeber gözləyirəm” sözlərini qeyd etməklə Namiqə onu unutmamasını xatırlatmaq istəmişdir. Həmin vaxt, yəni 16.04.2019-cu il tarixdə saat 12:21-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanından onun “Akwin, Cəfərov” adlı “Whatsapp” ünvanına daxil olmuş yazıda “Ok, baxdır, gör pul yerindədir, boş yerə rasxoda getməyəkdə” sözləri ilə münasibət bildirilmiş və ona həmin hesabı yoxlamaq yenidən xahiş olunmuşdur. O, da "xxxx" adlı hüquqi şəxsin depozit hesabım öyrənməklə bağlı müraciətini öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bu barədə özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16.04.2019-cu il tarixdə saat 12:45-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “4406.19 azn pul qalıb” rəqəm və sözləri ilə, saat 12:48-də ünvanladığı yazıda isə “mence uje rasxoda getmə” sözləri ilə "xxxx" adlı hüquqi şəxsin depozit hesabında 4406.19 azn pul qaldığını bildirməklə yanaşı, həm də həmin vaxt özünə olunan telefon zəngindəki “2718730” nömrəni dəqiqləşdirmək istəyərkən, Namiq “Əvət”, yəni bəli cavabını verərək, nömrənin ona məxsus olduğunu söyləmişdir. Namiq Bəylərovun “Libra” adlı hüquqi şəxsin ƏDV depozit hesabının açıq olub-olmadığını və həmin hesaba gəlməli olan böyük məbləğdə pulun mövcud olub-olmadığını öyrənməklə bağlı müraciətini öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Watsapp” ünvanı ilə 06.05.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana göndərdiyi yazıda “Libra açıqdı” sözü ilə həmin hüquqi şəxsin depozit hesabının açıq olduğunu bildirməklə, qeyd olunan hüquqi şəxsin depozit hesabında əməliyyat aparmağın mümkün olduğunu, həmçinin 14:54-də ünvanladığı yazıda “Apreldən bu yana 23825 manat gəlib.” sözləri ilə mövcud məbləği, habelə eyni anda ünvanladığı digər yazıda “ O dediyin rəqəm gəlməyib” sözləri iiə isə böyük məbləğin mövcud olmadığını qeyd etmişdir. Namiq Bəylərovun xatırlamadığı hüquqi şəxsin ƏDV depozit hesabının pul gəlib-gəlmədiyini öyrənməklə bağlı digər müraciətini də öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13.05.2019-cu il tarixdə saat 14:37-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “pul gəlib” sözü ilə hüquqi şəxsin depozit hesabına pul daxil olduğunu bildirmişdir. 14.05.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi “Məni ne vaxt göressen” sözləri isə Namiqin ona vəd verdiyi, lakin məbləğini bildirmədiyi məbləğdə pulu nəzərdə tutmuşdur. Həmin işə görə Namiq ona pul verməmişdir. Namiq Bəylərovun xatırlamadığı hüquqi şəxsin ƏDV depozit hesabının pul gəlib-gəlmədiyini öyrənməklə bağlı digər müraciətini də öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13.05.2019-cu il tarixdə saat 14:37-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “pul gəlib” sözü ilə hüquqi şəxsin depozit hesabına pul daxil olduğunu bildirmişdir. 14.05.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi “Məni ne vaxt göressen” sözləri isə Namiqin ona vəd verdiyi, lakin məbləğini bildirmədiyi məbləğdə pulu nəzərdə tutmuşdur. Həmin işə görə Namiq ona pul verməmişdir. Namiq Bəylərovun 2019-cu iyun ayında ona verdiyi və hazırda xatırlamadığı hüquqi şəxsin ƏDV depozit hesabı blok olduğundan, yəni bağlandığına görə, həmin hesaba may ayının 13-də daxil olmuş 360 min manat vəsaitin başqa vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülməsindən ötrü blokun açılması məqsədi ilə vergi orqanına rəsmi məktub yazılmasını Namiqə tövsiyyə etmişdir. Bu barədə isə telefon yazışmalarında qeyd etmişdir. O, Namiqin maraqlandığı hüquqi şəxslər barədə sonuncuya lazım olan məlumatları verən zaman sonuncu ona bildirmişdir ki, yaxşı bir iş olacaq və bu işdən ona hörmət edəcəkdir. O,da 2019-cu ilin avqust ayının 13-dək Namiqdən hər hansı bir məbləğdə pul ala bilmədiyi üçün qeyd olunan tarixdə sonuncuya özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13.08.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda Namiqin Qurban bayramını təbrik etməklə yanaşı, həm də “İş zad var?” sözü ilə sonuncudan özünə söz verdiyi pul barədə maraqlanmışdır. Namiqə isə həmin sualı ona görə ünvanlamışdır ki, Namiqin söz verdiyi yaxşı işin olub-olmayacağını dəqiqləşdirmək istəmişdir. Namiqin hərəkətləri isə onun yalançı bir adam olduğunu bir daha göstərdiyi üçün o, həmin vaxtdan sonra sonuncunun istədiyi məlumatları verməkdən yayınmışdır (2ci cild iş vərəqi 54-70). İşdə olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Arazla tanış olarkən yəni 2018-ci ildə fiziki şəxs qismində Zərərçəkmiş şəxs5 QSC ilə bağladığı müqavilə əsasında tikinti işləri yerinə yetirirdi. Həmin dördə Araz da, qeyri rəsmi olaraq həmin Cəmiyyətdə maliyyə idarəsində işləyirdi. O, Arazla tanış olandan sonra 2019-cu ilin əvvəllərində, ona hüquqi şəxs yaradaraq tikinti işlərini həyata keçirməyin daha sərfəli olduğunu, bu yolla onun tenderlərdə iştirak edə biləcəyini demişdir. O, Arazın bu təklifi ilə razılaşmış, lakin Araza özünün bu işlərlə məşğul ola bilmədiyini demiş, sonuncu isə ona hüquqi şəxs yaratmaq üçün bütün prosedurları bildiyini və ona bu işlərdə köməklik edəcəyini demişdir. Bundan sonra 2019-cu ilin fevral ayında o, Arazla birlikdə “Asan Xidmət” Mərkəzinə gedərək "xxxx" MMC-ni təsis etmişdir. Həmin MMC-nin direktoru və təsisçisi özü olmuşdur. Lakin MMC-nin bütün vergi və digər hesabatlarını Təqsirləndirilən şəxs özü etmişdir. 01 iyul 2019-cu il tarixdə onun direktoru olduğu "xxxx" MMC ilə Zərərçəkmiş şəxs5 QSC arasında bağlanılmış müqavilə əsasında podratçı kimi işlərini yerinə yetirilməsi öhdəliyini götürmüşdür. Həmin vaxt Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən internat məktəbinin təmirində iştirak edirdi. O, həmin işləri yerinə yetirərkən Polad Hümbətov onunla söhbət zamanı vergi ödəmələri ilə bağlı daha diqqətli olmağıı demişdir. Onun hansı səbəbdən bunu dediyini başa düşməmiş və vergi ödəmələrini Təqsirləndirilən şəxs həyata keçirdiyini demişdir. Həmin vaxt isə Polad ona Araza çox etibar etməməyi bildirmişdir. Buna qədər o, hər ay ***-**** manat arası pulu Araza verərək MMC-nin bütün vergi və sosial ödənişlərini etməsini deyirdi. 2019-cu ilin iyul ayının ortalarında Arazın mobil telefonuna zəng çatmamışdır. O, Arazın qardaşı ilə əlaqə saxladıqda sonuncu ona Arazın ölkə ərazisini tərk etdiyini, hətta onun nişanlısına aldığı qızılları da, götürərək getdiyini demişdir. Bundan sonra Arazın ona məxsus 8500 manat vergi və sosial ödənişləri etməsi üçün verdiyi pulu, eləcə də, bacısı oğlu Zərərçəkmiş şəxs3 və qardaşı oğlu Zərərçəkmiş şəxs2 ona verdiyi etibarnamədən istifadə edərək hər ikisinin "xxxx" ASC-də olan hesablarından 10.000 manat pulu məxaric edərək ələ keçirdiyini müəyyən etmişdir. Orxan və Arif də, fiziki şəxs kimi təmir-tikinti işlərini yerirnə yetirirlər. Onların mühasibatlıq işlərini Təqsirləndirilən şəxs həyata keçirirdi. Bunun üçün onlar Araza etibarnamə vermişdilər. Araz bu etibarnamədən istifadə edərək onların hesablarında olan pulları məxaric etmişdir. Araz Orxan və Arifin bank hesabına köçürülmüş cəmi 25000 manat pulu hesablardan məxaric etsə də, həmin puldan 15000 manat pulu hissə-hissə olmaqla vermiş, qalan 10000 manat pulu verməmişdir. Eyni zamanda onun Araza ödədiyi 8500 manat vergi ödənişini etməmişdir (4-cü cild iş vərəqi 41-45). İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlarından görünür ki, daxil olmuş məlumata əsasən, 22 may 2019-cu il saat 17:30-da e-imza sertifikatı almaq üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2muş elektron müraciət Namiq Bəylərlinin yaşadığı ünvan 10 ünvanına bağlı 85.132.98.42 İP ünvan üzərindən həyata keçirilmişdir; 14 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs4 direktoru Nümayəndə2 adından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 e-imzanın alınması üçün sifarişə dair ********* kodlu bildiriş verilmiş və şirkətin əlaqədar şəxsi qismində isə X12 qeyd olunmuşdur; ********* saylı bildiriş üzrə X11 əldə olunaraq yoxlama materiallarına əlavə edilmiş elektron məlumatların çap olunmuş vərəqindən müəyyən olunmuşdur ki, həmin vərəqədə “Şirkətin adf’qrafasında Zərərçəkmiş şəxs4 mmc yazıları, “Direktorun adı, soyadı, ata adı” qrafasında “Nümayəndə2 Kamil oğlu yazıları, “Təvəllüd” qrafasında “xx.xx.1969” rəqəmləri, “Doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası,Bakı” yazıları, “Əlaqə telefonu” qrafasında “55- 4751952” rəqəmləri, “E-mail” qrafasında “Elektron ünvan ” yazıları, “Şirkətin əlaqədar şəxsi” qrafasında “X12” yazıları, “Müraciətin tarixi” qrafasında “14.06.201 S 12:33” rəqəmləri, “Müraciət etmiş İP ünvan” qrafasında "xxxx" rəqəmləri, ‘Şirkətin ünvanı” qrafasında “ünvan 12arı öz əksini tapmışdır. Qeyd olunan məlumatlar isə Zərərçəkmiş şəxs4nə aid məlumatlar olmuşdur (1-ci cild iş vərəqi 11-66). İşdə olan 15 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Namiq Bəylərlinin “HUAWEİ” markalı mobil telefonunda “beylerovnamiq 1969” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Watsapp” proqramda qeydiyyatdan keçərək istifadə etdiyi, Namiq Bəylərlinin qeyd olunan proqram vasitəsi ilə “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınmış abonentlə cinayət təqibi üçün əhəmiyyət kəsb edən yazışmaların aparılması müəyyən olunmuşdur. Namiq Bəylərli 12.04.2019-cu il tarixdə saat 12:03-də “beylerovnamiq1969” adlı “Watsapp” ünvanından “Akwin, Ceferov” adlı “Watsapp” ünvanına daxil olmuş yazıda **********; ; Azinvest rəqəmləri və sözləri, həmin gün saat 12:04-də ünvanladığı yazıda “**********1, inteks” rəqəmləri və sözləri, habelə həmin gün saat 12:04-də ünvanladığı yazıda isə “Bunların deposuna baxdıra bilərsən?” sözlərini qeyd etmiş, “Akwin, Ceferov” adlı abonent isə “Açıq bağlı? Yoxsa içində nə var nə yox?” sözləri qeyd olunmuş yazılar göndərmiş, Namiq Bəylərli “Hər ikisidə” sözləri qeyd olunan cavab vermiş, “Akwin, Ceferov” adlı abonent “ok” yazısı yazmış, “Akwin, Ceferov” adlı “Watsapp” ünvanından 12.04.2019-cu il tarixdə saat 12:25-də Namiq Bəylərlinin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana göndərilmiş yazıda “İkisi də açıqdı”, “Əmələ gəlir?” sözləri qeyd olunmuş, “Akwin, Ceferov” adlı “Watsapp” ünvanı ilə 16.04.2019-cü il tarixdə saat 10:29-da Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana “neynedin?” sözü və sual işarəsi, həmçinin həmin gün saat 11:54-də ünvanladığı yazıda “ok səndən yaxçı xeber gözleyirem” sözləri qeyd olunmuş ismarıc göndərilmiş, 16.04.2019-cu il tarixdə saat 12:21-də Namiqin “beylerovnamiq 1969” adlı “Watsapp” ünvanından “Akwin, Ceferov” adlı “Watsapp” ünvanına daxil olmuş yazıda “Ok, baxdır, gör pul yerindədir, boş yerə rasxoda getməyəkdə” sözləri, “Akwin, Ceferov” adlı “Watsapp” ünvanı ilə 16.04.2019cu il tarixdə saat 12:45-də Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana göndərdiyi yazıda “4406.19 azn pul qalıb” rəqəm və sözləri ilə, saat 12:48-də ünvanladığı yazıda isə “mence uje rasxoda getmə” sözləri qeyd olunmuş ismarıc göndərilmiş, “Akwin, Ceferov” adlı “Watsapp” ünvanı ilə 06.05.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana “Libra açıqdı” sözü, 14:54-də ünvanladığı yazıda “Apreldən bu yana 23825 manat gəlib.” sözləri, “O dediyin rəqəm gəlməyib” sözləri qeyd edilmiş ismarıc göndərilmiş, “Akwin, Ceferov” adlı “Watsapp” ünvanı ilə 13.05.2019-cu il tarixdə saat 14:37-də Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana “pul gəlib” sözü, 14.05.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana göndərdiyi “Məni ne vaxt göressen” sözləri qeyd olunmuş ismarıc göndərilmiş, “Akwin, Ceferov” adlı “Watsapp” ünvanı ilə 13.08.2019- cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Watsapp” ünvana “İş zad var?” sözünün qeyd olunduğu ismarıcın göndərildiyi müəyyən olunmuşdur (3-cü cild iş vərəqi 144-145). İşdə olan məhkəmə-texniki ekspertiza üzrə 29 noyabr 2019-cu il tarixli 28767 №-li ekspert rəyindən görünür ki, 07 may 2019-cu il tarixli etibarnamənin blankı, mətnləri, üzərində olan möhür əksləri və imzalar elektrofotoqrafik çap üsulu (lazer printer, ağ-qara surətçıxaran və s.) ilə hazırlanmışdır (2-ci cild iş vərəqi 8-13). İşdə olan məhkəmə-xətşünaslıq ekspertizası üzrə 28 mart 2020-ci il tarixli 4/64№-li ekspert rəyindən görünür ki, Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “İmza”, “Notariusun imzası”, “Notaius” qrafalarında əks olunmuş imzalar - Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “Notariusun imzası”, “Notaius” qrafalarında əks olunmuş imzalar - Nümayəndə1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “İmza" qrafasında əks olunmuş imzanın - Nümayəndə1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır (3-cü cild iş vərəqi 8-14). İşdə olan məhkəmə kompüter-texniki ekspertizası üzrə 17 dekabr 2019-cu il tarixli 24000№-li ekspert rəyindən görünür ki, tədqiq olunan bir ədəd işlək vəziyyətdə olan “Acer” markalı “N16Q2” modelli “NXGVBER01782112E807600” seriya nömrəli “notebook” tipli kompüterin yaddaşında “Downloads”, “Documents”, “Desktop” adlı qovluqlarda ümumilikdə 386 Mb həcmində 127 ədəd müxtəlif məzmunlu fayllar və 04 ədəd altqovluq müəyyən edilmişdir. Qeyd olunan faylların tərkiblərində müxtəlif məzmunlu sənədlər, mətn, möhür əksləri, “screenshot’lar və digər grafik elementlərin əksi olan məlumatlar aşkar edilmişdir. Kompüterin yaddaşında “Chrome” proqram təminatında “asanimza.az”- Asan İmza (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edənlərin kimliyi təsdiqləmək üçün nəzərdə tutulmuş mobil identifikasiya vasitəsinin rəsmi saytına, avto nəqliyyat vasitələrin “online” alqı satqı xidmətlərini (avto.az, avtomobil.az və s.) təmin edən, e-gov.az elektron hökümət portalına və digər saytlara daxil olmalar aşkar edilmişdir. Baxılmış internet resursların jurnalı tam həcmdə -ad, tarix, məzmun qeyd edilərək rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş “DVD” tipli optik diskə köçürülərək hazırkı ekspert rəyinə əlavə edilmişdir. Bir ədəd işlək vəziyyətdə olan “Nokia” markalı “TA-02T’ modelli yaddaşında müəyyən edilmiş zənglər, kontaktlar, SMS mesajlar, media məlumatlar (audio, foto, video), “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı ilə aparılmış yazışmalar məzmunu və mübadilə edilmiş fayllar və həmin məlumatlara dair tərtib edilmiş hesabat-ad, məzmun, tarix və diqər göstəricilər qeyd edilməklə rəqəmsal sübutların saxlanılması üçün istifadə edilmiş “DVD” tipli optik disklərə köçürülərək hazırkı ekpsert rəyinə əlavə edilmişdir. Tədqiq olunan bir ədəd işlək vəziyyətdə olan “Huawei” markalı “ANE-LX1” modelli, “**********01992”, “**********24507” İMEİ nömrəli mobil smartfonun yaddaşında müəyyən edilmiş SMS mesajlar, kontaktlar, audio, video, foto məlumatlar, “beylerlinamiq1969” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçən “Whatsapp” proqram təminatı ilə aparılmış yazışmaların məzmunu və mübadilə edilmiş fayllar rəqəmsal sübutların saxlanılması üçün istifadə ediimiş “DVD” tipli optik disklərə köçürülərək hazırkı ekspert rəyinə əlavə edilmişdir (3-cü cild iş vərəqi 1-7). İşdə olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsindən əməliyyat tapşırığına verilmiş 15 yanvar 2020-ci il tarixli cavabdan görünür ki, tapşırığın təsviri hissəsində göstərilən 055-227- 84-56 saylı mobil telefon nömrəsinin hər hansı bir şəxsin adına rəsmiləşdirilməsi müəyyən edilməsə də, faktiki istifadəçinin Aqşin Cəfərov adlı şəxs olması əməliyyat yolu ilə öyrənilmişdir. Aqşin Cəfərov adlı şəxsin- 30.05.1983-cü il təvəllüdlü X29 olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 50). İşdə olan “Vergi ödəyicilərinin əlavə dəyər vergisi divident hesabları” üzrə çıxarışdan görünür ki, ********** saylı VÖEN verilmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin əlavə dəyər vergisi sub-uçot hesabından digər hüquqi şəxsin, yəni ********** saylı VÖEN verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sub-uçot hesabına 05 iyun 2019-cu ildə 102442 №li əməliyyatla 10 manat mədaxil olunmuş və həmin gün 102335 №li əməliyyatla əlavə olaraq 49940 manat mədaxil olunmaqla cəmi 49950 manat avans təyinatlı pul köçürmə əməliyyatı aparılmış, həmçinin qeyd olunan 49950 manat məbləğ “Libra Trading" Məhdud Məsuliyyətli Cəmiyyətin sub-uçot hesabından 05 iyun 2019-cu il tarixli 103516№-li əməliyyatla fiziki şəxs-********** saylı VÖEN-lə fəaliyyət göstərən Şahid3 sub-uçot hesabına köçürülmüşdür (2-ci cild iş vərəqi 96-280). İşdə olan əmək kitabçsasının surətindən görünür ki, materiallarından görünür ki, X29 Azərbaycan Respublikası Vergilər Nazirinin 30.11.2005-ci il tarixli, K-522 №-li əmrinə əsasən Nazirliyin 2 saylı ərazi Vergilər İdarəsinin Vergi borcları şöbəsinin əmlakın siyahıya alınması və məhkəmə orqanları aidiyyəti işlər bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirinin 14.02.2019-cu td tarixli, **********084600 №-li əmrinə əsasən Nazirlik yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsidən azad olunaraq 3 ay müddətinə Nazirliyin sərəncamına götürülmüş, 19.09.2019-cu il tarixli **********222700 №li əmrinə əsasən isə Nazirliyin sərəncamından çıxarılmışdır (2-ci cild iş vərəqi 68-70). İşdə olan Nuran Mahmudov tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından görünür ki, 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyaii 955803 №-li elektron qaimə əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqı-satqısmın aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürülməsi, lakin faktiki olaraq heç bir yanacaq alqı-satqısına dair əməliyyatın həyata keçirilməməsi müəyyən olunmuşdur (2-ci cild iş vərəqi 74). İşdə olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə cinayət işinə əlavə edilmiş sənədlər, yəni Zərərçəkmiş şəxs5 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından pul vəsaitinin gizli olaraq oğurlanmaqla talanması faktının izlərini üzərində saxlamış “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “Notebook” tipli kompüter, 07 may 2019-cu il tarixli etibarnamənin surəti, 24 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 elektron qaydada müraciətin çap vərəqi, 05 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla avans təyinatlı 10 manat pul vəsaitinin və həmin gün 102335 №-li əməliyyatla 49.940 manat pul vəsaitinin köçürməsinə dair məlumatın çap vərəqi, CD və DVD disklər cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə, iş üzrə 8 oktyabr 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (3-cü cild iş vərəqi 152-153). İşdə olan Bakı şəhəri 01 saylı notariat kontorundan daxil olmuş 31.07.2019-cu il tarixli 578 №-li məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 adından Təqsirləndirilən şəxs adına 27.05.2019-cu il tarixdə 7E- 73040 reyster nömrəli etibarnamə rəsmiləşdirilmişdir (4cü cild aş vərəqi 144). İşdə olan Bakı şəhəri 01 saylı notariat kontorundan daxil olmuş 31.07.2019-cu il tarixli 579 №-li məktubdan görürünr ki, Zərərçəkmiş şəxs3 adından Təqsirləndirilən şəxs adına 27.05.2019-cu il tarixdə 7E-73Q41 reyster nömrəli etibarnamə rəsmiləşdirilmişdir (4cü cild iş vərəqi 143). İşdə olan "xxxx" ASC-dən götürülmüş Zərərçəkmiş şəxs3 AZ24AİİB******************** saylı hesabından çıxarışdan görünür ki, həmin hesabdan 10.06.2019-cu il tarixdə 112MSCD191610001 №-li məxaric orderi ilə 73,89 manat və 112MSCD191610002 №-li məxaric orderi ilə 14.778 manat olmaqla, cəmi 14.851,89 manat (on dörd min səkkiz yüz əlli bir manat səksən doqquz qəpik) pulun məxaric olunmuşdur (4-cü cild aş vərəqi 145). İşdə olan "xxxx" ASC-dən götürülmüş Zərərçəkmiş şəxs2 AZ19AİİB******************** saylı hesablaşma hesabından görünür ki, 10 iyun 2019-cu il tarixdə 112MSCD191610056 №-li məxaric orderi ilə 43,59 manat, eyni tarixdə 112MSCD191610057 №-li məxaric orderi ilə 8.718 manat, 24:06.2019-cu il tarixdə 112MSCD191750017 №-li məxaric orderi ilə 31,41 manat, eyni tarixdə 112MSCD191750018 №-li məxaric orderi ilə 6.282 manat və 27.06.2019-cu il tarixdə 112FTRQ191780001 №-li məxaric orderi ilə 3.520 manat olmaqla, cəmi 18.595 (on səkkiz min beş yüz doxsan beş) manat pul vəsaitinin məxaric olunmuşdur (4-cü cild aş vərəqi 146). İşdə olan "xxxx" MMC-dən götürülmüş ********** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə 7 aprel 2021 -ci il tarixli baxış protokolundan görünür ki, 21.01.2019-cu il tarixdə saat 21:37-də Nuran Mahmudova məxsus ********** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ********** nömrəsinə zəng daxil olaraq 24 saniyə, 26.05.2019-cu il tarixdə saat 14:50-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 56 saniyə, 27.05.2019-cu il tarixdə saat 11:58-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 79 saniyə, 31.05.2019-cu il tarixdə saat 17:05-də ********** nömrəsrindən ********** nömrəsinə zəng daxil olaraq 50 saniyə, 05.06.2019-cu il tarixdə saat 19:16-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 42 saniyə, eyni tarixdə saat 19:58-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 20 saniyə, 06.06.2019-cu il tarixdə saat 12:57-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 39 saniyə, eyni gündə saat 17:14-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 26 saniyə, 07.06.2019-cu il tarixdə saat 17:08-də ********** nöməsrindən **********. nömrəsinə zəng daxil olaraq 23 saniyə, 10.06.2019-cu il tarixdə saat 14:40-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 44 saniyə, 11.06.2019-cu il tarixdə saat 15:04-də ********** nömrəsrindən ********** nömrəsinə zəng daxil olaraq 30 saniyə, eyni tarixdə saat 19:11-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 106 saniyə, 12.06.2019-cu il tarixdə saat 12:39-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 51 saniyə, eyni gündə saat 13:10-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 30 saniyə, həmin gün saat 14:04- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 14 saniyə, 13.06.2019-cu il tarixdə saat 10:56-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 25 saniyə, həmin gün saat 11:04- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 21 saniyə, eyni gündə saat 11:05-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 18 saniyə, həmin gün saat 13:17-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 17 saniyə, eyni gündə saat 16:56-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 46 saniyə, həmin gün saat 20:47-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 53 saniyə, 14.06.2019-cu il tarixdə saat 12:29-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 16 saniyə, eyni gündə saat 12:35- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 53 saniyə, həmin gün saat 12:59-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 14 saniyə, eyni gündə saat 15:19-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 15 saniyə, eyni gündə saat 15:20-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 20 saniyə, eyni gündə saat 15:23-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 22 saniyə, eyni gündə saat 18:31-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 133 saniyə, eyni gündə saat 18:37-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil oiaraq 75 saniyə, eyni gündə saat 21:38-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 62 saniyə, 18.06.2019-cu il tarixdə saat 11:47-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 24 saniyə, eyni gündə saat 19:23-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 68 saniyə, 19.06.2019-cu il tarixdə saat 11:32-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 34 saniyə, 20.06.2019-cu il tarixdə saat 12:25-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 26 saniyə, 26.06.2019-cu il tarixdə saat 17:34-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 59 saniyə, 27.06.2019-cu il tarixdə saat 19:50-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 35 saniyə, 28 iyun 2019-cu il tarixdə saat 21:39-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 66 saniyə, 01.07.2019-cu il tarixdə saat 13:17-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 68 saniyə, eyni gündə saat 17:01-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 92 saniyə, 02.07.2019-cu il tarixdə saat 15:45-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 86 saniyə, 04.07.2019-cu il tarixdə saat 14:54-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 31 saniyə, 06 iyul 2019-cu il tarixdə saat 13:59-da ********** nömrəsindən ********** nömrəsinə “İşim var.telefonu gotur“ sms ismarıc daxil olarmuş, eyni tarixdə saat 14:26-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 140 saniyə, 08.07.2019-cu il tarixdə saat 12:42-də ********** nömrəsindən ********** nömrəsinə “Aydini gordum dunen. Biz seninle hec bir iş gormemişik” sms ismarıc daxil olmuş, 08.07.2019-cu il tarixdə saat 12:43-də ********** nömrəsindən ********** nömrəsinə “Mene zenq vur” sms ismarıc daxil olmuş, 08.07.2019-cu il tarixdə saat 13:14- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 50 saniyə, eyni gündə saat 18:13-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 10 saniyə, həmin gün saat 21:49-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 43 saniyə, eyni gündə saat 21:51-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 10 saniyə, 16.07.2019-cu il tarixdə saat 13:09-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 26 saniyə, 22.07.2019-cu il tarixdə saat 15:12-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 32 saniyə, 23.07.2019-cu il tarixdə saat 14:54-də ********** nömrəsindən ********** nömrəsinə “İsim var.mene zenq vurarsan” sms ismarıc daxil olmuş, 23.07.2019cu il tarixdə saat 13:46-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 16 saniyə, eyni gündə saat 13:48-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 212 saniyə, eyni gündə saat 14:00- da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 29 saniyə, eyni gündə saat 14:10-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 49 saniyə, eyni gündə saat 14:15-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 64 saniyə, eyni gündə saat 14:18-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 101 saniyə, eyni gündə saat 14:28-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 106 saniyə, eyni gündə saat 14:33-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 99 saniyə, eyni gündə saat 14:35-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 160 saniyə, eyni gündə saat 14:44-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 22 saniyə, eyni gündə saat 22:43-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 27 saniyə, eyni gündə saat 22:44-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 104 saniyə, eyni gündə saat 22:58-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 53 saniyə, eyni gündə saat 23:14-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 22 saniyə, 24.07.2019-cu il tarixdə saat 11:55-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 89 saniyə, eyni gündə saat 17:42-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 19 saniyə, 25.07.2019-cu il tarixdə saat 13:44-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 8 saniyə, eyni gündə saat 14:01-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 385 saniyə, 27.07.2019-cu il tarixdə saat 10:57- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 72 saniyə, eyni gündə saat 12:01-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 114 saniyə, eyni gündə saat 14:38-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 97 saniyə danışıq olduğu müəyyən olunmuşdur (4cü cild aş vərəqi 80-82). İşdə olan 12 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunsa da, sonuncu ölkə ərazisini tərk edərək geri qayıtmadığı üçün ona həmin maddələrində nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmamış, həmin tarixdə Təqsirləndirilən şəxs ittiham elan olunması üçün tutulmasına dair qərar qəbul olunaraq axtarışı elan edilmişdir (3-cü cild iş vərəqi 206-218). İşdə olan 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulmudur (3-ci cild iş vərəqi 225-255). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (4-cü cild iş vərəqi 1-22). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (3-cü cld iş vərəqi 55). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb mütəşəkkil dəstə tərkibində bilə-bilə saxta sənəddən tamah niyyətilə istifadə etmiş, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurlaması, mütəşəkkil dəstə tərkibində kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə daxil olaraq kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlarını buna hüququ olmadan tamah niyyətilə ələ keçirəsi, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində toplaası, mütəşəkkil dəstə halında qeyriiəri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırması, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək özgə əmlakını gizli olaraq təkrarən talayıb oğurlamağa, mütəşəkkil dəstə tərkibində kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən daxil olmağa, kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan mütəşəkkil dəstə tərkibində tamah niyyətilə təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etəsi, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talaması təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməllərinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 177.3.1-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2-ci maddələrində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 202.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 271.2.2-c maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 272.2.1 və 272.2.2-ci maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 320.1-ci maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 320.2-ci maddəsinin sanksiyasında in manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29,177.3.1, 177.3.1, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2-ci maddələri az ağır cinayətlər kateqoriyasına və Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər; Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsinin qeydinə əsapsən 193-1.3.2-ci maddəsində "külli miqdar" dedikdə qırx beş min manatdan artıq olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərərəçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 29,202.1, 320.1 və 320.2-ci maddələrdə nəzərdə tutulan cinayət əməllərini mütəşəkkil dəstə tərkibində törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri tamah məqsədi ilə törətməsi cəzasını ağılaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idaretmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin ediləcək müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsini və cəzaların icrasının onların yaşadıqları yer üzrə İcra və Probasiya şöbələrinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini 14 avqust 2019-cu il tarixədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: Göründüyü kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizodlar üzrə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş, 2 (iki) il olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müdddəti artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmasını, və Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrində nəzərdə tutula cəzanı ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, 193-1.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməklə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması və Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır”. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmasını, və Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrində nəzərdə tutula cəzanı ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, 193-1.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməklə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsini, cəzaçəkməsinin başlanğıcının 19 mart 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini mülkiyyətində olan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “Notebook” tipli kompüter, “Nokia” və “HUAWEİ” markalı mobil telefonlar vasitəsilə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində saxlanılan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “Notebook” tipli kompüter, “Nokia” və “HUAWEİ” markalı mobil telefonlar xüsusi müsadirə edilməlidir. İş üzrə maddi sübutlar - 07 may 2019-cu il tarixli etibarnamənin surəti, 24 may 2019cu il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 elektron qaydada müraciətin çap vərəqi, 05 iyun 2019-cu il tarixdə 102442№li əməliyyatla avans təyinatlı 10 manat pul vəsaitinin və həmin gün 102335№-li əməliyyatla 49.940 manat pul vəsaitinin köçürməsinə dair məlumatın çap vərəqi, CD və DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfi - ekspertiza tədqiqatının dəyəri olan 323 manat 86 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki mühakimə qaydasında mülki iddia vermək hüququ və qaydası izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə tərəfindən qəbul edilir. Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Cinayət Məcəlləsinin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X30 istintaq orqanı tərəfindən müvafiq qərarlarla zərərçəkmiş şəxs qismində tanınmış və onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutumuş hüquqları izah edilsə də, onlar vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia verməmişdir. Zərərçəkmiş şəxs X23 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. +Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir.Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,271.2.1, 29,271.2.2, 271.2.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2, 272.2.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və cərimə cəzaları Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Lənkəran şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində saxlanılan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “Notebook” tipli kompüter, “Nokia” və “HUAWEİ” markalı mobil telefonlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin, 07 may 2019-cu il tarixli etibarnamənin surəti, 24 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X24 elektron qaydada müraciətin çap vərəqi, 05 iyun 2019-cu il tarixdə 102442№li əməliyyatla avans təyinatlı 10 manat pul vəsaitinin və həmin gün 102335№-li əməliyyatla 49.940 manat pul vəsaitinin köçürməsinə dair məlumatın çap vərəqi, CD və DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - ekspertiza tədqiqatının dəyəri olan 323 manat 86 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-1139/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1139/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver